Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-33/2021 11.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1, mənzil 19-da qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 23 radələrində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Şahid6 işlətdiyi kafedə tanışları Şahid5, Şahid1 və Şahid6 özü ilə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətə düşmüş, kafedə əyləşən və spirtli içkinin təsirindən sərxoş vəziyyətə düşən X7 və onun tanışı Şahid2 təşəbbüsü ilə xx xxxx 2020-ci ildə saat 01- 02 radələrində başlayan, sonradan isə kafenin həyətində asfalt yolda davam edən qarşılıqlı dava-dalaş zamanı T.Ş.Əzizov və Şahid2 Şahid6 və Şahid5 ayırmaq üçün kafenin həyətinə çıxıb Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gedərkən oraya gələn və tərəfləri ayırmaq istəyən Zərərçəkmiş şəxs və T.Ş.Əzizovun Şahid6 və Şahid5 döydüyünü zənn edərək mübahisəyə qoşulub, istintaqa məlum olmayan mənbədən əldə etdiyi açılıb-qatlanan bıçaqla T..Ş.Əzizovun bədəninin müxtəlif nahiyələrinə vurub həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid qara ciyərin zədələnməsi ilə qarın boşluğunu dəlib keçən bir ədəd və sol döş boşluğunu dəlib keçən bir ədəd yaralar, həmçinin sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid sol çiyin qursağının arxa səthin kəsilmiş-deşilmiş bir ədəd yarası xəsarətlərini yetirmişdir. Həmçinin dalaşan tərəfləri ayırmaq üçün hadisə yerinə gələn Zərərçəkmiş şəxs T.Ş.Əzizovla birlikdə onlarla dalaşdığını zənn edərək Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna dəlib keçən bir ədəd deşilmiş-kəsilmiş yara, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik xəsarət yetirməklə, qəsdən iki nəfər şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə ona elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə dostu Şahid1 təklifi ilə saat 18-19 radələrində Şahid6 işlətdiyi kafeyə getmişlər. Oradanda Bakı şəhərinə getmək üçün xx.xx.2020-ci il saat 03:00-ya telefon vasitəsi ilə bilet sifariş etmişdir. Kafedə dostları Şahid6, Şahid5 və digər tanımadığı şəxslər olmuşdur. Həmin vaxt masaların birinin arxasında tanıdığı Tural Əzizovun oturaraq pivə içdiyini görmüşdür. Beləliklə, kafeyə girdikdən sonra Şahid1 ilə sol tərəfdə yerləşən birinci masaya əyləşmişdir. Əyləşdikdən sonra Şahid1 pivə, araq və yeməklər sifariş etmişdir. Kafedə oturduqda Şahid5 də onların masası arxasında oturaraq spirtli içki qəbul etmişlər. Onlar orada əyləşdikləri zaman Şahid6 ofisiantın işə gəlmədiyi səbəbindən özü müştərilərə qulluq etmiş və ara-sıra onlarla içki içib həmsöhbət olmuşdur. 15-20 dəqiqə sonra kafeyə Şahid3 gələrək Tural Əzizovun əyləşdiyi masa arxasına əyləşmişdir. Vaqif kafeyə gələrkən özü ilə iki çaxır da gətirmişdir. Bir müddət keçdikdən sonra yanına dostu Şahid4 gələrək onlarla içki içməyə başlamışdır. Bir az keçmiş O. Babaüev ilə Şahid2 mübahisə etdiyini görmüş, lakin kafedə musiqi səsi olduğundan konkret olaraq nə barədə mübahisə etdiklərini eşidə bilməmişdir. Təqribən saat 12 radələrində masalarının arxasında oturan bütün uşaqların bir-bir çölə çıxmışlar. Çölə çıxanda Cavid ilə Şahid2, Orxan ilə Tural mübahisə etdiyini görmüşdür. Orxanla Turala yaxınlaşıb bir-birini tanıdıqlarını, bu səbəbdən də mübahisələrinə son qoymağa dəvət etmişdir. Elə həmin an Turalı kimsə itələmiş və Tural yerə yıxılmışdır. Bu səbəbdən orada olan şəxslər dalaşmağa başlamışlar. Cavid Şahid2la, Orxan isə Tural ilə dava etməyə başlamışlar. Orxan ilə Turalı aralamağa çalışsa da, bunu bacarmamışdır. Tural Orxanın əlindən çıxaraq qaçmış, Cavidlə Şahid2 yaxınlaşaraq onları ayırmağa başlamışdır. Bu vaxt şüşə qırıntıları səsi eşidərək çönüb nə baş verdiyinə baxdıqda Turalın kafenin yaxınlığında yerləşən ərzaq mağazasının şüşəsini qırdığını görmüşdür. Elnur və Orxan kafeni bağlamış və onlar hər üçü bir yerdə yolu keçərək digər tərəfə keçmişlər. Yolun digər tərəfinə keçdikdə kimsə ucadan Cavid deyə qışqırmış, Orxan və Elnur həmin istiqamətə qaçmışlar. Orxan və Elnurun arxasınca getmişdir. Səkinin üzərindən tutacağı qara rəngli bağlı vəziyyətdə bir ədəd bıçaq tapmışdır. Hadisə yerinə çatdıqda Tural əlində bel Orxan, Elnur və özünün tanışı Elmini vurmağa cəhd göstərdiyini, yan tərəfdə isə Cavidin başı qanlı vəziyyətdə oturduğunu görmüşdür. Həmin vaxt Hümbət onlara Turala yaxınlaşmağa imkan verməmiş, Tural isə həmin andan istifadə edərək bel ilə uşaqları vurmağa cəhd göstərmişdir. Hümbətə yaxınlaşaraq “bizi deyil, Turalın qarşısına al” deyə bildirmiş, həmin vaxt Orxan ucadan “Cavidi burdan aparın” deyə qışqırmış, bundan sonra xatırlamadığı bir şəxs Cavidi götürərək evə aparmışdır. Cavid ayaq üstə dura bilsə də, baş nahiyəsindən ciddi xəsarət aldığı üçün halsız vəziyyətdə olmuşdur. Hümbətin arxasında duran Tural bel ilə onu vurmağa cəhd göstərsə də, zərbələri boşa çıxmışdır. Həmin vaxt əlində bıçaq ola-ola Hümbəti itələyərək qarşısından çəkilməsini, Turala onu vurmaq üçün şərait yaratmamasını bildirmişdir. Hümbət qırağa çəkilmişdir. Ola bilsin ki, həmin anda bıçaq açıq vəziyyətdə olmuş və Hümbətə bıçaqla xəsarət yetirmişdir. Ancaq həmin anda Hümbətdən hər hansı səs çıxmamış, yəni sonuncuda bıçaq zərbəsinin nəticəsində aldığı xəsarəti bildirəcək narahatlıq hiss etməmişdir. Daha sonra Turalın onu görüb tanıması üçün işıq dirəyi tərəfə çıxaraq Turala yaxınlaşmış və bir daha səslənərək “axı biz söhbət etdik ki, məsələ sabah aydınlaşsın, bu nə hərəkətdir edirsən” bildirib yenidən Hümbət tərəfə çönərək “bunu başa sal” dedikdə Elnur arxadan “Elvin ehtiyatlı ol» deyə ucadan qışqırmışdır. Həmin səsə çöndükdə Turalın bel ilə ona zərbə endirməyə cəhd göstərdiyini görmüşdür. Turalın əlindəki bel onun sifət nahiyəsi tərəfdən gəlmiş və o həmin zərbədən qorunmaq üçün sol qolunu önə uzadıb zərbənin qarşısını almışdır. Lakin zərbə güclü olduğu üçün müvazinətini itirib səndələnmişdir. Beləliklə, sol əli ilə beli tutduğu üçün sağ əlində saxladığı bıçaqla Turalın sinə-qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin anda Turalın zərbəsindən özünü müdafiə etmək üçün aşağı əyildiyi, Turalın boydan ondan hündür olduğu üçün bıçağı tutduğu sağ əli ilə vurduğu yumruq zərbəsinin konkret olaraq Turalın bədəninin hansı nahiyəsinə dəydiyini bilməmişdir. Həmin anda sərxoş olduğu üçün bıçağın tiyəsinin açıq və ya bağlı olduğunu yenə də dəqiq bilməmişdir. Bu zaman onlar tutaşmış və o əvvəllər “sərbəst güləş” və “sambo” idman növləri ilə məşğul olduğundan, Turalın ayağını öz ayağı ilə vuraraq sonuncunun müvazinətini itirməsinə və yerə yıxılmasına nail olmuşdur. Hər ikisi yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra bel hələ də Turalın əlində olmuşdur. Onunla Turalın yerdə əlbəyaxa davaları təxminən 1-2 dəqiqə davam etmişdir. Turalın üstündə onunla güləşməyə başlasa da, sonra Tural onun üstünə çıxaraq onu vurmağa başlamışdır. Yerdə uzanıqlı vəziyyətdə olarkən Turala müqavimət göstərə bilməmiş, bunu görən Elnur yardıma gələrək onun qolundan dartıb Turalın altından çıxarmağa cəhd göstərmişdir. Bir neçə cəhdindən sonra onu Turalın altından çıxartmağa nail olmuşdur. Həmin vaxt yerdə olarkən sağ əlinin üst tərəfindən xəsarət almışdır. Elnur onu Turalın altından çəkib qırağa atdıqdan sonra Tural oradan duraraq uzaqlaşmışdır. Hadisədən sonra bir başa evə gedərək Bakı şəhərinə yollanmaq üçün çantasını da götürüb avtobus ilə Bakı şəhərinə yollanmışdır. Bakı şəhərində dostugildə olduğu zaman ona Mingəçevir şəhər polis şöbəsindən zəng edərək Tural ilə Hümbəti bıçaqladığı barədə məlumat vermişlər. Bu səbəbdən o, bir neçə gün fikirləşib qaçmaq qərarına gəlmişdir. xx.xx.2020-ci ildə Bakı şəhər avtovağzalından taksi ilə Rusiya Federasiyasına getmək üçün Qusar rayonuna yollanmış, lakin orada nəzarət bölməsində ona “saxla” qadağası qoyulduğu müəyyən edilərək Qusar polis şöbəsinə, Qusar polis şöbəsindən isə onun saxlandığı barədə Mingəçevir şəhər polis şöbəsinə məlumat verilmişdir. Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onu Qusar rayonundan Mingəçevir şəhərinə gətirmişlər. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təqribən 00:00 radələrində yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küç, ev 39, mənzil 11-də idman elədiyi zaman binanın arxasından “Mən söyməmişəm” kimi ucadan səslərin gəldiyini eşidib kiminsə dava etdiyini anlamış, bu səbəbdən, dərhal gödəkcəsini də götürərək hadisənin baş verdiyi yerə getmişdir.Ətraf binalarda və ümumiyyətlə cavan oğlanlar arasında hörmətə malik olduğu üçün həmin davaya müdaxilə edəcəyi təqdirdə kim olursa olsun sözündən çıxmayacaq deyə düşünmüşdür. Binanın arxasına keçmiş və binanın arxasına keçdikdə ilk rastlaşdığı mənzərə belə olmuşdur: uşaqlıq dostu Tural Əzizov əlindəki bel ilə özünü müdafiə edərək başının üstündə fırlayıb “kim yaxınlaşsa vuracam” deyə qışqırmış; tanışları Şahid6 əlində daşla, Şahid1 isə əlində uzun ağ taxta ilə və tanımadığı bir neçə şəxs dayanmışlar. Onların vəziyyətindən hamısının sərxoş olduğunu anlamışdır. Tural əlindəki belin köməyi ilə onları özünə qarşı yaxınlaşmağa imkan verməmişdir. Elnur əlində uzun taxta ilə Tural isə əlindəki bel ilə güləşərkən, orada olan digər şəxslərə yaxınlaşaraq oradan uzaqlaşdırmağa çalışmışdır. Lakin, həmin anda Turala qıraqdan həmçinin daş atıldığını görmüşdür. Şahid5 isə həmin vaxt onlardan bir az aralıqda oturaq vəziyyətdə əli ilə başını tutmuşdur. Oraya xeyli tanımadığı insanlar toplaşsa da, kimsə Turala yardım etməyə cəhd göstərməmişdir. Həmin mənzərəni görərkən dərhal onların ünvanına “lazim deyil, ayıbdır, bir birinizi tanıyırsınız, sabah əməlinizdən peşman olacaqsınız” deyə-deyə yaxınlaşmışdır. Tural müqavimət göstərməyə çalışsa da, halsız vəziyyətə ondan kömək istəmişdir. Həmçinin Turalın sağ qolunun bütün qana bulanmış vəziyyətdə olduğunu gördükdə Turalın artıq ciddi xəsarət aldığını başa düşmüşdür. Onlara doğru yaxınlaşdığı zaman kimsə onların içindən “Hümbət sənlik deyil, yaxınlaşma, bu bizə pis söyüş söyüb” deyə bildirmişdir. Buna baxmayaraq onların Turala yenidən hücum etməmələri üçün Turalın qarşısına keçmişdir. Lakin, oradakı şəxsləri yalnız o, sakitləşdirdiyi üçün hamısını sakitləşdirməyə çatdıra bilməmişdir. Turalın qarşısında olduğu zaman kimsə yan tərəfdən Turala yenidən hücum etməyə cəhd etmiş və Tural cavab olaraq onları bel ilə vurmuşdur. Lakin, bir anda Turalın artıq yerə yıxıldığını və üzərində Təqsirləndirilən şəxs ona zərbələr endirdiyini görmüşdür. Elvin yerdə Turalın üstünə çıxaraq zərbələr endirdiyi vaxt Elnur da onların yanında ayaq üstə durmuş, sanki sonuncuda Turala zərbə endirməyə hazırlaşmışdır. Bu zaman həmin istiqamətə qaçaraq ilk növbədə Elnuru kənara itələmiş, daha sonra isə Elvinə yaxınlaşaraq arxa tərəfindən tutaraq geriyə atmışdır. Elvini kənara atdığı zaman qarın nahiyəsinə nəyinsə dəydiyini hiss etmiş, lakin buna baxmayaraq Elvini tutaraq arxaya atmışdır. Bu anda ilk dəfə yerə yıxılmış Elvinin hansı əlində dəqiq xatırlamasa da, lakin əlində açılmış vəziyyətdə bıçağın olduğunu görmüşdür. Elvinə “bıçaq çıxardırsan mənə sən ə, yığışdır onu” deyə müraciət etmişdir. Həmin vaxt qarın nahiyəsindən istilik hiss edib həmin nahiyəyə baxdıqda bıçaqlandığını görüb ucadan “məni bıçaqladı” deyə qışqırmağa başladığı zaman binadan ona “polislərə məlumat vermişik gəlirlər” deyə cavab vermişlər. Bıçaqlandığı üçün Elvini axtarmağa başlasa da, oradan artıq qaçıb getmişdir. Daha sonra arxaya çönərək Turalın vəziyyəti ilə maraqlanmaq istədikdə Turalın artıq orada olmadığını görmüşdür. Xəstəxanaya getmək üçün oranı tərk etmək istədiyi zaman qarşıdan Orxanın gəldiyini görüb “Orxan səninlə gələn oğlan məni bıçaqladı” deyə bildirmişdir. Xəstəxanada əməliyyata hazırlamağa başlamışlar. Bu zaman Turalı cansız vəziyyətdə xərəkdə gətirərək yan tərəfində uzatmışlar. Həyəcanlı vəziyyətdə “Tural, Tural” deyə qışqırmış, Turalı müayinə edərək yaşamaq ehtimalının olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs X2 hüquqi varisi X8 məhkəmədə ifadəsində göstərmişdir ki, Tural Əzizovun dayısıdır. Tural Əzizov onun tərəfindən normal xarakterizə olunurdu. X9 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 2, mənzil 83-də tək yaşamışdır. Tural Əzizovun arvadı və övladları olmamışdır. Tural Əzizov dolanışığını təmin etmək üçün ev təmiri ustası kimi fəaliyyət göstərmişdir. X7 xx.xx.2020-ci ildə axşam saatlarında yaşadığı Mingəçevir şəhəri, 20 yanvar küçəsi ərazisində olan zaman halı pisləşmiş və aparıldığı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölmüşdür. Şahid6 məhkəmədə ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən kafenin həm sahibkarı, həm də, həmin kafeni işlədən şəxsdir. xx xxxx 2020-ci ildə saat 18-19 radələrində kafeyə dostları Təqsirləndirilən şəxs və Şahid1 gəlmişlər. Təqribən bir saat sonra kafeyə qardaşı Cavid də gəlmişdir. Cavid kafeyə gəlib ona köməklik etmiş, həmçinin Elnur və Elvin ilə yaxşı münasibətlər olduğu üçün onlarla söhbət edib spirtli içki qəbul etmişlər. Həmin vaxt kafeyə əvvəllər tanıdığı, lakin hər hansı yaxın münasibəti olmadığı Tural Əzizov da gəlmişdir. Tural masa arxasında əyləşdikdən sonra bir bokal pivə sifariş etmişdir. Təqribən 15-20 dəqiqə sonra qonşuları Şahid3 əlində iki butulka çaxırla kafeyə gələrək, Turalın oturduğu masa arxasında əyləşmişdir. Təqribən bir saat sonra əvvəllər tanıdığı, lakin hər hansı yaxın münasibəti olmadığı Şahid2 da kafeyə gələrək Tural ilə Vaqifin əyləşdiyi masa arxasında əyləşmişdir. Bu zaman Vaqif onu çağıraraq yaxınlıqda yerləşən ərzaq mağazasından nisyə iki çaxır almağı xahiş etmiş, lakin o, oradan heç bir vaxt nisyə ərzaq almadığını, bu səbəbdən oraya gedə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən, Vaqif həmin dükana gedərək yenidən iki çaxır alaraq kafeyə qayıtmışdır. Təqribən saat 12 radələrində kafedə onların masa arxasında və Turalgilin masası arxasında əyləşən şəxslərdən başqa heç kəs qalmamışdır. Bu zaman kafedə əyləşən Vaqif, Elmin və Tural ayağa qalxaraq musiqi sədaları altında rəqs etmişlər. Əl çalaraq onlara öz hörmətini nümayiş etdirmişdir. Vaqif ona yaxınlaşaraq getmək istədiyini bildirib, kafeyə borclarının olub-olmadığı ilə maraqlandıqda hər şeyin qaydasında olduğunu, onların kafeyə heç bir borcunun olmadığını bildirmişdir. Vaqif ona təşəkkür edib kafedən çıxmışdır. Vaqif kafedən çıxan kimi Elmin ona yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirmiş, ona görə də Elminlə birlikdə çölə çıxmışlar. Elmin ona “Vaqif sənə yaxınlaşanda niyə hörmətsizlik edib ayağa qalxmadın” deyə kobud şəkildə iradını bildirmişdir. Buna cavab olaraq “Vaqif ilə bütün günü həmyaşıd kimi söhbət edirik, bunun sənə nə aidiyyəti var ki” deyə bildirmişdir. Lakin, Elmin ona qarşı çox aqressiv formada ayağa qalxmadığının səbəbini izah etməsini tələb etmişdir. Elminə bir neçə dəfə “Elmin sən içkilisən get sabah danışarıq” deyə bildirsə də, Elmin israrla söhbəti davam edib “məsələni” aydınlaşdırmaq istəmişdir. Bu zaman kafedən Elnur çıxaraq “Orxan nə isə problem var?” deyə ona müraciət etmiş, o isə hər şeyin qaydasında olduğunu, narahatçılığa əsasın olmadığını, özlərinin məsələni həll edəcəklərini bildirmişdir. Həmin vaxt kafedən Tural çıxaraq Elnurun ünvanına “sən niyə çıxdın ki, özləri söhbəti həll edəcək” deyə bildirmiş və bu səbəbdən Tural ilə Elnurun da arasında mübahisə yaranmışdır. Elnur ilə Turalın arasındakı mübahisənin böyüməməsi üçün Elmindən aralaşaraq Tural ilə Elnura yaxınlaşmışdır. Onlara yaxınlaşdıqda hiss etmişdir ki, Tural Elnuru onu vurmaq üçün təhrik edir, bu səbəbdən Turala ilk öncə orada söz-söhbət salmadan uzaqlaşmasını bildirsə də, Tural ona da aqressiv cavab verdikdə Turala “çıxın gedin da, nə istəyirsiniz” deyə bildirib Turalı itələdikdə Tural yerə yıxılmışdır. Bunu görən Elmin ona hücum çəkmək istədikdə Cavid Elminin qarşısına keçərək hücumun qarşısını almışdır. Lakin, Cavidin Elmin ilə bacarmadığını görüb o da, Elminə yaxınlaşaraq onunla dava etməyə başlamışdır. Elminlə bir-birilərini döyməyə başlamışlar. Bu zaman yan tərəfdə Elnurla Tural da bir-biri ilə dalaşmışlar. Tural birdən Elnurun əlindən çıxıb kafenin yanında yerləşən ərzaq mağazasına yaxınlaşaraq mağazanın qapısının şüşəsini sındırdıqdan sonra yerə tökülmüş şüşə qırıntılarının biri ilə Elnura şüşə ilə zərbələr endirməyə çalışıb ünvanlarına nalayıq sözlərdən istifadə etmişdir. Bu səbəbdən Elmin ilə olan davanı yarımçıq qoyaraq Turalın üzərinə gedərək sinəsindən tutub “Tural sən məni tanımırsan ki, özünə gəl, oyan, Cavidin qardaşı Orxanam” deyə-deyə Turalı sakitləşdirməyə çalışmışdır. Lakin Tural onun sözlərinə məhəl qoymadan əlindəki şüşə ilə ona zərbələr endirməyə başlamışdır. Nəticədə o sağ gözə qapağının yuxarı hissəsindən xəsarət almışdır. Həmin şüşə ilə Tural belindən zərbələr endirməyə çalışdıqda, üzərindəki gödəkcə cırılsa da, bel nahiyəsindən hər hansı xəsarət almamışdır. Bunu görən Elnur Turalın əlindəki şüşəni almağa çalışmışdır. Elnur Turalı yerə yıxmış və nəticədə Turalın əlindəki şüşə yerə düşmüşdür. Oradakı səs-küyə xeyli insan topalaşmışdır və həmin tanımadığı şəxslər Tural ilə Elmini sakitləşdirərək kafenin yanından uzaqlaşmışlar. Bu zaman orada dayanmış Vaqifə “gətirdiyin zibilləri niyə sakitləşdirmirsən” deyə öz iradını bildirdikdə, Vaqif ona cavab vermədən Elmin və Turalın arxası ilə getmişdir. Həmin vaxt orada olan Elvinin mübahisəyə hər hansı formada müdaxilə edib-etməməsini görməmişdir. Belə ki, sonradan aldığı məlumata görə Elvin orada onları ayırmağa çalışmışdır. Lakin, həmin vaxt o, əsəbi olduğu üçün Elvinin kimi və necə aralaşdırdığının şahidi olmamışdır. Beləliklə, Elnur, Cavid və Elvin ilə kafeyə qayıdaraq oranı elə yığışdırılmamış vəziyyətdə qoyub evə getmək qərarına gəlmişlər. Cavid özünü pis etdiyini və evə getmək istədiyini bildirmişdir. Cavidə bir qədər gözləməsini xahiş etmişdir. Bu zaman Elvin də artıq gec olduğunu, onun Bakıya getməli olduğunu bildirib onlarla sağollaşmışdır. Elnurla kafenin qapısını bağlayıb evə gedərkən birdən Cavidin yanında olmadığını görmüşdür. Elnura gileylənərək “Cavid bizi gözləmədi getdi” deyə bildirmişdir. Elnurla kafedən uzaqlaşıb yol ilə aşağı düşdükləri zaman Cavidin ucadan qışqırtı səsini eşitmişdir. Elnura “Cavidin səsidir” deyib qaça-qaça həmin istiqamətə getmişdir. Hadisənin baş verdiyi yerə yaxınlaşmamışdan əvvəl uzaqdan Cavidin kimsə tərəfindən evləri istiqamətində aparıldığını görmüşdür. Həmin əraziyə yaxınlaşdıqda isə Tural əlində bel ilə dayanmışdır. Oraya yaxınlaşdıqda əlavə olaraq ətrafa xeyli insan olduğunu görmüş və kimsə ona “Cavid öldü” deyə bildirmişdir. Dərhal yaşadığı binanın qarşısına qaçaraq Cavidin ölüb-ölmədiyini yoxlamaq üçün “Cavid, Cavid” deyə qışqırmışdır. Onun səsinə qardaşı qızı Amina çölə çıxaraq ağlamağa başlamışdır. Cavidin vəziyyətinin pis olduğunu anlayıb əsəbi formada Turalın üzərinə qaçmış, lakin bu zaman onu arxa tərəfdən kimsə qucaqlayaraq Turala yaxınlaşmağa imkan verməmişdir. Belə ki, bu zaman Tural əlində ki bel ilə Elnur isə əlindəki uzun taxta ilə mübahisə etmişlər. Tural ilə Elnur döyüşərkən Elnur əlindəki taxta parçasını Turala atmış, lakin taxta parçası yan keçmişdir. Bu səbəbdən Tural Elnurun əlində müqavimət göstərmək üçün alətin olmadığından istifadə edərək Elnurun üzərinə doğru qaçmış, lakin Elnur Turaldan qaçaraq oradan xeyli aralaşmışdır. Tural çönərək qıraqda Elvini görmüş və onun üzərinə doğru qaçaraq əlindəki bel ilə vurmağa hazırlaşmışdır. Elnur da, qışqıraraq “Elvin ehtiyatlı ol, arxaya bax” deyə Elvinə səslənsələr də, Elvin çevrilməyə imkan tapmadan Turalın bel ilə zərbəsinə tuş gəlmişdir. Elvin həmin zərbədən büdrəsə də, yerə yıxılmamış, Tural bir də, bel ilə zərbə endirib Elvini yerə yıxmışdır. Tural Elvinin yerdə olduğundan istifadə edərək yenidən onu bel ilə vurmaq istədikdə Elnur Turala yaxınlaşaraq əlindəki beli götürüb qırağa atmışdır. Tural ilə Elvin bir neçə saniyə güləşmişlər. Lakin Elnur beli qırağa atdıqdan sonra yenidən Tural ilə Elvinə yaxınlaşaraq Elvini Turaldan aralayıb arxaya itələyərək Tural ilə güləşməyə başlamışdır. Bu zaman onu tutan şəxsin əlindən nəhayət çıxa bilmiş və qıraqda duran Elmin tərəfə onunla dalaşmaq üçün yaxınlaşmaq istədikdə, Elmin bunu görərək qaçmağa başlamışdır. Elminin arxası ilə qaçmağa cəhd göstərsə də, artıq Elminin uzaqlaşdığını görüb geri qayıtmışdır. X6 arxası ilə getdiyini görüb geri dönməsini bildirmişdir. Bu vaxt həmin ana kimi Hümbətin orada olduğunu görməsə də, Hümbət ona yaxınlaşıb qarın nahiyəsini göstərərək “mən bıçaqlanmışam” deyə bildirmişdir. Hümbətə müraciət edərək “Hümbət, kim səni bıçaqladı?” sualı verdikdə, Hümbət cavab olaraq “bilmədim heç necə oldu” deyə bildirmişdir. Şahidlər Şahid1 oğlu və Şahid5 məhkəmədə Şahid6 ifadəsinə uyğun ifadə vermişlər. Şahid2 məhkəmədə ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci ildə Vaqif və Tural ilə pivə içən zaman Vaqif kafenin giriş hissəsindən sol tərəfdə birinci masada əyləşən Orxan, Cavid, Elnur və Elvinə yaxınlaşıb əl çalmağa başlamış və nə isə demişdir. Orxan ilə çölə çıxmışlar. Orxan ilə arasında mübahisə olmuş, yanlarına kafedə olan Elnur yaxınlaşmışdır. Orxan Turalın gödəkçəsini ndən tutmuş, kimsə Turalı arxadan zərbə ilə itələmişdir. Zərbə nəticəsində Tural ağzı üstə yerə yıxılmış, özünə gəlib durmaq istədiyi zaman Orxan, Cavid və Elnur onu döymüşlər. Yerdə əli ilə üzünü tutaraq müdafiə olunmağa çalışmış, bu zaman Vaqif onlara yaxınlaşaraq onların əlindən almış, duraraq oradan qaçmışdır. Tural ona səslənərək “hara qaçırsan? bu günün sabahı var, bunlar hamısı cavab verəcəklər” deyə qışqırsa da, onun sözlərinə məhəl qoymadan oradan qaçıb uzaqlaşmışdır. Onun bu cümləsindən sonra oğlanlar daha da aqressivləşib hamısı Turalın üstünə gəlib onu döyməyə başlamışlar. onların əlindən çıxıb qaçmaq istədikdə Elnur bir daha arxasından tutmaq istəmiş, bu səbəbdənTural Elnuru götürüb yerə vurmuş, lakin yenə də hamsı ona hücum edərək döyməyə davam etmişlər. Bu zaman kimsə Turalı əlinə götürərək onu döyən şəxslərin əlindən alıb qırağa tullamışdır. Fürsətdən istifadə edərək Tural qaçıb yaxınlıqda yerləşən ərzaq mağazasının qapısının şüşəsini sağ əli ilə sındırmış, şüşəni sındırdıqdan sonra sağ əlinin yaralandığına baxmayaraq yerdən lay qırılmış şüşələrdən birini götürərək söyüş söyməyə və kimin ona yaxınlaşacağı təqdirdə vuracağını bildirmişdir. Turalın əlinə təqribən 2-3 metr uzunluğunda bel keçmişdir. Həmin bel ilə ilk növbədə üzərinə gəlmək istəyən Cavidi vurmuş, daha sonra isə beli başının üstünə qaldıraraq heç kimin ona yaxınlaşa bilməməsi üçün fırlamağa başlamışdır. Belə ki, kim ona yaxınlaşmışsa, bel həmin şəxsə dəymişdir. Səs-küyə Turalın uşaqlıq dostu, bir məhəllədə yaşadığı Zərərçəkmiş şəxs gəlmişdir. Hümbəti gördükdə “Hümbət qoyma” deyə qışqırmış, Hümbət isə orada olmuş oğlanların ünvanına “lazim deyil, ayıbdır, bir birinizi tanıyırsınız” deyə-deyə qarşısına keçib Turalı hücum etmək istəyən şəxsləri ondan aralamağa çalışmış, lakin həmin şəxslər sakitləşməmişdir. Bu zaman Elnur əlindəki ağ rəngli taxta ilə Turalı vurmağa cəhd göstərdikdə taxtanı bel ilə saxlamış nəticədə əlindəki belin baş hissəsi, yəni dəmir hissəsi qırılıb yerə düşmüşdür. Elnurun əlindəki taxta da qırılmışdır. Orxan və tanımadığı şəxslər əllərinə daş alaraq Tural istiqamətinə atmışlar. Elnur belin arxa hissəsindən tutaraq beli əlindən almağa və Turalı yerə yıxmağa cəhd göstərmiş, həmin vaxt Elvin qarşısına keçərək Turalın sinə nahiyəsinə bir zərbə endirmişdir. X12 üstündən çəkərək qırağa atmışdır. Şahid3 Nazim oğlu Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. xx.xx.2020-ci il tarixdə hadisə yerinə baxış keçiriləməsi protokolundan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən asfalt yoldur. Asfalt yolda qanabənzər ləkələr, bir ədəd qara rəngli kepka və iki ədəd uzunluğu təxminən 40- 50 sm olan taxta parçaları aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində verdiyi xüsusatları təsdiq edərək hadisənin baş verdiyi, yəni Zərərçəkmiş şəxs və X3 bıçaqla vurub onlara xəsarət yetirdiyi yeri göstərmişdir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 134 nömrəli, xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - qara ciyərin zədələnməsi ilə qarın boşluğuna və sol döş boşluğuna dəlib keçən yaralar, sol qoltuqarxası nahiyəsinin və sağ saidin kəsilmiş-deşilmiş yaraları kəsici-deşici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər, yetirmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcəsinə görə:- qarın boşluğuna dəlib-keçən bir ədəd və döş boşluğuna dəlib keçən bir ədəd yaralar hər biri ayrı-ayrılıqda yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Sol çiyin qurşağının arxa səthin kəsilmiş-deşilmiş yarası sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; Sağ əl barmaqlarının əlverişsiz vəziyyətdə hərəkətsizliyi ilə nəticələnən sağ said nahiyəsinin kəsilmiş-deşilmiş yarası sağlamlığın uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 133 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: qarın boşluğuna dəlib-keçən yara kəsici-deşici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə:- xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 334/2020-MTBŞ nömrəli rəyindən görünür ki, - 1) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); 2) X2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); 3) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ); 4) Şahid6 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ); 5) Ekspertizaya təqdim edilmiş 03 ədəd taxta hissələri, 04 ədəd şüşə qırıntıları, hadisə yerindən götürülmüş bir ədəd papaq, Zərərçəkmiş şəxs məxsus idman köynəyi, T.Ş.Əzizova məxsus bir ədəd köynək, qış gödəkçəsi, Şahid6 məxsus jilet və 04 ədəd kiçik pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/(İİ) qruplu şəxsə (şəxslərə), o cümlədən də X4 və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətləri olubsa). Lakin qanın qarışıq olduğu halda isə həmçinin Oalfa, beta (İ) qruplu Zərərçəkmiş şəxs və Şahid6 qarışıq qanının olduğu da inkar olunmur (əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətləri olubsa); 6) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman köynəyi, T.Ş.Əzizova məxsus bir ədəd köynək, qış gödəkçəsi, Şahid6 məxsus jilet üzərində olan qan periferik mənşəlidir; 07) Ekspertizaya təqdim edilmiş03 ədəd taxta hissələri, 04 ədəd şüşə qırıntıları, hadisə yerindən götürülmüş bir ədəd papaq üzərində üzərində olan ləkələrin ölçüləri və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermir. Kompleks məhkəmə-trasoloji, fiziki-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/665 nömrəli və xx xxx 2020-ci il tarixli, 3/392 nömrəli rəylərindən görünür ki, - tədqiqata təqdim edilmiş X4, Zərərçəkmiş şəxs və Şahid6 məxsus geyim əşyaları üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 №-li cədvəlində göstərildi; Tural Əzizova məxsus olduğu qeyd edilən köynək və gödəkcədən ibarət geyim əşyaları üzərindəki kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin və Şahid6 məxsus olduğu qeyd edilən jiletin tərkib liflərindən yoxdur; Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin üzərində Tural Əzizova məxsus olduğu qeyd edilən köynək və gödəkcənin və Şahid6 məxsus olduğu qeyd edilən jiletin tərkib liflərindən yoxdur; Şahid6 məxsus olduğu qeyd edilən jiletin üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin və Tural Əzizova məxsus olduğu qeyd edilən köynək və gödəkcənin tərkib liflərindən yoxdur; Hadisə yerindən götürülməsi qeyd edilən papaq üzərində Tural Əzizova, Zərərçəkmiş şəxs və Şahid6 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus olan bir ədəd “Adidas” markalı uzunqol kişi idman geyimi” yazıları olan bükülüdən aşkar edilmiş köynəyin və üzərində “X4 məxsus 01 ədəd qara-mixək rəngli kişi gödəkcə” və “... kişi qış köynəyi” yazıları olan bükülüdən aşkar edilmiş gödəkçənin və köynəyin səthindəki aşkar edilmiş zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə, kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş üzərində “Şahid6 məxsus 01 ədəd jilet” yazıları olan bükülüdən aşkar edilmiş jiletin səthindəki zədə ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə zədəsidir. Belə predmetə şüşə parçası və s. aid etmək olar. Təqdim edilmiş geyim əşyalarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqları müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan zədələrin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş 133 saylı xx xxxx 2020-ci il və 134 saylı xx xxxxx 2020-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilən bədən xəsarətləri ilə təqdim edilmiş geyim əşyalar üzərində olan zədələr yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir və üst-üstə düşürlər. Təqdim edilmiş kepkanın üzərində trasoloji zədə yoxdur. Kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 350/136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) hərəkətlərini idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarındadır. Aparılmış psixoloji müayinə zaman aşağıdakı nəticə müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyililik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu emosional halın yaranma səbələrindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji(psixoloji) affekt halında olmamışdır. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun himayəsində 2018-ci il təvəllüdlü Hafiz adlı bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2020-c ildə şübhəli şəxs kimi saxlanmış, 08 mart 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə olma müddətinin əvvəli xx xxxx 2020-ci ildən hesablanmışdır. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Hökm qüvvəyə minənə kimi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Ekspertiza xərci, mülki iddia yoxdur. Ekspertiza xərci 172 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət həmin təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi vaxtdan xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 172 ( bir yüz yetmiş iki) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan iki ədəd uzunluğu təxminən 40-50 sm olan taxta parçaları, 4 ədəd şüşə qırıntıları məhv edilsin. 1 ədəd tünd boz rəngli, “ADİDAS” markalı, “XXL” ölçülü, kapüşonlu kişi idman köynəyi Zərərçəkmiş şəxs, 01 ədəd qara-mixək rəngli üzərində qara-mixək rəngli ziqzaqlar olan, 3 düyməli, “PHİLİPP PARK” markalı, “L” ölçülü, uzunqol, kişi qış köynəyi, bir ədəd mixək rəngli qış gödəkçəsi X2 hüquqi varisinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X13 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-33/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-33/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver