Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-29/2023 07.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 avqust 1964-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyriləri külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 4091,8 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 46361,118 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1019,6 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 24050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd narkotik vasitə metadon həbini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin 50,818 qramını bir bükümdə qablaşdırıb ağ rəngli sellofan bükümün içərisində olmaqla üzərində, narkotik vasitə heroinin 46310,3 qramını ayrı-ayrılıqda 1004,9 qram, 1004,1 qram, 1005,7 qram, 1008,4 qram, 1007,4 qram, 1003,5 qram, 1009,6 qram, 1006,1 qram, 1016,5 qram, 1004,1 qram, 1006,1 qram, 1007,7 qram, 1004, 9 qram, 1010,1 qram, 1005, 4 qram, 1004 qram, 1004,4 qram, 1007, 7 qram, 965,2 qram, 1004, 4 qram, 1005,9 qram, 1005,5 qram, 1001, 6 qram, 1006,2 qram, 1004, 7 qram, 1003,9 qram, 958,5 qram, 1002 qram, 997,7 qram, 1003,1 qram, 1012,8 qram, 1011,5 qram, 1025,5 qram, 1024 qram, 1020,3 qram, 1020,4 qram, 1010,3 qram, 1016,6 qram, 1020 qram, 1009 qram, 954,6 qram və 5106 qram çəkidə olan hissələrə bölüb qırx iki bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metafetamini ayrıayrılıqda 1023,8 qram, 1036,1 qram, 1011,9 qram və 1020 qram çəkidə olan hissələrə bölüb dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə tiryəki bir bükümdə və qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 1050 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram çəkidə olan hissələrə bölüb iyirmi dörd ədəd bükümdə qablaşdırıb idarə etdiyi “Naz Lifan” markalı, **- BL-*** qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında və arxa yük yerində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 03:30-da Yevlax şəhəri, Heydər Əliyev prospekti 21 ünvanının yaxınlığında özünə məxsus avtomobilin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Yevlax Rayon Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 50,818 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 iyul 2022-ci il tarixdə saat 10:15-də Təqsirləndirilən şəxs məxsus “Naz Lifan” markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilə öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 4091,8 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 1023,8 qram, 1036,1 qram, 1011,9 qram və 1020 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 46310,3 qram çəkidə narkotik vasitə heroin 1004,9 qram, 1004,1 qram, 1005,7 qram, 1008,4 qram, 1007,4 qram, 1003,5 qram, 1009,6 qram, 1006,1 qram, 1016,5 qram, 1004,1 qram, 1006,1 qram, 1007,7 qram, 1004, 9 qram, 1010,1 qram, 1005, 4 qram, 1004 qram, 1004,4 qram, 1007, 7 qram, 965,2 qram, 1004, 4 qram, 1005,9 qram, 1005,5 qram, 1001, 6 qram, 1006,2 qram, 1004, 7 qram, 1003,9 qram, 958,5 qram, 1002 qram, 997,7 qram, 1003,1 qram, 1012,8 qram, 1011,5 qram, 1025,5 qram, 1024 qram, 1020,3 qram, 1020,4 qram, 1010,3 qram, 1016,6 qram, 1020 qram, 1009 qram, 954,6 qram və 5106 qram olmaqla qırx iki ədəd bağlamada, külli miqdarda 1019,6 qram çəkidə narkotik vasitə tiryək bir ədəd bağlamada, külli miqdarda 24050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 1050 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram olmaqla iyirmi dörd ədəd bağlamada və külli miqdarda hər birində 10 ədəd olmaqla 50 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd metadon həbləri dörd ədəd sellofan torbada olmaqla avtomobilin arxa sərnişin oturacağından və arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)- 29/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-in 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o, CM-in həmin maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il əvvəl Bakı şəhərində xəstəxanaların birində müalicədə olarkən İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə tanış olmuş və Baba onun nömrəsini götürmüşdür. Onlar Baba ilə hərdənbir danışmış, belə ki, sonuncu ona SMS-lər yazmışdır. Bir dəfə Baba ondan “iş olsa görə bilərsən?” deyə soruşmuşdur. Babanın ona dediyi işin nə olduğunu o, başa düşmüş və razılıq vermişdir. Danışıqlarına əsasən Babanın dediyi yerdən o, narkotik maddələri götürüb deyəcəyi yerə aparıb gizlətməli imiş. Əvəzində Baba ona 500 manat pul və 50 qram narkotik vasitə olan marixuana verməli imiş. 17 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixə keçən gün Baba ona demişdir ki, Füzuli rayonu ərazisində əvvəli “Araz” la başlayan kənddə magistral yolun kənarında yerləşən dayanacağın arxasındakı arx yerində iki kisədə narkotik maddələr gizlədilmişdir. O, həmin maddələri gedib götürüb hara deyilsə ora aparamalı imiş. O, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində özünə məxsus NAZ Lifan markalı, ** BL *** qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu ərazisinə gedib Babanın dediyi yeri tapmış və dayanacağın arxasında gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr olan kisələri maşının arxa oturacaqlarını da aşağı əyməklə baqaj və salon hissəyə qoyub Yevlax rayonu istiqamətində hərəkətə başlamışdır. Yüklərin yanında sellofan bağlamada bağlı şəkildə narkotik vasitə heroin var imiş ki, o, həmin bağlamanı cibinə qoymuşdur. Təxminən gecə 03 radələrində rayona çatmışdır. Rayonun içində idarəetməni itirib avtomobili divara vurmuşdur. Maşından düşüb bir qədər qarşıda dayandığı zaman saat 03:30 radələrində üç nəfər mülki geyimli şəxs onun idarə etdiyi NAZ Lifan markalı, **-BL- *** nömrəli avtomobilin qarşısında ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Avtomobilin ona məxsus olduğu bilindikdən sonra avtomobil onun iştirakı ilə dayanacağa yerləşdirilmiş və açarlarını o, özündə götürmüşdür. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın yan cibindən bir bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan şalvarın yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, **********575694 nömrəli plastik bank kartı, 81 AZN pul, 2 ədəd mənzil açarı, ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd avtomobil açarı, əynində olan göy rəngli köynəyin sol döş cibindən içində siqaret dənələri olan siqaret qutusu və 01 ədəd alışqan aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüdür. O, verilən suallara cavab olaraq üzərindən aşkar olumuş heroini 2 il əvvəl Bakı şəhərində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Füzuli rayonu ərazisində yol kənarında gizlədilən yerdən deyiləcək ünvana çatdırıb 500 AZN pul qazanmaq və şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə götürdüyünü, özünə məxsus avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ondan ərizə alınmışdır. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə «Naz Lifan» markalı, ** BL *** nömrəli avtomobilin olduğu yerə getmişlər. Avtomobilin saxlanıldığı dayanacaqda yenidən videoçəkilişlə baxış keçirilməsinə başlanılmış, o, üzərində olan açarla açıb avtomobilin yük və arxa salon hissəsində gizlətdiyi 2 ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən narkotik və psixotrop maddələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Hazırda əməlindən peşmandır və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, 4091,8 qram çəkidə psixotrop maddə olan metamfetamin, 46361,118 qram çəkidə narkotik vasitə olan heroin, 1019,6 qram çəkidə narkotik vasitə olan tiryək, 24050 qram çəkidə qurudulmuş marixuana və ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd narkotik vasitə olan metadon həbləri ona məxsus deyildir. O, həmin narkotik vasitələri təxminən 2 il əvvəl Bakı şəhərində xəstəxanaların birində müalicədə olarkən onun yanında yatan digər xəstənin yanına gələn İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə tanış olduqdan bir müddət sonra əldə etmişdir. Onlar Baba ilə hərdənbir danışmış, belə ki, sonuncu ona smslər yazmışdır. Danışıqlarına əsasən Babanın dediyi yerdən o, narkotik maddələri götürüb deyəcəyi yerə aparması müqabilində Baba ona 500 manat pul verəcəkmiş. Bağlamanı götürüb, “Naz Lifan” markalı maşınının arxa yük bölməsinə qoyduqdan bir müddət sonra Yevlax rayonunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunan narkotik vasitələri və psixotrop maddələri satmaq niyyəti olmamış, o, bu işdə sadəcə vasitəçi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zakif oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 8 iyul 2022-ci il tarixdə, saat 03:30 dəqiqədə Yevlax şəhəri, Heydər Əliyev prospekti 21 ünvanının yaxınlığında özünə məxsus ** BL *** nömrəli, «NAZ Lifan» markalı avtomobilin qarşısında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobil isə duracağa yerləşdirilmişdir. Yevlax Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o vəkillə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli, cins şalvarın sol yan cibindən 01 bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon, plastik bank kartı, 81 AZN pul, 2 ədəd mənzil açarı, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobil açarı, əynində olan göy rəngli köynəyin sol döş cibindən içində siqaret dənələri olan siqaret qutusu və 01 ədəd alışqan aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 52 qram təşkil etmişdir. Sonra həmin kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı götürülmüş, digər əşyalar və pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş heroini 2 il əvvəl Bakı şəhərində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Füzuli rayonu ərazisində yol kənarında gizlədilən yerdən deyiləcək ünvana çatdırıb 500 AZN pul qazanmaq və şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə götürdüyünü, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona hər hansı zor tədbiq edilmədiyini, idarə etdiyi sözügedən avtomobillə öz ehtiyatsızlığından idarə etməni itirib yol nəqliyyat hadisəsi törətdib yol kənarında olan bardura və sonra divara deydiyini, nəticədə avtomobilə maddi zərər dəysə də, özünün hər hansı xəsarət almadığını, şikayət və tələbinin olmadığını, polis əməkdaşları tərəfindən onun üçün hər hansı qəza şəraiti yaradılmadığını və avtomobillə təqib edilmədiyini, sözügedən avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı Təqsirləndirilən şəxs ərizə alınmışdır. Bundan sonra şübhəli şəxs, müdafiəçinin və onların iştirakı ilə «Naz Lifan» markalı, ** BL *** nömrəli avtomobilin olduğu yerə getmişlər. Avtomobilin saxlanıldığı dayanacaqda yenidən videoçəkilişlə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərində olan açarla açıb avtomobilin yük və arxa salon hissəsində gizlətdiyi 2 ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən 24 bükümdə narkotik vasitə qurudulmuş marixuana, 42 bükümdə narkotik vasitə heroin, 01 bükümdə narkotik vasitə tiryək, 04 bükümdə psixotrop maddə metamfetamin və 500 ədəd metadon həbi aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 24 kq 250 qram təşkil etmişdir. Daha sonra aşkar olunmuş narkotik və psixotrop maddələr elektron tərəzidə çəkilmişdir. Ardınca aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 Zakif oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid2 Zakif oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop madələrin satış məqsədi ilə əldə edərək Yevlax rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 03:30-da ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri nəticəsində Yevlax şəhəri, H.Əliyev pr. 21 ünvanında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona məxsus Naz Lifan” markalı, ** BL *** nömrəli avtomobil rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 50,818 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 31-34). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Naz Lifan” markalı, ** BL *** nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 35). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının 10:15-də Təqsirləndirilən şəxs məxsus “Naz Lifan” markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilə öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 4091,8 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 1023,8 qram, 1036,1 qram, 1011,9 qram və 1020 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 46310,3 qram çəkidə narkotik vasitə heroin 1004,9 qram, 1004,1 qram, 1005,7 qram, 1008,4 qram, 1007,4 qram, 1003,5 qram, 1009,6 qram, 1006,1 qram, 1016,5 qram, 1004,1 qram, 1006,1 qram, 1007,7 qram, 1004, 9 qram, 1010,1 qram, 1005, 4 qram, 1004 qram, 1004,4 qram, 1007, 7 qram, 965,2 qram, 1004, 4 qram, 1005,9 qram, 1005,5 qram, 1001, 6 qram, 1006,2 qram, 1004, 7 qram, 1003,9 qram, 958,5 qram, 1002 qram, 997,7 qram, 1003,1 qram, 1012,8 qram, 1011,5 qram, 1025,5 qram, 1024 qram, 1020,3 qram, 1020,4 qram, 1010,3 qram, 1016,6 qram, 1020 qram, 1009 qram, 954,6 qram və 5106 qram olmaqla qırx iki ədəd bağlamada, külli miqdarda 1019,6 qram çəkidə narkotik vasitə tiryək bir ədəd bağlamada, külli miqdarda 24050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 1050 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram olmaqla iyirmi dörd ədəd bağlamada və külli miqdarda hər birində 10 ədəd olmaqla 50 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən 500 ədəd metadon həbləri dörd ədəd sellofan torbada olmaqla avtomobilin arxa sərnişin oturacağından və arxa yük yerindən aşkar edilərək götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 37-40). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3882 №li saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçüm №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketin və iki ədəd narıncı rəngli sintetik torbada olan, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 50,818 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sintetik torbada dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1023,8 qram, 1036,1 qram, 1011,9 qram, 1020 qram olmaqla ümumi təmiz çəkisi 4091,8 qram olan ağ rəngli kristallik maddə xarici görünüş elementlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, psixotrop maddə olan metamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1019,6 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş ümumi sayı 500 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 20 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçüm №7” dairəvi möhür əksi olan torbada 42 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1004,9 qram, 1004,1 qram, 1005,7 qram, 1008,4 qram, 1007,4 qram, 1003,5 qram, 1009,6 qram, 1006,1 qram, 1016,5 qram, 1004,1 qram, 1006,1 qram, 1007,7 qram, 1004, 9 qram, 1010,1 qram, 1005, 4 qram, 1004 qram, 1004,4 qram, 1007, 7 qram, 965,2 qram, 1004, 4 qram, 1005,9 qram, 1005,5 qram, 1001, 6 qram, 1006,2 qram, 1004, 7 qram, 1003,9 qram, 958,5 qram, 1002 qram, 997,7 qram, 1003,1 qram, 1012,8 qram, 1011,5 qram, 1025,5 qram, 1024 qram, 1020,3 qram, 1020,4 qram, 1010,3 qram, 1016,6 qram, 1020 qram, 1009 qram, 954,6 qram, 5106 qram olmaqla ümumi təmiz çəkisi 46310,3 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (cild 01, iş vər. 50-55). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 iyul 2022-ci il tarixli 7/783 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan kütlələr” yazılar və imzalar olan 2 ədəd narıncı rəngli sintetik torbalarda: birinci narıncı rəngli torbada 8 ədəd üzəriləri ağ rəngli stireç sellofanla bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1050 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram və ikinci narıncı rəngli sintetik torbada 16 ədəd üzəriləri ağ rəngli stireç sellofanla bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 24050 qramdır.Təqdim olunmuş 2 ədəd narıncı rəngli sintetik torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 56-59). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 4349 saylı ambulator məcburi narkoloji ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış asılılıq sindromundan (narkomaniya xəstəliyindən) əziyyət çəkir. Təqsirləndirilən şəxs barəsində ikinci dərəcəli əlil olması səbəbindən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq oluna bilməz (cild 01, iş vər. 162-163). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 055 383 69 56 saylı mobil telefon nömrəsini istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də SMS mətn yazışmaları olmuşdur. İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya SMS mətn yazışması aşkar edilməmişdir. (cild 01, iş vər. 136-138). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop madələrin satış məqsədi ilə əldə edərək Yevlax rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, bundan sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə saat 03:30-da ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri nəticəsində Yevlax şəhəri, H.Əliyev pr. 21 ünvanında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona məxsus Naz Lifan” markalı, ** BL *** nömrəli avtomobil rayon polis şöbəsinin duracağına yerləşdirilmiş, şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürümüş, şəxsin yazılı razılıq ərizəsi alındıqdan sonra avtomobilinə video çəkilişlə müdafiəçinin də iştirakı ilə baxış keçirilmiş, baxış nəticəsində onun avtomobilindən narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai araşdırmanın ilkin mərhələsində veridiyi qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinə gəldikdə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyətdən yaxa qurtarmağa çalışır. Belə ki, iş üzrə mövcud olan sübutlar (şəxsi axtarış, avtomobilə baxış protokolları və s.) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərini tam təkzib edir. Odur ki, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz cinayət işinin materiallarında mövcud olan digər sübutlarla üst-üstə düşən və obyektiv həqiqəti əks etdirən şəxsin ibtidai araşdırmanın ilkin vaxtında müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini qoyur. Eyni zamanda, məhkəmə kollegiyası müdafiə tərəfin Təqsirləndirilən şəxs əməlinin CMin 234.1-1-ci maddəsinə tövsif olunması ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd edir ki, şəxsin üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdardan 100 dəfələrlə çox olması, həmçinin əldə olunan kütlənin bağlamalara bölünməsi, müxtəlif növdə narkotik vasitənin, həmçinin psixotrop maddənin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edərək üzərində və avtomoblində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 134-135). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 141). Məhkəmə Təqsirləndirilən şəxs 2-ci dərəcəli müharibə əlili olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə əməlində cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, şəxsin şəxsiyyətini, həmçinin aşkar olunan narkotik vasitənin və psixotrop maddənin çəkisini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan son həddə yaxın azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 113-118). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə ikinci dərəcəli əlil olması səbəbi ilə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Şəhər Polis Şöbəsində saxlanılan 4091,8 qram çəkidə psixotrop maddə metamfetamin, 46361,118 qram çəkidə narkotik vasitə heroin, 1019,6 qram çəkidə narkotik vasitə tiryək, 24050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanan, 500 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 137 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax Şəhər Polis Şöbəsində saxlanılan 4091,8 qram çəkidə psixotrop maddə metamfetamin, 46361,118 qram çəkidə narkotik vasitə heroin, 1019,6 qram çəkidə narkotik vasitə tiryək, 24050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanan, 500 ədəd narkotik vasitə metadon həblər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 137 AZN (bir yüz otuz yeddi manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-29/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-29/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver