Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-30/2024 26.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Çərkəz oğlunun iştirakları ilə, xx xxx 1979-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək Yevlax şəhəri, F.Məmmədov küçəsi, ev 27 B ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan külli miqdarda 5,232 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib qanunsuz olaraq şəffaf sellafon bükümdə olmaqla üzərində saxlamış, 29 mart 2023-cü il tarixdə saat 21:20-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında şübhəli bilindiyinə görə Yevlax şəhəri, N.Hikmət küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində orada həmin tarixdə saat 21:50-dən saat 22:30-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 5,232 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub qanuna müvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 29 mart 2023-cü il tarixdə saat 10:30-da Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən iş yerinə gəlmiş, orada olan zaman saat təxminən 11:30-da satış müdiri X11 onun otağına gəlib iki nəfər şəxsin onu gözlədiyini demiş, birinci mərtəbəyə getdikdə Yevlax RPŞ-nin CAB-nin rəisi Vüqar Mənafov və əməliyyat müvəkkili Sərvər Məcnunovun mağazanın içərisində onu gözlədiklərini görmüş və bu zaman həmin polis əməkdaşları polis bölməsinə getməli olduqlarını və orada söhbət edəcəklərini ona demişlər. O, polis əməkdaşları ilə razılaşmış, daha sonra mobil telefonlarını götürmək üçün otağa getdikdə polis əməkdaşları da onunla birlikdə getmişlər və mobil telefonlarını götürüb polis əməkdaşlarının gəldiyi, ağ rəngli, xarici ölkədə istehsal olunan avtomobillə polis şöbəsinə getmişlər. Oraya gedən zaman üzərində narkotik vasitə olmamış və həmin vaxt avtomobildə polis əməkdaşları Vüqar Mənəfov və Sərvər Məcnunov olmuşdur. Polis şöbəsində Vüqar Mənəfovun otağına daxil olan zaman ondan mobil telefonlarını almışlar, daha sonra dünən harada olduğunu və sonuncu dəfə ölkəni nə vaxt tərk etdiyini soruşmuşlar, o isə dünən Yevlax şəhərində işdə, ailəsi ilə olduğunu, sonuncu dəfə 30 yanvar 2023-cü il tarixdə ailəsi ilə birlikdə X2 Məkkə şəhərində yerləşən ziyarətgaha, sonra isə müalicə olunmaq üçün Rusiya Federasiyasına getdiyini bildirmişdir. Daha sonra qayıdandan sonra onu hər hansı şəxsin dindirib-dindirmədiyini soruşmuşlar, o isə heç kəsin onu dindirmədiyini demişdir. Bundan sonra ondan İran İslam Respublikasında nə vaxt olduğunu soruşmuşlar, o isə bir dəfə ailəsi ilə birlikdə İran İslam Respublikasının Məşəd şəhərində yerləşən ziyarətgaha getdiyini, habelə 2016-cı ildə övladının müalicəsi və İraq Respublikasının Kərbəla şəhərində yerləşən ziyarətgaha getmək məqsədilə İran İslam Respublikasından keçib İraq Respublikasına getdiyini demişdir. Bundan sonra bir müddət gözləmiş və saat 13:30-da onu azad etmişlər, mobil telefonlarını isə tədqiq olunması üçün Bakı şəhərinə göndərəcəklərini deyərək ona qaytarmaqdan imtina etmişlər. Bundan sonra o, yenidən işlədiyi yerə qayıtmış, orada olan zaman saat 15:30 radələrində Samirə İsayeva yenidən gəlib onu aşağı mərtəbədə bir nəfər şəxsin gözlədiyini demiş və birinci mərtəbəyə getdikdə əməliyyat müvəkkili Sərvər Məcnunovun orada olduğunu görmüşdür. Sərvər Məcnunov ona Yevlax Rayon Polis Şöbəsinə getməli olduqlarını demiş, polis əməkdaşlarına məxsus olan xidməti avtomobilə əyləşən zaman həmin ərazidə divar kağızı satılan mağazada işləyən Seymur adlı şəxsin də əvvəl polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını eşitdiyi üçün sonuncudan bunun səbəbini soruşmuş, sonuncu isə bunun səbəbini bilmədiyini və özünün də ikinci dəfə Yevlax Rayon Polis Şöbəsinə aparıldığını demişdir. Oraya gedən zaman həmin avtomobildə Rəşad adlı polis əməkdaşı da olmuşdur, Yevlax RPŞ-nin dəhlizində olan zaman Fəxri Zülfüqarlı və Rahib Babazadənin də orada olduğunu görmüşdür. Adları qeyd edilən şəxslərdən bu barədə soruşmuş, həmin şəxslər də oraya gətirilmələrinin səbəblərini bilmədiyini və özlərinin də ikinci dəfə həmin polis şöbəsinə gətirildiklərini demişlər. Orada olan zaman Yevlax RPŞnin rəis müavini Əfqan Qurbanov onun hansı səbəbdən tutulmasının səbəbini bilmədiklərini və narkotik vasitəyə görə CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasının zəruri olduğunu bildirmişlər, əks halda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılacağını, orada narkotik vasitə, silah satışı və sair maddələr olmaqla 3-4 maddə ilə təqsirli bilinəcəyini demişlər və ona təqdim olunacaq narkotik vasitənin ona məxsus olmaması barədə ifadə vermək ehtimalının olmadığını bildirmişlər. Həmin vaxt orada Əfqan Qurbanovla yanaşı Vüqar Mənəfov və Şahid1 da olmuş və həm Əfqan Qurbanov, həm də Vüqar Mənəfov onu aldadaraq narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsinin zəruri olduğunu demişlər. Bundan sonra Şahid1 otaqdan çıxarkən sellofan paketi ona vermiş, cibinə qoymasını və bu barədə sual verilən zaman anasıgilə gedən zaman yoldan tapması barədə ifadə verməsini təklif etmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının ona dediyi məzmunda ifadə vermişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyəta keçirən prokuror tərəfindən qəbul olunan zaman polis əməkdaşlarının təklifi ilə əvvəlki ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman da polis şöbəsində verdiyi ifadəsinə uyğun ifadə vermiş və bu zaman CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi ona məlum olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 30 mart 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş və heç kəsə narkotik vasitə satmamışdır. 29 mart 2023-cü il tarixdə işdən çıxıb atasına məxsus olan evə gedən zaman Yevlax şəhəri, Nazim Hikmət küçəsində yerdə bir ədəd şəffaf rəngli sellofanın olduğunu görmüş, maraq kəsb etdiyindən həmin sellofanı götürüb açaraq içərisinə baxdıqda içərisində narkotik vasitə heroinin olmasını görmüş, özü istifadə etməsə də maraq üçün qeyd olunan bükümü öz üzərində saxlamışdır. Bundan sonra o, küçə ilə hərəkət edərkən özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşmış və Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman heroinin çəkisinin 5,53 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı 30 mart 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 29 aprel 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi əlavə ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş və heç kəsə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılmış və həmin vaxt üzərində narkotik vasitə heroin olmamışdır. Daha böyük təhlükə ilə üzləşmək ehtimalı olduğundan 29 mart 2023-cü il tarixdə işdən çıxıb atasına məxsus olan evə gedən zaman Yevlax şəhəri, Nazim Hikmət küçəsində yerdə bir ədəd şəffaf rəngli sellofanın olduğunu görməsi, maraq kəsb etdiyindən həmin sellofanı götürüb açaraq içərisinə baxdıqda içərisində narkotik vasitə heroinin olmasını görməsi və özü istifadə etməsə də maraq üçün qeyd olunan bükümü öz üzərində saxlaması ilə bağlı əvvəlki ifadəsində etirafedici ifadə vermək məcburiyyətində qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə 29 mart 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax şəhəri, Füzuli küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 (bir) ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etmədiyini, həmin bükümü 29 mart 2023-cü il tarixdə Yevlax şəhəri, N.Hikmət küçəsində olan zaman yerdən tapdığını, maraq kəsb etdiyi üçün özündə saxladığını, satmaq məqsədinin olmadığını və Yevlax şəhərində olarkən Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 5,53 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, uzun müddətdir Təqsirləndirilən şəxs məxsus olan mağazada işləyir və sonuncunun narkotik vasitələrdən istifadə edib-etməməsi barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə səhər saat 10:00 radələrində işə gəlmiş, həmin tarixdə saat 12:00-13:00 radələrində Vüqar və Sərvər adlı polis əməkdaşları mağazaya gəlib Təqsirləndirilən şəxs harada olduğunu soruşmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs öz otağında olduğundan o, sonuncunun olduğu otağa gedərək bu barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs birinci mərtəbəyə getmiş, daha sonra isə mobil telefonlarını götürüb polis əməkdaşları ilə birlikdə həmin yeri tərk edib getmişdir. Bundan təxminən bir saat, bir saat otuz dəqiqə sonra, saat təxminən 16:00-17:00 radələrində Təqsirləndirilən şəxs yenidən iş yerinə geri qayıtmış və həmin vaxtdan təxminən bir saat, bir saat otuz dəqiqə sonra Sərvər adlı polis əməkdaşı yenidən oraya gəlmiş, Təqsirləndirilən şəxs həmin polis əməkdaşı ilə birlikdə iş yerini tərk etmiş, lakin geri qayıtmamış və sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, yeddi ildir Təqsirləndirilən şəxs məxsus olan mağazada işləyir və sonuncunun narkotik vasitələrdən istifadə edib-etməməsi barədə hər hansı məlumatı olmamışdır. 29 mart 2023-cü il tarixdə nahar fasiləsinə yaxın iki nəfər polis əməkdaşı işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, daha sonra Təqsirləndirilən şəxs öz kabinetindən çıxıb polis əməkdaşları ilə görüşmüş və yenidən yuxarı mərtəbəyə getmişlər. Təqsirləndirilən şəxs yuxarı mərtəbəyə qalxdıqdan bir qədər sonra yenidən aşağı mərtəbəyə hərəkət etmiş və iki nəfər polis əməkdaşı ilə birlikdə çıxıb getmişdir. Bundan bir-iki saat sonra Təqsirləndirilən şəxs yenidən işə qayıtmış, günorta saatlarından sonra əvvəl gələn iki nəfər polis əməkdaşından biri yenidən mağazaya gəlmiş və Təqsirləndirilən şəxslə birlikdə həmin yeri tərk edib getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs artıq mağazaya qayıtmamış və hadisə ilə bağlı səhəri gün məlumat əldə etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi tanımış, sonuncunun narkotik vasitəyə görə polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumatı olmuş, lakin sonuncu saxlanılan zaman keçirilən əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparmamış, sonuncunun polis şöbəsinə kim tərəfindən aparıldığını bilməmiş və Vüqar Mənəfov ona əməliyyat tədbirinin keçirilməsi ilə bağlı məlumat verməmişdir. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs sahibi olduğu ticarət mərkəzinə gedib sonuncunu polis şöbəsinə aparmamışdır və həmin tarixdə Vüqar Mənəfovla birlikdə qeyd olunan ticarət mərkəzinə hansı səbəbdən daxil olmasını xatırlamır. Oraya alış-veriş etmək məqsədilə daxil olduğunu, sonuncunun təklifi ilə birlikdə harasa getdiklərini və ya oraya gəlib sonuncudan nəsə soruşduğunu güman edir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Yevlax RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir və Təqsirləndirilən şəxs Yevlax şəhər sakini və iş adamı kimi tanımışdır. 29 mart 2023-cü il tarixdə əməliyyat qrupunun rəhbəri olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə narkotik vasitə ilə bağlı məlumat daxil olmuş, məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilmiş, sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. O, Təqsirləndirilən şəxs saxlanılmasında və üzərində şəxsi axtarış aparılmasında iştirak etməmiş və sonuncu saxlanılan zaman sonuncuya məxsus olan ticarət mərkəzində olmamışdır. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs sahibi olduğu ticarət mərkəzinə gedib sonuncunu polis şöbəsinə aparmamışdır, həmin tarixdə Vüqar Mənəfovla birlikdə qeyd olunan ticarət mərkəzinə hansı səbəbdən daxil olmasını xatırlamır, oraya alış-veriş etmək məqsədilə daxil olduğunu güman edir. Bəzən gün ərzində həmin mağazaya 5-6 dəfə getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 mart 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 mart 2023-cü il raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitə heroini daşıması, saxlaması və gəzdirməsi şübhəsi ilə həmin tarixdə Yevlax şəhəri, Füzuli küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 (bir) ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli 17/294 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 5,232 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 01 may 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olması və sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da onun həmin narkotik vasitələri haradan və kimdən əldə etməsi və kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamış və onun üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitələrdən başqa yerdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamadığı müəyyən olumuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman təmiz çəkisi 5,232 qram olan narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitənin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 34-cü bəndinə əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 29 mart 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 29 mart 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 mart 2023-cü il tarixdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində və şəxsi axtarış və götürmə aparılarkən narkotik vasitədən istifadə etmədiyini, heç kəsə narkotik vasitə satmadığını, 29 mart 2023-cü il tarixdə işdən çıxıb atasına məxsus olan evə gedən zaman Yevlax şəhəri, Nazim Hikmət küçəsində yerdə bir ədəd şəffaf rəngli sellofanın olduğunu gördüyünü, maraq kəsb etdiyindən həmin sellofanı götürüb açaraq içərisinə baxdıqda içərisində narkotik vasitə heroinin olmasını gördüyünü və özü istifadə etməsə də maraq üçün həmin bükümü öz üzərində saxladığını etiraf etsə də ibtidai istintaqın gedişində 29 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroinin olmadığını, daha böyük təhlükə ilə üzləşmək ehtimalı olduğundan 29 mart 2023-cü il tarixdə işdən çıxıb atasına məxsus olan evə gedən zaman Yevlax şəhəri, Nazim Hikmət küçəsində yerdə bir ədəd şəffaf rəngli sellofanın olduğunu görməsi, maraq kəsb etdiyindən həmin sellofanı götürüb açaraq içərisinə baxdıqda içərisində narkotik vasitə heroinin olmasını görməsi və özü istifadə etməsə də maraq üçün qeyd olunan bükümü öz üzərində saxlaması ilə bağlı əvvəlki ifadəsində etirafedici ifadə vermək məcburiyyətində qaldığını demiş, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində 29 mart 2023-cü il tarixdə saat 10:30-da Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən iş yerinə gəldiyini, orada olan zaman saat təxminən 11:30-da satış müdiri X5 onun otağına gəlib iki nəfər şəxsin onu gözlədiyini dediyini, birinci mərtəbəyə getdikdə Yevlax RPŞ-nin CAB-nin rəisi Vüqar Mənafov və əməliyyat müvəkkili Sərvər Məcnunovun mağazanın içərisində onu gözlədiklərini gördüyünü, bu zaman həmin polis əməkdaşlarının polis bölməsinə getməli olduqlarını və orada söhbət edəcəklərini ona dediklərini, polis əməkdaşları ilə razılaşdığını, daha sonra mobil telefonlarını götürmək üçün otağa getdikdə polis əməkdaşlarının da onunla birlikdə getdiklərini, mobil telefonlarını götürüb polis əməkdaşlarının gəldiyi, ağ rəngli, xarici ölkədə istehsal olunan avtomobillə polis şöbəsinə getdiyini, oraya gedən zaman üzərində narkotik vasitə olmadığını, həmin vaxt avtomobildə polis əməkdaşları Vüqar Mənəfov və Sərvər Məcnunovun olduğunu, polis şöbəsində Vüqar Mənəfovun otağına daxil olanda ondan mobil telefonlarını aldıqlarını, daha sonra dünən harada olduğunu və sonuncu dəfə ölkəni nə vaxt tərk etdiyini soruşduğunu, cavab olaraq dünən Yevlax şəhərində işdə, ailəsi ilə olduğunu, sonuncu dəfə 30 yanvar 2023-cü il tarixdə ailəsi ilə birlikdə X2 Məkkə şəhərində yerləşən ziyarətgaha, sonra isə müalicə olunmaq üçün Rusiya Federasiyasına getdiyini bildirdiyini, daha sonra qayıdandan sonra onu hər hansı şəxsin dindirib-dindirmədiyini soruşduqlarını, cavab olaraq heç kəsin onu dindirmədiyini dediyini, bundan sonra ondan İran İslam Respublikasında nə vaxt olduğunu soruşduqlarını, cavab olaraq bir dəfə ailəsi ilə birlikdə İran İslam Respublikasının Məşəd şəhərində yerləşən ziyarətgaha getdiyini, habelə 2016-cı ildə övladının müalicəsi və İraq Respublikasının Kərbəla şəhərində yerləşən ziyarətgaha getmək məqsədilə İran İslam Respublikasından keçib İraq Respublikasına getdiyini dediyini, bundan sonra bir müddət gözlədiyini, saat 13:30-da onu azad etdiklərini, mobil telefonları isə tədqiq olunması üçün Bakı şəhərinə göndərəcəklərini deyərək ona qaytarmaqdan imtina etdiklərini, bundan sonra yenidən işlədiyi yerə qayıtdığını, orada olan zaman saat 15:30 radələrində Samirə İsayevanın yenidən gəlib onu aşağı mərtəbədə bir nəfər şəxsin gözlədiyini dediyini, birinci mərtəbəyə getdikdə əməliyyat müvəkkili Sərvər Məcnunovun orada olduğunu gördüyünü, Sərvər Məcnunovun ona Yevlax Rayon Polis Şöbəsinə getməli olduqlarını dediyini, polis əməkdaşlarına məxsus olan xidməti avtomobilə əyləşən zaman həmin ərazidə divar kağızı satılan mağazada işləyən Seymur adlı şəxsin də əvvəl polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını eşitdiyi üçün sonuncudan bunun səbəbini soruşduğunu, cavab olaraq sonuncunun bunun səbəbini bilmədiyini və özünün də ikinci dəfə Yevlax Rayon Polis Şöbəsinə aparıldığını dediyini, oraya gedən zaman həmin avtomobildə Rəşad adlı polis əməkdaşının da olduğunu, Yevlax RPŞ-nin dəhlizində olan zaman Fəxri Zülfüqarlı və Rahib Babazadənin də orada olduğunu gördüyünü, adları qeyd edilən şəxslərin də oraya gətirilmələrinin səbəblərini bilmədiyini və özlərinin də ikinci dəfə həmin polis şöbəsinə gətirildiklərini dediklərini, orada olan zaman Yevlax RPŞ-nin rəis müavini Əfqan Qurbanovun onun hansı səbəbdən tutulmasının səbəbini bilmədiyini, narkotik vasitəyə görə CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasının zəruri olduğunu bildirdiyini, əks halda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılacağını, orada narkotik vasitə, silah satışı və sair maddələr olmaqla 3-4 maddə ilə təqsirli bilinəcəyini dediyini və ona təqdim olunacaq narkotik vasitənin ona məxsus olmaması barədə ifadə vermək ehtimalının olmadığını dediyini, həmin vaxt orada Əfqan Qurbanovla yanaşı Vüqar Mənəfov və Şahid1 da olduğunu, həm Əfqan Qurbanov, həm də Vüqar Mənəfovun onu aldadaraq narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsinin zəruri olduğunu dediklərini, bundan sonra Şahid1 otaqdan çıxarkən sellofan paketi ona verdiyini, cibinə qoymasını və bu barədə sual verilən zaman anasıgilə gedən zaman yoldan tapması barədə ifadə verməsini təklif etdiyini, daha sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının ona dediyi məzmunda ifadə verdiyini, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul olunan zaman polis əməkdaşlarının təklifi ilə əvvəlki ifadəsi ilə eyni məzmunlu ifadə verdiyini, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman da polis şöbəsində verdiyi ifadəsinə uyğun ifadə verdiyini və bu zaman CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinin ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 mart 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 aprel 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 mart 2023-cü il tarixdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, habelə üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 və X4 ifadələrində Təqsirləndirilən şəxs birinci dəfə 29 mart 2023-cü il tarixdə günortaya kimi olan müddətdə sahibi olduğu ticarət mərkəzində olan zaman polis əməkdaşları ilə birlikdə getdiyini, daha sonra geri qayıtdığını, ikinci dəfə isə həmin tarixdə günortadan sonra yenidən sahibi olduğu ticarət mərkəzində olan zaman polis əməkdaşları ilə birlikdə getdiyini, lakin qayıtmadığını qeyd etmişlər və müvafiq videogörüntüləri təqdim etmişlər. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X10 və X14 ifadələrində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə aparılmasında iştirak etmədiklərini, sonuncunu polis şöbəsinə aparmadıqlarını, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs sahibi olduğu ticarət mərkəzinə hansı səbəbdən daxil olmalarını xatırlamadıqlarını və oraya alış-veriş etmək məqsədilə daxil olduqlarını güman etdiklərini qeyd etmişlər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan videogörüntülərlə Təqsirləndirilən şəxs tutulması arasında hər hansı səbəbli əlaqə yoxdur və adları qeyd edilən şəxslərin Təqsirləndirilən şəxs sahibi olduğu ticarət mərkəzinə gəlməsinin səbəbləri müxtəlif ola bilər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunanlar Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən külli miqdarda narkotik vasitə heroini əldə etmiş və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni 5,232 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 5,232 qram çəkidə narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3017-ci ildə doğulmuş oğlu Məmmədhəsən Quliyev onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X8” publik hüquqi şəxsinin Yevlax Rayonlararası Zona Markəzindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi dövründə həmin Mərkəzə daxil olmuş şəhidlərin meyitlərinin qəbul edilməsində, dini ayinlərin icra edilməsində və dəfn edilməsində təmənnasız və fəal iştirak etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Şəhər Məscidindən daxil olmuş 17 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı şəhidlərin dəfn edilməsində, habelə ön cəbhənin zəruri ehtiyaclarının təmin olunmasında könüllü və fəal iştirak etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizələrdən görünür ki, şəhid ailələrinin üzvləri məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şəhidlərin dəfn edilməsində fəal iştirak etdiyini qeyd etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X1 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Vətən müharibəsi zamanı şəhidlərin dəfn edilməsində, habelə ön cəbhənin zəruri ehtiyaclarının təmin olunmasında könüllü və fəal iştirak etməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 5,182 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 5,182 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-30/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-30/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver