Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-31/2023 09.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Oğuz rayonunun Kərimli kəndində doğulmu., Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Oğuz rayonunun Kərimli kəndində qeydiyyatda olaraq yaşayan və barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29, 149.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq zorlamaya cəhd cinayət əməlini törətmişdir. Belə ki, o 2022-ci ilin iyul ayının 20-dən 21-nə keçən gecə, saat 01:30 radələrində Oğuz rayonunun Kərimli kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə tək olması, sonuncunun əri Şahid15 оğlunun evdə olmamasını qabaqcadan bilərək, Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz olaraq daxil olub sonuncu ilə zorla cinsi əlaqədə olmaq məqsədilə özünə məxsus Oğuz rayonunun Kərimli kəndində yerləşən mağazadan 1 ədəd bıçaq və üzünün tanınmaması üçün 2 ədəd qadın kapron corabı götürərək Zərərçəkmiş şəxs yaşadığı Oğuz rayonunun Kərimli kəndində yerləşən evə gəlmiş, evin zirzəmisində dayanıb sonuncunun yatağa girməsini gözləmiş, bundan sonra köynəyini çıxararaq evin zirzəmisində divara asmış və özü ilə götürdüyü kapron qadın corabını üzünün tanınmaması üçün başına keçirib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsinin ziddinə olaraq evin giriş qapısından daxil olmaqla yataq otağına girmiş, Zərərçəkmiş şəxs yaxılaşıb zorla cinsi əlaqədə olmaq üçün onu arxası üstə döşməyə yıxmış, lakin sonuncunun müqavimət göstərməsini və qışqırmasını görüb əvvəlcə əli ilə onun ağzını tutmağa çalışmış, sonuncu onun əlini dişlədiyi üçün iki əlinin barmağını İlahə İslamılının ağzına salaraq dartmış, Zərərçəkmiş şəxs üzü üstə çevrildikdən sonra arxadan onun ombasını tutub sıxmış, əynində olan tumanını dartıb cırmış, müqavimətini qıra bilmək üçün onu boğmuş, saçından tutub başını döşməyə vurmuş, nəticədə Zərərçəkmiş şəxs üzün yumşaq toxumalarının əziyi, üst dodağın sol tərəfinin, ağız boşluğunun sol və sağ tərəfinin, üst dodağın sol və sağ tərəfinin, alt dodağın sağ, sol və orta hissəsinin selikli qişasında əzilmiş-cırılmış yaralar, boyunun sağ aşağı hissəsinin, sağ gözün alt hissəsinin, sol alt göz qapağının, sol qulaq seyvanının ön səthinin, sol xarici qulaq keçəcəyinin aşağı hissəsinin, burunun sağ keçəcəyi hissəsinin, sol diz oynağının ön səthinin, sağ diz oynağının bayır tərəfinin sıyrıqları, başın sol təpə nahiyəsinin, başın arxa ənsə nahiyəsinin, alının sol yuxarı hissəsinin, alının sağ yuxarı hissəsinin, boyunun sol yuxarı hissəsinin, döş qəfəsinin ön sol yuxarı hissəsinin, sol çiyinin ön səthinin, sol kürək nahiyəsinin, sol bazunun içəri yuxarı 1/3-nin, sağ bazunun içəri orta 1/3-nin, sol dirsək oynağının bayır tərəfinin, sağ saidin arxa aşağı 1/3-nin, sol bud çanaq oynağının bayır tərəfinin, sağ budun ön aşağı 1/3-nin və sol baldırın arxa aşağı 1/3-nin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuraraq zorlamağa, yəni zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla zorla cinsi əlaqədə olmağa cəhd etmiş, həmin vaxt səs-küyə qonşuluqda yaşayan Şahid14 gəlməsi nəticəsində bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən hərəkətlərini öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməmiş və otaqdan çıxaraq qaçmışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, günün ikinci yarısı evdən çıxanda yoldaşı onun içki içdiyini bildiyinə görə, ona uşaqları saat 5-də İlahənin yanına hazırlığa göndərəcəyini və gələndə onları da götürməyi demişdir. Elvinlə yoldaşlığı olduğu üçün o, həmin evə günün bütün saatlarında gedə bilmişdir. Ona görə də də yoldaşına dükanı nə vaxt bağlayıb çıxsa, uşaqları onda götürüb gələcəyini demiş və günün ikinci yarısında dükanı təmizlədikdən sonra sərinləmək üçün iki bakal pivə içmişdir. Gecə saat 23:30-da uşaqları hazırlıqdan götürməli olduğunu xatırlamış və tez Elvingilin evinə getmişdir. Qapıdan içəri girəndə qapının açıq olduğunu görmüş və 5-10 metr getdikdən sonra həyətdə, sağ tərəfdə fındıq topalarının arxasından qəfil Şahid14 çıxdığını görmüşdür. Araz ondan burda nə etdiyini soruşanda, bildirmişdir ki, uşaqlarını hazırlıqdan götürməyə gəlib. Eyni zamanda, o da Arazdan burda nə etdiyini soruşmuş və bu an Araz ona bir sillə vurmuşdur. O, Arazın bu hərəkətinə çox əsəbləşdiyinə və bir az da içkili olduğuna görə, əynindəki köynəyi çıxardaraq pilləkənin kənarında əl tutmaq üçün olan hissəsinin üstünə atmışdır. Araz ilə münaqişə etməyə başlayıb, onu yerə vurmuşdur. Araz dəmirdən olan əşya ilə onun əlinin üstündən vurmuş və həmin an əlindən qan açıldığını hiss etmişdir. Bir müddət sonra səs-küyə İlahə xanım çıxmış və onların mübahisə etdiklərini görüb çığırmağa başlamışdır. Şahid14 İlahə xanımdan onun əl-ayağını bağlamaq üçün nəsə istəmişdir, amma İlahə xanımın ona nəisə verdiyini dəqiq xatırlamır. Araz onun əllərini və ayaqlarını rezinlə bağlamışdır. O, həm içkinin, həm də döyülməsinin təsirindən ətrafı aydın görə bilməmişdir, qaçmaq istəyəndə isə köynəyi fındıq topasının budağına ilişərək cırılmışdır. Araz isə onu yerə yıxaraq sürüməyə başlamış və İlahə xanıma işığı yandırmasını, onu tanımaq üçün diqqətlə baxmasını demişdir. Bu vaxt Araz yenə də onu vurmağa başlamış, bir müddət sonra isə polis əməkdaşları gəlmişlər. Araz onu vuran zaman əlləri və ayaqları bağlı vəziyyətdə olmuşdur. Polis əməkdaşları gələndə Araz “mənəm, Araz, köhnə polis işçisi” deyərək səslənmişdir. Polislər gələn zaman Araz onun əl-ayağını açmış və ayaqlarını bağlayan zaman istifadə etdiyi əşyanı öz cibinə qoymuş, lakin polis əməkdaşlarına onun belindəki kəməri çıxardaraq ayaqlarını bağladığını demişdir. Ayaqları bağlı vəziyyətdə polislər onu polis maşınına qoyub şöbəyə gətirmişlər. Spirtli içkinin təsiri altında olmasından istifadə edən Şahid14 öz pis niyyətini onun üstünə atmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, kapron corab və bıçaq əldə edib üzərində saxlamamışdır. Zərərçəkmiş şəxs öz adını təmizə çıxartmaq üçün onun məsuliyyətə cəlb olunmasını istəmişdir. Araz onu vuranda içkili olduğu üçün əsəblərini cilovlaya bilməyib və əynindəki köynəyi çıxardaraq mübahisə etməyə başlamışdır. O, “Araz, məni burax, sabah hörmətini edərəm” deməmişdir. Polis şöbəsində qanunsuz olaraq üç gün saxlanılmış və həmin üç gün ərzində müdafiəçi ilə təmin edilməmişdir. 2022-ci ilin iyul ayın 23-ü günü yoldaşı vəkillə müqavilə bağlamış, ona müdafiəçi təyin olunmuş, sonra sərbəst buraxılmışdır. Hadisə yerindən aşkar olunmuş ona məxsus köynəyi Şahid14 hadisənin sabahısı gün ora atmışdır. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında yaranan ziddiyyəti ibtidai istintaqda verdiyi ifadənin təhrif edilməsi və o vaxt müdafiəçisinin olmaması ilə izah etmişdir. İbtidai istintaq zamanı Rəşad İldırımzadə bir gün müddətində onun müdafiəçisi olmuşdur. İlahə xanımın yaşadığı evin həyətinə daxil olmuşdur. Bundan əvvəl də gecə vaxtı uşaqlarını hazırlıqdan götürmək üçün İlahəgilə getmiş, amma İlahə xanıma qarşı pis niyyəti olmamışdır. Polislər şöbədə onu döymüş, lakin özündə olmadığı üçün onu hansı polisin vurmasını dəqiq xatırlamır. İbtidai istintaq zamanı ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, Oğuz rayonunun Kərimli kəndində anası X1, arvadı Şahid13 və iki azyaşlı uşaqları Şəlalə Mənəfli və Nəzrin Mənəfli ilə birlikdə yaşayır. Həmkəndlisi Şahid15 ilə dostluq münasibəti var və bir-birlərinə ailəvi gediş-gəlişləri vardır. Elvinin arvadı Zərərçəkmiş şəxs ilə ailəvi münasibətləri olduğu üçün yaxşı münasibətləri olmuş, onunla İlahənin arasında heç bir qeyri-rəsmi münasibət olmamış, onun belə bir münasibətlə bağlı heç bir fikri də olmamışdır. 20 iyul 2022-ci il tarixdə, saat 17 radələrindən Kərimli kəndində özünə məxsus xırdavat və məktəb ləvazimatları mağazasında pivə içməyə başlamışdır. Sonra kənddə olan köhnə şadlıq evinin həyətində fəaliyyət göstərən kafeyə getmış, orada həmkəndliləri Samir və Nahid adlı şəxslərlə əyləşib birlikdə pivə içməyə davam etmişdir. Kafedən nə vaxt çıxmağını xatrlamır. Oradan işlətdiyi mağazaya gələrək bir ədəd qara rəngli qadın kapron corabı və bir ədəd mətbəx bıçağı götürmüşdür. Kapronu tanınmamaq üçün, bıçağı isə qarşısına çıxan olsa hədə-qorxu gəlmək üçün özü ilə götürmüşdür. Həmin vaxt özündə olmamış və mağazadan çıxdıqdan sonra Elvinin yaşadığı evə getmişdir. O, evə hansı formada girməyini xatırlamır. Həmin vaxt içkili olduğu üçün halhazırda İlahənin qışqırıq səslərini xatırlasa da, sonra nə baş verdiyini dəqiq xatırlaya bilmir. Həmçinin, Arazın səsini eşitdiyini xatırlasa da, Arazın onu hadisə yerində tutmasını xatırlamır, lakin ayaqlarını kəmərlə kiminsə bağlamasını güclə (alatoran) xatırlayır. Bunlardan başqa o, heç nə xatırlamır. Ayılanda Oğuz Rayon Polis Şöbəsində olduğunu müəyyən etmişdir. Hal-hazırda da, hadisələri tam dəqiqliyi ilə xatırlaya bilmir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ilin iyul ayının 22-də qardaşı qızının ad günü olmalı idi, o, qardaşı ilə danışaraq ad gününü Oğuz rayonunda onlarla birlikdə keçirməyi təklif etmiş və qardaşı buna etiraz etməmişdir. Həyat yoldaşı Elvin buna görə Oğuz rayonunda ailəvi bir məkan seçmiş, ayın 19-u günü Elvin işdə olarkən ona zəng edərək, bu gün iş yoldaşının işə gələ bilmədiyini və buna görə də, onu əvəzləyəcəyini və iki gün evdə olmayacağını bildirmişdir. O da belə bir halın birinci dəfə olmadığını və buna görə özündən narahat qalmamasını demişdir. Yoldaşı ilə telefonda danışıb sağollaşdıqdan sonra evlərin işığını söndürmüş, amma seyvanın işığı həmişəki kimi yanılı qalmışdır. Daha sonra həyətə düşüb çöl qapının dəmirini keçirib qapını bağlamışdır. Həyət qapısında problem olduğundan, dəmir keçsə belə, onlara gələn insanlar asanlıqla əlini keçirib qapını arxadan aça bilərmiş. Bundan əlavə, evin qapısı da xarab olmuş, qapını bağlamaq üçün fiziki güc lazım olmuşdur. Qapının cəftəsini keçirərək yatmağa hazırlaşmışdır. Kirayədə qaldıqları bu evdə təzə qalmağa başladıqları üçün işıq sistemində problem olmuş və buna görə də əl fənərini enerji yığmaq üçün qoymuşdur. xx.xx.2022-ci il tarixidə gecə saatlarına qədər paltar yumuş, paltaryuyan maşınından paltarları çıxarıb səbətə qoymuş, gecə olduğu üçün onları səhər sərmək qərarına gəlmişdir. O, gecə Elvinlə “WhatsApp” şəbəkəsində yazışaraq paltarları yuyub qutardığını, lakin suların gəlmədiyi üçün çimə bilmədiyini, telefonun siqnalını gecə saat 04-ə qurduğunu, birdən dura bilməsə, zəng edib onu oyatmasını xahiş etmişdir. Sonra isə yataq otağının cəftəsini keçirib bağlasa da, qapını kilidləməmişdir. Buna görə də qapını çöldən açmaq mümkün olmuşdur. O, yerinə girəndən sonra qapının açılma səsini eşitmişdir. Seyvanın işığını yanılı qoysa da hər yerin qaranlıq olduğunu müşahidə etmişdir. Birdən yataq otağının qapısında kölgə görüb qışqırmağa başlamış, “kim var orda, kimsən” deyə suallar vermiş, lakin həmin şəxs ona cavab verməmişdir. Bundan sonra çarpayının yanında olan fənəri götürüb qapıya tərəf işıq salmış və qapının qarşısında kiminsə olduğunu görmüşdür. Bu zaman həmin şəxs otağa daxil olmuşdur. Həmin şəxs ona çatana yaxın işığı üzünə salanda həmin şəxsin ağ rəngli gecə maykasında olduğunu, başında isə boğazına qədər boz rəngli qadın kapron corabı keçirdiyini görmüşdür. O, həmin şəxsin yerişindən və bədən quruluşundan onların ailə dostu olan Təqsirləndirilən şəxs olduğunu tanımış və ona “İlkin sən burda nə qələt edirsən, çıx çölə, get burdan” demişdir. İlkin ona heç nə deməsə də, üzərinə gəlməyə davam etmişdir. O, çarpayının yan tərəfindən qaçmaq istəmiş, həmin vaxt telefonu əlindən düşmüşdür. Bu zaman İlkin ona çatıb onu beli üstə yerə yıxmış və üstünə çıxmağa cəhd etmişdir. O, həmin vaxt alt paltarında, yəni tuman-maykada olmuşdur. İlkin əlini onun döşlərinə vurmağa çalışmışdır. O, İlkinin məqsədinin onunla zorla cinsi əlaqədə olmaq olduğunu başa düşmüş və həmin vaxt İlkinə “burax” deyib qışqırmış, kömək çağırmışdır ki, qonşular səsini eşitsin. Bu zaman üzü üstə çevrilmişdır ki, telefonu götürüb Elvinə zəng etsin. Həmin vaxt İlkin ombasından möhkəm tutub sıxmış, tumanını dartıb cırmışdır. O isə Elvinə zəng etmək üçün qışqıra-qışqıra telefonun kilidini açmağa çalışmışdır. Qışqırmaması üçün İlkin əli ilə onun ağzını tutmağa çalışmışdır. O isə İlkinin əlini dişləmiş və bundan sonra İlkin hər iki əlinin barmaqlarını onun ağzına salaraq ağzını cırmağa çalışmışdır. Həmin vaxt ağzından axan qan telefonun ekranına düşdüyü üçün telefonun kilidini aça bilməmişdir. Lakin telefonun kilidini çətinliklə açıb Elvini yığsa da, görmüşdür ki, telefonun balansında kontur qalmamış və Elvinə zəng getməmişdir. Bundan sonra o, İlkinə müqavimət göstərərək qaçmağa çalışmış, həmçinin qışqırıb kömək çağırmağa davam etmişdir. İlkin yenə də heç nə demədən hərəkətlərinə davam etmiş və 3-4 dəfə onun başından tutub döşəməyə çırpmışdır. İlkin onun əlindən çıxdığını görüb qolu ilə onu boğmağa başlamışdır. Həmin vaxt o, əl atıb İlkinin maykasını cırmış daha sonra İlkinin üstündən nəinsə yerə düşməsinin səsini eşitmişdir. İlkin əli ilə onu axtarsa da tapa bilməmişdir. Bundan sonra isə onun boynunu burmağa çalışmış, o isə qışqıraraq əl-qol atmaqda davam etmişdir. Həmin vaxt seyvandan addım səsləri eşitmişdir. Bu zaman İlkin durub qaçmış və o da onun dalınca çıxmış, elə bilmişdir ki, gələn Elvindir. Lakin gələn şəxsin Elvini çağıra-çağıra pilləkəndən qalxdığını görmüşdür. İlkin də buna görə seyvandan tullanmışdır. O isə pilləkəndən çıxan şəxsə “Elvin deyil” demişdir. Bundan sonra həmin şəxs, yəni qonşuları Araz pilləkəndən tullanıb İlkinin dalınca qaçmışdır. Sonra Araz ona “qorxma onu tutmuşam, bir şey ver onu bağlayım” demiş, o, alt paltarında olduğuna görə, Araza heç nə verə bilməyəcəyini bildirmişdir. Həmçinin, həmin vaxt İlkinin Araza “ qonşu mənəm İlkin, burax məni sənin hörmətini edərəm” dediyini eşitmişdir. Bu vaxt Arazın arvadı Saçlı da ora gəlmiş və çox qorxduğuna görə su verib onu sakitləşdirməyə çalışmışdır. Telefonu götürüb həyat yoldaşına zəng etmiş, işığı yandırıb otaqa girəndə övladının çarpayısının yanında bıçaq görmüşdür. Yoldaşına “ay Elvin, özünü çatdır, İlkin məni pis günü qoyub” demişdir. Saat təqribən 2-yə işləyən zaman, Elvin ona maşın tapıb gələcəyini söyləmişdir. Bir qədər sonra yoldaşı və bir neçə polis əməkdaşının içəri daxil olduğunu görmüşdür. Şahid14 həyat yoldaşı onun yanında olmuş, yoldaşıgil şöbəyə gedib gəldikdən sonra o səhhətinin yaxşı olmadığını və xəstəxanaya getməli olduğunu demişdir. Onlar birlikdə xəstəxanaya getmiş və ona ilkin tibbi yardım göstərilmişdir. Səhəri gün polis şöbəsinə getmiş, o yoldaşına İlkini ağ maykada gördüyünü demiş və polis şöbəsində üzləşmə zamanı İlkinin əynində cırılmış ağ mayka olduğunu müşahidə etmişdir. Polis əməkdaşları ilə evə baxış keçirilən zaman evin zirzəmisində kişi köynəyi və çəkələk aşkar olunmuşdur. O anlayıb ki, İlkin əvvəlcədən gəlib və onun yatmağını gözləyib, daha sonra hərəkətə keçib. Polis əməkdaşları aşkar olunmuş predmetlərin şəkillərini çəkmişlər. Bundan sonra polis şöbəsində ərizə yazmışdır. Daha sonra zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların qonşuları, həmçinin ailəvi münasibətləri olan şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs 2019-cu ildə ailə həyatı qurduqdan sonra yoldaşı ilə olan münasibətlərindən tanımışdır. Təqsirləndirilən şəxs üzünə fənərlə işıq tutanda kim olduğunu tanımış və boğazına kapron corab keçirdiyini görmüşdür. Təqsirləndirilən şəxs ona bıçaqla zərər vurmamışdır. Bundan əvvəl də yoldaşı işdə gecə növbəsində olan zaman Təqsirləndirilən şəxs övladları onun yanında qalmışdır. Sonuncu dəfə baş vermiş hadisədən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs övladları onun yanında qalmışdır. Təqsirləndirilən şəxsgillə ailəvi gediş-gəlişləri olmuş, lakin indiyə kimi ondan özünə qarşı əxlaqsız bir hərəkət görməmişdir. Təqsirləndirilən şəxsla telefonla danışan zaman ondan hər hansı pis niyyətli söz eşitməmişdir. Yoldaşı işi ilə əlaqədar tez-tez evə gec gəlmiş və artıq buna öyrəşmiş, buna görə də həmin gün Təqsirləndirilən şəxs övladlarını narahat etməmək üçün çağırmamışdır. Həyətin çöl qapısı nasaz olmuş, lakin hər hansı yad adam qıraqdan baxanda bunu hiss edə bilməzmiş, lakin Təqsirləndirilən şəxs onların həyətinin çöl qapısının necə açılacağını bilmişdir. Evlərinin qapısını bağlamaq üçün fiziki güc lazım olmuş, ancaq onun buna gücü çatmamışdır. Yaşadığı evdə həm seyvan, həm də pilləkən tərəfdə işıq olmuş və həmin gün seyvanın işığını yanılı qoymuşdur. Pilləkənlə seyvan arasında çox məsafə olmadığına görə, pilləkən tərəfdəki işığı yandırmamışdır. Evə adam girdiyini hiss edən zaman hələ yuxuya keçməmiş, otağın işığı olmuş, amma yatanda söndürmüşdür. İlkin qapının yanında dayandığına görə, qorxusundan işığı yandırmağa gedə bilməmişdir. İlkinlə arasındakı münaqişə təxminən 10-12 dəqiqə çəkmişdir. Münaqişə zamanı İlkinin əynində mayka və şalvar olmuşdur. Təqsirləndirilən şəxs maykasını cırmış və əlini dişləmişdir. Təqsirləndirilən şəxs üzünə xəsarət yetirdiyini xatırlamamışdır. Şahid14 yaxından tanımamış, sadəcə övladı onun yanına hazırlığa gəlmişdir. Şahid14 adını bilmiş, lakin üzünü görməmişdir. Şahid14lə evlərinin arasında olan məsafənin nə qədər olmasını dəqiq xatırlamasa da, təxminən 70-80 metr olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona ən ağır cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibəti olmuş və o, ailə qurduqdan sonra birbirlərinin evinə ailəvi gedib-gəlmişlər. Kərimli kəndində yerləşən ərzaq mağazasında satıcı işləyir. Mağaza 24 saat fəaliyyət göstərir və mağazada iki nəfər satıcı var. Gündüz növbəsində səhər saat 07-dən axşam saat 19-dək işləyir. Axşam isə həmin mağazada həmkəndlisi Azər işləyir. Lakin xx.xx.2022-ci il tarixdə Azər Bakı şəhərinə getdiyi üçün o, müvəqqəti olaraq mağazada axşam işləmişdir. Həmin tarixdə İlkinin işlətdiyi mağazanın qarşısında rastlaşanda İlkin ona arada oturub çay içməyi təklif etmişdir. Həmin vaxt o, İlkinə ayın 22-nə kimi axşam növbəsində olduğunu, həmin tarixdən sonra otura biləcəklərini demişdir. Bu zaman İlkin onun azyaşlı övladı ilə də maraqlanmış və o, uşağnın Mingəçevir şəhərində qaynanasının yanında olduğunu bildirmişdir. Bundan sonra o, İlkinlə danışmamışdır. xx.xx.2022-ci il tarixdə, gecə saat 01:16 radələrində İlahə “WhatsApp” vasitəsi ilə ona yazaraq saat 04 üçün telefonun zəngini qurduğunu, hamama girəcəyini bildirmiş, həmin vaxt ona zəng vurmağını xahiş etmişdir. O da İlahəyə “yaxşı” deyə cavab yazmışdır. Gecə saat 01:33-də İlahə “WhatsApp” vasitəsi ilə ona zəng edərək ağlaya-ağlaya “Elvin tez özünü evə çatdır, İlkin məni pis günə qoyub” demişdir. O, dərhal mağazanı bağlayıb çıxmış, orada polis maşını olduğunu görüb, dərhal onlara yaxınlaşaraq kömək istəmiş və polislərlə birlikdə yaşadığı evə gəlmişdir. O, məhləyə girəndə həyət darvazasının açıq olduğunu görmüş, dərhal həyətə girmiş və polis əməkdaşları da onun arxasınca həyətə girmişlər. Bu zaman qonşu Araz ona tərəf gəlib onu qucaqlamış və ona “dostun İlkin evə girib, qorxma, bacı yaxşıdı” demişdir. Polis əməkdaşları da onu saxlayıb İlkinə tərəf getməyə qoymamışlar. Araz İlkinin qaçmaması üçün onun ayaqlarını kəmərlə bağalamışdır. O, tez evə, İlahənin yanına getmiş və İlahənin üz-gözünün qan içində olduğunu, qonşusu Arazın arvadı Saçlının İlahəni sakitləşdirməyə çalışdığını görmüşdür. Bundan sonra polis əməkdaşları İlkini maşına qoyub aparmışlar. O isə İlahəni xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərilmişdir. Həmin gecə yoldaşının vəziyyəti yaxşı olmadığına görə, polis şöbəsinə aparmamışdır. Ancaq səhər tezdən polis şöbəsinə getmişlər və orada İlahə şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları yaşadıqları evə baxış keçirmiş və baxış zamanı yataq otağının altındakı zirzəmidən Elvinin köynəyinin asıldığı, çəkələklərinin pilləkənin yanında olduğu, həmçinin yataq otağında onlara məxsus olmayan mətbəx bıçağı və İlkinin maykasının cırılmış bir hissəsi aşkar edimişdir. Baxış zamanı İlahə də paltarlarını təqdim etmişdir. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, axşam yataq otağında özlərinə məxsus olmayan mətbəx bıçağı və yandırıcı vasitə olmuş, həmçinin zirzəmidə Təqsirləndirilən şəxs köynəyi aşkar olunmuşdur. Zirzəmidə aşkar olunan köynəyi daha əvvəl Təqsirləndirilən şəxs əynində görmüşdür. O, gecə növbəsində olanda Təqsirləndirilən şəxs övladları gecə onlarda qalmışdır. Təqsirləndirilən şəxs övladları sonuncu dəfə bu hadisədən 1-2 ay əvvəl onlarda qalmışdır. Təqsirləndirilən şəxs övladları sonuncu dəfə 7-10 gün bundan əvvəl yoldaşının yanına hazırlığa gəlmişlər. Bu hadisə olmazdan əvvəl Təqsirləndirilən şəxs övladlarının onlarda qalmağa göndərməsini xahiş etməmişdir. Öz uşaqını Mingəçevirə, nənəsigilə qoymuşdur. Onların kəndində indiyə kimi belə bir hadisə baş verməmiş, ona görə də, o gecə yoldaşının evdə tək olduğunu bilsə də, kiməsə həmin gün onlarda qalmasını deməmişdir. Yaşadığı evdə kirayədə qalmış, müvəqqəti olduğuna görə həm evin qapısında, həm də həyətin qapısında olan nasazlıqları düzəltmək üçün xərc çəkməmişdir. Şahid14lə qohumluq münasibətləri olmamış, sadəcə qonşusu olmuşdur. Şahid14 evi ilə özlərinin evi arasındakı məsafə təxminən 100-150 metrdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, 21 iyul 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində yaşadığı evdə yatmışdır. Çarpayısı pəncərənin qarşısındadır və yatarkən pəncərəni açıq qoymuşdur. Bu zaman qonşudan bir qadının qışqıraraq kömək çağırdığını eşitmişdir. Əvvəlcə xalasının yoldaşının rəhmətə getdiyini hesab etmiş, daha sonra pəncərədən çölə baxanda səsin xalasıgildən gəlmədiyini eşitmişdir. Yerindən durub həyətə düşmək istəyəndə həyat yoldaşı Şahid5 ondan nə olduğunu soruşmuşdur. O, Saçlıya Elvinə nəsə olduğunu, gəlinin də qışqırıqdığını demişdir. O, yerindən durub həyətə düşmək istəyəndə, həyat yoldaşı Şahid5 ondan nə olduğunu soruşmuş, o, Saçlıya qonşuları Elvingilin evindən qışqırıq səsləri gəldiyini demişdir. Həyat yoldaşı Saçlı da narahat olduğuna görə yerindən durmuşdur. O, paltarlarını geyinib tez həyətə düşüb və Elvingilin evinə tərəf getmişdir. Onların həyət darvazasına yaxınlaşanda, darvazanın qapısının aralı olduğunu görmüşdür. Həyətə daxil olanda qışqırıq səsləri hələ də davam etmişdir. O, Elvini çağıra-çağıra pilləkənləri qalxmağa başlamış və bu zaman yataq otağından kimsə seyvana çıxaraq həyətə tullanmışdır. Evin bütün işıqları sönülü olduğundan və tam qaranlıq olduğundan, o, nə baş verdiyini başa düşməmiş və otaqdan çıxan şəxsin kim olduğunu bilməmişdir. Həmin vaxt İlahə qolları ilə bədənini tutaraq otağın qapısından “qaqaş Elvin deyil, İlkindi, məni öldürür, qoyma qaçsın” demişdir. O, dərhal pilləkəndən aşağı düşəndə İlkinin həyət darvazası tərəfə qaçmaq istədiyini görmüş və qaçıb ona çataraq yerə yıxmışdır. O, İlkini tutmaq istəyəndə İlkin onu itələmiş və ayağa qalxaraq qaçmağa çalışmışdır. Lakin o, buna imkan verməmiş və İkinə çatıb bir də onu yerə yıxmışdır. O, İlkini arxası üstə yerə yıxıb dizini onun sinəsinə qoymuş, əlləri ilə onun biləklərindən bərk tutub ayağa durmasına imkan verməmişdir. İlahədən İlkinin ayaqlarını bağlamaq üçün ip verməsini istəsə də, İlahə ip olmadığını bildirmişdir. O, İlkinin şalvarının belindən kəmərini çıxarıb onun ayaqlarını bağlamışdır. Bu zaman həyat yoldaşı Saçlı da gəlib çatmış və İlahəni sakitləşdirmək üçün ona su vermişdir. O, İlkinin ayaqlarını bağlayan vaxt İlkin ona demişdir ki, “məni burax, səhər sənə görüm-baxım edəcəm.” O isə onu buraxmayacağını bildirmişdir. Bundan sonra İlkini sürüyüb pilləkənin yanına, işığa gətirmiş, İlahə isə seyvanın işığını yandırmışdır. O, əmin olmuşdur ki, saxladığı şəxs İlkindir. Həmin vaxt görmüşdür ki, İlkinin başında kapron qadın corabı var və İlkin özü həmin kapronu dartıb başından çıxarmışdır. Qısa müddət sonra Elvin polis əməkdaşları ilə həyətə girmiş, lakin o və polis əməkdaşları Elvinin İlkinə yaxınlaşmasına imkan verməmişlər. Bundan sonra Elvin nə baş verdiyini öyrənmək üçün yoldaşı İlahənin yanına getmiş, polis əməkdaşları isə İlkini Oğuz RPŞ-ya aparmışlar. O və polis əməkdaşları Elvinin İlkinə yaxınlaşmasına imkan verməmişdir. Elvin gəlib çatanda onu sakitləşdirməyə çalışmış Elvin “məni buraxın onu öldürəcəm “ demişdir. O, İlkinə heç nə etməsin deyə, Elvinə İlahənin yanına getməsini və ona dəstək olmasını bildirmişdir. Elvin gələnə kimi anası və həyat yoldaşı gəlib İlahəni sakitləşdirməyə çalışmışlar. Daha sonra polis əməkdaşları İlkini “Fiat” markalı polis maşınına qoyaraq şöbəyə aparmışlar. Özü isə komandirin maşını və Elvinlə birlikdə getmiş və İlkini aparıb polis şöbəsinə təhvill vermişlər. O, İlahəgilin evinə baxanda otağın dağınıq vəziyyətdə, yerdə isə bıçağın olduğunu görmüş və heç kimin bıçağa toxunmamasını bildirmişdir. Çünki, bıçağın üzərində İlkinin barmaq izləri olmuşdur. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlkinin boynunda kapron corab kəsiyi, əynində mayka və şalvar olmuşdur. Təqsirləndirilən şəxs həyətdə tutub ayaqlarını bağlayarkən tək olmuşdur. İlahə xanımdan həmin gün İlkinin bura niyə gəldiyini soruşmamışdır. Yaşadığı evlə İlahə xanımın evi arasındakı məsafə təxminən hava yolu ilə 70 metr, quru yolu ilə 130-140 metr olar. Qonşudan səs-küy gəldiyini eşidən kimi dərhal kömək üçün getmişdir. Əvvəllər idmanla məşğul olduğu üçün evdən çıxıb İlahə xanımın evinə çatması bir dəqiqədən az müddət çəkmişdir. Paltarlı yatmamışdır, əynini geyinib İlahəgilə çatması təxminən bir dəqiqə və ya bir dəqiqə yarım çəkmişdir. Paltarını geyinib evdən çıxandan, evin qapısını açmaq istəyənə kimi qışqırıq səsləri davam etmişdir. Təqsirləndirilən şəxs qaranlıqdan işığa dartıb gətirənə kimi tutduğu şəxsin İlkin olduğunu bilməmişdir. Gecə qaranlıq olmasına baxmayaraq, 15 metr məsafədə ağ köynəkli insanı görmək mümkün olmuşdur. İlkini iki dəfə, birinci dəfə həyətin ortasında, daha sonra isə fındıq topasının içərisində saxlamışdır. İlkinlə əlbəyaxa olmamış, sadəcə yerə yıxıb ayaqlarını bağlamış, əllərini bağlamamışdır. İlkinin ayaqlarını bağladıqdan sonra kim olduğunu tanımaq üçün işığa doğru çəkmişdir, bütün bunları tək etmişdir. İlkinin bədinində xəsarət almasına səbəb kimi 3 metr hündürlükdəki seyvandan yıxılması, fındıq topasının içinə girməsi və ya yerdə sürünməsi olmuşdur. İlkin özündə olmadığı üçün müqavimət göstərə bilməmiş, buna görə də əllərini bağlamamışdır. O, İlkini işığa doğru çıxartdığı vaxt həyat yoldaşı gəlmişdir, yoldaşı evdən hadisə yerinə təxminən üç dəqiqəyə gəlib çatmışdır. O, telefonu hadisədən təxminən 20- 25 gün sonra yolda, kolun içərisindən tapmış və telefonu açmamışdır. Telefonun sahibinin kim olduğunu tapa bilmədiyi üçün telefonu satmışdır. O, İlkini sonuncu dəfə polis şöbəsinə təhvil verilən anda görmüşdür. Gecə vaxtı Təqsirləndirilən şəxs üzündə xəsarət izi görməmişdir. Polis şöbəsindən qayıtıqdan sonra İlahənin yanında yoldaşı, anası və üç qızı olmuşdur. İlkinə aid olan heç bir əşya götürməmişdir. O, həyətə girəndə heç bir yerdə işıq yanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində yaşadıqları evdə yatmış və yatarkən pəncərəni də açıq qoymuşdur. Bu zaman həyat yoldaşı Arazın yerindən durub pəncərə tərəfə getdiyini görmüşdür. O, Arazdan nə baş verdiyini soruşmuş, Araz ona qonşuları Elvingilin evindən qışqırıq səsləri gəldiyini demişdir. Araz paltarını geyinib həyətə düşmüşdür. O da narahat olduğuna görə paltarını geyinib Arazın arxasınca Elvingilin evinə getmişdir. O, Elvingilin evinə çatanda Arazın İlkini yerdə uzanıqlı vəziyyətdə saxladığını görmüşdür. O, nə baş verdiyini soruşduqda, Araz ona İlhəyə su verib sakitləşdirməsini demişdir. O, İlahənin yanına qalxdıqda, onun üz-gözünün qan içində olduğunu görmüş və onu sakitləşdirmək üçün su vermişdir. Sonra o, yataq otağına daxil olmuşdur. Yataq otağının dağınıq vəziyyətdə olduğunu, yerdə qan izləri və bıçaq olduğunu görmüşdür. Qısa müddət sonra Elvin polis əməkdaşları ilə həyətə girmişdir. Lakin Araz və polis əməkdaşları Elvinin İlkinə yaxınlaşmasına imkan verməmişlər. O, İlahənin yanında olduğundan, digər hadisələrdən xəbəri olmamışdır. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlahə ona Təqsirləndirilən şəxs özünə qarşı pis niyyəti ilə əlaqədar evə girdiyini demişdir. Səs-küy gələnə qədər həm yoldaşı, həm də özü yatmışdır. Əvvəlcə, gələn səsləri yoldaşı eşitmişdir. Onların evilə İlahə xanımın evi arasında olan məsafəni dəqiq bilməmişdir. İlahənin evinə çatması təxminən 2-3 dəqiqə çəkmişdir. Oraya çatanda yoldaşı Təqsirləndirilən şəxs pilləkənin aşağı hissəsində, ayaqlarının altında saxlamışdır, həmin vaxt İlkinin başında kapron corab olduğunu da görmüşdür. Orada həmin şəxsin İlkin olduğunu aydın görmüş, amma İlkinin onu görməyini dəqiq bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, həmkəndliləri Elvinlə İlkinin uzun müddət dostluq münasibəti olmuşdur. Buna görə də, Elvinin həyat yoldaşı İlahə ilə onun da münasibəti yaxşı olmuşdur. Onlar ailəvi dost olduqlarına görə bir-birlərinin evinə tez–tez gedib gəlirmişlər. İlahə dövlət qulluğuna imtahana hazırlaşdığı üçün qızlarından böyüyü İlahəyə kömək etmiş, digər kiçik qızını isə İlahə hazırlaşdırmışdır. Elvin tez-tez gecə növbəsində işdə olduğuna görə də balaca qızı Nəzrin İlahənin yanında qalmışdır. Ancaq hadisə baş verən gün İlahə qızını yanında qalmaq üçün çağırmamış, həmçinin İlahə öz uşağını da Mingəçevir şəhərinə aparmışdır. O həmin gün yoldaşına uşağı İlahənin yanına hazırlığa göndərəcəyini, dükanı bağlayıb gələndə uşağı da götürməyi demişdir. Uşaqları İlahənin yanında olanda yoldaşı İlkinin gecə saat 6-7 aralarında belə gedib onları götürmüşdür. İlkin ona gec gəlməyəcəyini, dostları ilə çayxanada çay içib tez qaydacağını demişdir. İlkin içkili olsa da, onunla normal danışaraq getmişdir. O, İlkini təxminən saat 23:00 kimi gözləmişdir. İlkinin gəlmədiyini görüb ona zəng etmiş və harada olduğunu soruşmuş, İlkin ona “evə gəlirəm” deyərək telefonu söndürmüşdür. Həmin gecə qayınanası Sümayə evdə olmamışdır. Sonra o, İlkinə bir neçə dəfə zəng etsə də, İlkin telefona cavab verməmişdir. Gecə vaxtı həmkəndliləri Şahid14 arvadı Saçlı ona zəng edərək yoldaşı İlkinin Oğuz Rayon Polis Şöbəsində olması barədə məlumat vermişdir. O, dərhal yoldaşının əmisinə zəng vurmuş və vəziyyəti izah edib polis şöbəsinə getməsini xahiş etmişdir. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, işlərinin çox olması səbəbindən uşaqları hazırlığa göndərmədiyini İlkinə deməmişdir. Həyat yoldaşından İlahə xanıma qarşı qeyri-etik davranış görməmişdir. Uşaqları tez-tez İlahə xanımın yanında qalmış, bəzən də, İlahə xanımın gecə saat 11-də zəng edib ona həyat yoldaşının gecə növbəsinə getdiyini, buna görə də qızını öz yanında qalması üçün göndərməsini xahiş etmişdir. Gecə saat 3-də İlahə xanımın evində işıq söndüyünə görə, İlkin gedib onlara köməklik göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. O, özünə məxsus VAZ-2106 markalı avtomobilini qardaşı oğlu Təqsirləndirilən şəxs həyətində saxlayaraq marşurtla Oğuz rayonuna gəlmişdir. Oğuz rayonunda işlərini qurtardıqdan sonra Oğuz rayonunun Kərimli kəndinə qaytmışdır. Kərimli kəndində yol kənarında olan çayxanaya girmişdir. O, çayxanaya daxil olanda İlkinin Oğuz rayonunun Kərimli kənd sakinləri Şahid6 və Şahid7la spirtli içki içdikərini görmüş və onların oturduğu masada əyləşmişdir. Onlarla biraz söhbət etdikdən sonra yanaşı masada Kərimli kənd sakini, usta işləyən Cəmil adlı şəxsi görmüşdür. Onun evini təmir etməsini Cəmilə demək üçün onun yanına getmişdir. Cəmillə söhbəti qurtardıqdan sonra İlkinin yanına gələrək avtomobilinin onun həyətindən götürməyə getdiyini deyərək, onunla gəlməsini bildirmişdir. İlkin onunla avtomobilini götürmək üçün gəlmişdir. O, avtomobilini İlkingilin həyətindən çıxardanda İlkin onu da Kərimli kəndindəki çayxanaya düşürtməsini demiş və o, İlkini çayxanaya düşürdüb evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, hazırda Oğuz RPŞ-da post patrul tağımının manqa komandiri vəzifəsində çalışır. O, gecə xidmətdə olarkən Oğuz rayonunun Kərimli kəndi ərazisində xidmət aparan polis əməkdaşlarını yoxlayarkən tanımadığı bir nəfər onun adına təhkim edilmiş **-AP-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobilin sağ qabaq qapısını açaraq evinə basqın edildiyini bildirmiş və ondan kömək istəmişdir. O, həmin vaxt avtomobildən düşərək yaxınlıqda olan Oğuz RPŞ-nın PPXT-nın polis nəfərləri, polis baş serjantı Şahid17 və polis serjantı Şahid12 onunla gəlmələrini bildirmişdir. Onlar da xidməti istifadələrində olan “Fiat Doblo” markalı avtomobillə onun arxasınca gəlmişlər. O, xidməti istifadəsində olan avtomobillə adını sonradan bildiyi Şahid15 Oğuz rayonunun Kərimli kəndində yerləşən evinə gətirmişdir. O, yanında olan polis nəfərləri və Elvinlə birlikdə məhləyə girəndə həyət darvazasının açıq olduğunu görmüş, dərhal həyətə girmişdir. Bu zaman Elvinin qonşusu Araz Elvinə tərəf gələrək onu qucaqlamış və “dostun İlkin evə girib, qorxma bacı yaxşıdı” demişdir. Onlar da Elvini saxlayıb İlkinə tərəf getməyə qoymamışlar. Sonra o, Elvinlə birlikdə həyətə, Arazın yanına getmişdir. Bundan sonra onlar İlkini Oğuz RPŞ-ya aparmışlar. Şahid16 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə aparan zaman əynində mayka və şalvar olmuşdur. Polislər evə çatanda Araz adlı şəxs artıq Təqsirləndirilən şəxs yerə yıxıb saxlamışdır. Təqsirləndirilən şəxs özündə olmadığına görə, polis şöbəsinə çatana qədər onu sorğu-sual etməmişlər. O, qapını açıb yataq otağına girəndə zərərçəkmiş şəxsin sifətinin qan olduğunu görmüşdür. Şahid14 Təqsirləndirilən şəxs tutub saxladığı yer ilə evin pilləkanları arasında məsafə 4-5 metr məsafədə olmuşdur. Təqsirləndirilən şəxs ayaqlarının bağlı olmasını və evin dağınıq olmasını o görməmişdir. Təqsirləndirilən şəxs üzərindən kapron corab və bıçaq aşkar olunmamışdır. O, hadisə yerinə çatanda, orada İlkin, Araz, İlahə xanım və adını bilmədiyi başqa bir qız olmuş, hadisə yerində Saçlı xanım və ya başqa qadınlar görməmişdir. Evdə başqa bir əşya görməmişdir. Təqsirləndirilən şəxs ayaqlarının bağlı olmasını, evin dağınıq olmasını və Arazın İlkini döyməsini görməmişdir. Təqsirləndirilən şəxs bədənində xəsarət olmuş, üzü göyərmişdir. O, Elvinlə həyətə girəndə Araz Elvinə “mənəm Araz, İlkini tutmuşam, evinizə girən o olub” demişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 Qənahəd oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə xidmətdə olarkən gecə saat bir radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində xidmətdə olarkən manqa komandiri Şahid16 xidməti yoxlamağa gəlmişdir. Biraz sonra isə dükanda işləyən, üzdən tanıdığı bir nəfər maşına yaxınlaşıb, “evimə oğru girib, kömək edin” deyərək Şahid16 kömək istəmişdir. Sonra isə Şahid15 komandirin maşınına oturmuş, özü, komandiri və Oğuz RPŞ-nın PPXTnın polis nəfəri, polis baş serjantı Şahid17 Şahid15 evinə getmişlər. O, həyətə girəndə Təqsirləndirilən şəxs əl və ayaqlarının bağlı vəziyyətdə uzanıqlı olduğunu görmüşdür. Yuxarı yataq otağına qalxanda, həmin otağın dağınıq vəziyyətdə olduğunu, Zərərçəkmiş şəxs isə ağzında xəsarətlər olduğunu görmüşdür. İçəridə iki qadın olmuş, Şahid14 həyat yoldaşı İlahə xanımı sakitləşdirməyə çalışmışdır. O, otaqda vəziyyətin sabit olduğunu görüb, tez Təqsirləndirilən şəxs yanına düşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs raportla Oğuz RPŞ-ya təhvil verib, Şahid17la birlikdə xidmət yerlərinə yollanmışlar. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlahə xanım həyəcanlı vəziyyətdə olduğundan, həmin gün hadisə ilə bağlı bizə heç nə bildirməmişdir. Şahid14 dediyinə görə, Təqsirləndirilən şəxs İlahə xanımın yaşadığı evə girib və sonuncuya zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs İlahə xanıma qarşı zor tətbiq etməsi barədə məlumatı onlara Şahid14 bildirmişdir. Gecə qaranlıq olduğundan, Təqsirləndirilən şəxs bədənində xəsarət görməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparan zaman da onun bədənində xəsarət görməmiş, spirtli içkinin təsiri altında olduğundan halsız vəziyyətdə olmasını görmüşdür. Zərərçəkmiş şəxs ağız nahiyyəsində xəsarətlər olmuş, yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin gün ona bıçaq və ya digər əşya təqdim olunmamışdır. İbtidai istintaq zamanı verdiyim ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Oğuz rayonunun Kərimli kəndi ərazisində xidmətdə olarkən, təqribən saat birə işləyən zaman manqa komandiri Şahid16 xidməti yoxlamağa gəlmişdir. Biraz sonra isə dükanda işləyən, üzdən tanıdığı bir nəfər “evimə oğru girib, kömək edin” deyərək onlardan kömək istəmişdir. Daha sonra isə komandirin maşınına yaxınlaşaraq maşının sağ qapısını açıb maşına oturmuşdur. Özü və digər polis əmakdaşı komandirin maşınının arxasınca Şahid15 yaşadığı əraziyə gəlmişlər. O, evə girən şəxsin tutulduğunu bilməmiş, qaçmasın deyə, çöldə olmuşdur. Komandir və digər polis əməkdaşı içəri daxil olmuş, evin ikinci mərtəbəsinə çıxmışlar. Amma o, ikinci mərtəbənin yarısına qədər çıxmış, sonra isə geri, çölə qayıtmışdır. O, çöldə Təqsirləndirilən şəxs əli bağlı vəziyyətdə yerdə uzandığını görmüşdür. Təqsirləndirilən şəxs xəsarət yetirməsin deyə, Şahid15 sakitləşdirməyə çalışmış, daha sonra Təqsirləndirilən şəxs raportla polis şöbəsinə təhvil vermişlər. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əynində hansı paltarların olduğunu dəqiq xatırlamışdır. İlkin huşsuz vəziyyətdə olduğuna görə ona hər hansı bir məlumat verməmişdir. Digər polis əməkdaşları içəridə olduğuna görə o otağa girməyib geri qayıtmış, yataq otağını tam görməmişdir. O, Zərərçəkmiş şəxs görsə də, üzündə və bədənində hansısa xəsarətin olmasını dəqiq xatırlamamışdır. Hadisə yerindən hər hansı bir əşya götürməmişdir. İlkinin ayaqları bağlı olduğuna görə üzərini axtarmamışdır. Əllərinin bağlı olmasını dəqiq xatırlamasa da, ayaqları bağlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ayaqları remenlə bağlanmışdır. O ,hadisə yerində Araz, Elvin və İlahə xanımdan başqa mülki şəxslər görməmişdir. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, kafedə yemək yeyən zaman Təqsirləndirilən şəxs kafeyə gəlmiş, bir az dayanıb getmişdir. Səhəri gün isə hadisə ilə bağlı məlumat eşitmişdir. Şahid9 ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs normal insan kimi tanıdığını, hadisə ilə bağlı Şahid18 ona zəng edərək İlkinin İlahə xanımın evinə girdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyaraq imzaladığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid18 istintaq zamanı Şahid9 ifadəsilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Şahid9 və Şahid18la birlikdə kafedə oturub çörək yeyən zaman Təqsirləndirilən şəxs gəlib pivə sifariş verərək onlarla əyləşdiyini, təqribən 5 dəqiqə söhbət etdiklərini, daha sonra isə durub getdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, hadisənin səhəri günü Təqsirləndirilən şəxs kiminsə evinə girdiyi barədə məlumatı kənd camaatından eşitmişdir. Təqsirləndirilən şəxs hadisə olan gün içkili vəziyyətdə olmadığını, kənddə İlkinlə bağlı hər hansısa şikayətin edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, saat 19-20 aralığında işdən gələn zaman Natiqlə birlikdə kafedə oturub pivə içmiş və həmin vaxt kafedə 20 dəqiqə olmuşlar. Təqsirləndirilən şəxs da həmin aralıqda görmüşdür. Növbəti gün səhər saatlarında Kərimli kənd sakini Emin adlı şəxsdən İlkinin gecə həmkəndliləri Şahid15 evinə girdiyini, Elvinin qonşusu Arazın İlkini orada tutduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs saat 14-15 radələrində çayxanada pivə içərkən gördüyünü, Təqsirləndirilən şəxsla bağlı şikayət eşitmədiyni, hadisədən təxminən 4-5 gün sonra İlkinin kiminsə evinə girdiyini eşitdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Fərhad oğlu ifadəsində göstərmişdir ki, o, həmin günü evdə olmamışdır, hadisənin səhəri günü, axşam vaxtlarında qonşuda belə bir hadisə baş verdiyini eşitmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlahə xanımla evlərinin arasında olan məsafə yol ilə 150-200 metr, evlərinin arasında olan məsafə isə 90-100 metr olmuşdur. Hadisə baş verən zaman heç nə görüb-eşitməmişdir. Təqsirləndirilən şəxs tərbiyəli insan kimi tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxuyub imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, həmkəndlisi Vüsal Sərkarov ona zəng edərək evinin həyətinə beton tökmək üçün ona kömək etməyini xahiş etmiş, o da Vüsala günortadan sonra gəlib kömək edəcəyini, gündüz isti olduğuna görə betonu gecə tökmək qərarına gədiklərini və Şahid14 ona istintaqda ifadə verməyə getməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, gecə saat 01:30 radələrində qonşudan qışqırıq səsləri eşitmiş və ailə daxili münaqişə olduğunu hesab edərək əhəmiyyət verməmişdir. Növbəti gün səhər saatlarında Arazın həyat yoldaşı, Saçlı İlkinin qonşuları Elvinin arvadı İlahə ilə zorla cinsi əlaqədə olmaq üçün sonuncunun evinə girdiyini, İlahənin qışqıraraq kömək çağırdığını eşidib ora getdiklərini və İlkini orada tutduqlarını demişdir. O, da Saclıya gecə İlahəgilin evindən qışqırıq səsləri eşitdiyini, lakin ailədaxili münaqişə olduğunu hesab edərək oraya getmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının 22-də nəvəsinin ad günü olduğu üçün iyul ayın 17-də onun yanına gətirib qoymuşlar. İyul ayının 21-i günü, gecə saat 2-3 arasında ona zəng gəlmiş və məlum hadisənin baş verməsi barədə ona demişlər. İlahə ilə gecə saat 4-5 arası əlaqə saxlamışdır. Daha sonra oğlu uşaqlarını onun yanına qoyaraq yoldaşı ilə birlikdə İlahənin yanına getmişdir. Ona ünvanlanan suallara cavab olaraq isə İlkinin gecə evə girdiyini, İlahəni döydüyünü, İlkinlə Elvinin dost olduğunu, indiyə kimi Təqsirləndirilən şəxsla bağlı mənfi rəy eşitmədiyini, Elvinin gecə növbəsində olduğunu bildiyini, bunun birinci dəfə olmadığını və Təqsirləndirilən şəxs uşaqlarının gecələr İlahənin yanında qaldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Oğuz rayonunun Kərimli kəndində yerləşən ərzaq mağazasında satıcı işləyir. O, əsasən gecə növbəsində satıcı işləyir. xx.xx.2022-ci il tarixdə 3 günlük müddətə icazə alaraq Bakı şəhərinə getmiş və o, işdə olmadığı dövrdə Şahid15 onu əvəz etmişdir. xx.xx.2022-ci il tarixdə Oğuz rayonuna geri qayıtmış və həmin gün mağazanın sahibindən Şahid15 ailəsində hadisə baş verməsi barədə məlumat eşitmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs qızı X8 bildirmişdir ki, baş vermiş hadisədən əvvəl ardıcıl olaraq iki gün İlahə xanımın yanında hazırlıqda olmuşdur. İlahə xanım onu parka aparmış, daha sonra öz övladını Mingəçevir şəhərinə, nənəsinin yanına qoyacağını ona bildirmişdir. Hadisədən bir gün əvvəl isə İlahə xanım ona bacısını da götürüb onun yanına hazırlığa gəlmələrini, daha sonra bacısının qayıtmasını, onun isə yoldaşı Elvin işdə olduğu üçün özünün yanında qalmasını bildirmişdir. Lakin İlahə xanım bu barədə ona heç bir məlumat verməmiş, o və bacısı həmin gün İlahə xanımın yanına hazırlığa getməyəcəklərini atasına bildirməmiş, buna görə də atası həmin gün Zərərçəkmiş şəxs evinə getmişdir. O, İlahə xanımın tək qalmaqdan çox qorxduğunu, onun yanında qalanda belə evin, həyətin, pəncərənin bütün qapılarını bağladığını, hətta evin qapısına kəndir belə doladığını bildirmişdir. Zərərçəkmiş şəxs evlərinin zal hissəsindəki işıqları İlahənin həmişə yanılı qoyduğunu qeyd etmişdir. O bir dəfə İlahə xanımın yanında hazırlıqda olanda İlahənin telefonuna zəng gəldiyini daha sonra İlahənin çölə çıxdığını, Araz əminin ona pul verdiyini gördüyünü, dərhal sonra İlahə xanımın gerdi döndüyünü, ancaq həmin gün ona hazırlıq keçmədiyini bildirmişdir. Nəzrin Mənəfli ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs evində qaldığı və ya hazırlığa getdiyi müddət ərzində həm həyətin giriş qapısının, həm də evin və digər qapıların saz vəziyyətdə olmuş, asanlıqla bağlanmışdır. Qeyd olunan sübutlarla bərabər, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 21 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun evinə girərək ona xəsarətlər yetirməsi barədə Oğuz RPŞ-ya müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş istintaq eksperimenti keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid14 yaşadığı Oğuz rayonunun Kərimli kəndində yerləşən evinin yataq otağından Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı qışqırıq səslərinin eşidilməsi mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün hadisə yerinə baxış keçirilərkən evin yataq otağından aşkar edilmiş 1 ədəd bıcaq, 1 ədəd ağ rəngli parça, Zərərçəkmiş şəxs məxsus 1 ədəd cırılmış qadın tumanı və 1 ədəd üzərində qanabənzər ləkələr olan qadın maykası, evin zirzəmisindən aşkar edilmiş 1 ədəd mavi rəngli, qarşısı düyməli uzunqol kişi köynəyi, evin pilləkəninin yanından aşkar edilmiş 1 cüt qara rəngli kişi çəkələyi və evin həyətyanı sahəsindən aşkar edilmiş 2 ədəd boz rəngli qadın kapron corabı götürülmüşdür. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxs hadisə günü əynində olmuş 1 ədəd ağ rəngli maykanı könüllü olaraq istintaqa təqdim etmiş, Oğuz RPŞ-nın təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən sonuncunun iştirakı ilə maykaya baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs təqdim etdiyi maykanın ağ rəngdə olması, maykanın üzərində hər hansı bir yazı və ya digər əlamətlərin olmaması, maykanın sağ çiyin hissəsinin cırılmış vəziyyətdə olması, üzərində qanabənzər ləkələr və qarın nahiyəsində müxtəlif yerlərdə 5 ədəd deşilmiş-cırılmış zədələrin olması müəyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli 55 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün yumşaq toxumalarının əziyi, üst dodağın sol tərəfinin, ağız boşluğunun sol və sağ tərəfinin, üst dodağın sol və sağ tərəfinin, alt dodağın sağ, sol və orta hissəsinin selikli qişasında əzilmiş-cırılmış yaralar, boyunun sağ aşağı hissəsinin, sağ gözün alt hissəsinin, sol alt göz qapağının, sol qulaq seyvanının ön səthinin, sol xarici qulaq keçəcəyinin aşağı hissəsinin, burunun sağ keçəcəyi hissəsinin, sol diz oynağının ön səthinin, sağ diz oynağının bayır tərəfinin sıyrıqları, başın sol təpə nahiyəsinin, başın arxa ənsə nahiyəsinin, alının sol yuxarı hissəsinin, alının sağ yuxarı hissəsinin, boyunun sol yuxarı hissəsinin, döş qəfəsinin ön sol yuxarı hissəsinin, sol çiyinin ön səthinin, sol kürək nahiyəsinin, sol bazunun içəri yuxarı 1/3-nin, sağ bazunun içəri orta 1/3-nin, sol dirsək oynağının bayır tərəfinin, sağ saidin arxa aşağı 1/3-nin, sol bud çanaq oynağının bayır tərəfinin, sağ budun ön aşağı 1/3-nin və sol baldırın arxa aşağı 1/3-nin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın hadisə baş verən gecə, yəni xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 29 iyul 2022-ci il tarixli 56 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ çiyinin üst hissəsinin, alının sol yuxarı hissəsinin, boyunun sol orta və aşağı hissəsinin, boyunun sağ yuxarı hissəsinin, qarının ön divarının, sol bazunun arxa aşağı 1/3-nin, sağ bazunun içəri aşağı 1/3-nin, sol dirsək oynağının arxa səthinin, sağ dirsək oynağının arxa səthinin, sağ saidin arxa yuxarı 1/3-nin, sağ kürək hissəsinin, sağ qoltuqaltı nahiyəsinin, sağ bud-çanaq oynağının bayır tərəfinin, sağ diz oynağının ön səthinin və aşağı hissəsinin, sol diz oynağının ön səthinin sıyrıqları, sağ əlin ııı barmağın dırnaq falanqasının üst səthinin, ıv barmağın dırnaq flanqasının üst və iç səthinin, ıı barmaq dırnağının dib hissəsinin, sol əlin ıv barmağın dırnaq dibinin əzilmiş yaraları kimi xəsarətlər var. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən qərarda göstərilən tarixdə, yəni 21 iyul 2022-ci il tarixdə törənə bilər. Həmin xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində alının sol yuxarı hissəsinin, boyunun sol orta və aşağı hissəsinin, boyunun sağ yuxarı hissəsinin aypara formalı sıyrıqları əl barmaq dırnaqlarının təsirindən, sağ əlin ııı barmağın dırnaq falanqasının üst səthinin, ıv barmağın dırnaq flanqasının üst və iç səthinin, ıı barmaq dırnağının dib hissəsinin, sol əlin ıv barmağın dırnaq dibinin əzilmiş yaraları dişləmə nəticəsində, digərləri isə yıxılma və döyülmə nəticəsində törənə bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə trasoloji (alət və vasitə izlərinin, tam hissələr üzrə eyniləşdirilməsinin tədqiqi) ekspertizasının 29 avqust 2022-ci il tarixli 3/1084; 1077 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq zavod üsülu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təssərüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı bir dəyişiklik edilməmişdir. Zərərçəkmiş şəxs məxsus tumanın, kalqotqanın və Təqsirləndirilən şəxs məxsus maykanın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən iz və zədə vardır. Tumanın, kalqotqanın, maykanın üzərində olan zədələr fiziki qüvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir və müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Təqdim edilmiş bir cüt çəkələyin, Təqsirləndirilən şəxs məxsus köynəyin və Zərərçəkmiş şəxs Qivami qızına məxsus maykanın üzərində trasoloji iz və zədə yoxdur. Təqdim edilmiş bir ədəd maykanın və parça hissəsi ümumi və xüsusi əlamətlərinə əsasən əvvəllər vahid bütövlük təşkil etmişlər və dartılıb cırılma nəticəsində bir-birindən ayrılmışlar. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən lifli materialların tədqiqi ekspertizasının 31 avqust 2022-ci il tarixli 6/4158 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın, 01 ədəd alt tumanının; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın, hadisə yerindən götrülməsi qeyd edilən kapron corabların, evin zirzəmisindən götrülməsi qeyd edilən 01 ədəd köynəyin, 01 cüt ayaqqabının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın səthi üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə evin zirzəmisindən götürüldüyü qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd mayka rənginə, təbiətinə və toxuma əlamətlərinə görə 01 ədəd parça hissəsi ilə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının 12 sentyabr 2022-cı il tarixli 579/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/ dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, trusik, Təqsirləndirilən şəxs məxsus mayka, material hissəsi üzərində insan qanı ləkələri aşkar olundu. Zərərçəkmiş şəxs məxsus mayka, trusik üzərindəki ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız B antigeni alındı. Beləliklə, bu qan ləkələri B/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanı ABO sistemi ilə inkar olunur. Təqsirləndirilən şəxs məxsus mayka, material hissəsi üzərindəki ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə yalnız A antigeni alındı. Belə olan halda, bu qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ləkələrdə Zərərçəkmiş şəxs qanı ABO sistemi ilə inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Oğuz Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 24 avqust 2022-ci il tarixli 693 nömrəli məktubda göstərilmişdir ki, Oğuz rayonunun Kərimli kənd sakini Təqsirləndirilən şəxs Oğuz RMX-nın Polikilinika Şöbəsinin “Narkoloji” kabinetdə qeydiyyatda yoxdur. “Narkoloji” kabinetdə alkoqolizmə görə qeydiyyatda yoxdur. “Ruhi-əsəb” kabinetində 1995-ci il tarixdən “F70 yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixatrik psixoloji ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 538/181 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onu idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektvizim əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs adi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Bundan başqa, istintaq zamanı Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, "xxxx" MMC və "xxxx" MMC-dən Təqsirləndirilən şəxs məxsus (070) 202-79-92, (050) 966-08-92, Zərərçəkmiş şəxs məxsus (050) ***-**-** mobil telefon nömrələrinə 01 yanvar 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglərin cədvəlləri, anten məlumatları, eləcə də mesaj mətnləri, abonent siyahıları götürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" ММC-dən götürülmüş CD diskə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokola əsasən xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus 050 966 08 92 nömrəsindən Zərərçəkmiş şəxs məxsus 050 736 43 48 nömrəsinə müxtəlif vaxtlarda zənglərin daxil olaraq qısa danışıqların aparıldığı və qeyd olunan nömrələr arasında SMS ismarıcların daxil olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş qeyd olunan baxış protokoluna əsasən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə, o cümlədən də, hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə onun Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə aralarında telefon danışığı və ya SMS ismarıcın göndərilməsi müəyyən olunmamışdır. Həmçinin, baxış zamanı Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə Oğuz rayonunun Kərimli kənd sakini Şahid14 məxsus ***-***-**-** nömrəsindən zənglərin və SMS ismarıcların daxil olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş "xxxx" ММC-dən götürülmüş CD diskə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokola əsasən xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsinə müxtəlif vaxtlarda zənglərin daxil olaraq qısa danışıqların aparıldığı və qeyd olunan nömrələr arasında SMS ismarıcların daxil olmadığı müəyyən olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə, o cümlədən hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə sonuncunun Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə aralarında telefon danışığı və ya SMS ismarıcın göndərilməsi müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbayjan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə əvvəli 26 iyul 2022-ci ildən hesablanmaqla üç ay iyirmi altı gün müddətə, yəni 22 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam təsdiqini tapmışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə, bir-birini tamamlayır və bu sübutlar arasında heç bir ziddiyyət müəyyən olunmur. Təqsirləndirilən şəxs 29, 149.1 və 157.1-ci maddələrilə nəzərdə tutulan cinayət əməlini törətməsinə heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarda özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı ifadə verərkən işlətdiyi mağazaya gələrək bir ədəd qara rəngli qadın kapron corabı və bir ədəd mətbəx bıçağı götürdüyünü, kapronu tanınmamaq üçün, bıçağı isə qarşısına çıxan olsa hədə-qorxu gəlmək üçün özü ilə götürdüyünü, həmin vaxt özündə olmadığını və mağazadan çıxdıqdan sonra Elvinin yaşadığı evə getdiyini, evə hansı formada girməyini xatırlamadığını, həmin vaxt içkili olduğu üçün hal-hazırda İlahənin qışqırıq səslərini xatırlasa da, sonra nə baş verdiyini dəqiq xatırlaya bilmədiyini, həmçinin Arazın səsini eşitdiyini xatırlasa da, Arazın onu hadisə yerində tutmasını xatırlamadığını, lakin kiminsə ayaqlarını kəmərlə bağladığın güclə (alatoran) xatırladığın bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyəti ibtidai istintaqda verdiyi ifadəsisnin təhrif edilməsi və o vaxt müdafiəçisinin olmaması ilə izah etmişdir. Həmçinin, o, bildirmişdir ki, polislər onu şöbədə döymüş, lakin özündə olmadığından, onu hansı polisin vurmasını xatırlamamışdır. Bu dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilən və heç bir şübhə doğurmayan sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə təhlil və tədqiq edildikdə müəyyən olunur ki, zərərçəkmiş şəxslə ailəvi dostluq münasibətlərində olmuş Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının 20-dən 21-nə keçən gecə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs əri Şahid15 evdə olmayacağını və Zərərçəkmiş şəxs evdə tək olacağını qabaqcadan bilib, Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz olaraq daxil olmuş və onunla zorla cinsi əlaqədə olmaq məqsədilə özünə məxsus Oğuz rayonunun Kərimli kəndində yerləşən mağazadan 1 ədəd bıçaq və üzünün tanınmaması üçün 2 ədəd qadın kapron corabı götürərək Zərərçəkmiş şəxs yaşadığı Oğuz rayonunun Kərimli kəndində yerləşən evə gəlmiş, evin zirzəmisində dayanıb zərərçəkmiş şəxsin yatağa girməsini gözləmiş, bundan sonra köynəyini çıxararaq evin zirzəmisində divara asmış və üzünün tanınmaması üçün özü ilə götürdüyü kapron qadın corabını başına keçirib heç bir qanuni əsas olmadan mənzildə olan Zərərçəkmiş şəxs iradəsinin ziddinə olaraq evin giriş qapısından daxil olmaqla yataq otağına girmiş, Zərərçəkmiş şəxs yaxılaşıb zorla cinsi əlaqədə olmaq üçün onu arxası üstə döşməyə yıxmış, lakin zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsini və qışqırmasını görüb əvvəlcə əli ilə onun ağzını tutmağa çalışmış, Zərərçəkmiş şəxs onun əlini dişlədiyi üçün iki əlinin barmağını İlahə İslamılının ağzına salaraq dartmış, Zərərçəkmiş şəxs üzü üstə çevrildikdən sonra arxadan onun ombasını tutub sıxmış, əynində olan tumanını dartıb cırmış, müqavimətini qıra bilmək üçün onu boğmuş, saçından tutub başını döşməyə vurmuş, nəticədə Zərərçəkmiş şəxs çoxsaylı bədən xəsarətləri yetirməklə (yüngül dərəcəli) onu zorlamağa, yəni zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla zorla cinsi əlaqədə olmağa cəhd etmiş, lakin həmin vaxt səs-küyə qonşuluqda yaşayan Şahid14 hadisə yerinə gəlməsi nəticəsində bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən hərəkətlərini öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aşkar edimiş xəsarətlərə dair məhkəmə tibbi ekspertizalarının 22 iyul 2022-ci il tarixli 55 və 29 iyul 2022-ci il tarixli 56 nömrəli rəylərinə əsasən, həmin xəsarətlərin hadisə baş verən gecə, yəni xx.xx.2022-ci il tarixdə və təsvir olunan şəraitdə törənməsinə uyğun gəlməsi, hadisə yerindən zərərçəkmiş şəxsə məxsus olmayan bıçağın aşkar edilməsi və məhkəmə trasoloji (alət və vasitə izlərinin, tam hissələr üzrə eyniləşdirilməsinin tədqiqi) ekspertizasının 29 avqust 2022-ci il tarixli 3/1084; 1077 nömrəli rəyinə əsasən, həmin zavod üsülu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təssərüfat məişət təyinatlı bıçağın mətbəx bıçağı olub, soyuq silah hesab edilməməsi, Zərərçəkmiş şəxs məxsus tumanın, kalqotqanın və Təqsirləndirilən şəxs məxsus maykanın üzərində iz və zədələrin olması, tumanın, kalqotqanın, maykanın üzərində olan zədələrin fiziki qüvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılmadan əmələ gəlməsi və müxtəlif şəraitdə, o cümlədən təsvir edilən hadisə şəraitində yaranmasının mümkün olması, hadisə yerindən aşkar edilmiş bir cüt çəkələyin, Təqsirləndirilən şəxs məxsus köynəyin və Zərərçəkmiş şəxs məxsus maykanın üzərində trasoloji iz və zədələrin olması, həmin mayka və parça hissəsinin ümumi və xüsusi əlamətlərinə əsasən, əvvəllər vahid bütövlük təşkil etmələri və dartılıb cırılma nəticəsində bir-birindən ayrılması, lifli materialların tədqiqi ekspertizasının 31 avqust 2022-ci il tarixli 6/4158 №-li rəyinə əsasən, Zərərçəkmiş şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd alt tumanının; Təqsirləndirilən şəxs məxsus 01 ədəd maykanın, hadisə yerindən götrülmüş kapron corabların, evin zirzəmisindən götrülmüş 01 ədəd köynəyin, 01 cüt ayaqqabının səthləri üzərində kənar lif mikrohissəciklərinin olması, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın səthi üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflərin rənginə və təbiətinə görə evin zirzəmisindən götürülmüş 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlməsi, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd maykanın rənginə, təbiətinə və toxuma əlamətlərinə görə 01 ədəd parça hissəsi ilə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil etməsi, məhkəmə tibbi-bioloji ekspertizasının 12 sentyabr 2022-cı il tarixli 579/2022- MTBŞ nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupunun B/İİİ/, Təqsirləndirilən şəxs isə ABO sistemi üzrə qan qrupunun A/İİ/ olması, Zərərçəkmiş şəxs məxsus mayka, trusik, Təqsirləndirilən şəxs məxsus mayka və material hissəsi üzərində insan qanı ləkələrinin aşkar olunması, Zərərçəkmiş şəxs məxsus mayka, trusik üzərində olan ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız B antigeninin alınması, beləliklə bu qan ləkələrinin B/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilməsi, ləkələrdə Təqsirləndirilən şəxs qanı ABO sistemi ilə inkar olunması, Təqsirləndirilən şəxs məxsus mayka, material hissəsi üzərindəki ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə yalnız A antigeninin alınması və belə olan halda bu qan ləkələrinin A/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilməsi, ləkələrdə Zərərçəkmiş şəxs qanının ABO sistemi ilə inkar olunması, habelə "xxxx" MMC və "xxxx" MMC-dən Təqsirləndirilən şəxs məxsus (070) 202-79-92, (050) 966-08-92, Zərərçəkmiş şəxs məxsus (050) ***-**-** mobil telefon nömrələrinə 01 yanvar 2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglərin cədvəlləri, anten məlumatları, eləcə də mesaj mətnləri, abonent siyahılarına əsasən, xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus 050 966 08 92 nömrəsindən Zərərçəkmiş şəxs məxsus 050 736 43 48 nömrəsinə müxtəlif vaxtlarda zənglərin daxil olaraq qısa danışıqların aparılmasının və qeyd olunan nömrələr arasında SMS ismarıcların daxil olmasının müəyyən olunması, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə, o cümlədən hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə onun Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə aralarında telefon danışığı və ya SMS ismarıcın göndərilməsinin müəyyən olunmaması, həmçinin Zərərçəkmiş şəxs məxsus ***- ***-**-** mobil telefon nömrəsinə Oğuz rayonunun Kərimli kənd sakini Şahid14 məxsus ***-***-**-** nömrəsindən zənglərin və SMS ismarıcların daxil olmasının müəyyən olunmaması, "xxxx" ММC-dən götürülmüş məlumata əsasən, xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsinə müxtəlif vaxtlarda zənglərin daxil olaraq qısa danışıqların aparılması və qeyd olunan nömrələr arasında SMS ismarıcların daxil olmasının müəyyən olunmaması, eyni zamanda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə, o cümlədən hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ***-***- **-** mobil telefon nömrəsi ilə aralarında telefon danışığı və ya SMS ismarıcın göndərilməsinin müəyyən olunmaması, habelə şahidlərin ifadələri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərini törətmişdir. Düzgün olaraq onun əməlləri CM-in 29, 149.1 və 157.1-ci maddələrilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, gecə saat 23:30-da uşaqları hazırlıqdan götürmək üçün Elvingilə getməsini, qapıdan içəri girəndə qapının açıq olduğunu görməsini, bu zaman Şahid14 orada olduğunu görməsini, bu an Arazın onu sillə ilə vurmasını, Arazın bu hərəkətinə əsəbləşib, əynindəki köynəyi çıxardaraq pilləkənin kənarına atmasını, bir müddət sonra səs-küyə İlahə xanımın çıxmasını və onların mübahisə etdiklərini görüb çığırmağa başlamasını, qaçmaq istəyəndə isə köynəyinin fındıq topasının budağına ilişərək cırılmasını, spirtli içkinin təsiri altında olmasından istifadə edən Şahid14 öz pis niyyətini onun üstünə atmasını, kapron corab və bıçaq əldə edib üzərində saxlamamasını, Zərərçəkmiş şəxs öz adını təmizə çıxartmaq üçün onun məsuliyyətə cəlb olunmasını istəməsini, Araza “məni burax, sabah hörmətini edərəm” demədiyini, 23 iyul 2022-ci ildə yoldaşının vəkillə müqavilə bağladığını və ona müdafiəçi təyin olunduğunu, hadisə yerindən aşkar olunmuş ona məxsus köynəyin Şahid14 tərəfindən hadisənin sabahısı günü ora atıldığını iddia etsə də, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlar bu xüsusatların tamamilə əsassız olduğunu, işin faktiki halları, hadisənin baş verməsi, sonrakı inkişafı və nəticəsi ilə uzlaşmadığını təsdiq etmişdir. Təqsirləndirilən şəxsin Oğuz Rayon Polis şöbəsində qanunsuz olaraq üç gün saxlanılması və həmin üç gün ərzində onun müdafiəçi ilə təmin edilməməsi və polislərin onu şöbədə döymələri barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bu xüsusatlarla da razılaşa bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İstinad olunan qərarın tələbindən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs polis şöbəsində polislərin qanunsuz təsirinə məruz qalması barədə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Belə ki, o, nə 21 iyul 2022-ci ildə izahat verərəkən, nə də 23 iyul 2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilib müqavilə ilə təyin edilmiş müdafiəçinin iştirakı ilə ifadə verərkən, nə Oğuz Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən polisin hər hansı bir təsir və təzyiqə məruz qalması barədə heç bir fikir bildirməmiş, nə müdafiəçisi, nə başqa vasitə ilə bu barədə heç bir orqana heç bir şikayət və ya müraciət etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs özü qeyd edir ki, özündə olmadığından, onu hansı polisin vurmasını xatırlamamışdır. Onda özünü idarə edə bilməz dərəcədə olan şəxsi polislərin hansı zərurətdən vurması ağlabatan görünmür. Digər tərəfdən, cinayət işindən görünür ki, (İ cild, i. v. 04) Zərərçəkmiş şəxs 21 iyul 2022-ci il tarixdə Oğuz RPŞ-ya yazılı ərizə ilə müraciət edərək, həmin gün, saat 02 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs onun evinə girərək, onu döyüb xəsarət yetirdiyini bildirmiş və bu səbəbdən Təqsirləndirilən şəxs barədə tədbir görülməsini xahiş etmiş, elə həmin gün hadisə yerinə baxış keçirilərək, fotocədvəl tərtib olunmuş (İ cild, i. v. 08-25), təqsirləndirilən şəxsin izahatı alınımş (İ cild, i. v. 28-29), 21 iyul 2022-ci il tarixli 55 nömrəli məhkəmə tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin sayı və ağırlıq dərəcəsi müəyyən edilmiş (İ cild, i. v. 32-34), 22 iyul 2022-ci ildə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuş, lakin o, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 ilə müqavilə bağlayaraq hüquqlarının müdafiəsini ona həvalə edilməsini xahiş etdiyi üçün Oğuz RPŞ-nın İstintaq qrupunun müstəntiqi X3 23 iyul 2022-ci il tarixli qərarı ilə Rəşad İldırımzadə ona müdaffiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq üç gün Oğuz RPŞ-da saxlanıldığını iddia etsə də, cinayət işinin materiallarında onun həmin müddət ərzində Oğuz RPŞ-da saxlanılmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün həmin zaman Oğuz RPŞ-da müşahidə və digər videokameraların olub-olmaması, əgər varsa 20 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək qeydə alınmış videogörüntülərin verilməsi barədə məhkəmə kollegiyası tərəfindən Oğuz RPŞ-ya sorğu verilmiş və Oğuz RPŞ-nın 06 mart 2023-cü il tarixli 3-13-101/2-2516/2023 nömrəli məktubu ilə məhkəməyə bildirilmişdir ki, Oğuz RPŞ-nın inzibati binasının girişində, növbətçi hissəsinin qarşısında və müvəqqəti saxlama yerində olan təhlükəsizlik kameralarında 20 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək olan müddət ərzində qeydə alınmış videogörüntülər uzun müddət keçdiyinə görə silinmişdir. Beləliklə, Təqsirləndirilən şəxs öz ifadəsindən başqa hər hansı bir sübutla qanunsuz olaraq üç gün ərzində Oğuz RPŞ-da saxlanılması təsdiqini tapmadığı üçün məhkəmə kollegiyası bu barədə dəlillərin əsaslı olması qənaətinə gələ bilmir. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs qızı Nəzrin Mənəflinin ifadəsini mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin şahid atasına olan təbii bağlılıqdan irəli gələn dəlillər səsləndirməkə onu müdafiə etməyə çalışmışdır. Beləliklə, göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Onun bu əməllərdə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 29, 149.1 və 157.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 29, 149.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə göstərilmişdir ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29 (bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd), 149.1 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli törətmiş şəxsdir. CM-in 149.1-ci maddəsinin sanksiyasında zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, CM-in 157.1-ci maddəsinin sanksiyasında isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. CM-in 63.3-cü maddəsinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 29, 149.1 və 157.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə və CM-in 63.3-cü maddəsinin tələbləri çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunması məqsədə müvafiq hesab edilir. Məhkəmə kollegiyası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Şəlalə Mənəfli və xx.xx.2010-cu il təvəllüdlü Nəzrin Mənəflinin olmasını, CM-in 59.2-ci maddəsinə uyğun olaraq isə onun yaşayış yerindən müsbət xassiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi zorlamaya cəhd cinayət əməli xarakterinə görə ağır cinayətlər kateqoriyasına mənsub olub, CM-in Xüsusi hissəsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində yer alır. O, həmin əməli ilə cəmiyyətdə son dərəcə mənfi emosiya doğuran, milli adət ənənələrə, mental dəyərlərə zərbə vuran və qəbuledilməz sayılan ailəvi dostluq münasibətlərində olduqları Zərərçəkmiş şəxs həmin gecə evdə tək olmasından istifadə edib, iradəsi ziddinə olaraq evə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin ciddi və güclü müqavimət göstərməsi və ətrafda olan insanları köməyə çağırması nəticəsində iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətinə nəzər saldıqda müəyyən olunur ki, o, həmin gün spirtli içki qəbul etmiş və bundan sonra cinsi ehtirasını təmin etmək məqsədilə ailə dostu olan zərərçəkmiş şəxsə qarşı cinsi zorakılıq hərəkətləri etmişdir. O, ilkin dindirmə zamanı törətdiiyi əməli qismən etiraf etsə də, məhkəmə prosesində əməlinə tənqidi yanaşmamışdır. Belə vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 29, 149.1-ci maddəsilə beş il müddətə azadlıqdan məhrum etmə cəzası, 157.1-ci maddəsilə bir il müddətə islah işləri cəzasının təyin edilməsi, CM-in 68.1.3-cü maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəzaları tam toplayıb, azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla, ona qəti olaraq beş il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə qəti olaraq beş il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CPM-in 346-cı maddəsinin tələblərinə görə isə cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs faktiki həbsə alındığı andan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olub Oğuz RPŞ-da saxlanılan hadisə baş verən evin yataq otağından aşkar edilərək götürülmüş 1 ədəd bıçaq, 1 ədəd ağ rəngli parça, Zərərçəkmiş şəxs məxsus 1 ədəd cırılmış qadın tumanı və 1 ədəd üzərində qanabənzər ləkələr olan qadın maykası, evin zirzəmisindən aşkar edilmiş 1 ədəd mavi rəngli, qarşısı düyməli uzunqol kişi köynəyi, evin pillələnin yanından aşkar edilmiş 1 cüt qara rəngli kişi çəkələyi və evin həyətyanı sahəsindən aşkar edilmiş 2 ədəd boz rəngli qadın kapron corab məhv edilməli, məhkəmədə tədqiq edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, iş üzrə məhkəmə məsrəfi olan iki yüz on doqquz manat ekspertizası xərci təqsirləndirilən şəxs İkin Mənəfovdan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 29, 149.1-ci maddəsilə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 157.1ci maddəsilə bir il müddətə islah işləri cəzasına məhkum edilsin. CM-in 68.1.3-cü maddəsinə əsasən, islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla üç ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə uyğun olaraq, CM-in 29, 149.1-ci maddəsilə təyin edilmiş beş il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq beş il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 219 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut olub Oğuz Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilməsi zamanı hadisə baş vermiş evin yataq otağından aşkar edilərək götürülmüş 1 ədəd bıçaq, 1 ədəd ağ rəngli parça, Zərərçəkmiş şəxs məxsus 1 ədəd cırılmış qadın tumanı və 1 ədəd üzərində qanabənzər ləkələr olan qadın maykası, evin zirzəmisindən aşkar edilmiş 1 ədəd mavi rəngli, qarşısı düyməli uzunqol kişi köynəyi, evin pilləkəninin yanından aşkar edilmiş 1 cüt qara rəngli kişi çəkələyi və evin həyətyanı sahəsindən aşkar edilmiş 2 ədəd boz rəngli qadın kapron corab məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-31/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-31/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver