Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-274/2024 19.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İSədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1979-cu ildə Qəbələ şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qəbələ rayonu Çarxana kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarından istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq yaşadığı Qəbələ rayonunun Çarxana kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərəvəzin içərisində 18 (on səkkiz) ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini toxumlarından istifadə etməklə qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək yetişdirib külli miqdarda kultivasiya etmiş və bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 iyul 2024-cü il tarixdə saat 11 radələrində Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun öz razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi uzunluqları 198 sm, 185 sm, 138 sm, 121 sm, 139 sm, 105 sm, 190 sm, 120 sm, 103 sm, 146 sm, 132 sm, 166 sm, 110 sm, 179 sm, 180 sm, 162 sm, 103 sm və 35 sm ölçülərdə, yaş vəziyyətdə ümumi çəkiləri 3960,0 (üç min doqquz yüz altmış) qram olmuş, 18 (on səkkiz) ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri kultivasiya edildiyi yerdən aşkarlanaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 ildən artıq müddətdir ki, marixuanadan istifadə etməklə 2023-cü ilin sonlarında Bakı şəhərində olan zaman tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığı narkotik vasitə olan marixuananı siqaretə dolduran zaman içərisində toxumlarının da olduğunu görərək seçdikdən sonra əkmək məqsədilə saxlamış, 2024-cü ilin mart ayının sonlarında həmin toxumları əkmək qərarına gələrək Çarxana kəndində öz həyətində olan tərəvəz sahəsinə həmin toxumları torpağa basdırıb əkmişdir. Toxumlardan 17 ədədini yaşadığı evin arxa hissəsində yerləşən özünə məxsus tərəvəz sahəsində, 1 ədədini isə evin yanında yerləşən özünə məxsus tərəvəz sahəsinə əkmiş, mütəmadi olaraq həmin toxumlara su verərək dibini yumşaltmışdır. 2024-cü ilin iyul ayında əkdiyi çətənə bitkiləri böyüyüb müxtəlif uzunluqlarda, bəzilərinin uzunluğu isə təxminən 2 metrə yaxın kimi çatmış, 2024cü ilin yay aylarında həmin marixuana bitkisindən 2 ədədini özü istifadə etmək məqsədi ilə yarıdan kəsmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Qəbələ rayon Çarxana kəndində yaşadığı həyətin qarşısında olan zaman Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri əkib-becərməkdə şübhəli olduğuna görə Qəbələ Rayon Polis Şöbəsinə dəvət etmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hansısa əşya aşkar edilməmişdir. Daha sonra Qəbələ rayonu Çarxana kəndinə yaşadığı həyətə baxış keçirilən zaman həyətindən tərəvəzlikdə əkib becərdiyi ümumilikdə 18 ədəd marixuana bitkisini aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə Qəbələ rayon Çarxana kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olar bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkili Şahid2 ilə səhər saatlarında Qəbələ rayonu Çarxana kəndinə gedərək yaşadığı evin qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik tərkibli bitkilərin əkilibbecərilməsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Qəbələ rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı hansısa qanunsuz əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı Qəbələ rayon Çarxana kəndində yaşadığı evin həyətində tərəvəzin içərisində çətənə bitkilərini əkib becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayonu Çarxana kəndindəki evinə keçirilən baxış zamanı evin həyətindəki tərəvəzin içərisində olan müxtəlif ölçülərdə 18 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ rayon X7 Bölməsinin təhqiqatçısı işləyən X8 ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə saat 0910-da CM-in 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Çarxana kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsinə təqsirləndirilən şəxsin özünün, sonuncunun müdafiəçisinin, aqronom-mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə razılıq ərizəsi əsasında keçirilən baxış zamanı həyətin giriş qapısından sol tərəfdə üzü giriş qapısına doğru inşa edilmiş evin arxa hissəsindəki tərəvəzin içərisində kökləri torpaqda 17 (on yeddi) ədəd çətənə bitkisinə bənzər yaşıl rəngli bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu və özü tərəfindən əkilib-becərildiyini bildirmişdir. Həmin yerdən təxminən iyirmi metr məsafədə digər yerdə tərəvəzin içərisindən isə 01 (bir) ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkinin də çətənə bitkisi olduğunu və özü tərəfindən əkilib-becərildiyini bildirmişdir. Aşkar edilmiş ümumilikdə 18 ədəd çətənə bitkisinə bənzər bitkilərdən 02 ədədini kəsilmiş vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini öz istifadəsi üçün kəsdiyini, bütün çətənə bitkilərinə qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis qismində təyin edilmiş X3 aşkarlanmış bitkilərin çətənə bitkilərinə bənzədiyini, onlara aqrotexniki qaydada qulluq edildiyini qeyd etmişdir. Baxış zamanı video və fotoçəkilişdən istifadə edilmiş, mobil telefon vasitəsilə aparılmış videoçəkiliş CD-diskə köçürülən zaman texniki səbəblərə görə 7 dəqiqə 10-cu saniyədən sonra aparılan çəkiliş diskə köçürülməmişdir. Videoçəkilişdən də göründüyü kimi faktiki olaraq 17 ədəd çətənə bitkisi aşkar olunsa da səhvən çəkilişdə 16 ədəd olduğu bildirilmiş, daha sonra isə digər bir ədəd çətənə bitkisi aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-17/641 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs oğ. X6...” yazısı, digər yazılar, adlar və imzalar olan 02(iki) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 103 sm-dən 198 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri -3960,0 qram olan 17 (on yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisidir. Uzunluğu 35 sm olan 01(bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1408 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs marixuanadan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü tarixli 588 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 19 iyul 2024-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayonu Çarxana kəndində yerləşən fərdi yaşayış evinin həyətin giriş qapısından sol tərəfdə üzü giriş qapısına doğru inşa edilmiş evin arxa hissəsindəki tərəvəzin içərisində kökləri torpaqda 17 (on yeddi) ədəd çətənə bitkisinə bənzər yaşıl rəngli bitkilər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyindən daxil olmuş 05 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Ağayev X9 şəhəri, M.Əzizli küçəsi ev 8 ünvanında qeydiyyatda olmaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində 2011-ci il təvəllüdlü Aişə Ağazadə bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon İcra Hakimiyyəti başçısının Çarxana kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyindən daxil olmuş 01 avqust 2024-cü il tarixli 5-59-49/2-108/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cü ildə anadan olmuş, Qəbələ rayon Çarxana kəndində qeydiyyatda deyil, lakin, həmin kənddə evi vardır və həmin ünvanda yaşamışdır. İş materiallatrında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-52/2-2231/2024 nömrəli məktubdan görünür ki, Ağayev X9 RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş 19 iyul 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 0910-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, video-çəkliş əsasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 17 ədəd çətənə bitkisi aşkar olunduğu müəyyən edildikdən sonra videoçəkilişin qalan hissəsinin çəkilişə düşməməsi sırf texniki səbəblər üzündən CD-diskə köçürülən zaman baş vermiş, digər ədəd bir ədəd çətənə bitkisinin aşkar olunması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, aqronom-mütəxəssis və məhkəmə-biloloji ekspertizasının rəyi və işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 iyul 2024-cü ildən tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Qəbələ rayon Polis Şöbəsində saxlanılan 18 ədəd narkotik tərkibli çətənə bitkisinin ştilləri məhv edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-274/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-274/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver