Məhkəmə qərarları › İş №1(091)-29/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-29/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-29/2021 05.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X22, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi3 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Zülfüqar oğlu, xx xxxxxx 1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində yeddi azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi evli olmaqla himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi evli və himayəsində səkkiz azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən xx xxx 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə bir qrup şəxs halında qəsdən polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X4 polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə xuliqanlıq niyyəti ilə bir dəfə vurmaqla ona “açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə nahiyəsinin kəskin epidural hematoması, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmişcırılmış yarası, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması” ilə nəticələn həyat üçün təhlükəli olan ağır zərər vuran bədən xəsarəti yetirməklə sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən xx xxx 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis serjantı, Zərərçəkmiş şəxs3 bir dəfə vurub “sağ budun orta 1/3-nin yan səthinin qançırı” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən xx xxx 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis serjantı, Zərərçəkmiş şəxs3 bir dəfə vurub “sol körpücükaltı nahiyənin qançırı” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs4 xx xxx 2020-ci il tarixdə saat 15.00 radələrində Yevlax rayonu Ceyhun Əzizov küçəsi və yaxınlıqda yerləşən küçələrdə yaşayan sakinlər arasında koronavirus pandemiyasının yayılmasının kütləvi hal alması ilə əlaqədar infeksiyanın rayonun digər ərazilərində yayılmasının qarşısının alınması məqsədilə Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən xx xxx 2020-ci il tarixdən tətbiq edilən həmin ərazidə giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə polis əməkdaşları və hərbi qulluqçuların ünvanına nalayiq ifadələr işlədərək yüksək səslə qurulmuş postların dağıdılmasını və məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən onlarla profilaktik söhbətlər aparılmasına və evlərinə qayıtmalarına razı salınmağa cəhd göstərilməsini görüb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərib polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək yerdən götürdüyü daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla, o cümlədən daş parçası ilə həmin vaxt xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar həmin yerə cəlb edilmiş xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi hesab olunan Yevlax Rayon Polis X3 müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs1 bir dəfə vurub “sağ körpücükaltı nahiyəsinin sıyrığı” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona CM-nin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, polis əməkdaşlarına daş atılan zaman orada olmamışdır. Sonradan həmin yerə gələndə hamınının saxlanıldığını görmüşdür. Onu da tutub Gəncə şəhərində yerləşən istintaq təcridxanasına göndərmişlər. Həmçinin bildirmişdir ki, hadisə baş verən gün orada olan gəlinlərinə polis əməkdaşları söz atmış, o da körpü tərəfə getmiş, orada olan polis əməkdaşlarından və hərbçilərdən bu barədə maraqlandıqda həmin şəxslər ona heç kimə söz atmadıqlarını və yaxud söyüb təhqir etmədiklərini bildirmişlər. Həmin vaxt orada 100- 200 nəfər adam olmuşdur. Həmin şəxslər orada yerləşən mağaza tərəfə getmək istəmiş, ancaq polis əməkdaşları tərəfindən buraxılmamışlar. Narazılıq isə onunla bağlı olmuşdur ki, koronavirus pandemiyası ilə bağlı yollar bağlanmış və heç kimi evdən çölə çıxmağa qoymamışlar. Artıq 4 gün idi ki, evdən çölə çıxa bilməmiş, SMS götürüb çıxanda da polis əməkdaşları maneəçilik törətmişlər. Hadisə vaxtı isə heç kəsə daş atmamışdır və heç kimə xəsarət yetirməmişdir. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs3 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi olaraq evlidir və 7 övladı var. Tutulana kimi fərdi qaydada usta kimi işləmişdir. Onların yaşadıqları ərazidə koronavirus infeksiyası geniş yayıldığından xüsusi karantin rejimi tətbiq edilmiş, bu səbəbdən həmin ərazidə şəxslərin yaşadıqları küçələrə giriş-çıxış bağlanılmışdır. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olarkən gəlinləri Gülbahar evə gəlib ağlaya-ağlaya özünün küçədə tanımadığı, polis geyimində olan olan bir nəfər tərəfindən təhqir edilməsini bildirmişdir. Gülbahar özünün körpü tərəfdə söyülməsini dediyi üçün o, körpü tərəfə getmiş, orada olan polis əməkdaşları və hərbçilərdən bu barədə maraqlandıqda həmin şəxslər ona heç kimi söyüb təhqir etmədiklərini bildirmişlər. Bundan sonra o, evə qayıtmışdır. Təxminən 15-20 dəqiqə sonra “Kitay” mağazası adlanan yerdə səs-küy gəlməsini eşidib oraya getmiş, orada olan şəxslərlə birlikdə polis əməkdaşlarına qışqıraraq postların yığışdırılmasını tələb etmişdir. Daha sonra ətrafda olan şəxslər polislərin və hərbçilərin istiqamətinə daş atmağa başlamış, daşları atmaqda məqsəd qoyulmuş postları dağıdıb yola keçmək olmuşdur. Hadisə vaxtı xatırlamadığı şəxslər polis əməkdaşlarına tərəf daş atmışlar. O, orada olan digər polis əməkdaşlarına, həmçinin hərbçilərə heç bir daş atmamışdır. Köməyə əlavə qüvvə gəldikdən sonra onlar dağılmışlar. Bundan sonra Bakı şəhərinə çıxıb getmişdir. Bir neçə gün sonra ona atası Heydəri həbsdən azad edəcəklərini deyib onun gəlmək istədiyini bildirmişlər. xx.xx.2020-ci il tarixdə Bakıdan Yevlaxa gəlmişdir. Daha sonra isə xx.xx.2020-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşı Kərim onun yaşadığı evə gəlmiş və onu evdən götürüb polis şöbəsinə aparmışdır. İlkin ifadəsində Zərərçəkmiş şəxs2 daş atmasını bildirsə də, bununla atasının buraxılacağını düşündüyü üçün belə bir ifadə vermişdir. Hadisə vaxtı nə o fiziki zor tətbiq etmiş, nə də ona qarşı hansısa şəxs tərəfindən fiziki zor tətbiq edilmişdir. Həmin yerə yığışmış şəxslərin də əsas səbəbi küçələrə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və xüsusi karantin rejiminin sonlandırılması olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona CM-nin 221.3, 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə səhər tezdən işə getmək istəmiş, lakin uşağı xəstə olduğundan onu xəstəxanaya aparmışdır. Xəstəxanadan evə qayıtdıqdan sonra küçədə camaatın toplaşdığını görüb həmin tərəfə getmişdir. Polisdən etiraz barədə soruşub məlumat aldıqdan sonra evə qayıtmış və yeməyini yeyib işə getmişdir. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi olaraq evlidir və 7 övladı vardır. Fərdi olaraq fəhləliklə məşğul olmuşdur. Əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə şərti olaraq azadlıqdan məhrum edilmişdir. xx.xx.2020ci il tarixdə arvadı Xatirə ilə birlikdə Yevlax rayon mərkəzi xəstəxanasından evə gedərkən “yolkalıq” deyilən ərazidə, “kitay mağazası” adlanan yerin qarşısında asfalt yola çoxlu sayda onların yaşadıqları ərazidə yaşayan şəxslərin yığıldığını görmüşdür. O, əvvəlcə elə bilmişdir ki, orada kimisə avtomobil vurmuşdur. Həmin günü o, arvadı ilə birlikdə Yevlax rayon mərkəzi xəstəxanasına getmək üçün həmin ərazidə xidmət aparan polis əməkdaşlarından icazə alıb yaşayış yerini tərk etmişdir. Səs-küyü görüb bu vaxt arvadı da həyəcanlanıb qorxmuşdur. Həmin vaxt onlar taksi ilə evə qayıdırmışlar. O, arvadına “qorxma, indi düşüb baxaram görüm nə olub” dedikdən sonra avtomobildən düşüb “kitay” mağazası adlanan dükanın yanına gəlmişdir. Orada bir qadın qışqırmış, danışdıqlarından anlamışdır ki, etirazlarının səbəbi karantin rejiminin sonlanmasını istəmələridir. O da etiraz əlaməti olaraq polis əməkdaşlarından birinə “karantin rejimini sonlandırın, camaatın yolunu açın, qoyun camaat gedib çörək qazansın” demişdir. Bundan sonra istifadə etdiyi “Samsung A10” markalı telefonun videokamerası ilə hadisəni videoqeydə almaq istəmişdir. Həmin vaxt həyəcandan videokameranın başlatma düyməsinə toxunmamışdır. Polis əməkdaşları bir neçə dəfə onlara evlərinə dağılıb getməyi təklif etsələr də, onlar buna əməl etməmiş və yolun açılması üçün etirazlarını davam etdirmişlər. Bir müddət sonra sakitləşib evlərinə getmişlər. Bir neçə gün sonra Bərdə rayonuna getmişdir. Orada Yevlax RPŞ-nin əməkdaşları gəlib onu tapıb Yevlax rayonuna aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 221.3, 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, səs eşidib hadisə yerinə getmişdir. Nahar vaxtı küçədə səs-küy eşidib baxdıqda camaatın toplaşdığını görmüşdür. O, kimdən nə baş verdiyini soruşsa da, məlumat ala bilməmişdir. Həmin vaxt hadisə yerində polis əməkdaşlarını görməmişdir. Orada camaatın çoxluğundan mərkəz tərəfi görə bilmədiyindən, o, mərkəz tərəfə getmiş, orada nə baş verdiyini öyrənməkdən ötrü bir qədər dayandıqdan sonra işə getmişdir. Hadisə yerində daş və ya küt alət istifadə etməmiş və daş atmamışdır. Hadisə yerində Əlini görmüş, Əli də ona oraya yenicə gəldiyini və nə baş verdiyini bilmədiyini demişdir. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, qeyri-rəsmi olaraq evlidir. Qeyri-rəsmi evlilikdən 4 övladı vardır. Fərdi olaraq fəhləliklə məşğul olmuşdur. Məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixdə o, atası ilə birlikdə divar hörən zaman günorta saatlarında onlardan təxminən 200-300 metr məsafədə səs-küy gəlməsini eşitmişdir. Bir müddət öncə həmin ərazidə xüsusi karantin rejimi tətbiq edilmişdir. Yaşadığı küçə və yaxınlığındakı küçələrdə “Covid-19” infeksiyası yoluxmuş şəxslər çox olduğundan həmin ərazidə bariyerlər qoyularaq polis əməkdaşları tərəfindən insanların küçəyə giriş-çıxışına məhdudiyyət qoyulmuşdur. O, səs-küy gələn yerə gedib nə olmasını maraqlanmaq istəmiş və atasını iş başında qoyub səs-küy gələn yerə getmişdir. Oraya çatarkən onlar tərəfdə yaşayan şəxslərin bəzilərinin polis əməkdaşlarına yolu bağlamalarına görə etirazlarını bildirirdiklərini eşitmişdir. Orada olan qadınlar və kişilər qışqıraraq səs-küy salmışlar. O, hadisə yerinə gələrkən orada olan bariyerləri dağıtmışdır, ancaq bundan başqa hər hansı hərəkət etməmiş və polis əməkdaşlarına qarşı da hər hansı fiziki zordan istifadə etməmişdir. Ona sonradan orada baş verənlərlə bağlı videogörüntülər təqdim edilmiş, o, videogörüntüdə özünü görmüşdür. Münaqişə vaxtı əynində boz rəngli köynək və açıq mavi rəngli cins şalvar olmuşdur. Hazırda etdiyi əməldən peşmandır, o, heç kəsə qarşı daşla fiziki zor tətbiq etməmişdir. Sadəcə qışqıraraq etirazını bildirmişdir. Ancaq hər hansı küt alətdən və ya daşdan istifadə etməmişdir. Orada olan şəxslərin tələblərinin nədən ibarət olduğunu dəqiq bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 özünü ona CM-nin 221.3, 315-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, hadisə günü balaca qızını dilənmək üçün Balakən rayonuna qoyub qayıtmışdır. Polislərin yolu bağladıqlarını görmüşdür. Polislər ona xüsusi karantin rejiminin olmasını bildirib girişin olduğunu, ancaq çıxışa icazə verilmədiyini bildirmişlər. O isə polis əməkdaşlarına arvadı Şəkərnazı da götürüb Balakən rayonuna qayıtmalı olduğunu bildirmişdir. Bundan sonra evinə getmişdir. Arvadı Şəkərnaz və kiçik oğlu Heydəri də özü ilə götürüb Yevlax rayonundan özünə məxsus avtomobillə Balakən rayonuna yola düşmüşdür. Əvvəlcə onu polislər buraxmamışlar. O isə kənar tərəfdən keçib gedə bilmişdir. Şəkiyə çatanda ona zəng edərək polis əməkdaşlarına kiminsə daş atdığını, lakin həmin şəxsin kim olmasının məlum olmadığını bildirmişlər. Həmin gün Balakən rayonunda kirayədə qalmışdır. xx xxx 2020-ci il tarixdə Balakəndə kirayədə qaldığı evə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ev sahibinə bir nəfər şəxsin şəklini göstərib Balakən rayonuna həmin adamın narkotik vasitə gətirdiyini bildirmişlər. O da şəkilə baxanda həmin şəxsin oğlu Pərviz olduğunu görmüşdür. O, oğlu Pərvizin ümumiyyətlə Balakən rayonuna gəlmədiyini bildirmişdir. Sonra polis əməkdaşları ona telefonda videoçəkiliş göstərmişlər. O da hadisəni görmüş və hadisə vaxtı orada olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu Yevlax rayonuna aparmışlar. O, Yevlax RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs1 tanımır, Zərərçəkmiş şəxs1 daşla vurmamışdır. Polis əməkdaşı Şahid1 tanımışdır, onun onlarla əvvəldən qərəzliyi olmuşdur. O, hadisə vaxtı ümumiyyətlə orada olmamışdır. Hazırda heç bir cinayət əməli törətmədiyi üçün heç kimlə barışmır, heç bir peşmaçılığı da yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etmiş və həmin ifadəyə uyğun ifadə verməklə göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə koronovirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Yevlax şəhərində “qaraçılar məhəlləsi” adlanan yerdə giriş-çıxışın qarşısını almaq üçün xidmətdə olmuşdur. Həmin tarixdə hərbi qulluqçu Nağızadə ilə birlikdə həmin ərazidə dayanıb nəzarət etmişlər. Saat 14 radələrindən sonra Ş.İ.Xətai küçəsi tərəfdən bir qrup şəxsin gəldiyini görmüşdür. Həmin şəxslər onlara tərəf şüşə qırıntıları atmağa başlamışlar. Polis əməkdaşları gələnə qədər təxminən 200-300 nəfər həmin yerə toplaşaraq yolların bağlanmasına etirazlarını bildirmişlər. Həmin şəxslər hüquqa zidd hərəkətlər edərək asayişi pozmağa başlamış, qadınlar yolda toplaşıb avtomobillərin hərəkətini dayandırmış, eyni zamanda orada olan şəxslər onlara qarşı nalayiq ifadələr işlətmiş, daha sonra geri çəkilib onlara tərəf daş, taxta parçası atmağa başlamışlar. Bunun da nəticəsində xəsarət almışlar. Lakin o, həmin vaxt onlara daş atan şəxsləri tanımamış, sonradan sahə müvəkkili vasitəsilə həmin şəxslər onlara göstərilmiş və o da özünə daş atan şəxsin Təqsirləndirilən şəxs4 olduğunu tanımışdır. Məhkəmə istintaqının sonrakı mərhələlərində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4lə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirsə də, daha sonra məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs4 özünü təqsirli bilmədiyi üçün onunla barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etmiş və həmin ifadəyə uyğun ifadə verməklə göstərmişdir ki, “Covid-19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə 2020-ci ilin may ayının 14-dən etibarən karantin rejimi tətbiq edilmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində xidmətdə olduğu ərazidə yaşayan şəxslərdən bəziləri həmin postun qarşısına toplaşaraq giriş-çıxışa icazə verilmədiyinə görə etirazlarını bildirmiş, onlar həmin şəxslərlə profilaktiki söhbət aparıb yaşadıqları evə qayıtmalarını, xüsusi karantin rejiminin tətbiqinin özləri üçün və rayon ərazisində yaşayan şəxslərin sağlamlığının qorunması məqsədilə zəruri olmasını bildirmişlər. Postun qarşısında toplaşmış şəxslər plastmas bariyerləri kənara çəkib yola çıxaraq yolu bağlamaq istəmiş, bundan sonra isə həmin şəxslər qəflətən əllərinə daş parçaları alaraq onların ünvanına nalayiq ifadələr işlədərək daş atmağa başlamışlar. Onlar digər postlardan kömək çağırmışlar. Polis şöbəsinin və daxili qoşunların əməkdaşları da oraya gəlmişlər. Ancaq kürd millətindən olan şəxslər sakitləşmək bilməyərək daş parçalarını onlara atmağa davam etmişlər. Həmin vaxt atılan daşlardan bir neçəsi onun sinə nahiyəsinə və ayağına dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs2 qanın içində olduğunu görmüş və onu şəxsi avtomobili ilə xəstəxanaya aparmışdır. O, Vasifi xəstəxanaya yerləşdirib hadisə yerinə qayıtdıqda artıq orada vəziyyət stabilləşmiş və kürd millətindən olan şəxslər həmin ərazidən dağılışmışlar. Hadisə baş verən zaman həmin yerdə çoxlu sayda adam olmuş, lakin onu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurduğunu bilmişdir. Hazırda heç bir təqsirləndirilən şəxslə barışmamışdır, onlardan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə etmiş və həmin ifadəyə uyğun ifadə verməklə göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:15 radələrində xidmət aparan zaman Əli və Qulu adlı şəxslər başqa şəxsləri toplayaraq onun olduğu posta yaxınlaşmışlar. Belə ki, həmin şəxslər iki dəfə müxtəlif bəhanələrlə onlara yaxınlaşmışlar. O, həmin vaxt kömək çağırmış və asayişin pozulmasının qarşısı alınmış, həmin şəxslərlə söhbətlər aparılmışdır. Daha sonra yaxınlıqdakı küçədə münaqişə baş verdiyini eşidib qrup şəklində həmin küçəyə daxil olmuşlar. Baş vermiş həmin münaqişə zamanı X35 dayanmadan onlara daş atmış və Qulunun atdığı daşlardan biri ona dəymişdir. Daha sonra huşunu itirmiş və sonradan xəstəxanada ayılmışdır. Hazırda heç bir təqsirləndirilən şəxslə barışmamışdır, onlardan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid2 zərərçəkmiş şəxslərlə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evdə olarkən səs-küy eşidib küçəyə çıxdıqda tanımadığı bir qrup şəxsin polis əməkdaşları və daxili qoşunların hərbçiləri ilə mübahisə etdiyini və kənardan camaatın daş atdığını görmüşdür. Mağazanın qarşısında və yan tərəfində dava olmuşdur. Həmin vaxt polis əməkdaşının başına daş dəyərək xəsarət aldığını görmüşdür. Polis əməkdaşları onu küçədə dayanmağa qoymadıqlarına görə o da həmin yerdən kənarlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən ərazidə yerləşən özünün satıcı işlədiyi marketdə olarkən səs eşidib küçəyə çıxdıqda orada polis əməkdaşlarının olduğunu, qadınların və uşaqların yolun üstündə oturduqlarını görmüşdür. Bu zaman dəmir divarın o biri tərəfindən kimlərsə daş atmağa başlamışdır. Həmin vaxt o, yalnız xəsarət alan polis əməkdaşını görmüş, daşı atan şəxsin kim olduğunu isə görməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadəsində Şahid4 göstərmişdir ki, Yevlax şəhəri Nizami küçəsi ev 257-də yaşayır. “Covid-19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə xx xxx 2020-ci il tarixdən etibarən karantin rejimi tətbiq edilmişdir. Bununla bağlı Yevlax RPŞ-nin və X25 şəhərində yerləşən hərbi hissəsinin hərbiçiləri həmin ərazidə xidmət etmişlər. Həmin ərazidə giriş-çıxış məhdudlaşdırılmışdır. O da həmin ərazidə yerləşən “Ailə” marketdə satıcı işləyir. xx xxx 2020-ci il tarixdə saat təxminən 14:05 radələrində həmin ərazidə satıcı işlədiyi mağazada olarkən küçədən səsküy gəldiyini eşitmişdir. O, mağazadan çıxanda görmüşdür ki, bir qrup şəxs polis əməkdaşları və daxili qoşunların hərbçiləri ilə mübahisə edir. Onlar ərazidə yerləşən bariyerləri sökməyə çalışırdılar. Polis əməkdaşlarından Kərim və Əfqan həmin şəxslərdən qanuna tabe olmağı, ictimai qaydanı pozmamağı tələb etmişlər. Ətrafda olan polis əməkdaşları və daxili qoşunların hərbçiləri həmin şəxslərdən xahiş etmişlər ki, qanuna tabe olsunlar, polislərə, hərbçilərə əl qaldırmasınlar, daş atmasınlar. Həmin bir qrup şəxs polisin qanuni tələblərinə tabe olmamış, polislərə, hərbçilərə daş atmış, ucadan nalayiq söyüşlərlə polisləri, hərbçiləri təhqir etmişlər. Polis əməkdaşları və hərbçilər özlərini qorumaq üçün geri çəkilmişlər. Sonra qarşı tərəfdəki küçədən başqa bir qrup şəxs onlara qoşulmuş və birlikdə polislərə, hərbçilərə daş atmağa başlamışlar. Həmin vaxt atılan daşlardan biri polis əməkdaşlarından birinin başına dəymiş və həmin polis əməkdaşı yerə yıxılmışdır. Həmin polis əməkdaşını avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Həmin şəxslər yenə öz qanunsuz hərəkətlərinə davam etmişlər. Onlar polislərə və hərbçilərə daş atmağa davam etmişlər. Polislər və hərbçilər az olduqları üçün yolun kənarına çəkilmiş, həmin şəxslərdən yenə qanuna tabe olmağı xahiş etmişlər. Ancaq həmin bir qrup şəxs yenə qanunsuz hərəkətlərinə davam etmişlər. Bunu görən ətrafda olan bir neçə nəfər mülki şəxs polislərdən xahiş etmişlər ki, onlara kömək etsinlər, ancaq Əfqan və Kərim adlı polis əməkdaşları qarşıdurma yaranmaması üçün həmin mülki şəxslərə polislərə kömək etməyə icazə verməmişlər. Bir müddət sonra polis şöbəsindən ikinci bir qüvvə hadisə yerinə gəlmişdir. Həmin bir qrup şəxs dəstənin gəldiyini görüb oradan uzaqlaşmışlar. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının qeydiyyatçısı Ağayeva Yevlax Rayon X21 Hissəsinə telefonla məlumat verərək ünvan 4 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin əzilmiş yarası xəsarəti ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini bildirmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis X38 Xidmətinin komandiri, polis mayoru Nicat Əliyev rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edərək bildirmişdir ki, qaraçı millətindən olan şəxslər yaşayan ərazidə COVİD 19 infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə xx.xx.2020-ci il tarixdə karantin tədbirləri keçirilən zaman təxminən 100 nəfərdən ibarət qaraçı millətindən olan şəxslər onlara tərəf daş atmış, həmin vaxt atılan daşlardan biri Yevlax rayon Polis X4 polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 baş nahiyəsinə dəymiş və sonuncu sağ gicgah nahiyəsindən xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri Ceyhun Əzizov küçəsində yerləşən kafenin qarşısındakı yol ayrıcı ilə kəsişmədir. Əraziyə rayon mərkəzindən asfalt yolla gəlinir. Hadisə yerinə baxış zamanı yerdən 01 ədəd ağac parçası, 03 ədəd isə daş parçası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 18-26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “götürmə haqqında” protokoldan və həmin tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Yevlax şəhəri Ceyhun Əzizov küçəsində yerləşən “Ailə market” ərzaq mağazasının müşahidə kameralarının hadisə vaxtı qeydə aldığı görüntülərin əks olunduğu 02 ədəd disk müstəntiq tərəfindən götürülmüş və həmin disklərdə əks olunan görüntülərə baxış keçirilərkən mağazanın qarşısına bir neçə nəfər şəxsin, polis əməkdaşlarının və hərbi qulluqçuların toplaşdığı, həmin ərazidə yaşayan şəxslərin karantin rejimi ilə bağlı Yevlax şəhəri C.Əzizov küçəsindən H.Cavid və Xətai küçələrinə ayrılan yolun giriş hissəsinə qoyulmuş 3 ədəd süni bariyerlərin bir neçə nəfər azyaşlı şəxs tərəfindən dağıdılması, küçəyə toplaşmış bir qrup şəxsin xidmət aparan polis əməkdaşlarına və hərbi qulluqçulara tərəf daş atması, bundan sonra hər iki tərəfin qarşılıqlı olaraq daş atması, mağazada işləyən şəxslərin isə bunu görüb ərzaq məhsullarını çöldən toplayıb içəri yığması və mağazanı bağlaması öz əksini tapır. (cild 01, iş vər. 36-38, 47) Cinayət işinin materiallarında olan xx xxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı X14 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Ülvi Kərimov 2 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs1 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək, küçələrə giriş-çıxışı məhdudlaşdırmaq üçün qoyulmuş süni bariyerləri dağıtdığını və polis əməkdaşlarına tərəf daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 83-84) Cinayət işinin materiallarında olan xx xxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı X14 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Ülvi Kərimov 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs2 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 85-86) Cinayət işinin materiallarında olan xx xxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Şahid5 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Şahid5 2 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs1 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək, küçələrə giriş-çıxışı məhdudlaşdırmaq üçün qoyulmuş süni bariyerləri dağıtdığını və polis əməkdaşlarına tərəf daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 87-88) Cinayət işinin materiallarında olan xx xxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Şahid5 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Şahid5 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs2 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 89-90) Cinayət işinin materiallarında olan xx xxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 Zülfüqar oğluna 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs3 1 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs1 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək küçələrə giriş-çıxışı məhdudlaşdırmaq üçün qoyulmuş süni bariyerləri dağıtdığını və ona daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 87-88) Cinayət işinin materiallarında olan xx xxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X38 Xidməti Bölməsinin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 Zülfüqar oğluna 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs3 2 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs2 göstərib üzərindəki paltarların və üz nahiyəsinin əlamətlərindən tanıyaraq hadisə vaxtı onun orada olduğunu, oraya toplaşmış digər şəxslərlə birlikdə polis əməkdaşlarının ünvanına söyüşlər söyərək ona daş atdığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 89-90) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli, 279 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarət - sağ körpücükaltı nahiyəsinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər. 159-160) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli, 283 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,vətəndaş Zərərçəkmiş şəxs3 Zülfüqar oğlunda aşkar edilmiş xəsarət - sol körpücükaltı nahiyənin, sağ budun orta 1/3-nin yan səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər. 205-206) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş diskə baxış keçirilmişdir. Baxış zamanı “COVİD 19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə, Yevlax şəhəri C.Əzizov küçəsindən H.Cavid və Ş.İ.Xətai küçələrinə ayrılan yolun giriş hissəsində karantin rejimi tətbiqi ilə bağlı 3 ədəd süni bariyerlərin qoyulduğu, həmin ərazidə Yevlax RPŞ-nin əməkdaşlarının və hərbi qulluqçuların xidmət apardığı, oraya toplaşmış bir qrup şəxsin xidmət aparan polis əməkdaşlarını və hərbi qulluqçuları söyüb-təhqir edərək onların üzərlərinə getdiyi öz əksini tapır. Həmçinin videogörüntüdə həmin şəxslərin polis əməkdaşlarına qarşı zor tətbiq etməyə cəhd etdikləri, polis əməkdaşlarının onları nizamintizama dəvət etdiyi, lakin buna baxmayaraq həmin şəxslərin karantin rejiminin tələblərini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb süni bariyerləri dağıtması, Yevlax şəhəri C.Əzizov küçəsinə, asfalt yola çıxaraq hərəkətdə olan avtomobillərin hərəkətinə maneçilik törətmələri, polis əməkdaşlarının həmin şəxslərdən asfalt yolu tərk etmələrini və hüquqa zidd hərəkətlərinə son qoymalarını tələb etmələri öz əksini tapır. Həmin videogörüntüdə əks olunan təqsirləndirilən şəxslərə aid fotoşəkillər çıxarılaraq protokola əlavə edilmişdir. (cild 02, iş vər. 58-61) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Ruhi-əsəb xəstəlikləri Dispanserindən verilən xx.xx.2020-ci il tarixli 343, 345, 346 və 347 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Quliyev X12 şəhər Ruhi-əsəb xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişlər. (cild 02, iş vər. 102-105) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası narkoloji Dispanserindən verilən xx.xx.2020-ci il tarixli 213, 214, 215 və 216 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Quliyev X12 şəhər Rayonlararası narkoloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişlər. (cild 02, iş vər. 110-113) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 267 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət - açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağ təpə nahiyəsinin kəskin epidural hematoması, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmişcırılmış yarası, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması bərk küt alətin, ola bilsin daş parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Ağır zərər vuran xəsarətlərə aid edilir. (cild 02, iş vər. 231-232) Cinayət işinin materiallarında olan xx xxxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis X4 polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs2 4 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs3 göstərib üzdən tanıyaraq münaqişə zamanı onu orada gördüyünü, Təqsirləndirilən şəxs3 münaqişədə fəal iştirak etdiyini, həmçinin qışqıraraq ətrafdakı şəxsləri münaqişəyə səsləyib qızışdırdığını və ona tərəf bir neçə dəfə daş atmasını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 02, iş vər. 269- 271) Cinayət işinin materiallarında olan xx xxxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Şahid1 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs4 göstərib onu əvvəlcədən də ərazidə işlədiyi müddətdə tanıdığını və hadisə günü də Təqsirləndirilən şəxs4 polis əməkdaşlarına qarşı zorakılıq hərəkətləri edən şəxslərin içərisində olmasını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 03, iş vər. 19-21) Cinayət işinin materiallarında olan xx xxxx 2020 tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, Yevlax Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Zərərçəkmiş şəxs1 4 nəfər şəxs tanınma üçün təqdim olunmuş və Zərərçəkmiş şəxs1 3 rəqəmi ilə nömrələnmiş şəxs Təqsirləndirilən şəxs4 göstərib üzdən tanıyaraq münaqişə zamanı onu orada gördüyünü, münaqişədə iştirak edən şəxslərin yanında onu da gördüyünü və Təqsirləndirilən şəxs4 tərəfindən onun istiqamətinə daşlar atıldığını bildirmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 03, iş vər. 22-24) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bakcell MMC”-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrənin xx xxx 2020-ci il tarixdə saat 11:53 radələrindən saat 18:24-radələrinədək “Bakcell” mobil operatorunun Yevlax rayonu ərazisində quraşdırılmış anten cihazlarının əhatə dairəsində olduğu (xüsusilə də saat 15:01-dən 16:32 radələrinədək Yevlax şəhəri H.Əliyev prospektində quraşdırılmış anten cihazının əhatə dairəsində olduğu) öz əksini tapır. (cild 02, iş vər. 216-228) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 492 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 03, iş vər. 146-148) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxslərin məhkəmədə qeyd etdikləri əsas götürülməklə, habelə cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verilməklə sonuncular barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin qeyd etdikləri xüsusatların cinayət işinin materiallarında mövcud olan sübutlarla təsdiq olunmadığı və həqiqəti əks etdirmədiyi qənaətindədir. Əksinə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla məhz təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən cinayətlərin törədilməsi tam təsdiq olunur. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış keçirilməsi ilə, habelə sözügedən diskə “baxış keçirilməsi haqqında” protokola əsasən “COVİD 19” pandemiyasının Yevlax şəhərində ən çox yayıldığı ərazi hesab olunan “qaraçılar məhəlləsi” adlanan ərazidə, Yevlax şəhəri C.Əzizov küçəsindən H.Cavid və Ş.İ.Xətai küçələrinə ayrılan yolun giriş hissəsində karantin rejimi tətbiqi ilə bağlı 3 ədəd süni bariyerlərin qoyulduğu, həmin ərazidə Yevlax RPŞ-nin əməkdaşlarının və hərbi qulluqçuların xidmət apardığı, oraya toplaşmış bir qrup şəxsin xidmət aparan polis əməkdaşlarını və hərbi qulluqçuları söyüb-təhqir edərək onların üzərlərinə getdiyi, həmin şəxslərin polis əməkdaşlarına qarşı zor tətbiq etməyə cəhd etdikləri, polis əməkdaşlarının onları nizamintizama dəvət etdiyi, lakin buna baxmayaraq həmin şəxslərin, o cümlədən təqsirləndirilən şəxslərin karantin rejiminin tələblərini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb süni bariyerləri dağıtması, Yevlax şəhəri C.Əzizov küçəsinə, asfalt yola çıxaraq hərəkətdə olan avtomobillərin hərəkətinə maneçilik törətmələri, polis əməkdaşlarının həmin şəxslərdən asfalt yolu tərk etmələrini və hüquqa zidd hərəkətlərinə son qoymalarını tələb etmələri öz əksini tapır. Bundan əlavə, həm zərərçəkmiş şəxslər, həm də iş üzrə adı keçən şahidlər ibtidai istintaq zamanı tanınmaya təqdim etmə zamanı təqsirləndirilən şəxsləri tanımış və həmin şəxslərin sözügedən hadisə vaxtı orada olmaları, o cümlədən polis əməkdaşlarına qarşı ittihamda əks olunan hərəkətləri etmələrini bir daha təsdiq etmişlər. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında göstərdikləri, o cümlədən müdafiə tərəfinin məhkəmə istintaqı zamanı sərgilədiyi mövqe cinayət işi üzrə mövcud olan və məhkəmə istintaqı zamanı da müəyyən olunan obyektiv həqiqəti əks etdirmədiyindən, habelə cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə təkzib edildiyindən, həmin mövqe əvvəlcədən düşünülmüş müdafiə taktikası olmaqla məsuliyyətdən yayınmağa hesablanmış hərəkətlər kimi qəbul edilməli və onunla razılaşılmamalıdır. Eyni zamanda məhkəmədəki çıxışı zamanı Müdafiəçi5 ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barsində CM-nin 221.3 və 315-ci maddələri ilə ittihamın irəli sürülməsinin düzgün olmadığını bildirmiş, ictimai qaydanın qorunmasını həyata keçirən hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq hərəkətlərinin törədilməsinin CM-nin 221-ci maddəsinin tövsifedici əlamətlərində nəzərdə tutulduğunu və həmin hərəkətlərlə CM-nin 315-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin əhatə olunduğunu, ona görə də, Təqsirləndirilən şəxs2 CM-nin 315-ci maddəsi ilə əlavə ittihamın verilməsinin yanlış olduğunu qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirir ki, ibtidai istintaq orqanının bu hissədə gəldiyi qənaət də doğru olmuş, həmçinin eyni mövqe “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2004-cü il tarixli Plenum qərarında da öz əksini tapmışdır. Belə ki, sözügedən qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə özlərini qismən təqsirli bilmələri barədə verdikləri ifadələrlə yanaşı, məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, tanınmaya təqdim etmə, üzləşdirmə istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl CM-nin 221.3 və 315-ci maddələri, Təqsirləndirilən şəxs4 törətmiş olduğu əməl CM-nin 221.3 və 315-ci maddələri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl CM-nin 221.3 və 315-ci maddələri, Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməl isə CM-nin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən təqsirli şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 51 saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 147-148) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 38 saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 149-150) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 38v saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 151-152) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri R.Məmmədov küçəsi 38b saylı evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 02, iş vər. 153-154) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X27 adlı, xx.xx.2012-ci il təvəllüdlü X15 adlı, xx.xx.2015-ci il təvəllüdlü X36 adlı, xx.xx.2019-cu il təvəllüdlü X5 adlı, xx.xx.2013-cü il təvəllüdlü X6 adlı, xx.xx.2018-ci il təvəllüdlü X7 adlı az yaşlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 Heydər oğlu adlı, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X8 adlı azyaşlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X16 adlı, xx.xx.2016-cı il təvəllüdlü X17 adlı, xx.xx.2009-cu il təvəllüdlü X28 və X23 adlı, xx.xx.2020-ci il təvəllüdlü X37 adlı, xx.xx.2009-cu il təvəllüdlü X18 adlı, xx.xx.2008-ci il təvəllüdlü X19 adlı, xx.xx.2006-cı il təvəllüdlü X24 adlı azyaşlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X9 adlı, xx.xx.2014-cü il təvəllüdlü X20 adlı, xx.xx.2017-ci il təvəllüdlü X2 adlı, xx.xx.2016-cı il təvəllüdlü X10 adlı azyaşlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, Yevlax rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsinə əsasən 03 il azadlıqdan məhrumetmə cəzasına (02 il şərti sınaq) məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, onlar əvvəllər məhkum edilməmişlər. Beləliklə, məhkəmə himayəsində altı azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində səkkiz azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində dörd azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halı, cəzalarını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxslərin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda qeyd edilən əməllərin “Covid 19” pandemiyasının geniş yayıldığı bir zamanda asayişi qorumağa və həmin pandemiyanın daha geniş areala yayılmasının qarşısını almğa çalışan və qanuni tədbirlər çərçivəsində öz fəaliyyətini həyata keçirən polis əməkdaşlarına qarşı törədilməsini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər yalnız təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 54) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 97) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 124) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 02, iş vər. 21) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, xx xxx 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs4 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 195-196) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, xx xxx 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 246-247) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, xx xxx 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 248-249) Cinayət işinin materiallarında olan Yevlax rayon məhkəməsinin qərarından görünür ki, xx xxx 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 75-76) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olmaqla Yevlax rayon prokurorluğunda “Maddi sübutların saxlanılması otağında” saxlanılan bir ədəd ağac parçası və 03 ədəd daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Yevlax rayon prokurorluğunda “Maddi sübutların saxlanılması otağında” saxlanılan bir ədəd ağac parçası və 03 ədəd daş parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar