Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-35/2023 08.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 2235 radələrində Balakən şəhəri ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkında piyada gəzərkən parkın içərisində quraşdırılmış köşkün yanında dayanmış Zərərçəkmiş şəxs ilə toqquşmuş, həmin vaxt aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəlcə yüksək səslə Zərərçəkmiş şəxs qarşı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən qayçını Zərərçəkmiş şəxs çənəsinin alt hissəsinə sıxıb kəsərək sonuncuya qəsdən sağ çənə altında bir ədəd yara ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, daha sonra həmin qayçı ilə Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya döş qəfəsinin sol ön səthindən döş sümüyünü kəsilib-zədələyib daxilə plevra boşluğuna keçən bir ədəd yara ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 22 radələrində Balakən şəhərindəki evlərindən çıxıb gəzmək üçün Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən X9 getmiş, parkın içərisində olan yolla yuxarı doğru hərəkət etməyə başlamışdır. Təxminən 100 metr hərəkət etdikdən sonra onun hərəkət etdiyi yola birləşən sağ tərəfdə vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş yolda peraşki satılan köşkün qarşısında əvvəldən tanımadığı sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə toqquşaraq ayağı Yusifin ayağına dəymişdir. Bu zaman Zərərçəkmiş şəxs kənara çəkilməsini bildirmiş, yolla hərəkət edə bilməmişdir. Yusif kənara çəkilmədiyinə görə səsini biraz yüksəldərək Yusifə yol verməsini demiş, bu zaman Zərərçəkmiş şəxs onu təhqir edərək nalayiq ifadə işlətdikdən sonra bir dəfə onun sağ buduna təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs ona təpik vurduqda bərk əsəbiləşərək üzərində olan gödəkçəsinin sol yan cibində olan qayçını çıxardıb Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə sonuncunun çənəsinin altına sıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs əli ilə onun qayçını çənəsinin altına tutduğu əlini çənəsinin altından kənara itələmiş, Yusifin onun əlini itələdiyini görüb bir əli ilə Yusifin yaxasından tutaraq döş qəfəsinə həmin qayçı ilə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs söyüşünü geri götürdükdən sonra sonuncunu vurmamış, əlində olan qayçı ilə oradan uzaqlaşaraq əlindəki qayçını təxminən 20-25 metr qabaqda parkın içərisində yolun kənarında olan otluq sahəyə tullamışdır. Daha sonra da Balakən şəhəri H.Əliyev prospekti ilə piyada hərəkət edərək yaşadığı evə gəlmiş, təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gəlib onu Balakən rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə qardaşı X7 ilə birlikdə Balakən şəhəri Səttar Gözəlov küçəsində olan Heydər Əliyev adına parka gəzməyə getmiş, biraz gəzdikdən sonra əvvəldən görüş təyin etdiyi sinif yoldaşları Şahid3, Şahid1 ilə orada görüşmüşlər. Yunis onlardan ayrılaraq öz sinif dostları ilə parkda gəzməyə getmiş, həmin vaxt sinif yoldaşları ilə parkda biraz gəzdikdən sonra dostları Şahid4, Sənan Həbilovu və Abdulgamid Dibirovu görmüşdür. Abdulgamid Dibirov və Sənan Həbilov onlarla birlikdə gəzməmiş, Şahid4 isə onlarla birlikdə parkda gəzməyə başlamışdır. Onlar Şahid1, Şahid3 və dostu Şahid4 ilə birlikdə bir neçə saat gəzdikdən sonra həm özünə həm də Şahid1, Şahid3 və Şahid4 peraşki almaq üçün parkda olan peraşki satan köşkə yaxınlaşaraq satıcı qadına peraşki sifariş verdikdən sonra bir az kənarda dayanmış Abdulgamid Dibirova və Sənan Həbilova yaxınlaşaraq sonuncularla söhbət etməyə başlamışlar. Bu zaman peraşki satan qadın onu çağıraraq sifarişinin hazır olduğunu bildirdikdən sonra peraşki satan köşkə yaxınlaşan zaman piyada yolu ilə hərəkət edən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun yanından keçdikdə ayağı onun ayağına dəymişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “kənara çəkil yol ver” deyərək ona qarşı nalayiq ifadə işlətmiş, Elnura nəyə görə belə ifadə işlətdiyini dedikdə aralarında bu zəmində mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur bir daha ona nalayiq söyüş söyərək cibindən çıxardığı qayçı ilə onun çənəsinin altına sıxmaqla onu kəsəcəyini demiş, qayçının ucu onun çənəsinin alt hissəsini kəsəcəyini görüb qayçını əli ilə kənara itələmişdir. Bu zaman qayçı onun çənəsinin altını bir qədər kəsmiş, Təqsirləndirilən şəxs onu bir neçə dəfə qayçı ilə vurmaq istəsə də həmin zərbələrdən yayına bilmişdir. Lakin növbəti dəfə Elnur qayçı ilə onu vurduqda əli ilə qayçını tutmaq istəmiş, lakin qayçını tuta bilmədiyinə görə qayçı onun döş qəfəsinə nüfuz etmişdir. Həmin vaxt Abdulgamid Dibirov və Sənan Həbilov da dayandıqları yerdən hadisə olan yerə yaxınlaşmış, həmçinin Şahid1, Şahid3 və Şahid4 da onun yanında olmuşlar. Qayçı ona dəydiyinə görə Təqsirləndirilən şəxs bir daha onu vurmaması üçün köşkün arxasına keçmiş, Təqsirləndirilən şəxs onun dalınca gəlməyərək oradan uzaqlaşmışdır. Bundan sonra orada olan tanışları onu avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Təqsirləndiriləm şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs və sinif yoldaşı Şahid1 Balakən şəhərində yerləşən Heydər Əliyev adına parkda görüşüb birlikdə gəzərkən tanışları Şahid4, Sənan Həbilovu və Abdulgamid Dibirovla görüşmüş, Şahid4 da onlarla birlikdə parkda gəzməyə davam etmişdir. Parkda bir neçə saat gəzdikdən sonra Yusif parkda olan peraşki satan qadından peraşki almaq üçün balaca köşkə yaxınlaşmış, Zərərçəkmiş şəxs peraşki sifariş verən zaman həmin yerə yaxın yerdə Abdulgamid Dibirovun və Sənan Həbilovun dayandıqlarını görmüşlər. Zərərçəkmiş şəxs peraşki sifariş verdikdən sonra Abdulgamid Dibirova və Sənan Həbilova yaxınlaşaraq söhbət etməyə başlamış, peraşki satan qadın Yusifi çağıraraq peraşkinin hazır olduğunu bildirdikdən sonra Yusif peraşki satan köşkə yaxınlaşarkən piyada yolu ilə hərəkət edən sonradan adının Təqsirləndirilən şəxs oduğunu bildiyi şəxs Yusifin yanından keçdikdə yol üstündə bir birlərinə dəymişlər. Bu zaman Təqsirləndirilən şəxs Yusifə yol ver deyərək yüksək səslə danışmış, Yusif isə Elnura istənilən qədər yol olduğunu və öz yolu ilə getməsini demişdir. Həmin vaxt Yusif və Elnur arasında sözlü mübahisə başladıqdan sonra nalayiq söyüşlər söyülməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs cibindən qayçı çıxarıb Yusifin çənəsinin altına doğru tutmuş, Yusif isə əli ilə Elnurun çənəsinin altına qayçı tutduğu əlini kənara itələmişdir. Daha sonra Elnur əlindəki qayçı ilə Yusifin sinə nahiyəsindən vurmuş, həmin vaxt Abdulgamid Dibirov və Sənan Həbilov da hadisə yerinə yaxınlaşmışlar. Qayçı Yusifə dəydikdə Yusif köşkün o bir tərəfinə qaçmış, həmin vaxt Təqsirləndirilən şəxs da oradan uzaqlaşmışdır. Sinəsindən qan axdığına görə digər şəxslərlə birlikdə Yusifi orada olan avtomaşınlardan birinə mindirib xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid1 və X1 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə işlədiyi Heydər Əliyev parkında köşkdə peraşki satarkən saat 2230 radələrində sonradan adının Yusif olduğunu bildiyi şəxs onun işlədiyi köşkə yaxınlaşaraq peraşki sifariş verdikdən sonra köşkdən kənara gedərək orada olan iki nəfər oğlanla söhbət etmiş, hazırladıqdan sonra Yusifə peraşkinin hazır olduğunu bildirmişdir. Yusif piyada yolu ilə hərəkət edərək köşkə yaxınlaşan zaman sonradan adının Elnur olduğunu bildiyi şəxs Yusifin yanından keçdikdə hər ikisi bir-birlərinə dəyərək toqquşmuş, buna görə Elnurla Yusif arasında baş verən mübahisə zamanı Elnur cibindən kəsici alət çıxararaq Yusifə xəsarət yetirmişdir. Yusifin yanında bir neçə oğlan və bir qız olmuş, Yusif köşkün arxa tərəfinə qaçmışdır. Elnur Yusifə xəsarət yetirdikdən sonra oradan uzaqlaşmış, Yusifin sinəsinin qan içində olduğunu görüb yanında olan dostları Yusifi xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 iyul 2022-ci il tarixli 166 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər: a) sol saidin ön səthlərində 6 ədəd yara çapıqları. b) sol saidin ön səthində 12 ədəd yara çapıqları. Qeyd edilmiş xəsarətlərdən a) bəndində göstərilənlər müayinədən 1,5 ildən artıq müddətdə, b) bəndində göstərilən isə müayinədən 2-3 ay əvvəl əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlər ola bilsin ki, iti əşya (əşyaların) təsirindən törənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 36 saylı rəyində göstərilmişdir ki, X4 bədənində olan xəsarətlər– sağ mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, sol kürək nahiyəsinin qançırları, küt alət (ola bilər taxta parçası) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş məhkəmə tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli 183 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər: a) sağ çənə altında bir ədəd səthi yara, b) döş qəfəsinin solön səthindən döş sümüyünü kəsilib-zədələyib daxilə plevra boşluğuna keçən bir ədəd yara. Qeyd edilmiş xəsarətlər iti əşyanın-aşyaların (alǝtin-alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər, dərəcələrinə görə a) bəndində göstərilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, b) bəndində göstərilən onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə soyuq silah, trasoloji, ekspertizasının 25 avqust 2022-ci il tarixli 3/1153, 3/1165 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qayçı zavod üsulu, hazırlanmış kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir. Qayçının üzərində onun təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə bir zərbə nəticəsində ucu deşici, kəsici xassəyə malik olan qayçı tiyələri, o cümlədən təqdim edilmiş qayçının tiyəsi də aiddir. Təqdim edilmiş köynəyin üzərində olan zədə, qərarın təsviri hissəsində göstərilən bədən xəsarəti ilə uyğunluq təşkil edir. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3744 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs «Yüngül dərəcəli əqligerilik (debillik dərəcəsində oliqofreniya)» aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən (debillik dərəcəsində oliqofreniyadan) əziyyət çəksə də, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri CM-in 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Primitivlik, qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik, səthilik, başqalarına və özünə qarşı laqeydlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 03 avqust 2022-ci il tarixli, 433 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməl zamanı hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ona qarşı törədilən əməlləri faktiki xarakterini dərk etmək iqtidarında olmuşdur. O, hal hazırda da törədilmiş qanunazidd əməllərin mahiyyətini dərk etməklə öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək qabiliyyətindədir. Zərərçəkmiş şəxs baş vermiş hadisəni düzgün qavrayaraq düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs özündən uydurmağa və təlqinə qapılmağa meyilli deyildir. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətlər müşahidə olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Qazaxov X6 rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına, xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 67-ci maddəsi tətbiq edilməklə 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.4.3-cü madəsinə məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 1810-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin təqsirlənidirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Qazaxov X6 şəhəri H.Əliyev prospekti bina 35 mənzil 5-də yaşamaqla yaşdığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 746 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasında “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F-71.1” diaqnozu ilə dispanser müşahidəsindədir. Beləliklə də, cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməlidirlər. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F-71.1” diaqnozu ilə dispanser müşahidəsində olması CM-in 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 130 AZN (yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 130 AZN (yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan zavod üsulu ilə hazırlanmış kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı qayçı və bir ədəd qısaqol köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-35/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-35/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver