Məhkəmə qərarları › İş №1(091)-28/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-28/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-28/2021 12.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, xx xxxxx 1998-ci ildə Ucar rayonunun Boyat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ucar rayonunun Boyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X8 Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 2019-cu ilin dekabr ayı ərzində iki dəfə, təkrarən 2020-ci ilin yanvar ayının ortalarında bir dəfə yaşayış olmayan Ucar rayonu Boyat kəndində X3 məxsus fərdi yaşayış evinin otağında onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döyməklə zor tətbiq edib həmin evin otağında olan çarpayıya uzadaraq əynindəki şalvarını aşağı çəkmiş, öz əynindəki şalvarını aşağı çəkib gərginləşmiş (ereksiya vəziyyətində olan) cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə sürtdükdən sonra düz bağırsağına yeridərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamaqla Məmmədhəsənlə və sonuncunun ailə üzvləri ilə münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Bir ildən çox müddət ərzində Məmmədhəsən tez-tez onlara döyüşdürmək üçün xoruz gətirmiş, valideynləri Məmmədhəsənə bir neçə dəfə onlara xoruz dalaşdırmağa gəlməməsini demişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Məmmədhəsən yenə də xoruz götürərək onlara gəldiyinə görə də əsəbiləşib Məmmədhəsənin sifətinə sillə vurub geri qayıtmasını demiş, Məmmədhəsən də ona bu barədə atasına deyəcəyini bildirmişdir. Bundan sonra o, mağazaya getmiş, Məmmədhəsən atası ilə onlara gəlib onu axtarmışdır. Evə gəldikdən sonra bu barədə eşidib qardaşı Rövşənlə birlikdə Məmmədhəsəngilə getmiş, bu zaman Məhəmmədhəsənin atası Şamil onun sifətinə 2 dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra o da, Şamili yumruqla vurduqdan sonra Şamil yerə yıxılmışdır. Həmin vaxtı orada Şamil, sonuncunun oğlu Məmmədhəsən, qaynanası Təzəgül və arvadı Elmira olmuşdur. Şamil və orada olan həmin şəxslər ona Məhəmmədhəsəni və Şamili vurduğuna görə onu 10 il müddətinə həbsə atdıracaqları ilə hədələmiş, bundan sonra o, qardaşı ilə evə qayıtmışdır. Bundan sonra X9 Nazirliyinin 102 xidmətinə zəng vuraraq guya Şamilin oğlu Məmmədhəsənlə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişlər. Məmmədhəsənlə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, Məmmədhəsənə qarşı heç bir hərəkət etməmiş, Məmmədhəsəni mobil telefonla videoya da çəkməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin noyabr ayının ortalarında saat 11 radələrində qonşuluqda yaşayan nənəsi Təzəgülgilə gedərkən həmkəndlisi Elminlə rastlaşmış, sonuncu onu əsassız olaraq qovmağa başlamışdır. Elmindən qaçaraq nənəsigilin məhləsinə keçdikdən sonra Elminin onu qovmağı barədə nənəsinə danışmışdır. Nənəsi Təzəgül də həmin günü Elmini görərək sonuncuya onunla işi olmamasını bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Elmin onu yaşadıqları evin qarşısında görərək onunla işi olduğunu bildirib onu yaxınlıqda olan nənəsi Minayəgilin yaşadıqları evin həyətyanı sahəsində yerləşən qoruqlarına aparmışdır. Ora çatdıqda Elmin onun ağzından tutaraq əynində olan şalvarı aşağı çəkmiş, daha sonra öz şalvarını da aşağı çəkərək gərginləşmiş cinsiyyət orqanını onun bədəninin müxtəlif yerlərinə təxminən 6-7 dəqiqə ərzində sürtərək yerə boşalmışdır. Həmin vaxt Elmin etdiklərini özünə məxsus olan mobil telefona çəkmiş, bundan sonra o şalvarını geyinmişdir. Elmin ona qarşı etdiklərinin görüntülərinin olduğunu bildirərək iki gündə bir dəfə olaraq saat 1400-1430 ərəfələrində qonşuluqda yerləşən və Rusiya Federasiyasında olan İlhamgilin evində olmasını, əgər deyilən vaxtda həmin yerə getməsə, video görüntüləri onun yaxınlarına göstərəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən iki-üç gündən bir deyilən vaxtda İlhamgilin evinə getmiş, həmin vaxt evdəki otağında otağın qapısını arxadan bağladıqdan sonra eyni qayda ilə Elmin onun şalvarını aşağı çəkərək gərginləşmiş cinsiyyət orqanını onun bədən nahiyyəsinə sürtərək yerə boşalmışdır. Elminin görüntülərini kiməsə göstərməsindən qorxaraq həmin yerə gədərək bu barədə heç kimə deməmiş, bundan əlavə Elmin onu qonşuluqda yaşayan, həmçinin Rusiya Federasiyasında olan Emingilin evinə də apararaq orada onunla qeyri-təbii yola cinsi əlaqədə olmuşdur. Emingilin evi bağlı olmaqla pəncərəsi açıq olmuş, Elmin onu pəncərədən evə keçirmişdir. Elminin atası qoyunları sahədə otaran vaxtı isə onu İlhamgilin evinə aparmışdır. İlhamgilin evində Elmin onunla üç dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, 2019-cu ilin dekabr ayının ortaları günorta saatlarında Elmin ona dediyi vaxtda İlhamgilin evinə getmişdir. Elmin eyni qayda ilə evin otağını açaraq onu içəri salmış, daha sonra onun və öz şalvarını aşağı çəkərək onu otaqda çarpayıya uzatmışlar. Uzanmış şəkildə Elmin gərginləşmiş cinsiyyət orqanını onun bədəninin müxtəlif yerlərinə sürtməyə başlamış, daha sonra cinsiyyət orqanını onun yan tərəfinə gətirmiş və arxa hissəsinə sürtmüşdür. Elmin cinsiyyət orqanını onun arxa keçəcəyinə saldığına görə bərk ağrı hiss etmiş, Elminə ağrıdığını bildirmişdir. Elmin isə cavabnda ona üzünü qabağa tutmasını deyərək cinsiyyət orqanını onun arxasına salıb, ağrıları olduğundan cinsiyyət orqanını onun arxasına tam soxmamışdır. Təxminən 2-3 dəqiqə ərzində Elmin onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olaraq yerə boşalmışdır. Yataqdan qalxaraq ayağa durub əlini arxasına vurduqda arxasından qan gəldiyini görmüşdür. Orada arxasını su ilə yuduqdan sonra bir yerdə çıxaraq o, evə getmişdir. Daha sonra iki-üç gündə bir dəfə İlhamgilin yenə də evinə getmiş, Elmin onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirsə də Elminə ağrıdığını bildirmiş, buna görə də Elmin bir müddət onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. 2019-cu ilin dekabr ayının sonlarında yenidən Elminlə İlhamgilin evinə getmiş, Elmin video görüntünü ailə üzvülərinə göstərəcəyi ilə onu hədələyərək yenə də onu otağa salaraq eyni qayda ilə çarpayıya uzadıb gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış, 3-4 dəqiqə ərzində onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra yenidən yerə boşalmışdır. O da şalvarını yuxarı qaldırıb ayağa durmuş, Elmin özünə məxsus telefonla onu videoya çəkəcəyini bildirib videoda yalandan guya qeyd olanan evdə sinif yoldaşları İsmayıl və Ruslanla bir yerdə bir-biriləri ilə qeyri-təbii yolla cinsi əlaqadə olan zaman onları tutmasını deməsini tələb etmişdir. Elminə həmin sözü deməyəcəyini bildirmiş, Elmin isə ona demədiyi təqdirdə nənəsigilin qoruğunda çəkdiyi videonu hamıya göstərəcəyini bildirmişdir. Elmin ona guya bayırdan gələrək onu yarı soyunmuş vəziyyətdə tutacağını, ondan kiminlə olduğunu soruşacağı halda yalandan guya Ruslanla olduğunu deməsini bildirmişdir. Daha sonra Elmin ona dünən nənəsi Təzəgülgilin tövləsinin damında kimlə olmağını soruşduqda o, Elminə İsmayılla olduğunu deməsini bildirmişdir. Elmindən qorxduğundan deyilənlərin hamısını eləmiş və Elmin də onu videoya çəkmişdir. Elmin ona qarşı etdiklərini kiməsə deyəcəyi təqdirdə video-çəkilişi qohumlarına göstərəcəyi ilə hədələmiş, bu səbəbdən də sonuncu ilə İlhamgilin evində görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Təxminən 13-xx xxxxxx 2020-ci il tarixdə təhsil aldığı məktəbdən gələrək yemək yemiş, saat 15 radələrində Elminin təkidi ilə yenidən İlhamgilin evinə getmişdir. Orada Elmin eyni qayda ilə onu çarpayıya uzadaraq gərginləşmiş cinsiyyət oraqını yenə də bir qədər onun arxa keçəcəyinə yeritmiş, Elmin 3-4 dəqiqə ərzində onunla arxadan cinsi əlaqədə olduqdan sonra yerə boşalmışdır. Bir gün sonra Elminlə küçədə qabaqlaşan zaman Elmin ona nənəsi Təzəgülə məxsus olan heyratı xoruzunu tutub verməsini demiş, bunu edə bilməyəcəyini dedikdə Elmin onu şillə ilə bir neçə dəfə vuraraq videonu tezliklə yayacağını demişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 1430da İhamgilin evində Elminlə eyni qayda ilə görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt ağrıdığından Elmin cinsiyyət orqanını onun arxasına sürtərək boşalmışdır. xx xxxxxx 2020-ci il tarixdə günortadan sonra artıq İlhamgilin evinə getməmiş, anası ilə evdə qalmışdır. Elmin onu dediyi yerdə gözləyərək gəlmədiyini görüb onların evlərinə gələrək onu çağırmış, bayıra çıxaraq Elminə işi olduğunu demişdir. Elmin ona gəlməyəcəyi təqdirdə sirri açacağını dedikdən sonra həyəcanlanaraq evə girmişdir. Anası onun bu vəziyyətini görərək Elminin nə üçün onu tez-tez çağırdığını soruşduqda əvvəl heç bir şey deməmiş, lakin sonuncunun təkidindən sonra Elminin ona qarşı etdiyi bütün hərəkətləri demişdir. Bundan sonra anası atasına zəng vuraraq bu barədə demişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla sonuncu ilə münasibətləri normal olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan əmisigildə olan zaman arvadı Elmira ona zəng edərək evə çağırmış, evə getdikdən sonra arvadı ona qonşuları Elminin oğlu Məmmədhəsənlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, oğluna hədə-qorxu gəldiyindən sonuncu onlara bu barədə heç bir söz deyə bilmədiyini bildirmişdir. Bundan sonra oğlu Məmmədhəsəni götürüb Elmingilə getmiş, lakin Elmin evdə olmadığından evə geri qayıtmışdır. Bir müddət sonra Elmin qardaşı Rövşənlə onlara gəlmiş, Elmindən nəyə görə belə bir hərəkət etdiyini soruşduqda Elmin Məmmədhəsənin üzərinə gedib yalan danışdığını bildirmişdir. Bunun üstündə Elminlə aralarında mübahisə yaranmış, bir-birlərini yumruqla vurmuşlar. Həmin vaxt Rövşən Elmini götürüb oradan uzaqlaşmış, bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Qanuni nümayəndə yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 49 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin qaşarası hissəsində və sol və sağ yanaq nahiyələrində qançırlar müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitdə əmələ gələ bilərdilər. Müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmaya dəlalət edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb-ekspertizasının xx xxxx 2020-ci il tarixli, 56 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilmədi. Makroskopik olaraq Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmaya mane ola biləcək hər hansı pataloji hal aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 239/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta (H)/İİ/. Ekspertizaya təqdim olunan 02 ədəd taxta parçası və 01 ədəd nazik taxta lövhə üzərində sperma ləkələri aşkar olundu. Bu sperma ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alındı. Bu sperma Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 190 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:-praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. 14 yaşı tamam olmayan Zərərçəkmiş şəxs barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmişdir. O, baş vermiş qanunazidd hərəkətləri “pis iş” deyə hazırki ekspertiza zamanı xarakterizə edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixatrik-psixoloji eksertizasının xx.xx.2020-ci il tarixli 237/90 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlərdən (Ucar RMX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 347 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.O hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixiemosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 231/KEŞ №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onda arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) bir qədər boşalmasının olduğu müəyyən edilmişdir ki, bu da onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmaya dəlalət edir. Arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmadığından onun müddəti haqqında fikir söylənilməsi mümkün deyil. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ucar rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Ucar rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsi, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair ifadəsində göstərdiklərini məhkəmə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmənin belə qənaətə gəlməsinə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibb, məhkəmə bioloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət səciyyələndirilməsidir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə maddi sübut olan üzərində sperma nümunəsi aşkar edilmiş 03 ədəd taxta parçası və Təqsirləndirilən şəxs məxsus qurudulmuş qan nümunəsi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Ucar rayon Polis Şöbəsində saxlanılan üzərində sperma nümunəsi aşkar edilmiş 03 ədəd taxta parçası və Təqsirləndirilən şəxs məxsus qurudulmuş qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X8 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar