Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-38/2023 23.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorui Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X10 və X7 iştirakları ilə xx.xx.1996-cı ildə Qax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1984-cü ildə Qax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 11, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 346,40 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib 11,40 qramını iki ədəd kibrit qutusunda qablaşdırıb üzərində saxlamaqla daşımış, qalan 335,0 qramını isə bir ədəd şəffaf sellofan torbada qablaşdırıb Qax-Kötüklü avtomobil yolunun Qax rayonu, Əmbərçay kəndindən keçən hissəsinin kənarına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 07:00-da ünvan 3 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 11,40 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda 5,46 qram və 5,94 qram olmaqla əynindəki qara rəngli cins şalvarın qabaq sağ və arxa sol ciblərindən iki ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə saat 12:17-də Qax-Kötüklü avtomobil yolunun Qax rayonu, Əmbərçay kəndindən keçən hissəsinin kənarına Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 335,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan torbada olmaqla yolun kənarından aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda 1375,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən həmin narkotik vasitə marixuananın külli miqdarda 675,0 qramını Təqsirləndirilən şəxs1 üzərində, həmçinin külli miqdarda 700,0 qramını Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23:00-da ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Qax şəhəri, H.Əliyev prospekti 25 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 675,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əlindəki sellofan torbadan, külli miqdarda 700,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əlindəki sellofan torbadan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 425,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 20:00-da Qax rayonu, Əmbərçay kəndinin ərazisində saxlanılaraq Qax şəhəri, H.Əliyev prospekti 25 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 425,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əlindəki sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda 1375,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən həmin narkotik vasitə marixuananın külli miqdarda 700,0 qramını Təqsirləndirilən şəxs2 üzərində, həmçinin külli miqdarda 675,0 qramını Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 23:00-da ünvan 9 ünvanının yaxınlığında saxlanılaraq Qax şəhəri, H.Əliyev prospekti 25 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 700,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əlindəki sellofan torbadan, külli miqdarda 675,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əlindəki sellofan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə üzərində yabanı halda bitmiş çətənə bitkilərindən yığdığı narkotik vasitə marixuana ilə Qax rayon ərazisində gəzərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Orada üzərindən 11 qram miqdarında narkotik vasitə olan marixuana aşkar olunmuş, daha sonra isə 235 qram yolun kənarında saxladığı narkotik vasitə marixuana aşkar edilmişdir. Həmin fakt üzrə barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 04 avqust 2022-ci il tarixdə polis əməkdaşları yenidən onu saxlayaraq Qax rayon Polis Şöbəsinə aparmış, orada 675 qram marixuananı onun üzərinə qoyaraq özünə məxsus olmasını deməyə məcbur etmişlər. Polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, ona görə də özünü birinci epizod ilə aşkar olunmuş narkotik vasitənin saxlanmasına görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Xalis adlı şəxsi tanımamış, polislərin təsiri ilə həmin narkotik vasitənin Xalis adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 da rayon sakini kimi tanımış, sonuncu ilə heç vaxt birlikdə narkotik vasitə əldə etməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2022-ci ilin iyun ayında Qax rayonu, Lələli kəndində balıq tutmağa gedərkən orada olan çay kənarında yabanı halda bitmiş narkotik vasitə olan marixuana kollarını görüb istifadə etmək üçün bir neçə kolun yarpağını yığıb qurutmuş və həmin narkotik vasitəni Qax-Kötüklü yolunun kənarında sellofan torbada gizlədərək az-az istifadə etməyə başlamışdır. 22 iyul 2022-ci il tarixdə səhər saatlarında Qax rayonu İlisu kəndinə gəzməyə getmiş, narkotik vasitəni gizlətdiyi yerdən biraz götürüb istifadə etməsi üçün kibrit qutusuna qoymuşdur. Saat 07 radələrində İlisu kəndində körpü ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra Qax rayon Polis Şöbəsinə dəvət etmişlər. Qax rayon Polis Şöbəsində şübhəli şəxs tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki cinsi şalvarın sağ qabaq cibindən və sol arxa cibindən içərisində narkotik vasitə marixuana olan iki ədəd kibrit qutusu aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra Qax-Kötüklü yolunun kənarında narkotik vasitəni qurudaraq saxladığı yerə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı orada saxladığı nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sonradan tanışı Təqsirləndirilən şəxs2la söhbət zamanı sonuncunun Zaqatala rayon sakini Xalis adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana aldığını bildikdən sonra Elvindən onu da Xalis adlı şəxslə tanış etməsini istədikdən sonra Elvin ona Xalisin nömrəsini vermiş və bundan sonra həmin Xalis adlı şəxslə danışaraq sonuncudan bir neçə dəfə narkotik vasitə marixuana almışdır. Təxminən iyul ayının sonlarında Xalis ona zəng edərək əlində ucuz qiymətə marixuana olduğunu dedikdən sonra sonuncu ilə Zaqatala rayonu ərazisində görüşərək 500 manat (beş yüz) müqabilində bir ədəd torbada təxminən 1 kq marixuana almışdır. Marixuananı alıb yaşadığı evə gətirib yarımtikilinin içərisində saxlamış, 04 avqust 2022-ci il tarixdə Elvinlə görüşüb söhbət edən zaman sonuncunun da Xalisdən marixuana alaraq yaşadığı evdə gizlətdiyi ona məlum olmuşdur. Söhbət zamanı Elvin evində narkotik vasitə saxlamaqdan qorxduğunu, yay ayları olduğundan həmin narkotik vasitəni başqa bir yerdə gizlətmək istədiyini dedikdən sonra o da özündə olan narkotik vasitəni gizlətmək istədiyini bildirmişdir. Həmin gün saat 22 radələrində evində saxladığı narkotik vasitəni götürüb Elvinin yaşadığı evə tərəf getmiş, sonuncu özündə olan narkotik vasitəni götürüb onun yanına gəlmişdir. Hər ikisi birlikdə oradan çıxan zaman saat 23 radələrində bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyərək onları Qax rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək sonuncularla birlikdə Qax rayon Polis Şöbəsinə getmişlər. Qax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan sellofan torbada və onun əlində olan bükümdə narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddənin marixuana olduğunu, həmin maddəni Xalis adlı şəxsdən şəxsi istifadəsi, həmçinin lazım olarsa kiməsə verməsi üçün 10 gün əvvəl 500 manata aldığını demişdir. Həmçinin özü sorğu zamanı aşkar olunmuş maddənin marixuana olduğunu, onu 7-8 gün əvvəl Zaqatala rayonundan Xalis adlı şəxsdən 500 manata aldığını demişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə öz istifadəsi üçün yabanı halda bitən çətənə bitkisindən yığdığı narkotik vasitə olan marixuana ilə gedərkən Qax rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmış və həmin narkotik vasitə üzərindən aşkar edilmşdir. Qax rayon Polis Şöbəsində barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 04 avqust 2022-ci il tarixdə yaşadığı evdən həyətə çıxarkən tanımadığı polis əməkdaşları onu saxlayaraq yenə Qax rayon Polis Şöbəsinə aparmış, orada ona psixi və fiziki təzyiq göstərərək narkotik vasitənin ona məxsus olmasını boynuna almasını bildirmişlər. Xalis adlı şəxsi tanımamış, polis əməkdaşlarının deməsinə görə həmin şəxsin adını çəkmişdir. Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanımış, sonuncuda narkotik vasitənin olması barədə məlumatı olmamışdır. Abdulu rayon Polis Şöbəsində görmüş, polis əməkdaşlarının təzyiq və təsiri ilə Abdul ilə birlikdə narkotik vasitəni əldə etdiyini bildirmişdir. Ona görə özünü xx.xx.2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə olan marixuananı saxlamaqda təqsirli bilmiş, xx.xx.2022-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana isə ona məxsus olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qax rayonu Qanlıqobu adlanan əraziyə çöl sahəsinə böyürtkən yığmaq üçün gedərkən orada olan yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən bir qədər yığaraq orada olan ağacın altına sərərək qurutmuş, xx.xx.2022-ci il tarixdə həmin yerə gedərək qurutduğu həmin bitkiləri oradan götürərək göy rəngli sellofan torbaya yığmışdır. Bitkiləri götürərək oradan bir qədər aralaşan zaman polis əməkdaşları onu saxlayaraq əlindəki torbada nə olduğunu soruşmuş, polis əməkdaşlarına əlindəki torbada narkotik tərkibli marixuana olduğunu dedikdən sonra onu polis şöbəsinə aparmışlar. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki göy rəngli sellofan torbada olan qurudulmuş marixuananı təqdim etmişdir. Narkotik tərkibli marixuana qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib olunmuş protokola imza etmişdir. Təsadüf nəticəsində tanış olduğu Zaqatala rayonundan olan Xalis adlı şəxsdən də marixuana almış, tanışı Təqsirləndirilən şəxs1 ilə söhbət zamanı sonuncuya da Xalis adlı şəxsdən narkotik almasını təklif etmişdir. Xalislə Abdulu tanış etdikdən sonra Abdulun da Xalisdən narkotik vasitə alıb istifadə etdiyini bilmişdir. Təxminən iyul ayının sonunda Xalis ona zəng edərək əlində ucuz qiymətə marixuana olduğunu deyərək ona sata biləcəyini bildirmiş, Zaqatala rayonu ərazisində Xalislə görüşərək sonuncudan 500 manat müqabilində bir ədəd torbada təxminən 1 kq marixuana almışdır. Aldığı narkotik vasitəni yaşadığı evə gətirib yarımtikilinin içərisində saxlamış, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət edən zaman sonuncunun da Xalisdən marixuana aldığını və yaşadığı evdə gizlətdiyini bilmişdir. Söhbət zamanı evində narkotik vasitələri saxlamaqdan qorxduğunu, yay ayları olduğundan həmin narkotik vasitəni başqa bir yerdə gizlətmək istədiyini demiş, Təqsirləndirilən şəxs1 özündə olan narkotik vasitəni gizlətmək istədiyini bildirmişdir. Həmin gün saat 22 radələrində Abdul özündə olan maddələri götürüb onların yaşadığı evin yaxınlığına gəlmiş, özündə olan narkotik vasitə olan marixuananı götürüb saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə görüşən zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyərək Qax rayon Polis Şöbəsinə dəvət etmişlər Polis əməkdaşlarına etiraz etməyərək sonuncularla birlikdə Qax rayon Polis Şöbəsinə gedərək orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı onun əlində olan sellofan torbada və Təqsirləndirilən şəxs1 əlində olan bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı aşkar olunmuş maddənin marixuana olduğunu, həmin maddəni Xalis adlı şəxsdən şəxsi istifadəsi, həmçinin lazım olarsa kiməsə verməsi üçün 10 gün əvvəl 500 manata aldığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 də sorğu zamanı aşkar olunmuş maddənin marixuana olduğunu, onu 7-8 gün əvvəl Zaqatala rayonundan Xalis adlı şəxsdən 500 manata aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Qax rayonu, İlusu kəndi ərazisində saxlanılaraq Qax rayon Polis Şöbəsinə gətirildikdən sonra şübhəli şəxsi qismində tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusu və əynindəki şalvarın sol arxa cibindən yenə də içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan digər bir ədəd kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş marixuananı Qax rayonu Lələli kəndi ərazisində çaydan balıq tutmağa gedərkən orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığaraq qurutduğunu, həmin narkotik vasitəni Qax- Kötüklü yolunun kənarında ağacın dib hissəsində saxladığını, arabir oradan götürüb istifadə etdiyini, 22 iyul 2022-ci il tarixdə səhər saatlarında həmin əraziyə gedərək oradan istifadəsi üçün narkotik vasitə götürdüyünü, həmin narkotik vasitəni üzərində olan iki ədəd kibrit qutusuna yığaraq istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananı saxladığı Qax- Kötüklü yolunun kənarında olan yerə baxış keçirilən zamanı oradan bir ədəd sellofan torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid5 və Uçot qeydiyyat və statistika qrupunun kiçik inspektoru işləyən Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Qax rayon sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs2 Qax rayonu Əmbərçay kəndinin ərazisində saxlanılaraq üzərində narkotik vasitə ehtimalı olduğu üçün Qax rayon Polis Şöbəsinə dəvət edilmiş, rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlindəki içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan marixuananı çöl sahəsində yabanı halda bitmiş çətənə bitkisinin kollarının yarpaqlarından yığaraq qurutduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon X16 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən X4 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə Qax şəhərində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədilə əldə edərək Qax rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 23 radələrində ünvan 11 ünvanının yaxınlığında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarına görə Qax rayon Polis Şöbəsinə dəvət etmişlər. Hər iki şəxs etiraz etməyib onlarla birlikdə Qax rayon Polis Şöbəsinə gətirildikdən sonra şübhəli şəxs qismində dəvət edilmiş müdafiəçilərinin iştirakları ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd qara rəngli torbanın və Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı hər biri 500 manata Zaqatala rayon sakini Xalis adlı şəxsdən aldıqlarını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş X17 BNMİ-nin əməliyyat müvəkkilləri işləyən Şahid2 və Şahid3 Xəqani oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə saat 23 radələrində evdə olan zaman polis əməkdaşları yaşadığı evə gələrək oğlu Elvinin evdə olub-olmamasını soruşmuş, polislərə Elvinin evdə olmadığını bildirmişdir. Elvinin onun səsinə yuxudan oyandıqdan sonra oğlu Elvini döyərək avtomaşına qoyub aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 17/610 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs2 əlində saxladığı kütlə.” sözləri və imzalar yazılmış qara rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi – 700.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bağlamada...” sözləri və imzalar yazılmış ağ rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi – 675.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 22 iyul 2022-ci il tarixli 17/577 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 5,46 qram və 5,94 qram, ümumi çəkiləri – 11,40 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 23 iyul 2022-ci il tarixli 17/579 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 Qax-Kötüklü yolunun kənarında saxladığı...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd rəngli sellofan torbanın içərisində olan 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 335,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə 02 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 24 iyul 2022-ci il tarixli 17/585 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs2 götürülmüş qurudulmuş bitki kütləsi” yazısı olan sellofan torbanın içərisindəki, təmiz çəkisi – 425,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, bir ildir ki, arabir düşəndə narkotik vasitə olan marixuanadan onu siqaretə doldurub çəkməklə istifadə edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4783 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, bir ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbanın içərisində torba ilə birlikdə çəkisi 860 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torbanın içərisində torba ilə birlikdə çəkisi 734 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sağ qabaq cibindən çəkisi 7,88 qram olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir kibrit qutusu, arxa sol cibindən çəkisi 7,73 qram olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər digər kibrit qutusu aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi Qax-Kötüklü yolunun kənarında yerləşən ərazidə ağacın altında gizlətdiyi çəkisi 335 qram olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba aşkar edilmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbanın içərisində torba ilə birlikdə çəkisi 455 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Qax şəhəri, Heydər Əliyev prospekti, bina 1A, mənzil 2-də yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində Elcan Abbaslı və Yusif Abbaslı adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qax rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Qax şəhər sakini Təqsirləndirilən şəxs2 Qax RMXnin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Qax rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyul 2022ci il tarixli məktubdan görünür ki, Qax şəhər sakini Təqsirləndirilən şəxs1 Qax RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0750-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2120-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2300-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2300-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aşkar olunmuş narkotik vasitənin miqdarı, tərkibilərinə görə eyni olması təqsirləndirilən şəxslərin həmin narkotik vasitəni qabaqcadan əlbir olmaqla satış məqsədilə əldə etmələrini bir daha təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxslərin polis əməkdaşlarının təsiri və təzyiqi nəticəsində ikinci epzod üzrə narkotik vasitəni öz üzərlərinə götürmələri, polis əməkdaşlarını onlara fizki və psixi təsir göstərmələrinə dair ifadələrini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hər iki təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərlərinə keçirilən şəxsi axtarış zamanı sərbəst şəkildə narkotik vasitənin özlərinə məxsus olmasını qeyd etməklə 500 manata Xalis adlı şəxsdən aldıqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 isə həmin narkotik tərkibli bitkiləri başqa şəxslərə də verəcəyini bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxslər onlara hər-hansı təsir və təzyiq olması barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, məhkəmə nəzarətini həyatə keçirən məhkəməyə müraciət etməmişlər. Təqsirəndirilən şəxslər polis əməkdaşlarının onları döydüklərini bildirsələr də istintaq təcridxanasına daxil olan zaman keçirilmiş tibbi müayinələrin nəticələrinə dair tibbi sənədlərdə onların döyülməsini təsdiq edən hər han xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə həmçinin Səfurə Məmmədovanın ifadəsini də Təqsirləndirilən şəxs2 yaxın qohumu – anası olduğuna görə oğlunun məsuliyyətdən yayınması üçün onun müdafiəsi məqsədilə verilmiş ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və İİİ qrup əlil olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyul 2022-ci il tarixdən saat 0750-dən 23 iyul 2022-ci il tarixə kimi, Təqsirləndirilən şəxs1 isə 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduqları 02 (iki) gün müddət onlara təyin ediləcək azadlıqdan məhrum cəzasından çıxılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olumalı əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 210,20 AZN (iki yüz on manat, iyirmi qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 105,10 AZN (yüz beş manat on qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 04 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 04 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alın İş üzrə məhkəmə məsrəfi olan 210,20 AZN (iki yüz on manat iyirmi qəpik) ekspertiza xərci təqsirləndirilən şəxsin hər birindən 105,10 AZN (yüz beş manat on qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 2146,09 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlnılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-38/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-38/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver