Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-28/2022 06.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X5, Müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 27 avqust 1978-ci il tarixdə Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olmaqla ünvan 2də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİİ siyahının 2-ci bəndinə əsasən əkib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərin külli miqdarının 16 ədəddən yuxarı olması müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə etməklə 2021-ci ilin aprel ayının sonlarında yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətyanı sahəsindəki yarımtikilidə və həyətdə yerləşən bostanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda 90 (doxsan) ədəd əkib yetişdirərək kultivasiya etmiş, 2021-ci ilin iyul ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərin yarpaqlarından toplayıb külli miqdar təşkil edən ümumi çəkisi 1048,73 qram narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla hazırlayıb, satış məqsədi ilə saxlamış, həmin Qanunun İ siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, İ siyahının 13-cü bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə metadonun şəxsi istehlak miqdarının yuxarı həddi 0,02 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 2 ədəd gümüşü-ağ və 1 ədəd ağ rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroini, 1 ədəd göy-ağ və 1 ədəd qırmızı-ağ rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,218 qram küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini, həmin qırmızı-ağ bükümdə yarım həb və həmin bükümlərin yanında 1 ədəd həb olmaqla ümumi təmiz çəkisi 0,06 qram olan narkotik vasitə olan metadonu 3 gün əvvəl, yəni 02 iyul 2021-ci il tarixdə Yevlax rayonunda “Karyer yolu” adlanan ərazidə taparaq satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evin həyətindəki tikilidə gizlədərək saxlamış, 05.07.2021-ci il tarixdə yaşadığı evin həyətində yerləşən yarımtikilidə qurutduğu yuxarıda qeyd olunan çəkidəki narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd siqaretin ağ rəngli sellofanına bükümün içərisində təmiz çəkisi 4,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, həyətdəki tikildə saxladığı içərisində yuxarıda qeyd olunan miqdarda heroin olan 3 ədəd bükümlərdən birində 0,036 qram, digərində 0,022 qram heroin olan 2 ədəd gümüşü-ağ rəngli kağız bükümləri və içərisində 0,156 qram metamfetamin olan 1 ədəd göyağ və içərisində 0,062 qram metamfetamin olan 1 ədəd qırmızı-ağ rəngli kağız bükümləri götürərək satış məqsədi ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 05.07.2021-ci il tarixdə saat 18:45 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən “Keno” markalı siqaretin içərisində 2 ədəd gümüşü-ağ kağız bükümlərdə ümumi təmiz çəkisi 0,058 qram küstar üsulla hazırlanmış narkotik vasitə- heroin, 1 ədəd göy-ağ və 1 ədəd qırmızı-ağ rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,218 qram küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini, bir ədəd ağ sellofana bükülmüş içərisində təmiz çəkisi 4,29 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətindəki yarımtikili və bostana baxış keçirilən zaman qanunsuz olaraq əkib becərilməsi qadağan olunmuş kultivasiya etdiyi 40 sm-dən - 263 sm-dək hündürlüklərdə, ümumi təmiz çəkisi yaş halda 20 kiloqram 625 qram 85 (səksən beş) ədəd və 82 sm-dən - 165 sm-dək hündürlüklərdə, ümumi təmiz çəkisi quru vəziyyətdə 525 qram 4 (dörd) ədəd olan külli miqdarda cəmi - 89 (səksən doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 ədəd çətənə bitkisinin hissəsi, yarımtikilinin içərisində həmin bitkilərin yarpaqlarını qurutmaqla satış məqsədi ilə əldə edib qanunsuz olaraq 1 ədəd sintetik kisədə külli miqdarda təmiz çəkisi 985 qram, 1 ədəd şəffaf sellofan torbada 59,44 qram olmaqla cəmi təmiz çəkisi– 1044,44 qram olan külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana və həyətdə yerləşən tikilinin içərisində 1 ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,094 qram küstar üsulla hazırlanmış narkotik vasitəheroin, bir ədəd bütöv şəkildə, bir ədəd yarıya bölünmüş şəkildə olmaqla ümumi təmiz çəkisi 0,06 qram narkotik vasitə metadon həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 237.2.3cü maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, ünvan 2 ünvanda yerləşən yaşadığı evin həyətində yerləşən yarımçıq tikilidə və bostanında narkotik tərkibli bitki çətənə kolları əkmişdir. Həmin bitki kollarına özü qulluq edib və mütəmadi olaraq köklərinə su tökmüşdür ki, tez inkişaf etsinlər. Mütəmadi olaraq o, həmin kolların yarpaqlarından dərib yarımçıq tikilidə olan otaqda sərib və qurutmuş, sonra isə onu siqaret kağızına doldurub çəkmişdir. Bəzi vaxtlarda isə quru halda çay kimi dəmləyib içmişdir. Səbəb isə içdikdən sonra təxminən bir gün ərzində əhvalı yaxşı olub və özünü gümrah hiss etmişdir. Bu məqsədlə də o, əkdiyi kollardan bir qədərinin yarpaqlarını yığıb qurudub, otaqda ağ rəngli torbağa yığıb saxlamışdır. Bunlardan əlavə isə o, tutulmazdan üç gün öncə Yevlax rayonu ərazisinə balıq tutmaq üçün gedərkən, karyer yolu adlanan ərazidə, yerdən bir sellofan büküm aşkar etmiş, həmin bükümü açdıqda isə, içərisində bir neçə ədəd bükümlər olmuşdur. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və metamfetamin kütlələri olan bükümlər və iki ədəd “Metadon” həbi olmuşdur. O, həmin kütlələrdən bir neçəsini istifadə etmiş, metadon həbinin isə birinin parasını qəbul etmişdir. Qalan iki büküm heroin, iki büküm də metamfetamini götürüb üzərində olan siqaret qutusunun arxasına, sellofanın içərisinə qoyaraq istədikdə istifadə etmək məqsədilə saxlamışdır. Qalan heroin bükümlərini və metadon həbini gələcəkdə istifadə etmək məqsədilə yaşadığı evin həyətində yerləşən otağa qoyaraq saxlamışdır. Əkdiyi narkotik tərkibli çətənə kolundan bir neçə yarpağını dərib, istifadə etmək məqsədilə sellofana qoyub cibində gəzdirərək saxlamışdır. 05.07.2021-ci il tarixdə saat 18:45 radələrində yaşadığı evin yanında tək dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdikdə. O, da üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən arxasında narkotik vasitə kütlələri olan siqaret qutusu və sellofan bükümdə olan marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra isə sorğu zamanı siqaretin arxasında olan bükümləri, yəni heroin və metamfetamin kütlələrini 3 gün öncə yerdən tapmasını, içərisində marixuana olan bükümü isə həyətində əkib-becərdiyi çətənə kollarından dərib əldə etməsini bildirmişdir. Daha sonra isə evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və heç bir etirazı olmaması ilə bağlı ərizə ilə müraciət etmişdir. Bundan sonra yaşadığı evin həyətində olan yarımçıq tikiliyə, bostana və digər otaqlara müdafiəçi və aqronomun iştirakı ilə baxış keçirilmiş, oradan qeyd etdiyi əkibbecərdiyi narkotik tərkibli çətənə kolları, qurudulmuş marixuana və narkotik vasitə heroin həmçinin narkotik vasitə metadon həbləri polis əməkdaşları tərəfindən aşkar edimişdir. Üzərində gəzdirdiyi siqaretin arxasında olan bükümləri, yəni heroin və metamfetamin kütlələrini 3 gün öncə karxana yolundan yerdən tapmış, marixuana bükümü isə həyətində əkib-becərdiyi çətənə kollarından dərib yığmışdır. Əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumlarını həmçinin həyətindən aşkar olunmuş çətənə bitkinin toxumlarını bir neçə ay əvvəl yerdən tapmışdır. Narkotik vasitə istifadə etməsini və narkotik tərkibli çətənə kollarını həyətdə əkib-becərməsindən ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. Narkotik vasitə heroindən daha əvvəllər də istifadə etmiş, belə ki, müntəzəm olaraq istifadə etməsə də lakin tapdıqda istifadə edimiş, metadon isə daha əvvəllər istifadə etməmiş, psixotrop maddə metamfetamini də həmçinin tapdıqda istifadə etsə də lakin kimdənsə almaqla istifadə etməmişdir. Narkotik vasitə qurudulmuş marixuananı hər hansı şəxsə satmaq məqsədi olmamışdır. Bu barədə kimsə ilə sövdələşməsi olmamışdır. Narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış, kimsədən almamış və yaxud qarşılıqsız olaraq kimsə tərəfindən ona verilməmişdir. Çətənə kolları əkməkdə və kultivasiya etməkdə ona hər hansı formada köməklik edən şəxs olmamışdır. Əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 05.07.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 28 nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil Müdafiəçi dəvət olunmuş və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Müdafiəçi da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısıında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuana və “Keno” markalı siqaret aşkar olunmuşdur. Keno markalı siqaret qutusunun kağızı ilə sellofan örtüyü arasında saxlanılan 4 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərin hər birinə ayrılıqda içərisinə baxılarkən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun həmin şalvarının sol yan cibindən mobil telefonlar aşkar edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə üzərində daşıyaraq saxlamasını, həmin bükümləri içərisində olan narkotik vasitə və psixotrop maddələrlə birlikdə karxana yolundan tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixunananı isə özü istifadə etmək üçün üzərində gəzdirməsini, həmin kütləni öz həyətində əkib-becərdiyi narkotik tərkibli çətənə kollarından toplayaraq əldə etdiyini bildirmişdir. Həmçinin əlavə edərək bildirib ki, hazırda da yaşadığı ünvan 2 ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində yarımçıq tikililərdə narkotik tərkibli çətənə kolları vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr onun özünün, müdafiəçisi Müdafiəçi iştirakları ilə ayrı-ayrılıqda elektron vasitəsilə çəkilib və daha sonra zərfə qoyularaq qablaşdırılmış imzalarla təsdiq edilib və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi Müdafiəçi, aqronom Şahid3 və digər iştirakçıların iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün 20 Yanvar küçəsi ev 28 ünvana gedilmişdir. Mənzilə baxış keçirilməsinə etiraz etməməsi barədə Təqsirləndirilən şəxs ərizəsi əsasında onun yaşadığı mənzilin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış hal şahidləri olmadan videoçəkiliş vasitəsilə keçirilmişdir. Baxış zamanı həyətdə yerləşən yarımçıq tikililərin içərisində müxtəlif hündürlüklərdə narkotik tərkibli çətənə kollarının qulluq olunmaqla becərilməsi aşkar olunmuşdur. Tikilinin içrəsində müxtəlif hündürlüklərdə olan 79 ədəd narkotik tərkibli çətənə bitkisi, həmçinin onun toxumları aşkar olunmuş, daha sonra digər otaqdan 5 ədəd qurumuş vəziyyətdə çətənə bitkisi, həmçinin ağ rəngli içərisində narkotik vasitə qurudulmuş marixuana olan torba aşkar olunmuşdur. Həmin otaqda yerləşən rəfdə 4 ədəd bükümdə çətənə bitkisinin toxumları aşkar olunmuşdur. Daha sonra həyətyanı sahədə yerləşən bostanda dəyişən hündürlüklərdə olan 6 ədəd çətənə bitkisinin kolu aşkar olunmuşdur. Əlavə olaraq həmin otaqdan dörd ədəd büküm həmin bükümlərin içərisində narkotik vasitə heroin və narkotik vasitə metadon həbi aşkar olunmuşdur. Həmin həb yarmçıq vəziyyətdə olmuş, əlavə bir ədəd də bütöv şəkildə metadon həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidən və bostandan aşkar olunmuş xüsusi qaydada əkilib-becərilən narkotik tərkibli çətənə kolları kökündən çıxarılmaqla qablaşdırılıb və imzalanaraq möhürlənmişdir. Həmçinin tikilidən aşkar olunmuş metadon həbləri biri bütov biri isə yarımçıq vəziyyətdə olmaqla qablaşdırılmışdır. Bundan başqa şprislər və pambıqlar, habelə narkotik vasitə heroin olan bükümlər də elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsində baş mütəxəssis vəzifəsində işləyir, ixtisasca alim-aqronomdur. 05.07.2020-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri əkib becərən şəxsin bitkiləri əkdiyi əraziyə baxış keçirilməsində onun da iştirak etməyini təklif etmişlər, o da polis əməkdaşları ilə birlikdə ünvan 3 ünvanda yerləşən evə getmişdir. Orada məlum olmuş ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkdiyi üçün onun həyətinə baxış keçiriləcəkdir. O da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi prosesində iştirak etmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib əkməməsi, əgər əkmişdirsə həmin bitkiləri əkdiyi yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı sahəsində yarımçıq tikilinin içərisində narkotik tərkibli bitkilər əkərək həmin bitkiləri əkib-becərdiyi yeri göstərmişdir. Bundan sonra onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımtikiliyə baxış keçirilmişdir. Həmin yarımçıq tikilinin otağında 79 ədəd narkotik tərkibli çətənə bitkilərinin aşkar edilmişdir. O, həmin bitkilərə və bitkilərin əkildiyi yerə baxaraq bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq edildiyini yəni, mütəmadi olaraq dibləri suvarılaraq bellənildiyini müəyyən etmişdir. Bundan başqa digər otaqda qurumuş halda 5 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olundu. Daha sonra isə evin həyətində yerləşşən bostanda 6 ədəd narkotik təkibli çətənə bitkisinin becərildiyi aşkar olundu. O, həmin bitkilərə və bitkilərin əkildiyi yerə baxaraq bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq edildiyini yəni, mütəmadi olaraq dibləri suvarılaraq bellənildiyini müəyyən etmişdir. Sorğu Təqsirləndirilən şəxs da həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə və bostanda əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş bitkilər kisəyə yığılaraq qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mənim həyat yoldaşıdır. O və ailə üzvləri Mingəçevir şəhər Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olsalar da ünvan 2 ünvanda yaşayırlar. Həmin ev fərdi yaşayış evidir. Evin həyətində yarımçıq tikili vardır. 05.07.2021-ci il tarixdə polis əməkdaşları həyat yoldaşı Təqsirləndirilən şəxs ilə gəlib həyətə baxış keçirtmişlər, baxış zamanı qanunsuz çətənə bitkiləri aşkar olunmuşdur. Onun həmin günədək həyətlərində narkotik tərkibli bitkilərin əkilməsindən məlumatı olmamışdır. Həmçinin həmin bitkiləri tanımadığı üçün onlardan tamamilə məlumatsız olmuşdur. O, həmin yarımçıq tikilidən və bostandan aşkar olunmuş bitkilərə hər hansı formada qulluq etməmiş, həmçinin həyətlərində yerləşən tikilidən narkotik vasitə və ya psixotrop maddə aşkar olunması ilə bağlı da hər hansı məlumatı olmamışdır Məhkəmə istintaqı zamanı Şahid5 atası olmaqla yaxın qohumu sayılan təqsirləndirilən şəxsə qarşı ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasdır. O və ailə üzvləri Mingəçevir şəhər Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olsalar da ünvan 2 ünvanda yaşayırlar. Həmin ev fərdi yaşayış evidir. Evin həyətində yarımçıq tikili vardır. 05.07.2021-ci il tarixdə polis əməkdaşları atası Təqsirləndirilən şəxs ilə gəlib həyətə baxış keçirtmişlər, baxış zamanı qanunsuz çətənə bitkiləri aşkar olunmuşdur. Onun həmin günədək həyətlərində narkotik tərkibli bitkilərin əkilməsindən məlumatı olmamışdır. Həmçinin həmin bitkiləri tanımadığı üçün onlardan tamamilə məlumatsız olmuşdur. O, həmin yarımçıq tikilidən və bostandan aşkar olunmuş bitkilərə hər hansı formada qulluq etməmiş, həmçinin həyətlərində yerləşən tikilidən narkotik vasitə və ya psixotrop maddə aşkar olunması ilə bağlı da hər hansı məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan 05.07.2021-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə xx.xx.1978-ci il təvəllüdlü Mingəçevir şəhəri Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 05.07.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan 05.07.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir qutu “Keno” markalı siqaret qutusu, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf rəngli sellofan, sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd ağ rəngli “Mİ” markalı mobil telefon aşkar olunmuşdur. Həmin “Keno” markalı siqaret qutusunun üzərində olan şəffaf rəngli sellofanının içərisində bir ədəd göy rəngli kağız büküm, bir ədəd qırmızı rəngli kağız büküm və iki ədəd gümüşü rəngli kağız bükümlər aşkar olunmuşdur ki, həmin bükümlər açıldıqda, gümüşü rəngli kağız bükümlərin içərisində olan narkotik vasitə - heroin, qırmızı rəngli bükümlə, göy rəngli bükümlər açıldıqda isə içərisindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-27). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvan 2 ünvanında polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 28). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 05.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yarımçıq tikilidə cəmi 79 ədəd narkotik tərkibli çətənə kolları, həmin yarımçıq tikilinin girişindən sağ tərəfdə olan otaqda yerdən 5 ədəd qurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisi, daha sonra isə yanında bir ədəd içərisində narkotik vasitə heroin olan ağ rəngli torba, həmin otaqda sol tərəfdə masaya oxşar taxtanın üzərinə sərilmiş halda narkotik tərkibli qurudulmuş marixuana, bundan sonra isə sol tərəfdə olan rəfdən bükümlərdə çətənə bitkisinin toxumları, bostanın içərisindən 6 ədəd narkotik tərkibli çətənə kolları, həyətdə yerləşən digər bir otaqlı tikilidən bir ədəd balonun içərisindən bükümlər halında olmaqla 1 ədəd ağ rəngli kağız bükümdə içərisində narkotik vasitə heroin, 1 ədəd göy və 1 ədəd gümüşü rəngli kağız bükümlərdə içərisində narkotik vasitə heroin qırıntıları olan pambıq, qırmızı rəngli kağız bükümdə isə içərisində metadon həbinin para hissəsi və bir ədəd bütöv şəkildə metadon həbi aşkar edilərək götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 30-33). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05.07.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş əkdiyi ümumilikdə 79 ədəd bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 34) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 06 iyul 2021-ci il tarixli 17/491 nömrəli rəyindən görünür ki, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri – 0,036 qr., 0,022 qr. ümumi təmiz çəkisi – 0,058 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir, 02 (iki) ədəd (göy-ağ və qırmızı-ağ rəngli) kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,156 qr, 0.062 qr, ümumi təmiz çəkisi – 0,218 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. Tədqiqata təqdim olunmuş. 03 (üç) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki, ümumilikdə 85 (səksən beş) ədəd, hündürlükləri 40 sm-dən 263 smdək yaş vəziyyətdə ümumi təmiz çəkisi – 20 kq 625 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki, hündürlükləri 82 smdən 165 sm-dək quru vəziyyətdə ümumi təmiz çəkisi – 525 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bnzər kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 4,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə vət. Təqsirləndirilən şəxs məxsus yarımtikilidən aşkar olunmuş torbada.. kütlə...” sözləri yazılmış ağ rəngli sintetik kisənin içərisindəki, təmiz çəkisi – 985 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs evinin həyətindəki yarımtikilidən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə...” sözləri yazılmış 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəki, təmiz çəkisi – 59,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs həyətində olan tikilidən aşkar edilmiş kütlələr... sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,094 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərin hər birinin içərisindəki kiçik pambıq parçaların üzərlərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətində olan yarımtikilidən aşkar olunmuş 4 ədəd bükümdə toxumlar...” sözləri yazılmış zərfin içərisindəki 04 (dörd) ədəd kağız bükümlərdə ümumilikdə 137 (bir yüz otuz yeddi) ədəd, ümumi təmiz çəkisi – 1,90 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Alim-aqronom Şahid3 tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 01 (bir) ədəd sintetik kisədə və 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 85 (səksən beş) ədəd yaş vəziyyətdə çətənə bitkiləri, 04 (dörd) ədəd quru vəziyyətdə çətənə bitkiləri və 01 (bir) ədəd quru vəziyyətdə çətənə bitkisinin hissəsi ilə 01 (bir) ədəd sellofan bükümdə, 01 (bir) ədəd sintetik kisədə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd göy-ağ və qırmızı-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan pambıq parçalarının üzərində aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı (cild 01, iş vər. 45-47) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24.08.2021-ci il tarixli 6/3551 №-li rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİNnin zərflər üçün N76 ” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi TƏDQİQAT OBYEKTİ №2” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs... ” yazı və imzalar olan zərfdə 1 ədəd konvalyut kəsiyində 1 ədəd üzərində “F/M40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həb və 1 ədəd ağ-qırmızı kağız kəsiyi bükümündə ½ ədəd qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitəmetadondur. Həbin üzərində olan göstəriciyə əsasən 1 ədəd və ½ ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,06 qramdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir (cild 01, iş vər. 156- 159). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14.10.2021-ci il tarixli, 1228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 186). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Ruhi-Əsəb xəstəlikləri Dispanserindən verilmiş 14.07.2021-ci il tarixli 476 saylı məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Mingəçevir şəhəri Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs dispanserdə psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir (cild 01, iş vər. 109). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilmiş 18.08.2021-ci il tarixli 876 saylı məktubdan görünür ki, ünvan 2-də yaşayan 1978ci il təvəllüdlü Muxtarov X3 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (cild 01, iş vər. 125). Cinayət işinin materiallarında olan 14.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid4 və Şahid5 əməlində CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3 və 307-ci maddələrinin tərkibi olmadığından, barələrində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. (cild 01, iş vər. 188-200) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 05.07.2021-ci il tarixdə xx.xx.1978-ci il təvəllüdlü Mingəçevir şəhəri Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində üzərindən narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunmuş, daha sonra özünün ərizəsi əsasında razılığı ilə yaşadığı ünvana gedilmiş və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə şəxsin yaşadığı evə və həyətinə baxış keçirilmiş və həmin ünvanda narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji, məhkəmə materiaların ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 05.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində və ünvan 2 ünvanında yerləşən evində və evinin həyətində narkotik vasitələrin, psixotrop maddənin, metadon həbinin və narkotik tərkibli bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən, yəni yalnız CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmasından yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin çəkisi, yəni həmin narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin şəxsdən marixuana ilə yanaşı heroin, psixotrop maddə metamfetamin və metadon həblərinin aşkar olunması, özünün isə yalnız narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən və evindən və həyətyanı sahəsindən aşkar olunan narkotik vasitələr məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, onun həmin ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ailəsi ilə birlikdə Mingəçevir şəhəri Koroğlu küçəsi ev 1/15 mənzil 6-da qeydiyyatda olmaqla ünvan 2-də yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 160-161). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 110). Lakin buna baxmayaraq cinayət işinin materiallarına Mingəçevir Şəhər Məhkəməsinin 10.08.2021-ci il tarixli hökmünün surəti əlavə olunmuşdur ki, həmin hökmdən görünür ki, Muxtarov X3 Şəhər Məhkəməsinin 10.08.2021-ci il tarixli hökmünə əsasən CM-in 256.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 140-143). Cinayət işinin materiallarına əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 24.12.2021-ci il tarixli, 7(051)-125/2021 saylı qərarından isə görünür ki, Muxtarov X3 Şəhər Məhkəməsinin 10.08.2021-ci il tarixli hökmünə əsasən ona təyin olunmuş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və onun üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda CM-in 18 və 83-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. Həmçinin sonuncu barəsində hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsas qalmamışdır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, həmçinin CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 05.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan 07.07.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 94-96). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli və cəzaçəkmənin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05.07.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 21 kq 149,50 qram ümumilikdə 90 ədəd çətənə bitkisi və çətənə bitkisinin hissəsi, 1048,58 qram narkotik vasitə qurudulmuş marixuana, 0,122 qram narkotik vasitə heroin, 0178 qram psixotrop maddə metafetamin həmçinin bir ədəd zərfdə qablaşdırılmış 137 ədəd çətənə bitkisinin toxumları, ½ ədəd və ¼ ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 196,61 AZN (bir yüz doxsan altı manat, altmış bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 05.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 21 kq 149,50 qram ümumilikdə 90 ədəd çətənə bitkisi və çətənə bitkisinin hissəsi, 1048,58 qram narkotik vasitə qurudulmuş marixuana, 0,122 qram narkotik vasitə heroin, 0178 qram psixotrop maddə metafetamin həmçinin bir ədəd zərfdə qablaşdırılmış 137 ədəd çətənə bitkisinin toxumları, ½ ədəd və ¼ ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 196,61 AZN (bir yüz doxsan altı manat, altmış bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-28/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-28/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver