Məhkəmə qərarları › İş №1(091)-37/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-37/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-37/2023 06.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X1 və X8 iştirakları ilə, xx.xx.1978-ci ildə Zaqatala şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu DSR-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1973-cü ildə Qax rayonu Güllük kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq 2022-ci ilin iyul ayının 21-də Qax rayonu, Qıpçaq kəndində yerləşən qarğıdalı sahəsində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitiki kollarını və onun üzərində olan yetişmiş hissələrini yığıb əldə edərək qeyd olunan ərazidə yerləşən torpağın üzərinə sərib qurutmuş, 23 iyul 2022-ci il tarixdə həmin narkotik vasitəni özləri ilə birlikdə Qıpçaq kəndi ərazisində yerləşən fındıq bağlarının birindən əldə etdikləri un kisəsinə yığıb yaşadıqları evə gətirən zaman onlar Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu, Qıpçaq kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində gəzdirdiyi kisədə ümumi təmiz çəkisi 8010 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Muradov X2 Fariz Fikrət oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq 2022ci ilin iyul ayının 21-də Qax rayonu, Qıpçaq kəndində yerləşən qarğıdalı sahəsində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitiki kollarını və onun üzərində olan yetişmiş hissələrini yığıb əldə edərək qeyd olunan ərazidə yerləşən torpağın üzərinə sərib qurutmuş, 23 iyul 2022-ci il tarixdə həmin narkotik vasitəni özləri ilə birlikdə Qıpçaq kəndi ərazisində yerləşən fındıq bağlarının birindən əldə etdikləri un kisəsinə yığıb yaşadıqları evə gətirən zaman onlar Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu, Qıpçaq kəndi ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, tanışı Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində gəzdirdiyi kisədə ümumi təmiz çəkisi 8010 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iş axtarmaq üçün tanışı Təqsirləndirilən şəxs1la birlikdə Qax rayonu Qıpçaq kəndinə getmiş, daha sonra polis əməkdaşları onları Qax Rayon Polis Şöbəsinə gətirmiş, orada ona təzyiq etdiklərinə görə sənədlərə imza etmişdir. Əllərində torba olsa da içərisində narkotik vasitə deyil, yemək olmuş, məhkəməyədək icraat zamanı heç yerə şikayət etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2022-ci ilin iyul ayının ortalarında Qax şəhərində avtomobil sexində Adil adlı tanışının yanına gələrək bir neçə gün orada qalmış və Adilin vasitəsilə Süleymanla orada tanış olduqdan sonra birlikdə bir neçə dəfə spirtli içki qəbul etmişlər. 21 iyul 2022-ci il tarixdə Süleymana gündəlik işləmək üçün Qax rayonunda Qıpçaq kəndi tərəfdə olan sahələrə getməyi təklif etmiş, Süleyman da onun təklifi ilə razılaşdıqdan sonra mağazadan spirtli içki olan çaxır və qida məhsulları alıb avtobusla Qax rayonu Qıpçaq kəndi tərəfə getmişlər. Süleymanla qarğıdalı sahələrini gəzsələr də orada ümumiyyətlə adam olmadığına görə iş tapa bilməmiş, gətirdikləri məhsulların bir qismini yeyib spirtli içki içmişlər. Orada olan zaman təsadüfən narkotik tərkibli çətənə bitkisini görüb Süleymana yabanı halda bitən bitkini qurudub bir qismini süddə qaynadacağını demiş, birlikdə sahədə olan yabanı çətənə bitkilərini yığmışlar. Yaxınlıqda olan fındıq sahələrindən tapdıqları bir ədəd kisənin üzərində yığdıqları çətənə bitkilərini qurutmaq üçün yerə sərmiş, həmin günü hava isti olduğu üçün bitkilərin çoxu gündə qurumuşdur. Bitkilər quruyana kimi həmin yeri tərk edib yenə də çölləri gəzərək iş axtarmış, lakin iş tapa bilməyib yenidən çətənə bitkilərini qurutduqları yerə qayıtmışlar. Orada bir gün qaldıqdan sonra səhəri günü yenidən həmin yeri tərk edib çölləri gəzərək iş axtarmışlar. Lakin iş tapa bilməyib yenidən çətənə bitkilərini qurutduqları yerə gəldikdən sonra artıq bitkilərin qurumasını görmüşlər. 23 iyul 2022-ci il tarixində günortadan sonra gətirdikləri yeməkləri yeyib qurutduqları üçün bitkiləri bir ədəd kisəyə yığıb evə tərəf gedib avtomobil yoluna tərəf çıxanda polis əməkdaşları onları saxlayıb hər ikisini polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı yığıb qurutduqları çətənə bitkilərini doldurduğu kisəni təqdim etmişdir. Kisə tərəzidə çəkilərkən çəkisi 8 kiloqram olmuş, bundan sonra həmin kisə qurudulmuş marixuana ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun yanına gəldikdən sonra birlikdə iş axtarmaq üçün Qax rayonu Qıpçaq kəndinə getmiş, yeyib-içdikdən sonra Fariz ona həmin çətənə bitkisini göstərərək həmin bitkidən nəşə düzəldəcəyini bildirmişdir. Farizlə razılaşaraq həmin bitkiləri toplayaraq qurutmuş, bir gün gözləyib növbəti gün həmin paketlə birlikdə oradan çıxıb yola tərəf gələrkən polis əməkdaşları onları saxlayaraq Qax rayon Polis Şöbəsinə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə keçirilən şəxsi axtarış zamanı sellofan torbada olan marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə tanışı Adil adlı şəxsin vasitəsilə sonuncunun yanında tanıdığı Təqsirləndirilən şəxs2 ona gündəlik işləmək üçün Qax rayonunda Qıpçaq kəndi tərəfdə olan sahələrə getməyi təklif etmiş, Farizin təklifi ilə razılaşdıqdan sonra mağazadan spirtli içki olan çaxır və qida məhsulları alıb avtobusla Qax rayonu Qıpçaq kəndi tərəfə getmişlər. Farizlə birlikdə qarğıdalı sahələrini gəzsələr də orada adam olmadığına görə iş tapa bilməmiş, gətirdikləri məhsulların bir qismini yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt Fariz ona hansısa bitkini göstərib yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkini qurudub bir qismini süddə qaynadaraq, sonra da qaynadılmış bitkini içərək qəbul etməyin mümkün olacağını demişdir. Farizin danışıqları ona maraqlı gəldiyinə görə sonuncu ilə razılaşaraq sahədə olan yabanı çətənə bitkilərini yığdıqdan sonra qurutmaq üçün sahədə tapdıqları kisənin üzərində yerə sərmişlər. Həmin günü hava isti olduğu üçün bitkilərin çoxu qurumuş, onlar da bitkilər quruyana kimi həmin yeri tərk edib yenə də çölləri gəzərək iş axtarmışlar. Lakin iş tapa bilməyib yenidən çətənə bitkilərini qurutduqları yerə qayıtmış, bir gün qaldıqdan sonra səhəri gün, yəni 23 iyul 2022-ci il tarixdə yenidən həmin yeri tərk edib çölləri gəzərək iş axtarmışlar. Lakin iş tapa bilməyib yenidən çətənə bitkilərini qurutduqları yerə gəlmiş, günorta gətirdikləri yeməkləri yedikdən sonra qurutduqları bitkiləri bir ədəd kisəyə yığıb evə tərəf yola düşmüşlər. Avtomaşın yoluna tərəf çıxanda kisə Farizdə olmuş, bu zaman polis əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı yığıb qurutduqları çətənə bitkilərini doldurduğu kisəni təqdim etmişdir. Kisə tərəzidə çəkilərkən çəkisi 8 kiloqram olmuş, bundan sonra həmin kisə qurudulmuş marixuana ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qax rayon X5 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 iyul 2022ci il tarixdə Qax rayon sakini Təqsirləndirilən şəxs1 və Zaqatala rayon sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində narkotik vasitə saxlamaları barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17 radələrində əməliyyat qrupuna daxil olan polis nəfəri Şahid2la birlikdə Qax rayonu Qıpçaq kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayaraq Qax rayon Polis Şöbəsinə gətirmiş, hər ikisi şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan un kisəsinin içərisindən çəkisi 8 kq 800 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Hər iki şəxs narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün yığıb qurutduqlarını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon X12 Təhlükəsizlik Bölməsinin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyul 2022-ci il tarixli, 17/584 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılımış kağızda “Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülüb..” yazısı olan sintetik kisənin içərisindəki, təmiz çəkisi-8010,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 1451 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya хəstəliyindən əzаb çəkir. Nаrkоmаniyа xəstəliyindən məcburi müаlicəyə ehtiyаcı var. Narkolоji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 1450 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya хəstəliyindən əzаb çəkir. Nаrkоmаniyа xəstəliyindən məcburi müаlicəyə ehtiyаcı var. Narkolоji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş mаteriallаrındа olan və məhkəmə iclasında tədqiq еdilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 16 avqust 2022-ci il tarixli 507 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16 avqust 2022-ci il tarixli 508 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əlində olan kisənin içərisində çəkisi 8080 qram olan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 242 “A”-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzası qurtardığına görə azad olunmuş, Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 242 “A” maddəsin ilə təqsirli bilinərək CM-in (köhnə redaksiyada) 38ci maddəsi tətbiq edilməklə 01 il 10 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 29, 318.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu öənildiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Kərimov X6 rayonu Yuxarı Tala yaşayış məntəqəsində yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon İcra Hakimiyyəti Güllük kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qax rayonu Güllük kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Qax rayon Mərkəzi Xəstəxanası” X13 alınmış 21 sentyabr 2022-ci il tarixli PHŞ/6.50-2-2022-227 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 poliklinika şöbəsinin Narkoloji və Ruhi- Əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qax Rayon Prokurorluğunun 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalmasına dair məlumat əsasında aparılmış araşdırma əsasında cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının təzyiqi nəticəsində narkotik vasitənin özünə məxsus olmasına dair ifadə verməsi, narkotik vasitənin ona məxsus olmamasına dair ifadələrinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmçinin digər Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2la birlikdə sahədən narkotik tərkibli çətənə bitkisindən marixuana yığıb qurutduqlarını göstərmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğunu bildirsə də bu barədə heç bir orqana, həmçinin həmin dövrdə hansısa xəsarət alması barədə hər-hansı tibb müəssisəsinə müraciət etməmiş, Qax rayon prokurorluğu tərəfindən bu fakt üzrə araşdırma aparılaraq preyudisial əhəmiyyət daşıyan cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının ona qarşı zor tətbiq edərək təsir və təzyiq göstərməsinə dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətlərin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətlərin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 23 iyul 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 17,27 AZN (on yeddi manat iyirmi yeddi qəpik), Təqsirləndirilən şəxs2 isə 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 17,27 AZN (on yeddi manat iyirmi yeddi qəpik) Təqsirləndirilən şəxs2 isə 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Qax Rayon Polis Şöbəsində saxlanılan 8009,95 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, iki ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar