Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-36/2025 01.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi ilə, hakimlər Aşurova Günay Raqif qızı (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Avtomobil yollarının mühafizəsi” X15 aparıcı-mütəxəssis vəzifəsində işləmiş, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 5,050 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 02 aprel 2024-cü il tarixdə saat 16:25-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 18:01-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Yevlax rayonunun Malbinəsi kəndində yaşamışdır. 02 aprel 2024-cü il tarixdə sahədə işlətmək üçün traktor gətirmək məqsədilə şəhərə getmək istəmiş və bu məqsədlə rəhmətlik atasının “Niva” markalı avtomobili ilə kənddən çıxıb şəhərə doğru yola düşmüşdür. Həmin vaxt Şahid1 yolun kənarında dayanacaqda dayandığını görüb yol üstü onu da götürmüşdür ki, şəhərdə düşürtsün. Belə ki, Şahid1 da şəhərə getmək istəmişdir. Yevlaxın girişində olan dairəvi yolda Elşən adlı yol polis əməkdaşı əl edərək onun avtomobilini saxlatdırmış və ona “maşını keçirdək sənin adına, maşının cərimələrini düz-qoş edib silək, Baş X10 tanışımla danışım maşını keçirdək sənin adına, atanın adında cərimə qalmasın” deyə bildirmiş, o da razılaşaraq “problem yoxdur” deyə cavab vermişdir. Bundan sonra həmin yol polisi əməkdaşı kiməsə zəng edərək “**-HN-*** Chevrolet Nivadı” deyə bildirmişdir. Çox güman ki, həmin yol polis əməkdaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına zəng edərək onun avtomobilini saxlaması barədə məlumat vermiş və gəlib onu götürmələrini istəmişdir. Həmin zəngin üstündən iki dəqiqə keçməmişdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qara rəngli “Hyundai” markalı avtomobilllə gələrək onun avtomobilinin arxasında dayanmışlar və avtomobildən düşərək özlərini təqdim etmədən onu tutub Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Bərdə Rayon Polis Şöbəsində onu üçüncü mərtəbəyə qaldırmışlar və orada 4 nəfər polis əməkdaşı onu sorğu-sualsız bir-iki saat döymüşdür. Onun əllərini qandallayıb yerə uzatmışlar və polis əməkdaşlarından biri ayağı ilə onun cinsiyyət orqanını əzərək “sən Yevlaxda nömrəsiz maşın sürürsən” deyə bildirmişdir. O isə “nömrəsiz maşın sürürəmsə bunun yol polisi var. Mənim avtomobilim 2022-ci ilin sentyabr ayından Yevlax Rayon Polis Şöbəsinin cərimə meydaçasındadır, heç onun dalınca da getmirəm” demişdir. Bundan sonra onun qabağına 5 qram heroin qoyaraq onu boynuna götürməsini istəmişlər. O isə “mənim bununla heç bir əlaqəm yoxdur, mən heroin istifadə etmirəm, elə bir şey qoyun ki, mən onunla razılaşım” deyərək etiraz etmişdir. Polis əməkdaşları isə “buna imza çəkməlisən, imza çəkməsən evindən 5 kq narkotik vasitə çıxardacayıq” deyə bildirmişlər. O, kənd yerində yaşadığına, evində xəstə anası, üç azyaşlı uşağı olduğuna görə qeyrəti yol verməmişdir ki, polis əməkdaşları onun evinə gedib ailəsini narahat etsinlər və kənddə onun adını çıxartsınlar. Daha sonra onun avtomobilinə baxış keçirilmiş və avtomobilindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Onun üzərindən isə iki ədəd açar, bir ədəd telefon, bir paçka siqaret, şəxsiyyət vəsiqəsi və işıq kartı olmuşdur. O, imza çəkdikdən 30-40 dəqiqədə sonra polis əməkdaşları yenidən onun yanına gələrək “sənin silahin var. Silahın hanı? Sənin qumbaran var. Qumbaran hanı? İçində də 7 dənə patron var. Patronlar hanı?” kimi suallar vermişlər. O isə “elə bir şey danışın ki inandırıcı bir şey olsun. Mən necə silah ala bilərəm ki? Bura Amerika və ya Avropa deyil ki, pulumu verim silah alım” deyərək onda heç bir silah olmadığını bildirmişdir. Həmin vaxt əməliyyat müvəkkili Ayaz ona “Biz səni tanıyırıq, səni bizə xarekterizə ediblər. Yevlaxda hörmətli oğlansan, sözün keçir, xətrin istənilir. Bizə bir silah düz qoş elə, dost-tanışa zəng elə bir yerə silah atsınlar, biz də gedib həmin silahı götürək və səni narkotiklə yox silahla sənədləşdirək. Yazdığımız sənədləri də cıraq ataq. Çünki silah bizim üçün daha prespektivlidir” deyə bildirmişdir. O, həbs olunan kimi X1 Mühafizə Xidmətində işləmişdir. Yevlax Rayon Polis Şöbəsində düşmənçiliyi və ya ədavəti olan hər hansı bir şəxs yoxdur, ona qarşı nəyə görə belə hərəkət edildiyinin səbəbini bilmir. O, əsasən narkotik vasitə olan “nəşə” çəkmiş, nadir hallarda isə “şüşə” adlanan psixotrop maddə metamfetamindən istifadə etmişdir. Amma heroin adlanan narkotik vasitəni heç vaxt istifadə etməmişdir. Onun qabağına marixuana və ya metamfetamin qoymuş olsaydılar boynuna götürərdi, amma heroin onluq deyil. İbtidai istintaq zamanı təzyiq və təsir altında ifadə vermişdir, ona görə həmin ifadəsini təsdiq etmir. Onu o qədər döymüşlər ki, bir neçə gün sidiyə qan getmiş, Bakı İstintaq Təcridxanasında onu müalicə etmişlər, hal-hazırda da böyrəkləri ilə bağlı müalicəsi davam edir. Polis əməkdaşları onu tutan zaman üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Onu saxlayan Elşən adlı yol polis əməkdaşını tanıdığı üçün avtomobili saxlamışdır, onu tanımasaydı avtomobili saxlamazdı. Onu nə üçün Yevlax Rayon Polis Şöbəsinə deyil, Bərdə Rayon Polis Şöbəsinə apardıqlarını bilmir, bu barədə soruşanda ona cavab verməmişlər. Ona qarşı fiziki təyziqlər avtomobilə əyləşdiriləndən etibarən başlamışdır. Avtomobildə olarkən əli qandallı olmamışdır, ona görə də üzərində narkotik vasitə olmuş olsaydı onu ata bilərdi. Avtomobildə 4 nəfər polis əməkdaşı olmuşdur. Bərdə rayon Polis Şöbəsinə çatdıqdan sonra onu üçüncü mərtəbəyə qaldırıb əlinə qandal vuraraq yerə yıxıb döyməyə başlamışlar. Onu əməliyyat müvəkkiləri döymüş, onların içərisində Ayaz adlı əməliyyatçı da olmuşdur. Yalnız Rza adlı polis əməkdaşı “insanı belə döyməzlər” deyərək onu döymələrinə etiraz etmişdir. Avtomobilinə baxış keçirməsi üçün polis əməkdaşlarına özü razılıq vermişdir. Belə ki, polis əməkdaşları avtomobiilinə baxış keçirmək istədiklərini bildirmişlər, o da “düşün baxın, mənim maşınım təmizdi, heç nə yoxdur” deyərək etiraz etməmişdir. Çünki o, özünə əmin olmuşdur ki, onun avtomobilində heç nə yoxdur, özünə əmin olmasaydı avtomobilinə baxış keçirilməsinə icazə verməzdi. Nərimanov rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən üzərindən narkotik vasitə aşkar olunduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Çünkü həmin vaxt yenə də polis əməkdaşlarının nəzarəti altında olmuş və məhkəmədən sonra həmin polis əməkdaşları onu yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacaqdılar. Bakı İstintaq Təcridxanasına təhvil verilərkən həkim onu müayinə etdikdə o, həkimə böyrəyində problem olduğunu bildirmiş, amma xəsarətləri ilə bağlı həkimdən tibbi rəy almamışdır. Polis əməkdaşları onu yumruq və təpiklə döymüşlər. Həmin vaxt əynində köynək olmuş, həmin köynəyin üzərindən ona yetirilən yumruq və təpik zərbələrinin təsirindən bədənində xəsarətlər, hansısa bir göyərmə, qaralma izi yarana bilərdi. O, döyülərkən Rza adlı polis əməkdaşı “çox vurmayın, möhkəm vurmayın iz qalmasın” demişdir. Polis əməkdaşları onu döyən zaman tanışı Emin onun yanında olmamış, başqa otaqda olmuşdur. Onu və Emini polis şöbəsinə ayrı-ayrı avtomobillərdə aparmışlar. Belə ki, polis əməkdaşları onu öz avtomobillərində, Emini isə onun avtomobilində aparmışlar. Onun tutulduğu yer Yevlax rayon Polis Şöbəsinə daha yaxın olmuşdur. Bərdə Rayon Polis Şöbəsinə təxminən 15 dəqiqəyə çatmışlar. Onu 02 aprel 2024-cü il tarixdə saat 14:00 və ya 14:30 radələrində tutmuşlar, üstünə baxışı isə axşam vaxtı keçirmişlər. Bakı şəhərində tibbi ekspertizadan keçirilmişdir. O, morfin və ya tiryəkdən istifadə etməmişdir. Ekspertiza zamanı sidiyindən çıxan narkotik tərkibli maddələri onunla izah edir ki, o, tutulan zaman bir nəfər serjant rütbəli polis əməkdaşı ona tez-tez çay vermiş, çox güman ki, həmin çayın içinə nələrsə qatıldığı üçün onun analizində həmin narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı şübhəli şəxs qismində, eləcə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında kəskin ziddiyyət olduğundan həmin ifadələr elan olunaraq tədqiq edilmişdir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadələrində göstərmişdir ki, o, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir və əvvəllər bir neçə dəfə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi maddələri Yevlax rayonu ərazisində tanımadığı şəxslərdən almışdır. Uzun müddətdir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. 01 aprel 2024-cü il tarixdə Yevlax rayonunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən zaman yerdə 01 ədəd büküm diqqətini çəkmiş və həmin bükümə nəzər salan zaman içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Həmin bükümü cibinə qoymuşdur ki, polisə təhvil versin. 02 aprel 2024-cü il tarixdə saat 16:25-də ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi “Chevrolet Niva” markalı **-HN-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı Şahid1 ilə birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və yanında olan şəxs özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu və tanışı Şahid1 Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Bərdə Rayon Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış, Şahid1 üstünə baxış keçirilmişdir. Ona üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və bir ədəd avtomobil açarını, şalvarının sol yan cibindən bir ədəd “İphone" markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd “Azərişıq” plastik kartını, bir ədəd avtomobil açarını, şalvarının arxa sol cibindən isə bir ədəd “Sobranie” markalı siqaret qutusunu və bir ədəd yaşıl rəngli alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və ya predmet aşkar edilməmişdir. Üstündən aşkar edilmiş “İphone” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi polis tərəfindən götürülmüş, “Azərişıq” plastik kartı, iki ədəd avtomobil açarı, bir ədəd “Sobranie” markalı siqaret qutusu və bir ədəd yaşıl rəngli alışqan isə onun özünə qaytarılmışdır. Bundan başqa üstündən aşkar olunmuş iki ədəd avtomobil açarından birinin saxlanılarkən yanında olduğu “Chevrolet” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə, digər açarın isə nasaz vəziyyətdə olan özünə məxsus digər avtomobilə aid olduğunu, həmçinin idarə etdiyi avtomobildə narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşya və predmet saxlamadığını bildirib, idarə etdiyi avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Şahid1 üstünə baxış keçirilmişdir. Şahid1 üstündə narkotik vasitələr, psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üstündə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlərin olmadığını bildirib əynində olan açıq boz rəngli şalvarın arxa sağ cibindən 01 ədəd cib dəsmalını və içərisində 01 ədəd mobil nömrə olan 01 ədəd bükülmüş vəziyyətdə kağız parçasını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin cib dəsmalı və mobil nömrə Şahid1 özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu və həmin maddəni 01 aprel 2024-cü il tarixdə Yevlax rayonunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tapdığını və polisə təhvil vermək üçün üstündə daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin, həmçinin Şahid1 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid1 onunla həmkəndli olduğunu və üstündən aşkar edilmiş maddədən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı idarə etdiyi “Chevrolet” markalı **-HN-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlərin olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Bundan sonra onun razılığı ilə idarə etdiyi “Chevrolet” markalı **-HN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən narkotik vasitə, psixotrop maddə və digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirildikdən sonra bu barədə protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Üzərinizdən aşkar edilmiş maddəni təsadüfən tapmış və polisə təhvil vermək məqsədi ilə üzərində saxlamışdır. Əldə etdiyi maddənin üzərindən götürüb istifadə etməmiş, necə əldə etmişsə, o cür də təqdim etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. O, ***- ***-**-** mobil nömrəsindən istifadə etmişdir. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində heç bir xəsarət yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edildikdən sonra təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər arabir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş və saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, həmin maddəni Yevlax rayonu ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Lakin, həmin maddəni istifadə edə bilmədən polislər tərəfindən saxlanılmışdır. Polislər tərəfindən saxlanılan zaman, üzərinə şəxsi axtarış keçirilən zaman, eləcə də ilkin ifadələrində üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapdığını və polisə təhvil vermək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Belə ki, o, həmin vaxtı düşünmüşdür ki, bu cür ifadə vermək onun məsuliyyətini yüngülləşdirə bilər. Lakin, hazırda reallığı bildirir. Belə ki, o, həmin maddəni şəxsi istifadə üçün əldə edib üzərində saxlamış, satış və ya başqa məqsədi olmamışdır (cild 1, iş vərəqə 75-78, 89-93, 196-198). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 02 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən həmin gün əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və Təqsirləndirilən şəxs Yevlax şəhəri, Heydər Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman Emin adlı şəxslə birlikdə “Chevrolet Niva” markalı avtomobilin yanında olmuşdur. Həmin şəxsləri əməliyyat zərurəti ilə əlaqədar Bərdə Rayon Polis Şöbəsinə gətirilmişlər və orada üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu da üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək üzərindəki əşyaları təqdim etmişdir. Narkotik vasitədən başqa Təqsirləndirilən şəxs üzərində özünə məxsus telefon, kart və açarlar olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir gün öncə tapdığını bildirmişdir. Emin adlı şəxsin üzərinə də baxış keçirilmiş, amma onun üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, avtomobildən də hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Onlar Təqsirləndirilən şəxs Yevlax şəhərinin girişində saxlamışlar və əməliyyat zərurətinə görə onu Yevlax Rayon Polis Şöbəsinə deyil, Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilənə kimi onların nəzarəti altında olduğundan onun üzərində olan hər hansı bir əşyanı atmaq imkanı olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman onun yanında Yol Patrul Xidməti əməkdaşı və ya avtomobili görməmişdir. Şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. Onlar şəxsi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edərək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs öz avtomobili ilə, digər şəxs isə onların avtomobili ilə polis şöbəsinə aparılmışdır. Şəxsi axtarışın dəqiq olaraq saat neçədə keçirildiyini, eləcə də müdafiəçinin həmin gün saat neçədə gəldiyini xatırlamır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq və təsir göstərilməmişdir. Bərdə Rayon Polis Şöbəsinə nə qədər müddətə çatdıqlarını xatırlamır. Polis şöbəsinə çatdıqdan sonra müdafiəçinin dəvət olunmasına və sair məsələlərə müəyyən qədər vaxt getdiyinə görə polis şöbəsinə çatan kimi dərhal şəxsi axtarış keçirilməsi mümkün olmamışdır. Ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması təsdiq olunmamışdır. Onlarda Təqsirləndirilən şəxs qanunsuz olaraq silah saxlaması barədə əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə həmkəndlidir. Hadisə günü kənddə olan zaman Toğrula zəng edib hal-əhval tutmuş və birlikdə çay içməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə Kamaz gətirmək üçün şəhərə gedəcəyini bildirmiş və əgər boş vaxtı varsa onunla birlikdə getməsini təklif etmişdir. Bundan sonra Toğrul avtomobillə gələrək onu evdən götürmüş və onlar şəhərə getməyə başlamışlar. Yevlaxda “dörd yol” adlanan yerdə Yol Patrul Xidmətinin əməkdaşı onları saxlamışdır. X23 Xidmətinin əməkdaşı Toğrulla söhbət edən zaman qəfildən mülki geyimli şəxslər gələrək Toğrulu saxlamışlar. O, avtomobildən düşərək nə baş verdiyini soruşduqda onu da saxlamışlar. Toğrulu başqa avtomobillə, onu isə Toğrulun avtomobili ilə Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onları ayrı-ayrı otaqlara salmışlar. Daha sonra isə onları Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Toğrulun üzərinə şəxsi axtarış keçirilən zaman o da orada iştirak etmişdir. Şəxsi axtarış zamanı Toğrulun üzərindən mobil telefon, avtomobil açarı, siqaret və iki büküm narkotik vasitə aşkar olunmuşdur. O, əmindir ki, polis əməkdaşları Toğrulu tutarkən onun üzərində narkotik vasitə olmamışdır. Belə ki, Toğrul həmişə avtomobilə əyləşmədən öncə cibində nə varsa hamısını çıxarıb avtomobilin saxlanc yerinə qoyur. Toğrulun avtomobilini Elşən adlı Yol Patrul Xidmətinin əməkdaşı saxlamış, bundan 10 dəqiqə sonra isə mülki geyimli şəxslər onları saxlamışlar. Polis əməkdaşlarının onları konkret olaraq saat neçədə saxlanıldıqlarını xatırlamır, həmi vaxt təxminən günorta radələri olmuşdur. Əgər Toğrulun üzərində narkotik vasitə olsaydı o, bunu bilərdi. Çünki Toğrul avtomobilə əyləşən zaman üzərində nə varsa avtomobilin saxlanc yerinə qoyur. Şəxsi axtarış zamanı Toğrulun üzərindən aşkar olunan digər əşyalar, yəni telefon, açar, siqaret və sair avtomobildə saxlanc yerinə qoyduğu əşyalar olmuşdur. Tutularkən avtomobilin saxlanc yerində olan həmin əşyaların daha sonra şəxsi axtarış zamanı Toğrulun üzərindən aşkar olunmasının səbəbini bilmir. Toğrulun narkotik vasitə istifadəçisi olub-olmaması barədə məlumatı yoxdur. Onlar Bərdə Rayon Polis Şöbəsinə təxminən 15 dəqiqəyə çatmışlar. Toğrulun üzərinə şəxsi axtarış saat 19:00 radələrində keçirilmişdir. O, Bərdə Rayon Polis Şöbəsində olan zaman Toğrulun döyülmə səslərini eşitmişdir. Həmin vaxt Toğrulun konkret nəsə deməsini və ya qışqırmasını eşitməmiş, sadəcə olaraq onun inilti formasında səsi gəlmişdir. Polis şöbəsində ona heç fiziki təzyiq və təsir olmamışdır. Belə ki, o, polis əməkdaşlarına əməliyyat olunduğunu, səhhətinin yaxşı olmadığını demişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Toğrul üzərindən aşkar olunmuş əşyalara heç bir etiraz etməmiş, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Onların saxlanıldıqları yer Yevlax Rayon Polis Şöbəsinə daha yaxın olmuşdur. O, polis əməkdaşlarından onları nə üçün Bərdə Rayon Polis Şöbəsinə apardıqlarını soruşduqda ona polis şöbəsinə çatanda biləcəyini demişlər. Onu polis şöbəsinə Toğrulun avtomobili ilə aparmışlar, həmin avtomobili əməliyyat müvəkkili idarə etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, onunla eyni kənddəndir. Toğrulla yaxın dostluq münasibəti olmasa da, bir kəndli kimi münasibəti var 02 aprel 2024-cü il tarixdə, saat təxminən 16-17 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi “Chevrolet Niva” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobilin yanında ünvan 2 ünvanın yaxınlığında olduqları zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polislərin təklifi ilə onlar da özlərini təqdim etmişlər. Polis əməkdaşları həmin vaxt Toğrula onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Toğrul da üzərində bir qədər heroin olduğunu bildirmişdir. O, həmin ana qədər Toğrulda heroin olduğunu bilməmişdir. O, polis əməkdaşlarının sualına cavab üzərində qanunsuz heç nə olmadığını bildirmişdir. Polis əməkdaşları hər ikisini Bərdə Rayon Polis Şöbəsinə dəvət edib Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili də özləri ilə birlikdə Polis Şöbəsinə aparmışlar. Onun üzərində qanunsuz heç bir əşya olmamış, ona görə özünə arxayın olmuşdur. Həmin şöbəyə gələndən sonra Toğrulun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və o, şübhəli şəxs kimi tutulmuşdur. Sonra polis şöbəsində Toğrulun üstünə videoçəkilişlə şəxsi axtarış aparılacağı, həmçinin onun üstünə baxış keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Bundan sonra otaqların birində videoçəkilişlə ilkin olaraq Toğrulun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Toğrul əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, eləcə də digər ciblərindən iki ədəd avtomobil açarını, bir ədəd “İphone” markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini, üzərində “Azərişıq” yazısı olan bir ədəd plastik kartı, bir ədəd siqaret qutusunu və bir ədəd alışqanı təqdim etmişdir. Toğrulun təqdim etdiyi bükümün içərisində narkotik vasitə olması müəyyən edildiyindən qablaşdırılaraq götürülmüşdür. Eləcə də vəsiqə ilə telefon da götürülmüş, digər əşyalar isə Toğrula qaytarılmışdır. Daha sonra onun üstünə baxış keçirilmişdir. Ona üstündə narkotik vasitələr, psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlərin olmadığını bildirib əynində olan açıq boz rəngli şalvarının arxa sağ cibindən bir ədəd cib dəsmalını və içərisində bir ədəd mobil nömrə olan bir ədəd bükülmüş vəziyyətdə kağız parçasını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin cib dəsmalı və mobil nömrə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 01 aprel 2024-cü il tarixdə Yevlax rayonunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tapdığını və polisə təhvil vermək üçün üstündə daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin, həmçinin onun məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs həmkəndlisi olduğunu və sonuncunun üstündən aşkar edilmiş maddədən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol düzgün tərtib edildiyindən imzalamışlar. O, nə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir, nə də onların satışı ilə məşğul olmur. Toğrulun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bilməmişdir (cild 1, iş vərəqə 117-119). Məhkəmədə əlavə şahid qismində dindirilmiş X13 göstərdi ki, o, Təqsirləndirilən şəxs kənd sakini tanımışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs tutulduğu yerdə yolun kənarında kölgəlik yerdə dayanmış, buna görə də onun tutulmasının bilavasitə şahidi olmuşdur. Həmin vaxt Yol Patrul Xidmətinin avtomobili Toğrulun idarə etdiyi avtomobili saxlatmış, Toğrul da avtomobildən düşərək Yol Patrul Xidmətinin əməkdaşı ilə söhbət etməyə başlamışdır. Bu zaman başqa bir qara rəngli avtomobil onların olduğu yerdə dayanmış və həmin avtomobilin içərisindən 3-4 nəfər mülki geyimli şəxs düşərək Təqsirləndirilən şəxs zorla avtomobilə əyləşdirib aparmışlar. Toğrulu tutan şəxslərin onu harasa dəvət etdiklərini eşitməmişdir, çünkü onlar yolun digər tərəfində olmuşlar. Toğrulu və onun yanındakı oğlanı ayrı-ayrılıqda aparmışlar. Təqsirləndirilən şəxs qara rəngli avtomobillə, onun yanındakı şəxsi isə Toğrulun avtomobili ilə aparmışlar. Toğrulun avtomobilini kimin sürdüyünü bilməmişdir. Hadisə təxminən saat 16-17 radələrində baş vermişdir. Toğrulun avtomobili Yevlax rayonu istiqamətində dayanmışdır. Toğrulu avtomobilə əyləşdirdikdən sonra Bərdə rayonu istiqamətində getmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 şahid X5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Baş Dövlət Polis İdarəsinin Yol Patrol Xidməti alayının 13-cü taborunun polis əməkdaşı X14 göstərdi ki, o, Təqsirləndirilən şəxs Yevlax rayon sakini kimi tanımışdır. Hadisə günü Təqsirləndirilən şəxs avtomobilini cərimə borcları ilə əlaqədar saxlamışdır. Cərimə borclarının yoxlanması zamanı məlum olmuşdur ki, avtomobil Təqsirləndirilən şəxs atasının adınadır. Təqsirləndirilən şəxs atasının ölüm kağızını onlara yox, Yevlax Rayon Polis X20 Polisi İdarəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs saxladıqdan bir neçə dəqiqə sonra bir neçə nəfər mülkü geyimli şəxs Təqsirləndirilən şəxs yaxınlaşmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxs apararkən Toğrul ondan xahiş etmişdir ki, tutulması barədə dərhal əmisi oğlu Turala məlumat versin. Belə ki, Toğrulun həmin əmisi oğlu Yevlax Rayon Polis Şöbəsində əməliyyatçı vəzifəsində işləyir. O da Toğrulun həmin əmisi oğlunu tanıdığı üçün ona zəng edərək Təqsirləndirilən şəxs tutulması və avtomobilinin də polis əməkdaşları tərəfindən aparılması barədə məlumat vermişdir. Həmin vaxt polis əməkdaşları ilə Təqsirləndirilən şəxs arasında hər hansı mübahisə baş verməmiş, polis əməkdaşları ona zor tətbiq etməmişlər. Saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs Bərdə rayonu istiqamətində aparmışlar, o da belə ehtimal etmişdir ki, onlar Bərdə rayon Polis Şöbəsinə gedirlər. Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin keçiriləcəyi barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs ictimai qaydalara zidd əməllər törədən biri kimi tanımamışdır. Əvvəllər Təqsirləndirilən şəxs nömrəsiz avtomobil idarə etdiyi üçün onun barəsində protokol tərtib etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin idarənin rəisinə ünvanlanmış 02 aprel 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Toğrul” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqə 4). Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 18:01-dən saat 18:17-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, eləcə də Şahid1 üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm, bir ədəd avtomobil açarı, şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Azərişıq” kartı, bir ədəd avtomobil açarı, şalvarın arxa sol cibindən bir ədəd siqaret qutusu və bir ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd sellofan büküm, bir ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, bir ədəd “Azərişıq” kartı, bir ədəd avtomobil açarı, bir ədəd siqaret qutusu və bir ədəd alışqan isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs heroini bir gün əvvəl yerdən tapdığını, polisə təqdim etmək üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 26-29). Baxış və götürmə aparılması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Niva” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 32-33). Materialların məhkəmə ekspertizasının 03 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1805 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə; “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,050 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,970 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 89 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 63-67). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 aprel 2024-cü il tarixli 2131 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 146-147). Məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2024-cü il tarixli 1307/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və tiryək qrupuna aid olan morfin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 153-155). Maddi sübut hesab edilməsi haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,970 qram təşkil edən narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 29, 121-122, 163-177). Bərdə Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 02 aprel 2024-cü il tarixdə üstünün yoxlanılması, üstünə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis generalmayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 02 aprel 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqə 131-132). İş üzrə əməliyyat tapşırığına verilmiş 29 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, Baş İdarəyə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 142). Məhkəmə-tibbi ekspertizasının 02 may 2024-cü il tarixli, 192/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəq 156-158). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 23 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (ciıd 1, iş vərəqə 143). Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşadığı vaxtdan özünü işgüzar, əməksevər, tərbiyəli bir insan kimi göstərmişdir. Kənd ağsaqqallarının və həmyaşıdlarının böyük hörmətini qazanmışdır. Evlidir, üç övlad atasıdır (cild 1, iş vərəqə 140). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2022-ci il təvəllüdlü X7, xx.xx.2023-cü il təvəllüdlü X8 olmaqla üç azyaşlı uşağı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 133). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına, polis şöbəsində ona qarşı edilən fiziki və psixi təzyiq altında həmin narkotik vasitənin özünə məxsus olmasını boynuna almasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətləri, şahid qismində dindirilmiş polis əməkdaşının ifadəsi, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə əlaqədar ifadəsi yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraatı zamanı bununla bağlı hər hansı orqana şikayət etməmişlər. Təqsirləndirilən şəxsə qarşı qanunazidd davranış göstərilməsi, ona fiziki təzyiq edilməsi barədə məhkəmə araşdırması zamanı da hər hansı mötəbər dəlil əldə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 02 may 2024-cü il tarixli, 192/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə, yəni tutulduqdan bir gün sonra məhkəmətibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 02 aprel 2024cü il tarixdə saat 15-16 radələrində Yevlax rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunduğunu, tibbi yardım üçün müraciət etmədiyini, hal-hazırda şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 82-83). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2024-ci il tarixli qərarından və məhkəmənin sorğusu əsasında alınmış həmin məhkəmə iclasının videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ittiham olunan əməldə özünü qismən təqsirli bilərək heç vaxt narkotik vasitə istifadə etmədiyini, polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitəni Yevlax rayonunda yerdən tapdığını və polis idarəsinə aparmaq istəyərkən saxlanıldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqə və şiddətə məruz qalmadığını bildirmişdir (cild 1, iş vərəqə 112-116). Şəxsi axtarış keçirilməsi prosesini əks etdirən, müdafiəçisinin də bilavasitə iştirak etdiyi videoçəkilişdən də aşkar görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə olan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir, bükümü həmin gün tapdığını bildirir və kifayət qədər sərbəst olmaqla suallara rahat şəkildə cavablar verir, hətta təhqiqatçıdan hüquqlarının ona bir daha izah edilməsini xahiş edir. Təqsirləndirilən şəxs xarici görünüşündə, sərbəst hərəkətlərində ona qarşı hər hansı fiziki güc tətbiq olunmasını ehtimal etməyə əsas verə biləcək əlamətlər müşahidə olunmur. Həm də Təqsirləndirilən şəxs bilavasitə videoçəkilişin gedişində polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zorakılıq edilib-edilməməsi ilə bağlı sualı cavablandıraraq belə halın baş vermədiyini bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs israrla təqdim etdiyi heroinin çəkisinin 0,3-0,5 qram olmasını qeyd edir. Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi, döyülməsi, hədələnməsi və sair xüsusatlarla bağlı heç bir dəlil müəyyən edilmədi. Məhkəmənin sorğusu əsasında alınmış “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sol dizin ön səthində kiçik köhnə çapıq” aşkar olunmuş, döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs özü də bədənində zədə və ya xəsarət olduğunu inkar etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dizində olan çapığın çoxdan yarandığını bildirmişdir. Bütün qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd davranış göstərilməsi, döyülməsi və sair xüsusatlarla bağlı bildirdiklərinin hər hansı şəkildə təsdiqini tapmadığı, həmin iddiaların əsassız olmaqla özünümüdafiə mövqeyi ilə bağlı olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə Şahid1 Təqsirləndirilən şəxs polis şöbəsində döyülməsinə dair məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və onun həmin ifadəsinin həmkəndlisi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Yevlax rayonu ərazisində saxlanıldığı halda Yevlax rayon Polis Şöbəsinə deyil, Bərdə rayon Polis Şöbəsinə aparılması xüsusatı ilə əlaqədar qeyd edir ki, şəxsin Bərdə rayon Polis Şöbəsinə aparılması heç bir halda keçirilmiş əməliyyat-axtarış tədbirinin və şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin mötəbərliyini, eləcə də Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması faktını şübhə altına almağa əsas verə bilməz. Belə ki, Təqsirləndirilən şəxs, eləcə də Şahid1 ifadələrində göstərmişlər ki, onlar saxlanıldıqları yerdən Bərdə rayon Polis Şöbəsinə təxminən 15 dəqiqə ərzində çatmışlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 16:25-də Yevlax şəhəri, H.Əliyev küçəsi 101 ünvanın yaxınlığında saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs hüquqi yardım almaq üçün dövlət hesabına müdafiəçi ilə təmin edilməsinə dair ərizə yazmış, Bərdə rayonunda fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim edilmiş, dövlət büdcəsi vəsaiti hesabına vəkil dəvət olunması haqqında qərar qəbul olunaraq icra olunması üçün Bərdə rayon Vəkil Bürosuna göndərilmiş, həmin Vəkil Bürosunun vəkili Xanım İsayeva vəkil qismində şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək tutulma haqqında qərarın surəti, eləcə də hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim olunmuş, tutulmadan dərhal sonra şəxsin tutulması barədə ailə üzvlərindən anası X3 zəng edilərək xəbər vermək hüququ təmin edilmiş, saat 17:30-da müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib olunaraq özü və müdafiəçisi tərəfindən imzalanmış, daha sonra şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumat verilmiş, nəhayət Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul olunaraq saat 18:01-də üzərinə şəxsi keçirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı saat 16:25-dən onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyat keçirildiyi saat 18:01-dək olan müddət ərzində yola sərf olunmuş vaxt da nəzərə alınmaqla bir sıra zəruri prosessual hərəkətlər həyata keçirilmiş, həmin prosessual hərəkətlərin yerinə yetirilməsi (müdafiəçinin dəvət olunması, hüquq və vəzifələrin izahı, tutulma barədə ailə üzvlərinə məlumat verilmə, cinayət prosesində etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi, qeyd olunan prosessual hərəkətlərin protokollaşdırılması və sair) müəyyən qədər vaxt tələb edən məsələlər olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış ağlabatan müddətdə keçirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 15, 112-116). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,970 qram təşkil edən heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 89 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,970 qram təşkil edən heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rafail Əliyev Hakimlər: Günay Aşurova (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-36/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-36/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver