Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-28/2025 29.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X3, Müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 2002-ci ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Goranboy rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri, habelə odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən həmin şəxsin “WhatsApp” mobil tətbiqi vasitəsilə +**********28 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq sonuncunun ona bildirdiyi Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranının həyətində 01 yanvar 2024-cü il tarixdə saat 21:40 radələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 6315 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmçinin külli miqdarda, yəni ümumi təmiz çəkisi 197,837 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd 1986-cı ildə zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli, “Калашников” konstruksiyalı, ******* nömrəli, “AK-74” modelli, yivli, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, hazırkı vəziyyətdə texniki cəhətdən nasaz vəziyyətdə, atəş açmaq üçün yararsız odlu silah hesab edilən avtomatik döyüş silahını, 01 ədəd “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 30 ədəd 5,45x39mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı və 23 ədəd “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatik silahlarda, “RPK- 74” və digər uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibrli döyüş sursatı hesab edilən, istifadəyə-atəşə yararlı patronları həmin şəxsin ona bildirəcəyi Bakı şəhərində yerləşən ünvanlara sonradan çatdırmaq üçün əldə edərək üzərində saxlayıb, daşımış, 01 yanvar 2024-cü il tarixdə saat 21:45 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:34-dən saat 23:28-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman çiynindən asdığı qırmızı rəngli çantanın içərisindən 03 ədəd qara rəngli sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2185 qram, 2055 qram və 2075 qram olmaqla, ümumilikdə 6315 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi 197,837 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yuxarıda qeyd olunan xüsusiyyətlərdə 01 ədəd atəş açmaq üçün yarasız odlu silah, 01 ədəd sandıqça və 23 ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş, onunla İran İslam Respublikasının vətəndaşı qismində əlaqə saxlayan şəxs həmin ölkənin vətəndaşı olmamışdır. Həmin şəxs narkotik vasitəni Bakı şəhərində bir yerə yerləşdirməsini deyərək bunun müqabilində 2000 manat pul təklif etmiş, lakin o, bu təklifi qəbul etməmiş və onun qeyd olunan şəxslə birbaşa əlaqəsi olmamışdır. Sonradan o, müalicə olunan zaman İran İslam Respublikasının vətəndaşı olan həmin şəxs onunla əlaqə saxlayıb onu müalicə etdirəcəyini deyərək narkotik vasitəni götürməyə razı salmış, xəstəliyi onun ən zəif yeri olduğu üçün o, qeyd olunan şəxsə inanıb bu təklifi qəbul etmiş və göstərilən şəxs ona yol pulu verəcəyini demişdir. O, həmin şəxsin dediyi yerə çatdıqdan bir qədər sonra yanına bir nəfər polis əməkdaşı yaxınlaşıb nə işlə məşğul olduğunu soruşmuş, o isə cavab olaraq avtomobil gözlədiyini demişdir. Bundan sonra həmin polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsinin yanında olub-olmadığını soruşmuş, qeyd olunan vaxt şəxsiyyət vəsiqəsi yanında olmadığı üçün o, sürücülük vəsiqəsini polis əməkdaşını vermiş və polis əməkdaşı onun sürüclük vəsiqəsinin fotoşəklini çəkib göstərilən yeri tərk edib getmişdir. O, bu barədə İran İslam Respublikasının vətəndaşına məlumat vermiş, həmin şəxs isə narahat olmamasını demişdir. O, həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürmək istəyərkən orada polis əməkdaşlarının olduğunu görmüş, qeyd olunan şəxslə əlaqə saxladıqda göstərilən şəxs ona narahat olmamasını demişdir. O, çantanı götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən narkotik vasitə və silah aşkar edilmişdir. O, hadisə yerinə yerinə 500 qram narkotik vasitəni götürmək üçün getmiş və çantadan aşkar edilən narkotik vasitə heroindən onun məlumatı olmamışdır. Sonradan polis əməkdaşlarının deməsinə əsasən avtomat silahın saz vəziyyətdə olmaması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 03 yanvar 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmiş, istifadəsində 050 ***-**-** mobil telefon nömrəsi olmuş, “İnstagram” sosial şəbəkəsində “sa1_516_” hesabı olmuş və 8 ildir həmin hesabdan istifadə etmişdir. Təxminən 2 ay bundan əvvəl şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşının “İnstagram” sosial şəbəkəsi vasitəsilə istifadəsində olan həmin hesabına əvvəlcə nöqtə işarəsi, daha sonra isə patı, kola və gül sözləri yazdığını görmüş, söhbət əsnasında qeyd olunan şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş və göstərilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib narkotik vasitədən istifadə edib-etmədiyini ondan soruşmuşdur. O isə həmin şəxsə narkotik vasitələrdən istifadə etmədiyini demiş və qeyd olunan şəxsin istəyinə əsasən istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsini göstərilən şəxsə vermişdir. Bundan sonra həmin şəxs “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək ona patı, kola, gül verəcəyini deyib qeyd olunan maddələri satmasını təklif etmiş və nəticədə pul qazana biləcəyini demiş, o isə razılaşmamışdır. Bundan bir müddət sonra 25 dekabr 2023-cü il tarixdə həmin şəxs yenidən “WhatsApp” tətbiqi vasitəsilə ona səsli mesaj göndərərək Ağdaş rayonunun ərazisində qeyd etdiyi ünvandan narkotik vasitəni və odlu silahı götürüb Bakı şəhərinə aparması müqabilində onun hesabına 2000 (iki min) manat pul köçürə biləcəyini demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Bundan sonra o, 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində yerləşən avtovağzalda tanımadığı taksi sürücüsü ilə 140 manat pulun qarşılığında Ağdaş rayonuna gedib-qayıtması ilə bağlı razılaşmış və sürücü bir nəfər sərnişini də avtomobildə əyləşdirdikdən sonra həmin tarixdə saat 17 radələrində Bakı şəhərindən Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar. Hərəkət edib Ağdaş rayonunun ərazisində yerləşən “Ləki Market”in qarşısında olan zaman İran İslam Respublikasının vətəndaşına bu barədə məlumat vermiş, daha sonra həmin şəxs ona ünvanı göndərmiş və göstərilən şəxsin ona göndərdiyi Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranına getmişdir. Bundan sonra o, avtomobildən düşmüş, sürücüyə isə digər sərnişini düşürməsini və işi yekunlaşdıqdan sonra məlumat verəcəyini demişdir. Daha sonra o, “Bakı” restoranının həyətindən, hasarın yanından içərisində narkotik vasitələr və odlu silah olan qırmızı rəngli çantanı götürüb oradan 4-5 metr uzaqlaşmış və bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə aparılmışdır. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan qırmızı rəngli torbanın içərisindəki 03 ədəd qara rəngli sellofan torbadan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və 01 ədəd qara rəngli iri həcmli sellofan bükümdə olan 01 ədəd avtomat, 01 ədəd daraq və həmin darağın içərisində olan 23 ədəd patron aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkilən zaman 03 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaların çəkilərinin 2207 qram, 2100 qram və 2082 qram, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinin çəkisinin isə 203 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 yanvar 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 06 aprel 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaqın gedişində verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmiş, istifadəsində 050 ***-**-** mobil telefon nömrəsi olmuş, “İnstagram” sosial şəbəkəsində “sa1_516_” hesabı olmuş və 8 ildir həmin hesabdan istifadə etmişdir. Təxminən 5 ay bundan əvvəl şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşının “İnstagram” sosial şəbəkəsi vasitəsilə istifadəsində olan həmin hesabına əvvəlcə nöqtə işarəsi, daha sonra isə patı, kola və gül sözləri yazdığını görmüş, söhbət əsnasında qeyd olunan şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, göstərilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib narkotik vasitədən istifadə edib-etmədiyini ondan soruşmuşdur. O isə həmin şəxsə narkotik vasitələrdən istifadə etmədiyini demiş və qeyd olunan şəxsin istəyinə əsasən istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsini göstərilən şəxsə vermişdir. Bundan sonra həmin şəxs “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək ona patı, kola, gül verəcəyini deyib qeyd olunan maddələri satmasını təklif etmiş və nəticədə pul qazana biləcəyini demiş, o isə razılaşmamışdır. Bundan bir müddət sonra 25 dekabr 2023-cü il tarixdə həmin şəxs yenidən “WhatsApp” tətbiqi vasitəsilə ona səsli mesaj göndərərək Ağdaş rayonunun ərazisində qeyd etdiyi ünvandan narkotik vasitəni və odlu silahı götürüb Bakı şəhərinə aparması müqabilində onun hesabına 1000 (iki min) manat, həmin narkotik vasitəni Bakı şəhərinə çatdırıb olduğu ünvanın koordinatlarını göndərdikdən sonra isə əlavə olaraq 1000 (min) manat pul köçürə biləcəyini və Ağdaş rayonundan narkotik vasitəni götürən zaman çantanın içərisində yol pulu olaraq əlavə 200 manat pulun da qoyulacağını demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Bundan sonra o, 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində yerləşən avtovağzalda tanımadığı taksi sürücüsü ilə 140 manat pulun qarşılığında Ağdaş rayonuna gedib-qayıtması ilə bağlı razılaşmış və sürücü bir nəfər sərnişini də avtomobildə əyləşdirdikdən sonra həmin tarixdə saat 17 radələrində Bakı şəhərindən Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar. Hərəkət edib Ağdaş rayonunun ərazisində yerləşən “Ləki Market”in qarşısında olan zaman İran İslam Respublikasının vətəndaşına bu barədə məlumat vermiş, daha sonra həmin şəxs ona ünvanı göndərmiş və göstərilən şəxsin ona göndərdiyi Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranına getmişdir. Bundan sonra o, avtomobildən düşmüş, sürücüyə isə digər sərnişini düşürməsini və işi yekunlaşdıqdan sonra məlumat verəcəyini demişdir. Daha sonra o, “Bakı” restoranının həyətinə daxil olmuş, çantanın orada olduğunu görmüş və ətrafda digər şəxslərin olub-olmamasını dəqiqləşdirmək üçün restoranın qarşısına çıxdıqda ağ rəngli “Priora” markalı avtomobilin ona yaxınlaşdığını müşahidə etmişdir. Bu zaman bir nəfər həmin avtomobildən düşüb ona yaxınlaşmış və bu ərazidə oğurluq olduğunu deyib ondan şəxsiyyət vəsiqəsini götürüb fotoşəklini çəkmiş, ardınca isə qeyd olunan yeri tərk etmişdir. Bundan sonra o, İran İslam Respublikasının vətəndaşına “WhatsApp” tətbiqi vasitəsilə səsli mesaj göndərərək orada post-patrul xidmətinin əməkdaşının olduğunu bildirmiş, həmin vətəndaş isə ona zəng edib çantanı götürməsini və narahat olmamasını demişdir. O, razılaşmış, yenidən “Bakı” restoranının həyətinə daxil olaraq çantanı götürüb oradan 2-3 addım uzaqlaşmış və bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə aparılmışdır. Orada olarkən xəstəliyi ilə əlaqədar səhhəti pisləşdiyi üçün polis əməkdaşları ondan nə lazım olduğunu soruşmuşlar, o isə şəkər xəstəsi olduğu üçün inusilin iynəsindən istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona inusilin iynəsi alıb vermişlər, həmin iynəni istifadə etdikdən sonra səhhəti yaxşılaşmış, bundan sonra isə üzərində şəxsi axtarış aparılmışdır. O, həmin çantanın içərisində narkotik vasitənin olduğunu bilsə də odlu silahın və onun komplekt hissəsinin olmasından məlumatı olmamış və polis şöbəsində olan zaman da bu barədə polis əməkdaşlarına demişdir. Bu zaman polis əməkdaşlarından biri əli ilə onun baş nahiyəsinə zərbə vurduğu üçün o, qorxub üzərində şəxsi axtarış və götürmə aparılan zaman, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən çantanın içərisində odlu silahın olmasından məlumatının olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etməmiş, oğlunun narkotik vasitə ilə əlaqəsi olmamış, oğlu ağır şəkər xəstəsi olduğu üçün bütün daxili orqanları yavaş-yavaş sıradan çıxmışdır. Oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmamışdan 10 gün əvvəl Goranboy Rayon Mərkəzi Xəstəxanasında koma vəziyyətində müalicə olunmuş, yeni il qabağı isə xəstəxananı tərk etmiş və bundan sonra ambulator qaydada yaşadığı evdə müalicə olunmuşdur. Evdə olarkən oğlu Təqsirləndirilən şəxs anasına Bakı şəhərinə Adil adlı həkimin qəbuluna gedəcəyini demiş, anası da bu barədə ona bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs Bakı şəhərinə gedəndən sonra o, “WhatsApp” tətbiqi vasitəsilə sonuncu ilə əlaqə saxlamaq istəmiş, bu zaman sonuncu danışa bilmədiyini və bir müddət sonra əlaqə saxlaya biləcəyini demiş, səhəri gün səhər vaxtı isə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulduğunu bildirmişlər. Bundan sonra polis şöbəsinə gedib oğlu Təqsirləndirilən şəxs tibbi sənədlərini müstəntiqə təqdim edərək oğlunun xəstə olduğunu demiş, müstəntiq isə onunla razılaşmayaraq oğlunun cinayətkar olduğunu demişdir. Müdafiəçi Zabil Qəhramanov tərəfindən oğlunun cinayətkar olmadığını təsdiq edən kifayət qədər sübut toplanmış və bu cinayət əməllərini kimlərin törətməsi açıq aşkar bəlli olmuşdur. Oğlu pulla şirnikləndirilib cinayət törətməyə cəlb olunmuş, sonradan penitensiar müəssisədə oğluna lazımi qaydada tibbi yardım göstərilmədiyi üçün oğlu ölmüşdür. Cinayət işinə xitam verilməsinə etiraz edir, oğlunu cinayət törətməyə sövq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Goranboy rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, narkotik vasitədən istifadə etməsi, “Mercedes-Benz E-class” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin saxlanması və həmin avtomobil ilə narkotik vasitələrin daşınması barədə 01 yanvar 2024-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında qeyd olunan tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra 01 yanvar 2024-cü il tarixdə saat 21:45 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranının qarşısında saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə aparılmış, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncunun əlində olan qırmızı rəngli torbanın içərisindəki 03 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd qara rəngli iri həcmli sellofan bükümdə olan 01 ədəd avtomat, 01 ədəd daraq və həmin darağın içərisində olan 23 ədəd patron aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkilən zaman 03 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin çəkilərinin 2207 qram, 2100 qram və 2082 qram, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin isə 203 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Goranboy rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Ağdaş Rayon Polis Şöbəsinə “Mercedes-Benz E-class” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin saxlanması və həmin avtomobil ilə narkotik vasitələrin daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 yanvar 2024-cü il raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi şübhəsi ilə həmin tarixdə saat 21:45 radəsində Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranının qarşısında saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində olan qırmızı rəngli torbanın içərisindəki 03 ədəd qara rəngli sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd qara rəngli iri həcmli sellofan bükümdə olan 01 ədəd avtomat, 01 ədəd daraq və həmin darağın içərisində olan 23 ədəd patron aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 02 yanvar 2024-cü il tarixli 17/3 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, hər birinin üzərinə yapışdırılmış vərəqdə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan...” sözləri yazılmış 03 (üç) ədəd qara rəngli sellofan bağlamaların içərisində, ayrıayrılıqda təmiz çəkiləri 2185 qram, 2055 qram və 2075 qram olmaqla, ümumi təmiz çəkisi 6315 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 197,837 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 03 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, “Samsung A12” mobil telefonun içərisində olan və Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” tətbiqi açıldıqda orada həmin mobil telefon nömrəsi ilə +98-***-***-**-** mobil telefon nömrəsi arasında müxtəlif məzmunlu mesajların yazılması müəyyən olunmuşdur. 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən +98-***-***-**-** mobil telefon nömrəsinə “he qardaş inisdadaki oglandi” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq göstərilən mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “mənə yığa bilərsən, mən səninlə söhbət eliyəm” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən +98-***-***-**-** mobil telefon nömrəsinə “Goruntulu?” məzmunlu mesaj göndərilmiş, cavab olaraq göstərilən mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “yox, yox, görüntülü yox, görüntülü yox, elə, belə” məzmunlu mesaj göndərilmişdir. Ardınca Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən +98-***-***-**-** mobil telefon nömrəsinə “1 deq ygram” məzmunlu mesaj göndərilmiş, cavab olaraq göstərilən mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “oldo” məzmunlu mesaj göndərilmiş, ardınca aralarında 5 dəqiqəlik səsli danışıq olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən +98-***-***-**-** mobil telefon nömrəsinə “Qardaş mende pul alinmir” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, 30 dekabr 2023-cü il tarixdə +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “slam, qaqa” məzmunlu mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Aleykum salam” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “najsan” məzmunlu mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Saqol qardaş yaxsi olasan” məzmunlu mesaj göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “vaxtin var, mənə zəng vurasan, sənlə bir danışım” məzmunlu səsli mesaj göndərilmiş, daha sonra isə aralarında 52 saniyəlik, 13 saniyəlik, 4 dəqiqəlik, 5 dəqiqəlik və 3 dəqiqəlik səsli danışıqlar olmuşdur. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qardaşım mən onu danışdım yaxşı, Biləsuvardadı gətirdəcəm Bakıya, onu nə desən indi, mənə hə yoxun denən, gözdüyürlər, yəni, apara biləssən Biləsuvardan Bakıya, 750 girəm ya 800 girəm” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan əlavə, 20 dekabr 2023-cü il tarixdə +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam qardaşım necəsən, vəzu zan nətərsən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “salam qardaş, yaxşı olsan, sən nətərsən, nə var nə yox” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra +98-***- ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam, saban xeyr qardaşım, necəsən, sən necəsən, vəzu zan, iş güc, nə iş görsən, nağayara bilirsən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “şükür qardaş, şükür, heş bir iş məşğul deyiləm, elə boş bekar, bütün günü evdə peçin dalında oturaram qara qara fikirləşirəm, yoxdu işim gücüm boşluqdu” məzmunlu səsli mesaj göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “bekar qalma qardaşım, bekar qalmaq zamanı dəyil, nə qədər bekar qalsan dərd fikir çox olacaq, sənə dedim bi 50-60 manat ələ pul tap, məndə üstərədan gəlirəm 150 düzəldək, sənə mən işlədimdin dana, sən qulaq asmadın sözümə” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “ə qardaş, indi elə vaxtdı ki, bu dəyqa düşübdülər elə şeyin üstünə, mən açığı qorxuram biraz tutulmaqdan, bu dəyqa hamın tutullar, ona görə biraz çəkinirəm açığı” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qardaşım bir məsəl vare, deyir qorxan gözə çöp düşər, qorxulu demə, gərək qorxmayasan, bir tikə çörək dalıyca çıxsanda gərək risk edəsən gərək, elə şeylərdən qorxmayasan ondan sonra, raski yoxdu ki, qorxmayasan, adam öldürmüyübsən ki, qorxasan, mən atacam bir yerə gedib götürəssən, ordanda öz adamlara öz yoldaşlara o istəyənlərə denən, yoldaşın yoldaşları istəyəcək, gəlib səndən alacaqlar, sadə məsələdu bu, qorxmaq lazım deyil, arxayın ol, tək sən deyilsən ki, hammı elə bu işdədir” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan savayı, 23 dekabr 2023-cü il tarixdə +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam qardaşım, necəsən vəzuzan necədi, qardaşım mənim elə bir dənə sənə güvənim gəldi, elə bil, mənim 4-5 gündən sonra İradan malım gələcək, çatacaq Ağdaşa, yəni Ağdaşdılar gəlib, malı götürəcək ərazidən, Ağdaşdan oyana gedə biləməyəcəklər olar, elə bil deyirdim, yaxşıda 2000 manat da pul verir, 2000 manat, elə bil deyirdim əgər imkanın olsa sən götürə bilsən, götürüb Ağdaşdan aparassan Bakıya 2000 manatda pul verirəm, gedib Ağdaşdan malı götürdün, 1000 manat orda vuracam, yaxşı, deyəcəm 200-də,300-də malın üstünə pul atsınlar, yarım kilo güldü-otdu, yarım kiloda daş-torpaqdır, ondan sonra 1000 manat orda, malın götürdün əlivə 1000 manat orda vuracam, fəqət mənə bir dənə video çəkəssən ki, video, məsələn ehtibar üçündə, ehtibar edirəm, birdən işdi mal oyan buyan ola, ondan sonra apardın ki Bakıya qoydun 1000 manatda orda vuracam, onu da mənim gəlib adamım götürəcək orda, sən qoyarsan bir yerə, mənim gəlib adamım götürəcək, 1000 manatda orda vuracam, 2000 manat, əgər imkan olsa mənə bir tezdəndən cavab ver, yəni mənim 4-5 gündən sonra mənim malım gəlib çatacaq Ağdaş rayonuna, oradan da gedib malı götürəssən, deyəcəm 200-300 də orada malın üstünə qoysunlar, ondan sonra malı götürdün 1000 manatda orada vuracaqlar sənə, ordan apardın Bakıya, Bakıda da 1000 manatda orda qoyassan bir yerə, 1000 manatda orda alassan, əgər imkanın olsa, fəqət mənim sənə güvənim gəldi, mən fəqət sənə ehtibar edə bilirəm, yenə adam varda, fəqət mənim sənə güvənim gəldi, dedim görüm sən deyirsən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “he qardaş, raziyam, evdeyem danişa bilmirəm, seher seher ygacam, Tam etrafli sohbet edey” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “bax qardaş, mən elə öz böyük qardaşımdır, yaxçı, öz böyük qardaşımıdır, yaxçı, hər adama güvənə biləmmirikdə, 2 kq otdu, yarım kiloda daşdan torpaqdı, yaxşı, elə bil bir 7-8 günə gələcək, mən sənə, xəbər eliyəcəm, Ağdaşa ki qoyacaqlar, olar, sərhəddən götürəcəklər, qoyacaqlar Ağdaşa, Ağdaşdan sən qonum şəkil yollayacam sənə gedib onu, ordan götürəssən, orda 150 zad malın üstündə olacaq ki, sənin o taksi pulun zadın, ondan sonra ordan götürdün, mal əlində oldu, 1000 manada onda vuracayıq sənə, birdə aparıb Bakıya qoydun konum atassan mənə 1000 mnatada onda vuracayıq sənə, yəni 2000 manat, yəni mən bunu hər adama demirəm, adam çoxdu, ehtibar elməmirəm, yəni, 10-15 nəfər adam vardı ethibar eləmirəm, sənə güvənim gəldi, sən demişdin mən bu işi görə bilərəm sənə görə deyirəm, zad əgər, mənə bir hə yox denən, əgər eliyə bilsən, mən alah adamın fikrində olmayım, böyük qardaşıma deyim, mən belə adam tapmışam, yanı mal yuxarıdı, oda nə vardı əlində olanı hamsı döndərib mala” məzmunlu səsli mesaj göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “bi dənə şəxsiyyət vəqisəsi çəkib atarsan, ya bir video çəkib atarsan, mənə, arada zad olmasın deyənə, nə cür deyəllər, bir birimizə güvənək” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yaxşı qardaş, probelm yoxdu, eliyirəm də razıyam, indi evdə qonaqlar da var, həmdə ailə üzvlərim evdədi, mən sabah, inşallah səhər səhər bir video çəkib ataram, problem yoxdu, mən eliyərəm onu, sən day adam axtarma, mən eliyərəm onu” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “yaxçı oldu qardaşım oldu, lap yaxçı, elə sənə güvənim gəlirdi, adam çox idi, 10-15 nəfər adam var idi, day heç kimə adam güvənə bilmirdə, az məbləğdə mal da deyil, az pulda deyil, məsələn duram onu mən hər yoldan keçənə, deyəm, elə sənə güvənim gəldi, inşallah yaxşı olar, 7-8 günə bilinəcək, elə 7 günə yerbəyer olacaq, sənə də mən deyəcəm” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “oldu qardaş” məzmunlu mesaj göndərilmişdir. Bunlarla yanaşı, 24 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Salam Qardaş. Bu işi tezleşdirmey olar?” məzmunlu mesaj göndərilmiş, ardınca aralarında 5 dəqiqəlik səsli danışıq olmuş, daha sonra Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkilini qeyd olunan mobil telefon nömrəsinə göndərmiş, bundan sonra isə +98-***-***- **-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “oldu qaqa” məzmunlu mesaj göndərilmişdir. Qeyd olunanlardan başqa, 27 dekabr 2023-cü il tarixdə +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam necəsən, qardaşım, vəzuzan nə iş görsən, yoxsan, dedim görüm soraxlayım görüm haralardasan nə iş görsən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “salam qardaş, salam saban xeyr, heç elə buralıxda, rayonda səndən bir xəbər gözdürəm” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “A elə məndə deyəcəm sənə, mən sənə xəbər edəcəm, haçan oldu, 1-də deməli 100% birində olacaq, deməli ayın 1-də olacaq, ayın 1-də axşam, 30-un axşamı falan mən sənə deyəcəm, nağarassan, nə iş görəssən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “hə qardaşım sən mənə, bir gün qabaq xəbər elə ki, mən işlərimi ona görə riqrofka edimdə” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra +98-***- ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “birində olsa mən 30 axşamı sənə xəbər edəcəm, işləri deyəcəm nə edəssən, nağarassan, arxayın ol mən elə sənə güvənmişəm, day heç kimə heç nə deməmişəm” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “oldu” məzmunlu mesaj göndərilmişdir. 29 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “salam qardaş, axşamın xeyr, necəsən, nə var nə yox, vəziyyət, kefin halın” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam necəsən qardaşım, vəzuzan, axşamın xeyr, necəsən, nə iş görsən, nağarsan, nağara bilirsən, inşəAllah elə sənə sabah, xəbər verəcəm, axşam danışacayıq, abırrı, inşəAllah elə bir gün, mərməsi üçün, nə cür deyərlər, həll eləcəyik, sənə mənə inşəallah sabah axşam, ya yığacam, ya səs atacam” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “hə qardaşım, heç mən elə səndən xəbər gözdürəm, yaxşı inşəallah” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “sabah sənə axşam xəbər eliyəcəm, da dedim, sabah , 30-da axşam sənə xəbər edəcəmda dedim, saat 7-də xəbər eliyəcəm, sənə ya səs atacam, ya zəng edəcəm danışacayıq abırlı” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “oldu” məzmunlu mesaj göndərilmişdir. 30 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “salam qaqa” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq göstərilən mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam qardaş necəsən, vəzuzən necədi, məni gözlə sənə xəbər edəcəm sabahda zadda, saba 31-di ha, sabah sənə xəbər eliyəcəm” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yaxşi qaqa” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “Arxayın ol, mən sabah axşam sənlə danışacam” məzmunlu səsli mesaj göndərilmiş, ardınca isə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “inşallah” məzmunlu mesaj göndərilmişdir. Sadalananlardan başqa, 31 dekabr 2023-cü il tarixdə +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam necəsən qardaşım, vəzuzən necədi, nə iş görsən, qardaşım sabaha amadəsən da, amadə ol, hər şeyi zad elə, sabah mən deyəcəm day” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “salam qardaşım, sağol yaxşı olasan, sabah səhər xəbər edəcəksən, günorta xəbər edəcəksən, mən maşın götürməliyim ona görə deyirəm, maşın götürəcəm ona görə” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra +98-***-***- **-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qardaşım sənə deyəcəm dənə, axşam çağına salmışıq, biraz necə deyərlər, adam zad çox olmasında çöldə, elə axşam 7-də, 8-də sənə xəbər edəcəm, elə sabah danışacayıq özümüz, bahəm danışacayıq, salmışam axşam çağına, çox zad olmasında sənin üçün problem olmasın”, “sənin öz maşının var idi, ya yoldaşlardan zaddan alassan özün, nağarassan, maşın tapa biləssən, ya taksiyə zada deyəssən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yox özüm rentacardan götürəcəm bir günlük, onda sabah mən günorta ikidə üçdə mən gedib rentacardan maşını götürüm ki, sən mənə xəbər edəndə mən işimi bilimdə” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “sən elə 3-4də gedib maşını götürərsən məndə sənə xəbər eliyəcəm də sən saat neçədə çıxarsan Ağdaşa, haçan deyəcəm də sabah danışacayıq, sən sabah 3-də 4-də gedib maşını götürərsən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Oldu qardaş oldu” məzmunlu səsli mesaj göndərilmişdir. 01 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Salam qaqa”, “men saat 3-də çıxajam yola” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam qardaşım necəsən, saban xeyr, qardaşım hə. sən get 3-də maşını al, indi sənə deyəndə sən çıxarsan, sizin rayondan Ağdaşa nə qədər yoldu, nə qədər çəkir getmək, neçə saat” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “2 saat yoldu”, “Çox axsam olmasında da men Ağdaşı tanimiram” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “çox çox olmayacaq qardaşım, elə 7-də, 8-də olacaq, sənə də deyəcəm 4 yarım, 5-də çıx, 5-də zadda çıxsan, elə 7-də zadda orda olarsan, biz də 7-də zadda malı yerbəyer edəcəyik sən də gedib götürüb qayıdarsan” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Elə yerə qoyulsun ki, mal tunnuy yer olmasın, problem yasaniyaq” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “Yox arxayın ol, özləri bilirlər hara qoyacaqlarını, sən arxayın ol, sənədə konum atacam gedib götürərsən, olar hamısın bilirlər sənin deməyin lazım deyil” məzmunlu səsli mesaj göndərilmişdir. Ardınca Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “oldu qaqa saat 4-də çıxajam burdan” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “elə saat 4-də, 4 yarımda çıxsan axşamçağı orada olacaqsan, yenə də sənə deyəcəm day sənə saat neçədə çıxsan gedib götürə bilərsən” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “oldu qaqa” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “ok”, “Qardaşım o deyir 8-də qoyacam ünvana, ünvana qoyacam saat 8-də yaxşı, sən də elə 6da zadda çıxarsanda, gör indi nə vaxta gedib yetişsən, elə elə saat 8də gedib çat ora qayıt gəl bəri” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yaxsi qaqa” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***- ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “Qardaşım setdə zatda ola ha, day qurşun zadı vur zada sönüb eləməsin qurşun, setdə ol” məzmunlu səsli mesaj göndərilmişdir. Ardınca Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “setdəyəm narahat olma” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***- ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “salam qardaşım necəsən nə iş görsən” məzmunlu səsli mesaj göndərilmişdir, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “heş qardaşım, indi gedirəm maşın götürməyə, yavaş-yavaş tərpənəm o tərəfə” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “sən yavaş yavaş get maşını götür, yavaş yavaş çıx, sən çıxınca 5 zad olar, elə 5-də zadda çıx” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yaxşı qaqa” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qardaşım nağara bildin, nə iş gördün, çıxıbsan” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yo qardaşım, birazdan çıxacam, maşını gözdürəm, maşınlar zanitdir, birazdan çıxacam inşəAllah, sən narahat olma tez gedəcəm” məzmunlu səsli mesaj göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “sən Allah biraz dəvər, mən malım qalıb yavaş yavaş aparıb atıblar qalıb hamarda” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yo narahat olma, ən uzağı 15 dəyəqə çıxıram narahat olma, yo narahat olma” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “Qardaşım noldu nağara bildin çıxdın, amandı biraz dəvər” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “sənədləri yazırlar qardaşım çıxıram 5-dəqiqəyə, yazsınlar çıxıram burden, yola çıxım sənə deyəcəm”, “Çıxdim qaqa yola” məzmunlu səsli mesajlar göndərilmiş, +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “oldu qaqa” məzmunlu mesaj göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qardaşım nağara bildin, hayandasan, nə iş görürsən” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “xirda xirda gedirəm, konum atırsan” məzmunlu mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “getdin çatdın mənə denən tez, mənə denən mən zaddarı yolluyum” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Qoyublar yerinə, Malin used pul qoyublar” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “he qaqa 80 var” məzmunlu mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Mali gotürende pulu atassan karta”, “Allaha and olsun 200azn rasxod elmisem borc alib” məzmunlu mesajlar göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “Mali götürəndən sonra videon zadın çəkərsən yollarsan mənə, hə yerbə yer edəcəm onda” məzmunlu mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “yaxşi, 1 saata flan orda olajam” məzmunlu mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “getdin ki, malin üstünə, ordanda bir video çəkərsən, ondan mənə də bir kart yollarsan deyərəm pulu atarlar məzmunlu mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Yaxsi” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “nağardın, nağara bildin hayandasan” məzmunlu mesaj göndərilmiş, 27 saniyə danışıq aparılmışdır. Ardınca Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Qaqa rayonun ozundedi” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qaqa rayonun özündədi, yol qırağındadı, arxayın yerdədi” məzmunlu mesaj göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “oldu çatim xeber edejem” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “yaxşi” məzmunlu səsli mesaj göndərilmiş və 32 saniyə danışıq aparılmışdır. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “Qardaşım mal qalıb hamarda biraz tez ol mən səni gözdürəm qadanı alım” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “narahat olma, yoldayam” məzmunlu mesaj göndərilmişdir. Ardınca +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “mən adamın dayanıb orda malı gözdüyür, deyir dayanammıram soyuqdu, istiyir gedər, nə qədər çəkər sənin dəqiq nəqədər çəkər” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “100 km var, Ağdaş rayonu vurmuşam naviqatira gedirem, sen konumu at belke men sef yere vurmuşam, agdasin kentleri çoxdu” məzmunlu mesaj göndərilmişdir. Bundan sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qardaşım, ağdaşın girişdindədidənə yazıb, hamısın yazıbda” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “He gedirem qaqa and ola Allaha gedirem, rayonun girisində deyecem sene” məzmunlu mesaj göndərilmişdir. Daha sonra +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “getdin feqet çatdın mənə de konumla şəkili yollayım sənə, çatdın rayonun zadına mənə de konumla şəkili atım sənə” məzmunlu səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Oldu qaqa, qaqa çatiram 50km qalib” məzmunlu mesaj göndərilmiş və 30 saniyəlik danışıq aparılmışdır. Ardınca Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Qaqa goycaydayam çatiram uje, qaqa mende bakida mali gizdedib qiraxda gozduyecem” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “he qaqa he dana elə eliyəssən, bir yerdə gizlədəssən, mənə konum şəkilin yollayasan, hara atsan“, “qaqa çatdın ora, mənə denən adam deyim getsin ordan, mənə denən konum və şəkili sənə yolluyum” məzmunlu səsli mesaj göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “rayona girməyə 5 deqiqə qalmiş diyecem sene” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “5 dəqiqə qaldın mənə denən, konum şəkli atım ona deyim o da çıxıb getsin, biraz tez olda be vaxt” məzmunlu səsli mesaj göndərilmiş və 24 saniyəlik danışıq aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “Qaqa konumu at”, “Şəkillər və konum” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “ümidim bir Allahadı birinci, bir də sənədi, amandi bunu tez yerbə yer elə” məzmunlu səsli mesaj göndərilmişdir. Ardınca Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “3 dəqə ordayam” məzmunlu mesaj göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “qaqa” məzmunlu mesaj göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən göstərilən mobil telefon nömrəsinə “qaqa bir dəyqə dayan mən çatmışam burda, bir dəyqə gözlə görüm tapa bilirəmmi”, “qaqa burda iki dənə post patrul durub, birdənə də ağ prioradı, prioranın yiyəsi məni saxlatdı, mənim vəsiqəmə zada baxdı, ki burden oğurluq olub nə bilim nə” məzmunlu səsli mesajlar göndərilmiş, cavab olaraq +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə “gir ora çıx, sənə heç bir problem yoxdu, olarla işin olmasın, sən gir ora, götür qayıt gəl bəri, bizdə olarlıq işin yoxdu”, “ qaqa, noldo” məzmunlu səsli mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 29 yanvar 2024-cü il tarixli 24/217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd “4320344” nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1986-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır. Yuxarıda göstərilən səbəbdən silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 23 (iyirmi üç) ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 29 yanvar 2024-cü il tarixli 3-13-11/2-1198/2024 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, 638659 nömrəli, AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara əsasən həmin mobil telefon nömrəsi 01 yanvar 2024-cü il saat 21:18-dən saat 21:40-dək olan müddət ərzində Ağdaş rayonunun ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş 25 fevral 2024-cü il tarixli 3-xx-xx/240220001 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd avtomatı, 01 ədəd darağı və 23 ədəd patronu İran İslam Respublikasının vətəndaşı tərəfindən əvvəlcədən yerləşdirilmiş Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranının həyətindən götürməsi, Təqsirləndirilən şəxs qabaqcadan İran İslam Respublikasının vətəndaşı ilə əlbir olması, narkotik vasitələrin, odlu silahın, darağın və patronların satışı ilə bağlı aralarında razılaşmanın əldə olunması müəyyən olunmuş, lakin həmin narkotik vasitələri, silahı, darağı və patronları əldə etdiyi İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 11 mart 2024-cü il tarixli 3-16-16/2-3/413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd silah 1986-cı ildə zavod üsulu ilə istehsal edilmiş, “Калашников” konstruksiyalı, 5,45x39 mm kalibrli, “AK-74” markalı, “4320344” nömrəli yivli odlu avtomatik döyüş silahıdır, hazırkı vəziyyətdə texniki cəhətdən nasaz vəziyyətdədir, atəş açmaq üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 20 (iyirmi) ədəd predmet “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patrondur, istifadəyə atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet “AK- 74”, “AKS-74”, “AKS-74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 mart 2024-cü il tarixli 1996 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 206.2 və 209-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və onun qabaqcadan əlbir olaraq narkotik vasitələri, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etdiyi İran islam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsin şəxsiyyətinin, eləcə də narkotik vasitələrin, odlu silahın, onun komplekt hissəsinin və döyüş sursatlarının əldə olunduğu mənbənin müəyyən edilməsi ilə bağlı həmin cinayət işinin materiallarından CM-in 234.4.1, 234.4.3 və 228.2.1-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 08 yanvar 2024-cü il tarixli 18-1-39/2-8/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy Şəhər İnzibati Dairəsi üzrə Nümyəndəliyindən daxil olmuş 30 yanvar 2024-cü il tarixli 5-45-1/2-15/2024 nömrəli məktubdan görünür ki, Alıyev X4 rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin və 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 01 yanvar 2024-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Goranboy rayonunun Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, qeyd olunan tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə göstərilən tarixdə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman əlində olan qırmızı rəngli torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər, narkotik vasitə heroinə bənzər, avtomat, daraq və həmin darağın içərisində olan patronlar aşkar olunaraq götürülmüş və həmin predmetlər məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 01 yanvar 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitələrin, avtomatın, darağın və həmin darağın içərisində olan patronların aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 yanvar 2024-cü il tarixdə verdiyi ifadəsində əvvəllər heç vaxt narkotik vasitədən istifadə etmədiyini, istifadəsində 050 ***-**-** mobil telefon nömrəsinin olduğunu, “İnstagram” sosial şəbəkəsində “sa1_516_” hesabının olduğunu, 8 ildir həmin hesabdan istifadə etdiyini, təxminən 2 ay bundan əvvəl şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşının “İnstagram” sosial şəbəkəsi vasitəsilə istifadəsində olan həmin hesabına əvvəlcə nöqtə işarəsi, daha sonra isə patı, kola və gül sözləri yazdığını gördüyünü, söhbət əsnasında həmin şəxsin özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyini, qeyd olunan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib narkotik vasitədən istifadə edib-etmədiyini ondan soruşduğunu, həmin şəxsə narkotik vasitələrdən istifadə etmədiyini dediyini, qeyd olunan şəxsin istəyinə əsasən istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsini qeyd olunan şəxsə verdiyini, bundan sonra həmin şəxsin “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək ona patı, kola, gül verəcəyini deyib qeyd olunan maddələri satmasını təklif etdiyini, nəticədə pul qazana biləcəyini dediyini, həmin təkliflə razılaşmadığını, bundan bir müddət sonra 25 dekabr 2023-cü il tarixdə qeyd olunan şəxsin yenidən “WhatsApp” tətbiqi vasitəsilə ona səsli mesaj göndərərək Ağdaş rayonunun ərazisində göstərilən ünvandan narkotik vasitəni və odlu silahı götürüb Bakı şəhərinə aparması müqabilində onun hesabına 2000 (iki min) manat pul köçürə biləcəyini dediyini, sonuncunun bu təklifi ilə razılaşdığını, bundan sonra 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində yerləşən avtovağzalda tanımadığı taksi sürücüsü ilə 140 manat pulun qarşılığında Ağdaş rayonuna gedib-qayıtması ilə bağlı razılaşdığını, sürücünün bir nəfər sərnişini də avtomobilə əyləşdirdikdən sonra həmin tarixdə saat 17 radələrində Bakı şəhərindən Ağdaş rayonu istiqamətində hərəkətə başladığını, hərəkət edib Ağdaş rayonunun ərazisində yerləşən “Ləki Market”in qarşısında olan zaman İran İslam Respublikasının vətəndaşına bu barədə məlumat verdiyini, daha sonra həmin şəxsin ona ünvanı göndərdiyini, göstərilən şəxsin ona göndərdiyi Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranına getdiyini, bundan sonra avtomobildən düşdüyünü, sürücüyə isə digər sərnişini düşürməsini və işi yekunlaşdıqdan sonra məlumat verəcəyini dediyini, daha sonra “Bakı” restoranının həyətindən, hasarın yanından içərisində narkotik vasitələr və odlu silah olan qırmızı rəngli çantanı götürüb oradan 4-5 metr uzaqlaşan kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə aparıldığını və orada olarkən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əlində olan qırmızı rəngli torbanın içərisində olan 03 ədəd qara rəngli sellofan torbadan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və 01 ədəd qara rəngli iri həcmli sellofan bükümdə olan 01 ədəd avtomat, 01 ədəd daraq və həmin darağın içərisində olan 23 ədəd patronun aşkar edildiyini etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 06 aprel 2024-cü il tarixdə verdiyi ifadəsində əvvəlki ifadəsində qeyd etdiyi bəzi xüsusatları təsdiq edərək 25 dekabr 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan həmin şəxsin yenidən “WhatsApp” tətbiqi vasitəsilə ona səsli mesaj göndərərək Ağdaş rayonunun ərazisində qeyd etdiyi ünvandan narkotik vasitəni və odlu silahı götürüb Bakı şəhərinə aparması müqabilində onun hesabına 1000 (iki min) manat, göstərilən narkotik vasitəni Bakı şəhərinə çatdırıb olduğu ünvanın koordinatlarını göndərdikdən sonra isə əlavə olaraq 1000 (min) manat pul köçürə biləcəyini və Ağdaş rayonundan narkotik vasitəni götürən zaman çantanın içərisində yol pulu olaraq əlavə 200 manat pulun da qoyulacağını dediyini, sonuncunun bu təklifi ilə razılaşdığını, bundan sonra 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində yerləşən avtovağzalda tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomobillə hərəkət edib Ağdaş rayonunun Nehrəxəlil kəndinin ərazisində yerləşən “Bakı” restoranının yanında avtomobildən düşüb qeyd olunan restoranın həyətinə daxil olduğunu, çantanın orada olduğunu gördüyünü, ətrafda digər şəxslərin olub-olmamasını dəqiqləşdirmək üçün restoranın qarşısına çıxdıqda ağ rəngli “Priora” markalı avtomobilin ona yaxınlaşdığını müşahidə etdiyini, bu zaman bir nəfər şəxsin qeyd olunan avtomobildən düşüb ona yaxınlaşdığını, bu ərazidə oğurluq olduğunu deyib ondan şəxsiyyət vəsiqəsini götürüb fotoşəklini çəkdiyini, ardınca isə qeyd olunan yeri tərk etdiyini, bundan sonra İran İslam Respublikasının vətəndaşına “WhatsApp” tətbiqi vasitəsilə səsli mesaj göndərərək orada post-patrul xidmətinin əməkdaşının olduğunu bildirdiyini, həmin vətəndaşın isə ona zəng edib çantanı götürməsini və narahat olmamasını dediyini, razılaşıb yenidən “Bakı” restoranının həyətinə daxil olaraq çantanı götürüb oradan 2-3 addım uzaqlaşan kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə aparıldığını, orada olarkən xəstəliyi ilə əlaqədar səhhəti pisləşdiyi üçün polis əməkdaşlarının ondan nə lazım olduğunu soruşduqlarını, şəkər xəstəsi olduğu üçün inusilin iynəsindən istifadə etdiyini bildirdiyini, bundan sonra polis əməkdaşlarının ona inusilin iynəsi alıb verdiklərini, həmin iynəni istifadə etdikdən sonra səhhətinin yaxşılaşdığını, bundan sonra isə üzərində şəxsi axtarış aparıldığını, həmin çantanın içərisində narkotik vasitənin olduğunu bilsə də odlu silahın və onun komplekt hissəsinin olmasından məlumatının olmadığını, polis şöbəsində olan zaman da bu barədə polis əməkdaşlarına dediyini, bu zaman bir nəfər polis əməkdaşının əli ilə onun baş nahiyəsinə zərbə vurması səbəbindən qorxub üzərində şəxsi axtarış və götürmə aparılan zaman, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən çantanın içərisində odlu silahın olmasından məlumatının olduğunu bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə narkotik vasitədən istifadə etmədiyini, onunla İran İslam Respublikasının vətəndaşı qismində əlaqə saxlayan şəxsin həmin ölkənin vətəndaşı olmadığını, qeyd olunan şəxsin narkotik vasitəni Bakı şəhərində bir yerə yerləşdirməsini deyərək bunun müqabilində 2000 manat pul təklif etdiyini, lakin bu təklifi qəbul etmədiyini, göstərilən şəxslə birbaşa əlaqəsinin olmadığını, sonradan müalicə alan zaman İran İslam Respublikasının vətəndaşı olan həmin şəxsin onunla əlaqə saxlayıb onu müalicə etdirəcəyini deyərək narkotik vasitəni götürməyə razı saldığını, xəstəliyinin onun ən zəif yeri olması səbəbindən qeyd olunan şəxsə inanıb bu təklifi qəbul etdiyini, göstərilən şəxsin ona yol pulu verəcəyini dediyini, həmin şəxsin dediyi yerə çatdıqdan bir qədər sonra yanına bir nəfər polis əməkdaşının yaxınlaşıb nə işlə məşğul olduğunu soruşduğunu, avtomobil gözlədiyini qeyd olunan şəxsə dediyini, bundan sonra göstərilən polis əməkdaşının ondan şəxsiyyət vəsiqəsinin yanında olub-olmadığını soruşduğunu, həmin vaxt şəxsiyyət vəsiqəsinin yanında olmaması səbəbindən sürücülük vəsiqəsini polis əməkdaşına verdiyini, polis əməkdaşının onun sürücülük vəsiqəsinin fotoşəklini çəkib qeyd olunan yeri tərk edib getdiyini, bu barədə İran İslam Respublikasının vətəndaşına məlumat verdiyini, göstərilən şəxsin isə narahat olmamasını ona dediyini, həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürmək istəyərkən orada polis əməkdaşlarının olduğunu gördüyünü, qeyd olunan şəxslə əlaqə saxladıqda göstərilən şəxsin ona narahat olmamasını dediyini, çantanı götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən narkotik vasitənin və silahın aşkar edildiyini, hadisə yerinə 500 qram narkotik vasitəni götürmək üçün getdiyini, çantadan aşkar edilən narkotik vasitə heroindən məlumatının olmadığını və sonradan polis əməkdaşlarının deməsinə əsasən avtomat silahın saz vəziyyətdə olmamasının ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində 06 aprel 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin, odlu silahın, onun komplekt hissəsinin və döyüş sursatlarının qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X2 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “hər iki baldır nahiyəsində çoxsaylı trofiki yaralar, hər iki ayaq pəncəsində trofiki yaralar, sol döş qəfəsində 1 ədəd, sağ qolun dirsəyin iç səthində 1 ədəd köhnə çapıq toxuma, hər iki ayağın diz qapağı ətrafında, sağ diz qapağının aşağı hissəsində 1 ədəd, sol diz ətrafında çoxsaylı sıyrılmış yara izləri” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi işindən götürülüb cinayət işinin materiallarına əlavə olunaraq məhkəmə istintaqı tədqiq edilmiş izahatının surətindən görünür ki, o, yuxarıda qeyd olunan xəsarətlərin şəkər xəstəliyi ilə əlaqədar yarandığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərində polis əməkdaşları tərəfindən yetirilməyə xarakterik və polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, X2 qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “hər iki baldır nahiyəsində çoxsaylı trofiki yaralar, hər iki ayaq pəncəsində trofiki yaralar, sol döş qəfəsində 1 ədəd, sağ qolun dirsəyin iç səthində 1 ədəd köhnə çapıq toxuma, hər iki ayağın diz qapağı ətrafında, sağ diz qapağının aşağı hissəsində 1 ədəd, sol diz ətrafında çoxsaylı sıyrılmış yara izləri” xəsarətləri isə şəkər xəstəliyi ilə əlaqədar yaranmış xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “hər iki baldır nahiyəsində çoxsaylı trofiki yaralar, hər iki ayaq pəncəsində trofiki yaralar, sol döş qəfəsində 1 ədəd, sağ qolun dirsəyin iç səthində 1 ədəd köhnə çapıq toxuma, hər iki ayağın diz qapağı ətrafında, sağ diz qapağının aşağı hissəsində 1 ədəd, sol diz ətrafında çoxsaylı sıyrılmış yara izləri” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək İİ dərəcə əlilliyi olan və şəkərli diabet xəstəliyinə yoluxmuş şəxs olmasının nəzərə alınaraq vəsatətin təmin olunmamasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində 06 aprel 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində 06 aprel 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 03 yanvar 2024-cü il tarixdə qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X5 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitə ilə əlaqəsinin olmadığını, oğlunun ağır şəkər xəstəsi olması səbəbindən bütün daxili orqanlarının yavaş-yavaş sıradan çıxdığını, oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmamışdan 10 gün əvvəl Goranboy Rayon Mərkəzi Xəstəxanasında koma vəziyyətində müalicə olunduğunu, yeni il qabağı isə xəstəxananı tərk etdiyini, bundan sonra ambulator qaydada yaşadığı evdə müalicə olunduğunu, evdə olarkən oğlu Təqsirləndirilən şəxs anasına Bakı şəhərinə Adil adlı həkimin qəbuluna gedəcəyini dediyini, anasının da bu barədə ona bildirdiyini, oğlu Təqsirləndirilən şəxs Bakı şəhərinə getdikdən sonra “WhatsApp” tətbiqi vasitəsilə sonuncu ilə əlaqə saxlamaq istədiyini, bu zaman sonuncunun danışa bilmədiyini və bir müddət sonra əlaqə saxlaya biləcəyini dediyini, səhəri gün səhər vaxtı isə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının onunla əlaqə saxlayıb oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulduğunu bildirdiyini, bundan sonra polis şöbəsinə gedib oğlu Təqsirləndirilən şəxs tibbi sənədlərini müstəntiqə təqdim edərək oğlunun xəstə olduğunu dediyini, müstəntiqin onunla razılaşmayaraq oğlunun cinayətkar olduğunu dediyini, müdafiəçi Zabil Qəhramanov tərəfindən oğlunun cinayətkar olmadığını təsdiq edən kifayət qədər sübutun toplandığını və bu cinayət əməllərini kimlərin törətməsinin açıq aşkar bəlli olduğunu, oğlunun pulla şirnikləndirilib cinayət törətməyə cəlb olunduğunu, sonradan penitensiar müəssisədə oğluna lazımi qaydada tibbi yardım göstərilmədiyi üçün oğlunun öldüyünü, cinayət işinə xitam verilməsinə etiraz etdiyini, oğlunu cinayət törətməyə sövq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və ədalətli qərar çıxarılmasını xahiş etdiyini qeyd etmişdir. Məhkəmə ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin mərhum oğlu-Təqsirləndirilən şəxs penitensiar müəssisədə lazımi qaydada tibbi yardım göstərilməməsi səbəbindən ölməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş 07 dekabr 2024-cü il tarixli 3-16-17/35/2-2683/2024 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs “Hiperqlikemik koma nəticəsində ağciyər, ürək çatışmazlığı diaqnozu ilə” həmin tarixdə saat 09:40 radələrində qeyd olunan müəssisənin İntensiv terapiya şöbəsində müalicə olunan zaman ölmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baxılan hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib saxlayıb daşıması ilə bağlıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, mərhum Təqsirləndirilən şəxs bilavasitə ölümünə səbəb “Hiperqlikemik koma nəticəsində ağciyər, ürək çatışmazlığı” olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ölümü ilə hazırkı cinayət əməlləri arasında hər hansı səbəbli əlaqə yoxdur. CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham daxilində baxılır. Məhkəmə Samir Alıyevin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu olduğu üçün sonuncunun cinayət məsuliyyətindən yayındırılmasına və müdafiə edilməsinə istiqamətlənmiş ifadə vermişdir. Çünki qeyd olunan şəxs ibtidai istintaq zamanı ifadə verməmiş və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Samir Alıyevin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onu qəbul etmir. Əksinə digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib saxlayıb daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə heroinin və qurudulmuş marixuananın müxtəlif növdə olmasını və çəkilərinin çox olmasını, habelə telefon məlumatlarına əsasən narkotik vasitənin satışı ilə bağlı yazının olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 2-ci maddəsinə əsasən, döyüş sursatı dedikdə, müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar, odlu silah dedikdə isə barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silah başa düşülür. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 02 nömrəli qərarının (bundan sonra – Qərar) 4-cü bəndinə əsasən, döyüş sursatı dedikdə, müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyalar başa düşülür. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq, hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı, digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir. Odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (tətik), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Bu Qərarın 9-cu bəndinə əsasən, CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Bu Qərarın 12-ci bəndinə əsasən, CM-in 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi, həmçinin təmir edilmiş, yararsız odlu silahların və ya odlu silah vəziyyətinə gətirilmiş təlim silahlarının qanunsuz dövriyyəsi və talanması zamanı da yaranır. Bu Qərarın 13-cü bəndinə əsasən, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilmiş cinayət, yəni CM-in 228.2.1-ci maddəsinin tövsifedici əlaməti olan qabaqcadan iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilmiş cinayət əməli nəzərdə tutulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməlidir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməlləri törətdikdən sonra öldüyü üçün ona cəza təyin edilməməlidir. Belə ki, CPM-in 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X5 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilməsinə etiraz etdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, CPM-in 44.2.1-1-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin cinayət əməllərini törətdikdən sonra öldüyü üçün CPM-in 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 01 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 01 may 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyü üçün barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və təhvil verilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 6314,7 qram narkotik vasitə qurudulmuş marixuana, 197,837 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 02 ədəd disk həmin tarixdə maddi sübut kimi tanınmışdır, 6314,7 qram narkotik vasitə qurudulmuş marixuana və 197,837 qram narkotik vasitə heroin saxlanılması üçün Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 02 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və təhvil verilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli, “4320344” nömrəli avtomat silah, 01 ədəd sandıqça və 20 ədəd patron həmin tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməli (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməli), mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ hissəsinin 49-cu bəndinə əsasən, heroin və 146-cı bəndinə əsasən, marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan 6314,7 qram narkotik vasitə qurudulmuş marixuana və 197,837 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli, “4320344” nömrəli avtomat silah, 01 ədəd sandıqça və 20 ədəd patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 171,91 (yüz yetmiş bir manat doxsan bir qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 171,91 (yüz yetmiş bir manat doxsan bir qəpik) manat təşkil edən ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 44, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin cinayət əməllərini törətdikdən sonra öldüyü üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan 6314,7 qram narkotik vasitə qurudulmuş marixuana və 197,737 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli, “4320344” nömrəli avtomat silah, 01 ədəd sandıqça və 20 ədəd patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, cinayət cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 02 ədəd videogörüntünün köçürüldüyü 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 171,91 (yüz yetmiş bir manat doxsan bir qəpik) məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-28/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-28/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver