Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-284/2023 06.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1956-cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, təqaüdçü, İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1, ev 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2023-cü ilin may ayının sonlarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda o, yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, evin dəmir hasarı ilə lobya şitillərinin arasında təqribən 50 santimetr enində, 6 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib şumlamaqla əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə külli miqdar təşkil edən 25 (iyirmi beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini 24 santimetrdən 120 santimetrədək hündürlüklərə çatdırmaqla kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, təmiz çəkisi 1 kiloqram 205 qram olan, külli miqdar təşkil edən ümumilikdə 25 (iyirmi beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1998ci ildən etibarən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır və bundan iki il əvvəl İsmayıllı rayonuna gəlmişdir. Uzun illər əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Toxumları dostundan almışdır. Rayona köçdükdən sonra görmüşdür ki, marixuana alıb çəkməyə imkanı yoxdur. Elə bundan sonra çətənə toxumlarını əkməyə qərar vermişdir. O, yaşadığı evin həyətində lobyalar əkmişdir və çətənə toxumlarını lobyaların arxasına səpmişdir. Çətənə toxumlarını əkdikdən sonra qulluq göstərmişdir. Lobyaları suladığı zaman, çətənə toxumlarını da sulamışdır. Çətənə toxumlarını may ayının sonlarında əkmişdir və toxumlar 2-3 ay ərzində yetişmişdir. Toxumlar yetişdikdən sonra yığıb istifadə etməmişdir. Çətənə toxumlarının yetişməyə başlamasını görmüş və bundan bir müddət sonra polis əməkdaşları həyətə baxış keçirməyə gəlmişdirlər. Polis əməkdaşları həyətə baxış keçirən zaman vəkili orada olmamışdır. Həyətə baxış keçirməyə dair polis əməkdaşlarına ərizə vermişdir. Çətənə tərkibli ağacları çıxarıb atmaq istəmişdir. Ancaq xəstə olduğu üçün və əyilə bilmədiyi üçün çıxarıb ata bilməmişdir. Əməlindən peşmandır və yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz kultivasiyası ilə məşğul olması barədə ona məlumat daxil olduğundan, raportla İsmayıllı RPŞ-nin rəisinə məruzə etmişdir. İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradılaraq 30 iyun 2023-cü il tarixdə saat 15 radələrində o, qrupun digər üzvləri birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1, ev 6 ünvanının dəmirdən olan giriş qapısını döyüb Təqsirləndirilən şəxs çağırmışlar. Təqsirləndirilən şəxs qapıya çıxaraq nə baş verdiyini soruşduqda, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz kultivasiyasında şübhəli olduğunu, buna görə də yaşadığı həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını demiş və Təqsirləndirilən şəxs razılığından sonra sonuncunun və dəvət edilmiş aqronomun iştirakı ilə məlum həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində lobya (paxla) və digər tərəvəz bitkiləri əkilmiş şum yeri olmuşdur. Həmin şum yerində paxla bitkiləri ilə dəmir hasar arasında əkilib becərilmiş 25 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Baxış zamanı aqronom Rəşid Zülfüqarlı aşkar edilmiş 25 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini qeyd etmişdir. Həmin bitkilərin ölçüləri müxtəlif olmuşdur. Təqsirləndirilən şəxs baxış zamanı bir daha bildirmişdir ki, həmin bitkilər özünə məxsusdur və tək özü əkib-becərmişdir. Bundan ailə üzvləri və başqa hər hansı kənar şəxslərin xəbəri olmamışdır. Bundan sonra isə bütövlükdə köküstə, yaş halda aşkar edilmiş həmin çətənə bitkiləri götürülüb 1 ədəd kisədə qablaşdırılmış, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmış, İsmayıllı rayon polis şöbəsinin möhürü ilə möhürlənmişdir. Onlar Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik vasitə əkibəkmədiyini soruşduqda sonucu başqa hər hansı yerdə narkotik tərkibli bitki əkmədiyini demişdir. Baxış zamanı başqa hər hansı yerdə çətənə bitkisi və sairə qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış davam etdirilmiş və baxış zamanı başqa hər hansı narkotik vasitə və sairə qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və heç bir ərizə və şikayət daxil olmamış, protokola o, eləcə də digər iştirakçılar imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs İsmayıllı Rayon Polis Şöbəsinə gedəcəyi bildirilmişdir. Həmin gün RPŞ-də şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Verilmiş vəkillərinin siyahısından müstəqil olaraq X2 özünə müdafiəçi seçmişdir. Müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə və sairə qanunsuz əşya aşkar edilməmişdir. Bununla əlaqədar da protokol tərtib edilmiş və o, digər iştirakçılar, o cümlədən İlqarın özü və müdafiəçisi tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs İsmayıllı şəhər sakini kimi əvvəllər tanımamış, onunla heç bir münasibəti və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə xx.xx.1956-cı il təvəllüdlü, İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1 ev 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1 ev 6 ünvanında yerləşən evinin həyətyanı sahəsinə və evinə baxış keçirilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1 ev 6 ünvanında yerləşən evinin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01 iş vər. 13). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları və aqronommütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1 ev 6 ünvanında yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində, evin dəmir hasarı ilə lobya şitillərinin arasında təqribən 50 santimetr enində, 6 metr uzunluğunda qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, təmiz çəkisi 1 kiloqram 205 qram olan, külli miqdar təşkil edən ümumilikdə 25 (iyirmi beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Baxışın əks olunduğu video görüntülər DVD diskə köçürülməklə müvafiq protokola əlavə olunmuşdur (cild 01 iş vər. 14-16). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01 iş vər. 27-28). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, sözügedən həyətyanı sahəyə baxış zamanı dəmir hasarla lobyaların arasında yerləşən xüsusi hazırlanmış yerdə 25 (iyirmi beş) ədəd hündürlüyü 0.24 metrdən 1.2 metrə qədər olan torpaqda əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkarlanmışdır. Həmin bitkilər bellənmiş ərazidə əkilmiş, su verilmiş və narkotik tərkibli bitkiyə oxşar bitkilərin dibləri alaq otlarından təmizlənmiş və beləliklə narkotik tərkibli bitkiyə oxşar 25 ədəd bitkilər aqrotexniki qaydada qulluq edilib becərilmişdir (cild 01, iş vər. 40). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “ İsmayıllı şəhəri Cavanşir küç dalan 1 ev 6 ünvanında baxış keçirən zamanı aşkar edilmiş 25 ədəd bitkilər 01 ədəd kisə torbada qablaşdırıldı. ” yazısı və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 24 sm-dən 120-sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri – 1205,0 qram 25 (iyirmi beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Baş məsləhətçi Rəşid Zülfüqarlının 30 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “ İsmayıllı şəhəri Cavanşir küç dalan 1 ev 6 ünvanında baxış keçirən zamanı aşkar edilmiş çətənə bitkilərinə bənzər bitkilərin olduğu yerdən götürülmüş torpaq nümunəsi 01 ədəd sellofan torbada qablaşdırıldı.” yazısı olan sellofan torbanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə(kannabis) bitkisinin hissəcikləri vardır. Çətənə(kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan onların təqdim olunmuş 25 (iyirmi beş) ədəd çətənə (kannabis) bitkiləri ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmamışdır (cild 01 iş vər, 54- 58). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Mamedov X3 RPŞ-nin X5 azad edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01 iş vər. 93-94). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı ilə) birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 1 ev 6 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 110-111). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, hazırda məhkumluğu yoxdur (cild 01 iş vər, 112-113). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “İsmayıllı RMX” X9 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İsmayıllı şəhər Cavanşir küçəsi dalan 1 ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1956cı il təvəllüdlü Mamedov X3 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Lakin İsmayıllı RMX-nın Poliklinika Şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2011-ci il tarixində “narkomaniya” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. Xəstə xx.xx.2011-ci il tarixindən sonra hazırki dövrədək İsmayıllı RMX-nın Poliklinika Şöbəsinin “Narkoloji” kabinetinə müraciət etmədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vər. 127). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni başqa şəxslərə satması barədə məlumat əldə etmək mümkün olmamışdır (cild 01, iş vər. 158). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş kompleks məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 401 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətində hər hansı pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəni törədərkən anlaqlı vəziyyətdə olmuşdur. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir və hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə və yalan danışmağa meyilli deyildir. Təqsirləndirilən şəxs yaşı və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl, cinayət hadisəsi baş verən zamanı və cinayət hadisəsindən sonra adi psixi-emosional halda olmuşdur (cild 01 iş vər, 161-165). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər, 167). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə fotoçəkilişlə ifadəsi yerində yoxlanılmış və o, ifadənin yerində yoxlanılması zamanı narkotik tərkibli bitkiləri kultivasiya etdiyi yeri bir daha əyani olaraq göstərmişdir. Qeyd olunan istintaq hərəkəti ilə bağlı foto şəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 179-183). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonlarında dəqiq tarixi istintaqa məlum olmayan mənbədən əldə etdiyi və Azərbaycan Respublikasının ərazisində əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan bitki toxumlarını yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, evin dəmir hasarı ilə lobya şitillərinin arasında əkmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin satışı, narkotik vasitənin tapması və yaxud əkib-becərməsi , həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda hərhansı şübhəli şəxslərlə əlaqəsinin, habelə sözügedən ərazidə narkotik tərkibli bitkiləri əkibbecərməkdə köməklik edən, ümumiyyətlə hər hansı əlbir olduğu şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilməsinə baxmayaraq qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək ibtidai istintaq zamanı mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 30 iyun 2023-cü il tarixdə, saat 15:04 dəqiqədən 15:23 dəqiqəyədək İsmayıllı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanuni əsaslarla baxış keçirilməsi və bunun nəticəsində oradan ümumilikdə külli miqdar təşkil edən 25 (iyirmi beş) ədəd, ümumi təmiz çəkisi 1 kiloqram 205 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) kollarının aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində çətənə toxumların əkmiş və bundan sonra əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. Həmçinin o, fərdi yaşayış evinin həyətyanı sahəsində, evin dəmir hasarı ilə lobya şitillərinin arasında aşkar olunaraq götürülmüş 25 (iyirmi beş) ədəd çətənə bitkisini öz istifadəsi üçün əkibbecərdiyini ətraflı şəkildə bildirmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 də 30 iyun 2023-cü il tarixdə, saat 15:04 dən 15:23-dək Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirdiklərini və həmin vaxt oradan ümumilikdə 25 (iyirmi beş) ədəd narkotik tərkibli çətənə (kannabis) kolunu aşkar etdiklərini və baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə məxsus olmasını qeyd etdiyini bildirmişdirlər. Bundan başqa, təqsirləndirilən şəxs İlqar Məmmədov nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də yaşadığı evin həyətyanı sahəsində, evin dəmir hasarı ilə lobya şitillərinin arasında aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün fərdi yaşayış evinin həyətyanı sahəsində, evin dəmir hasarı ilə lobya şitillərinin arasında çətənə toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 25 (iyirmi beş) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 (iyirmi beş) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 67 (altmış yeddi) yaşının olması, təqaüdçü olmasını, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək törətdiyi cinayət əməlindən peşman olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM–in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin epizodik istifadə etmə halları olub, narkotik vasitənin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmamış (əzab çəkmir) və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi – 1202,50 qram olan 25 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd sellofan torbada torpaq nümunəsi və 1 ədəd bel hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34 (otuz dörd) manat 0,55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi – 1202,50 qram olan 25 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd sellofan torbada torpaq nümunəsi və 1 ədəd bel hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov