Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-37/2021 16.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hazırda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəza çəkən, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 72-A, mənzil 21-də qeydiyyatda olan və yaşayan, hazırkı iş üzrə xx.xx.2020-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X20 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 03 ay azaldılaraq, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra islah olunmayaraq qanunsuz olaraq satış məqsədi ilə 7 (yeddi) ədəd ağ-qara rəngli kağız bükümlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qram, 0,096 qram, 0,134 qram, 0,120 qram, 0,240 qram, 0,067 qram və 0,172 qram olmaqla ümumi təmiz çəkisi 1,078 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 12:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər «Su Anbarının» yaxınlığında yerləşən çimərlikdə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə – heroin, habelə elektron tərəzi Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin X3 əynində olan ağ rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində saxlayaraq daşıdığı bir ədəd ağ-gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.040 qram olan narkotik vasitə - heroini xx.xx.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Nizami küçəsi, 16 saylı binanın yaxınlığında əvvəldən tanıdığı Şahid1 20 manata qanunsuz olaraq satmış, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol arxa cibindən Şahid1 narkotik vasitə olan heroinin satışından əldə etdiyi «B80241024» seriyalı 20 manatlıq pul əskinazı və elektrontərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.4.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə alüdəçisidir. Narkomaniya xəstəliyindən əzab çəkir. Lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əvvəllər bir neçə dəfə oğurluq üstündə məhkum olunmuşdur. Hazırkı iş üzrə onu qeyd edə bilər ki, birinci dəfə xx xxx 2020-ci il tarixdə X15 yanında yerləşən kafedə yatdığı zaman polis əməkdaşları onu yuxudan oyadıb döyməyə başlamış, nə üçün döyüldüyünü soruşduqda ona heç bir açıqlama verilməmiş, daha sonra Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra cibinə narkotik vasitə və elektron tərəzi qoyaraq bunların ona məxsus olduğunu və etiraf etməsə onun üçün pis olacağını, narkotik vasitənin satışı ilə ittiham olunacağını bildirmişlər. Boynuna almaqdan imtina etdikdə isə polis əməkdaşları tərəfindən döyülmüş və işgəncəyə məruz qalmışdır. Belə olub cibinə qoyulanların ona məxsus olması barədə ifadə verəcəyi barədə onlarla razılaşmışdır. Bundan sonra vəkil dəvət olunmuş və onun iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Yenidən döyülməkdən qorxduğu üçün vəkilə heç bir söz deməmiş, baxış zamanı cibinə polis əməkdaşları tərəfindən qoyulmuş 7 büküm narkotik vasitə heroini və tərəzini çıxardaraq polis əməkdaşlarına təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Vəkil tərəfindən sorğu-sual edilərkən heç bir işgəncəyə və təzyiqə məruz qalmadığını bildirmək məcburiyyətində qalmışdır. Bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılmışdır. Məhkəmədə narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsi üçün polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını və aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aldığı xəsarətləri məhkəmə iclasında hakimə göstərmiş və bədənində olan xəsarətləri gördükdən sonra hakim onun barəsində həbs qətimkan tədbirini seçməkdən imtina etmişdir. Həmçinin işgəncə faktının araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna məlumat göndərmişdir. Barəsində həbs qətimkan tədbiri seçilmədiyi üçün məhkəmədən azad olunmuş, lakin polis əməkdaşları ondan əl çəkməmişdir. Ona bunun baha başa gələcəyini bildirmişlər. Üstündən bir müddət keçdikdən sonra iyun ayının 18-də evdə olduğu vaxt polis əməkdaşları evə daxil olub, evdə heç bir axtarış aparmadan yalnız onu götürüb zorla polis şöbəsinə gətirmiş və həmin vaxt cibində olan 130 manat puldan 100 manatını götürmüş, yerdə qalan iki ədəd 5 manatlıq, bir ədəd 20 manatlıq olmaqla ümumilikdə 30 manat pulu, bir ədəd şprisi və elektron tərəzini yenidən cibinə qoyaraq bunların ona məxsus olması barədə, habelə xx.xx.2020-ci il tarixdə Şahid1 20 manat müqabilində iki büküm narkotik vasitə heroin satmağı barədə ifadə verməsini tələb etmişlər. Yenə etiraz etdikdə bunun onun üçün yaxşı nəticələnməyəcəyini bildirmişlər, yenə də döyüləcəyindən qorxaraq cibinə qoyulanların ona məxsus olması, həmçinin xx.xx.2020-ci il tarixdə Şahid1 20 manat müqabilində iki büküm narkotik vasitə heroin satmağı barədə ifadə verəcəyini bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş və onun iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmiş, cibində olan pulları, şpirisi və elektron tərəzini çıxardaraq polisə təhvil vermişdir. Həmçinin sorğu-sual zamanı heç bir işgəncəyə, təsir və təzyiqə məruz qalmadığını bildirmiş, üzərindən aşkar olunmuş pul əskinaslarından 20 manatlıq pul əskinasının Şahid1 xx.xx.2020-ci il tarixdə satdığı iki büküm narkotik vasitənin əvəzinə sonuncudan aldığı pul əskinası olduğunu bildirmişdir. Daha sonra məhkəmə qarşısına çıxarılmış, bu dəfə polis əməkdaşları tərəfindən fiziki zora məruz qalmadığı üçün məhkəməyə heç nə deyə bilməmiş, ona görə də məhkəmə onun barəsində həbs qətimkan tədbirini seçmişdir. İfadəsinin davamında həmçinin göstərmişdir ki, Şahid1 çoxdan tanımışdır. O da narkotik vasitə alüdəçisi olmuşdur. Narkotik vasitə olanda arada onunla birlikdə istifadə etmişdir. Aralarında telefon danışıqlarının olması normaldır, çünki narkotik vasitə olanda arada zəngləşib görüşərək bir yerdə istifadə etmişlər. xx.xx.2020-ci il tarixdə aralarında telefon danışığı olmuşdur və bu onunla bağlı olmuşdur ki, Ruslan ona zəng edərək iyirmi manat pulunun oluğunu bildirmiş və bir yerdə istifadə etmək üçün narkotik vasitə tapmağın mümkün olub-olmamasını soruşmuşdur. O da narkotik alüdəçisi olduğundan və həmin vaxt narkotikə ehtiyacı olduğundan, ümumi tanışına zəng edib öyrənmiş və narkotik vasitənin olmaması ilə bağlı Ruslanla telefon əlaqəsi yaratmışdır. Şahid1 polislərlə əlbir olub ona qarşı belə şər atmasını başa düşmür. Polislərin ona qarşı mövqeyini isə onunla izah edir ki, polis əməkdaşları onlara narkotik satanlar və istifadə edənlər barəsində məlumat gətirməsini, yəni polislərə işləməsini ondan istəsələr də o, bunu qəbul etməmişdir. Ona görə də ona qarşı belə bir işə əl atmışlar. Hazırda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkir. Özünü yalnız narkotik vasitə istifadəçisi olduğu üçün günahkar və CM-nin 234.1-ci maddəsi ilə təqsirli sayır. Odur ki, hazırkı iş üzrə heç bir günahı olmadığından, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində yol ilə gedərkən, yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm tapmış, maraqlı olduğu üçün bükümün içərisini açıb baxmışdır.Siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə olan heroin olduğunu görmüşdür. Özü narkotik vasitə olan heroindən istifadə etdiyi üçün narkotik vasitə heroini tanımışdır.İçərisində heroin olan bükümü əynində olan ağ rəngli şalvarın sol yan cibinə qoyaraq gizlətmişdir.Həmin narkotik vasitədən bir neçə dəfə özü istifadə etmişdir.Lakin, narkotik vasitə aludəçisi olduğundan ağrıları olurmuş.Buna görə də, tapdığı narkotik vasitədən qalan hissəsini özündə olan elektron tərəzidə çəkib, satıb pul əldə etmək üçün yeddi büküm düzəltmiş, həmin bükümləri və elektron tərəzini cibinə qoymuşdur.xx.xx.2020-ci il tapdığı və bükümlərə böldüyü narkotik vasitə – heroin və elektron tərəzi xx.xx.2020-ciil tarixdə təxminən saat 12:10 radələrində Mingəçevir şəhər su anbarının yaxınlığında çimərlikdə olarkən ağ rəngli idman şalvarının sol yan cibində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotikvasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli idman şalvarının sol yan cibindən içərisində heroin olan bir ədəd sellofana bükülmüş yeddi ədəd siqaretin qara kağızına bükülmüş büküm və elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bükümlərdə olan kütlə qəhvəyi rəngli, narkotik vasitəyə oxşar kütlə narkotik vasitə olan heroindir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və ümümi çəkisi 1.46 qram olmuşdur. Eləcə də, ayrı-ayrılıqda həmin bükümlər çəkilmiş və ayrı ayrı çəkiləri 0.21, 011, 0.30, 0.14, 0.32, 0.21 və 021 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində gəzərkən küçədə yerdən tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin o, həmin narkotik vasitəni heçkimdən almamış, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində gəzərkən küçədə yerdən tapmış, bir qədər istifadə etsə də, müalicə olunmaq üçün pula ehtiyacı olduğundan satmaq məqsədi ilə tapdığı narkotik vasitəni elektron tərəzidə çəkib, yeddi ədəd büküm düzəltmiş, bu barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi satmaq və pul əldə etmək olmuş, lakin həmin 7 büküm narkotik vasitə - heroindən heç kimə satmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Sahil küçəsində yerdən bir ədəd iri büküm tapmış və həmin bükümü açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Narkotik vasitə heroindən istifadə etdiyi üçün heroini tanımış və cibinə qoymuşdur. Narkotik vasitə olan heroindən bir qədər istifadə etdikdən sonra qalan heroni müştəri çıxsa satmağı üçün üzərində saxlamışdır. Şahid1 tanıyır. Şahid1 narkotik vasitə olan heroindən istifadə etdiyini bilirmiş.xx.xx.2020-ci il tarixdə Ruslan günorta saatlarında ona zəng edib, narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. O, da xx.xx.2020-ci il tarixdə tapdığı narkotik vasitə olan heroini maddi durumu yaxşı olmadığından Şahid1 satıb gəlir əldə edəcəyini düşünmüşdür.Şahid1 tapdığı bir ədəd bükümdə olan heroini iki hissəyə bölməklə iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə satmaq qərarına gəlmiş və Şahid1 heroini 20 manata tapa biləcəyini bildirmişdir. Ruslan da ondan həmin narkotik vasitəni almağa razılaşmış və o, Şahid1lə xx.xx.2020-ci ilı tarixdə axşam saatlarında Şahid1 yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın yaxınlığında görüşmüşlər.Şahid1 iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini vermişdir.Şahid1 iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə aldığı narkotik vasitə olan heroinin müqabilində ona 20 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti Sənaye parkının yaxınlığında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib,onu polis şöbəsinə dəvət etmişlər.O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir.Polis şöbəsində vəkil X4 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Əynində olan şalvarın sol arxa cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazları, bir ədəd şpris və başı qırılmış flakonu təqdim etmişdir.Bundan sonra polis əməkdaşları ondan Şahid1 20 manata iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin satıb-satmamasını soruşmuşlar. O da Şahid1 20 manata iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə heroin satdığını və üzərindən aşkar olunmuş 2 ədəd 5 manatlıq və bir ədəd 20 manatlıq əskinazdan 1 ədəd 20 manatlıq pul əskinazının Şahid1 satdığı narkotik vasitə olan - heroinin satışından əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd 20 manatlıq pul əskinazının seriya nömrələri yazılmaqla onun, vəkilinin və digər iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir.Zərfin üzərinə o da imza etmişdir.Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirdikləri zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolların düzgünlüyünə o da imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinin X1 rəhbəri vəzifəsinə təyin olunmuş və müvafiq fəaliyyətini davam etdirmişdir. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daim məlumatlar əldə etmiş, lakin onunla əlaqədar daxil olmuş əvvəlki məlumatlarla bağlı əməliyyat işi açılmamışdır. Çünki həmin vaxtlar şöbəyə təzə təyin olunmuşdur. Nəhayət əldə edilmiş mötəbər məlumat əsasında xx xxx 2020-ci il tarixdə əməliyyat qrupu yaradılmış, post patrul xidmətinin əməkdaşı Şahid3 Cavad oğlu ilə birlikdə X15 yaxınlığında Təqsirləndirilən şəxs saxlamışdır. Saxlanılmanın səbəbi Mirzəyə izah edilərək birlikdə polis şöbəsinə getmək təklif olunmuşdur. Polis şöbəsinə gedərkən isə vəkillə əlaqə saxlanılmış və Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Vəkilin iştirakı ilə polis şöbəsinin saxlama yerində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 7 büküm narkotik vasitə, o cümlədən elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunanları satış məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və elektron tərəzi istintaq əhəmiyyəti olduğuna görə təhqiqatçı tərəfindən götürülüb istintaq bölməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyindən, qanunvericiliyə uyğun olaraq istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs polisin nəzarəti altına verilmişdir. Lakin Təqsirləndirilən şəxs polisin nəzarəti altına verilməsinə baxmayaraq, onun yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Həmin məlumatla yanaşı, iyun ayında tərəflərindən keçirilmiş tədbir zamanı şəhər sakini Şahid1 saxlanılaraq polis şöbəsinə gətirilmiş, eyni qaydada vəkilin iştirakı ilə saxlama yerində Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçının verdiyi suala cavab olaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Mirzə adlı şəxsdən axşam saatlarında yaşadığı binanın yaxınlığında 20 manata aldığını bildirmişdir. Sənədləşmə qurtardıqdan sonra təhqiqatçının raportu əsasında xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun və əməliyyat müvəkkili Şahid4 tərəfindən X9 yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Ona polis şöbəsinə gətirilməsinin səbəbi izah edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd elektron tərəzi və bir ədəd 20 manatlıq pul əskinası aşkar olunmuşdur. Həmin axtarış zamanı təhqiqatçı sual verdikdə Təqsirləndirilən şəxs bir gün əvvəl axşam saatlarında vətəndaş Şahid1 20 manat pulun qarşılığında narkotik vasitə satmasını etiraf etmişdir. Həmin 20 manatlıq pul əskinası iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən götürülərək istintaq bölməsinə təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıran Şahid2 göstərmişdir ki, ilk dəfə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs X15 yanında çimərlikdə tərəflərindən saxlanılmış, saxlanılmanın səbəbi Mirzəyə izah edilərək birlikdə polis şöbəsinə getmək təklif olunmuş, Təqsirləndirilən şəxs saxlanıldığı yer polis şöbəsindən təqribən 20-25 dəqiqəlik məsafədə olmuş, xidməti avtomobildə polis nəfərlərinin əhatəsində şöbəyə gətirilmiş, saxlanıldığı müddətdən daim nəzarətlərində olmuş, saxlanılan zaman heç bir müqavimət göstərməmiş, normal şəkildə Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs nə saxlanılan zaman, nə də polis şöbəsində hər hansı bir təsir və ya təzyiqə məruz qalmamışdır. İkinci dəfə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs X9 yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, bu dəfə də saxlanılmanın səbəbi Mirzəyə izah edilərək birlikdə polis şöbəsinə getmək təklif olunmuş, xidməti avtomoildə polis nəfərlərinin əhatəsində şöbəyə gətirilmiş, saxlanıldığı müddətdən daim nəzarətlərində olmuş, saxlanılan zaman heç bir müqavimət göstərməmiş, normal şəkildə Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə nə saxlanılan zaman, nə də sonradan polis şöbəsində hər hansı bir təsir və ya təzyiqə məruz qalmamışdır. Həm ilk dəfə, həm də ikinci dəfə saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmiş, baxışın keçirilməməsinə səbəb son vaxtlar Mirzənin evdə gecələməməsi barədə aldığı məlumatlar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Cavad oğlu və Şahid4 özlərində aid hissədə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və həmin ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə edir. Mingəçevir şəhər sakini əvvəlcədən qonşu kimi tanıdığı Mirzə adlı şəxsin narkotik vasitə olan heroin satdığını bilmişdir. Belə ki, əvvəllər də Mirzədən heroin alıb özü üçün istifadə etmişdir. Narkotik vasitə heroindən istifadə etdiyi üçün Mirzədən narkotik vasitə olan vaxtı ona xəbər etməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Mirzənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib narkotik vasitə heroin olubolmadığını soruşmuşdur. Mirzə isə narkotik vasitə olan heroin olduğunu bildirmiş və Mirzə ilə iki büküm narkotik vasitə olan heroini 20 manata almağa razılaşmışdır. Mirzə ilə axşam saatlarında onun yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın yanında görüşməyə razılaşmışlar.xx xxxx 2020-ci il tarixdə axşam saat 20-21 radələrində Mirzə ilə yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın baş tərəfində görüşmüş, Mirzə ona cibindən 2 ədəd bükümdə heroin vermişdir. O da həmin iki bükümün qarşılığında Mirzəyə bir ədəd 20 manatlıq pul əskinası vermişdir. Hava qaranlıq olduğu üçün onun Mirzədən narkotik vasitə almağını ətrafda heç kim görməmişdir. Mirzədən aldığı iki ədəd bükümün birini həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə istifadə etmiş, digərini isə özü istifadə etmək üçün üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarın yaxınlığında olan zaman Mirzədən aldığı narkotik vasitə olan heroinin bir bükümü əynində olan şalvarın sol cibində olmuşdur. Həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Mingəçevir Şəhər Polis şöbəsinə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər polis şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi izah olunmuş və ona könüllü olaraq üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa özünün təqdim etməyi təklif edilmişdir. O, əynində olan şalvarın sol cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən sorğu-sual zamanı narkotik vasitə olan heroini haradan əldə etməsini ondan soruşan zaman o, xx xxxx 2020-ci il tarixdə əvvəlcədən tanıdığı narkotik vasitələrin satışı ilə məşğul olan Mirzə adlı şəxsdən iki bükümdə olan heroini 20 manata aldığını etiraf etmişdir. Həmçinin, Mirzədən 20 manat aldığı iki ədəd bükümdə olan narkotik vasitə olan heroinin bir bükümünü həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə istifadə etdiyini, qalan bir bükümünü isə başqa vaxt istifadə etmək üçün əynində olan şalvarın sol cibində saxladığını bildirmişdir. Üzərinə vəkilin iştirakı ilə keçirilmiş şəxsi axtarış və baxış video kamera ilə çəkilmişdir. Aşkar olunmuş büküm olan heroin tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandıran Şahid1 qeyd etmişdir ki, əvvəllər polisin hər hansı bir tədbirində iştirak etməmişdir. Bu iş üzrə üzərindən aşkar olunan narkotik vasitənin çəkisi az olduğuna görə barəsində cinayət işi açılmamış, 24 saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Sonradan isə bu işlə bağlı hər hansı inzibati məsuliyyətə cəlb olunmamış, nə polis əməkdaşkarı tərəfindən, nə də məhkəmə tərəfindən çağırılmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 104) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ətrafında Mingəçevir şəhərində vətəndaşların sorğusu əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 115-116) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə əməliyyat müvəkkili Şahid2 və post patrul xidmətinin əməkdaşı Şahid3 tərəfindən Mingəçevir şəhər dəniz çimərliyi yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 118) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə həmin tarixdə saat 12:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə saat 12:40-da Mingəçevir Şəhər Polis Şöbəsinin X11 rəisi, polis baş serjantı Vəliş Təhməzova təhvil verilmişdir. (cild 01, iş vər. 128) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli idman şalvarının sol yan cibindən işlək vəziyyətdə olan elektron tərəzi və bir ədəd sellofana bükülmüş yeddi ədəd siqaretin qara kağızına bükülmüş büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkilərin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 135-139) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/294 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7(yeddi) ədəd bükümlər...”sözləri və imzalar olan zərfin içərisindəki 7(yeddi) ədəd qara-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri -0.249 qr,0.096 qr,0.134 qr, 0.120 qr, 0.240 qr, 0.067 qr,0.172 qr ümumi təmiz çəkisi-1.078 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş 7(yeddi) ədəd qara-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 145-148) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(051)-62/2020 saylı qərarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində sonuncu məhkəmə iclasında döyüldüyünü qeyd etdiyi üçün və məhkəmə iclasında həqiqətən də Təqsirləndirilən şəxs açıq aşkar xəsarətlər almasının müəyyən edildiyi üçün həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalından dərhal azad olunmuş, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna məlumat verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanın qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 178-179) Məhkəmə tərəfindən sorğu edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Mingəçevir şəhər prokurorunun köməkçisi X7 tərəfindən qəbul edilən qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmiş, nəticədə yalnız polis əməkdaşlarının izahatları əsas götürülməklə 93/C-20 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1985-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan və halhazırda həmin ünvanda yaşayan Şahid1 şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 xx.xx.2020-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 10) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Şahid1 vəkilin iştirakı ilə həmin tarixdə saat 19:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 20) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Şahid1 və müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Şahid1 əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunan bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu və xx.xx.2020-ci il tarixdə Mirzə adlı şəxsdən özünün istifadəsi məqsədi ilə 20 manata iki bükm heroin aldığını, birini istifadə etdiyini, digərini isə cibində saxladığını bildirmiş, narkotik vasitəni almaq üçün Mirzəyə bir ədəd 20 manatlıq əskinas verdiyini qeyd etmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 27- 30) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 33) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ətrafında Mingəçevir şəhərində vətəndaşların sorğusu əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 38-39) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 tərəfindən Mingəçevir şəhər Toxuculuq Kombinatının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 40) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə həmin tarixdə saat 22:35-də CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 50) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sol cibindən iki ədəd 5 manatlıq, bir ədəd 20 manatlıq pul əskinası, şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, köynəyin sağ döş cibindən bir ədəd şpris və bir ədəd qırılmış halda içərisində kiçik ölçülü pambıq olan şüşə flakon aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 20 manatlıq əskinas müqabilində xx.xx.2020-ci il tarixdə tanışı Şahid1 iki büküm heroin satdığını bildirmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 57-58) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 17/390 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Şahid1 üzərindən aşkar olunmuş...kütlə...”sözləri yazılmış zərfin içərisindəki 1(bir) ədəd gümüşüağ rəngli kağız bükümdə təmiz çəkisi-0.040 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata tqədim edilmiş üzərində “Mirzə Zahid oğlunun üzərindən aşkar olunmuş...şpris və ...flakon...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd 1 ml-lik şprisdən və 01(bir) ədəd başlığı qırıq şüşə flakondan aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri - heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mükün olmadı. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd 1ml-lik şprisdən və 01(bir) ədəd başlığı qırıq şüşə flakondan aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğu üçün həmin heroin hissəcikləri ilə 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı.(cild 01, iş vər. 67-70) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Şübhəli şəxsin azad olunması haqqında” qərardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Şahid1 CPM-nin 148.4-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulub saxlandığı Mingəçevir Şəhər Polis Şöbəsinin X10n azad olunmuşdur. (cild 01, iş vər. 65-66) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(051)-71/2020 saylı qərarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 A, mənzil 21 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 213-214) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi raportla bildirmişdir ki, tərəfindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini, onun narkotik vasitələrdən əvvəllər istifadə etməsini, onun narkotik vasitələrdən əvvəllərdən alveri ilə məşğul olubolmamasını müəyyən etmək mümkün olmamışdır. (cild 02, iş vər. 226) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 264) Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda araşdırıb, həmin sübutların mümkünlüyünü, mənsubiyyətini və mötəbərliyini qiymətləndirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.2-ci maddəsi ilə irəli sürülən ittiham öz təsdiqini tapmadığından, daha dəqiq irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-nin 234.4.2-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində isə göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Hazırkı iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həm ibtidai araşdırmanın ilkin mərhələsində, yəni ilk dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şəbəsinə gətirilərkən, daha sonra polis şöbəsində olarkən döyüldüyü, üzərindən aşkar olunan narkotik vasitənin isə ona aid olmadığı, onun cibinə qoyulduğu, həm də ibtidai araşdırmanın sonrakı mərhələsində polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadələr verdiyi haqqında məsələ qaldırdığından və sübutlar bazasının məhz bu yolla yaradıldığını bildirdiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı iki epizod üzrə (xx.xx.2020 və xx.xx.2020-ci il tarixli epizod üzrə) CM-nin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi birinci epizod Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə 7 ədəd ağ-qara rəngli kağız bükümlərin içərisində ümumi təmiz çəkisi 1,078 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşıması və xx.xx.2020-ci il tarixdə saat 12:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər «Su Anbarının» yaxınlığında yerləşən çimərlikdə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə – heroinin, habelə bir ədəd elektron tərəzinin onun əynində olan ağ rəngli şalvarın sol yan cibindən aşkar edilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin epizod üzrə irəli sürülən ittihama münasibət bildirərək qeyd edir ki, sözügedən epizodla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx xxxxx 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx xxxxx 2014-cü il tarixli qərarında məhkəmə X18 Konvensiyasının 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, xx xxxxxxx 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, xx xxxxxxx 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, xx xxxxxx 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, x xxxxx 2009). Beləliklə mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 20 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, xx xxxxxxxx 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X12rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X8rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, xx xxxxxxxx 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, xx xxxxxxxx 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi birinci epizod üzrə Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübutlar maddi sübutun (7 büküm heroin və elektron tərəzi) aşkar olunduğu xx.xx.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid2 və Şahid3 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsidir. Qeyd olunan epizod üzrə ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2020-ci il tarixdə sonuncu ilk dəfə ibtidai araşdırma zamanı məhkəmə qarşısına çıxarılarkən hakim tərəfindən aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən döyüldüyünü hakimə bildirmiş və məhkəmə iclasında onun bədəninə vizual şəkildə baxış keçirilərkən açıq aşkar xəsarətlərin olması müəyyən edildiyi üçün barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna məlumat verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci X15 yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və məhkəmə qarşısına çıxarılan xx.xx.2020ci il tarixədək polisin nəzarəti altında olmuş, polis şöbəsinin X10 saxlanılmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis şəbəsinə gətərilməsi barədə əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən iş üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmiş, həmçinin Təqsirləndirilən şəxs polisə qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlərlə bağlı Mingəçevir şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində Mingəçevir şəhər prokurorunun köməkçisi X7 tərəfindən xx xxxx 2020-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Şahid2 və Şahid4 izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olubolmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə 93/C-20 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Vaxtında ətraflı araşdırmanın təmin edilməməsi Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs hakim qarşısına çıxarılarkən bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Avropa Məhkəməsinin yaratdığı presedent hüququndan görünür ki, polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırkı halda da cinayət işinin materiallarında mövcud olan sübutlar, xüsusən də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı Təqsirləndirilən şəxs bədənində açıq aşkar xəsarətlərin olmasını təsdiq edir. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi xx xxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Belə ki, CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. Həmin Məcəllənin 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-nin qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etiraf edici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Polis əməkdaşlarının (Şahid2 və Şahid3) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Təbii olaraq onlar özlərinin ziyanına hər hansı bir formada ifadə verməyəcəklər. Digər tərəfdən onların şahid ifadələri cinayət işi üzrə digər sübutlarla birlikdə qiymətləndirilməklə və yalnız həmin sübutlarla üst-üstə düşdükdə və biri digərini tamamladıqda əsaslı sayıla bilər ki, artıq məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlmiş və Təqsirləndirilən şəxs hazırkı epizod üzrə şahidlər olan polis əməkdaşları (Şahid2 və Şahid3) ilə üst-üstə düşən ibtidai araşdırma dövründəki ifadələrini əsaslı saymamışdır. Bundan əlavə, Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələri ilə cinayət işinin materialları arasında ziddiyyət mövcuddur. Belə ki, məhkəmədə verdiyi ifadəsində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daim əməliyyat məlumatları alsa da, onunla bağlı əməliyyat-qeydiyyat işi açmamışdır. Təqsirləndirilən şəxs bir ünvanda daimi yaşamadığına görə, tez-tez yer dəyişdiyinə görə onu X15 yaxınlığında saxladıqdan sonra polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlandıqdan sonra qeydiyyatda olduğu ünvanda daimi yaşamadığına görə onun yaşadığı evə baxış keçirilməmişdir. Halbuki, cinayət işinin materiallarında olan və Şahid2 özü tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini, onun narkotik vasitələrdən əvvəllər istifadə etməsini, onun narkotik vasitələrdən əvvəllərdən alveri ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Şahid2 Təqsirləndirilən şəxs barəsində daim əməliyyat məlumatı aldığını bildirsə də, tərtib etdiyi raportda ona dair hər hansı əlavə məlumatın əldə edilməsinin mümkün olmadığını qeyd etmişdir. Digər tərəfdən Şahid2 tərtib etdiyi xx.xx.2020-ci il tarixli raportdan isə görünür ki, Təqsirləndirilən şəxs ünvan 3A, mənzil 21 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. Əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yaşamaması barədə dəqiq məlumat olduğu təqdirdə tərtib etdiyi sözügedən raportda nəyə görə sonuncunun hazırda dəqiq yaşadığı ünvanı göstərməsi anlaşılan deyil ki, bütün bu hallar məhkəmə heyətində polis əmkdaşlarının ifadələrinə şübhə ilə yanaşmağa səbəb olur. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən isə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının da ifadələri əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən X15 yaxınlığında saxlanıldıqdan sonra xidməti avtomobildə polis əməkdaşlarının nəzarəti altında həmin yerdən 20-25 dəqiqəlik məsafədə yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan 7 büküm heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu axtarış onun saxlanıldığı yerin yaxınlığında deyil, Mingəçevir Şəhər Polis Şöbəsində aparılmışdır. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 25-30 dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə saxlanıldığı yerin yaxınlığında olan hər hansı sahə müvəkkilinin otağında deyil, saxlanıldığı yerdən xeyli aralıda, yəni avtomobillə getdikdə 20-25 dəqiqəlik məsafədə yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Eyni zamanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə qəbul olunan qərarda qəbul olunan qərar barəsində 48 saat müddətində məhkəməyə məlumatın verilməsi nəzərdə tutulsa da, cinayət işinin materiallarından bu hal, yəni məhkəməyə məlumatın göndərilməsi müəyyən edilmir. Habelə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin sözügedən əməliyyat-axtarış tədbirinin qanuniliyinə dair qəbul etmiş olduğu qərar da cinayət işinin materiallarına əlavə edilməmişdir. Heç belə bir qərarın mövcudluğu da müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (7 büküm heroin və elektron tərəzi) onun barəsində birinci epizod üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı birinci epizod üzrə ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi ikinci epizod Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində saxlayaraq daşıdığı bir ədəd ağgümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.040 qram olan narkotik vasitə - heroini xx.xx.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Nizami küçəsi, 16 saylı binanın yaxınlığında əvvəldən tanıdığı Şahid1 20 manata qanunsuz olaraq satması, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol arxa cibindən Şahid1 narkotik vasitə olan heroinin satışından əldə etdiyi «B80241024» seriyalı 20 manatlıq pul əskinası və elektron tərəzinin aşkar olunması ilə bağlı olmuşdur. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi bu epizod üzrə Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübutlar isə maddi sübutun (Şahid1 üzərindən aşkar olunan bir büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar oluna «B80241024» seriyalı 20 manatlıq pul əskinası) aşkar olunduğu xx.xx.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətinin protokolları, Şahid1, eyni zamanda polis əməkdaşları Şahid2 və Şahid4 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsidir. İlk növbədə Təqsirləndirilən şəxs həmin epizod üzrə verdiyi etirafedici ifadəsinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, nə qədərki məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalması ilə əlaqədar olaraq etiraf edici ifadələr vermək məcburiyyətində qalması ilə bağlı nəticəyə gəlmişdir, odur ki, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi bütün etirafedici ifadələrə artıq şübhə ilə yanaşmaq məcburiyyətindədir. Belə ki, ibtidai araşdırmanın ilkin mərhələsində artıq Təqsirləndirilən şəxs göstərilən pis rəftar onun ibtidai istintaqın sonrakı mərhələsində artıq pis rəftara məruz qalmaq, təsir və təzyiqlə üzləşmək qorxusu altında ifadə verməsi ehtimalını doğurmuşdur. Odur ki, məhkəmə bu halda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihama daxil olan ikinci epizod üzrə də verdiyi etirafedici ifadələrini əsaslı sübut növü kimi qəbul etmir. Polis əməkdaşları olan Şahid2 və Şahid3 şahid ifadələrinə gəldikdə isə məhkəmə bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama daxil olan birinci epizod üzrə verdiyi qiymətə və gəldiyi qənaətə əsaslanaraq hazırkı halda polis əməkdaşlarının ifadələrini də əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs üzərindən iş üzrə maddi sübut olan «B80241024» seriyalı 20 manatlıq pul əskinasının aşkar olunmasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən keçirilən əməliyyat tədbiri nəticəsində Şahid1 xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, vəkilin də iştirakı ilə onun üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən bir büküm narkotik vasitə heroin aşkar olunmuşdur. Şahid1 həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə 20 manat müqabilində Mirzə adlı şəxsdən aldığını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində saxlanılaraq xx.xx.2020-ci il tarixdə polis şöbəsinə gətirilmiş və vəkilin də iştrakı ilə üzərinə şəxsi axtarış keçirilərək üzərindən iki ədəd 5 manatlıq, bir ədəd 20 manatlıq pul əskinası olmaqla ümumilikdə 30 manat pul, bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 20 manatlıq pul əskinası müqabilində xx.xx.2020-ci il tarixdə Şahid1 iki büküm narkotik vasitə heroin satdığını etiraf etmişdir. İbtidai istintaq orqanı tərəfindən yalnız Şahid1 və Təqsirləndirilən şəxs etirafedici ifadələri əsas götürülərək xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 20 manatlıq pul əskinasının narkotik vasitə heroinin müqabilində Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verilməsi ilə bağlı nəticəyə gəlinmiş və yekunda məhz bu əsasla ikinci epizod üzrə Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı sözügedən ittihamın irəli sürülməsi ilə bağlı nəticəyə gəlsə də, hansı təkzibedilməz sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən xx.xx.2020-ci il tarixdə aşkar olunan «B80241024» seriyalı 20 manatlıq pul əskinasının məhz Şahid1 tərəfindən Təqsirləndirilən şəxs bir gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə verilən həmin pul əskinası olduğu qənaətinə gəldiyini əsaslandıra bilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan «B80241024» seriyalı 20 manatlıq pul əskinası əməliyyat tədbiri çərçivəsində Şahid1 verilən pul əskinası deyildi. Ona görə ki, əgər belə olmuş olsaydı, onda həmin pul əskinası müvafiq qaydada eyniləşdirilməli və protokol tərtib olunmaqla Şahid1 verilməli, dolayısı ilə də Şahid1 həmin əməliyyat tədbirinin keçirilməsində şərti alıcı qismində iştirak etməli idi. Hazırkı halda isə bu belə deyil, belə ki, Şahid1 əməliyyat tədbiri nəticəsində şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Digər tərəfdən polis əməkdaşları Şahid1 məhz xx.xx.2020-ci il tarixdə sözügedən pul əskinasını Təqsirləndirilən şəxs verdiyini anda və ya alış-verişdən dərhal sonra Təqsirləndirilən şəxs saxlayıb onun üzərindən aşkar etməmişdir. Həmin pul əskinası bir gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Belə olan halda hansı əsaslı sübut vasitəsi ilə ibtidai istintaq orqanının bu qənaətə gəldiyi, yəni hansı sübut vasitəsi ilə sözügedən pul əskinasının həmin əskinas olduğunu qənaətinə gəldiyi məhkəmə üçün anlaşılan deyil. Təqsirləndirilən şəxs etirafedici ifadəsinə münasibətdə isə məhkəmə yuxarıda qeyd etmişdir ki, həmin ifadə əsaslı sayıla bilməz. Belə olan halda yalnız bir şəxsin ifadəsi əsas götürülməklə, özü də narkotik vasitə alüdəçisi olan və tüfeyli həyat tərzi keçirən, dəfələrlə məhkum olunmuş Şahid1 ifadəsinə əsaslanmaqla başqa şəxsi narkotik vasitələrin alğı-satqısında ittiham etmək və bunun əsasında ittihamedici hökm çıxarmaq qeyri-mümkündür. Bunun üçün sübutların məcmusu belə bir qənaətə gəlməyə şərait yaratmalıdır ki, hazırkı halda belə sübutların məcmusu mövcud deyil. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılmamışdan öncə Şahid1lə aralarında telefon danışıqlarının olmasını etiraf etmiş və bildirmişdir ki, aralarında telefon danışıqlarının olması normaldır, çünki narkotik vasitə olanda arada zəngləşib görüşərək bir yerdə istifadə etmişlər. xx.xx.2020-ci il tarixdə aralarında telefon danışığı olmuşdur və bu onunla bağlı olmuşdur ki, Ruslan ona zəng edərək iyirmi manat pulunun oluğunu bildirmiş və bir yerdə istifadə etmək üçün narkotik vasitə tapmağın mümkün olub-olmamasını soruşmuşdur. O da narkotik alüdəçisi olduğundan və həmin vaxt narkotikə ehtiyacı olduğundan, ümumi tanışına zəng edib öyrənmiş və narkotik vasitənin olmaması ilə bağlı Ruslanla telefon əlaqəsi yaratmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu barədə hər hansı sübut cinayət işinin materiallarında mövcud deyildir. Digər tərəfdən belə bir halın mövcud olması belə Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitəni satmasını təsdiq edən birbaşa sübut növü deyil. Şahid1 üzərindən xx.xx.2020-ci il tarixdə narkotik vasitə heroinin aşkar olunması ilə bağlı tərtib olunan şəxsi axtarışın keçirilməsi haqqında protokola gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda bu protokol faktı təsdiq edən, yəni narkotik vasitənin Şahid1 üzərindən aşkar olunması faktını təsdiq edən sübut növü kimi çıxış edə bilər ki, bu hal isə özlüyündə Şahid1lə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin alğısatqısının baş verməsinə dair birbaşa əlaqənin olmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihama daxil olan ikinci epizod üzrə də sonuncunun təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə cinayət işində mövcud olan sübutları Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə qarşılıqlı şəkildə araşdırıb, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şəbəsinə gətirilərkən, daha sonra polis şöbəsində olarkən döyüldüyü, üzərindən aşkar olunan narkotik vasitənin isə ona aid olmadığı, onun cibinə qoyulduğu, həm də ibtidai araşdırmanın sonrakı mərhələsində polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadələr verdiyi haqqında və sübutlar bazasının məhz bu yolla yaradılması barədə verdiyi ifadəsinin iş materialları ilə üst-üstə düşdüyü və digər sübutlarla təsdiq olunduğu qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə dövründəki həmin ifadələri əsaslı götürülməli və bəraətin əsasına məhz həmin ifadələr yerləşdirilməlidir. Nəticə etibarı ilə məhkəmə kollegiyası məhkəmə istintaqının yekununda belə qənaətə gəlir ki, ümumilikdə CM-nin 234.4.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda yer alan iki epizod üzrə sonuncunun təqsirliliyi sübuta yetirilmədiyi üçün, ona həmin ittiham üzrə bəraət verilməlidir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, sonuncunun Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və hazırda cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.938 qram olan heroin, tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.020 qram heroin, 2 ədəd elektron tərəzi, 1 ədəd 1 ml-lik şpris, 1 ədəd şüşə flakon hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli və iş üzrə istintaqın davam etdirilməsindən ötrü saxlanılmalı, 1 ədəd «B80241024» seriyalı 20 manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və hazırda cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.938 qram olan heroin, tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.020 qram heroin, 2 ədəd elektron tərəzi, 1 ədəd 1 ml-lik şpris, 1 ədəd şüşə flakon hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin və iş üzrə istintaqın davam etdirilməsindən ötrü saxlanılsın. 1 ədəd «B80241024» seriyalı 20 manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində X21 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-37/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-37/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver