Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-27/2022 28.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli və himayəsində iki azyaşlı uşağı olan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.4, 234.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 15:00 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisindən keçən Hunbul çayının kənarındakı ağacın yanından yerdən taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi 01 ədəd sellofan torbanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdəki təmiz çəkisi 0,173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,081 qram və 0,621 qram, ümumi təmiz çəkiləri 0,900 qram olan psixotrop maddə metamfetamini üzərində daşıyaraq saxlamış, həmçinin 16 mart 1959-cu il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Balakən rayonu Gərəkli kəndində yaşamış, 24 may 2020-ci il tarixdə vəfat etmiş mərhum atası X1 məxsus olmuş, sonuncunun yaşadığı evdə olan 01 ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağını 18 iyun 2021-ci il tarixdə saat 18:00 radələrində qəsdən qanunsuz olaraq əldə edib kəmərinə keçirərək üzərində gəzdirmiş və 18 iyun 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra saat 22:45-dən saat 23:10-dək üzərində şəxsi axtarış aparılarkən onun qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində daşıyaraq saxladığı 01 ədəd şəffaf sellofan bükümdəki təmiz çəkisi 0,173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan kiçik cibindən, 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində olan 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,081 qram və 0,621 qram, ümumi təmiz çəkiləri 0,900 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki cins şalvarın sağ yan cibindən, eləcə də, onun qəsdən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 01 ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağı əynindəki cins şalvarın kəmərinin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 09 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində yerləşən dayanacağın yanından yerdən taparaq təkrarən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi 01 ədəd sellofan bükümdəki külli miqdarda, yəni təmiz çəkisi 150,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşıyaraq əvvəlcə yaşadığı evə aparmış, daha sonra həmin 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroinin 5,930 qram olan hissəsini ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,108 qram, 1,698 qram, 1,675 qram və 2,231 qram olmaqla, 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər və 03 ədəd sellofan bükümlər halına gətirib 02 ədəd gümüşü-ağ rəngli kağız bükümləri əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki “Prima” adlı siqaret qutusunun içərisinə, 03 ədəd sellofan bükümləri şalvarının arxa sağ cibinə qoyub üzərində, qalan 01 ədəd sellofan bükümdəki təmiz çəkisi 144,471 qram olan narkotik vasitə heroini isə idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol ön oturacağının altında daşıyaraq saxlamışdır. 10 sentyabr 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra onun təkrarən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və idarə etdiyi avtomobildə saxladığı külli miqdarda, yəni ümumi təmiz çəkisi 150,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,108 qram, 1,698 qram, 1,675 qram və 2,231 qram olmaqla 5,930 qram olan hissəsi saat 22:05-dən saat 22:40-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər əynindəki cins şalvarın sol yan cibindəki “Prima” adlı siqaret qutusunun içərisindən və 03 ədəd sellofan bükümlər şalvarının arxa sağ cibindən, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 144,471 qram olan narkotik vasitə heroin isə həmin tarixdə saat 22:50-dən saat 23:25-dək olan müddət ərzində keçirilmiş baxış zamanı idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol ön oturacağının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 03 ədəd gümüşü-ağ rəngli bükümlərdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzidən yalnız 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin ona məxsus olmuş, digər kütlələr və elektron tərəzi onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Üzərindən aşkar olunan bıçaq isə mərhum atasına məxsus olmuş və sözügedən bıçaq həmin vaxt onun üzərində olmamışdır. Bıçaq bağda olmuş və o, saxlanılarkən bağda işləmişdir. Polis əməkdaşları da onu bağda saxlamış və bıçağı da orda görüb ondan bıçağı da götürməyi tələb etmişlər. O da belə olub bıçağı özü ilə götürüb polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün məcbur qalıb üzərindən aşkar olunanların ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Daha sonra evə buraxılmışdır. İkinci dəfə isə cinayət işində 10 sentyabr 2021-ci il tarixdə saxlanıldığı göstərilsə də, əslində 07 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, 10 sentyabr 2021-ci il tarixədək polis şöbəsində saxlanılmış, həmin vaxt üzərindən aşkar olunan 03 ədəd xırda sellofan bükümlər və 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər, həmçinin avtomobilindən aşkar olunan 01 ədəd sellofan bükümdən yalnız içərisində az miqdarda heroin olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər ona məxsus olmuş, qalan sellofan bükümlərdə olan heroinlər onun üzərinə və avtomobilə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bir daha polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün məcbur qalıb üzərindən və avtomobilindən aşkar olunanların ona məxsus olması barədə etirafedici ifadə vermişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəyə görə özünü təqsirli bilib əməlindən peşman olduğunu qeyd edərək barəsində ədalətli qərarın qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 6-7 aydır mütəmadi olaraq narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Ona görə də, əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün üzərində və idarə etdiyim avtomaşında daşıyıb saxlamışdır. O, 14 iyun 2021-ci il tarixdə təxminən saat 15:00 radələrində yaşadığı Balakən rayonu Gərəkli kəndindən keçən “Hunbul” çayının yanında olarkən çayın kənarındakı ağacın yanında yerdə 01 ədəd sellofan torba olduğunu görmüş və həmin torba diqqətini çəkdiyi üçün torbanı yerdən götürüb içərisinə baxanda içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 03 ədəd gümüşü-ağ rəngli bükümlərdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi olduğunu aşkar etmişdir. O, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyinə görə həmin sellofan torbadakı bükümləri özü istifadə etmək üçün, 01 ədəd elektron tərəzini isə evdə məişət işlərində istifadə etmək üçün cibinə qoyub yaşadığı evə getmişdir. Ailə üzvləri görməsin və bilməsin deyə 03 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamini cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisinə, 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroini isə əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoyub öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən bir qədər götürüb istifadə etmişdir. O, 18 iyun 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olan bağda işləmək üçün mərhum atası Abduli Mustafayevdən yadigar qalmış və təsərrüfat işlərində istifadə etdiyi 01 ədəd bıçağı götürüb bağa getmişdir. O, bağda təxminən 2-3 saat işlədikdən sonra yaşadığı evə qayıdarkən bağın yaxınlığında 02 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞnin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və bıçaq saxlamaqda şübhəli olduğunu deyərək onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis Şöbəsində getmişdir. Orada xidməti otaqların birində əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs kimi tutulmuş, daha sonra ona təqdim edilmiş vəkillər siyahısından seçmiş olduğu vəkil X7 PŞ-nə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qadağan edilmiş hər hansı əşya olub-olmaması barədə sual verilmiş və əgər üzərində qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini, şalvarın sağ yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində saxladığı 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddə metamfetamini, şalvarının sol cibində saxladığı 01 ədəd elektron tərəzini və şalvarının kəmərinin altında saxladığı 01 ədəd bıçağı, arxa cibində olan 75 manat pulu və azadlığın məhdudlaşdırılması cəzası aldığı üçün ona nəzarət etmək məqsədilə verilmiş 01 ədəd GPS nəzarət cihazını polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 0,22 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddə metamfetaminlər üzərlərindəki kağızlarla birikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,10 qram təşkil etmişdir. Həmin 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm və içərisində psixotrop maddə metamfetamin olan 03 ədəd kağız bükümlər təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra təqdim etdiyi 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra təqdim etdiyi 01 ədəd bıçaq təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş 75 manat pul, içərisində tütün olan “Rothmans” markalı siqaret qutusu və 01 ədəd GPS nəzarət cihazı ona geri qaytarılmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyun 2021-ci il tarixli 17/445 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 0,173 qram, 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,900 qramdır. Həmçinin, məhkəmə soyuq silahın tədqiqi ekspertizasının 19 iyun 2021-ci il tarixli 17/444 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd bıçaq soyuq silah hesab edilir. Törətdiyi cinayət əməllərinə görə 20 iyun 2021-ci il tarixdə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsindən ötrü Balakən rayon prokuroru qarşısında vəsatət qaldırılsa da, vəsatət prokuror tərəfindən təmin edilməmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, 09 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Balakən rayonu Qazbinə kəndində olarkən orada dayanacağın yanında yerdə 01 ədəd sellofan büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açanda içərisindəki sellofan bükümdə narkotik vasitə heroin olduğunu aşkar etmiş, buna görə tapdığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sol oturacağının altına qoyub saxlamışdır. Səhəri gün, yəni 10 sentyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında həmin 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitə heroindən bir qədər götürüb istifadə etmiş, bir qədər də götürüb 03 ədəd xırda sellofan bükümlər və 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər düzəldərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 03 ədəd xırda sellofan bükümləri əynindəki cins şalvarın arxa sağ cibinə, 02 ədəd gümüşü-ağ rəngli kağız bükümləri isə Prima adlı siqaret qutusunun içərisinə qoymaqla əynindəki cins şalvarın sol yan cibinə qoyub saxlamışdır. Qalan 01 ədəd iri sellofan bükümdəki narkotik vasitə heroini isə yenidən idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sol oturacağının altına qoyub saxlamışdır. 10 sentyabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin qarşısında idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşına minmək istəyən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, daha sonra üzərində və idarə etdiyi avtomaşında qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu dəvət edib idarə etdiyi avtomaşınla birlikdə Balakən RPŞ-nə aparmışlar. O, Polis şöbəsində əvvəlcə şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil X7 PŞ-nə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki göy rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd Prima adlı markalı siqaret qutusunu, həmin siqaret qutusunun içərisində saxladığı 02 ədəd gümüşüağ rəngli kağız bükümlərdə olan və şalvarının arxa sağ cibində 03 ədəd sellofan bükümlərdə saxladığı narkotik vasitə heroinləri, 06 manat pulu, avtomaşının açarını və azadlığın məhdudlaşdırılması cəzası aldığı üçün ona nəzarət etmək məqsədilə verilmiş 01 ədəd GPS nəzarət cihazını polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər və 03 ədəd sellofan bükümlər elektron tərəzidə çəkilmiş, onların ümumi çəkisi 6,46 qram təşkil etmiş, daha sonra həmin 05 ədəd bükümlər 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı o, səmimi etiraf edərək idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşında da narkotik vasitə heroin saxladığını polis əməkdaşlarına bildirmişdir. Sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun icazəsi ilə polis əməkdaşları tərəfindən idarə etdiyi avtomaşına baxış keçirilmiş, baxış zamanı o, idarə etdiyi avtomaşının sol ön oturacağının altında saxladığı 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroini də polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə ümumi çəkisi 159 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm də 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və baxış bir polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 17/683 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 03 ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,108 qram, 1,698 qram, 1,675 qram və 2,231 qram olmaqla, ümumi təmiz çəkisi 5,930 qram, idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi isə 144,471 qramdır. Həmçinin, məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 17/671 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, 18 iyun 2021-ci il tarixdə üzərindən aşkar edilmiş 01 ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri və psixotrop maddə metamfetamin hissəcikləri aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən və idarə etdiyi avtomaşından aşkar edilmiş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən heç kimə pay verməmiş və ya satmamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin saxlamır. Onun üzərində və idarə etdiyi avtomaşında narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin daşıyıb saxlamasından ailə üzvlərinin və ya başqa kiminsə məlumatı olmamışdır. O, hazırda narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini tapdığı yerləri xatırlamır. O, həmin 01 ədəd elektron tapdıqdan sonra evə aparıb məişət işlərində istifadə etmək üçün cibinə qoymuş, lakin tərəzi yadından çıxıb cibində qalmışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyun 2021-ci ildə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə, psixotrop maddə və soyuq silah hesab edilən bıçaq saxlamaqda şübhəli olduğundan onun tərəfindən Balakən Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun üzərinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın kəmərinin altında saxladığı bir ədəd bıçağı, əynindəki cins şalvarın cibində saxladığı 01 ədəd sellofan bükümü, 01 ədəd “Rothmans” markalı göy rəngli siqaret qutusunu, 01 ədəd elektron tərəzini, arxa cibindən kağız pulları və 01 ədəd GPS nəzarət cihazını təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdəki maddənin narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Sonra isə Rothmans markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman aşkar edilmiş 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə kokosu və psixotrop maddə metamfetamini təxminən dörd gün əvvəl Balakən rayon Gərəkli kəndində çayın kənarında ağacın altından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə olan bükümləri büküm şəklində olduğu kimi tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri tapdığı yerdəki sellofan torbanın içərisində bir ədəd elektron tərəzi olduğunu və həmin tərəzini evə aparmaq istədiyini, lakin yadından çıxaraq cibində qaldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bıçağın ona mərhum atasından qaldığını, həmin bıçağı özünün düzəltmədiyini, 18 iyun 2021-ci il tarixdə yaşadığı kənddə olan özünə məxsus bağda işlədiyi zaman kol-kosu təmizləmək üçün həmin bıçağı üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomaşında qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması və daşıması barədə RPŞ-nə əməliyyat məlumat daxil olmuş, həmin məlumat onun tərəfindən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş, daha sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə axşam saatlarında yaşadığı evin qarşısında idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmək istəyən zaman saxlanılaraq idarə etdiyi avtomaşınla birlikdə RPŞ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə RPŞ-nə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs əvvəlcə şübhəli şəxs qismində tutulmuş, daha sonra müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın cibindən 01 ədəd Prima adlı siqaret qutusunu, həmin siqaret qutusunun içərisində saxladığı 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan və şalvarının arxa sağ cibində 03 ədəd sellofan bükümlərdə saxladığı narkotik vasitə heroinə oxşar maddələri, bir miqdar pulu, avtomaşının açarını və azadlığın məhdudlaşdırılması cəzası aldığı üçün ona nəzarət etmək məqsədilə verilmiş 01 ədəd GPS nəzarət cihazını masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 09 sentyabr 2021-ci il tarixdə Balakən rayonu Qazbinə kəndinin ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər və 03 ədəd sellofan bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs səmimi etiraf edərək idarə etdiyi Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşında da narkotik vasitə heroin saxladığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun idarə etdiyi avtomaşına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının sol ön oturacağının altında saxladığı 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroinə oxşar maddəni də təqdim edərək həmin maddənin də narkotik vasitə heroin olduğunu, həmin bükümü 09 sentyabr 2021-ci il tarixdə Balakən rayonu Qazbinə kəndinin ərazisindən tapdığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bükümlərdəki narkotik vasitə heroini də həmin bükümdən götürüb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroinə oxşar maddə qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 10.09.2021-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlanması və daşıması barədə əməliyyat məlumatı daxil olduğundan, sonuncu evinin qarşısında saxlanılaraq avtomobili ilə birlikdə polis şöbəsinə dəvət olunmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan 10.09.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki “Prima” adlı siqaret qutusunun qapağının altından 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və şalvarının arxa sağ cibindən 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,108 qram, 1,698 qram, 1,675 qram və 2,231 qram olmaqla, ümumi təmiz çəkisi 5,930 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 24-27). Cinayət işinin materiallarında olan 10.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ona məxsus Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 28). Cinayət işinin materiallarında olan 10.09.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə ona məxsus Mercedes Vito markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının sol ön oturacağının altından 01 ədəd sellofan bükümdə təmiz çəkisi 144,471 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 29-33). Cinayət işinin materiallarında olan 11 sentyabr 2021-ci il tarixli 17/683 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş....." sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 03 (üç) ədəd sellofan bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram, 0,108 qram, 1,698 qram, 1,675 qram, 2,231 qram, ümumi təmiz çəkisi 5,930 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs idarə etdiyi...avtomaşından aşkar edilmiş...." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 144,471 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərflərdə olan heroinlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 40-44). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə, həmçinin soyuq silah hesab edilən bıçaq saxlanması barədə əməliyyat məlumatı daxil olduğundan, sonuncu polis şöbəsinə dəvət olunmuşdur (cild 1, iş vərəqi 89). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın kəmərinin altında saxladığı 01 ədəd bıçağı, göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı 01 ədəd sellofan bükümü, şalvarın sağ yan böyük cibindən 01 ədəd “Rothmans” markalı göy rəngli siqaret qutusunu, sol cibindən 01 ədəd elektron tərəzini, arxa cibindən kağız pulları və 01 ədəd GPS nəzarət cihazını təqdim edərək, əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən çıxararaq təqdim etdiyi 01 ədəd sellofan bükümdəki maddənin narkotik vasitə “kokos” olduğunu bildirmiş, sonra “Rothmans” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman aşkar edilmiş 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddələri təxminən 04 gün əvvəl Balakən rayonu Gərəkli kəndində çayın kənarında ağacın altından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə olan bükümləri büküm şəklində olduğu kimi tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri tapdığı yerdəki sellofan torbanın içərisində həmçinin 01 ədəd elektron tərəzi olduğunu, tərəzini evə aparmaq istədiyini, lakin yadından çıxaraq cibində qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,22 qram təşkil etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdəki psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilərkən üzərindəki kağızlarla birlikdə onların ümumi çəkisi 1,10 qram təşkil etmişdir. Sonra aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 03 ədəd kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, üzərində yazı olmayan gümüşü rəngli 01 ədəd elektron tərəzi 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli mobil telefona bənzər cihaza baxış keçirildikdə sonuncu azadlığı Balakən rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırıldığından onun GPS cihazı olduğunu, ona həmin cihaz vasitəsilə nəzarət edildiyini bildirmişdir. Sonra “Rothmans” markalı siqaret qutusunun içərisində olan 07 ədəd tütün papirosa baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bıçağın ona mərhum atasından qaldığını, özünün düzəltmədiyini, 18 iyun 2021-ci il tarixdə yaşadığı kənddə olan özünə məxsus bağda işlədiyi zaman kol-kosu təmizləmək üçün bıçağı üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi uzunluğu 32 sm, kəsici hissəsinin 19,5 sm, kəsici hissənin 4,5 sm olan, tutacaq hissəsi göy rəngli sarğı ilə örtülmüş bıçaq müvafiq ekspertiza təyin olunması üçün 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 107-111). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 19 iyun 2021-ci il tarixli 17/445 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,173 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,081 qram və 0,621 qram, ümumi təmiz çəkiləri 0,900 qram olan maddələr "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına" (İ siyahı, İİ bənd, sıra №27) daxil olan metamfetamindir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 122- 126). Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının 19 iyun 2021ci il tarixli 17/444 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir (cild 01, iş vər. 128-130). Cinayət işinin materiallarında olan qərardan görünür ki, 14 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq sonuncu ********* nömrə ilə bir icraatda aparılaraq tamamlanmışdır (cild 01, iş vər. 81-84). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 1030 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 213). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 17/671 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi...." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləri və psixotrop maddə metamfetamin hissəcikləridir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş heroin hissəcikləri və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə onların təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 214-216). Cinayət işinin materiallarına əlavə edilmiş Balakən rayon prokurorluğunun 14.10.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd ediməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsində döyülməsi, işgəncəyə məruz qalması, o cümlədən 07.09.2021-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilməsi və yalnız 10.09.2021-ci il tarixdə rəsmiləşdirilməsi ilə bağlı qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və toplanmış materialda cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elktron Monitorinq İdarəsi tərəfindən verilmiş 20.04.2022-ci il tarixli 21/1-278 saylı məktubdan görünür ki, Balakən rayon icra və probasiya şöbəsinin qeydiyyatında olmuş Təqsirləndirilən şəxs izlənmə sessiyasına baxış keçirilmiş və sonuncunun 10.09.2021-ci il tarixdə saat 19:23-də polis əməkdaşları tərəfindən saxlanılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 18.06.2021-ci il tarxdə Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olduğundan şəxs polis şöbəsinə dəvət olunmuş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və üzərindən bir ədəd bıçaq, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd elektron tərəzi aşkar olunmuş, müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra barəsində qətimkan tədbiri seçilməklə sərbəst buraxılmış, 10.09.2021-ci il tarixdə yenidən Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olduğundan şəxs evinin qarşısında saxlanılaraq avtomobili ilə birlikdə polis şöbəsinə gətirilmiş, üzərinə və avtomobilinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, üzərindən və avtomobilindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Götürülmüş maddələr və əşyalar ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ayrı-ayrı vaxtlarda təqsirləndirilən şəxsin üzərinə və avtomobilinə baxış keçirilərək narkotik maddənin, psixotrop maddənin, soyuq silahın, aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 13-cü bəndinə əsasən CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarın 13-cü bəndində isə göstərimişdir ki,CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona istinad olunan cinayət əməllərini törətmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən törədilən cinayətlər və Elşad Abdullayevə qarşı irəli sürülən ittihamın məzmunu ilə bağlı düzgün nəticəyə gəlinsə də, səhvən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.2, 234.4.2 və 234.4.3cü maddələri ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülən ittiham ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamla əhatə edildiyindən, əlavə olaraq ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi düzgün olmamışdır. Qeyd edilən xüsusat dövlət ittihamçısının da nəzərindən qaçmamış və məhkəmə çıxışı zamanı sonuncu eyni səbəbdən Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamda əks olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan rəqəm ifadəsinin xaric edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının çıxışında qeyd etdiyi xüsusat nəzərə alınmalı, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan rəqəm ifadəsi xaric edilməli, Təqsirləndirilən şəxs cinayət əməli isə özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri-digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 228.4, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şöbədə olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, döyülməsi barədə, o cümlədən 07.09.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılsa da, 10.09.2021ci il tarixdə rəsmiləşdirilməsi barədə, avtomobilindən aşkar olunan narkotik vasitənin və həmin günü üzərindən aşkar olunan narkotik vasitənin bir qisminin polis əməkdaşları tərəfindən qoyuduğu barədə, habelə 18.06.2021-ci il tarixdə baş verənlərlə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Balakən rayon prokurorluğunun 14.10.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə və müdafiəçiyə təqdim olunmuş, müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Əksinə onun ibtidai istintaq zamanı qeyd etdikləri iş materiallarında olan və biri digərini tamamlayan sübutlarla, işin faktiki halları ilə üst-üstə düşdüyündən, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin bir neçə bükümdə aşkar olunması, narkotik vasitə ilə yanaşı ondan psixotrop maddə metamfetaminin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək ayrı-ayrı vaxtlarda üzərində və avtomobilində saxlamışdır. Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə (arvadı və 2012, 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə) Balakən rayonu Gərəkli kəndində yaşayır, qardaşı X3 da onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 173-175). İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X3 ikinci qrup ümumi xəstəlikdən əlil olmaqla 28.03.2001-ci il tarixdən daimi olaraq 130 manat sosial müavinət alır (cild 01, iş vər. 176). İş materiallarına əlavə edilmiş müayinə aktından çıxarışdan görünür ki, Mustafayev Hüseyn Elşad oğlu sağlamlıq imkanları məhdud uşaq kimi (ümumi xəstəlikuşaq autizmi. Kenner sindromu) 18.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır (cild 01, iş vər. 177). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “08 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş, həmin tarixə cəzasının çəkilməmiş qalan 03 ay 04 gün hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində olan uşaqlardan birinin autizm xəstəsi olmasını, həmçinin ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə şəxsin əvvəllər də narkotik vasitə saxlamğa görə təqsirli bilinərək məhkum olunmasını və aşkar olunan narkotik vasitə heroinin çəkisinin çoxluğunu əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və yekunda cinayətlərin məcmusu ilə təyin olunan cəzalar qismən toplanılmala qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə 18.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20.06.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə sərbəst buraxılmış, ikinci dəfə 10.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 101, 167-168, 18, 75-77) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixdən 20.06.2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət onun cəzasına hesablanmaqla çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10.09.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 0,123 qram olan narkotik vasitə heroin, 0,750 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 151,101 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd soyuq silah hesab edilən bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilməlidir. İş üzrə 243,58 AZN (iki yüz qırx üç manat, əlli səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixdən 20.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 10.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Balakən Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 0,123 qram olan narkotik vasitə heroin, 0,750 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 151,101 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd soyuq silah hesab edilən bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilsin. İş üzrə 243,58 AZN (iki yüz qırx üç manat, əlli səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-27/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-27/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver