Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-274/2023 11.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Ərəbbəsrə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvələrində Yevlax rayonu, Ərəbbəsrə kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdar hesab edilən 85 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib, yetişdirərək qəsdən kultivasiya etmiş, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə 20 may 2023-cü il tarixdə saat 11:30-dan saat 12:10-dək olan müddətdə keçirilmiş baxış zamanı həmin evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs qəsdən kultivasiya etdiyi ümumi təmiz çəkisi 14 kiloqram 210,0 qram olan, 30 sm-dən 170 sm-dək uzunluqda külli miqdarda 85 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri və ümumi çəkiləri 420,0 qram olan 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sözügdən toxumları tapmış, lakin həmin toxumların çətənə toxumu olduğunu bilməmişdir. Onları əkib becərmiş, yalnız həmin bitkilər yetişəndən sonra bilmişdir ki, bu toxumlar çətənə toxumu olmuşdur. Özü əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. Əməlindən peşmandır və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, yaşadığı Yevlax rayon Ərəbbəsrə kəndində təsərüfatla məşğul olur. Onun yaşadığı evdə arvadı və uşaqları da onunla birlikdə yaşayırlar. O, 2023-cü ilin aprel ayının əvvələrində yaşadığı Yevlax rayon Ərəbbəsrə kəndində özünə məxsus həyət evinin əkin yerində bir qədər əvvəl kənd ərazisindən yabanı şəkildə bitmiş çətənə kollarından yığaraq saxladığı çətənə toxumlarını torpaq sahəsinin kənarında əkmişdir. Belə ki, onun həmin çətənə toxumlarını əkməkdə məqsədi həmin kollardan yığılan narkotik vasitədən özü üçün istifadə etmək olmuşdur. Onun ayağı möhkəm ağrıdığından o, həmin çətənə kolundan yığıb qurudaraq istifadə etmək niyyətində olmuşdur. O, əkmiş olduğu narkotik tərkibli kollara aqrotexniki qaydada qulluq edərək onları vaxtaşırı sulamaqla və diblərini belləməklə peyin verərək qulluq etmişdir. Onun əkmiş olduğu toxumlardan 85 ədəd kol əmələ gəlmişdir. O, hər gün yaşadığı həyət evində təsərrüfatla məşğul olduğundan, evdə ailə üzvlərinin onun həmin yerə çətənə kolları əkməsindən xəbərləri olmamışdır. O, həmin toxumları əkərkən arvadı ondan torpağa nə əkdiyini soruşduqda o, gül toxumları əkdiyini bildirmişdir. Ümumiyyətlə o, yaşadığı həyətdə yaz mövsümü zamanı tərəvəz əkirmiş və həmin vaxt ailə üzvləri şübhələnməsin deyə həmin ərazinin yaxınlığına lobya və s. əkin əkmişdir. xx.xx.2023-cü il tarixdə onu polis əməkdaşları saxlamış və onun yaşadığı həyət evinə baxış keçirmək istədiklərini bildirmişlər və o, polis əməkdaşlarına etiraz etməmiş və baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, polis əməkdaşları da onun yaşadığı Yevlax rayon Ərəbbəsrə kəndində yerləşən həyət evinə baxış keçirmişlər. Baxış zamanı onun həyət evinin əkin sahəsindən ümumi sayı 85 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Onun yaşadığı həyət evinə polis əməkdaşları video çəkilişlə aqronomun iştirakı ilə baxış keçirmişlər. O, aşkar olunmuş çətnə kollarından hərdən bir özü üçün istifadə etdiyini, əkmiş olduğu kolları öz şəxsi məqsədi üçün əkdiyini polis əməkdaşlarına bildirmişdir. Aşkar olunmuş çətənə kolları qablaşdırılmış və tərtib olunmuş protokol ona ucadan oxunmuş və o, öz imzasıyla protokolu təsdiq etmişdir. O, öz ifadəsini heç bir fiziki güç və sair psixoloji təsir göstərilmədən vermişdir. O, həmin 85 ədəd narkotik tərkibli bitki kollarını 2023-cü ilin aprel ayının əvvələrində özünün şəxsi istifadəsi üçün yaşadığı həyət evində əkmişdir. Yevlax rayon Ərəbbəsrə kəndində yerləşən torpaq sahəsi ona məxsusdur. O, uzun illərdir ki, həmin həyət evində ailəsi ilə birlikdə yaşayır. O, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. Onun həmin yerə çətənə bitkisi əkməsini ailə üzvləri bilməmiş və ailə üzvlərinin heç bir məlumatı olmamışdır. O, özü həmin bitkilərə qulluq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadədəni təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yevlax rayon Ərəbbəsrə kəndində yaşayan, xx.xx.1953-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Daha sonra o, həmin gün polis əməkdaşları və aqronom Şahid3 Aftandil oğlu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən küçəyə səsləmiş və Elman bayıra çıxdıqda onlar Elmana həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumatlı olduqlarını və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Eyni zamanda onlarla birlikdə aqronom Şahid3 iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməmiş və həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələri əkməsini etiraf etmiş, bundan sonra videoçəkiliş aparılaraq aqronomun iştirakı ilə Elmanın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahənin sağ tərəfində hasarın kənarında Təqsirləndirilən şəxs torpaq sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 30 sm-dən 170 sm-ə qədər uzunluqda 85 ədəd bitki kolu və bitki kolu hissəcikləri aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həmin narkotik tərkibli bitkiyə bənzər 85 ədəd bitki kolu və bitki kolu hissəcikləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən kökündən çıxarılmış, ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadədəni təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax rayon X6 rəisi vəzifəsində işləyir. 20 may 2023-cü il tarixdə saat 10 radələrində Yevlax polis şöbəsinin əməkdaşları onu keçiriləcək tədbirdə aqronom-mütəxəssis kimi iştirak etmək üçün Yevlax rayon Ərəbbəsrə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış keçirilməsinə etiraz etməmiş polis əməkdaşları onun və kriminalistin video çəkiliş ilə həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində 85 ədəd spesfik iyli, ətrafı alaq otlarından təmizlənmiş, dibi yumşaldılıb suvarılmış, peyinlənmiş narkotik xassəli çətənə kollarına oxşar bitkilər aşkar olunmuşdur. O, həmin bitkiləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin bitki kolları aqrotexniki qaydada qulluq olunmuş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkiləridir. Bu barədə elə baxış keçirilən müddətdə rəy yazıb vermişdir. Həmin rəyi hazırda müdafiə edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonu Ərəbbəsrə kəndində doğulmuş və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər, 04-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, X4 ərizə ilə müraciət edərək yaşadığı Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01 iş vər, 16). Cinayət işinin materiallarında olan “Fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutların götürülməsi” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları və apronom-mütəxəssisin iştirakı ilə Yevlax rayon Ərəbbəsrə kənd sakini Təqsirləndirilən şəxs Ərəbbəsrə kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahənin sol tərəfindən girişdən təxminən 15 metr uzaqlıqda birmərtəbəli, kürsülü fərdi yaşayış evinin, girişlə üzbəüz tövlənin və onun arxasında həyətyanı sahədə meyvə ağaclarının əkildiyi müəyyən edilmişdir. Həyətyanı sahəyə baxış zamanı sahənin sağ tərəfində hasarın kənarında Təqsirləndirilən şəxs Abıl oğlunun torpaq sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 30 sm-dən 170 sm-ə qədər uzunluqda 85 ədəd bitki kolu və bitki kolu hissəcikləri aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həmin narkotik tərkibli bitkiyə bənzər 85 ədəd bitki kolu və bitki kolu hissəcikləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən, kökündən çıxarılmış, ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Baxışın əks olunduğu video görüntülər CD diskə köçürülməklə müvafiq protokola əlavə olunmuşdur (cild 01 iş vər, 17-20). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Yevlax rayonu Ərəbbəsrə kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan dirrik sahədən aşkar olunmuş hündürlüyü təxminən 30 sm-dən 170 smə qədər olan 85 ədəd bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/412 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərində yapışdırılmış kağızda “Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən Təqsirləndirilən şəxs Abıl oğluna məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş narkotik tərkibli çətənəyə bənzər...bitki kolu.” yazısı olan 03 (üç) ədəd sintetik kisələrin içərisində, uzunluqları 30 sm-dən 170 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri – 14 kiloqram 210,0 qram olan 85 (səksən beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bikiləridir. Aqronom (mütəxəssis) Şahid3 20 may 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərlərində yapışdırılmış kağızda “Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən Təqsirləndirilən şəxs Abıl oğluna məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş çətənəyə bənzər bitki kolu hissələri.” yazısı olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri – 420,0 qram olan 05 (beş) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bikisinin hissələridir (cild 01 iş vər, 24-28). Cinayət işinin materiallarında olan 1024 nömrəli “Arayış”dan görünür ki, Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayan 1953-cü il təvəllüdlü Yusibov X3 şəhər Mərkəzi Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda durmur (cild 01 iş vər, 107). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1584 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsindəı narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01 iş vər, 109). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, X5 müdafiəçisinin iştirakı ilə videoçəkilişlə ifadəsi yerində yoxlanılmış və o, ifadənin yerində yoxlanılması zamanı narkotik tərkibli bitkiləri kultivasiya etdiyi yeri bir daha əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlamaya dair videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 67-69). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, X5 və X2 barələrində əməllərində CM-in 237.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddələrlə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin, X5 və X2 barələrində əməllərində CM-in 237.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından, cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 01 iş vər, 114-121). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayon Ərəbbəsrə kənd sakini Təqsirləndirilən şəxs Ərəbbəsrə kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş, şəxsin yaşayış evinin həyətyanı sahəsində olan torpaq sahəsinə ərizəsi alınmaqla aqronom-mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və həmin torpaq sahəsində narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yevlax rayon Ərəbbəsrə kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 237.2.3-cü maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) sözügedən maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Odur ki, məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və onun ibtidai istintaq zamanı heç bir təsir və ya təzyiq altında qalmadan verdiyi ifadələri əsaslı hesab edərək məhz həmin ifadələri ona elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Yevlax rayonu Ərəbbəsrə kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01 iş vər. 103-105). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01 iş vər, 106). Məhkəmə Təqsirləndirilən şəxs 70 yaşının olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmədə Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, yaşının da çox olması əsas götürülməklə ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, yaşının çox olmasına baxmayaraq törətdiyi cinayətin ictimai təhlükəliliyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız ona təyin olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01 iş vər, 61-62). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alınığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 7-ci bəndinə əsasən, 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. İş materialları ilə Təqsirləndirilən şəxs 70 yaşının olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsində göstərilən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi çəkisi 14 kq 201,50 qram olan 85 ədəd çətənə bitkiləri və 419,50 qram olan çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi çəkisi 14 kq 201,50 qram olan 85 ədəd çətənə bitkiləri və 419,50 qram olan çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-274/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-274/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver