Məhkəmə qərarları › İş №1(091)-277/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-277/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-277/2023 22.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Rusiya Federasiyasının Tambov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində 01 azyaşlı uşağı olan, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi, ev 140 ünvanında qeydiyyatda olmaqla, Qax şəhəri H.Əliyev prospekti döngə 4, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissəsə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 may 2023-ci il tarixdə, saat 17:00 radələrində Qax rayonu, Əmbərçay kəndinin ərazisində olan kafenin həyətində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmasına əsəbləşərək, mətbəxdə olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun döş qəfəsindən 01 dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsində Vİ-Vİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ plevra boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, səhər saat 10 radələrində Təbriz istifadəsində olan mobil telefona zəng etmiş və onun harada olduğunu soruşmuşdur. Təbrizə işdə olduğunu bildirmiş və bundan sonra Təbriz işlədiyi kafeyə gələrək onu məhkəməyə verdiklərini demişdir. Səbəbini soruşduqda “Rasim” adlı şəxsə borclarının olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Araz müəllim ona zəng edib polis şöbəsinə gəlməyini demiş və bu söhbəti Təbriz eşitmişdir. Təbriz telefonu götürüb kafenin söhbətgahında oturmuş, həmin vaxt o da kafedəki müştərilərə soğan və limon doğramaq məqsədilə mətbəxə keçmiş və həmin vaxt problemləri olduğu üçün çox fikirli olmuşdur. Bu zaman Təbriz mətbəxə daxil olmuş, üstünə qışqıraraq “Yenə bu yığır səni” deyən vaxt əlində bıçaqla Təbrizə doğru qəflətən çevrilmiş və həmin an hadisə baş vermişdir. O Təbrizi qəsdən vurmamışdır. Odur ki, məhkəmə kollegiyasının onun əməlindən peşman olmasını, hamilə olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, barəsində ədalətli qərarın qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, Təbriz çantasından pul və telefon götürməmiş, pulu Təbrizə borc olaraq vermiş və o, borcunu ona geri qaytarmışdır. Təbriz onun telefonunu götürüb danışmış və telefonu elə yerə qoymuşdur ki, o, görməmişdir. Telefonla bağlı “102” qaynar xəttinə zəng etmiş, elə bilmişdir ki, Təbriz telefonunu götürüb getmişdir. Həmin vaxt Təbrizlə dava etmiş və ona əsəbi olmuşdur. Lakin sonradan telefonunu tapmışdır. Kafenin arxasında Təbriz onu vurmamışdır. Təbrizi təsadüf nəticəsində ehtiyyatsızlıqdan vurmuşdur. Təbrizlə birlikdə yaşayır və dörd ildir ki, birlikdədirlər. Onunla münasibəti daim yaxşı olmuş və aralarında heç bir problem olmamışdır. Təbrizə bıçaq atmamışdır. Təbriz onu kafenin arxasına çağırıb vurmamış və yaxud onu söyməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla məhkəmə kollegiyasının iclasında tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təbriz onun tanışı olmaqla 4 ildir ki, onu tanıyır. Təbriz evli olmasına baxmayaraq onunla qeyri-rəsmi münasibəti vardır. Qax şəhərində “Rasim” adlı şəxsin evində 3 ay kirayədə qalmış, Təbrizin yanında işləmiş və Təbrizin Rasim dayı ilə danışaraq onun kirayə pulunu özünün verəcəyini bildirmişdir. Üç ay pulun iki ayını Təbriz Rasim dayıya vermiş, bir ayın pulunu Təbriz Rasim dayıya verməmiş və Rasim dayı Təbrizi Qax rayon məhkəməsinə vermişdir. 31 may 2023-cü il tarixdə, saat 11:00 radələrində Təbriz ona məxsus olan 051 407 61 80 saylı mobil nömrəsinə zəng vuraraq onun harada olmasını soruşmuş, işdə olduğunu dedimiş, Təbrizin isə onun yanına gələcəyini bildirmişdir. Təxminən yarım saat sonra Təbriz onun yanına gəlmiş, onu ev kirayəsini vermədiyindən Qax rayon məhkəməsinə verdiyini və Rasim dayı ilə razılaşaraq pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Təbriz Zaqatala rayonundan vəkil üçün 100 manat pul lazım olduğunu bildirərkən o, həmin vaxtı ona məxsus olan çantadan 100 manat pulu çıxarıb Təbrizə vermişdir. Həmin vaxtı onu müştəri çağırdığı üçün oradan çıxıb getmişdir. Bundan sonra onunla birlikdə işləyən Cavanşir ona Təbrizin çıxıb getməsini demişdir. Daha sonra ətir vurmaq üçün çantasına baxan zaman ona məxsus olan çantada bir ədəd “Redmi Note 8” markalı mobil telefonunun yerində olmadığını görmüş, mobil telefonunun yaşadığı oteldə qalmasını fikirləşmiş və işinə davam etmişdir. Təxminən saat 16:00 radələrində Təbriz onun yanına gələrək, vəkil tuta bilmədiyini bildirmişdir. Həmin vaxtı özünə məxsus olan “Redmi Note 8” markalı mobil telefonunun Təbrizin əlində olmasını görmüş, Təbrizə pulunu və mobil telefonu qaytarmasını bildirmişdir. Təbriz isə ona söyüş söyərək, nə pulu, nə də mobil telefonu qaytaracağını bildirmişdir. Bu zaman ona Qax rayon polis şöbəsinin əməkdaşı Araz müəllim zəng etmiş və onu polis şöbəsinə dəvət edərək, izahat verməli olduğunu bildirmişdir. Araz müəllimə gələcəyini bildirən zaman, Təbrizin bu zaman əsəbləşərək, ona “sən mənə qarşı tələ qurmusan, ona görə də səni polis şöbəsindən axtarırlar” deyə bildirmişdir. O isə Təbrizə and içərək elə bir söhbətin olmadığını və onu sadəcə olaraq Eldəniz müəllimin çağırmasını bildirmişdir. Təbriz həmin vaxt onun üstünə gəlmiş, onu itələmiş, onun qolundan tutaraq, iş yerinin arxasına aparmışdır. Təbrizin həmin yerdə yalan deyənin ünvanına nalayiq söyüşlər söyərək, onu təhqir etməyə başlamış, onu itələmiş, daha sonra boğaraq üzündən sillə ilə vurmuşdur. Təbrizin onu vurmasının təsirindən beli üstə divara dəymişdir. Həmin vaxt o, digər mobil telefonunu götürərək, DİNin “102” xidmətinə zəng vurub, Təbrizin onu döyməsi, 300 manat pulunu və “Redmi Note 8” markalı mobil telefonunu götürüb verməməsi barədə məlumat vermişdir. Təbriz onun DİN-in “102” xidmətinə yığaraq məlumat verməsini görmüş, yenidən arxaya qayıtmış və buna mane olmaq üçün danışdığı həmin o biri telefonu əlindən almaq istəmişdir. O, mobil telefonu dartaraq əlindən almış və cibinə qoyaraq qaçıb kafenin içərisinə daxil olmuşdur. Pəncərədən baxanda Təbrizin söyüş söyərək yola tərəf çıxıb getdiyini görmüş, bu zaman həmin kafedə kabaçı işləyən Cavanşir ona bir-neçə ədəd soğan soymasını demişdir. O, kafenin mətbəxində iş gördüyü zaman kafenin çöl qapısı açılmış və Təbriz içəri daxil olmuşdur. Təbriz içəri daxil olaraq onun anasının ünvanına və uşağına söyüş söymüş, o da Təbrizin ünvanına söyüş söymüşdür. Təbrizin onun saçından tutmuş və onu fırladan zaman, əli ilə Təbrizi itələyərək, əsəbi olduğu üçün soğan doğradığı bıçağı Təbrizə tərəf atmışdır. Həmin vaxtı bıçaq dəqiq bilməsə də, Təbrizin harasınasa dəymişdir. Təbrizin qaçaraq çölə - yolun kənarına tərəf getmişdir. O, əlində olan bıçağı mətbəxdə olan stolun üstünə qoyaraq, Təbrizin arxası ilə gedib, bir daha bura gəlməməsini qışqıraraq demişdir. Təbriz isə tanımadığı bir avtomobilə əyləşib çıxıb getmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tarixini və saatını dəqiq xatırlmadığı vaxtda Təqsirləndirilən şəxs işlədiyi kafeyə getmişdir. Daha sonra həmin kafenin mətbəğinə daxil olmuş, həmin vaxt Quba orada olmuşdur. Qubanın istifadəsində olan mobil telefona polis əməkdaşı olan Araz müəllim zəng etmiş, o, kafeyə daxil olan vaxt həmin əməliyyatçı iki-üç dəfə Qubaya zəng etmiş və o, əsəbləşmişdir. Həmin vaxt Quba ilə aralarında söz-söhbət yaranmış, lakin onu orada döyməmişdir. Quba həmin vaxt mətbəxdə soğan ya da ki, limon doğramış və mətbəxt qapısı isə Quba dayanan yerə çox yaxın olmuşdur. Həmin polis əməkdaşı Qubaya zəng edən vaxt o, Qubanın üstünə qışqırmış, elə bu vaxt Quba əlində bıçaqla arxaya doğru çevrilmiş və bədəninin üst nahiyəsindən xəsarət almış, lakin aldığı xəsarəti həmin vaxt hiss etməmişdir. Quba ona bilərək xəsarət yetirməmişdir. Onu orada söyməmiş, ya da ki, vurmamışdır Sadəcə kafedə kababçı işləyən Cavanşirin ifadəsi doğrudur. Odur ki, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, qapını açıb Qubanın üstünə qışqırmış, Quba həmin vaxt əlində bıçaqla arxaya çevrilmiş, elə bu vaxt xəsarət almışdır. Bıçaq Qubanın əlində olmuşdur. Quba onu qəsdən vurmamışdır. Quba hadisə vaxtı içkili olmamış, hadisə ilə bağlı heç yerə şikayət etməmişdir. Kafedən çıxıb rayona gedən vaxt bilmişdir ki, xəsarət almışdır. Ev kirayəsi ilə bağlı məsələni kafeyə gəlib Quba ilə söhbət etmiş, ancaq bu söhbət birinci dəfə kafeyə gələndə olmuşdur. Belə ki, birinci dəfə kafeyə səhər saat 10-11 radələrində gəlmiş, hadisə isə axşam saat 17 radələrində baş vermişdir. Qubanın işlədiyi kafeyə tez-tez gedibgəlmişdir. İkinci dəfə kafeyə gələn vaxt Qubanın kiminləsə oturub yeyib-içdiyini görməmiş və həmin vaxt işçilər yemək yemişlər. Quba isə mətbəxdə olmuşdur. O, mətbəxə daxil olan vaxt Quba əlində bıçaqla nə isə doğramışdır. Mətbəxin qapısı ilə Qubanın dayandığı yer isə yaxın məsafədə olmuş, qapını açıb içəri daxil olub Qubanın üstünə qışqırmış, Quba isə əlində bıçaqla arxaya çevrilən vaxt hadisə baş vermişdir. Hadisənin baş vermə mexanizmini dəqiq göstərə bilmir. Çünki, çox şey yadında qalmayıb. Müstəntiq yalan yazmamışdır, lakin ifadəni dəyişdirib, əlavələr etmişdir. Onun xəsarət almağı ilə bağlı məsələni müstəntiq səhv yazmışdır. Belə ki, o, qapıdan içəri daxil olmuş və Qubanın üstünə qışqırmışdır. Quba əlində bıçaqla çevrilmiş və həmin vaxt xəsarət almışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Quba onun tanışı olmaqla Qubanı 4 ildir ki, tanımış və Quba ilə sevgi münasibətlərində olmuşdur. Qubanın Qax şəhərində yaşamağa evi olmamış, “Rasim” adlı şəxsin evini Quba üçün kirayə tutmuşdur. Quba həmin evdə 3 ay yaşamış və Quba onun yanında işlədiyi müddətdə onun kirayə pulunu vermişdir. Quba onun yanında kafedən işdən çıxmışdır. Bundan sonra Rasim onun kirayə pulunu ödəməsini demiş və onu Qax rayon məhkəməsinə vermişdir. 30 may 2023-cü il tarixdə Qax rayon məhkəməsinə getmiş və Rasim ilə birlikdə məhkəmədə iştirak etmişdir. Quba başqa yerdə işləyən zaman Rasimin evində qalaraq ona borcu yaranmış, buna görə də həmin pulu Qubanın özünün ödəməli olduğunu bildirmişdir. 31 may 2023-cü il tarixdə Qubanın kirayədə qaldığı Kürmük otelə getmiş və Qubanı atasına məxsus “Vaz 2109” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirib Qax rayonu, Əmbərçay kəndində yerləşən Elçinə məxsus kafeyə aparmışdır. O, Qubaya Rasimin onu məhkəməyə verdiyini, qayıdıb onunla söhbət edəcəyini demişdir. Müalicə üçün Zaqatala rayonuna getmiş, Zaqatala şəhərində olandan sonra Qax rayonuna qayıtmış atası Arazın avtomobili xarab olduğundan ustaya aparmış və tanımadığı taksi ilə Qubanın işlədiyi kafeyə getmişdir. Həmin vaxt Quba kafedə olmuş və tanımadığı şəxslərlə yeyib içmiş və o, Qubanı yanına çağırmışdır. Rasimin onu məhkəməyə verməsini demiş, pulu isə Qubanın özünün ödəməli olmasını Qubaya bildirmişdir. Quba içkili olmuş və pulu ödəməyəcəyini demişdir. Bundan sonra, kafenin qapısını açmaq istəyən zaman sağ tərəfinə nəsə dəyməsini hiss etmişdir. Qubanın onu bıçaqla vurmasını bilməmiş, bir neçə dəqiqə sonra sağ tərəfinin isti olmasını hiss etmişdir. Əynində olan paltarı qaldırmış, sağ tərəfindən qan gəldiyini görmüş və tanımadığı taksi ilə Qax rayon mərkəzi xəstəxanasına getmişdir. Quba onu vurandan sonra arxaya getmiş və üzərinə gəlməmişdir. Quba onu arxa tərəfindən bıçaqla vurduğu üçün bıçağı görməmişdir. Hadisə vaxtı orada heç kim olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax rayonu, Qanlıqobu adlanan ərazidə yerləşən adı olmayan “Elçin” adlı şəxsə məxsus kafedə kababçı işləyir. Həmin kafedə Təqsirləndirilən şəxs ofisiant kimi işləmişdir. Qax rayonu, Çüdüllü kənd sakini Təbrizi tanımış, Təbriz işlədiyi həmin kafeyə müştəri kimi gəlibgetmişdir. Həmçinin, Təbrizin Təqsirləndirilən şəxs ilə sevgili olmasını da eşitmişdir. 31 may 2023-cü il tarixdə kafedə olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs da kafedə olmuşdur. Həmin günü günortadan sonra, dəqiq saatı yadında olmayan vaxtı Təbriz kafeyə gəlmiş, Təbriz və Quba kafenin yanında kənara çəkilib söhbət etmələrini görmüş, lakin onların yanına getməmişdir. Kafenin arxasına keçib müştərilərin sifariş etdiyi kabab bişirmişdir. Biraz keçdikdən sonra oraya polis əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs aparmalarını görmüşdür. Həmin vaxtı Təbrizi artıq orada görməmişdir. Oraya gələn adını bilmədiyi şəxslərdən Qubanın Təbrizə bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmişdir. Qubanın Təbrizə bıçaqla vuraraq xəsarət yetirən zaman kafedə olsa da, lakin hadisənin şahidi olmamış və həmin vaxtı kafenin arxasında kabab bişirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə olan günü kafenin mətbəxində qabları yumuşdur. Həmin vaxt Quba və Təbriz kafenin çölündə olmuşdur. O, qabları yuduğu üçün Quba ilə Təbrizin mübahisə etməsinin şahidi olmamışdır. Quba ilə Təbrizin davasını görməmişdir. Qabları yuyan vaxt Quba gəlib ona demişdir ki, Təbrizlə dalaşıb. Bir müddət sonra içəri polis əməkdaşları daxil olmuşdur. Eşitdiyinə görə Təbrizlə Quba arasında dava-dalaş baş vermişdir. Məhkəmə kollegiyasının iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqlaması barədə etdiyi şikayətlə tanış olmuşdur. Qax rayonu, “Qanlıqobu” adlanan ərazidə kafe işlədir. Həmin kafe ona məxsusdur. Kafeyə nəzarəti özü edir. Kafedə Minayə adlı xanım qabyuyan, Quba adlı xanım ofisiant, Cavanşir isə kababçı işləyir. İşçilərlə müqaviləsi yoxdur. Hər işçiyə günə 10 manat pul verir. 31 may 2023-cü il tarixdə Qubanın kafedə Təbrizi bıçaqladığı vaxt Bakı şəhərində olmuşdur. Həmin vaxt kafedə olmamışdır. Həmin hadisədən Bakı şəhərindən gələndən sonra, yəni 03 iyun 2023cü il tarixdə xəbəri olmuşdur. 03 iyun 2023-cü il tarixdə kafeyə gələndə ona məxsus kafedə ofisiant işləyən Qubanın sevgilisi Təbrizi bıçaqla vurub xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təbriz onun oğludur. Quba Təbrizin tanışı olmaqla onlar bir-birini bir neçə ildir ki, tanıyır. 31 may 2023cü il tarixdə, saat 12:00 radələrində özünə məxsus olan “Vaz 2109” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğu üçün “Tapdıq” adlı şəxsin avtomobili ilə oğlu Təbrizi Zaqatala şəhərinə Diqanostika xətəxanasına aparmış və Qax rayonuna qayıtmışdır. Təbriz Qax şəhərində maşından düşmüşdür. Özünə məxsus avtomobili Vüqar adlı ustanın yanına aparmışdır. Maşını ustaya apardıqdan 15-20 dəqiqə sonra oğlu Təbriz ona zəng edərək Qubanın onu bıçaqla vurub xəsarət yetirməsini və xəstəxanaya getdiyini demişdir. Bundan sonra, Qax RMX-ya getmişdir. DİN-n “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə zamanı orada olmamış, lakin xəstəxanada oğlu Təbrizin sağ tərəfinin qanadığını görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, DİN-in “102” xidmətindən Qax Rayon Polis Şöbəsinə həmin tarixdə saat 17:27-də Qax rayonu Çüdüllü kəndində yaşayan Şahid4 ***-***-**-** nömrəsindən oğlu Zərərçəkmiş şəxs bıçaqlanması, hal-hazırda mərkəzi xəstəxanada olması barədə məlumatı bildirilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Şahid4 Qax rayonunda yerləşən kafedə oğlu Təbrizin “Quba” adlı qadın tərəfindən bıçaqlanaraq xəsarət yetirildiyini bildirərək, bununla bağlı tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Qax Rayon Polis Şöbəsinə QAX “RMX”nin Acil şöbəsindən Qax rayonu Çüdüllü kəndində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin deşilmiş, kəsilmiş xəsarəti ilə sözügedən xəstəxanaya daxil olması barədə məlumat verilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə olunmuş foto şəkillərdən görünür ki, hadisə yeri Qax rayonu, Əmbərçay kəndi ərazisində yerləşən kafenin içərisidir. Təqsirləndirilən şəxs iş yerində olan mətbəx bıçağı ilə sevgilisi Zərərçəkmiş şəxs kafenin həyətində bıçaqladığını bildirmişdir. Təqsirləndirilən şəxs bıçağı götürdüyü yeri və Zərərçəkmiş şəxs bıçaqladığı yeri göstərmişdir (cild 01, iş vər. 06-09). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində X8 06 iyun 2023-cü il tarixdə tutulmuşdur. (cild 01, iş vər. 26-27). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(024)-19/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbirinin seçilməsinindən imtina edilmiş və o, məhkəmə zalından həbsdən azad edilmişdir. (cild 01, iş vər. 67-68). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 69). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir (cild 01, iş vər. 41-44). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Qax rayonu Çüdüllü kəndində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Qax Rayon Polis Şöbəsinə müraciət edərək, X8 (Təqsirləndirilən şəxs) tərəfindən bıçaqla xəsarət yetirildiyini bildirmiş və bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 92). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 Qax rayon şöbəsinin 01 iyul 2023-cü il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – döş qəfəsində Vİ-Vİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ plevra boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara-iti kənara və iti uca malik olan deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Qax MRX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, bıçağın təsirindən əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir (cild 01, iş vər. 104-106). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 09 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur (cild 01, iş vər. 110). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 09 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Pisixo-nevroloji Dispanserində qeydiyyatda durmur (cild 01, iş vər. 111). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 02 avqust 2023-cü il tarixli, 285/2023- MTŞK nömrəli rəyindən və ona əlavə olunmuş fotocədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ döş qəfəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsində Vİ-Vİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ plevra boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 01, iş vər. 114-119). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 09 avqust 2023-cü il tarixli, 498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət törədən zaman və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və həmin əməli idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01 iş vər, 123-126). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4, 221.3, 228.4 və 29,120.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 130-137). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Efektron məhkəmə” informasiya sistemindən götürülmüş xx.xx.2017-ci il verilmə tarixli Təqsirləndirilən şəxs məxsus AZE serialı, 17094325 nömrəli və xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin çıxarışından görünür ki, şəxsiyyət vəsiqəsinin soyad qrafasında Mahmudova, həmin şəxsiyyət vəsiqəsinin ailə vəziyyəti qrafasında isə subay kimi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Efektron məhkəmə” informasiya sistemindən çıxarılmış xx.xx.2023-ci il verilmə traixli Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli və xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin çıxarışından görünür ki, şəxsiyyət vəsiqəsinin ailə vəziyyəti qrafasında evli olmaqla soyadı qrafasında Əliyeva kimi qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli X17 Mərkəzinin “Mamalıq ultrasəs müayinəsi protokolu”ndan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs 08 həftə 05 gün müddətində hamilədir. Həmçinin, ana bətnində olan dölün görüntüləri müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi “X15 şəhadətnamə” və “əvəzləmə kartı”ndan müəyyən olunur ki, X9 27 sentyabr 2019-cu il tarixdə doğulmuş bir uşağı vardır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 26 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərəzçəkmiş şəxs Zərərçəkmiş şəxs dəyən ziyanı ödəməklə onunla barışmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müxtəlif məsələlər üzrə şəxsən onun əleyhinə olan sübutlara dair etirazlar etmiş və onları mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilərini tanıyırlar. Belə ki, təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 4 ildir bir birilərini tanımaqla sevgi münasibətlərində olmuşlar. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs 31 may 2023- cü il tarixdə Təqsirləndirilən şəxs ilə öz təşəbbüsü ilə görüşmüşdür. Görüşə səbəb isə zərəzçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Qax şəhərində “Rasim” adlı şəxsin evini kirayə tutaraq həmin evdə Təqsirləndirilən şəxs 3 ay yaşaması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında işlədiyi müddətdə onun kirayə pulunu ödəmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanında kafedən işdən çıxmasına baxmayaraq “Rasim” adlı şəxsin evində qalaraq kirayə borcu yaranmış, həmin kirayə borcunu “Rasim” adlı şəxs Zərərçəkmiş şəxs tələb etmişdir. Nəticədə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradaraq Təqsirləndirilən şəxs ilə görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, o, Zərərçəkmiş şəxs işdə olmasını demiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs yanına gələcəyini və söhbət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs 17:00 radələrində Qax rayonu, Əmbərçay kəndinin ərazisində olan kafeyə gəlmiş, Təqsirləndirilən şəxs ilə kafenin həyətində görüşmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs telefonuna zəng gəlmiş, zəngi görən Təbriz əsəbləşərək qışqırmış və bundan sonra tərəflər arasında mübahisə yaranmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu vurmasına əsəbləşərək, mətbəxdə olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı ilə Təbrizin döş qəfəsindən 01 dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs döş qəfəsində Vİ-Vİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ plevra boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işlədiyi yerə gələrək sonuncunun telefonuna gələn zəngi bəhanə edərək Quba ilə mübahisə başlatması və tərəflər arasında mübahisənin yaranmasına Təbrizin səbəb olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ibtidai istintaqda və məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdlə deyil, təsadüf və ehtiyatsız davranış nəticəsində vuraraq ağır xəsarət yetirməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, şəxs cinayət məsuliyyətindən yayınmaq üçün bu formada ifadə verir. Odur ki, məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əsaslı saymır. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi etirafedici ifadəsi iş materialları ilə üstüstə düşdüyündən, məhkəmə həmin ifadəni əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs arxaya çevrilən zaman qəsdlə deyil, ehtiyatsız davranışla, təsadüf nəticəsində xəsarət alması barədə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşaraq bildirir ki, həm zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxs dörd ildir bir birlərini tanımaqla sevgili münasibətlərinə malik olan şəxslərdir. Odur ki, bu hal zərər çəkmiş şəxsin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Həmçinin zərərçəkmiş şəxsin aldığı xəsarətlərə dair şübhə doğurmayan tibbi ekspertizasının rəyi mövcuddur və məhkəmə kollegiyasının iclasında tərəflər hadisənin mexanizmini, yəni təqsirləndirilən şəxsin əlində olan bıçağın Zərərçəkmiş şəxs döş qəfəsində Vİ-Vİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ plevra boşluğuna keçən xəsarətin yaranma səbəblərinin ehtiyatsız davranışın ola bilməsini göstərə bilməmişlər. Habelə zərərçəkmiş şəxs ibtidai istintaq zamanı iş üzrə obyektiv, işin hallarına uyğun ifadə versə də, məhkəmə istintaqı zamanı həmin ifadələri təsdiq etməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini yuxarıda qeyd edilən səbəbdən əsaslı sayır, ona görə də, təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın (müalicə xərcləri) təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın (müalicə xərcləri) zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə onun törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 sentyabr 2023-cü il tarixli, 380 nömrəli Qax Rayon İHB-nın Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş “Xasiyyətnamədən” görünür ki, X2 şəhərində qeydiyyatda olmaqla Qax şəhəri H.Əliyev prospekti döngə 4-də yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. X8 barəsində Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır.(cild 01, iş vər. 122) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi, ev 140 ünvanında qeydiyyatda olmaqla, Qax şəhəri H.Əliyev prospekti döngə 4, nömrəsiz evdə yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01 iş vər, 122). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 89). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, dəymiş ziyanı ödəməsini (müalicə xərcləri) və hamilə olmasını CM–in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın (müalicə xərcləri) zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın (müalicə xərcləri) zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Qax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd qısaqol köynək hökm qanuni qüvvəsini aldıqldan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi yaşayış yeri üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olmaqla Qax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd qısaqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar