Məhkəmə qərarları › İş №1(091)-38/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-38/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-38/2021 28.01.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Şəki Vəkil Bürosunun vəkili X23, zərər çəkmiş şəxsin hüquqi varisi X9 və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 2003-cü ildə Zaqatala rayonunun Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məktəbli, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Mosul kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respukblikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X25 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə, saat 18:10 radələrində həmkəndlisi X15 ilə əvvəllər bir neçə dəfə onu dostlarının yanında döyüb söyməsi ilə bağlı aralarında yaranmış şəxsi münasibətlərdən qaynaqlanan mübahisəyə aydınlıq gətirmək məqsədilə yaşadığı Zaqatala rayonunun Mosul kəndində yerləşən “kənd stadionu” adlanan ərazidə İ.T.İlyasovdan nəyə görə onun ünvanına həmişə söyüş söyməklə onu döyməsinin səbəbini soruşmuş və bunun düzgün hərəkət olmadığını bildirmişdir. İ.T.İlyasov hərəkətlərinin düzgün olduğunu deyib bunun əksini düşünənin anasının ünvanına nalayiq ifadə işlətdiyinə görə, Təqsirləndirilən şəxs İ.T.İlyasovdan əvvəllər dəfələrlə onu dostlarının yanında döyüb söydüyü üçün qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək məqsədi ilə yaşadığı evdən çıxarkən özü ilə götürdüyü bıçağı cibindən çıxarıb İ.T.İlyasova zərbələr vuraraq qarınüstü nahiyənin sol iç hissəsindən daxili keçməklə mədəni yaralayan 01 ədəd, qarnın aşağı şöbəsinin yan hissəsindən daxilə keçməklə sol böyrəyi zədələyən 01 ədəd yara və döş qəfəsinin sol aşağı tış hissəsində İV və V qabırğalar səviyyəsində daxilə keçməklə sol ağciyəri və ürəyi zədələyən 01 ədəd yara xarakterli, birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, gövdənin sol yan tərəfində qoltuq nahiyəsində daxiliə keçməyən 01 ədəd yara və gövdənin sol yan tərəfinin aşağı şöbəsində İ və İİ bel fəqərələri səviyyəsində daxilə keçməyən 01 ədəd yara xarakterli, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid və alın nahiyəsində sol tərəfdə 01 ədəd sıyrıq xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə İ.T. İlyasovu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aydın Babayev adına Mosul kənd orta məktəbinin 11-ci sinfində təhsil almışdır. İlyas İlyasovla arasında və ya ailələri arasında düşmənçilik və ya ədavət olmasa da, təqribən 2 il əvvəl hər ikisi eyni qızı istədiyinə görə İlyas ona həmin məsələni danışmağı təklif etmiş və onunla görüşərək qızdan uzaqlaşmasını tələb etmiş, o da İlyasın sözü ilə həmin qızdan uzaqlaşmışdır. 2019-ci ildə təhsil aldığı məktəbin həyətində İlyas İlyasovun səkkizinci sinifdə oxuyan Ruslan adlı fiziki cəhətdən zəif bir uşağın boynundan tutaraq onu vurduğunu görmüş, bunu ona irad tutaraq uşağı buraxmasını söyləmiş, İ.İlyasov qarşılığında ona “sənə aidiyyəti yoxdur, sənin özünü də götürüb hasardan o tərəfə ataram” söyləmiş, bu zaman aralarında mübahisə yaranmış, İ.İlyasov onu qaldırıb yerə vurmuşdur. İ.İlyasov dzü-do idman növü ilə məşğul olduğu üçün çox güclü olmuşdur. Həmin vaxt orada olan uşaqlar onları aralamış, bundan sonra İ.İlyasov Eldar adlı dostu ilə xəbər göndərərək ona məktəbdə görüşməyi təklif etmişdir. Məktəbdə görüşmək istəmədiyini, onunla başqa yerdə görüşəcəklərini söyləmişdir. 2 gün sonra dostları Abdulla, Emil, Eldar və İslamla birlikdə İlyasın dediyi yerə, yəni kəndin aşağısına getmiş, orada İlyasla mübahisə etmiş, İlyasdan onu niyə söydüyünü soruşmuş, İlyas İlyasov lazım olduğu üçün söydüyünü söyləmişdir. Söhbət zamanı yumruqla İlyasın sifət nahiyəsinə bir dəfə vursa da, İlyas onu vurmamış və aralaşıb dağılışmışlar. xx xxx 2020-ci il tarixdəki hadisədən təqribən bir ay əvvəl İlyasın dostu Şahid9 dostu Emilə zəng edərək onu da götürüb gəlməsini, birlikdə söhbət edəcəklərini söyləmiş, Emillə yola çıxmış, həmin vaxt İlyasla Rizbulla da onların yanına gəlmiş və birlikdə yaxınlıqdakı fındıq bağına getmişlər. X21 söyərək döymüş, Emil onları aralaşdırmaq istəsə də, Şahid9 buna imkan verməmiş, həmin gün bu barədə atasına məlumat vermişdir. Atası Şahid1 həmin gün İlyas İlyasovu yolda görən zaman bu hərəkətinə görə ona 1-2 şillə vurmuş, bundan sonra o yenə də İlyas İlyasovla görüşərək onun düzgün hərəkət etmədiyini, onu döyüb söyməməli olduğunu üzünə qarşı demək istəmiş, lakin İlyas onun çağırışına gəlməmiş və belə olan təqdirdə o bir daha İlyası çağırmamışdır. Hadisədən iki gün əvvəl bibisi oğlu Şahid8 ona zəng edərək İlyasın onunla tək görüşmək istədiyini söyləmiş, o həmin gün İlyasın yanına getməmiş, lakin xx xxx 2020-ci ildə saat 18:00-18:15 radələrində daima üzərində gəzdirdiyi bıçağı otağından götürüb cibinə qoymuş və İlyasgilin evinə tərəf getmişdir. İlyas onu döydükdən sonra gücü çatmasa heç olmasa bıçaqla özünü qoruya bilsin deyə həmişə cibində həmin bıçağı gəzdirmişdir. Ora çatan zaman İlyasın həmkəndlisi Şahid11la birlikdə mağazanın qarşısında dayandığını görmüş, İlyasa söhbət etməyi təklif etmiş, onlar mağazadan təqribən 500 metr aralanıb futbol stadionu tərəfə getmiş və stadionun kənarında olan oturacağın yanında dayanıb söhbət etmişlər. Onun İlyasla dayanıb söhbət etdiyi yerlə Şahid11 dayandığı mağaza arasında yaşayış yerləri və ağaclar olduğu üçün Şahid11 onları müşahidə etməsi mümkün olmamış və arxalarınca da gəlməmişdir. Söhbət zamanı İlyasdan onu niyə söydüyünü və döydüyünü soruşmuş və bunun düzgün hərəkət olmadığını bildirmiş, İlyas etdiyi hərəkətin düzgün olduğunu bildirərək “kim deyirsə ki, düz deyil, onun anası …. belə-belə olsun” söyləmiş, yəni anasının ünvanına söyüş söymüşdür. Artıq dözə bilməyərək evdən özü ilə götürdüyü və şalvarının sağ yan cibində olan açılıb-qatlanan bıçağı cibindən çıxarıb açmış və İlyasın qarın nahiyəsinə 5 dəfə zərbə ilə vurmuşdur. Bundan sonra İlyas qaça-qaça körpüyə tərəf getmiş və körpünün yanında yıxılmışdır. Atasına zəng etmiş, İlyası bıçaqla vurduğunu demiş və yaşadığı evə getmişdir. Evdə atasına İlyası ona söyüş söydüyü üçün vurduğunu söyləmiş, bıçaqla İlyası vurduqdan sonra bıçağı açıq şəkildə də sağ cibinə qoymuş, atası Arzuman bu hərəkətinə görə onu danlamışdır. Atası onu dayısının dostu Teymurun maşını ilə Zaqatala rayon polis şöbəsinə gətirmək üçün yola çıxmış, yolda Mosul kəndinin ərazisində polislərə rast gəlmişlər. Atası Şahid1 polis əməkdaşlarına işarə verərək onları saxlatdırmış və onu polis əməkdaşlarına təhvil vermişdir. İlyası öldürmək niyyəti olmamış, ani olaraq əsəbiləşdi üçün onu vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmədə ifadəsində göstərmişdir ki, oğlu İlyas tərəfindən Əliməmmədin döyməsindən xəbəri olmamış, İlyas bu barədə nə ona, nə də ki, bacısı Yelenaya heç nə deməmişdir. xx xxx 2020-ci ildə Şahid13 məlumat vermişdir ki, İlyas kəndin mərkəzi stadionunun yanında yıxılmışdır, vəziyyəti pisdir. Hadisə yerində İlyası yerdə al-qan içində uzanmış vəziyyətdə görmüşdür. Orada bilmişdir ki, İlyası Əliməmməd bıçaqla vurmuşdur. Hadisə baş verən günə kimi İlyasla Əliməmməd arasında hər hansı problemin olmasından xəbərsiz olmuş, İlyasın özü də bu barədə ona bir söz söyləməmişdir. Təqsirləndirilən şəxsla İlyas İlyasovun eyni qızı sevməsi, Əliməmmədin İlyasın təzyiqi ilə həmin qızdan uzaqlaşması barədə heç bir məlumatı yoxdur. İlyas ona bununla bağlı bir söz deməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ondan şikayətçidir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, oğlu Əliməmmədlə İlyasın münaqişəsi təxminən il yarım əvvəl başlamışdır. Bir gün evdə olmayan zaman Əliməmməd paltarı cırılmış formada məktəbdən evə gəlmiş, arvadı Samayə ondan nə baş verdiyini soruşduqda Əliməmməd məktəbdə uşaqlarla dalaşdığını söyləmiş, axşam evə gələndə bundan xəbər tutmuş və arvadı Samayə ilə birlikdə Əliməmmədi danlayaraq bir də bunun təkrar olunmamasını ona tapşırmışdır. Lakin, Əliməmmədin kimlərlə dalaşdığını dəqiqləşdirməmiş, həmin vaxt Əliməmmədin İlyasla məktəbdə savaşdığını bilməmişdir. İlyasın valideynləri də onlara bu barədə bir söz deməmişdir. İlyasın Əliməmmədi bir neçə dəfə də döyməsi halı olmuşdur. xx xxx 2020-ci ildə Əliməmməd zəng edərək İlyası bıçaqla vurdğunu bildirmişdir. İlyası xəstəxanaya çatdırmaq məqsədilə dərhal öz avtomobili ilə stadiona gəlmiş, stadiona çatan zaman İlyası uzanmış vəziyyətdə stadiondan kəndin mərkəzinə gedən yolun kənarında görmüş, Şahin həkimə zəng etmiş, Şahin həkim İlyası müayinə etdikdən sonra artıq gec olduğunu və İyasın öldüyünü söyləmişdir. “102” xidmətinə zəng etmiş, həmin xidmətdən zəngə cavab verən olmamış, dərhal qohumu Rəmin Abdullayevə zəng edərək baş verənləri ona danışmış, ona Əliməmmədi maşına qoyub şöbəyə aparacağını söyləmiş, həmin vaxt Əliməmmədi həyətdə olan qaynının dostu Teymurun maşınına qoyub polis şöbəsinə doğru yola düşmüş, yolda polis maşınlarını görüb xüsusi işarə ilə maşınları saxlatdırıb Əliməmmədi onlara təhvil vermişdir. Bundan sonra Teymurla onların arxasınca polis şöbəsinə getmişdir. Əliməmmədi polisə təhvil verən zaman polis ondan bıçağı istəmiş, Əliməmməd bıçağı şalvarının cibindən bağlı vəziyyətdə çıxarıb polisə təhvil vermiş, həmin bıçaq mərhum atası Həsən Əliməmmədova məxsus olmuşdur. Şahid qismində dindirilmiş Qanuni nümayəndə və Şahid2 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə evdə olan zaman kimsə oğlu Emilə zəng edərək küçəyə çağırmış, təxminən 1 saat sonra Emil üzü qızarmış və həyəcanlı şəkildə evə qayıtmış, ondan nə baş verdiyini soruşduqda, Emil ona zəng edənin Şahid9 olduğunu, İlyasın onun vasitəsi ilə Əliməmmədi görüşə çağırdığını, daha sonra yaşadıqları küçədən təxminən 100 metr kənarda İlyasın Əliməmmədi döydüyünü söyləmişdir. Həmin vaxt orada İlyas və Əliməmməddən başqa Rizbulla da olmuş, oğlu Emil onları aralaşdırmaq istəsə də, Rizbulla buna imkan verməmişdir. X14 niyə döydüyünü soruşmuş, Emil ona İlyasla Əliməmməd arasında hələ bir yerdə məktəbdə oxuyan zaman mübahisə baş verdiyini, həmin vaxtdan bir-birləri ilə yola getmədiklərini bildirmişdir. Emil ona İlyas məktəbdə oxuyan zaman azyaşlı uşağı incitdiyi üçün bu hərəkətini Əliməmmədin ona irad tutduğunu, həmin vaxtdan aralarında mübahisə başladığını, İlyasla Əliməmmədin məktəbdə birlikdə oxuyan zaman da tez-tez mübahisə etdiklərini söyləmişdir. Növbəti gün günorta saatlarında o, Əliməmmədin atası Arzumanı görmüş, Arzuman ona İlyasın Əliməmmədi döydüyünü və sir-sifətinin tanınmaz halda olduğunu söyləmişdir. Bundan iki gün sonra kəndin mərkəzində Rizbullanı görmüş, Rizbulladan oğlu Emilə nəyə görə zəng etdiyini, Əliməmmədi oğlu vasitəsi ilə İlyasla görüşə niyə çağırdığını soruşmuş, daha sonra Rizbullaya şillə vurmuşdur. Rizbullaya bu məsələyə oğlu Emili qatmamasını tapşırmış, evə qayıdaraq oğlu Emilə çölə çıxmağı qadağan etmişdir. xx xxx 2020-ci ildə saat 17-18 radələrində küçənin başında dayanan zaman Arzumanın özünə məxsus “VAZ 2106” markalı avtomobillə evinə doğru yüksək sürətlə getdiyini görmüş, Arzuman həmin vaxt çox həyəcanlı olmuş, daha sonra kənd sakinlərindən Əliməmmədin İlyası bıçaqla vurduğunu öyrənmiş, həmin gün gecə kənd sakinlərindən İlyasın dünyasını dəyişdiyini eşitmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında məktəbin qarşısında Eldar və Əliməmmədlə birgə dayanan zaman İlyasın Ruslan adlı azyaşlı məktəblinin yaxasından tutaraq göyə qaldırdığını görmüş, Əliməmməd dərhal İlyasın yanına gedərək niyə azyaşlını incitdiyini soruşmuş və ona bu hərəkətinə görə irad tutmuş, bundan sonra İlyas uşağı buraxaraq Əliməmmədin yaxasından tutub “sən kimsən ki, mənim işimə qarışırsan” söyləmiş, bu zaman İlyasla Əliməmməd məktəbin həyətindən çıxıb kənara getmiş, o Eldarla onların arxasınca getmək istəsə də, İlyas “gəlməyin, söhbət edəcəyik” söyləmiş, Eldarla onları təqib edib kənarda dayanmış, qəflətən İlyas Əliməmmədi qaldırıb yerə vurmuş, daha sonra yumruqla Əliməmmədə zərbələr vurmuşdur. Eldarla dərhal ora gedib onları ayırmış, bundan sonra İlyas oradan uzaqlaşmışdır. Növbəti gün Eldar və Əliməmməd ilə yaşadıqları evdən təxminən 300 metr kənarda yerləşən məhlədə oturan zaman İlyas onların yanına gələrək Əliməmmədi kənara çağırmış, İlyasla Əliməmməd gəzə-gəzə kəndin aşağısına doğru getmiş, o və Eldar onların yenidən dalaşacağından ehtiyat edib onların arxalarınca getmiş, birdən İlyasla Əliməmməd geriyə dönərək qol-qola girib onların yanına geri qayıtmış, İlyas “biz söhbəti bitirdik və aramızda heç bir problem yoxdur” söyləmiş, Əliməmməd də bunu təsdiq edərək barışdıqlarını bildirmişdir. Həmin vaxt həmkəndlisi və məktəbdə bir sinif aşağıda oxuyan İslam da oraya gəlmiş, bundan sonra İlyas evinə getmişdir. Abdulla adlı uşaq isə həmin vaxt orada olmamışdır. xx xxxx 2020-ci il tarixə qədər İlyasla Əliməmməd arasında hər hansı bir münaqişənin şahidi olmamış və bu barədə nə İlyasdan, nə də ki Əliməmməddən bir söz eşitməmişdir. xx xxxx 2020-ci il tarixdə şəxsi istifadəsində olan telefona Şahid9 zəng edərək Əliməmmədi götürüb məhləyə çıxmasını istəmiş, Əliməmmədin özünün şəxsi telefonu olmadığından, habelə hərdənbir anasının mobil telefonunu işlətdiyindən “İnstagram” sosial şəbəkəsində ona mesaj yazaraq Rizbullanın onu görüşə çağırdığını, təcili olaraq məhləyə çıxmasını söyləmiş, onun İlyasın Əliməmmədi görüşə çağırmasından xəbəri olmamış, Rizbulla özü də bu barədə ona bir söz deməmişdir. Əliməmmədlə yaşadığı evdən bir qədər aralıda yerləşən məhləyə getmiş, həmin vaxt İlyasla Rizbullanın məhlənin başında onları gözlədiyini görmüş, bundan sonra İlyasla Əliməmməd o və Rizbulladan aralanıb bir qədər uzaqlaşmış, söhbət zamanı qəflətən İlyas Əliməmmədi ayağının altına salaraq onu döyməyə başlamış, daha sonra isə ona yumruqla zərbələr vurmuşdur. Onları ayırmaq istəsə də, Rizbulla “sən qarışma, qoy özləri həll etsinlər” söyləmiş, daha sonra İlyasla Əliməmməd onlara doğru gəlmiş, İlyas “bu söhbət burada bağlandı, bundan heç kimin xəbəri olmasın” söyləmiş, Əliməmmədin üz-gözü şişmiş və qanamış vəziyyətdə olmuş, onlar birlikdə evə qayıtmışlar. xx xxx 2020-ci ildə təxminən saat 19-20 radələrində qonşusu və sinif yoldaşım Eldar ona zəng edərək Əliməmmədin İlyası bıçaqla vurduğunu söyləmiş, dərhal məhləyə çıxaraq küçənin başında dayanan Eldar və İslamın yanına getmiş, bundan sonra Rizbulla onları görüb yanlarına gəlmiş, Rizbulla həmin vaxt Əliməmmədin, Arzumanın ünvanına nalayiq söyüşlər söyərək ona “gedib bunları Arzumana deyərsən” söyləmişdir. İlyasla Əliməmmədin eyni qızı sevməsi, Əliməmmədin İlyasın təzyiqi ilə həmin qızdan ayrılması barədə heç bir məlumatı yoxdur. Əliməmməd ona bunula bağlı bir söz deməmişdir. Eyni zamanda heç kimdən bununla bağlı bir söz eşitməmişdir. Şahidlər Şahid6, Şahid7 və Şahid5 məhkəmədə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid8 kənddəki uşaqlardan İlyasla Əliməmmədin məktəbdə dalaşdığını eşitmiş, buna görə də həm İlyasla, həm də Əliməmmədlə təklikdə görüşərək nəyə görə dalaşmalarını aydınlaşdırmağa çalışmış, hər ikisini danlayaraq tez bir zaman barışmalarını, əks təqdirdə bu barədə valideynlərinə məlumat verəcəyini bildirmişdir. xx xxxx 2020-ci ildə kənddə olan zaman İlyasın Əliməmmədi döydüyünü öyrənmiş, 1 həftə sonra Əliməmmədlə təklikdə söhbət etmiş, Əliməmmədə tez bir zamanda İlyasla barışmasını və bir daha onunla dalaşmamasını tapşırmış, Əliməmməd onunla razılaşaraq İlyasla barışacağını söyləmişdir. Kənddəki uşaqlardan eşitdiyinə görə, İlyas məktəbdə fiziki cəhətdən zəif uşağı incitdiyi üçün Əliməmməd bu məsələyə qarışmış, nəticədə aralarında münaqişə baş vermiş və İlyas Əliməmmədi döymüşdür. Onlar arasında münaqişə bundan sonra başlamış, İlyasla Əliməmməd ayrı-ayrı vaxtlarda kənddə görüşərək mübahisə etmişlər. Hadisədən iki-üç gün qabaq İlyas ona zəng edərək Əliməmmədlə təklikdə görüşmək istədiyini söyləmiş, İlyasa Əliməmmədlə görüşməsini, lakin dalaşmamasını tapşırmış, bu barədə ona əvvəllər də bir neçə dəfə xəbərdarlıq etmiş, İlyas onunla razılaşaraq Əliməmmədlə dalaşmayacağını söyləmiş, lakin onların görüşübgörüşməməsindən xəbəri olmamışdır. xx xxx 2020-ci il tarixdə Əliməmmədin İlyası bıçaqla vuraraq öldürdüyünü eşitmişdir. ahid Şahid10 məhkəmədə ifadəsində göstərmişdir ki, İlyasla Əliməmməd arasında nəyə görə münaqişə baş verməsinin, onlar arasında neçə dəfə dava-dalaş olmasını, Əliməmmədin İlyası konkret olaraq nəyə görə bıçaqla qətlə yetirməsinin səbəbini bilmir. Şahid11 məhkəmədə ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında kənddəki uşaqlardan İlyasla Əliməmmədin məktəbdə dalaşdığını eşitmiş, İlyas məktəbdə fiziki cəhətdən zəif uşağı incitdiyi üçün Əliməmməd söhbətə qarışmış, aralarında dava olmuşdur. Növbəti gün isə İlyasla Əliməmməd görüşərək söhbəti həll edərək barışmışlar. 2020-ci ilin mart ayında kənddəki uşaqlardan İlyasın Əliməmmədlə görüşərək onu döydüyünü eşitmiş, həmin vaxt İlyasdan Əliməmmədi niyə döydüyünü soruşduqda, X2 zaman kənddə onun arxasınca artıq-əskik danışdığını, məhz bu səbdən onu döydüyünü bildirmişdir. xx xxx 2020-ci ildə nahar etdikdən sonra küçəyə çıxmış, yaşadığı obadakı mağazanın qarşısında əyləşmiş, daha sonra İlyas su aparmaq məqsədilə mağazanın yanındakı bulağa gəlmiş, İlyas onu gördükdən sonra yanında əyləşərək söhbət etmiş, təxminən 5-10 dəqiqə sonra Əliməmməd obaya daxil olub mağazanın yanına gəlmiş, Əliməmməd həm onunla, həm də İlyasla salamlaşmış, daha sonra İlyasa keçək başqa tərəfə səninlə söhbətim var söyləmiş, onlar birlikdə mağazadan stadion tərəfə getmişlər. Saat 19 radalərində stadiondan oynayan azyaşlı uşaqlar ona yaxınlaşaraq Əliməmmədin İlyasa bıçaq vurduğunu söyləmişlər. Şahid16 və Şahid13 məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi R.F.Səmədovanın ifadəsinə uyğun ifadə vermişlər. Şahid14 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə saat 18-19 radələridə adını bilmədiyi kənd sakini ona zəng edərək Mosul kəndinin mərkəzi stadionunun yaxınlığında bıçaqlanma hadisəsi baş verdiyini, bıçaqlanan şəxsin vəziyyətinin ağır olduğunu bildirmiş, həmin vaxt evdə olmuş, həmin şəxsdən bu barədə təcili tibbi yardıma xəbər verib-verməməsini soruşmuş, həmin şəxs bu barədə təcili tibbi yardıma məlumat verdiyini bildirmiş, bundan sonra təcili tibbi yardıma zəng edərək təcili tibbi yardım maşınının xəstəxanadan çıxıb-çıxmadığını soruşmuş, xəstəxanadan təcili tibbi yardım maşınının yolda olduğunu söyləmişlər. Evdən çıxan zaman kənd sakini və qonşusu Arzuman ona zəng edərək onu təcili kəndin mərkəzi stadionuna çağırmış, Arzumana məlumatı olduğunu, gəldiyini söyləmiş, Mosul kənd mərkəzi stadionundan kəndin mərkəzinə gedən yola çatan zaman yolun kənarına kənd sakinlərinin yığışdığını görmüş, dərhal ora yaxınlaşan zaman həmkəndlisi İlyası al-qan içində ağzı üstə uzanıqlı vəziyyətdə görüb İlyasın göz bəbəklərinə baxmış, ilkin olaraq İlyasın ürək döyüntüsünü, yuxu arteriasını, nəbzini və tənəffüsünü yoxlamış, İlyas nəfəs almamış və ürək döyüntüsü olmamışdır. İlyasa ürək-ağciyər reanimasiyasını, yəni ürək masajını həyata keçirmiş, lakin İlyas artıq ölmüşdür. İlyasın bədənində bir neçə dənə xəsarət izi görmüş, lakin xəsarətlərin sayını dəqiq xatırlamır. İlyasın bədən nahiyəsində 4 və ya 5 xəsarət izi olmuş və çox qan itirmişdir. İlyası müayinə etdikdən sonra Arzumana əli ilə işarə edərək İlyasın öldüyünü söyləmiş, bundan sonra Arzuman oradan uzaqlaşmışdır. Daha sonra hadisə yerinə İlyasın ailə üzvləri və qohumları gəlmiş, hadisə barədə orada olan kənd icra nümayəndəsi ilə söhbət edən zaman polisə məlumat verilib-verilməməsini soruşmuş, kənd sakinləri və icra nümayəndəsi hadisə barədə polis və prokurorluq orqanına məlumat verildiyini bildirmiş, bundan sonra təcili tibbi yardımın gəlməsini gözləmişdir. Təxminən 20 dəqiqə sonra təcili tibbi yardım briqadası gəlmiş, onlar İlyası müayinə etdikdən sonra onun öldüyünü bir daha bildirmişlər. Şahid15 Abdurəhman oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında dərsdən çıxıb evə gedən zaman məktəbin hasarına çatmamış İlyas İlyasov qabağını kəsmiş, İlyas ona “səni hasardan çölə atacağam” söyləmiş, o nə baş verdiyini, İlyasın nəyə görə belə bir şey söylədiyini anlamamışdır. Onun İlyasla heç bir problemi olmamış, İlyas onu iki əli ilə daş hasarın üzərinə qaldırıb otuzdurmuş və onu hasardan aşağı atacağını bildirmişdir. Daha sonra o hasardan aşağı düşmüş, İlyas bu zaman onun boğazından tutaraq yerə yıxmışdır. Həmin vaxt onların yanına Təqsirləndirilən şəxs gəlmiş, Əliməmməd İlyasa uşağı burax, onu incitmə söyləmiş, həmin vaxt Əliməmmədin yanında iki-üç nəfər məktəbli uşaq da olmuş, lakin onların kim olduğunu xatırlamır. Bundan sonra İlyas onu buraxıb Əliməmmədin boğazından tutmuş, onlar arasında söz mübahisəsi yaranmışdır. İlyas Əliməmmədə sən kimsənki mənim işimə qarışırsan söyləmiş, onlar məktəbin həyətindən çıxıb təxminən bir neçə metr kənara getmiş, onların arxasınca onunla birgə 3-4 nəfər məktəbli uşaq da getmiş, məktəbin həyətindən bir qədər uzaqlaşdıqdan sonra İlyasla Əliməmməd döyüşməyə başlamış, İlyas Əliməmmədi əlləri ilə yuxarı qaldırıb yerə vurmuş, daha sonra isə onu təpikləməyə başlamışdır. Bundan sonra məktəbin uşaqları onları aralamış, həmin uşaqlardan ikisi Əliməmmədin dostları Emil və Eldar olmuş, bundan sonra hamı dağılışmışdır. Həmin vaxtdan sonra Əliməmməd və İlyasın heç biri ilə yaxın bir münasibəti olmadığı üçün, aralarında hər hansı bir problemin, mübahisənin və dava-dalaşın olub-olmamasından xəbəri olmamışdır. Şahid Abdullayev Rəmin Camal oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, polis əməkdaşıdır. xx xxx 2020-ci ildə hadisədən sonra Arzuman Əlməmmədov ona zəng edərək oğlu Əlməmmədin bıçaqla İlaysı vuaraq xəsarətləndirməsini və oğlunu polis şöbəsinə gətirməsini bildirmişdir. Şahid X11 məhkəmədə ifadəsində göstərmişdir ki, onun maşını ilə Arzumanla Əlməmmədi polis şöbəsinə aparan zaman yolda polis əməkdaşlarını gö\rmüş və işarə edərək maşının saxlatmışlar. Əlməmmədi və bıçağı polis əməkdaşlarına təşvil vermişlər. Şahid Həsənov Elvin Osman oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə hadisə yerinə gedən zaman onun olduğu maşina A.Əlməmmədov işarə edərək saxlatmış, oğlu Əlməmmədin hadisə törətməsini bildirməklə onu və bıçağı təhvil vermişdir. Şahidlər X16 və X17 şahid E.O.Həsənovun ifadəsinə uyğun tifadə vermişdir. xx xxx 2020-ci il tarixli 209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx xxxx 2020-ci il tarixli, 10 saylı rəyindən görünür ki, X1 alın nahiyəsində sol tərəfdə bir ədəd sıyrıq, b) gövdənin sol yan tərəfində qoltuq nahiyəsində bir ədəd daxilə keçməyən yara, v) döş qəfəsinin sol aşağı tış hissəsində İV-V qabırğalar səviyyəsindən 1 (bir) ədəd daxilə keçib sol ağ ciyəri və ürəyi zədələyən yara, c) qarınüstü nahiyənin sol iç hissəsindən daxilə keçib mədəni zədələyən bir ədəd yara, d) gövdənin sol yan tərəfinin aşağı şöbəsində İ-İİ bel fəqərələri səviyyəsində daxilə keçməyən bir ədəd yara, ç) qarnın aşağı şöbəsinin sol yan hissəsindən daxilə keçib sol böyrəyi zədələyən bir ədəd yara.

2. X1 meyitində xarici və daxili müayinə zamanı aşkar edilmiş yuxarıda qeyd edilmiş xəsarətlərdən alın nahiyəsindəki sıyrıq – bərk küt əşyanın təsirindən, digər xəsarətlər isə iti alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yetirilə bilərdilər. İti alətlə (alətlərlə) yetirilmiş xəsarətlərin istiqaməti əsasən ön sol yandan arxaya doğru az aşağıdan yuxarıdır.

3. Həmin xəsarətlər çox qısa zaman intervallarında yetirilən zərbələrdən əmələ gəldiyi üçün xəsarətlərin törənmə ardıcılığı haqqında fikir söyləmək mümkün deyildir.

4. X1 ölümünə səbəb – ürəkdə, sol ağ ciyərdə, mədədə və sol böyrəkdə kəsilmişdeşilmiş yaralar nəticəsində xaricə və daxilə çoxlu kəskin qanaxma olmuşdur.

5. X1 ölümü meyit əlamətlərinə görə, meyitin məhkəmə-tibbi müayinəsindən 5-6 saat əvvəl baş verməyə uyğun gəlir.

6. X1 bədəni üzərində yuxarıda qeyd edilmiş xəsarətlərdən a) bəndində göstərilən xəsarət canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, b) və d) bəndində göstərilən xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, v), c) və ç) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddirlər.

7. Xəsarət alan X15 ona qəsd edənlə üzbəüz vəziyyətdə ola bilərdi.

8. MTE və PA ETT Birliyinin Kimya şöbəsindən X7 meyitindən götürülmüş qanın müayinəsinə dair verilmiş 1517/K saylı xx.xx.2020-ci il tarixli AKT-da qeyd edilənlərə görə, kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.

9. X1 meyitinin bədənində müəyyən edilmiş iti alətlərlə yetirilmiş xəsarətlər mənə təqdim olunmuş bıçaqla yetirilə bilərdilər. xx xxxx 2020-ci il tarixli, 254/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edlmiş zərərçəkmiş şəxs X12 məxsus idman gödəkçəsinin ön sol yaxalığında beş ədəd, idman gödəkçənin sol qolunun yuxarı hissəsində üç ədəd, köynəyin ön sol yeddi ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X12 məxsus şalvar (kəmər), tuman, dəsmal, bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman gödəkçə və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. xx xxxx 2020-ci il tarixli, 401/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu – A/İİ/-. X7 qan qrupu – A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd cib bıçağı, hadisə yerindən götürülmüş 13 ədəd daş, 01 ədəd kiçik sellofan paket, 02 ədəd tənzif tampon, İ.İlyasova məxsus qısaqol mayka, idman gödəkcəsi, cins şalvar, trusik, kəmər, 01 cüt ayaqqabı, əl-üz dəsmalı üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “A” antigeni, əksər ləklərdə, həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta /İİ/ qruplu şəxsə, o cümlədən X12 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. /əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəarət olubsa/. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi üzərindəki ləkələrdə qan, cins şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. xx xxxx 2020-ci il tarixli, 17/456 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, turist bıçağıdır, soyuq silah heab edilmir, bıçağın üzərində sonradan düzəlişlər edilməmişdir. 20 iyul 2020-ci il tarixli, 376/156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında dəfələrlə baş vermiş mübahisə ola bilər. Təqsirləndirlən şəxs Əliməmməd Əlıiməmmədov xx xxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk eymək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-nin 21.1ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hazırda da tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur, öz hərəkətlərini ölçüb -biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (keçirməmişdir). Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs fərdi-xüsusiyyətlərini nəzərə alaraq onun cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Təqsirləndirlən şəxs Əliməmməd Əlıiməmmədov yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 185 nömrəli protokola əsasən Şahid1 məxsus işlək vəziyyətdə, qara rəngli “LG k8” markalı, “Nar” mobil operatoruna məxsus +**********13 saylı mobil nömrə quraşdırılmış mobil telefona baxış keçirilmişdir. Telefona daxil olan və çıxan zənglərə baxış keçirilən zaman xx xxx 2020-ci il tarixdə saat 13:52-də ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə cavabsız zəng olunduğu, saat 13:53-də özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə ona zəng edən ***-***-**-** mobil nömrəsi arasında 1 dəqiqə 13 saniyə telefon danışığının olması müəyyən edilmiş, baxışda iştirak edən Şahid1 həmin vaxt qeyd edilən mobil nömrədən onunla əlaqə saxlayan şəxsin İlyas İlyasovun olduğunu söyləmiş, ilk öncə İlyas İlyasov ona zəng etmiş, lakin o həmin zəng görmədiyi və zəng edən şəxsin kim olduğunu bilmədiyi üçün 1 dəqiqə sonra həmin nömrəni özü yığmış və telefona cavab verən şəxsin İlyas İlyasov olduğunu bilmişdir. Danışıq zamanı İlyas İlyasov bildirmiş ki, Əliməmməd onunla görüşmək istəyir. O cavabında İlyasa söyləmiş ki, Əliməmməd onunla görüşmək istəyirsə görüşsün, lakin aralarında dava-dalaş olmasın. Danışıq zamanı İlyas onunla razılaşaraq telefonu yerə qoymuşdur. Bu qeyd olunan telefon danışığından başqa onun İlyas İlyasovla başqa telefon danışığı olmamışdır. Bundan başqa telefona daxil olan və çıxan zənglərə baxış keçirilən zaman xx xxx 2020-ci il tarixdə, saat 18:50 və 18:52-də telefonun “Kontakt” bölməsində “A” hərfi ilə qeyd olunan ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəsinə 1 dəfə cavabsız olmaqla iki dəfə zəng olunması, saat 18:52-də həmin mobil nömrə ilə aralarında 16 saniyə telefon danışığı olması, saat 18:58-də özünə məxsus ***-***-**-** mobil nömrəsindən həmin 70-885-17-66 mobil nömrəsinə zəng etməsi aralarında 17 saniyə telefon danışığının olması müyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 bildirmiş ki, telefonun “Kontakt” bölməsində “A” hərfi ilə qeyd olunan ***-***-**-** mobil nömrəsindən ona zəng edən oğlu Əliməmməd Əlimmədovdur. Əliməmmədin ilk zəngini görməsə də, növbəti zəngi görmüş, telefonu götürən zaman Əliməmməd İlyası bıçaqladığını və stadionda olduğunu söyləmişdir. Növbəti dəfə o Əliməmmədə zəng etmiş, ondan harada olduğunu soruşmuş, Əliməmməd ona evdə olduğunu söyləmişdir. Bundan başqa Əliməmmədlə arasında telefon danışığının olmadığını bildirmişdir. Həmçinin baş vermiş hadisədən sonra hadisə vaxtı Əliməmmədin üzərində olan telefonu tapmaq üçün xx xxx 2020-ci il tarixdə saat 08:47 və 08:48-də 2 dəfə həmin nömrəyə zəng etsə də, zənglərə cavab verən olmamış və mobil telefonu tapa bilməmişdir. Telefona daxil olan və çıxan digər zənglərə və telefonun “Sms” qovluğuna baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı bir başqa hal aşkar edilməmişdir. Baxış zamanı telefonda aşkar edilən “Whatsapp” sosail şəbəkəsinə və “Facebook” sosial şəbəkəsinə məxsus “Messenger” proqramına baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edəcək şəxslərin adlarına rast gəlinməmişdir. Telefonda başqa sosial şəbəkə proqramı aşkar edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 224 nömrəli protokola əsasən Çingiz Alasıyevə məxsus işlək vəziyyətdə, göy rəngli, “Redmi Note 8” markalı, “Gürcüstan Respublikasının mobil operatoruna məxsus +**********35 və +**********06 saylı mobil nömrələr quraşdırılmış mobil telefona baxış keçirilmişdir. Telefona daxil olan və çıxan zənglərə, “Gallery” və “Sms” qovluğuna baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Telefonda olan “Whatsappp” sosial şəbəkəsinə daxil olan zaman Çingiz Alasıyevin özünə məxsus +**********06 mobil nömrəsi ilə xx xxxx 2020-ci il tarixdə saat 13:40-dan saat 13:44-ə qədər həmkəndlisi X12 məxsus +**********60 mobil nömrəsi ilə gürcü dilində yazışması aşkar edilmişdir. Baxışda iştirak edən X24 İlyasovla arasında olan həmin yazışma barədə bildirdi ki, X18 döydüyü üçün Arzumanın Əliməmmədovun söhbəti uzatdığını söyləmiş, kənddəki böyük uşaqlarla məsləhətləşib Arzuman və Elmanla görüşərək söhbəti bağlamaq istədiyini bildirmiş, o İlyasdan nə söhbət olduğunu soruşduqda İlyas ona bir şey bilmədiyini, Arzuman və Elmanın ondan Əliməmmədi hansı səbəbə görə döydüyünü soruşmadığını, hər iksinin onu vurduğunu, həm Arzumanla, həm də Elmanla görüşüb Əliməmmədi nəyə görə döyməsinin səbəbini söyləmək istədiyini bildirmiş, ondan görüşə birlikdə getməyi xahiş etmiş, o İlyasa zəhərləndiyini və sabah birlikdə gedə biləcəylərini söyləmiş, İlyas onunla razılaşmışdır. X20 İlyasov arasında Whatsappp” sosial şəbəkəsində xx xxxx 2020-ci il tarixdə saat 13:40-dan saat 13:44-ə qədər olan yazışmalar “Screenshot” edilərək CD diskə köçürülməklə götürülmüşdür. Bundan başqa, mobil telefonda iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı başqa hal müəyyən edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 240 nömrəli protokola əsasən İlyas İlyasova məxsus işlək vəziyyətdə, ön tərəfi qara rəngli, arxa tərəfi boz rəngli “Samsung Galaxy A6+” markalı, Gürcüstan Respublikasının mobil operatoruna məxsus +**********60 saylı mobil nömrə və “Nar” mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi quraşdırılmış mobil telefona baxış keçirilmişdir. Telefona daxil olan və çıxan zənglərə baxış keçirilən zaman xx xxx 2020-ci il tarixdə saat 13:52-də İlyas İlyasovun özünə məxsus ***-***-**-** mobil nömrəsindən telefonun “Kontakt” bölməsində “arzuman tai” adı qeyd edilən ********** mobil nömrəsinə 1 dəfə cavabsız zəng olunduğu, saat 13:53-də isə telefonun “Kontakt” bölməsində “arzuman tai” adı qeyd edilən ********** mobil nömrəsindən İlyas İlyasova məxsus ********** mobil nömrəsinə 1 dəfə zəng olunduğu və aralarında 1 dəqiqə 13 saniyə telefon danışığının olması müəyyən edilmişdir. Digər zənglərə baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Eyni zamanda telefonun “Gallery” və “Sms” qovluğuna baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Baxış zamanı telefonda “Facebook” sosial şəbəkəsinə məxsus “Messenger” proqramı aşkar edilmişdir. Həmin proqrama baxış keçirilən zaman İlyas İlyasovun ailə üzvləri, qohumları və dostları ilə gürcü dilində müxtəlif vaxtlarda yazışmaları aşkar edilmişdir. İlyas İlyasovun həmin programda yazışdığı şəxslərin adlarına baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edəcək şəxslərin adlarına rast gəlinməmişdir. Telefonda başqa sosial şəbəkə proqramı aşkar edilməmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. Zaqatala MRX-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 334 nömrəli məktuba əsasən Zaqatala rayonunun Mosul kənd sakini, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Zaqatala RMX-nin Konsultativ Poliklinika şöbesinin psixiatrik, narkoloji, onkoloji, nevroloji, dəri-zöhrəvi və vərəm xəstəlikləri kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 10:35-də Zaqatala MRX-nin TTTY şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10:16-da Zaqatala MRX-nin Konsultativ Poliklinika şöbəsinə “Z00-müəyyən edilmiş diaqnozu və şikayəti olmayan şəxslərin ümumi baxışı və müayinəsi” diaqnozu ilə daxil olmuş və həkim tərəfindən müyinə edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 09:36-da Zaqatala MRX-nin Konsultativ Poliklinika şöbəsinə “A16.0-Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla” diaqnozu ilə həkimə müraciət etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 10:15-də Zaqatala MRX-nin Konsultativ Poliklinika şöbəsində həkim-dermatonevroloqun qəbulunda olmuş, müayinə olunmuşdur. Şəki Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş xx xxx 2020-ci il tarixli 292 nömrəli məktuba əsasən Zaqatala rayonunun Mosul kənd sakini, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası DİN-nin X4 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlumat yoxdur. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. İş materiallarından və şahid ifadələrindən görünür ki, Ə.Əlməmmədov hadisədən dərhal sonra valideyini ilə könüllü olaraq iəslim olmaq üçün polis şöbəsinə gedərkən yolda polis əməkdaşlarını görməklə özünü təslim etmiş, cinayətin aləti olan bıçağı da polis əməkdaşlarına təhvil verişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.9-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, cinayətin aləti olan bıçağın olduğu yeri göstərərək cinayətin açılmasına kömək etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 85.5-ci maddəsinin” yetkinlik yaşına çatmayan şəxslərə cəza 10 ildən artıq olmayan müddətə təyin edilir” tələbini nəzərə alır. Eyni zamanda məhkəmə CM-nin 60-cı maddəsinin “ bu məcəllənin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin edilən cəzanın müddəti və həcmi bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz “ müdəasını, yəni təyin ediləcək cəzanın 10 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən çox ola bilməməsini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan CM-nin 85.5.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və barəsində xx xxx 20120-ci ildə həbs qətimkan tədbiri seçilmişdir. Onun ibtidai araşdırma zamanı şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanun qüvvəsinə minənədək dəyişdirilməməlidir Ekspertiza xərci 30 manat 60 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təyin edilmiş cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 15 may 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan və Zaqatala rayon prokurorluğunda saxlanılan 02 ədəd tənzif tamponda, 13 ədəd xırda daşlar, 01 ədəd sellofan paket üzərində qan nümunələri, 01 ədəd yay idman gödəkçəsi, 01 ədəd mayka, 01 ədəd cins şalvar, 01 cüt idman ayaqqabısı, 01 ədəd tuman, 01 ədəd kəmər, 01 ədəd dəsmal hüquqi varis R.Səmədovaya, 01 ədəd şalvar, 01 ədəd idman koftası, 01 ədəd bıçaq məhv edilsin. Ekspertiza xərci 30 manat 60 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən) 20 gün müddətində X25 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır.

Sədrlik edən Rəşid Hüseynov

Hakimlər: Bilal Məmmədov

Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar