Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-34/2025 23.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), hakimlər Məmmədov Xaliq Musa oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 1 ay 14 gün vaxtından əvvəl cəzadan azad edilmiş, məhkumluğu qanunla ödənilməmiş, Yevlax şəhəri Nizami prospekti 170 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd sellofan bükümdə 27,401 qram külli miqdarda narkotik vasitə olan heroini, 3 ədəd sellofan bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 42,832 qram, 35,375 qram və 19,629 qram olmaqla ümumi cəmi 97,836 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və qəsdən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan üzərində “Tramadol 50 mq” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ümumilikdə 05 ədəd ağqırmızı rəngli kapsulda 0,25 qram tramadol hidroxloridi istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib üzərində saxlamış, 07 yanvar 2024-cü il tarixdə saat 12:20 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 13:10-dən 13-40-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki gödəkcənin içəri tərəfdən sol cibindən qanunsuz olaraq qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd sellofan bükümdə 27,401 qram külli miqdarda narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümlərdə olmaqla ayrı-ayrı çəkiləri 42,832 qram, 35,375 qram və 19,629 qram olmaqla ümumi cəmi çəkisi 97,836 qram külli miqdarında psixotrop maddə olan metamfetamin və qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan üzərində “Tramadol 50 mq” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ümumilikdə 05 ədəd ağ-qırmızı rəngli kapsulda 0,25 qram tramadol hidroxlorid aşkar olunmaqla qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü qismən, yəni CM-in 234.1 və 240.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, səhv etmirsə, 5 yanvar tarixində Yevlax şəhərində Nizami prospekti ilə taksi ilə hərəkətdə olan vaxt X12 əməkdaşı taksini saxlamışdır. Taksi sürücüsü aşağı düşmüş və polis əməkdaşına yaxınlaşmışdır. Elə bu vaxt taksinin arxa qapısı açılmış və polis əməkdaşları onu taksidən düşürüb başqa maşına aparmışlar. Bundan sonra polis əməkdaşları üzərində nə varsa təqdim etməyini bildirmişlər. O da üzərində olan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsində 3-cü mərtəbədə sağdan 3-cü otağa aparmışlar. Həmin vaxt orada rəis müavini Elsəvər müəllim olmuşdur. Otağa daxil olan kimi onu itələyib yerə yıxmış və narkotik vasitəni kimdən aldığını soruşmuşlar. O da həmin vaxt narkotik satan şəxsin adını verməmiş və polis əməkdaşları ilə razılaşmışdır. Üzərində heroin, metamfetamin və tramadol həbləri olmuşdur. Üzərində təxminən 0,7 və ya 0,8 qram narkotik vasitə olan heroin və metamfetamin olmuşdur. Sonra polis əməkdaşı Teymur əlində narkotik vasitə ilə otağa daxil olmuşdur. Həmin vaxt narkotik vasitənin çox olduğunu bildirmiş və etiraz etmişdir. Daha sonra isə polis əməkdaşları ilə razılaşmış və sənədlərə imza çəkmişdir. Məhkəmə kollegiyasından əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni Yevlax şəhərindən almışdır. Ona narkotik vasitəni satan şəxs Azərbaycan vətəndaşı olmuşdur. Ancaq adını demək istəmir. İbtidai istintaq zamanı demişdir ki, narkotik vasitəni İran vətəndaşından almışdır. Narkotik vasitəni almaq üçün 80 manat pul vermişdir. İbtidai istintaq zamanı göstərdiyi rəqəmlər müxtəlifdir. Çünki polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşı Teymurla razılaşmışdır. Ona olunan qanunsuzluqla bağlı Baş prokurorluğa şikayət etmişdir. Taksini DYP əməkdaşı saxlamışdır. DYP əməkdaşının sürdüyü maşının nömrəsini xatırlamır. Polis əməkdaşları ona heç nə izah etmədən maşından düşürüb öz maşınlarına əyləşdirmişlər. Taksi sürücüsünün adını bilmir. Əvvəllər narkotik vasitə ilə bağlı məhkum olunmuşdur. Üzərindən narkotik vasitə aşkar olunduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Taksi sürücüsünün adını bilmir. Taksi sürücüsünün sürdüyü maşının nömrəsini xatırlamır. Əvvəllər narkotiklə bağlı saxlanılmış və məhkəmə qarşısına çıxarılmışdır. Həmin vaxt ona qarşı elan olunan ittiham sübuta yetirilmədiyi üçün məhkəmə tərəfindən bəraət almışdır. “Tural” adlı polis əməkdaşının onunla qərəzli münasibəti olduğundan onu tutmuşlar. Tural ona demişdir ki, onu həbs etdirəcəkdir. İki dəfə Baş prokurorluğa ərizə ünvanlamışdır. Əvvəllər Şahid1 bibisi oğlu tərəfindən saxlanılmışdır. Onu bu dəfə də həmin şəxs saxlamışdır. Ancaq şahidlər siyahısında onun adı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəyə imza çəkmişdir. Narkotiki toz halında burun vasitəsilə qəbul etmişdir. Polis şöbəsində onu yüngül döymüşlər. Döyülməyi ilə bağlı bədənində xəsarət olmamışdır. “Elsəvər” adlı rəis müavini onu yüngülvari döymüşdür. Elsəvər müəllim ona sillə və təpik vurmuş, ancaq xəsarəti olmamışdır. İstintaq təcridxanasına daxil olan zaman üzərində xəsarət olmamışdır. Polis əməkdaşları ilə razılaşdığı üçün vəkilə heç nə deməmişdir. Çünki ya narkotiki aldığı adamı satmalı imiş, ya da özü tutulmalı imiş. Narkotik vasitəni Yevlax şəhərindən almışdır. Aldığı adamın adını versə, gərək Yevlax şəhərində yaşamasın. Narkotik vasitəni az almışdır. Aldığı narkotik vasitələr xırda bükümlərdə olmuşdur. Narkotiki aldığı şəxs xırda bükümlərdə gətirmiş, o da elə götürmüşdür. Ona məxsus aşkar olunan tramadol həbləri “150”lik olmuşdur. Ancaq onu dəyişib “50”lik qoymuşlar. Üzərindən 5 ədəd tramadol həbi aşkarlanmışdır. İttiham aktında “50”lik tramadol yazıblar. Ancaq ondan aşkar olunan “150”lik tramadol olmuşdur. Çəkilişdə “150”lik tramadoldur. Ancaq ittiham aktında “50”lik yazılmışdır. Çəkiliş zamanı vəkilinə heç nə deməmişdir. Aşkar olunan maddələrin hər 3-ü ona aid olmuşdur. Çəkilişdəki tramadol “150”likdir. Tutulan zaman üzərindən heroin, metamfetamin və tramadol həbləri aşkar edilmişdir. Ancaq heroin və metamfetamin qeyd olunan çəkidə olmamış, daha az çəkidə olmuşdur. Heroin və metamfetamini birgə qəbul etmişdir. Yəni hər ikisinən istifadə etmişdir. Metamfetamini istifadə etdikdən sonra heroini istifadə etmək lazımdır. Çünki onu elə ediblər ki, birini istifadə edən zaman, digərini axtarırsan. Qablaşdırmanı çəkilişdə gömüşdür. Çəkilişdə olan tramadol “150”likdir. Ancaq ittiham aktında “50”lik yazılmışdır. Çəkilişə gələnə qədər müdafiəçi ilə təklikdə görüşməmişdir. Müdafiəçini çəkiliş zamanı görmüşdür. Əvvəlki iş üzrə məhkəmə zamanı bəraət almışdır. Çəkilişdə güya inandırıcı danışmışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Narkotik vasitəni Yevlax şəhərindən əldə etmişdir. “SMS”də “Balaş” deyilən zaman onu nəzərdə tutmuşlar. “SMS” yazan şəxs onun yaxın dostudur. Axşam gedib narkotik almışlar. Dostu öz payını çəkib qutarmışdır. Ona da “SMS” yazmışdır ki, onda narkotik qalsa ona da saxlasın. “SMS” yazan şəxs marixuananı nəzərdə tutmuşdur. Yəni “SMS”də doldurmağa nə isə olub-olmadığı soruşulmuşdur. “SMS”yazan digər şəxs qonşusudur. O, da onunla birlikdə narkotik istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə tərtib edilmiş protokol ilə tanış olmuşdur. O, polis şöbəsində olmuş, Yevlax şəhəri Nizami prospekti 170 saylı evdə yaşayan Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olması və onun Yevlax şəhər Nizami prospektində yerləşən «AĞ Zanbaq» adlanan kafenin yaxınlığında olması barədə ona məlumat daxil olmuş və bu barədə sənədləşdirmə apardıqdan sonra şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 12 radələrində Yevlax şəhər Nizami prospektində yerləşən «AĞ Zanbaq» adlanan kafenin yaxınlığından keçib gedərkən Balabəyin yolun kənarında dayandığını görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Balabəy özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Balabəyin üstünə baxış keçirmişdir. Baxış zamanı Balabəyə üzərində olan əşyaları masanın üzərinə qoymaların demişlər. Balabəy əynində olan gödəkcənin içəri tərəfdən sol cibindən 4 ədəd sellofana bükülmüş bükülü və 5 ədəd dərman çıxarıb masanın üzərinə qoymuşdur. Balabəyin təqdim etdiyi bükümlərə baxış keçirdərkən, Balabəy 1 ədəd sellofan bükümdəkinin heroin olduğunu, 3 ədəd sellofan bükümdəkinin metamfetamin olduğunu və 5 ədəd həblərin isə tramadol olduğu xx.xx.2023-cü il tarixdə telefonun «Whatsapp» proqramından istifadə edərkən özünü İran vətəndaşı kimi təqdim etmiş oğlanla tanış olmuş və həmin oğlan narkotik vasitəni, tramadolu və psixotrop maddəni ondan aldığını bildirmişdir. Həqiqətən Balabəyin təqdim etdiyi 3 ədəd sellofan bükümdə şüşə oxantısına bənzər olmaqla psixotrop madə olan metamfetaminə bənzər kütlələr idi. 1 ədəd sellofan bükümdə toz halında narkotik vasitə olan heroinə bənzər kütlə idi. 5 ədəd dərmanlar isə tramadola oxşar dərmanlar idi. Həmin bükümlərdə olan kütlələr və 5 ədəd dərmanlar ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Yevlax RPŞ-yə xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin və tramadolun əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax şəhəri Nizami prospektində “Ağ zanbaq” kafesinin yaxınlığında saxlanılaraq Yevlax RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23-24). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokol və ona əlavə olunmuş kompakt diskdən görünür ki, həmin tarixdə saat 13:10-dan 13:40-dək müddətdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin içəri sol cibindən 1 ədəd sellofan bükümdə çəkisi 27,401 qram narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümdə ümumi çəkisi 97,836 qram psixotrop maddə metamfetamin və 5 ədəd 0,25 qram “Tramadol 50 mq” göstəricisi olan kapsula aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 26-33). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X7 08 yanvar 2024-cü il tarixli 17\26 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd sellofan bükümdə çəkisi 27,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin narkotik vasitə olan heroindən 0,100 qramın ekspertizaya sərf edilmiş, nəticədə çəkisi 27,301 qram narkotik vasitə heroin qalmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 3 ədəd sellofan bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 42,832 qram, 35,375 qram və 19,629 qram olmaqla ümumi çəkisi 97,836 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə metamfetamindən 0,300 qramı ekspertizaya sərf edilmiş, nəticədə ümumi çəkisi 97,536 qram psixotrop maddə metamfetamin qalmışdır (cild 01, iş vər. 44-47). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 76-80). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Motorolla” markalı telefon, ***-***-**-** saylı mobil nömrə və 01 ədəd Kapital banka aid kart Təqsirləndirilən şəxs bibisioğlu Aqşin İsmayılova təhvil verilmişdir (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 mart 2024-cü il tarixli alınmış əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən, psixotrop maddə olan metamfetamindən istifadə edir və narkotik vasitə olan heroinin, psixotrop maddə olan metamfetaminin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdə çəkisi 27,401 qram narkotik vasitə olan heroini, 3 ədəd sellofan bükümdə ümumi çəkisi 97,836 qram psixotrop maddə metamfetamini və 5 ədəd tramadolu satış məqsədilə saxlamışdır. Lakin ona narkotik vasitə və psixotrop maddə satmış tanımadığı İran vətəndaşı olan oğlanın şəxsiyyətin müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdə çəkisi 27,401 qram narkotik vasitə olan heroinin, 3 ədəd sellofan bükümdə ümumi çəkisi 97,836 qram psixotrop maddə metamfetaminin və 5 ədəd tramadolu haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 123, 136). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokol və CD-R diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə **********32 mobil nömrəsindən “Balaş gör ovqatdan olsa məmçündə 7-8 tüsdü saxlyarsan vazmojndvası” məzmunlu mesaj, **********19 mobil telefon nömrəsindən “Atım doldurumluq barıt vr da əgər özünün atmağa barıtın varsa😊” , “qaqa elə bil mənə verirsən əgər imkanın varsa bizim o qonşuya bir”. məzmunlu mesajlar göndərilmişdir (cild 01, iş vər. 106-107). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Nizami pr. 170 saylı evdə qeydiyyatdadır, ailə tərkibi atası X5, anası X3 və bacısı X2 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən yaxşı kimi səciyyələndirilir (cild 01, iş vər. 108-109). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə 1 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər. 110-111). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 113-122). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli 640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər. 126). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli 3-16-16\2-6\837 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş üzərində “Tramadol 50 mq” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ümumilikdə 05 ədəd ağqırmızı rəngli kapsulada tramadol hidroxloridin təir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir. Həmin 5 ədəd “Tramadol 50 mq” göstəricisi olan kapsuladan 1 ədədin ekspertizaya sərf edilmiş, nəticədə 4 ədəd “Tramadol 50 mq” göstəricisi olan kapsula qalmışdır (cild 01, iş vər. 132-135). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda çəkisi 27,401 qram narkotik vasitə olan heroinin, külli miqdarda çəkisi 97,836 qram pisixotrop maddə olan metamfetaminin və 5 ədəd 0,25 qram “Tramadol 50 mq” göstəricisi olan kapsulanın mənbəyinin və habelə Təqsirləndirilən şəxs istifdə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə mesajlar göndərmiş **********32 və **********19 mobil telefon nömrələrin istifadəçilərinin müəyyən edilməsi üçün cinayət işindən ayrıca icraata CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 02, iş vər. 151-160). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, məhkumluğa qədər Yevax şəhəri, Nizami prospekti, ev 170-də qeydiyyatda olan – məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax şəhəri, Nizami pr. mən.70 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin, psixotrop maddə metafetamin və tramadolun əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı onun əynindəki gödəkcənin içəri sol cibindən 1 ədəd sellofan bükümdə çəkisi 27,401 qram narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümdə ümumi çəkisi 97,836 qram psixotrop maddə metamfetamin və 5 ədəd 0,25 qram “Tramadol 50 mq” göstəricisi olan kapsula aşkar olunub, qanunamüvafiq qaydada götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizası və məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin, metamfetaminin, tramadol həblərinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin çəkisinin polis əməkdaşları tərəfindən artırılması, habelə onun üzərindən aşkar olunan və videoçəkilişdə də öz əksini tapmış tramadolun əslində “Tramadol150 mq”lik olması, ittihamda isə “Tramadol 50 mq”lik tramadol kimi qeyd olunması ilə bağlı göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə, öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, şəxsin ifadəsində göstərilən həmin hallar şahid ifadələri və iş materiallarında olmaqla bir-birinə uyğun mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş üzərində “Tramadol 50 mq” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ümumilikdə 05 ədəd ağ-qırmızı rəngli kapsulada tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir. Məhkəmə istintaqında tədqiq olunmuş “şəxsi axtarış və götürmə” protokoluna əlavə edilmiş diskdə olan görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən həqiqətən ağ-qırmızı rəngli 5 ədəd “Tramadol 50 mq” kapsula həblər aşkar olunmuş, qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə ilə psixotrop maddənin çəkisinin artırılması və üzərindən "50”lik deyil “150”lik tramadol həbləri aşkar olunması barədə göstərdikləri hallar cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmçinin cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokol və CD-R diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə **********32 mobil nömrəsindən “Balaş gör ovqatdan olsa məmçündə 7-8 tüsdü saxlyarsan vazmojndvası” məzmunlu mesaj, **********19 mobil telefon nömrəsindən “Atım doldurumluq barıt vr da əgər özünün atmağa barıtın varsa😊” , “qaqa elə bil mənə verirsən əgər imkanın varsa bizim o qonşuya bir”. məzmunlu mesajlar göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 8-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin bənddə həmçinin göstərilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda psixotop maddə olan metamfetamin, külli miqdarda narkotik vasitə olan heroin, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 02, iş vər. 65-66). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamədən, hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə 1 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən isə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət kateqoriyasına görə az ağır cinayət sayıldığından və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğundan, hazırki cinayət əməlini isə azadlığa çıxdıqdan iki il keçmədiyi üçün onun əməlində cinayətlərin residivi yaranır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan çəkisi 27,301 qram narkotik vasitə olan heroin, külli miqdarda çəkisi 97,536 qram psixotrop maddə olan metamfetamin və 4 ədəd “Tramadol 50 mq” göstəricisi olan kapsulalar məhv edilməli və 02 ədəd CD diskin isə iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 134,10 AZN (bir yüz otuz dörd manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan çəkisi 27,301 qram narkotik vasitə olan heroin, külli miqdarda çəkisi 97,536 qram psixotrop maddə olan metamfetamin və 4 ədəd “Tramadol 50 mq” göstəricisi olan kapsulalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 134 manat 10 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Xaliq Məmmədov Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-34/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-34/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver