Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-34/2024 08.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X12, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax şəhəri Nizami prospekti 249da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2,762 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 07 aprel 2023-cü il tarixdə saat 0930 radələrində Yevlax şəhəri X11 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərinə həmin gün saat 1020-dən 1050-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax Rayon Polis Şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 2,762 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində yaşadığı Yevlax şəhəri Nizami küçəsində yerləşən evində olarkən polis şöbəsinin Kərim adlı əməliyyat müvəkkili və digər adını bilmədiyi əməliyyat müvəkkilləri onun evinə daxil olaraq onu Yevlax Rayon Polis Şöbəsinə aparmış, saat 08 radələrində Teymur adlı əməliyyat müvəkkili onu başqa bir otağa apararaq orada onu digər tanımadığı polis əməkdaşları ilə rezin dəyənəklə döyərək əlində olan olan narkotik vasitənin özünə məxsus olmasının deməsini tələb etmişdir. Teymur həmçinin onun ailə üzvlərini də məsuliyyətə cəlb edəcəyini bildirdiyinə görə təzyiqlər nəticəsində Teymurun əlində tutduğu narkotik vasitə olan heroinin özünə məxsus olmasını bildirmişdir. Onda narkotik vasitə olmamış, narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşdur. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 09 radələrində Yevlax şəhəri Nizami prospektində özünə məxsus xırdabuynuzlu heyvanları otarmağa apararkən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində çəkisi 2,97 qram olan narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin narkotik vasitə qablaşdırıldıqdan sonra götürülmüş, sorğu zamanı həmin narkotik vasitəni 06 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri Nizami prospektində yolun kənarında özünə məxsus olan xırdabuynuzlu heyvanları otararkən yerdə olan siqaret qutusunu götürüb içərisinə baxdıqda həmin qutunun içərisindən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 Rəfael oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə saat 09 radələrində Yevlax şəhəri Nizami prospektində olan Nadir Məmmədova yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,97 qram olan içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini bir gün əvvəl xırda buynuzlu heyvanları otaran zaman yerdən tapdığını, istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını, satmaq niyyətin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmiş, sonuncunun üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 Rəfael oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bağlı heç bir tədbirdə iştirak etməmiş, tərəfindən polis şöbəsinə aparılmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində səs-küyə yuxudan oyanıb küçəyə çıxarkən qonşuları Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparıldığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X10 eyni məzmunlu ifadə verərək X4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsində məsulnövbətçi işləmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 0900-dan xx.xx.2023-cü il saat 0900-a kimi Yevlax rayon Polis Şöbəsində növbədə olmuş, Təqsirləndirilən şəxs həmin gün saat 0945-də əməliyyat müvəkkili Şahid1 gətirsə də səhvən Təqsirləndirilən şəxs yaşadığı ərazinin əməliyyat müvəkkili Kərim Əzimovun adını kitabda gətirən şəxs kimi qeyd etmişdir. Kitabda şəxsin gətirilməsi saatını texniki səhv olaraq 0845 qeyd etmiş, sonra düzəliş edərək gətirilmə saatını 0945 kimi qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli 17/328 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş bir ədəd sellofan torbaya bükülmüş bükülüdə heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,762 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 07 aprel 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çəkisi 2,97 qr olmaqla sellofan bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən alınmış xx.xx.2023-cü il tarixli 240 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2014-cü ildə doğulmuş Gülnar Məmmədova, xx.xx.2015-ci ildə doğulmuş Xədicə Məmmədova, xx.xx.2016-cı ildə doğulmuş Gültəkin Məmmədova, xx.xx.2017-ci ildə doğulmuş Rövşən Məmmədov, xx.xx.2018-ci ildə doğulmuş Aytəkin Məmmədova, xx.xx.2019-cu ildə doğulmuş Ramazan Məmmədov və xx.xx.2021-ci ildə doğulmuş Nuranə Məmmədova adlı yeddi azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-2757/23 saylı arayışından görünür ki, Məmmədov X18 rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 07 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0930-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə toplanmış hər bir sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur və aşağıdakı səbəblərə görə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə ki, məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni xırda buynuzlu heyvanları otaran zaman yerdən tapdığını bildirsə də məhkəmə araşdırması zamanı həmin ifadəni polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün verdiyini bildirmişdir. Bir halı qeyd etmək lazımdır ki, hələ məhkəməyədək araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasına dair müraciəti əsasında araşdırma aparılmış, həmin araşdırmanın nəticəsinə dair 29 aprel 2023-cü il tarixli qərarla polis əməkdaşlarının ona qarşı zor tətbiq etməsi xüsusatında cinayət hadisəsi olmadığına görə həmin hissədə cinayət işinin başlanması rədd edilmişdir. Lakin elə həmin qərardan görünür ki, araşdırma zamanı təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 187 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun gələn və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən sol kürəkaltı nahiyənin qançırı xəsarəti aşkar edilmiş və həmin xəsarətin hansı şəraitdə almasının müəyyən edilməsi üçün materialdan ayrıca material ayrılaraq aidiyyəti üzrə araşdırlması üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yolverilməz elan edir. CPM-in 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Verilən ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması və hadisə günü onu polislərə təqdim etməsi məhz onun özünün ibtidai istintaqda verdiyi, lakin məhkəmədə imtina etdiyi ifadəsi ilə əsaslandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında həmin ifadələrdən imtina etməsini polislər tərəfindən tutulduqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qalması, döyülməsi və bunların təsiri altında həqiqətə uyğun olmayan izahat və ifadələr verməsi ilə izah etmişdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təhlil olunan işdən bəlli olur ki, təqsirləndirilən şəxs polis orqanlarına gətirilən zaman onun bədən səthində hər hansı xəsarət olmamışdır. Belə ki, Yevlax rayon X21 Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabında Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman onun bədən səthində hansısa xəsarət aşkar olunmadığı qeyd edilmişdir. Prokurorluq orqanları tərəfindən araşdırma aparılan zaman Təqsirləndirilən şəxs sol kürəkaltı nahiyənin qançırı xəsarətin aşkar olunması və həmin xəsarətlərin xx.xx.2023-cü il tarixə uyğun gəlməsi həmin xəsarətin məhz polis orqanlarının nəzarəti altına olan zaman almasını və onun məhkəmədə verdiyi ifadəsinin işin hallarına daha uyğun gələn ifadə olduğunu bir daha təsdiq edir. Bundan başqa prokurorluq orqanları tərəfindən Təqsirləndirilən şəxs bədən səthində xəsarətin olması müəyyən olunsa da həmin xəsarətin hansı şəraitdə alınmasına heç bir hüquqi qiymət verilməmiş və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmadığı halda həmin xəsarətə hüquqi qiymət verilməsi üçün materialdan material ayrılaraq təqsirləndirilən şəxsin hərəkətlərindən şikayət etdiyi polis orqanlarına göndərilmişdir. Məhkəmə kollegiyası hazırki cinayət işində təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki zorakılığın olub-olmamasının şübhə doğurması ilə bağlı bir faktı da qeyd edir ki, təqsirləndirilən şəxs CPM-in 157.3-cü maddəsinə əsasən barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 24 saat müddətində istintaq təcridxanasına keçirilməli olduğu halda, sorğu əsasında götürülmüş məhkumun tibbi kitabçasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə təcridxanada tibbi müayinədən keçdiyi müəyyən edilmişdir. Bütün bu hallar təqsirləndirilən şəxsə fiziki və ya psixi təsirin olması barədə olan şübhələri bir daha təsdiq edir. İstintaq materiallarına əsasən təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə saat 0930-da X5 baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Yevlax şəhəri Nizami prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə saat 04 radələrində yaşadığı evdə olarkən əməliyyat müvəkkili Kərim Əzimov tərəfindən yaşadığı evdən Yevlax rayon Polis Şöbəsinə aparıldığını bildirmişdir. Qeyd edilən halların yoxlanılması üçün məhkəmə tərəfindən sorğu əsasında götürülmüş Yevlax rayon Polis Şöbəsi üzrə “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabında” xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinə gətirmiş məsul şəxs kimi CAB əməkdaşı Kərim Əzimov qeyd edilmiş, Təqsirləndirilən şəxs gətirilmə saatı saat 0945 kimi qeyd edilsə də, vizual müşahidə zamanı həmin saatın da əvvəl aşkar surətdə 0845 kimi qeyd edildiyi və sonradan 8 rəqəminin üstündən düzəliş edilərək 9 yazıldığı müəyyən edilmişdir. Kərim Əzimov məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla bağlı hansısa tədbirdə iştirak etmədiyini, ümumiyyətlə xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olmadığını göstərmişdir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Kərim Əzimovun istifadəsində olmuş 055 234-60-69 nömrəsinin xx.xx.2023-cü il tarixdə anten dairəsinə dair məlumatlar götürülərkən həmin mobil telefonun xx.xx.2023-cü il tarixdə saat 0358 radələrində Yevlax-ATS/“Yevlax TKQ”/Yevlakh/ anten dairəsində aktiv olunduğu müəyyən edilmişdir. Nəzərə alsaq ki, Kərim Əzimovun istifadəsində olan mobil telefon həmin gün saat 0358-dən sonra saat 0932-dən başlayaraq saat 1442-ə kimi həmin anten dairəsində və “Yevlax şəhəri, Nizami prospekti 128” anten dairəsində aktiv olmuş, X1 Polis Şöbəsindən təxminən 450 metr aralıda olması və polis şöbəsinin Yevlax şəhəri Nizami prospektində yerləşməsi belə bir nəticəyə gəlməyə imkan verir ki, Kərim Əzimov həmin gün gecə saatlarında iş yeri olan Yevlax Rayon Polis Şöbəsində olmuşdur. Bundan başqa məhkəmə xx.xx.2023-cü il tarixdə məsul növbətçi olmuş X2 texniki səhv olaraq gətirilmiş şəxslərin qeydiyyatı kitabında Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirmiş baş əməliyyat müvəkkili Şahid1 yerinə Kərim Əzimovu qeyd etməsini də inandırıcı olmayan ifadə kimi qəbul edir. Belə ki, şahid Mikayıl Səmədov sərbəst ifadəsi zamanı polis şöbəsinə gətirilən bütün şəxslərin kim tərəfindən gətirilməsini xatırladığını bildirsə də, həmin kitabda Təqsirləndirilən şəxs sonra qeyd edilmiş şəxsin kim tərəfindən gətirilməsinə dair məhkəmənin ona ünvanladığı suala cavab verməkdə çətinlik çəkmişdir. Bütün qeyd edilənlər Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsində maraqlı olduqlarına görə polis əməkdaşlarının düzgün olmayan ifadələr verdiyini bir daha təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları olan X23 Məmmədovun saxlanılıb rayon polis şöbəsinə gətirilməsində iştirak etmədiyini, Şahid1 isə Təqsirləndirilən şəxs onun tərəfindən gətirilərək sonuncuya qarşı heç bir zor tətbiq etmədiklərini, şahid Mikayıl Səmədov isə səhvən gətirilən şəxslərin qeydiyyatı kitabında Kərim Əzimovun adının qeyd etməsini göstərsələr də məhkəmə həmin ifadələrə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüququları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu tip işlərdə polis əməkdaşları maraqlı şəxs olmaqla həmin şəxslərin ifadələri digər sübutlarla da təsdiq olunmalıdır. İş materiallarından da göründüyü kimi qeyd edilən şəxslərin ifadələrində göstərdikləri digər hallarla təsdiq olunmadığına görə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinməsi baxımından həmin ifadələr “maraqlı” şəxslər tərəfindən verilmiş ifadələr kimi qəbul edilir. Buna görə də məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi hallar işin hallarına uyğun gəldiklərinə görə tam səmimi və obyektiv ifadələrdir, təqsirləndirilən şəxs iş materiallarında əks olunduğu kimi xx.xx.2023-cü il tarixdə saat 0930 radələrində baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Yevlax şəhəri Nizami prospektində deyil, həmin gün saat 04 radələrində yaşadığı evdən əməliyyat müvəkkili Kərim Əzimov tərəfindən Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə xx.xx.2014-cü il tarixli Qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qonşuları Arzu İsmayılova və Bəsti Abdullayeva da ifadələrində xx.xx.2023-cü il tarixdə saat 04 radələrində səsə yuxudan ayıldıqlarını və polis əməkdaşlarının Təqsirləndirilən şəxs apardıqlarını gördüklərini bildirmişlər. Müəyyən olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş materiallarında qeyd edildiyi kimi polis əməkdaşları tərəfindən saat 0930-da deyil, faktiki olaraq saat 04 radələrində saxlanılmış və saxlanıldıqdan dərhal sonra deyil, təxminən 5-6 saat sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası rayon Polis Şöbəsində şəxsi axtarış zamanı aşkar olunmuş və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın yeganə əsasını təşkil edən narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmasına şübhə ilə yanaşır. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələri hər hansı bir sübutlarla aradan qaldırmaq mümkün olmadığından Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbi baxımından bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsidə qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin Qərarın 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Bu Qərarın 28-ci bəndində qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Buna görə də məhkəmə kollegiyası istintaq zamanı təqsirləndirilən şəxsin ifadələri arasında qeyd edilən kəskin ziddiyyətli şübhələri, başqa subutlarla aradan qaldırılmasının mümkün olmaması qənaətinə gələrək hesab edir ki, həmin şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 350, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,712 qram narkotik vasitə olan heroin Yevlax Rayon Polis Şöbəsinin sərəncamında saxlanılsın, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-34/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-34/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver