Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-31/2022 11.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X3 iştirakə ilə, xx xxxx 1988-ci il tarixdə Yevlax rayonu Hacıselli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta ixtissas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da kirayə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi bazarda» toyuq satışı ilə məşğul olduğu piştaxta arxasında dayanarkən, müştəri qismində piştaxtanın qarşısından keçən Tərtər rayonu, İrəvanlı kənd sakini Zərərçəkmiş şəxs onun dayandığı piştaxtanın qarşısına gəlib toyuğu neçəyə satdığını soruşduqdan sonra, ona «sən neçəyə verirsən?» deyə şərəf və ləyaqətini alçaldan sual verib, faktiki ona cinsi əlaqəyə girmək barədə ədəbsiz təklif etdikdən sonra o, Zərərçəkmiş şəxs işlədiyi piştaxtanın qarşısından getməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun yanından uzaqlaşaraq bazarda alver edib geri qayıdıb onun işlədiyi piştaxtanın qarşısından təkrar keçən zaman yenidən ona «vermədin mənə gözəl» sözlərini deyib, onun şərəf və ləyaqətini növbəti dəfə alçaldıb yoluna davam edərkən, o, küçədə tanışlarının yanında Zərərçəkmiş şəxs ona etdiyi rüsvayedici təklifi həzm edə bilmədiyi üçün ondan qisas almaq məqsədi ilə piştaxtanın üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq, həmin bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya döş qəfəsinin sağ arxa nayihəsinin daxilinə dəlib-keçən yara ilə müşayiət olunan və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, Mingəçevir şəhər mərkəzi bazarında toyuq satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, onunla aralarında hər hansı mübahisə və ya ədavətləri olmamışdır. Lakin təxminən bir həftə müddət ərzində adını sonradan bildiyi Zərərçəkmiş şəxs onun işlədiyi piştaxtaya yaxınlaşıb sataşmışdır. Belə ki, 05.07.2021-ci il tarixdə təxminən günorta saatlarında Zərərçəkmiş şəxs yanında tanımadığı iki nəfər orta yaşlı şəxslə birlikdə bazara gələrkən ona yaxınlaşıb toyuğun qiymətini soruşmuş, o, isə bir ədəd toyuğun qiymətinin 6 manat olmasını demişdir. Daha sonra Zərərçəkmiş şəxs ona “başqa vermərsən? neçəyə verərsən mənə” demiş, o, isə Zərərçəkmiş şəxs başqa təklifdə olmasını başa düşüb səhv adama yaxınlaşması və getməsi barədə xəbərdarlıq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oradan getmişdir. Yenidən 06.07.2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yanında həmin tanımadığı iki nəfər şəxslə yenidən gəlmiş, onun yanına çatanda yenə də “mənə vermirsən” sözlərini demişdir. O, isə Fəxridən xahiş edərək ondan uzaq durmasını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs uzaqlaşıb getmişdir. Yenidən 11.07.2021-ci il tarixdə saat 17 radələrində bazarda piştaxta arxasında dayanarkən Zərərçəkmiş şəxs yenidən oraya gəlmiş, bu dəfə də tanımadığı iki nəfər şəxs yanında olmuşdur. Zərərçəkmiş şəxs onun qarşısında dayanmış, yanına gəlmiş iki nəfər şəxs isə dayanmadan irəliləyib getmişlər. Fəxri ona “vermədin də gözəl, yaxşı da” dedikdə o, Fəxriyə uzaqlaş demiş, Zərərçəkmiş şəxs başqa bir söz demədən uzaqlaşaraq getmişdir. Təxminən 4-5 dəqiqədən sonra geri qayıdıb yenidən onun qarşısından keçərkən “oldu ay gözəl, vermədin, sağol” deyərək yoluna davam etmişdir. Onun hərəkətlərindən və əxlaqsız təklifindən bərk əsəbləşdiyi üçün toyuq təmizləmək məqsədilə istifadə etdiyi mətbəx bıçağını əlinə götürüb və Zərərçəkmiş şəxs arxasınca getmişdir. Ona yaxınlaşanda heç bir söz demədən əlindəki bıçaqla onu bel nayihəsindən vurmuş, bıçaq onun bədəninə daxil olduqdan sonra bıçağı çıxartmamış və əlini çəkmişdir. Həmin vaxt ətrafda olan Zərərçəkmiş şəxs ilə birlikdə gəlmiş şəxslərdən biri onu qucaqlayaraq kənara itələmiş, bu zaman o, yerə yıxılması nəticəsində sağ qolu və sağ diz nayihəsindən xəsarət almışdır. Bundan sonra o, oradan uzaqlaşaraq ətrafda olanlara polis çağırmasını demiş, lakin orada dayanmayaraq birbaşa polis şöbəsinə gələrək və törətdiyi əməl barəsində özü məlumat vermişdir. Zərərçəkmiş şəxs işlədiyi yerdə olarkən ona üç dəfə müxtəlif vaxtlarda sataşarkən görmüş, başqa onunla rastlaşmamış, aralarında hər hansı ədavət mübahisələri olmamışdır. Zərərçəkmiş şəxs ona daha əvvəllər də sataşmasından nə həyat yoldaşı Aqil Nəsibovun nə də yaxınlarının məlumatı olmamışdır. Həmçinin bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Çünki bu barədə həyat yoldaşı Aqil Nəsibov məlumat alsa Zərərçəkmiş şəxs qarşı cinayət törətmə ehtimalını zənn etmişdir. Buna görə də Zərərçəkmiş şəxs iki dəfə onu narahat etdikdə səbrlə yola salmış, və onun hərəkətlərinə son qoyacağını düşünmüşdr. Lakin üçüncü dəfə yenidən Zərərçəkmiş şəxs ona sataşanda əsəbləşdiyi üçün toyuq təmizləmək üçün istifadə etdiyi mətbəx bıçağı ilə onu bir dəfə bel nayihəsindən vurmuşdur. Zərərçəkmiş şəxs hərəkətlərinə bərk əsəbləşdiyi üçün bıçaqla ona xəsarət yetirmək fikrinə düşmüş, buna görə də onun arxasınca gedərək bel nayihəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Ona qarşı bıçaqla vurarkən öldürmək məqsədi olmamış, həmçinin bıçaqla bir dəfə vurduqdan sonra ona həmin vaxt heç kim mane olmamış, özü təkrarən bıçaqla xəsarət yetirmək niyyətində olmadığı üçün bıçağı onun belindən çıxartmamış və təkrar zərbə vurmağa cəhd etməmişdir. Zərərçəkmiş şəxs ona sataşarkən ətrafda olan digər satıcılar nə baş verdiyini bilməmişlər, daha sonra o, uzaqlaşıb gedərkən mətbəx bıçağını götürüb Fəxrinin arxasınca gedərkən əlində bıçaq olmasını və yaxud da onu vurmaq məqsədilə arxasınca getməsini ətrafda olan şəxslərə hiss etdirməmişdir. Yalnız ona yaxınlaşıb çatanda bıçaqla bir dəfə vurmuş, bundan sonra ətrafda olan şəxslər ora toplaşmışlar. Zərbə vurmaq məqamında isə ətrafda kimlərin onu görməsini bilməmişdir. Bazarda meyvə tərəvəz satışı ilə məşğul olan Alim adlı şəxs, “Şoşu” ləqəbli Rəhman adlı kartof-soğan satan şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra orada olublar, Rəfiqə adlı gül satan qadın, Kamil adlı dondurma satan şəxs və başqa adlarını bilmədiyim şəxslər orada olublar, lakin hadisənin hansı formada şahidi olmasını bilməmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların, o cümlədən himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 11.07.2021-ci il tarixdə saat 12 radələrində dostları Şahid1 və Şahid3la birlikdə Mingəçevir şəhərinə yas mərasimində iştirak etmək məqsədilə gəlmişlər. Yas mərasimində iştirak etdikdən sonra təxminən saat 17 radələrində Tərtər rayonuna geri qayıtmalı olmuşlar, qayıtmazdan əvvəl Mingəçevir şəhər mərkəzi bazarından meyvə almaq məqsədilə bazara gemişlər. Orada tanımadığı şəxsdən gilas almış, daha sonra tanımadığı şəxsdən həmin gilas meyvəsini yumaq məqsədilə su istəmişdir. Həmin şəxs suyu gətirdikdən sonra sellofan paketdə olan aldığı meyvələri yuyarkən kənarda dayanmış adını bilmədiyi qadın ona baxaraq “nəyə gülürsüz” deyə soruşmuş, o isə həmin qadına cavab olaraq “xanım səhv işimiz olubsa bağışlayın” demişdir. Bundan sonra oradan uzaqlaşıb getmək istəmiş bu vaxt dostları Nizami və Emin ondan arxada piyada gəlmişlər. O, həmin qadından uzaqlaşıb gedərkən qəfildən kürəyindən zərbə vurulduğunu hiss edib və özünü itirmiş, buna görə də onu vuran şəxsin kim olmasını, nə üçün vurmasını və nə ilə vurmasını bilməmişdir. Bir neçə gündən sonra xəstəxanada ayılanda nəyə güldüyünü soruşan həmin qadın onu arxası ilə gələrək kürəyindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Mərkəzi bazara toyuq almaq məqsədilə getməmiş, buna görə də toyuq satan qadına yaxınlaşmamışdır, toyuq haqqında heçnə soruşmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı mübahisə olmamışdır. Lakin onun toyuq satışı ilə məşğul olduğu yerin yaxınlığında gilası yuyarkən gülmüş, həmin qadın da onun gülməyinə irad bildirib soruşanda ki, nəyə gülür, o, isə ondan üzrxahlıq etmiş və daha sonra yoluna davam etmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs onun sözlərini səhv başa düşüb, çünki o, Esmiraya “neçəyə verərsən” sözlərini deməmişdir. 11 iyul 2021-ci il tarixdən daha əvvəl Mingəçevir şəhərində ümumiyyətlə olmamış, ona görə də onun Esmiranın arasında hər hansı ədavət və ya mübahisə daha əvvəllər baş verməmişdir. Təqsirləndirilən şəxs daha əvvəllər görməmiş, ona görə də aralarında başqa hər hansı ədavətləri olmamışdır. Esmiranın həmin gün bıçaqla ona xəsarət yetirməsinin səbəbi tam olaraq ona da məlum deyil, çünki o Esmiraya sataşmamışdır. Tam xatırlamasa da lakin həmin gün ola bilsin ki, Təqsirləndirilən şəxs toyuğun qiymətinin neçəyə olmasını soruşmuş lakin almamış, daha sonra isə onun işlədiyi yerin yaxınlığında dayanıb aldığı gilası yuyarkən isə orada gülməyini görən Esmira ola bilsin zənn edib ki, o, toyuq qiymətini ona sataşmaq məqsədilə soruşmuşdur, daha sonra da bu səbəbdən kənarda gilası yuyarkən ona gülmüşdür. buna görə də Esmira əsəbləşərək bıçaqla vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər mərkəzi bazarında meyvə-tərəvəz satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs da həmin bazarda toyuq satışı ilə məşğul olur, piştaxtaları yaxınlıqda yerləşir, buna görə də onu tanıyır. Zərərçəkmiş şəxs isə tanımır. 11.07.2021-ci il tarixdə saat 17 radələrində bazarda meyvə-tərəvəz satışı ilə məşğul olarkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs Esmiranın toyuq satışı ilə məşğul olduğu piştaxtanın qarşısından keçərkən Esmiraya sataşaraq “toyuğu neçəyə verirsən” deyib və oradan getmişdir. Bir qədər sonra isə geri qayıdarkən yenə də Esmiranın qarşısından keçərkən Esmiraya “özün neçəyə verirsən, nətər verirsən” deyib və yoluna davam etmişdir. Bu zaman Esmira “verən evindəkidi” deyərək Zərərçəkmiş şəxs arxasınca getmişdir. O, isə həmin vaxt dayanıb baxmışdır. Esmira Fəxriyə arxadan yaxınlaşanda onu kürəyindən vurmuş və Fəxri yerə yıxılmışdır. Bu zaman o və ətrafda olanlar dərhal ora qaçaraq Fəxriyə yaxınlaşanda görmüşlər ki, Fəxrinin kürəyində bıçaq var. Bundan sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər mərkəzi bazarında kolbasa məmulatlarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs da həmin bazarda toyuq satışı ilə məşğul olur, piştaxtaları yaxınlıqda yerləşir, buna görə də onu tanıyır. Zərərçəkmiş şəxs isə tanımır. 11.07.2021-ci il tarixdə saat 17 radələrində bazarda kolbasa məmulatlarının satışı ilə məşğul olarkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs Esmiranın toyuq satışı ilə məşğul olduğu piştaxtanın qarşısından keçərkən Esmiraya sataşaraq “toyuğu neçəyə verirsən” deyib və oradan getmişdir. Bir qədər sonra əlində sellofan torba ilə geri qayıdarkən yenə də Esmiranın qarşısından keçərkən Esmiraya “özün neçəyə verirsən, nətər verirsən” demiş və yoluna davam etmişdir. Bu zaman Esmira “verən evindəkidi” deyərək Zərərçəkmiş şəxs arxasınca gedib Fəxriyə arxadan yaxınlaşanda onu kürəyindən vurmuş və Fəxri yerə yıxılmışdır. Bu zaman o və ətrafda olanlar dərhal ora qaçaraq Fəxriyə yaxınlaşanda onun kürəyində bıçaq olmasını görmüşlər. Bundan sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, münasibətləri normaldır. 11.07.2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs Mingəçevir şəhərinə Rusiya Federasiyasında yaşayan dostu qonaq gəldiyini deyərək birlikdə gedib onunla görüşməyi bildirmişdir. O, da razılaşmış, Zərərçəkmiş şəxs və ortaq dostları Emin adlı şəxs ilə birlikdə Zərərçəkmiş şəxs məxsus avtomaşınla Mingəçevir şəhərinə gəlmişlər. Həmin gün saat 16 radələrində onlar Mingəçevir şəhərində çimərliyə getmiş, orada çay içdikdən sonra şəhərə gəlmişlər. Ac olduqlarından dönər yemək istəyib Mingəçevir şəhər mərkəzi bazarına gəlmişlər. Orada isə gilas almaq qərarına gəlmişlər. Mərkəzi bazarda olarkən Zərərçəkmiş şəxs ondan təxminən 3-4 metr qabaqda gedirmiş, onun arxasınca Emin daha arxada isə o, gedirmiş. Piyada gedərkən piştaxta arxasında bir nəfər qadın iki ədəd toyuq satmasını görmüşdür. Meyvə satılan yerdən meyvə alıb qayıdarkən Fəxri və Emin keçdikdən sonra o, keçərkən eşitmişdir ki, toyuq satan həmin qadın “sənin anan bacın yoxdur?” deyərək piştaxtanın arxasından çıxaraq gəlib və onun yanından keçib Zərərçəkmiş şəxs çatanda əlindəki bıçaqla Fəxrini kürəyindən bir dəfə vurmuşdur. Bıçaq onun kürəyində qalmış, daha sonra Fəxrinin arxasınca gələn Emin həmin qadını təkrar zərbə vurma ehtimalını nəzərə alaraq itələmişdir. Bu zaman həmin qadın yıxılmışdır. Daha sonra Fəxrini xəstəxanaya aparmışlar. Mingəçevir şəhərinə sonuncu dəfə təxminən bir əvvəl gəlmişdir, yenidən 11 iyul 2021-ci il tarixdə gəlmişdir. Zərərçəkmiş şəxs daha əvvəllər Mingəçevir şəhərinə gəlməsi barədə isə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bıçaqla bir dəfə Zərərçəkmiş şəxs vurduqdan sonra bıçağı onun belindən çıxartmamış və növbəti zərbəyə cəhd etməmişdir. Bundan sonra Emin Esmira adlı qadını itələmişdir. Təqsirləndirilən şəxs “sənin anan bacın yoxdurmu” deyəndə o, eşitmiş lakin yoluna davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaq ilə yanıından keçsə də lakin onun əlində bıçaq olmasını görməmişdir. Həmçinin Zərərçəkmiş şəxs çatıb zərbə vurduğu məqamadək Esmira onu bıçaqla vuracağı və ya başqa bir əməl edəcəyi barədə hər hansı söz və ya hərəkət etməmişdir. Çatdıqda bıçaqla vurduqdan sonra və digər şahidlər hadisədən xəbərdar olmuşlar. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.07.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 18:20-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsindən tibb bacısı Məmmədova məlumat verərək Tərtər rayonu İrəvanlı kəndində yaşayan 1967ci il təvəllüdlü Zərərçəkmiş şəxs kürəyin sağ yarısının deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olduğunu bildirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan 11.07.2021-ci il tarixli baxış və götürmə protokolu əsasında Zərərçəkmiş şəxs bıçaqlanaraq xəsarət alıb Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərkən əynində olan üzərində yarıq olan köynək və bir ədəd Zərərçəkmiş şəxs kürəyindən çıxarılmış bıçaq qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan 11 iyul 2021-ci il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17 radələrində Mingəçevir şəhər mərkəzi bazarında yerləşən toyuq satışı ilə məşğul olduğu piştaxtadan təxminən 20 metr aralıda Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Müvafiq video çəkiliş CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 12-14). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 iyul 2021-ci il tarixli, 453 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarət: döş qəfəsinin sağ arxa nayihəsinin daxilinə dəlib keçən yara kəsici-deşici əşyanın (alət-lərin) ola bilsin bıçağın təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti 11.07.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 01, iş vər. 48). Cinayət işinin materiallarında olan soyuq silahın kriminalistik və trasoloji ekspertizalarının 02 sentyabr 2021-ci il tarixli, 3/1412: 3/1413 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (məs: bıçaq və ya bənzər xassəli alətin) təsirindən yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Lakin təqdim olunmuş köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 11.07.2021-ci il tarixli 453 nömrəli ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə nisbi uyğunluq təşkil edir, yəni zədə və xəsarət nisbətən üst-üstə düşür (cild 01, iş vər. 94-97). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatriya ekspertizasının 30.09.201ci il tarixli, 590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21,1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 01, iş vər. 104-105). Cinayət işinin materiallarında olan 18.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 221.3, 126.2.4, 228.4, 29,120-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 132-141). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Quliyeva X2 şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi bazarda» toyuq satışı ilə məşğul olduğu piştaxta arxasında dayanarkən, müştəri qismində piştaxtanın qarşısından keçən Zərərçəkmiş şəxs onun dayandığı piştaxtanın qarşısına gəlib toyuğu neçəyə satdığını soruşduqdan sonra, ona «sən neçəyə verirsən?» deyə şərəf və ləyaqətini alçaldan sual verib, faktiki ona cinsi əlaqəyə girmək barədə ədəbsiz təklif etdikdən sonra o, Zərərçəkmiş şəxs işlədiyi piştaxtanın qarşısından getməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun yanından uzaqlaşaraq bazarda alver edib geri qayıdıb onun işlədiyi piştaxtanın qarşısından təkrar keçən zaman yenidən ona «vermədin mənə gözəl» sözlərini deyib, onun şərəf və ləyaqətini növbəti dəfə alçaldıb yoluna davam edərkən, o, küçədə tanışlarının yanında Zərərçəkmiş şəxs ona etdiyi rüsvayedici təklifi həzm edə bilmədiyi üçün ondan qisas almaq məqsədi ilə piştaxtanın üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı qəsdən bir dəfə vuraraq ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə (2009 və 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə) ünvan 1 ünvanında qeydiyyatdadır və yaşadığı müddətdə nümayəndəliyə onun haqqında heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 01, iş vər. 44-47, 122) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 90). Cinayət işinin materiallarında olan “Cinayət törətmiş şəxsin könüllü gəlməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.07.2021-ci il tarixdə saat 17:40da könüllü şəkildə Mingəçevir Şəhər Polis Şöbəsinə gələrək Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi bazarda» bir nəfər şəxsi ona sataşdığı üçün bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir (cild 01, iş vər. 06). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü gəlib təqsirini boynuna almasını, qadın olmasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, belə mövqe mövcud məhkəmə təcrübəsi ilə də üst-üstə düşür. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 33) Cinayət işinin materiallarında olan Mingəçebir Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 4(051)-88/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (cild 01, iş vər. 69-71) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-nə təhvil verilmiş 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, təsərrüfat təyinatlı bıçaq və 1 (bir) ədəd köynək dəyəri olmadığından və tələb edilmədiyindən, CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 150 AZN (yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-nə təhvil verilmiş 1 (bir) ədəd təsərrüfat təyinatlı bıçaq və 1 (bir) ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 150 AZN (yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-31/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-31/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver