Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-34/2022 14.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Müdafiəçi – Şəki Ragional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Balakən rayonunun Katex kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, barəsində həbs qətimkan tədbiri seçilənədək Balakən rayon «Gilan» beton zavodundə fəhlə işləmiş, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizi yolla talamaq məqsədi ilə 11 aprel 2016-cı il tarixdə axşam saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Balakən rayonu Katex kəndində yerləşən saxlanc yeri olan fərdi yaşayış evinə yataq otağının plastik pəncərəsinin şüşəsini əli ilə itələyib yerindən çıxardaraq əlini içəri uzadıb həmin pəncərəni açıb qanunsuz daxil olaraq evin yataq otağındakı qadın çantasından 6 qram çəkidə, üzərində qara rəngli qaşı olan, 585 əyarlı, 300 manat dəyərində bir ədəd kişi qızıl üzüyünü, 3 qram çəkidə, üzərində ağ rəngli qaşı olan, 585 əyarlı, 150 manat dəyərində bir ədəd kişi qızıl üzüyünü, 5 qram çəkidə, üzərində 5 ədəd brilliant qaşı olan, 585 əyarlı 250 manat dəyərində bir ədəd qadın qızıl üzüyünü, 2 qram çəkidə, “X” şəkilli, 585 əyarlı,bir ədəd 100 manat dəyərində qadın qızıl üzüyünü, 2 qram çəkidə, 585 əyarlı, hörgü formasında 100 manat dəyərində bir ədəd qızıl boyunbağını, 16 qram çəkidə, 585 əyarlı, 800 manat dəyərində bir ədəd hörgü formasında qadın qızıl boyunbağısını və həmin otaqdakı digər qadın çantasından 55 manat pulu gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1755 (min yeddi yüz əlli beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizi yolla talamaq məqsədi ilə 14 may 2016-cı il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Balakən rayonu Katex kəndində yerləşən saxlanc yeri olan fərdi yaşayış evinə əlində olan mismarçıxardanla evin pəncərəsinin üzərindən dəmir barmaqlıqları aralayıb və əli ilə pəncərəni itələyib qanunsuz daxil olaraq evin otaqlarının birindəki samovarın içərisindən Zərərçəkmiş şəxs2 məxsus 965 manat pulu və evin qapısı asma qıfılla bağlı olan digər otağının üzərindəki qıfılı əlində olan mismarçıxardanla qırıb otağa daxil olaraq həmin otaqdakı şkafların siyirməsindən Zərərçəkmiş şəxs3 məxsus olan 20 qram çəkidə, 585 əyarlı, 1000 manat dəyərində bir ədəd qadın qızıl boyunbağısını, həmin boyunbağının dəstindən olan bir ədəd 10 qram çəkidə, 585 əyarlı, 500 manat dəyərində bir ədəd qızıl qadın qolbağını, həmin boyunbağının üzərində olan təxminən 3-4 qram çəkidə, 585 əyarlı, 175 manat dəyərində bir ədəd qızıl kulonu, 3-4 qram çəkidə olan, 585 əyarlı, 175 manat dəyərində bir ədəd qızıl qadın nişan üzüyünü, 1 cüt şəffaf rəngli qası olan, 2-3 qram çəkidə olan, 585 əyarlı, 125 manat dəyərində qızıl qadın sırğasını, həmin sırğalarla dəst olan bir ədəd, 585 əyarlı, 2-3 qram çəkidə, 125 manat dəyərində qadın qızıl üzüyünü gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs2 965 (doqquz yüz altmış beş) manat məbləğində, Zərərçəkmiş şəxs3 isə ümumilikdə 2100 (iki min bir yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizi yolla talamaq məqsədi ilə 25 may 2016-cı il tarixdə axşam təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs4 Balakən rayonu Katex kəndində yerləşən saxlanc yeri olan fərdi yaşayış evinə həyətdən götürdüyü dırmıqla pəncərini aralayıb açmaq yolu ilə qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs4 məxsus olan 342 (üç yüz qırx iki) Azərbaycan manatı dəyərindəki 15000 (on beş min) rus rublunu gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs4 cəmi 342 (üç yüz qırx iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən Balakən rayonu Katex kənd sakini X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, təkrarən, tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 07 dekabr 2020-ci il tarixdə saat 20 radələrində tanınmamaları üçün baş nahiyələrinə qara rəngli papaq və üzlərinə qara rəngli tibbi maska keçirərək Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs5 Ramazan qızının Katex kəndində yerləşən tək yaşadığı saxlanc yeri olan fərdi yaşayış evinin həyətinə daxil olaraq basqına məruz qalacaq Zərərçəkmiş şəxs5 kənardan müşahidəyə götürməklə onun evdə tək olduğunu görüb evin girişində olan dəmir torla əhatələnmiş talvarın açarla içəridən bağlı olan qapısının qıfıl yerinin kənarındakı dəmir torunu özləri ilə gətirdikləri Samir Abulhəmidova məxsus olan cib bıçağı ilə kəsərək içəri tərəfdən qapının üzərində olan açarla qapını açmaq yolu ilə içəri daxil olmuş, həmin vaxtı evin giriş qapısını araladıqdan sonra qapıdan boylanmış Zərərçəkmiş şəxs5 ağız nahiyəsini əli ilə tutaraq evə daxil olduqda girişdə birinci otaq olan mətbəx otağındakı sobanın qarşısında onu yerə yıxdıqdan sonra Samir Abdulhəmidovun evdən tapdığı Rəbiyyət Zodovaya məxsus baş yaylığı ilə onun əllərini bağlayıb sonuncuya üst dodağın orta səthində bir ədəd qansızma, sağ saidin aşağı 1\3-nin arxa səthində bir ədəd qançırla müşayiət olunan,dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, özləri ilə gətirdikləri, silah qismində istifadə etdikləri cib bıçağını onun sinəsinə dirəyərək qışqıracağı təqdirdə öldürməklə hədələyib müqavimətini qırmaqla Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib evdəki pulların və qızıl-zinət əşyalarının yerini bildirməsini ondan tələb etmiş, Zərərçəkmiş şəxs5 özünə məxsus olan pulların həmin otaqdakı stulun üzərindəki qadın çantasında, qızıl -zinət əşyalarının isə yan tərəfdə olan yataq otağındakı şkafda olduğunu bildirdikdə X9 Zodorovaya məxsus olan əl çantasındakı 170 manat məbləğində nağd pulu götürdükdən sonra o, əlindəki cib bıçağını Zərərçəkmiş şəxs5 qarşı zorakılığı davam etdirməsi üçün Samir Abdulhəmidova verərək yataq otağına keçib həmin otaqdakı paltar şkafında olan plastmas qaba qoyulmuş 35 qram çəkidə, 585 əyarlı, hörgü formasında olan 2450 manat dəyərində bir ədəd qızıl qadın boyunbağısını, həmin boyunbağının üzərindən asılmış üzərində məscid şəkli olan bir ədəd 4 qram çəkidə, 585 əyarlı, 280 manat dəyərində qızıl klonu, bir ədəd 7 qram çəkidə, 585 əyarlı, halqa formasında 490 manat dəyərində qadın qızıl üzüyünü, həmin otaqda olan Zərərçəkmiş şəxs5 məxsus 200 manat dəyərində, istifadə olunmuş “Huavei Y 5” markalı mobil telefonu götürərək cibinə qoymuş, geri Zərərçəkmiş şəxs5 olduğu otağa keçərək Samir Abdulhəmidov həyətə çıxdıqdan sonra Zərərçəkmiş şəxs5 barmağındakı qızıl üzüyunü çıxardıb verməyi tələb etmiş, onun tələbi əsasında Zərərçəkmiş şəxs5 verdiyi 5,18 qram kütləli, 583/585 əyarlı, üzərində 1 ədəd qırmızı rəngli daşı olan, 390 manat dəyərində bir ədəd qızıl üzüyü ələ keçirib özünü Yevlax rayon sakini Şahbaz adlı şəxs kimi təqdim edərək baş vermiş hadisə barədə polisə və ya hər hansı başqa bir şəxsə xəbər verəcəyi təqdirdə evini yandırmaqla və oğlanlarının başını kəsməklə Zərərçəkmiş şəxs5 hədələyərək Samir Abdulhəmidovla birlikdə hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 3980 (üç min doqquz yüz səksən) manat ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, və 181.2.5-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və göstərmişdir ki, əmkəndlisi X3 ilə dost olmuş, həyat yoldaşı hamilə olduğundan onun doğum xərcləri üçün cəmi 1000 manat pul lazım olmuşdur. Bu səbəbdən də kəndin “Katex Kombinat” adlanan tərəfində tək yaşayan Rəbiyyət adlı qadının evinə daxil olaraq ona hədə-qorxu gələrək pullarını və qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gəlmişdir. İşdən çıxdıqdan sonra bir neçə dəfə Samirin işlədiyi yerə gedərək ona maddi vəziyyətinin çətin olduğunu, yoldaşının doğum xərclərinə 1000 manat pul lazım olduğunu demişdir. Samir ona özündə min manat pulunun olmadığını deyərək bacardığı qədər kömək edəcəyini də demişdir. Samirdən başqa heç kimə etibar etmədiyinə görə Rəbiyyət adlı qadına qarşı quldurluq etmək planını Samirə danışmışdır. Samir əvvəl çox tərəddüd etsə də, sonradan israr etdiyinə görə onun təklifi ilə razılaşmışdır. Təxminən 2020-ci ilin dekabr ayının 5-də Samirlə birlikdə “Kombinat yolu” adlanan yerdə yerləşən Zahid adlı şəxsin kafesində oturub çay içərək Rəbiyyət adlı qadının evindən pul və qızıl-zinət əşyalarını əldə etməyin yollarını müzakirə edərək bunu planlaşdırmışlar. Rəbiyyət adlı qadının oğlanlarının Rusiyada və Bakı şəhərində yaşadığını barədə məlumatı olmuşdur. Rəbiyyətin evində təxminən bir-iki min manatlıq qızıl-zinət əşyalarının, heç olmasa min manat pul olacağını fikirləşmişdir. Həmin yerdə Samirdən bıçağının olub-olmadığını soruşduqda Samir ona “Meyvəli” bazarında işlədiyi zaman bir ədəd cib bıçağını aldığını bildirmişdir. 06 dekabr 2020-ci il tarixdə Rəbiyyət adlı qadının yaşadığı həmin evi müşahidə etmək üçün və evə girməyin yollarını planlaşdırmaq üçün gecə vaxtı saat 10-11 radələrində həmin evə getmişdir. Rəbiyyət adlı qadının evinə yaxınlaşdığı zaman bir nəfər hündürboylu, arıq kişi ondan həmin yerdə nə etdiyini soruşmuşdur. Həmin şəxsə danalarını itirdiyini və onları axtardığını bildirmişdir. Ona özünə məxsus olan 055 *** ** ** nömrəsini verərək ondan danaları görsə həmin nömrəyə zəng etməsini xahiş etmişdir. Həmin şəxsdən aralandıqdan sonra Rəbiyyət adlı qadının evinə yaxınlaşaraq hasardan tullanıb həyətə daxil olmuşdur. Evi və həyətyanı torpaq sahəsini müşahidə edərək və evin ətrafını gəzərək evə daxil olmağın yollarını və hadisəni törətdikdən sonra qaçmağın yollarını planlaşdırmışdır. Təxminən 10-15 dəqiqə orada qaldıqdan sonra gəldiyi kimi hasardan geri tullanaraq yola çıxmışdır. Katex Kombinat məktəbinin qarşısına qədər piyada gəlmişdir. Həmin yerdən keçən Bulud adlı şəxsin idarə etdiyi taksini saxladaraq evə qayıtmışdır. Buluda söhbət əsnasında qayınatasıgildən qayıtdığını da bildirmişdir. 2020-ci ilin dekabr ayının 7-də saat 17:00-də işdən çıxdıqdan sonra marşrut avtobusuna minməyərək vaxtı uzatmaq məqsədi ilə piyada olaraq Samirin yaşadığı evə tərəf gəlmişdir. Samirin yaşadığı evə yaxınlaşanda istifadəsində olan 055 *** ** ** nömrəsindən Samirin istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edərək bıçağı götürüb yola çıxmasını tapşırmışdır. Samirin yaşadığı evin qarşısına çatdıqda o, artıq yolda olmuşdur. Hər ikisinin başında qara rəngli idman papağı və üzlərində qara rəngli tibbi maskalar olmuşdur. Saat 20 radələrində “Katex Kombinat” istiqamətinə getmişlər. Həmin yerdə müşahidə kameraları olduğundan və müşahidə kameraları tərəfindən birlikdə qeydə alınmamaları üçün Samirə bir qədər qabaqda getməyini tapşırmışdır. Samir ondan 30-50 metr qabaqda getmişdir. Müşahidə kameralarının əhatəsi bitdikdən sonra birlikdə Rəbiyyət adlı qadının evinə tərəf getmişlər. Saat təxminən 21 radələrində Rəbiyyət adlı qadının evinə çatmışlar. Hasardan tullanaraq evin bağ hissəsinə daxil olmuşlar. Həyətdə ikimərtəbəli ev və qadının yaşadığı birmərtəbəli yerdən tikilmiş ev olmuşdur. İkimərtəbəli evin işıqları sönülü olmuşdur. Əvvəl birmərtəbəli evin ön tərəfindəki pəncərələrdən içəri baxmışdır. Qadın həmin vaxtı namaz qılmışdır. Samirə qadının evdə tək olduğunu bildirmişdir. Evin qarşısı dəmir torla bağlanmış və açarla bağlanmış dəmir qapısı olmuşdur. İşıqları söndürsələr qadının həyətə çıxmaq ehtimalının olduğunu deyərək Samirə “rubilnik” dən işıqları söndürməyi tapşırmışdır. Samir “rubilnik”in yerini bilmədiyini dedikdə ona “rubilnik” in ikimərtəbəli evin üzərində olduğunu demişdir. Samir işıqları söndürmüş, bir qədər gözləsələr də qadın çölə çıxmamışdır. Bir müddət sonra işıqları yandırmağı Samirə tapşırmışlar. Samir işıqları yandırmışdır. Bir neçə dəqiqədən sonra ikinci dəfə Samir onun tapşırığı ilə işıqları söndürmüş, lakin qadın bu dəfə də çölə çıxmamışdır. Belə olduqda işıqları yandırmışlar. Samirdən bıçağı götürərək evin qarışısına çəkilmiş dəmir torun qapının böyründəki hissəsini kəsib aralamışdır. Həmin yerdən əlini içəri saldıqda açarın qapının üstündə olduğunu görmüş, həmin açarla qapını açmışdır. İkisi də içəri girmişlər. Həmin yerdən evə giriş qapısıolmuşdur. Yerə çoxlu xurma sərilmişdir. Həmin anda həyəcandan ürəyi ağırımış, özünü pis hiss etmişdir. Samirlə geri qayıtmaq qərarına gəlmişlər, lakin bir müddət sonra fikrindən daşınmışdır. Evin giriş qapısı açarla bağlı olmamışdır. Həmin qapını aralayıb içəri baxmışdır. Qapını aralı qoyaraq geri düşmüşlər. Bu zaman Rəbiyyət adlı qadın evin qapısını açıb çölə boylanmışdır. Qadını görüb itələyib içəri salmış və qışqırmaması üçün əli ilə ağzını tutub giriş otağındakı sobanın qarşısında yerə yıxdırmışdır. Əlindəki bıçağı qadının sinəsinə dirəmişdir. Qadınını onları tanımaması üçün üzlərinə qara tibbi maskalar və başlarına gözlərinin üstünə qədər çəkib geyindikləri papaqlar olduğuna görə Rəbiyyət adlı qadın onalı tanımamışdır. Əvvəldən planlaşdırdıqları kimi Samir evdən tapdığı qadın baş yaylığı ilə qadının qollarını bağlamışdır. Qadının ağzını əli ilə tutub onunla azərbaycanca danışaraq pulun və qızılın yerini deməsini tələb etmişdir. Qadın səs çıxartmış, lakin ağzını əli ilə tutduğuna görə onun dediyini başa düşməmişlər. Qadına ağzından əlini götürəcəyini demiş, lakin sakit durmağını tələb etmişdir. Qadın başı ilə işarə edərək razı olduğunu bildirmişdir. Qadın həmin otaqdakı stulun üstündəki qadın çantasında pul olduğunu bildirmişdir. Samir həmin pulu götürmüşdür. Qadının azərbaycanca danışığında rus ləhcəsi hiss etdiyindən Samirə onunla rusca danışmağı tapşırmışdır. Samir qadınla rusca danışaraq ondan qızılların yerini deməsini tələb etmişdir. Qadın rusca qızılların yataq otağındakı paltar şkafında olduğunu bildirmişdir. Bıçağı Samirə verib özü yataq otağına keçmişdir. Yataq otağındakı paltar şkafını açdıqda həmin şkafın içərisində bir ədəd plastmas qabın olduğunu görmüşdür. Plastmas qabı açıb içərisində olan 1 ədəd hörgü formasındakı qızıl qadın boyunbağısını, həmin boyunbağının üzərindən asılmış bir ədəd məscid şəkli olan klonu, 1 ədəd qızıl üzüyü götürüb cibinə qoymuşdur. Yataq otağındakı stolun üzərində olan bir ədəd «Huavei Y 5» markalı mobil telefonu götürmüşdür. Həmin telefonu götürməkdə məqsədi çıxandan sonra qadının polisə zəng edib baş vermiş hadisə barədə xəbər verməsinin qarışısını almaq olmuşdur. Mətbəxə qayıtdıqda götürdüyü qızıl-zinət əşyaları barədə Samirə heç nə deməmişdir. Qadının barmağındakı qırmızı qaşlı qızıl üzüyə gözü sataşmışdır. Həmin üzüyü barmağından çıxartmağını ondan tələb etmişdir. Qadın özü üzüyü çıxardıb ona təqdim etmişdir. Üzüyü də çıxardıb cibinə qoymuşdur. Ondan əvvəl Samir evdən çıxmışdır. Samir çıxandan sonra qadına Yevlax rayonundan olduğunu demiş və həmin anda ağlına gəlmiş hər hansı bir adı, səhv etmirsə, Şahbaz olduğunu bildirmişdir. Samirlə qadının yanında bir-birilərinin adını da çəkməmişlər. Qadını çaşdırmaq üçün bir-birilərinə ”Boss” və “Oryol” deyə müraciət etmişlər. Qadına Rusiyada olan oğlunun ona pul atdığını, buna görə də onun pullarını götürdüyünü bildirmiş və əgər səsini çıxartsa öldürəcəyini bildirərək onu hədələmişdir. Qadınla azərbaycanca danışmışdır. Qadına bir saata qədər evdən çıxmamasını tapşırmış və həmin müddətdə həyətdə olacaqlarını və onu müşahidə edəcəklərini bildirmişdir. Qadına həmçinin polisə xəbər verəcəyi təqdirdə oğlanlarının başını kəsəcəyini və evini yandıracaqlarını da bildirmişdir. Qadından dəfələrlə polisə xəbər verib-verməyəcəyini soruşmuş, qadın ona polisə xəbər verməyəcəyini bildirmişdir. Evdən çıxmazdan əvvəl otaqda olan ev telefonunun naqilini əli ilə dartıb qırmışdır ki, Rəbiyyət adlı qadın polisə və ya hər hansı başqa şəxsə baş vermiş hadisə barədə məlumat verə bilməsin. Evdən çıxmış, Samir onu həyətdə gözləmişdir. Gəldikləri yerdən hasardan aşıb küçəyə çıxmışlar. Katex Kombinat məktəbinə yaxınlaşanda zəng edib Bulud adlı taksi sürücüsünü çağırmışdır. Həmin məktəbin yaxınlığında bir yerdə gizlənib gözləmişlər. Bulud gecikdiyinə görə ona bir neçə dəfə zəng etmişdir. Bulud yarım saatdan sonra həmin yerə gəlmişdir. Uzaqdan maşın işığı düşdükdə sürücü onların gizlənmələrindən şübhələnməsin deyə gizləndikləri yerdən yola çıxmışlar. Bulud onlara başqa müştərisi olduğundan gecikdiyini bildirdmişdir. O taksinin qabaq sərnişin oturacağında, Samir isə arxa sərnişin oturacağında əyləşmişdir. Buludun Samiri tanımaması üçün, yəni Samirlə bağlı sual verməməsi üçün onu söhbətə tutmuşdur. Samirgilin evinə çatmağa az qalmış qonşu küçədə taksidən düşmüşlər. Samir Rəbiyyət adlı qadının əl çantasından götürdüyü 170 manat pulu bölərək 85 manatını ona vermişdir. Samirə qadına aid olan başqa otağa keçərək götürdükləri qızıl-zinət əşyaları barədə heç nə deməmişdir. Həmin qızıl-zinət əşyalarından Samirin xəbəri olmamışdır. Bu barədə Samirə deməməkdə məqsədi həmin qızıl -zinət əşyalarına tək sahib çıxmaq olmuşdur. Qadının barmağından götürdüyü qızıl üzüyü satıb pulunu onunla böləcəyini bildirmişdir. Samir ondan telefonu satıb-satmayacağını soruşduqda həmin telefonu qadının polisə xəbər verməməsi və ya hər hansı başqa adama hadisə barədə xəbər verə bilməməsi üçün götürdüyünü və onu çaya atacağını bildirmişdir. Samirdən aralandıqdan sonra evə qayıdarkən yolda evlərinin yaxınlığındakı “Dəli çay” adlanan çaya həmin telefonu əli ilə bir neçə hissəyə ayıraraq atmışdır. Həmçinin həmin vaxtı üzərində olan Samirdən götürdüyü və Rəbiyyət adlı qadını qorxutmaq üçün istifadə etdiyi bir ədəd cib bıçağını da həmin yerdə çaya atmışdır. Qızılları yaşadığı evin həyətində yerləşən mal tövləsindəki daşların arasında gizlədərək saxlamışdır. Artıq 2021-ci ilin əvvəlində qadının barmağından çıxan bir ədəd üzüyü evdə saxlayaraq qalan qızıl-zinət əşyalarını Zaqatala şəhərindəki bazarda yerləşən Aydın adlı şəxsin işlətdiyi qızıl dükanına aparmışdır. Təxminən bir il əvvəl Rusiyadan gətirdiyi bir ədəd qızıl boyunbağını həmin şəxsə satdığına görə onu tanımışdır. Aydın adlı şəxs özü dükanda olmuşdur. Həmin şəxsə qızıl-zinət əşyalarını göstərib onları satmaq istədiyini bildirdikdə həmin əşyaların kimə məxsus olduğunu soruşmuşdur. Həmin əşyaların özünə, evlərinə məxsus olan qızıl -zinət əşyalarının olduğunu və maddi vəziyyətinə görə satdığını bildirmişdir. Aydın ondan şəxsiyyət vəsiqəsini istəəmiş və qızıl-zinət əşyalarının ona məxsus olması barədə izahat yazdırmışdır. Qızılların neçə qram gəldiyini hazırda xatırlamır. Həmin qızılların dəyəri 1225 manat eləmişdir. Qızıl -zinət əşyalarını satdığı vaxtdan təxminən bir ay keçdikdən sonra qadının barmağından çıxartmağa məcbur etdikləri bir ədəd qızıl üzüyü Aydın adlı şəxsə aparmışdır. Aydın eyni qaydada ondan şəxsiyyət vəsiqəsini istəmiş, izahat yazdırmış və 145 manata həmin üzüyü ondan almışdır. İlkin ifadələrində həyəcanlı olduğundan üzüyü satdığı və digər qızıl-zinət əşyalarını satdığı qiyməti dəqiq bilmədiyimi bildirmişdir. Lakin Zərərçəkmiş şəxs5 evindən taladığı qızıl zinət əşyalarını 1225 manata, Zərərçəkmiş şəxs5 barmağından məcbur edərək çıxartdırdığı üzüyü isə 145 manat pula Şahid1 satmışdır. Üzüyü satdığı günün axşamı Samirlə görüşüb ona üzüyü 70 manata satdığını bildirərək 20 manat pulu vermişdir. Ondan sonra Samirlə üz-üzə görüşməmişlər, təsadüfən yolda-izdə rastlaşanda görüşmüşlər. Səhv etmirsə, bir neçə dəfə də zəngləşib ümumi hal-əhval tutmuşlar. Oğurluq cinayətləri ilə bağlı isə qeyd edə bilər ki, 2016-cı ilin aprel ayında xərclik pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. 11 aprel 2016-cı il tarixdə axşam radələrində yaşadığı evdən 4 ev aralıda yaşayan qonşusu Asif Umarovun ailə üzvlərinin avtomobilə minib harasa çıxıb getdiklərini görmüşdür. Evdə heç kimin olmadığını bilmişdir. Asifin evində heç kimin olmamasından istifadə edərək onun evindən oğurluq etmək qərarına gəlmişdir. Qaş qaralandan sonra saat təxminən 21 radələrində hasardan aşıb Asifin yaşadığı evin həyətinə girmişdir. Birmərtəbəli evin plastik pəncərələrindən birini itələmişdir. Pəncərənin şüşəsi yerindən çıxmışdır. Şüşəni içəriyə qoymuş və əlini salıb içəridən pəncərəni açmışdır. Həmin pəncərə yataq otağının olmuşdur. Yataq otağına daxil olub oranı axtarmağa başlamışdır. Güzgülü şkafın qarşısında qoyulmuş qadın əl çantasının içindən 2 ədəd kişi qızıl üzüklərini, iki ədəd qadın qızıl üzüklərini və iki ədəd qızıl boyunbağını götürmüşdür. Həmin üzüklərdən birinin üstü kvadrat formada, qara rəngli qaşı olmuşdur. Digər kişi üzüyü daha üstündə ağ qaşları olan daha nazik olmuşdur. Qadın üzüklərindən birinin üstü yarpaq şəkilli olmaqla nazik üzük olmuşdur. O biri qadın qızıl üzüyü isə daha nazik və “X” şəkilli olmuşdur. Boyunbağılardan biri çox nazik və 2-3 qram çəkidə olmuş, o biri boyunbağı qalın olmaqla hörgü formasında olmuşdur. Həmin otaqdakı digər əl çantasının içindən isə 55 manat pul tapmışdır. Divardan asılmış bir ədəd suvenir xəncəri də götürmüşdür. Girdiyi pəncərədən geriyə həyətə düşmüş və hasardan aşaraq yola çıxmışdır. Yolda qaçdığı zaman suvenir xəncər üzərindən düşmüşdür. Həyəcanlı olduğundan əyilib həmin suvenir xəncəri götürməyərək oradan uzaqlaşmışdır. Həmin hadisədən təxminən 10-15 gün sonra qızıl satmaq üçün yer axtarmaq məqsədi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olarkən mindiyi taksinin sürücüsünə əlində olan qızıl-zinət əşyalarını satmaq üçün yer axtardığını bildirdikdə sürücü həmin qızıllarla maraqlanmış və qızılları almaq istədiyini demişdir. Sürücü ilə razılaşaraq həmin yerdəcə Asif Umarovun evindən oğurladığı qızılların hamısını sürücüyə 1500 manat pula satmışdır. 13 may 2016 -cı il tarixdə yaşadığı evdən 5 ev kənarda qonşuluqlarında yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs2 tək yaşadığına görə onun evindən oğurluq etməyin daha rahat olacağını fikirləşərək bu qərara gəlmişdir. Evin pəncərələrində dəmir barmaqlıq olduğunu bildiyindən həmin barmaqlığı açmaq üçün özü ilə evdən dəmir mismarçıxardanı götürmüşdür. 13 may 2016-cı il tarixdən 14 may 2016-cı il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə hasardan tullanaraq keçmişdir. Gətirdiyi mismarçıxardanla evin pəncərələrinin birinin üzərindən dəmir barmaqlıqları aralayıb pəncərəni əli ilə itələyib açaraq içəri daxil olmuşdur. Evin bütün otaqlarını axtarmağa başlamışdır. Otaqlardan birində şkafın üzərinə qoyulmuş iki ədəd samovarlardan birinin içindən 965 manat pul tapmış və həmin pulu götürüb cibinə qoymuşdur. Evin təzə mebel qoyulmuş başqa bir otağındakı şkafın siyirtməsində qızılzinət əşyalarını tapmışdır. Həmin siyirtmədə bir ədəd zəncir formasında qızıl qadın boyunbağısını, həmin boyunbağının üzərində olan bir ədəd qızıl kulonu, 1 ədəd qadın qızıl qolbağını, 1 ədəd qadın qızıl nişan üzüyünü, 1 ədəd üzərində ağ qaşı olan və bir ədəd xatırlamadığı rəngdə qaşı olan qadın qızıl üzüyünü, bir cüt qızıl sırğanı oğurlamışdır. Evin 5 otağının hamısını axtarsa da başqa heç bir şey tapmamışdır. Oğurladığım qızılları və pulu götürərək girdiyi yerdən pəncərədən çıxaraq həyətə düşmüş və hasardan aşıb yola çıxıb evə qayıtmışdır. Oğurladığı 965 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Qızılları satmaq üçün də Bakı şəhərinə getmişdir. Bakı şəhərində də tanımadığı 3 nəfər müxtəlif şəxslərə həmin qızılları əldən ələ sataraq 2000 manat pul əldə etmişdir. 25 may 2016-cı il tarixdə axşam radələrində Katex kəndində Vasif adlı şəxsin pivəxanasında olduğu zaman yaşadığı evdən təxminən bir kilometr aralıda tək yaşayan Zərərçəkmiş şəxs4 həmin pivəxanada pivə içdiyini görmüşdür. Zərərçəkmiş şəxs4 tək yaşadığını bildiyindən həmin vaxtı onun yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs4 yaşadığı evin həyət qapısının üstündən tullanaraq həyətə daxil olmuşdur. Həyətdən bir ədəd sıyrıq taparaq həmin sıyrıqla plastik pəncərəni aralayıb açmışdır. İçəri daxil olub otağı axtarmışdır. Həmin otaqdakı dəmir çarpayının üstündəki döşəkləri qaldırdıqda altından 15000 rus rublunu tapıb götürmüşdür. Evin başqa yerlərinə baxsa da, pul və qızıl-zinət əşyalarını tapmamışdır. Gəldiyi kimi pəncərədən çıxıb həyətə düşmüş və həyət qapısının üstündən tullanaraq yola çıxıb birbaşa yaşadığı evə getmişdir. Həmin oğurladığı 15000 rus rublunu ertəsi günü Balakən bazarında, 390 manata dəyişmişdir. Həmin 390 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Hazırda əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onların heç bir şkayətinin olmamasını, bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı həmçinin hazırki iş üzrə təqsirləndirilən şəxs olan, lakin cinayət əməli törətdikdən sonra psixi xəstəliyə tutulduğuna görə barəsində iş ayrılan və hazırda psixiatrik xəstəxanada olan, prosessual fəaliyyət qabiliyyətsiz şəxs X1 ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadə elna olunaraq tədqiq olunmuş və onun da digər Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Balakən rayonu Katex kəndində tək yaşayır. Katex kənd 2 nömrəli tam orta məktəbdə 47 il müəllim işləmişdir, hal-hazırda pensiyadadır. Övladları Rusiya Federasiyasında və Bakı şəhərində yaşayırlar. Yaşadığı evin həyətində olan ikimərtəbəli fərdi yaşayış evi köhnə olduğu üçün hazırda həyətdə olan birmərtəbəli evdə tək yaşayır. Həyət çox böyük olduğundan ikimərtəbəli yaşayış evi ilə həyət qapısının arasındakı məsafə təxminən 8-10 metr olsa da, faktiki yaşadığı birmərtəbəli evlə həyət qapısının arasında 50-60 metrə yaxın məsafə vardır. 06 dekabr 2020-ci il tarixdə saat təxminən 10-11 radələrində ona baş çəkmək üçün gəlmiş qonşusunu ötürmək üçün həyətə çıxdığı zaman qonşusu ona həyətyanı torpaq sahəsinin fındıq bağı tərəfindən fənər işığını görüb qorxduğunu bildirmişdir. Qonşusunu sakitləşdirərək həmin işığın quş ovuna çıxmış uşaqların əlində olan fənərin işığı ola biləcəyini demiş, özü də buna fikir verməmişdir. 07 dekabr 2020-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı evdə namaz qıldıqdan sonra tək oturmuşdur. Bu vaxt evin işıqları sönmüş, ayağa qalxıb şam tapıb yandırana qədər bir neçə dəqiqəyə işıqlar yanmışdır. Bir müddət sonra işıqlar yenə həmin qaydada sönərək bir neçə dəqiqədən sonra geri yanmışdır. Təxminən saat 20:15 radələrində yediyi xurmanın çiyidlərini atmaq üçün evin yataq otağından mətbəx otağına keçmişdir. Evin qarşısı hündür dəmir torla örtülmüş talvardan ibarətdir və açarla bağlanan dəmir qapısı vardır. Qapını arxadan bağlayıb açarı da həmişə üstündə qoyur ki, səhər açanda özünə rahat olsun. Evin girişindəki otaq mətbəxdir. Yəni, evə girəndə birinci mətbəxə daxil olursan. Əlindəki xurma çiyidlərini zibil qabına atdıqdan sonra mətbəx qapısının, yəni çöldən içəriyə açılan qapının aralandığını görmüşdür. Həmin qapını əvvəlcədən örtdüyü üçün qapının hansı səbəbdən açılmasından şübhələnib örtmək üçün qapıya yaxınlaşmışdır. Qapıdan boylandığı zaman anidən iki nəfər orta boylu, üzlərində qara maska olan, başlarında papaq olan, həmçinin xarici görkəmlərindən gənc olaraq hiss etdiyi dalbadal otağa girmiş kişi cinsli şəxslər, daha doğrusu onlardan biri üstünə hücum edərək ağzını tutub onu arxaya itələyərək mətbəx otağındakı odun sobasının qarşısında döşəmənin üstünə yerə yıxdırmışdır. Bundan sonra qışqırmaq istədikdə həmin şəxslər ona «qışqırma, yoxsa səni öldürərik» demişlər. Daha sonra isə həmin şəxslərdən biri əlindəki mətbəx bıçağına oxşatdığı bıçağı sinəsinin sol tərəfinə tutub, əllərini evdən götürdükləri ona məxsus olan yaylıqla və ağzını isə nə olduğunu bilmədiyi başqa bir şeylə bağlamışlar. Daha sonra ondan pulun və qızılın yerini deməyini tələb etmişlər, həmçinin harada nə qədər pulunun olduğunu soruşaraq həmin pulu da verməyini tələb etmişlər. Həmin şəxslərdən biri, onu peçin qarşısında yerə yıxdırmış, əlləri ilə ağzından tutmuş, adının hazırda Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, onunla daha çox danışıb, ona hədə–qorxu gəlmişdir. Ona hücum etmiş şəxslərin üzlərində qara tibbi maska və başlarında gözlərinin üstünə qədər çəkdikləri papaq olduğundan onların üzünü görməsi mümkün olmamışdır. Həmin şəxslərdən qorxaraq mətbəx otağındakı stulun üzərində olan əl çantasını göstərərək ağzı bağlı olduğu üçün birtəhər onlara «pul oradadır» demişdir. Həmin şəxslərdən biri çantanın yanına gedib çantanı açaraq içərisində sellofan torbaya büküb Bakıdakı nəvələrinə göndərmək üçün saxladığı 170 manat pulu götürüb cibinə qoymuşdur. Həmin şəxs pulu götürdükdən sonra geri qayıdıb onun yanına gəlmiş, sinəsinə bıçaq tutan şəxs isə qızılların harada olduğunu soruşduqda onlara qızılların digər otaqda, yəni yataq otağında olan paltar şkafının üst mərtəbəsindəki qabın içərisində olduğunu bildirmişdir. Həmin şəxs ondan aralanıb yataq otağına getmişdir. Digəri isə həmin vaxtı onun yanında qalmışdır. Həmin vaxtı otaq yarıqaranlıq olduğundan yanında dayanmış şəxsin əlində bıçaq olub-olmadığını görməmişdir. Həmin şəxs bir müddət yataq otağında qaldıqdan sonra geri qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs paltar şkafındakı qabın içərisində saxladığı 1 ədəd, təxminən 35 qram çəkidə hörgü formasında qızıl qadın boyunbağısını, həmin qızıl boyunbağının üzərində olan 1 ədəd üzərində məscid şəkli olan təxminən 4 qram çəkidə qızıl klonu, 1 ədəd təxminən 7 qram çəkidə halqa formalı qızıl üzüyünü götürmüşdür. Onlar bir birinə «Boss» və «Oryol» deyə müraciət etmiş, onunla gah rusca, gah da azərbaycanca danışmışlar. Həmin şəxs yataq otağından geri mətbəxə qayıtdıqdan sonra yenə özü başının üstündə durmuşdur. O biri şəxs isə qapıdan çıxıb sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi getmək üçün tələsdirmişdir. Nicat Teneşov kimi bildiyi şəxs barmağında olan 1 ədəd 10 qram çəkidə olduğunu hesab etdiyi qızıl üzüyünü də verməyini ondan tələb etmişdir. O da üzüyü barmağından çıxararaq həmin şəxsə vermişdir. Bu zaman o biri şəxs otaqda olmamışdır. Üzüyü həmin şəxsə verdikdən sonra ona Yevlax rayonundan olduğunu və adının Şahbaz və ya Şahbuz olduğunu bildirmişdir. Daha sonra həmin oğlan polisə xəbər verəcəyi halda onun və oğlanlarının başını kəsəcəyini və evlərini yandıracaqlarını bildirmişdir. Bu zaman o biri şəxs evdə olmamışdır. Həmin şəxs ondan bir neçə dəfə «polisə deyəcəksənmi, polisə deyəcəksənmi» deyə soruşmuşdur. Çox qorxduğuna görə polisə deməyəcəyini bildirib onu öldürməmələri üçün yalvarmışdır. Həmin şəxs ona bir saat ərzində həyətə çıxmamağını tapşırıb özlərinin həyətdə olacaqlarını bildirib otaqdan çıxmışdır. Həmin şəxslər getməzdən əvvəl artıq onun ağzını açmışlar. Ağzını özləri ilə gətirdikləri nə olduğunu bilmədiyi əşya ilə bağlamışdılar. Onlar çıxıb bir müddət sonra evdən tapdıqları yaylıqla bağladıqları əllərini özü birtəhər açmışdır. Həyətdə olacaqlarından qorxub həyətə çıxmadan yataq otağına keçmişdir. Yataq otağına keçib mobil telefonunu götürüb qonşularına zəng edərək hadisə barədə xəbər vermək istəsə də telefonunu tapa bilməmişdir. Həmin vaxt ona məxsus olan təxminən 2017-ci il buraxılışlı gümüşü rəngli «HUAWEY Y 5» markalı mobil telefonunun da oğurlandığı ona məlum olmuşdur. Bundan sonra ev telefonu ilə zəng etmək istədikdə telefonun kabelinin də kəsildiyini görmüşdür. Çox qorxduğu üçün səhərə kimi yataq otağında oturmuşdur. 08 dekabr 2020-ci il tarixdə səhər saat 09 radələrində Katex kəndində yaşayan qudası Məhəmmədov Məhəmmədin yaşadığı evinə gedərək baş vermiş hadisə barədə onlara danışmış, daha sonra isə Balakən Rayon Polis Şöbəsinə məlumat vermişdir. Hazırda ona dəyən ziyandan 2500 manatı ona qaytarılmışdır. Təqsirləndirilən şəxsin cavan olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 11 aprel 2016cı il tarixdə saat 19 radələrində uşaqları da götürüb qardaşına məxsus avtomobillə Katex kəndində yaşayan bacısı İradəgilə qonaq getmişlər. Saat təxminən 21:30 radələrində qardaşı onu evə gətirib düşürərək çıxıb getmişdir. Evə girdiyi zaman yataq otağında olan əşyaların və yataq dəstlərinin dağıdılmış vəziyyətdə olmasını görüb zəng edərək bu barədə Asifə məlumat vermşdir. Daha sonra Asif və polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Polis əməkdaşları evə baxış keçirən zaman müəyyən olunmuşdur ki, evdən əl çantasının içərisində olan Asifə məxsus iki ədəd qızıl üzük, ona məxsus iki ədəd qızıl üzük və iki ədəd qızıl boyunbağı, bundan başqa həmin yataq otağında olan digər əl çantasının içərisində olan 55 manat pul oğurlanmışdır. Evə girən şəxslər yataq otağında olan pəncərənin aynasını çıxartmaq yolu ilə yataq otağına daxil olmuşlar və evin əşyalarını dağıdaraq oradan oğurluq etmişlər. X19 Balakən RPŞ-yə yazdığı şikayət ərizəsində evdən eyni zamanda «Dell» markalı notbukun da oğurlandığını göstərməsinə baxmayaraq evdən polis əməkdaşları getdikdən sonra dağılmış əşyaları geri yığdıqları zaman notbuku dağılmış əşyaların arasından tapmışlar. Yəqin ki, evə girən şəxslər yataq dəstlərini dağıdarkən həmin notbuk dəstlərin altına düşmüş və onu görə bilməmişlər.11 aprel 2016cı il tarixdə baş vermiş oğurluq nəticəsində yaşadığı evə yataq otağının pəncərə şüşəsini yerindən çıxardıb içəri daxil olmaqla həmin yataq otağındakı qadın çantasında olan 6 qram çəkidə, üzərində qara rəngli qaşı olan, 585 əyarlı, təxminən 350-400 manat dəyərində bir ədəd kişi qızıl üzüyü, 3 qram çəkidə, üzərində ağ rəngli qaşı olan, 585 əyarlı, təxminən 200-250 manat dəyərində bir ədəd kişi qızıl üzüyü, 5 qram çəkidə, üzərində 5 ədəd brilliant qaşı olan, 585 əyarlı, təxminən 500 manat dəyərində bir ədəd qadın qızıl üzüyü, 2 qram çəkidə, “X” şəkilli, 585 əyarlı, təxminən 150 manat dəyərində bir ədəd qadın qızıl üzüyü, 2 qram çəkidə, 585 əyarlı, təxminən 400 manat dəyərində bir ədəd qızıl boyunbağı, 16 qram çəkidə, 585 əyarlı, təxminən 1000 manat dəyərində bir ədəd hörgü formasında qadın qızıl boyunbağısı və həmin otaqdakı digər qadın çantasında olan 55 manat pul oğurlanmışdır. Hazırda ona dəyən ziyandan 55 manatı ona qaytarılmışdır. Qalan məbləğdə pulun ona qaytarılması ilə bağlı təqsirləndirilən şəxsin atası ilə razılıq əldə etdiyindən, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 vəfat etdiyindən, onun hüquqi varisi qismində prosesə Şoranov Hicran Umar oğlu cəlb edilmiş və Hicran Şoranov mərhum atasının ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həqiqətən də həmn vaxt evdən 15000 rus rublu məbləğində pulun oğurlandığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsin cavan olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 13 may 2016-cı il tarixdən 14 may 2016-cı il tarixə keçən gecə saat təxminən 01-02 radələrində həyətdən səs eşidəndə qoyunlar olduğunu fikirləşmiş, buna görə səsə diqqət yetirməmişdir. 14 may 2016-cı il tarixdə qızı X12 yun yumaq üçün səhər onlara gəlmiş, günorta evinə getmişdir. Axşam saat təxminən 19:30 radələrində həmin yunu yerləşdirmək üçün həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə yenidən onlara gəlmişdir. Qızı yunu sellofanın üstünə yığıb həyətdəki evə aparmaq istədikdə ondan evin açarını istəmiş, açarın yerini demişdir. Qızı açarla qapını açmağa çalışdıqda qapının arxadan bağlı olduğunu ona bildirmişdir. Qapını açıb içəri girdikdə nəvəsi Aqşinin otağının qapısının qıfılının yerdə olduğunu görmüşlər. Evə oğru girdiyini başa düşmüşlər. DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişlər. Polis əməkdaşları gələnə qədər heç bir şeyə dəyməmişlər. Polislər gələndə evin 5 otağının da dağıldığını görmüşlər. Orta otağın pəncərəsi açıq olmuşdur. Oğrunun oradan girdiyini hesab edir. Həmin otaqda samovarın içində 4 il pensiyadan az-az yığdığı pul olmuşdur. Həmin pulları çoxdan dəqiq olaraq saymadığına görə əvvəlcə polislərə həmin pulun təxminən 4000 (dörd min) manat olduğunu demişdir. Həm də ilk günlər çox qoxmuşdur. Yaşlı və tək yaşayan adam olduğuna görə belə bir hadisənin baş verməsi onu çox qoxutmuş, həmin şəxslərin gəlib onu öldürə biləcəklərini hesab etmişdir. Sonradan isə qızı, yığdığı pullardan 1100 manat pulu bir neçə ay əvvəl özünə borc verdiyini onun yadına salmışdır. Samovara yığdığı pulu son dəfə 2016-cı ilin əvvəlində sayanda orada təxminən 2000 (iki min) manat pul olmuşdur. Ondan sonra həmin pulun üstündən Şəfaya 1100 manat pulu borc vermişdir. Sonradan evində baş vermiş oğurluq hadisəsi açılmadıqda bu barədə ərizə ilə nazirliyə də müraciət etmişdir. Həmin ərizəsində də evindən təxminən 2000 manat pulun oğurlandığını bildirmişdir. Həmin ərizə ilə bağlı onun ifadəsini alan olmamışdır. Sonuncu dəfə mart ayında pensiya aldığı zaman samovardakı pulun üstünə 5 manat pul qoymuşdur. Həmin pulu qoyanda da pulları saymamışdır. Samovarın içinə ayda bir dəfə olmaqla az qoyanda 5 manat, çox qoyanda 40 manat pul qoymuşdur. Pensiyası həmin vaxtı cəmi 186 manat olduğundan çox pul yığa bilməmişdir. Çünki həmin puldan həm kommunal xərcləri ödəmiş, həm də lazım olan ərzağı almışdır. Oğurluq baş verən zaman nəvəsinin həyat yoldaşı Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd zəncirvari boyunbağı, üzərində sallaq kulon, 1 ədəd qolbaq dəsti, 1 ədəd nişan üzüyü, 1 ədəd şəffaf rəngli qaş olan sırğa və bir ədəd üzərində qaşı olan üzük dəsti oğurlanmışdır. Oğurlanmış qızıl-zinət əşyalarının çəkisini, əyarını və qiymətini bilmirəm. Həmçinin bildirmək istəyir ki, ona məxsus olan SSRİ dövründən qalmış pullar da oğurlanmamışdır. Sonradan xatırlamışdır ki, həmin pullar nəm çəkib kifləndiyinə görə 2016-cı ilin mart ayında bayramqabağı qızı Şəfanın köməyi ilə evi yığışdıran zaman pulları atmışlar. Yaşadığı evdə samovarın içinə yığdığım pulu son dəfə 2016-cı ilin səhv etmirsə, yanvar ayında saymışdır. Dəqiq məbləğini xatırlamasa da bilir ki, 2000 manata yaxın pul etmişdir. Mart ayında da həmin pulun üstündən 1100 manatı qızı Şəfaya borc kimi vermişdir. Yanvar ayında pulu saydıqdan sonra da samovara cəmi üç dəfə pul qoymuşdur. Yanvarın, fevralın və son dəfə martın pensiyasının pulundan samovarın içinə pul qoymuşdur. Son dəfə mart ayında pensia aldığı zaman samovara cəmi 5 manat pul qoyduğunu xatırlayır. Sonradan qızı ona xatırlatmışdır ki, həmin pulun üstündən ona 1100 manat pulu borc vermişdir. Elə olanda oğru onun samovarının içindən təxminən 1000 manatdan da az pulu oğurlamışdır. Samovarın içində nə qədər pul olduğunu ondan başqa heç kim bilməmişdir. Qızına mart ayında 1100 manat pulu borc verəndə samovarın içindən götürüb vermişdir. Orada nə qədər pul olduğunu ondan başqa heç kim bilməmişdir. Pulun samovarın içində olduğunu qızı da bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2, iş üzrə Təqsirləndirilən şəxs Samir oğlunun ibtidai istintaqa şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində 2016-cı ilin may ayının 14-də gecə saat 01 radələrində yaşadığı evə daxil olaraq evdəki samovarın içərisindən 4000 (dörd) min manat pul və qızıl-zinət əşyalarını oğurladığını bildirməsi, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı və iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində isə 2016-cı ilin may ayının 14-də gecə saat 01 radələrində yaşadığı evə daxil olaraq evdəki samovarın içərisindən 965 (doqquz yüz altmış beş) manat pul oğurladığını bildirməsi ilə əlaqədar olaraq ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı səbəbdən belə bir ifadə verdiyini bilmir, lakin çox güman ki, Təqsirləndirilən şəxs düz deyir. Çünki, yuxarıda da qeyd etdiyi kimi, samovarda təxminən 1000 (min) manat pul olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 14 may 2016-cı il tarixdə axşam radələrində kənddən həyat yoldaşının bibisi Şəfa qayınatası İbrahimə zəng edib əşyalarının olduğu evdən oğurluq olması barədə məlumat vermişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, cehizlərinin olduğu otağın qapısından asılmış qıfılı qıraraq oğrular içəri daxil olaraq şkafın siyirməsində saxladığı qızıl-zinət əşyalarını oğurlayıblar. Hadisə baş verən zaman ona məxsus olan 20 qram çəkidə, 585 əyarlı, təxminən 1000 manat dəyərində bir ədəd qadın qızıl boyunbağısı, həmin boyunbağının dəstindən olan 10 qram çəkidə, 585 əyarlı, təxminən 500 manat dəyərində bir ədəd qızıl qadın qolbağı, həmin boyunbağının üzərində olan təxminən 3-4 qram çəkidə, 585 əyarlı, təxminən 150 manat dəyərində bir ədəd qızıl kulon, 3-4 qram çəkidə olan, 585 əyarlı, təxminən 250 manat dəyərində bir ədəd qızıl qadın nişan üzüyü, 1 cüt şəffaf rəngli, 2-3 qram çəkidə olan, 585 əyarlı, təxminən 250 manat dəyərində qızıl qadın sırğası, həmin sırğalarla dəst olan bir ədəd, 585 əyarlı 2-3 qram çəkidə, təxminən 150 manat dəyərində qadın qızıl üzüyü oğurlanmışdır. Həmçinin Aqşinin nənəsi Məryəmin deməsinə görə oğurluq nəticəsində evdəki otaqlardan birində samovarın içinə yığdığı 1000 (min) manata yaxın pul oğurlanmışdır. Ona məxsus olan yuxarıda adlarını sadaladığı qızıl-zinət əşyalarından başqa oğurluq nəticəsində həyat yoldaşı Aqşin Hobolovun nənəsi olan Zərərçəkmiş şəxs2 Ramazan qızına məxsus təxminən 1000 (min) manat məbləğində pul oğurlanmışdır. Evdən başqa heç bir şey oğurlanmamışdır. Həm Zərərçəkmiş şəxs2 özündən, həm onun qızı olan Şəfa Əliyevadan və həm də digər ailə üzvlərindən eşitmişdir ki, Zərərçəkmiş şəxs2 2016-cı ilin yanvar ayında samovara yığdığı pulları sayanda həmin pulun məbləgi təxminən 2000 (iki min) manata yaxın olmuşdur. Sonradan yanvar, fevral və mart aylarında pensiya aldıqda aldığı 186 manat pensiya pulundan hər dəfəsində, 10-15, hətta sonuncu dəfə 5 manat pulu samovarın içinə qoymuşdur. Mart ayında da yığdığı pulların üstündən götürüb 1100 manat pulu yoldaşının bibisi olan özünün qızı Şəfa Əliyevaya vermişdir. Samovarın içində 4000 manat pulun olması inandırıcı deyildir. Məryəm nənənin özünün də deməsinə görə həmin samovarın içində 2016-cı ilin yanvar ayında təxminən 2000 (iki min) manata yaxın pul olmuşdur. Həmin pulun üstündən də mart ayında 1100 manat pulu Şəfa Əliyevaya borc olaraq vermişdir. Hazırda həyat yoldaşının nənəsi Zərərçəkmiş şəxs2 83 yaşı vardır. Oğurluq baş verən zaman da onun 79 yaşı olmuşdur. Yaddaşı da zəifləmişdir. Zərərçəkmiş şəxs2 məxsus olan oğurlanmış pulun məbləğinin təxminən 1000 (min) manat olduğunu hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2005-ci ildən qızıl alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs adlı şəxs bir neçə dəfə işlətdiyi dükana gələrək özünə məxsus olan qızıl-zinət əşyalarını lom qiymətinə satmışdır. Bir dəfə də dükandan səhv etmirsə, nazik gümüş boyunbağı almışdır. Vətəndaşların satdığı qızıl-zinət əşyalarını onlardan alarkən adlarını, soyadlarını və ata adlarını, şəxsiyyət vəsiqələrinin nömrələrini, doğum tarixlərini, istifadə etdikləri mobil telefon nömrələrini həmin şəxsə öz xətti ilə kitabçaya qeyd etdirir. Həm də qızıl-zinət əşyalarını satan şəxslər həmin əşyaların özlərinə və yaxud ailələrinə məxsus olduğunu öz xəttləri ilə kitabçaya qeyd edirlər. Təqsirləndirilən şəxs adlı, xx.xx.1996-cı il tarixdə anadan olmuş Balakən rayonu Katex kənd sakini, 055 *** ** ** mobil telefon nömrəsi, AA 166 534 nömrəli şəxsiyyət vəsiqəsi olan şəxs kitabçasında olan qeydiyyata görə birinci dəfə 19.01.2020-ci il tarixdə ona 90 manata bir ədəd zəncir formasında qızıl boyunbağı satmışdır. İkinci dəfə Təqsirləndirilən şəxs adlı həmin şəxs 2021-ci ilin yanvar ayının əvvəlində 1225 manat məbləğində qızıl-zinət əşyalarını ona satmışdır. Həmin qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs alınması barədə kitabçada qeyd olunmasına baxmayaraq alınma tarixi yazılmayıb. Adətən qızıl-zinət əşyalarını satan şəxslər özləri həmin qızıl-zinət əşyalarını satdıqları tarixi də qeyd edirlər. 1225 manatlıq qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs aldığı vaxt Teneşov tərəfindən tarix qeyd edilməmişdir, o da həmin xüsusatı gözdən qaçırmışdır. Lakin digər vətəndaşdan Təqsirləndirilən şəxs sonra aldığı qızıl-zinət əşyalarını 12.01.2021-ci il tarixdə həmin şəxs tərəfindən kitabçasında qeyd etmişdir. Təqsirləndirilən şəxs 1225 manat məbləğində pula aldığı qızıl-zinət əşyalarını 2021-ci ilin yanvar ayının əvvəlində, yəni 12.01.2021-ci il tarixdən əvvəl almışdır. Həmin qızıl-zinət əşyalarının çeşidlərini və qızılların neçə qram olduğunu xatırlamır. 3-cü dəfə Təqsirləndirilən şəxs adlı şəxs 16.02.2021-ci il tarixdə tünd şaftalı rənginə çalan qaşı olan bir ədəd şəbəkə formasında qızıl qadın üzüyünü ona 145 manata satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus olan VAZ-21074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Katex kəndi ərazisində taksi kimi fəaliyyət göstərərək ailənin dolanmasını təmin edir. 07 dekabr 2021-ci il tarixdə saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs onun mobil telefona özünün istifadəsində olan hazırda nömrəsini xatırlamadığı mobil telefon vasitəsi ilə zəng edərək «Katex Kombinat» məktəbinin yanına gəlib oradan onu götürməsini xahiş etmişdir. «Katex Kombinat» adlandırdıqları məktəb Katex kənd 2 nömrəli tam orta məktəbdir. Nicatla razılaşaraq gələcəyini bildirmişdir. Həmin vaxtı avtomobildə sərnişinlər olduğundan Nicatın dediyi yerə getməyə təxminən yarım saata qədər ləngimişdir. Nicat ona bir neçə dəfə zəng edərək tələsdirmişdir. Saat artıq axşam 21-i keçəndən sonra «Katex Kombinat» məktəbinin yanına çatmışdır. Məktəbin yanından Nicat başqa bir tanımadığı şəxslə avtomobilinə minmişlər. Nicat qabaq sərnişin oturacağında, tanımadığı digər şəxs isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Nicat ondan hansı səbəbdən gecikdiyini soruşduqda ona maşında sərnişinlər olduğundan gecikdiyini bildirmişdir. Nicatın və onunla birlikdə avtomobilin arxa sərnişin oturacağına əyləşmiş tanımadığı şəxsin üzündə burunlarının üstünə qədər çəkilmiş qara tibbi maskalar, başlarında isə papaqlar olmuşdur. Arxa sərnişin oturacağına əyləşmiş şəxsi tanımamışdır.Taksini idarə edərkən Nicatla yolboyu söhbət etmişlər. Arxa sərnişin oturacağında əyləşmiş şəxs heç nə deməmişdir. Həmin şəxsin səsini də eşitməmişdir. Təqsirləndirilən şəxs Katex kəndində bir yerdə avtomobili saxladaraq taksi pulunu verib onunla birlikdə avtomobilinə minmiş digər şəxslə birlikdə düşüb getmişlər. Nicatla birlikdə avtomobilə əyləşmiş həmin şəxsin kim olduğunu bilməmişdir və Nicatdan da onun kim olduğunu soruşmamışdır. Aprel ayının ortalarında kənd sakinlərindən həmkəndliləri Zərərçəkmiş şəxs5 qarşı quldurluq hadisəsini Təqsirləndirilən şəxs və Samir Abdulhəmidovun törətdiklərini eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Balakən rayonun Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər psixi xəstəliklər keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. Bildirir ki, 2020-ci ilin dekabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı günü günorta radələrində dəqiq xatırlamadığı saatda yaşadığı Katex kəndi ərazisində yaşayan Süleymanın evinə odun yarmaq üçün getmişdir. Artıq qaş qaralandan sonra oradan çıxaraq digər tanışı olan Məhəmmədin yaşadığı evə getmişdir. Həmin vaxtı yolda bir az özünü yad adam kimi aparan başında gözünün üstünə qədər papağı və üzündə burnunun yuxarı hissəsinə qədər çəkilmiş qara rəngdə tibbi maskası olan şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşıb hal-əhval tutduqda danalarının itdiyini, həmin danaları axtardığını bildirmişdir. Həmçinin həmin şəxsdən haradan olduğunu soruşduqda kəndin aşağı hissəsindən olduğunu bildirmişdir. Daha sonra ondan telefon nömrəsini istəmişdir ki, itən danaları görsə ona xəbər edə bilsin. Həmin şəxs ona nömrəsini demiş və adını da Elçin kimi qeyd etməsini bildirmişdir. Özünü Elçin kimi təqdim etmiş şəxsin ona verdiyi nömrənin sonunun 46 97 ilə bitdiyini dəqiq bilir, lakin əvvəlini tam xatırlamır. Nömrə «cin» nömrə olmuşdur. Daha sonra həmin şəxs yuxarı getmiş, o da həmkəndlisi Məhəmmədin yaşadığı evə qonaq getmişdir. Həmin vaxtı Məhəmməd evdə olmadığından onlarda çox qalmamış və onlardan çıxaraq digər tanışı olan Süleymana zəng eləmiş və onunla yolda görüşmüşlər. Yolda onunla bir qədər söhbət etmişlər. Daha sonra onların yanına Məhəmməd də gəlmişdir. Onlar yolda durub bir müddət söhbət etdikdən sonra hərəsi öz yaşadığı evinə getmişdir. Ertəsi günü axşam Süleyman ona zəng edərək həmkəndlisi olan Zərərçəkmiş şəxs5 evindən oğurluq olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 11.04.2016-cı il tarixli “baxış və götürülmə keçirilməsi barədə” protokoldan görünür ki, X8 yaşadığı ev Balakən rayonu Katex kəndi ərazisində Zaqatala rayonu istiqamətində “Ana abidəsi” ndən sonrakı sol tərəfə dönən yolda, magistraldan 300 metr içəridə yol sol tərəfində yerləşmişdir. Həyətə giriş qapısı dəmirdəndir. Yol kənarı daş hasardandır. Giriş qapısından təxminən 25 metr irəlidə kürsülü ev vardır. Evin qapısında 1,2 metr hündürlüyündə yaşıllıq bitkiləri vardır. Evin giriş qapısı dəmirdəndir. Qapıdan içəridə beş ədəd pilləkən vardır. Pilləkənin yuxarısında 1,5x1,5 metr ölçüdə kiçik sahə vardır. Həmin yerin sol tərəfində hamam otağı vardır. Hamam otağında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı alət və ya vasitə aşkarlanmamışdır. Sağ tərəfdə isə taxta materialdan olan qapı vardır. Həmin qapıdan içəri daxil olduqda 4X5 metr ölçüdə otaq vardır. Həmin otaqda sağdan divan, stol, stul, güzgülü servant, televizor və televizor altlığı vardır. Otaqda hər hansı dağıdılma və sındırılma izi aşkarlanmamışdır. Asif Umarov bildirmişdir ki, otaqda olan televizorun üstündən asmış olduğu suvenir xəncər yerində yoxdur. Həmin otağın sol tərəfində 4,5x5,5 metr ölçüdə olan yataq otağı vardır. Həmin otağa daxil olduqda otaqda olan əşyalar dağıdılmış vəziyyətdədir. Yataq dəstləri hamısı dağıdılmışdır. Otaqda sağdan güzgülü termo, sandıq, paltar yığılan şifoner vardır. Şifonerin yanında yataq taxtı vardır. Taxtın qarşı tərəfində göy rəngli, ikimərtəbəli uşaq yatağı vardır. Həmin yatağın yanında soba, sobanın yanında paltar yığmaq üçün kamodlar vardır. Otaqda olan iki ədəd pəncərənin sağ tərəfdə olan pəncərənin orta şüşəsi yerində yoxdur. Həmin şüşə pəncərənin çöl tərəfində yerdə, yaş otların üzərindədir, sınmamışdır. Otaqda olan şifonerin qapıları açıqdır, sandığın ağzı açıqdır. Otaqda başqa sındırılan əşya yoxdur. Həmin otaqdan sağ tərəfdə olan otaq təmirsizdir. Tavanı yoxdur, döşəməsi var. Pəncərənin şüşələri yoxdur. Otaq əsasən saxlanc kimi istifadə olunur. Otaqda dolu və boş bankalar vardır. Həmin otağın sağ tərəfində mətbəx vardır. Mətbəx 3x4 metr ölçüdədir. Giriş qapısının arxa tərəfində mətbəx mebeli vardır. Mətbəxin bir pəncərəsi vardır. Mətbəxdə hər hansı dağılma izi yoxdur. Asif Umarov bildirmişdir ki, ailə üzvləri saat 19 radələrində evdən çıxmış və qonaq getmişlər. 20 radələrində evə qayıtdıqda isə yataq otağının dağıdılmış vəziyyətdə olduğunu, yataq otağında olan “Dell” markalı notbukun, içərisində iki ədəd kişi üzüyü, iki ədəd qadın üzüyü, iki ədəd, biri 16 qram, digəri 3 qram olan boyunbağı olan əl çantasının, digər əl çantasının içərisində olan 55 manat pul əsginasının oğurlandığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək alət, vasitə aşkarlanmamışdır. Müəyyən yerlərdən əl-barmaq izləri götürülmüşdür. Baxış qaranlıq havada süni işıqlandırma şəraitində keçirilmişdir. Heç bir şikayət və təklif daxil olmamışdır. Protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. “Sony” markalı fotoaparatla çəkilmiş şəkillər protokola əlavə olunmuşdur (cild 01, iş vər. 134-141). Cinayət işinin materiallarında olan 14.05.2016-cı il tarixli” baxış və götürülmə keçirilməsi barədə” protokoldan görünür ki, baxış Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs2 evində həyata keçirilmişdir. Yolun giriş qapısından 20 metr aralıda 10x13 metr ölçüdə birmərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin qapısı ikitaylı dəmir materialdandır. Qapının sağ, sol tayında halqalar, onun üstündə asma qıfıl vardır, saz vəziyyətdədir. Evə daxil olduqda 5 (beş) ədəd pilləkən vardır, qalxdıqdan sonra 6,5x3,5 m ölçüdə eyvan yerləşir. Sağ və sol tərəfdə yaşayış otaqları vardır. Örtülü eyvanda qoyun yunu sellofanın üzərinə qoyulmuş vəziyyətdə və 2 (iki) ədəd göy rəngli paltar vardır. Ev 5 (beş) otaqdan və hamamdan ibarətdir. Pilləkəndən qalxdıqda şərti olaraq “1” nömrələnmiş otağın qapısının yanında döşəmə üzərində asma qıfıl sınmış vəziyyətdə olmuşdur, üstünə taxılan hissəsi bir-birindən 0,70 sm. aralıda olmuşdur. Həmin otağın qapısı ikitaylı olmaqla taxtadandır. Qapı üzərində zədə izləri yoxdur. Otağa daxil olduqda qapı ilə qarşı-qarşıya bir ədəd masa, yanlarında 06 (altı) ədəd stul vardır. Masanın üzərində örtük, yorğan, döşək, digər əşyalar vardır, tökülmüş vəziyyətdədir. Həmin otaqda iki nəfərlik çarpayı var, çarpayının üzərində yorğan, döşək, balınc səliqəsiz haldadır. Çarpayı ilə üzbəüz güzgülü şkaf, həmin şkafın sol tərəfində bir (1 ) ədəd aynalı və 1 (bir) ədəd paltar asmaq üçün şkaf vardır, şkafların qapıları açıq və səliqəsiz vəziyyətdədir, döşəmənin üzərində qadın paltarları, yumşaq oyuncaqlar və digər əşyalar tökülmüş vəziyyətdədir. Şərti olaraq “2” nömrəli otağın qapısı ikitaylı taxtadandır, qapı üzərində 2(iki) ədəd daxili qıfıl var, qıfıl işləmir. Otağa daxil olduqda giriş qapısının qarşısında bir ədəd çarpayı vardır, çarpayının üzərində olan balınc, örtük yerə sallanmış vəziyyətdədir. Otaqda 1 (bir) ədəd “NORD” markalı soyuducu və qaz sobası vardır. Otağın ölçüsü 4x4,5 metrdlir. Şərti olaraq 3 (üç) nömrəli otaqda 2 (iki) ədəd çarpayı, yorğan-döşək tökülmüş vəziyyətdədir, otaqda 1 (bir) ədəd güzgülü şkaf vardır. Otağın ölçüsü 2,5x3 metrdir. Şərti olaraq 4 nömrəli otağın giriş qapısı ikitaylı taxta materialdandır. Həmin otağa daxil olduqda sol tərəfdə 1 (bir)ədəd çarpayı, üzərində yorğan, döşək dağılmış halda, çarpayının sol tərəfində 2 (iki) ədəd şkaf qapıları açıq vəziyyətdədir, qarşısında döşəmənin üzərində döşək, balınclar, iki ədəd samovar, qapıları açıq vəziyyətdə şkafla üzbəüz 2(iki) ədəd çarpayı, üzərlərində yorğan, döşək, sellofanlar dağılmış haldadır. Otağın giriş qapısının sol tərəfində sandıq, yarısı açıqdır, içərisində mələfə, sellofan vardır. Otaqda 1(bir) ədəd pəncərə, pəncərənin qarşısında sandıq vardır. Həmin otağın qapısı açıq vəziyyətdədir. Pəncərə evin həyətyanı sahəsinə baxır, Pəncərə dəmir barmaqcıqla bərkidilib (mismarla). Sağ, sol, alt mismarlar çıxarılıb. Otağın ölçüsü 4X4 metrdir. Şərti olaraq 5 (beş) nömrəli otağın qapısı taxta materialdan hazırlanıb, ikitaylıdır. Otağa daxil olduqda 2 (iki) ələd birnəfərlik çarpayı vardır. Çarpayının üzərində olan döşəklər döşəmənin üzərində səliqəsiz vəziyyətdədir. Qapı ilə üzbəüz masa, masanın üzərində “SAMSUNG” markalı televizor vardır. Həmçinin otaqda şkaf, şkafın qapıları açıq vəziyyətdədir, otaq dağılmış vəziyyətdədir. Otaqda dörd ədəd pəncərə saz vəziyyətdədir. Otağın ölçüsü 8x3,5 metrdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 13.05.2016-cı ildən 14.05.2016-cı il tarixə keçən gecə saat 02 radələrində həyətdən səs eşitdiyini, buna görə də oğurluğun naməlum şəxs (şəxslər) tərəfindən həmin tarixdə baş verdiyini, naməlum şəxs (şəxslər) baxış keçirilən evin şərti olaraq 4 nömrəli otaqdan samovarın içərisində gizlətdiyi 4000 (dörd min) manat pulun oğurlandığını, həmçinin şərti olaraq 1 (bir) nömrəli otaqda olan qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. Baxış süni işıq şəraitində keçirilmişdir. Baxış zamanı hadisə yerində heç bir maddi sübut aşkar olunub götürülməmişdir. Protokol tərtib olunmuş, tərəflərə ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir ərizə, şikayət daxil olmamışdır. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 181-194). Cinayət işinin materiallarında olan 26.05.2016-cı il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs4 evində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Vət. Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evi bir otağı təmir olunmuş təzə tikilmiş yaşayış evidir. Evin ümumi sahəsi 8x9 m.-dir. Ev həyət qapısından 22 metr aralı məsafədə yerləşir. Evin bir girişi və qarşı tərəfdən həyətə baxan iki pəncərəsi vardır. Giriş qapısı qoyulmamışdır. Girişdən içəri daxil olduqda 4x7 metr sahəsi olan təmirsiz eyvan vardır. Həmin eyvandan iki otağa çıxış vardır. Daxil olduqda soldan birinci otağın giriş qapısı qoyulmamışdır və təmirsizdir. 2-ci otağın qapısı vardır. Baxış zamanı həmin otağın qapısının bir tayı açıqdır. Qapıdan içəri baxdıqda otağın səliqəsinin pozulduğu, yataq dəstinin və paltarların səliqəsiz halda töküldüyü aşkarlanmışdır. Baxış keçirilən otağın bir pəncərəsi və cəmi bir qapısı vardır. İçəri daxil olduqda pəncərənin bir tayının açıq olduğunu və pəncərə pərdəsinin çölə tərəfə sallandığı aşkarlanmışdır. Otaqda cəmi bir ədəd köhnə dəmir çarpayı, dörd ədəd taxta stul vardır. Çarpayı giriş qapısı ilə üzbəüz qoyulmuşdur. Çarpayının sağ başında isə dörd ədəd stul düzülmüşdür. Giriş qapısının sağ tərəfində dəmir soba qoyulmuşdur. Otağın baş tərəfində pəncərənin yanında stol, stul qoyulmuşdur. Stolun üzərinə televizor və mətbəx əşyaları qoyulmuşdur. Yerdəki xalçanın üzərindəki paltarlar və döşəmənin üzərinə qoyulmuş mətbəx əşyaları dağınıq vəziyyətdədir. Giriş qapısının və pəncərəinin üzərində heç bir sınıq və sökük əlamətləri yoxdur. Vət. Zərərçəkmiş şəxs4 çarpayının üstündəki döşəyi qaldıraraq onun altına qoyduğu 15000 (on beş min) rus rublunun oğurlandığını bildirdi. Vət. Zərərçəkmiş şəxs4 həmçinin döşəmə silmək üçün nəzərdə tutulmuş ağacın eyvandan götürülərək naməlum şəxs tərəfindən evin arxa tərəfinə qoyulduğunu bildirdi. Evin naməlum şəxsin itələyərək açıb içəri girdiyi güman edilən pəncərəsinin eni 1,5 metr, hündürlüyü də 1,5 metrdir. Baxış keçirilən otağın sahəsi 3,60 x4,70 metrdir. Pəncərədən ekspert S.Vəzirov tərəfindən əlbarmaq izləri götürülmüşdür. “Sony” markalı fotoaparat vasitəsi ilə hadisə yerində fotoşəkillər çəkilmişdir. Evin sağ tərəfinə çöldən baxış keçirilən zaman 1,5 metr uzunluğunda ağacdan hazırlanmış döşəmə silmək üçün nəzərdə tutulan alətin divara söykədilmiş vəziyyətdə qoyulması aşkarlanmışdır. Hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkarlanmamışdır. Baxış gecə vaxtı elektrik lampanın işığında və fənər işığında keçirilmişdir. Baxış zamanı hal şahidlərindən və baxışın digər iştirakçılarından müstəntiqin hərəkətlərinə heç bir qeyd, irad, şikayət daxil olmamışdır. Protokol ucadan oxunmuş, düzgün yazılmışdır. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 02, iş vər. 9-15). Cinayət işinin materiallarında olan 08.12.2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, hadisə yeri Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs5 Katex kəndi ərazisində yerləşən fərdi yaşayış evidir. Zərərçəkmiş şəxs5 yaşadığı evin giriş qapısı dəmirdən olmaqla iki taylıdır. Həyətə daxil olduqda sağ tərəfdə ikimərtəbəli fərdi yaşayış evi vardır. Bir qədər içəri getdikdə isə həmin evə perpendikulyar şəkildə yerləşən kürsülü ev vardır. Həmin evin giriş qapısı dəmirdən olmaqla daxili kilidlə bağlanan birtaylıdır. Həmin qapıdan içəri daxil olduqda 6x4 metr ölçüdə mətbəx otağı yerləşir. Otağın sol baş tərəfində mətbəx mebeli, otağın ortasında 1 ədəd masa və masanın ətrafında 1 ədəd stul vardır. Giriş qapısı ilə üzbəüz divarın yanında 2 ədəd divan vardır. Divanların sol baş tərəfində 2 ədəd stul vardır. Həmçinin giriş qapısı ilə üz-üzə girişdən sağ tərəfdəki otağın giriş qapısının yanında odun sobası vardır. Zərərçəkmiş şəxs5 evinə daxil olan 2 nəfər maskalı şəxslərin mətbəx otağına daxil olduqdan sonra onu odun sobasının qarşısına yıxdırdıqlarını, yıxıldıqdan sonra əllərini və ağzını bağladıqlarını, bıçaqla sinəsini tutub səs çıxarmamasını, pulların harda olduğunu soruşduqlarında həmin otaqda olan divanların sol baş tərəfindəki stulların üzərindəki əl çantasını göstərmişdir. Həmin şəxslər əl çantasının içərisindən 170 manat pulu götürdüklərini, daha sonra həmin şəxslərin qızılların harda olduğunu soruşduqlarından mətbəx otağının sağ tərəfində yerləşən yataq otağındakı şifanerin içərisində qutuda olduğunu bildirmiş, həmin şəxslərdən biri otağa daxil olaraq şfanerin içərisində olan qutudan təxminən 30-40 qram çəkidə 1 ədəd qızıl boyunbağını, təxminən 3-5 qram çəkidə olan qızıl klonu, təxminən 7 qram çəkidə qızıl üzüyü, daha sonra isə barmağındakı 10 qram çəkidə və yataq otağındakı divanın üzərində olan 1 ədəd 2017-ci il buraxılışlı "Huavey Y 5» markalı mobil telefonu götürüb çıxıb getmişlər. Bundan sonra naməlum şəxslərin Zərərçəkmiş şəxs5 əlini bağlamış olduğu 01 ədəd baş yaylığı, qızıl zinət əşyalarının saxlanıldığı plasmas qab və Huavey Y 5 markalı mobil telefonun qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və ya predmet aşkar edilməmişdir. Baxış günün işıqlı vaxtı, aydın hava şəraitində keçirilmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar və hal şahidləri tərəfindən vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin baxış zamanı «Sony» markalı fotoaparatla fotoşəkillər çəkilmiş, çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 15-33). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması “istintaq hərəkətinin protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerlərində ayrı-ayrılıqda bir daha yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yeridnə göstərərək təsdiq etmişdir (cild 02, iş vər. 96-97, 98-99, 100-102, 106-109) Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, X3 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs5 qarşı quldurluq cinayət əməlini törətdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.12.2020-ci il tarixli 340 nömrəli eksperti rəyindən görünür ki, vət. Zodorovada müyyən edilmiş xəsarətlər- üst dodağın orta içəri səthində bir ədəd qansızma, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd qançır-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsndə göstərilən müddətdə və şəraitdə, yəni 07.12.2020-də əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zodorovada üst dodağın orta içəri səthində qansızma insan əl barmaqlarının sıxması təsirindən,sağ saidindəki qançır isə özünün ilk məlumatda göstərdiyi kimi hər-hansı bir dolanıb sıxa bilən parça materialın təsirindən əmələ gələ bilərdilər. (cild 01, iş vər. 50-51) Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.09.2021-ci il tarixli nömrəli 6/3676-9/5936 nömrəli rəyindən görünür ki, 5,18 qram kütləli, üzərində 1 ədəd qırmızı rəngli daş olan, qırmızımtıl-sarı rəngli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşı kround qrup daşlara aiddir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən X11 məxsus 6 adda qızıl-zinət əşyalarının 2016-cı ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1700,0 manat, Zərərçəkmiş şəxs5 məxsus 3 adda qızıl-zinət əşyaları 2020-ci ilin dekabr ayına təxminən 3220,0 manat, Zərərçəkmiş şəxs3 məxsus 6 adda qızıl-zinət əşyaları 2016-cı ilin may ayına təxminən 2100,0 manat müəyyən edilir. Digər 1 ədəd “Huavei Y 5” markalı mobil telefon haqqında ətraflı məlumat, istehsal ili, texniki vəziyyəti vəs.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd 1: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd 2: həmin qızıl-zinət əşyalarının üzərində olan daşların mənşəyi, çəkisi, keyfiyyəti və sair barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış fizikikimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim olunmuş 01 ədəd 5,18 qram, 583/585 əyarlı üzərində 1 ədəd qırmızı rəngli daş olan, qırmızımtıl-sarı rəngli, qaşı kround qrup qaşlara aid olan üzüyün 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 390,0 manat müəyyən edilir. (cild 03, iş vər. 199-203) Cinayət işinin materiallarında olan 15.04.2021-ci il tarixli «əşyanın tanınmasının aparılması haqqında» protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 ona təqdim edilmiş 3 (üç) ədəd qızıl üzüyün içərisindən özünə məxsus olan 07.12.2021-ci il tarixdə ona qarşı quldurluq törədilən zaman basqın etmiş şəxslər tərəfindən götürülmüş bir ədəd qızıl üzüyü tanımışdır. (cild 02, iş vər. 59-61) Cinayət işinin materiallarında olan 15.04.2021-ci il tarixli «əşyaya baxış keçirilməsi haqqında» protokoldan görünür ki, əhəmiyyət kəsb etdiyinə görə Zaqatala şəhəri "xxxx" ASC-nin ərazisində yerləşən Şahid1 məxsus qızıl dükanından Şahid1 icazəsi əsasında götürülmüş bir ədəd qadın qızıl üzüyünə və sonuncuya məxsus olan bir ədəd qeydiyyat kitabçasına baxış keçirilmişdir. Şahid1 "xxxx" ASC-nin ərazisində yerləşən özünə məxsus olan qızıl dükanının vitrinindən götürüb təqdim etdiyi qızıl üzüyün üzərində iplə üzüyə bərkidilmiş kağızdan etiket yapışdırılmışdır. Etiketin üz tərəfində yuxarıda qırmızı çap hərvləri ilə «Anar Qızıl 585» sözləri əlyazması ilə «5.2 qr», altında çap hərfləri ilə «(Çəki)» sözü, əlyazması ilə «570m» və onun altında da çap hərfləri ilə «(Qiymət)» sözü yazılmışdır. Kağız etiketin arxa tərəfində əl yazması ilə «R 426» sözləri yazılmışdlır. Üzük qızıldandır, şəbəkə formasındadır və ortasına tünd şaftalı çiçəyi rəngində qırmızıya çalan daşı vardır. A.Yusifov tərəfindən təqdim edilmiş kitabçaya baxış keçirildikdə Şahid1 tərəfindən həmin kitabçada ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən aparılmış 3 qeydiyyatın olduğu bildirildi. Şahid1 göstərdiyi qeydiyyatlara baxış keçirildikdə müyyən edildi: Birinci qeydiyyat 19.01.2020-ci il tarixə aiddir. Təqsirləndirilən şəxs tərəfindən “bu sep mənimdir,ehtiyacım olduğu üçün 90 manata satdım. İmza və 19.01.2020” yazılmışdır. İkinci qeydiyyatın aparılma tarixi yazılmasa da həmin kitabçada qeydiyyat aparmış digər şəxslərin qeydiyyatına görə Təqsirləndirilən şəxs həmin qeydiyyatı 2021-ci ilin yanvar ayının əvvəlində etdiyi görünür. 2-ci qeydiyyatda Təqsirləndirilən şəxs öz xətti ilə “AA******* 055 *** ** ** Bu qızıllar mənimdir, ehtiyacım olduğu üçün 1225 manata satdım” sözləri yazılaraq altından Təqsirləndirilən şəxs məxsus imza çəkilmişdir. 3-cü qeydiyyatda Təqsirləndirilən şəxs öz xətti ilə “Bu üzük mənimdir 145 m satdım 16.02.2021 *** *** ** **” sözləri yazılaraq altından Təqsirləndirilən şəxs məxsus imza çəkilmişdir. Kitabçada qeyd edilmiş AA******* şəxsiyyət vəsiqəsi nömrəsi ilə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsindəki nömrənin eynilik təşkil etdiyi müəyyən edildi. (cild 02, iş vər. 56) Cinayət işinin materiallarında olan 01.06.2021-ci il tarixli «cinayət işinə aid məlumatın ələ keçirilməsinə dair» protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən edilmişdir ki, 07.12.2020-ci il tarixdə saat 20:44:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan 051 *** ** ** nömrəsinə zəng edərək 21 saniyə, həmin gün saat 20:49:43-də zəng edərək 24 saniyə, həmin gün saat 20:56:49-da zəng edərək 19 saniyə danışmışlar. (cild 02, iş vər. 217) Cinayət işinə əlavə edilmiş 11.06.2021-ci il tarixli «cinayət işinə aid məlumatın ələ keçirilməsinə dair» protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi Balakən rayonu Katex kəndində qeydiyyatda olan X4 adına, 055 *** ** ** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adına, 055 *** ** ** mobil telefon nömrəsi X1 adına, 055 *** ** ** mobil telefon nömrəsi Zərərçəkmiş şəxs5 adına sənədləşirilmişdir. 07.12.2020-ci il tarixdə saat 16:55:52-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən X1 istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edərək 116 saniyə, həmin gün saat 17:25:37-də zəng edərək 46 saniyə, həmin gün saat 17:38:59-da Samir Abdulhəmidov ona zəng edərək 23 saniyə, həmin gün saat 18:10:38-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən X1 istifadəsində olan 055 *** ** ** nömrəsinə zəng edərək 16 saniyə danışmışlar. 07.12.2020-ci il tarixdə saat 20:44:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan 051 *** ** ** nömrəsinə zəng edərək 21 saniyə, həmin gün saat 20:49:43-də zəng edərək 24 saniyə, həmin gün saat 20:56:49-da zəng edərək 19 saniyə danışmışlar. (cild 03, iş vər.17) Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspetizasının 29 aprel 2021-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törətməzdən əvvəl və həmin əməlləri törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq (o cümlədən əqli inkişafdan geri qalma) xəstəliyi keçirməmişdir. O.hal-hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması və kəmağıllılıq (o cümlədən əqli inkişafdan geri qalma) xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməllərini törədərkən öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 02, iş vər. 222-225). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı Balakən şöbəsinin 08.10.2021-ci il tarixli 56 nömrəli məktubunda göstərilmişdir ki, 25.05.2016-cı il və 26.05.2016-cı il tarixlərində Azərbaycan Beynəlxalq Bankı ASC-də Rusiya rublunun alış məzənnəsi (0,0216 və 0,0219- tarixə uyğun) və satış məzənnəsi isə (0,0234 və 0,0237tarixə uyğun) kimi olmuşdur (cild 4, iş vər. 3) Cinayət işinin materiallarında olan 09.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.4-cü maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X3 barəsində CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 04, iş vər. 29-77). Cinayət işinin materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 13.12.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş X3 barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər mötəbər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, və 181.2.5-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə (arvadı və 2020-ci il təvəllüdlü bir azyaşlı oğlu ilə) Balakən rayonu, Katex kəndində yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 111-112). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona vurulmuş maddi ziyandan 2500 (iki min beş yüz) manat pulun Təqsirləndirilən şəxs Ramiz oğlu tərəfindən ona ödənildiyini bildirmişdir (cild 04, iş vər. 20). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona vurulmuş maddi ziyandan 965 (doqquz yüz altmış beş) manat pulun Təqsirləndirilən şəxs Ramiz oğlu tərəfindən ona tam şəkildə ödənildiyini bildirmişdir (cild 04, iş vər. 23). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs Hobolova İlahə Aydın qızı istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona vurulmuş maddi ziyandan 2100 (iki min bir yüz) manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənildiyini bildirmişdir (cild 04, iş vər. 24). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona vurulmuş maddi ziyandan 342 (üç yüz qırx iki) manat pulun Təqsirləndirilən şəxs Ramiz oğlu tərəfindən ona tam şəkildə ödənildiyini bildirmişdir (cild 04, iş vər. 22). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə ona vurulmuş maddi ziyandan 1755 manat puldan 55 (əlli beş) manat pulun Təqsirləndirilən şəxs Ramiz oğlu tərəfindən ona ödənildiyini bildirmişdir (cidl 04, iş vər. 21). Cinayət işinə əlavə edilmiş tələbnamədən və Bakı Hərbi Məhkəməsindən daxil olmuş 03.10.2021-ci il tarixli 156 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli hökmünə əsasən CM-in 335.1-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 200 (iki yüz) manat cərimə cəzasına məhkum olunmuş və təyin olunmuş cəriməni 26 sentyabr 2014-cü il tarixdə dövlət büdcəsinə ödəmişdir. Cərimənin ödənilməsi barədə qəbz məktuba əlavə edilmişdir (cild 02, iş vər. 178-179, cild 03, iş vər. 189-190). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərin, o cümlədən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin onunla barışmasını və ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ibtidai istintaq zamanı və məhkəmə istintaqı sərgilədiyi səmimiyyəti, yəni səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə və dəymiş ziyanı ödəməyə cəhd etməsini, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası tərəfindən onun əməllərində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, cinayət əməli törədəndən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın çox qismini tamailə ödəməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını və təyin olunan cəzaların qismən toplanılmaqla şəxsə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 14.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 114-115). Cinayət işinin materiallarında olan 16.04.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 14.04.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 113-117). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 14.04.2021ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs5 barmağından çıxarılmış 5,18 qram kütləli, 583/585 əyarlı, üzərində 1 ədəd qırmızı rəngli daşı olan, 390 manat dəyərində bir ədəd qızıl üzük hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 14.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs5 barmağından çıxarılmış 5,18 qram kütləli, 583/585 əyarlı, üzərində 1 ədəd qırmızı rəngli daşı olan, 390 manat dəyərində bir ədəd qızıl üzük hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs5 qaytarılsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-34/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-34/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver