Məhkəmə qərarları › İş №1(091)-27/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-27/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-27/2024 21.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7 müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X9, X4 və X8 iştirakları ilə, xx.xx.1971-ci ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri, xx.xx.1983-cü ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi, xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayət əlaqəsinə girərək istintaqla dəqiq müəyyən edilməyən tarixdə və telefon vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində, yol kənarındakı ağacın dibinə qoyulmuş 01 ədəd sellofan torbanın içərisində 03 ədəd kağız bükümlərdə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqli olan, təmiz çəkiləri 0,781 qram, 1,645 qram və 0,773 qram olmaqla ümumilikdə 3,199 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini birlikdə axtarıb həmin yerdən taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs3la öz aralarında bölərək satış məqsədi olmadan üzərində saxlayaraq Göyçay rayonuna daşımış, 24 yanvar 2023cü il tarixdə saat 09 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı tanışı Təqsirləndirilən şəxs3la birlikdə Göyçay rayonu Qızılağac kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilib Növbətçi Hissədə saat 09:10-da videoçəkiliş vasitəsiylə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən birlikdə əldə etdikləri həmin 3,199 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin onun payına düşən hissəsi, yəni 01 ədəd kağız bükümdə olan 0,773 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət əlaqəsinə girərək 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu Potu kəndi ərazisində digər tanışı həmin kənd sakini X1 25 manatı indi, 10 manatı isə sonra verəcəkləri ilə bağlı razılaşaraq qanunsuz olaraq şəxsi istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı ayrılıqda 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,186 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə 0,314 qram çəkidə narkotik vasitə heroini birlikdə alaraq əldə etdikdən sonra satış məqsədi olmadan birlikdə istifadə etməkləri üçün tanışı Təqsirləndirilən şəxs1la birlikdə üzərlərində qanunsuz olaraq saxlayaraq daşımış, 27 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonun Çayarxı kəndi ərazisində yaşadığı evin qarşısında tanışı Təqsirləndirilən şəxs1la birlikdə saxlanılıb Göyçay rayon polis şöbəsinə gətirilib Növbətçi Hissədə saat 23:30-da videoçəkiliş vasitəsiylə tanışı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən birlikdə əldə etdikləri həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan 0,186 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə olan 0,314 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət əlaqəsinə girərək istintaqla dəqiq müəyyən edilməyən tarixdə və telefon vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2 əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində, yol kənarındakı ağacın dibinə qoyulmuş 01 sellofan torbanın içərisində 03 ədəd kağız bükümlərdə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqli olan, təmiz çəkiləri 0,781 qram, 1,645 qram və 0,773 qram olmaqla ümumilikdə 3,199 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini birlikdə axtarıb həmin yerdən taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs2lə öz aralarında bölərək satış məqsədi olmadan üzərlərində saxlayaraq Göyçay rayonuna daşımış, 24 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Göyçay rayonu Qızılağac kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, orada Növbətçi Hissədə saat 09:40-da videoçəkiliş vasitəsiylə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən birlikdə əldə etdikləri həmin 3,199 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin onun payına düşən hissəsi, yəni 02 ədəd kağız bükümlərdə 0,781 qram və 1,645 qram olmaqla ümumi çəkisi 2,426 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət əlaqəsinə girərək 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu Potu kəndi ərazisində digər tanışı həmin kənd sakini X1 25 manatı indi, 10 manatı isə sonra verəcəkləri ilə bağlı razışaraq qanunsuz olaraq şəxsi istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı ayrılıqda 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,186 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə 0,314 qram çəkidə narkotik vasitə heroini birlikdə alaraq əldə etdikdən sonra satış məqsədi olmadan birlikdə istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs2lə birlikdə üzərlərində qanunsuz olaraq saxlayaraq daşımış, 27 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonun Çayarxı kəndi ərazisində narkotik vasitəni birlikdə əldə etdiyi tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılıb polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 23:30-da polis şöbəsinin Növbətçi Hissəsində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən kəsik siqaret qutusunda qablaşdırılmış vəziyyətdə birlikdə əldə etdikləri həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan 0,186 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə olan 0,314 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə narkotik vasitələrdən istifadə edən tanışı və qonşusu olan Təqsirləndirilən şəxs3 ondan narkotik vasitə tapmasını xahiş etmiş, Xəyala pulu olmadığını dedikdən sonra sonuncu pulunun olduğunu, onun ancaq yol pulunu verəcəyini, Xəyalın isə narkotik vasitənin pulunu verəcəyini bildirmişdir. Bu qaydada razılaşdıqdan sonra sosial şəbəkə vasitəsi ilə tanış olduğu iran vətəndaşı kimi tanıdığı Aqil adlı şəxsə şəxslə əlaqə saxladıqdan sonra Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhərinə getmiş, özünü Aqil kimi təqdim etdiyi şəxsin göndərdiyi kart hesabına Xəyal 150 manat pul köçürdükdən sonra Aqilin onlara göndərdiyi Bakı şəhər Yasamal rayon A.Şaiq küçəsində piyada keçidinin yanında olan “şam” ağacının altında olan bir ədəd sellofan torbanın içərisində 03 ədəd kağız bükümlərdə olan narkotik vasitə olan heroini götürüb öz aralaraında bölmüşlər. Narkotik maddənin çox hissəsi Xəyalda, bir hissəsi isə onda qalmış, yolda gələrkən həmin narkotik vasitənin Xəyalın payına düşən hissəsindən bir az istifadə etmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Bakı şəhərində avtovağzaldan tanımadıqları avtomobilə minərək Göyçay rayonuna gəlmiş, Göyçay şəhərində avtomaşından yerə düşdükdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çəkisi 1 qram olan bir ədəd qara siqaret kağızına bükülmüş içərisində boz rəngli, toz halında maddə aşkar olunaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildikdən sonra çöldə olan zaman yenidən narkotik vasitə istifadə etməyə başlamış, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində narkotik vasitə istifadəçisi olan digər tanışı İlqar Mayılova zəng vurub istifadə etmək üçün ona narkotik vasitə tapmağa köməklik etməsini xahiş etmişdir. İlqara pulunun az olduğunu, bir az da özünün pul qoymasını xahiş edərək narkotik vasitə taparsa bir yerdə istifadə edə biləcəklərini İlqara təklif etmişdir. İlqar onun təklifi ilə razılaşaraq birlikdə narkotik vasitə istifadə etməyə etiraz etməmiş, bir qədər sonra isə zəng vuraraq Göyçay rayonu Potu kəndində yaşayan Pərviz adlı şəxslə danışdığını və Pərvizdə metamfetamin, həm də heroinin olduğunu, hər birindən istifadə etmək üçün bir büküm ala biləcəyini bildirmişdir. Bir qədər sonra İlqar VAZ-2106 markalı avtomobili ilə tanışı Zaur adlı şəxslə birlikdə onun yaşadığı ünvana gəlmiş, həmin vaxt İlqarı kənara çəkib Zauru nə üçün özü ilə gətirdiyini soruşub Zaurun onları polisə satacağından şübələnərək öz iradını bildirmişdir. İlqar da Zaurun heç nədən xəbəri olmadığını, avtomobili nasaz işlədiyi üçün xarab olarsa avtomobili işə salmaqda ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra onlar bir yerdə narkotik vasitə əldə etmək üçün şəhər istiqamətində qayıtmış, yolda olarkən İlqar Pərvizlə telefonla danışarkən sonuncunun onlardan 35 manat pul istədiyini bilmişdir. İlqara istifadəsində olan bacısıoğlu Şahid4 bank kartında cəmi 29 manat pul olduğunu, pulun 25 manatını çıxardıb verə biləcəyini, 4 manata siqaret alacağını, Pərvizə 10 manat qalıq pulu səhər verə biləcəyini bildirmiş, özü də Pərvizlə danışaraq 25 manat verib geri qalan 10 manatı isə səhəri gün özü verəcəyinə sonuncuya söz vermişdir. Pərviz onunla razılaşdıqdan sonra Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qədiroğlu” marketin yanında olan "xxxx" ASC-dən kartı İlqara vermiş, sonuncu bank kartında olan pulu çıxardaraq 25 manatı özündə saxlamış, qalan 4 manatı ona vermişdir. Bundan sonra onlar Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən “Nar” marketin qarşısına gedərək İlqar oradakı ödəmə terminalından 25 manat pulu Pərvizin göndərdiyi bank kartına göndərmişdir. Daha sonra onlar birlikdə Göyçay-Ucar avtomobil yolununun Potu kəndindən keçən hissəsində yerləşən soyuducu anbarın yaxınlığına gedərək orada İlqar Pərvizin atdığı yerdən siqaret qutusunda bir büküm heroin və bir büküm metamfetamini götürüb cibinə qoymuşdur. Birlikdə oradan uzaqlaşaraq həmin metamfetamin və heroindən istifadə etmək məqsədilə onun yaşadığı evə tərəf gedib avtomobildən düşən zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxsi qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı istifadə etmək üçün aldıqları narkotik vasitə heroin və psixatrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Coşqun adlı tanışı da dayısının pul göndərdiyini və narkoitik vasitə götürmək üçün Bakı şəhərinə getməyi təklif etmişdir. Sonra tanışları müraciət etmiş və sonuncu sosial şəbəkə vasitəsi ilə tanış olduğu Aqil adlı İranlı şəxslə danışaraq Bakı şəhərinə gedib narkotik vasitə ala biləcəyini bildirdikdən sonra elə həmin günü Təqsirləndirilən şəxs2 və Coşqun ilə birlikdə Yaşarın sosial şəbəkə vasitəsi ilə tanış olduğu Aqil adlı şəxsdən narkotik maddə almaq məqsədi ilə tanımadıqları yol avtomobili ilə Bakı şəhərinə getmiş, saat 17 radələrinə Bakı şəhərinə çatdıqdan sonra tanışı Yaşar “vatsapp” vasitəsi ilə həmin tanımadığı Aqil kimi özünü təqim edən şəxslə əlaqə saxlayaraq həmin şəxsə 4 qram narkotik maddə olan “kakos” kimi tanıdığı heroin göndərməsini sifariş etmişdir. Bundan həmin şəxsin Yaşara dediyi kart hesabına Bakı şəhər Yasamal rayon ərazisindən bankomat vasitəsi ilə 150 manat pul köçürmüş, hesaba pul köçürdükdən bir neçə saat sonra həmin şəxs Yaşara “vatsapp” vasitəsi zəng vuraraq, narkotik maddələri Bakı şəhər Yasamal rayon A.Şaiq küçəsində piyada keçidinin yanında olan “şam” ağacının altına qoyduğunu bildirmişdir. Bundan sonra birlikdə həmin şəxsin dediyi əraziyə getmiş, narkotik vasitənin qoyulduğu yeri axtarıb taparaq oradan götürmüşlər. Həmin narkotik vasitə 01 ədəd sellofan torbanın içərinsdə 03 ədəd kağız bükümlərdə olmuş, həmin narkotik maddəni birlikdə istifadə etdikdən sonra bir hissəsi Yaşarda qalmışdır. Bundan sonra onlar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Bakı şəhərində avtovağzaldan tanımadığı avtomobilə minərək Göyçay rayonuna gəlmiş, Göyçay rayon Qızılağac kəndi ərazisinə çatanda artıq səhər saatları olmuşdur. Həmin yerdə avtomobildən yerə düşdükdən bir az sonra polis işçiləri onları saxlayaraq narkotik maddələrin qəbulunda və üzərlərində gəzdirilməsində şübhəli olduqlarını onlara bildirib Göyçay RPŞ-nə gətirmiş, xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən 2 ədəd kağız bükümlərdə çəkisi 2,08 və 2 qram olan narkotik maddə aşkar olunaraq götürülmüşdür. Onları polis əməkdaşlarına Coşqunun satdığını hesab etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu Çayarxı kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq istifadə etmək üçün narkotik vasitə axtardığını, lakin pulunun az olduğunu bildirmiş, həmin vaxt Yaşara narkotik istifadə etmək istədiyini, maraqlana biləcəyini deyərək bir yerdə narkotik vasitə istifadə etmək məqsədilə Göyçay rayonun Potu kəndində yaşayan tanışı narkoman X2 zəng vurub narkotik vasitə heroin və yaxud psixotrop maddə metamfetamin vardırsa ona satmasını xahiş etmişdir. Həmin vaxt Pərviz də ona pula ehtiyacının olduğunu bildirərək həm “patı” deyilən metamfetaminin, həm də ki, “kokos” deyilən heroinin olduğunu, hərəsindən bir büküm ona sata biləcəyini bildirmişdir. Bir qədər sonra tanışı Şahid3la birlikdə özünə məxsus VAZ-2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonu Çayarxı kəndinə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmiş, sonuncunu özləri ilə götürüb Göyçay şəhəri istiqamətində qayıtmışlar. Avtomobili nasaz olduğu üçün Zauru yolda avtomobili xarab olarsa düzəltməsi üçün aparmış, yolda olarkən bir dəfə də Pərvizlə danışdığı zaman sonuncu ondan bir büküm heroinə və bir büküm metamfetaminə görə 35 manat pul istəmişdir. Yaşar ona cəmi 25 manat pulu olduğunu dediyinə görə o da Pərvizə 25 manat pulunun olduğunu, qalan 10 manatı isə səhəri gün Yaşarın ona verəcəyini bildirmiş, Yaşar özü də Pərvizlə danışıb pulun 10 manatını səhəri gün verəcəyinə söz vermişdir. Daha sonra Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qədiroğlu” marketin qarşısında olan "xxxx" ASC-nin bankomatının qarşısına getmiş, orada Yaşarın ona verdiyi bank kartından 29 manat pulu çıxarıb qayıtmışdır. 4 manat pulu Yaşara vermiş, 25 manat isə özündə saxlamışdır. Pərviz onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışaraq özünə məxsus bank kartının şəklini göndərmiş və pulu həmin hesaba köçürməsini ona bildirmidir. Bundan sonra Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən “Nar” marketin qarşısına gedib orada Pərvizin ona göndərdiyi kart hesabına 25 manat pul yükləmişdir. Bundan sonra Pərviz narkotik vasitəni Göyçay-Ucar avtomobil yolununun Potu kəndindən keçən hissəsində yerləşən soyuducu anbarın yaxınlığında yol nişanının yaxınlığına kəsik siqaret qutusunun içərisində qoyduğunu bildirmiş, birlikdə ona məxsus idarə etdiyi avtomobil ilə həmin yerə getmişlər. Pərvizlə mobil telefonla danışaraq sonuncunun yol nişanının yaxınlığına qoyduğu kəsik siqaret qutusunu tapdıqdan sonra götürüb içərisində iki ədəd gümüşü-ağ rəngli kağız bükümlər olmasını görmüşdür. Həmin bükümlərdən biri digərindən böyük olmuş, onlar hər iki bükümü açıb içinə nəzər saldıqda kiçik ölçülü kağız büküm içərisində şəffaf rəngli, kristal formalı “patı” deyilən metamfetaminin və böyük kağız bükümün içərisində sellofan büküm olması və həmin sellofan bükümdə qəhvəyi rəngli toz halında “kokos” deyilən heroinin olduğunu görüb və dərhal onları həmin kəsik siqaret qutusuna qoyaraq Təqsirləndirilən şəxs2lə gedib bir yerdə istifadə etmək üçün həmin siqaret qutusunu əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Avtomobilə əyləşərək Yaşarın yaşadığı evə tərəf getmiş, Çayarxı kəndində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana çatanda avtomobildən düşən zaman polis əməkdaşları onlara yaxınlaşaraq üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını bildirərək polis şöbəsində üzərlərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində iki ədəd kağız bükümlərdə qablaşdırılmış metamfetaminlə heroin olan bir ədəd kəsik siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş kəsik siqaret qutusundan çəkisi 0,41 qram olan gümüşü-ağ rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli heroin olan olan 1 ədəd sellofan büküm və çəkisi 0,28 qram olmaqla içərisində metamfetamin olan 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə Göyçay rayon, N.Nərimanov prospekti ev 91-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil sabiq əməliyyat müvəkkilləri Şahid1 və Şahid7lə bilrikdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 Göyçay rayonu, Çayarxı kəndində olmasını müəyyən edib həmin yerə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 2106 markalı **-BJ-*** nömrə nişanlı avtomobildə sonradan adını bildiyi tanışları Təqsirləndirilən şəxs2 və Şahid3 ilə birlikdə olmuşlar. Həmin şəxslərə yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib həmin şəxsləri polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid3 hər üçü heç bir etiraz etməyib polisə gəlmələrinə razılıq vermişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə ilkin olaraq İlqar Mahmudovun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun kəsiyi, digər ciblərindən isə pul, telefon, ticarət kartları, siqaret qutusu kağız parçası aşkar edilmişdir. Sol yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisindən 02 ədəd büküm aşkar edilmiş, 0,128 qram olan bükümlərdən birinin içərisində kristal halında psixotrop maddəyə bənzər kütlə, 0,41 qram olan digərində isə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zaman Təqsirləndirilən şəxs1 üstündən aşkar olunaraq götürülmüş həmin bükülünün birinin içərisindəkinin narkotik vasitə olan «heroin» digərinin isə psixotrop maddə olan metanfetamin olduğunu, həmin kütlələri Göyçay rayonu, Potu kənd sakini X1 25 manat müqabilində aldığını qeyd etmişdir. Bundan sonra ardıcıl olaraq X3 və Şahid3 üzərlərinə şəxsi axtarış keçirilmiş, həmin şəxslərin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predimet aşkar edilməmişdir. Sorğu zamanı Yaşar Mehtiyev tanışı Təqsirləndirilən şəxs1la birlikdə istifadə etmək məqsədi ilə Göyçay rayonu Potu kənd sakini X1 özünün verdiyi pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə olan metanfetamin aldıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri işləmiş Şahid7 və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid2 Əvəz oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1 onunla görüşüb avtomobili ilə iş dalınca getdiyini, avtomobilində nasazlıq olduğu üçün onun da getməsini və avtomobili xarab olarsa düzəltməyə köməklik göstərməsini ondan xahiş etmiş, avtomobilə mindikdən sonra İlqar avtomobili Göyçay rayonu Çayarxı kəndində yaşayan adını həmin vaxt bildiyi Yaşar adlı şəxsin yaşadığı evə sürmüşdür. Oraya getdikdən sonra İlqar və Yaşar avtomobildən yerdə 2-3 dəqiqə söhbət etdikdən sonra hər ikisi avtomobilə əyləşmiş, bundan sonra İlqar avtomobili idarə edərək ilk öncə Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qədiroğlu” marketin qarşısında olan "xxxx" ASC-nin bankomatının qarşısına getmişlər. Avtomobildə gedərkən Yaşar və İlqarın arasında gedən söhbətdən sonra Yaşarın istifadə etmək üçün narkotik vasitə axtarmasını başa düşmüş, bankın qarşısına çatdıqda Yaşar İlqara bank kartı verərək bankomatdan pul çıxarmasını xahiş etmişdir. Həmin vaxt İlqar da avtomobildən yerə düşüb bankomata doğru gedib geri qayıtmış, bundan sonra İlqar avtomobili idarə edərək tanımadığı yerə sürüb saxlamışdır. Həmin vaxt İlqar avtomobildən yerə düşüb 4-5 dəqiqə sonra geri qayıtmış, avtomobili idarə edərək yenidən Yaşarın yaşadığı evə tərəf sürmüşdür. Oraya çatdıqda polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını bildirərək üzərlərinə şəxsi axtarış keçirəcəklərini deyib birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İlqar və Yaşar adlı şəxslərlə aralarında narkotik vasitə almaq barədə hər hansı razlıq, sövdələşmə olmamış, həmin şəxslərin əldə edəcəkləri narkotik vasitədən istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nün komandir müavini vəzifəsində işləmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində PPXB-nün digər işçiləri ilə Göyçay rayonu Qızılağac kəndi ərazisində xidməti ərazini gəzərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə gəzdirmələri barədə məlumat daxil olduğu üçün həmin vaxt həmin şəxsləri Qızılağac kəndi ərazisində birlikdə görüb yaxınlaşaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərlərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çəkisi 1 qram olan bir ədəd büküm, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu və tanışı Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhərinə gedib sosial şəbəkədə tanış olduğu şəxsdən əldə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştiriakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən çəkiləri 2,08 və 2 qram olan iki ədəd büküm aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni tanışı Yaşar Əhmədovla birlikdə Bakı şəhərinə gedib orada Yaşarın sosial şəbəkədə tanış olduğu şəxsdən aldıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X19 Patrul Xidmət Bölüyünün polis nəfəri işləmiş Şahid4, KTQ-nin kiçik inspektor kriminalisti işləmiş Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid8 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Bakı şəhərindən Göyçay rayonuna qayıdarkən Göyçay rayonu Qızılağac kəndində marketin qarşısında avtomaşından düşərkən polis əməkdaşları onunla birlikdə gələn Xəyal və Yaşarı saxlayın rayon polis şöbəsinə aparmış, onun üzərində narkotik vasitə olmadığına görə evə buraxmışlar. Xəyalı narkotik vasitə almaq üçün evdən çağırmamış, Xəyal və Yaşar aldığı narkotik vasitədən o da istifadə etmişdir. Lakin həmin vaxt üzərində narkotik vasitə olmamış və polis əməkdaşları ilə heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2023-cü il tarixli 17\108 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan və kağız bükümdə maddələr... ” sözləri, imza və adlar yazılmış zərfin içərisində; 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,186 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,314 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2023-cü il tarixli 17/92 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 2 büküm.” sözləri,adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,781 qram və digər 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 1,645 qram, ümumi çəkiləri - 2,426 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd büküm.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,773 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədiqiqata təqdim edilmiş 03(üç) ədəd bükümdə olan heroinlər hər biri xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Resopublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir.(İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 450 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1009 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1008 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroin nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komisyon məhkəmətibb ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-95 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi onun “Keçirilmiş işemik insultun qalıqları. Sağ alın parezi” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Təqsirləndirilən şəxs2 düçar olduğu xəstəlik xroniki gedişlidir və onun ambulator müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs2 hazırki sağlamlıq durumu ilə əlaqədar onun məhkəmə proseslərində iştirakı mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitə və psixatrop maddənin olduğu 02 ədəd bükümlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən içərisində narkotik vasitənin olduğu 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş videogörüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən içərisində narkotik vasitənin olduğu 02 ədəd bükümlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon Xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi (köhnə redaksiyada) ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhəri inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay şəhəri ünvan 4 ünvanda yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay rayon Çayarxı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay rayon Çayarxı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay rayon Çayraxı kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Göyçay rayon Çayarxı kəndində yaşamaqla, yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş və himayəsində 2010-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 10 mart 2023-cü il tarixli PHŞ-6-40/2-269/2023 saylı məktubda göstərilmişdir ki, Göyçay şəhəri Nərimanov küçəsi ev 91-də yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır, psixiatr və nevropatoloq həkimlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 02 fevral 2023-cü il tarixli PHŞ-6-40/2-108/2023 saylı məktubda göstərilmişdir ki, Göyçay rayon Çayarxı kənd sakini xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdən “Narkomaniya” (heroin) diaqnozu ilə qeydiyyatdadır, psixiatr və nevropatoloq həkimlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 02 fevral 2023-cü il tarixli PHŞ-6-40/2-109/2023 saylı məktubda göstərilmişdir ki, Göyçay rayon Çayarxı kənd sakini xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0905-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 0925-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Göyçay rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2315-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0005-də şübhəli şəxs qismində tutulmuş, elə həmin tarixdə şübhəli şəxs statusundan azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 Coşqun Kərimovun polis əməkdaşlarına məlumat verməsi nəticəsində tutulmalarına dair ifadəsinə münasibətdə qeyd etməyi zəruri ehsab edir ki, təqsirləndirilən şəxs belə bir iddia irəli sürsə də həmin dəlilini əsaslandıran hansısa bir sübut təqdim edə bilməmiş, eyni zamanda şəxslərin özlərinin də etiraf etdikləri kimi narkotik vasitəni Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından olan tanışı vasitəsilə əldə edib bir qismini istifadə etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Coşqun Kərimovun hərəkətləri “şərti alıcı” anlayışının təsiri altına düşmür və bu hal Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunması üçün əsas ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.1 və 234.1-1-ci maddələrinə, Təqsirləndirilən şəxs3 əməlinin CM-in 234.1-1-ci maddəsinə və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlləriin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətlərin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal cinayətlərin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 234.1-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətlərinin başlanğıcı həbsə alındıqları tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək və 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi həbsdə olduğu 03 (üç) gün müddət, Təqsirləndirilən şəxs3 24 yanvar 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 04 (dörd) ay müddət və Təqsirləndirilən şəxs1 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərlərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 177,01 AZN (yüz yetmiz yeddi manat bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 59,01 AZN (əlli doqquz manat bir qəpik) Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birindən isə 59 AZN (əlli doqquz manat) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsu ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılsın və Təqsirləndirilən şəxs2 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək və 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi həbsdə olduğu 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 21 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qtimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 yanvar 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 04 (dörd) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 21 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 21 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 177,01 AZN (yüz yetmiş yeddi manat bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 59,01 AZN (əlli doqquz manat bir qəpik) Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər birindən isə 59 AZN (əlli doqquz manat) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri 0,731 qram, 1,595 qram və 0,723 qram narkotik vasitə heroin, eləcə də, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri 0.264 qram narkotik vasitə olan heroin, 0,136 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar