Məhkəmə qərarları › İş №1(091)-285/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-285/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-285/2024 04.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Ucar rayonunun Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X11 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətlərində yaşadığı arvadı X5 qəsdən sağlamlığına yüngül zərər vurmuş və sonuncunu qısqanclıq zəminində qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdə saat 21 radələrində qeyrirəsmi nikah münasibətlərində olduğu arvadı X1, Ucar rayonunun Qazyan kənd sakini Şahid4 ilə mobil telefonda intim xarakterli söhbətlər etməsini eşitməsindən əsəbiləşərək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı kirayə yaşadıqları Ucar rayonunun Qazyan kəndində yerləşən fərdi yaşayış evində X7 həmin evdən əldə etdiyi dəmir parçası ilə zərbə yetirməklə təpə nahiyəsinin əzilmiş yarası, eləcə də yumruqla zərbə yetirməklə hər iki gözaltı nahiyənin qançırı ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə saat 15 radələrində qeyri-rəsmi nikah münasibətlərində olduğu arvadı X1, Ucar rayonunun Qazyan kənd sakini Şahid4 və tanımadığı digər şəxslərlə intim münasibətdə olub ona xəyanət etməsi qənaətinə gələrək sərxoş vəziyyətdə qisas almaq məqsədi ilə Rəvanə İsmayılovanı öldürmək qərarına gəlib, bu niyyətlə hərəkət etməklə qayınatası X9 məxsus Ucar rayonunun Qazyan kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gəldikdə qardaşı arvadı Şahid1 ilə birlikdə evdən çölə çıxan Rəvanə İsmayılovaya ünvanlı sosial yardım almaq üçün zəruri olan sənədləri təqdim edib əvvəlcədən planlaşdırdığı cinayət hadisəsini realizə etmək və cinayətkar niyyətini həyata keçirməyi asanlaşdırmaq üçün bu an evin qapısında dayanan Şahid1 susadığını bildirərək ona su gətirməsini xahiş etməklə Rəvanə İsmayılovanın tək qalmasına nail olub yaranmış əlverişli şəraitdən istifadə edərək əvvəlcədən yaşadığı evdən əldə edib bel nahiyəsində gizlətdiyi mətbəx bıçağı ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonuncuya xüsusi ağrılar, əzab və iztirab verməsini dərk edib, bunu arzulayaraq ümumilikdə 10 (on) zərbə yetirməklə boynun sol yan səthinin yuxarı 1/3-nin deşilmişkəsilmiş yarası, sol saidin orta 1/3-nin yan səthinin və sağ mil-bilək oynağının ön səthinin üç ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaraları, sol mil-bilək oynağının ön səthinin kəsilmiş yarası, sağ körpücükaltı nahiyənin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, eləcə də döş qəfəsinin sol aşağı iç hissəsinin deşilmiş-kəsilmiş yarası, boynun sağ yan səthinin deşilmiş-kəsilmiş yarası və sağ bazunun orta 1/3-nin iç səthinin və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib X8 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən, yəni CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəvanə İsmayılova ilə qeyri-rəsmi nikah münasibətlərində olmuşdur, Şahid4 isə onun birinci nikahından olan qızı Sevinc Əliyevanın əridir. 4 il bundan əvvəl spirtli içkini tərgitmiş, lakin hadisə baş verən ərəfədə 4-5 gün ərzində yenidən spirtli içki içməyə başlamışdır. O, X17 ilə evli olan zaman Rəvanə İsmayılovanı görmüş və sonuncu ilə ailə qurmağı qərarlaşdlrmışdır. Bundan bir müddət sonra Tünzalə Baxışova bu münasibətdən xəbər tutmuş və ondan ayrılmışdır. Bundan sonra o, Rəvanə İsmayılova ilə birlikdə yaşamağa başlamış, lakin rəsmi nikaha daxil olmamışlar. İlk əvvəllər Rəvanə İsmayılova ilə münasibətləri normal olmuş, lakin 4 il bundan əvvəldən etibarən sonuncunun onunla ər-arvad kimi soyuq rəftar etməsi, bəzi vaxtlarda Bakı şəhərində olan zaman dəfələrlə sonuncuya zəng etdikdə telefonunun məşğul olması və son vaxtlar gecə vaxtı yatması sonuncunun ona xəyanət etməsinə dair onda şübhə yaratmışdır. Sonuncu dəfə 20 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində təmir işi ilə məşğul olan zaman istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsi ilə Rəvanə İsmayılovanın istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsinə zəng etmiş və bu zaman sonuncunun telefonu məşğul olmuşdur. O, dəfələrlə zəng etməsinə baxmayaraq, telefon məşğul olmaqda davam etmiş, bu hal onda şübhə yaratmış və dərhal taksi ilə Ucar rayonunun Qazyan kəndində Rəvanə İsmayılova ilə kirayə yaşadıqları fərdi yaşayış evinə gəlmişdir. O, sakitcə qapıya yaxınlaşdıqda Rəvanə İsmayılovanın mobil telefonla bilmədiyi şəxslə intim xarakterli söhbət etməsinin şahidi olmuş və bu zaman sonuncu onu görərək mobil telefonu söndürüb stolun üzərinə qoymuşdur. Həmin vaxt Rəvanə İsmayılovanın mobil telefonuna zəng gəlmiş və telefonun ekranında Şahid4 adı görünmüşdür. O, Rəvanə İsmayılovaya heç nə olmamış kimi mobil telefonu açmasını demiş, sonuncu da mobil telefonu açmış və zəng edən şəxsin onun ilk evliliyindən olan qızı Sevinc Əliyevanın əri Şahid4 olması ona məlum olmuşdur. Şahid4 mobil telefonda Rəvanə İsmayılovanın yaşadığı fərdi yaşayış evinə gəlib-gəlməməsi ilə bağlı sual vermiş, sonuncu isə Sevinc Əliyeva ilə gəlib-gəlməyəcəyini soruşmuş, Şahid4 isə bir qədər əvvəl danışdıqları kimi tək gələcəyini demişdir. Həmin vaxt o, mobil telefonu əlinə alıb Şahid4 əsəbi halda istehza ilə gəlməsini təklif etmiş və bu zaman sonuncu mobil telefonu söndürmüşdür. Bundan sonra o, əsəbləşərək Rəvanə İsmayılovaya dəmir parçası ilə bir zərbə və sonuncunun burun nahiyəsinə bir yumruq zərbəsi vurmuş, nəticədə sonuncunun həmin nahiyəsindən qan axmağa başlamışdır. Daha sonra evi tərk edib, mobil telefonla Şahid4 zəng etmiş, mobil telefonu qızı Sevinc Əliyeva açmış və o, həmin məsələ ilə bağlı sonuncuya məlumat vermişdir. X27 inanmadığı üçün o, sonuncunun yaşadığı evə gedərək yenidən bu barədə sonuncuya demiş, lakin həmin vaxt Şahid4 və ailə üzvləri onu qovmuşlar. Səhəri gün həmin hadisə ilə bağlı Ucar Rayon Polis Şöbəsinə çağırılmış və izahat vermişdir. Daha sonra Bakı şəhərinə getmiş, 26 iyul 2024-cü il tarixdə axşam vaxtı yenidən Ucar rayonunun Qazyan kəndinə qayıtmış və orada olan kafelərin birində spirtli içki qəbul etmişdir. Bundan sonra o, Rəvanə İsmayılova ilə aralarında olan münaqişədən sonra sonuncunun Ucar rayonunun Qazyan kəndində valideynləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə getmiş və bu zaman orada olan Rəvanə İsmayılova, qardaşı Şahid3, atası Mahmudəli İsmayılov və anası Şahid2 onu döymüşlər. Bundan sonra Şahid3 onu yaşadığı evə gətirmiş və orada olan zaman Rəvanə İsmayılovanın əməlləri ilə bağlı Şahid3 məlumat vermişdir. Daha sonra evin mətbəxindən bıçaq əldə etmiş və qardaşı Şahid5 yaşadığı evə gedərək orada qalmışdır. 28 iyul 2024-cü il tarixdə 00:49 radələrində Şahid4lə Rəvanə İsmayılovanın sonuncunun kirayə yaşadığı fərdi yaşayış evində birlikdə olmalarını hiss etmiş və həmin evə getmişdir. Evə daxil olduqda Rəvanə İsmayılova ilə Şahid4 intim əlaqəyə xarakterik səslərini eşitmiş, otağın qapısını açdıqda adları qeyd olunan şəxslər onu görüb dərhal qaçmışlar və bu səbəbdən də o, yenidən qardaşı Şahid5 yaşadığı evə getmişdir. Bir müddət sonra pivə içkisinin içərisinə araq süzərək içmiş, daha sonra isə Rəvanə İsmayılovanı evdən həyətə çıxarmaq məqsədilə sonuncunun yaşadığı evə gedən zaman ünvanlı sosial yardım əldə etmək üçün zəruri olan sənədləri də özü ilə götürmüş və Rəvanə İsmayılovanın valideynləri ilə birlikdə yaşadığı, Ucar rayonunun Qazyan kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada olan zaman Şahid3 arvadı Şahid1 onu görüb Rəvanə İsmayılovanı çağırmış, sonuncu evi tərk edib çölə çıxmış və o, Rəvanə İsmayılovaya yaxınlaşıb sənədləri təqdim etmişdir. Rəvanə İsmayıova sənədlərə baxan zaman o, öz cinayətkar niyyətini həyata keçirmək istəmiş, lakin Şahid1 orada olduğu üçün o, sonuncunun həmin yerdən uzaqlaşdırıb Rəvanə İsmayılovanı öldürmək üçün şərait yaratmaq məqsədi ilə ona su gətirməsini Şahid1 xahiş etmişdir. Bundan sonra Şahid1 həmin yeri tərk edib evə daxil olduqda o, əvvəlcədən əldə etdiyi bıçağı bel nahiyəsindən çıxarmış və həmin bıçaqla əvvəlcə Rəvanə İsmayılovanın boyun, daha sonra ürək, ardınca isə xatırlamadığı nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Rəvanə İsmayılova ona təpik zərbələri vurub müqavimət göstərməyə çalışan zaman o, sonuncuya zərbə vurmamış, bundan sonra Rəvanə İsmayılovanın qışqırıq səslərinə atası Mahmudəli İsmayılov çölə çıxmış və bu zaman o, həmin yeri tərk edib getmişdir. Daha sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək, bir qədər sonra isə sahə müvəkkili, polis kapitanı Namiq İsgəndərova yaxınlaşıb baş vermiş hadisə ilə bağlı məlumat vermiş və bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Rəvanə İsmayılova onun qızı, Təqsirləndirilən şəxs isə sonuncunun əri olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxslə Rəvanə İsmayılovanın münasibətləri normal olmuş, lakin sonradan Təqsirləndirilən şəxs Rəvanə İsmayılova ilə mübahisə yaratmağa başlamış, sonuncunu xəyanət etməkdə günahlandırmış və döymüşdür. Təqsirləndirilən şəxs spirtli içkilərin aludəçisi olmuş, sonradan tərgitsə də bir müddət sonra yenidən spirtli içki içməyə başlamışdır. Baş vermiş hadisədən 1 həftə əvvəl Təqsirləndirilən şəxs Rəvanə İsmayılovanı döydüyünü eşitmiş, 21 iyul 2024-cü il tarixdə səhər vaxtı Rəvanə İsmayılova onun yaşadığı evə gəlmiş və sonuncu onun təklifi ilə onun evində qalmışdır. Bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs həmin evə gəlmiş, lakin X22 Qarayevə sonuncu ilə birlikdə getməyəcəyini demiş və bundan sonra Təqsirləndirilən şəxs həmin yeri tərk edib getmişdir. 26 iyul 2024-cü il tarixdə axşam vaxtı evdə olan zaman Təqsirləndirilən şəxs içkili və yarıçılpaq vəziyyətdə orya gəlmiş, bir neçə dəfə yıxılmış, bu zaman oğlu Şahid3 Təqsirləndirilən şəxs evə dəvət edərək yemək vermiş, daha sonra isə Şahid3 Təqsirləndirilən şəxs sonuncunun kirayə qaldığı evə aparmış və bundan sonra isə yaşadığı evə qayıtmışdır. 28 iyul 2024-cü il tarixdə saat 15 radələrində evdə olan zaman Rəvanə İsmayılovanın qışqırıq səsini eşidib çölə çıxdıqda Təqsirləndirilən şəxs Rəvanə İsmayılovaya bıçaqla vurduğu son zərbənin şahidi olmuş, həmin vaxt Təqsirləndirilən şəxs onu görüb əlində olan bıçağı evin pilləkənlərinin üzərinə tullamış və həmin yeri tərk etmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs arxası ilə hərəkət etsə də sonradan bunun mənasız olduğunu başa düşüb Rəvanə İsmayılovaya yardım etmək məqsədilə qayıtmış, gəlini Şahid1 ilə birlikdə Rəvanə İsmayılovanın nəbzini yoxladıqda zəif vurduğunu görmüş və dərhal təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə zəng etmişdir. Təxminən 10 dəqiqə sonra təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları oraya gəlmişlər və Rəvanə İsmayılovanı müayinə edərək artıq öldüyünü demişlər. Hazırda Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Mahmudəli İsmayılovla eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs içki içib Rəvanə İsmayılovanı söydüyü, sonuncunu xəyanət etməkdə günahlandırdığı üçün adları qeyd olunan şəxslərin arasında tez-tez mübahisə yaranmış, lakin o, X19 Qarayevə xəyanət etməsinin şahidi olmamışdır. 20 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə Rəvanə İsmayılovanın arasında yenidən mübahisə baş vermiş və həmin vaxt Təqsirləndirilən şəxs Rəvanə İsmayılovanı döyüb xəsarətlər yetirmişdir. Bu səbəbdən 21 iyul 2024-cü il tarixdə Rəvanə İsmayılova onun yaşadığı evə gəlmiş və öldüyü günədək orada yaşamışdır. 26 iyul 2024-cü il tarixdə axşam vaxtı evdə olan zaman Təqsirləndirilən şəxs içkili və yarıçılpaq vəziyyətdə orya gəlmiş, bir neçə dəfə yıxılmış, bu zaman Şahid3 Təqsirləndirilən şəxs evə dəvət edərək yemək vermiş, daha sonra isə Şahid3 Təqsirləndirilən şəxs sonuncunun kirayə qaldığı evə aparmış və bundan sonra isə yaşadığı evə qayıtmışdır. 28 iyul 2024-cü il tarixdə saat 15 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs oraya gəlmiş və özü ilə ünvanlı sosial yardıma dair sənədləri gətirdiyini demişdir. Bundan sonra Rəvanə İsmayılova həmin sənədləri nəzərdən keçirən zaman Təqsirləndirilən şəxs bir stəkan su verməsini ondan xahiş etmiş, o da bu məqsədlə mətbəxə daxil olduqda Rəvanə İsmayılovanın qışqırıq səslərini eşidib yenidən oraya qayıtmış və bu zaman Rəvanə İsmayılovanın bədənindən qanın axmasının şahidi olmuşdur. Həmin vaxt qayınatası Mahmudəli İsmayılov ondan bir addım irəlidə olmuş, daha sonra Təqsirləndirilən şəxs Mahmudəli İsmayılovu görüb qaçmış, sonuncu da Təqsirləndirilən şəxs arxası ilə hərəkət etmiş, lakin bir qədər sonra qayıtmışdır. O, parça ilə Rəvanə İsmayılovanın qan axan nahiyələrini sarımış, bir müddət sonra isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları oraya gəlmişlər və Rəvanə İsmayılovanı müayinə edərək artıq öldüyünü demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır, Rəvanə İsmayılova isə sonununun ikinci arvadı olmuşdur. X15 arasında ancaq qohumluq münasibəti olmuş, Təqsirləndirilən şəxs əsassız olaraq X15 münasibətinin olmasından şübhələnmişdir. 20 iyul 2024-cü il tarixdə arvadı Sevinc Əliyeva ona mərhum Rəvanə İsmayılovanın yaşadı evə getmək istədiyini demiş, o da sonuncuya zəng edərək bu barədə məlumat vermişdir. Bundan təxminən 5 dəqiqə sonra Rəvanə İsmayılovaya evdən çıxmağa hazır olduqlarını bildirmək üçün yenidən zəng etmiş, bu zaman telefona qaynatası Təqsirləndirilən şəxs cavab vermiş, ondan Rəvanə İsmayılova ilə münasibətinin olub-olmamasını soruşmuş, o isə bunu inkar etmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib arvadı Rəvanə İsmayılovaya zərbə vuraraq baş nahiyəsinə xəsarət yetirdiyini demiş, ondan yenidən Rəvanə İsmayılova ilə münasibətinin olub-olmamasını soruşmuş, o isə bunu inkar etmişdir. Bundan sonra Habil Əliyevin təklifinə əsasən Təqsirləndirilən şəxs həmin yeri tərk edib getmiş, bir qədər sonra Şahid2 Rəvanə İsmayılovanın Ucar Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmiş və oraya getmişlər. Orada olan zaman Rəvanə İsmayılovdan xəstəxanadan çıxdıqdan sonra hara getmək istədiyini soruşmuş, sonuncu isə onun yaşadığı evə getmək istədiyini demiş və Rəvanə İsmayılova ilə birlikdə xəstəxanadan çıxıb yaşadığı evə gəlmişlər. 21 iyul 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Rəvanə İsmayılovanı polis şöbəsinə aparmışlar, Təqsirləndirilən şəxs onun barəsində şikayət etdiyi üçün o da növbəti gün polis şöbəsinə gedib izahat vermişdir. 28 iyul 2024-cü il tarixdə saat 16-17 radələrində həmkəndlilərinin deməsinə əsasən Təqsirləndirilən şəxs Rəvanə İsmayılovanı öldürməsi ona məlum olmuş və bu barədə anası, atası və arvadına məlumat vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Rəvanə İsmayılova isə sonuncunun qeyri-rəsmi nikah münasibətində yaşadığı arvadı olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxslə Rəvanə İsmayılovanın arasında mübahisə olmuş və bir neçə dəfə onların Ucar Rayon Polis Şöbəsinə bununla bağlı ərizələri daxil olmuşdur. 28 iyul 2024-cü il tarixdə Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs Rəvanə İsmayılovanı öldürməsini eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 00:22-də Ucar Rayon Mərkəzi Xəstəxanasından Ucar Rayon Polis X2 başın tüklü nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X5 təqdim etdiyi, 20 iyul 2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülən zaman cinayətin aləti olmuş, üzərində qanabənzər ləkələr olan, uzunluğu 42,5 sm, düzbucaq formalı dəmir parçası müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:52-də X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs həmin tarixdə sərxoş vəziyyətdə onun evinə gəlməsi, 1 həftə əvvəl isə onu döyməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 15:10-da Ucar Rayon Mərkəzi Xəstəxanasından Ucar Rayon Polis X3 bıçaqla xəsarət yetirilməsi ilə bağlı daxil olmuş məlumat əsasında həkimlərin hadisənin baş verdiyi getməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 iyul 2024-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 15 radələrində Ucar Rayon Polis Şöbəsindən Ucar Rayon Prokurorluğuna Təqsirləndirilən şəxs X8 öldürməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri X5 valideynlərinin yaşadığı Ucar rayonunun Qazyan kəndində yerləşən fərdi yaşayış evidir. Evin salon otağının mərkəz hissəsində mərhum X5 üzərində gözlə görünən xəsarətlər olan meyiti aşkar edilmişdir. Meyitin baş nahiyəsinin olduğu nöqtənin sağ istiqamətində 70 sm məsafədə, qapının sağ tayının qarşısında, evin aşağıdan yuxarıya doğru üçüncü və dördüncü pilləkənlərində, həmin pilləkənlərin nisbətən sola doğru mərkəz hissələrindən qanabənzər ləkələr, eyni istiqamətdə ikinci pilləkənin sağ kənarı üzərində uzunluğu 25 sm olan, dəstəyi qara rəngli, tiyəsində qanabənzər ləkələr olan bıçaq, “Samsung Galaxy A10” markalı mobil telefon və sənədlər aşkar olunmuş, həmin qanabənzər ləkələr tamponlara hopdurulmaqla, habelə qeyd olunan predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, mərhum X5 meyitinə baxış keçirilmişdir. Meyitin döş qəfəsinin sol aşağı iç hissəsində, ellepsəbənzər formalı, bir ucu iti, digər ucu nisbətən küt, İ-Y qabırğaarası nahiyədə ellepsəbənzər formalı, hamar kənarlı, bir ucu iti, digər ucu nisbətən küt, istiqaməti köndələn yerləşmiş 2x1 sm ölçülü yara, boynun sağ yan səthinin aşağı 1/3-də istiqaməti köndələn-çəp yerləşmiş 2x1 sm ölçülü deşilmiş-kəsilmiş yara, boynun sol yan səthinin yuxarı 1/3-də ellepsəbənzər formalı, istiqaməti köndələn yerləşmiş 2,5x1 sm ölçülü deşilmiş kəsilmiş yara, sağ bazunun orta 1/3-nin iç səthində istiqaməti köndələn-çəp yerləşmiş 5,5x1,5 sm ölçülü, arxa səthində 2,2x1 sm ölçülü dəlib-keçən deşilmiş-kəsilmiş yaralar, sol saidin orta 1/3-nin yan səthində 2,4x1 sm ölçülü yara, sağ mil-bilək oynağının ön səthində iki ədəd ellepsəbənzər və qeyri-düz dördbucaq formalı, müvafiq olaraq 7x2,5 sm və 3x2 sm ölçülü kəsilmiş və kəsilmiş-deşilmiş yaralar, sol mil-bilək oynağının ön səthində ellepsəbənzər formalı 7x2,5 sm ölçülü hamar kənarlı, ucları iti deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, sağ körpücükaltı nahiyədə ellepsəbənzər formalı, hamar kənarlı, bir ucu iti, digər ucu nisbətən küt 2x0,5 sm ölçülü yara olmaqla, ümumilikdə 10 ədəd kəsilmişdeşilmiş, eləcə də təpə nahiyəsinin qranulyasiyalı yarası aşkar edilmişdir. Meyitin əynində olan bir ədəd köynək, bir ədəd qısaqol köynək, bir ədəd retuz və bir ədəd tuman müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək cinayət törətməsi və Ucar rayonunun Qazyan kəndində yerləşən bazarın ərazisində olması barədə məlumat vermiş və həmin yerdə özünü polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, hadisə vaxtı əynində olmuş bir ədəd cins şalvar, üzərində qanabənzər ləkələr olan bir ədəd qısaqol köynək, üzərində olan və özünə məxsus “ColorOS CPH2591” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüş və mobil telefona baxış keçirilən zaman hadisənin baş verdiyi 28 iyul 2024-cü il tarixdə saat 15:17-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış keçirilmişdir. Diskdə səkkiz ədəd fayl olmuşdur. Birinci faylda qeyd edilən mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olması, sonuncunun həmin mobil telefon nömrəsi ilə tanışları, eləcə də mərhum arvadı X10 ilə yazışdığı mesajları müəyyən edilmiş və sonuncu ilə Təqsirləndirilən şəxs yazışmaları konflikt xarakterli, bir-birilərinə nalayiq ifadələrlə dialoqlardan ibarət olmuşdur. İkinci faylda qeyd edilən mobil telefon nömrəsi zərərçəkmiş şəxs Rəvanə İsmayılovanın istifadəsində olması, sonuncunun həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxslə yuxarıda qeyd edilmiş məzmunda mesajları yazdığı müəyyən edilmişdir. Üçüncü faylda Rəvanə İsmayılovanın tanışları ilə iş üçün əhəmiyyət kəsb etməyən məzmunda yazışmaları olmuşdur. Beş, altı və yeddinci fayllarda Təqsirləndirilən şəxs və Rəvanə İsmayılovanın istifadələrində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı göstərilmişdir. Səkkizinci faylda sorğu edilmiş mobil telefon nömrələri üzrə daxil olan və çıxan zəng nömrələrinin abunəçilərinin kimliyi qeyd edilmişdir. Baxış keçirilən zaman hadisə baş verən ərəfədə Təqsirləndirilən şəxslə Rəvanə İsmayılovanın arasında ədavətin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 20 avqust 2024-cü il tarixli 2689/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Həmin spirtin qatılığı 0,5 ‰ olmuşdur. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetmain, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 23 avqust 2024-cü il tarixli 370-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum X7 məxsus narıncı rəngli köynəyin ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd (cəmi 03 (üç) ədəd) və tünd göy rəngli köynəyin ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş və mərhum Rəvanə İsmayılovaya məxsus narıncı rəngli köynəyin arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd kombinə olunmuş 01 (bir) ədəd kənarı kəsilmiş-cırılmış zədə aşkar olundu. Bu zədə əvvəlcə köynəyin həmin nahiyəsinin iti kənara malik hər hansı kəsici əşyanın (alətin) kəsici kənarının təsirindən və sonra köynəyin həmin kənarı kəsilmiş hissəsindən aşağıya doğru kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlməyə xarakterik olmuşdur. Ekspertizaya təqdim edilmiş və mərhum Rəvanə İsmayılovaya məxsus bir ədəd tumanın və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi kəskin deformasiyaya uğradığı üçün mərhum Rəvanə İsmayılovaya məxsus köynəklərin üzərində həmin bıçaqla eksperimental zədələrin yetirilməsi mümkün olmadığından, mərhum Rəvanə İsmayılovaya məxsus geyim əşyalarının üzərində olan zədələrin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə hər hansı fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd şalvarın üzərində hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 avqust 2024-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, X5 meyitində “boynun sol yan səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası, sol saidin orta 1/3-nin yan səthinin və sağ mil-bilək oynağının ön səthinin üç ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaraları, sol mil-bilək oynağının ön səthinin kəsilmiş yarası, sağ körpücükaltı nahiyənin deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, deşici-kəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmiş, həyati, ölümlə birbaşa səbəbli əlaqəsi olan, ölüm baş verməmişdən az əvvəl yetirilmiş və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, habelə “təpə nahiyəsinin qranulyasiyalı yarası” diaqnozu ilə, küt alətin təsirindən 8-10 gün əvvəl əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, eləcə də “döş qəfəsinin sol aşağı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, boynun sağ yan səthinin deşilmiş-kəsilmiş yarası və sağ bazunun orta 1/3-nin iç səthinin və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, deşici-kəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmiş, həyati, ölümlə birbaşa səbəbli əlaqəsi olan, ölüm baş verməmişdən az əvvəl yetirilmiş və dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Mərhumun meyitində onun hamilə olmasını təsdiq edən məhkəmə-tibbi əlamətlər aşkar edilməmişdir. Xəsarətlərin xarakteri, yerləşdiyi nahiyələr, o cümlədən yara kanalının istiqamətinə əsasən xəsarətlərin yetirildiyi zaman mərhumun xəsarət yetirənlə qarşıqarşıya olmasını güman etmək olar. Meyitdən götürülmüş duru qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik vasitələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. Mərhumun ölümünə bilavasitə səbəb ürəyin sol mədəciyinin zədələnməsi, tamponada ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Mərhumun uşaqlıq yolundan, ağız boşluğu və düz bağırsaqdan götürülmüş tamponlarda spermatozoid aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 avqust 2024-cü il tarixli 256 nömrəli rəyindən görünür ki, X10 məhkəmə tibb ekspertizasından keçirilən zaman onda “təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırı” diaqnozu ilə, 20 iyul 2024-cü il tarixdə küt alətin təsirindən əmələ gəlmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 avqust 2024-cü il tarixli 04/09 nömrəli rəyindən görünür ki, X6 aşkar edilmiş “hər iki gözaltı nahiyənin qançırı” xəsarətləri küt alətin, ola bilsin ekspertizaya təqdim edilmiş dəmir parçasının təsirindən əmələ gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 513/2024-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X5 ABO sistemi üzrə qan qrupu AB(H)/İV/-dür. Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarışın surətinə əsasən onun qan qrupu isə B/İİİ/-dür. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 06 ədəd tənzif tampon, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş şalvar və köynək, X5 əynində olmuş ev şalvarı, 2 ədəd köynək və tumanın üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qan mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A”, “B” və “H” antigenləri alındı. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən də zərərçəkmiş şəxs X7 məxsus ola bilər. Lakin hadisə zamanı Balfa (İİİ) qruplu Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun qanının da qarışmış qanının olması inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 07 sentyabr 2024-cü il tarixli 3-13-115/2-18179/2024 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 iyul 2024-cü il tarixdə saat 15 radələrində Ucar rayonunun Qazyan kəndinin ərazisində X5 öldürüldüyü zaman qonşuluqda olan yaşayış evlərində yaşayan şəxslərdən səs-küy eşidən şəxsin olmaması, mərhum Rəvanə İsmayılova ilə Təqsirləndirilən şəxs arasında konfliktli münasibətin olması, Təqsirləndirilən şəxs və Rəvanə İsmayılovanın narkotik vasitə, psixotrop maddə və spirtli içkilərə aludəçiliklərinin olmaması və mərhum Rəvanə İsmayılovanın əvvəllər nikahdan kənar, şəxsiyyəti məlum olmayan kişi cinsli şəxslərlə münasibətinin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 sentyabr 2024-cü il tarixli 01/ə nömrəli rəyindən görünür ki, X5 meyitində aşkar olunmuş “döş qəfəsinin sol aşağı iç hissəsinin ürəyin sol mədəcəyinin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş yarası, sağ körpücükaltı nahiyənin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, boynun sağ yan səthinin aşağı 1/3-nin ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ bazunun orta 1/3-nin iç səthinin bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, boynun sol yan səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası, sol saidin orta 1/3-nin yan səthinin, sağ mil-bilək oynağının ön səthinin, sol mil-bilək oynağının ön səthinin yaraları (cəmi on ədəd) xəsarətlərinin və ekspertizaya təqdim edilmiş bıçağın ölçü göstəriciləri mərhumun bədənində olan xəsarətlərin təqdim edilmiş və ya ona bənzər digər bıçaqların təsirindən törənməsini istisna etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4 və 128-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 134, 120.2.2, 120.2.9 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 128-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən, yəni CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək Rəvanə İsmayılovu qisas almaq niyyəti ilə öldürdüyünü və sonuncunu xüsusi amansızlıqla öldürmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şahidlərin ifadələri, ekspert rəyləri və s.) onun dediklərini tam təkzib edir. Bununla bağlı qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs Rəvanə İsmayılovaya çoxsaylı bıçaq zərbələri vurmaqla çoxlu miqdarda xəsarətlər yetirərək sonuncunu öldürdüyündən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Eyni zamanda nəzərə alınmalıdır ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma CM-in 128-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Rəvanə İsmayılovaya qəsdən zərbələr vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olması onun məhz qəsdən sağlamlığa yüngül zərər vurmasını təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətlərində yaşadığı arvadı X5 qəsdən sağlamlığına yüngül zərər vurmuş və sonuncunu qısqanclıq zəminində qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 120.2.4 və 128-ci maddələri ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır, CM-in 128-ci maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş X10 tərəfindən Ucar Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 21 iyul 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonunun Qazyan kəndində yaşamışdır, 26 iyul 2015-ci ildə doğulmuş oğlu Adil Qarayev, 27 may 2016-cı ildə doğulmuş oğlu Amil Qarayev və 09 iyun 2017-ci ildə doğulmuş qızı Nuray Qarayeva onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X4 rayonunun Qazyan kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar Rayon Qeydiyyat Şöbəsi tərəfindən X23, X24 və X13 adlarına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini isə CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır, CM-in 128-ci maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 28 iyul 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 28-ci bəndinə əsasən, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, CPM-in 160.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üç azyaşlı uşağı – 26 iyul 2015-ci ildə doğulmuş oğlu Adil Qarayev, 27 may 2016-cı ildə doğulmuş oğlu Amil Qarayev və 09 iyun 2017-ci ildə doğulmuş qızı Nuray Qarayevaya nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Ucar Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 avqust 2024-cü il tarixli 18-1-77/2-1013/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 avqust 2024-cü il tarixli 624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, həmin cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur və hal-hazırda da hər hansı psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 avqust 2024-cü il tarixli 18-1-77/2-1013/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrdən hopdurularaq götürülmüş nümunələr, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd qısaqol köynək, X5 əynində olmuş bir ədəd köynək, bir ədəd qısaqol köynək, bir ədəd retuz və bir ədəd tuman, Rəvanə İsmayılovaya məxsus olan “Samsung Galaxy A10” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus olan “ColorOS CPH2591” markalı mobil telefon, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd disk, habelə Təqsirləndirilən şəxs cinayətləri törədərkən istifadə etdiyi bir ədəd bıçaq və bir ədəd dəmir parçası həmin tarixdə maddi sübut qismində tanınmışdır, hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrdən hopdurularaq götürülmüş nümunələr, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd qısaqol köynək, X5 əynində olmuş bir ədəd köynək, bir ədəd qısaqol köynək, bir ədəd retuz və bir ədəd tuman, Rəvanə İsmayılovaya məxsus olan “Samsung Galaxy A10” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus olan “ColorOS CPH2591” markalı mobil telefon və Təqsirləndirilən şəxs cinayətləri törədərkən istifadə etdiyi bir ədəd bıçaq və bir ədəd dəmir parçası Ucar Rayon Prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılır, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Ucar Rayon Prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrdən hopdurularaq götürülmüş nümunələr, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd qısaqol köynək, X5 əynində olmuş bir ədəd köynək, bir ədəd qısaqol köynək, bir ədəd retuz və bir ədəd tuman, habelə Təqsirləndirilən şəxs cinayətləri törədərkən istifadə etdiyi bir ədəd bıçaq və bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X7 məxsus olan “Samsung Galaxy A10” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs məxsus olan “ColorOS CPH2591” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 128ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üç azyaşlı uşağı – 26 iyul 2015-ci ildə doğulmuş oğlu Adil Qarayev, 27 may 2016-cı ildə doğulmuş oğlu Amil Qarayev və 09 iyun 2017-ci ildə doğulmuş qızı Nuray Qarayevaya nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Ucar Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Cinayət iş üzrə maddi sübut olan və Ucar Rayon Prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrdən hopdurularaq götürülmüş nümunələr, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd qısaqol köynək, X5 əynində olmuş bir ədəd köynək, bir ədəd qısaqol köynək, bir ədəd retuz və bir ədəd tuman, habelə Təqsirləndirilən şəxs cinayətləri törədərkən istifadə etdiyi bir ədəd bıçaq və bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X7 məxsus olan “Samsung Galaxy A10” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs məxsus olan “ColorOS CPH2591” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar