Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-3/2025 13.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, Hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlərməhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Ucar şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında X13 ərazisindən torpaq sahəsi icarəyə götürmək üçün Ucar rayonu Şahlıq kənd sakini Şahid17 Ucar rayonu Qarabörk kəndində yerləşən Stansiyanın ərazisində özünə müraciəti ilə əlaqədar Şahid17la X** JN ***1 nömrəli torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən daimi istifadəsinə verilmiş ərazisindən 19 ha torpaq sahəsini 5 il müddətinə 5000 manat müqabilində icarəyə verilməsinə dair razılaşaraq sövdələşməklə, 2021-ci ilin fevral ayında Ucar rayonu ərazisində Şahid17 5000 manatı şəxsən qəbul etdikdən sonra həmin tarixdə X10 Ucar rayonu Qarabörk kəndində yerləşən inzibati binasında tamah niyyətilə bilə-bilə yalan məlumatları, yəni Stansiyanın ərazisində Şahid17 19 ha torpaq sahəsinin 3 il müddətinə icarəyə verilməsinə dair qeydləri diyircəkli qələmlə “Arayış” adlı sənədə yazıb imzalamaqla özündə saxladığı Stansiyanın möhür əksi ilə möhürləyərək bilə-bilə müvafiq saxta rəsmi sənədi Şahid17 təqdim edib, Ucar rayonu Qarabörk kəndində Stansiyanın daimi istifadəsində olan və ona etibar edilmiş 165 ha torpaq sahəsindən 19 ha torpaq sahəsini hər hansı icarə müqaviləsi bağlamadan, göstərilən faktiki icarə münasibətləri nəticəsində əldə etdiyi 5.000 manat, eyni niyyətlə 2021-ci ilin noyabr ayında X13 ərazisindən torpaq sahəsi icarəyə götürmək üçün Ucar rayonu Qaracallı kənd sakini Şahid14 Ucar rayon sakinləri - Şahid15 və Şahid16 Fəxrəddin oğlu ilə birlikdə müraciəti ilə əlaqədar Şahid14, eləcə də Şahid15 və Şahid16la Stansiya ərazisindən 30 ha şumlanmış torpaq sahəsini 3000 manat icarəyə verilməsinə dair razılaşaraq sövdələşməklə, 2021-ci ilin noyabr ayında yerləşən “Ucar” adlı restoranda Şahid15 3000 manatı, eyni niyyətlə 2021-ci ilin noyabr ayında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən Şahid15 istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, gələcəkdə əkin işləri aparılması adı ilə əlavə olaraq 500 manat özünə verilməli olduqlarını bildirməklə həmin tarixdə Ucar rayonu ərazisində yerləşən “Görüş” adlı restoranda Şahid15 400 manat olmaqla, Ucar rayonu kəndində Stansiyanın daimi istifadəsində olan və ona etibar edilmiş 165 ha torpaq sahəsindən 30 ha torpaq sahəsini hər hansı icarə müqaviləsi bağlamadan, göstərilən faktiki icarə münasibətləri nəticəsində əldə etdiyi ümumilikdə 3.400 manat olmaqla, cəmi 8400 manat məbləğidə pul vəsaitini X10 "xxxx" ASC-nin Ucar filialında olan bank hesabına mədaxil etmədən əldə etdiyi müvafiq məbləğdə pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasına məxsus olmaqla ona etibar edilmiş, cəmi 8.400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, tamah, vahid niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 hektar torpaq sahəsini Qurbana icarəyə vermiş, sonuncudan 1000 manat şumlamaq üçün pul alınaraq sonra da geri qaytarılmışdır. Torpağın icarəyə verilməsinə dair sənəd hazırlasa da nazirlik icazə verməmiş, sadə bir kağız yazaraq torpaq sahəsini icarəyə verəcəyini qeyd etmişdir. Aldığı 1000 manat pulu şum işlərinə xərcləmiş, Qurbandan icarə pulu almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının nümayəndəsi – baş mühasib Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işdən ayrılandan bir il sonra həmin işə gəlmiş, Təqsirləndirilən şəxs işi ilə bağlı Korrupsiyaya Qarşı mübarizə baş idarəsində araşdırma aparılanda onun məlumatı olmamış, təsərrüfata baxış keçirilən zaman həmin dövrün sənədləri ora mühasib kimi gələndə ona təhvil verilməmişdir. 41454 manata aid olan sənədlər idarədə aşkar olunmuş, həmin sənədlərə görə də akt tərtib etmişdir. Təsərrüfat mühasibi Şərafət Ömərova və sonuncunun yanında şahid qismində işçi olan zaman şəxsə təqdim etmişdir. İstintaqa gedən sənədlər sıra nömrəsi ilə nömrələnmişdir. İdarədə aşkar olunan sənədlərə əsasən Təqsirləndirilən şəxs onlara 41455 manat ziyan vurmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Ucar rayonu ərazisində 50-60 ha torpaq sahəsi icarəyə götürüb həmin torpaq sahəsində əkin işləri görməyi qərarlaşdırmış, bu məqsədlə X10 direktoru Təqsirləndirilən şəxs Stansiyaya məxsus torpaq sahəsini icarəyə götürmüşdür. Həmin torpaq sahəsini şumlayıb, malalanmasına və səpin əkilməsinə 12000 manat məbləğində xərc çəkmişdir. İcarə üçün Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul vermiş, həmin torpaq sahəsini 3 illik icarəyə götürmüşdür. Şumlama və malalanmaya istifadə olunan texnika stansiyaya məxsus olmuş, texnikanı idarə edən işçilərə pul vermişdir. Təqsirləndirilən şəxs icarə ilə bağlı ona əlyazma sənəd vermiş, sənəddə möhür, möhürün üzərində aqrotexnika ilə bağlı yazılar olmuşdur.İ ş baş tutmadığına görə Təqsirləndirilən şəxs ondan aldığı 1000 manat məbləğində pulu ona qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, əkinçiliklə məşğul olduğuna görə icarəyə torpaq götürmək istəmiş, traktor sürücüsünə 5-10 manat pul verib icarəyə götürdüyü 27-28 hektar torpağı şumlatmışdır. Torpağa əkdiyi məhsulu biçmiş, əvəzinə isə pul yox, buğda almışlar. İcarə müqaviləsi bağlamamış, dövlət torpağının icarəyə verib-verilmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs icarəyə görə pul verməmiş, sonuncu ona boş torpağı olduğunu bildirmişdir. Teymur və Elsevər adlı şəxslərlə birlikdə işləmiş, Təqsirləndirilən şəxs 2000 manat pulu rüşvət kimi yox, şumun və dizelin pulunu vermişlər. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid14 göstərmişdir ki, Ucar rayonu və digər yaxın rayonlarda icarəyə götürdüyü müxtəlif torpaq sahələrində əkinçilik fəaliyyəti ilə məşğul olmaqla Ucar rayonu ərazisində X10 ərazisinin əkin işləri üçün Stansiyanın müdiri Təqsirləndirilən şəxs tərəfindən icarəyə verildiyini eşidikdən sonra 2021-ci ilin noyabr ayında Stansiyanın ərazisində Təqsirləndirilən şəxs müraciət edərək əkin işləri aparılması üçün torpaq sahəsi icarəyə götürmək istədiyini demiş, sonuncu da Stansiyanın ərazisindən 30 ha şumlanmış torpaq sahəsini 3000 manat müqabilində ona icarəyə verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona təklif etdiyi torpaq sahəsini gördükdə həmin ərazinin gözəyarı 30 ha olduğunu zənn etmiş, şərikləri ilə bu barədə söhbət edib məlumat verəcəyini Təqsirləndirilən şəxs demişdir. 2021-ci ilin noyabr ayında tanışları Şahid16 və Şahid15 ilə Ucar rayonu ərazisində görüşüb sonunculara müraciət edərək Ucar rayonu ərazisində X10 müdiri Təqsirləndirilən şəxs məxsus şumlanmış 30 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini 3000 manat müqabilində icarəyə götürməklə göstərilən ərazidə buğda əkib qazanc əldə etməyin mümkün olduğunu bildirmişdir. Teymur və Elsevər onun təklifi ilə razılaşmış, müvafiq qaydada birgə təsərrüfat fəaliyyəti ilə məşğul olmağı qərarlaşdırmışlar. Elsevər və Teymurla birgə təsərrüfat fəaliyyətləri zamanı çıxacaq bütün xərcləri və gəlirləri bərabər bölməyi əvvəldən razılaşdırdıqdan sonra Elsevər və Teymur göstərilən torpaq sahəsinə gedib baxmış, Teymur və Elsevər Təqsirləndirilən şəxslə Ucar rayonunun ərazisində yerləşən Ucar restoranın həyətində görüşləri zamanı Teymur və Elsevər Arzuya torpağın şumlanmış vəziyyətdə olan icarəsinə görə 3000 manatı Arzuya vermişlər. Həmin vaxt Arzu bir dəfə əkin işləri görülməsi üçün müvafiq ərazini onlara icarəyə verdiyini bildirmiş, həmçinin şumlanmış 30 ha ərazini əkin işləri üçün düzləşdirilməsi işlərini də görəcəyini bildirmişdir. Bundan sonra müvafiq ərazi düzləşdirilmiş, sonra Elsevər, Teymur və o, Bərdə rayonu ərazisində bazardan xatırlamadığı şəxsdən təxminən 5200 manata 6.7 ton toxum almışlar. Həmin toxumu Ucar rayonu ərasizində Arzudan icarəyə götürdükləri 30 ha torpağa səpmiş, toxuma, o cümlədən əkin işləri zamanı çəkdikləri digər xərclərin hesabatı onda olmuşdur. Səpin işlərini X11 məxsus texnikalardan istifadə etməklə görmüş, həmin texnikalar kimin istifadəsində olmuşdursa həmin şəxsə zəhmət haqqını ödəmişlər. Səpin işləri zamanı toxumun əraziyə gətirilməsinə görə xatırlamadığı Kamaz markalı yük maşını sürücüsünə 100 manat, 3 fəhləyə 100 manat, səpin işlərini aparan xatırlamadığı 2 traktor sürücüsünə 800 manat ödəmişlər. Qeyd edilmiş traktorların birinin Stansiyaya məxsus olduğunu, digərinin isə başqa şəxsə məxsus olduğunu bilmişdir. Sonra müvafiq 30 ha torpaq sahəsi onlar tərəfindən 2 dəfə düzləşdirilmiş, həmin işlərdən birinci dəfə 650 manat, ikinci dəfə isə 700 manat pul xərcləmişlər. Müvafiq məbləğləri qeyd etdiyi 2 traktor sürücüsünə vermiş, sonra torpaq sahəsinin suvarılmasına görə Taleh adlı Stansiyanın işçisinə 600 manat vermişlər. Suvarılmadan əvvəl isə su bərələrinin çəkilməsinə görə 150 manat Stansiyaya məxsus traktorun sürücüsünə vermiş, qısa müddət sonra Təqsirləndirilən şəxs Elsevərə telefonla zəng edərək gələcəkdə əkin işləri aparmaq üçün 500 manat müqabilində əlavə torpaq sahəsini icarəyə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təklifini Teymur və Elsevərlə müzakirə etdikdən sonra Arzuya göstərilən işə görə 400 manat verilməsini qərarlaşdırmış, Elsevər də bu barədə Arzuyla danışıb sonuncunun razılığını almışdır. Sonra Teymur və Elsevər Ucar rayonu ərazisində Görüş kafesində Təqsirləndirilən şəxslə görüşüb razılaşdıqları 400 manatı sonuncuya vermişdir. 2022-ci ilin yanvar ayında Elsevər Təqsirləndirilən şəxs işdən çıxarıldığını dedikdən sonra onları Elman adlı Stansiyanın işçisi qəbul etmiş, sonuncu Stansiyanın tabe olduğu İnstitut tərəfindən müvafiq məsələnin araşdırılacağını demişdir. Təxminən 2022-ci ilin fevral ayında İnsititutun rəhbəri Elçin onları qəbul etmiş, sonuncu Təqsirləndirilən şəxs onları aldatdığını, həmin torpaq sahəsini icarəyə götürmək üçün onlarla müqavilə imzalanmadığını, onlara toxumun pulunun veriləcəyini bildirmişdir. Onlar isə buna etiraz etmiş, 2022-ci ilin iyun ayında əkin işləri apardıqları həmin torpaq sahəsindən 44 ton taxıl biçilmişdir. İnstitutun göstərişi əsasında həmin taxıl Ucar rayonu ərazisində pambıq zavodun ərazisinə yerləşdirilmiş, daha sonra Qəhrəman adlı Stansiyanın müdiri onu, Teymuru və Elsevəri qəbul edib onlara əvvəlcə 7 ton taxıl veriləcəyini bildirmişdir. Onlar isə göstərilən həcmdə taxılın onların xərclərini ödəmədiyini bildirmiş, aralarında olan uzun söhbətlərdən sonra Qəhrəman onlara 11 ton taxıl veriləcəyini bildirmişdir. Məcbur qalıb həmin həcmdə taxılı götürmüşlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs onlardan aldığı 3400 manatdan 2000 manatı Bakı şəhərində, Şamaxinka ərazisində Lukoil adlı yanacaqdoldurma məntəqəsinin ərazisində adını xatırlamadığı kürəkəni vasitəsilə qaytarmışdır. Əkin işlərinə görə 11080 manat xərcləri çıxmış, həmin məbləğin tərkibində Arzunun onlardan aldığı 3400 manat da olmuşdur. Təqsirləndirilən şəxs onlara müvafiq torpaq sahəsini əkin işləri üçün verəndə həmin torpaq sahəsinin ölçüsünü 30 ha bilmiş, həmin torpaq sahəsini ölçməmişdir. Arzuya 2021-ci ilin noyabr ayında torpağın icarəyə götürülməsi üçün müraciət edəndə sonuncu icarə ilə bağlı müqavilənin veriləcəyini ona vəd vermiş, ancaq sonradan həmin müqavilə onlara verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 və Şahid16 Fəxrəddin oğlu eyni məzmunlu ifadələr verərək Şahid14 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin xx.xx.2010-cu il tarixli 137k nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi X5 X10 direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 109 saylı qərarından görünür ki, Azərbaycan X8 İnstitutunun, Azərbaycan X1 və Azərbaycan X3 birləşərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X20-Tədqiqat İnstitutu çərçivəsində fəaliyyət göstərməsi ilə Təqsirləndirilən şəxs 17 aprel 2015-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının direktoru vəzifəsində işləməyə başlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X20-Tədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli 06/K nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək qanuna zidd hərəkətləri nəticəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə maddi ziyan vurduğu üçün onunla bağlanılmış əmək müqaviləsi həmin tarixdə ləğv edilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının direktoru vəzifəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X20-Tədqiqat İnstitutunun direktoru tərəfindən 11 yanvar 2018-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının əsasnaməsinin 5.3-cü maddəsinə əsasən Stansiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşımaq, Stansiyanın fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, Stansiyanın işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər vermək, Stansiyaya ayrılan dövlət vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək, Stansiyaya dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlərin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X20-Tədqiqat İnstitutuna təqdim etmək funksiyalarına malik olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sənədli təftişin nəticəsi barədə tərtib edilmiş akt və İnventarizasiya komissiyasının xx.xx.2022-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən Stansiyanın ərazisindən 19 ha torpaq sahəsi Şahid17, 34 ha torpaq sahəsi Şahid14 Ucar rayon sakinləri - Şahid15 və Şahid16 Fəxrəddin oğluna hər hansı icarə müqavilələri bağlanılmadan icarəyə verilmiş, torpaq sahələrinin icarəyə verilməsinə görə müvafiq şəxslərdən alınmış pul vəsaitləri Stansiyaya mədaxil edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Şahid17, Şahid14, Şahid15 və Şahid16 Fəxrəddin oğluna icarəyə verilmiş torpaq sahələrinin koordinatlarının və mülkiyyət növlərinin müəyyən edilməsi məqsədilə həmin şəxslərin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi X14 iştirakı ilə keçirilmiş baxış protokolundan görünür ki, icarəyə verilmiş müvafiq torpaq sahələrinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının ərazisinə daxil olduğu müəyyən edilmiş, o cümlədən göstərilən torpaq sahələrinin hüdudları müəyyən edilərək müvafiq koordinatlar götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə keçirilmiş baxış zamanı koordinatları götürülmüş müvafiq torpaq sahələrinin dövlət mülkiyyətinə aid olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər X4 Təcrübə Stansiyasının sabiq direktoru Təqsirləndirilən şəxs qeyd edilmiş tarixdə Stansiyanın ərazisində istifadəsiz qalan 19 ha torpaq sahəsini 1 ha üzrə dəyər 90 manat göstərilməklə 3 illik müddətə əkin işlərinin aparılması məqsədilə Şahid17 icarəyə verməsinə dair əlyazma yazaraq müvafiq əlyazmanı imzalamış və Stansiyanın möhürü ilə möhürləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X10 istifadəsində olan 165 ha torpaq sahəsinin münbitlik kateqoriyasının müəyyən edilməsi məqsədilə 23 noyabr 2022-ci il tarixdə təyin edilmiş mütəxəssis qərarının icrası olaraq Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin Kənd təsərrüfatı təyinatlı torpaqlarla iş sektorunun baş məsləhətçisi X17 və Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X2 Laboratoriyasının direktoru X18 müvafiq xüsusatlar üzrə mütəxəssis tədqiqatı apararaq tərtib edilmiş rəydən görünür ki, qeyd edilmiş torpaq sahələrinin boz-çəmən torpaq tipinə aid olmaqla əkinə yararlı olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, həmin epizod üzrə verilən ittiham şahidlər Şahid15, Şahid16 və Şahid14 ifadləri ilə təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu hissədə Təqsirləndirilən şəxs ifadəsini məsuliyyətdən yayınmaq üçün verilən ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs əməli CM-in 179.3.2-ci maddəsindən CM-in 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilmiş və CM-in 73-1.2-ci maddəsinə əsasən barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarı ilə həmin maddələrlə cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda dövlət ittihamçısı ittihamdan imtina etdiyinə görə Təqsirləndirilən şəxs barəsində CM-in 308.2-ci maddəsi olan cinayət təqibinə də xitam verilmişdir. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 75.3-cü maddəsinə əsasən isə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında Ucar rayonu ərazisində Şahid17 5000 manatı şəxsən qəbul etdikdən sonra həmin tarixdə X10 Ucar rayonu Qarabörk kəndində yerləşən inzibati binasında tamah niyyətilə bilə-bilə yalan məlumatları, yəni Stansiyanın ərazisində Şahid17 19 ha torpaq sahəsinin 3 il müddətinə icarəyə verilməsinə dair qeydləri diyircəkli qələmlə “Arayış” adlı sənədə yazıb imzalamaqla özündə saxladığı Stansiyanın möhür əksi ilə möhürləyərək bilə-bilə müvafiq saxta rəsmi sənədi Şahid17 təqdim edib həmin hərəkətləri ilə o, CM-in 313-cü maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməini törətmişdir. Göründüyü kimi cinayətin törədildiyi 2021-ci ilin fevral ayından iki ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.13-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməkləittiham hökmü çıxarır. Ona görə də göstərilən səbəblərdən Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirli bilinməli, lakin CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 44.2.1, 346, 353 və 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixli arayışın surəti iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-3/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-3/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver