Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-27/2025 13.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2008-ci il tarixdə Balakən rayonu, Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə saat 16-17 radələrində birlikdə yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinin mətbəxində atası X3 anası Şahid1 ilə mübahisə edərkən sonuncunu boğazına bıçaq dirəyərək təhqir etdiyini, öldürməklə hədələdiyini və zor tətbiq edərək ənsənin aşağı orta hissəsində şişkinlik, alnının sol yuxarı hissəsində və sol yuxarı kürəkdə qançırlarla müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsindən əsəbləşərək əvvəlcədən qonşusu Şahid6 vermək məqsədi ilə mətbəxin eyvanından götürüb, lakin həmin mübahisənin böyüməsindən qorxaraq qonaq otağında saxladığı, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən, tiyəsi zavod, dəstəyi isə kustar üsulla hazırlanmış balta ilə mətbəxə keçərək Qəhrəman Bayramova arxa tərəfdən başının ənsə nahiyəsinin yuxarı hissəsindən köndələn istiqamətdə vurduqdan sonra zərbənin təsirindən arxası üstə döşəmə üzərinə yıxılmasını gördükdə isə balta ilə sonuncunun sifətinin sağ və sol almacıq nahiyələrindən 2 dəfə olmaqla cəmi 3 dəfə zərbə vuraraq ölümünə səbəb olmuş açıq kəllə beyin travması, ənsə nahiyəsində 01 ədəd yara, ənsə sümüyünün açıq qəlpəli yerdəyişməli sınığı, baş beynin sərt və yumşaq qişalarında qansızmalar, alnının sol aşağı hissəsindən başlayıb sol qaşın üstündən keçib sol almacıq nahiyəsinin aşağısında qurtaran 01 ədəd yara-yara daxilində əng arteriyasının, damarların, sinirlərin tam kəsilib üzülməsi-yara dibində alın sümüyünün xarici lövhəsinin çatı, sol almacıq sümüyünün açıq yerdəyişməli qəlpəli sınığı, sağ almacıq nahiyəsində 01 ədəd yara - yara daxilində əng arteriyasının, damarların, sinirlərin tam kəsilib üzülməsiyara dibində sağ almacıq sümüyünün açıq yerdəyişməli qəlpəli sınığı və massiv qanitirmə ilə müşaiyət olunan birlikdə və ayrı-ayrılıqda Qəhrəman Bayramovun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, eyni zamanda birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən əlamətlərə malik alnının sol tərəfindən başlayaraq sol gicgah önünə qədər olan 01 ədəd sıyrıq, boynunun sol orta yan səthində 08 ədəd səthi sıyrıqlar xəsarətləri yetirməklə Qəhrəman Bayramovu ailə münaqişəsi zəminində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, evdə olan zaman anası balığı doğramaq üçün onu qonşuya baltalarını götürməyə göndərmiş, o da birinci mərtəbədə yaşayan Məryəmgildən baltanı götürüb evə qayıtmışdır. Anası balığı doğradıqdan sonra həmin baltanı eyvana qoymuşdur. Bir müddət sonra mətbəxdən anası ilə atasının mübahisə etdiklərini eşitmişdir. Belə ki, atası anasının üstünə qışqırmışdır. Daha sonra eyvandakı baltanı götürüb qonşuya geri vermək üçün eyvana çıxdığı zaman atasının araq içə-içə anasıyla mübahisə etdiyini görmüşdür. Baltanı götürüb evdən çıxmağı qərara alsa da, atsının daha da əsəbləşdiyini, əvvəlkinə nisbətən çox qışqırdığını görüb evdən çıxmaq fikrindən yayınmış və baltanı qonaq otağına qoyub anasıyla atasının danışığına qulaq asmışdır. Atasının anasına nəsə edər deyə evdən çıxmamışdır. Atasıyla anasına baxan zaman atasının əlinə bıçaq götürüb anasının boğazına dirədiyini görmüşdür. Atasının anasını öldürəcəyindən qorxaraq qonaq otağına qoyduğu baltanı götürüb anasını xilas eləmək üçün, atasına arxa, tərəfdən yaxınlaşıb onun başının arxasından balta ilə vurmuşdur. Atası arxası üstə yerə yıxıldıqda anası bunu görüb qorxmuş, onu atasından uzaqlaşdırmağa çalışsa da, o, əlindəki balta ilə atasının sifətinin əvvəlcə sağ, daha sonra sol tərəfindən vurmuşdur. Bundan sonra anasına polisə təslim olmağa gedəcəyini bildirdikdə, anası buna imkan verməmiş və təslim olduğu təqdirdə özünü öldürəcəyini bildirmişdir. Sonra anası qardaşı İlyasa zəng edərək evə gəlməsini tapşırmışdır. Sonra qardaşı idarə etdiyi maşınla gəlmişdir. Anasıyla o, avtomobilə oturaraq qardaşına hadisəni danışmışlar. Qardaşı polisə gedib təslim olmağı təklif edən zaman, anası buna imkan verməmiş və qardaşına onun təslim olduğu təqdirdə özünü öldürəcəyini bildirmişdir. Qardaşı avtomobili yaxınlıqdakı mağazaya tərəf sürərək mağazadan özünə siqaret aldıqdan sonra birlikdə evə qayıtmışlar. Qardaşı da mətbəxdə atasının meyitinə baxdıqdan meyiti kənara qoyub evi təmizləmək qərarına gəlmişlər. Ona görə də qardaşı marketə gedib meyiti bükmək üçün sellofan alıb qayıtmış və aldığı sellofanların birini meyitin baş tərəfindən, digərini isə ayaq tərəfindən keçirib meyiti tam bağlamışlar. Sonra meyiti mətbəxdə bir kənara qoyub qana bulaşmış yerləri evdəki əskilərlə silib sellofana yığdıqdan sonra meyiti aparıb uzaq bir yerə atmaq qərarına gəlmişdir. Ona görə də gecə radələrində meyiti evdə qoyub birlikdə evdən çıxaraq avtomobillə meyiti atacaqları yeri axtarmağa başlamışlar. Bundan sonra evə qayıtmışlar. Evdə olarkən meyiti İsaxlıgirmə kəndindəki körpüdən çaya atmağı qərara almışlar. Gecə radələrində qardaşı ilə birlikdə atasının meyitinin avtomobilin arxa oturacağına əyləşdirmişlər. Bundan başqa evdəki qanı sildikləri əskilərin yığıldığı sellofanı avtomobilin yük yerinə qoymuşlar. Anası maşında qardaşının yanındakı oturacaqda əyləşmişdir. Qardaşı avtomobili idarə edərək körpüyə tərəf getmişdir. İlyas avtomobili körpünün yanında saxladıqdan sonra onlar birlikdə meyiti avtomobildən düşürüb körpünün üzərinə uzatmış və meyiti körpünün üzərindən çaya atmışdır. Meyitin üzərindən çıxardıqları sellofanları avtomobilin yük yerindəki sellofanın içinə qoymuşlar. Bundan sonra həmin sellofanları gizlətmək üçün əmisinə məxsus hazırda heç kəsin yaşamadığı Qazma kəndindəki evinə gedib ora atmışlar. Bundan sonra əmisi arvadı Aytənə guya atasının evdən çıxıb qayıtmadığını, atasının harada olduğunu bilmədiklərini bildirmişlər. Aytən atasının İlqargilə gedə biləcəyini dediyi üçün əmisi İlqargilə də getmişdir. Lakin həmin evdə heç kim olmadığı üçün gecə öz evlərinə qayıtmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, X10 onun qardaşıdır. Sonuncu, arvadı və iki oğlu ilə birlikdə Balakən şəhərində yaşamışdır. Qəhrəman dəfələrlə qanunsuz olaraq narkotik vasitə istifadə etdiyindən məhkum edilmişdir. Sonuncu dəfə isə təxminən bir həftə əvvəl məhkəmə tərəfindən ev dustaqlığına buraxılmışdır. Qəhrəmanın evə qayıtmasından xəbəri olmamışdır. 23 dekabr 2023-cü il tarixdə saat 2-3 radələrində qardaşı Rəsul Bayramovun arvadı Aytən ona zəng edərək Qəhrəmanın arvadı Arzunun yaşadıqları evə gələrək Qəhrəmanın evdən çıxıb getdiyini, sonuncunu tapa bilmədiklərini dediyini bildirmişdir. O da saat gec olduğundan səhəri gözləmiş və tezdən digər bacı və qardaşlarına zəng edərək Qəhrəmanın harada olmasını soruşmuşdur. Lakin qohumları Qəhrəmanın harada olduğunu bilməmişlər. Onlar da sonuncunun hansısa dostu və ya qohumugilə gedib orada qaldığını düşünmüşlər. Daha sonra 23 dekabr 2023-cü il tarixdə günorta saatlarında qardaşı Qəhrəmanın meyitinin İsaxlıgirmə kəndindən keçən çayda tapıldığını öyrənmişdir. O, daha sonra Qəhrəmanın arvadı Arzu ilə mübahisə etdiyi vaxt sonuncunun kiçik oğlu Cavidin balta ilə Qəhrəmanı vurduğunu eşitmişdir. Qəhrəmangilin yaşadıqları ev onun yaşadığı evdən uzaqda yerləşdiyindən o, tez-tez gedib-gəlmədiyinə görə həmin evdə hansısa bir mübahisənin olub-olmamasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Balakən rayon məhkəməsinin qərarı ilə Qəhrəman barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunduğu üçün həbsdən çıxdıqdan sonra da hər gün içməyə başlamış və həmin günlərdə mübahisələri də olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 7 radələrində yuxudan ayılıb səhər yeməyi yemək üçün çayı qaynamağa qoyduqdan sonra Qəhrəmanın da yuxudan ayıldığını görmüşdür. Həmin vaxt hər iki oğlu yatmışlar. Onlar birlikdə səhər yeməyi yeyib, süfrəni yığdıqdan sonra Qəhrəmanla birlikdə sonuncunun borclarını bağlamaq üçün kredit götürmək məqsədi ilə “Kapital Banka” getmək qərarına gəlmişlər. Sonuncunun kimə, nə qədər borcu olması barədə heç bir məlumatı olmamışdır. Səhər saat 09 radələrində evdən çıxdıqdan sonra Qəhrəmana məxsus “Xəzər” markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli, tünd göy rəngli maşını ilə Balakən şəhəri ərazisində yerləşən “Kapital Bank” şöbəsinə gəlmişlər. Təxminən yarım saat orada olduqdan sonra Qəhrəman öz adına 2800 manat kredit götürsə də, komissiya tutulduqdan sonra onların əlinə 2700 civarında pul çatmışdır. Onlar oradan çıxdıqdan sonra yenidən maşınla təxminən saat 10 radələrində yaşadıqları evə gəlmişlər. İlyas və Cavidi yuxudan oyandırmış, oğlanları səhər yeməyi yeyərkən Qəhrəman İlyasa 100 manat pul verərək maşında xarab olmuş bəzi detalları düzəltdirməyi tapşırmış və İlyas həmin pulu götürərək evdən çıxıb getmişdir. Bundan sonra 100 manat da Cavidə verərək özünə gödəkçə almasını, 300 manat da stola qoyaraq Bakı şəhərində yaşayan qızı Gülsümə göndərməyi tapşırmışdır. O, həmin pulu götürərək “Arifoğlu” marketə getmiş və “millön” aparatı vasitəsi ilə qızının ABB kartı hesabına göndərmişdir. Bundan sonra o, evə qayıtdıqda artıq Qəhrəmanın evdə olmadığını görmüşdür. Təxminən saat 11 radələrində o, Cavidə gödəkçə almaq üçün sonuncu ilə birlikdə Balakən şəhəri ərazisində yerləşən Ekonom paltar mağazasına getmişdir. Həmin mağazadan 65 manat dəyərində qara rəngli gödəkçə aldıqdan sonra Cavidin zövqünə uyğun başqa bir şey tapmadıqlarından birlikdə evə qayıtmışlar. Evə girdikləri zaman heç kim olmasa da, mətbəxdə olan 1 sellafon mandalin, 1 sellafonda banan, 1 sellafonda balıq və 1 ədəd araqdan Qəhrəmanın evə gəlib-getdiyini bilmişlər. Arağın yanında bir stəkan olsa da, araq açılmamışdır. Onlar arağın kodla olduğunu, bəzi plastik hissələrinin cırılaraq süfrənin üzərinə atıldığını görmüşlər. Bundan 15-20 dəqiqə sonra Qəhrəman evə gəlmiş, “İbiş” adlı dostu ilə birlikdə içdiyini bildirmişdir. Cavid Qəhrəmandan arağı niyə bu vəziyyətə qoyduğunu soruşmuş, sonuncu isə Cavidə arağı aça bilmədiyini dedikdən sonra Caviddən arağı açmasını xahiş etmişdir. Cavid arağı açdıqdan sonra Qəhrəman mətbəxdə oturaraq araq içməyə başlamışdır. Hətta sonuncu evə gələrkən özünə bir dəst qara rəngli sport geyim almışdır. O, arağ içərkən İlyas evə gəlmiş, Qəhrəman yenidən İlyasa 100 manat verərək maşında çatışmayan bəzi detalları da düzətməyi tapşırmışdır. İlyas yeməyini yedikdən sonra Qəhrəmanın tapşırdığı işləri görmək üçün evdən çıxmış, Qəhrəman isə arağı içib qurtardıqdan sonra yatağ otağına keçərək özünə yeni aldığı sport dəsti geyinmiş və otağda Bəxtiyar adlı polis əməkdaşını və digər polis işçilərini söyməyə başlamışdır. Cavid bunları eşitdiyinə görə o, Qəhrəmana iradını bildirmiş, buna görə də, sonuncu onunla mübahisə etməyə başlamışdır. Hətta Cavid də Qəhrəmana bu barədə iradını bildirmişdir. O, bu barədə sonuncuya iradını bildirdikdən sonra onun üzərinə gələrək onun da polislər kimi olduğunu, Bəxtiyar adlı polis əməkdaşı ilə cinsi əlaqədə olduğunu və sair əxlaqsız fikirlərini bildirmişdir. Bundan sonra Qəhrəman mətbəxə keçərək stulu onun belinə vurmuşdur. Daha sonra təpiklə və yumruqla onun baş və bədən nahiyələrinə vurmağa başlamışdır. Bir müddət onu döydükdən sonra ona duz və çörək gətirəcəyini bildirərək Bəxtiyarla arasında hər hansı bir cinsi əlaqə olmaması barədə and içməsini tələb etmişdir. O isə Qəhrəmana and içməyəcəyini bildirdikdən sonra mətbəx bıçağını götürərək onun boğazına dayamış və söyə-söyə and içməyini tələb etmişdir. Həmin ərəfədə Cavid mətbəxə daxil olmuş və Qəhrəmandan ona belə etməməyini xahiş etmişdir. Qəhrəman Cavidə məhəl qoymamış və onunla mübahisəsinə davam etmişdir. Həmin ərəfədə Cavid mətbəxdən çıxmış və yenidən geri qayıdaraq mətbəxin içindən eyvana keçərək oradan baltanı götürmüşdür. Həmin balta qonşuları Məryəmə tez-tez lazım olduğundan o, Caviddən Məryəm istiyirmiş deyə soruşmuşdur. Cavid isə ona “hə” deyərək mətbəxdən çıxmış və evin qapısını açmışdır. Həmin ərəfələrdə o, hələ də, Qəhrəmanla mübahisə etmiş, Cavidin geri qayıtdığını görmüş, lakin sonuncunun əlində balta görməmişdir. Çox güman ki, Cavid həmin o baltanı gödəkçəsinin içində gizlətmişdir. Qəhrəmanla mübahisə edərkən sonuncunun əlindən çıxmış və qonaq otağına tərəf getmişdir. Qonaq otağına girər-girməz baltanın stolun altında olduğunu görmüş, lakin Qəhrəman arxasıyca əlində bıçaqla gəldiyindən baltanın niyə orada olması barədə Caviddən soruşa bilməmişdir. Qəhrəman çox söyüşlə danışdığından və mətbəxin qapısı açıq olduğundan qonşuların eşidəcəyindən narahat olmuş və mətbəxə keçərək qapını bağlamaq istəmişdir. Bu zaman sonuncu yenidən onun arxasınca gəlmiş və yenidən bıçağı onun boğazına dirəyərək söyüşlər söyməyə başlamışdır. Elə bu anda Qəhrəmanın arxası mətbəxin qapısına tərəf olarkən Cavid əlində baltayla içəri girmiş və girər-girməz Qəhrəmanın başından vurmuşdur. Qəhrəman kürəyi üstə yerə yıxılan zaman o, Cavidi tutmağa çalışsa da, sonuncu 2 dəfə də, Qəhrəmanın üzündən baltayla vurmuşdur. Bundan sonra Cavid onu otaqdan çıxararaq içəri keçməyinə icazə verməmiş, onun Qəhrəmanı görməməsi üçün mətbəxin qapısını bağlamışdır. Özü isə ara-sıra içəri baxmış, bir neçə dəfə isə içəri girib çıxmışdır. Həmin vaxt saat təxminən 16 radələri olmuşdur. Cavid dəfələrlə ona polisə zəng vurmaq istədiyini bildirsə də, o, buna icazə verməmişdir. Cavidin Qəhrəmanı vurmağından təxminən 1 saat, 1 saat yarım sonra Cavid yanına gələrək artıq Qəhrəmanın nəfəsinin gəlmədiyini, sonuncunun öldüyünü bildirmiş, bundan sonra onlar birlikdə həyətə düşmüş və istifadəsində olan ***-***-**-** mobil nömrə ilə İlyasın ***-***-**- ** mobil nömrəsinə zəng edərək İlyasa evə gəlməsini tapşırmışdır. Bir az sonra İlyas Qəhrəmanın maşını ilə evlərinin qarşısındakı yola gəlmiş, onlar birlikdə arxada oturaraq İlyasa bu barədə məlumat vermişlər. İlyas onlarla mübahisə edərək polisə niyə məlumat verməmələri barədə iradlarını bildirmişdir. İlyas polisə məlumat verməyi təklif etsə də, o, qoymamışdır. Onlar təxminən 10-15 dəqiqə maşında oturduqdan sonra birlikdə İlyasa özünə siqaret alsın deyə Arifoğlu marketə, oradan isə evə qayıtmışlar. İlyas bir qədər sonra onlara sellofan torba və əlcək almaq üçün şəhər ərazisinə gedəcəyini bildirərək evdən çıxmış və həmin əşyaları alaraq geri qayıtmışdır. O, digər otaqda olduğundan tam olaraq oranı necə təmizlədiklərini, Qəhrəmanı qara sellafon torbaya necə qoyduqlarını görməmişdir. İlyas və Cavid mətbəxi təmizlədikdən sonra meyiti aparıb uzaq bir yerə atmaları qərarına gəlmişlər. Ona görə də meyiti müvəqqəti evdə qoyaraq gecə saat 12 radələrində birlikdə maşınla meyiti atacaqları yeri axtarmağa başlamışlar. Onlar 2 saat ərzində bir neçə yerə baxsa da yolu tanımadığı üçün hara baxdıqlarını bilməmişdir. Evə qayıtdıqdan sonra İlyas meyiti nənəsi Xanımın yaşadığı İsaxlıgirmə kəndindəki körpüdən çaya atmağı qərara almışdır. Saat təxminən 03 radələrində İlyas meyitin baş tərəfindən Cavid isə ayaq tərəfindən götürüb avtomobilin arxa oturacağına əyləşdirmişlər. Bundan başqa evdəki qanı sildikləri əskilərin yığıldığı sellofanı avtomobilin yük yerinə qoymuşlar. Meyitin baş tərəfini sürücünün arxasındakı oturacağa, ayağını isə ön oturacağın başlıq hissəsinə keçirmişlər. O, sürücünün yanındakı oturacaqda, Cavid isə arxada əyləşmişdir. Onlar körpüyə qəbiristanlıq tərəfindən çıxmış və İlyas avtomobili körpünün yanında saxlamışdır. Onlar birlikdə meyiti avtomobildən düşürüb körpünün üzərinə uzatmış və təxminən 10 dəqiqə ərzində meyitə keçirdikləri sellofanları çıxarıb meyiti körpünün dəmir qoruyucularının üzərindən çaya atmışlar. Meyitin üzərindən çıxardıqları sellofanları avtomobilin yük yerindəki sellofanın içinə qoyaraq həmin sellofanları qaynı Bayrama məxsus hazırda heç kəsin yaşamadığı QazmaŞambul kəndindəki evinə qoymaq üçün getmişlər. İlyas və Cavid maşından düşərək həmin sellofanları evdə gizlətmişlər. Sonuncuların sellofanları hara qoymaları barədə heç bir məlumatı olmamışdır. İlyas və Cavid geri gəldikdən sonra Aytənin yaşadığı evə gedərək ondan guya Qəhrəmanın evdən çıxıb qayıtmadığını, harada olmasını bilmədiklərini deyib oraya gəlib-gəlmədiyini soruşmaları qərarına gəlmişlər. Həmin evə gedib Aytənə Qəhrəmanın buraya gəlibgəlmədiyini soruşmuş, Qəhrəmanın evdən çıxıb hara getdiyini bilmədiklərini və nigaran qaldığını bildirmişlər. Aytən Qəhrəmanın qardaşı İlqargilə gedə biləcəyini dediyi üçün onlar İlqargilə də getmişlər, lakin həmin evdə heç kim olmadığı üçün gecə evə qayıtmışlar. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qəhrəman daim həbsxanada olmuş, azadlığa çıxsa belə qısa bir zamanda yenidən eyni səbəblərdən həbsxanaya düşmüşdür. Qəhrəman azadlıqda olan zaman anası Arzuya rahatlıq verməmiş, evdə həmişə dava-dalaş olmuşdur. Qəhrəman sonuncu dəfə hadisə baş verməzdən 3 gün əvvəl azadlığa buraxılmışdır. Qəhrəman təxminən 6 ay əvvəl narkotik vasitədən istifadəsinə görə tutulmuşdur. Hadisə baş verən günü o, səhər 11-12 radələrində yuxudan durmuş, Arzu ona səhər tezdən Qəhrəman ilə birlikdə 2700 manat kredit götürdüyünü demişdir. O, atası ilə səhər yeməyi yemiş və Qəhrəman ona maşının matorundan səs gəldiyini bildirərək 100 manat verib maşını ustaya aparıb düzəltdirməyini bildirmişdir. Maşın tünd göy rəngli “Xəzər” markalı “ Azsamand” modelli **-BJ-*** dövlət qeydiyyat nömrəli maşın olmuşdur. O, daha sonra evdən çıxıb ustaya getmiş, maşının yağını dəyişib, günorta nahar üçün evə yenidən gəlmişdir. O, evə daxil olub əlini mətbəxdə yuyan zaman Qəhrəman Arzuya əli ilə susmasını işarət etmiş, o, nə məsələ olduğunu soruşduqda sonuncular heçnə deməmişlər. O, süfrəyə oturan zaman Qəhrəman maşının nə işi qaldığını, maşınının tormozunun düzəltdiyini soruşduqda birazdan onu düzəltmək üçün ustaya gedəcəyini bildirmişdir. Qəhrəmanda da öz anasını görmək üçün Qazma Şambula getmək istədiyi üçün onu tez düzəltməyini tapşırmışdır. Bu vaxt Qəhrəman ona 100 manat xərclik vermişdir. O, evdən çıxan zaman Arzu ona evə gec gəlməyini və nənəsigilə getmək istəməməyi barədə mesaj yazmışdır. Çünki Qəhrəman içkili olmuş və Arzu oraya gedib biyabr olacaqlarından çəkinmişdir. O, təxminən günorta saat 2-3 radələrində evdən çıxıb ustaya getmiş, ustada olan zaman axşam təxminən 5-6 radələrində Arzunun ona zəng edib söndürdüyünü görmüşdür. O, Arzuya geri zəng etmiş və sonuncunun səsindən ağladığını hiss etmişdir. Arzu ona təcili evə gəlməyini, qardaşı Cavidlə binanın qabağında onu gözləyəcəyini bildirmişdir. O, binanın qabağına gəlmiş və anası ilə qardaşı maşına əyləşdikdən sonra Arzu ona Qəhrəmanın təhqir etdiyini, şərlədiyini, bıçaqla boğazını kəsəcəyini və Cavidin bunu görüb Qəhrəmanın başının arxasında balta ilə vurub öldürdüyünü bildirmişdir. O, Arzu və Cavidə çox əsəbiləşmiş və Qəhrəmanı tez xətəxanaya aparmalı olduqlarını, Cavidin 15 yaşlı uşaq olduğundan Qəhrəmanı öldürə bilməyəcəyini, bu səbəbdən də vaxt itirmədən xəstəxanaya getməli olduqlarını bildirmişdir. Cavid də ona Qəhrəmanın öldüyünü, yaşamadığını, təslim olacağını, təqsiri nədisə ona görə cəza çəkəcəyini bildirmişdir. Arzu bu vaxt Cavidə təslim olmamasını, yoxsa özünü öldürəcəyini bildirmişdir. O, mağazadan siqaret alıb evə gəldikdən sonra Qəhrəmanın həqiqətən öldüyünü görmüşdür. Arzu qorxudan mətbəxə daxil ola bilməmişdir. Daha sonra qonaq otağına keçib nə edəcəklərini, meyiti aradan qaldırıb, məxbəxi təmizləyib izi itirmək istəmişdir. Onlar Cavidin yaşı az olduğundan tutulmasından qorxmuş, ona görə bu çıxış yolunu tapmışlar. O, sellofan torba, daha sonra yerdəki qanları təmizləmək üçün yuyucu vasitələr almaq məqsədi ilə “Kamil” marketə getmişdir. Oradan lazım olanları alıb evə gəlmiş, Cavidlə meyiti qara rəngli böyük sellofan torbaya salmış və ədyala bükmüşlər. Yerdə bir balaca və bir böyük xalça qan olduğundan onlarıda sellofana qoyaraq yerdəki qanı təmizləməyə başlamışlar. Arzu qorxduğundan həmin vaxt digər otaqda olmuşdur. Sonra onlar çölə çıxıb meyiti atmaq üçün yer axtarmış, lakin yer tapmadığından evə gəlmişlər. Evə gəldikdən sonra meyiti basdırmaları və ya harasa atmaları barədə fikirləşmişlər. O, daha sonra “meyiti harasa ataq ki, tapılsın və atamızın qəbri olsun” demişdir. Daha sonra onlar gecə heç kim görmədən meyiti evdən çıxarmaq üçün yatmış, lakin Arzu oyaq olmuşdur. Təxminən onlar gecə 3-də ayılaraq meyiti evdən çıxarıb maşına qoymuşlar. Onlar Balakən rayonu Şambul kəndi ərazisində olan körpünün üstünə gedərək birlikdə meyiti maşından çıxarıb yerə qoymuş, ədyalı və sellofanı çıxararaq meyiti birlikdə çaya atmışlar. Meyiti yerə qoyduqlarından asfalt qan olmuş və ədyal ilə asfaltı silməyə başlamışlar. Ayaqqabısı da, qan olduğundan bunların hamısını qara sellofanın içərisinə qoymuşlar. Qara sellofanı da əmisigilin əvvəl yaşadığı, lakin indi istifadə olunmayan evinə qoyaraq nənəsigilə getmişlər. Nənəsi xəstə yatdığından oyatmamış, əmisinin arvadı Aytəndən Qəhrəmanın evə gəlib-gəlmədiyini, burada olub-olmadığını soruşmuşlar, Aytən də Qəhrəmanın buraya gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qəhrəman Bayramovu və ailəsini 2010-cu ildən tanıyır. Həmin şəxslərlə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Qəhrəman narkoman olmaqla yanaşı daim içki içmişdir. Qəhrəman ailəsi ilə yola gedən biri olmamışdır. X5 mübahisələrdən qaçaraq onun evinə gəlmişdir. Arzu hər şeyi onlara açıb danışmasa da, onlar Arzunun nə əziyyətlər çəkdiyini görmüşdür. xx.xx.2023-cü il tarixdə o, səhər saatlarında Arzugildən evində olan boranını doğramaq üçün balta almışdır. Günorta saatlarında Cavid onların qapısını döyərək anasının baltanı istədiyini bildirmişdir. Bundan sonra o da, həmin baltanı sonuncuya geri vermişdir. Həmin ərəfələrdə onun başı qarışıq olduğundan Arzugilin evindən səs-küy gəlib-gəlməməsinə fikir verməmişdir. Ümumiyyətlə Arzugilin evində dava-dalaş olan zaman onların evinə səs gəlmir. Lakin o, Arzu ilə yaxın olduğundan dava olan zaman çox vaxt sonuncu onun yanına gəlmişdir. Həmin gün günorta radələrində Arzu onların evinə gələrək təzyiqini ölçməyini istəmişdir. Sonuncunun təzyiqi yuxarı olmuşdur. Hətta o, Arzuya dərman da vermişdir. Qəhrəman barədə sonuncudan soruşduqda evə meyvə, araq alıb qoyub getdiyini, birazdan içkili vəziyyətdə gələcəyini bildirmişdir. Onun əri protez qoydurmaq üçün Bakı şəhərində olduğundan o, Arzuya bir neçə dəfə zəng edərək evinə dəvət etmək istəmişdir. Lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Həmin gün Arzugilin evindən hər hansısa bir qeyri adi səs eşitməmişdir. Saat təxminən gecə 01 radələrində əri evinə gəlmişdir. Hadisə barədə isə hüquq-mühafizə orqanları oraya gəldikdən sonra məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, həmçinin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 və Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qəhrəman Bayramovu şəxsən tanıyır. Sonuncu ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə kiminsə onu səslədiyini eşitmiş, ayıldıqdan sonra onu səsləyənlərin İlyas, Cavid və Arzu olduğunu görmüşdür. Sonunculardan gecənin bu vaxtı nə olduğunu soruşduqda həmin şəxslər ondan “qaqli”ni görüb-görmədiyini soruşmuşlar. Qəhrəmana ailə içərisində hamı “qaqli” demişdir. O, Qəhrəmanın həbsdən azad olduğunu bilməmişdir. Buna görə də, həmin şəxslərdən Qəhrəman çıxıbmı deyə soruşmuşdur. Həmin şəxslər isə ona çıxdığını, lakin evə gəlməyərək harasa getdiyini və Qəhrəmanı axtardıqlarını bildirmişlər. O isə Qəhrəmanın burada olmadığını, yəqin dostlarının və ya hansısa bir qohumunun evində olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və mülki iddiaçının, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyitinin tapıldığı yer Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndindən keçən hissəsindəki körpünün aşağısıdır. Hündürlüyü 9.50 metr olan körpünün aşağısnda üzü üstə uzanıqlı vəziyyətdə, başı çayın axarının əksi istiqamətdə olmaqla tamilə suyun içərisdə olan Qəhrəman Bayramovun meyiti aşkar edilmişdir. Körpünün üzərində qanabənzər ləkələr vardır, həmin ləkələr 1-12 nömrələri ilə şərti nömrələnmişdir. 3,4,8,10,11 nömrələri ilə işarələnmiş yerlərdən qan nümüunələri götürülümüş, həmin qan nümunələri tibbi-bioloji ekspertizasına təyin edildikdən sonra X6 məxsus ola bilməsi müəyyən edilmişdir (cild 01, iş vər. 04-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, meyitə xarici və paltarlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qəhrəman Bayramovun meyitinin əynində qara rəngli uzunqol gödəkçə, qana bulaşmış ağ mayka, qara idman şalvarı, qara tursiyi və qara corabları olmuşdur. Meyitin ənsəsinin yuxarı hissəsində 6.0x0.5 sm ölçüdə, sağ qaşının bayır bucağından üst dodağın sağ tərəfinə doğru gedən 7.5x3.0 sm ölçüdə, alnının sol aşağı hissəsindən sol qaşın üstündən başlayıb almacıq nahiyəsində qurtaran 8.5x1.5 sm ölçüdə yaralar vardır. Bundan başqa meyitin alnının sol tərəfindən başlayaraq sol gicgah önünə qədər 11.0x3.5 sm ölçüdə sıyrıq və boynunun sol orta yan səthində 6.5x0.1 sm-dan 2.0x.0.1 sm-ya qədər 08 ədəd sıyrıqlar vardır (cild 1, i.v. 16-25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli protkoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Qəhrəman Bayramova məxsus 2 otaqlı fərdi yaşayış evidir. Hadisənin baş verdiyi yer evin mətbəx hissəsidir, cinayətin aləti olan baltanın tiyəsi evin mətbəxindən çıxışı olan eyvanda aşkar edilmiş və 1 şərti nömrəsi ilə işarələnərək götürülmüşdür. Mətbəxdə 2-4 şərti nömrələri ilə işarələnmiş yerlərdən qan nümunəsi götürülmüş və həmin qan nümunələri tibbi-bioloji ekspertizasına təyin edildikdən sonra X6 məxsus ola bilməsi müəyyən edilmişdir. Qonaq otağında 5 şərti nömrəsi ilə işarələnmiş istifadə edilməmiş qara sellofan torba, sanitar qovşağından isə 6 şərti nömrəsi ilə işarələnmiş əski götürülmüşdür. Mənzilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı bir dəlil aşkar edilməmiş, baxış iştirakçısı Şahid1 baltanın sapanı atdığı yeri göstərmək istədiyini bildirmiş və mənzildən kənar, lakin yaşadıqları binaya yaxın olan sahəyə baxış zamanı baltanın sapı aşkar edilmiş və 7 şərti nömrəsi ilə işarələnərək götürülmüşdür (cild 01, iş vər. 57-70). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protkoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman Bayramovu öldürdükdən sonra qardaşı Şahid2la və anası Şahid1 ilə birlikdə cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyaları gizlətdiyi yer Balakən rayonu Qazmaşambul kəndində yerləşən köhnə yarımtikilidir (cild 01, iş vər. 71- 78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 108-109). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 PHŞ-in məhkəmə-tibbi ekspertizasının 360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarət-kürəyinin sol yuxarı hissəsində sıyrıq küt əşyanın təsirindən törənmişdir. 22-xx.xx.2023-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 145-147). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 PHŞ-in məhkəmə-tibbi ekspertizasının 359 nömrəli rəyindən görünür ki, Şahid1 müəyyən edilmiş xəsarətlər-ənsənin aşağı orta hissəsində bir ədəd şişkinlik, alnının sol yuxarı hissəsində bir ədəd qançır, sol yuxarı kürəkdə bir ədəd qançır-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023cü ildə (yumruq, təpik zərbələri nəticəsində) əmələ gələ bilərdilər, xəsarətlərin hamısı birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, iş vər. 148-150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokollardan və onlara əlavə olunmuş CD-R disklərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək atası Qəhrəman Bayramovu qətlə yetirdiyi hadisə yerini, cinayətin izlərini itirmək üçün meyiti atdıqları yeri və maddi sübutları gizlətdikləri yeri əyani olaraq göstərmişdir (cild 01, iş vər.178-181, 182-184, 185- 187). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Balakən Rayon Məhkəməsinin 4(019)-50/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər 188-193). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Qəhrəman Bayramovun meyitini daşımaq üçün istifadə etdikləri maşın Xəzər Azsamand markalı **-BJ-*** qeydiyyat nömrəli maşındır (cild 01, iş vər.196-204). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 PHŞ-in məhkəmə-tibbi ekspertizasının 25 nömrəli rəyindən görünür ki, Qəhrəman Bayramovun meyitinin bədənində massiv qanitirmə ilə müşayiət olunan, açıq kəllə beyin travması, ənsə nahiyəsində 01 ədəd yara, ənsə sümüyünün açıq qəlpəli yerdəyişməli sınığı, baş beynin sərt və yumşaq qişalarında qansızmalar, massiv qanitirmə ilə müşayiət olunan, alnının sol aşağı hissəsindən başlayıb sol qaşın üstündən keçib sol almacıq nahiyəsinin aşağısında qurtaran 01 ədəd yara-yara daxilində əng arteriyasının, damarların, sinirlərin tam kəsilib üzülməsi-yara dibində alın sümüyünün xarici lövhəsinin çatı, sol almacıq sümüyünün açıq yerdəyişməli qəlpəli sınığı, massiv qanitirmə ilə müşayiət olunan, sağ almacıq nahiyəsində 01 ədəd yara-yara daxilində əng arteriyasının, damarların, sinirlərin tam kəsilib üzülməsi-yara dibində sağ almacıq sümüyünün açıq yerdəyişməli qəlpəli sınığı, alnının sol tərəfindən başlayaraq sol gicgah önünə qədər olan 01 ədəd sıyrıq, boynunun sol orta yan səthində 08 ədəd səthi sıyrıqlar xəsarətləri vardır. Bədənindəki sıyrıqlar küt əşyanın təsirindən, digər xəsarətlər çapıcı alətin (alətlərin) təsirindən törənmişlər. Müayinədən 22-25 saat əvvəl baş verməyə uyğun gəlirlər. Bədənindəki sıyrıqlar canlı şəxslərdə təyin edildiyi kimi, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmirlər. Digər xəsarətlər isə canlı şəxslərdə təyin edildiyi kimi, birlikdə və ayrı-ayrılıqda onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. Sonuncunun ölümünə səbəb-baş beyində əzilmə-qansızma xaricə massiv (çoxlu) qanitirmə olmuşdur. Qəhrəman Bayramovun meyitində müəyyən edilmiş xəsarətlər qarşılıqlı dalaşma zamanı yetirilə bilərdilər. Sonuncunun ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 22-23 saat əvvəl baş verməyə uyğun gəlir. X3 meyitindən götürülmüş qanın və əzələnin kimyəvi müayinəsinə əsasən onun qanında və əzələdə metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 222-224). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 PHŞ-in məhkəmə-tibbi ekspertizasının 01-Ə nömrəli rəyi ilə, zərərçəkmiş şəxs Qəhrəman Bayramovun bədən səthində sıyrıqlardan əlavə müəyyən edilmiş digər 3 xəsarət formasına, xarakterinə, ölçülərinə görə ekspertizaya təqdim edilmiş baltanın kəsici hissəsi ilə zərbə ilə vurulmaqla yetirilməyə uyğun gəldiyi müəyyən olunmuşdur (cild 01, iş vər. 225-226). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baltanın tiyə hissəsi dəmirdəndir. Kəsici-ağız hissəsinin eni 9.5 sm olmaqla qövsvari itidir. Tiyənin hündürlüyü 14 sm-dır. Tiyənin arxası, sapa girən hissəsi kütdür. Arxasının eni 4.5 sm-dır. Sapın uzunluğu 47.5 sm, eni 4.5-smdır (cild 01, iş vər. 227-231). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Balakən rayonu Qazmaşambul kəndində yerləşən köhnə daxmadan götürülmüş qara rəngli torbanın içərisindən cinayətin izlərini itirmək üçün istifadə etdikləri əşyalar çıxmışdır (cild 01, iş vər. 232-247). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 nömrəli ünvanda atası, anası, bacısı və qardaşı onun ailə üzvləri olmaqla onlarla birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 01-04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Balakən RMX-dan daxil olmuş 23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur (cild 02, iş vər. 12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 01, iş vər. 27-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Şəki Rayon Psixiatriya Xəstəxanasının 038 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın dispanser müşahidəsində olmamışdır (cild 02, iş vər. 29). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 1155 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 02, iş vər. 30). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş 19/51-906 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatı yoxdur (cild 02, iş vər. 31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Balakən RPŞ-dən daxil olmuş 3-13-66/2-2573/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, barəsində axtarış işi açılmamış, həmçinin araşdırma və ya ibtidai istintaq aparılmamışdır (cild 02, iş vər. 41). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının, 3-16-16/2-6/513 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Qəhrəman Bayramov, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 geyim paltarlarının üzərində, iki ədəd xalçanın, avtomobilin arxasındakı sərnişin oturacaqların üzlüklərinin (dəst) və ədyalın üzərlərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin rəngi və təbiəti 1 saylı cədvəldə göstərilmişdir. Qəhrəman Bayramovun əynində olmuş geyim paltarlarının üzərində Cavid, İlyas və Arzunun geyim paltarlarının tərkib liflərindən yoxdur. Cavidin əynində olmuş uzunqol köynəyinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İlyasın əynində olmuş şalvarının üzərindən aşkar edilmiş qara rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın şalvarının tərkib liflərinə uyğun gəlirlər. Arzunun əynində olmuş jaketinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Sonuncunun meyitini qoyduqları 2 ədəd sellofan torbada kənar lif mikrohissəcikləri, həmçinin Qəhrəman Bayramovun geyim paltarlarının tərkib liflərindən yoxdur. Sonuncunun meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş qara rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Qəhrəmanın şalvarının tərkib liflərinə uyğun gəlirlər. Sonuncunun meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə təqsirləndirilən şəxs Cavidin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Qəhrəmanın meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə şahid İlyasın sviterinin tərkib liflərinə uyğun gəlirlər. Qəhrəmanın meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərində şahid Arzunun geyim paltarlarının tərkib liflərindən yoxdur. Qəhrəmanın meyitini qoyduqdan sonra bükdükləri ədyalın üzərindən aşkar edilmiş açıq-qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X20 markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxasındakı sərnişin oturacaqların üzlüklərinin (dəst) tərkib liflərinə uyğun gəlirlər. Hadisə yerindən götürülmüş böyük və kiçik ölçülü xalçaların üzərindən aşkar edilmiş qara rəngli hamar-poliester kimyəvi liflər zərərçəkmiş Qəhrəmanın şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd baltada kənar lif mikrohissəcikləri, həmçinin zərərçəkmiş şəxs Qəhrəmanın qərarın təsviri hissəsində qeyd olunmuş geyim paltarlarının tərkib liflərindən yoxdur (cild 02, iş vər. 47-56). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə ballistik və trasoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/151, 3/152 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət - təsərrüfat təyinatlı baltanın hissələridir dəstəyidir-tiyəsidir, soyuq silah hesab edilmir, tiyəsi zavod, dəstəyi isə kustar üsulla hazırlanmışdır, üzərlərində təyinatı dəyişən düzəlişlər edilməmişdir. Təqdim edilmiş üzərində “X1..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd idman gödəkçəsinin, bir ədəd maykanın, bir ədəd idman şalvarının, bir ədəd tumanın, bir cüt corabın, üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd uzunqol köynəyin, bir ədəd qısaqol köynəyin, bir ədəd cins şalvarın, üzərində “Şahid2..." yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd uzunqol köynəyin, bir ədəd gödəkçənin, bir ədəd şalvarın, üzərində “Şahid1...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd jaketin, bir ədəd qısaqol köynəyin, bir ədəd şalvarın bir cüt ayaqqabının səthində trasoloji zədə yoxdur. Təqdim edilmiş tiyə və dəstəyin əvvəlki vəziyyətində vahid bütövlük təşkil edərək, eyni bir tamın (baltanın) hissəsi olması istisna edilmir (cild 02, iş vər. 57-62). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il traixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in məhkəmə-psixoloji ekspertizasının 06 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Cavid praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərinə malikdir. Sonuncun emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cavid cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmiş Qəhrəman Bayramovun onun anasına qarşı əməlləri ilə bağlı ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (cild 02, iş vər. 63-67). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in məhkəmə-psixiatriya ekspertizasının 43 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Balakən MRX PHŞ-dan verilmiş xx.xx.2024-cü il tarixli 23 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, törətdiyi əmələ tənqidi münasibət bəsləyərək həmin əməldən peşman olduğunu bildirməsi və s.) sübut edir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək Cavidin hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olduğu, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olduğu, hal- hazırda da öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olduğu, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olduğu, yəni anlaqlı olduğu, onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmədiyi, sonuncunun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı olmadığı qənaətinə gəlmişdir (cild 02, iş vər. 68-72). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” PHŞ-in məhkəmə-tibbi bioloji ekspertizasının 50/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Qəhrəman Bayramovun ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Ekspertizaya təqdim edilən sonuncuya məxsus bir cüt ayaqqabı, bir cüt başmaq, Təqsirləndirilən şəxs məxsus bir cüt uzunboğaz çəkmə, hadisə yerindən götürülmüş təmizləyici vasitə qabı, 05 ədəd qara rəngli böyük polietilen paket, 01 ədəd ağ rəngli polietilen paket, polietilen paket daxilində maddə kütləsi, 05 cüt əlcək, kiçik balış üzü, 02 ədəd toxuma parçası, 02 ədəd müşəmbə, ədyal, xalça, xalça kəsiyi, avtomobilin arxa oturacaq üzlüyünün bir hissəsi, 02 ədəd alt şalvarı, papaq, köynək, idman şalvarı, qısaqol köynək, qadın koftası, trusik, meyitin üzərindən götürülmüş idman şalvarı, qolsuz mayka, bir cüt corab, papaqlı idman gödəkcəsi, trusik, Təqsirləndirilən şəxs məxsus kofta, Şahid1 məxsus jaket, kofta üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd flakondakı çubuqlu pambıq tampon üzərinə və 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Qəhrəman Bayramova məxsus ola bilər. Təqdim olunan Şahid2 məxsus digər bir cüt rezin başmaq, balta dəstəyi, baltanın işçi metal hissəsi üzərində qan, əlcək qablaşdırmaq üçün nəzərdə tutulmuş 6 ədəd paket, bir ədəd idman şalvarı, qara rəngli polietilen paket rulonu, avtomobilin arxa oturacaq üzlüyünün ayrılmış digər hissəsi, Təqsirləndirilən şəxs məxsus gödəkcə, cins şalvar, qısaqol köynək, Şahid2 məxsus gödəkcə, sviter, vilvet şalvar, Şahid1 məxsus lasin, bir cüt idman ayaqqabısı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 02, iş vər. 77-93). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protkoldan görünür ki, Şahid2la anası Şahid1 arasında xx.xx.2023-cü il tarixdə saat 17:42-də 19 saniyə çəkən telefon danışığı olmuşdur. Şahid2 həmin danışıq zamanı anasının ona evə gəlməli olduğunu bildirdiyini, bundan sonra evə getdiyini və hadisənin şahidi olduğunu qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxsla Şahid1 telefonlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hala rast gəlinməmişdir (cild 02, iş vər. 119, 120,121). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Redmi markalı telefonu sonuncunun qardaşı Şahid2 təhvil verilmişdir (cild 01, iş vər. 160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9, 126.3, 123.1, 122.1, 221 və 228.4-cü maddələri ilə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 183-202). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid2 və Şahid1 baş vermiş cinayət hadisəsi barədə məlumat verməmələri və həmin cinayəti gizlətmələri xüsusatlarına hüquqi qiymət verilməsi məqsədi ilə barələrində Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 02, iş vər. 217-218). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində birlikdə yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinin mətbəxində atası X3 anası Şahid1 ilə mübahisə edərkən sonuncunu boğazına bıçaq dirəyərək təhqir etdiyini, öldürməklə hədələdiyini və zor tətbiq edərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsini görərək əsəbləşmişdir. Təqsirləndirilən şəxs əsəbləşərək əvvəlcədən qonşusu Şahid6 vermək məqsədi ilə mətbəxin eyvanından götürüb, lakin həmin mübahisənin böyüməsindən qorxaraq qonaq otağında saxladığı soyuq silah hesab edilməyən, tiyəsi zavod, dəstəyi isə kustar üsulla hazırlanmış balta ilə mətbəxə keçərək Qəhrəman Bayramova arxa tərəfdən başının ənsə nahiyəsinin yuxarı hissəsindən köndələn istiqamətdə vurduqdan sonra zərbənin təsirindən arxası üstə döşəmə üzərinə yıxılmasını gördükdə isə balta ilə sonuncunun sifətinin sağ və sol almacıq nahiyələrindən 2 dəfə olmaqla cəmi 3 dəfə zərbə vuraraq ölümünə səbəb olmuş Qəhrəman Bayramovun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, eyni zamanda birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən əlamətlərə malik alnının sol tərəfindən başlayaraq sol gicgah önünə qədər olan 01 ədəd sıyrıq, boynunun sol orta yan səthində 08 ədəd səthi sıyrıqlar xəsarətləri yetirməklə Qəhrəman Bayramovu ailə münaqişəsi zəminində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələ doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə hesab edir ki, yetkinlik yaşına atmayan Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməllərini Cinayət Məcəlləsinin 120.1-ci maddə ilə tövsif etmişdir. Bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə onlara cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, habelə cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, kriminal əməlin nəticəsində baş vermiş ağır nəticə (zərərçəkmiş şəxs Qəhrəman Bayramovun ölməsi) və tərəflər arasında barışığın əldə edilməməsi nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun cinayət törədilən vaxt və hazırda yetkinlik yaşına çatmaması mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayarkən bilavasitə Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, göstərilən prosessual hüquq normasında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göstərilənlərə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Balakən Rayon Prokurorluğunda saxlanılan cinayətin izlərini itirmək üçün istifadə edilmiş əşyaların yığıldığı iç-içə keçirilmiş 02 ədəd qara sellofon torba, torbaların içərisində Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, çəkələk, Şahid2 məxsus 01 cüt ayaqqabı, çəkələk, evin mətbəx hissəsini təmizləyərkən istifadə etdikləri təmizləyici vasitə, sarımtıl rəngli süfrələr, ədyal, əlcəklərin (05-i göy-sarı, 01-i qırmızı rəngli olmaqla ümumilikd 06 ədəd) və qara sellofon torbaların paketləri, istifadə etdikləri 04 ədəd sarımtıl, 01 ədəd qırmızı rəngli əlcəklər, 01 ədəd qara-boz rəngli yastıq üzü, 01 ədəd qara rəngli köhnə idman paltarının şalvarı, 02 ədəd qırmızı-qara rəngli parça, 01 ədəd boz rəngli kişi gecə geyiminin şalvarı, 01 ədəd göy-sarı rəngli köhnə, qollarl tül formasında olan qadın köynəyi, 01 ədəd qara rəngli, üzərində ağ nöqtələr olan kişi köynəyi, 01 ədəd qara rəngli, köhnə kişi tumanı, 01 ədəd qara rəngli, köhnə, qısa qol kişi köynəyi, 01 ədəd qara rəngli kişi papağı, 01 ədəd açıq qəhvəyi kişi gecə geyiminin şalvarı, hadisənin baş verdiyi evin mətbəx hissəsində olan qanları təmizlədikləri əşyaları yığdıqları 02 ədəd (01-i şəffaf, 01-i ağ rəngli) qana bulaşmış sellofon torbalar, X3 meyitinin büküldüyü 02 ədəd qara rəngli torba, xalçaların qoyulduğu 01 ədəd qara rəngli, balaca xalça, böyük xalça, Balakən rayonu İsaxlıgirmə kəndində yerləşən körpüdə 3,4,8,10,11 şərti nömrələri ilə işarələnmiş yerlərdən götürülmüş qan nümunələri, xx.xx.2023-cü il tarixli könüllü təqdim edilən əşyaların götürülməsi haqqında protokolla Şahid2 qara rəngli şalvar, qara rəngli uzunqol köynək, qara rəngli gödəkçə, xx.xx.2023-cü il tarixli protokolla Şahid1 qara rəngli şalvar, qara rəngli qısaqol köynək, jaket, qara rəngli ayaqqabı, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs qara rəngli şalvar, qara rəngli qısaqol üç düymə köynək, tünd sarı rəngli uzunqol köynək, qara rəngli gödəkçə, xx.xx.2023-cü il tarixli Qəhrəman Bayramova məxsus qara rəngli gödəkçə, qana bənzər ləkələr olan, ekspertiza zamanı kəsilmiş ağ rəngli mayka, qara idman şalvarı, qara tursik, 1 cüt qara corab, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə baltanın tiyəsi, hadisə yerində 2,3,4 şərti nömrələri ilə işarələnmiş yerdən götürülmüş qan nümunələri, cinayətin izlərini gizlətmək üçün alınmış qara sellofon torbanın istifadə olunmamış hissəsi, evin ayağyolundan götürülmüş əski, hadisənin baş verdiyi evin yaxınlığından götürülmüş, cinayətin aləti olan baltanın sapı, xx.xx.2024-cü il tarixli baxış protokolu ilə X20 markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış zamanı sürücünün arxasındakı sərnişin oturacağının üzlüyü məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutun tədqiqi üçün çəkilmiş 294 (iki yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə yetkinlik yaşına atmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunda saxlanılan cinayətin izlərini itirmək üçün istifadə edilmiş əşyaların yığıldığı iç-içə keçirilmiş 02 ədəd qara sellofon torba, torbaların içərisində Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, çəkələk, Şahid2 məxsus 01 cüt ayaqqabı, çəkələk, evin mətbəx hissəsini təmizləyərkən istifadə etdikləri təmizləyici vasitə, sarımtıl rəngli süfrələr, ədyal, əlcəklərin (05-i göy-sarı, 01-i qırmızı rəngli olmaqla ümumilikd 06 ədəd) və qara sellofon torbaların paketləri, istifadə etdikləri 04 ədəd sarımtıl, 01 ədəd qırmızı rəngli əlcəklər, 01 ədəd qara-boz rəngli yastıq üzü, 01 ədəd qara rəngli köhnə idman paltarının şalvarı, 02 ədəd qırmızı-qara rəngli parça, 01 ədəd boz rəngli kişi gecə geyiminin şalvarı, 01 ədəd göy-sarı rəngli köhnə, qolları tül formasında olan qadın köynəyi, 01 ədəd qara rəngli, üzərində ağ nöqtələr olan kişi köynəyi, 01 ədəd qara rəngli, köhnə kişi tumanı, 01 ədəd qara rəngli, köhnə, qısa qol kişi köynəyi, 01 ədəd qara rəngli kişi papağı, 01 ədəd açıq qəhvəyi kişi gecə geyiminin şalvarı, hadisənin baş verdiyi evin mətbəx hissəsində olan qanları təmizlədikləri əşyaları yığdıqları 02 ədəd (01-i şəffaf, 01-i ağ rəngli) qana bulaşmış sellofon torbalar, X3 meyitinin büküldüyü 02 ədəd qara rəngli torba, xalçaların qoyulduğu 01 ədəd qara rəngli, balaca xalça, böyük xalça, Balakən rayonu İsaxlıgirmə kəndində yerləşən körpüdə 3,4,8,10,11 şərti nömrələri ilə işarələnmiş yerlərdən götürülmüş qan nümunələri, xx.xx.2023-cü il tarixli könüllü təqdim edilən əşyaların götürülməsi haqqında protokolla Şahid2 qara rəngli şalvar, qara rəngli uzunqol köynək, qara rəngli gödəkçə, xx.xx.2023-cü il tarixli protokolla Şahid1 qara rəngli şalvar, qara rəngli qısaqol köynək, jaket, qara rəngli ayaqqabı, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs qara rəngli şalvar, qara rəngli qısaqol üç düymə köynək, tünd sarı rəngli uzunqol köynək, qara rəngli gödəkçə, xx.xx.2023-cü il tarixli Qəhrəman Bayramova məxsus qara rəngli gödəkçə, qana bənzər ləkələr olan, ekspertiza zamanı kəsilmiş ağ rəngli mayka, qara idman şalvarı, qara tursik, 1 cüt qara corab, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolu ilə baltanın tiyəsi, hadisə yerində 2,3,4 şərti nömrələri ilə işarələnmiş yerdən götürülmüş qan nümunələri, cinayətin izlərini gizlətmək üçün alınmış qara sellofon torbanın istifadə olunmamış hissəsi, evin ayağyolundan götürülmüş əski, hadisənin baş verdiyi evin yaxınlığından götürülmüş, cinayətin aləti olan baltanın sapı, xx.xx.2024-cü il tarixli baxış protokolu ilə X20 markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış zamanı sürücünün arxasındakı sərnişin oturacağının üzlüyü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 294 (iki yüz doxsan dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Xaliq Məmmədov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-27/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-27/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver