Məhkəmə qərarları › İş №1(091)-33/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-33/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-33/2025 22.01.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsində məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsi sədrinin 01 avqust 2019-cu il tarixli 78 nömrəli əmri ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilib 04 may 2023-cü il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Gəncə Ağır Cinayətlər məhkəməsinin hakimi X19 icraatında X4 CM-in 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci maddələri ilə, X21 və X2 CM-in 144.2.3-cü maddəsi ilə, X22, X14 və X15 isə CM-in 32.5,144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəmə baxışında olan cinayət işi üzrə təqsirləndirilən şəxslər X16, X21 və X5 təqsirli bilindikləri maddə (maddələr) üzrə aşağı həddə cəza təyin edilməsi ilə bağlı özünə şəxsən 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək olan müddətdə müraciət etmiş Sərvaz Hüseynovun qardaşı Zərərçəkmiş şəxs2, Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili, cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə müraciət etmiş Tural Abdullayevin atası Zərərçəkmiş şəxs1 və Sahəddin Məmmədovun anası Zərərçəkmiş şəxs3 özünü işgüzar və həmin məhkəmədə geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Gəncə Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə qərar qəbul etmək səlahiyyətinə malik hakimlə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə məhkəmədə onların xeyrinə, yəni həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid8 ilə barışıq əldə olunaraq təqsirləndirilən şəxslər X16, X21 və X5 təqsirli bilindikləri maddə üzrə aşağı həddə cəza təyin edilməsinə köməklik göstərilməsi imkanına malik olduğunu Gəncə şəhərinin ərazisində görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X16, X21 və X2 xeyrinə edəcəyi hərəkətə, yəni X16, X21 və X5 təqsirli bilindikləri maddə (maddələr) üzrə aşağı həddə cəza təyin edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan Zərərçəkmiş şəxs2 50.000 manat, Zərərçəkmiş şəxs1 15.000 manat, Növrəstə Məmmədovdan isə 15.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onlarla razılaşmaqla sövdələşib, həmin niyyətlə Sərvaz Hüseynovun qardaşı Zərərçəkmiş şəxs2 18 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Yeni Qızılca kəndində 19.000 manat, 2022-ci ilin iyul ayında Gəncə şəhəri, Yeni Gəncə dairəsi adlanan yerdə Zərərçəkmiş şəxs2 istintaqla müəyyənləşdirilməmiş cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsi ilə göndərdiyi 500 manat, 2022-ci ilin iyul ayının sonlarında Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs2 şəxsən 300 manat, 2022-ci ilin avqust-sentyabr aylarında cinayətdən xəbərsiz Şahid1 ünvan 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs2 məxsus 18.000 manat, 2022-ci ilin sentyabr-oktyabr aylarında X23 yaxınlığında Zərərçəkmiş şəxs2 12.000 manat və 2023-cü ilin fevral-mart aylarında Gəncə şəhəri, Xanbağının yaxınlığında Zərərçəkmiş şəxs2 200 manat olmaqla, cəmi 50.000 manat, eyni məqsədlə 2023-cü ilin yanvar ayında Tural Abdullayevin atası Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə sonuncunun ünvan 2 ünvanında yerləşən ofisində 15.000 manat, eyni məqsədlə 2023-cü ilin yanvar-fevral aylarında Sahəddin Məmmədovun anası Zərərçəkmiş şəxs3 cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə sonuncunun ünvan 2 ünvanında yerləşən ofisində 15.000 manat olmaqla, Zərərçəkmiş şəxs2 məxsus 50.000 manat, Zərərçəkmiş şəxs1 məxsus 15.000 manat və Zərərçəkmiş şəxs3 məxsus 15.000 manat olmaqla, ümumilikdə 80.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 50.000 manat, Zərərçəkmiş şəxs1 məxsus 15.000 manat və Zərərçəkmiş şəxs3 məxsus 15.000 manat olmaqla, ümumilikdə 80.000 (səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonunculara külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 37800 manat pulu Gəncə Ağır Cinayətlər Məhkəməsində qardaşının barəsində araşdırılan cinayət işində köməklik etmək məqsədi ilə almışdır. Gəncə Ağır Cinayət Məhkəməsində baxılan cinayət işi ilə bağlı sonuncunun qardaşına və digər şəxslərə CM-in 62-ci maddəsinin tətbiq olunacağı və təqsirləndirilən şəxslərə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunacağı ilə bağlı məlumat əldə etmiş, bundan sonra isə təqsirləndirilən şəxslərin yaxınlarından pul almaq qərarına gəlmişdir. Həmin şəxslərin əllərində onun səs yazıları olduğu üçün və pul faktiki olaraq ona verilməsə də Şahid1 müdafiə etmək üçün qəbzlərə imza etmək məcburiyyətində qalmış və işi həll edəcəyindən arxayın olduğu üçün qəbzə 50 000 manat yazmışdır. Həmçinin onu əmin edərək sənədlərə imza etməsini və narahat olmamasını demişlər. Zərərçəkmiş şəxslərə verdiyi vədlərin hamısını yerinə yetirmişdir. Hər hansı cinayət əməlini törətməmişdir və törətmiş olduğu halda CM-in 32,311-ci maddəsinə əsasən törətdiyini və onunla əlbir olmuş şəxslərin də məsuliyyətinə cəlb olunmalı olduğunu düşünmüşdür. Bakı İstintaq Təcridxanasında olan zaman Dadaş İmanov və Müşfiq Rəhimov onunla danışmışlar və 2025-ci ilin fevral ayında barəsində 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunacağını və azadlığa buraxılacağını demişlər. O, zərərçəkmiş şəxsdən pul alsa da həmin pulun qarşılığında vəd etdiyini yerinə yetirmişdir. Gəncə Apellyasiya Məhkəməsində hər hansı tanıdığı şəxs olmadığı üçün işin Gəncə Apellyasiya Məhkəməsində həll olunacağına söz verməmişdir. O, zərərçəkmiş şəxslərdən 20000 manat pul istəmiş, lakin həmin şəxslər qeyd olunan məbləğdə pulu ona verməmişlər. 37800 manat puldan hər hansı şəxsə verməmişdir. O, zərərçəkmiş şəxsə yaxınının 04 il 06 ay müddətdən sonra azadlığa çıxacağını vəd etmiş, məhkəmə də həmin şəxsə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Şahid1 pulu lazımı şəxsə çatdırmadığı halda hakimlərin təqsirləndirilən şəxsə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməyəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxslərin yaxınlarına təqsirləndirilən şəxslərə aşağı həddə cəza veriləcəyini deməmişdir və təqsirləndirilən şəxslərin yaxınlarına vəd olunduğu halda adlarını qeyd etdiyi şəxslər tərəfindən vəd olunduğunu düşünmüşdür. Zərərçəkmiş şəxs3 ifadəsində Gəncə Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərə ağır cəza verməsindən sonra Şahid1 pulu ona verdiyini dediyini bildirmiş, lakin həmin hadisədən əvvəl qeyd olunan sözü bildirməmişdir. Şahid1 kimə nə qədər pul verməsini bilməmiş, lakin ona hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı Müşfiq Rəhimovun adını qeyd etməsini ondan xahiş etmiş, lakin o, bundan imtina etdiyi üçün Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş, digər şəxslər isə onun əleyhinə ifadə verməmişlər. Gəncə şəhərində prokurorluq əməkdaşları sillə və təpik zərbələri vuraraq onu döymüşlər. Hakimin və dövlət ittihamçısının icazəsi olmadığı halda zərərçəkmiş şəxslərdən hər hansı məbləğdə pul almasının mümkün olmadığını və Zərərçəkmiş şəxs2 qardaşını amnistiya aktına əsasən cəzadan azad etməyi düşünmüşdür. Səs yazısında Dadaş İmanov və Müşfiq Rəhimovun adlarını qeyd etmiş, aldığı pulun hansı hissəsini Dadaş İmanova verdiyini də səs yazısında bildirmiş, aldığı pulun 30 faizi Müşfiq Rəhimova verilmiş, sonuncu da həmin pulun 27 faizini Baş Prokurorluğa göndərmişdir. Aldığı pulun 3 faizi onda qalmış və qeyd etdiyi halların hamısı səs yazısında qeydə alınmışdır. O, pulu işlə bağlı götürdüyünü bilməmiş, X1 37000 manat borcu olmuş, o da 35000 manat sələmçidən borc götürüb adları qeyd olunan şəxslərə vermişdir. X30 Müşfiq Rəhimov təqsirləndirilən şəxslərin yaxınlarından pul götürməsini ona demişlər və o, təqsirləndirilən şəxslərdən pulu X1 olan 37000 borcunun qarşılığında götürmüşdür. O, 35000 manat pulu götürüb Bərdə rayonundan olan cinayət işinə xitam vermiş, zərərçəkmiş şəxsin evinə pul məsələsinə görə 3-4 dəfə getmişdir. Müşfiq Rəhimovun hansı səbəbə görə apellyasiya protesti verdiyini bilməmiş və ondan fərqli ifadə verməsini istədikləri üçün o formada ifadə vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını, azadlığa buraxılmasını və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayından 04 may 2023-cü il tarixədək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun məhkəmə iclas katibi vəzifəsində işləmişdir. Onun işi məhkəmə iclasında keçirilən prosesləri təşkil etmək, həmin proseslərin protokollarını yazmaq, hakimin göstərişlərini icra etmək və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan digər hüquq və vəzifələrini həyata keçirməkdən ibarət olmuşdur. Göygöl Rayon Prokurorluğu tərəfindən ibtidai istintaqı aparılmış X16, X21, X11, X22, X14 və X15 CM-in müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 2021-ci ilin sonlarında Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmaqla məhkəmənin hakimi Dadaş İmanovun icraatına verilmişdir. Cinayət işi icraata qəbul edildikdən sonra təqsirləndirilən şəxs Sərvaz Hüseynovun qardaşı Zərərçəkmiş şəxs2 məhkəmənin inzibati binasında ona yaxınlaşıb qardaşının barəsində araşdırılan cinayət işi üzrə köməklik göstərilməsini ondan xahiş etmiş, o da Zərərçəkmiş şəxs2 qardaşına köməklik göstərilməsi üçün mütləq zərərçəkmiş şəxslə barışıq əldə olunmasının zəruri olduğunu demişdir. Zərərçəkmiş şəxs2 barışıq əldə edə bilmədiyini deyib zərərçəkmiş şəxsdən barışıq əldə olunmasında köməklik göstərilməsini ondan xahiş etmiş, o isə maraqlanıb deyəcəyini Zərərçəkmiş şəxs2 söyləmişdir. O, bir müddət maraqlandıqdan sonra Gəncə şəhərində yaşayan Şahid9 ilə tanış olmuş və sonuncunun əlaqələri olduğundan zərərçəkmiş şəxslə barışıq əldə edilməsində köməklik göstərilməsini, ərizə verildikdə hörmət edəcəyini Şahid9 demiş və sonuncuya zərərçəkmiş şəxsin yaşadığı ünvanı vermişdir. Bundan sonra Şahid9 özü əlaqələrindən istifadə edərək zərərçəkmiş şəxslərdən köməklik göstərilməsini xahiş etmiş və zərərçəkmiş şəxsin barışmasına dair ərizəni təqdim etməsi üçün 15.000 manat pul tələb etdiyini ona demişdir. O, ilkin olaraq 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxsin evinə gedib gəlmək üçün yol xərci adı ilə 300 manat pulu Gəncə Şəhər Dəmiryolu Vağzalının ərazisində yerləşən adını bilmədiyi kafedə almış, zərərçəkmiş şəxslə danışıqdan sonra 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 zəng edib 19.000 manat pul tələb edərək həmin pulun 15.000 manatının zərərçəkmiş şəxs Şahid8 veriləcəyini, sonuncuya 3.000 manata qızıl komplekt alınacağını, 1.000 manatının isə yol xərcinə və digər xərclərə istifadə edilməli olduğunu bildirmişdir. O, 18 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Göygöl rayonunun Yeniqızılca kəndində sonuncunun oğlu Şahid4 yanında 19.000 manat pulu Zərərçəkmiş şəxs2 almış, bundan sonra soyadını, adını və atasının, 18 iyul 2022-ci il tarixdə barışıq əldə etmək üçün Zərərçəkmiş şəxs2 19.000 manat pul aldığını, barışıq əldə olunmayacağı halda qeyd olunan 19.000 manat pulu qaytaracağını və bunu imzası ilə təsdiq etməsinə dair sözlər yazılmış qəbzi imzalayaraq Zərərçəkmiş şəxs2 vermişdir. Bundan bir neçə gün sonra, təxminən 2022-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs2 500 manat pul istəmiş, sonuncu həmin pulu xatırlamadığı taksi sürücüsü ilə ona göndərmiş, o da Gəncə şəhəri, Yeni Gəncənin dairəsi adlanan yerdə taksi sürücüsündən pulu götürdükdən sonra bu barədə Zərərçəkmiş şəxs2 zəng edib məlumat vermişdir. Bundan bir neçə gün sonra, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs2 300 manat pul alaraq danışıqları davam etdirmiş, həmin ərəfədə Zərərçəkmiş şəxs2 Şahid6 ilə birlikdə onun yanına gəlmiş və o, Zərərçəkmiş şəxs2 ilə danışaraq istəmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2la danışıb məhkəmənin inzibati binası ilə üzbəüz ofisdə vəkillik fəaliyyəti ilə məşğul olan və yuxarıda qeyd etdiyi cinayət işi üzrə təqsirləndirilən şəxslərdən birinin vəkili olan Şahid1 ofisində görüşmüş və bu zaman ofisdə o, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid6 olmuşdur. Zərərçəkmiş şəxs2 Şahid1 və Şahid6 yanında ona 18.000 manat pul vermiş, o, da əvvəl aldığı 19.800 manat və həmin vaxtı aldığı 18.000 manat pula dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləməsinə, soyadını, adını və atasının adını, Zərərçəkmiş şəxs2 qardaşının cinayət işi üzrə 19.800 və 18.000 manat olmaqla, cəmi 37.800 manat pulu götürdüyünə dair sözlər qeyd edilmiş qəbz yazıb vermişdir. Pulu almasına baxmayaraq zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmiş, pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Pulun bir qismini barışıq əldə olunması üçün gediş-gəlişdə yol xərclərinə, bazarlığa xərcləmiş və barışıq əldə etməsinə köməklik göstərilməsi üçün Şahid9 da hissə-hissə pul vermiş, lakin hansı məbləğdə pul verdiyini bilməmişdir. Bundan başqa 2023-cü ilin mart ayında nişanlanmış, həmin ilin noyabr ayında ailə həyatı qurduğuna görə öz şəxsi ehtiyaclarına və toya görə xərcləmişdir. 2022-ci ilin sentyabr-oktyabr ayında Zərərçəkmiş şəxs2la X23 yanında görüşmüş və həmin vaxt sonuncu təklikdə 12.000 manat pulu ona vermiş, bununla da Zərərçəkmiş şəxs2 ona cəmi 49.800 manat pul vermişdir. O, dəfələrlə zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə çalışsa da, bunu bacarmamış, ona görə də 16 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvanda sonuncunun narahat olmaması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləməsini, adını, soyadını və atasının adını, X7 2024-cü ilin yanvar ayında buraxdırması müqabilində Zərərçəkmiş şəxs2 (Sərvazın qardaşı) 50.000 manat götürməsinə, deyilən vaxtda buraxdırmayacağı halda götürdüyü 50.000 manatın 20.000 manatını qaytarmaq öhdəliyini üzərinə götürməsinə dair qəbz yazıb vermiş, lakin Zərərçəkmiş şəxs2 200 manat pulu harada aldığını və ya alıb-almadığını dəqiq xatırlamamışdır. Bundan başqa, X12 atası Zərərçəkmiş şəxs1 və X2 anası Zərərçəkmiş şəxs3 oğullarına məhkəmədə köməklik göstərilməsi üçün vəkil Şahid1 müraciət etmişlər, sonuncu bu barədə ona demiş və adları qeyd olunan şəxslərin hər birinin 15.000 manat pullarının olduğunu bildirmişdir. Eyni zamanda Tural Abdullayevin atası Zərərçəkmiş şəxs1 və Sahəddin Məmmədovun anası Zərərçəkmiş şəxs3 özləri də ona yaxınlaşdıqda sonunculara hər bir halda şikayət məsələsinin həll olunmasının zəruri olduğunu demişdir. Adları qeyd olunan şəxslər ona pulu Tural Abdullayev və Sahəddin Məmmədova az həddə cəza verilməsi müqabilində vermişlər. O, 2023-cü ilin yanvar ayında Şahid1 ofisində 15.000 manat pulu sonuncudan almış, təxminən 2023-cü ilin fevral ayında 12.000 manat pulu da bir dəfə götürmüş, ümumilikdə Elmira Həsənovdan 27.000 manat pul götürmüş, lakin həmin pulun hansı məbləğinin Əmir Abdullayav tərəfindən, hansı məbləğinin isə Zərərçəkmiş şəxs3 tərəfindən verildiyini bilməmişdir. O, ümumilikdə 77.000 manat pul almış, həmin puldan hakim Dadaş İmanova və dövlət ittihamçısı Müşfiq Rəhimova hər hansı məbləğdə pul verməmiş və adları qeyd olunan şəxslərin bu məsələ ilə bağlı məlumatı olmamışdır. 04 may 2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, bundan sonra yuxarıda qeyd olunan şəxslərin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham hökmü çıxarılmış, Sərvaz Hüseynov 04 il 06 ay müddətə, Tural Abdullayev, Sahəddin Məmmədov, Rüfət Bayramov, Vaqif Abdullayev və Elşən Quliyev isə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Hökmdən dövlət ittihamçısı protest, zərərçəkmiş şəxs isə şikayət vermiş, Gəncə Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmü ləğv edərək Sərvaz Hüseynova 10 il, Tural Abdullayev, Sahəddin Məmmədov, Rüfət Bayramov, Vaqif Abdullayev və Elşən Quliyevin hər birinə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ondan şikayət etmişlər, o, zərərçəkmiş şəxslə barışıq əldə etmək və qardaşına az cəza verilməsi müqabilində Zərərçəkmiş şəxs2 50.000 manat pul istəmiş və bununla bağlı aralarında razılıq olmuşdur. Ona təqdim edilmiş səs yazısında olan səslərdən biri özünün, digəri isə Zərərçəkmiş şəxs2 olmuş, həmin səs yazılarının birində Zərərçəkmiş şəxs2 aldığı pulun bir hissəsini hakim Dadaş İmanova, bir hissəsini isə dövlət ittihamçısı Müşfiq Rəhimova verməsini deməkdə məqsədi Zərərçəkmiş şəxs2 inandırmaq olmuş, lakin hakim Dadaş İmanova və dövlət ittihamçısı Müşfiq Rəhimova pul verməmişdir. Ümumilikdə əldə etdiyi 77.000 manatdan təxminən 20.000 manatını zərərçəkmiş şəxs Şahid8 ilə barışıq əldə edilməsinə görə xərcləmiş, qalan pul vəsaitini isə nişan və toy ərəfəsinə düşdüyünə görə öz şəxsi ehtiyaclarına sərf etmiş və aldığı puldan zərərçəkmiş şəxs Şahid8 hər-hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, qardaşı X16, digər şəxslər X21, X11, X22, X14 və X15 CM-in müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq Göygöl Rayon Prokurorluğu tərəfindən tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İstintaq dövründə qardaşı və təqsirləndirilən şəxslərdən Tural Abdullayev və Sahəddin Məmmədovun barəsində həbs qətimkan tədbiri, digərlərinin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Qardaşının və adlarını qeyd etdiyi digər şəxslərin barəsində olan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun icraatına verilmiş, qardaşına köməklik göstərilməsi üçün Dadaş İmanovun qəbuluna getmək istəmiş, onu sonradan Dadaş İmanovun köməkçisi Təqsirləndirilən şəxs qarşılayıb hakimin vətəndaş qəbul etmədiyini və sözü olduğu halda ona deməsini bildirmişdir. O, qardaşının işi ilə əlaqədar köməklik göstərilməsini Təqsirləndirilən şəxs xahiş etmiş, sonuncu isə zərərçəkmiş şəxslərlə barışıq əldə olunacağı halda köməklik göstərilməsinin mümkün olduğunu ona söyləmişdir. Zərərçəkmiş şəxsin barışmadığını Təqsirləndirilən şəxs demiş, sonuncu isə köməklik göstərilməsi ilə bağlı maraqlanıb bir söz deyəcəyini ona bildirmişdir. Qardaşının işi ilə bağlı dəfələrlə Gəncə Ağır Cinayətlər məhkəməsində olmuş, hər dəfə də məhkəmədə Təqsirləndirilən şəxsla görüşdükdə, sonuncu ondan qardaşına köməklik göstərilməsi müqabilində müxtəlif məbləğlərdə pul istəmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2022-ci ilin təxminən iyun ayında 55.000 manat pulun müqabilində qardaşına köməklik göstərəcəyini, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən qardaşı Sərvaz Hüseynova 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunacağını, daha sonra isə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən cəzasının daha da yüngülləşdirilərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağını bildirmişdir. Bundan sonra məhkəmədə dövlət ittihamçısı Müşfiq Rəhimova yaxınlaşıb köməklik göstərməsini xahiş etmiş, sonuncu məhkəmənin inzibati binasında xatırlamadığı otaqda ağ kağıza 50 rəqəmini yazıb ona göstərərək Təqsirləndirilən şəxs yaxınlaşmasını demiş, o, yenidən sonuncuya yaxınlaşıb 55.000 manat məbləğində pulunun olmadığını demişdir. Müşfiq Rəhimovun onu Təqsirləndirilən şəxs yanına göndərməsi barədə sonuncuya heç nə deməmiş, sonuncu ona hakimin və dövlət ittihamçısının fikrinin 50.000 manat olduğunu, bundan aşağı məbləğdə pulun verilməsi müqabilində işin həll olunmayacağını demişdir. Təqsirləndirilən şəxs ona digər təqsirləndirilən şəxslərdən də pul alacağını, lakin hakimin bundan xəbərinin olmayacağını və həmin pul vəsaitləri ilə də zərərçəkmiş şəxsi sakitləşdirib barışmasına dair ərizəni əldə edəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs pulu bir dəfəyə deyil, hissəhissə verəcəyini demiş, sonuncu da razılaşmışdır. Pulu verməməmişdən əvvəl məhkəmənin inzibati binasında pilləkənin yanında hakim Dadaş İmanova yaxınlaşıb Təqsirləndirilən şəxs onunla haqq hesab etmək istədiyini demiş, sonuncu isə bu barədə məlumatının olduğunu bildirmiş və bundan sonra sonuncuya inanmışdır. Təxminən 2022ci ilin iyul ayının birinci on günlüyündə Təqsirləndirilən şəxs ona zəng edərək Müşfiq Rəhimovun məzuniyyətə çıxacağını və zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün pul verməyin zəruri olduğunu demiş, o da razılaşıb bir neçə gün sonra 19.000 manat məbləğində pulu qohumlarından borc şəklində alaraq Təqsirləndirilən şəxs zəng edib bu barədə demiş və 18 iyul 2022-ci il tarixdə sonuncu onun yaşadığı Göygöl rayonunun Yeniqızılca kəndinə gəlmişdir. Oğlu Şahid4 yanında 19.000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da özü əlyazma ilə soyadını, adını və atasının, 18 iyul 2022-ci il tarixdə barışıq əldə etmək üçün ondan 19.000 manat pul aldığını, barışıq əldə olunmayacağı halda qeyd olunan 19.000 manat pulu qaytaracağını və bunu imzası ilə təsdiq etməsinə dair sözlər yazılmış qəbzi imzalayaraq ona vermişdir. Pulu almasına dair kağızda yazıb imza etməsi Təqsirləndirilən şəxs qarşı olan inamını artırmış, bundan təxminən 5 gün sonra sonuncu ona zəng edərək 500 manat pul göndərməsini dediyi üçün xatırlamadığı markalı avtomobili idarə edən tanımadığı taksi sürücüsü ilə 500 manat pulu Təqsirləndirilən şəxs göndərmiş, sonuncu həmin pulu Gəncə şəhəri, Yeni Gəncənin dairəsi adlanan yerdə taksidən götürmüş və ona zəng edib bu barədə məlumat vermişdir. Bundan bir neçə gün sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində olarkən Təqsirləndirilən şəxs ondan 300 manat pul istəmiş, o da həmin pulu sonuncuya vermiş və bununla da sonuncuya verdiyi pulun məbləği 19.800 manat olmuşdur. Təxminən 2022-ci ilin avqustsentyabr ayında Təqsirləndirilən şəxs qalan pulu da istəmiş, o da 18.000 manat pul taparaq sonuncu ilə danışıb pulu gətirəcəyini demiş, bundan sonra pulu yaxın tanışı Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs təqdim etmək üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə getmiş və Şahid6 pulu qardaşının işində təqsirləndirilən şəxslərdən biri olan Tural Abdullayevin vəkili Şahid1 xidməti otağında vermələrini ona təklif etmişdir. O, birinci dəfə Təqsirləndirilən şəxs pul verdikdən sonra Şahid1 ona zəng edərək pulun qalan hissəsini də Təqsirləndirilən şəxs verməsini bildirmiş, bu səbəbdən də Şahid6 pulu Şahid1 xidməti otağında Təqsirləndirilən şəxs verməyi məsləhət görmüşdür. O, Şahid6 ilə birlikdə Şahid1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binası ilə üzbəüzdə yerləşən ofisinə getmiş, bir qədər sonra Təqsirləndirilən şəxs da oraya gəlmişdir. Həmin vaxt Şahid1 ona və Şahid6 narahat olmamalarını, hakim və prokurorla danışdığını demiş, pulu vermələrini təklif etmiş və işin həll olacağını bildirmişdir. Bundan sonra Şahid6 və Şahid1 yanında sonuncunun vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün işlədiyi ofisində 18.000 manat pulu sayıb Təqsirləndirilən şəxs vermiş, sonuncu da həmin vaxt Gəncə Ağır Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləməsinə, soyadını, adını və atasının adını, ondan qardaşının cinayət işi üzrə 19.800 və 18.000 manat olmaqla, cəmi 37.800 manat pulu götürdüyünə dair sözlər qeyd edilmiş qəbzi ona təqdim etmişdir. Bundan 15-20 gün sonra, təxminən 2022-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxsla X23 yanında görüşüb sonuncuya təklikdə 12.000 manat pul vermiş, bununla da sonuncuya verdiyi pulların məbləği 49.800 manat olmuşdur. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu hər dəfə qardaşına köməklik göstərəcəyini ona demişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Tural Abdullayevin atası Zərərçəkmiş şəxs1 və Sahəddin Məmmədovun anası Zərərçəkmiş şəxs3 hər birindən 15.000 manat pul aldığını və həmin puldan hakimin xəbərinin olmayacağını, qeyd olunan pulu zərərçəkmiş şəxsi sakitləşdirmək üçün xərcləyəcəyini bildirmişdir. O, 50.000 manatdan qalan 200 manat pulu 2023-cü ilin fevralmart aylarında Gəncə şəhərində yerləşən Xanbağı bağının yaxınlığında təklikdə Təqsirləndirilən şəxs vermiş və beləliklə də sonuncuya verdiyi pulun məbləği 50.000 manat olmuşdur. Həmin cinayət işinə məhkəmə baxılan zaman qardaşı Sərvaz Hüseynovun vəkili Şahid7 olmuş, digər qardaşı Rizvan Hüseynov söhbət əsnasında ondan xəbərsiz Sərvaz Hüseynovun işinə görə 50.000 manat, eləcə də Tural Abdullayev və Sahəddin Məmmədovun işlərinə görə adları qeyd olunan şəxslərin valideynlərinin hər birindən 15.000 manat olmaqla, ümumilikdə 30.000 manat pulu Təqsirləndirilən şəxs verdiklərini demişdir. Bundan sonra Şahid7 hakimlə maraqlanacağını, pulun həqiqətən hakimə çatıbçatmayacağını soruşacağını demiş və sonradan ümumilikdə Təqsirləndirilən şəxs 80.000 manat pulun verildiyini Dadaş İmanova dediyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə əsasən hakimin 30.000 manat pulun verilməsindən məlumatı olmamış və bu səbəbdən də Rizvan Hüseynov və Şahid7 hərəkətlərinə əsəbləşib 30.000 manatdan hakimin xəbərinin olmamalı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək 90.000 manat pulun alınması barədə Şahid7 hakimə məlumat verdiyini ona demiş, Təqsirləndirilən şəxs 30.000 manat pulun alınmasını hakimə demədiyi üçün hakimin bunu öyrənməsi Təqsirləndirilən şəxs əsəbiləşdirmiş və bu səbəbdən də sonuncu Şahid7 ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə ondan ümumilikdə 50.000 manat pul almasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləməsini, adını, soyadını və atasının adını, X7 2024-cü ilin yanvar ayında buraxdırması müqabilində ondan 50.000 manat götürməsinə, deyilən vaxtda buraxdırmayacağı halda götürdüyü 50.000 manatın 20.000 manatını qaytarmaq öhdəliyini üzərinə götürməsinə dair qəbz təqdim etmiş və ona pulun 20.000 manatını qaytaracağını, özünün o pulla qardaşını cəzaçəkmə müəssisəsindən azad etməsini demişdir. Gəncə Apellyasiya Məhkəməsi qardaşının cəzasını 02 il aşağı salacağı və 02 il 06 ay tamam olduqdan sonra qardaşı azadlığa çıxacağı üçün Təqsirləndirilən şəxs qəbzdə 2024-cü ilin yanvar ayını qeyd etmiş, lakin sonradan mobil telefonda ona 02 il 06 ay müddətini səhv hesabladığını və qardaşının cəzasının 02 il 06 ayının 2024-cü ilin aprel ayında tamamlanacağını demişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barışmasına dair ərizəsini əldə edə bilməmiş, o, buna narazılığını bildirdikdə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barışmasına dair ərizəni təqdim etmək üçün 30.000 manat istədiyini demişdir. Təqsirləndirilən şəxs hakimin adından ona zərərçəkmiş şəxsə pul vermək əvəzinə məsələni özlərinin həll edəcəklərini demiş, həqiqətən də 06 iyun 2023-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov qardaşına 04 il 06 ay müddətə, digər təqsirləndirilən şəxslərə isə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və beləliklə Təqsirləndirilən şəxs verdiyi vədi tutmuşdur. Hökm çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs ona qardaşı Sərvaz Hüseynova təyin olunmuş cəzanın 02 ilini də Gəncə Apellyasiya Məhkəməsində aşağı saldıracağını demiş, onlar cəzanın ağır təyin edilməsinə görə apellyasiya məhkəməsinə apellyasiya şikayəti, dövlət ittihamçısı isə protest vermişdir. O, protestlə bağlı Təqsirləndirilən şəxsla danışaraq Müşfiq Rəhimova narazılığını bildirmiş, adları qeyd olunan şəxslər isə işin apellyasiya məhkəməsində həll olunacağını demişlər. X31 Məhkəməsi 13 noyabr 2023-cü il tarixdə qardaşının və digər təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdırmış və qardaşına 10 il, digər təqsirləndirilən şəxslərə isə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bundan sonra o, şikayət ərizəsi vermiş, Təqsirləndirilən şəxs pulu özü vermiş, qardaşı Rizvan Hüseynovun hər hansı iştirakı olmamışdır. İstintaqa təqdim etdiyi səs yazılarında olan səslər ona və Təqsirləndirilən şəxs aid olmuş, səs yazısında adı çəkilən Şahid9 tanımamış, Təqsirləndirilən şəxs deməsinə əsasən Şahid9 Gəncə şəhərində yaşamış və zərərçəkmiş şəxsdən barışmasına dair ərizəni sonuncunun almalı olduğunu razılaşdırmışlar. Səs yazısında 49.600 manat pulu deməsini bilməmiş, bunun səhvən edildiyini düşünmüş və Təqsirləndirilən şəxs ümumilikdə 50.000 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır, sonuncunun qanunla müəyyən olunmuş qaydada cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə aparılan zaman sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək qardaşı Sərvaz Hüseynovun barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən barışmalarına dair razılığın əldə edilməsi və sonuncuya yüngül cəza təyin edilməsi müqabilində ümumilikdə 50.000 manat verdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə qeyd olunan pul vəsaitini Zərərçəkmiş şəxs2 aldığını demişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Tural Abdullayev onun oğlu, X16 isə arvadı Şahid5 ögey əmisinin oğludur. 2021-ci ilin avqust-sentyabr aylarında Göygöl rayonunun Topalhəsənli kəndinin ərazisində oğlu Tural Abdullayevin iştirakı ilə Sərvaz Hüseynov tərəfindən Şahid8 oğurlanmışdır. Oğlu həmin hadisə zamanı qohumu olduğu üçün Sərvaz Hüseynovun xahişi ilə qeyd olunan hadisədə iştirak etmişdir. Həmin hadisədə oğlu Tural Abdullayev, Sərvaz Hüseynov, X24, X11, X22 və X14 iştirak etmişlər, qeyd olunan hadisə üzrə verilmiş şikayət əsasında Göygöl Rayon Prokurorluğunda araşdırma aparılmış, oğlu Tural Abdullayevin barəsində ibtidai istintaq zamanı həbs qətimkan tədbiri seçilmiş və qeyd olunan hadisədə iştirak edən yuxarıda adlarını göstərdiyi şəxslərin barəsində araşdırılan cinayət işi baxılması üçün 2022-ci ilin əvvəllərində Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işinə baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrlik etdiyi tərkibə həvalə olunmuş, o, qeyd olunan cinayət işi ilə bağlı oğluna az həddə cəza təyin edilməsi məqsədilə tanışlarından maraqlandığı vəkil kimi fəaliyyət göstərən Şahid1 ilə sonuncunun Gəncə şəhərində yerləşən ofisində görüşmüş və bu barədə söhbət etmişdir. Söhbət əsnasında Şahid1 bu məsələdə köməklik edə biləcəyini, ən yaxşı halda cəzanın şərti olaraq tətbiq olunacağını deyib azadlığa buraxdıracağını, ən pis halda isə ən az cəza təyin etdirə biləcəyini demiş, cinayət işinə baxan hakim Dadaş İmanovla münasibətinin olduğunu və dövlət ittihamçısı Müşfiq Rəhimovu da tanıdığını, adları qeyd olunan şəxslərlə danışıb pul vemək müqabilində bu işi həll edəcəyini bildirmişdir. Şahid1 bu işin müqabilində yuxarıda adları qeyd olunan şəxslərə nə qədər pul verə biləcəyini soruşmuş, o isə 10.000 pul verəcəyini demişdir. Şahid1 adları qeyd olunan şəxslərin həmin məbləğə razı olmadıqları halda əlavə pul verməli olduğunu demiş, həmin gün sonuncu ilə müqavilə bağlamış və bu səbəbə görə də sonuncuya 700 manat məbləğində pul vermişdir. Şahid1 ona gedib gözləməsini demiş, sonuncu 2022-ci ilin yanvar ayında ona zəng edərək yanına çağırmış və Dadaş İmanova 15.000 manat pulun verilməsinin zəruri olduğunu, 2.000 manat pulu isə özünə vəkillik fəaliyyətinə görə deyil, bu işi danışmağına görə verməsini və nəticədə oğluna təyin olunacaq cəzanın şərti tətbiq olunaraq azadlığa buraxılacağını və ya az cəza təyin etdirəcəyini bildirmişdir. O, bu təkliflə razılaşmış, bir həftə ərzində özünə məxsus təxminən 25 baş iri buynuzlu heyvanı dəyərindən aşağı qiymətə olmaqla 15.000 manata satıb pul əldə edərək 2022-ci ilin yanvar ayında Şahid1 fəaliyyət göstərdiyi ofisində görüşüb arvadı Şahid5 və qohumu Şahid6 yanında Şahid1 vermiş və sonuncunun deməsinə əsasən 15.000 manat pulun bu işə baxan hakim Dadaş İmanova verilməsi ona məlum olmuşdur. Daha sonra Şahid1 özü üçün istədiyi 2.000 manat pulu arvadı Şahid5 ilə birlikdə gətirib Şahid1 ofisində sonuncuya vermişdir. Oğlu ilə birlikdə həmin cinayət işi üzrə həbsdə olan Sahəddin Məmmədovun anası Zərərçəkmiş şəxs3 da oğlunun işi ilə bağlı Şahid1 ilə görüşmüş və oğluna təyin olunacaq cəzanın şərti tətbiq olunaraq azadlığa buraxılması və ya az cəza təyin edilməsi üçün sonuncuya 15.000 manat pul vermiş və beləliklə də iki şəxsə görə ümumilikdə 30.000 manat pul vəsaitini Şahid1 vermişlər. Bundan sonra onlar işlə maraqlanmaq məqsədilə dəfələrlə Şahid1 yanında olub pulun aidiyyəti şəxslərə çatıb-çatmaması ilə maraqlanmışlar və sonuncu bir dəfə onun yanında olan dövlət ittihamçısı Müşfiq Rəhimova zəng edib pulun onda hazır olduğunu demişdir. Daha sonra Şahid1 pulun hakim Dadaş İmanovun köməkçisi Təqsirləndirilən şəxs çatdırılması barədə Müşfiq Rəhimovun göstəriş verdiyini ona bildirmiş, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar məhkəmə iclaslarında tanımışdır. Bundan sonra Şahid1 ondan və Zərərçəkmiş şəxs3 aldığı ümumilikdə 30.000 manat pul vəsaitini aparıb Təqsirləndirilən şəxs verəcəyini demiş, hər məhkəmə iclasında sonuncudan bu barədə soruşduqda sonuncu narahat olmamasını, yekunda oğluna təyin olunacaq cəzanın şərti tətbiq olunaraq azadlığa buraxılacağını demiş, bu səbəbdən də sonuncunun məsələdən xəbərdar olduğunu və oğlunun barəsində müsbət yekun qərar veriləcəyini düşünmüşdür. Şahid1 ilə danışıqlarına əsasən oğurlanan Şahid8 şikayətinin olmamasına dair məsələnin də onların özü tərəfindən həll edilməsini razılaşdırmışlar. 06 iyun 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən oğlu Tural Abdullayevə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, daha sonra həmin cəzanın apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb-saxlanılmayacağı barədə maraqlandıqda həm Şahid1, həm də Təqsirləndirilən şəxs qeyd olunan cəzanın Gəncə Apelyyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılacağını bildirmişlər. Həmin cəza onları qane etdiyi üçün Şahid1 verdiyi vədi yerinə yetirdiyini, yəni sonuncunun danışıqlarına və verdiyi pul vəsaitini özünün deməsinə əsasən hakim Dadaş İmanova və dövlət ittihamçısı Müşfiq Rəhimova çatdırması üçün Təqsirləndirilən şəxs verməsinə əsasən oğluna az cəza təyin edildiyini fikirləşmiş, cəza üzrə oğlunun təxminən 3-4 ay sonra azadlığa buraxılacağını düşünmüş və bu səbəbdən də verilmiş cəzadan hər hansı narazılığı olmamışdır. Bir müddət sonra dövlət ittihamçısı Müşfiq Rəhimov tərəfindən verilmiş apellyasiya protestinə əsasən Gəncə Apellyasiya Məhkəməsində işə baxılan zaman 13 noyabr 2023-cü il tarixli qərarla oğlu Tural Abdullayevə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan sonra o, Şahid1 ilə görüşüb maraqlandıqda sonuncu günahının olmadığını, hakim Dadaş İmanov və dövlət ittihamçısı Müşfiq Rəhimov tərəfindən aldadıldığını bildirmiş və sonuncuların deməsinə əsasən Təqsirləndirilən şəxs 30.000 manat pul vəsaitini verdiyini demişdir. Şahid1 pulu tələb etsələr də sonuncu pulu verdiyi şəxslər tərəfindən aldadıldığını demiş və pulu qaytarmaqdan imtina etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır, sonuncunun qanunla müəyyən olunmuş qaydada cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu X11 2021-ci ilin avqust-sentyabr aylarında Göygöl rayonunun Topalhəsənli kəndinin ərazisində X16 tərəfindən Şahid8 oğurlanmasında iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, həmin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və qeyd olunan məhkəmənin hakimi Dadaş İmanovun icraatına verilmişdir. O, oğlu Sahəddin Məmmədova kömək olunması, yəni az cəza təyin edilməsi məqsədilə qohumu və həmkəndlisi olan Şahid6 müraciət etmiş, sonuncu ona oğlu Sahəddin Məmmədovun təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid8 ilə barışıq əldə edilməsi üçün 15.000 manat pulun verilməsinin zəruri olduğunu ona demiş, lakin pulun kim tərəfindən istənilməsini bildirməmişdir. O, bu təkliflə razılaşmış, 2023-cü ilin yanvar ayında 15.000 manat pulu Gəncə şəhəri, Sevinc qəsəbəsində Şahid6 yaşadığı evdə Şahid3 yanında Şahid6 vermiş və sonuncu pulun barışıq əldə olunması üçün Şahid8 veriləcəyini ona demişdir. Şahid6 ondan aldığı pulu kimin vasitəsi ilə Şahid8 verəcəyini deməmiş, sonradan pulun vəkil kimi fəaliyyət göstərən Şahid1, sonuncunun isə həmin pulu məhkəmədə işləyən Təqsirləndirilən şəxs verməsi ona məlum olmuşdur. Bundan sonra 2023-cü ilin yanvar ayından etibarən Şahid6 bu barədə soruşduqda sonuncu ona hər dəfə zərərçəkmiş şəxs Şahid8 barışmasına dair ərizəni verdikdən sonra oğlu Sahəddin Məmmədova təyin olunacaq cəzanın şərti tətbiq olunaraq azadlığa buraxılacağını və ya az cəza təyin ediləcəyini demişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxarılmamışdan əvvəl Şahid6 ona məsələnin həll olunduğunu və ona 1.000 manat pul verməsini demiş, o da sevinərək 2023-cü ilin may ayında Şahid6 evində sonuncuya 1.000 manat pul vermişdir. 06 iyun 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən oğlu Sahəddin Məmmədova 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, daha sonra həmin cəzanın apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb-saxlanılmayacağı barədə maraqlandıqda Şahid6 hər şeyin yaxşı olacağını bildirmişdir. Həmin cəza onları qane etmiş, cəza üzrə oğlunun təxminən 3- 4 ay sonra azadlığa buraxılacağını düşünmüş və bu səbəbdən də verilmiş cəzadan hər hansı narazılığı olmamışdır. Bir müddət sonra dövlət ittihamçısı Müşfiq Rəhimov tərəfindən verilmiş apellyasiya protestinə əsasən Gəncə Apellyasiya Məhkəməsində işə baxılan zaman 13 noyabr 2023-cü il tarixli qərarla oğlu Səhəddin Məmmədova 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan sonra o, Şahid6 ilə birlikdə Şahid1 ilə görüşüb maraqlandıqda sonuncu pulu məhkəmədə işləyən Təqsirləndirilən şəxs verdiyini və sonuncudan pulu geri ala bilmədiyini demişdir. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxsla danışan zaman sonuncu həmin pul vəsaitinin özünə verilməsini təsdiq etmiş, geri qaytaracağını demiş, lakin indiyədək həmin pul vəsaiti geri qaytarılmamışdır. Qeyd olunan pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən kiməsə verilib-verilməməsi barədə məlumatı olmamış, digər oğlu Şahid2 bununla bağlı ərizə ilə müxtəlif dövlət orqanlarına müraciət etmiş, özü savadsız olduğuna görə ərizəni oğlu Şahid2 yazmış, lakin pul ona məxsus olmuş və pulu özü Şahid6 vermişdir. Şahid6 verdiyi 15.000 manat pul vəsaitinin hakim Dadaş İmanov və dövlət ittihamçısı Müşfiq Rəhimova verilib-verilməməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Zərərçəkmiş şəxs2la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsususatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsususatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Sahəddin Məmmədov onun qardaşı, Sərvaz Zərərçəkmiş şəxs2 həmkəndlisidir. 2021-ci ilin avqust-sentyabr aylarında Göygöl rayonunun Topalhəsənli kəndinin ərazisində X16 tərəfindən Şahid8 oğurlanmış və həmin hadisə zamanı qardaşı Sahəddin Məmmədov da idarə etdiyi avtomobil ilə Sərvaz Hüseynovun xahişi ilə bu hadisədə iştirak etmişdir. Həmin vaxt qardaşı Sahəddin Məmmədov və Sərvaz Hüseynovdan başqa Elşən Quliyev, Vaqif Abdullayev, Tural Abdullayev və Rüfət Bayramov da iştirak etmiş, qeyd olunan hadisə üzrə verilmiş şikayət əsasında cinayət işi başlanmış və qardaşının barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və qeyd olunan məhkəmənin hakimi Dadaş İmanovun icraatına verilmişdir. Anası Zərərçəkmiş şəxs3 qardaşı Sahəddin Məmmədova kömək olunması, yəni az cəza təyin edilməsi məqsədilə qohumu və həmkəndlisi olan Şahid6 müraciət etmiş, sonuncu qardaşı Sahəddin Məmmədovun təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid8 ilə barışıq əldə edilməsi üçün vəkillik fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsi ilə Şahid8 barışıq əldə etməyə köməklik göstərəcəyini söyləmişdir. Bir qədər sonra Şahid6 Şahid8 ilə barışıq əldə edilməsi üçün 15.000 manat pulun verilməsinin zəruri olduğunu demiş, həmin pulu Şahid1, sonuncunun da məhkəmədə Dadaş İmanovun köməkçisi olan Təqsirləndirilən şəxs verəcəyini və sonuncunun Şahid8 barışıq əldə edilməsinə köməklik göstərəcəyini demişdir. Onlar bu təkliflə razılaşmışlar, 2023-cü ilin yanvar ayında anası Zərərçəkmiş şəxs3 ilə birlikdə Şahid6 yaşadığı Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən evə getmişlər və orada anası Zərərçəkmiş şəxs3 15.000 manat pulu onun yanında Şahid6 vermişdir. Şahid6 həmin pulu vəkillik fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdıracağını, sonuncunun da pulu barışıq əldə olunması üçün Şahid8 verəcəyini və barışıq əldə etməkdə köməklik göstərəcəyini demişdir. 2023-cü ilin təxminən may ayında Şahid6 Şahid1 özü üçün 2.000 manat istədiyini demiş, anası Zərərçəkmiş şəxs3 1.000 manat pulu Şahid6 2023-cü ilin may ayında vermiş, qalan 1.000 manat pulu isə Sahəddin Məmmədov azad olunduqdan sonra verəcəyini demişdir. Şahid6 pulu alıb Şahid1 verdiyini demiş, sonuncu təxminən 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs tutulduqdan sonra 1.000 manat pulu Şahid6 vasitəsi ilə geri qaytarmışdır. Təqsirləndirilən şəxs hər dəfə ona və Zərərçəkmiş şəxs2 pulu hakim Dadaş İmanova və dövlət ittihamçısı Müşfiq Rəhimova verdiyini demiş, Şahid8 isə pulun verilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs hakim Dadaş İmanov və dövlət ittihamçısı Müşfiq Rəhimova pul verməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsususatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili işləmişdir. 2022-ci ilin əvvəllərində Göygöl rayon sakini olan Şahid8 oğurlanması faktı üzrə olan cinayət işi ilə bağlı təqsirləndirilən şəxs Tural Abdullayevin atası Zərərçəkmiş şəxs1 ona müraciət edərək oğlunun müdafiə olunmasını ondan xahiş etmiş, o da işin təfərrüatlarını öyrəndikdən sonra müqavilə bağlamış, lakin müqavilə qiymətinin nə qədər olmasını, yəni ondan ilkin olaraq hansı məbləğdə pul götürməsini xatırlamamışdır. Bundan sonra Tural Abdullayevin müdafiçəsi kimi cinayət prosesinə qoşulmuş, həmin ərəfədə əvvəlcədən tanıdığı Şahid6 Zərərçəkmiş şəxs3 ilə birlikdə ona müraciət edərək həmin işdə təqsirləndirilən şəxs olan sonuncunun oğlu Sahəddin Məmmədovun da müdafiəçisi olmasını xahiş etmiş, o, həmin işdə artıq bir nəfər şəxsin vəkili olduğunu, buna görə digər şəxsin müdafiəçisi ola bilməyəcəyini deyib imtina etmişdir. O, bir neçə dəfə həmin iş üzrə məhkəmə iclasında iştirak etdikdən sonra dəqiq xatırlamadığı tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun yanında məhkəmə iclas katibi işləyən və əvvəldən işlərlə bağlı tanıdığı Təqsirləndirilən şəxs onun ofisinə gələrək həmin cinayət işi ilə özünün məşğul olduğunu, zərərçəkmiş şəxs olan Şahid8 barışmasına dair ərizəni almaq üçün müxtəlif adamlar vasitəsilə sonuncuya təsir etdiyini bildirmiş və onun müdafiə etdiyi Tural Abdullayevin yaxınlarının Şahid8 barışmasına dair ərizəsinin əldə edilməsinə görə sonuncuya vermək üçün pul istəmişdir. O, barışıq əldə edildiyi halda təqsirləndirilən şəxslərə aşağı cəza təyin edildiyini, adam oğurluğu hallarında məhkəmələrin zərərçəkmiş şəxsin barışmasına görə cəza təyin edən zaman bu halı nəzərə aldığını bildiyi üçün Şahid8 barışıq ərizəsini almasının nə dərəcədə dəqiq olmasını Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə bunun dəqiq olduğunu qətiyyətlə bildirmişdir. O, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Sahəddin Məmmədovun da Şahid6 vasitəsilə ona müraciət etdiyini Təqsirləndirilən şəxs demiş, sonuncu isə Şahid8 pul verib barışıq əldə etmək üçün sonuncunun 30.000 manat pul istədiyini söyləmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 və Şahid6 məlumat verərək hər iki təqsirləndirilən şəxsə məhkəmə tərəfindən aşağı cəza verilməsi üçün mütləq qaydada zərərçəkmiş şəxslərlə barışıq əldə etməli olduğunu və zərərçəkmiş şəxsə istər pul verməklə, istər xahiş etməklə və ya hansısa yolla barışıq əldə etməyin vacibliyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs tanımış, Şahid6 isə Təqsirləndirilən şəxs əvvəllər tanıyıb tanımadığını bilməmişdir. Həm Zərərçəkmiş şəxs1, həm də Şahid6 ilə birlikdə onun yanına gələn Zərərçəkmiş şəxs3 həmin pul vəsaitini, yəni hərə biri 15.000 manat verə biləcəklərini ona dedikdən sonra adları qeyd olunan şəxslərə həmin pul vəsaitini hazırlamalarını və dediyi halda gətirmələrini bildirmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs məlumat verərək hər iki şəxsin yaxınlarının razılaşdıqları məbləğdə pulu verəcəklərini, lakin Şahid8 barışmasına dair ərizəsini mütləq qaydada almasını və bundan sonra həmin pul vəsaitini çatdıracağını demiş, Təqsirləndirilən şəxs isə hər şeyi tənzimləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sonradan Şahid8 barışmaq üçün çox pul istədiyini, adları qeyd olunan şəxslərin əlavə pul verə bilib-bilməyəcəklərini soruşmuş, o isə adları çəkilən şəxslərin əlavə pullarının olmadığını demişdir. Təqsirləndirilən şəxs bu məsələni özünün həll edəcəyini və pulu götürməsini demiş, o da zərərçəkmiş şəxsin barışmasına dair ərizəsini gördükdən sonra pulu verə biləcəyini Təqsirləndirilən şəxs demişdir. Hər dəfə Təqsirləndirilən şəxsla rastlaşanda həmin ərizə barədə sonuncudan soruşmuş, sonuncu isə hər dəfə çalışdığını və yaxın gündə alacağını bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayında ona verdiyi 15.000 manat pul vəsaitini götürüb öz seyfində saxlamış, məhkəmə prosesi uzun müddət davam etdiyinə görə Zərərçəkmiş şəxs1 ona göstərdiyi vəkillik fəaliyyəti ilə əlaqədar 2.000 manat pul vermişdir. Şahid6 Zərərçəkmiş şəxs3 ilə birlikdə onun yanına gəlib 15.000 manat pulu ona vermək istədikdə o, Şəfiq Qasımovaya pulu özündə saxlamasını və dediyi halda gətirməsini bildrimişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu məhkəmədə görüb artıq barışmasına dair ərizəni aldığını, otağında olduğunu və pulu gəlib ofisində ondan götürəcəyini demiş, o da Zərərçəkmiş şəxs1 verdiyi pulun onda olduğunu, ofisə gəlib götürməsini Təqsirləndirilən şəxs bildirmişdir. 2023-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs ofisə gəlmiş, o, Zərərçəkmiş şəxs1 barışıq əldə edilməsi üçün Şahid8 çatdırmaq məqsədi ilə aldığı 15.000 manat pulu Təqsirləndirilən şəxs vermiş və Şahid6 pulu gətirəcəyi halda həmin pulu da verəcəyini demişdir. O, Şahid6 ilə danışmış və bu zaman sonuncu pulu gətirəcəyini demişdir. Həmin gün Şahid6 Zərərçəkmiş şəxs3 aldığı 15.000 manat pulu gətirmiş, o, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, təxminən 2023-cü ilin yanvar-fevral aylarında ünvan 2 ünvanında yerləşən ofisində Təqsirləndirilən şəxs yanında Şahid6 15.000 manat pulu ona verib getmiş, o da həmin pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Zaur ona narahat olmamasını və pulu Şahid8 verib barışmasına dair ərizəni əldə edəcəyini demişdir. Təqsirləndirilən şəxs həmin pul vəsaitini yalnız zərərçəkmiş şəxsin barışmasına dair ərizəni əldə etmək almış, sonuncunun həmin pul vəsaitini başqa hansısa vəzifəli şəxsə verib-verməyəcəyi barədə hər hansı məlumatı olmamış və ona bu mövzuda heç nə deməmişdir. Lakin Təqsirləndirilən şəxs deməsinə əsasən barışıq ərizəsi veriləcəyi halda bu işin yekununun təqsirləndirilən şəxslər üçün yaxşı olacağını bilmiş, həm Şahid6, həm də Zərərçəkmiş şəxs1 verdikləri pul vəsaitlərini Təqsirləndirilən şəxs çatdırdığını demişdir. Məhkəmə iclaslarının birində Şahid8 ifadəsində heç kəslə barışmadığını bildirdiyini eşitmiş, bu barədə Təqsirləndirilən şəxs maraqlanmış, sonuncu isə narahat olmamasını və ərizəni əldə edəcəyini demişdir. Cinayət işi üzrə 2023-cü ilin iyun ayında hökm çıxarılmış, köməkçi kimi cəlb edilmiş təqsirləndirilən şəxslərə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və bu cəza qanedici cəza olduğundan hər hansı narazılıq olmamışdır. Daha sonra hökmdən verilmiş apellyasiya protesti üzrə həmin hökm ləğv edilərək təqsirləndirilən şəxslərə 08 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 narazı olub dəfələrlə onun yanına gələrək verdikləri pulu qaytarmasını tələb etmişlər, o isə pulu Təqsirləndirilən şəxs verdiyini demiş, adları qeyd olunan şəxslər isə həmin pulu Zaur Hüseyndan alıb qaytarmağı tələb etmişlər. Həmin pul vəsaiti qaytarmasını dəfələrlə Təqsirləndirilən şəxs demiş, sonuncu isə qaytaracağını desə də qaytarmamışdır. Təqsirləndirilən şəxslər Sahəddin Məmmədov və Tural Abdullayevə görə 15.000 və 15.000 olmaqla, ümumilikdə 30.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermiş, həmin cinayət işi üzrə hakim, dövlət ittihamçısı və ya digər başqa hansısa vəzifəli şəxslə danışmamış, yanlarında olmamış, Təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi pul vəsaitinin alınması barədə həmin şəxslərin məlumatının olubolmamasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə uzaq qohumluq əlaqələri olmuşdur. 2021-ci ilin avqust-sentyabr aylarında Göygöl rayonunun Topalhəsənli kəndinin ərazisində Zərərçəkmiş şəxs1 oğlu X12 iştirakı ilə X16 tərəfindən Şahid8 oğurlanmış, həmin hadisədə Tural Abdullayev, Sərvaz Hüseynov, X24, Vaqif Abdullayev, Rüfət Bayramov və Sahəddin Məmmədov iştirak etmişlər, qeyd olunan hadisə üzrə verilmiş şikayət əsasında Göygöl Rayon Prokurorluğunda araşdırma aparılmış, 3 nəfər təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və qeyd olunan məhkəmənin hakimi Dadaş İmanovun icraatına verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq oğluna köməklik göstərilməsi üçün Şahid1 xahiş etməsini demiş, o, bu barədə sonuncu ilə söhbət etmiş və bu zaman sonuncu həmin işdə Zərərçəkmiş şəxs1 oğlunun müdafiəçisi olduğunu və başqa təqsirləndirilən şəxsin müdafiəçisi ola bilməyəcəyini ona demişdir. O, hansı formada köməklik edə biləcəyininin mümkün olduğunu ondan soruşmuş, o isə bütün hallarda məhkəmənin aşağı cəza təyin etməsi üçün zərərçəkmiş şəxslərin barışmasına dair ərizələrinin təqdim edilməsinin zəruri olduğunu demişdir. Sonradan məhkəmədə hakim Dadaş İmanovun köməkçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edə biləcəyini və buna görə Şahid8 pul istədiyini Şahid1 demiş, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə Şahid8 barışmasına dair ərizənin əldə edilməsi üçün Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 hərə birindən 15.000 manat olmaqla, ümumilikdə 30.000 manat pul istəmişdir. O, bu barədə Zərərçəkmiş şəxs3 demiş, sonuncu isə 2023-cü ilin yanvar ayında 15.000 manat pulu oğlu Şahid3la birlikdə gətirib yaşadığı evdə ona vermişdir. O, Zərərçəkmiş şəxs3 ilə Şahid1 Gəncə şəhərində vəkillik fəaliyyəti göstərdiyi ofisinə getmiş, 2023-cü ilin yanvar ayında həmin ofisində Zərərçəkmiş şəxs3 yanında 15.000 manat pulu Şahid1 vermək istəmiş, lakin sonuncu pulu götürməyib Təqsirləndirilən şəxs Şahid8 barışmasına dair razılıq ərizəni əldə edəcəyi halda pulu gətirib Təqsirləndirilən şəxs, sonuncudan da həmin pulu Şahid8 verməsini demişdir. Zərərçəkmiş şəxs3 ilə aralarında olan razılaşmaya görə pul onun evində qalmış, bir müddət sonra Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs deməsinə əsasən sonuncunun Şahid8 barışmasına dair ərizəni əldə etdiyini demiş və pulun verilməsinin zəruri olduğunu bildirmişdir. O, 2023-cü ilin yanvar-fevral ayında Şahid1 ofisinə getmiş və orada Təqsirləndirilən şəxs yanında pulu Şahid1 vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid8 barışmasına dair ərizəni təqdim etdiyini və pulu Şahid8 verəcəyini söyləmişdir. O, Şahid1 xidməti ofisindən çıxmış, Şahid1 ilə Təqsirləndirilən şəxs isə orada qalmışlar. Bundan sonra məhkəmə iclaslarında Şahid8 barışmasına dair ərizəni verməməsi məlum olmuş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs3 ilə birlikdə Şahid8 yaşadığı evə getmişdir. Xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 Şahid1 ofisində xatırlamadığı məbləğdə pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu da pulu almasına dair ofisdə Zərərçəkmiş şəxs2 əlyazma ilə qəbz yazıb vermişdir. Zərərçəkmiş şəxs1lə Şahid5 Şahid1 pul verməsində iştirak etməmiş, pulu Təqsirləndirilən şəxs almasını hamı bilmiş, sonuncu özü də Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 bu barədə demişdir. Təqsirləndirilən şəxs ondan pul istəməmiş, Şahid1 da pulu hakim və prokurora vermək üçün deyil, pulu Şahid8 ilə barışıq əldə edilməsi üçün sonuncuya vermək məqsədi ilə istəmiş, pul da qeyd olunan səbəbdən Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 25 iyun 2021-ci il tarixdə Sərvaz Hüseynov, Tural Abdullayev, Sahəddin Məmmədov və digərləri tərəfindən iradəsinə zidd olaraq zorla oğurlanması faktına görə onun şikayəti əsasında Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanmış və cinayət işi üzrə Sərvaz Hüseynov əsas icraçı kimi, Tural Abdullayev, Sahəddin Məmmədov, Vaqif Abdullayev, Elşən Quliyev və Rüfət Bayramov isə köməkçi qismində cinayət məsuliyyətinə cəlb edilmişlər. Elşən Quliyev onun bacısı Məhbubənin əri, Vaqif Abdullayev isə dayısının oğludur. İbtidai istintaq zamanı yalnız Elşən Quliyevdən şikayətinin olmamasına dair prokurorluqda aparılan istintaq zamanı bildirmiş və bu barədə notariat qaydasında təsdiq olunmuş ərizəni ibtidai istintaqa təqdim etmişdir. 2022-ci ilin əvvəllərində həmin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və qeyd olunan məhkəmənin hakimi Dadaş İmanovun icraatına verilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin yaxınları tərəfindən barışmasına dair xahişlər və təzyiqlər olsa o, bundan imtina edərək barışmamış, həmin şəxslərə yuxarı həddə cəza təyin olunmasını tələb etmiş və yalnız Elşən Quliyevin barəsində şikayətinin olmamasını məhkəmə istintaqı zamanı da bildirmişdir. Məhkəmə istintaqı zamanı da digər təqsirləndirilən şəxslərin qohumları, həmçinin hakim Dadaş İmanovun məhkəmə iclas katibi Təqsirləndirilən şəxs da dəfələrlə onun evində olub digər təqsirləndirilən şəxslərlə barışmasına dair razılıq ərizəsini verməsini xahiş etmiş, hətta bir dəfə Təqsirləndirilən şəxs Şahid9 ilə birlikdə onun yaşadığı evə gəlmiş, habelə Şahid9 ondan barışmasına dair razılıq ərizəsini almaq məqsədilə başqa qadınla bir neçə dəfə onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs ona istədiyi köməkliyi edə biləcəyini, nə təklifi varsa deməsini xahiş etsə də o, qəti olaraq heç nə istəmədiyini Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin mövzuda heç nə deməmiş, daha sonra qohumu Elşən Quliyevə köməklik göstərməsini istədiyini, sonuncunun tutulmasını istəmədiyini, bunun üçün digər təqsirləndirilən şəxslərlə də barışmağının vacib olduğunu demiş, yəni Təqsirləndirilən şəxs onun Elşən Quliyevlə olan qohumluğundan istifadə etməyə başlamış, lakin yenə də digər şəxslərlə barışmaqdan imtina etmişdir. Yuxarıda qeyd etdiyi və həmçinin tanımadığı digər şəxslər bunun üçün müxtəlif təkliflər etmişlər, hətta barışmasına dair ərizə təqdim etməyəcəyi halda qohumu Elşən Quliyevə də ağır cəza verdirəcəklərini deyərək təzyiq etmişlər və ona istədiyi təklifi etməsini və bunu həll edəcəklərini demişlər. Bununla bağlı Sərvaz Hüseynovun qardaşı Zərərçəkmiş şəxs2 da dəfələrlə onun yaşadığı evə gəlmiş, ona ev almağı, Sərvaz Hüseynovla ailə qurmasını təklif etsə də o, bundan imtina etmişdir. Bundan başqa digər şəxslər də onun yaşadığı evə gəlsə də həmin şəxslərin kim olduğunu bilməmiş və hamısına imtina cavabı vermişdir. Məhkəmə iclaslarında olan zaman həmişə şikayətinin olduğunu və yalnız Elşən Quliyevi bağışladığını demişdir. Yekun məhkəmə qərarı çıxanadək heç kimdən bu məsələ ilə bağlı hər hansı təklifi qəbul etməmiş və fikri barışmamaq olmuşdur. Yekun məhkəmə qərarı 06 iyun 2023-cü il tarixdə çıxarılmış, lakin həmin məhkəmə iclasına dəvət edilməmiş, bu barədə mobil telefonuna nə bildiriş gəlməmiş, nə də telefonla ona zəng edilib deyilməmişdir. Başqa şəxslərin deməsinə əsasən yekun hökmün onun iştirakı olmadan çıxarılması və təqsirləndirilən şəxslərə CM-in 62-ci maddəsi tətbiq edilərək cəzanın təyin edilməsi ona məlum olmuşdur. Onun barışığı yalnız Elşən Quliyevlə bağlı olsa da digər köməkçi qismində cəlb edilmiş şəxslərə də Elşən Quliyevlə birlikdə eyni cəza olmaqla, 02 il müddətə azadlıqda məhrum etmə cəzası təyin olunmuşdur. Bundan narazı qalmış və həmin hökmdən Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Həmin hökm ləğv edilərək köməkçi qismində təqsirləndirilən şəxslərə, həmçinin barışdığı yeznəsinə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, həmin məhkəmədə də Elşən Quliyevdən şikayətinin olmadığını bildirmiş, lakin qeyd olunan qərardan da narazı qalmışdır. Vəkillik fəaliyyəti göstərən Şahid1 təqsirləndirilən şəxs Tural Abdullayevin vəkili olmuş, Şahid1 yalnız məhkəmədə görmüş, sonuncu bir neçə dəfə məhkəmənin həyətində ona yaxınlaşıb barışmasına dair ərizəni təqdim etməsini xahiş etmiş, lakin o imtina etmişdir. Onun barışmasına dair ərizəni təqdim etməsi ilə əlaqədar hər hansı şəxsin kiməsə pul vəsaiti verib-verməməsi barədə hər hansı məlumatı olmamış, bununla bağlı heç kəsdən hər hansı məbləğdə pul istəməmiş, almamış və təqsirləndirilən şəxslərin layiqli cəzalarını almalarını istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin qış aylarında bacısının oğlu Murad və dostu İsmayıl adlı şəxslər ona yaxınlaşıb Göygöl rayon sakini olan Şahid8 ailə qurmaq məqsədilə oğurlandığını, lakin sonuncunun şikayətinin olması ilə əlaqədar bir neçə nəfərin məhkəmə məsuliyyətinə verildiyini və barışmasına dair ərizə təqdim olunmayacağı halda tutulacaqlarını demişlər və dostları Təqsirləndirilən şəxs xahişinə əsasən ağbirçək bir qadın kimi onlarla birlikdə gedib Şahid8 razı salmasını, sonuncunu evlənmək məqsədilə qaçıran şəxsin evlənmək istədiyini və Şahid8 ev də alacağını söyləmişlər. Onların təkidi ilə yalnız onlarla birlikdə gedib Şahid8 ilə bir dəfə danışacağını demiş və İsmayıl adlı şəxslə birlikdə Şahid8 Göygöl rayonunda yerləşən evinə getmişlər. İsmayıl adlı şəxs onu çöldə gözləmiş, o, Şahid8 ilə söhbət edərək Sərvaz Hüseynovla evlənəcəyi halda sonuncunun ev alacağını da demiş, Şahid8 isə evlənmək istəmədiyini və sonadək şikayətinin olacağını bildirmişdir. O da bu barədə İsmayıl adlı şəxsə demiş, sonuncu onu Təqsirləndirilən şəxsla görüşdürdükdə bu barədə sonuncuya da bildirmişdir. Təqsirləndirilən şəxs onu Şahid8 ilə görüşdürməsini xahiş etdiyindən dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs və İsmayıl adlı şəxslə birlikdə Şahid8 yaşadığı evə getmiş, o və Təqsirləndirilən şəxs Şahid8 ilə görüşüb danışmışlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs Sərvaz Hüseynovun evlənmək istədiyini Şahid8 demiş, habelə 30.000 manat məbləğində pulun veriləcəyini demişdir. Bu vaxt Şahid8 gülə-gülə 60.000, daha sonra düşünüb 70.000 manat pul istədiyini söyləmiş, Təqsirləndirilən şəxs isə həmin pulu verə bilməyəcəklərini demişdir. Sonra Təqsirləndirilən şəxsla Şahid8 bir-biri ilə orada mübahisə etməyə başlamışlar, Şahid8 həmin məbləğlə bağlı dediklərinin reallığı əks etdirmədiyini, barışmaq istəmədiyini və təqsirləndirilən şəxsləri tutduracağını demişdir. O, Şahid8 barışmaq fikrinin olmadığını başa düşmüş və bu barədə Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Şahid8 yanına getməmiş və bu məsələ ilə bağlı hər hansı əlaqəsi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində X26 və digərlərinin təqsirləndirilməsinə dair məhkəmənin hakimi Dadaş İmanovun sədrlik etdiyi tərkibdə cinayət işinə baxılarkən təqsirləndirilən şəxs Sərvaz Hüseynovun qardaşı Zərərçəkmiş şəxs2 onunla müqavilə bağlamış və müqavilə əsasında vəkil kimi məhkəmə prosesində iştirak etmişdir. Hökm çıxarılmamışdan təxminən bir neçə ay əvvəl Zərərçəkmiş şəxs2 ona hakim Dadaş İmanovun köməkçisi Təqsirləndirilən şəxsla danışıb pul verdiklərini və Sərvaz Hüseynova köməklik göstəriləcəyini deyib ondan bununla bağlı hakimlə danışmasını xahiş etmişlər, lakin Təqsirləndirilən şəxs hansı məbləğdə pul verməsi barədə hər-hansı söz deməmişdir. Hökm çıxarılmamışdan təxminən bir ay, bir aydan bir az artıq müddət əvvəl məhkəmədə olan zaman hakim Dadaş İmanov onu görüb yanına çağırmış və Sərvaz Hüseynovun qohumlarının Təqsirləndirilən şəxs pul verməsi barədə məlumat əldə etdiyini demiş, o isə bu barədə eşitdiyini demişdir. Həmin vaxt Dadaş İmanov onun yanında Təqsirləndirilən şəxs çağırıb sonuncudan Sərvaz Hüseynovun qohumlarından pul alıb-almadığını soruşmuş, Təqsirləndirilən şəxs isə Sərvaz Hüseynovun qohumlarından pul almadığını demişdir. Bu məsələyə qarışmamaq üçün Dadaş İmanovla aralarında olan söz-söhbət barədə Zərərçəkmiş şəxs2 heç nə deməmiş, Dadaş İmanov ona 50.000 manatdan məlumatının olması, 30.000 manatdan məlumatının olmaması barədə heç nə deməmiş, əksinə Dadaş İmanov hər hansı məbləğdə pulla bağlı məlumatının olmadığını demişdir. Növbəti proses günü Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Dadaş İmanova həmin məlumatları verməsinə görə irad bildirmiş, heç kimə heç nə deməməsini və sonda ona da pul verəcəyini demiş, o isə pul lazım olmadığını və bu məsələyə qoşulmadığını demişdir. 2023-cü ilin iyun ayında isə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Sərvaz Hüseynov və digərlərinin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə hökm çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 16 may 2023-cü il tarixli ərizədən görünür ki, o, oğlu Sərvaz Hüseynovun azad olunması məqsədilə Təqsirləndirilən şəxs ondan 50000 manat məbləğində pul alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş X17 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 16 may 2023-cü il tarixli ərizədən görünür ki, o, qardaşının oğlu Sərvaz Hüseynovun azad olunması məqsədilə Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 50000 manat məbləğində pul alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş X17 tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 16 may 2023-cü il tarixli ərizədən görünür ki, o, qardaşının oğlu Sərvaz Hüseynovun azad olunması məqsədilə Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 50000 manat məbləğində pul alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş disklərə baxış keçirilməsi haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, disklərdə 03 ədəd səs yazısının olması müəyyən edildi. Həmin səs yazılardan biri 4 dəqiqə 18 saniyə, digəri 8 dəqiqə 42 saniyə, üçüncü səs yazısı isə 32 dəqiqə 12 saniyədən ibarətdir. Səs yazıları Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə danışığını əks etdirir. Səs yazısında Təqsirləndirilən şəxs məsələnin həll olunacağını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1 (100)-36/2023 nömrəli hökmünün surətindən görünür ki, X16 CM-in 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 04 il 06 ay müddətə, X21 və X11 CM-in 144.2.3-cü maddəsi ilə, X22, X14 və X24 isə CM-in 32.5,144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli 1 (104)-487/2023 nömrəli qərarından görünür ki, X4 CM-in 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci, X21 və X2 CM-in 144.2.3-cü maddəsi, X22, X14 və X15 CM-in 32.5,144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023cü il tarixli 1 (100)-36/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilərək hökmdən təqsirləndirilən şəxslərin hər biri barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə X16 10 il müddətə, digər təqsirləndirilən şəxslər X21, X11, X22, X14 və X15 hər birinə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 14 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, o, oğlu Tural Abdullayevin azad olunması məqsədilə Təqsirləndirilən şəxs ondan 15000 manat məbləğində pul alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi əlyazmalara baxış keçirilməsi haqqında 14 dekabr 2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 03 ədəd əlyazma olan kağız təqdim etmişdir. Birinci kağızdakı əlyazmada “Mən Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə barışıq əldə etmək üçün Zərərçəkmiş şəxs2 19.000 manat pul aldım. Əgər barışıq əldə olunmasa həmin 19.000 manat pulu ona qaytaracam. Bunu imzamla təsdiq edirəm.”, ikinci kağızdakı əlyazmada “X39 Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qardaşının cinayət işi üzrə 19.800 və 18.000 manat cəmi 37.800 manat pulu götürdüm”., üçüncü kağızdakı əlyazmada isə “X39 Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs bildirirəm ki. X4 2024-cü ilin yanvar ayında buraxdırmağım müqabilində Zərərçəkmiş şəxs2 (Sərvazın qardaşı) 50.000 manat (əli min manat) götürmüşəm. Əgər deyilən vaxtda buraxdırmasam götürdüyüm 50.000 manatın 20.000 manatını qaytarmaq öhdəliyini üzərimə götürürəm”. sözləri qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsi üzrə verilmiş 01 avqust 2019-cu il tarixli 78 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsi üzrə verilmiş 04 may 2023-cü il tarixli 15 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə sonuncunun ərizəsi əsasında həmin tarixdə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd diskə həmin tarixdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 952-00-06 telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsinin arasında 05 yanvar 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək olan müddətdə 141 dəfə, Zərərçəkmiş şəxs3 istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsi ilə 05 yanvar 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək olan müddətdə 379 dəfə, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsi ilə 19 yanvar 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək olan müddətdə 14 dəfə, Şahid1 istifadəsində olmuş 050 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələri ilə 09 yanvar 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək olan müddətdə 44 dəfə telefon danışığı olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinin arasında 09 yanvar 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək olan müddətdə “Xala zəng edəcəm işləri təyinat edirik”, “Müəllimləyəm ayrılım yığacam”, “Zengini gozluyurem mene zeng eiiyersen”, “Gözlədəəəəəə xalaaaaa”, “Goziuyurem”, ‘Xala 3 gün prosesə gələrsən”, “Ayın 8 də”, “Gözlə dəəəəəəəə”, “Başqa yerdəyəm zəng edəcəm”, “Gözlə dəəə zəng edəcəm”, “Yığcam səni”, “Xala nişandayam imkan ver çıxım yığacam”, “İşdən çıxanda yığacam”, “Adam var yanımda”, “Xala səbr elədə birdə mənə konum at vatçapdan”, “gözlə zəng edəcəm adam var yanımda”, “Gözlə”, “Gözlə”, “Gözlə”, “Gözlə də zəng edəcəm ay xala alınır”, “Bakıdayam”, “Xala gözlə səbr et zəng edəcəm”, “Zaryatkam azdı”, “İşdən çıxanda zəng edəcəm”, “Xəbər edəcəm”, “Gözlədəəə xalaaaa deyəcəm”, “Dadas m yanındadı zəng eləmə bunu yola salıb gələcəm gedək isagilə”, “Axşamın xeyir ay zaur gözüm telifonda qalıb mənə xəbər ver”, “Salam xala bunların zatına nəhlət sabah Dadaşdan icazə aldım sabah götürəcəm saat 1 də arxayın yat”, “Gözlə yığacam”, “Zaur isə gilə gəldimi”, “Yığcam səbr elə çıxım yığacam”, “Saat. 5.kim.kagiz.getirdin.noldu”, “Ay zaur sabah saat 9 məkəmə yanında allah ya sana verecek ya məne, Bəsdi məni aladiğı”, “Xala dedim gələcəm dana bəsdi dana”, “Gözlə də girirəm”, “Gözlə dana zaldayam”, “Bir nəfəs al da xalaaaaaa bir nəfəs alll”, “Zəng edəcəm dəəəəəə”, “İndidə sən başladın ay xala”, “Dadaş m yanımda gözlə” və “Gözlə yığacam” məzmunda mesajların olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd diskə həmin tarixdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 588-99-49 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinin arasında 02 iyun 2023-cü il tarixdə bir dəfə 103 saniyə, 03 iyun 2023-cü il tarixdə 120 saniyə olmaqla iki dəfə danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsi, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsi və Şahid1 istifadəsində olmuş 050 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələrinin arasında hər-hansı danışıq olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq və məhkəmə-fonoskopik ekspertizasının 30 yanvar 2024-cü il tarixli 3-16-16/2-4/69-4/71 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş kağız parçası üzərindəki “Mən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barışıq əldə etmək üçün Zərərçəkmiş şəxs2 19.000 manat pul aldım. Əgər barışıq əldə olunmasa həmin 19.000 manat pulu ona qaytaracam. Bunu imzamla təsdiq edirəm İmza: Təqsirləndirilən şəxs” yazıları, həmin mətnin sonundakı imza, kağız parçası üzərindəki “X39 Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qardaşının cinayət işi üzrə 19.800 və 18.000 manat cəmi 37.800 manat pul götürdüm Təqsirləndirilən şəxs” yazıları və “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imza, dama-dama dəftər vərəqi üzərində “X39 Cinayətlər Məhkəməsinin katibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs bildirirəm ki, X4 2024-cü ilin yanvar ayında buraxdırmağım müqabilində Zərərçəkmiş şəxs2 (Sərvazın qardaşı) 50.000 manat (əli min manat) götürürəm. Əgər deyilən vaxtda buraxdırmasam götürdüyüm 50.000 manatın 20.000 manatını qaytarmaq öhdəliyini üzərimə götürürəm İmza: Təqsirləndirilən şəxs xx.xx.2023” yazıları və “İmza:” sözü qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramların məzmunu tədqiqi hissədə verilmiş yazılı məntnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramın tədqiqi hissədə verilmiş yazılı mətnlərindəki K1 kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs2, K2 ilə işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.1, 32.5,311.3.1 və 32.5,311.3.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2024-cü il tarixli 1 (102)-1173/2024 nömrəli qərarından görünür ki, X4 CM-in 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci, X21 və X2 CM-in 144.2.3-cü maddəsi, X22, X14 və X15 CM-in 32.5,144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli 1 (104)-487/2023 nömrəli qərarı X24 və X18 münasibətdə cəzaya aid hissədə dəyişdirilərək X20 təqsirli bilindiyi CM-in 32.5,144.2.3-cü maddəsi ilə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 05 il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, X13 təqsirli bilindiyi CM-in 32.5,144.2.3-cü maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın müddəti 08 ildən 05 ilə endirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2025-ci il tarixli 1 (102)-693/2025 nömrəli qərarından görünür ki, X4 CM-in 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci, X21 və X2 CM-in 144.2.3-cü maddəsi, X22, X14 və X15 CM-in 32.5,144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli 1 (104)-487/2023 nömrəli qərarı X21 və X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2025-ci il tarixli 1 (102)-1462/2025 nömrəli qərarından görünür ki, X4 CM-in 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci, X21 və X2 CM-in 144.2.3-cü maddəsi, X22, X14 və X15 CM-in 32.5,144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli 1 (104)-487/2023 nömrəli qərarı X9 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndinə göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bu Qərarın 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Bu Qərarın 3-cü bəndinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bu Qərarın 4-cü bəndinə əsasən, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bu Qərarın 23-cü bəndinə əsasən, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Bu Qərarın 30-cu bəndinə əsasən, dələduzluqla ələ keçirilmiş əmlak əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə olduqda külli miqdarda ziyan vurmaqla (CM-in 178.3.2-ci maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 37800 manat pulu Gəncə Ağır Cinayətlər Məhkəməsində qardaşının barəsində araşdırılan cinayət işində köməklik etmək məqsədi ilə aldığını, Gəncə Ağır Cinayət Məhkəməsində baxılan cinayət işi ilə bağlı sonuncunun qardaşına və digər şəxslərə CM-in 62-ci maddəsinin tətbiq olunacağı və təqsirləndirilən şəxslərə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunacağı ilə bağlı məlumat əldə etdiyini, bundan sonra isə təqsirləndirilən şəxslərin yaxınlarından pul almaq qərarına gəldiyini, həmin şəxslərin əllərində onun səs yazıları olduğu üçün və pul faktiki olaraq ona verilməsə də Şahid1 müdafiə etmək üçün qəbzlərə imza etmək məcburiyyətində qaldığını, işi həll edəcəyindən arxayın olduğu üçün qəbzə 50 000 manat yazdığını, həmçinin onu əmin edərək sənədlərə imza etməsini və narahat olmamasını dediklərini, zərərçəkmiş şəxslərə verdiyi vədlərin hamısını yerinə yetirdiyini, hər hansı cinayət əməlini törətmədiyini, törətmiş olduğu halda CM-in 32,311-ci maddəsinə əsasən törətdiyini və onunla əlbir olmuş şəxslərin də məsuliyyətinə cəlb olunmalı olduğunu düşündüyünü, Bakı İstintaq Təcridxanasında olan zaman Dadaş İmanov və Müşfiq Rəhimovun onunla danışdıqlarını, 2025-ci ilin fevral ayında barəsində 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunacağını və azadlığa buraxılacağını dediklərini, zərərçəkmiş şəxsdən pul alsa da həmin pulun qarşılığında vəd etdiyini yerinə yetirdiyini, Gəncə Apellyasiya Məhkəməsində hər hansı tanıdığı şəxs olmadığı üçün işin Gəncə Apellyasiya Məhkəməsində həll olunacağına söz vermədiyini, zərərçəkmiş şəxslərdən 20000 manat pul istədiyini, lakin həmin şəxslərin qeyd olunan məbləğdə pulu ona vermədiklərini, 37800 manat puldan hər hansı şəxsə vermədiyini, zərərçəkmiş şəxsə yaxının 04 il 06 ay müddətdən sonra azadlığa çıxacağını vəd etdiyini, məhkəmənin də həmin şəxsə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etdiyini, Şahid1 pulu lazımı şəxsə çatdırmadığı halda hakimlərin təqsirləndirilən şəxsə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməyəcəyini düşündüyünü, təqsirləndirilən şəxslərin yaxınlarına təqsirləndirilən şəxslərə aşağı həddə cəza veriləcəyini demədiyini və təqsirləndirilən şəxslərin yaxınlarına vəd olunduğu halda adlarını qeyd etdiyi şəxslər tərəfindən vəd olunduğunu düşündüyünü, Zərərçəkmiş şəxs3 ifadəsində Gəncə Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərə ağır cəza verməsindən sonra Şahid1 pulu ona verdiyini dediyini, lakin həmin hadisədən əvvəl həmin sözü bildirmədiyini, Şahid1 kimə nə qədər pul verməsini bilmədiyini, lakin ona hər hansı məbləğdə pul vermədiyini, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı Müşfiq Rəhimovun adını qeyd etməsini ondan xahiş etdiyini, lakin bundan imtina etdiyi üçün Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə verdiyini, digər şəxslərin isə onun əleyhinə ifadə vermədiklərini, Gəncə şəhərində prokurorluq əməkdaşlarının sillə və təpik zərbələri vuraraq onu döydüklərini, hakimin və dövlət ittihamçısının icazəsi olmadığı halda zərərçəkmiş şəxslərdən hər hansı məbləğdə pul almasının mümkün olmadığını və Zərərçəkmiş şəxs2 qardaşını amnistiya aktına əsasən cəzadan azad etməyi düşündüyünü, səs yazısında Dadaş İmanov və Müşfiq Rəhimovun adlarını qeyd etdiyini, aldığı pulun hansı hissəsini Dadaş İmanova verdiyini də səs yazısında bildirdiyini, aldığı pulun 30 faizinin Müşfiq Rəhimova verildiyini, sonuncunun da həmin pulun 27 faizini Baş Prokurorluğa göndərdiyini, aldığı pulun 3 faizinin onda qaldığını, qeyd etdiyi halların hamısının səs yazısında qeydə alındığını, pulu işlə bağlı götürdüyünü bilmədiyini, X1 37000 manat borcunun olduğunu, 35000 manat sələmçidən borc götürüb adları qeyd olunan şəxslərə verdiyini, X30 Müşfiq Rəhimovun təqsirləndirilən şəxslərin yaxınlarından pul götürməsini ona dediklərini, təqsirləndirilən şəxslərdən pulu X1 olan 37000 borcunun qarşılığında götürdüyünü, 35000 manat pulu götürüb Bərdə rayonundan olan cinayət işinə xitam verdiyini, zərərçəkmiş şəxsin evinə pul məsələsinə görə 3-4 dəfə getdiyini, Müşfiq Rəhimovun hansı səbəbə görə apellyasiya protesti verdiyini bilmədiyini və ondan fərqli ifadə verməsini istədikləri üçün o formada ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai araşdırma aparılan zaman qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu yalnız daimi yaşayış yerinin olmasını, həbs qətimkan tədbirinin seçilməsi üçün cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş kifayət qədər əsasların olmadığını və vəsatətin rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət, iş yeri üzrə isə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də qeyd olunmalıdır ki, CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından cəza çəkdiyi müddətdə bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmış 03 ədəd qəbz, Təqsirləndirilən şəxs səs yazılarının köçürüldüyü 03 ədəd, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd olmaqla, ümumilikdə 05 ədəd disk həmin tarixdə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. CPM-in 132.1-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmış 03 ədəd qəbz, Təqsirləndirilən şəxs səs yazılarının köçürüldüyü 03 ədəd, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd olmaqla, ümumilikdə 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 200 (iki yüz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğıundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ümumilikdə 80000 manat məbləğində maddi ziyan vurulmuş, Zərərçəkmiş şəxs2 vurulmuş 50000 manat, Zərərçəkmiş şəxs1 vurulmuş 15000 manat və Zərərçəkmiş şəxs3 vurulmuş 15000 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə ödənilməmiş məbləğ 80000 manatdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər mülki iddia verməsələr də Təqsirləndirilən şəxs təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxslərə dəyən maddi ziyan zərərçəkmiş şəxslərin xeyrinə təqsirləndirilən şəxsdən tutulmalıdır. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 07 nömrəli Qərarının 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 vurulmuş 50000 manat, Zərərçəkmiş şəxs1 vurulmuş 15000 manat və Zərərçəkmiş şəxs3 vurulmuş 15000 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə vurulmuş və ödənilməmiş məbləğ 80000 manat maddi ziyan təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxslərə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmış 03 ədəd qəbz, Təqsirləndirilən şəxs səs yazılarının köçürüldüyü 03 ədəd, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd olmaqla, ümumilikdə 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 50000 (əlli min) manat, Zərərçəkmiş şəxs1 vurulmuş 15000 (on beş min) manat və Zərərçəkmiş şəxs3 vurulmuş 15000 (on beş min) manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxslərə vurulmuş və ödənilməmiş 80000 (səksən min) manat maddi ziyan Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxslərə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar