Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-29/2025 06.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 09:25 Hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi ilə, hakimlər Aşurova Günay Raqif qızı (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Qax rayonunun Turaclı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanından Mühafizə Xidmətinin Qax rayon Dövlət X6 daxili xidmət çavuşu rütbəsində olmaqla böyük sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Turaclı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə 12 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları Qax şəhəri, H.Tağıyeva küçəsi, bina 3-də yerləşən üçüncü blokun birinci mərtəbəsində qarşılaşmış, aralarında əvvəllər baş vermiş, yəni Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 orta-ixtisas təhsil üçün kollecə qəbul olunmasından ötrü kodlaşdırma məsələsinin həll edilməsi ilə bağlı mübahisəni davam etdirərək qəsdən sonuncunun sifət nahiyəsinə, yəni, göz, burun və ağız nahiyəsinə çoxsaylı yumruq zərbələri vurmuş, nəticədə Zərərçəkmiş şəxs alın sümüyünün yerdəyişən qapalı qəlpəli sınığı ilə müşayiət olunan baş beyin silkələnməsi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, burunun yumşaq toxumalarının əziyi, burun sümüklərinin qapalı yerdəyişən sınığı ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol göz ətrafında qançır və gözün ağlı qişasına qansızma, üst dodağında əzilmiş yara və üst çənədə sağda 2-ci dişin tac hissəsindən travmatik sınığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onlar Zərərçəkmiş şəxsla yaxın qonşu olmuşlar, gediş-gəlişləri olmuşdur. Həyat yoldaşı Sevgili texnikuma daxil olmaq üçün imtahan vermiş, lakin balı az olmuşdr. Zərərçəkmiş şəxs arvadı X4 işləyən baldızı vasitəsilə Sevgilinin həmin kollecə qəbul olmasına köməklik edə biləcəyini bildirmiş və bunun müqabilində 3000 manat pul istəmişdir. O isə cəmi 2500 manat pul verə biləcəyini bildirmiş və onlar Sevgilinin Kooperasiya kollecinə qəbul olması şərti ilə razılaşmışlar. X12 Kollecinə düzəldə bilməmişlər, Sevgili özünün topladığı balla X10 qəbul olmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə ona zəng edərək 3000 manat pulu istəmiş, o isə “ayıbdı axı, qonşuyuq. Eləmədiyin işə görə niyə məndən pul istəyirsən?!” deyərək etiraz etmişdir. Zərərçəkmiş şəxs ona ağır söyüşlər söymüş, o isə sonuncuya “sən məndən böyüksən, mənim uşaqlarım sənə baba deyir. Utanmırsan o sözləri mənə deyirsən?! Daha məni danışdırma, qurtardıq!” deyərək onunla münasibəti kəsmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək həmin vaxt əsəbi olduğu üçün onu söydüyünü bildirmiş, o isə Müşfiqə hər şeyin qurtardığını demişdir. Hadisə günü yaşadığı evdən çıxıb gedərkən blokda Müşfiq aqresiv şəkildə ona “Ə, bir dəqiqə dayan” demiş, o da sonuncudan nə baş verdiyini soruşmuşdur. Müşfiq ondan nəyə görə onun arvadı Xalidənin arxasınca danışdığını soruşmuş, o isə Xalidə haqqında heç bir şey danışmadığını bildirmişdir. Həmin vaxt Müşfiq “səni bilirsən neyləyərəm?!” deyərək onun üzərinə cumub boğmağa başlamış, o da Müşfiqi itələmişdir. Evi birinci mərtəbədə olduğu üçün uşaqları eyvandan onların səs-küyünü eşitmişlər. Həmin vaxt Müşfiq ona “səni tikə-tikə doğrayaram” demiş, uşaqları da bunu eşitmişdir. Uşaqları həmin hadisədən çox böyük travma yaşamışlar, indiyə kimi gecələr sayıqlayırlar. O, çıxıb getmək istədikcə Müşfiq binanın tinindən onun üstünə gəlmişdir. O da Müşfiqi itəyib avtomobilinə əyləşərək çıxıb getmişdir. Bundan sonra Müşfiq polisə şikayət etmişdir ki, guya onu döymüşdür. O, Müşfiqi vurmamış, sonuncu yalandan saxta rəy almışdır. O, ailəsini, həyat yoldaşı Sevgilini qorumaq istəmişdir. Hadisə vaxtı Müşfiq Sevgilinin qolundan tutub onu yerə yıxmışdır. Sevgilinin uşaqlıqdan xətəliyi var, özündən getmələri olur. O, neçə ildir ki, Sevgilini müalicə etdirir. Hadisə vaxtı avtomobilinə minərək Sevgiliyə dərman almağa getmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, blokda olan zaman Müşfiqdən və ondan başqa heç kim orada olmamışdır. Blokda Müşfiqlə aralarında heç bir dava olmamış, sadəcə Müşfiq onu boğmuş, o da Müşfiqi itələyib çölə çıxmışdır. Çölə çıxdıqdan sonra Müşfiq onun üzərinə hücum etmişdir. Çöldə olan zaman Sənəm xala orada olmuşdur. O, çöldə Müşfiqinin üz nahiyəsinə yumruq və ya təpik zərbələri vurmamış, sadəcə onu itələmişdir. Sevgilinin Kooperasiya kollecinə qəbul olunması üçün Xalidə ilə razılaşmışlar, amma Sevgili həmin kollecə qəbul olmamışdır. Sevgilinin Kooperasiya kollecinə qəbul etdirilməsi ilə bağlı sonuncunun Xalidə ilə və onun baldızı Dilşadla yazışmaları olmuşdur. Kollecə qəbulla bağlı kodlaşdırma məsələsi hadisədən üç-dörd ay əvvəl olmuşdur. Həmin müddət ərzində Müşfiq mütəmadi olaraq ondan pul tələb etmiş, ona zəng edərək bacısının bu işə görə kiməsə pul verdiyini, buna görə bacısının pulunu verməli olduğunu bildirmiş, o isə bacısının heç bir iş görmədiyini, Sevgilinin özünün topladığı 57 balla X10 qəbul olduğunu bildirərək pulu verməkdən imtina etmişdir. Blokun giriş qapısında Müşfiq onun üstünə hücum çəkərkən o, Müşfiqi itələmiş, həmin vaxt sonuncu yıxılmamış, sadəcə pilləkəndə oturmuşdur. Aralarındakı mübahisə çöldə də davam etmiş, Müşfiq çöldə də onun üzərinə hücum etmiş, qonşu Sənəm xala və həyat yoldaşı Sevgili onları ayırmışdır. Sevgili onları ayıran zaman Müşfiq Sevgiliyə “hamısını edən sənsən” deyərək onun qolundan tutub yerə yıxmışdır. Bunu üst qonşuları Mais də görmüşdür. Mais gələnə kimi Sevgilinin vəziyyəti pis olduğundan, sonuncu özündən getdiyindən o, Sevgiliyə dərman almaq üçün aptekə getmişdir. Çöldə olan zaman Müşfiqi itələyəndə sonuncu arxası üstə yerə yıxılmış, onun başı yerə dəyməmişdir. Müşfiq yıxıldıqdan sonra ayağa qalxmışdır. Həmin vaxt Müşfiqin üzünün sol tərəfini dırnaq cızmışdır. Müşfiqin üzünün niyə cızıldığını bilmir, ya sonuncunun öz dırnağı, ya da Müşfiqi itələyən zaman onun dırnağı cıza bilərdi. Qonşular Müşfiqə üzgözünü yumasını, qanını silməsini demişlər, amma Müşfiq “qoy polislər gəlib görsün, sonra..” demişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı deyil, rəydə yazılan xəsarətlər Müşfiqdə olmamış, ekspert yalan rəy vermişdir. Ekspertin niyə səhv rəy verdiyini bilmir. O, ekspertin yanına gedərək bu məsələni necə həll edə biləcəklərini soruşmuş, ekspert isə ona gec gəldiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, ona “ifadəni belə yaz, həll edəcəyik, narahat olma” dedikləri uçun o cür ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, onun bacısı uzun müddətdir ki, Kooperasiya Kollecində mühasib işləyir. Fərruxun həyat yoldaşınının kollecə qəbul olunması üçün kodlaşdırmanı onun bacısının etməsi ilə məsələsini Təqsirləndirilən şəxs qeyd etdiyi kimi 3000 manata yox, 300 manata razılaşmışlar. Amma o, heç vaxt Fərruxu bununla bağlı narahat etməmiş, evlərinə gedərək və ya ona zəng edərək pul istəməmişdir. Düzdür, kodlaşdırma məsələsi ilə bağlı hadisədən təxminən 3-4 ay əvvəl Fərruxla mübahisələri olmuş, həmin mübahisənin yekununda o, “daha qurtardıq” deyərək Fərruxla əlaqəni kəsmiş və həmin vaxtdan sonra onu bir daha bu məsələ ilə bağlı narahat etməmişdir. Amma bir müddət sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs orda-burda danışır ki, guya onun həyat yoldaşı Xalidə kollec məsələsinə görə onun arvadı Sevgilini “kruçoka” salıb pulunu ələ keçirmək istəmişdir. Ona görə düşünmüşdür ki, Fərruxu görən zaman ona desin ki, onun həyat yoldaşı Xalidə haqqında bu cür sözlər danışmasın. O, həm Əfqanıstan, həm də İ Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlildir, iki dəfə güllə yarası aldığından uzun illərdir ki, sinir ağrılarından əziyyət çəkir. Hadisə günü də ağrıları olduğundan həyat yoldaşı ona başının qarışaraq ağrılarının azalması üçün bir qədər gedib kənddə gəzməsini demiş, o da kəndə çıxaraq tanışları ilə kafedə çay içmiş, amma ağrılara dayana bilmədiyi üçün evə qayıtmışdır. Blokda pilləkənlərlə evə çıxarkən Fərruxla rastlamış və ona “Fərrux, nə olub keçib. Orda-burda mənim yoldaşımın adını çəkmə ki, sizi “kruçoka” salmaq istəyib” deyə bildirmişdir. Həmin vaxt Fərrux “nə deyirsən?” deyərək onun üz nahiyəsindən bir zərbə vurmuşdur. Zərbənin təsirindən o, əvvəlcə blokun divarına, sonra isə başı ilə yerə dəymiş, həmin vaxt bir anlıq özündən getmişdir. Özünə gəlib ayağa durmaq istəyəndə Fərux onu söyə-söyə dayanmadan yumruq və təpiklə vurmağa başlamışdır. Həmin vaxt birinci mərtəbədə yaşayan qonşu Şahid1 bloka çıxaraq qışqırmağa başlamışdır. Fərrux Sənəm xalanın qışqırıqlarına da məhəl qoymayaraq onu vurmağa davam etmiş, bir qədər sonra isə onu vurmağı dayandıraraq blokdan çıxıb getmişdir. O, binanın qarşısına çıxıb təcili tibbi yardıma zəng etmək istəyərkən Fərrux “sukalıq eləmək istəyirsən?” deyərək yenidən onun üzərinə cummuşdur. Həmin vaxt orada olan insanlar Fərruxun qarşısını kəsmişlər. O, Fərruxun həyat yoldaşı Sevgilini vurmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, əsas xəsarətləri blokda almış, çöldə insanlar Fərruxun qarşısını kəsdiyi üçün elə bir ciddi xəsarət almamışdır. Çöldə arxası üstə yıxılmış, amma xəsarət almamışdır. Fərrux blokda onu vurarkən Sənəm xala orada olmuş, Sevgili blokda olmamış, hadisəni görməmişdir. Aldığı xəsarətlərlə bağlı həmin gün Qax rayon Mərkəzi xəstəxanasına yerləşdirilərək təxminən 10 gün həmin xəstəxanada yatmış, kompüter tomoqrafiyanın cavabında onda meningioma göründüyü üçün daha sonra onu Neyrocərrahiyəyə göndərmişlər. Meningioma onda çoxdan olmuş, Fərruxun ona yetirdiyi xəsarətlərlə əlaqəli deyil. Onu Balakən xəstəxanasına kompüter tomoqrafiyasından keçmək üçün göndərmişlər. Xəstəxanadan onu kompüter tomoqrafiyasından keçmək üçün Zaqatalaya göndərmişlər, amma oradakı aparat işləmədiyi üçün Balakənə getmişlər. O, hadisədən sonra dörd gün qusmuşdur. Əvvəl onun burun və ya alın sümüyündə hər hansı xəsarət olmamışdır. Qoz ağacından hadisədən sonra yıxılmışdır. Fərrux Xudaverdiylə barışmamışdır və onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstədi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşusudur, Fərruxla eyni mərtəbədə yaşayır, Müşfiq isə onlardan bir mərtəbə yuxarıda yaşayır. Hər ikisi mehriban, sakit, mülayim şəxsdir, birbiriləri ilə ailəvi yaxın olmuşlar. 12 yanvar 2024-cü il tarixdə təxminən saat 18 radələrində evdə olan zaman blokdan səs-küy eşitmiş və qapını açıb çölə baxan zaman Fərruxla Müşfiqin dalaşdığını görmüşdür. O, bir ağbirçək kimi “ay bala eləmə, ay bala eləmə” deyərək onları sakitləşdirməyə çalışmışdır. Müşfiq pilləkənin üzərində oturmuş, Fərrux isə ayaqüstə əyilib ona əl-qol atmışdır. Fərruxun Müşfiqin hansı nahiyəsinə vurduğunu görməmişdir. O, yalnız sözlə onlara mane olmaq istəmiş, amma mane ola bilməmişdir. Bundan sonra ilk öncə Fərrux, daha sonra Müşfiq binanın həyətinə çıxmışlar, onların arxasınca da özü həyətə getmiş və həyətdə “ay aman, köməyə gəlin, qonşular hardasınız, gəlin kömək edin” deyərək qışqırmışdır. Səsə Fərruxun həyat yoldaşı Sevgili gəlmiş və onları ayırmağa çalışmışdır. Həmin vaxt Sevgili ilə Fərrux bir az dalaşmışlar. Onun həyat yoldaşı xəstə olduğu üçün gah evə yoldaşının yanına getmiş, gah da çölə çıxmışdır. Həmin vaxt Sevgilinin yıxılıb-yıxılmadığını, Müşfiqin vəziyyətinin necə olduğunu bilmir. Hadisənin üstündən bir ildən çox vaxt keçdiyindən ibtidai istintaq zamanı Sevgilinin “Fərrux eləmə, uşaqlarımız var” deməsi, X20 ayırmaq istəyən zaman Fərruxun Sevgilini vurması və Sevgilinin sağ tərəfi üstə yıxılması, qonşuları Maisin onun harayına gəlməsi, həmin vaxt Sevgilinin orada olmaması, o, hay-küy salandan sonra gəlməsi, Fərruxla Müşfiqi ayırmaq istəyəndə Sevgilini Müşfiqin yox, Fərruxun vurması, bundan sonra Sevgilinin sağ tərəfi üstə yıxılması barədə verdiyi ifadəsini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, axşam vaxtı evdə olarkən həyətdə səs-küy eşitmiş və eyvana çıxaraq səs-küyün səbəbini öyrənmək istəmişdir. Eyvandan dalaşan şəxslərə əsəbləşərək sakit dayanmalarını deyərək bağırmış, amma onların səsi kəsmədiyi üçün həyətə düşmüşdür. O, həyətə düşəndə Fərrux, Müşfiq, Sevgili və Sənəm xala həyətdə olmuşdur. Həyətdə dalaşan şəxslərin Fərrux və Müşfiq olduqlarını bilmiş, onlara nə üçün dalaşdıqlarını deyərək qışqırmışdır. Həmin vaxt Müşfiqin vəziyyəti pis olmuş, İlahə Müşfiqə su və dərman gətirmişdir. Daha sonra polis avtomobili gələrək Müşfiqi aparmışdır. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, Fərrux və Müşfiqlə eyni binada yaşayır. Fərruxun Müşfiqi vurduğunu görməmişdir. O, Müşfiqi görəndə onun üz-gözü qan içində olmuşdur. O, həyətə düşəndə Sevgili evə qalxmışdır. O, eyvandan baxanda Sevgilinin harayını eşitmiş və onun yerə yıxıldığını görmüş, bir də Şahid1 səsini eşitmişdir. Həyətə düşəndə Müşfiq ayaqüstə dayanmış, üzü qan olmuşdur. O, hadisəni bilavasitə görməmiş, ona görə də dalaşan şəxslərin özlərinin aralaşdığını yoxsa onları kimlərinsə araladığını bilməmiş, hadisə yerinə gələndə onlar artıq aralanmışlar. Hadisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. O, özü də həmişə birbiri ilə mehriban olan bu şəxslərin dalaşmalarına heyrətlənmişdir. Hadisədən sonra Müşfiq xəstəxanaya yerləşdirilmişdir. O, xəstəxanaya gedərək Müşfiqə baş çəkmişdir. Müşfiq ona bildirmişdir ki, Fərrux blokda və blokun qarşısında onu vuraraq xəsarət yetirmişdir. Başqa adamlardan da Fərruxun Müşfiqi blokda vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, tibb bacısı işləyir. Fərqli blokda yaşasa da hər iki ailəyə müalicə məqsədilə gedib-gəlmiş, hər iki ailənin xətrini çox istəmişdir. Keçən ilin yanvar ayında eyvanda paltar sərərkən həyətdə hay-haray eşitmişdir. Qonşusu ona dava olduğunu və qan olduğunu demişdir. Qan olduğunu eşitdikdə əlindəki işini yarımçıq qoyub çölə çıxmışdır. Çölə çıxdıqda Müşfiqin vəziyyətin ağır olduğunu görmüşdür. Həyətə telefonsuz çıxdığından telefonunu götürmək üçün evə qayıtmış və Müşfiqin həyat yoldaşı Xalidəyə zəng edərək onu çağırmışdır. Bundan sonra evdən dərman götürərək Müşfiqin yanına qayıtmışdır. Həmin vaxt Müşfiqin vəziyyəti həqiqətən ağır olmuş, ayaq üstə durmağa halı olmamış, dayanmadan qusmuşdur. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, hadisənin necə baş verdiyini görməmiş, hadisə yerinə gələndə Fərrux orada olmamışdır. Hadisə yerində Sevgilini, Sənəmi, Afəti, Maisi və bir neçə digər şəxsləri görmüşdür. Müşfiq çox pis vəziyyətdə olmuş, ayaq üstə dayansa da divardan tutaraq dayanmışdır. Buna görə o, Müşfiqin oturması üçün stul gətirmişdir. Müşfiqin alnında, yanağında, çənəsində hematoma bariz şəkildə görünmüşdür. Hematoma zərbədən bir neçə dəqiqə sonra yaranır. Ola bilər ki, hadisə yerinə ondan əvvəl gələn Mais həmin vaxt Müşfiqdə hematoma görməsin. Amma o, hadisə yerinə gələndə hematomanı aşkar surətdə görmüşdür. Həmin vaxt Müşfiq danışa bilməmiş, onun çənəsində problem olduğu görünmüş, üzündən qan axmış, ayaq üstə dayana bilməmiş, gözünün altında da xəsarət olmuşdur. Müşfiqin çənəsindən problem olduğunu ona görə başa düşmüşdür ki, o, Müşfiqə içməsi üçün dərman və 1 stəkan su vermiş, amma Müşfiq çənəsini aralayıb suyu içə bilməmişdir. Hadisədən sonra bir ailə dostu kimi o da xəstəxanaya gedərək Müşfiqə baş çəkmişdir. Müşfiq həmin vaxt xəstəxananın Acil şöbəsində olmuş və dayanmadan qusmuşdur. Müşfiqin dediklərinə əsasən ona məlum olmuşdur ki, Fərrux Müşfiqi vuraraq ona xəsarət yetirmişdir. Şahid1 da ona bildirmişdir ki, o, Fərruxla Müşfiqin dalaşdıqlarını görmüş, onları aralamağa gücü çatmadığından ancaq sözlə aralaşmalarını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, həyətdə səs-küy eşidib çölə çıxmışdır. Çölə çıxanda oradakı insanlardan Fərruxla Müşfiqin dalaşdıqlarını eşitmiş, amma özü birbaşa hadisəni görməmişdir. O, çölə çıxanda Fərruxla Müşfiq hərəsi bir tərəfdə dayanmışlar. Müşfiq ayaq üstə durmuş, amma halı yaxşı olmamış, üz-gözü qan olmuşdur. O, həyətə düşəndə Fərrux, Müşfiq həyətdə olmuş, Sevgili isə eyvanda olmaqla Müşfiqlə sözlə mübahisə etmişdir. Daha sonra qonşu İlahə gələrək Müşfiqə su gətirmişdir. Fərruxun atası və anası da hadisə yerinə gəlmişlər. O, hadisənin baş vermə səbəbini bilməmişdir. Müşfiqin qusduğunu görməmişdir. İbtidai istintaq zaman “...Müşfiqin halı çox pis idi, ümumiyyətlə heç ağzını açıb danışa bilmirdi, çənəsi əsirdi, üz-gözü qan içərisində idi və aldığı zərbələrdən tez-tez qaytarırdı...” məzmununda ifadə verdiyini təsdiq edir, amma hadisənin üstündən uzun müddət keçdiyi üçün hazırda Müşfiqin həmin vaxt qaytarıb-qaytarmadığını xatırlamır. Hadisədən sonra xəstəxanaya Müşfiqin yanına getmişdir. Həmin vaxt Müşfiqin ağrıları olmuş, əsasən yatmışdır. O, Müşfiqdən hal-əhval tutduqda sonuncu başı ilə yaxşı olduğunu demiş, elə də mükəmməl danışa bilməmiş, “başım ağrıyır, tərpənə bilmirəm” demişdir. Onun hər iki ailə ilə yaxın münasibəti var. Hadisədən sonra eşitdiklərinə əsasən ona məlum olmuşdur ki, Müşfiqlə Fərrux dalaşarkən Fərrux blokda Müşfiqi vuraraq ona xəsarətlər yetirdiyi üçün Müşfiq xəstəxanaya düşmüşdür. Şahid1 ona bildirmişdir ki, o, səs-küyə evdən çıxmış və həmin vaxt Fərruxla Müşfiqin dalaşdıqlarını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə qonşusudur. Onların Fərruxgillə heç vaxt düşmənçiliyi, ədavəti olmamış, əksinə çox yaxın və mehriban qonşu olmuşlar. Bir gün Fərruxun yoldaşı Sevgili ona kollecə qəbul ola bilmədiyini deyərək kodlaşdırmada ona kömək edə biləcək birisinin olub-olmamasını soruşmuş, o da “maraqlanaram” demişdir. Yəni aralarında elə bir ciddi söhbət, böyük problem olmamışdır. Amma Fərrux onun haqqında xoşagəlməz sözlər danışdığı üçün bu, onun həyat yoldaşı Müşfiqin xoşuna gəlməmişdir. Hadisə günü Müşfiq blokda Fərruxla rastlaşanda sonuncudan nəyə görə Xalidə haqqında pis sözlər danışdığını soruşmuşdur. Bunun üstündə Fərrux Müşfiqi vuraraq xəsarət yetirmişdir. O, hadisə yerinə gələndə Müşfiq qan içində olmuş, dayanmadan qaytarmışdır. Fərrux Müşfiqə xəsarət yetirdikdən sonra onu ortalıqda qoyub çıxıb getmiş, bir dəfə olsun belə onun vəziyyəti ilə maraqlanmamışdır. Şahid5 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, hadisə yerində olmamış, hadisənin necə baş verdiyini görməmişdir. Həmin vaxt işdə olmuş, qonşular ona zəng edərək evə çağırmışlar, amma onkoloji xəstə olduğundan onu həyəcanlandırmamaq üçün hadisə barədə heç nə deməmişlər, sadəcə dava olduğunu demişlər. O, gələndə Müşfiqin çox pis vəziyyətdə həyətdə olduğunu görmüşdür. Fərruxun atası və anası da gəlmişlər. Sevgili eyvandan qan içində olan Müşfiqə dayanmadan küfrlər etmiş, yəni “cəhənnəmə ölsün, yaxşı oldu və s.” kimi ifadələr işlətmişdir. O, Sevgiliyə heç bir cavab verməmişdir. Onun öz qızının kodlaşdırmasını baldızı Dilşad etdiyi üçün, o bu barədə Sevgiliyə demişdir. Əslində baldızı özü kodlaşdırmır, kiməsə elətdirir. Sevgilinin kodlaşdırmasına baldızı Dilşad heç bir köməklik etməmişdir. Onlar kodlaşdırmaya görə Fərruxdan pul istəməmişlər, Fərruxgil özləri şirinlik kimi 300 manat pul təklif etmişlər. Müşfiq bir dəfə Fərruxa zəng edərək həmin pulu istəmişdir. Kodlaşdırmaya heç bir köməklik etmədikləri halda Müşfiqin nəyə görə Fərruxdan pul istədiyini bilmir. Pulu Kooperasiya kollecinə qəbulla bağlı istəməmişlər, yalnız kodlaşdırmaya görə istəmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, Bakı şəhərində yaşayır, hadisənin şahidi olmamışdır. Hadisədən iki gün sonra qardaşı Müşfiqin pis vəziyyətdə olan şəklini ona göndərərək hadisə barədə məlumat vermişlər, o da xəstəxanaya gələrək qardaşını reanimasiyada görmüşdür. Hadisənin necə baş verdiyini qardaşından və onun ailəsindən eşitmişdir. Hadisə barədə eşitdiklərinə əsasən deyə bilər ki, qardaşının arvadı Xalidə 4-cü dərəcəli onkoloji xəstədir. Fərruxla Müşfiqin arasında mübahisə olanda Fərruxun arvadı Sevgili Müşfiqin arvadı Xalidə haqqında xoşagəlməz sözlər danışmışdır. Onlar eyni blokda yaşayırlar. X23 pilləkənin başında rastlaşanda Müşfiq Fərruxa “Sevgiliyə de ki, Xalidə xəstə adamdı, orda-burda Xalidə haqqında danışmasın” demişdir. Həmin vaxt Fərrux Müşfiqi itələmiş, Müşfiq pilləkəndən yerə düşərək huşunu itirmişdir. Fərrux isə dayanmadan ona zərbələr vurmuşdur. O, xəstəxanaya gedəndə Müşfiqin vəziyyəti çox pis olmuş, sonuncu danışa və hərəkət edə bilməmişdir. Müşfiqin vəziyyətini təkcə iş üzrə şahidlər yox, həm də onu hadisə yerindən aparan polis əməkdaşları, eyni zamanda həkim heyəti də görmüşdür. Qardaşı Müşfiqin üzündə salamat yer olmamış, gözü sanki yerindən çıxmış, üzünün hər yerində göyərmələr, qızartılar olmuşdur. Sevgili kollecə imtahan vermiş, birinci turdan kəsilmişdir. O, çox məşğul insandır və rayonda kiminsə kollecə girib-girməməsinə ayıracaq vaxtı yoxdur. Qardaşının arvadı Xalidə Sevgiliyə “bəlkə Dilşad ikinci turda sənə kömək edə bilər” demiş və onlar birlikdə ona zəng etmişlər. O da Sevgiliyə ikinci turda kollecə qəbul ola bilməsi üçün ancaq kodlaşdırmada ona kömək edə biləcəyini bildirmişdir. Belə ki, imtahanlarda düzgün kodlaşdırma çox önəmlidir, bəzən 500-dən çox bal toplayan tələbə düzgün kodlaşdırma etmədiyi üçün imtahandan kəsilir. Sevgili ona nə qədər hörmət lazımdırsa edəcəyini bildirmiş, o isə “mənə hörmət lazım deyil, şirinlik vermək istəyirsənsə qardaşıma verərsən” deyə cavab vermişdir. Onun işlədiyi Bakı Biznez və Kooperasiya Kolleci hazırda çox prestijli kollecdir, 1100 manat təhsil haqqı olmasına baxmayaraq boş yerləri yoxdur. Sevgili həmin kollecə qəbul olmaq istəmiş, o isə Sevgiliyə uşaqların həmin kollecə 200- 250 balla qəbul olduqlarını deyərək onun həmin kollecə qəbul ola bilməyəcəyini bildirmişdir. Sevgili Müşfiqin onlardan pul istəməsi ilə bağlı ona mesaj yazanda, o, Sevgiliyə özünün ondan pul istəmədiyini, qardaşı pul istəyirsə qardaşı Müşfiqi məhkəməyə verə biləcəyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qonşusudur. Onlar Müşfiqgillə çox yaxın qonşu olmuşlar, Müşfiq onun süfrəsinin başında oturan insanlardan biri olmuşdur. O, kollecə qəbul üçün imtahan vermiş, həmin vaxt imtahan verdiyini Xalidə də bilmişdir. Xalidə onlara gəlib baldızı Dilşadın Kooperasiya kollecində çalışdığını və pulla kollecə adam qəbul etdirdiyini bildirərək ona köməklik edə biləcəyini dedi. Xalidə baldızı Dilşada zəng edib onun kollecə qəbul olmağı ilə bağlı danışmış və onun kollecə qəbul olmağı müqabilində ondan 3000 manat pul istəmişlər. Amma o, özü imtahandan keçdiyinə görə pulu verməyə razı olmamışlar. Müşfiqin özü dəfələrlə Fərruxa zəng edərək, qapılarına gələrək “bacım kiməsə söz verib, pul istəyirlər, siz o pulu verməlisiniz, bacım iş düzəldib” deyərək nalayiq ifadələrlə ondan pul tələb etmişdir. Hadisə günü səs-küy eşidib eyvana çıxanda Müşfiqin blokun qabağında Fərruxa hədə-qorxu gəldiyini görmüşdür. O, həyətə düşəndə Müşfiq onu görüb “hər şeyi edən sənsən, hər şey sənin başının altından çıxır, bacımdan orada pul tələb edirlər, bacım kiməsə ağız açıb ondan pul istəyirlər, Bakıda bacımı pis vəziyyətdə qoymusan” deyərək onun üstünə hücum çəkmiş və o, həmin vaxt yerə yıxılaraq özünü itirmişdir. Həyat yoldaşı Fərrux onu yerdən qaldırmış və gedib ona dərman almışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Müşfiq onu vurduğu üçün yerə yıxılmışdır. Həmin vaxt orada Fərrux və Müşfiq olmuşdur. O, ilk dəfə səs-küy eşidib eyvandan baxanda həyətdə Fərruxla Müşfiq olmuş, sonra o, getmiş, ondan sonra isə Sənəm və Mais gəlmişdir. O, hadisə yerinə gələndə Müşfiq ayaq üstə olmuş və Fərruxun ünvanına nalayiq sözlər demişdir. Müşfiqin üzündə heç bir xəsarət, qan ləkəsi olmamışdır. Onun epilepsiya xəstəliyi olduğu üçün özündən getmiş, gözünü açanda yerdə olduğunu görmüş, Fərrux onu yerdən qaldırıb evə yola saldıqdan sonra dərman almağa getmişdir. Çöldə olan hadisə təxminən 15 dəqiqə çəkmişdir. O, blokda olan hadisəni görməmişdir. Səs-küy eşidib dərhal mətbəxin pəncərəsindən baxanda Fərruxla Müşfiqin həyətdə olduğunu, Müşfiqin nalayiq sözlər deyərək Fərruxun üstünə şığıdığını görmüş və dərhal qaçaraq həyətə düşmüşdür. Həmin vaxt Müşfiq Fərruxu vurmamış, amma onun yaxasından tutmuşdur. Hadisədən sonra o, evə gedərək eyvana çıxmış, eyvanda olduğu vaxt Müşfiq ona nalayiq sözlər demişdir. Daha sonra polis avtomobili gələrək Müşiqi aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti X9 göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə Qax rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində Zərərçəkmiş şəxs müayinə etmişdir. 30 yanvar 2024-cü ildə Qax rayon Mərkəzi Xəstəxasından tibbi sənədlər ekspertiza şöbəsinə daxil olmuşdur. Müayinələr keçirilmiş, müayinə əsasında Zərərçəkmiş şəxs kompüter-tomoqrafiya olunmuş və onda alın sümüyünün yerdəyişən çökmə sınığı qeyd olunmuşdur. Alın sümüyünün yerdəyişən çökmə sınığı ağır xəsarət kimi qiymətləndirilir. Bundan başqa, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrində sıyrıqlar və qançırlar olmuşdur. Məhkəmə-tibbi eksperti X9 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, alın sümüyünün yerdəyişən çökmə sınığını kompüter tomoqrafiya əsasında müəyyən etmişlər. Ekspert rəyini o, yazmış, amma kompüter tomoqrafiya Balakən xəstəxanasında çəkilmişdir. Cinayət işinin materiallarında olan rəyin axırıncı vərəqənin nəyə görə kserosurət olduğunu bilmir, o, istintaq orqanına rəyin bütün vərəqlərinin əslini vermişdir. Məhkəmənin sorğusuna əsasən qeyd olunan rəyin təsdiq olunmuş surətini məhkəməyə təqdim edir. Alın sümüyünün yerdəyişən çökmə sınığı yumruq zərbəsindən əmələ gələ bilərdi. Həmin xəsarətin bir yumruqla yoxsa bir neçə yumruqla yarandığını müəyyən etmək mümkün deyil. Həmin xəsarət bərk küt əşyanın təsirindən, eləcə öz boyu hündürlüyündən yıxılma və ya bərk səth üzərinə yıxılma nəticəsində də əmələ gələ bilərdi. Alın sümüyünün yerdəyişən çökmə sınığı köhnə xəsarət olmuş olsaydı orada bitişmə olmalı və mazollaşma getməli idi. Qeyd olunan hallar olsaydı komputer-tomoqrafiyada mütləq qeyd olunardı, amma hazırkı halda komputer tomoqrafiyada belə hallar qeyd olunmamışdır. Həmin xəsarətlərdən xəstə hadisə günü huşunu itirə də bilərdi, itirməyə də bilərdi. Huşunu itirməmişdirsə sərbəst gəzə bilmək iqtidarında ola bilərdi. 16 yanvar 2024-cü il tarixdə, yəni hadisədən 4 gün sonra Zərərçəkmiş şəxs müayinə edərkən onun huşu tam aydın olmamış, alaqaranlıq olmuşdur. Huşunun aydın olmadığını onunla müəyyən etmişdir ki, o, müayinə apararkən xəstəni dindirərək hadisə barədə qısa izahat istəmiş, həmin vaxt xəstənin huşu tam aydın olmamışdır. Qax rayon Mərkəzi Xəstəxasında olan xəstəlik tarixi ona təqdim edilmişdir. Alın sümüyünün yerdəyişən çökmə sınığı nəticəsində baş beyin silkələnməsi olmuş, ola bilər ki, xəstənin huşu bu səbəbdən aydın olmamışdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına görə kəllə sümüklərinin sınığı ağır dərəcə hesab olunur. Alın sümüyü kəllə sümüyü hesab olunur. Alın sümüyünün yerdəyişən çökmə sınığı Nazirlər Kabinetinin qeyd olunan qərarında göstərilən kəllə tağı sümüklərinin tam sınığına aiddir. Ekspert rəyində kəllə tağı sümüklərinin sınığı yazıla bilməz, konkret hansı sümük sınıbsa o yazılır. Rəydə xəsarətin dəqiq nədən əmələ gəldiyini yazmaq düzgün deyil, xəsarət yumruq, təpik, daş və sair küt əşyanın təsirindən yarana bilərdi, onu dəqiqliklə demək mümkün deyil. Müayinə zamanı xəstə baş ağrısından, baş gicəllənmədən və ürək bulanmadan şikayət etmiş, həmin xəsarətləri Fərrux adlı şəxsin onu döyməsi nəticəsində aldığını demişdir. Həmin vaxt xəstənin vəziyyəti aldığı xəsarətə uyğun olmuşdur. O, kompüter-tomoqrafiyanın diskinə baxmamış, kompüter-tomoqrafiyanın nəticəsi ona təqdim olunmuşdur. Qax rayonunda kompüter tomoqrafiya yoxdur. Kompüter tomoqrafiya yaxın ərazilərdən Zaqatalada özəl klinikada, Şəkidə və Balakəndə var. Zərərçəkmiş şəxs kompüter tomoqrafiyaya xəstəxanadakı həkim göndərmişdir. Ola bilər ki, sığorta ilə bağlı Balakəndəki dövlət xəstəxanasına göndəriş verilmişdir. Müşfiq müayinə olunmaq üçün onun yanına gəlməmiş, o, özü müstəntiqlə birlikdə xəstəxanada olan Müşfiqin yanına getmişdir. Həmin vaxt Müşfiq suallara tam cavab verə bilməmişdir. Səhv etmirsə həmin vaxt müstəntiq Zərərçəkmiş şəxs izahat almışdır. Zərərçəkmiş şəxs 28 iyul 2023-cü ildə sağ qol, boyun və çiyin hissədə olan ağrılar şikayəti ilə Zaqatala xəstəxanasına müraciət etməsi ilə onun verdiyi rəydə göstərilən xəsarətlərin heç bir əlaqəsi yoxdur. Xəstəxana xəstəni kompüter tomoqrafiyaya göndərdikdə ekspertə disk təqdim etmir, yalnız kompüter tomoqrafiyanın yazılı nəticəsini təqdim edir. Hazıki işdə də kompüter tomoqrafiyanın diski ona təqdim olunmamışdır. O, radioloq deyil ki, diskə baxıb nəticə yazsın, radioloq diskə baxaraq nəticəni yazmış, o da həmin nəticə əsasında tibbi rəy vermişdir. Ekspert nədənsə şübhələnərək özü göndəriş verərsə disk ekspertə təqdim olunur, digər hallarda heç vaxt ona disk təqdim olunmamışdır. Ekspertin göndərişini sığorta qarşılamadığı üçün vətəndaşlar öz hesablarına müayinədən keçməli olurlar ki, bu da onların narazılığına səbəb olur. Düzdür, Təqsirləndirilən şəxs dostu ilə birlikdə gəlib onunla görüşmüş, Fövqaladə Hallar Nazirliyinin X5 işlədiyini deyərək bu işi həll etməsini xahiş etmiş, o isə bunun mümkün olmadığını, adamda ağır xəsarət olduğunu deyərək bundan imtina etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Qax rayon Polis Şöbəsinin məsul növbətçisi Turan Məmmədov tərəfindən yazılmış 12 yanvar 2024-cü il tarixli HK-1 №25 saylı raportdan görünür ki, 12 yanvar 2024-cü il tarixdə saat 18:24-də Qax rayonu Turaclı kəndində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsində Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək qonşusu Fərruxun onu döyməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqə 8). Qax rayon Polis Şöbəsinin məsul növbətçisi Turan Məmmədov tərəfindən yazılmış 12 yanvar 2024-cü il tarixli HK-2 №39 saylı raportdan görünür ki, 12 yanvar 2024-cü il tarixdə saat 19:35-də Qax rayon X11 Şöbəsinin tibb bacısı Mürsəlova Qax rayon X22 hissəsinə ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs üzün bərk əziyi, qapalı kəllə beyin travması, beyin silkələnməsi, üzün yumşaq toxumalarının əziyi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə telefon məlumat vermişdir (cild 1, iş vərəqə 9). Baxış keçirilməsi haqqında 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Qax rayonu, H.Tağıyeva küçəsi, bina 3-də yerləşən üçüncü blokun birinci mərtəbəsində və binanın həyət hissəsində baş vermişdir. Bina üç mərtəbədən ibarət olmaqla hər mərtəbədə 3 mənzil yerləşir. Binanın giriş qapısından blokun içərisinə daxil olan kimi 10 ədəd pilləkən vardır. Pilləkəni qalxdıqdan sonra paralel vəziyyətdə Şahid1 məxsus mənzilin qapısı, sol tərəfdə isə Təqsirləndirilən şəxs məxsus mənzilin qapısı yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs dediyinə görə sonuncu yaşadığı mənzilə getmək üçün bloka daxil olan zaman blokun birinci mərtəbəsində Təqsirləndirilən şəxs ilə qarşılaşmış, aralarında əvvəllər baş vermiş mübahisə barədə suallar vermiş, bundan sonra Təqsirləndirilən şəxs onun üzərinə gedərək dalaşmağa başlamış, ilk öncə blokun içərisində pilləkənin yanında, daha sonra binanın həyətində onu vurmuşdur. O, Təqsirləndirilən şəxs qarşılaşdığı və sonuncunun onu vurduğu yerləri göstərmişdir. Baxışda iştirak edən Şahid2 səs-küy eşidib həyətə düşən zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs olduqları yeri, həmçinin yaşadığı evin pəncərəsindən baxdıqda yerə yıxılmış vəziyyətdə gördüyü Şahid6 olduğu yeri göstərmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 73-79). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Fərruxun onun baş nahiyəsindən yumruq zərbələri ilə vurduğunu, eləcə də ifadəsində göstərdiyi digər xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsi yumruq və ya təpiklə vurmadığını, Müşfiq Sevgilini vurduqdan sonra Müşfiqi sərt şəkildə fırladıb yerə itələdiyini, onun aldığı xəsarətlərin də bundan olduğunu bildirmişdir (cild 1, iş vərəqə 169-173). Məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli 06 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol alın nahiyəsində şişkinlik, qançır, alın sümüyünün yerdəyişən qapalı qəlpəli sınığı, sol göz ətrafında qançır, sol gözün ağlı qişasında qansızma, burunun yumşaq toxumalarında şişkinlik, qançır, burun sümüklərinin yerdəyişən qapalı sınığı, üst dodaqda əzilmiş yara, üst çənədə sağda 2-ci dişin tac hissəsindən travmatik sınığı, baş-beyin silkələnməsi, sol dirsək oynağında sıyrıq - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də Qax rayon Mərkəzi Xəstəxanasına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 12 yanvar 2024-cü il tarixdə əmələ gələ bilərdi, alın sümüyünün yerdəyişən qapalı qəlpəli sınığı ilə müşayiət olunan baş beyin silkələnməsi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, burunun yumşaq toxumalarının əziyi, burun sümüklərinin qapalı yerdəyişən sınığı ümumilikdə dərcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol göz ətrafında qançır və gözün ağlı qişasına qansızma, üst dodağında əzilmiş yara və üst çənədə sağda 2-ci dişin tac hissəsindən travmatik sınığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol dirsək oynağı nahiyəsində sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 24-28). “Qax rayon Mərkəzi Xəstəxanası” X24 08 fevral 2024-cü il tarixli, 18-1-50/2- 124/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil (cild 1, iş vərəqə 22). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin Qax rayon Dövlət X13 tərəfindən verilmiş 06 fevral 2024-cü il 3-18-246/2-35/2024 saylı məktubundan görünür ki, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs 07 fevral 2013-cü ildən Qax rayon Dövlət X5 böyük sürücü vəzifəsində işləyir (cild 1, iş vərəqə 21). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin Qax Rayon Dövlət X6 12 mart 2024-cü il tarixli, 3-18-246/2-72/2024 nömrəli xidməti məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 07 fevral 2013-cü il tarixli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin Qax Rayon Dövlət X6 yanğınsöndürmə növbəsinin sürücüsü vəzifəsinə təyin edilərək 03 ay sınaq müddəti ilə fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş, 18 iyun 2013-cü il tarixli əmrlə daimi xidmətə qəbul edilmiş və ona daxili xidmət sıravisi ilk xüsusi rütbəsi verilmişdir (cild 1, iş vərəqə 166-168). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X17 Xidmətinin Qax Rayon Dövlət X13 tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2013-cü ildən Qax rayon Dövlət X5 böyük sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs özünü bacarıqlı bir əməkdaş kimi tanıtmışdır. Xidməti işlə bağlı olan əmr və göstərişlərə əməl edir. Öz vəzifə borclarına məsuliyyətlə yanaşır, günün nizam qaydalarını yerinə yetirir. İş yoldaşlarına davranışında səmimidir. Kollektiv arasında hörməti vardır. Peşə hazırlığı səviyyəsi yüksəkdir. Fiziki cəhətdən sağlamdır. Xarici görünüşü səliqəli, geyim formasına daşıma və nizam-intizam qaydalarının tələblərinə layiqincə əməl edir, özünü nümunəvi əməkdaş kimi göstərmişdir. İşlədiyi müddət ərzində barəsində intizam tənbehi olmamışdır (cild 1, iş vərəqə 148-149). Qax rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iki övladı var, qayğıkeş ailə başçısıdır. İlk peşə ixtisası təhsillidir. Qax rayon Dövlət X5 işləyir. Gənclər arasında təlim tərbiyəsinə və davranışına görə yaxşı mənada daim seçilib. Ərazidə yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə kənd sakinləri və qonşular tərəfindən heç bir şikayət ərizəsi daxil olmamışdır. Nümayəndəlik tərəfindən keçirilən tədbirlərdə və ictimai işlərdə yaxından köməklik göstərir (cild 1, iş vərəqə 97). Qax rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 2-18 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Qax rayon, Turaclı kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında ailə üzvləri - həyat yoldaşı Şahid6, qızları X2 və X3 ilə birlikdə yaşayır (cild 1, iş vərəqə 83-84). Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan, eləcə də doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 88-91, 96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 160). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq zərbələri endirməməsinə, onu sadəcə itələməsinə, Zərərçəkmiş şəxs ağır xəsarət almamasına, məhkəmə-tibbi ekspertizasının rəyinin yalan olmasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizələr özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmur, yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs hadisə baş verdiyi gün, yəni 12 iyul 2024-cü il tarixdə verdiyi izahatında mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından əli ilə itələdiyini, onun pilləkənin üzərinə yıxıldığını, daha sonra binanın həyətində Müşfiqin sifət nahiyəsindən yumruqla iki-üç dəfə vurduğunu, Müşfiqin zərbənin təsirindən yerə yıxıldığını bildirmişdir (cild 1, iş vərəqə 5-6). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət almamasına, məhkəmə-tibbi ekspertizasının rəyinin yalan olmasına dair dedikləri ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli 06 nömrəli rəyinin sonuncu vərəqi kserosurət olduğundan yaranmış şübhəli məqamı aradan qaldırmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 Qax rayon şöbəsinin məhkəmətibb eksperti Ramin Cəbrayılov məhkəmə iclasında dindirilmək üçün dəvət olunmuş və ondan məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli 06 nömrəli rəyinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Məhkəmə iclasında dindirilmiş məhkəmə-tibbi eksperti Ramin Cəbrayılov cinayət prosesi iştirakçılarının suallarına ətraflı cavablar vermiş və məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli 06 nömrəli rəyinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmətibbi eksperti Ramin Cəbrayılovun məhkəməyə təqdim etdiyi rəylə cinayət işinin materiallarına əlavə olunmuş rəyin eyni olduğu müəyyən olunmuş, hər hansı şübhəli məqam qalmamış, ekspertin rəyi kifayət qədər əsaslı olmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri və iş yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qax rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəlinin 04 mart 2024-cü il saat 17:20-dən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 109-110, 139-146). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti (ev dustaqlığında saxlanıldığı müddət) cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbs edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rafail Əliyev Hakimlər: Günay Aşurova (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-29/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-29/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver