Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-275/2024 05.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə) Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Musazadə Elvin Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hazırkı cinayət işi məhkəməyə 28 oktyabr 2024-cü il tarixdə Yevlax rayon prokurorluğundan daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət işi üzrə irəli sürülmüş ittihamın mahiyyətinə dair cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr aparılmışdır. Məhkəmə cinayət prosesi iştiraçılarının iştirakı ilə işin məhkəmə aidiyyətini və məhkəmə baxışının təyin edilib-edilməməsinin mümkünlüyünü yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 7,624 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edərək həmin narkotik vasitə olan heroinin 2,108 qram külli miqdarda olan hissəsini 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə Vəli Axundov küçəsinin kəsişməsində yerləşən Füzuli parkında tanışı Şahid4 100 manat pul müqabilində satmış, xx.xx.2024-cü il tarixdə saat 13:00-da Şahid4 Yevlax şəhəri Vidadi küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 13:40-dan 14:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid4 əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs 100 manat pul müqabilində əldə edib saxladığı 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükülüdə 2,108 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Yevlax rayon polis şöbəsinin polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-da Şirvan şəhəri, Xəqani küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax şəhəri Nizami prospekti 41A ünvanında yerləşən Yevlax rayon Polis şöbəsinin inzibati binasının 311 nömrəli xidməti iş otağına gətirilib orada üzərində həmin gün saat 21:35dən 22:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən Şahid4 satdığı narkotik vasitə olan heroinlə eyni tərkibli olan 01 (bir) ədəd sellofana bükülmüş bükülüdə 5,516 qram külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət Şirvan şəhərində başa çatdığından, Şirvan şəhərinin isə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırkı cinayət işi həmin məhkəmədə baxılmalı və iş məhkəmə aidiyyəti üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın 8.20-ci bəndində Şirvan şəhəri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə, məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılmalı olan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən, müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə kollegiyasının iclasında müdafiəçi Zaur Bayramov şifahi vəsatət verərək təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs şifahi vəsatət verərək, ailə vəziyyətini nəzərə alaraq, barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatətlərində qaldırdıqları məsələ ilə bağlı proses iştirakçılarının fikrini dinləyib, iş materiallarını araşdıraraq belə qərara gəlir ki, vəsatətlər əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş qətimkan tədbirini müzakirə edərək, bu qənaətə gəlir ki, onun barəsində qüvvədə olan həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş maddi və prosessual hüquqi əsaslar aradan qalxmamış, hazırda da təqsirləndirilən şəxs barəsində məhz bu qətimkan tədbirinin qüvvədə qalmasına zərurət vardır, həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil və müəyyən edilmir. Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(039)-67/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 noyabr 2024-cü il tarixdə başa çatdığından, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı və həbsin müddəti məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilənədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3, 299.3.1, 300.1.4 və 302.3-cü maddərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(091)-275/2024 nömrəli cinayət işi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiə tərəfinin vəsatətləri təmin edilməsin.
3. Yevlax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasında qətimkan tədbiri məsələsinə baxılanadək dəyişdirilmədən saxlanılsın və həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilənədək uzadılsın.
4. Qərarın surəti cinayət prosesinin iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməklə icrasının təmin olunması üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 göndərilsin.
Sədrlik edən: Tural Əfəndizadə
Hakimlər: Bilal Məmmədov
Xaliq Məmmədov