Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-28/2023 02.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 29 gün vaxdından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,396 qram çəkidə dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış, 16 aprel 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün saat 09:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X17 qəsəbəsində yerləşən, Xutor yaşayış massivi, sıra 1 ünvanın qarşısında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,396 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qəsdən, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədilə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində 1500 manat məbləğində pul, 2000 manat dəyərində qızıl-zinət əşyalarının olduğunu ehtimal edərək xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində sonuncuya məxsus həmin evə pəncərədən qanunsuz olaraq daxil olmaqla evdəki sandıqları, dolabları və əşyaları axtarıb həmin məbləğdə pulu və qızıl-zinət əşyalarını axtararaq oğurlamaq istəmiş, lakin pul və qızıl-zinət əşyalarını tapmamış, hərəkətlərini davam etdirərək evin otağında olan 40 manat dəyərində orta ölçüdə olmaqla təxminən 3 il qabaq alınmış normal vəziyyətdə yol çantası, 20 manat dəyərində açıq göy rəngdə, qabağı zəncirbəndlə bağlanan təxminən bir il qabaq alınmış bir ədəd qadın köynəyi, 20 manat dəyərində tünd göy rəngdə qabağı düymə ilə bağlanan, təxminən bir il qabaq alınmış qadın köynəyi, 10 manat dəyərində beli damarlı olmaqla təxminən bir il qabaq alınmış bir ədəd kişi dəniz şortu, 10 manat dəyərində beli damarlı olmaqla təxminən bir il qabaq alınmış bir ədəd qadın dəniz şortu, 40 manat dəyərində təxminən 13 il qabaq alınmış, qarışıq rəngli, sadə toxunuşlu və saçaqlı palazı götürüb hər birini yol çantasına yığıb oğurlamaq istəyən zaman həmin evin həyətindəki başqa evdə yaşayan Şahid3 Məmmədiyyə qızının onu görməsi və qışqırıb qonşuları köməyə çağırması səbəbindən o, qonşuların onu tuta biləcəyindən qorxaraq qaçmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən edilən cinayət əməlini başa çatdıra bilməyərək zərərçəkmiş şəxs Şahid3 Məmmədiyyə qızına məxsus 1500 manat məbləğində pul, 2000 manat dəyərində qızılzinət əşyalarını, 140 manat dəyərində paltar və əşyalarını, cəmi 3640 (üç min altı yüz qırx) manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa, o, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 2,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin külli miqdarda, yəni bir ədəd sellofan bükümdə 3,052 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib, daşıyaraq üzərində saxlamış, 09 iyul 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18:45 radələrində Şəki şəhərində yerləşən Şəhidlər xiyabanının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X19 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər (Rayon) Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 20:10 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkçənin sağ arxa cibində saxladığı pul qabının içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə 2,266 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və külli miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə 3,052 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı Ağdaş rayonundandır. Ailə qurandan sonra o, ailəsi ilə birlikdə təxminən 10 il Ağdaş şəhərində yaşamışdır. Ailəsini görmək məqsədilə Bakı şəhərindən Ağdaş şəhərinə gəlmişdir. İlham və Anar adlı tanışları Ağdaş rayonuna gələrək, onu Şəki şəhərinə qonaq aparmışlar. O, Şəki şəhərində Anargildə iki gün qaldıqdan sonra, Ağdaş şəhərindən tanıdığı İlahə adlı şəxslə görüşmək üçün onun evinə getmişdir. İlahə evdə olmadığı müddətdə o, evə daxil olmuş, ancaq heç bir şey əldə etmədiyi üçün, həmin evdən çıxıb getmişdir. Bundan sonra həmin gün Anar və İlhamla görüşmüş və həmin vaxt İlham ona otelə getməyi təklif etmişdir. O, oteldə olduğu vaxt, polis əməkdaşları otelə daxil olmuş və onu təzyiq altında polis şöbəsinə aparmışlar. Həmin vaxtı onun üstündə narkotik vasitə olmamış, o, Şəki şəhərinə qonaq kimi gəlmişdir. Oğurluq məqsədilə daxil olduğu evdən heç bir şey aparmamışdır. Polis şöbəsində ona təzyiq və təsirlər olunmuş, nəticədə ona aid olmayan narkotik avsitə və psixotrop maddəni boynuna götürmüşdür. X3 daxil olduğu zaman bədəninin müxtəlif yerlərində xəsarətlər aşkar olunmuşdur. Xəsarət almağı ilə bağlı haqqında həbs qətimkan tədbiri seçildiyi zaman məhkəməyə də şikayət etmişdir. Bakı şəhərində üzərindən aşkar olunan narkotik vasitə isə ona məxsus olmuşdur. Odur ki, özünü yalnız oğurluğa cəhd və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək qeyd edilənlərə əsasən məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Bakı şəhərində üzərindən aşkar olunan narkotik vasitə ilə bağlı epizodla özünü təqsirli bilir, çünki həmin vaxt ondan narkotik vasitə aşkar olunmuşdur. O, Şəki şəhərinə tanışını görməyə gəlmiş, tanışı gəlmədiyi üçün oğurluğa cəhd etmişdir. Tanışını xeyli vaxt gözlədikdən sonra, onun evindən oğurluq etmək qərarına gəlmişdir. İlahə adlı şəxslə Ağdaş şəhərində tanış olmuşdur. Oğurluq məqsədilə daxil olduğu evdə hansı məbləğdə pul və ya qızıl-zinət əşyaları olduğunu qabaqcadan bilməmişdir. İbtidai istintaqda ifadə verdiyi zaman təzyiq altında olmuş, Şəki şəhərində onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Bundan başqa, onun saxlanıldığı yer kimi Şəhidlər Xiyabanın yaxınlığı göstərilsə də, əslində polis əməkdaşları tərəfindən Şəki şəhərində yerləşən “Qala otel”də saxlanılmış, həmin vaxt yanında İlham və Anad adlı tanışları olmuş və onların saxlanılması oteldə yerləşən təhlükəsizlik kameralarına düşmüşdür. İbtidai istintaq zamanı ifadə verərkən müdafiəçi yanında olmuş, lakin təzyiqə məruz qalmağı barədə müdafiəçiyə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və vəkilin iştirakı ilə verdiyi həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, onun həyat yoldaşı Ağdaş rayonundandır, ailə qurandan sonra o, ailəsi ilə birlikdə təxminən 10 il Ağdaş şəhərində yaşamışdır. O, narkotik vasitə qəbul etdiyi üçün arvadı ilə münasibəti pozulmuşdur. Arvadı ilə münasibəti pozulduğu üçün o, ünvan 8 ünvanda kirayə evdə qalırdı. Arvadı isə bir az yaşlı qızı ilə Ağdaş şəhərində yaşayırdı. O, arvadı və uşağını görmək üçün Ağdaş şəhərinə gəlibgedirdi. Küsülü olduğuna görə arvadının evinə gedə bilmirdi. Ağdaş rayonundan olan Fariz adlı şəxsi uzun illərdir tanıyır. Fariz özüdə narkotik vasitə qəbul edən olmuş, narkotik vasitə saxladığına görə tutulmuşdur. Farizlə o, türmədə tanış olmuş və bir müddət bir kamerada olmuşlar. Farizlə yaxın münasibəti olduğu üçün o, Farizin evinə gedib gəlirdi. Belə ki, arvadı onu qəbul etməyəndə o, Farizin evinə gedib orada qalıb sonra Bakı şəhərinə qayıdırdı. Mahiyyəti üzrə bildirmişdir ki, o, təxminən 2017-ci ilin sonlarından narkotik vasitə qəbul etməyə başlamışdır. Narkotik vasitəyə aludə olduğu üçün qəbul etməyəndə özünü pis hiss edirdi. Mahiyyəti üzrə göstərmişdir ki, 2022-ci ili naprel ayının ortalarında, hazırda dəqiq tarixi xatırlamadığı gündə günorta saat təxminən 15 radələrində Binəqədi rayonu, Xutor adlanan yaşayış sahəsindən keçən zaman bir ədəd sellofan bükümdə narkotik vasitə olan kakos tapmışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün əynimdəki göy rəngli şalvarın cibinə qoyub üstündə saxlamışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Xutor yaşayış yaşayış massivi sıra 1 ünvanın yolu ilə gedən zaman 2 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona, üstündə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, üstnə baxış keçirmək üçün Polis Bölməsinə dəvət etmişlər. O da vəziyyəti başa düşüb artıq hərəkət etmədən həmin polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə getmişdir. Vəkil dəvət edib ona təqdim edərək üstündə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olmuş göy rəngli şalvarın sağ yan cibindən bir gün qabaq tapdığı sellofan bükümdə olan kakosu çıxarıb stolun üstünə qoymuşdur. Polis əməkdaşı üstünü axtarsa da heç nə aşkar olunmamışdır. Daha sonra həmin bükülü açılıb baxılmış və ağ rəngli zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra video çəkiliş dayandırılmış, protokol yazılıb ucadan oxunmuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra o, tututmamışdan təxminən 5 gün qabaq, yəni 2022-ci ilin iyal ayının əvvəllərində Binəqədi rayonu ərazisində olduğu vaxt yol kənarındakı zibillikdən 2 ədəd sellofan bükülü görüb götürmüşdür. Həmin sellofan bükülüllərin ağzı yandırmaqla əridilib bağlanmışdır. Bükülülərin birinin içərisində ağ rəngdə, digərində isə açıq qəhvəyi rəngdə toz şəklində maddə olmuşdur. Səliqə ilə açıb baxıb görmuşdür ki, sellofan bükümlərin birində kakos, digərində isə metamfetamin var. Özü narkotik vasitə qəbul etdiyinə görə həmin bükülüləri götürmüşdür ki, özü istifadə edər. Bükülüləri özünə məxsus pul qabının içərisində zəncirbəndlə bağlanan cibinə qoymuşdur. Arabir həmin kakosdan və metamfetamindən bir az götürüb istifadə etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, Ağdaş şəhərinə gəlmişdir ki, arvadı ilə barışsın, lakin arvadı onu qəbul etmədiyi üçün o, tanışı Farizin evinə getmişdir. Gecəni Farizin evində qalmışdır. Həmin gün Farizin arvadı İlahə evdə olmamışdır. Farizlə söhbət zamanı demişdir ki, o, Vaz-21 06 markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomaşını kreditə almışdır. Həmin avtomaşınla sərnişin daşıyaraq qazanc əldə edirdi. Sonradan həmin avtomaşının cərimələri çox olduğu üçün ödəyə bilməmiş, nəticədə avtomaşın cərimə meydançasına qoyulmuşdur. Fariz də ona demişdir ki, həmin avtomaşını ona versin, oğlu hərbi xidmətdən qayıdandan sonra oğluna verər, oğlu sərnişin daşımaqla məşğul olub pul qazanar. O, Farizə demişdir ki, özü verdiyi pulu versin, maşını götürüb qalan kreditini də özü ödəyər. Fariz də ona demişdir ki, hazırda üstündə pulu yoxdur, ancaq bir az pul qazanıb ayba-ay pul verər. O da Farizə demişdir ki, problem yoxdur, nə vaxt pul versə razılaşarlar. Həmçinin söhbət zamanı Fariz demişdir ki, Şəki şəhərinin mərkəzi yolu ilə gedəndə yolun kənarında yerləşən məscidin arxa tərəfindən arvadı İlahənin atası evi vardır. Bundan başqa da əvvəllər Fariz arvadı İlahə ilə söhbət edən zaman eşitmişdir ki, İlahənin bacının Şəki şəhərindəki evində olan sandıqda 1500 manat pulu və 2000 manatlıq qızıl əşyalır vardır. O, səhəri gün, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Ağdaş şəhərindən çıxıb Şəki şəhərinə gəlmişdir. Şəki şəhərində türmə yoldaşı İlhamla görüşmüş, həmin vaxt onun yanında dostu Anarda olmuşdur. Həmin gün onlar görüşüb birlikdə çay içib söhbət etmişlər. Sonra Anar onu evinə dəvət etmişdir. İlham isə onlardan ayrılıb getmişdir. O, həmin gecəni Anarın evində qonaq qalmışdır. Səhər tezdən saat 05 radələrində yuxusu qaçdığı üçün oyanmış, qərara gəlmişdir ki, İlahənin atası evində bacısına məxsus pul və qızıl əşyalarını oğurlasın. O, bu məqsədlə İlahəgilin yaşadığı evin yanına gəlmişdir, hasardan həyətə baxdıqda, həyətdə iki ev olduğunu görmüşdür. Fikirləşdir ki, qabaqdakı evin işığı yanmır, İlahənin atası evi həmin ev olacaq. Ancaq bu biri evdə adam olacağını fikirləşib qapıdan həyətə girməmişdir. Qonşu evin küçə qapısının üstündə asma qıfıl olduğu üçün həmin evdə heç kimin olmadığına əmin olub qıfıllı qapının üstündən həyətə keçmiş, həyətin aşağısından hasardan İlahənin atası evinin qarşı tərəfinə, oradan pəncərədən evə daxil olmuşdur. İlahəyə məxsus otağa keçmişdir. Oradan arakəsmə olan şüşəbəndin qəncərəsini toxunub açıb içəri daxil olmuşdur. Şüşəbənddə bir ədəd iki nəfərlik çarpayı və paltar dolabı vardı. Oradan sağ tərəfdəki otağa keçmiş, həmin otaqda qabaq tərəfdə cərgə ilə iki ədəd sandıq qoyulmuşdur. Sandığın biri asma qıfılla bağlı idi, digərinə isə sadəcə cəftə keçirilmişdir. O, əvvəlcə qıfıl olmayan sandığı açıb, içərisinə qab-qacaq yığılmışdır. Bir-bir içərisini axtarmış, pul və ya qızıl əşyası tapmamışdır. Sonra qıfıllı sandığın qapağını qaldırıb cəftəsini qırııb qapağı açdıqda sandığın içərisinə müxtəlif dəsmallar və süflrələr yığıldığını görmüşdür. O, həmin sandıqda olan dəsmal və süfrələri çıxarıb kənara atıb axtarsada pul və qızıl əyşaları tapmamışdır. Bundan sonra o, həmin otaqda olan dolabı və digər yerləri axtarsada pul və ya qızıl əyşaları tapa bilməmişdir. Sonra şüşübəndə keçib orada olan dolabı və digər əşyaları axtarmışdır. Bu zaman həyətin qabaq tərəfində yaşayan sonradan tanıdığı İlahənin bibisinin həmin evə tərəf gəldiyini görmüşdür. O, həmin qadının gəldiyini görüb şüşəbənddə əyilib oturmuşdur ki, görməsin. İlayhəyə məxsus otağın qapısı açıq vəziyyətdə olmuşdur. Qadın qapıdan İlahənin otağına daxil olub baxanda görmüşdür ki, Samirəyə məxsus şüşəbən ilə arakəsmədə olan şüşəbəndin pəncərəsi açıqdır. Qadın həmin pəncərədən şüşəbəndə baxanda o, əynimdəki pencəklə sifətini gözlətmişdir ki, sifətini görməsin. Bu vaxt həmin qadın qışqıraraq öz evinə tərəf getmişdir. O, İlahəyə məxsus otağa oradan arxa tərəfdəki anbar kimi istifadə olunan yerə və orada olan pəncərədən çıxıb qonşunun həyətinə keçmiş, qonşunun həyətindən də yola çıxıb şəhərin mərkəzinə tərəf gəlmişdir. O, tələsik həmin evdən çıxanda sifəti pəncərənin kənarına sürtüldüyü üçün xəsarət almışdır. Bir müddət Şəki şəhərini gəzmiş, axşam tərəfi saat təxminən 18:30 radələrində o, Şəki şəhərinin yuxarı hissəsinə, Şəhidlər xiyabanı tərəfə getmişdir ki, orada xəlvət narkotik vasitə qəbul etsin. Şəhidlər xiyabanının yanına çatanda mülki geyimdə olan şəxslər ona yaxınlaş polis əməkdaşları olduqlarını bildirib, narkotik vasitə qəbul etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib, həmin məlumatın yoxlanılması məqsədilə onu Polis Şöbəsinə dəvət etmişlər. O, vəziyyəti başa düşüb etiraz etməyib həmin polis əməkdaşları ilə birgə Şəki Şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində onu binanın 1-ci mərtəbəsində yerləşən müstəntiq Zəfər müəllimin xidməti otağına aparmışlar. Müstəntiq tərəfindən hüquq və vəzifələri, o cümlədən vəkil tutmaq hüququ ona izah olunmuş və Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim etmişdir. O, vəkillərdən Musa müəllmi seçdiyi üçün müstəntiq həmin vəkili otağa dəvət edib ona təqdim etmişdir. Sonra müstəntiq onu şübhəli şəxs qismində tutaraq, üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarışa başlamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılırmışdır. Müstəntiq əvvəlcə ona üzərində olan əşyaları çıxarıb təqdim etməyi təklif etmişdir. O, əynindəki göy rəngli cins şalvarın sağ arxa cibində saxladığı pul qabını çıxarıb həmin pul qabının zəncirbəndini açıb içərisində olan 115 manat pulları, həbi bileti, sürücülük vəsiqəsini və metro kartını, pul qabının içərisində olan digər zəncirbəndi açıb içərisində olan 02 ədəd sellofan bükümləri çıxarıb stolun üstünə qoyub bildirmişdir ki, bükülülərin birinin içərisindəki narkotik vasitə kaksodur, digərinin içərisindəki isə metamfetamindir. Müstəntiq üstündə başqa nə olduğunu soruşanda, o, üstündə başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra müstəntiq üstünü axtarmış, heçnə aşkar olunmamışdır. Daha sonra müstəntiq ondan təqdim etdiyi kakosu və metamfetamini haradan əldə etdiyini və nə məqsədə üstündə saxladığını soruşanda, o, müstəntiqə, həmin kakosu və metamfetamini Binəqədi rayonu ərazisindəki zibbillikdən tapdığını, narkotik vasitənin aludəçisi olduğunu, tapdığı kakosu və metamfetamini özü istifadə etmək üçün üstündə saxladığını bildirmışdir. Həmçinin müstəntiq ondan narkotik vasitənin satışı ilə məşğul olub-olmadığını soruşanda, o, müstəntiqə narkotik vasitənin satışı ilə məşğul olmadığımı bildirmişdir. Müstəntiq həmin sellofan bükülüləri açıb iştirakçılara göstərmişdir. Daha sonra müstəntiq həmin sellofan bükülüləri ağ rəngli zərfə qoyaraq dağlayıb möhürləmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra müstəntiq təqdim etdiyim pulları sayıb yoxlamış, cəmi 115 manat pul olmuşdur. Müstəntiq həmin pulları da digər zərfə qoyub bağlayıb möhürləmiş, həmin zərfin üzərinə də digər iştirakçılarla birlikdə o da imza etmişdir. Üstündən aşkar olunmuş sürücülük vəsiqəm, hərbi bileti və metro kartı pul qabına qoyularaq onun özünə qaytarılmışdır. Daha sonra müstəntiq protokol tərtib edib ucadan oxumuş, protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Həmçinin o, göstərmişdir ki, onun üstündə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını heç kim bilməmiş, həmçinin tanışları Farizə, Anara və İlhama narkotik vasitə barədə heç nə deməmiş, onlara narkotik vasitə və ya psixotrop maddə verməmiş, həmin şəxslərlə narkotik vasitə qəbul etməmişlər. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və ya pay verməmişdir. Həmçinin o, əvvəl istifadə etdiyi narkotik vasitəni Bakı şəhərində ayrı-ayrı yerlərdə tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Eləcədə o, qeyd olunandan başqa Şəki rayonu ərazisindən oğurluq etməmiş və ya oğurluq etməyə cəhd göstərməmişdir. Bundan başqa o, göstərmişdir ki, polis əməkdaşları onu saxlayan zaman, Polis Şöbəsinə gətirən zaman və Polis Şöbəsində olduğu müddətdə ona qarşı heç bir psixi və ya fiziki təziqlər olmayıb. Polis əməkdaşları onunla yaxşı davranmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, o, 1999-cu ildə Bakı şəhər sakini İlham Quliyevlə ailə qurmuş və həmin dövrdən ər evinə köçmüşdür. O, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Hövsan qəsəbəsində özlərinə məxsus evdə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, onun ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin ev ona mərhum anası Elmiradan mirasus qalmışdır. Anası 2010-cu ildə vəfat etmişdir. Anası ölməzdən əvvəl evi və içərisində olan mülkləri ona vəsiyyətnamə əsasında miras vermişdir. O, 20 ildən artıqdır ki, Bakı şəhərində yaşadığına görə anası vəfat etdikdən sonra həmin evdə heç kim yaşamır. O, il ərzində bir neçə dəfə Şəki şəhərinə gəlib həmin evdə bir neçə gün qalır, evi sahmana salır, daha sonra isə yenidən Bakı şəhərinə qayıdırdı. O, həmin ünvanda olmadığı devrdə isə həmin evə eyni həyətyanı sahənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evində yaşayan bibisi Şahid3 Məmmədiyyə qızı nəzarət edirdi. O, ünvan 13 ünvanında yerləşən evinin bir otağını bacısı İlahəyə vermişdir. İlahə də bəzən öz ailəsi ilə birlikdə Şəki şəhərinə gəlib bir neçə gün həmin evdə qalıb, sonra yaşadığı Ağdaş rayonuna qayıdırdı. O, 2021-ci ilin dekabr ayının sonlarında Şəki şəhərində yerləşən evinə gəlmiş, Yeni il bayramını Şəki şəhərində yaşayan qohumları ilə birlikdə qeyd etmiş və xx.xx.2022-ci il tarixdə yenidən yaşadığı Bakı şəhərinə qayıtmışdır. Sonradan bir neçə dəfə də evimə baş çəkmək üçün Şəki şəhərinə gəlmişdir. Hər dəfə gələndə evdə bir gecə qalıb, yenidən Bakı şəhərinə qayıtmışdır. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Şəki şəhərinə gəlmişdir. Həmin vaxt o, Şəki şəhərində yerləşən evinin yataq otağında olan sandıqda ona anasından miras qalmış, özünə məxsus olan, istifadə etmədiyi 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl klon və 01 ədəd qızıl boyun bağını da Bakı şəhərinə gedən zaman özü ilə götürüb aparmışdır. Evdə olan zaman evin kommunal ödənişlərin edilməsi üçün evdəki şkafın gözündə olan çaynikin içərisinə bir ədəd yüzlük və bir ədəd əllilik olmaqla cəmi 150 (bir yüz əlli) manat pul qoymuşdur ki, lazım olanda bibisi Gülnaz qazın, suyun, işığın pulunu ödəsin. Bu barədə bibisi Gülnaza da bildirmişdir. xx.xx.2022-ci il tarixdə bibisi Şahid3 ona zəng edib bildirmişdir ki, həmin gün səhər saatlarında yaşadığı evin havasını dəyişmək məqsədi ilə evə girən zaman evdə bir nəfər tanımadığı şəxsin evdə olduğunu, evdə olan bütün ev əşyalarını döşəməyə atdığını, təkərli əl çantasına isə 01 ədəd kilimi (palazı), 02 ədəd qadın köynəyi və 02 ədəd şortu qoyaraq aparmaq istədiyini, lakin səs-küy saldığına görə həmin şəxsin qeyd etdiyi əşyaları da evdə qoyub qaçdığını bildirmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə o, özü də Şəki şəhərinə gəlib evə baxanda, həqiqətəndə evə kiminsə oğurluq etmək məqsədi ilə girdiyini, ev əşyalarının döşəməyə dağıdıldığını, evdə olan sandığın cəfdəsinin və evinin yataq otağının qıfılının sındırıldığının şahidi olmuşdur. Sonra isə evinə oğurluğa girilməsi ilə bağlı Şəki Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, evdə olan bütün əşyaları sonradan nəzərdən keçirmiş, bütün əşyalar və 150 manat pul yerində olmuşdur. Heç nə oğurlanmamışdır. Həmçinin o, göstərmişdir ki, evinə oğurluq məqsədi ilə girən şəxsi əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti olmayıb. O, Polis Şöbəsində bilmişdir ki, evindən oğurluq etmək istəyən şəxs əvvəllər bacısı İlahənin əri Farizlə birlikdə cəza çəkmiş, Orxan adlı şəxs olmuşdur. Onun evində qiymətli qab-qacaqlar, televizor, DVD pleyrlər, geyim əşyaları və digər əşyalar olmuşdur. Evində olan xurustal qab-qacaqların ümumi qiyməti təxminən 3000 manat olardı. Bundan əlavə o, evdəki çaynikin içərisinə 150 manat nağd pul da qoymuşdur. O, evinin bütün əşyalarını nəzərdən keçirtmiş, pulu qoyduğu yerə baxmış, əşyalar və pul hamısı yerində olmuşdur. Orxan onun evindən heç bir şey oğurlaya bilməmişdir. Əgər bibisi Gülnaz həmin vaxt evinə gəlməsəydi Orxan onun evindən götürüb yol çantasına qoyduğu yol çantasınının özünü, şortuları, köynəkləri və palazı oğurlayıb aparacaqdı. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs yol çantası orta ölçüdə olmaqla təxminən 5 il qabaq 40 manata almışdır. Qadın köynəkləri qış üçün olmaqla biri açıq göy rəngdə, digəri isə tünd göy rəngdə olmuşdur. Birinin qabağı zəncirbəndlə bağlanırdı, digəri isə düymə ilə bağlanırdı. Təxminən bir il qabaq o, həmin köynəyin biri 20 manat olmaqla cəmi 40 manata almışdım. Köynəkləri bir neçə dəfə geyinmişdim. Şortların biri kişi, digəri isə qadın şortları olmaqla, beli damarlı dəniz şortları olmuşdur. Həmin şorların hər birini təxminən 2 il qabaq 10 manata almışdılar. Cəmi 2-3 dəfə geyinmişdilər. Kilimi (palazı) isə təxminən 13 il qabaq 40 manata almışdır, demək olar ki, istifadə olunmamışdır, evdə saxlamışdır. Həmin palaz qarışıq rəngli olmaqla saçaqlı palaz olmuşdur. Həmçinin ona məxsus olmuş 01 ədəd sırğa dəsti təxminən 9 qram çəkidə olmaqla təxminən 540 manat dəyərində, bir ədəd sadə qaşlı qızıl üzük, təxminən 3 qram çəkidə olmaqla 180 manat dəyərində, 01 ədəd qızıl klon 1,5 qram çəkidə olmaqla 110 manat dəyərində və 01 ədəd qızıl tros boyunbağı təxminən 6 qram çəkidə olmaqla 380 manat dəyərində olmuşdur. Həmin qızıl əyşaları 585 əyyarlı olmuşdur. O, eləcədə göstərmişdir ki, həmin yol çantasını o, evdə boş qoymuşdur. Orxan evi axtarıb qeyd olunan şortu, köynəkləri və kilimi yol çantasının içərisinə qoymuşdur ki, oğurlasın. Lakin bibisi gördüyü üçün apara bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Məmmədiyyə qızı ifadəsində göstərmişdir ki, onun yaşadığı ünvan 11 ünvanındakı həyətyanı sahədə onun evindən başqa daha bir ev vardır və həmin evdə əvvəllər mərhum qardaşı öz ailəsi ilə yaşamışdır. Qardaşının vəfatından sonra həmin evdə bir müddət qardaşının arvadı Elmira təkbaşına yaşamışdır. Elmira 2010-cu ildə vəfat etdikdən sonra həmin evi içərisində olan mülkləri ilə birlikdə qızı Zərərçəkmiş şəxs miras qalmışdır. Samirə 20 ildən artıqdır ki, Bakı şəhərində yaşadığına görə anası vəfat etdikdən sonra həmin evdə heç kim yaşamır. Samirə isə il ərzində bir neçə dəfə həmin evə gəlib, bir neçə gün qalır, evi sahmana salır, daha sonra isə yenidən Bakı şəhərinə qayıdır. Samirə olmadığı vaxt isə həmin evə o, nəzarət edirdi. Bəzən isə həmin evin otaqlarından birində Samirənin bacısı İlahə də öz ailə üzvləri ilə birlikdə gəlib bir neçə gün qalıb sonra yaşadığı Ağdaş rayonuna qayıdırdı. Samirə 2021-ci ilin dekabr ayının sonlarında ünvan 13 ünvanında yerləşən evinə gəlmişdir. Yeni il bayramını onlarla birlikdə qeyd etmiş və xx.xx.2022-ci il tarixdə yenidən yaşadığı Bakı şəhərinə geri qayıtmışdır. Samirə sonradan bir neçə dəfə də evinə baş çəkmək üçün Şəki şəhərinə gəlmişdir. Samirə sonuncu dəfə təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Şəki şəhərindəki evinə gəlmiş bir neçə gün qalıb yenidən Bakı şəhərinə qayıtmışdır. Samirə Bakı şəhərinə qaydan zaman ona, evin kommunal xidmət haqlarını ödəmək üçün evdəki şkafa qoyulmuş çaynikin içərisinə 150 (bir yüz əlli) manat məbləğində pul qoyduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 8 radələrində o, həmişəki kimi Samirənin evinin havasını dəyişmək məqsədi ilə sonuncunun evinə gedib həmin evdə adətən Samirənin bacısı İlahənin qaldığı otağın qapısını açıb içəriyə daxil olduqda otaqların arakəsməsi olan şüşəbəndin pəncərəsinin açıq olduğunu görüb pəncərədən içəriyə baxdıqda, şüşəbənddə qarşısında bir ədəd çanta olan bir nəfər şəxsin olduğunu görmüş, həmin şəxs də onu görüb üstümə pencək atmaq istədikdə o, qorxub qışqırıb evdən çıxaraq qonşuları çağırmışdır. Dərhal bu haqda Şəki ŞRPŞ-yə müraciət etmişdir. Daha sonra isə Samirəyə zəng edib bütün baş verənlər haqqında məlumat vermişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Samirənin evinə daxil olduqda, həmin şəxsin evdə olmadığını, evdəki əşyaların ətrafa səpələnmiş vəziyyətdə olduğını görmüşdür. Həmçinin o, göstərmişdir ki, Samirənin evində olan həmin şəxs əyilmiş vəziyyətdə olmuş, buna görə onun üzünü görə bilməmişdir. Qabağa durmaq istəyəndə isə həmin şəxs əlindəki pencəyi üstünə atmaq istədiyi üçün o, qışqırıb qaçmışdır. Buna görə o, həmin şəxsi görə bilməmişdir və bu səbəbdən o, həmin şəxsi yenidən görsə tanıya bilməyəcək. Həmçinin həyəcandan həmin şəxsin əynində hansı paltarlar olduğunu da xatırlamır. Həmçinin həmin vaxt Orxanın qabağında yol çantası olmuşdur. O, Orxanı görüb qışqırıb qaçaraq qonşuları çağırdığı üçün Orxanın evdən konrket nəsə götürdüyünü görməmişdir. Ancaq sonradan həmin çanta açılıb baxılanda görmuşdür ki, yol çantasının içərisində 01 ədəd sadə palaz, 02 ədəd qadın köynəyi və 02 ədəd qadın şortu olmuş, başda heç nə olmamışdır. Eləcədə o, ifadəsində göstərmişdir ki, Samirəyə məxsus evdə qızıl, nə qədər pul və ya başqa dəyərli əşyaların olub-olmaması haqqında onun heç bir məlumatı olmamış, ancaq Samirə evin kommunal xərclərini ödəmək üçün evdə qoyulmuş şkafdakı çaynikin içərisinə 150 manat pul qoyduğunu demişdir. Evdə başqa pul olubolmaması barədə məlumatı olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Abdulxalıq oğlu ifadəsində göstərmişdir ki, “Orxan” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu və saxlaması barədə 08 iyul 2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı “Orxan” adlı şəxsin, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 14 ünvanda qeydiyyatda olmaqla, ünvan 16aşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumat tərəfindən rəsmiləşdirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat qrupu yaradılmiş, həmin qrupa rəhbərlik etmək ona həvalə edilmişdir. Həmin gün saat təxminən 18:45 radələrində Şahid2la birlikdə əməliyyat tədbirləri keçirən zaman Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilib yaxınlaşaraq ona polis əməkdaşları olduğuqlarını, həmçinin ona narkotik vasitə əldə etməsi və saxlayaraq daşıması ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. Orxan vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Orxan şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə video çəkilişlə Orxanın üstünə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Orxan əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən pul qabını çıxarıb zəncirbəndini açıb içərisində olan 115 manat pulları, hərbi bileti, sürücülük vəsiqəsini və metro kartını çıxarıb stolun üstünə qoymuş, sonra pul qabının içərisində olan digər zəncirbəndi açıb içərisində olan 02 ədəd sellofan bükümləri çıxarıb stolun üstünə qoyub bükülülərin birinin içərisindəki narkotik vasitə kakos, digərinin içərisindəki isə metamfetamin olduğunu bildirmişdir. Orxandan sellofan bükülülərdəki maddənin nə olduğu və haradan əldə etdiyi soruşulanda, Orxan stolun üstünə qoyduğu sarı rəngli sellofan bükümdəki maddənin içərisində kakos, digər ağ rəngli sellofan bükümdə isə metamfetamin olduğunu, həmin bükülüləri Binəqədi rayonu ərazisində yerləşən zibillikdən tapdığını bildirmişdir. Daha sonra həmin kütlələr qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evdən pul və qızıl zinət əşyaları oğurlamaq istəyən zaman Zərərçəkmiş şəxs bibisi gəlib çıxdığı üçün Orxan öz oğurluq cinayətini başa çatdıra bilməyib hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında saxlanılmış, o, qeyri-insani rəftara və işgəncəyə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Abdulxalıq oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmə rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis leytenantı Şahid5 da daxil olunmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədilə 16 aprel 2022-ci il tarixdə təxminən saat 08:30 radələrində əməliyyat qrupu ildə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki Xutor yaşayış sahəsinə getmişdir. Təxminən saat 09:10 radələrində Xutor yaşayış sahəsi sıra 1 ünvanda yerləşən binanın qarşısında o, iş yoldaşı ilə birlikdə alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs də xx.xx.1987-ci ildə ünvan 15 ünvanda qeydiyyatda olan, ünvan 16aşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getməli olduğunu bildirmiş, Orxan da etiraz etməyib onlarla birlikdə həmin Polis Bölməsinə getmişdir. Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Elgun Abdurəhmanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur, bundan sonra Bölmədə təhqiqatçının xidməti iş otağında Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan onun və sahə inspektoru Şahid5 iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi aştarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstündə olan qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanı könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxararaq masanın üstünə qoyaraq həmin bükülünün içərisində kakos adlanan narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni kimdən əldə etməsi və nə məqsədə üzərində saxlaması soruşulduqda, sonuncu bildirmişdir ki, həmin narkotik vasitə heroini 15 aprel 2022-ci il tarixdə günorta saat 15 radələrində Binəqədi rayonu, Xutor adlanan sahədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin şəffaf rəngli bükülü təhqiqatçı tərəfindən açılaraq içərisində tünd qəhvəyi rəngli toz halında olan, narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır. Daha sonra bir ədəd şəffaf rəngli sellofan bükülü yenidən təhqiqatçı tərəfindən bağlanaraq içərisində olan narkotik vasitəyə bənzər maddənin müəyyən etmək məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılıb möhürlənəcəyi bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı içrisində narkotik vasitəyə bənzər maddə olan bükülü ağ rəngli zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq, hər bir iştirakçılara nümayiş etdirilmiş, sonra təhqiaqtçı tərəfindən şəxsi axtarışın aparılması ilə bağlı prortokol tərtib etmiş, təhqiqatçı tərəfindən ucdan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaq zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu İlham vasitəsilə tanımışdır. Belə ki, bir gün evdə olduğu zaman dostu İlham istifadəsində olan mobil telefona zəng edərək ondan onunla Ağdaş şəhərinə gedə bilib-bilməyəcəyi barədə soruşmuş, nə ilə bağlı getdiklərini soruşduqda, İlham ona Orxan adlı tanışını görmək üçün getmək istədiyini bildirmişdir. Bundan sonra İlhamın maşını ilə Ağdaş şəhərinə getmişdir. Ağdaş şəhərində bir az istirahət etdikdən sonra Orxan, İlham və o, maşına əyləşərək Şəki şəhərinə gəlmişlər. İlham evli olduğu üçün Orxanı evində qonaq edə bilməmiş, belə qərara gəlmişlər ki, Orxan bir müddət onun yanında qalsın. Bundan bir neçə gün sonra ailəsi Bakı şəhərindən gəldiyi üçün İlhama zəng edərək bu barədə məlumat vermişdir ki, ailəsi gəlir və ona görə də, artıq Orxanın onun yanında qalması düzgün olmaz. Belə olub Orxan, İlham və o, Şəki şəhərində yerləşən “Qala otel”ə getmişlər. Otelə daxil olub yenicə yerləşmək istədikləri vaxt polis əməkdaşları otağa daxil olub onları saxlamışlar. Bundan sonra İlham, Orxan və o, polis şöbəsinə aparılmışdır. Şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Orxanı dostu İlhamın vasitəsilə tanımışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində dostum İlhamla birlikdə olduğu vaxt Orxan gəlib çıxmış, İlham onu Orxanla tanış edib bildirmişdir ki, Orxan əslən Ağsu rayonundan olsa da, Ağdaş şəhərində yaşayır. Həmin gün Orxanla birlikdə olmuş, çay içib söhbət edib axşama kimi gəzmişlər. Orxanın gecə qalmaq üçün yeri olmadığına görə onu öz evinə dəvət etmişdir. Orxan da etiraz etməmiş və həmin gün axşam Orxanla evə gəlmişdir. Axşam birlikdə nahar edib yatmış, səhəri gün saat təxminən 10 radələrində yuxudan oyanıb Orxanı evdə görməmişdir. Həmin gün o, Orxanı görməmişdir. Səhəri gün eşitmişdir ki, Orxan Şəki şəhərində evlərin birindən oğurluq etməyə cəhd etdiyinə görə Şəki Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə istintaq zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman tanımış, bundan sonra aralarında yaxşı münasibət yaranmışdır. Azadlığa çıxdıqdan sonra da bir-biri ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs Şəki şəhərinə qonaq gəlmiş, daha sonra dostu Anar, Orxan və o, Şəki şəhərində yerləşən “Qala otel”ə getmişlər. Otelə daxil olduqdan bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılaraq hər üçü polis şöbəsinə aparılmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən ibtidai istintaq zamanı təzyiqə məruz qaldığı üçün fərqli ifadə vermişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, əvvəl narkotik vasitə saxladığına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2020-ci ilin aprel ayında 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Orxanla cəza çəkdiyi vaxt tanış olmuş, 2021-ci ilin noyabr ayında qəbul olunmuş Amnistiya aktına görə həmin ilin dekabr ayında çəkilməmiş cəzadan azad olunaraq azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra Orxanla görüşməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində dostu Anarla birlikdə olduğu vaxt Orxan gəlib çıxmış, bir müddət birlikdə oturub çay içib söhbət etmiş, sonra işi olduğu üçün onlardan ayrılıb getmişdir. Orxan dostu Anarla birlikdə qalmışdır. Bundan sonra o, Orxanı görməmişdir. Bildiyinə görə Orxan gecə dostu Anarın evində qalmışdır. Belə ki, ayrılan zaman Orxana axşam tərəfi zəngləşək, gəlib bizdə qalarsan demiş, lakin Anar onsuz da tək qaldığını, Orxanın axşam onunla birlikdə qala biləcəyini demiş, o da etiraz etməmişdir. Bir gün sonra eşitmişdir ki, Orxan Şəki şəhərində evlərin birindən oğurluq etməyə cəhd etdiyinə görə Şəki Şəhər (Rayon) Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Şəki Şəhər (Rayon) Polis Şöbəsinə “Orxan” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, əməliyyat yolu ilə müəyyən edilmişdir ki, Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olan “Orxan” adlı şəxs, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 17 ünvanında qeydiyyatda olan və ünvan 18a yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ünvan 17 ünvanında qeydiyyatda olan və ünvan 18a yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan 08 iyul 2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində olmuş pul qabının içərisindən iki ədəd sellofan bükümlərdə, birində narkotik vasitə heroinə bənzər və digərində psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilərək qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 50-60). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizanın 09 iyul 2022-ci il tarixli 17/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş …» sözləri və imzalar yazılmış zərfin içərisindəki: - 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 3,052 qram çəkidə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. - digər 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 2,266 qram çəkidə olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 65-68). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 11 ünvana baxış keçirilən zaman evin iki otaq və bir şüşəbənddən ibarət olduğu, ev və şüşəbənddəki əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı evin şüşəbəndində pəncərənin qarşı tərəfində bir ədəd yol çantası, çantanın içərisində 2 ədəd şort, iki ədəd qadın köynəyi və bir ədəd palaz aşkar olunmuşdur. Baxışda iştirak etmiş Şahid3 Məmmədiyyə qızı bildirmişdir ki, naməlum şəxs həmin əşyaları oğurlamaq istəmiş, o, qışqırıb səs-küy saldığı üçün həmin şəxs qaçıb getmişdir (cild 01, iş vər. 90-97). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhərinin M.Ə.Rəsulzadə prospeti ilə üzü aşağı doğru hərəkətdə olan zaman həmin küçədə yerləşən Qışlaq məscidinin yanına çatanda, həmin məscidin üst tərəfindəki, M.Məmmədov yazılmış küçədən sağa doğru dönüb getməyi bildirmiş, qeyd olunan istiqamətdə təxminən 40 metir getdikdən sonra yolun sol tərəfində yerləşən 12 saylı qapıdan sonra yerləşən qara rəngdə qapısı asma kilidlə bağlanmış dəmir qapının üst tərəfini göstərib xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində İlahənin atası evinə getmək üçün həmin hasardan həyətə keçdiyini, həyətə keçdikdən sonra həyətin aşağı tərəfini gösərib həmin istiqamətə getdiyini, həyətin aşağısında sol tərəfdə hasarın üzərində yerləşən tikilini göstərib, həmin tikilinin İlahənin atası evi olduğunu, daha sonra tikilinin qurtaracağını göstərib həmin qurtaracaqdakı hasardan həyətə keçdiyini, həyətə daxil olduqda pəncərə yerini göstərib həmin evə göstərdiyi pəncərədən daxil olduğunu, pəncərədən evin anbarına daxil olduqdan sonra tək taylı qapıdan İlahəyə məxsus otağa daxil olduğunu, həmin otaqda qoyulmuq çarpayını göstərib, əvvəlcə həmin çarpayıda uzandığını, daha sonra çarpayının arxasındakı şüşəbəndin pəncərəsini göstərib həmin pəncərədən şüşəbəndə daxil olduğunu, şüşəbəndə daxil olduqdan sonra sağ tərəfdəki otağı göstərib oraya daxil olduğunu, sonra həmin otaqda olan iki ədəd sandıqları göstərib əvvəlcə həmin sandıqların qapaqlarını açıb içərisini axtardığını, pul və qızıl əyşaları tapmadığqda otaqda olaq dolabı və digər yerləri axtardığını, oradanda pul və ya qızıl əyşaları tapmadığqda, yenidən şüşəbəndə qayıdıb orada qoyulmuş dolabı axtardığını, sonra o, şüşəbəndə keçdiyi pəncərənin qarşı tərəfini göstərib, şüşəbəndi axtaran zaman qarşı tərəfdən İlahənin bibisini gəldiyini görüb həmin yerdə əyilib gizləndiyini, İlahənin bibisi onu görüb qışqırıb qaçdıqdan sonra o, yenə şüşəbəndin pəncərəsindən İlahəyə məxsus otağa, oradan arxa tərəfdəki anbarı göstərib anbara, anbarın pəncərəsindən çölə və çöldən də qonşunun həyətinə, oradan da yola çıxıb qaçıb getdiyini bildirmişdir (cild 01, iş vər. 123-130). Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin İş№ 4(075)-77/2022 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 179-181). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək Yevlax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 29, 172.1-ci maddələri ilə təqsirli bilinərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay, 29 gün vaxdından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. (cild 01, iş vər. 203-204). Cinayət işinin materiallarında olan “Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X24” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 28 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər, sağ almacıq, sağ bilək nahiyyələrinin sıyrıqları, sol baldırın qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2022-ci il tarixinə uyğundur, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 215-216). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi və tövsif edilmsi haqqında” qərardan görünür ki, həmin tarixdə CM-in 234.1ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi ilə CM-in 29,177.2.3 və 234.1-1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 240- 242). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Şəki Şəhər (Rayon) Polis Şöbəsinə “Orxan” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Binəqədi Rayon Polis Şöbəsinin 7-ci X20 şəhəri, Dədəqorqud küçəsi ev 13 ünvanda qeydiyyatda olan və ünvan 20da yaşayan X5 barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumat daxil olmuşdur (cild 01, iş vər. 251). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ünvan 17 ünvanında qeydiyyatda olan və ünvan 18a yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 252). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Binəqədi Rayon Polis Şöbəsinin 7-ci X20 şəhəri, Dədəqorqud küçəsi ev 13 ünvanda qeydiyyatda olan və ünvan 20da yaşayan X5 barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumat daxil olmuş, məlumatla bağlı olaraq onun Bakı şəhərində olduğu yer müəyyən edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, sıra 1 ünvanın qarşısında olan zaman əlverişli şərait yarandığından, tədbir iştirakçıları ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 09:10-da saxlanılmış və Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir (cild 02, iş vər. 01). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X5 üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,396 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 02, iş vər. 24-27). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizanın 16 aprel 2022-ci il tarixli 6/2175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs (imza) …» yazısı olan zərdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,396 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir (cild 02, iş vər. 33-36). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022ci il tarixli 1273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji abinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 133). Cinayət işinin materiallarında olan X4 daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkomanoya xəstəliyinə görə «Ağsu MRX» PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyatında yoxdur (cild 02, iş vər. 156). Cinayət işinin materiallarında olan 10 oktyabr 2022-ci il tarixli Şəki Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs göstərdiyi normal vəziyyətdə geyim və digər əşyaların orta bazar pərakəndə satış qiyməti aşağıdakı kimi olmuşdur. - Orta ölçüdə olmaqla təxminən 3 il qabaq alınmış normal vəziyyətdə yol çantası 35 manat. - Açıq göy rəngdə, qabağı zəncir bəndlə bağlanan təxminən bir il qabaq alınmış bir ədəd qadın köynəyi 15 manat. - Tünd göy rəngdə qabağı düymə ilə bağlanan, təxminən bir il qabaq alınmış qadın köynəyi 15 manat. -Beli damarlı olmaqla təxminən bir il qabaq alınmış bir ədəd kişi dəniz şortu 7 manat, - Beli damarlı olmaqla təxminən bir il qabaq alınmış bir ədəd qadın dəniz şortu 7 manat,- Təxminən 13 il qabaq alınmış, qarışıq rəngli, sadə toxunuşlu və saçaqlı palazın qiyməti 25 manat olmaqla ümumi dəyəri 104 manat olmuşdur (cild 02, iş vər. 168). Cinayət işinin materiallarında olan məhkəmə-psixatrik ekspertizanın xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs şazırda cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehdiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtitarındadır (cild 02, iş vər. 169-170). Cinayət işinin materialarında olan Şəki rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 164-167). Cinayətin işinin materiallarına əlavə edilmiş “X26”indən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07-xx.xx.2022-ci il tarixlərdə “X26”ində qeydiyyatdan keçməmişdir. Həmçinin, oteldə təhlükəsizlik kamerası olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə Şəki Rayon Polis Şöbəsinə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 17 ünvanında qeydiyyatda olan və ünvan 18a yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu və saxlaması barədə məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində onun üzərindən 2,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə, həmçinin bir ədəd sellofan bükümdə 3,052 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan əlavə, Binəqədi Rayon Polis Şöbəsinin 7-ci X20 şəhəri, Dədəqorqud küçəsi ev 13 ünvanda qeydiyyatda olan və ünvan 20da yaşayan X5 barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, X12 xx.xx.2022-ci il tarixdə saat 09:10-da saxlanılaraq Binəqədi Rayon Polis Şöbəsinin 7-ci Polis Bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində onun üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl hər iki epizod üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək bir epizod üzrə narkotik maddə heroin, digər epizod üzrə həmin narkotik vasitə heron, həm də psixotrop maddə metamfetamin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Habelə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona istinad olunan cinayət əməllərini törətmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən törədilən cinayətlə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın məzmunu ilə bağlı düzgün nəticəyə gəlinsə də, səhvən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 234.1 və 234-1.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülən ittiham ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamla əhatə edildiyindən, əlavə olaraq ona qarşı CM-in 234.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi düzgün olmamışdır. Məhkəmə istintaqı zaman dövlət ittihamçısı da həmin mövqedən çıxış etmiş və Təqsirləndirilən şəxs məhz CM-in 29,177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və biri-digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 29,177.2.3 və 234.1-1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şöbədə olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, döyülməsi barədə qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Şəki rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə və müdafiəçiyə təqdim olunmuş, müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs əslində Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında deyil, Şəki şəhərində yerləşən “Qala otel”də olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, lakin saxlanıldığı yerin iş materiallarında düzgün sənədləşdirilmədiyini qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, sözügedən məsələnin aydınlaşdırılması üçün Şəki şəhərində yerləşən “X25”nə sorğu göndərilmiş və həmin oteldən məhkəməyə ünvanlanan məktubda göstərilən tarixlərdə həmin oteldə Təqsirləndirilən şəxs adında heç kimin qeydiyyatdan keçmədiyi bildirilmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Əksinə onun ibtidai istintaq zamanı qeyd etdikləri iş materiallarında olan və biri digərini tamamlayan sübutlarla, işin faktiki halları ilə üst-üstə düşdüyündən, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda, məhkəmə kollegiyası məhkməmə istintaqı zamanı əlavə şahid qismində ifadə verən Anar Bayramov və İlham Mustafayevin qeyd etdiklərinə də tənqidi yanaşır və hesab edir ki, həmin şəslərin təqsirləndirilən şəxslə yaxın münasibətdə, yəni dostluq münasibətində olması onların təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Bundan əlavə, “X25”ndən məhkəməyə ünvanlanan məktub da öz növbəsində həmin şahidlərin ifadələrini təkzib etdiyindən, məhkəmə sözügedən şahidlərin ifadələrini əsaslı sübut növü kimi qəbul etmir və onlarla razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, himayəsində bir az yaşlı qızı vardır və qeydiyyatda olduğu yer üzrə məsbət xarakterizə olunur (cild 02, iş vər. 157-158). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Yevlax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra, o, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 177.2.3 və 29,172.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.5ci maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə o, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 29 gün hissəsindən vaxdından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 203-204) Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs son olaraq Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 29 gün hissəsindən vaxdından əvvəl şərti olaraq azad edilmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi halda həmin andan 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 179-181). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 02, iş vər. 12-13). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və X9 azad edilmişdir (cild 02, iş vər. 67-68). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzasından çıxılmalı, cəzasının başlanğıcı isə onun ikinci dəfə şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan 0,396 və 3,052 qram narkotik vasitə hesab edilən heroin, eyni zamanda 2,266 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 183 manat 10 qəpik (bir yüz səksən üç manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan 0,396 və 3,052 qram narkotik vasitə hesab edilən heroin, eyni zamanda 2,266 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 183,10 AZN (bir yüz səksən üç manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-28/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-28/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver