Məhkəmə qərarları › İş №1(091)-286/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-286/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-286/2024 04.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25 Hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi ilə, hakimlər Aşurova Günay Raqif qızı (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Ucar rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 43 (qırx üç) ədəd çətənə bitkisi toxumlarını 2024-cü ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Ucar rayonu, Qarabörk kəndi ərazisində meşəlik sahədə torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 43 (qırx üç) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, habelə istintaqa dəqiq məlum olmayan vaxtda Ucar rayonu, Qarabörk kəndi ərazisində əkib yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarını qoparıb qurutmaqla satış məqsədi olmadan əldə etdiyi xeyli miqdarda, yəni 37,04 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq yaşadığı ünvanda saxlamış, 24 iyul 2024-cü il tarixdə saat 08 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndi ərazisində saxlanılaraq çətənə bitkilərini əkdiyi yerə baxış zamanı 5 ədəd torpaqda əkilmiş və 1 ədəd torpaqdan çıxarılmış yaş vəziyyətdə təmiz çəkisi - 510,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri, 1 ədəd torpaqdan çıxarılmış quru vəziyyətdə təmiz çəkisi - 180,0 qram təşkil edən çətənə (kannabis) bitkisi, həmin ərazidən bir qədər kənarda 20 ədəd torpaqda əkilmiş yaş vəziyyətdə təmiz çəkisi - 5415,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri, 16 ədəd torpaqdan çıxarılmış quru vəziyyətdə təmiz çəkisi - 3475,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən ünvana keçirilmiş baxış zamanı evin yataq otağının sol tərəfindəki çarpayının üzərindəki döşəyin altından ayrı-ayrılıqda çəkiləri 0,45 və 5,78 qram təşkil edən 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd rəngli kağız bükümdə, eləcə də sağ tərəfdəki çarpayının üzərində olan döşəyin altından ayrı-ayrılıqda çəkiləri 11,49 qram, 9,60 qram və 9,72 qram təşkil edən 3 ədəd kibrit qutularında satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq yaşadığı ünvanda saxladığı xeyli miqdarda, yəni 37,04 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittiham üzrə qismən - Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təqsirli bilməyərək göstərdi ki, o, meşə ərazisində qoyun otararkən orada çətənə kollarının əkildiyini aşkar etmiş, həmin bitkilərdən bir qədər toplayaraq öz istifadəsi üçün qurutmuşdur. İkinci dəfə yenə çətənə bitkisi toplamaq üçün həmin əraziyə gedəndə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin çətənə kollarını o, əkməmiş, onlara quluq etməmişdir. Polis əməkdaşları onu vurduqları üçün məcbur olub çətənə kollarını guya özünün əkdiyini bildirmişdir. Evindən aşkar olunmuş qurudulmuş marixuana ilə bağlı hissədə özünü tam təqsirli bilir, həmin marixuananı meşədən topladığı çətənə bitkilərini qurutmaqla əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, çətənə bitkilərini kimin əkib qulluq etdiyini bilmir, o həmin bitkiləri hazır vəziyyətdə tapmış, amma bu barədə polisə məlumat verməmiş, onları öz istifadəsi üçün toplamışdır. O, çətənə yarpaqlarını toplamaq üçün həmin yerə gedəndə polis əməkdaşları artıq orada olmuşlar. Çətənə bitkiləri iki ərazidə əkilmiş, həmin ərazilərin arasındakı məsafə çox olmamış, cığırla bir qədər irəli gedəndə görmək mümkün olmuşdur. Polis əməkdaşlarının orada çətənə kolları olması barədə necə məlumat əldə etdiklərini bilmir. Aralarında kollar olduğundan birinci ərazidən ikinci ərazi görünməmiş, ikinci ərazini polislərə o, göstərmişdir. Meşədə çətənə kolları aşkar olunandan sonra polis əməkdaşları onu yaşadığı evə aparmışlar və evində axtarış keçirmişlər. Evində döşəyin altından aşkar olunmuş narkotik vasitələrin hamısı ona məxsus olmuş, onları meşədən özü yığıb qurudaraq saxlamışdır. Təxminən bir il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Saxlanılarkən polis əməkdaşları “sən burada neynirsən?” deyərək onun belindən təpiklə vurmuşlar. Bununla bağlı heç yerə şikayət etməmiş, həmin vaxt heç bir xəsarət almamışdır. Penitensiar müəssisəyə yerləşdirilən zaman həkim müayinəsindən keçirilmiş, amma onda heç bir xəsarət aşkar olunmamışdır. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında kəskin ziddiyyət olduğundan həmin ifadə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, arvadı Gülnaz Qarayevə ilə birlikdə Ucar rayonu Qarabörk kəndində yerləşən evdə yaşamış, uzun müddət narkotik vasitə istifadəçisi olmuşdur. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı evdən təxminən 3-4 km məsafədə yerləşən meşədə bir dəfəlik özü istifadə etməkdən ötrü 43 ədəd narkotik tərkibli çətənə toxumları əkərək həmin toxumları becərmişdir. Belə ki, toxumlardan 7 ədədini bir yerdə, qalan 36 ədədini isə həmin ərazidən bir qədər kənarda əkib mütəmadi olaraq plastik qabla sulayıb diblərini yumşaltmaqla qulluq göstərmiş, bitkilərin bir hissəsi yaxşı inkişaf etsə də, bəziləri inkişaf etməmişdir. Polis tərəfindən saxlanmamışdan təxminən 20 gün əvvəl bitkilərə nəzarət etmək üçün oraya gedəndə 7 ədəd çətənə kollarından yaxşı inkişaf etməyən 1 ədədini kökündən çıxarıb kənara qoymuş, 36 ədəd bitən yerdən isə 16 ədəd yaxşı inkişaf etməyən kolları torpaqdan çıxarıb kənara yığmış, ümumilikdə meşədə bir yerdə torpağa əkilmiş vəziyyətdə 6 ədəd, digər bir yerdə isə torpağa əkilmiş vəziyyətdə 20 ədəd çətənə kolları qalmışdır. Təxminən 1 həftə sonra köklərindən çıxarıb kənara yığdığı bitkilərin yaxşı yerlərini toplayıb yaşadığı evə aparıb əzərək ayrı-ayrılıqda 3 ədəd kibrit qutularına yerləşdirmiş, bir qədərini isə 1 ədəd ağ rəngli kağıza, bir qədərini də rəngli kağıza büküb evin yataq otağında girişdən sağ tərəfdəki çarpayının üzərində olan döşəyin altına, 1 ədəd ağ rəngli kağız bükümdəki və 1 ədəd rəngli kağız bükümdəki marixuanaları girişdən sol tərəfdəki çarpayının üzərində olan döşəyin altına qoymuşdur. 24 iyul 2024-cü il tarixdə, saat 06 radələrində bitkilərə nəzarət etmək üçün meşəyə gedib 6 ədəd çətənə bitkilərindən 1 ədədini kökündən çıxarıb kənara qoymuş, həmin yerdə torpağa əkilmiş vəziyyətdə cəmi 5 ədəd narkotik tərkibli bitkilər qalmışdır. Oradan getmək istəyəndə meşənin avtomobil yolu tərəfdən olan girişində mülki geyimdə olan 2 nəfər yaxınlaşaraq özlərini Ucar rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. O, meşədə narkotik tərkibli bitkilər əkib becərdiyini etiraf etmişdir. Bir qədər sonra polis şöbəsindən müstəntiq və aqronom gəlmişdir. Müstəntiq meşədə narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə soruşduqda narkotik tərkibli bitkilər əkməsini etiraf etmişdir. Saxlanılmasının mahiyyəti, hüquq və vəzifələri izah olunaraq video çəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra bitkiləri əkdiyi yeri göstərməsi təklif olunmuşdur. O, meşənin içərisinə gedən cığırla polis əməkdaşlarını ilk olaraq torpaqda əkilmiş vəziyyətdə qalan 5 ədəd çətənə bitkilərinin olduğu yerə aparmış, koldan təmizlənmiş yerə çatdıqda torpağa əkilmiş vəziyyətdə olan 5 ədəd, 20 gün əvvəl kökündən çıxararaq kənara qoyduğu 1 ədəd, eləcə də həmin gün səhər saatlarında kökündən çıxarıb kolların üzərinə qoyduğu 1 ədəd çətənə bitkisi, eləcə də bitkiləri suladığı plastik qab aşkar edilmişdir. Sorğu edilərkən 7 ədəd çətənə bitkisi əkdiyini, 1 ədədini 20 gün əvvəl, 1 ədədini isə səhər saatlarında kökündən çıxardığını bildirmişdir. Əkilmiş 5 ədəd çətənə bitkiləri köklərindən çıxarılmış, kiçiyinin 93 sm, uzunun isə 1,75 sm olması məlum olmuşdur. Aqronom bitkilərə qulluq göstərilməsini təsdiqləmişdir. O, plastik qabla bitkiləri suvardığını bildirmişdir. 5 ədəd çətənə kolunu 20 gün əvvəl kökündən çıxarıb kənara qoyduğu 1 ədəd, eləcə də həmin gün səhər saatlarında kökündən çıxarıb kolların üzərinə qoyduğu 1 ədəd çətənə bitkisi sintetik kisəyə qablaşdırılıb götürülmüşdür. Eyni zamanda həmin yerdən torpaq nümunəsi götürülərək 1 ədəd sellofana yığılmış, plastik qab da 1 ədəd sellofana qablaşdırılıb möhürlənərək götürülmüşdür. Digər yerdə çətənə kolu əkməsi barədə soruşulduqda bir qədər qarşıda da əkib-becərdiyini bildirərək cığırla koldan təmizlənmiş digər yerdə 36 ədəd çətənə kolları əkdiyi yeri göstərmişdir. 20 ədəd torpaqda əkilmiş vəziyyətdə olan narkotik tərkibli bitkilər kökündən çıxarılıb ölçülərkən kiçiyinin 54 sm, uzunun isə 2,88 sm olması müəyyən edilmiş, aqronom bitkilərə xüsusi qulluq olunduğunu bildirmişdir. Bundan sonra 20 ədəd çətənə kolları sintetik kisəyə yerləşdirilməklə qablaşdırılmışdır. 20 gün əvvəl kökündən çıxardığı 16 ədəd çətənə kolları barədə sorğu edilərkən həmin bitkilərin yararsız olduğundan çıxarıb kənara atdığını, onlardan topladığı hissələri isə evində saxladığını bildirdikdən sonra 16 ədəd çətənə kolları sintetik kisəyə yerləşdirilməklə qablaşdırılmış, həmin yerdən bir qədər torpaq nümunəsi 1 ədəd sellofana qablaşdırılıb götürülmüşdür. Baxış zamanı 2 dəfə videoçəkiliş texniki nasazlıq səbəbindən dayandırılsa da, dərhal bərpa olunaraq qaldığı yerdən davam etdirilmişdir. Polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra baxış keçirilib götürmə yekunlaşdırılmışdır. Ardınca yaşadığı ünvanın küçə qapısının qarşısına gələrək öz razılığı ilə yaşadığı evə və həyətə video çəkilişlə baxış keçirilməsinə başlananda əvvəlcə həyətə baxış keçirilsə də, həyətdən narkotik tərkibli bitki və qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Bundan sonra yaşadığı evə baxış keçiriləndə evdə narkotik vasitə və ya qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif olunmuş, o da yaşadığı evin yataq otağında girişdən sağ tərəfdə olan çarpayının üzərində olan döşəyi qaldırıb 3 ədəd kibrit qutularında olan meşədə əkdiyi çətənə kollarından yığıb topladığı qurudulmuş marixuanaları təqdim etmişdir. 3 ədəd kibrit qutuları polis əməkdaşları tərəfindən otaqdakı stolun üzərinə qoyularaq açılmış və marixuana olması məlum olmuşdur. Başqa haradasa narkotik vasitə və qanunla qadağan olunmuş digər əşya varsa təqdim etməsi təkilf olunsa da, evə baxış keçirilməyəcəyini güman edib həmin otaqda olan girişdən sol tərəfdəki çarpayının üzərindəki döşəyin altında saxladığı 1 ədəd ağ rəngli kağız bükümdəki və 1 ədəd böyük, rəngli kağız bükümdəki marixuanaları təqdim etməyərək başqa yerdə narkotik vasitə olmadığını demişdir. Lakin müstəntiq tərəfindən evə baxış keçirilməsi ilə bağlı göstəriş veriləndə polis əməkdaşları həmin otaqda sol tərəfdəki çarpayının üzərində olan döşəyin altından ilk öncə 1 ədəd böyük rəngli kağız bükümdəki marixuananı, daha sonra isə 1 ədəd ağ rəngli kağız bükümdəki marixuananı aşkar etmişlər. 2 ədəd kağız bükümlər də stolun üzərinə qoyularaq açıldıqda içərilərindən qurudulmuş marixuana aşkar edilmişdir. O, kütlələri yadından çıxdığı üçün təqdim etmədiyini bildirmişdir. İçərilərində qurudulmuş marixuanalar olan 3 ədəd kibrit qutuları, 1 ədəd ağ rəngli kağız büküm və 1 ədəd rəngli kağız büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, qeyd edilən ünvandan başqa heç nə aşkar edilməmiş, baxış yekunlaşdırılmışdır. Bundan sonra Ucar rayon Polis Şöbəsinə gətirilmiş, özünün seçdiyi müdafiəçi Elşən Məcidli ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, polis şöbəsinin Növbətçi Hissəsində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə həyata keçirilsə də üzərindən qanunla qadağan olunmuş əşya və başqa heç nə aşkar edilməmişdir. İstifadə etdiyi “Samsung” markalı mobil telefon 1 ədəd zərfə qablaşdırılaraq götürülmüşdür. Müdafiəçi polis tərəfindən saxlanarkən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması barədə sual verdikdə heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə yekunlaşdırılmışdır (cild 1, iş vərəqi 74-79). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X8 Patrul Xidməti Bölüyünün sürücü polis nəfəri Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndində meşədə narkotik tərkibli bitkiləri əkib qulluq etməsi və yaşadığı evdə qurudulmuş marixuana saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 iyul 2024-cü il tarixdə saat 07 radələrində Ucar rayonu, Qarabörk kəndində meşə ərazisinə getmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs meşəlik ərazisindən çıxan zaman ona yaxınlaşıb onun narkotik vasitələrin kultivasiyasında və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Həmin şəxs narkotik tərkibli bitkiləri əkdiyi yerləri göstərib törətdiyi əməli etiraf etmişdir. Narkotik tərkibli bitkilər iki yerdə əkilmişdi. Birinci əraziyə baxış keçiriləndən sonra, Təqsirləndirilən şəxs özü onları çətənə bitkilərini əkdiyi ikinci əraziyə aparmışdır. Birinci ərazidən 7 ədəd narkotik tərkibli bitki aşkar olunmuş, həmin bitkilərdən ikisi torpaqdan çıxarılmış vəziyyətdə, beş ədədi isə torpaqda əkilmiş vəziyyətdə olmuşdur. Torpaqdan çıxarılmış iki ədəd bitkinin biri quru, digəri isə yaş vəziyyətdə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs kökündən çıxarılmış yaş vəziyyətdə olan çətənə koluna bənzər bitkini həmin gün kökündən çıxardığıını, quru halda olan çətənə bitkisinə oxşar bitkini isə çiçəkləyib yarasız hala düşdüyündən bir qədər əvvəl kökündən çıxarıb oraya atdığını bildirmişdir. Baxış zamanı aqronom bitkilərə dibləri yumşaldılmaqla xüsusi qulluq göstərildiyi bildirilmişdir. Birinci ərazidən plastik qab da aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin plastik qabla çətənə kollarına su verib qulluq göstərdiyini etiraf etmişdir. Aşkar olunmuş çətənə bitkiləri və plastik qab qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş çətənə kollarından başqa kol əkib-əkməməsini soruşduqda sonuncu bir qədər qarşıda da əkdiyini deyərək kolların arasından açılmış xüsusi cığırla bir qədər gedərək sağ tərəfdə torpağa əkilmiş vəziyyətdə 20 ədəd çətənə koluna bənzər kolları, eləcə də kökündən çıxırılaraq qurumuş vəziyyətdə 16 ədəd çətənə koluna bənzər bitkiləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kökündən çıxarılmış kolların çiçəkləyərək yarasız olması səbəbindən 20 gün əvvəl kökündən çıxardığını və onlardan topladığı hissələri yaşadığı evdə saxladığını bildirmişdir. Aqronom tərəfindən bitkilərə baxış keçirilərkən diblərinin yumuşaldılmaqla qulluq göstərilməsi bildirilmişdir. Kollar iki ədəd sintetik kisəyə qablaşdırılaraq götürülmüşdür. Həmçinin çətənə kollarının əkildiyi yerdən torpaq nümunələri də götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndində yerləşən evinə gedərək baxış keçirmişlər. Təqsirləndirilən şəxs evinin həyətindən narkotik tərkibli bitki, eləcə də qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Evin yataq otağına daxil olarkən Təqsirləndirilən şəxs narkotik vasitəni harada saxlaması barədə sual verildikdə, sonuncu yataq otağına sağ tərəfə qoyulmuş çarpayının üzərində olan döşəyi qaldırıb oradan 3 ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutularına baxış keçirilən zaman içərilərində qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Baxış davam etdirildikdə Təqsirləndirilən şəxs həmin otaqda olan digər bir çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altından rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümdən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Baxış davam etdirildikdə həmin otaqdakı çarpayının üzərində qoyulan döşəyin altından 1 ədəd ağ rəngli kağız büküm də aşkar edilmişdir. Həmin bükümün içərisində də qurudulmuş marixuanaya bənzər kütlə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kütlələrin “nəşə” olduğunu, onları meşədə əkdiyi kollardan topladığını bildirmişdir. 3 ədəd kibrit qutusunda, 1 ədəd rəngli kağız bükümdə və 1 ədəd ağ rəngli kağız bükümdə aşkar olunmuş kütlələr bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç fiziki zorakılıq edilməmiş, o, özü sərbəst şəkildə çətənə bitkilərini əkdiyi yerləri göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 və Ucar rayon X8 Patrul Xidməti Bölüyünün komandiri Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Ucar rayon X8 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 tərəfindən həmin Polis Şöbəsinin rəisinə ünvanlanmış 24 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx xxxxxx 1967-ci il tarixdə Ucar rayonunun Qaradağlı kəndində anadan olmaqla Ucar rayonu, Qarabörk kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması, eləcə də Qarabörk kəndi ərazisində narkotik vasitələr əkib-becerməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). Ucar Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli qərarında görünür ki, Ucar rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 100). Baxış keçirilməsi və götürmə haqqında haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 24 iyul 2024-cü il tarixdə, saat 08:34-dən başlayaraq saat 09:27dək olan müddət ərzində Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən meşədə Təqsirləndirilən şəxs göstərdiyi birinci ərazidən 5 ədəd əkilmiş vəziyyətdə, 1 ədəd kökündən çıxarılmış yaş vəziyyətdə və 1 ədəd kökündən çıxarılmış quru halda narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 1 ədəd plastik qab, Təqsirləndirilən şəxs göstərdiyi təxminən 20 metr aralıda yerləşən digər ərazidən isə 20 ədəd torpaqda əkilmiş yaş vəziyyətdə, 16 ədəd isə torpaqdan çıxarılmış quru vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Hər iki ərazidən torpaq nümunələri götürülərək sellofan torbalarda qablaşdırılmışdır. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 14-16). Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən meşədə çətənə kolları əkdiyi yerə baxış keçirilməsi istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskə baxış zamanı müəyyən edilmişdir ki, 24 iyul 2024-cü il tarixdə saat 08:34-dən başlayaraq saat 09:27-dək olan müddət ərzində Ucar rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2, Ucar rayon X8 Patrul Xidməti Bölüyünün komandiri Şahid3, aqronom-mütəxəssis Ağarəhim Tağıyev və video çəkilişi həyata keçirən Ucar rayon X8 Patrul Xidməti Bölüyünün sürücü polis nəfəri Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra narkotik tərkibli bitkiləri harada əkməsi barədə sual verildikdə, sonuncu bitkiləri meşə ərazisində yaxınlıqda əkdiyini deyərək həmin yeri könüllü göstərməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs qarşıda, polis əməkdaşları və mütəxəssis isə arxasınca kolluqların arasından xüsusi açılmış cığırla bir qədər getdikdə meşədə sol tərəfdə açıq yerə torpağa əkilmiş vəziyyətdə 5 ədəd, torpaqdan çıxarılaraq yaş vəziyyətdə kənara atılmış 1 ədəd, eləcə də torpaqdan çıxırılmış halda quru vəziyyətdə 1 ədəd çətənə koluna bənzər bitkilər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kökündən çıxarılmış yaş vəziyyətdə olan çətənə koluna bənzər bitkini həmin gün kökündən çıxardığını, quru halda olan çətənə bitkisinə oxşar bitkini isə çiçəkləyib yararsız hala düşdüyündən bir qədər əvvəl kökündən çıxarıb oraya atdığını bildirmişdir. Bitkilərə baxış keçirən aqronom-mütəxəssis Ağarəhim Tağıyev bitkilərə dibləri yumşaldılmaqla xüsusi qulluq göstərildiyini bildirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs çətənə kolları əkilmiş yerdə olan plastik qabla çətənə kollarına su verib qulluq göstərdiyini etiraf etmişdir. Aşkar edilmiş 5 ədəd çətənə kollarına bənzər kollar kökündən çıxarıldıqdan sonra kiçiyinin 93 sm, uzununun isə 1,74 sm olması müəyyən edilmişdir. Bundan sonra kollar iki ədəd sintetik kisəyə qablaşdırılıb yapışqan lentlə sarınmış, iştirakçıların imzaları ilə təsdiq edilmiş vərəqlə birlikdə Ucar rayon Polis Şöbəsinin 71 №-li möhürü ilə tədiqlənərək bir daha lentlə kisənin üzərinə yapışdırılaraq götürülmüşdür. Eyni zamanda qeyd edilən yerdən bir qədər torpaq nümunəsi 1 ədəd sellofana yığılmaqla götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs dediyi kimi çətənə kollarına su verdiyi 1 ədəd plastik qab 1 ədəd sellofana qablaşdırılıb iştirakçıların imzası ilə təsdiqlənmiş vərəq Polis şöbəsinin 71 №-li möhürü ilə təsdiqlənərək sellofanın üzərinə yapışqan lentlə sarınıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş çətənə kollarına bənzər kollardan başqa kol əkib-əkməməsi soruşulduqda Təqsirləndirilən şəxs bir qədər qarşıda kol əkdiyini bildirib kolların arasından açılmış xüsusi cığırla bir qədər gedərək sağ tərəfdə torpağa əkilmiş vəziyyətdə 20 ədəd çətənə koluna bənzər kollar, eləcə də torpaqdan çıxırılmış halda quru vəziyyətdə bir qədər çətənə koluna bənzər bitkiləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kökündən çıxarılmış kolları çiçəkləyərək yararsız olması səbəbindən kökündən çıxardığını və onlardan topladığı hissələri yaşadığı evdə saxladığını bildirmişdir. Mütəxəssis aqronom tərəfindən bitkilərə baxış keçirilərkən diblərinin yumşaldılmaqla qulluq göstərilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özü də oradan aşkar olunmuş plastik qabla kollara su verdiyini etiraf etmişdir. 20 ədəd çətənə koluna bənzər kollar köklərindən çıxarılaraq ölçüldükdə kiçiyinin 54 sm, uzununun isə 2,88 sm olması məlum olmuşdur. Kollar iki ədəd sintetik kisəyə qablaşdırıldıqda çəkilişdə texniki nasazlıq yaranmış, çəkiliş qaldığı yerdən davam etdirildikdə iştirakçılar tərəfindən etiraz va sair daxil olmamış, iştirakçıların imzası ilə təsdiqlənmiş vərəq Polis şöbəsinin 71 №-li möhüründən istifadə edilməklə kisənin üzərinə yapışqan lentlə sarınmış və kisə götürülmüşdür. Həmçinin orada kökündən çıxırılmış quru halda olan çətənə kollarına bənzər kollar sayılan zaman çəkilişdə texniki nasazlıq baş verdiyi üçün çəkiliş qaldığı yerdən davam etdirildikdə iştirakçılar tərəfindən etiraz va sair daxil olmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs quru vəziyyətdə kökündən çıxırılmış 16 ədəd çətənə kolunu təxminən 20 gün əvvəl çiçəkləyib yararsız hala düşdüyündən çıxarıb oraya atdığını bildirmişdir. 16 ədəd kol iki ədəd sintetik kisəyə qablaşdırılıb yapışqan lentlə sarınaraq iştirakçıların imzaları ilə təsdiq edilmiş vərəqlə birlikdə Ucar rayon Polis Şöbəsinin 71 №-li möhüründən istifadə edilərək bir daha lentlə kisənin üzərinə yapışdırılıb götürülmüşdür. Kollar əkilən yerdən bir qədər torpaq nümunəsi bir ədəd sellofana yığılıb qablaşdırılaraq götürülmüşdür. Aşkar edilib götürülmüş bitki, qab və torpaq nümunləri barədə bir daha ətraflı izah verilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanunsuzluq olub-olmaması barədə sual verildikdə sonuncu heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Yaşadığı ünvana baxış keçirilməsi barədə Təqsirləndirilən şəxs soruşulduqda sonuncu buna etiraz etməmişdir. Bundan sonra baxış keçirilməsi və götürmə haqqında istintaq hərəkəti yekunlaşdırılmışdır (cild 1, iş vərəqi 101- 102) Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Qarabörk kəndində yerləşən evinə baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 24 iyul 2024-cü il tarixdə saat 10:01-dən başlayaraq saat 10:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin yataq otağında olan çarpayının üzərinə qoyulmuş döşəyin altından Təqsirləndirilən şəxs iştirakı ilə 3 ədəd kibrit qutusunda, 1 ədəd rəngli kağız bükümdə və 1 ədəd ağ kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 18-19). Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Qarabörk kəndində yerləşən evinə baxış keçirilməsi istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskə baxış zamanı müəyyən edilmişdir ki, 24 iyul 2024-cü il tarixdə, saat 10:01-dən başlayaraq saat 10:20dək olan müddət ərzində Ucar rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2, Ucar rayon X8 Patrul Xidməti Bölüyünün komandiri Şahid3, mütəxəssis-aqronom Ağarəhim Tağıyev, video çəkilişi həyata keçirən Ucar rayon Polis Şöbəsinin PPXB-nün sürücü polis nəfəri Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun yaşadığı Ucar rayonu Qarabörk kəndində yerləşən evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxışa razı olması barədə Ucar rayon Polis Şöbəsinə yazdığı ərizəni təqdim etdikdən sonra ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirildikdə narkotik tərkibli bitki və sair, eləcə də qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış Təqsirləndirilən şəxs yaşayan mişar daşından tikilmiş bir mərtəbəli evdə davam etdirilərkən evə pilləkənlə çıxıb solda yerləşən yataq otağına daxil olduqda müstəntiq Təqsirləndirilən şəxs narkotik vasitəni harada saxlaması barədə sual verildikdə sonuncu yataq otağına sağ tərəfə qoyulmuş çarpayının üzərində olan döşəyi qaldırıb oradan 3 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin çarpayının ona məxsus olub-olmaması soruşulduqda sonuncu çarpayının ona məxsus olduğunu təsdiq etmişdir. Kibrit qutularına baxış keçirilən zaman içərilərində qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularında olan kütlələrin “nəşə” olduğunu, onları meşədə əkdiyi kollardan topladığını bildirmişdir. Baxış davam etdirildikdə Təqsirləndirilən şəxs həmin otaqda olan digər bir çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altından özü istifadə etdiyini vurğuladığı rəngli kağız bükümü təqdim etmişdir. Baxış zamanı həmin kağız bükümdən də qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kağıza bükülmüş vəziyyətdə aşkar olunan kütləni də meşədə əkdiyi kollarından əldə etdiyini etiraf etmişdir. Baxışın keçirilməsinin davam etdiriləcəyi bildirildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş kütlələrdən başqa heç nə olmadığını bildirsə də, baxış həmin otaqda davam etdirilərkən kağız büküm aşkar olunmuş çarpayının üzərinə qoyulan döşəyin altından bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda onun içərisindən də bir qədər qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni də meşədə əkdiyi kollardan əldə edib döşəyin altına qoyduğunu, baxış zamanı yadından çıxdığı üçün təqdim etmədiyini bildirmişdir. Baxış zamanı aşkar olunanlardan başqa qanunla qadağan edilmiş heç bir şey müəyyən edilməmişdir. Bundan sonra 3 ədəd kibrit qutusunda, 1 ədəd rəngli kağız bükümdə və 1 ədəd ağ kağız bükümdə aşkar olunmuş qurudulmuş marixuanalara bənzər kütlələr bir ədəd zərfə qablaşdırlaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha yaşadığı ünvandan aşkar edilərək zərfə qablaşdırılan kütlələrin nə olması barədə sual verildikdə sonuncu həmin kütlələrin “nəşə” olduğunu etiraf etmişdir. Zərf Ucar rayon Polis Şöbəsinin 71 №-li möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və zərf götürülmüşdür. Təqsirləndirilən şəxs baxışla bağlı vəsatətinin, narazılığının, eləcə də polis tərəfindən hər hansı bir qanunsuzluq olub-olmaması barədə sual verildikdə sonuncu heç bir vəsatət və narazılığının olmadığını, qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi və götürmə haqqında istintaq hərəkəti yekunlaşdırılmışdır (cild 1, iş vərəqi 103-104). X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X4 tərəfindən tərtib edilmiş bitkilərə baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli rəydən görünür ki, Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən meşəyə baxış zamanı ilk olaraq aşkar edilmiş torpağa əkilmiş vəziyyətdə olan hündürlükləri 93 sm-dən 175 sm-dək olan 5 ədəd bitkilərə, yanında olan kökündən çıxarılmış və yaş vəziyyətdə olan 1 ədəd bitkiyə, kökündən çıxarılmış lakin quru vəziyyətdə olan 1 ədəd bitkiyə, həmin yerdən kənarda torpağa əkilmiş vəziyyətdə olan hündürlükləri 54 sm-dən 288 sm-dək 20 ədəd bitkilərə, yanlarında topa halında yığılmış quru halda olan 16 ədəd bitkilərə baxış keçirilərkən həmin bitkilərin yarpaqlarına, gövdələrinə, zoğlarına və iylərinə görə narkotik xassəli çətənə bitkiləri olduğu müəyyən edilmişdir. Həmin çətənə bitkilərinin dibləri yumşaldılmış, vaxtlı-vaxtında suvarılmış, alaqlardan təmizlənmiş vəziyyətdə olmaqla onlara aqrotexniki qaydalara əməl olunaraq qulluq göstərilmişdir (cild 1, iş vərəqi 22) Məhkəmə-bioloji ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16-2-17/659 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində təqdim etdiyi 5 ədəd əkilmiş vəziyyətdə, 1 ədəd çıxarılmış yaş vəziyyətdə və 1 ədəd quru halda bitkilər.” yazısı, adlar və imzalar olan 1 ədəd sintetik kisənin içərisindəki, uzunluqları 93 sm-dən 175 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 510,0 qram olan 6 ədəd və quru vəziyyətdə təmiz çəkisi - 180,0 qram olan 1 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Ucar r. Qarabörk kəndində Təqsirləndirilən şəxs təqdim etdiyi 20 ədəd bitkilər.” yazısı, adlar və imzalar olan 2 ədəd baş-başa keçirilmiş sintetik kisələrdən ibarət sintetik bağlamanın içərisindəki, uzunluqları 54 sm-dən 288 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri - 5415,0 qram olan 20 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Ucar r. Qarabörk kəndində 20 ədəd bitkilərin əkildiyi yerdə kökündən çıxarılmış vəziyyətdə aşkar edilmiş 16 ədəd bitkilər.” yazısı, adlar və imzalar olan 2 ədəd baş-başa keçirilmiş sintetik kisələrdən ibarət sintetik bağlamanın içərisindəki ümumi çəkiləri - 3475 qram olan 16 ədəd quru vəziyyətdə olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 3 ədəd kibrit qutularında, 1 ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd rəngli kağızda olan kütlələr.” yazısı, adlar və imzalar olan bir ədəd zərfin içərisindəki 3 ədəd kibrit qutularında, 1 ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd rəngli kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 11,49 qram, 9,60 qram, 9,72 qram, 0,45 qram və 5,78 qram, ümumi çəkiləri - 37,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş yaş və quru vəziyyətdə olan ümumilikdə 43 ədəd çətənə (kannabis) bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2 ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Ekspert tədqiqatından sonra ümumi çəkisi 510,0 qram olan çətənə bitkilərinin qalıq çəkisi 508,80 qram, ümumi çəkisi 180,0 qram olan çətənə bitkilərinin qalıq çəkisi 179,80 qram, ümumi çəkisi 5415 qram olan çətənə bitkilərinin qalıq çəkisi 5413,0 qram, ümumi çəkisi 3475,0 qram olan çətənə bitkilərinin qalıq çəkisi 3473,0 qram, ümumi çəkisi 37,04 qram olan qurudulmuş marixuananın qalıq çəkisi 36,94 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 34 manat 55 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqi 50-55) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2024-cü il tarixli, 591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlik əlamətləri müşahidə olunmur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi tibbi xarakterli müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır (cild 1, iş vərəqi 171-174). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 oktyabr 2024-cü tarixli 1679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 175). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əkmiş olduğu 43 ədəd çətənə kolları, çətənə kollarına su töküb qulluq edərkən istifadə etdiyi 1 ədəd plastik qab, çətənə kollarının əkildiyi yerdən götürülmüş torpaq nümunələri, eləcə də onun yaşadığı ünvandan aşkar olunmuş 3 ədəd kibrit qutusunda, 1 ədəd ağ kağız bükümdə və 1 ədəd rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar maddi sübut kimi tanınaraq saxlanması üçün Ucar rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs meşə ərazisində əkmiş olduğu çətənə kolları götürülən zaman, eləcə də yaşadığı ünvana baxış keçirilərkən çəkilmiş videogörüntülərin köçürüldüyü iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 111, 115, 187, 215). İş üzrə əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən meşədə külli miqdarda narkotik tərkibli bitkiləri əkib-becərmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olsa da satışı ilə məşğul olmasını, əkmiş olduğu çətənə kollarının toxumlarını əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 190). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Xalq Məhkəməsinin 23 avqust 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 143-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 136-137). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Ucar rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndində yaşadığı müddət ərzində kənd sakinləri və qohum-qonşuları ilə xoş münasibətdə olmuşdur. Təbiətcə sakit insan kimi xarakterizə olunur. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 177). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 5 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar, 16 ədəddən artıq çətənə bitkisi külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkibbecərməməsinə, onlara qulluq göstərməməsinə, həmin bitkiləri hazır vəziyyətdə tapmasına, saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərildiyi üçün həmin bitkiləri özünün əkdiyini boynuna almasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etməsini, həmçinin satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış baxış və götürmə istintaq hərəkətləri, şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərində də Təqsirləndirilən şəxs sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, çətənə bitkilərini əkdiyi yerləri könüllü göstərərək işin halları ilə bağlı səmimi şəkildə ətraflı məlumat verməsi müşahidə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni 43 ədəd əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etməsi ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə əlaqədar ifadəsi yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraatı zamanı bununla bağlı hər hansı orqana şikayət etməmişlər. Təqsirləndirilən şəxsə qarşı qanunazidd davranış göstərilməsi, ona fiziki təzyiq edilməsi barədə məhkəmə araşdırması zamanı hər hansı mötəbər dəlil əldə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 26 iyul 2024-cü il tarixli 258 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik, çapıq və s.) aşkar edilməmişdir (cild 1, iş vərəqi 109). Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ucar Rayon Məhkəməsinin 25 iyul 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqi 37, 96-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Ucar rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan 3 ədəd kibrit qutusunda, 1 ədəd ağ kağız bükümdə və 1 ədəd rəngli kağız bükümdə aşkar olunmuş, ekspert tədqiqatından sonra qalıq çəkisi 36,94 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, ümumi sayı 43 ədəd olan narkotik tərkibli çətənə (kannabis) kolları, çətənə kollarının əkildiyi yerdən götürülmüş torpaq nümunləri və bir ədəd plastik qab məhv edilməli, çətənə kollarının aşkar olunduğu yerə və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 34 manat 55 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: - Ucar rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan 3 ədəd kibrit qutusunda, 1 ədəd ağ kağız bükümdə və 1 ədəd rəngli kağız bükümdə aşkar olunmuş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 36,94 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, ümumi sayı 43 ədəd olan narkotik tərkibli çətənə (kannabis) kolları, çətənə kollarının əkildiyi yerdən götürülmüş torpaq nümunələri və bir ədəd plastik qab məhv edilsin; - Çətənə kollarının aşkar olunduğu yerə və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rafail Əliyev Hakimlər: Günay Aşurova (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar