Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-37/2022 09.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2taqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06.07.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yolun kənarında oturarkən Zərərçəkmiş şəxs onun yanından keçərkən salam verən zaman onun salamı almaması səbəbindən yaranmış mübahisə zamanı Firodvsi Abbasov içkili vəziyyətdə onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı şalvarının sağ yan cibində olan açılıb qatlanan bıçağı çıxarmaqla birbaşa qəsdlə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyyəsinə bir dəfə bıçaqla vuraraq sonuncunun ağ ciyərinin zədələnməsilə döş qəfəsinin daxilinə dəlib keçən kəsici deşici əşyanın təsirindən əmələ gəlməyə xarakterik və yetirilərkən insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 06.07.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 1-ci küçəyə çıxmış, küçədə yolun kənarında tək oturmuşdur. Bir neçə dəqiqə sonra bir nəfər tanımadığı təxminən 30-40 yaşları arasında bir nəfər ağ köynəkli şəxs ona yaxınlaşıb salam vermişdir. Həmin şəxs ona yaxınlaşan zaman həmin şəxsin içkili olduğunu hiss eləmişdir. O, həmin vaxtı yolun kənarında oturmuş və oturaqlı vəziyyətdə adını sonradan bildiyi Firdovsiyə salam vermişdir. Firdovsi ondan dərhal cavab verməyini tələb etmişdi. Bu zaman o, ayağa durmuş və Firdovsi o ayağa duran zaman köynəyinin sağ qolundan tutub özünə tərəf dartıb salam verən zaman dərhal cavab verməyini tələb etmişdir.O isə Firdovsiyə onun atası yaşda olduğunu bildirmiş və onunla düzgün formada danışmağını bildirmişdir. O, Firdovsidən harada yaşadığını soruşmuş, Firdovsi isə ona kobud formada 4-cü küçədə yaşadığını bildirmişdir. Bu zaman Şəfa bağ massivi 2-ci küçədə yaşayan adını bilmədiyi lakin üzdən tanıdığı şəxs onların yanına gəlmiş və həmin şəxs onların yanına gələn zaman Firdvosi həmin şəxsə “ əə bu məni tanımıre” demişdir. Bundan sonra Firdovsi onun ünvanına “ ay oğraş, ay peysər” söyüşlərini söyərək üzərinə gəlmişdir. Bu zaman o, sağ yan cibindən açılıb qatlanan bıçağı çıxardıb həmin şəxsi bıçaqla qorxudub uzaqlaşmasını bildirmiş, lakin həmin şəxs uzaqlaşmadıqda və yenidən söyüş söyərək onun üzərinə gəldikdə o, əlində olan bıçaqla həmin şəxsi bir dəfə bədən nahiyəsindən vurmuşdur. Bundan sonra Firdovsi qaçaraq oradan uzaqlaşmışdır. Firdovsi ondan uzaqlaşdıqdan sonra küçənin başında dayanıb onun ünvanına söyüş söyməyə başlamış və daha sonra çıxıb getmişdir. Daha sonra o, könüllü olaraq polis şöbəsinə gəlmiş, törətdiyi əməli etiraf edərək cinayət əməli törətdiyi bıçağı könüllü olaraq polisə təqdim etmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, könüllü gəlib polis şöbəsinə özünü təqdim etməsini və ikinci qrup əlil olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06.07.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evində bir qədər pivə içmiş, daha sonra mağazadan siqaret almaq məqsədi ilə yaşadığı evdən çıxmışdır. O, Mingəçevir şəhəri Şəfa bağ massivi 1-ci küçə ilə piyada gedən zaman yolun kənarında oturmuş üzdən tanıdığı Təqsirləndirilən şəxs salam vermiş, Elçin isə onun verdiyi salam sözünə heç bir cavab verməmişdir. O, həmin şəxsə yaxınlaşıb “salamın Allah salamı olduğunu, nəyə görə onun salamını almadığını ” soruşmuş, Elçin isə ayağa durub “yaxşı eliyirəm almıram özüm bilərəm ” deyə cavab vermişdir. Bu zaman onların arasında anlaşılmazlıq olmuş və o, içkili olduğu üçün Elçinə qarşı nalayiq ifadələr işlətmiş, bu zaman Elçin şalvarının cibindən bıçağı çıxartmış və aralarında olan mübahisə səbəbindən Elçin əlində olan bıçaqla bir dəfə onun sol tərəf sinə nahiyyəsindən vurmuşdur. Elçin onu bıçaqla vurduqdan sonra o, qaçaraq Elçindən uzaqlaşmışdır. Bundan sonra o, qardaşına zəng vurub baş vermiş hadisəni danışmış və qardaşı gəlib onu həkimə aparmış, ona ilkin tibbi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halın nəzərə alınmasını və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, 06.07.2021-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat qrupunda məsul növbətçi köməkçisi Şahid2, o isə məsul növbətçi kimi xidmətə çıxmışdır. Həmin günü saat 21:01-də İcbari Sığorta üzrə X2 Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsindən verilmiş məlumatda Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi bina 14/2, mənzil 11-də yaşayan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol hissəsinin deşilmiş yarası xəsarəti alması göstərilmişdir. Bundan dərhal sonra həmin günü Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat qruppasının üzvləri, müstəntiq Pərviz Ələkbərov, təhqiqatçı Şahid3, sahə rəisi Şahid5 və əməliyyat müvəkkili Şahid4 dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilmişdir. Əməliyyat qruppası Mərkəzi Xəstəxanaya göndərilikdən bir qədər sonra Zərərçəkmiş şəxs 06.07.2021-ci il tarixdə Mingəçşevir şəhəri Şəfa bağ massivində naməlum şəxs tərəfindən bıçaqlandığı müəyyən edilmişdir. 06.07.2021-ci il tarizdə saat 22 radələrində Tağıyev X3 Şəhər Polis Şöbəsinə gələrək həmin günü saat 20 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini və könüllü olaraq təslim olmağa gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatı təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və qeyd olunan şəxslərin də Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06.07.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Mingəçevir ŞMX-nın Acil şöbəsindən tibb bacısı Abdullayeva məlumat verərək ünvan 3 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sol hissəsinin deşilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etdiyini bildirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan 06.07.2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin könüllü gəlməsi barədə protokol”dan görünür ki, həmin tarixdə 1971-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan Tağıyev X3 Şəhər Polis Şöbəsinə gələrək törətdiyi cinayət əməlini könüllü olaraq boynuna alıb təslim olmuş və cinayətin predmeti olan bıçağı könüllü olaraq təqdim etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 06.07.2021-ci il tarixli “baxış keçirilmə və götürülmə haqqında protokol”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qatlanıb-açılan bıçaq əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 7-9). Cinayət işinin materiallarında olan 06.07.2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 222 saylı tibbi müayinə protokol”undan görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan 06.07.2021-ci il tarixli “baxış keçirilmə və götürülmə haqqında protokol”dan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qısaqol yay köynəyi əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 12-14). Cinayət işinin materiallarında olan 07.07.2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 223 saylı tibbi müayinə protokol”undan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli sərxoş olmuşdur (cild 01, iş vər. 19). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07.07.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Mingəçevir şəhəri Şəfa bağ massivi 1ci küçəsində baş vermişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 39-45). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 07.07.2021-ci il tarixli 440 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müaynəsi amanı onun bədənində aşkar olunan xəsarət:- ağ ciyərin zədələnməsilə döş qəfəsinin daxilinə dəlib keçən zyara kəsici deşici əşyanın təsirindən əmələ gələ bilərdi, yetirilməə müddəti 06.07.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır xəsarət vurmaya aiddir (cild 01, iş vər. 58). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, müvafiq istintaq hərəkəti zamanı ifadəsinin düzgünlüyünü təsdiq etmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 122-124) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 12.10.2021-ci il tarixli 612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl həmin əməli törədərkən və hazırki ekspertiza zamanı keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntusu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri davranış pozuntusu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-ciu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazır ki cinayət əməlini törədərkən yəni 06.07.2021-ci il tarixdə öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır (cild 01, iş vər. 136-137). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə trosoloji ekspertizasının 20.10.2021-ci il tarixli 3/1683, 3/1690 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deçici xassəyə malik bıçaq turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri. Ölçüsü və sayı verilib.Təqdim edilmiş köynəyin üzərində olan zədə öz formasına quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi ucu deşici xassəyə malik olan predtmetin təsiri nətiəsində yaranmağa xarakterikdir.Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət ona məxsus köynəyin üzərində olan zədə ilə uyğunluq təşkil edir və üst-üstə düşür (cild 01, iş vər.141-144). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən verilmiş 10.08.2021-ci il tarixli 795 saylı arayışdan görünür ki, Tağıyev X4 Dispanserdə qeydiyyatda durmur (cild 01, iş vər. 114). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanserindən verilmiş 10.08.2021-ci il tarixli 1249 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20.10.2017-ci il tarixdən X5 keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntusu diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb (cild 01, iş vər. 115). Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 148-154) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs içkili vəziyyətdə onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun döş qəfəsi nahiyyəsinə bir dəfə bıçaqla vuraraq onun ağ ciyərinin zədələnməsilə döş qəfəsinin daxilinə dəlib keçən kəsici deşici əşyanın təsirindən əmələ gəlməyə xarakterik və yetirilərkən insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Tağıyev X3 şəhəri Şəfa bağ massivində qeydiyyatsız evdə yaşayır və yaşadığı müddətdə onun haqqında heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cild 01, iş vər. 82-83). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 17 saylı regional ərazi filialının Mingəçevir şəhər qəbul şöbəsi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli **********0 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlilliyə görə müddətsiz əmək pensiyası alır və aylıq pensiyası 259,78 manat təşkil edir (cild 01, iş vər. 92). Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin 2-ci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin eyni ərazidə yaşamaqla əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, hazırda barışmalarını, təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini, yəni könüllü gəlib polis orqanlarına təslim olmasını, ikinci qrup əlil olmasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 31). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 08.07.2021-ci il tarixli, 4(051)-86/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07.07.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 76-77). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 17.07.2021-ci il tarixli, 4(051)-90/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər. 87-90). Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 130 AZN (bir yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 130 AZN (bir yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-37/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-37/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver