Məhkəmə qərarları › İş №1(091)-31/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-31/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-31/2025 16.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Naftalan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Ə.Firdovsi küçəsi ev 69 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 -ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.235 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda əldə etməklə saxlamış, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:10-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində Yevlax rayon Polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada üzərində həmin gün saat 16:35-dən 17:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədilə əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.235 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 1,268 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda əldə edərək həmin narkotik vasitə olan heroinin 0.895 qram olan hissəsini xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Yevlax şəhəri Firdovsi küçəsində yaşadığı evin qarşısında küçədə tanışı Şahid1 5 manat pul müqabilində satmış, Şahid1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri Firdovsi küçəsində Yevlax rayon polis əməkdaşlarının tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib həmin gün saat 13:05-dən saat 13:45-dək olan müddət ərzində Yevlax rayon Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid1 əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə olan Təqsirləndirilən şəxs 5 manat pul müqabilində əldə etdiyi 0.895 qram narkotik vasitə olan heroindən 0,416 qram olan hissəsini 10 manat pul müqabilində X1 sonra özündə qalan bir ədəd sellofan bükümdə çəkisi 0.479 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirib, qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 13:30-da Yevlax şəhəri, Ə.Firdovsi küçəsində Yevlax rayon Polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində orada həmin gün saat 14:20-dən 14:55-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən Şahid1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan çəhrayı rəngli kisənin içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.373 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qisimdə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında yazılmışdır ki, güya 1 qramdan çox narkotik vasitəni 5 manata satmışdır. 1 qramdan çox narkotik vasitəni 5 manata satmaq olarmı? Ceyhun onun qonşusudur. İkisidə narkotik vasitədən istifadə edirlər. Hadisə ilə bağlı bunu bildirir ki, saat 11 radələrində evdə olan zaman polis əməkdaşları içəri daxil olub onu polis şöbəsinə aparmışlar. Narkotik vasitəni ona vermişlər və demişlər ki, ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Narkotiki cibinə qoymağı təklif etmişlər. O da razılaşmışdır. Sonra Ceyhunu polis şöbəsinə gətirmişlər və Ceyhunla üzləşmə olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı üzərindən aşkar olunan narkotik vasitənin ona aid olduğunu demiş, lakin üzərindən aşkar olunan narkotik vasitə olan heroin ona aid olmamışdır. Narkotik vasitə polis əməkdaşlarına aid olmuşdur. Ona demişlər ki, narkotik vasitəni boynuna almalıdır. O da razılaşmışdır. Polis şöbəsində videoçəkiliş olmuşdur. Həmin vaxt üzərindən aşkar olunan narkotik vasitənin ona aid olduğunu demişdir. Çünki polis əməkdaşları onu döymüşlər. Narkotik vasitə ona aid olmasa da, polis şöbəsində demişdir ki, onundur. Çünki təzyiq altında olmuşdur. Mesajları o, yazmamışdır. Sözügedən mesajları ona yazmışlar. Kimin yazdığını bilmir. Özü narkotik vasitədən istifadə edir. 5 manata daş verərsən? məzmunlu mesajı kimin yazdığını bilmir. Daşın gizli şifrə olması ilə bağlı heç nə deyə bilmir və məlumatı yoxdur. Polis əməkdaşları onu təxminən saat 10-11 radələrində evdən aparmışlar. Evə 13 nəfər polis əməkdaşı daxil olmuşdur. Saxlanılan vaxt evdə anası və bacısı olmuşdur. Saxlanılan vaxt onlar polis əməkdaşlarını görmüşlər. Hətta qonşularıda görmüşlər. Onu birinci polis şöbəsinə aparmışlar. Polis şöbəsinə daxil olan kimi onu birinci, ya da ikinci mərtəbəyə qaldırmışlar. Müdafiəçinin hansı vaxt gəldiyini dəqiq xatırlamır. Müdafiəçi ilə təklikdə söhbət etməmişdir. Ona şərait yaratmamışlar. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Penitensiar müəssisəyə daxil olan vaxt xəsarətləri artıq sağalmışdır. İki gün polis şöbəsində saxlanılmışdır. 14 noyabr tarixində saxlanılmışdır. 16 noyabr tarixində barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroinin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə 09 fevral 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx.xx.1990-ci il tarixdə ünvan 1 ünvanında yaşadığını müəyyən etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid3 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Ə.Firdovsi küçəsinə getmişdir. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs Yevlax şəhəri Ə.Firdovsi küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Ə.Firdovsi küçəsində Təqsirləndirilən şəxs görərək yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini izah etmişdir. Onlar Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə tutmuş, onların və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində 01 ədəd “Samsung A 20” markalı moil telefonu və həmin gödəkcənin sağ yan cibindən olan çəhrayı rəngli kisəni təqdim etmişdir. Sonra üzərinə axtarış zamanı digər heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd çəhrayı rəngli kisənin içərisinə baxış zamanı isə bir ədəd sellofan bükülünü aşkar etmişdir və həmin sellofan bükülünün nə olduğunu soruşduqda sonuncu həmin bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, onu 08 fevral 2024-cü il tarixdə sat 19:00 radələrində yaşadığı Yevlax şəhəri Ə.Firdovsi küçəsində yerləşən evinin yaxınlığından tapdığını və özünün şəxsi istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını, 09 fevral 2024-cü il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanında yerləşən evinin yaxınlığında Yevlax RPŞ-nin əməkdaşlarının saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmişdir. 01 ədəd sellofana bükülünün açıb içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğunu aşkar etmişdir. Həmin qəhvəyi rəngli narkotik vasitə olan heroin içərisində olduğu bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə bir ədəd zərfə qoymuş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşayan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki, psixi zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə 14 noyabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid4 Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxx 1990-ci il tarixdə ünvan 1-də yaşadığını müəyyən etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid2lə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri 31-ci məhəlləyə getmişdilər. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs Yevlax şəhəri 31-ci məhəllədə olması barədə məlumatları olmuşdur. Onlar Yevlax şəhəri Ə.Firdovsi küçəsində Təqsirləndirilən şəxs görərək yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə tutulmuşdur. Onların və müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmişdir. Şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sonra üzərinə axtarış zamanı digər heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükülünün nə olduğunu soruşduqda sonuncu həmin bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, satış məqsədi olmadığını, 14 noyabr 2023-cü il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri 31-ci məhəllə ilə gedərkən Yevlax RPŞ-nin polis əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmişdir. 01 ədəd sellofan bükülünü açıb içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğunu aşkar etmişdir. Həmin qəhvəyi rəngli narkotik vasitə olan heroin içərisində olduğu bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroini bükümlə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, başqa cinayət hadisəsi ilə bağlı tutulmuşdur. Ona demişlər ki, narkotik vasitəni Bəxtiyardan aldığını bildirməlidir. Lakin o, Bəxtiyardan narkotik vasitə almamışdır. Ondan aşkar edilən narkotik vasitə konuma atılmışdır. O da gedib konumdan götürmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Polisdə verdiyi ifadəni təsdiq etmir. Polisdə onu təhdid etmişlər. Təhdid olunmağı ilə bağlı heç yerə şikayət etməmişdir. İstintaq zamanı vəkili olmuşdur. İfadəsində demişdir ki, Bəxtiyarın bu işdən xəbəri yoxdur. O, ayın doqquzu saxlanılmışdır. Onu günorta 11-12 radələrində saxlamışlar. Narkotiklə bağlı işinə Yevlax Rayon Məhkəməsində baxılmışdır. Təqsirləndirilən şəxs hər-hansı bir narkotik vasitə almamışdır. Saxlanılan vaxt Bəxtiyarı polis şöbəsində görməmişdir. CM-in 234.1 və 234.2-ci maddələri ilə ittiham olunmuşdur. Elnur Təhməzov tanımır. Ancaq həmin şəxs səhv etmirsə, onlar tərəfdə olur. Elnurdan narkotik vasitə almamışdır. Barəsində hökm çıxarılmışdır. Güya o, Elnura narkotik vasitə satmışdır. İstintaq zamanı üzləşməsi olmuşdur. Üzləşmə zamanı narkotiki Bəxtiyardan aldığını demişdir. Çünki üzləşmədən qabaq ailəsi və uşağı ilə təhdid olunmuşdur. Bəxtiyarın təhdid olunduğunu görməmişdir. Üzləşmə zamanı Bəxtiyardan 7 manatlıq narkotik vasitə aldığını demişdir. Ola bilsin ki, rəqəmi səhv deyir. Dediyi rəqəm dəqiq xatirində deyildir. Onun oğlu FHN-də işləyir. Polis əməkdaşları oğlunu işdən çıxarmaqla təhdid edirlərmiş. Üzləşmə zamanı narkotiki Bəxtiyardan aldığını demişdir. İfadəni o, yazmamışdır. Çünki yazmağı və oxumağı yoxdur. İfadənin altındakı imza ona məxsusdur. Narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotiki “Falqa”dan istifadə edərək qəbul etmişdir. Bəxtiyarla onun evinin arasında 3 küçə vardır. Ancaq çoxda aralıda deyilmiş. Barəsindəki hökm 3 ay əvvəl çıxmışdır. Hökmdən Apellyasiya şikayəti verməmişdir. 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Firdovsi küçəsinə getmişdir. Orada Bəxtiyarla görüşmüşdür. Bəxtiyara 5 manat pul vermiş və Təqsirləndirilən şəxs ona 5 manat pul müqabilində bir büküm narkotik vasitə olan heroin vermişdir. Onu polis əməkdaşları saxlayaraq Yevlax RPŞ-nə gətirdikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin onun Təqsirləndirilən şəxs aldığı heroin olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Teymur Baxışəliyevə xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroinin əldə edilməsi, daşması, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05- 06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax şəhəri, Ə.Firdovsi küçəsində saxlanılaraq Yevlax rayon Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri Ə.Firdovsi küçəsi ev 69A-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi tərəzidə çəkilərkən 0,48 heroin olması müəyyən edilmişdir. (cild 01, iş vər. 26-34). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X17 Bölməsinin 10 fevral 2024-cü il tarixli 3-16-xx-xx/57135 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd sellofan torbada təmiz çəkisi 0,373 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (cild 01, iş vər. 45-47). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə prosessual hərəkəri keçirilmiş, üzləşmə zamanı Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 0,479 qram narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə, saat təxminən 19 radələrində Yevlax şəhəri, Firdovsi küçəsində, yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs 5 manat pul müqabilində aldığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 01, iş vər. 68-70). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 11 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələrinə tövsif edilmişdir (cild 01, iş vər. 74-76). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin əldə edilməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 80A). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 80- 81). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raportdan” görünür ki, xx.xx.1990-cı ildə anadan olmuş, Yevlax şəhəri Ə.Firdovsi küçəsində, qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhəri Q, Əşrəfbəy küçəsində saxlanılaraq Yevlax RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 85). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər. 86). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 94-95). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, 14 noyabr 2023-cü ildə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi tərəzidə çəkilərkən 0,38 heroin olması müəyyən edilmişdir (cild 01, iş vər. 102-108). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X17 Bölməsinin 15 noyabr 2023-cü il tarixli 17\786 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd sellofan torbada təmiz çəkisi 0,235 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (cild 01, iş vər. 114-117). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 136- 137). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 153). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin onun özünə məxsusdur. O. həmin narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 155). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 01, iş vər. 156). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax şəhər 1nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi iki nəfərdən ibarət ünvan 5 ünvanda yaşayır və o, qismən müsbət xarakterixə olunur (cild 01, iş vər. 162-164). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2023-cü il tarixli 3-13-117/2-21443/23 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdən görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 22:08-da X4 məxsus ***-***-**-** mobil nömrəsindən “Bidənə mənə daş ver normalını 20 manat verirəm” məzmunlu mesaj,xx.xx.2023-cü il tarixdə saat 20:12-də X8 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Qaqa torpaqda olsa olar bed ayağı.Allahqi pis draznit olmusan acda telfonu” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 00:00-da X16 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Bəxdiyar teli acda bir bu nədi vermisən mene men kakos cekirem bunu vermisen mene tel ac gorey Qaqa” məzmunlu mesaj xx.xx.2023-cü il tarixdə 21:35-də X9 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Qaqa5 manat var daş yoluna qoymag olar 20”məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 21:39 radələrində X10 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “BRAT 10 M PULDU.MENDE RASTVOR VAR 30.BAKİDAN GELLEM.BİRDE QARDAŞİN SENE TRAMALİN SUYUNAN VEREJEM LOMKADA OLANDA ELEYERSEN DUZELESSEN 10 DEQ CATRAM” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 18:39-də X14 məxsus ***- ***-**-** mobil nömrəsindən “ Ayeeeee vardana pul 5 manatda veriiiiim daş ver blet maşını varyoxun***** gelib darvazaya cirpacam blet acdanaaaaa” məzmunlu mesaj,xx.xx.2023-cü il tarixdə saat 04:11-də X15 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “ qaqa, das, var,neca,eliyak,cabab,ver” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 16:44-də X12 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Qaqa. 10.torpaq.lazimdi.varsa telfonu ac” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 16:44-də X14 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “15 manatım var 3 dənə balaca” və saat 17:07-də “Daw zad” məzmunlu mesajlar göndərilmişdir (cild 01, iş vər. 174-177). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Naftalan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(052)-14/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 188-197). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri məhkəmə-narkoloji ekspertizasının 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər -204). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Yevlax Rayon Məhkəməsi 4(039)-11/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 231-235). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regonal bölməsinin 31 mart 2024-cü il tarixli, 3-16-16-2-17/320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 0,373 qram olan heroin ilə digər 01 ədəd zərfin içərisindəki Şahid1 üzərindən aşkar edilərək götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 0,479 qram olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 0,235 qram olan heroin ilə təqdim edilmiş digər 02 ədəd zərfin içərisindəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidirlər (cild 01, iş vər. 259-262). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regonal bölməsinin məhkəmə kimyəvi ekspertizasnın 13 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/339 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd zərfin içərisindəki X6 üzərindən aşkar olunaraq götürülmüş, ilkin tədqiqat zamanı təmiz çəkisi 0,416 qram olan heroin və digər 01 ədəd zərfin içərisindəki Şahid1 üzərindən aşkar edilərək götürülmüş ilkin tədqiqat zamanı təmiz 0,479 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidirlər (cild 01, iş vər. 266-269). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü ildə aşkar edilmiş 0,235 qram narkotik vasitə olan heroinə və üzərindən xx.xx.2024-cü ildə aşkar edilmiş 0,373 qram narkotik vasitə olan heroinə və Şahid1 satdığı 0, 895 qram narkotik vasitə olan heroinə görə onunla Şahid1 və Elnur Təhməzovun arasında əlbirlik olmadığından barələrində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, həmçinin Şahid1 ifadələrində Təqsirləndirilən şəxs ona Elnur Təhməzova çatdırılması üçün 0, 416 qram narkotik vasitə olan heroin verdiyini və onun da həmin heroini aparıb Elnur Təhməzova verərək sonuncudan 7 manat pulu alıb gətirib Təqsirləndirilən şəxs verdiyini bildirməsi Şahid1 özünümüdafiə və məsuliyyətdən yayınmaq bu olmadıqda isə məsuliyyətini yüngülləşdirmək xarakterli olduğundan rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 294-312). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tİbb Baş İdarəsinin Təqsirləndirilən şəxs adına açılmış “X18”-dan görünür ki, Təqsirləndirilən şəxs müəssisəyə qabul olunarkən bədənində hər hansı bir xəsarət olmamış, yalnız Təqsirləndirilən şəxs alında bir ədəd köhnə çapıq toxuması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Yevlax Rayon Polis şöbəsinin 3-13-117/2-15596/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman xəsarəti olmadığı üçün tibbi müayinədən keçirilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Yevlax Rayon Məhkəməsinin məktubundan görünür ki, Şahid1 barəsində Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1(039)-89/2024 nömrəli hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verilmiş ittihamın əsaslılığını yoxlayarkən hazırki cinayət işinin materiallarına və ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara müraciət edərək bu sübutlarla müəyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Cinayət işi materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə xx.xx.2023-cü il tarixdə onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə təkrarən Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmaqla həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, keçirilmiş əməliyyat – axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə xx.xx.2024-cü il tarixdə onun üzərinə şəxsi axtarışa dair prosessual hərəkətlər keçirilmiş və nəticədə narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərindən ayrı – ayrı vaxtlarda narkotik maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 14-cü bəndinə əsasən isə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı işgəncəyə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Təqsirləndirilən şəxs aid “X18”-ından görünür ki, Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən onun üzərindən hər hansı bir xəsarət aşkar edilməmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, onun polis əməkdaşları tərəfindən döyülməsi və işkəncəyə məruz qalması ilə bağlı xəsarət və ya həmin halı təsdiq edən müvafiq qeydlər qurumlar tərəfindən aparılmamış, habelə müdafiə tərəfi Təqsirləndirilən şəxs göstərdiyi hallarla bağlı məhkəmə kollegiyasına sübutlar təqdim etməmişdir. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitələrin şəxsi istifadə üçün əldə edilərək saxlanılması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, Şahid1 ifadəsində başqa cinayət hadisəsi ilə bağlı tutulmuş olduğunu, polis əməkdaşlarının ona narkotik vasitəni Bəxtiyardan aldığını deməsini bildirmələrini, lakin o, Bəxtiyardan narkotik vasitə almadığını, ondan aşkar edilən narkotik vasitənin konuma atılmış olduğunu, o da gedib konumdan götürdüyünü, ailəsi və oğlu ilə təhdid olunduğunu və onun nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin Bəxtiyardan aldığını demək məcburiyyətində qalmasını göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid1 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məhs Təqsirləndirilən şəxs cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan və ona əlavə edilmiş CD diskdən görünür ki, üzləşmə zamanı Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 0,479 qram narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə, saat təxminən 19 radələrində Yevlax şəhəri, Firdovsi küçəsində, yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs 5 manat pul müqabilində aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(039)-89/2024 nömrəli hökmdəki Şahid1 ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bəxtiyarla yaşadığı evin qarşısında görüşmüş, ona narkotik vasitə alacağını deyib 5 (beş) manat vermiş, Bəxtiyar ondan 5 (beş) manatı götürmüş və ona 1 (bir) bükümdə toz halında heroin vermişdir. Bəxtiyardan aldığı narkotik vasitənin az hissəsini istifadə etmiş, qalanını gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. 31 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regonal bölməsinin 3-16-16-2-17/320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 0,373 qram olan heroin ilə digər 01 ədəd zərfin içərisindəki Şahid1 üzərindən aşkar edilərək götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 0,479 qram olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 0,235 qram olan heroin ilə təqdim edilmiş digər 02 ədəd zərfin içərisindəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidirlər. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2023-cü il tarixli 3-13-117/2-21443/23 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskə həkk edilmiş məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 22:08-da X4 məxsus ***-***-**-** mobil nömrəsindən “Bidənə mənə daş ver normalını 20 manat verirəm” məzmunlu mesaj,xx.xx.2023-cü il tarixdə saat 20:12-də X8 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Qaqa torpaqda olsa olar bed ayağı.Allahqi pis draznit olmusan acda telfonu” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 00:00-da X16 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Bəxdiyar teli acda bir bu nədi vermisən mene men kakos cekirem bunu vermisen mene tel ac gorey Qaqa” məzmunlu mesaj xx.xx.2023-cü il tarixdə 21:35də X9 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Qaqa5 manat var daş yoluna qoymag olar 20”məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 21:39 radələrində X10 məxsus ***- ***-**-** saylı mobil nömrəsindən “BRAT 10 M PULDU.MENDE RASTVOR VAR 30.BAKİDAN GELLEM.BİRDE QARDAŞİN SENE TRAMALİN SUYUNAN VEREJEM LOMKADA OLANDA ELEYERSEN DUZELESSEN 10 DEQ CATRAM” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 18:39-də X14 məxsus ***-***-**-** mobil nömrəsindən “ Ayeeeee vardana pul 5 manatda veriiiiim daş ver blet maşını varyoxun***** gelib darvazaya cirpacam blet acdanaaaaa” məzmunlu mesaj,xx.xx.2023-cü il tarixdə saat 04:11-də X15 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “ qaqa, das, var,neca,eliyak,cabab,ver” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 16:44-də X12 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Qaqa. 10.torpaq.lazimdi.varsa telfonu ac” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 16:44-də X14 məxsus ***-***-**-** saylı mobil nömrəsindən “15 manatım var 3 dənə balaca” və saat 17:07-də “Daw zad” məzmunlu mesajlar göndərilmişdir. xx.xx.2024-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin onun özünə məxsusdur. O. həmin narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş, saxlamış və satmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli Naftalan Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs Naftalan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin yarısından az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixli qərarla onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin MSY-dən azad edilmişdir. Habelə cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun iş üzrə sonuncu dəfə tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 02 gün tutulduğu müddət cəzasına hesablanmaqla çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkiləri - 0,145 qram, 0,303 qram və 0,675 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 04 (dörd) ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 282 (iki yüz səksən iki) manat 08 (səkkiz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,145 qram, 0,303 qram və 0,675 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 04 (dörd) ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 282 (iki yüz səksən iki) manat 08 (səkkiz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar