Məhkəmə qərarları › İş №1(091)-33/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-33/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-33/2023 12.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X9 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X3, zərər çəkmiş şəxslər: – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1997-ci ildə Ağdaş rayonu, Aşağı Ləki kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri, xx.xx.1981-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 16 may 2021ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında yaşayan Dönməz adlı şəxsə 800 manat borclu olmasını bəhanə gətirərək zərərçəkmiş şəxsin özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək o və Təqsirləndirilən şəxs2 1100 manat pul verməli olmasını bildirib hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 20 may 2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 1100 (bir min yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin may ayının sonlarından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan ayrı-ayrı vaxtlarda 5 dəfə 20 manat, 4 dəfə 50 manat, 3 dəfə 100 manat olmaqla ümumilikdə vahid niyyətlə 600 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə qeyd olunan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin sentyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində yerləşən çayxanada Zərərçəkmiş şəxs2 ona xəsarət yetirəcəyi və onun yaxın qohumlarının üzərində zor göstərəcəyini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirmək məqsədilə sonuncunun sifətinin sol qaş nahiyyəsindən yumruqla vuraraq xəsarət yetirməklə zor tətbiq edib 1000 (bir min) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin noyabr və dekabr ayları ərzində Təqsirləndirilən şəxs2la birlikdə bir neçə dəfə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla əlaqə saxlayıb Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərib əmlakını tələf edəcəklərini, yəni sonuncuya xəsarət yetirib evini qumbara ilə partladaraq ailə üzvlərini öldürəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 3000 (üç min) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 onların hədə-qorxu ilə tələb etdikləri 3000 manat pulu vermədiyini görüb sonuncunun əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2021-ci il tarixdə təxminən saat 21-22 radələrində X1 Aşağı Ləki kəndində yerləşən evinin həyətində təşkil olunmuş toy məclisində Zərərçəkmiş şəxs2 üstünə gələrək əlində olan istintaqa məlum olmayan bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmiş, həmin vaxt orada olan şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs oradan qaçaraq qonşuluqda yaşayan Şahid12 həyətindən keçərək evlərinə getmək istəyən zaman həmin həyətdə Təqsirləndirilən şəxs2la onu tutub saxlayaraq Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ əlin iç səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, cinayətkar niyyətlərinə uyğun olaraq zərərçəkmişin əynində olan pencəyinin sol yan cibindən 400 manat dəyərində bir ədəd Samsung A 51 markalı mobil telefonunu, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin əynində olan şalvarın sağ yan cibindən 1830 manat pulunu götürməklə quldurluq, yəni Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs2 2230 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin oktyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində Zərərçəkmiş şəxs3 Şaban oğlunun özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəyini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 1000 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 2021-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən evinin həyətinə gələrək Təqsirləndirilən şəxs2 əlində olan istintaqa məlum olmayan bıçağı, özü isə əlində olan dəhrəni nümayiş etdirməklə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməklə əri Zərərçəkmiş şəxs3 onlara 1000 manat pul vəsaitini çatdırmayacağı təqdirdə ailə üzvlərinin üzərində zor göstərəcəyi və əmlaklarını tələf edəcəkləri, yəni evlərini yandıracağı ilə hədələmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 16 may 2021ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında yaşayan Dönməz adlı şəxsə 800 manat borclu olmasını bəhanə gətirərək zərərçəkmiş şəxsin özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək o və Təqsirləndirilən şəxs1 1100 manat pul verməli olmasını bildirib hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 20 may 2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 1100 (bir min yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin may ayının sonlarından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» deyilən ərazidə Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan ayrı-ayrı vaxtlarda 5 dəfə 20 manat, 4 dəfə 50 manat, 3 dəfə 100 manat olmaqla ümumilikdə vahid niyyətlə 600 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə qeyd olunan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» deyilən ərazidə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin noyabr və dekabr ayları ərzində Təqsirləndirilən şəxs1lə birlikdə bir neçə dəfə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla əlaqə saxlayıb Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərib əmlakını tələf edəcəklərini, yəni sonuncuya xəsarət yetirib evini qumbara ilə partladaraq ailə üzvlərini öldürəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 3000 (üç min) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 onların hədə-qorxu ilə tələb etdikləri 3000 manat pulu vermədiyini görüb sonuncunun əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2021-ci il tarixdə təxminən saat 21-22 radələrində X1 Aşağı Ləki kəndində yerləşən evinin həyətində təşkil olunmuş toy məclisində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üstünə gələrək əlində olan istintaqa məlum olmayan bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmiş, həmin vaxt orada olan şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs oradan qaçaraq qonşuluqda yaşayan Şahid12 həyətindən keçərək evlərinə getmək istəyən zaman həmin həyətdə Təqsirləndirilən şəxs1lə onu tutub saxlayaraq Təqsirləndirilən şəxs1lə birlikdə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ əlin üst səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs1, cinayətkar niyyətlərinə uyğun olaraq zərərçəkmişin əynində olan pencəyinin sol yan cibindən 400 manat dəyərində bir ədəd Samsung A 51 markalı mobil telefonunu, o isə zərərçəkmiş şəxsin əynində olan şalvarın sağ yan cibindən 1830 manat pulunu götürməklə quldurluq, yəni Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs2 2230 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin oktyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində Zərərçəkmiş şəxs3 Şaban oğlunun özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəyini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 1000 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 2021-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən evinin həyətinə gələrək o, əlində olan istintaqa məlum olmayan bıçağı, Təqsirləndirilən şəxs1 isə əlində olan dəhrəni nümayiş etdirməklə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməklə əri Zərərçəkmiş şəxs3 onlara 1000 manat pul vəsaitini çatdırmayacağı təqdirdə ailə üzvlərinin üzərində zor göstərəcəyi və əmlaklarını tələf edəcəkləri, yəni evlərini yandıracağı ilə hədələmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs2la əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş verməmiş, əksinə yaxın dostluq münasibətləri olmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayında Sakit ona borcunun olduğunu, həmin borcu ödəyə bilmədiyinə görə sonuncuya kömək etməsini xahiş etmiş, Sakitlə yaxın dost olduğu üçün tanışı Təqsirləndirilən şəxs2la birlikdə Sakitin borclu olduğu Məhəmmədin oğlu Xaqanın yaşadığı evə gedərək sonuncuya 3300 manat pul verdikdən sonra bir daha Sakitin yaşadığı evə gedərək pul istəməməsini xahiş etmişdir. Xəqan Sakitin borcu tam olaraq bağlandığı üçün bir daha sonuncunun yaşadığı evə gedərək pul istəməyəcəyinə söz vermiş, həmin vaxtdan təxminən bir ay sonra Sakitdən ona olan borcu verməsini tələb etdikdə Sakit ona heç bir borcunun olmadığını, onun heç kimə pul vermədiyini demişdir. Yenə də Sakitdən ona olan borcunu tələb etmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sakitin yaşadığı evə gələrək sonuncunu çağırmışdır. Sakit tək qapıya çıxmış və həmin vaxt əlində dəhrə olmuşdur. Qaranlıq olduğu üçün Sakitin əlində dəhrə olduğunu bilməmiş, həmin vaxt aralarında sözlə mübahisə zamanı Sakit qəfildən dəhrə ilə onu vurmaq istəmişdir. Həmin vaxt sol əlini qabağa verərkən dəhrə onun sol əlinə dəyərək çeçələ barmağından biləyinə qədər kəsmişdir. Bundan sonra barmağının üzüldüyünü görüb tanışı Xəqanigilə getmişdi, sonuncu onu Ağdaş Mərkəzi xəstəxanasına aparmışdır. Oradan Göyçay xəstəxanasına aparılmış, həmin vaxtdan sol əli gipsdə olmuşdur. Sakitin döyüldüyünü iddia etdiyi toyda, həmçinin Vəfadar adlı şəxsin çayxanasında Sakiti döyərək pul tələb etməsini iddia etdiyi vaxtlarda əli gipsdə olmaqla sol əli işləməmişdir. Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə pul tələb etməmiş, həmçinin sonuncuya qarşı zor tətbiq edərək əmlakını ələ keçirməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Ağdaş rayonu Aşağı Ləki kəndində yaşayan dostu Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış, sonuncu 2021-ci ilin avqust ayında ona Sakitin qardaşı Ərəstunun Məhəmməd adlı şəxsə borcunun olduğunu, buna görə də Məhəmməd adlı şəxsin Sakitin qardaşı Ərəstunun yaşadığı evə gedərək pulunu istədiyini bildirmiş, həmçinin Fəqan Zərərçəkmiş şəxs2 və qardaşı Ərəstuna köməklik göstərməsini xahiş etmişdir. Məhəmməd Ləki qəsəbəsindən olduğu üçün sonuncunu qəsəbədə görüb yaxınlaşaraq Ərəstunun 3800 manat borcunun verəcəyini söyləmiş və pulu Məhəmmədə 2021-ci ilin avqust ayında sonuncunun yaşadığı evdə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Məhəmmədə pul verməsini Zərərçəkmiş şəxs2 bildirməməsini söyləmiş, buna səbəb isə Sakitin ona olan borcunu ödəməyəcəyini düşünməsi olmuşdur. Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə pul tələb etməmiş, həmçinin sonuncuya qarşı zor tətbiq edərək əmlakını ələ keçirməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs2la həmkəndlisi Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olmuş, Rusiya Federasiyasında yaşayan əslən Yuxarı Ləki kəndindən olan Dönməz adlı şəxsə həmin dövrdə 800 AZN-ə bərabər olan 38000 rus rublu borcu olmuşdur. 2021-ci ilin təxminən aprel ayında Dönməz onun telefonuna zəng edərək həmin pulu Mehman adlı şəxsə verməsini bildirmiş, 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlib onu çağıraraq birlikdə Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən Pambıq zavod deyilən əraziyə getmişlər. Orada yaşayan Təqsirləndirilən şəxs2 ona “sən qardaşlara pul borclusan, həmin pulu bizə çatdırmalısan və bizə 50000 rus rublu verməlisən” demiş, Zəkaya Mehman adlı şəxsə 38000 rus rublu, yəni 800 manat məbləğində borclu olduğunu bildirib hansı səbəbdən 50000 rus rublu verəcəyini soruşduqda Zəka cavabında 800 manatın Mehmanın pulu olmasını 300 manat pulu da əlavə cəza kimi verməli olduğunu, əgər həmin pulu verməsə başına oyun açacaqlarını, ailəsilə birlikdə harada yaşadığını bildiklərini demişdir. Qorxduğu üçün Zəkadan vaxt istəmiş, dörd gün sonra, 20 may 2021-ci il tarixdə axşam saatlarında Zəkanın yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən Zavod adlanan əraziyə gələrək Zəka ilə görüşüb 50000 rus rublu əvəzinə 1100 manatı məbləğində pul vermişdir. Həmin vaxt Fəqan da Zəkanın yanında olmuş, həmçinin tanımadığı bir nəfər şəxs də olmuşdur. Bundan sonra Fəqan və Zəka mütəmadi olaraq ona hədə-qorxu gələrək müxtəlif məbləğlərdə pul tələb etməyə başlamış, 2021-ci ilin may ayının 20-dən 2021-ci ilin sentyabr ayına qədər olan dövr ərzində Zəka və Fəqanın ona döyəcəkləri və öldürəcəkləri ilə hədə-qorxu gələrək ondan təxminən 5 dəfə 20 manat, təxminən 4 dəfə 50 manat, təxminən 3 dəfə 100 manat məbləğlərində pullar almışlar. Zəka və Fəqan onu Aşağı Ləki kəndində harada görsələr onu “tasa” otuzdurduqlarını, onun və ailə üzvlərinin yerini bildiklərini, başlarına oyun açacaqlarını, türmədə uşaqlara pul lazım olduğunu demişlər. Özünün və ailəsinin təhlükəsizliyindən qorxduğu üçün Fəqan və Zəkaya ondan tələb etdikləri 20, 50, 100 manat məbləğində pullar vermiş, həmin pulları Fəqan və X16 kəndində Vəfadar adlı şəxsin çayxanasında və Ləki qəsəbəsində yerləşən Pambıq zavodu ərazisində vermişdir. 20, 50 və 100 manat məbləğində pulları Fəqan və Zəkaya verən zamanlarda yanlarında Tural adlı Aşağı Ləki kənd sakinidə olmuşdur. 2021-ci ilin sentyabr ayının ortalarında Fəqan və Zəkaya ondan tələb etdikləri pulları vermədiyi üçün Təqsirləndirilən şəxs1 yaşadığı Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən Vəfadar adlı şəxsə məxsus çayxanaya gələrək onu çayxananın həyətində döymüş, həmin vaxt Təqsirləndirilən şəxs1 ondan 1000 manat pul çatdırmalı olduğunu demişdir. Fəqandan hansı səbəbdən pul verməli olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 ona türməyə pul göndərməli olduğunu, onun borcu olduğunu, verməsə onu döyəcəklərini, ayağa qalxa bilməyəcəyini, uşaqlarının da hara məktəbə getdiyini bildiyini demişdir. Fəqana pulunun olmadığını deyib stoldan qalxan zaman Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsindən bir dəfə sol göz-qaş nahiyəsinə yumruqla vurmuş, zərbənin təsirindən yerə yıxılaraq sol qaş nahiyəsindən qan gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında heç kim olmamış, kənd sakinləri Şahid8 və Mürvət Abdullayev çayxanada olmuşdur. Fəqan onu vurduqdan sonra çayxanadan çıxıb getmiş, 2021-ci ilin noyabr ayının əvvəllərində Fəqan mobil telefonla ona zəng edərək 3000 manat məbləğində pul tələb etmiş, həmçinin Zəka adlı şəxs də həmin vaxtlarda zəng edib mesaj yazaraq 3000 manat pulu çatdırmalı olduğunu bildirmişdir. Fəqan və Zəka ayrı-ayrılıqda ona 3000 manatı verməsə onu yenə döyəcəkləri, həmçinin, ailə üzvlərini də qumbara ilə partladıb öldürəcəkləri ilə hədələmiş, Fəqana və Zəkaya pulunun olmadığını və pul verməyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə həmkəndlisi Araz adlı şəxsin yaşadığı evdə keçiriləcək toy şənliyindən bir gün əvvəl olduğu üçün Təqsirləndirilən şəxs1 həmin həyətdə onu görüb nalayiq ifadələrlə təhqir edərək və onu həyətdən çıxararaq döymək istəmiş, lakin o arxa həyətdən yaşadığı evə getmişdir. Fəqan Turalla birlikdə həmin həyətə gəlmiş, nalayiq ifadələrlə onu təhqir edib çölə çıxmasını, onunla işi olduğunu demişdir. Zəka isə həmin vaxt çöldə avtomobildə oturaraq Fəqan və Turalı gözləmiş, Fəqanın onu döyməsindən qorxduğu üçün toy keçirilən həyətin arxa hissəsindən qonşunun həyətinə keçərək qaçmışdır. xx.xx.2021-ci il tarixdə Arazbaqi adlı şəxsin həyətində təşkil etdiyi toy şənliyində oynayan zaman toy çadırının içərisində Təqsirləndirilən şəxs1 bıçaqla üzərinə gələrkən Zahir adlı kənd sakini Fəqanın ona hücum etdiyini görüb özünü qabağa verərək Təqsirləndirilən şəxs1 onu vurmasına imkan verməmişdir. Fəqan isə əli ilə ona hədə-qorxu gələrək çadırdan çıxmışdır. Qorxduğu üçün toy çadırından çıxaraq qonşu Şahid12 həyətinə keçib sonuncu ilə söhbət edən zaman saat 21-22 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəflətən həyətin qapısını açaraq içəri girdikdən sonra üzərinə gələrək onu yumruq və təpiklə döymüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun sifət nahiyyəsindən yumruqla bir neçə dəfə vurduğuna görə zərbələrin təsirindən yerə yıxılmış, Fəqan ona “sənsən şərəfsiz bizə pul vermiyən görəcəksən pulu necə alırlar adamdan” demişdir. Yerə yıxıldıqdan sonra Zəka və Fəqan təxminən 2-3 dəqiqə bədəninin müxtəlif nahiyyələrinə, daha çox sifət, sağ qol, baş, boyun və böyrək nahiyyələrinə təpiklə vurduqdan sonra Tural adlı şəxs “bəsdirin daha döymüyün bu öldü” demişdir. Həmin vaxt Fəqan əynində olan pencəyin sol yan cibində olan 400 manat dəyərində olan “Samsung” A 51 markalı mobil telefonu cibindən götürmüş, daha sonra isə Fəqan və Zəka şalvarının ciblərini axtardıqdan sonra Zəka onun şalvarının sağ yan cibində olan xx.xx.2021-ci il tarixdə Bərdə mal bazarında bir baş camışı satdığı 2200 manat puldan qalan 1830 manat məbləğində pulu götürüdükdən sonra oradan çıxıb getmişlər. Ayağa qalxaraq yaxınlıqdakı toy çadırına gedib orada olan həmkəndliləri Zərərçəkmiş şəxs3, Şahid11, Elvin, Şahid13 və Şahid14 onu yaşadığı evə aparmalarını xahiş etdiyinə görə həmin şəxslər onun üzünü-gözünü təmizləyib yaşadığı evə aparmışlar. Evə gəldikdən sonra arvadı Şahid1 nə baş verdiyini soruşduqda sonuncuya Fəqan və Zəka tərəfindən döyüldüyünü bildirmişdir. Bu hadisədən sonra o, yaşadığı Ağdaş rayonu Aşağı Ləki kəndində rahat gəzə və kəndin ərazisinə çıxa, həmçinin mağazaya gedə bilməmiş, 3 azyaşlı övladı da məktəbə gedə bilməmişdir. Bir neçə gün sonra Fəqan xatırlamadığı mobil nömrə ilə ona zəng edərək 3000 manat məbləğində pul verəcəyi təqdirdə onu və ailə üzvlərini rahat buraxacaqlarını, əks təqdirdə qumbara ilə evini partladacağını, ailə üzvlərini öldürəcəyini və onu yenə döyəcəyini bildirmişdir. Fəqan və Zəka 2021-ci ilin noyabr ayının əvvəllərindən başlayaraq 2021-ci ilin dekabr ayının 10-na qədər olan müddət ərzində dəfələrlə mobil telefonuna zəng edərək 3000 manat pul tələb etmiş və hədə-qorxu gəlmişlər. Bu barədə kəndin icra nümayəndəsi Şahid10 yaşadığı evə dəvət edərək məlumat vermiş, daha sonra isə arvadı Şahid1 bu hadisə ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxslərlə barışmamış, ona dəyən ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında saat 18 radələrində yaşadığı Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən evdə olan zaman yaşadığı evin həyətinin giriş qapısından Təqsirləndirilən şəxs1 Rəcəb oğlu uca səslə nalayiq ifadələr işlədərək əlində dəhrə ilə həyətə daxil olub uca səslə nalayiq ifadələr işlədərək ondan əri Zərərçəkmiş şəxs3 harada olmasını soruşmuş, Ruslanın evdə olmadığını bildirdikdə Təqsirləndirilən şəxs1 əlində olan dəhrə ilə onu və ailəsini hədələyərək əri Ruslanın 1000 manat haqq verməli olduğunu bildirib Ruslanın həmin pulu tez bir zamanda gətirib verməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əlində bıçaq darvazanın yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs1 yenə də uca səslə nalayiq ifadələr işlətməyə başlayıb əlindəki dəhrəni yuxarı qaldıraraq hərəkət etdirməklə onu hədələməyə başlamışdır. Fəqan pulu çatdırmayacaqları halda evini yandıracağı və ailə üzvlərinə ziyan vuracağı ilə hədələmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan dəhrə ilə onu hədələməsindən qorxduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün özündən getmişdir. Artıq özünə gələn zaman Təqsirləndirilən şəxs1 onun yaşadığı evi tərk edib getdiyini, ailə üzvlərindən əri Ruslan, övladları Samir və Günayın orada dayandıqlarını görmüşdür. Biraz özünü toplayaraq ayağa qalxdıqda Təqsirləndirilən şəxs1 onu hədələdiyi dəhrənin yaşadığı evin yerləşdiyi həyətdə olduğunu görüb həmin dəhrəni götürərək özündə saxlamışdır. Təqsirləndirilən şəxslərlə barışmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində Təqsirləndirilən şəxs1 onu hədələyərək haqq verməli olduğunu bildirmiş, Fəqandan nəyə görə haqqı verməli olduğunu soruşduqda sonuncu ona “türməyə pul göndərməliyik, sən də buna görə 1000 manat pul verməlisən” demişdir. Fəqana buna görə heç bir pul verməyəcəyini desə də Fəqan onunla qarşılaşan zaman hədə-qorxu gəlməyə davam edərək pul verməli olduğunu, əks halda onun və ailəsinin başına oyun açacağını bildirmişdir. 2021-ci ilin noyabr ayının ortalarında saat 18 radələrində kəndin ərazisində yerləşən çayxanada olan zaman oğlu Samir qaçaraq yanına gəlib bir nəfər şəxsin evin həyətində arvadı Aynurəni hədələdiyini və Aynurənin həyətdə yıxılmış vəziyyətdə olduğunu dedikdən sonra Samirlə birlikdə yaşadığı evə gələrkən evin həyətində Aynurənin yerdə uzanıqlı vəziyyətdə olduğunu və qızı Günayın arvadının yanında dayandığını görmüşdür. Aynurənin yıxıldığı yerin yaxınlığında dəhrə də olmuş, köməkləşib Aynurəni ayıltdıqdan sonra Fəqan və Zəkanın yaşadığı evin həyətinə gələrək Fəqan əlində olan dəhrə ilə Aynurəni hədələyərək 1000 manat pul tələb etdiyini bilmişdir. Fəqanın özü ilə gətirdiyi dəhrəni götürüb saxlamış, daha sonra Fəqan bir neçə dəfə kənd ərazisində olan zaman şikayət edəcəkləri halda başlarına oyun gətirəcəyini, evini yandıracağını, yetkinlik yaşına çatmış qızını qaçıracağı ilə hədələmiş, həmçinin yenə də pul verməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxslərlə barışmamış, ona dəyən ziyan ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2021-ci ilin tarixdə Təqsirləndirilən şəxs1 yaşadıqları evin həyətinə gələrək əri Sakiti çağırıb birlikdə getdikdən bir neçə saat sonra Sakit qorxmuş vəziyyətdə evə qayıdaraq ona borclu olduğu Rusiya Federasiyasında yaşayan Dönməz adlı şəxsin borcu Moskva şəhərində yaşayan Mehman adlı şəxsə bağışladığını, Mehmanın isə Aşağı Ləki kənd sakini Fəqan və Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini Zəkaya əri Sakitdən pulu almalarını demişdir. X10 borclu olduğu 38000 rus rublu deyil, 50000 rus rublu istəmiş, Sakit isə həmin şəxslərin Sakiti döymələri ilə bağlı hədə-qorxularından qorxduğu üçün həmin pulu verməyə razılaşmışdır. Dörd gün sonra 20 may 2022-ci il tarixdə əri Sakit 1100 manat məbləğində pulu evdən götürərək axşam radələrində Fəqan və Zəkaya aparıb vermiş, bundan sonra Fəqan və Zəka adlı şəxslər əri Sakitə özü və ailə üzvləri ilə bağlı hədə-qorxu gələrək mütəmadi olaraq müxtəlif məbləğlərdə pul tələb etməyə başlamışlar. Sakitin deməsinə görə 2021-ci ilin may ayının 20-dən 2021-ci ilin sentyabr ayına qədər olan dövr ərzində Sakit Zəka və Fəqan hədə-qorxu gələrək Sakitdən 20, 50 və 100 manat məbləğlərində pullar almışlar. Zəka və X15 Ləki kəndində gördükləri zaman mütəmadi olaraq pul verməsini, əks təqdirdə özünə və ailə üzvlərinə qarşı zor tətbiq edəcəklərini bildirmişlər. X11 RPŞ-nə müraciət etməli olduğunu bildirsə də, sonuncu qorxduğunu, Fəqan və Zəkanın təhlükəli şəxs olduqlarını bildirmişdir. 2021-ci ilin təxminən sentyabr ayının ortalarında yaşadığı evdə olarkən əri Sakit sol qaş nahiyəsindən qan axan vəziyyətdə evə gəldiyindən sonuncudan nə baş verdiyini soruşduqda Sakit Fəqanın ərindən 1000 manat pul tələb etdiyini, Sakit pulu verməkdən imtina etdiyi üçün isə Fəqan Sakiti yumruqla vuraraq döydüyünü demişdir. Bundan sonra 2022-ci ilin noyabr ayının əvvəllərində Fəqan mobil telefonla Sakitə zəng vuraraq 3000 manat məbləğində pul tələb etmiş, həmçinin Zəka adlı şəxs də həmin vaxtlarda Sakitə zəng edib və mesaj yazaraq 3000 manat pulu çatdırmalı olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə əri Sakit, özü Araz adlı şəxsin həyətində təşkil edilən toy məclisinə getmiş, saat 23 radələrində isə Sakit döyülmüş vəziyyətdə, yəni əynindəki paltarlar cırılmış və sağ qol, sifət və ağız nahiyələri qan içində evə gəlmişdir. Nə baş verdiyini soruşduqda Sakit Fəqan və Zəka tərəfindən Şahid12 həyətində döyüldüyünü, üzərində olan və bir gün əvvəl Bərdə mal bazarında satdığı iri buynuzlu camışdan qalan 1830 manat məbləğində pulu və 400 manat dəyərində olan “Samsung” A-51 markalı mobil telefonu Sakitin cibindən götürdüyünü bildirmişdir. Həmin gündən sonra özü, əri və övladları yaşadıqları evdən 1 ay müddətində çıxmamış, Zəka və Fəqan mütəmadi olaraq əri Sakitə zəng vuraraq özünü və övladlarını öldürəcəkləri, döyəcəkləri məzmununda müxtəlif hədə-qorxular gələrək yenidən 3000 manat məbləğində pul tələb etmişlər. 13 dekabr 2022-ci il tarixdə isə qorxu altında yaşamaqdan bezdiyi üçün Ağdaş rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında saat 18 radələrində yaşadığı Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən evdə bacısı Günay ilə olarkən həyətdən anası Aynurənin qışqırdığını eşidib evdən həyətə çıxarkən anasının həyətin giriş qapısının yaxınlığında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Anası epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə stress yaşayan zaman vəziyyəti gərginləşmiş, Günayla birlikdə anasının yanına gələn zaman yanında dəhrə olduğunu görmüşlər. Dərhal kənd ərazisindəki çayxanada olan atasının yanına qaçaraq məlumat verdikdən sonra sonuncu ilə birlikdə yaşadıqları evə gəlmiş və kömək edib anasını ayıltmışlar. Anası özünə gələn zaman dəhrəni göstərərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətinə gələrək Fəqanın həmin dəhrə ilə anasını hədələyərək atası Ruslanın 1000 manat pulu tez bir zamanda çatdırmalı olduğunu, əks halda ailə üzvlərinə ziyan vuracaqlarını, yaşadıqları evi yandırmaqla hədələdiklərini bildirmişdir. Köməkləşərək anasını evə aparmış, həmçinin həyətyanı sahədə olan dəhrəni götürüb saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə yaşadığı Aşağı Ləki kəndində Araz adlı şəxsin həyətində toyda olarkən əvvəl Sakit toyda oynayan zaman Fəqan Sakitə oynamamasını və yerinə keçməsini bildirmiş, Sakit isə oynamağa davam etdiyinə görə Fəqan əlində bıçaq Sakitin üstünə yerimişdir. Orada olan şəxslər hər ikisini sakitləşdirib çölə çıxarmış, bundan sonra Rizvanın atasının həyətində dava düşdüyünü bildirdiklərinə görə çölə çıxarkən Sakitin oradan çıxıb mağara doğru getdiyini görmüş, Fəqandan nə baş verdiyini soruşduqda sonuncu ona Sakitin Fəqana pul borcu olduğuna görə aralarında söz-söhbət yarandığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi olmaqla Təqsirləndirilən şəxs2 Fəqanın vasitəsi ilə tanımış, 2021-ci ilin sentyabr ayının sonlarında Fəqan və Zəka ona Fəqanın həmkəndliləri Sakitin qardaşı Ərəstunun borcunu verdiyinə görə Sakitin 3000 manat pul verməli olduğunu demişdir. Özü bu barədə Sakitdən soruşduqda isə Sakit Fəqana borcu olmadığını demiş, Fəqan kənd sakinlərinə Sakitin borcu olduğunu desə də həmin borcun dəqiq olaraq nədən ibarət olmasını və necə yarandığını izah etməmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Fəqanla birlikdə Araz adlı kənd sakininin həyətində təşkil olunan toy axşamına getmiş, orada Fəqanla birlikdə həyətyanı sahədə olan toy çadırının içərisində oturduqları vaxt əlində qatlanan bıçaq olan Fəqan çadırın içərisində digər stolda oturan Zərərçəkmiş şəxs2 görüb sonuncunun yanına gedərək çölə çıxmasını bildirmişdir. Fəqan çadırdan çölə çıxdıqdan sonra isə Rəvan və Şahid13lər Sakiti toy çadırının arxa hissəsindən çıxararaq qaçmasına köməklik etmişlər. Növbəti gün 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində yenidən Fəqanla birlikdə Araz adlı şəxsin kənddəki toy məclisində iştirak edərkən Fəqan yenidən stolun yuxarı hissəsində oturan Sakitə əlindəki qatlanan bıçağı göstərərək əl ilə çölə çıxmasını bildirmişdir. Sakit bunu görməzdən gələrək çölə çıxmamış, bir müddət sonra isə Sakit mahnı sifariş verərək toyda kənd sakinləri ilə oynamağa başlamışdır. Həmin vaxt Fəqan ayağa qalxaraq əlindəki bıçaqla Sakitin üzərinə gedib soncunu vurmaq istəyərkən qardaşı Zahir Fəqanın qarşısını kəsərək buna imkan verməmişdir. Bundan sonra isə Fəqan və Sakit öz yerlərinə oturmuş, bir saat sonra əvvəl Sakit, bir neçə dəqiqə sonra isə Fəqan çölə çıxmışdır. Təxminən 10 dəqiqə sonra o da çadırdan çıxarkən kənd sakinlərindən Fəqan və Zəkanın Şahid12 həyətində Sakiti döydüklərini eşidib dərhal yaxınlıqdakı həmin həyətə getmişdir. Oraya çatdıqdan sonra Fəqan və Zəkanın yerdə Sakiti təpiklə döydüklərini görmüş, daha sonra isə Sakit ayağa qalxaraq giriş qapısına doğru qaçmağa başlamışdır. Fəqan və Zəka da Sakitin arxası ilə qaçmaq istəslər də hər ikisinin aralarına girib Sakiti döymələrinə mane olmuşdur. Sakit qaçaraq oradan uzaqlaşmış, Fəqan bir daha Sakitin pul borclu olduğunu və vermədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində həmkəndliləri Araz adlı şəxsin kənddəki toy məclisində iştirak etmiş, Sakit də onların yanında olmuşdur. Onlar oynayan zaman Sakit qışqıraraq “qoyma gəldi” demiş, çevrilib Fəqanı görərkən sonuncuya toyda davanın lazım olmadığını demişdir. Fəqan da onunla razılaşaraq keçib yerində oturmuş, bir müddət sonra Sakit evlərinə getmişdir. Təxminən 5-10 dəqiqə sonra Sakit mağara girərək döyüldüyünü bildirmiş, bundan sonra mağardakılar Sakiti evinə ötürmüşlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində həmkəndliləri Araz adlı şəxsin kənddəki toy məclisində iştirak etmiş, həmin vaxt qardaşı Şahid6 və Təqsirləndirilən şəxs1 də toy məclisinə gəlmişlər. Fəqan stolun yuxarı hissəsində əyləşmiş Sakiti gördükdən sonra sonuncuya əlindəki qatlanan bıçağı göstərərək əl ilə çölə çıxmasını bildirmişdir. Sakit çölə çıxmamış, bir müddət sonra mahnı sifariş verərək onunla və kənd sakinləri ilə oynamağa başlamışdır. Həmin vaxt Fəqan ayağa qalxaraq əlindəki bıçaqla Sakitin üzərinə gəlib vurmaq istəyərkən, Sakit ona balasının canına and verərək Fəqana imkan verməməsini bildirdiyinə görə Fəqanın qarşısını kəsərək toyu yasa döndərməməsi və çıxıb getməsini bildirmişdir. Bundan sonra isə Fəqan və Sakit öz yerlərinə oturmuş, bir saat sonra Sakit, bir neçə dəqiqə sonra isə Fəqan çölə çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra Sakit üzü-başı qan içində paltarı cırılmış vəziyyətdə toy çadırına daxil olmuş, həmin vaxt toy çadırında olan Orxan, Rəvan, Rəşad və digər kənd sakinləri Sakitin üz və sağ qol nahiyəsindəki qanları salfetlə silib sonuncunu çadırın yerləşdiyi həyətin arxa hissəsindən qonşu Şaban kişinin həyətindən evinə yola salmışlar. Sakit həmin vaxt Fəqan və Zəkanın yumruq və təpiklə döyərək üzərində olan 1830 manat pulu və mobil telefonu götürdüklərini, həmin adamların əlindən bezdiyini bildirmişdir. Sonradan Fəqan və Zəkanın kənd sakini Zərərçəkmiş şəxs3 da pul tələb edərək yaşadığı evə getdiklərini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı evdə olarkən onunla qonşuluqda yaşayan Aynurənin, bir neçə dəqiqə sonra isə sonuncunun qızının həyətdə qışqırıq səsini eşidib Aynurənin yaşadığı evin həyətinə daxil olanda Aynurənin həyətinin qarşısında mişar daşlarından ibarət su hovuzunun qarşısında yıxılmasını görmüş, Aynurənin qızı Günay anasının əllərindən tutub Aynurəni yerdən qaldıraraq evlərinə aparmaq istəmişdir. Aynurənin yanına yaxınlaşıb köməklik etmək istəyərkən bu vaxt Aynurənin əri Ruslan və oğlu Samir küçədən həyətə daxil olmuşlar. Bundan sonra Aynurəni evin girişində olan pilləkənlərdə əyləşdirmiş, Aynurənin oğlu Samir Ruslana və ona “Bıdı” ləqəbli Fəqan adlı şəxsin və yanında olan Zəka adlı şəxsin həyətə girdiklərini, Fəqanın əlində dəhrə olduğunu, anasından nəsə tələb etdiklərini, bu zaman anasının özündən getdiyini demişdir. Həmin vaxt su hovuzunun yanında yerdə bir ədəd taxtadan ibarət tutacağı olan dəhrə olduğunu görmüş, Aynurə özünə gələndən sonra ona və əri Ruslana Fəqanın əlində olan dəhrə ilə Aynurəni hədələyərək haqq verməli olduğunu söylədiyini və Aynurədən 1000 manat pul tələb etdiyini, Təqsirləndirilən şəxs1 əlində olan dəhrə ilə hədələməsindən qorxaraq ürək getməsi baş verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində iştirak etdiyi Ağdaş rayonu Aşağı Ləki kəndində həmkəndliləri Arazbaqi Mustafayevin oğlunun toy məclisində olarkən onlarla bir stolun arxasında əyləşən Sakit stoldan qalxıb getdikdən təxminən 15-20 dəqiqə sonra sifəti qan içərisində toya qayıtmış, Sakitdən nə baş verdiyini soruşduqda sonuncu onlara Fəqan və Zəka tərəfindən döyüldükdən sonra üzərində olan pulu və mobil telefonu götürdüklərini demişdir. Sakiti bir qədər sakitləşdirdikdən sonra orada olan kənd sakinləri Orxan, Elvin və Rəşadla birlikdə Sakiti yaşadığı evin yaxınlığına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11, Şahid13 eyni məzmunlu ifadə verərək Şahid14 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında axşam tərəfi çay içmək üçün çayxana tərəfə getmiş, heç bir mübahisə görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid17 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Vəfadarın çayxanasının qarşısında olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs2 həmin çayxanaya gəlmiş, çayxananın yaxınlığında olan zaman Fəqanla Sakitin arasında mübahisə yaranmışdır. Fəqanla Zəkanın mübahisə etdiklərini və dalaşdıqlarını görmüş, həmin vaxt avtomobil gəldikdən sonra çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Vəfadarın çayxanasının qarşısında olan zaman Zərərçəkmiş şəxs2 həmin çayxanaya gələrək ondan Fəqanı görüb görmədiyini soruşmuş, Sakitə Fəqanın çayxanada olmasını bildirmişdir. Bundan sonra Sakit də çayxanaya Fəqanın yanına getmiş, təxminən 1-2 dəqiqə sonra avtomobil gəldiyinə görə çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Aşağı Ləki kənd məktəbinin direktoru işləyən Şahid9 Samir qızı ifadəsində göstərmişdir ki, 2021-ci ilin payız aylarında Zərərçəkmiş şəxs2 uşaqları məktəbə gəlməmiş, kənd icra nümayəndəsi Xaləddin müəllim ona zəng edərək Sakitin uşaqlarının məktəbə gəlməməsinin səbəbini soruşmuş, Xaləddin müəllimə ola bilsin ki, COVİD-19 xəstəsi olduqlarına görə məktəbə gəlmədiklərini demişdir. Xaləddin müəllim ona Sakitin Fəqanın uşaqlarını hədələyinə görə məktəbə getməyə qoymadığını dedikdən sonra Fəqanı məktəbə çağırtdıraraq nəyə görə Sakitin uşaqlarını məktəbə gəlməsinə mane olmasını soruşmuş, Fəqan isə Sakitlə işi olduğunu, Sakitin arvadı və uşaqları ilə işi olmadığını bildirdikdən sonra Sakitin uşaqları məktəbə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Aşağı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə işləyən Şahid10 ifadəsində göstərmişdir ki, 2021-ci ilin payız aylarında Zərərçəkmiş şəxs2 ona müraciət edərək Arazın toyu ərəfəsində Fəqan tərəfindən döyüldüyünü, həmin vaxt uşaqlarını da ailəsini də hədələdiklərini, həmçinin uşaqlarının məktəbə getmədiyini bildirdikdən sonra bu barədə məktəbin direktoru Şahid9 bildirmiş, Sona müəllimə də Fəqanı məktəbə dəvət edib sonuncu ilə söhbət etmişdir. Bundan sonra Sakitin uşaqları məktəbə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 baş xırda buynuzlu və 4 baş iri buynuzlu heyvanı Ağdaş rayonu Ləki kənd sakini Ərəstun adlı şəxsə vermiş, buna görə sonuncu ona 4500 manat pul verməli olmuşdur. Ərəstun ona 800 manat verdikdən sonra qalan hissəsini bir həftə sonra bazarda satılandan sonra verəcəyini bildirmiş, lakin pulu vermədiyinə görə iki gün sonra oğlu ilə Xaqanla birlikdə Ərəstunun evinə gedib pulu istəmişlər. Ərəstun bir həftə vaxt istəsə də, yenə onun pulunu verməmiş, hər dəfə Ərəstunun evinə gedəndə qapıya qadın xeylaqları çıxmışdır. Ərəstuna xəbər göndərsə də onun pulunu verməmiş, Ləki qəsəbəsində çayxanaya gedərkən Zəka onun qarşısına çıxaraq Ərəstunun qardaşı ilə dost olduğunu, buna görə də Ərəstunu bir ay gözləməsini bildirmişdir. Zəkanın xahişini nəzərə aldıqdan sonra bir ay keçməmiş Ərəstun onun pulunun hamısını qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin yaz aylarında Ağdaş rayonu Aşağı Ləki kənd sakini Şahid16 ondan 4300 manatlıq 23 baş quzu, 1 baş inək və iki baş buzov almış, Ərəstun həftənin bazar günü pulun hamısını verəcəyini bildirsə də pulun bir hissəsini vermişdir. Oğlu ilə birlikdə Ərəstunun evinə getsələr də Ərəstundan pullarını ala bilməmiş, bu barədə Ərəstunun qardaşı Sakitə də bildirmişlər. 2021-ci ilin təxminən yay aylarında Zəka yanında bir nəfər şəxslə onun yanına gələrək Ərəstunun bir aya pulu verəcəyini bildirmiş və bir ay sonra gətirib onun 2300 manat pulunu vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının axırlarında Ağdaş rayonu Ləki qəsəbə sakini Xaqan adlı şəxsdən nisyə olaraq 23 baş quzu, bir inək və 2 baş buzov almış, aldıqlarına görə Xaqana 4300 manat borcu qalmışdır. Həmin borcdan təxminən 1000 manat, 850 manat və 150 manat verdikdən sonra 2300 manat borcu qalmış, həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 500 manat borc pul vermişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Xaqan ondan yenə də pulunu istəmiş, bundan qabaq qardaşı Sakitin də yanına getmişdir. Xaqana bir saata pulu çatdıracağını bildirdikdən sonra Fəqandan borcunu istəyərək Xaqan adlı şəxsə pul borclu olduğunu bildirmişdir. Fəqan da ona Xaqandan vaxt alacağını bildirmiş, sonradan Fəqanın Xaqana zəng edib, hədə-qorxu gələrək ondan pulu istəməməsini, bir aydan sonra pulu çatdıracağını dediyini bilmişdir. Belə ki, həmin vaxt Xaqan ona zəng edərək “bu kimdir mənə hədə qorxu gəlir” demişdir. Həmin gün axşam Zəka adlı şəxs onun yanına gələrək Xaqana olan borcunu verməsini, aparıb həmin pulu verəcəyini, Fəqanın 500 manat borcunu isə özləri Xaqana ödəyəcəklərini demişdir. Xaqana zəng edib bu barədə sonuncudan soruşmuş, Xaqan da atasından soruşduqdan sonra ona pulu Zəkagilə verməsini demişdir. Zəkaya 1100 manat bir, təxminən 7-10 gün sonar isə 700 manat vermiş, pulu verdikdən sonra Xaqana zəng edərək pulun çatıb-çatmadığnı soruşmuşdur. Xaqan da atasına zəng etdikdən sonra ona pulun çatdığını bildirmişdir. Həmin pulun ödənilməsi üçün Sakitə müraciət etməmiş, Sakitdən gedib ona görə kimdənsə vaxt almasını xahiş etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sakitin yaşadığı evin həyətindən bir baş camışı avtomobilinin yük yerinə yerləşdirdikdən sonra satmaq üçün Bərdə rayonuna mal bazarına aparmışlar. xx.xx.2021-ci il tarixdə camışı 2200 manata Tərtər rayonunda yaşadığını bildirən bir adama satmış, heyvanı satdıqdan sonra Sakitlə birlikdə Ağdaş rayonu Aşağı Ləki kəndinə qayıtmışlar. Sakit ona 50 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 779 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər - sağ əlin üst səthinin sıyrıqdan sonrakı ləkələri küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 794 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 793 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bədənində olan xəsarət-sol əlin İİİ-İV-V barmaqlarının falanqarası oynaqlarda hərəkətlərin məhdudlaşması ilə müşayiət olunan, sol əlin İ daraq falanqa oynağı proyeksiyasının yarası, kəsici alət (ola bilər dəhrənin kəsər hissəsi) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2021-ci il tarixdə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir və bu barədə araşdırma aparılması üçün cinayət işindən material ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 1845-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 1945-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasından 09 ay 13 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 04.02. 2018-ci il tarixli hökmü ilə CMin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilərək cəzadan azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə və CM-in 18.4.4-cü maddəsinə əsasən isə azadlıqdan mərum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən və qərarın surətindən görünür ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək icraat materialı üzrə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşamaqla himayəsində 2008-ci ildə doğulmuş Rəsul Mirhəsənov, 2018-ci ildə doğulmuş Zəkəriyyə Mirhəsənov və 2019-cu ildə doğulmuş Abubəkir Mirhəsənov adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Aşağı Ləki kəndində yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X12 təqdim etdiyi 02 fevral 2022-ci il tarixli 146 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ağdaş rayonu Aşağı Ləki kəndində yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 qrup şəklində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 təpik və yumruqla vuraraq sonuncuya xəsarət yetirdikdən sonra üzərində olan pulunu və mobil telefonunu götürməklə artıq quldurluq cinayətini törətmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini göstərsələr də, lakin məhkəmə kollegiyası belə hesab edir ki, onların hər iksinin əməli istintaq orqanı tərəfindən düzgün olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq cinayəti kimi tövsif edilmişdir. Yuxarıda qeyd olunan Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərəçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Məhkəmə tərəfindən aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurub sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişlər. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etdikləri andan onların hər ikisinin niyyəti də həmin əməllərlə əhatə olunduğundan artıq quldurluq cinayətinin onlar tərəfindən törədilməsi də başa çatmışdır. Belə ki, yuxarıda bəhs olunan Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinin ikinci cümləsində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədi ilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Bundan başqa təqsirləndirilən şəxslərin ümumiyyətlə onlara istinad edilən cinayət əməllərinin törətməmələri, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə hadisə baş verən günlərdə orada olmamasına dair ifadələrində də məhkəmə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslər də ifadələrində məhz Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 da zor tətbiq olunmasında və hədə-qorxu ilə pul tələb olunmasında iştirak etməsini bildirmiş, şahidlər Şahid14, Şahid11, Orxan Hüseynov və digər şahidlər də Zərərçəkmiş şəxs2 üzü qan içində toy olan mağara qayıtdığını təsdiq etmişlər. Şahidlər Şahid6 və Şahid7 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 barəsində heç nə eşitmədiklərini bildirsələr də, məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 onlara Zəka və Fəqan tərəfindən döyülərək pulunun və mobil telefonunun götürüldüyünü bildirmişlər. Məhkəmə həmin şəxslərin ifadələrinə də tənqidi yanaşaraq hesb edir ki, həmin şəxslər yaxın münasibətdə olduqlarına görə məhkəmə istintaqı zamanı ifadələrini məhz təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədilə vermişlər. Ona görə də məhkəmə Şahid6 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı onların şübhəli şəxs kimi tutulduqları 22 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur və xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 22 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsində saxlanılan bir ədəd dəhrə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar