Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-33/2020 14.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X2, müdafiəçi X10 Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxxxx 2019-cu ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X9 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən «Aişə» kafesində olan zaman kafedə fəaliyyət göstərən musiqiçilərə öz zövqünə uyğun «balıqların şahı ölüb dəryada» mahnısını sifariş vermiş, mahnı səsləndirilib qurtardıqdan sonra yenidən həmin mahnını sifariş verdikdə kafenin icarədarı Şahid3 həmin musiqiqiq səsləndirilməsinə imkan verməmişdir. Şahid3 qardaşı Zərərçəkmiş şəxs söhbətə müdaxilə edərək Təqsirləndirilən şəxs vurmuş, digər qardaşlarda birləşərək Təqsirləndirilən şəxs döymüşlər. Təqsirləndirilən şəxs kafedə olan masaların birinin üzərindəki pivə bokalını sındıraraq Sübhan və Zərərçəkmiş şəxsləri hədələmiş, orada olan digər şəxslər onu kafedən çıxarmışlar. 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində döyülməsinə görə qisas almaq məqsədi ilə kafeyə gəlmiş, kafenin qiriş qapısının qarşısında Zərərçəkmiş şəxs ilə qarşılaşmış, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs isə üzərində olan bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın boşluğunu dəlib-keçən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan nazik bağırsağın və müsariqənin zədələnməsilə nəticələnən ağır xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 21:30 radələrində tanışı Sərvərlə Mingəçevir şəhəri «Əşya» bazarının yaxınlığında yerləşən «Aişə» kafesinə gəlib, pivə içmişlər. Həmin vaxt kafedə digər şəxslərdə əyləşərək canlı müsiqiyə qulaq asmışlar. Kafedə əyləşdikdən yarım saat sonra müsiqiçilərə yaxınlaşaraq 2 manat müqabilində canlı müsuqi «balıqların şahı ölüb dəryada» mahnısını sifariş vermiş, sifariş verdiyi müsiqi oxunub qurtarmağa az qalmış yenidən 2 manat verərək həmin mahnının yenidən oxunmasını istəmişdir. Sübhan ona yaxınlaşaraq həmin mahnının ifa edilməsinə imkan verməmişdir. Həmin vaxt Sübhanın qardaşı Məhəmməd ona yaxınlaşaraq onunla mübahisə etmiş, onun boynundan tuturaq, kobud formada oturmasını bildirmiş, o isə Məhəmmədin sinəsindən itələmişdir. Məhəmməd sifətindən yumruqla vurmuş, kafedə olan şəxslər onları aralamış, vurulduğu üçün masaların birinin üstündə olan pivə bokalını stolun üstünə vurub sındıraraq Məhəmmədi hərəkətini davam etdirməməsi üçün hədələmişdir. Bokal sınığı onun sağ əlinin işarət barmağını kəsmiş, kafedə olan şəxslər onları aralaşdırmışlar. Lakin Məhəmməd onu yenə də yumruqla və kəllə ilə vurmuşdur. Sübhanın digər qardaşı Əfqan da onlara yaxınlaşaraq onu baş nahiyəsindən vurmuşdur. Kafenin mətbəxinə keçib oradan bıçaq götürüb münaqişəni davam etdirmədən çölə çıxıb getmişdir. Əfqan həmin vaxt onunla kafeyə gəlmiş Sərvanı də döymüşdür. Kafenin kənarında 5-10 dəqiqə gözlədikdən sonra kafenin girişinə yaxınlaşmış, bu zaman kafenin giriş qapısında Məhəmmədlə qarşıqarşıya gəlmiş, Məhəmməd yenə də onun yumruqla vurmuşdur. Bu zaman əlində olan bıçaqla bir dəfə onun qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Kafedə olan şəxslər onları aralaşdırmış, oradan piyada yaşadığı ünvana getmiş, lakin evdə çox qalmayaraq çölə çıxıb əsəbi halda X.Şuşinski küçəsində gəzərkən post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq hadisə ilə bağlı onu şöbəyə aparmışlar. Məhəmmədə bıçaqla xəsarət yetirdikdən sonra onu əlavə olaraq bıçaqla vurmağa imkanı olsa da vurmamış, belə ki, niyyəti onu öldürmək yox yalnız ona xəsarət yetirmək olmuşdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Tutduğu əməldən peşmandır. Kafenin içərisində ilkin olaraq Zərərçəkmiş şəxs onu vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və Məhəmməd heç bir səbəb olmadan onun sifariş verdiyi mahnının ifa olunmasına icazə verməyərək nalayiq sözlər deyərək camaatın içərisində yaxalaşaraq onu təhqir edib vuraraq xəsarət yetirmişdir. Aldığı yumruq zərbəsindən camaatın yanında təhqir olunmasından, mahnısının ifa olunmayaraq kafedən qovulmasından pis olduğu üçün kafenin mətbəxindən götürdüyü, istintaqa təqdim olunmuş bıçaqla Məhəmmədi vuraraq xəsarət yetirmişdir. Kafenin iş fəaliyyəti pozulmamış və aldığı xəsarətlə bağlı şikayəti və tələbi yoxdur. Kənarda olan şəxslərdən heç kim onu vuraraq xəsarət yetirməmişlır. Məhəmməd onu vuraraq xəsarət yetirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, mətbəxdən bıçağı götürəndə yanında heç kim olmamaqla yanaşı heç kim görməmiş, Sübhan onu vurmamış, lakin Sübhanın qardaşı Əfqan onun başından vurmuş qollarından isə orada olan şəxslər aralaşdırmaqdan ötrü tutmuşlar və kafenin video müşahidə kameralarından götürülmüş video görüntüdəki qısa qol köynək geyinmiş, köynəyin üzərində böyük hərflərlə «BRK LİNK» sözləri yazılmış, qara şalvar, qara ayaqqabı geyinmiş şəxs Məhəmmədin qardaşı Əfqan olmuşdur. Ağ rəngli köynək, qara kəmər, cins şalvar və qara ayaqqabı, üzü tüklü olan şəxs isə dostu Sərvan Əliyevdir. Əfqan onu da döymüşdür. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 21 radələrində «Aişə» kafesində qardaşı Əfqanla pivə içmişdir. Sübhanın işlətdiyi kafeyə həftədə bir dəfə meyxana deyənlər gəlir. Həmin gün də meyxana deyənlər gəlmişdir. Məmməd də onlardan arxada masada əyləşərək pivə içmişdir. Məmməd meyxana deyənlərə yaxınlaşaraq «balıqların şahı ölüb dəryada» mahnısının oxunmasını sifariş vermişdir. Bununla bağlı Sübhan ilə aralarında mübahisə yaranmış, onlara yaxınlaşaraq mübahisəyə son qoymalarını istəmiş, Məmmədin boynundan tutub, onu yerində oturmasını dedikdə, Məmməd sinəsindən əli ilə itələmişdir. Bundan sonra Məmmədi yumruqla vurmuşdur. Kafedə olan şəxslər onları alaşdırmışdır. Bu vaxt Məmmədi yenə də vurmuşdur. Münaqişə zamanı Məmməd yanında olan masadan üzərində olan pivə bokalını götürüb masaya vurub sındıraraq onları hədələmişdir. Sonra Məmmədi bir neçə dəfə də yumruqla vurmuşdur. Sübhan və digər şəxslər Məmmədi saxlamışlır. Məmmədi digər şəxslər çətinliklə tutaraq kafedən çıxartmışlar. 5-10 dəqiqədən sonra Məmməd yenidən qayıtmış, kafenin giriş qapısında onu əli ilə çağırdığı üçün yanına getmişdir. Məmmədə çatanda onu yumruqla vurmuşdur. Məmməd isə üzərində olan bıçaqla onun qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Orada olan adamlar onlara yaxınlaşan zaman Məmməd tez oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, «Aişə» kafesi ona məxsusdur və baş vermiş hadisədən bir neçə ay əvvəl həmin obyekti Şahid3 icarəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, kafedə olan müştəri Məmməd adlı şəxslə kafeni işlədən Sübhanın qardaşı Məhəmməd arasında mübahisə yaranmış və həmin mübahisə zəminində Məmməd Məhəmmədə bıçaqla xəsarət yetirmişdir. Şahid3, Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində yaşadığı evdə olarkən Aişə kafedən yüksək səs-küy, söyüşlər və nə isə davadalaş eşitmiş, evdə narahat olduğu üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, ancaq dava-dalaşın kimlər arasında olmasından həmin vaxt kimin-kimə xəsarət yetirməsindən xəbəri olmamışdır. Şahid6 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində «Aişə» kafesində münaqişə olması barədə məlumat alaraq hadisə yerinə getmişdir. Kafeni işlədən Sübhan və onun qardaşı Məhəmmədə yaxınlaşıb nə baş verməsi barədə məlumat almış, onlar isə bir qədər əvvəl Məmməd adlı şəxsin kafedə mübahisə yaradaraq kafeni işlədən Sübhanın qardaşı Məhəmmədə bıçaqla vurub xəsarət yetirdiyini bildirmişlər. Kafenin yaxınlığında yolun kənarında otluq sahədən bir ədəd üzəri qanlı vəziyyətdə olan bıçaq tapmışlar və iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alıb götürüb, istintaqa təqdim etmişdir. Şöbəyə gələrkən Zərərçəkmiş şəxs bədənindən qan gəldiyini görüb onun vəziyyətinin yaxşı olmadığını anlamış, təcili yardım çağırıb onu təcili yardım vasitəsilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yola salmışdır. Hadisəni törədən Təqsirləndirilən şəxs araşdırmaya cəlb olunması məqsədilə onun yaşadığı Mingəçevir kəndi deyilən yerə doğru yola düşmüş, həmin vaxt onlar Təqsirləndirilən şəxsla X.Şuşiniski küçəsində rastlaşmış, onu baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsinə gətirmişdir. Şahidlər Şahid7, Şahid8 və Şahid9 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Şahid10 məhkəmədə ifadəsində göstərmişdir ki, «Aişə» kafesində Təqsirləndirilən şəxs meyxana deyənlərə yaxınlaşıb «balıqların şahı ölüb dəryada» mahnısının oxunmasını sifariş etmiş, həmin vaxt Sübhan Məmmədə yaxınlaşıb mahnının tfa lolunmasına imkan verməmişdir. Sübhanın böyük qardaşı Məhəmmədonlara yaxınlaşmışdır. Məhəmməd Məmmədin boynundan tutmuş, Məmməd Məhəmmədin sinəsindən itələmiş, bu zaman Məhəmməd Məmmədin sifətindən yumruqla vurmuşdur. Məmməd kafedəki masalardan birinə yaxınlaşıb oradakı pivə bokalını götürüb onu masaya vuraraq qırıb, Məhəmmədi hədələmişdir. Sübhan Məmmədin əlindən tutub saxlamışdır. Bu zaman Məhəmməd Məmmədi yumruqla bir neçə dəfə vurmuş, Məmmədi kafedən çıxartmışlar və Məmməd kafedən uzaqlaşıb getmişdir. Təxminən 5-10 dəqiqədən sonra Məmməd kafeyə yenidən qayıtmış, həmin vaxt Məmməd kafenin qapısının qarşısında Məhəmmədə bıçaqla bir dəfə vuraraq xəsarət yetirmişdir. Şahidlər Şahid11, Şahid18 və Şahid13, Şahid14, Şahid15, Şahid2, şahid S.Ə.Əliyevin ifadəsinə uyğun ifadə vermişlər. xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirdiyi yer ünvan 2 saylı ünvanda yerləşən «Aişə» kafesidir. «Aişə» kafesində olan video görüntü iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli tibbi müayinənin 3/4 və 3/5 nömrəli protokollardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş olmuşlar. xx xxxxxx 2019-cu il tarixli 5250 nömrəli protokoldan görünür ki, bir ədəd dəstək və tiyə hissədən ibarət uzunluğu 23,5 sm olan tiyə hissə boz rəngli metaldan, bir tərəfi küt digər tərəfi kəsici, tiyənin üzərində dəlik, tiyənin aşağı hissəsində «SANLİU 666» yazı yazılmış, dəstəyinin yuxarı hissəsi metl rəngli, aşağı hissəsi qara rəngli bir ədəd bıçağa Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin bıçağı xx xxxxxx 2019-cu ildə ünvan 2 saylı ünvanda yerləşən «Aişə» kafesinin mətbəxindən götürərək Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsini bildirmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barışmışlar. Zərərçəkmiş şəxs ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 489 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: nazik bağırsağın və müsariqənin zədələnməsilə qarın boşluğuna dəlib-keçən bir ədəd yara, deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol gözünün alt qapağında qançır, küt alətin (əşyanın), sağ əlinin ikinci barmağında yara kəsici alətin (əşyanın) ola bilsin sınmış şüşənin kəsici hissəsinin təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış deşicikəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2019-cu il tarixdə saat 22 radələrində öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş «a», «b», «c», «d» zədələri vardır. Həmin zədələrdən «a» və «b» zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlarda aiddir. Ümumi əlamətinə əsasən köynəyin səthində olan «a» və «b» zədələrinin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret hansı bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş köynəyin səthində olan «a» və «b» zədələri öndən arxaya istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sağda olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş köynəyin səthində olan «c» və «d» zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Tədqiqata təqdim edilmiş şalvarın səthində zədə yoxdur. Diskə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs cibindən pul çıxardaraq musiqiçilərə tərəf uzadır, sonradan 2 nəfər qara paltar geyinmiş şəxslər kafedən çölə çıxırlar, kafedə olan bir neçə nəfər masalardan duraraq Təqsirləndirilən şəxs durduğu qapının ağzına gələrək orada danışırlar və həmin şəxslərin içərisində Zərərçəkmiş şəxs da vardır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla yaxalaşaraq Məhəmməd Məmmədə əl-qol atıb yerində musiqiçilərin masasından aralaşaraq əyləşməyini əli ilə işarə edir, onlar bir-birləri ilə yaxalaşsalar da orada olan şəxslər onları aralayıb kənara kafenin ortasına gətirirlər və onların arasında olan Sübhan da Məmmədi aralaşdırır. Lakin bu vaxt orada olan qara qısa qol köynək geyinmiş, köynəyin üzərində böyük hərflərlə «BRK LİNK» sözləri yazılmış, qara şalvar, qara ayaqqabı geyinmiş şəxs yəni Şahid4 adamların içərisindən Təqsirləndirilən şəxs yaxınlaşaraq əl-qol atır, Təqsirləndirilən şəxs bu vaxt qadının əyləşdiyi masaya yaxınlaşıb masanın üstündə olan pivə bokalını masaya vurub sındıraraq Zərərçəkmiş şəxs hədələyir. Orada olan adamlardan biri onun əlindən pivə bakalının qırığını alır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kəllə ilə bir dəfə, yumruqla isə bir neçə dəfə vurur, Şahid4 də bir neçə dəfə Təqsirləndirilən şəxs başından yumruqla vurur və Zərərçəkmiş şəxs kafenin içərisində olan bir nəfər şəxs tutaraq saxlayır. Digər şəxslər isə Təqsirləndirilən şəxs sağa tərəf kafedən çölə aparırlar, yenidən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə hücum çəkərək vurmaq istəsə də iki nəfər şəxs onu möhkəm tutaraq Təqsirləndirilən şəxs üstünə getməyə qoymurlar, Zərərçəkmiş şəxs onların qollarının arasından çıxaraq Təqsirləndirilən şəxs arxasınca kafedən çıxaraq gedir, Məmmədlə Məhəmməd kafenin qarşısında yaxalaşıb dalaşan zaman onları orada olan adamlar aralaşdırırlar. X6 yaxalaşıb kafenin ortasında Məmmədi yumruqla vurur, lakin orada olan şəxslər Məhəmmədi kənara çəkən zaman köynəyinin sinəsinin çırıldığı görüntür, yenidən Məhəmməd Məmmədin üstünə gedərək birlikdə kafenin başında olan iki masanın arasından içəri gedirlər və kafedə olan şəxslərdə onların arxasınca getsə də kafenin görünən yerində 2 nəfər şəxs qalır. Sonradan Məhəmməd kafenin içərisinə daxil olub orada olan ağ köynəkli, ağ şalvarlı şəxslə mübahisə edərək əli ilə onu itələyib Məmmədin olduğu yerə gedir, həmin yerdən Sübhanın sol əli ilə Məmmədin ciyninə qoymuş vəziyyətdə kafedən çölə çıxırlar. Şahid4 üzü tüklü, cavan, ağ köynəkli, qara şalvarlı şəxsi yəni Sərvan Əliyevi vurub döyərək itələyə-itələyə kafedən çölə aparır. Ə.X7 bir neçə yumruq vurur, bu vaxt kafedə olan Məhəmməd onunla üzbə-üz onu tutmuş şəxsi itələyib vuraraq çölə çıxmaq istəyir, lakin Məhəmmədi 3 nəfər şəxs tutur, lakin Məhəmmədi tutan bir neçə şəxsə fikir verməyərək əli ilə Məmmədi döymək istədiyinə işarə edir, Sübhan kafenin içərisində Məhəmməddən aralaşaraq kafedən çölə ayaq yalın çıxır, Məhəmməd kafedə olan şəxslərlə ağzında siqaret kafedən çölə çıxır və kafedə olan müəyyən müştərilər oturub yeməklərini yesələr də musiqiçi Şahid15 alətini yığır. Kafedə olan sintezator alətini yığışdırılır, Sübhanla qardaşı Məhəmmədlə birlikdə kafeyə daxil olurlar, kafenin içərisində Məhəmməd Sübhanla danışaraq çölə çıxır, içəri daxil olan zaman köynəyini orada olan qara geyinmiş qız ona göstərərək qan axdığını bildirir və musiqiçilər öz alətlərini yığaraq masada əyləşmiş şəxslər masalarında qalxaraq gedirlər. Meyxanaçılardan biri ağzında siqaret o yana-bu yana kafenin içərisndə gedir, video diskdə olan görüntü saat 16:22:17 kimi davam edərək kafedə heç bir müştəri, meyxanaçı və musiqiçi qalmır. 1_02_R_**********0 nömrəli diskdə olan videoya baxış zamanı sağ küncdə tarix 2019-08-11, saat 16:05:04 yazısı yazılıb, kafedə olan masanın arxasında 2 nəfər meyxanaçılar, onların sağ tərəfində sintezatorda ifa edən şəxs Şahid15, Şahid3 keçir, bu vaxt Məhəmməd Bəkirov müsuqiçilərə yaxınlaşaraq 2 manatı cibindən cıxarıb masaya atıb musiqi sifariş versə də Sübhan onun musiqisinin ifa olunmasını istəmədiyi üçün pulunu masadan götürüb Sübhanla söz mübahisəsi edir. Lakin Məmməd yenidən pulunu masaya qoyub sintezator ifa edənə musiqi sifariş verir, meyxanaçılar və Sübhan ona nəyisə izah edən vaxtı Məhəmməd ona yaxınlaşıb əlindən kənara çəkən zaman onlar yaxalaşırlar, Məmməd Məhəmmədin boynundan Məhəmməd Məmmədin sinəsindən itələyir, onlar musiqiçilərdən kənara çəkilirlər, Sübhan və birinci diskdə olan şəxslər Məmmədi tutaraq musiqiçilərin oturduqları və alətlərin olan yerə gətirirlər və bu vaxt Məhəmməd Məmmədə yaxınlaşaraq musiqi alətlərinin camaatın içərisində onu vurur. Onları araşdıraraq hər ikisini bir kənara aparırlar. Məhəmməd yenidən Məmmədin olduğu yerə gedir, musiqiçilər və meyxanaçılar öz alətlərini yığırlar, Məmmədin boynunda Sübhanın əli musiqiçilər oturduğu yerdən keçib çölə cıxırlar, musiqiçilərin alətlərinin yanına birinci diskdə olan əynində qara qısa qol köynək geyinmiş, köynəyin üzərində böyük hərflərlə «BRK LİNK» sözləri yazılmış Şahid4 üzü saqqallı ağ geyinmiş Şahid2 yumruqla sinəsindən itələyib, döyüb çölə çıxarır. Şahid4 Şahid2 boğazından boğaraq itələyir, onunla mübahisə edir və onları aralaşdırırlar. Məhəmməd ağzında siqaret hirsli halda cölə çıxmaq istədikdə musiqi alətlərinin olan masanın yanında olan Şahid4 onu saxlayaraq birlikdə çölə çıxırlar, musiqiçilər öz alətlərini yığışdırırlar, Məhəmməd yenidən içəri daxil olur və qadın ona köynəyini göstərərək qan olduğunu bildirir. Məhəmməd qarnından qan axdığını görüb harasa gedir, meyxanaçılar, musiqiçi və kafedə işləyən şəxslər çıxıb getdikləri üçün kafenin fəaliyyəti dayanaraq iş rejimi pozulur, ekranın sağ künçündə saat 16:22:18 göstərilir, həmin vaxt video görüntü tamamlanır və video görüntü səssizdir. xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, 2 ədəd disklərdə olan video görüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən «Aişə» kafesində mahnı sifariş verdiyi üçün Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxslə yaxalaşmış, onları orada olan şəxslər aralaşdırmış, sonradan isə stolun üstündə olan pivə bokalı stola vuraraq Məhəmmədi hədələmiş onun əlindən bakal qırığını orada olan kimsə almış, lakin Məhəmməd heç bir səbəb olmadan Məmmədi yumruqla vuraraq xəsarət yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs onu yumruqla vuraraq xəsarət yetirdiyi üçün əsəbləşərək və camaatın içində şəxsiyyətini alçaltdığı üçün kafenin mətbəxində olan bıçağı götürüb getmiş və bir neçə dəqiqədən sonra kafenin qapısında bir dəfə Məhəmmədi vuraraq xəsarət yetirmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, 2 ədəd disklərdə olan video görüntülərə Şahid3 iştirakı ilə baxış keçirilən zaman Şahid3 xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən «Aişə» kafesində olan mübahisə nəticəsində qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurularaq xəsarət aldığını, əynində «BRK LİNK» sözləri yazılmış köynək geyinmiş şəxs onun qardaşıdır, lakin üzü tüklü olan şəxsi tanımır, video disklərin küncündə olan saatlar isə səhvdir, çünki həmin müşahidə kamerasını özü düzəltdiyi üçün səhv olduğunu bilir və əsl saat isə cinayət materiallarındakı saatdır. DİN-in Baş Əməliyyat və X1 alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan 2 saylı ünvanda yerləşən «Aişə» kafesinin qapısının qarşısında Zərərçəkmiş şəxs bir dəfə bıçaqla qarın boşluğundan vuraraq xəsarət yetirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, kafedə olan hərəkətlərini davam etdirərək, xuliqanlıq niyəti ilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Lakin iş materiallarından görünür ki, ilkin olaraq Məmməd musiqi sifariş verən zaman Sübhan həmin musiqinin ifa olunmasına imkan vrmir. Bununla da onların arasında mübahisə yaranır. Bu vaxt Sübhanın qardaşı mübahisəyə qoşulur və sözlə mübahisə yaxalaşma ilə nəticələnən zaman Məhəmməd Məmmədi vurur, sonra isə Sübhanın digər qardaşı Əfqan Məmmədlə gəlmiş Sərvəri vurur. Məmmədi qardaşlar döyüb, kafedən çıxarırlar. Bir müddət sonra Məmməd şəxsi münasibətlər zəminində qisas almaq üçün kafeyə qayıdır. Kafenin girəcəyində qarşılaşdığı Məhəmməd onu yenidən vurduqda bıçaqla şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə bir dəfə vurmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs vurması heç də səbəbsiz və ya cüzi səbəbli olmamışdır. Onu və dostu Sərvəri kafedə olan şəxlərin qarşısında döydüklərinə görə şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə səbəbli olaraq bıçaqla vuraraq ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Onu yenə də vurmaq üçün imkanı olsa da onu yenidən vurmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs ilə barışmasını, razılıq əldə etməsini, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayətinin olmamasını, hadisənin zərərçəkmiş şəxsin qeyri hüquqi hərəkətləri nəticəsində baş verməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”müddəası da nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə şübhəli şəxs kimi saxlanmış, xx xxxxxx 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Hökm qüvvəyə minənə kimi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Ekspertiza xərci, mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası CM-nin126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi vaxtdan xx xxxxxx 2019-cu ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan və Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 1 ədəd qara rəngli köynək, 1 ədəd boz rəngli idman şalvarı və 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-33/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-33/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver