Məhkəmə qərarları › İş №1(091)-28/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-28/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-28/2024 29.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla həbs olunanadək Balakən rayonunun Qullar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Balakən rayon filialının yaxınlığındakı “Köhnə klub” adlanan binanın yanında olarkən yerdən bir ədəd gümüşü-ağ rəngli kağız büküm taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,135 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynində olan qara rəngli gödəkçənin sağ cibinə qoymaqla qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə daşıyaraq üzərində saxlamış, 06 aprel 2023-cü il tarixdə Balakən RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bodurov X2 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin tarixdə saat 11:45-dən 12:25dək olan müddət ərzində şəxsi axtarış aparılarkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 5,135 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona edlan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə saat 08 və ya 09 radələrində Balakənin rayonunun Qullar kəndində yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşları oraya gələrək polis rəisinin onu çağırdığını demişlər və polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və həmin vaxt üzərində narkotik vasitə heroin olmamışdır. X13 polis əməkdaşları tərəfindən aparılmasının şahidi olmuş və bu zaman özünə məxsus olan mobil telefon yaşadığı evdə qalmışdır. Polis şöbəsində olarkən səhər yoxlanışının olduğunu görmüş və bundan sonra polis əməkdaşları onun kimi insanların həbs olunmasının zəruri olduğunu bildirmişlər. Daha sonra orada olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və təxminən 2 saat ərzində polis əməkdaşları bel, ayaq və baş nahiyələrinə zərbələr endirərək onu döymüşlər, nəticədə onun ayaq və baş nahiyələrində xəsarətlər yaranmışdır. Orada təxminən 05 qram çəkidə narkotik vasitə heroini ona təqdim edərək həmin narkotik vasitənin ona məxsus olmasını deməsini tələb etmişlər, əvvəlcə o, bununla razılaşmamış, lakin polis əməkdaşları bir ədəd avtomat silahı və 400 qram çəkidə narkotik vasitəni ona təqdim edərək həmin silahın və narkotik vasitənin ona məxsus olmasını deməsini bildirmişlər. Yenidən o, qeyd olunanlarla razılaşmadığı üçün polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirib ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün yalan ifadə vermək məcburiyyətində qalmışdır. Ona qarşı edilən qanunsuzluqlarla bağlı müdafiəçisinə məlumat verməmiş, lakin bununla bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman bildirmiş, habelə Balakən rayon prokurorluğuna, eləcə də digər dövlət orqanlarına (qurumlarına) şikayət etmişdir. Penitensiar müəssisəyə daxil olarkən bədənində xəsarətlər olsa da bu barədə onu müayinə edən həkimə deməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 02 aprel 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən 10-15 il əvvəl bir və ya iki dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. 04 aprel 2023-cü il tarixdə Balakən şəhərinin ərazisində "xxxx" ASC-nin Balakən rayon filialının yaxınlığındakı köhnə klubun yanında olan zaman yerdə gümüşü kağız bükümün olduğunu görmüş və açıb baxdıqda həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu aşkar etmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitəni gələcəkdə istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sağ cibinə qoyub üzərində saxlamış, lakin istifadə etməmişdir. 06 aprel 2023-cü il tarixdə səhər radələrində yaşadığı Balakən rayonunun Qullar kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd gümüşü kağız bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra narkotik vasitə heroinə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,72 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 14 iyun 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroin olmamış və bu səbəbdən də ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2023-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla Balakən rayonunun Qullar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs Balakən rayonun Qullar kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin heroin olduğunu, qeyd olunan heroini iki gün əvvəl Balakən rayonunda klubun yanından taparaq istifadə etmək məqsədi ilə üzərində saxladığını, lakin istifadə etmədiyini və əvvəllər bir-iki dəfə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Həmin bir ədəd gümüşü-ağ rəngli kağız büküm açıldıqda içərisində qızılı-ağ rəngli kağız bükümün içərisində narkotik vasitə heroinə bənzər toz şəklində kütlənin olması, elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,72 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4 oğlu, Şahid3 və X9 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 050 ***-**-** mobil telefon nömrəsindən istifadə edir, orta məktəbdə müəllim işləyir, Təqsirləndirilən şəxs onun əridir, 050 ***-**-** mobil telefon nömrəsi isə anasının istifadəsindədir. 06 aprel 2023-cü il tarixdə səhər saat 08:20də evdən çıxıb işə gedən zaman yolun ön hissəsində qara rəngdə “Mercedes” markalı avtomobildə 5-6 nəfər şəxsin olduğunu görmüş və əvvəllər də həmin avtomobillə polis əməkdaşları daha bir neçə şəxsi apardıqları üçün o, qeyd olunan şəxslərin polis əməkdaşı olduqlarını və göstərilən avtomobilin də polis əməkdaşlarına məxsus olduğunu bilmişdir. Bundan bir müddət sonra təxminən 09 radələrində işlədiyi orta məktəbdə olan zaman X20 “WhatsApp” tətbiqi vasitəsilə ardıcıl olaraq ona zəng etsə də o, dərsdə olduğu üçün telefona cavab verə bilməmişdir. Bundan sonra isə oğlu “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazaraq polis əməkdaşlarının evə daxil olduqlarını və Təqsirləndirilən şəxs 4-5 polis əməkdaşı tərəfindən aparıldığını demişdir. Həmin vaxt onun istifadəsində olan mobil telefon nömrəsinin balansında vəsait olmadığı üçün o, qeyd olunan məktəbdə tədris hissəsinin müdiri vəzifəsində işləyən əmisi X5 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi vasitəsilə X20un istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edib bu barədə maraqlanmış və bu zaman oğlu evə gələn şəxslərin rəisin atasını çağırdığını deyərək atasını polis şöbəsinə apardıqlarını demişdir. Bundan sonra o, əmisi X5 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi vasitəsilə qardaşı X8 istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edib nə baş verdiyini öyrənməsini xahiş etmiş, bundan sonra isə qardaşı Balakən RPŞ-yə gedib Təqsirləndirilən şəxs hansı səbəbdən oraya aparıldığı barədə məlumat əldə etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Sonradan maddi ehtiyaclarını ödəmək üçün X20un “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazdığı və özünə məxsus olan mobil telefonu 14 avqust 2023-cü il tarixdə satmış, lakin bu zaman həmin mobil telefonda olan zəruri sənədləri, o cümlədən oğlu ilə “WhatsApp” tətbiqi vasitəsilə aparılmış yazışmanın ekran görüntüsünü yaddaş kartına, oradan da bacısına məxsus olan mobil telefona köçürmüşdür. Sonradan X20a məxsus olan qeyd olunan mobil telefon da satılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 06 aprel 2023-cü il tarixdə anası Gülnarə Bodurova işlədiyi orta məktəbə getdikdən sonra həmin tarixdə saat 08:30-da iki nəfər polis əməkdaşının yaşadıqları fərdi yaşayış evinin pilləkəninin yanında dayandığını görmüş və həmin vaxt üç-dörd nəfər polis əməkdaşı da evin həyətinin arxa hissəsindən gəlib atasının harada olduğunu soruşmuşlar, o isə atasının yuxuladığını demişdir. Bundan sonra o, polis əməkdaşlarının təklifi ilə atasını yuxudan oyatmış, atası polis əməkdaşlarının yanına gəldikdən sonra polis əməkdaşları polis rəisinin atasına sözünün olduğunu demişlər və atasını “Mercedes” markalı avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Bundan sonra o, əvvəlcə “WhatsApp” tətbiqi vasitəsilə anası Gülnarə Bodurovaya mesaj yazaraq məlumat vermiş, daha sonra “WhatsApp” proqramı vasitəsi ilə anasına zəng etmiş və bir müddət sonra isə anası ona zəng edərək onunla danışmışdır. 055 ***-**-** mobil telefon nömrəsi dayısı Nazim Dibirova məxsus olmuşdur və atası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman dayısı Nazim Dibirovla əlaqə saxlayıb-saxlamadığını xatırlamır. Sonradan maddi ehtiyaclarını ödəmək üçün oğlu mobil telefonu satmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanımışdır. Balakən rayonunun Qullar kəndi ilə Balakən şəhəri arasında avtobus sürücüsü kimi fəaliyyət göstərir. 06 aprel 2023-cü il tarixdə səhər saat 08:20-də avtobusu idarə edərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən zaman sonuncunun yanında dördbeş nəfər mülki geyimdə olan şəxslərin olduğunu görmüş, daha sonra isə həmin avtobusla 100 metr irəliyə hərəkət edib yenidən Təqsirləndirilən şəxs olduğu yerə geri qayıtdıqda sonuncunun həmin yerdə olmadığını görmüşdür. Bu zaman orada olan şəxslərdən Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, həmin şəxslər isə tanımadıqları şəxslərin Təqsirləndirilən şəxs apardıqlarını demişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi şübhəsi ilə Balakən rayonunun Qullar kəndində saxlanılaraq Balakən RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması haqqında 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisindən qızılı-ağ rəngli kağız büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 aprel 2023-cü il tarixli 17/323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 5,135 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması barədə Balakən Rayon Məhkəməsinin 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, Balakən Rayon Polis Şöbəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks anbulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və öz hərəkətlərini tam idarə etmək iqtidarında olmuşdur. Onda ekspertiza zamanı hər hansı ruhi (psixi) xəstəlik əlamətləri aşkar olunmadı. Onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. O, özündən uydurmağa meyilli deyildir. Emosional halından asılı olaraq o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli 732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 02 may 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 04 aprel 2023-cü il tarixdə Balakən şəhərinin ərazisində olan "xxxx" ASC-nin Balakən rayon filialının yaxınlığında yerləşən “Köhnə klub” adlanan binanın yanında olarkən yerdən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə üzərində saxlayaraq daşıması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində həmin tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı həmin tarixdə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 19 aprel 2023cü il tarixli PHŞ-6-27/2-256/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Psixiatriya kabinetlərində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 5,135 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025- VİQD nömrəli Qanunu qüvvəyə minənədək törətdiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun törətdiyi qeyd olunan əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 06 aprel 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 06 aprel 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 aprel 2023-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını, lakin satmaq məqsədinin olmadığını etiraf etsə də ibtidai istintaqın gedişində 14 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroin olmadığını demiş və bu səbəbdən də ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə 06 aprel 2023-cü il tarixdə saat 08 və ya 09 radələrində Balakən rayonunun Qullar kəndində yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşlarının oraya gələrək polis rəisinin onu çağırdığını və polis şöbəsinə getməyi təklif etdiklərini dediklərini, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini, həmin vaxt üzərində narkotik vasitə heroin olmadığını, X20un onun polis əməkdaşları tərəfindən aparılmasının şahidi olduğunu, bu zaman özünə məxsus olan mobil telefonun yaşadığı evdə qaldığını, polis şöbəsində olarkən səhər yoxlanışının olduğunu gördüyünü, bundan sonra polis əməkdaşlarının onun kimi insanların həbs olunmasının zəruri olduğunu bildirdiyini, daha sonra orada olarkən polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qaldığını, təxminən 2 saat ərzində polis əməkdaşlarının bel, ayaq və baş nahiyələrinə zərbələr endirərək onu döydüklərini, nəticədə onun ayaq və baş nahiyələrində xəsarətlər yarandığını, orada təxminən 05 qram çəkidə narkotik vasitə heroini ona təqdim edərək həmin narkotik vasitənin ona məxsus olmasını deməsini tələb etdiklərini, əvvəlcə bununla razılaşmadığını, lakin polis əməkdaşları bir ədəd avtomat silahı və 400 qram çəkidə narkotik vasitəni ona təqdim edərək həmin silahın və narkotik vasitənin ona məxsus olmasını deməsini bildirdiklərini, yenidən qeyd olunanlarla razılaşmadığı üçün polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirib ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün yalan ifadə vermək məcburiyyətində qaldığını, ona qarşı edilən qanunsuzluqlarla bağlı müdafiəçisinə məlumat vermədiyini, lakin bununla bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman bildirdiyini, habelə Balakən rayon prokurorluğuna, eləcə də digər dövlət orqanlarına (qurumlarına) şikayət etdiyini və penitensiar müəssisəyə daxil olarkən bədənində xəsarətlər olsa da bu barədə onu müayinə edən həkimə demədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Bodurov X2 Rayon Polis Şöbəsinə 06 aprel 2023-cü il tarixdə saat 11:15-də gətirilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Bodurov X2 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 may 2023-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, 06 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 881-56-43 mobil telefon nömrəsi vasitəsilə danışıq aparılmamışdır. Qeyd olunanlardan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs arvadı X7 məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilərkən verdiyi ifadəsində 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etdiyini, orta məktəbdə müəllim işlədiyini, 050 ***-**-** mobil telefon nömrəsinin anasının istifadəsində olduğunu, 06 aprel 2023-cü il tarixdə səhər saat 08:20-də evdən çıxıb işə gedən zaman yolun ön hissəsində qara rəngdə “Mercedes” markalı avtomobildə 5-6 nəfər şəxsin olduğunu gördüyünü, əvvəllər də həmin avtomobillə polis əməkdaşları daha bir neçə şəxsi apardıqları üçün qeyd olunan şəxslərin polis əməkdaşı olduqlarını və göstərilən avtomobilin də polis əməkdaşlarına məxsus olduğunu bildiyini, bundan bir müddət sonra təxminən 09 radələrində işlədiyi orta məktəbdə olan zaman X20un “WhatsApp” tətbiqi vasitəsilə ardıcıl olaraq ona zəng etdiyini, lakin dərsdə olduğu üçün telefona cavab verə bilmədiyini, bundan sonra isə X20un “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazaraq polis əməkdaşlarının evə daxil olduqlarını və əri Təqsirləndirilən şəxs 4-5 polis əməkdaşı tərəfindən aparıldığını dediyini, həmin vaxt onun istifadəsində olan mobil telefon nömrəsinin balansında vəsait olmadığı üçün qeyd olunan məktəbdə tədris hissəsinin müdiri vəzifəsində işləyən əmisi X5 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi vasitəsilə X20un istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edib bu barədə maraqlandığını, bu zaman X20un evə gələn şəxslərin rəisin atasını çağırdığını deyərək atasını polis şöbəsinə apardıqlarını dediyini, bundan sonra əmisi X5 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi vasitəsilə qardaşı X8 istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edib nə baş verdiyini öyrənməsini xahiş etdiyini, bundan sonra isə qardaşının Balakən RPŞ-yə gedib Təqsirləndirilən şəxs hansı səbəbdən oraya aparıldığı barədə məlumat əldə etmək istədiyini, lakin buna nail ola bilmədiyini, maddi ehtiyaclarını ödəmək üçün X20un “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazdığı və özünə məxsus olan mobil telefonu 14 avqust 2023-cü il tarixdə satdığını, lakin bu zaman həmin mobil telefonda olan zəruri sənədləri, o cümlədən oğlu ilə “WhatsApp” tətbiqi vasitəsilə aparılmış yazışmanın ekran görüntüsünü yaddaş kartına, oradan da bacısına məxsus olan mobil telefona köçürdüyünü və sonradan X20un da sonuncuya məxsus olan qeyd olunan mobil telefonu satdığını qeyd etmişdir. Habelə Təqsirləndirilən şəxs X20 məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilərkən verdiyi ifadəsində 06 aprel 2023-cü il tarixdə anası Gülnarə Bodurova işlədiyi orta məktəbə getdikdən sonra həmin tarixdə saat 08:30-da iki nəfər polis əməkdaşının yaşadıqları fərdi yaşayış evinin pilləkəninin yanında dayandığını gördüyünü, həmin vaxt üç-dörd nəfər polis əməkdaşının da evin həyətinin arxa hissəsindən gəlib atasının harada olduğunu soruşduğunu, polis əməkdaşlarına atasının yuxuladığını dediyini, bundan sonra polis əməkdaşlarının təklifi ilə atasını yuxudan oyatdığını, atası polis əməkdaşlarının yanına gəldikdən sonra polis əməkdaşlarının polis rəisinin atasına sözünün olduğunu dediklərini və atasını “Mercedes” markalı avtomobilə əyləşdirib polis şöbəsinə apardıqlarını, bundan sonra “WhatsApp” tətbiqi vasitəsilə anası Gülnarə Bodurovaya mesaj yazaraq məlumat verdiyini, daha sonra “WhatsApp” proqramı vasitəsi ilə anasına zəng etdiyini, bir müddət sonra isə anasının ona zəng edərək onunla danışdığını, 055 ***-**-** mobil telefon nömrəsinin dayısı Nazim Dibirova məxsus olduğunu, atası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman dayısı Nazim Dibirovla əlaqə saxlayıb-saxlamadığını xatırlamadığını və sonradan maddi ehtiyaclarını ödəmək üçün oğlu mobil telefonu satdığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “WhatsApp” tətbiqi vasitəsilə edilmiş zəngə və yazışmaya oxşar sənəddən görünür ki, 06 aprel 2023-cü il tarixdə saat 08:47-də həmin tətbiq vasitəsilə zəng edilmiş, habelə qeyd olunan tarixdə saat 08:51-də “Vüqarı gəlib 4-5 polis apardı” məzmunlu mesaj yazılmışdır. Habelə yuxarıda qeyd olunan xüsusatla bağlı cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş X10 və X6 istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, 06 aprel 2023-cü il tarixdə saat 08:54-də Yusif Dibirovun istifadəsində olmuş 050 474-55-34 mobil telefon nömrəsindən Emin Bodurovun istifadəsində olmuş 050 ***-**- ** mobil telefon nömrəsinə zəng olunmuş və danışıq aparılmışdır. Həmçinin qeyd olunan xüsusatla bağlı cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş X14 və X6 istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, 06 aprel 2023-cü il tarixdə saat 09:23-də Nazim Dibirovun istifadəsində olmuş 055 205-30-32 mobil telefon nömrəsindən Emin Bodurovun istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinə zəng olunmuş və danışıq aparılmışdır. Eləcə də göstərilən xüsusatla bağlı cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş X7 və X6 istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, 06 aprel 2023-cü il tarixdə saat 09:51-də Gülnarə Bodurovanın istifadəsində olmuş 050 742-53-53 mobil telefon nömrəsindən Emin Bodurovun istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinə zəng olunmuş və danışıq aparılmışdır. Bunlarla yanaşı məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Mahir Ağcayev ifadəsində Təqsirləndirilən şəxs kənd sakini kimi tanıdığını, Balakən rayonunun Qullar kəndi ilə Balakən şəhəri arasında avtobus sürücüsü kimi fəaliyyət göstərdiyini, 06 aprel 2023-cü il tarixdə səhər saat 08:20-də avtobusu idarə edərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən zaman sonuncunun yanında dörd-beş nəfər mülki geyimdə olan şəxslərin olduğunu gördüyünü, daha sonra isə həmin avtobusla 100 metr irəliyə hərəkət edib yenidən Təqsirləndirilən şəxs olduğu yerə geri qayıtdıqda sonuncunun həmin yerdə olmadığını gördüyünü, bu zaman orada olan şəxslərdən Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu və həmin şəxslər isə tanımadıqları şəxslərin Təqsirləndirilən şəxs apardıqlarını dediklərini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan zənglərin edilməsi ilə Təqsirləndirilən şəxs tutulması vaxtları arasında hər hansı səbəbli əlaqə yoxdur və adları qeyd edilən şəxslərin bir-birilərinə zəng etməsinin səbəbləri müxtəlif ola bilər. “WhatsApp” tətbiqi vasitəsilə edilmiş zəngə və yazışmaya oxşar sənəddə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin çıxarış sübut kimi mənsubiyyət, mümkünlük və mötəbərlik şərtlərinə cavab vermədiyi üçün sübut kimi qəbul edilməməlidir. Məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Emin Bodurov oğlu, Gülnarə Bodurova arvadı, Mahir Ağcayev isə həmyerlisi olduğu üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Çünki qeyd olunan şəxslər ibtidai istintaq zamanı ifadə verməmişlər və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Emin Bodurov, Gülnarə Bodurova və Mahir Ağcayevin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni 5,135 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 5,135 qram çəkidə narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan, doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Bodurov X2 rayonunun Qullar kəndində yaşamışdır, 22 noyabr 2010-cu ildə doğulmuş Şamil Bodurov və 21 oktyabr 2013-cü ildə doğulmuş Mədinə Bodurova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2015-ci il tarixli hökmünün, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2018-ci il tarixli və Quba Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2015-ci il tarixli hökmü ilə CM-in 221.3 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərarlı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 06 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 dekabr 2020-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 221.3 və 228.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 5,085 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 5,085 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar