Məhkəmə qərarları › İş №1(091)-27/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-27/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-27/2023 12.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Şəki Ağır Cinayətlər Məhkəməsinin Hakimləri Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Tağıyeva Xumar Habil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə, xx.xx.1961-ci ildə Ucar rayonu Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəki Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in və 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılır. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı məhkəməyə yazılı vəsatət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in və 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə onun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə ona CMnin 234.4.3, 237.1-ci maddələri ilə yanaşı CM-nin 234.4.2-ci maddəsi ilə də yenidən ittihamın irəli sürülməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, CPM-nin 159.7-159.9cu tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin 1 ay müddətinə uzadılmasını xahiş etmişdir. Vəsatətdə göstərilmişdir ki, məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin aprel-may aylarında 4 ədəd dibçəkdə çətənə bitkiləri kultivasiya etməklə yetişdirmiş, 2021-ci ilin sentyabr ayında həmin çətənə bitkilərinin hissələrini qurutmaqla ümumi təmiz çəkisi 525,78 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməklə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, başqa epizod üzrə 15 mart 2022-ci il tarixdə hazırki iş üzrə digər Təqsirləndirilən şəxs1 900 manata razılaşmaqla satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 338,25 qram olan narkotik vasitə qurudulmuş marixuana almaqla saxlamış, iş materiallarında olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilmiş narkotik vasitə marixuanalar tərkiblərinə görə bir-birindən fərqli olmuş, həmçinin Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,728 qram narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,503 qram psixotrop maddə olan metamfetamini əldə etməklə qanunsuz olaraq saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitələr və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 2021-ci ilin sentyabr ayında satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra təkrarən satış məqsədi ilə 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 başqa tərkibə malik olan qurudulmuş marixuana, habelə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metafetamin əldə etsə də, Təqsirləndirilən şəxs2 əməllərinin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsa da istintaq orqanı tərəfindən ona CM-nin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama təkrar törədildikdə cinayət əməli həmin maddə ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2 iyun 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 03 aprel 2023-cü il tarixli qərardadında həmçinin göstərilmişdir ki, davam edən cinayət əməlləri istisna olmaqla, eyni şəxs tərəfindən ayrıayrı yerdə və ya vaxtda törədilmiş əməllərdə həmin cinayətin alternativ tərkiblərindən ən azı biri mövcud olduğu təqdirdə cinayətlərin çoxluğunu, yəni təkrarlığını yaradır. Cinayət işi üzrə ibtidai istintaq zamanı görülmüş bütün tədbirlərə baxmayaraq cinayət əməlinin başlanması yerinin və vaxtının dəqiq müəyyən edilməsi mümkün olmadıqda, lakin cinayət işinin materiallarından cinayət hadisələrinin bir-birindən əlaqəsiz (müstəqil) törədildiyi aşkar edilərsə əməlin cinayətin təkrar törədilməsi kimi tövsif edilməsi istisna edilmir. Hazırki iş üzrə müəyyən olunan işin faktiki halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddəni vahid niyyətlə deyil, ayrı-ayrı vaxtlarda və müxtəlif mənbələrdən satış məqsədi ilə əldə etməklə saxlamış, ayrılıqda götürüldükdə onun tərəfindən müstəqil törədilmiş hər bir əməldə cinayət tərkibi mövcud olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.1, Təqsirləndirilən şəxs1 CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.4.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin olması müəyyən edildiyinə görə ona CMnin 234.4.3, 237.1-ci maddələri ilə yanaşı CM-nin 234.4.2-ci maddəsi ilə də yenidən ittiham irəli sürülməlidir. Ona görə də Təqsirləndirilən şəxs2 daha ağır ittiham irəli sürülməsi üçün işin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə tərkibi, bu barədə tərəflərin fikrini dinləyib hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətə uzadılmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 318.2, 321-ci maddələrini rəhbər tutub məhkəmə, Qəraraaldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in və 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 228.4 və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 234.4.2-ci maddəsi ilə də yenidən ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərarın surətləri təqsirləndirilən şəxslərə, müdafiəçilərə, dövlət ittihamçısına göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 (bir) ay müddətinə - 12 iyun 2023-cü il tarixədək uzadılsın. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar