Məhkəmə qərarları › İş №1(091)-289/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-289/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-289/2025 02.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilir ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə edib saxlamışdır. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1136,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən istintaqla müəyyən edilməyən şəraitdə əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın tərkiblərinə görə eyni olan 6,93 qramını üzərində, 1130,0 (min bir yüz otuz) qramını isə Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığındakı köhnə yaşayış olmayan tikilinin həyətində gizlədərək, saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 10:44-də Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında köhnə yaşayış olmayan tikilinin həyətində həmin külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanadan 6,93 qramını 01 ədəd şəffaf sellofan bükümdə üzərində saxlamaqla piyada hərəkət edən zaman narkotik vasitələri qanunsuz əldə etməkdə və saxlamaqda şübhəli bilindiyinə görə Yevlax Rayon Polis Şöbəsinin (bundan sonra Yexlax RPŞ) polis əməkdaşları tərəfindən saxlanılaraq, həmin gün, saat 10:44-dən saat 10:57-dək olan müddət ərzində Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında videoçəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində üzərindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,93 qram narkotik vasitə qurudulmuş marixuana və Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında köhnə yaşayış olmayan tikilinin həyətində gizlətdiyi bir ədəd rəngli sellofan torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxladığı və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan min bir yüz otuz qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb, götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, narkotik vasitəni kür çayı sahilinə ova gedərkən tapmışdır. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik göy rəngli sellofanda olmuşdur. Üzərində də olmuşdur. İstifadə etmək üçün götürmüşdür. Sellofanda olan narkotik vasitənin çəkisini bilmir. Sellofanı nar ağacının altında gizlətmişdir. Ora dəmir körpüyə yaxındır. Ona təyziq olunmamışdır. Özü narkotik istifadə edəndir, 5-10 manat verib, almışdır. Narkotik vasitəni Bakıdan almışdır. Narkotik vasitə satan şəxsi tanımır. Yevlax Rayon Polis Şöbəsində döyülmüşdür. Etiraf etməsinə baxmayaraq, onu niyə döydüklərini bilmir. Döyülməsilə bağlı heç yerə şikayət etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtdai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həbs olunduğu vaxta qədər ailəsilə birlikdə ünvan 2 evdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, evlidir, əvvəllər məhkum olunmamışdır. Hal-hazırda qeyri-rəsmi evliliyindən himayəsində 7 azyaşlı övladı vardır. Orta məktəb təhsili yoxdur. Özü narkotik vasitələrin istifadəçisidir. Narkotik vasitələrin “nəşə” kimi tanıdığı qurudulmuş marixuana növündən istifadə edir. Şübhəli şəxs kimi tutulmamışdan, təxminən 4-5 gün əvvəl, səhər saatlarında Yevlax şəhəri, Kür çayı sahilinə kirpi ovlamağa getmişdir. Həmin ərazidə kol-kosun arasından 01 ədəd rəngli sellofan torbada sarı rəngli sellofan bükülü tapmış, həmin bükülüyə baxan zaman “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu görmüşdür. Onun bir hissəsini istifadə edib, qalan hissəsini isə şəxsi istifadəsi üçün həmin ərazidə olan köhnə yaşayış olmayan tikilinin həyətində olan nar ağacının altında gizlətmişdir. 15 avqust 2025-ci il tarixdə səhər saatlarında həmin 01 ədəd rəngli sellofan torbada olan qurudulmuş marixuananın üzərindən götürüb, istifadə etmək üçün həmin əraziyə getmişdir. Gizlətdiyi narkotik vasitənin üzərindən bir hissəsini götürmüş, qalan hissəsini isə yenidən nar ağacının altında gizlətmişdir. 01 büküm narkotik vasitəni isə üzərində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Narkotik vasitəni götürüb, yaşadığı evə doğru piyada gəlmək istəyərkən həmin ərazidə Yevlax şəhəri, Kür çayı sahilində köhnə dəmir körpü yaxınlığından piyada gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşları olmasını demişlər. Polis əməkdaşları onun narkotik vasitələri qanunsuz olaraq əldə etməyində və saxlamağında şübhəli olduğunu bildirib, ona hüquq və vəzifələrini izah etmiş və videoçəkilişlə üstünü yoxlamağa başlamışlar. Üzərində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Aşkar olunmuş qurudulmuş marixuana əvvəlcə polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, daha sonra ekspertizaya göndərilməsi üçün 01 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Polis əməkdaşları və o, kağız zərfin üstünü imzalamışlar. Daha sonra öz şəxsi istifadəsi üçün həmin ərazidə olan köhnə yaşayış olmayan tikilinin həyətində nar ağacının altında gizlətdiyi 01 ədəd rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana əvvəlcə polis əməkdaşı tərəfindən elektron əl tərəzisi vasitəsilə çəkilmiş, daha sonra ekspertizaya göndərilməsi üçün 01 ədəd rəngli sellofan torbada üzərində 01 ədəd A4 vərəqə yapışdırılaraq qablaşdırılmış və möhürlənmiş, polis əməkdaşları və o, vərəqənin üstünü imzalamışlar. Daha sonra polis əməkdaşları üstünü yoxlamağa başlamış, lakin üzərindən heç bir qanunsuz əşya və yaxud predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib olunmuş, polis əməkdaşları və o, protokolu imzalarıyla təsdiq etmişlər. Sonra polis əməkdaşları onu Yevlax RPŞ-ya edərək şöbənin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasında baş təhqiqatçı Səddam Əsgərovun xidməti otağında onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilərək, götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, sonra təhqiqatçı tərəfindən kompüter vasitəsilə polislərin onu tutarkən üstündə yoxlama keçirilən zaman aparılmış videoçəkilişə baxış keçirilmişdir. Daha sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və həmin gün polis şöbəsində baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. O, həmin qurudulmuş marixuananı heç kimə satmamış və satmaq məqsədi olmamışdır, özü istifadə etmək üçün üzərində və gizlətdiyi yerdə saxlamışdır (İ cild, i/v 158-161). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, demişdir ki, 15 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və istehlakı barədə Yevlax RPŞ-ya əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı raportla şöbə rəhbərliyinə məruzə etmiş və Şahid2, X1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Şəxsin Yevlax şəhərinin Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazidə olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və istifadə etməsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmamasını soruşanda, o, şalvarının sağ yan cibindən marixuananı çıxararaq, təqdim etmişdir. Sonra narkotiki necə tapdığını, istifadə edib-etmədiyini və. s soruşmuşlar. O da 4-5 gün əvvəl ova gələrkən tapdığını və gizlətdiyini, lazım olanda istifadə etmək üçün oradan götürdüyünü, satışı ilə məşğul olmadığını, kiməsə vermədiyini və narkotik vasitə istifadəçisi olduğunu demişdir. Sonra gizlətdiyini də çıxarıb, təqdim etmişdir. Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilərək, götürülən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd rəngli sellofan torbada qablaşdırılmış və DİN-in 85 nömrəli möhürü ilə möhürlənərək, götürülmüşdür. Şahid daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Ceyhundan narkotik istifadəçisi kimi əvvəllər məlumatları olmuşdur. Özü etiraf etmiş və ona təsir və təzyiq olmamışdır. Şəxsi Kür çayının qırağında saxlamışlar. Evindən aparmamışlar. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 bildirmişdir ki, yaradılmış əməliyyat-istintaq qrupunun tərkibində olmuşdur. Təqsirləndirilən şəxs Kür çayının sahilində piyada gəzərkən saxlamışlar. Saxlayan zaman hüquq və vəzifələri izah olunmuş, saxlanma səbəbi ona deyilmişdir. Üzərinə baxış keçirilən vaxt narkotik vasitə marixuana aşkar edilmişdir. Sonra necə tapdığını, istifadə edib-etmədiyini və.s soruşmuşlar. O da 4-5 gün əvvəl ova gələrkən tapdığını və gizlətdiyini, lazım olanda istifadə etmək üçün oradan götürdüyünü, satışı ilə məşğul olmadığını, kiməsə vermədiyini və narkotik vasitə istifadəçisi olduğunu demişdir. Gizlətdiyini də çıxarıb, təqdim etmişdir. Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilərək, götürülən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd rəngli sellofan torbada qablaşdırılmış və DİN-in 85 nömrəli möhürü ilə möhürlənərək, götürülmüşdür. Şahid2 daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 4-5 gün əvvəl ova gələrkən tapdığını demişdir. Onun hər hansı etirazı olmamışdır. Şəxsin saxlanma tarixi və saatı yadında deyil. Çəxsi Kür çayının sahilində gəzərkən saxlamışlar, evdə yox. Ceyhun evdə saxlanılmasını yalan deyir. Onun saxlanılması videoçəkilişlə olmuşdur. Təqsirləndirilən şəxs barədə onda əməliyyat qeydiyyat işi olmamışdır. Üzərində aşkar olunanları tapdığını, qalan hissəsini isə gizlətdiyini demiş, gizlətdiyini də onlara təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid ifadələrini dinləyib tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid1 və Şahid2 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, birbirilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 15 avqust 2025-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid1 Yevlax RPŞ-nın rəhbərliyinə müraciət edərək, bildirmişdir ki, əməliyyat-axtarış tədbirləri keçirilən zaman narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması,daşınması və istifadəsində şübhəli şübhəli bilinən və ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs 15 avqust 2025-ci ildə, saat 10:44-də Yevlax şəhəri, Kür çayının sahilində”Dəmir körpü” adlanan yerə yaxın yaşayış olmayan yarımtikilinin yaxınlığında saxlanılaraq, üstü yoxlanılmış, sağ yan cibindən şəffaf sellofona bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər bir ədəd kütlə və gizlətdiyi yerdən ağ rəngli naxışlı sellofanın içərisində qurudulmuş marixuanaya bənzər xeyli miqdarda kütlə aşkar edilərək, qablaşdırılmışdır. Göstərilənlərə əsasən, müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 04). Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid1 15 avqust 2025-ci il tarixli digər raportu ilə. Həmin raportda bildirilir ki, xx.xx.1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, naməlum yerdə gizlətməsi, daşıması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Göstərilənlərə əsasən, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunu yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunur (İ cild, i/v 05). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli qərarla. Həmin qərardan müəyyən olunur ki, xx.xx.1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilzis, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs ifşa edilməsi və yaxalanması üçün vaxt məhdudluğu, törədilməsi ehtimal olunan cinayətin qısa müddət ərzində baş verə biləcəyi ehtimallarının mövcudluğu və operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddət ərzində saxladığı narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupu yaradılmış və 24 saat ərzində əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (İ cild, i/v 06). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və gizlətdiyi yerdən götürmə aparılmasına dair 15 avqust 2025-ci il tarixli protokol və həmin tədbirin keçirilməsini özündə əks etdirən videogörüntü ilə. Həmin videogörüntü və protokoldan müəyyən olunur ki, Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən 15 avqust 2025-ci il tarixdə, saat 10:44-dən saat 10:57 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında şübhəli şəxsin üstünü yoxlama və baxış əməliyyat tədbiri keçirilmiş, şübhəli şəxsin üstü yoxlanılarkən Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Qoşqar İsgəndərov tərəfindən “İphone” markalı smartfonla videoçəkiliş aparılmış, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında saxlayaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,93 qram narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü yoxlamış, lakin üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə də hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən 04 ədəd 1 manatlıq pul əsginası aşkar olunmuş, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən yenidən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş qurudulmuş marixuananı, təxminən 4-5 gün bundan əvvəl Yevlax şəhəri, Kür çayı sahilinə ova gedərkən tapdığını, daha sonra həmin kütləni həmin ərazidə olan köhnə yaşayış olmayan tikilinin həyətində nar ağacının altında gizlətdiyini, gizlətdiyi yerdən az-az üzərindən götürərək istifadə etdiyini, öz istifadəsi üçün saxladığını, satmaq və ya kiməsə vermək niyyətinin olmadığını, narkotik vasitəni gizlətdiyi yeri könüllü göstərəcəyini bildirmişdir. Daha sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlənin ekspertiza tədqiqatı üçün elektron tərəzi vasitəsilə çəkilmiş, 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, DİN-in 85 nömrəli möhürü ilə möhürlənmiş, kağız zərfin üstü şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında köhnə yaşayış olmayan tikilinin həyətində nar ağacının altında bir ədəd rəngli sellofan torbanın içərisində gizlətdiyi qurudulmuş marixuananı təqdim edərək, bu barədə heç kimin məlumatı olmadığını, 01 ədəd rəngli sellofan torbada qurudulmuş marixuananı öz istifadəsi üçün gizlədib saxladığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə ekspertiza tədqiqatı üçün elektron əl tərəzisi vasitəsilə çəkilmiş, 01 ədəd rəngli sellofan torbada üzərinə 01 ədəd A4 kağızı yapışdırılaraq qablaşdırılmış, DİN-in 85 nömrəli möhürü ilə möhürlənmiş, həmin sellofan torbanın üzərində olan iştirakçıların və Təqsirləndirilən şəxs adı qeyd olunmuş 01 ədəd A4 kağızın üstü şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır və şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi başa çatdığından əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş sonlandırılmışdır (İ cild, i/v 10-13). Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında 15 avqust 2025-ci il tarixli protokol və buna dair videoçəkilişlə. Həmin videoçəkiliş və protokoldan müəyyən olunur ki, 15 avqust 2025-ci il tarixdə Yevlax RPŞ-nın inzibati binasında Yevlax RPŞ-nın Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Səddam Əsgərovun xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs barədə təqdim olunmuş əşyalara baxış və götürmə keçirilmiş, daha sonra CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında üstünü yoxlama və götürmə keçirilməsinin videogörüntülərini əks etdirən bir ədəd videogörüntüyə kompüter vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuananı təxminən 4-5 gün bundan əvvəl Yevlax şəhəri, Kür çayı sahilinə ova gedərkən tapdığını, daha sonra həmin kütləni həmin ərazidə olan köhnə yaşayış olmayan tikilinin həyətində, nar ağacının altında gizlətməsini, gizlətdiyi yerdə üzərindən az-az götürüb, istifadə etdiyini, öz istifadəsi üçün saxladığını, satmaq və ya kiməsə vermək niyyətinin olmadığını bildirmişdir. Təqdim edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş 01 ədəd şəffaf sellofan bükümə və Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında, köhnə yaşayış olmayan tikilinin həyətində nar ağacının altında 01 ədəd rəngli sellofan torbanın içərisində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, yenidən elektron tərəzidə çəkilmiş, 01 ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, DİNin 85 nömrəli möhürü ilə möhürlənmiş, həmin kağız zərfin üstü şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, daha sonra 01 ədəd rəngli sellofan torbada olan qurudulmuş marixuananın üzərinə 01 ədəd A4 kağızı yapışdırılaraq qablaşdırılmış, DİN-in 85 nömrəli möhürü ilə möhürlənmiş, həmin sellofan torbanın üzərində olan iştirakçıların və Təqsirləndirilən şəxs adı qeyd olunmuş 01 ədəd A4 kağızın üstü şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, i/v 12-14). Diskə baxış keçirilməsi barədə 04 noyabr 2025-ci il tarixli protokollarla. Həmin protokolda göstərilir ki, Yevlax RPŞ-nın İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən 15 avqust 2025-ci il tarixdə, saat 10:44-dən saat 10:57 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında şübhəli şəxsin üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında saxlayaraq, özlərini təqdim etmiş və videoçəkiliş Yevlax RPŞ-nın CAB-ın əməliyyat müvəkkili X3 tərəfindən “İphone” markalı smartfonla aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 6,93 qram narkotik vasitə-qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə də hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən 04 ədəd 1 manatlıq pul əsginası aşkar olunmuş, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən yenidən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş qurudulmuş marixuananı, təxminən 4-5 gün bundan əvvəl Yevlax şəhəri, Kür çayı sahilinə ova gedərkən tapdığını, daha sonra həmin kütləni həmin ərazidə olan köhnə yaşayış olmayan tikilinin həyətində bitmiş nar ağacının altında gizlətməsini, gizlətdiyi yerdən az-az üzərindən götürərək istifadə etdiyini, öz istifadəsi üçün saxladığını, satmaq və ya kiməsə vermək niyyətinin olmadığını, narkotik vasitəni gizlətdiyi yeri könüllü göstərəcəyini bildirmişdir. Daha sonra Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş qurudulmuş marixuanaya bənzər kütlənin ekspertiza tədqiqatı üçün elektron tərəzi vasitəsilə çəkilməsi, 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılması, DİN-in 85 nömrəli möhürü ilə möhürlənməsi, zərfin üstünün şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanması, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında, köhnə yaşayış olmayan tikilinin həyətində bitən nar ağacının altında bir ədəd rəngli sellofan torbanın içərisində gizlətdiyi qurudulmuş marixuananı təqdim etməsi, bu barədə heç kimin məlumatının olmadığı, 01 ədəd rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün gizlədib, saxladığını bildirməsi, daha sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən üşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlənin ekspertiza üçün elektron tərəzi vasitəsilə çəkilməsi, 01 ədəd ağ rəngli sellofan torbada üzərinə A4 kafizı yapışdırılaraq qablaşdırılması, DİN-in 85 nömrəli möhürü ilə möhürlənməsi, daha sonra həmin sellofan torbanın üzərində olan iştirakçıların və Təqsirləndirilən şəxs adı qeyd olunmuş 01 ədəd A4 kağızın üstünün şübhəli şəxs Çeyhun Salmanov və iştirakçılar tərəfindən imzalanması və şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi başa çatdığından aməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkllişin dayandırılması müəyyən olunur (İ cild, i/v 130-131). Diskə baxış keçirilməsi barədə 04 noyabr 2025-ci il tarixli digər protokollarla. Həmin protokolda göstərilir ki, təhqiqatçısı Səddam Əsgərov tərəfindən 15 avqust 2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində olan Yevlax RPŞ-nın inzibati binasında xidməti otağında təqdim olunmuş əşyalara baxış və götürmə keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmişdir. Həmin videogörüntüyə baxış keçirilən zaman CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayının sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında üstünün yoxlanılması və götürmə keçirilməsinin videogörüntülərini əks etdirən bir ədəd videogörüntüyə baxış keçirilməsi, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 4-5 gün bundan əvvəl Yevlax şəhəri, Kür çayının sahilinə ova gedərkən tapdığını, daha sonra həmin kütləni həmin ərazidə olan köhnə yaşayış olmayan tikilinin həyətində olan nar ağacının altında gizlətməsini, gizlətdiyi yerdən az-az üzərindən götürərək istifadə etdiyini, öz istifadəsi üçün saxladığını, satmaq və ya kiməsə vermək niyyətinin olmadığını bildirməsi müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümə və Yevlax şəhəri, Kür çayının sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında, köhnə yaşayış olmayan tikilinin həyətində olan nar ağacının altında bir ədəd rəngli sellofan torbanın içərisində gizlətdiyi qurudulmuş marixuanaya baxış keçirilməsi, yenidən elektron tərəzidə çəkilməsi, 01 ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuananın 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılması, DİN-in 85 nömrəli möhürü ilə möhürlənməsi, həmin kağız zərfin üstünün şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanması, 01 ədəd rəngli sellofan torbada olan qurudulmuş marixuananın üzərinə 01 ədəd A4 kağızının yapışdırılaraq qablaşdırılması və DİN-in 85 nömrəli möhürü ilə möhürlənməsi, həmin sellofan torbanın üzərində olan iştirakçıların və Təqsirləndirilən şəxs adı qeyd olunmuş 01 ədəd A4 kağızının üstünün şübhəli şəxs Təqsirləndirilən şəxs və İştirakçılar tərəfindən imzalanması və təqdim olunmuş əşyalara baxış və götürmə zamanı orada şübhəli şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirak etməsi müəyyən olunmuşdur. Məhkəmə kimyəvi ekspertizasının 15 avqust 2025-ci il tarixli 17/631 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs Salman oğlunun üzərindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki digər zərfin içərisində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 6,93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs Salman oğlunun gizlətdiyi yerdən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki digər bir ədəd sellofan torbada, təmiz çəkisi 1130,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, i/v 44-48). Məhkəmə narkoloji ekspertizanın 13 sentyabr 2025-ci il tarixli 1458 nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 115). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Salman oğlunun qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1136,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən istintaqla müəyyən edilməyən şəraitdə əldə edib, həmin qurudulmuş marixuananın tərkiblərinə görə eyni olan 6,93 qramını üzərində, 1130,0 qramını isə Yevlax şəhəri, Kür çayı sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığındakı köhnə yaşayış olmayan tikilinin həyətində gizlədərək, saxlaması xx.xx.2025-ci il tarixdə, saat 10:44-də Təqsirləndirilən şəxs Yevlax şəhəri, Kür çayının sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında köhnə yaşayış olmayan tikilinin həyətində həmin külli miqdarda qurudulmuş marixuanadan 6,93 qramını üzərində saxlaması və Yevlax şəhəri, Kür çayının sahilində yerləşən “Dəmir körpü” adlanan ərazinin yaxınlığında köhnə yaşayış olmayan tikilinin həyətində gizlətdiyi bir ədəd rəngli sellofan torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxladığı və üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan 1130 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar olunub, götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.1-1-ci maddəsilə tövsif edilməsinə imkan verir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri, baxış keçirilməsi haqqında protokollar, videoçəkilişlər və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.1- 1-ci maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək, onlarla razılaşmaya bilmir. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli PHŞ-3752/2025 nömrəli arayışdan görünür ki, Salmanov X14 RMX-nın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (İ cild, i/v 90). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, ona görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 234.1-1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında isə göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Cinayət işinin materiallarında olan Yevlax ŞİH başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, təqsirləndirilən şəxs Salmanov X14 şəhəri, R.Məmmədov küçəsi, 55 nömrəli evdə yaşayır və himayəsində arvadı X10, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2018ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X12, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü ildə doğulmuş X13 adlı azyaşlı uşaqları vardır. Eyni zamanda, həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə bildirilir ki, Təqsirləndirilən şəxs Salman oğlu göstərilən ünvanda yaşadığı müddətdə qonşularla yaxşı münasibət qurmağa çalışmışdır, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına riayət etməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir. Məhkəmə kollegiyası CM-in 59.1.9 və 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində yeddi azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Təqsirləndirilən şəxsin əməli fərd olaraq narkotik vasitədən istifadə etməklə öz tələbatının ödənilməsinə yönəlsə də, bu cinayət əməli bütövlükdə cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Bundan əlavə, külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəyə cəlb edilməsi narkomaniyanın yayılmasına şərait yaradır. Bu isə insanların fiziki və psixoloji sağlamlığına, ailə institutuna və cəmiyyətin genofonduna təhlükə yaradır. Şəxsin külli miqdarda narkotik əldə etməsi, adətən, güclü asılılıqdan xəbər verir. Bu hal narkotik istifadəsinin davamlı və intensiv xarakter daşımasına, nəticədə fərdin sosial həyatının məhv olmasına gətirib çıxarır. Narkotik asılılığı olan şəxslər maddi ehtiyac səbəbilə oğurluq, soyğunçuluq, dələduzluq kimi digər cinayətləri törətməyə meylli olurlar ki, bu da ümumi cinayətkarlıq səviyyəsini artırır. Satış məqsədi olmasa belə, külli miqdarda narkotik əldə edilməsi narkotiklərin qeyriqanuni istehsal və yayım zəncirinin fəaliyyətini stimullaşdırır və bu sahədə cinayətkar şəbəkələrin möhkəmlənməsinə xidmət edir. Bu cür əməllər dövlətin ictimai təhlükəsizliyin və sağlam həyat tərzinin qorunmasına yönəlmiş tədbirlərini sarsıdır və hüquq-mühafizə sisteminə əlavə yük yaradır. Satış məqsədi olmadan külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi yalnız fərdi deyil, həm də cəmiyyətin təhlükəsizliyinə və sağlam inkişafına qarşı yönəlmiş yüksək ictimai təhlükəli əməl hesab olunur. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.1-1-ci maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs himayəsində yeddi azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət və humanizm prinsiplərinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuş tutulmuş, lakin onun azadlığının faktiki olaraq məhdudlaşdırılması 15 avqust 2025-ci il, saat 10:44-dən hesablanmışdır (İ cild, i/v 16, 29- 30). Ona görə də CPM-in 158.2, 158.2.1, 158.2.4 və 158.6-cı maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. O da qeyd olunmalıdır ki, CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görüldüyündən, cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan əlavə, CPM-in tələblərinə əsasən, maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra xalis çəkisi 1136,71 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs Salman oğlu CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 15 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra xalis çəkisi 1136,71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə otuz dörd manat əlli beş qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs Salman oğluna isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar