Məhkəmə qərarları › İş №1(091)-37/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-37/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-37/2025 17.09.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1983-cü ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və satış məqsədi ilə təmiz çəkisi 0,371 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdikdən sonra, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə günün müxtəlif vaxtlarında istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Ağdaş rayonu, Yenicə kənd sakini Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə yaradıb, həmin narkotik vasitə və psixotrop maddəni sonuncuya müvafiq olaraq 30 və 10 manata qanunsuz satmağla bağlı razılaşdıqdan sonra, Şahid1 onun istifadəsində olan istintaqa məlum olmayan plastik bank kart hesabına 40 manat məbləğdə pul köçürüb, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində onun yaşadığı ünvan 1 ünvanının qarşısına gəldikdən sonra o, 0,401 qram çəkidə narkotik vasitə – heroini və 0,371 qram çəkidə psixotrop maddə - metamfetamini evinin eyvanından Şahid1 ataraq, həmin narkotik vasitə və psixotrop maddəni sonuncuya qanunsuz olaraq 40 manata satmış, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasına aparılıb, həmin tarixdə saat 22:50-dən 23:10-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd siqaret qutusunun içərisindən təmiz çəkisi 0,401 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 ədəd kağız bükümdə, təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin Şahid1 üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda təkrarən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, külli miqdarda 56.504 qram çəkidə narkotik vasitə - heroini və qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda, 5.639 qram çəkidə - psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyıb, orada saxlamış, 23 yanvar 2024-cü il tarixdə saat 17 radələrində tanışı Şahid4 ilə yaşadığı evin qarşısında görüşüb, həmin narkotik vasitə heroindən 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,037 qram olan hissəsini Şahid4 50 (əlli) manata qanunsuz olaraq satmış, 23 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Şahid4 Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində «Kür çayı»nın sol sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsində saxlanılıb, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılaraq, həmin tarixdə saat 23:30-dan 23:45-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılarkən 0,037 qram çəkidə narkotik vasitə heroin Şahid4 əynindəki ağ-qara rəngli idman köynəyinin sol yan cibindən aşkar edilərək götürülmüş, təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Mingəçevir ŞPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 xx.xx.2024-cü il tarixli qərarına əsasən 24 yanvar 2024-cü il tarixdə saat 00:50-dən 01:20-dək olan müddət ərzində onun (Təqsirləndirilən şəxs) yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evində satış məqsədi ilə qanunsuz saxladığı, 5 (beş) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.892, 0.874, 0.861, 0.449 və 53.391 qram olmaqla, ümumi təmiz çəkisi 56.467 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin və 10 (on) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.939, 0.845, 0.862, 0.438, 0.404, 0.432, 0.429, 0.428, 0.416, və 0.446 qram olmaqla ümumi təmiz çəkisi 5.639 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək, götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ona demişdirlər ki, karta pul vurulmuşdur. O da bankdan arayış alıb müstəntiqə aparıb təqdim etmiş və demişdir ki, onun adına kart olmamışdır. Narkotik satmağı ilə bağlı heç bir sübut yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Elçin adlı şəxsi tanıyır. Onun adına kart yoxdur. Bununla bağlı bankdan arayış alıb müstəntiqə təqdim etmişdir. Başqasına məxsus kartı istifadə etməmişdir. Elçinə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin verməmişdir. Şahid1 ifadəsi ilə tanış olmuşdur. Elçin ifadəsində ona narkotik vasitə verdiyini qeyd etmişdir. Şahid1 ifadəsində narkotik vasitəni ondan aldığını qeyd etmişdir. O, Elçini Fəxrəddin adlı şəxsə görə tanımışdır. Şahid4 tanıyır. Ona narkotik vasitə satmamışdır. Elvin ifadəsində narkotik vasitəni ondan aldığını qeyd etmişdir. Əməliyyatçılar onun evinə daxil olub, axşam saat sakkizdən on ikiyədək evində olmuşlar. Həmin vaxt Elvin yanında olmuşdur. Elvin və Elçinin hansı səbəbə görə onun adını verdiklərini bilmir. Elvini 15 ildir tanıyır. Elvin narkotik vasitə istifadəçisidir. Özü narkotik vasitə istifadə edən olmuşdur. Evindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuş, lakin aşkar olunan ona aid olmamışdır. Ehtimal edir ki, aşkar olunan narkotik vasitəni evinə polis əməkdaşları qoymuşdur. Əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq zamanı ona təzyiq olunduğu üçün etirafedici ifadə vermişdir. Polis əməkdaşları onu döymüşdürlər. Ayaq üstə dayana bilmirmiş. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Polis əməkdaşları onu evdən aparmışdır. Polis əməkdaşları onu gecə saat 01-ə işləmiş aparmışlar. Həmin vaxt evdə heç kim olmamışdır. Elvin axşam saat 7-8 radələrində onunla birlikdə evdə olmuşdur. Sonra əməliyyatçılar evə gəlmiş və onları tutmuşlar. Birinci axşam saat 09 radələrində Elvini aparmışlar. Əməliyyatçılar evə axşam saat 08:30 radələrində gəlmişdir. Evinə 4 nəfər əməliyyatçı gəlmişdir. Polis əməkdaşları evinə baxış keçirməmişdir. Polis əməkdaşları ondan pul tələb etmişlər. O da demişdir ki, pulu yoxdur. Sonra o, Elvin və əməliyyatçılar 1 saata qədər birlikdə evdə olmuşlar. Sonra polis əməkdaşları Elvini aparmışlar. Elvin, o və polis əməkdaşları eyni otaqda olmuşlar. Elvini apardıqdan sonra o və digər polis əməkdaşları evdə qalmışlar. Daha sonra Elvini aparan əməliyyatçılar təkrar evə gəlmişlər və onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları evindəki otaqları onsuz gəzmişlər. Onu gecə saat 01 radələrində polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılan zaman üzərində mobil telefon olmamışdır. Həmin vaxt telefonu evdə olmuşdur. Polis şöbəsində onu birinci mərtəbəyə aparmışlar. Sonra vəkil gəlmiş və sənədləşmə işləri aparılmışdır. Polis əməkdaşları onu evdə döymüşlər. Üzərində xəsarətlər olmuşdur. Buna görə də, o, 7 gün sonra Gəncə şəhərinə aparılmışdır. X14 daxil olan vaxt müayinə olunmamışdır. Gəncə 2 saylı İstintaq Təcridxanasına daxil olan vaxt müayinə olunmuşdur. Ancaq həmin vaxt xəsarətləri artıq sağalmışdır. Onu 1 həftə polis şöbəsində saxlamışlar. Onu 06 dekabr tarixində saxlamamışlar. Saxlanıldığı tarix dəqiq yadında deyil. Polis şöbəsində olan vaxt ona 5 dəfə təcili tibbi yardım gəlmişdir. Çünki həmin vaxt bədəni pis vəziyyətdə olmuşdur. Elçini Fəxrəddin adlı dostuna görə tanımışdır. Elçin bir dəfə daşın altından açar götürüb evinə girmişdir. O da onu qovmuşdur. Elçin daşın altında açarın olmağını əvvəllər Fəxrəddinlə onun evinə gələn vaxt görmüşdür. O, Bərdə şəhərində olan vaxt sahə rəisi ona zəng edib çağırmışdır. Onun evində işçiləri olduğu üçün daşın altına açar qoyurmuş. İşçilər səhər 07 radələrində gəldiyi üçün açarı daşın altına qoyurmuş. Elçinlə üzləşməsi olmuşdur. Üzləşmə zamanı Elçin kartına pul vurduğunu qeyd etmişdir. O da demişdir ki, belə bir hal baş verməmişdir. Narkotik vasitə istifadə etmişdir. Fəxrəddin dostudur. Elçini Fəxrəddinə görə tanımışdır. Fəxrəddin müstəntiqə ifadə vermişdir. Elvinlə birlikdə narkotik vasitə qəbul etmişdir. Elvini 15 ildir tanıyır. Elçin onun evinə icazəsiz girmişdir. O da ona xəbərdarlıq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmuşdur. Polis əməkdaşları narkotik vasitəni haradan əldə etdiyini soruşmuşlar. O da narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirmişdir ki, narkotik vasitə müqabilində Təqsirləndirilən şəxs 40 manat pul vermişdir. Səhv etmirsə, pulu karta atmışdır. Narkotik vasitəni Mingəçevir şəhərindən götürmüşdür. Səxavət narkotik vasitəni pəncərədən atmışdır. O da götürüb getmişdir. Səxavətin evi 2 mərtəbəli yaşayış evidir. İbtidai istintaq zamanı düzgün ifadə vermişdir. Əvvəllər məhkum olunmamışdır. Birinci dəfədir narkotiklə tutulur. Onun barəsində aparılmış cinayət işi üzrə məhkəmə prosesində Səxavət iştirak etməmişdir. Təqsirləndirilən şəxs evi “Kür”çayını keçib sağa dönüb, mərasim evindən sağa dönən tərəfdə yerləşir. Səxavətin atdığı kartın nömrəsini hazırda dəqiq xatırlamır, lakin əmindir ki, kartı Səxavət atmışdır. Kartın Səxavətə və ya başqasına məxsus olmasını bilməmişdir. Pulu Səxavətə atdığına əmindir. Çünki bir-neçə dəfə Səxavətə narkotiklə bağlı pul vermişdir. Həmin gün Səxavəti görməmiş, lakin telefonla danışmışdır. İstintaqa telefon nömrəsini təqdim etmişdir. Taksi kimi gələn zaman Səxavətlə tanış olmuşdur. “Faxı” ləqəbli şəxsin vasitəsilə Səxavətlə tanış olmuşdur. Saxlanılan zaman üzərində metamfetamin və “Kakos” olmuşdur. Təqsirləndirilən şəxs 2 mərtəbəli yaşayış evində yaşayır. Onu Səxavətlə “Faxı” ləqəbli şəxs tanış etmişdir. Bundan sonra Səxavətin mobil nömrəsini almışdır. Daha sonra Səxavətlə telefonda danışığı olmuşdur. Telefonda Səxavətə “Kakos” təşkil edibetməyəcəyini soruşmuşdur. Şəxsən Səxavətlə görüşmüşdür. Səxavət “Faxı” ləqəbli şəxslə gəlmişdir. Telefonda Səxavətə “Kakos” lazım olduğunu demişdir. Səxavət də ona zəng edəcəyini bildirmişdir. Daha sonra Səxavət ona zəng etmiş və o da gedib narkotik vasitəni götürmüşdür. Səxavətdən 2-3 dəfə narkotik vasitə almışdır. Narkotik vasitəni Mingəçevir şəhərindən götürmüşdür. Elə olub ki, Səxavətə əlbəəl pul verib narkotik götürmüşdür. Elə olub ki, kartına pul atıb, narkotik götürmüşdür. Səxavətə pulu verib narkotik götürmüşdür. Həmin vaxt Səxavət öz küçələrində olmuşdur. Saxlanılmadan əvvəl Səxavətə zəng edib narkotik vasitə götürmək istədiyini bildirmişdir. Sonra Ağdaş yolunda marketdə Səxavətin kartına pul atmışdır. Daha sonra Mingəçevir şəhərinə Səxavətin evinə getmişdir. Səxavət pəncərədən narkotik vasitəni atmışdır. O da götürüb getmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonuncu dəfə narkotik aldığı şəxs bu zalda olan Təqsirləndirilən şəxsdur. Elşən hazırda tutulub. Elşənlə birlikdə Mingəçevir şəhərinə getmişdir. Narkotik vasitə müqabilində Səxavətin kartına 40 manat pul atmışdır. Səxavət kağız bükümdə “metamfetamin”, sellofan bükümdə “Kakosu” pəncərədən ona atmışdır. O da götürüb getmişdir. Narkotik vasitəni təqsirləndirilən şəxsdən almışdır. Şahid4 tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Səxavətin saxlanılmasının şahidi olmamışdır. Səxavətlə birlikdə narkotik vasitə götürüb istifadə etmişlər. Daha sonra çıxıb getmişdir. Həmin vaxt Kürün kənarında polis əməkdaşları onu saxlamışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 bildirmişdir ki, tutulan vaxt üzərində az miqdarda narkotik vasitə olmuşdur. Narkotik vasitəni Səxavətdən almışdır. Narkotik müqabilində Səxavətə 50 manat pul vermişdir. Əvvəllər Səxavətdən 3-4 dəfə narkotik vasitə almışdır. 21 yanvar tarixində saxlanılmışdır. Saxlanıldıqdan sonra ona cərimə yazılmışdır. Sonra çıxıb getmişdir. Məhkəmə qarşısına çıxmamışdır. 23 yanvar tarixində Səxavətin evində olmamışdır. ***-**-** saylı mobil nömrə ona məxsusdur. Saat 21 radələrində tutulmuşdur. Səxavətin evində tutulmamışdır. Səxavətlə birlikdə tutulmamışdır. Tutulan vaxt narkotikin təsiri altında olmuşdur. Saat neçədə tutulduğunu dəqiq xatırlamır. 21 yanvar tarixində tutulmuşdur. Təqsirləndirilən şəxsin qeyd etdiklərini eşitmişdir. Hadisə belə olmamışdır. O, ifadəsində qeyd etdiyi kimi tək saxlanılmışdır. 23 yanvar günü Səxavətə zəng etməmişdir. Bəlkə də zəng etmişdir, lakin dəqiq xatırlamır. Səxavət düz deyir. Onu 10 ildən artıq müddətdir ki, tanıyır. Tutulan vaxt onu inzibati məsuliyyətə cəlb etmişlər. Tutulandan sonra heç kimə pul barədə hörmət etməmişdir. Səxavətin saxlanılmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 0.5 qram narkotik vasitə - heroin və ümumi çəkisi 0.6 qram psixotrop maddə - metamfetamin aşkar edilmiş, sorğu-sual zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərində Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs 40 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixə saat 20 radələrində o və Şahid3 tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində İbrahimov X5 şəhəri, Tərbiz küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil X12 dəvət olunmuş, onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə – heroin və psixotrop maddə – metamfetamin satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o və Kamilov X3 şəhərində yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri, H.Əliyev prospektində «Sahil parkı », «Kür» çayı sahilində olan zaman görüb, yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Cəbiyev X4 Şəhər Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsində onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid4 əynindəki ağ qara rəngli idman köynəyinin sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü könüllü olaraq təqdim etmiş, bundan sonra Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsin üzərindən qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Şahid4 könüllü olaraq təqdim etdiyi və üzərindən aşkar edilmiş qızılı rəngli kağız büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitə olan bükümün çəkisinin 0.09 qram olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Şahid4 üzərindən aşkar edilib, götürülmüş bir ədəd qızılı rəngli bükümdə olan narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində “Səxavət” adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində o və Şahid6, Şahid8 və Qurbanov X6 şəhərində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən yaşadığı evin qonaq otağında olan televizor altlığının üzərindən bir ədəd boz rəngli elektron tərəzi, həmin televizor altlığının arxa hissəsindən isə bir ədəd üzərində “Zəfəran” sözü yazılmış sellofan torba aşkar edilmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman torba olan kardon qutunun içərisindən 2 ədəd üzərində “Milla pendir” yazıları olan plastik qutular aşkar edilmiş və həmin plastik qutulara baxış keçirilən zaman bir ədəd üzərində “milla pendir” sözləri yazılmış plastik qutunun içərisindən 5 ədəd büküm, digər üzərində “milla pendir” sözləri yazılmış plastik qutuya baxış keçirilən zaman içərisindən 10 ədəd büküm aşkar edilmişdir. Birinci plastik qutuda olan 5 ədəd sellafon bükümlər açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş və həmin bükümlər hər biri elektron tərəzidə çəkilən zaman bükümlərin içərisindəki kütlənin 0.92 qram, 0.93 qram, 0.96 qram, 0.47 qram və 58.81 qram ümumilikdə 62.09 qram heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Digər üzərində «Milla» pendir yazısı olan plastik qutuya baxış keçirilən zaman həmin qutuda olan 10 ədəd sellafon bükümlər açıldıqda onların içərisində olan kütlənin psixotrop maddə olan metamfetaminə bənzər olan kütlələr olması müəyyən edilmiş və 10 ədəd sellafon bükümlər elektron tərəzidə çəkilən zaman bükümləri 0.50 qram, 0.90 qram, 0.46 qram, 0.48 qram, 0.99 qram, 0.91 qram, 0.48 qram, 0.49 qram. 0.48 qram və 0.45 qram ümumilikdə 6.14 qram psixotrop maddəyə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmasını həmin narkotik vasitə və psixotrop maddə metamfetaminin 1 həftə bundan öncə yəni təxminən xx.xx.2024-cü il tarixdə Bakı şəhərində 4-cü mikrorayon ərazisində yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6, Şahid7 və Kamilov X10 Emir Cavad oğlu ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Şahid4 əynindəki ağ-qara rəngli idman köynəyinin sol yan cibindən 1 (bir) ədəd qızıl rəngli kağız bükümdə ümumi çəkisi 0.09 qram (təmiz çəkisi 0.037 qram) narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin vaxt o, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 50 manata aldığını göstərmişdir (cild 01, iş vər. 25-26). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Şahid4 izahatında xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs yaşadığı evində 50 manat pul verib 1 büküm narkotik maddə olan heroin əldə etdiyini bildirmiş və həmin məlumat əsasında əməliyyat –axtarış tədbirlərinin keçirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur (cild 01, iş vər. 29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evində saxlanılmıışdır (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1983-cü il təvəllüdlü X2 ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 34-35). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərar alınmışdır (cild 01, iş vər. 38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Evə baxış keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evinə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya saxlamasını müəyyən etmək üçün zəruri olduğundan Təqsirləndirilən şəxs evinə baxış və götürmə keçirilməsi qərara alınmışdır (cild 01, iş vər.52). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Evə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman fərdi yaşayış evinin qonaq otağından plastik qabların içərisindən 10 ədəd sellofan bükümdə ümumi çəkisi 6.14 qram (təmiz çəkisi 5.639 qram) psixotrop maddə metamfetamin və 5 ədəd sellafon bükümdə ümumi çəkisi 62.09 (təmiz çəkisi 56.467 qram) narkotik vasitə heroin və bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmasını həmin narkotik vasitə və psixotrop maddə metamfetaminin 1 həftə bundan öncə yəni təxminən xx.xx.2024-cü il tarixdə Bakı şəhərində 4-cü mikrorayon ərazisində yerdən tapdığını bildirmişdir (cild 01, iş vər. 52-55). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 01:35-də Mingəçevir ŞPŞ-də CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 48). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 17/88 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət.Şahid4 üzərindən aşkar edilib, götürülmüş narkotik maddəyə oxşar kütlə.” Yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0.037 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib, götürülmüş narkotik maddə heroinə oxşar kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 05 (beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0.892 qram, 0.874 qram, 0.861 qram, 0.449 qram və 53.391 qram ümumi çəkiləri 56.467 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində «Vət.Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 10 (on) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0.939 qram, 0.845 qram, 0.862 qram, 0.438 qram, 0.404 qram, 0.432 qram, 0.429 qram, 0.428 qram, 0.416 qram və 0.446 qram, ümumi çəkisi - 5.639 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız bükümdə və digər 1 (bir) ədəd zərfin içərisindəki 5 (beş) ədəd selofan bükümlərdə olan narkotik vasitə - heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponenetlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd zərfin içərisindəki 10 (on) ədəd sellofan bükümlərdə olan psixotrop maddə - metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (cild 01, iş vər. 62-66). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(051)-3/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 104-106). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 50 manat müqabilində narkotik vasitə heroin aldığını göstərmişdir (cild 01, iş vər. 109-111). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Mingəçevir Rayonlararası Psixo-Nevroloji Dispanserinin arayışından görünür ki, İbrahimov X5 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur (cild 01, iş vər. 119). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Rayonlararası Norkoloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən həmin dispanserdə qeydiyyatdadır (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 01, iş vər. 126-127). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə ünvan 6 ünvana baxış keçirilməsinə dair Mingəçevir şəhər Polis şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid5 24 yanvar 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 129). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından aşkar edilmiş, ilkin xalis çəkisi 56.467 qram tədqiqata istifadə edildikdən sonra qalıq çəkisi 56.217 qram narkotik vasitə heroin, ilkin xalis çəkisi 5.639 qram tədqiqata istifadə edildikdən sonra qalıq çəkisi 5.139 qram psixotrop maddə metamfetamin və həmin ünvandan aşkar edilmiş 1 ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq, saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 01, iş vər. 136-138). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya –Kommunikasiya İdarəsinin məktubuna əlavə edilmiş diskdən, habelə xx.xx.2024-cü il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 12:36-da 14 saniyə, 13:59-da 10 saniyə, 15:31-də 40 saniyə, 15:56-da 17 saniyə, 16:11-də 15 saniyə, 16:49-da 36 saniyə, 16:58-də 28 saniyə, 17:21də 35 saniyə, 17:23-də 98 saniyə, 21:00-da 26 saniyə, 21:01-də 5 saniyə, 21:01-də 12 saniyə, 21:02-də 18 saniyə və 21:05-də 7 saniyə telefon danışıqları olmuşdur (cild 01, iş vər. 155-156). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “raport”dan görünür ki, Şahid1 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə Ağdaş rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər.185). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Şahid1 ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir (cild 01, iş vər. 186-187). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şahid1 üzərinə Ağdaş RPŞ-də şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən «West» markalı siqaret qutusunun içərisindən bir ədəd kağız büküm və bir ədəd sellafon büküm aşkar edilmiş və həmin bükümlər elektron tərəzidə çəkilən zaman sellofan bükümdə olan psixotrop maddə - metamfetaminin ümumi çəkisi 0.5 qram, kağız bükümdə olan narkotik vasitə - heroinin ümumi çəkisi isə 0.6 qram olmuşdur. Həmin vaxt Şahid1 üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək, onları xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs 30 və 10 manat olmaqla, ümumilikdə 40 manata aldığını göstərmişdir (cild 01, iş vər. 209-210). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “raport”dan görünür ki, xx.xx.1983-cü il tarixdə ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 229). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat –axtarış tədbirləri keçirilmişdir (cild 01, iş vər. 231-232). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Səxvət İbrahimov tutulmuşdur (cild 01, iş vər. 246). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad olunmuşdur (cild 01, iş vər. 290-291). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Şahid1 ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiklərini təsdiq etmiş və Təqsirləndirilən şəxs narkotik vasitə – heroin və psixotrop maddə – metamfetamin almaq üçün Təqsirləndirilən şəxs plastik kart hesabına narkotik vasitə heroinə görə 30 manat, psixotrop maddə – metamfetaminə görə isə 10 manat pul köçürmüş, bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin küçə tərəfində yerləşən eyvanına çıxmış və bükümlərdə olan narkotik vasitə – heroini və psixotrop maddə – metamfetamini yerə atmışdır. O da həmin narkotik vasitə – heroin və psixotrop maddə – metamfetamini götürüb, getmişdir (cild 02, iş vər. 32-35). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqın və X11 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər üzrə bölməsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Təbriz küçəsi 2/1 ünvanında qeydiyyatdadır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, iş vər. 93-94). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Şahid1 arasında keçirilən üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində ondan 40 manata narkotik vasitə – heroin və psixotrop maddə metamfetamini Elşən adlı tanışı ilə birlikdə Mingəçevir şəhərinə gələrək Təqsirləndirilən şəxs almışdır (cild 02, iş vər.111-113). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya –Kommunikasiya İdarəsi məktubuna əlavə edilmiş CD diskdən, həmçinin xx.xx.2024-cü il tarixdə protokoldan görünür ki, görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 11:32-də 09 saniyə, 11:34-də 120 saniyə, 11:50-də 51 saniyə, 12:20-də 04 saniyə, 12:21-də 45 saniyə, 12:34də 48 saniyə, 14:41-də 109 saniyə, 14:50-də 39 saniyə, 16:53-də 54 saniyə, 16:53-də 48 saniyə, 17:39-da 37 saniyə, 17:56-da 42 saniyə, 18:37-də 55 saniyə, 19:01-də 14 saniyə, 19:55-də 9 saniyə və 19:18-də 66 saniyə telefon danışıqları olmuşdur (cild 02, iş vər. 152-153). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserin “X8 Tibbi yoxlamanın” 821 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 191). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hər iki epizod üzrə narkotik vasitə heroin və psixotrop maddə metanfetaminin əldə olunma mənbəyi ilə bağlı hazırkı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işin ayrıca icraata ayrılması qərar alınmışdır (cild 02, iş vər. 195-208). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tİbb Baş İdarəsinin Təqsirləndirilən şəxs adına açılmış “X15”-dan görünür ki, Təqsirləndirilən şəxs üzərində sağ qaşın üstündə bir ədəd, çənədə bir ədəd və sol saiddə üç ədəd köhnə çapıq izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30-da Mingəçevir şəhər Polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs ağrı şikayəti olmasına baxmayaraq üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Ağdaş Rayon Məhkəməsinin 1(014)-60/2023 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Respublika Təcili və X9 Mərkəzi” PHŞ-in Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mingəçevir şəhər Vəkil Bürosuna ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-88/2-1658/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Polis şöbəsinin MYS-də tibbi yardım göstərilmiş və həmin tibbi yardım nəticəsində “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”na uyğun olaraq “R 51 Baş ağrısı” və “R 52.2 Digər daimi ağrı” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li qərarının 31-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə və psixotrop maddə satması barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixlərdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs saxlanılaraq Ağdaş Rayon Polis şöbəsinə gətirilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının davam etdirilməsi məqsədi ilə ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinə yeni əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmaqla həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, keçirilmiş əməliyyat – axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və nəticədə narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası belə qənayətə gəlir ki, cinayət işi başlamamışdan əvvəl Şahid1, Şahid4 üzərlərindən, habelə Təqsirləndirilən şəxs evindən narkotik maddələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 14-cü bəndinə əsasən isə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı işgəncəyə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Təqsirləndirilən şəxs aid “X15”-ından görünür ki, Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən onun üzərindən hər hansı bir xəsarət aşkar edilməmiş, habelə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, onun polis əməkdaşları tərəfindən döyülməsi və işkəncəyə məruz qalması ilə bağlı xəsarət və ya həmin halı təsdiq edən müvafiq qeydlər qurumlar tərəfindən aparılmamışdır. Həmçinin məhkəmə kollegiyası müdafiə tərəfinin təqdim etdiyi Mingəçevir Təcili və X9 bölməsinin Təqsirləndirilən şəxs Mingəçevir şəhər Polis şöbəsinin MYS-də tibbi yardım göstərməsi halı ilə bağlı belə qənaətə gəlir ki, həmin tibbi yardımlar göstərilərkən Təqsirləndirilən şəxs müayinədən keçirmiş həkimlər diaqnoz qoyarkən sadə kodlaşmadan (bir koddan) istifadə etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəasrət və ya başqa travmatiq izlər aşkar olunsaydı müayinəni aparmış həkim müayinə edilən şəxsin diaqnozunu mürəkkəb (bir neçə koddan) kodlaşdımadan istifadə edərək öz qeydlərini aparardı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs ağrı şikayəti olmasına baxmayaraq üzərində xəsarət aşkar edilməmişdir. Göründüyü kimi müdafiə tərəfi Təqsirləndirilən şəxs göstərdiyi hallarla bağlı məhkəmə kollegiyasına sübutlar təqdim etməyinə baxmayaraq həmin sübutlar öz təsdiqini tapmamışdır. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istifadə üçün əldə edilərək saxlanılması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, şahidlər Şahid1 və Şahid4 ifadələrində təkcə narkotik vasitəni və psixotrop maddələri Təqsirləndirilən şəxs almaları ilə yanaşı, əldə olunmuş narkotik vasitə və psixotrop maddələrin harada, nə vaxt, hansı məbləğə, eləcə də narkotik vasitənin dövriyyəsinin aparılması mexanizmini aydın şəkildə göstərmişlər. xx.xx.2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 50 manat müqabilində narkotik vasitə heroin aldığını göstərmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Şahid1 arasında keçirilən üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində ondan 40 manata narkotik vasitə – heroin və psixotrop maddə metamfetamini Elşən adlı tanışı ilə birlikdə Mingəçevir şəhərinə gələrək Təqsirləndirilən şəxs almışdır. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən göndərilmiş telefon məlumatlarından görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 11:32-də 09 saniyə, 11:34-də 120 saniyə, 11:50-də 51 saniyə, 12:20-də 04 saniyə, 12:21-də 45 saniyə, 12:34-də 48 saniyə, 14:41-də 109 saniyə, 14:50-də 39 saniyə, 16:53-də 54 saniyə, 16:53-də 48 saniyə, 17:39-da 37 saniyə, 17:56-da 42 saniyə, 18:37-də 55 saniyə, 19:01-də 14 saniyə, 19:55-də 9 saniyə və 19:18də 66 saniyə telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 12:36-da 14 saniyə, 13:59-da 10 saniyə, 15:31-də 40 saniyə, 15:56-da 17 saniyə, 16:11-də 15 saniyə, 16:49da 36 saniyə, 16:58-də 28 saniyə, 17:21-də 35 saniyə, 17:23-də 98 saniyə, 21:00-da 26 saniyə, 21:01-də 5 saniyə, 21:01-də 12 saniyə, 21:02-də 18 saniyə və 21:05-də 7 saniyə telefon danışıqları olmuşdur. xx.xx.2022-ci il tarixli, 17/876 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Şahid1 üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə. /imza/ Şahid1....” sözləri, imzalar və adlar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki: - 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi – 0.401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; həmçinin 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0.371 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. xx.xx.2024-cü il tarixli, 17/88 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət.Şahid4 üzərindən aşkar edilib, götürülmüş narkotik maddəyə oxşar kütlə.” Yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0.037 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib, götürülmüş narkotik maddə heroinə oxşar kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 05 (beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0.892 qram, 0.874 qram, 0.861 qram, 0.449 qram və 53.391 qram ümumi çəkiləri 56.467 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində «Vət.Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 10 (on) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0.939 qram, 0.845 qram, 0.862 qram, 0.438 qram, 0.404 qram, 0.432 qram, 0.429 qram, 0.428 qram, 0.416 qram və 0.446 qram, ümumi çəkisi - 5.639 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız bükümdə və digər 1 (bir) ədəd zərfin içərisindəki 5 (beş) ədəd selofan bükümlərdə olan narkotik vasitə - heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponenetlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd zərfin içərisindəki 10 (on) ədəd sellofan bükümlərdə olan psixotrop maddə - metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər Qeyd edilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş, saxlamış və satmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət iş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin MYS-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Habelə xx.xx.2024-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsə alınma müddəti xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun sonuncu tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və təqsirləndirilən şəxsin 02 gün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu, habelə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Norkoloji Dispanserində qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 56.217 qram təşkil edən narkotik vasitə - heroin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 5.139 qram psixotrop maddə - metamfetamin, 0,027 qram çəkidə narkotik vasitə – heroin və 1 ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, habelə Ağdaş rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,351 qram olan narkotik vasitə – heroin, həmçinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,321 qram olan psixotrop maddə – metamfetamin Ağdaş RPŞ-nin İB-də Şahid1 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət iş materiallarında olması nəzərə alınsın. İş üzrə 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 56.217 qram təşkil edən narkotik vasitə - heroin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 5.139 qram psixotrop maddə - metamfetamin, 0,027 qram çəkidə narkotik vasitə – heroin və 01 ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, habelə Ağdaş rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,351 qram olan narkotik vasitə – heroin, həmçinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi - 0,321 qram olan psixotrop maddə – metamfetamin Ağdaş RPŞ-nin İB-də Şahid1 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət iş materiallarında olması nəzərə alınsın. İş üzrə 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar