Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-36/2023 12.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X20, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X7, xx xxxxxx 1995-ci ildə Balakən rayonu Qazma kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X11 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəsmi nikahda olmasa da, faktiki ər-arvad münasibətlərində olmaqla birgə yaşadığı, bir müddət əvvəl ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı onun tərəfindən döyüldüyünə görə evi tərk edərək valideynlərinin yanında, yəni Balakən rayonunun Qullar kəndində yaşayan X3 başqa şəxslərlə intim münasibətdə olmaqla ona xəyanət etdiyini düşünərək sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə təxminən 3 il əvvəl Mahamalar kəndi ərazisində, dağlıq sahədə tapdığı və daim üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçağı götürərək xx.xx.2022-ci il tarixdə saat 9 radələrində yaşadığı evdən çıxıb Balakən şəhərinə gəlmiş, orada “Bayraq dairəsi” adlanan ərazidə, “Life market” mağazasının yaxınlığında Emilya Abdurahmanovanın döyülməsi faktı ilə bağlı getdiyi Balakən RPŞ-dən gəlməsini gözləmiş, sonuncu saat 1219 radələrində həmin yerdən keçərkən onu görüb arxasınca getmiş, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısında qayınatası Şahid2 və onun qohumu Şahid3 həmin yerdə görüb dayanaraq onlarla söhbət etməyə başlamış Emilya Abdurahmanovaya yaxınlaşmış, söhbət zamanı Emilya Abdurahmanovaya qonşusu Şahid4 ilə olan münasibətləri, hər gün onun evinə gedərək onun evində yatması barədə eşitdiklərini bildirməklə zərərçəkmişdən nə üçün ona xəyanət etməsinin səbəbini soruşaraq saat 1225 radələrində əvvəlcədən belinin sağ tərəfində şalvarının kəmərinə açıq vəziyyətdə keçirdiyi, soyuq silah hesab edilməyən bıçağı sağ əli ilə çıxarıb Emilya Abdurahmanovaya qəsdən həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən, boynunun sağ aşağı ön hissəsindən bir ədəd körpücük üstü nahiyəyə keçib xarici vidacı venanı, körpücükaltı arteriyanı, damarlarını, sinir və əzələsini zədələyən bir ədəd yara, birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sifətinin sağ hissəsində-yanaqda bir ədəd yara və sağ çənəaltında bir ədəd yara cəmi iki ədəd yara, ümumilikdə üç ədəd yara xəsarətləri yetirməklə onu qısqanclıq zəminində qəsdən öldürmüş, yəni Emilya Abdurahmanovanı qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildə X9 ilə ailə həyatı quraraq birlikdə Balakən rayonu Mahamalar kəndində yaşamış, birgə nikahlarından Zərifə adlı bir qızları olmuşdur. Emilya ilə ailə həyatı quran zaman sonuncunun 16 yaşı olmadığı üçün rəsmi nikahları olmamış və CM-in 152.1-ci maddəsi ilə şərti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təxminən 21 iyul 2022-ci il tarixdə yaşadığı Balakən rayonu Mahamalar kəndindəki evinə qayıdan zaman Emilyanın həyətdə qonşuları Elvin adlı şəxslə səmimi söhbət etdiyini, hətta Elvinin “kişiliyi yoxdur” sözünü işlətdiyini eşitmiş, Emilya və Elvinin danışıqlarını küçədən eşitdiyinə görə həyətə daxil olaraq hər ikisinə səslənərək “nədi burda məhəbbət qurursunuz” demişdir. Bu zaman Elvin həyəti tərk etmiş, Emilyadan bu səmimiyyətin səbəbini soruşmuşdur. Emilya ona Elvinin guya onunla yox, həmin vaxt onların evində olan baldızı Röya ilə söhbət etdiyini demiş, Emilyanın bu yalanına inanmayaraq əlində olan atın kəndiri ilə sonuncunu vurmuşdur. Bu zaman Emilya ağlamağa başlamış, o da həmin vaxt yanında olan atı bağlamaq üçün həyəti tərk etmişdir. Həyətə qayıdanda orada olan qayınatası Məzahir ondan nə üçün dalaşdıqlarını soruşmuş, qayınatasına gördüklərini danışmışdır. Məzahir onu və Emilyanı dinləyib onlara mehriban olmağı məsləhət gördükdən sonra çıxıb getmişdir. Həmin gün gecə Emilyanın anası Rahibə onlara gələrək onunla mübahisə edərək qızını nə üçün vurmasının səbəbini soruşmuşdur. Rahibəyə hər şeyi izah etməyə çalışsa da, Rahibə Emilyanı götürüb öz evinə aparmışdır. Həmin gün gecə Emilya onun tərəfindən vurulması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmiş və həmin vaxtdan etibarən evə gəlməmişdir. Bundan sonra o, kənddə gəzən söz-söhbətdən onun çobanlıq etmək üçün çölə getdiyi zamanlarda günorta vaxtları Emilyanın Elvinin evinə gedərək orada yatdığını eşitdikdən sonra daha da əsəbiləşmiş, Emilyanın ona xəyanət etdiyini başa düşərək sonuncunu öldürmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində evdən çıxıb Balakən şəhərinə getmiş, evdən çıxarkən təxminən 3 il əvvəl Mahamalar kəndi ərazisində xatırlamadığı yerdə, dağlıq sahədə tapdığı və çölə çıxdığı zaman hər zaman üzərində gəzdirdiyi qatlanan ov bıçağını götürmüşdür. “Bayraq dairəsi” adlanan əraziyə gəlməmişdən qabaq toyuq bazarının içərisində kafelərin birində bir bakal pivə içmiş, Emilyanın ailəsinin hər alış-verişini bazardan etdiklərini bildiyi üçün sonuncunu Balakən şəhərində bazara gedən yolda, “Bayraq dairəisi” adlanan ərazidə gözləməyə başlamışdır. Saat 1230 radələrində Emilyanın “Bayraq dairəisi” adlanan əraziyə tərəf parkın baş tərəfindən gəldiyini görüb sonuncuya yaxınlaşaraq “Bayraq dairəsi” yaxınlığında olan “Azercell” mağazası və “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısındakı səkidə söhbət etməyə başlamışdır. Emilyaya Elvinlə olan münasibətləri, hər gün Elvinin evinə gedərək orada yatması barədə eşitdiklərini bildirərək nə üçün ona xəyanət etməsinin səbəbini soruşmuş, Emilya isə cavabında ona “yaxşı edirəm” demişdir. Bir daha Emilyadan niyə belə etdiyini soruşub Elvinin ondan artıq oğlan olmadığını demiş, Emilya yenə də ona yaxşı etdiyini dedikdən sonra belinin sağ tərəfində şalvarın kəmərinə açıq vəziyyətdə keçirdiyi ov bıçağını sağ əli ilə çıxararaq Emilyanın boynunun sağ tərəf aşağı hissəsindən vurmuşdur. Bıçağı çıxaran zaman bıçaq Emilyanın sifətinin sağ tərəfini və sağ çənə altı hissəsini də kəsmişdir. Bu zaman ətrafdakı tanımadığı insanlar onu tutaraq Emilyadan aralamış, Emilya isə yerə yıxılmışdır. Həmin vaxt bıçaq da hadisə yerinə düşmüş, hadisə yerindən üzü Balakən rayon icra hakimiyyətinə doğru hərəkət etməyə başlamışdır. Emilyanı bıçaqladıqdan sonra dayısı Şahid3 və atası Şahid2 orada olduğunu görmüş, həmin şəxslərin əvvəlcədən orada olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Dayısı Şahid3 və atası Şahid2 ona şillə vurmasını və bıçağı kiməsə verməyini hadisənin təsirində olduğundan xatırlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 2017-ci ildə qonşuları Kifayət və Jeniya bir neçə dəfə ona qızını istəyən bir ailənin olduğunu, lakin yaxşı ailə olmadığını, qızını qorumasını bildirmişlər. Həmin vaxt qızı Emiliya ilə danışdıqda sonuncu ona artıq Eltundan ayrıldığını, oxuyacağını və evlənmək fikri olmadığını bildirmiş, bundan sonra qızı Emiliyanı həm Eltundan uzaqlaşması, həm də dərsə başlamamışdan qabaq tətilə çıxması üçün Yeni Şərif kəndində yaşayan əmisi X23 yanına göndərməyə qərara almışdır. Qızını əmisinin yanına göndərməzdən bir gün əvvəl Emilyanın onun telefonu ilə oğlanla danışdığını görüb telefonu götürərək danışan şəxsə bir də qızını narahat eləməməsini, Şambula kəndinə verəcək qızının olmadığını bildirmiş, yenə Emiliya ilə mübahisə edərkən sonuncu ona evlənmək fikrinin olmadığını, oxuyacağını bildirmişdir. Səhəri gün qızı Yeni Şərif kəndinə onun əmisinin yanına getmiş, təxminən 10 gün sonra əri evdə işləri görmək üçün Emiliyanın evə qayıtmasını bildirmişdir. Qızı onların yanına qayıtmaq üçün gələrkən yolda, Balakən bazarında Eltunla qarşılaşmış, bu zaman Eltun Emilyaya onlar tərəfə xalasının yanına getdiyini, bir də avtobus gözləməməsini, birlikdə taksi ilə getmələrini təklif etmiş, elə oradan da Eltun Emilyanı qaçırmışdır. Qızı Eltun ilə ailə həyatı qurduqdan sonra sonuncu ilə birlikdə yaşamış, birgə nikahlarında bir uşaqları olmuşdur. Evli olduqları dövrdə Eltun Emilyanı yenə bir neçə dəfə döymüş, lakin qızı ona bu barədə deməmişdir. Sonuncu dəfə isə 21 iyul 2022-ci il tarixdə qızı Emilya, ortancıl qızı Röya, Emilyanın qonşusu Yazgül Əzizova və Yazgül Əzizovanın əri Elvin Emilyagilin həyətində oturduqları zaman Elvin və Yazgül durub gedərkən yolda həmin qonşu gəlin qızı Röyaya “gör nə gözəl mahnıdı, yüklüyümmü sənə?” demiş, qızı Röya da gəlib baxanda mahnının gözəl olduğunu, amma müğənninin eybəcər olduğunu demişdir. Elvin də bunu eşidib zarafatla “guya sənimi alasıdı?”, demiş, qızı Röya isə “ona mı qalmışam, guya məni istiyənmi yoxdur” demişdir. Həmin vaxt Elvin və Yazgül getmiş, bu zaman qayıdan Eltun atdan düşüb heç nə demədən kəndirlə Emilyanı döyməyə başlamışdır. Emilya Eltundan niyə belə etdiyini soruşduqda, Eltun “sənin bacını istiyən çoxdumu” demişdir. Emilya döyülən zaman ortancıl qızı da orada olmuş, amma qorxudan qarışmamışdır. Həmin günü gecə qızı ona zəng edib Eltunun qızı Emiliyanı döydüyünü dedikdən sonra qızıgilə getmiş, sonra qızını götürüb evinə qayıtmışdır. Qızı 102 xidmətinə zəng etdiyinə görə polis şöbəsində aparılan araşdırma üzrə qızı xx.xx.2022-ci il tarixdə evdən çıxmış, həmin gün Eltunun qızı Emiliyanı Balakən şəhərində öldürdüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum bacısı Emilya Abdurahmanova və sonuncunun əri Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə bacısıgildə Emilya, o, Təqsirləndirilən şəxs qardaşı Elvin Layıcov, Təqsirləndirilən şəxs xalası qızı X22 oturan zaman Yazgülün əri Şahid4 işdən gələrək Yazgülü evə getməyə çağırmış, bu zaman Yazgül ona mahnı köçürmüşdür. Həmin vaxt Yazgül ona mahnının necə qəşəng olmasını bildirmiş, o isə mahnının qəşəng olduğunu, lakin mahnını oxuyan oğlanın qəşəng olmadığını demişdir. Həmin vaxt Şahid4 ona “qəşəng olub sənimi alasıdı?” deyə sual vermiş, o da öz növbəsində Elvinə “Mənə nolub. Məndən ötrü ölənlər var” deyə cavab vermişdir. Bu zaman Təqsirləndirilən şəxs evə daxil olmuş, sonuncunun Elvinə nəsə deməsini eşitməmişdir. Eltun evə gələrkən atdan düşən kimi bacısı Emilya Abdurahmanovaya əlindəki kəndirlə vurmağa başlamış, səsə bacısının qonşuları gəlmiş, həmin şəxslər Təqsirləndirilən şəxs əsəbiləşərək qızı vurmasına görə sonuncuya irad tutmuşlar. Qonşular getdikdən sonra Təqsirləndirilən şəxs Emilya Abdurahmanovaya Elvinin dediyi sözün nə olduğunu soruşmuş, və buna görə Emilyanı döydüyünü bildirmişdir. Bir qədər sonra qonşudakı bir oğlan Eltunu öz evlərinə sakitləşdirmək üçün aparmış, təxminən 15-20 dəqiqə sonra atası Məzahir Abdurahmanov gəldiyi üçün Eltun da gəlmişdir. Atası Eltuna dalaşmamağı məsləhət görmüş və başqa şeylərdən danışaraq aranı sakitləşdirərək getmişdir. Atası getdikdən 10-15 dəqiqə sonra anası Rahibə Abdurahmanova gəlmiş, anası gələnə kimi bacısı Emilya Abdurahmanova polisə zəng edərək şikayət etdikdən sonra o, Yazgülgilə getmişdir. Anası gəldikdən sonra Emiliyanı evlərinə aparmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonla ona zəng edərək bacısınınn nəyə görə belə etdiyini, boşanmaq istiyirsə problem olmadığını, lakin polisə verməkdə düzgün etmədiyini, həmçinin uşaqla danışmaq istədiyini bildirmişdir. Evə gedən zaman Eltunu uşaqla danışdıracağını bildirmiş, bir neçə saat sonra isə bacısı Emiliyanın Eltun tərəfindən öldürüldüyünü eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs və X9 bir-birilərini sevərək ailə həyatı qursalar da sonradan sonuncunun anası Rahibə Abdurahmanova müdaxilə etdiyinə görə aralarında mübahisələr yaranmışdır. xx.xx.2022-ci il tarixdə qonşusu Zöhrab Əzizov o, evdə olmayan vaxtı onlara gələrək onu şöbədən axtardıqlarını, bir nömrə verərək həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Evə gəldikdən sonra Zöhrabın verdiyi nömrə ilə əlaqə saxlamış, telefonda danışan şəxs onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə qaynı Şahid3la birlikdə Balakən şəhərinə Bayraq Meyadının yanına getmiş, orada qaynı onu gözləyərək o isə rayon Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində ona oğlu Eltunu axtardıqlarını bildirmiş, polislərə oğlunun harada olması barədə məlumatı olmadığını demişdir. Bundan sonra o, qaynı Şahid3 yanına qayıtmış, həmin vaxt oğlu Eltunun da orada olduğunu görmüşdür. Eltundan orada nə etdiyini soruşduqda, sonuncu saçını kəsdirməyə gəldiyini və bundan sonra mala gedəcəyini bildirmişdir. Eltuna Balakən RPŞ-dən axtarıldığını və ora getməli olduqlarını demiş, bu zaman Eltun dayısı Şahid3 pivə içməyə getməyi təklif etmişdir. Eltuna Balakən rayon Polis Şöbəsində axtarılmasına baxmayaraq pivə içməyə getməsini irad tutduqda Eltun onun iradına baxmayaraq pivə içməyə getmişdir. “Bayraq dairəsi” adlanan yerdə “Avtomobil ehtiyyat hissələri” mağazasının qarşısında qaynı Şahid3la söhbət etdiyi zaman Emilya Abdurahmanovanın ögey anası və ögey anasının övladı ilə birlikdə gəldiyini görmüş, sonuncuların arxasınca isə Təqsirləndirilən şəxs da gəlmişdir. Həmin şəxslər onlara yaxınlaşdıqda dayandıqdan sonra qaynı ilə birlikdə Emilya Abdurahmanovaya evinə qayıtmasını, az yaşlı övladları olduğunu məsləhət etmiş, bu zaman Emilya Abdurahmanova onlara məsləhət ehtiyacı olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzünü tutaraq “sənin arxana dubinka soxduracam, gör sənin başına nə oyun açacam” kimi nalayiq sözlər demişdir. Həmin vaxt qaynı Şahid3 “Eltun etmə, Eltun etmə” deyə qışqırdığını eşidib geriyə döndük də isə Təqsirləndirilən şəxs artıq Emilya Abdurahmanovanı bıçaqladığını görmüşdür. X13 tutmuş, bu zaman Təqsirləndirilən şəxs dövlət qeydiyyat nömrəsini xatırlamadığı ağ rəngli “Prado” markalı maşının başına fırlanaraq yenidən Emilyanın qarşısına gələn zaman Eltuna sağ əlinin tərsi ilə şillə vurmuşdur. Qaynı Şahid3 da Eltuna şillə vuraraq sonuncunu qucaqlamış, o isə sinəsində Emilya Abdurahmanovanı saxlayasaxlaya Təqsirləndirilən şəxs əlindən tutaraq bıçağı buraxmasını tələb etdikdən sonra Eltun bıçağı buraxmışdır. Təqsirləndirilən şəxs Emilya Abdurahmanovanı yenidən vurmasın deyə həmin bıçağı cibinə qoymuş, bundan sonra Balakən RPŞ-nin post patrul nəfərləri gələrək Eltunu aparmışlar. Təcili yardım maşını gələnədək Emilya Abdurahmanovanın yanında dayanmış və Emilya Abdurahmanovanı təcili yardım maşını gəlib apardıqdan sonra üstü qan içində olduğuna görə evə əynini dəyişməyə getmişdir. Evdə olarkən Balakən RPŞ-nin əməliyyatçısı Şəmsəddin Novruzov gəlib bıçağı ondan götürmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Adil adlı şəxsin bağında pomidorların yarpaqlarını qırdığı zaman saat 21 radələrində hava qaraldığına görə yoldaşı Yazgül Əzizova ona zəng edərək Emilya Abdurahmanovagilə keçəcəklərini bildirmiş, saat 22-23 radələrində ailəsini götürmək üçün Eltungilin evinin həyətinə daxil olarkən arvadı telefonunda mahnı qoşaraq Röya, Emilya Abdurahmanova və Təqsirləndirilən şəxs digər qardaşı Elvin Layıcov da arvadının ətrafında oturmuşlar. Arvadından durub gəlməsini xahiş etmiş, sonuncu isə ona Röyaya mahnı göndərdiyini, mahnı çatdıqdan sonra gələcəyini bildirmişdir. Həmin vaxt Röya mahnının qəşəng olduğunu, lakin mahnı oxuyan şəxsin eybəcər olduğunu demiş, Röyaya “yaraşıqlı olub sənimi alacaqdı” demişdir. Onun bu ifadəsindən sonra Röya ona “məndən ötəri ölənlər var” demiş, o da cavabında “yəqin səndən ötrü ölən adamın kişiliyi yoxdur” demişdir. Bu zaman Təqsirləndirilən şəxs həyətə daxil olaraq bunun nə söhbət olduğunu soruşmuş, sonuncuya mahnıda olan şəxsin söhbətidi deyərək0 həyətdən çıxmışdır. Onlar oradan çıxarkən Təqsirləndirilən şəxs ilə yoldaşı Emilya Abdurahmanovanın dalaşmağa başladığını eşitmiş, geri qayıtmaq istəyərkən qonşuları İzzət Əzizov onlara getməməklərini, özünün arvadını götürərək gedib Eltunu sakitləşdirəcəyini bildirmişdir. Bundan sonra o, yoldaşı və uşaqları ilə birlikdə evə getmişdir. Daha sonra gecə saatlarında Emilya Abdurahmanovanın anası taksi ilə gəlib Emilyanı götürüb apardığını görmüş və həmin gündən sonra sonuncunu görməmişdir. Emilya Abdurahmanova ilə arasında qonşuluq münasibətindən başqa heç bir yaxınlıq olmamış, Emilya Abdurahmanova ilə cinsi əlaqədə olamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Balakən rayonu Səttar Gözəlov küçəsində yerləşən “Avtomobil ehtiyyat hissələri” mağazasında işdə olmuş, “**-FO-***” dövlət qeydiyyat nişanlı, “Prado” markalı avtomobilini də mağazanın qarşısında saxlamışdır. Həmin günü saat 11 radələrində mağazadan çıxarkən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs, Emilya və Eltunun dayısı Məhəmmədin mağazasının qarşısında dayanıb söhbət etdiklərni, Şahid2 isə yaxınlıqdakı oturacaqda oturduğunu görmüşdür. Həmin şəxsləri tanıdığı üçün yaxınlaşıb görüşdükdən sonra elə oradakı akasiya ağacından 3-4 metr aralıda yerləşən oturacaqda üzü bayraq meydanına tərəf Mütəllimin yanında oturmuşdur. Üzü bayraq meydanına tərəf oturduğu üçün həmin şəxsləri görməmiş, təxminən beş dəqiqə sonra Emilyanın qışqırtısını eşitmişdir. Arxaya dönərkən Emilyanı yerdə uzanmış vəziyyətdə görmüş, Məhəmməd isə Eltunu kənara itələmişdir. Eltunun əlində bıçaq olmuş, onun maşınının qabaq hissəsi də qan içində olmuşdur. Emiliyanə avtomaşını ilə xəstəxanaya aparmaq üçün mağazanın içərisinə getmiş, lakin mağazanın açarlarını tapa bilməyərək tez çölə çıxmışdır. O, çıxan zaman artıq adamlar toplaşmış, polis maşını da gəlmişdir. Eltunun Emilyanı necə vurmasını, eləcə də Eltunun oradan necə qaçdığını və tutulduğunu görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 13 nömrəli rəyində göstərlimişdir ki, X4 meyitinin bədənində müəyyən edilmiş xəsarət aşağıdakıdır: kəskin qanitirmə ilə müşaiyət olunan sifətinin sağ hissəsində yanaqda bir ədəd,sağ çənəaltında bir ədəd,boynunun sağ aşağı ön hissəsindən bir ədəd körpücük üstü nahiyəyə keçib xarici vidaci venanı, körpücükaltı arteriyanı, damarlarını, sinir və əzələsini zədələyən yaralar. Mərhumə Abdurəhmanovada yuxanda qeyd edilmiş xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) -alətin( alətlərin) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə yetirilə bilərdilər,dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi boynunun sağ aşağı ön hissəsindən bir ədəd körpücük üstü nahiyəyə keçib xarici vidaci venanı, körpücükaltı arteriyanı, damarlarını, sinir və əzələsini zədələyən bir ədəd yara onun həyatı üçün təhlükəli olan sağlamlığa ağİr zərər vurmaya, sifətinin sağ hissəsində yanaqda bir ədəd, sağ çənəaltında bir ədəd yara birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. X4 ölümünə səbəb kəskin qanitirmə ilə müşaiyət olunan sifətinin sağ hissəsində yanaqda ,sağ çənəaltında, boynunun sağ aşağı ön hissəsindən körpücük üstü nahiyəyə keçib xarici vidaci venanı, körpücükaltı arteriyanı, damarlarını, sinir və əzələsini zədələyən yaralar olmuşdur. Onun ölümü meyitin müayinəsindən 2-3 saat əvvəl baş verməyə uyğun gəlir. X4 meyidinin bədənində müəyyən edilmiş xəsarətlər mənə təqdim edilmiş bıçaqla yetirilə bilərdilər. Mərhumə Abdurəhmanovada yuxarıda qeyd edilmiş xəsarətləri ona qarşılıqlı dalaşma zamanı yetirə bilərdilər. X2 meyitindən uşaqlıq yolundan və anusdan götürülmüş taımponlarda xx.xx.2022-ci il tarixli 2/131 saylı Aktın nəticələrində Spermazoidlər aşkar olunmadı. X2 meyitindən götürülmüş qanında etil spirti,metil, propil, butil və amil spirtləri, barbitur turşusu tərəmələri, alkoloidlər(həmçinin tiryək qrupu) fenotiazin,pirazolon, 1.4 benzodiazepin tərəmələri və salisiİatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 199 nömrəli rəyinin nəticə hissəsində göstərlimişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4281 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd edilən yubkanın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə X6 məxsus olduğu qeyd edilən yubkanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və E.M.Abdurahmanovanın sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs və X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 3/1109-3/1112 №-li rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində trasoloji zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 497/2022-MTBŞ saylı rəyində göstərilmişdir ki, X1 ABO sistemi üzrə qan qrupu B alfa (H) /İİİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, parça kəsiyi, 04 ədəd pambıq topası, mərhum X6 məxsus qısaqol köynək, büstqalter, ətək, 02 ədəd tuman(paket ilə), çanta, gödəkçə, bir ədəd çəkələk (sol tay), ona məxsus dırnaq kəsikləri və tük nümunəsi və Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/İİİ/ qruplu şəxsə, o cümələdən mərhum X6 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş saç bantı(obodok), saç sancağı, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd çəkələk (sağ tay) üzərində qana şübhəli ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dırnaq kəsikləri və tük nümunəsi üzərində olan ləkələrdə qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 avqust 2022-ci il tarixli 485/178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət əməli törətdikdən sonra da Təqsirləndirilən şəxs hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuşdur, keçirdiyi halın yaranma səbəblərindən biri həyat yoldaşının ona xəyanət etmə fikirləri ilə əlaqədar ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Avtomobil ehtiyat hissələri” mağazasından götürülmüş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan göürünür ki, diskdə olan “Mkv” formatındakı “HCVR_ch2_main_**********0000_**********0000” adlı 1-ci video fayldakı videogörüntü 59 dəqiqə 59 saniyə davam etməklə həmin videogörüntüdə xx.xx.2022-ci il tarixdə saat 10:00:00-dan 11:00:00-dək, real vaxt rejimi ilə 10:51:00-dan 11:51:00-dək olan müddət ərzində Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısında qeydə alınan kadrlar əks olunmuşdur. Videogörüntünün 27:26-cı dəqiqəsindən 27:35-ci dəqiqəsinədək (videogörüntüdə əks olunan vaxtla saat 10:27:26dan 10:27:35-dək, real vaxt rejimi ilə 11:18:26-dan 11:18:35-dək) olan müddət ərzində vizual cəhətdən X6 bənzər şəxs “Bayraq” dairəsindən “Life” market istiqamətinə hərəkət edir. “Mkv” formatındakı “HCVR_ch2_main_**********0000_**********0000_2” adlı 2-ci video fayldakı videogörüntü 59 dəqiqə 58 saniyə davam etməklə Həmin videogörüntüdə xx.xx.2022-ci il tarixdə saat 11:00:00-dan 11:59:59-dək, real vaxt rejimi ilə 11:51:00-dan 12:50:59-dək olan müddət ərzində Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısında qeydə alınan kadrlar əks olunmuşdur. Videogörüntünün 23:57-ci dəqiqəsindən 24:37-ci dəqiqəsinədək (videogörüntüdəki vaxtla saat 11:23:57-dən 11:24:37-dək, real vaxt rejimi ilə 12:14:57-dən 12:15:37-dək) olan müddət ərzində vizual cəhətdən Şahid2 bənzər şəxs “Bayraq” dairəsinə doğru istiqamətdə hərəkət edir, 25:39-cu dəqiqədə (saat 11:25:39-da, real vaxt rejimi ilə 12:16:39-da) yenidən “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısına gələrək orada gözləməyə başlayır, 27:23-cü dəqiqədə (saat 11:27:23-də, real vaxt rejimi ilə 12:18:23-də) “Life” market istiqamətindən “Bayraq” dairəsi istiqamətinə vizual cəhətdən Şahid3 bənzər şəxs gələrək onunla söhbət etməyə başlayırlar. Videogörüntünün 28:40-cı dəqiqəsində ( saat 11:28:40-da, real vaxt rejimi ilə 12:19:40-da) vizual cəhətdən X6 bənzər şəxs yanında bir qadın və uşaqla, arxasından isə vizual cəhətdən Təqsirləndirilən şəxs bənzər şəxs “Life” market istiqamətindən “Bayraq” dairəsi istiqamətinə gələrək vizual cəhətdən Şahid3 və Şahid2 bənzər şəxslərin yanında dayanırlar. 29:04-cü dəqiqədə (saat 11:29:04-də, real vaxt rejimi ilə 12:20:04-də) həmin qadın və uşaq “Bayraq” dairəsi istiqamətində gedərək kameranın görüş məsafəsindən kənara çıxır, digər şəxslər söhbət etməyə başlayır. 29:40-cı dəqiqədə (saat 11:29:40-da, real vaxt rejimi ilə 12:20:40-da) kameranın görüş məsafəsindən vizual cəhətdən Şahid2 bənzər şəxs kənara çıxır. Videogörüntünün 33:24-cü dəqiqəsində (saat 11:33:24-də, real vaxt rejimi ilə 12:24:24-də) vizual cəhətdən Şahid5 bənzər şəxs “Avtomobil ehtiyat hissələri” mağazasında çıxıb həmin mağazanın qarşısında dayanan Şahid3 və Təqsirləndirilən şəxsla əl verib görüşərək 33:35-ci dəqiqədə (saat 11:33:35-də, real vaxt rejimi ilə 12:24:35-də) “Bayraq” dairəsi istiqamətinə gedərək kameranın görüş mərkəzindən kənara çıxır. 33:36-cı dəqiqədə (saat 11:33:36-da, real vaxt rejimi ilə 12:24:36-da) Emilya Abdurahmanova, 33:42-ci dəqiqədə (saat 11:33:42-də, real vaxt rejimi ilə 12:24:42-də) isə Təqsirləndirilən şəxs mağazanın qarşısında yerləşən ağaca doğru gedərək kameranın görüş məsafəsindən qismən kənara çıxırlar, yəni yalnızca onların ayaqları və əlləri görünür. 34:11-ci dəqiqədə (saat 11:34:11-də, real vaxt rejimi ilə 12:25:11-də) Şahid3 sağ əlindəki dirsəkaltı əsasını yerə ataraq mağazanın qarşısında yerləşən ağac istiqamətində, asfalt yola tərəf gedir. Daha sonra ətrafa çoxlu şəxslər toplaşır. “Mkv” formatındakı “HCVR_ch2_main_**********0000_**********0000_2” adlı 3-cü video fayldakı videogörüntü 59 dəqiqə 59 saniyə davam etməklə həmin videogörüntüdə xx.xx.2022-ci il tarixdə saat 12:00:00-dan 12:59:59-dək, real vaxt rejimi ilə 12:51:00-dan 13:50:59-dək olan müddət ərzində Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısında qeydə alınan kadrlar əks olunmuşdur. 3-cü videogörüntüyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. İş materialarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Life Market” mağazasından götürülmüş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Mkv” formatındakı “Kamera11_**********1459” adlı video fayldakı videogörüntü 01 saat 15 dəqiqə 26 saniyə davam etməklə həmin videogörüntüdə xx.xx.2022-ci il tarixdə saat 11:14:59-dan 12:30:25-dək olan müddət ərzində Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən “Life Market” mağazasının qarşısında qeydə alınan kadrlar əks olunmuşdur.Videogörüntünün 03:44-cü dəqiqəsindən (saat 11:18:44dən) 03:54-cü dəqiqəsinədək (11:18:54-dək) olan müddət ərzində vizual cəhətdən X6 bənzər şəxs “Bayraq” dairəsi istiqamətindən gələrək “Life” marketin qarşısından keçərək gedir. 01:00:08-də (saat 12:15:08-də) vizual cəhətdən Şahid2 bənzər şəxs “Life” marketin sağında yerləşən obyektdən çıxaraq “Bayraq” dairəsinə doğru istiqamətdə hərəkət edir və “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısına gələrək orada gözləməyə başlayır. 01:03:13-də (saat 12:18:13-də) vizual cəhətdən Şahid3 bənzər şəxs asfalt yolu keçib “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısına gələrək orada gözləyir. 01:04:39-da (saat 12:19:39-da) vizual cəhətdən X6 bənzər şəxs “Bayraq” dairəsinə doğru istiqamətdə hərəkət edərək “Life” marketin sağında bir müddət gözləyir, daha sonra 01:05:39-da (saat 12:20:39-da) yanında bir qadın və uşaqla, arxasından isə vizual cəhətdən Təqsirləndirilən şəxs bənzər şəxslə “Bayraq” dairəsi istiqamətinə gələrək “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısında dayanır. 01:10:24-də (saat 12:25:24-də) “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısındakı ağacın yanında qarışıqlıq yaranır, vizual cəhətdən Emilya Abdurahmanovaya bənzər şəxs yıxılır, vizual cəhətdən Şahid3 bənzər şəxs vizual cəhətdən Təqsirləndirilən şəxs bənzər şəxsi kənara, asfalt yola tərəf itələyir, daha sonra ətrafa çoxlu şəxslər toplaşır. Baxış zamanı material üzrə əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhəri Heydər Əliyev prospekti 54 ünvaında yerləşən “MM OİL” yanacaq doldurma məntəqəsindən mağazasından götürülmüş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Mkv” formatındakı “Камера2_**********1749” adlı video fayldakı videogörüntü 01 saat 20 dəqiqə 08 saniyə davam etməklə həmin videogörüntüdə xx.xx.2022-ci il tarixdə saat 11:17:49-dan 12:37:57-dək, real vaxt rejimi ilə 11:24:49-dan 12:44:57-dək olan müddət ərzində Balakən şəhəri Heydər Əliyev prospekti 54 ünvanında yerləşən “MM OİL” yanacaq doldurma məntəqəsinin qarşısındakı Səttar Gözəlov küçəsində uzaq məsafədən qeydə alınan kadrlar əks olunmuşdur. Hadisənin baş verdiyi yer kameranın görüş məsafəsindən çox uzaqda yerləşdiyindən ordakı şəxslərin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olmasa da, videogörüntünün 50:50-ci dəqiqəsində (saat 12:08:40-da, real vaxt rejimi ilə 12:15:40-da) vizual cəhətdən Şahid2 bənzər şəxs “Bayraq” dairəsinə doğru istiqamətdə hərəkət edir və “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısına gələrək orada gözləməyə başlayır, 53:45-ci dəqiqədə (saat 12:11:35-də, real vaxt rejimi ilə 12:18:35-də) yolu keçərək “Life” market istiqamətindən “Bayraq” dairəsi istiqamətinə vizual cəhətdən Şahid3 bənzər şəxs gələrək “Avtomobil ehtiyat hissələri” mağazasının qarşısındakı ağacın yanında dayanır. 55:15-ci dəqiqədə (saat 12:13:05-də, real vaxt rejimi ilə 12:20:05-də) vizual cəhətdən X6 bənzər şəxs “Life” market istiqamətindən “Bayraq” dairəsi istiqamətinə gələrək orada dayanmış bir iki nəfər şəxs və bir nəfər uşaqla birlikdə Avtomobil ehtiyat hissələri” mağazasının qarşısındakı ağacın yanına gəlir. Kameranın görüş məsafəsindən uzaqda yerləşdiyindən və ağ rəngli avtomobilin arxa hissəsində olduqlarından kimin hansı istiqamətdə getməsi və ya onların yanına kiminsə gəlməsi aydın deyildir. 01:01:00-də ( saat 12:18:50-də, real vaxt rejimi ilə 12:25:50-də) Avtomobil ehtiyat hissələri” mağazasının qarşısındakı ağacın yanında qarışıqlıq yaranır, bir nəfər şəxs digər şəxsi kənara, asfalt yola tərəf itələyir, daha sonra ətrafa çoxlu şəxslər toplaşır. Baxış zamanı material üzrə əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Layıcov X17 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti ilə 01 il 06 ay müddətə şərti olaraq olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissədən daxil olmuş xx.xx.2022-ci il tarixli 4237 nömrəli məktubdan görünür ki, Balakən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi iə təqsirli bilinmiş və 1 il 6 ay müddətə azadlıqdan məhrum edilsə də CM-in 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti müəyyən edilməklə cəza şərti olaraq icra olunmas üçün xx.xx.2018-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş və czanın icrası 1 il müddətinə xx.xx.2019-cu il tarixədək təmin olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci tarixdə saat 1500-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməklə himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mərkəzi XƏstəxanası X27 tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 175 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə onun özünün etirafedici ifadəsi, məhkəmə-tibb, məhkəmə trasoloji, məhkəmə bioloji, məhkəmə lifli materiallar ekspertizalarının rəyləri, şahid ifadələri və iş materiallarında olan digər sənədlər əsas verir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. araşdırma zamanı müəyyən edilmişdir ki, X8 doğum haqqında şəhadətnaməsində atası qrafasında mərhum Emilya Abdurahmanovanın atası Elton Abdurahmanovun adı və soyadı qeyd edilsə də uşağın faktiki atası Təqsirləndirilən şəxs olmaqla sonuncunun himayəsində yaşamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2018-ci ildə anadan olmuş X10 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Balakən rayon qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 282 AZN (iki yüz səksən iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Balakən rayon prokurorluğunda saxlanılan bir ədəd qara rəngli şalvar, bir ədəd tünd-göy rəngli qısaqol köynək, əsası göy rəngli olmaqla üzərində ağ-qara zolaqları olan cib dəsmalı, bir ədəd Redmi Note 9 markalı mobil telefon və bir ədəd kəmər Təqsirləndirilən şəxs, bir ədəd qəhvəyi rəngli iki yan cibləri olan kurtka, qara rəngli yubka, ağ rəngli qısaqol köynək, kəsilmiş vəziyyətdə bənövşəyi rəngli busqalter, tursik, qara rəngli çanta, bir cüt qadın çəkələyi, saç bantı və saç sancağı zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, bir ədəd istifadə edilmiş paket, bir ədəd bıçaq, üzərində qan nümunələri hopdurulmuş parça məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 282 AZN (iki yüz səksən iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Balakən rayon prokurorluğunda saxlanılan bir ədəd qara rəngli şalvar, bir ədəd tünd-göy rəngli qısaqol köynək, əsası göy rəngli olmaqla üzərində ağ-qara zolaqları olan cib dəsmalı, bir ədəd Redmi Note 9 markalı mobil telefon və bir ədəd kəmər Təqsirləndirilən şəxs, bir ədəd qəhvəyi rəngli iki yan cibləri olan kurtka, qara rəngli yubka, ağ rəngli qısaqol köynək, kəsilmiş vəziyyətdə bənövşəyi rəngli busqalter, tursik, qara rəngli çanta, bir cüt qadın çəkələyi, saç bantı və saç sancağı zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın, bir ədəd istifadə edilmiş paket, bir ədəd bıçaq, üzərində qan nümunələri hopdurulmuş parça məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşağı – xx.xx.2018-ci ildə doğulmuş X10 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Balakən rayon qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-36/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-36/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver