Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-31/2021 23.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8 və X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, xx.xx.1985-ci ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak maiqdarından artıq miqdarda 5,929 qram çəkidə psixotrop maddə olan metamfetamini, eləcə də, bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, Г-3405 nömrəli, 12 kalibrli, İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz, atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi, qundağı kustar üsulla kəsilməklə hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyini qanunsuz əldə etmiş, metamfetamini üç ədəd bükümə bölüb üzərində, qeyd edilən odlu silahı isə gəzdirib özünə məxsus “BMW” markalı, **-XL- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Zaqatala şəhəri, B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, orada 13 mart 2020-ci il tarixdə saat 0012-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində şəxsi istaehlak miqdarından artıq miqdarda saxlamaqla daşıdığı üç ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrılıqda çəkiləri 2,101 qram, 2,336 qram və 1,492 qram olmaqla ümumilikdə 5,929 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Zaqatala Rayon Polis Şöbəsinin həyətində Təqsirləndirilən şəxs məxsus “BMW” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 mart 2020-ci il tarixdə saat 00:45-dən keçirilən baxış və götürmə zamanı qanunsuz olaraq əldə edib gəzdirərək avtomobilin arxa yük yerində saxlamaqla daşıdığı bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, Г-3405 nömrəli, 12 kalibrli, İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 mart 2020-ci il tarixdə saat 22 radələrində Zaqatala şəhəri B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsində avtomaşınını saxlayıb dayanmış, həmin vaxt Zaqatala rayon X15 X21 iki nəfər əvvəldən tanıdığı və birinin adı Ruslan olan əməkdaşı yaxınlaşaraq ona məxsus BMV markalı avtomaşını satıb-satmaması ilə maraqlanmış, həmin söhbət zamanı avtomaşının müxtəlif yerlərinə, o cümlədən yük yerinə baxmışlar. Sonra avtomaşının qabaq tərəfində duran zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oraya yaxınlaşaraq onu özlərinə məxsus olan avtomaşına mindirib Zaqatala rayon Polis Şöbəsinə aparmışlar. Zaqatala rayon Polis Şöbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tanımadığı əməkdaşları ona narkotik vasitə heroin və “obrez” ov tüfəngini təqdim edərək həmin narkotik vasitəni və silahı boynuna götürməsini bildirmişlər. Polis əməkdaşları ona təzyiq etdiklərinə görə məcbur qalıb sonuncularla razılaşmışdır. Bundan sonra şübhəli şəxs kimi tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən baxış zamanı əynində olan tüng göy rəngli qış gödəkçəsinin sol yan cibinə qoyduğu iki ədəd mobil telefonu, polislərin ona verdikləri və həmin gödəkçənin sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd dəmir halqada maşın açarını və pultunu çıxarıb təqdim etmişdir. 03 ədəd sellofan bükümdə olan maddənin narkotik “şüşə” kimi adlanan narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Həmin metafetaminə bənzər maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldükdən sonra avtomobilinə keçirilən baxış zamanı avtomaşının yük yerində olan və yenə də polis əməkdaşlarının əvvəldən qoyduqları bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi təqdim etmişdir. Lakin əslində nə narkotik vasitə, nə də ki, silah ona məxsus olmamış, təsir və təzyiq nəticəsində ibtidai araşdırma zamanı narkotik vasitə və silahı tapdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 12 mart 2020-ci il tarixdə yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən evinin qarşısından bir qədər aralıda gəzərkən avtomobil yolunun kənarında bir ədəd göy rəngli sellofanın olduğunu görərək həmin sellofan torbanı götürüb yoldan kənara atmaq istədikdə həmin sellofanın içərisində üç ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməsə də hansı formada olduğunu bildiyinə görə orada narkotik vasitə olduğunu bilmişdir. Həmin bükümləri başqa şəxsin istifadə etməməsi üçün məhv etmək məqsədi ilə gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan sonra o məhəllədən tanıdığı bir neçə dostunu görərək bir qədər sonuncularla söhbətləşdikdən sonra öz işləri ilə məşğul olduğundan cibində həmin bükümlərin olduğu yadından çıxmışdır. Saat 22 radələrində özünə məxsus “BMW” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu, Zaqatala şəhəri B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsində avtomobilini saxlayıb düşərək dostlarının gəlməsini gözləyən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitə və psixotrop maddələrin satışında və odlu silahın gəzdirilməsində şübhəli olduğunu bildirib barəsində çıxarılmış qərarla onu tanış etdikdən sonra onu Zaqatala rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə idarə etdiyi “BMW” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayon Polis Şöbəsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən baxış zamanı əynində olan tüng göy rəngli qış gödəkçəsinin sol yan cibindən iki ədəd mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd dəmir halqada maşın açarını və pultunu çıxarıb təqdim etmişdir. 03 ədəd sellofan bükümdə olan maddənin narkotik “şüşə” kimi adlanan narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Həmin metafetaminə bənzər maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldükdən sonra avtomobilinə keçirilən baxış zamanı avtomaşının yük terində olan Zaqatala rayonu Calğalıq adlanan ərazidən tapıb özündə saxladığı bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi təqdim etmişdir. Narkotik vasitələrin satışı ilə məşqul olmamış, ona görə də CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 12 mart 2020-cu il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1985-ci ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, özündə saxlamaqla daşıması və satması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması və daşıması barədə daxil məlumat əsasında Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 12 mart 2020-ci il tarixli qərar qəbul edilmişdir. Yaradılmış əməliyyat qrupu Zaqatala rayonuna getdikdən sonra 12 mart 2020-ci il tarixdə saat 2240-da Təqsirləndirilən şəxs tərəflərindən Zaqatala şəhəri B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçələrinin kəsişməsində idarə etdiyi BMW markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanaraq avtomobili ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Zaqatla rayon X20 Həmzəyev şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzrəinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən iki ədəd mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd dəmir halqada maşın açarını və pultunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs mobil telefonların özünə məxsus olduğunu, dəmir halqada olan avtomaşın açarının və pultun isə özünə məxsus BMW markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu, 03 ədəd sellofan bükümdə olan maddənin isə psixotrop maddə olan metamfetamin olmaqla küçələrində gəzərkən tapdığını, uşaqların əlinə keçməməsi üçün gələcəkdə tullamaq məqsədi ilə götürüb cibinə qoyduğunu, lakin unudaraq tullamadığını bildirmişdir. Psixotrop maddə olan metamfetaminə bənzər maddələr tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs özünə məxsus olan avtomobildə Zaqatala rayonu Calğalıq adlanan ərazidə tapdığıə “obrez” tipli tüfəng olduğunu bildirdikdən sonra Zaqatala Rayon Polis Şöbəsinin həyətindəki BMW 528 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerində çantada saxladığı bir ədəd qundağı və lüləsi kəsilmiş tüfəng tipli silah aşkar olunmuşdur. Həmin tüfəng də ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd sellofana qoyularaq qablaşdırılmış, üzəri DİN-in 6 nömrəli möhürü ilə möhürlənmişdir. Qeyd etdiyi istintaq hərəkətinə dair protokollar və qablaşdırmaların üzəri digər iştirakçılar kimi onun da tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində Kamil Zeynalovun polis əməkdaşları tərəfindən aparılmasının onun işlədiyi mağazaya quraşdırılmış video müşahidə kamerasına düşdüyünü göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 22 radələrində yaşadığı evin qabağına çıxarkən əvvəldən tanıdığı Kamil Zeynalovun onun yaşadığı evin yaxınlığında durduğu yerdən polis əməkdaşları tərəfindən aparıldığını gördüyünü göstərmişdir. Zaqatala rayon X24 Patrul Xidmətinin inspektoru işləyən X12 ifadəsində göstərmişdir ki, 12 mart 2020-ci il tarixdə axşam saatlarında bazarın yaxınlığında küçənin kənarında Kamilin dayandığını görüb sonuncuya yaxınlaşaraq 10-12 dəqiqə ərzində almaq məqsədi ilə Kamilə məxsus BMV markalı avtomaşına baxmış, avtomaşının yük yerinə də baxaraq orada hər hansı çürümə əlamətlərinin olub-olmamasını yoxlamışdır. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlar Kamilə yaxınlaşaraq özləri ilə Polis Şöbəsinə apamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Yol Patrul Xidmətinin inspektoru işləyən X5 eyni məzmunlu ifadə verərək X7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizanın 13 mart 2020-ci il tarixli 20/150R nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd Г-3405 N-li silah keçmiş SSRİ dövlətində, 1957-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir(obrezidir). Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2020-ci il tarixli 6/178 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf bükümdə...” yazısı olan zərfdə 3(üç) ədəd şəffaf polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkisi 2,101 qram, 2,336 qram, 1,492 qram, ümumi təmiz çəkisi 5,929 qram ağ rənli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2020-ci il tarixli 1848 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 13 mart 2020ci il tarixli protokola və həmin protokollara əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin, “BMW” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən isə bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş 31.03.2020-ci il tarixli 012-7936-1220 nömrəli məktubda “İJ-K” markalı, 16 kalibrli 1957-ci ildə istehsal edilmiş Г- 3405 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olmadığı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 18.06.2020-ci il tarixli 2/2622 nömrəli məktubda Г-3405 zavod nömrəli 12 kalibrli ov tüfənginin Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 22.04.2020-ci il tarixli 15/1381 nömrəli məktubda 1957-ci ildə SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, Г-3405 nömrəli, 12 m.m. lüləsi və qundağı kəsilmiş ov tüfənginin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2240-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 14 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 mart 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 09 iyul 2020-ci il tarixli qərarı ilə həbs müddəti üç ay, yəni 12 oktyabr 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə olunmuş tələbnamə və hökmlərdən görünür ki, Həmzəyev X6 rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə CM-in 307.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay, 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Zaqatala rayon Məhkəməsinin 25 may 2017ci il tarixli hökmü ilə CM-in 322.2-ci maddəsi ilə 09 (doqquz) ay, 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,11 aprel 2017-ci il tarixli hökmlə təyin edilmiş 05 (beş) ay, 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 27.05.2017-ci ildə cəzasını tam çəkib qurtardığı üçün azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 tərəfindən verilmiş 09.04.2020-ci il tarixli 2717 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı çəkilən xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin təqdim etdiyi 14 aprel 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci ildə anadan olmuş Ayla Həmzəyeva, 2013-cü ildə anadan olmuş İlayda Həmzəyeva və 2015-ci ildə anadan olmuş Eldar Həmzəyev adlı azyaşlı uşaqları olmaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silahın mənbəyinin və psixotrop maddələrin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-nə ünvanlanmış 09.04.2020-ci il tarixli 007-3887-1220 nömrəli tapşırığa cavab olaraq verilmiş 01.05.2020ci il tarixli 007-4710-1220 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilən psixotrop maddələri də satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, aşkar olunmuş odlu silah və döyüş sursatını nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təhdid olunması və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək təqsirləndirilən şəxsin əməlinin CM-in 228.1-ci maddəsinə tövsifi ilə razılaşsa da, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli səhvən CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-in 234.1 və 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törtəməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitələrin külli miqdar təşkil edən (2 qram) normanın minimal həddinə yaxın – yəni, 5,929 qr olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər narkotik vasitələrin satışı və qanunsuz saxlanılmasına görə məsuliyyətə cəlb olunmamasını işin hallarına, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun təkzibolunmaz həqiqət kimi qəbul edir. Eyni zamanda cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat tapşırığı vermiş, həmin əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə onun narkotik vasitəni kənar şəxslərə satmasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.1 və 228.1-ci maddələrinə tövsif olunmalı və o, CM-in həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Təqsirləndirilən şəxs ifadəsində qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq onun Zaqatala rayon Polis Şöbəsinə aparılması, orada ona təzyiq göstərilərək narkotik vasitənin və odlu silahın ona məxsus olmasını boynuna götürməsinə dair ifadəsində göstərdiklərini məhkəmə kollegiyası məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, müdafiə tərəfindən təqdim edilmiş video-görüntülərin olduğu diskdə naməlum şəxsin bir qrup şəxs tərəfindən avtomaşına mindirilərək aparılması müəyyən olunsa da həmin şəxsin Təqsirləndirilən şəxs olmasına dair müdafiə tərəfindən hansısa digər sübut təqdim edilməmişdir. Eyni zamanda videogörüntüdən göründüyü kimi orada olan avtomaşının da kimə məxsus olması və həmin avtomaşının qeydiyyat nişanını müəyyən etmək mümkün olmamışdır. Şahid qismində dindirilmiş Baş Mütəçəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasında onunla birlikdə digər əməliyyat müvəkkili Şahid2 iştirak etdiyini və başqa şəxsin orada olmadığını bildirmiş, qeyd edilən video-görüntüdəki şəxsləri tanımadığını göstərmişdir. Bundan başqa məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismndə saxlanılarkən ona təyin edilmiş müdafiəçi X17 Həmzəyev Bakı şəhərində həmin müdfiəçidən imtina etməsinə dair 13 mart 2020-ci il tarixli protokola imza etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi üzərinə şəxsi axtarış keçirilən zaman video-çəkilişdən də göründüyü kimi müdfiəçi həmin istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs ifadəsində Şaban Məmmədovun onun hüquqlarını müdafiə etmək üçün qalmasında maraqlı olmadığını, eyni zamanda ona təyin edilmiş digər müdfiəçinin barəsində aparılmış bütün istintaq hərəkətlərində iştirak etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirilmə protokolundan görünür ki, o şübhəli şəxs kimi Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdaərsində 13 mart 2020-ci il tarixdə saat 22 radələrində dindirilmişdir. Belə olan halda X18 rayon Məhkəməsində məhkəmə proseslərində iştirak etdiyi hallarda belə Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxs müdafiəçidən imtina etməsi protokoluna imza etməsi mümkündür. Bundan başqa məhkəmə kollegiyası şahid Sənan Qaziyevin ifadəsinə də tənqidi yanaşaraq onun Kamil Zeynalovun polis əməkdaşları tərəfindən məhz zor tətbiq edilərək aparılmasına dair ifadəsini K.Zeynalovla bir rayonda yaşamaqla sonuncunun müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. Lakin məhkəmə Təqsirləndirilən şəxs həmin tarixdə və saatda, qeyd edilən ünvanda Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən Zaqatala rayon Polis Şöbəsinə dəvət edilərək aparılmasını mübahisəsiz hal kimi qəbul edir ki, Zaqatala rayon X15 X21 Yol Patrul Xidməti inspektorları Ruslan İsayev və Mahama Xəlilov da ifadələrində bu halı bir daha təsdiq etmişlər. Ruslan İsayevin Təqsirləndirilən şəxs avtomaşınının yük yerinə baxmasına gəldikdə isə sonuncu həmin vaxt avtomaşında ancaq çürümə əlamətlərini yoxladığını bildirmiş, video çəkilişdən də göründüyü kimi avtomaşının yük yerində aşkar olunmuş silah idman çantasının içərisində olmaqla, bundan başqa orada sellofan torbalarda digər əşyalar (çörək qırıntıları, göyərti və s.) da aşkar edilmişdir. Bu səbəbdən də Ruslan İsayevin həmin vaxt Təqsirləndirilən şəxs avtomaşınının yük yerindən aşkar olunmuş lüləsi və qundağı kəsilmiş tüfəngi görməsi qeyri-mümkün olmuşdur ki, məhkəmə bu halı həmin vaxt Təqsirləndirilən şəxs avtomaşınının yük yerində odlu silahın olmaması qənaətinə gəlməsi üçün yetərli hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 12 mart 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş bir ədəd 12 kalibrli İJ-54 modelli ov tüfənginin kəsiyi (obrez) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 5,779 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 12 mart 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 5,779 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Cinayətin törədilməsində alət olmuş bir ədəd 12 kalibrli İJ-54 modelli ov tüfənginin kəsiyi (obrez) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri cəza müddətinin sonunadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-31/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-31/2021
23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver