Məhkəmə qərarları › İş №1(091)-275/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-275/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-275/2023 18.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Qax rayonunun Dəymədağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qax filialında Bank Təhlükəsizliyi üzrə kiçik mütəxəssis vəzifəsində işləmiş, Qax rayonunun Dəymədağlı kəndində qeydiyyatda olmaqla, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə saat 22:20 radələrində Qax rayonunun Almalı kəndində yerləşən “göllər” adlanan ərazidə olan torpaq yolda qohumu Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı özünə məxsus saz vəziyyətdə, atəş açmaq üçün yararlı olan 12 kalibrli, “Özkanlar Arms” modelli, “18-1120” nömrəli, yarımavtomatik, təklüləli tüfəng, yəni yivsiz odlu ov silahı ilə 1 (bir) dəfə yerə və 1 (bir) dəfə isə Zərərçəkmiş şəxs sol diz nahiyəsinə atəş açaraq sonuncuya sol diz oynağı nahiyəsində içəri və bayır kondilusların zədələnməsi, sol bud sümüyünün aşağı başının və sol diz qapağının yerdəyişən qəlpəli sınığı ilə nəticələnən 1 (bir) ədəd dəlibkeçən odlu silah yaralanması, sağ baldırın yuxarı 1/3-də çoxsaylı qırma yaraları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisinin nəvəsidir. 11 iyul 2020ci ildə X4 ilə evlənmiş, birgə nikahdan bir qız övladı doğulmuşdur. Arvadı Şahid3 ilə münasibətləri normal olsa da sonradan sonuncu hər hansı səbəb olmadan evdə onunla əsassız mübahisə etdiyi və ondan ayrılıb çıxıb gedəcəyini dediyi üçün Şahid3 ona xəyanət etməsindən şübhələnmiş və qeyd olunan səbəblərdən münasibətləri pozulmağa başlamışdır. 2023-cü ilin yanvar ayında o, bu haqda məlumat verdikdən sonra Şahid3 valideynləri, qohumları, habelə əmisinin nəvəsi Zərərçəkmiş şəxs yaşadıqları fərdi yaşayış evinə gəlmiş, məhz sonuncunun Şahid3 ilə söhbətindən sonra sonuncu ondan boşanmaq fikrindən daşınmış, qeyd olunan səbəbdən o, arvadının Zərərçəkmiş şəxsla sevgi münasibətinin olmasından şübhələnmiş, bu məqsədlə Şahid3 mobil telefonunu yoxlamağa başlamışdır. Bu zaman həmin mobil telefonda Zərərçəkmiş şəxs məxsus olan mobil telefon nömrəsinin sonuncunun anası X1 adı ilə qeydə alınmasını aşkar etmiş və bunun səbəbini soruşmuşdur. Şahid3 isə Gözəl Məmmədovanın ona bu mobil telefon nömrəsindən zəng etdiyini və bu səbəbdən də həmin mobil telefon nömrəsini göstərilən adla qeyd etdiyini demişdir. Həmçinin o, Şahid3 məxsus olan mobil telefon nömrəsini “Getcontact” tətbiqində axtaran zaman Zərərçəkmiş şəxs Şahid3 məxsus olan mobil telefon nömrəsini axtarmasını aşkar etmiş, qeyd olunanlar Şahid3 ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətinin olmasına dair onda əminlik yaratmışdır. Həmin vaxt Şahid3 deməsinə əsasən Zərərçəkmiş şəxs sonuncuya qarşı hisslərinin olması və bu səbəbdən nömrəsini qeyd olunan tətbiq vasitəsilə axtarması ona məlum olmuşdur. Bundan sonra, o, Şahid3 xahişinə əsasən sonuncunun mobil telefonunda olan mobil telefon nömrəsini çıxarmış və yeni mobil telefon nömrəsi alaraq sonuncuya vermişdir. Bundan bir müddət sonra 2023-cü ilin iyul ayında arvadı Şahid3 Qax rayonunun Ağyazı kəndində yerləşən "xxxx" MMC-də işləmək istədiyini bildirmiş, o da razılıq verdikdən sonra arvadı həmin müəssisədə işləməyə başlamışdır. 17 iyul 2023-cü il tarixdə anası Bahba Məmmədovanın deməsinə əsasən arvadının işlədiyi müəssisədə çalışan Kərim Kərimli ilə münasibətinin olmasını öyrənmiş, bu haqda ətraflı məlumat almaq məqsədilə 18 iyul 2023-cü il tarixdə arvadı Şahid3 ilə söhbət edən zaman sonuncunun səs yazısını qeydə almış və söhbət əsnasında onun təklifinə əsasən Şahid3 Kərim Kərimli ilə yazışdığını etiraf etmişdir. Habelə söhbət əsnasında 13 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şahid3 müəyyən şəxslərlə aralarında olan sevgi münasibəti barədə məlumatları yayacağı ilə sonuncunu hədələməsi, bu səbəbdən Şahid3 Zərərçəkmiş şəxsla yazışmağa, daha sonra danışmağa başlaması, ardınca məcburi şəkildə görüşmələri və cinsi əlaqədə olmaları ona məlum olmuşdur. Bundan sonra o, bu haqda Şahid3 valideynlərinə və qohumlarına məlumat vermiş və Şahid3 həmin şəxslərin yanında söhbət zamanı ona xəyanət etdiyini etiraf etmişdir. Onun tələbi ilə Şahid3 evi tərk etdikdən sonra o, sonuncunun ona xəyanət etməsindən əsəbləşmiş və münasibətlərini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxsla görüşmək qərarına gəlmişdir. Həmin vaxtı avtomobilinin baqaj hissəsində 18-1120 nömrəli, 12 kalibrli “Özkan Arms” markalı ov tüfənginin və onun patronlarının olmasını xatırlamış, həmin silahla Zərərçəkmiş şəxs əlil etmək məqsədilə diz nahiyəsinə atəş açmağı düşünmüş, baqajdan silahı götürüb orada olan 19 ədəd patrondan 2 ədəd patronu silaha yerləşdirmiş, qalan patronları maşının baqaj hissəsinə, hazır vəziyyətə gətirdiyi silahı isə maşının arxa oturacağının üzərinə qoymuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxsla əlaqə saxlayıb sonuncunu avtomobilə əyləşdirib birlikdə Qax rayonunun Almalı kəndinin ərazisində “göllər” adlanan yerə tərəf getmiş və orada yolun kənarında saxlamışdır. Əvvəlcə o, avtomobildən çıxıb silahı arxa oturacağın üzərindən götürmüş, daha sonra isə Zərərçəkmiş şəxs da onun tələbi ilə maşından çıxmışdır. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs təhqir edərək arvadı Şahid3 ilə aralarında baş verənlərlə bağlı məlumatının olduğunu deyərək hər şeyi etiraf etməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə məsələnin başqa şəkildə olduğunu deyərək sakitəşməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs diz çökmədiyi üçün əlində olan silahdan yerə tərəf 1 dəfə atəş açmış və bu zaman sonuncu həmin yeri tərk edib qaçmaq istədiyi üçün sonuncunun əlil olması məqsədilə silahdan Zərərçəkmiş şəxs sol diz nahiyəsinə atəş açmış, nəticədə sonuncu yerə yıxılmışdır. Bundan sonra o, silahın arxa tərəfi ilə, yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, həmin vaxt əvvəlcədən tanıdığı Şahid1 və Mais Məmmədli oraya yaxınlaşaraq onu kənara aparmış, onlardan biri isə silahı onun əlindən almışdır. Daha sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu, Şahid3 isə sonuncunun arvadıdır. Heç vaxt Şahid3 ilə cinsi əlaqədə olmamış və sonuncu ona böhtan atmışdır. 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək görüşməli olduqlarını bildirmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşib bir müddət hərəkət etdikdən sonra saat təxminən 22:30 radələrində sonuncu avtomobili yolun kənarında saxlamış və ondan avtomobildən çıxmasını tələb etmişdir. O, avtomobildən çıxdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağının üzərindən ov tüfəngini götürüb onu təhqir edərək arvadı ilə aralarında sevgi münasibətinin olduğunu demiş, o isə bunu inkar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ov tüfəngindən yerə bir atəş açmış, nəticədə həmin güllədən çıxan qırmanın bir hissəsi onun ayağına dəymişdir. Bundan sonra o, silahı Təqsirləndirilən şəxs əlindən almağa çalışmış, bu zaman sonuncu onun sol diz nahiyəsinə bir atəş açmış, nəticədə o, yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs tüfəngin qundağı və digər hissələri ilə onun baş və bel nahiyələrinə zərbələr vurmuş, həmin vaxt Şahid1 və Mais Məmmədli oraya gələrək Təqsirləndirilən şəxs kənara aparmışlar, həmin şəxslərdən biri isə silahı Təqsirləndirilən şəxs əlindən almışdır. Daha sonra Şahid2 bu barədə məlumat verilmiş və bir müddət sonra sonuncu oraya gələrək onu Qax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını, habelə ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə Şahid1lə birlikdə Qax rayonunun Almalı kəndinin ərazisində yerləşən “göllər” adlanan yerin yaxınlığında olan zaman tüfəng səsinin gəldiyini eşitmiş və təxminən 100 metr məsafədə hərəkət etdikdən sonra yolda bilmədiyi bir nəfər şəxsin uzanmış vəziyyətdə, bir nəfər şəxsin isə ayaqüstü vəziyyətdə olduğunu görmüş və dərhal Şahid1lə birlikdə oraya yaxınlaşmışlar. Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu, ayaq nahiyəsindən qanın axdığını, Təqsirləndirilən şəxs isə ayaq üstə olduğunu, sonuncunun əlində ov tüfənginin olduğunu, həmin tüfənglə hər hansı hərəkət etmədiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs tərəfindən silahla vurulduğunu demiş, o və Şahid1 Zərərçəkmiş şəxs üzərində olan bel kəməri ilə sonuncunun sol diz nahiyəsindən qanın axmasının qarşısını almaq məqsədilə sarımışlar. Daha sonra o və Şahid1 birlikdə Təqsirləndirilən şəxs əlindən ov tüfəngini alaraq sonuncunun avtomobilinə qoymuşlar, Təqsirləndirilən şəxs isə baş vermiş hadisə barədə polisə məlumat verəcəyini bildirərək həmin yeri tərk etmişdir. Bundan sonra Şahid1 atası Şahid2 zəng edərək bu barədə məlumat vermiş və bir müddət sonra sonuncu oraya gələrək Zərərçəkmiş şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib X5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində oğlu Şahid1 ona zəng edərək Qax rayonunun Almalı kəndinin çıxışındakı yolda həmkəndlisi Zərərçəkmiş şəxs qohumu Təqsirləndirilən şəxs tərəfindən tüfəng ilə ayaq nahiyəsindən vurularaq xəsarət aldığını demiş və Zərərçəkmiş şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparmasını xahiş etmişdir. Bundan sonra o, özünə məxsus olan “Mercedes Vita” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlu Şahid1 bildirdiyi yerə gəldikdə Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu, oğlu Şahid1 və qohumu Mais Məmmədlinin də orada olduğunu görmüş və Zərərçəkmiş şəxs avtomobilə əyləşdirib Qax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə ərinin əmisinin nəvəsidir. O, 11 iyul 2020-ci ildə Təqsirləndirilən şəxsla evlənmiş və bu nikahdan bir qız övladı doğulmuşdur. 2023-cü ilin mart ayından etibarən Zərərçəkmiş şəxs təklifi ilə “WhatsApp” tətbiqi vasitəsilə bir-birilərinə mesajlar yazmışlar və Zərərçəkmiş şəxs ona sevgi münasibətində olmağı təklif etsə də o, razılaşmamışdır. 2023-cü ilin mart ayında yaşadığı evdə tək olan zaman Zərərçəkmiş şəxs oraya gəlib ona Tamerlan Musayevlə əlaqəsinin olduğunu bildirərək həmin məlumatları yayacağı ilə hədələyib cinsi əlaqədə olmağı tələb etmiş, o isə heç nə deməyib könüllü olaraq sonuncu ilə cinsi əlaqədə olmuş, həmin vaxtdan sonra uzun müddət ərzində Zərərçəkmiş şəxsla əlaqə saxlamamışdır. 01 aprel 2023-cü il tarixdə yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs oraya gəlmiş və sonuncunun təklifi ilə cinsi əlaqədə olmuşlar. Zərərçəkmiş şəxs bu barədə hər hansı şəxsə məlumat verəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmiş, o isə qeyd olunan səbəbdən bu barədə heç kəsə heç nə deməmişdir. 01 iyun 2023-cü il tarixdən başlayaraq Qax rayonunun Ağyazı kəndində yerləşən "xxxx" MMC-də işləməyə başlamış, orada işlədiyi müddət ərzində həmin yerdə işləyən Kərim Kərimlinin mütəmadi olaraq ona tərəf baxmasından rahatsız olmuş və iş yoldaşı vasitəsilə bu barədə sonuncuya bildirmişdir. Heç vaxt Kərim Kərimli ilə telefon vasitəsilə danışmamış, yazışmamış, sonuncu ilə, habelə Tamerlan Musayevlə aralarında sevgi münasibəti olmamışdır. 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla söhbət əsnasında Zərərçəkmiş şəxsla aralarında baş verənləri etiraf etmiş, lakin Kərim Kərimli ilə heç bir əlaqəsinin olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş verənlərlə bağlı onun anasına məlumat vermiş və o, anası ilə birlikdə həmin evi tərk edib getmişdir. Sonradan Təqsirləndirilən şəxs ov tüfəngi ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. 18 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində Qax rayonunun Almalı kəndində olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edərək görüşməli olduqlarını bildirmiş, sonuncu da razılaşmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinə əyləşmiş və onlar birlikdə həmin yeri tərk edib getmişlər. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs tüfəngdən atəş açaraq onu vurduğunu bildirmiş, daha sonra isə Şahid1 zəng edərək Zərərçəkmiş şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına apardığını demişdir. Daha sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 18 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:50-də Şahid4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayağına atəş açması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 18 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:34-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Zərərçəkmiş şəxs ayağına atəş açması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 18 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:51-də “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Qax RPŞ-yə Zərərçəkmiş şəxs “sol diz oynağının deşilmiş-cırılmış yarası” xəsarətini alması ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 18 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Qax rayonunun Almalı kəndinin ərazisində yerləşən “göllər” adlanan yerin yanındakı torpaq yoldur. Baxış keçirilən zaman oradan 02 ədəd giliz və qanabənzər ləkələr aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd 12 kalibrli “Özkan Arms” markalı 18-1120 nömrəli ov tüfəngi, üzərində 17 ədəd patron olan qatar, 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd “Oppo” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüş, 01 ədəd “Oppo” markalı mobil telefonun səsyazma bölməsində Təqsirləndirilən şəxs arvadı Şahid3 ona xəyanət etməsi ilə bağlı 18 iyul 2023-cü il tarixdə qeydə aldığı səs yazısı aşkar olunmuş, həmin səs yazısında Təqsirləndirilən şəxs arvadı Şahid3 əmisi nəvəsi Zərərçəkmiş şəxs ilə xəyanət etməsini deməsi və Şahid3 Zərərçəkmiş şəxsla sevgi münasibətinin olmasını etiraf etməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1170 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, “Özkan Arms” markalı, 18-1120 nömrəli ov tüfəngi 24 iyul 2019-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Qax rayonunun Dəymədağlı kənd sakini Təqsirləndirilən şəxs adına sənədləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 19 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tüfəngdən atəş açaraq ona xəsarət yetirməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bədənindən çıxarılmış yeddi ədəd qırma götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 28 iyul 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində Qax rayonunun Almalı kəndinin ərazisində yolun kənarında Təqsirləndirilən şəxs qısqanclıq zəminində qohumu Zərərçəkmiş şəxs ov tüfəngi ilə diz nahiyəsinə 1 atəş açaraq xəsarət yetirməsi, hadisə vaxtı orada heç kəsin olmaması, hadisədən sonra oraya Qax rayonunun Almalı kəndinin sakinləri X7, Şahid1 və Şahid2 gəlmələri, yaşayış evlərinin hadisə yerindən təxminən 300-400 metr məsafədə olması, hadisə vaxtı ətrafda olan insanların istirahət hüququnun pozulmaması, ictimai qaydanın kobud şəkildə pozulmaması və cəmiyyətə açıqca hörmətsizlik olunmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 avqust 2023-cü il tarixli 497 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 avqust 2023-cü il tarixli 117 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “sol diz oynağı nahiyəsində içəri və bayır kondilusların zədələnməsi, sol bud sümüyünün aşağı başının və sol diz qapağının yerdəyişən qəlpəli sınığı ilə nəticələnən 01 (bir) ədəd dəlib-keçən odlu silah yaralanması, sağ baldırın yuxarı 1/3-də çoxsaylı qırma yaraları” diaqnozu ilə, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də, yardım üçün Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, 18 iyul 2023-cü il tarixdə patronu qırma ilə doldurulmuş ov tüfəngindən yaxın məsafədən atılmış bir atəş nəticəsində qırmaların (kartec) təsirindən əmələ gəlmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər aşkar edilmişdir. Atəşin istiqamətləri soldan-sağa, yuxarıdan-aşağıya olmuş, atəş açan şəxsin hadisə zamanı onun sol tərəfində olması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 23 avqust 2023-cü il tarixli 498/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0(H)(1)-dir. Ekspertizaya təqdim olunmuş hadisə yerinə baxış keçirilən zaman 02 (iki) ədəd borucuq daxilində olan çubuqların pambıq ucluqlarına keçirilmiş maddələrdə insan qanı aşkar olundu. Qanın qrupu AB0 sistemi üzrə tədqiq olunan zaman yalnız “H” antigeni alındı. Bu antigen tək halda 0(H)(1) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən qanın birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, çubuqların pambıq ucluqları üzərində olan ləkələrdə aşkar olunmuş qanın AB0 sistemi üzrə 0(H)(1) qan qruplu Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 30 avqust 2023-cü il tarixli 3-16-16/2-3/119-3/1211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, “Özkanlar Arms” modelli, “18-1120” nömrəli, yarımavtomatik, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 17 (on yeddi) ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin tədqiqata təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd giliz zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir-gilizlərdir. Həmiz gilizlər, təqdim edilmiş 12 kalibrli, “Özkanlar Arms” modelli, “18-1120” nömrəli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd predmet hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridirqırmalardır. Həmin qırmaların üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmış sürtünmə izləri xüsusi əlamətlərə malik olmadığından və eyniləşdirmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların tədqiqata təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərlə vahid bütövlük təşkil edib-etməmələrini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd cins şalvarın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, şalvarın sol və sağ ayaqlıqlarının öz hissəsində olan zədələr giriş, şalvarın sol ayaqlığının arxa hissəsində olan zədə isə çıxış zədəsi (odlu silahdan açılan mərmi, qırmalar cins şalvarın sol ayaqlığının ön hissəsindən girərək, arxa hissəsindən çıxdıqdan sonra şalvarın sağ ayaqlığının ön hissəsinə doğru səpələnərək daxil olmuşdur) olmaqla, hamarlüləli odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən, 20 sm-dən 1,5 m-dək olan məsafə daxilində, öndən arxaya, soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərmilərin, qırmaların təsirindən də yarana bilər. Cins şalvarın üzərindəki zədələrin ətrafından aşkar edilmiş atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından aşkar edilmiş hissəciklərlə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan 055 224-04-62 mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan 055 925-76-90 mobil telefon nömrəsi arasında zənglərin olması, ilk danışığın 03 fevral 2023-cü il tarixdə, son danışığın isə 08 iyun 2023-cü il tarixdə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “WhatsApp” tətbiqi vasitəsilə edilmiş yazışmaların götürülməsi haqqında 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 Zərərçəkmiş şəxs sevgi məzmunlu mətn mesajları göndərməsi, Zərərçəkmiş şəxs isə bundan imtina etməsi müəyyən edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və barəsində qeyd olunan Məcəllənin 29, 120.1, 126.2.3, 126.2.4, 221.3 və 228.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsən daxil olmuş 25 iyul 2023-cü il tarixli 6- 50/2-678/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs adına verilmiş 19 iyul 2023-cü il tarixli sənəddən görünür ki, həmin tarixdə şəhərdən kənara təcili tibbi yardım briqadasının çağırılması (500 km məsafəyədək) ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən 283 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 19 iyul 2023-cü il tarixli mədaxil çap formasından görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə 1085 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 20 iyul 2023-cü il tarixli 01287352 nömrəli qəbzin çap formasından görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə 6000 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 22 iyul 2023-cü il tarixli mədaxil çap formasından görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə 1100 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”nın 22 iyul 2023-cü il tarixli 25393 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 500 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”nın 22 iyul 2023-cü il tarixli 25394 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 500 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”nın 22 iyul 2023-cü il tarixli 25395 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 100 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 iyul 2023-cü il tarixli 11363 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 29,75 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 iyul 2023-cü il tarixli 5085 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 285 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli 101201 nömrəli qəbzdən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 290,92 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 24 iyul 2023-cü il tarixli A01695777 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 70 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”nın 24 iyul 2023-cü il tarixli 3175 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 70 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 31 iyul 2023-cü il tarixli A01699117 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 74,48 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”nın 31 iyul 2023-cü il tarixli 3710 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 74,84 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2023-cü il tarixli 5468 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 43 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 avqust 2023-cü il tarixli 5504 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 33,70 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 avqust 2023-cü il tarixli 5645 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 9,54 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 avqust 2023-cü il tarixli 5735 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 50,70 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 14 avqust 2023-cü il tarixli A01705668 nömrəli qəbzdən və "xxxx" ASC-yə məxsus kartla ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 70 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”nın 14 avqust 2023-cü il tarixli 4671 nömrəli satış çekindən görünür ki, həmin tarixdə tibbi məhsulların alınması üçün 70 manat ödəniş olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hayat Hospital”dan daxil olmuş 04 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23071528 olan ödəniş çekindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 30 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hayat Hospital”dan daxil olmuş 07 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23072257 olan ödəniş çekindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 16 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hayat Hospital”dan daxil olmuş 08 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23072437 olan ödəniş çekindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 11 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hayat Hospital”dan daxil olmuş 10 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23072871 olan ödəniş çekindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün 11 manat ödəniş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X13”dan daxil olmuş 14 dekabr 2023-cü il tarixli 1406/23 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs həkim fərqi, implantın qoyulması, müayinə və müalicələr üçün 8399,48 manat (yuxarıda göstərilən sənədlərdə qeyd olunduğu kimi 19 iyul 2023-cü il tarixdə 1085 manat, 20 iyul 2023-cü il tarixdə 6000 manat, 22 iyul 2023-cü il tarixdə 1100 manat, 24 iyul 2023-cü il tarixdə 70 manat, 31 iyul 2023-cü il tarixdə 74,48 manat və 14 avqust 2023-cü il tarixdə 70 manat) ödəniş etmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, eləcə də dövlət orqanlarına ünvanladığı ərizəsində hadisə vaxtı Təqsirləndirilən şəxs onu öldürmək istədiyini, lakin buna nail ola bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs qeyd etdiyi həmin xüsusat məhkəmə istintaqı zamanı araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Şahid3 Zərərçəkmiş şəxsla aralarında sevgi münasibətinin olması barədə məlumat verməsindən sonra sonuncu ilə görüşüb münasibətlərini aydınlaşdıran zaman Zərərçəkmiş şəxs əlil etmək məqsədilə avtomobilin baqajından silahı götürüb orada olan 19 ədəd patrondan 2 ədəd patronu silaha yerləşdirdiyini, qalan patronları maşının baqaj hissəsində saxladığını, bu zaman Zərərçəkmiş şəxs diz çökmədiyi üçün əlində olan silahdan yerə tərəf 1 dəfə atəş açdığını və həmin vaxt sonuncu qeyd olunan yeri tərk edib qaçmaq istədiyi üçün sonuncunun əlil olması məqsədilə silahdan Zərərçəkmiş şəxs sol diz nahiyəsinə atəş açdığını, nəticədə sonuncunun yerə yıxıldığını, bundan sonra isə silahın arxa tərəfi ilə, yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğunu bildirmişdir. Qeyd olunan xüsusatla bağlı şahid qismində dindirilmiş X7 və Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində 18 iyul 2023-cü il tarixdə “göllər” adlanan yerin yaxınlığında olan zaman tüfəng səsinin gəldiyini eşitdiklərini, təxminən 100 metr məsafədə hərəkət etdikdən sonra yolda bilmədiyi bir nəfər şəxsin uzanmış vəziyyətdə, bir nəfər şəxsin isə ayaqüstü vəziyyətdə olduğunu gördüklərini, dərhal oraya yaxınlaşdıqlarını, bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu, ayaq nahiyəsindən qanın axdığını, Təqsirləndirilən şəxs isə ayaq üstə olduğunu, sonuncunun əlində ov tüfənginin olduğunu, həmin tüfənglə hər hansı hərəkət etmədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini gördüklərini və Təqsirləndirilən şəxs əlindən ov tüfəngini alaraq sonuncunun avtomobilinə qoyduqlarını bildirmişlər. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göründüyü kimi, Təqsirləndirilən şəxs silaha məhz 2 ədəd patronu yerləşdirməsi, silahdan yerə tərəf 1 dəfə atəş açması, daha sonra isə Zərərçəkmiş şəxs həyatı üçün mühüm orqanlara xəsarət yetirə bilməsi imkanı olduğu halda sonuncunu əlil etmək məqsədilə sol diz nahiyəsinə tərəf 1 dəfə atəş açması, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmasından sonra silaha yenidən patron yerləşdirmək imkanı olduğu halda bunu etməməsi, silahın arxa tərəfi ilə, yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurması Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməməsinə dəlalət edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə göstərilən xüsusatla bağlı Zərərçəkmiş şəxs qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrin Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırmaq üçün verildiyini hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, ittiham aktında Təqsirləndirilən şəxs barəsində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran haldır. Bununla bağlı qeyd etmək zəruridir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal hesab edilən bu və ya digər hal (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) təqsirləndirilən şəxsə istinad edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin həyatdan məhrum edilməsi), hökmdə cəzanın təyin edilməsi əsaslandırılarkən, təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Onu da nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 iyun 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halı (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonunun Dəymədağlı kəndində yaşamışdır, 22 iyun 2021-ci ildə doğulmuş Mələk Məmmədova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Qax rayonunun Almalı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını isə CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal olduğundan ona cəza təyin olunan zaman CM-in 60-cı maddəsi tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 iyul 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq onun müalicəsinə və ona qulluq göstərilməsinə görə 19 iyul 2023-cü il tarixdə 1085 manat, 20 iyul 2023-cü il tarixdə 6000 manat, 22 iyul 2023-cü il tarixdə 1110 manat, habelə dərman, laboratoriya və digər xərclər üçün 2730,93 manat olmaqla, ümumilikdə ödənilmiş 10925,93 (on min doqquz yüz iyirmi beş manat doxsan üç qəpik) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. CPM-in 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə və əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə və Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsində onun müalicəsinə və ona qulluq göstərilməsinə görə 19 iyul 2023-cü il tarixdə 1085 manat, 20 iyul 2023-cü il tarixdə 6000 manat, 22 iyul 2023-cü il tarixdə 1110 manat, habelə dərman, laboratoriya və digər xərclər üçün 2730,93 manat olmaqla, ümumilikdə 10925,93 (on min doqquz yüz iyirmi beş manat doxsan üç qəpik) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi 123 (yüz iyirmi üç) manat məbləğində pulun ödənildiyi qeyd olunaraq həmin məbləğdə pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi xahiş olunmuş və göstərilən iddia ərizəsinə müvafiq sənədlər əlavə edilmişdir. Qeyd olunan sənədlər məhkəmə istintaqı zamanı tədqiq olunarkən öz təsdiqini qismən tapmışdır. Belə ki, iddia ərizəsində Zərərçəkmiş şəxs müalicəsinə və ona qulluq göstərilməsinə görə 19 iyul 2023-cü il tarixdə 1085 manat və 20 iyul 2023-cü il tarixdə 6000 manat ödənilməsi ilə bağlı qeyd olunanlar həmin iddia ərizəsinə əlavə olunmuş müvafiq sənədlərlə təsdiq olunmuşdur. Lakin iddia ərizəsində Zərərçəkmiş şəxs müalicəsinə və ona qulluq göstərilməsinə görə 22 iyul 2023-cü il tarixdə 1110 manat ödənilməsi öz əksini tapmamış və həmin iddia ərizəsinə əlavə olunmuş müvafiq sənədlə qeyd olunan məbləğin 1110 manat deyil, 1100 manat olması müəyyən olunmuşdur. Bundan başqa, dərman, laboratoriya və digər xərclər üçün 2730,93 manat ödənilməsi ilə bağlı qeyd olunanlar isə həmin iddia ərizəsinə əlavə olunmuş müvafiq sənədlərlə qismən təsdiq olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs müayinələr və müalicələr üçün 16 manat ödəniş etməsi ilə bağlı “Hayat Hospital”dan daxil olmuş 07 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23072257 olan ödəniş çeki 1 dəfə təqdim edilməli olduğu halda, eyni ödəniş çeki 2 dəfə təqdim edilmiş, məbləğ olaraq da 1 ödəniş çekinə əsasən 16 manat hesablanmalı olduğu halda, səhvən 2 eyni ödəniş çekinə əsasən 16 manat və 16 manat olmaqla, 2 dəfə hesablanıb 32 manat müəyyən olunmuşdur. Habelə Zərərçəkmiş şəxs müayinələr və müalicələr üçün 11 manat ödəniş etməsi ilə bağlı “Hayat Hospital”dan daxil olmuş 08 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23072437 olan ödəniş çeki 1 dəfə təqdim edilməli olduğu halda, eyni ödəniş çeki 2 dəfə təqdim edilmiş, məbləğ olaraq da 1 ödəniş çekinə əsasən 11 manat hesablanmalı olduğu halda, səhvən 2 eyni ödəniş çekinə əsasən 11 manat və 11 manat olmaqla, 2 dəfə hesablanıb 22 manat müəyyən olunmuşdur. Həmçinin Zərərçəkmiş şəxs müayinələr və müalicələr üçün 11 manat ödəniş etməsi ilə bağlı “Hayat Hospital”dan daxil olmuş 10 noyabr 2023-cü il tarixli müraciət nömrəsi 23072871 olan ödəniş çeki 1 dəfə təqdim edilməli olduğu halda, eyni ödəniş çeki 2 dəfə təqdim edilmiş, məbləğ olaraq da 1 ödəniş çekinə əsasən 11 manat hesablanmalı olduğu halda, səhvən 2 eyni ödəniş çekinə əsasən 11 manat və 11 manat olmaqla, 2 dəfə hesablanıb 22 manat müəyyən olunmuşdur. Eləcə də “X13”dan daxil olmuş 14 avqust 2023-cü il tarixli A01705668 nömrəli qəbz və "xxxx" ASC-yə məxsus kartla ödəniş qəbzi birlikdə götürülməklə Zərərçəkmiş şəxs həmin tarixdə müayinələr və müalicələr üçün "xxxx" ASC-yə məxsus plastik kartı vasitəsilə “X13”nın hesab nömrəsinə cəmi 70 manat ödəniş etməsini təsdiq etsə də iddia ərizəsi verilən zaman həmin məbləğlər ayrı-ayrılıqda, yəni "xxxx" ASC-yə məxsus plastik kart vasitəsilə 70 manat ödənişin edilməsi və “X13”ya da nağd şəkildə 70 manat məbləğində pulun ödənilməsi kimi qəbul olunmuş, nəticədə məbləğ olaraq bir dəfə 70 manat hesablanmalı olduğu halda, səhvən 70 manat və 70 manat olmaqla, 2 dəfə hesablanıb 140 manat müəyyən olunmuşdur. Göstərilənlərə əsasən hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddia qismən təmin edilməli, onun müalicəsinə və ona qulluq göstərilməsinə görə 10807,93 (on min səkkiz yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməli, habelə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində pulun dövlət büdcəsindən qaytarılmasını tələb etmək hüququnun olması mülki iddiaçı Zərərçəkmiş şəxs izah edilməli və iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan iki ədəd giliz, yeddi ədəd qırma, iki ədəd qabda olan qanabənzər ləkələr, Zərərçəkmiş şəxs məxsus tənzif parçasında qurudulmuş qan nümunəsi və ona məxsus olan bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid3 səs yazısının köçürüldüyü bir ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd silah, on beş ədəd patron və bir ədəd patron daşı isə CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 10807,93 (on min səkkiz yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, habelə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində pulun dövlət büdcəsindən qaytarılmasını tələb etmək hüququnun olması mülki iddiaçı Zərərçəkmiş şəxs izah edilsin. Cinayət iş üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan iki ədəd giliz, yeddi ədəd qırma, iki ədəd qabda olan qanabənzər ləkələr, Zərərçəkmiş şəxs məxsus tənzif parçasında qurudulmuş qan nümunəsi və ona məxsus olan bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid3 səs yazısının köçürüldüyü bir ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd silah, on beş ədəd patron və bir ədəd patron daşı isə xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar