Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-36/2024 19.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Yevlax Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və əvvəlki hökmlə tətbiq edilmiş şərti məhkum etmə ləğv olunaraq, əvvəlki hökm ilə təyin edilmiş 02 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilib həbsdə saxlanıldığı müddətlər cəzadan çıxılmaqla qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 01 ay 02 gün hissəsi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində qəsdən alaraq əldə edib üzərində saxlamış və həmin 0,098 qram olan narkotik vasitə heroini 21 noyabr 2022ci il tarixdə saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə aralarında əvvəlcədən olan razılığa əsasən 30 manat pulun müqabilində tanışı Şahid1 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 0,366 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış və Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə saat 15:30-da Yevlax şəhəri, Çənlibel qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax RPŞ-yə gətirilərək saat 16:20dən saat 16:55-dək olan müddətdə Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən təkrarən satış məqsədilə əldə edib saxladığı 01 (bir) ədəd sellofan bükümdə 0,366 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 0,898 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Dəmiryolu Vağzalı”nın yaxınlığında əvvəllər tanıdığı Şahid3 30 manat pulun müqabilində qəsdən alaraq əldə edib üzərində saxlamış və 09 fevral 2023-cü il tarixdə saat 23:50-də Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax RPŞ-yə gətirilərək 10 fevral 2023-cü il tarixdə saat 01:10-dan 01:40-dək olan müddətdə Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən onun əynində olan tünd göy rəngli gödəkçənin sağ üst cibindən qəsdən təkrarən satış məqsədilə əldə edib saxladığı həmin 01 (bir) ədəd sellofan bükümdə cəmi 0,898 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 055 439-62-33 mobil telefon nömrəsi atasına məxsus olmuş və bəzi vaxtlarda qeyd olunan mobil telefon nömrəsindən istifadə etmişdir. Atası ilə Şahid1 münasibəti olmamış, atası 2022-ci ilin noyabr ayında onun üzərindən narkotik vasitənin aşkar olunmasından üç-dörd gün əvvəl ölmüş, həmin vaxtadək onun üzərində narkotik vasitə aşkar olunmamış və atası öldükdən sonra qeyd olunan mobil telefon nömrəsindən o, istifadə etmişdir. Şahid2 qonşusu olduğu üçün tanımış, lakin sonuncudan narkotik vasitə almamış və ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyünə görə narkotik vasitəni Şahid2 aldığını demək məcburiyyətində qalmışdır. Şahid1 Yevlax şəhərində yaşadığını bilmiş, lakin sonuncu ilə yaxın əlaqəsi olmamış, mobil telefon vasitəsi ilə danışmamış, birlikdə narkotik vasitədən istifadə etməmiş və sonuncuya narkotik vasitə verməmişdir. Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsindən atasına məxsus olan və bəzən onun istifadə etdiyi 055 439-62-33 mobil telefon nömrəsinə mesaj göndərilən zaman mobil telefon atasında olmuş, həmin vaxt onda hər hansı dərman olmamış, qeyd olunan vaxtlarda o, Şahid1 10 manat məbləğində pul almış və mesajlar Şahid1 tərəfindən ona yazılmamışdır. Ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan, narkotik vasitəni yerdən tapdığı qeyd olunmuş bənd üzrə o, yaşadığı evin qarşısında olan zaman Şahid6 və adlarını xatırlamadığı daha 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, həmin vaxt üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirildikdən sonra polis əməkdaşları ona narkotik vasitəni verib, həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini tələb etmişlər. Daha sonra polis şöbəsinə aparılmış, orada olan zaman polis əməkdaşları Şahid4 və Şahid6 tərəfindən təsir-təzyiqlərə məruz qalmış və polis əməkdaşları onun əllərini yapışqan lent vasitəsilə bağlayıb ona işgəncə vermişlər. Ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan, Şahid3la bağlı qeyd olunmuş bənd üzrə onun üzərində narkotik vasitə olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmiş və polis əməkdaşı Şahid4 həmin narkotik vasitəni Şahid3 almasını deməsini tələb etdiyi üçün qeyd olunan məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış və həmin formada ifadəyə imza etmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədənində hər hansı xəsarət yaranmamış, habelə polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 21 noyabr 2022-ci il tarixdə yaşadığı küçədə olan zaman əvvəlcədən tanıdığı Şahid1la qarşılaşmış və sonuncu ona 30 (otuz) manat pul verərək narkotik vasitə heroin alıb verməsini ondan xahiş etmişdir. Bundan sonra o, həmin tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olan zaman Şahid2 ilə qarşılaşmış, bu zaman onun narkotik vasitə satması ilə bağlı təklifinə əsasən Şahid2 qeyd olunan yeri tərk etmiş və bir müddət sonra görüşdükləri həmin yerə qayıdıb 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini ona vermiş, o isə bunun müqabilində Şahid2 iki onluq və iki beşlik əskinaslarla ümumilikdə 30 (otuz) manat məbləğində pul vermişdir. Bundan sonra o, Yevlax şəhərində yerləşən “Asfalt” adlanan küçədə əvvəlcədən tanıdığı Şahid1 ilə görüşmüş və Şahid2 ona satdığı narkotik vasitə heroini Şahid1 vermişdir. Bundan başqa, 22 noyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı küçədə olarkən yerdən şəffaf rəngli sellofan bükülü tapmış, bükülünü açıb baxan zaman içərisində narkotik vasitə heroinin olduğunu görmüş və gələcəkdə istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. Həmin tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Çənlibel qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər, o isə etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. O, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, qeyd olunan heroini Yevlax şəhəri, Çənlibel qəsəbəsində yaşadığı küçədə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan əlavə, 09 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində əvvəlcədən tanıdığı Şahid3 30 manat pulun müqabilində narkotik vasitə heroin almış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Həmin tarixdə saat 23:50 radələrində yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən qeyd olunan büküm də üzərində olmuş, bu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər, o isə etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli gödəkcənin sol üst cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. O, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitə heroini 09 fevral 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şahid3 aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Nüsrəd oğlu ifadəsində göstərmişdir ki, o və Təqsirləndirilən şəxs eyni qəsəbədə yaşayırlar və o, Təqsirləndirilən şəxs və ya digər şəxslərə narkotik vasitə satmamışdır. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını bildirmiş və bundan sonra polis əməkdaşı Şahid4 və digər polis əməkdaşları onu döyüb Təqsirləndirilən şəxsla narkotik vasitəni dəyişməsini deməsini tələb etdikləri üçün o da həmin məzmunda ifadə vermişdir. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs sifətinə baxdıqda sonuncuya qarşı təsir-təzyiqlərin olduğunu hiss etmiş, lakin bunun səbəbini bilməmişdir. Kamil adlı şəxsi tanımamışdır və polis əməkdaşları ondan Kamil adlı şəxsin adını deməsini tələb etdikləri üçün məcbur olub sonuncunun adını qeyd etmişdir. Onun üzərindən narkotik vasitə aşkar edilməmiş və üzərində ancaq ağrıları olduğu üçün istifadə etdiyi dərman olmuşdur. Savadı olmadığı üçün polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Şahid2 Nüsrəd oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 09 dekabr 2022-ci il tarixdə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən bir-iki əvvəl Yevlax şəhərində 7 nömrəli tam orta məktəbin yaxınlığında Yevlax şəhər sakini Kamil adlı şəxsdən 50 (əlli) manat pulun müqabilində iki büküm narkotik vasitə heroin almış və həmin heroinləri özü istifadə etmək üçün gizlədib saxlamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə qarşılaşmış və bu zaman sonuncunun təklifi ilə narkotik vasitələri gizlətdiyi yerdən 01 büküm narkotik vasitə heroini götürüb Təqsirləndirilən şəxs vermişdir. Şahid2 Nüsrəd oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadələrində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhərinin ərazisində olması və üzərində narkotik vasitə heroin olması barədə 22 noyabr 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə təxminən saat 15:30 radələrində Yevlax şəhəri, Çənlibel qəsəbəsində saxlanılaraq Yevlax RPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitə heroini 22 noyabr 2022-ci il tarixdə yaşadığı qəsəbədə küçədə yerdən tapdığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində narkotik vasitə olması barədə 09 fevral 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat təxminən 23 radələrində Yevlax şəhəri C.Məmmədquluzadə küçəsində saxlanılaraq Yevlax RPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman sonuncunun əynində olan göy rəngli parça materialdan olan gödəkcənin sağ üst cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitə heroini 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində əvvəlcədən tanıdığı Şahid3 30 manat pulun müqabilində aldığını və özü gələcəkdə istifadə etməsi üçün saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə satmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsində də həmin xüsusatları demiş və Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncuya narkotik vasitəni hədiyyə etdiyini deməmiş, lakin sonuncu ibtidai istintaq zamanı narkotik vasitəni ondan aldığını dediyi və üzləşdirmə aparılan zaman həmin xüsusatları onun üzünə qarşı bildirdiyi üçün o, narkotik vasitənin satışı ilə bağlı məhkum olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar olunubolunmaması barədə hər hansı məlumatı olmamış, sonuncuya qarşı təzyiq olunduğunu düşünmüş, lakin sonuncunun sifətində hər hansı xəsarət olmamışdır. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə etmişdir. 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri “Dəmiryolu Vağzalının” yaxınlığında olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxsla rastlaşmış, sonuncu ondan istifadə etməsi üçün narkotik vasitə heroinin olub-olmadığını soruşmuş, o isə narkotik vasitə heroini Təqsirləndirilən şəxs hədiyyə etmiş, lakin bunun qarşılığında sonuncudan pul almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş, Şahin Xəlilovla bir-birilərini əvvəlcədən tanımışlar. 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində olarkən əvvəlcədən tanıdığı Şahin Xəlilov ona zəng edərək onun yanına gələcəyini bildirmiş, bir qədər sonra onun yanına gələrək narkotik vasitə olub-olmamasını ondan soruşmuş, o isə narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını demişdir. Bundan sonra Şahin Xəlilov ona 30 manat məbləğində pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmış, 30 manat pulu götürmüş, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini ona demişdir. Şahin Xəlilov orada qalmış, o isə piyada şəkildə dəmiryol vağzalından təxminən 300 metr Kür çayının köhnə körpüsü istiqamətində getmiş, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs görmüş və 30 manat pulu sonuncuya verərək ona narkotik vasitə satmasını təklif etmişdir. Təqsirləndirilən şəxs da onun bu təklifi ilə razılaşmış və ondan 30 manat məbləğində pulu götürüb 01 büküm narkotik vasitə heroini ona vermişdir. Daha sonra o, Şahin Xəlilovun dayandığı yerə gəlmiş və həmin heroini sonuncuya vermişdir. Şahin Xəlilov da qeyd olunan heroinin az hissəsini ona vermiş, qalan hissəsini özünə götürmüş və göstərilən yeri tərk etmişdir. Şahin Xəlilovun ona verdiyi heroini istifadə etmiş, bundan sonra isə həmin tarixdə saat 19 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada olarkən baş vermiş hadisə barədə ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə X5 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlindəki bir ədəd şəffaf rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 22 noyabr 2022-ci il tarixli 17/852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “X5 üzərindən götürülmüş kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümün içərisindəki digər 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və istehlak etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və istehlak etməsi şübhəsi ilə həmin tarixdə saat 15:30-da Yevlax şəhəri, Çənlibel qəsəbəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:20-dən saat 16:55-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 23 noyabr 2022-ci il tarixli 17/853 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,366 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin aşkar olunması faktına görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş X5 üzərindən aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1, 234.4.2 və 240.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 fevral 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi, daşıması, saxlaması və istehlak etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 fevral 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi, daşıması, saxlaması və istehlak etməsi şübhəsi ilə həmin tarixdə saat 23:50-də Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01:10-dan saat 01:40-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd göy rəngli parça gödəkçənin sağ üst cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 23 noyabr 2022-ci il tarixli 17/853 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,366 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 10 fevral 2023-cü il tarixli 17/161 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,898 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 11 fevral 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 ilə X5 birlikdə əldə etdikləri 0,098 qram narkotik vasitə heroini Şahid1 Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs isə həmin 0,098 qram narkotik vasitə olan heroini 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,366 qram narkotik vasitə heroini satış məqsədilə əldə etmişdir. Onun həmin narkotik vasitə heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Şahid2 aldığı 0,098 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etmiş və Şahid1 satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 31 mart 2023-cü il tarixli 17/284 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid3” sözləri yazılmış Məhkəmə Ekspertizası Mərkəzinə məxsus kağız 01 (bir) ədəd paketin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin ilə üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmış Məhkəmə Ekspertizası Mərkəzinə məxsus 01 (bir) ədəd kağız paketin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində araşdırılan cinayət işləri bir icraatda birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 10 aprel 2023-cü il tarixli 17/303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd bükümdə olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, X5 üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan heroindən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 12 may 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində alaraq həmin gün saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə 30 manat pulun müqabilində tanışı Şahid1 satması müəyyən olunmuş, lakin Təqsirləndirilən şəxs üzərindən 22 noyabr 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş 0,366 qram narkotik vasitə heroinin haradan əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,898 qram narkotik vasitə heroini o, həmin gün saat təxminən 19 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Dəmiryolu Vağzalı”nın yaxınlığında əvvəllər tanıdığı Şahid3 30 manat pulun müqabilində almışdır. Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il və 09 fevral 2023-cü il tarixlərdə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinləri satış məqsədilə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul olunmuş, lakin qaçıb gizləndiyi üçün ona həmin tarixdə qeyd olunan maddə ilə yenidən ittiham elan edilməsi mümkün olmamış və barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə yenidən elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X5 istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahin Xəlilovun istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Şahin Xəlilovun istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521C /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Şahid1 istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsinə göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də X5 istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsindən zənglər edilmiş və danışıqlar aparılmış, habelə Şahid1 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:39-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə zəng edilmiş və danışıq aparılmış, Şahid1 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:39-da “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:36-da, saat 15:52-də (iki dəfə), saat 15:53-də və saat 15:54-də Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:36-da “UGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”X3, Qanboy Quliyev, 1, Yevlax, AZ6600” /Yevlakh/ (40.612xx/xx.14669)”, saat 15:52-də “UGNJ0657A /GGNJ0657 Yevlak_Pive /”Yevelax şəhəri, Heydər Əliyev prospekti 48” /Yevlakh/ (40.6013 /47.1593) və “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X8 yanında” /Yevlakh/ (40.620xx/xx.15068), saat 15:53-də “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X8 yanında” /Yevlakh/ (40.62003 /47.15068), saat 15:54-də isə “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X8 yanında” /Yevlakh/ (40.620xx/xx.15068) anten dairələrində olmuşdur. Habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsinə 055 567-42-47 mobil telefon nömrəsindən 27 oktyabr 2022-ci il tarixdə saat 19:18:45-də “Mene bir sey lazimdi oda ancaq sen tapa bilersen mene telfonu acanda mene zeng ele” və həmin tarixdə saat 19:31:22-də “L nan basdiyan derman var burda?”, habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsinə Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsindən 12 noyabr 2022-ci il tarixdə saat 17:38:39-da “o on manatin icine ozunuzu maldan otru qoymusuz axirinci yola” məzmunlu mesajlar daxil olmuşdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin xeyli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 0,098 qram narkotik vasitə heroini əldə edib saxlayaraq Şahid1 satmış, habelə 0,366 qram və 0,898 qram narkotik vasitə heroinləri əldə edib saxlamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025- VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin xeyli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 21 noyabr 2022-ci il tarixdə Yevlax Rayon Polis X1 qanunsuz olaraq narkotik vasitə heroini saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Şahin Xəlilov saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 22 noyabr 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və istehlak etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 21 noyabr 2022-ci il tarixdə X5, 22 noyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs üzərlərində müdafiəçilərin də iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılıb narkotik vasitələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində narkotik vasitədən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 21 noyabr 2022-ci il tarixdə yaşadığı küçədə olan zaman əvvəlcədən tanıdığı Şahid1la qarşılaşdığını, sonuncunun ona 30 (otuz) manat pul verərək narkotik vasitə heroin alıb verməsini ondan xahiş etdiyini, bundan sonra həmin tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olan zaman Şahid2 ilə qarşılaşdığını, bu zaman onun narkotik vasitə satması ilə bağlı təklifinə əsasən Şahid2 qeyd olunan yeri tərk etdiyini, bir müddət sonra görüşdükləri yerə qayıdıb 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini ona verdiyini, bunun müqabilində Şahid2 iki onluq və iki beşlik əskinaslarla ümumilikdə 30 (otuz) manat məbləğində pul verdiyini, bundan sonra Yevlax şəhərində yerləşən “Asfalt” adlanan küçədə əvvəlcədən tanıdığı Şahid1 ilə görüşdüyünü, Şahid2 ona satdığı narkotik vasitə heroini Şahid1 verdiyini, bundan başqa, 22 noyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı küçədə olarkən yerdən şəffaf rəngli sellofan bükülünü tapdığını, bükülünü açıb baxan zaman içərisində narkotik vasitə heroinin olduğunu gördüyünü, gələcəkdə istifadə etmək üçün cibinə qoyub üzərində saxladığını, həmin tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Çənlibel qəsəbəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etdiklərini, etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə getdiyini, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümün aşkar olunduğunu, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, qeyd olunan heroini Yevlax şəhəri, Çənlibel qəsəbəsində yaşadığı küçədə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını polis əməkdaşlarına bildirdiyini, bundan əlavə, 09 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində əvvəlcədən tanıdığı Şahid3 30 manat pulun müqabilində narkotik vasitə heroin aldığını, özü istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin tarixdə saat 23:50 radələrində yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən qeyd olunan bükümün üzərində olduğunu, bu zaman polis əməkdaşlarının ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etdiklərini, etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə getdiyini, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkcənin sol üst cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinin aşkar olunduğunu, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, qeyd olunan heroini 09 fevral 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şahid3 aldığını və özü istifadə etmək üçün üzərində saxladığını polis əməkdaşlarına dediyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 055 439-62- 33 mobil telefon nömrəsinin atasına məxsus olduğunu, bəzi vaxtlarda qeyd olunan mobil telefon nömrəsindən özünün istifadə etdiyini, atası ilə Şahid1 münasibətinin olmadığını, atasının 2022-ci ilin noyabr ayında onun üzərindən narkotik vasitənin aşkar olunmasından üç-dörd gün əvvəl öldüyünü, həmin vaxtadək onun üzərindən narkotik vasitə aşkar olunmadığını, atası öldükdən sonra qeyd olunan mobil telefon nömrəsindən özünün istifadə etdiyini, Şahid2 qonşusu olduğu üçün tanıdığını, sonuncudan narkotik vasitə almadığını, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyünə görə narkotik vasitəni Şahid2 aldığını demək məcburiyyətində qaldığını, Şahid1 Yevlax şəhərində yaşadığını bildiyini, lakin sonuncu ilə yaxın əlaqəsinin olmadığını, mobil telefon vasitəsi ilə danışmadığını, birlikdə narkotik vasitədən istifadə etmədiyini, sonuncuya narkotik vasitə vermədiyini, Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsindən atasına məxsus olan və bəzən onun istifadə etdiyi 055 439-62-33 mobil telefon nömrəsinə mesaj göndərilən zaman mobil telefonun atasında olduğunu, həmin vaxt onda hər hansı dərmanın olmadığını, qeyd olunan vaxtlarda Şahid1 10 manat məbləğində pul aldığını, mesajların Şahid1 tərəfindən ona yazılmadığını, ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan, narkotik vasitəni yerdən tapdığı qeyd olunmuş bənd üzrə yaşadığı evin qarşısında olan zaman Şahid6 və adlarını xatırlamadığı daha 2 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin vaxt üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirildikdən sonra polis əməkdaşlarının ona narkotik vasitəni verib, həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini tələb etdiklərini, daha sonra polis şöbəsinə aparıldığını, orada olan zaman polis əməkdaşları Şahid4 və Şahid6 tərəfindən təsir-təzyiqlərə məruz qaldığını, polis əməkdaşlarının onun əllərini yapışqan lent vasitəsilə bağlayıb ona işgəncə verdiklərini, ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan, Şahid3la bağlı qeyd olunmuş bənd üzrə onun üzərində narkotik vasitənin olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini, polis əməkdaşı Şahid4 həmin narkotik vasitəni Şahid3 almasını deməsini tələb etdiyi üçün qeyd olunan məzmunda ifadə verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadığını, həmin formada ifadəyə imza etdiyini, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədənində hər hansı xəsarətin yaranmadığını, habelə polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini qeyd etmişdir. Şahid2 isə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində təxminən bir-iki əvvəl Yevlax şəhərində 7 nömrəli tam orta məktəbin yaxınlığında Yevlax şəhər sakini Kamil adlı şəxsdən 50 (əlli) manat pulun müqabilində iki büküm narkotik vasitə heroin aldığını, həmin heroinləri özü istifadə etmək üçün gizlədib saxladığını, 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində olarkən əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə qarşılaşdığını və bu zaman sonuncunun təklifi ilə narkotik vasitələri gizlətdiyi yerdən 01 büküm narkotik vasitə heroini götürüb Təqsirləndirilən şəxs verdiyini etiraf etsə də ibtidai istintaqın gedişində 06 fevral 2023-cü il tarixdə verdiyi ifadəsində narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını demiş və barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman məhkəməyə narkotik vasitəni 30 manat pulun müqabilində Təqsirləndirilən şəxs satmasını etiraf etməsi üçün təzyiqə məruz qaldığını bildirsə də ardınca elə həmin məhkəmə prosesində hər hansı təsir və təzyiq altınada olmadan sərbəst şəkildə verdiyi ifadəsində heroini Kamal adlı şəxsdən aldığını, Təqsirləndirilən şəxs narkotik vasitə satmasa da sonuncuya narkotik vasitə heroin verib əvəzində sonuncudan narkotik vasitə qurudulmuş marixuana aldığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxsla eyni qəsəbədə yaşadıqlarını, sonuncuya və ya digər şəxslərə narkotik vasitə satmadığını, polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını bildirdiyini, bundan sonra polis əməkdaşı Şahid4 və digər polis əməkdaşlarının onu döyüb Təqsirləndirilən şəxsla narkotik vasitəni dəyişməsini deməsini tələb etdikləri üçün həmin məzmunda ifadə verdiyini, polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs sifətinə baxdıqda sonuncuya qarşı təsir-təzyiqlərin olduğunu hiss etdiyini, lakin bunun səbəbini bilmədiyini, Kamil adlı şəxsi tanımadığını, polis əməkdaşları ondan Kamil adlı şəxsin adını deməsini tələb etdikləri üçün məcbur olub sonuncunun adını qeyd etdiyini və savadı olmadığı üçün polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini qeyd etmişdir. Şahid3 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində uzun müddətdir narkotik vasitə heroindən istifadə etdiyini, 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri “Dəmiryolu Vağzalının” yaxınlığında olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxsla rastlaşdığını, sonuncunun ondan istifadə etməsi üçün narkotik vasitə heroinin olub-olmadığını soruşduğunu, narkotik vasitə heroini Təqsirləndirilən şəxs hədiyyə etdiyini, lakin bunun qarşılığında sonuncudan pul almadığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində də həmin xüsusatları dediyini, Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncuya narkotik vasitəni hədiyyə etdiyini demədiyini, lakin sonuncu ibtidai istintaq zamanı narkotik vasitəni ondan aldığını dediyi və üzləşdirmə aparılan zaman həmin xüsusatları onun üzünə qarşı bildirdiyi üçün özünün narkotik vasitənin satışı ilə bağlı məhkum olunduğunu, Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar olunub-olunmaması barədə hər hansı məlumatının olmadığını, sonuncuya qarşı təzyiq olunduğunu düşündüyünü, lakin sonuncunun sifətində hər hansı xəsarətin olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm təqsirləndirilən şəxs Şahid2 cinayət məsuliyyətindən yayınmasına nail olmaq (Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli 1(091)-6/2024 nömrəli hökmünə əsasən Şahid2 Nüsrəd oğlu CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və həmin cinayət işi hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır), həm də özünün barəsində araşdırılan və Şahid2 təqsirləndirildiyi cinayət işi ilə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək, Şahid2 isə ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm digər cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq, həm də özünün barəsində araşdırılan və Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi ilə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək, Şahid3 isə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (dindirmə protokolu, üzləşdirmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və müvafiq istintaq hərəkətlərində, cümlədən də üzərində şəxsi axtarış və götürmə aparılan zaman müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı ifadə elan edilərək tədqiq olunmuş Şahin Xəlilov ibtidai istintaq zamanı verdiyi ifadəsində 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində əvvəlcədən tanıdığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində yaşayan Şahid1la telefonla danışdığını, yaşadıqları küçədə görüşən zaman istifadə etmək üçün narkotik vasitənin olub-olmamasını sonuncudan soruşduğunu, Şahid1 isə narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını dediyini, bundan sonra Şahid1 30 manat pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etdiyini, sonuncunun onun bu təklifi ilə razılaşdığını, 30 manat pulu götürdüyünü, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini dediyini, daha sonra orada gözlədiyini, Şahid1 həmin yeri tərk edib getdiyini, bir qədər sonra Şahid1 oraya gələrək bir ədəd sellofan bükümdə narkotik vasitə heroini ona verdiyini, daha sonra həmin heroinin bir hissəsini istifadə etmək üçün Şahid1 verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün cibinə qoyduğunu, bundan bir müddət sonra həmin tarixdə saat 17 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə heroinin aşkar olunduğunu, həmin narkotik vasitə heroini əldə etmək və əvvəlcədən tanıdığı Şahid1la birlikdə istifadə etmək məqsədilə sonuncuya 30 manat məbləğində pul verdiyini, göstərilən heroini Şahid1 aldığını, heroinin bir hissəsini istifadə etmək məqsədilə sonuncuya verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Şahin Xəlilovun istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Şahin Xəlilovun istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521C /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Qeyd olunan xüsusatla bağlı Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitədən istifadə etdiyini, Şahin Xəlilovla bir-birilərini əvvəlcədən tanıdıqlarını, 21 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Yevlax şəhəri, Dəmiryol binası küçəsində olarkən əvvəlcədən tanıdığı Şahin Xəlilovun ona zəng edərək onun yanına gələcəyini bildirdiyini, bir qədər sonra sonuncunun onun yanına gələrək narkotik vasitə olub-olmamasını ondan soruşduğunu, narkotik vasitə olmadığını və narkotik vasitə almağa pulunun olmadığını Elşad Şahsuvara dediyini, bundan sonra Şahin Xəlilovun ona 30 manat məbləğində pul verərək narkotik vasitə əldə edə biləcəyi halda birlikdə istifadə etmələrini təklif etdiyini, sonuncunun bu təklifi ilə razılaşdığını, 30 manat pulu götürdüyünü, həmin yerdə gözləməsini və narkotik vasitə tapacağı halda alıb gətirəcəyini sonuncuya dediyini, Şahin Xəlilovun orada qaldığını, piyada şəkildə dəmiryol vağzalından təxminən 300 metr Kür çayının köhnə körpüsü istiqamətində getdiyini, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs gördüyünü, 30 manat pulu sonuncuya verərək ona narkotik vasitə satmasını təklif etdiyini, Təqsirləndirilən şəxs onun bu təklifi ilə razılaşdığını, ondan 30 manat məbləğində pulu götürüb 01 büküm narkotik vasitə heroini ona verdiyini, daha sonra Şahin Xəlilovun dayandığı yerə gəldiyini, həmin heroini sonuncuya verdiyini, Şahin Xəlilovun qeyd olunan heroinin az hissəsini ona verdiyini, qalan hissəsini özünə götürdüyünü, göstərilən yeri tərk etdiyini, Şahin Xəlilovun ona verdiyi heroini istifadə etdiyini, bundan sonra isə həmin tarixdə saat 19 radələrində Yevlax şəhəri, Pişəvəri küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını və orada olarkən baş vermiş hadisə barədə ifadə verdiyini qeyd etmişdir. Həmçinin cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə dair məlumatlardan görünür ki, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsinə göstərilən tarixdə saat 14:03-də, saat 14:33-də və 14:44-də X5 istifadəsində olan 077 722-32-10 mobil telefon nömrəsindən zənglər edilmiş və danışıqlar aparılmış, habelə Şahid1 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:39-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə zəng edilmiş və danışıq aparılmış, Şahid1 istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:03-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:33-də “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:39-da “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)”, saat 14:44-də isə “GGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”Yevlax TKQ” /Yevlakh/ (40.61272 /47.14669)” anten dairələrində olmuşdur. Habelə ibtidai istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncudan narkotik vasitə heroin aldığını Təqsirləndirilən şəxs üzünə demişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Şahid2la aralarında üzləşdirmə aparılan zaman sonuncudan 30 manat pulun müqabilində narkotik vasitə heroin aldığını Şahid2 üzünə demişdir. Eləcə də ibtidai istintaq zamanı Şahid2 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncuya narkotik vasitə heroin verib əvəzində sonuncudan narkotik vasitə qurudulmuş marixuana aldığını Təqsirləndirilən şəxs üzünə demişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Şahid3la aralarında üzləşdirmə aparılan zaman sonuncudan 30 manat pulun müqabilində narkotik vasitə heroin aldığını Şahid3 üzünə demişdir. Bundan əlavə, ibtidai istintaq zamanı Şahid3 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncuya narkotik vasitə heroini hədiyyə kimi verdiyini Təqsirləndirilən şəxs üzünə demişdir. Bundan savayı, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 055 439-62-33 mobil telefon nömrəsinə dair məlumatlardan görünür ki, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə 21 noyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 14:36-da, saat 15:52-də (iki dəfə), saat 15:53-də və saat 15:54-də Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 14:36-da “UGNJ0521D /GGNJ0521 Yevlax-ATS /”X3, Qanboy Quliyev, 1, Yevlax, AZ6600” /Yevlakh/ (40.612xx/xx.14669)”, saat 15:52-də “UGNJ0657A /GGNJ0657 Yevlak_Pive /”Yevelax şəhəri, Heydər Əliyev prospekti 48” /Yevlakh/ (40.6013 /47.1593) və “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X8 yanında” /Yevlakh/ (40.620xx/xx.15068), saat 15:53-də “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X8 yanında” /Yevlakh/ (40.62003 /47.15068), saat 15:54-də isə “UMBS3887C /GMBS3887 Yevlakh VİP /”Yevlax rayonu, X8 yanında” /Yevlakh/ (40.620xx/xx.15068) anten dairələrində olmuşdur. Habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsinə 055 567-42-47 mobil telefon nömrəsindən 27 oktyabr 2022-ci il tarixdə saat 19:18:45-də “Mene bir sey lazimdi oda ancaq sen tapa bilersen mene telfonu acanda mene zeng ele” və həmin tarixdə saat 19:31:22-də “L nan basdiyan derman var burda?”, habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsinə Şahid1 istifadəsində olan 055 486-67-66 mobil telefon nömrəsindən 12 noyabr 2022-ci il tarixdə saat 17:38:39-da “o on manatin icine ozunuzu maldan otru qoymusuz axirinci yola” məzmunlu mesajlar daxil olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahid1 əvvəllər tanımaması və yalnız qeyd olunan cinayət işi ilə bağlı polis şöbəsində olan zaman tanıması ilə bağlı ifadəsində qeyd etdikləri, Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan göstərilən mobil telefon nömrəsinə həm 21 noyabr 2022-ci il tarixdə, həm də həmin tarixdən əvvəlki tarixlərdə zənglərin edilməsi və danışıqların aparılması, habelə mesajların göndərilməsi fonunda anlaşılan olmamaqla məhkəmədə olan şübhələri daha da artırmışdır. Habelə Şahid2 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman hər hansı təsir və təzyiq altında olmadan sərbəst şəkildə verdiyi qismən etirafedici ifadəsində belə 30 manat pulun müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını, lakin sonuncuya narkotik vasitə heroin verib qarşılığında narkotik vasitə qurudulmuş marixuana almasını deməklə dolayısı ilə narkotik vasitə heroinin əvəzli məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər edərək narkotik vasitə heroini qanunsuz satmasını etiraf etmişdir. Həmçinin Şahid3 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman sonuncuya narkotik vasitə heroini hədiyyə kimi verdiyini Təqsirləndirilən şəxs üzünə deməklə dolayısı ilə narkotik vasitə heroinin əvəzli məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər edərək narkotik vasitə heroini qanunsuz satmasını etiraf etmişdir. Eləcə də qeyd olunmalıdır ki, Şahid3 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Dəmiryolu Vağzalı”nın yaxınlığında Təqsirləndirilən şəxs 01 (bir) ədəd sellofan bükümdə 0,898 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaqla CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək Yevlax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzsına məhkum olunmuşdur və məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmünə əsasən hazırda cəza çəkir. Bununla bağlı qeyd olunmaldır ki, CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarına əsasən, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şahid3 01 (bir) ədəd sellofan bükümdə 0,898 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs satması və sonuncunun Şahid3 həmin çəkidə narkotik vasitə heroini alması faktı üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması və müvafiq halların qeyd olunan hökmlə sübuta yetirilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Şahid3 məhkəmə istintaqı zamanı, Şahid2 isə ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə vermələri cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs və Şahid3 məhkəmə istintaqı zamanı, Şahid2 isə ibtidai istintaq zamanı 06 fevral 2023-cü il tarixdə və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, habelə Şahid2 və Şahid3la aralarında üzləşdirmə aparılan zaman verdiyi ifadələrinin, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrinin, Şahid2 isə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin və barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qismən etirafedici ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, yalnız Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən narkotik vasitənin alınması və satılması tarixi və vaxtı kimi 21 noyabr 2022-ci il saat 13 radələri göstərilsə də həm Şahin Xəlilov, həm də Şahid1 ifadələrindən, habelə onların və Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə dair məlumatlardan da görünür ki, həmin şəxslərin arasında telefon danışığı 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində deyil, həmin tarixdə saat 15 radələrində aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət hadisəsinin baş vermə tarixi və vaxtı kimi 21 noyabr 2022-ci il tarixi saat 15 radələri qəbul edilməlidir. Məhkəmə ilk öncə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş, 21 noyabr 2022-ci il tarixdə Şahid1 narkotik vasitə heroini satması bəndi ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram olan narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində qəsdən alaraq əldə edib üzərində saxlamış, həmin 0,098 qram olan narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə aralarında əvvəlcədən olan razılığa əsasən 30 manat pulun müqabilində tanışı Şahid1 satmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 8-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs 0,098 qram narkotik vasitə heroini Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində almış və həmin narkotik vasitə heroini 30 manat pulun müqabilində Şahid1 satmış, bu əvəzli xarakter daşımamış, hər hansı qazanc əldə etməmiş, digər şəxsi marağı, yəni özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair marağı olmamışdır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 0,098 qram narkotik vasitə heroini Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində alıb həmin narkotik vasitə heroini 30 manat pulun müqabilində Şahid1 satan zaman bu, əvəzli xarakter daşımamış, Təqsirləndirilən şəxs hər hansı qazanc əldə etməmiş, onun digər şəxsi marağı, yəni özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair marağı olmadığından Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamdan “o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,098 qram narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində əvvəllər tanıdığı Şahid2 Nüsrəd oğlundan 30 manat pulun müqabilində qəsdən alaraq əldə edib üzərində saxlamış, həmin 0,098 qram olan narkotik vasitə heroini 21 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Yevlax şəhəri, “Asfalt” küçəsi adlanan ərazidə aralarında əvvəlcədən olan razılığa əsasən 30 manat pulun müqabilində tanışı Şahid1 satmışdır.” bəndi xaric olunmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən təkrarən qanunsuz olaraq narkotik vasitə heroini əldə edib saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroinləri əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə olmasa da vasitəçilik etməklə Şahid2 narkotik vasitə heroini alıb Elşad Şahsuvara satmasını və telefon məlumatlarına əsasən onunla digər şəxslərin arasında narkotik vasitələrin satışı ilə bağlı yazıların olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroinləri əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 7-ci bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroinləri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə də, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroinləri əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 0,366 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış və Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə saat 15:30-da Yevlax şəhəri, Çənlibel qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax RPŞ-yə gətirilərək saat 16:20-dən saat 16:55-dək olan müddətdə Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən təkrarən satış məqsədilə əldə edib saxladığı 01 (bir) ədəd sellofan bükümdə 0,366 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 0,898 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 09 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Dəmiryolu Vağzalı”nın yaxınlığında əvvəllər tanıdığı Şahid3 30 manat pulun müqabilində qəsdən alaraq əldə edib üzərində saxlamış və 09 fevral 2023-cü il tarixdə saat 23:50-də Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax RPŞ-yə gətirilərək 10 fevral 2023-cü il tarixdə saat 01:10-dan 01:40-dək olan müddətdə Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən onun əynində olan tünd göy rəngli gödəkçənin sağ üst cibindən qəsdən təkrarən satış məqsədilə əldə edib saxladığı həmin 01 (bir) ədəd sellofan bükümdə cəmi 0,898 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Beləliklə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə CM-in 234.4.2-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Yevlax Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli və 11 mart 2020-ci il tarixli hökmlərinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarının, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmünün surətlərindən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 sentyabr 2024cü il tarixli 1(002)-237/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə məhkum olunmuşdur. O, Yevlax Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Bundan başqa, o, Yevlax Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və əvvəlki hökmlə tətbiq edilmiş şərti məhkum etmə ləğv olunaraq, əvvəlki hökm ilə təyin edilmiş 02 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilib həbsdə saxlanıldığı müddətlər cəzadan çıxılmaqla qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 01 ay 02 gün hissəsi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə 06 ay azaldılmış və 07 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə, o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin hökm 28 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır, CM-in 234.4.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə ağır cinayət hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək o, həm CM-in 221.3, həm də CM-in 234.1-ci maddələri ilə olmaqla, iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və onun həmin məhkumluqları ödənilmədiyindən və ya götürülmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.2-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl o, hazırkı cinayət əməlini törətdiyindən CM-in 66.5-ci maddəsinə əsasən qeyd olunan hökmlə təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı həmin tarixdə saat 15:30dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı həmin tarixdə saat 23:50-dən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, ümumilikdə 04 gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb 04 gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2022-ci il tarixli 1947 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli 20116 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2019-cu il tarixdən həmin Kabinetdə “Narkomaniya (heroin)” diaqnozu ilə qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 25 dekabr 2022-ci il tarixli PHŞ-8741/22 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,932 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, X5 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs ilə Şahid2 Nüsrəd oğlunun arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,932 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, X5 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs ilə Şahid2 Nüsrəd oğlunun arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 348,34 (üç yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 348,34 (üç yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 09 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla, ümumilikdə 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb 04 (dörd) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,932 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, X5 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs ilə Şahid2 Nüsrəd oğlunun arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 348,34 (üç yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-36/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-36/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver