Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-39/2023 21.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən) və Məmmədov Bilal Mahir oğlu, Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, Şahid2 küçəsi, ev 13, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, yaşamış və barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb gəzdirdiyi odlu silah və onun komplekt hissələrindən istifadə etməklə xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən bir nəfəri həyatdan məhrum etməklə öldürmüş, habelə xüsusilə ağır cinayətlərin törədilməsini bilərək həmin cinayətlər barəsində xəbər verməmişdir. Belə ki, o 26 sentyabr 2012-ci ildə, saat 15 radələrində Mingəçevir şəhər sakini Şahid1, tanışı X33 ilə mobil telefonla danışarkən Şahid1 Neyman Əmirova sonuncunun ona narkotik vasitə satmaqdan imtina etməsi ilə əlaqədar hədə-qorxu gəlməsinə görə aralarında yaranmış mübahisə zamanı Neyman Əmirovun yanında olmuş, sonuncunun tanışı X19 mobil telefonu Neyman Əmirovdan alaraq Şahid1la mübahisəni davam etdirib Neyman Əmirovun yanında olacağını, sonuncunu müdafiə edəcəyindən ona heç nə edə bilməyəcəyini Şahid1 bildirib, bir-birinə qarşı qarşılıqlı hədə-qorxu gəlməklə münasibətlərini aydınlaşdırmaq üçün həmin gün, saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında görüşərək orada kimin daha güclü olacağının bilinəcəyi barədə razılaşdıqdan sonra təyin edilmiş münaqişəli görüş barədə Şahid1 həmin gün məlumat əldə edərək, həmin görüşdə iştirak etmək üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi, içərisində istintaqla müəyyən edilməyən sayda dolu odlu silahın komplekt hissələri olan patronlardan ibarət “Makarov” markalı odlu silah hesab edilən tapançanı özü ilə üzərində götürüb daşımaqla həmin gün, saat 21 radələrində Mingəçevir şəhər stadionunun yaxınlığına gələrək, orada dostları Şahid1, Şahid2, Şahid5, X34, Şahid3 və Şahid4 ilə görüşüb Şahid1 tərəfində görüşdə iştirak edəcəklərinə dair razılaşdıqdan sonra Şahid5 qatlanan cib bıçağını, Şahid1 isə idman aləti olan “bita” dəyənəyini özü ilə götürüb Şahid1, Şahid2, Şahid5, X34 ilə birlikdə Şahid2 idarə etdiyi VAZ 2107 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Şahid3, Şahid4 və Xəyal Fərzanlı isə digər 90-??-476 nömrə nişanlı Priora markalı avtomobilə əyləşib qabaqcadan razılaşdıqları yerə, yəni Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəlib orada avtomobildən düşərək həmin yerə onlardan əvvəl gəlmiş X36, X23, X35, X33 və X12 ilə qarşılıqlı şəkildə bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlətdikdən sonra sonunculara qarşı odlu silah, bıçaq və idman aləti olan bitanı silah qismində tətbiq etməklə, özünü ətrafdakıların fövqündə qoyub üstünlüyünü nümayiş etdirməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış ictimai qaydalarını kobud surətdə pozan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə layeydlik, etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə, onların üzərində üstünlük yaratmaq məqsədi ilə Şahid1, Şahid2, Şahid5 ilə orada qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, o, odlu silah olan tapançanı, Şahid5 bıçağı, Şahid1 isə idman aləti olan “bita” dəyənəyi silah qismində tətbiq etməklə istifadə edərək, X36, X33, X23 və qeyrilərinin üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək, X36, X33, X23 və onlarla gələn digər şəxslərin ünvanına nalayiq söyüşlər söyməklə, onlara hücum etmiş, daha sonra digər şəxslərlə əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq orada Rauf Qarayevi xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə özü ilə üzərində gətirdiyi istintaqla müəyyən edilməyən “Makarov” markalı tapançanı çıxardıb atəşə hazır vəziyyətə gətirərək, Rauf Qarayevin atası X6 gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da ona əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla, aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq üçün cüzi səbəbini, əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə, ətrafda Rauf Qarayevin yaxınlığında çoxsaylı kənar şəxslərin də olduğunu bildiyi halda həmin tapançadan iki dəfə atəş açaraq, ümumi təhlükəli üsulla X1 ağır zərər vurmaya aid patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən yaranmış döş qəfəsinin və qarının bir ədəd dəlib keçən odlu silah yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə X25 xuliqanlıq niyyətilə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüşdür. Bundan başqa, o, xüsusilə ağır cinayət əməlini törədib hadisə yerindən uzaqlaşdıqdan sonra həmin günü hadisədən sonra yenidən istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhərində Şahid1 və Şahid5la görüşərək Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında baş vermiş həmin cinayət hadisəsi zamanı Şahid1 Şahid5la qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla X13 qəsdən öldürməyə cəhd etmələri və həmçinin X6 xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla Şahid1, Şahid5 və sonuncularla birlikdə Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəlmiş şəxslərdən iki və daha çoxunu qəsdən öldürməyə cəhd etməsi cinayət hadisəsi barədə Şahid1 və Şahid5 həmin gün məlumat əldə edərək, göstərilən xüsusilə ağır cinayət hadisələrinin törədilməsini bildiyi halda həmin cinayətlər barəsində müvafiq hakimiyyət orqanına və ya onların vəzifəli şəxslərinə dərk etməklə və bunu arzulamaqla qəsdən xəbər verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələrlə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Şəkidə olan zaman Elgün ona zəng edərək harada olduğunu soruşmuşdur. Mingəçevir şəhərinə gəldikdən sonra stadionda Elgünlə görüşmüşdür. Hadisə baş verənə qədər mövzunun nə olduğunu bilməmiş, adam çox olduğuna görə də bu barədə Elgündən heç nə soruşmamışdır. Daha sonra Azər adlı şəxs maşınla gəlmiş, o, Elgün, Mehman və Qasım birlikdə Havarlı kənd qəbiristanlığına getmişlər. Ora çatdıqdan sonra həmin ərazidə başqa maşınların da olduğunu görmüşdür. Hadisə yerinə çatandan sonra Azər və Qasım maşından düşməmişlər. Elgün və Mehman maşından düşmüşlər, ancaq o, düşüb maşının yaxınlığında dayanmışdır. O, hadisə zamanı heç kimi hədələməmişdir. Hadisə yerinə çatıb maşından düşəndən bir dəqiqə sonra, istintaq zamanı adını öyrəndiyi Eldar adlı şəxsin əlində avtomatla yaxınlaşaq atəş açdığını görmüşdür. Elgün, Mehman və Eldarın arasında mübahisə olduğunu görmüş, amma kimin kimi vurduğunu və hansı xəsarətlər yetirdiyini bilməmişdir. Daha sonra o, maşına oturaraq Qasım və Azərlə birlikdə hadisə yerindən uzaqlaşaraq şəhərə getmişlər. Bir müddət sonra Elgün, Mehman və Elsəvərlə görüşmüş və həmin şəxslər ona Şəkiyə getməyi təklif etmiş və onlar birlikdə Şəkiyə gəlib çatmışlar. Onun üstündə biraz pul olduğu üçün Şəkiyə birgə gəldiyi şəxslər ondan onları Bakıya yola salmağı istəmişlər və o da tanış adamının maşınına benzin tökərək həmin şəxsləri Bakıya yola salmışdır. O, sonra qayıdıb Gürcüstana getmişdir. Onun bu hadisədə heç bir günahı yoxdur, heç kimi öldürməmişdir. O daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, onu hadisə yerinə Elgün çağırmışdır, amma nə məqsədlə ora getdiklərini o, bilməmişdir. Elgün onu dəvət edəndə sadəcə “gəl görüşək” demişdir. O, Elgünlə Mingeçevir şəhər stadionunda görüşmüşdür. Elgün gəlib ona “otur maşına, gedək” demiş və belə getmişlər. Ancaq hara və hansı səbəbə görə getdiklərini bilməmişdir. O, Azər, Qasım, Elgün və Mehman birlikdə maşına oturub Havarlı kənd qəbiristanlığına getmişlər. Hadisə yerində maşın üzü yola tərəf dayanmışdır, o, sürücünün arxasında əyləşmişdir, Elgün və Mehman isə ondan qabaqda olmuşlar. O, maşından düşüb 1-2 addım gedib dayanmışdır. Cinayət işi ilə tanış olan zaman adını öyrəndiyi Eldar adlı şəxsin əlində olan silahla atəş açdığını, Elgün və Mehmanla münaqişə etdiyini görmüşdür. Daha sonra söyüşlər və güllə səsi eşitmişdir. Hadisə yerindən o, Azər və Qasım birlikdə qayıtmışlar, Elgün və Mehman qayıdan zaman onların olduğu maşında olmamışlar. Elgünün əlində odlu silah görməmişdir, ancaq maşından düşəndən sonra Elgünün əlində bita, Mehmanda isə bıçaq olduğunu görmüşdür. Qarşı tərəfdən sadəcə adını dəqiq xatırlmadığı Feyruz adlı şəxsi tanımış, Eldar və Raufu tanımamışdır. Üzü qəbiristanlıq tərəfə duranda qamışlıq olan hissədən adını sonradan bildiyi Eldar adlı şəxsin əlində avtomatla yaxınlaşdığını görmüşdür. O, hadisə yerində bir atəş səsi eşitmişdir. Raufun hansı şəraitdə xəsarət aldığını görməmişdir. Raufla mübahisə edən Elgün, Mehman, Əlağa və Tural olmuşdur. Mehman, Elgün və Azərlə münasibəti normal olmuşdur, dost olmamışlar. O, Azərbaycanı tərk etdikdən sonra Elgün bu şəxslərə bildirmişdir ki, desinlər ki, hər şeyin səbəbkarı Cavid olmuşdur. Hadisədən 2 gün sonra Rusiya getmişdir. O, Rusiya getməyi əvvəlcədən planlaşdırmışdır. Hadisədən sonra qəbiristanlığa qayıtmamışdır, hadisə yerində cəmi bir dəfə olmuşdur. Elgünün Raufu öldürmək niyyətinin olmasını bilməmişdir. Hadisə yerində maşından düşüb 2-3 addım atıb dayanmışdır. Baş verən hadisələri rahat görüş istiqaməti olmuşdur. O, hadisə yerinə gəlib çatanda münaqişə başlamamışdır. Rauf və Eldarı şəhər sakini kimi tanımış və aralarında münaqişə olmamışdır. Bildiyinə görə Rauf Elgüngilə söymüşdür. Birinci atəşi Eldar açmışdır. Raufun ölüm səbəbini bilmir. Rövşən adlı şəxsi tanıyır, ancaq hadisə yerində onu görməmişdir. Şəkiyə yaxınlarının yanına getmişdir. Elgün sadəcə özünə narkotik satıcısının üstündə söyüş söyüldüyünü bildirmişdir. Onlar hadisə yerinə Azər adlı şəxsin VAZ 2107 markalı avtomobili ilə getmişlər. Qasım Eldar kişini tanıdığı üçün onun üstünə getməyəciyini bildirərək, maşından düşməmişdir. Qasım maşında onun yanında, pəncərənin qırağında oturmuşdur. Qasım maşında oturduğu istiqamətdən onu görə bilərdi. Hadisə zamanı əvvəl bir güllə səsi eşitmişdir, daha sonra açılan atəşin sayını bilmir. Əlağanı tanıyır, amma onu hadisə yerində görməmişdir. Eldar, Elgün və Mehmanın arasında olan münaqişəni görmüşdür, bu zaman Eldar yerə yıxılmışdır. Eldargil münaqişə edən zaman atəş səsi eşitmişdir, amma sayını xatırlamır. Hadisədən sonra Azərin maşını ilə Mingəçevir şəhərinə qayıtmışdır. Qayıdan zaman maşında o, Qasım və Azər olmuşlar. O, sürücünün arxa tərəfində, Qasım isə yanında əyləşmişdir. Qayıdan zaman Qasım sadəcə “bu nə işdi başımıza gəldi” deyərək Mingeçevirə getmələrini bildirmişdir. Mingəçevirə qayıdanda maşından birinci Qasım düşmüş, daha sonra o, Elgün, Elsəvər və Mehmanla görüşmüşdür. Pulu olduğu üçün onları Bakıya o yola salmışdır. O, Gürcüstana keçənə kimi Raufu kimin vurduğunu bilməmişdir. Bakıda olan zaman onların arasında kiminsə polisə gedərək təslim olması ilə bağlı söhbət olmamışdır. Maşında o, Azər, Qasım, Mehman və Elgün olmuş və maşını Azər sürmüşdür. Onları hadisə yerinə Elgün dəvət etmişdir. Qəbiristanlığa getməzdən əvvəl Elgünlə görüşmüşdür. Ancaq hara getdiklərini bilməmişdir. Elgün əvvəlcə ona görüşmək üçün zəng etmişdir. O, Elgünlə birinci dəfə görüşəndə məsələ ilə bağlı heç nə danışmamışdır. O, maşında olan söhbətlərin heç birinə münasibət bildirməmişdir. Qəbiristanlığa çatanda Azər və Qasım maşında oturmuş, o, Mehman və Elgün isə maşından düşmüşlər. O 2-3 addım irəli gedib maşının yaxınlığında dayanmışdır. Mehman və Elgün ondan irəlidə dayanmışlar və qarşılarında 10-a yaxın adam olmuşdur. Onlar gəldikləri maşından əlavə, hadisə yerində iki maşın da olmuşdur. O, qarşısında adamların və maşınların olduğunu görsə də, konkret heç kimi görməmişdir. Eldarı atəş açılandan sonra görmüşdür. Onlar maşından düşəndən qısa müddət sonra atəş səsi gəlmişdir. Eldar əlində silah Elgün və Mehmana yaxınlaşmışdır. Onlar qəbiristanlığa gələnə qədər Elgünlə Raufgilin arasında münaqişə baş vermişdir. Eldarın atəşi hansı istiqamətdə açdığını bilmir. Elgünün əlində bita görsə də, Mehmanın əlində heç bir silah görməmişdir. Hadisə yerində Elgün və X28 münaqişəsindən başqa heç nə görməmişdir. Hadisə yerində Rauf Qarayevin yaralanmasından xəbəri olmamışdır. Raufun ölümünü hadisədən iki gün sonra bilmişdir. Hadisə yerindən qayıdanda Elgün və Mehman onların gəldiyi maşınla qayıtmamışlar. O, hadisə yerindən Azərin maşını ilə qayıtmışdır. Hadisə baş verməzdən əvvəl Elgün və Mehmanla aralarında ədavət olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman, özünü müdafiə üçün dəlil gətirərək hadisənin baş verdiyi Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəldiyini, lakin hadisənin baş verməsində aktiv iştirak etmədiyini, hadisə vaxtı üzərində silah olmadığını, Rauf Qarayevi öldürmədiyini, heç kimə xəsarət yetirmədiyini, hadisə zamanı Rauf Qarayevi onun öldürdüyünü göstərən şahidlərin yalan ifadə verdiklərini bildirmişdir. Lakin aparılmış istintaqla Təqsirləndirilən şəxs ifadələrində ona ittiham elan edilərkən, istintaqın qurtarması elan edilərkən və cinayət işinin materilları ilə tanış olarkən göstərdiyi özünümüdafiə xarakterli xüsusatlar, yəni hadisənin baş verməsində aktiv iştirak etmədiyini, hadisə vaxtı üzərində silah olmadığını, Rauf Qarayevi öldürmədiyini, bundan başqa heç kimə xəsarət yetirmədiyini, hadisə zamanı Rauf Qarayevi onun öldürdüyünü göstərən şahidlərin yalan ifadə verdiklərini bildirməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə iclas protokolu, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri ilə təkzib edildiyindən, onun dəlilləri məsuliyyətini yüngülləşdirmək məqsədi güdən, özünü müdafiə xarakteri daşıyan və məsuliyyətdən yayınmaq istəyi kimi qiymətləndirilərək qəbul edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində bildirmişdir ki, hadisə yerində olmamışdır, lakin Elgün və Raufun arasında söyüş üstündə münaqişə baş verdiyini bilmiş və həyat yoldaşı Eldar onları barışdırmaq istəmişdir. Hadisə ilə bağlı məlumatı yoldaşından eşitmişdir. Daha sonra Elgüngil Raufu görüşə çağırmış, Eldar onları barışdırmaq niyyət ilə qonşuları Akif və adını dəqiq bilmədiyi Raufun hərbiçi dostu ilə birlikdə Akifin maşınıyla hadisə yerinə getdikləri ona məlum olmuşdur. Hadisə yerinə çatanda 3 maşında, təxminən 15 nəfərə yaxın adamın olduğunu görmüşlər. Raufun hərbiçi dostu maşından silah götürmüş, daha sonra yoldaşı ölüm-itim olmasın deyə, bunların əlindən silahı almışdır. Daha sonra Eldar Elgüngilin üzərinə gəldiyini görərək, havaya güllə atmışdır. Bu zaman Elgün əlində olan bita ilə Eldarın başına vurmuş, daha sonra isə Eldarı bıçaqlamışlar. Ona görə Rauf atasının üstünə qaçmış və həmin anda Əlağa Raufun qarşısına çıxmış və əlbəyaxa olmuşlar. Daha sonra atəş açılmış, ilk güllə Əlağaya, sonra isə oğlu Raufa dəymişdir. Hal-hazırda əri X23 cəzaçəkmə müəssisəsində cəza çəkir. X58 ölməsi faktına görə isə heç kim cinayət məsuliyyətinə cəlb olunmamışdır. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Lalə Qarayeva ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Rauf atasının yaralandığını görüb, onun yanına gedərkən vurulmuşdur. Hadisə yerində olan hər kəs Raufu Cavidin vurduğunu demişdir. Raufu Cavidin öldürdüyünü eşitmiş, amma görməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadəsi ardıcıldır, digər ifadələrlə uzlaşır, hadisənin baş vermə halı, xəsarətlərin xarakteri və yetirilmə mexanizmi, habelə təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: X7 CM-in 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7, 221.3 və 228.2.1-ci maddələri, Şahid1 və Şahid5 CM-in 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7, 221.3 və 228.2.1-ci maddələri, X15 CM-in 221.3, 228.2.1 və 234.1-ci maddələri, X5 CM-in 221.3, 228.2.1, 331.3, 338.1 və 347-ci maddələri, X35 və Şahid2 isə CM-in 221.3 və 228.2.1-ci maddələri təqsirləndirilmələrinə dair Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş (istintaq nömrəsi 1********) 1(098)-12/2014 nömrəli cinayət işi üzrə keçirilmiş məhkəmə prosesləri zamanı tərtib edilmiş məhkəmə iclas protokolları və həmin məhkəmənin 05 avqust 2014-cü il tarixli hökmü ilə. İstinad olunan məhkəmə iclas protokolları və hökmə nəzər salanda müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Hərbi Məhkəməsinin iclasında bildirmişdir ki, 26 sentyabr 2012-ci il tarixdə gün ərzində o, şəxsi işi ilə bağlı Bakı şəhərinə getməyə hazırlaşmış, doğma oglu X36 günorta evə gələndə ona da Bakı şəhərinə getməyi təklif etmiş, gedib orada bir iş tapıb işləməsini bildirmişdir. Rauf ona bir həftə sonra Bakı şəhərinə gedəcəyinə söz vermişdir. Günorta saatlarında o, Bakı şəhərinə yola düşmüş, saat 21 radələrində Bakıdan oglu Raufa zəng vurmuş, lakin sonuncuya zəng çatmamışdır. Bir qədər sonra Mingəçevir şəhərində yaşayan qayını Elxan Qarayev ona zəng vurmuş, “Eldarı da Raufu da bıçaqlayıblar, hər ikisi xəstəxanadadır, Eldar ayılıb, Rauf yox, gəlməyin məsləhətdir” demişdir. O, dərhal Bakıdan Mingəçevir şəhərinə gəlmiş və oğlu Raufun güllə yarasından öldüyünü, əri X44 oglunun isə bıçaqlandıgını bilmişdir. Hadisənin nə səbəbdən və necə baş verməsini bilməmiş və məlumatı olmamışdır (cild 3, i/v 60-61). Eyni zamanda, həmin məhkəmə iclasında CM-in 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7, 221.3 və 228.2.1-ci maddələri təqsirləndirilən şəxs Şahid5 bildirmişdir ki, 26 sentyabr 2012-ci ildə saat 14 radələrində Azər qara rəngli VAZ 2107 markalı avtomobili ilə tək gəlib Mingəçevir şəhərində çayxanada onunla görüşmüş “gəl otur gedək, Elgünün söhbəti düşüb” demişdir. Bu səbəbdən o, onun avtomobilinə əyləşmiş, sonuncunun deməsinə görə, Elgünün Neyman adlı şəxslə arasında nə isə söhbət olmuşdur. Azərlə birlikdə onun avtomobilində Yevlax rayonunun Havarlı kəndi istiqamətdə gedərkən Şahid1 Priora markalı qara rəngli avtomobilinin gəldiyini görmüşdür. Həmin avtomobili Elgün özü sürmüş, Əlağa və Tural həmin avtomobildə olmuşlar. Onlar birbaşa Yevlax rayonunun Havarlı kənd qəbristanlıgının yanına getmişlər. O, həmin söhbətə o qədər də əhəmiyyət verməmiş, “Neymandır da, gələcək söhbət edəcəyik, çıxıb gedəcək” fikirləşmişdir. Ona görə də Elgündən də heç nə soruşmamışdır. Bir qədər sonra Neyman əvvəllər tanıdığı, normal münasibətdə olduğu Rauf, atası Eldar, əmisi Elxan oraya gəlmişlər. Taksi onları düşürüb getmişdir. O Neymana “nə məsələdi?” deyəndə sonuncu “məsələ sizdədi” deyib mübahisə emişdir. Rauf Qarayev də mübahisəyə qoşulmuş və söyməyə başlamışdır. Onlar qarşılıqlı söyüşüb mübahisə etmişlər. Orada heç bir dava olmamış, yenə də görüşmək barədə razılaşmışlar. O, Raufa “dədəni niyə gətirmisən, özün gəl danışarıq” demişdir. Sonra o, Elgünlə Raufu tapıb onunla söhbət etmək fikrində olmuşlar, lakin Raufu tapa bilməmişlər. Daha sonra o evə getmiş, evin eyvanında gizlətdiyi qatlanan bıçağı özü ilə götürmüşdür. Bıçağı götürəndən sonra Azərlə Elgün, Azərin avtomobili ilə gəlib onu götürmüş, yenə Rauf Qarayevi tapmaq məqsədi ilə şəhərdə bir qədər gəzişmişlər. Sonra stadiona getmişlərv. Əlağa ilə Tural orada olmuş, daha sonra Cavid və Qasım da ora gəlmişlər. O, Əlağa, Xəyal və Turalın Elgünün avtomobili ilə harasa getdiklərini görmüşdür. Az sonra isə o, Elgün, Cavid və Qasım Azərin avtomobili ilə getmişlər. Elgün qabaq oturacaqda, o, sağ arxa tərəfdə, Cavid sol tərəfdə arxada, Qasım isə ortada oturmuşdur. Azər isə avtomobili sürmüşdür. Avtomobildə olan zaman Elgün özündə bir ədəd bita olduğunu, Cavid isə əlində bir ədəd tapança olduğunu bildirmişdir. Havarlı qəbristanlıgının yanına çatanda Akifin Mersedes markalı avtomobili ilə orada olduğunu və onun Əlağagillə söhbət etdiyini görmüşdür. Avtomobildən düşəndən sonra qarşılıqlı söyüşmə, hədələşmə olmuş, Rauf və digərləri onları söymüşdür. Həmin vaxt Elgün “o vaxt keçərəm ki, Neyman gəlib üzr istəsin” demişdir. Arxadan Eldar əlindəki avtomatdan havaya tərəf bir dəfə atəş açmış, Elgünə tərəf gəlib “keçmiyəni belə-belə edim, ə, bu nədi, üstümə dəyənəkləmi gəlmisən” deyib, kobud söyüşlər söymüşdür. Həmin vaxt o qorxmuş, birdən avtomatdan yenə də, onlara tərəf atəş açar, hamını öldürər fikirləşmişdir. Bu səbəbdən Eldarın əlindəki avtomatdan sol əlilə tutmuş, silahı almaq istəmişdir. Eldar buraxmadığına görə sağ əli ilə yumruqla bir dəfə onun sifətindən vurmuş, yenə də avtomat silahı buraxmadığını görüb sağ əlində əvvəlcədən tutdugu bıçağın tiyəsini əlində açmış, həmin bıçaqla Eldarın kürəyindən, qarnından zərbələr endirib yerə yıxmış, sonra avtomat silahın sandıqçasını çıxarıb kənara tullamışdır. Bu zaman Elgün əlindəki bita ilə Eldarın başına vurmuş, bita qırılmış, sonra Eldar durub qaçmışdır. Həmin vaxt avtomat silah onda qalmış, hamı aralaşıb getmişdir. Elgün ona markasını, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə oturmağı demiş, o, qabaq oturacaqda, özü isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt avtomobilin sürücüsünü tanımamışdır. Mingəçevir şəhərində “Dormaş” deyilən yerin qarşısına çatanda sürücüyə ayaqyoluna getməli olduğunu, avtomobili saxlamasını bildirmişdir. Avtomobildən düşən kimi avtomat silahı yolun əks tərəfindəki kolluğa tullamış, daha sonra oradan uzaqlaşmışdır. Bundan sonra Elsevər adlı şəxslə görüşmüş, Elgünlə birlikdə onun avtomobilinə oturmuş, gəldikləri avtomobil çıxıb getmişdir. Elgün baş verənləri Elsevərə danışmış, sonra Elsevərə kimsə zəng vurmuş, Raufun öldüyünü demişdir. Sonra Azərgillə görüşmüşdür. Həmin vaxt Cavid də onun avtomobilındə olmuş, həmin avtomobildə Azər, Cavid, Elgün və o, birlikdə Şəki şəhərinə getmişlər. Həmin vaxt Cavid tapança ilə Raufu məhz onun tərəfindən güllələndiyini bildirmişdir. O, daha tapançanı onda görməmişdir. Cavid Şəki şəhərində dostu oldugunu, ora getməyi təklif etmiş, onlar ora getmişlər. Azər isə onları düşürdüb “mənlik deyil, mən gedirəm, özüm bilərəm hara gedərəm” deyib geri qayıtmışdır. O, həmin gecəni tanımadığı Natiq adlı şəxsin evində qalmış, Natiqə hadisə barədə heç bir söz deməmişdir. 27 sentyabr 2012-ci ildə Elsevər adlı Mingəçevir şəhər sakini Şəki şəhərinə gəlmiş, onlar tanımadığı bir kafedə görüşmüşlər. Elsevər onlara təslim olmalarını təklif etmiş, o 3-4 gündən sonra təslim olacağını demiş, digərləri təslim olmağa razı olmamışlar. O avtomat silahın yerini bildirmişdir. Sonra o, Elgün və Cavid Natiqə məxsus VAZ 21015 markalı qara rəngli, nömrəsini bilmədiyi avtomobillə Bakı şəhərinə, oradan isə Turalın dostunun evinə getmişlər. Cavid isə təslim olmağa getdiyini demiş, Natiqlə birlikdə geri qayıtmışdır. O, Tural, Əlağa və Elgün gecəni orada qalmış, 28 sentyabr 2012-ci ildə isə oradan çıxmışlar. Həmin məhkəmə iclasında dövlət ittihamçısının suallarına cavab olaraq Şahid5 avtomobildə olan zaman Elgündə bir ədəd bita, Caviddə isə bir ədəd tapança olduğunu, Cavidin onlara Raufu tapança ilə vurduğunu demişdir (cild 3, i/v 80-83). Bundan başqa, həmin məhkəmə iclasında CM-in 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7, 221.3 və 228.2.1-ci maddələrilə təqsirləndirilən şəxs X23 bildirmişdir ki, 2012-ci il sentyabr ayının 26-da, saat 11 radələrində oğlu Raufla birlikdə evdən çıxmış, yolda Raufdan ayrılmış və işlədiyi çayxanaya getmişdir. Həmin gün saat 15 radələrində Rauf ona zəng vurmuş “ata, silahı haradan tapmaq olar?” deyə soruşmuş, söhbətə getməli olduğunu, silahı da bu səbəbdən istədiyini demişdir. Az sonra Rauf, dostu Neyman və tanımadığı cavan oğlanla yanına gəlmişdir. Onların söhbətlərindən məlum olmuşdur ki, həmin gün Elgün Neymana zəng vurmuş, çəkmək üçün (nəşə) narkotik vasitə istəmiş, Neyman ona nəşə olmadığını bildirmişdir. Ona görə də onlar qarşılıqlı söyüşmüşlər. Həmin vaxt Elgün Neymanla mübahisəni həll etmək üçün Yevlax rayonunun Havarlı kənd qəbristanlığının yanında görüş yeri təyin etmişdir. Onlar Elgünün görüşünə bir yerdə getmək qərarına gəlmişlər. Rauf Elgünə zəng vurmuş, “Elgün mənəm Raufdur, gəlirəm” demişdir. Raufun deməsinə görə, Elgün də ona “gəl” demişdir. O, onlara silah lazım olmayacağını, birlikdə getmələrini, mübahisəni özü yoluna qoyacağını demişdir. O, Rauf, Neyman, tanımadığı cavan oglan, yolüstü qardaşı X46 oglunu da götürərək, birlikdə tanımadığı Mersedes markalı taksi ilə Havarlı kənd qəbristanlığına getmişlər. Ora çatdıqda orada bir ədəd VAZ 2107 markalı və bir ədəd markasını dəqiq bilmədiyi avtomobillər görmüşlər. Elgün, Əlağa, Tural və daha iki nəfər tanımadığı cavan oğlanlar orada olmuş, lakin əllərində heç nə olmamışdır. Əlağa ilə Tural Neymanı hədələməyə və söyməyə başlamış, onu nəzərdə tutub “əmimizi bizim üstümüzə gətirmisən?” demişlər. O isə “ayıbdır, camaatı özünüzə niyə güldürürsüz, söhbətiniz olanda gəlin çayxanama söhbətimizi edək, yoluna qoyaq, çıxın gedin” demişdir. Rauf da Elgünlə yüngül mübahisə etmişdir. O, oğluna irad tutmuş “köpək oğlu, otur avtomobilə, siz də çıxın gedin” demişdir. Sonra onlar Mingəçevir şəhərinə qayıtmışlar. Təxminən 4-5 saat sonra saat 21 radələrində yenə də oğlu Rauf ona zəng vurmuş, “bu alçaqlar, Elgüngil yenə də belə-elə danışırlar, biz avtomat götürüb gedirik Cırdaxan meşəsinə, onlarla görüşməyə” demişdir. O, tez onların yanına getmiş, Rauf “Akif avtomobillə gəlir, biz gedirik, onların hamısını qıracam” demişdir. O da gedəcəyini demiş, oğlu Rauf “sən getmə, babamın goru ayaqlarının altından atacam, sən gözlə yarım saata gəlirəm” desə də, razılaşmamış, onlarla getmişdir. Hadisə yerinə 100-150 metr qalmış Rauf torbadan bir ədəd avtomat silahı çıxartmış, Elgüngili qorxutmaq üçün ayaqlarının altına atacağını bildirmişdir. O, avtomatı Raufdan almış, “atəş açarsan rekoşet verər, kiməsə dəyər, bədbəxtçilik olar” demişdir. Qarşı tərəfdən gələnlərdən kimsə “Neyman gəlsin dizi üstə qarşımızda durub üzr istəsin, onda keçərəm” demiş, bu sözdən sonra Rauf onlara nalayiq söyüş söymüşdür. Həmin vaxt o, avtomobil işığında Elgünün yanında dayanmış, sifətini görmədiyi şəxsin əlində bir ədəd “Makarov” markalı tapança olduğunu görmüşdür. Həmin şəxslərlə aralarında 10-15 metr məsafə olmuşdur. Dava-dalaş olmaması məqsədi ilə o əlində tutduğu avtomatdan qarşı tərəfdən gələnlər istiqamətində havaya bir dəfə atəş açmış və bundan sonra həmin avtomat silahı sağ əlində tutaraq ucunu aşagıya doğru, torpaq istiqamətində sallamış, sonra irəli Elgüngilə tərəf addımlamışdır. Onları sözlə sakitləşdirməyə başlamış “eyibdi, hamınız şəhər uşaqlarısınız, dağılışıb gedin” demişdir. Elgünlə arasında 3 metr məsafə olmuşdur. Həmin vaxt kimsə başına küt əşya ilə, sonra isə bıçaqla vurmuş və avtomat silahı əlindən almışdır. O, kim tərəfindən vurulduğunu bilməmiş, ayılan vaxt Raufun yaralandığını görmüşdür. Sonra oğlu Raufun xəstəxanada öldüyünü eşitmişdir (cild 3, i/v 76-80). Eyni zamanda, həmin məhkəmə iclasında CM-in 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7, 221.3 və 228.2.1-ci maddələri təqsirləndirilən şəxs Şahid1 bildirmişdir ki, 26 sentyabr 2012-ci il tarixdə günorta vaxtı, saat 13 radələrində Mingəçevir şəhərində olduğu zaman X55 ogluna zəng vurmuş, ondan çəkmək üçün (nəşə) narkotik vasitə istəmiş, sonuncu ona narkotik vasitə olmadığını demişdir. O “əgər elədirsə, onda Mingəçevirdə bir də nəşə satma” deməsinə görə, aralarında mübahisə yaranmış və qarşılıqlı söyüşmüşlər. Sonra o, Neymana “gəl şəhərin çıxışına, söhbətimizi edək” demiş, Yevlax rayonunun Xaldan kəndi istiqamətində görüşmək barədə razılaşmışlar. O, Şahid3 adlı dostuna zəng vurmuş, “Priora” markalı avtomobillə tək onun evinə getmişdir. Neymanla arasında mübahisə olduğunu və onunla görüşəcəyini demişdir. O, Əlağadan onunla görüş yerinə gedərək söhbətə qarışmadan bir kənarda gözləməsini xahiş etmişdir. Həmin vaxt tanışı Şahid2 zəng vurmuş, ona Neymanla mübahisəsi düşdüyünü, onunla söhbət etməyə gedəcəyini və gedəcəyi yeri demişdir. O, Əlağa ilə ora getmiş, az sonra Azər qara rəngli VAZ 2107 markalı avtomobili ilə ora gəlmiş, həmin avtomobildə Mehmanla Tural da olmuşdur. Bir qədər sonra isə ora xarici markalı bir avtomobillə Eldar, oğlu Rauf və 2-3 nəfər şəxs gəlmişlər. O, Eldar kişiyə işarə ilə Neymana “sən bilirsən buraya kiminlə gəlmisən, Eldar kişi ağsaqqaldı, o, buraya gəlibsə, heç nə ola bilməz, mən gedirəm, səninlə isə görüşəcəyik” demiş və avtomobilə əyləşmişdir. Orada Raufla aralarında yüngül mübahisə olmuş, Rauf ona “sizin sastavınızı..” deyib söymüş və oradan getmişlər. Sonra Şahid2la görüşmüş, onun avtomobili ilə gedib Mehmanı götürmüş, Raufu tapmaq məqsədi ilə Mingəçevir şəhərində bir qədər gəzişmişlər. Lakin tapa bilməyib stadiona gəlmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs oglu, Şahid5 oglu, X56 oglu, Şahid2 oglu və o, Azərin avtomobilində Mingəçevir şəhərinə gəzməyə çıxmışlar. O, özünə məxsus olan idman dəyənəyi-bitanı da əlinə götürmüşdür. Həmin vaxt X57 oglu ona zəng vurmuş, harada olduğunu soruşmuşdur. Neyman, Rauf və başqaları Havarlı qəbristanlığının yaxınlıqında onları gözlədiklərini bildirmişdir. Bundan əvvəl isə o, Rauf və Neymanla qarşılıqlı zəngləşərək mübahisəni həll etmək üçün yer dəqiqləşdimiş, yenə də qəbristanlığın yanında görüşməyi razılaşmışlar. Saat 21 radələrində Havarlı qəbristanlığının yanına çatanda, o, Akifin Mersedes markalı avtomobilini görmüş, Akif, Əlağa və Turalla orada söhbət etmiş, stadiondan onlarla birlikdə çıxmış Xəyalı isə orada görməmişdir. Avtomobildən düşəndə bitanı götürmüş, Akif ona “heç bir dava-dalaş olmamasını” demişdir. O “Neyman gəlib üzr istəsin, hər şey qurtarsın” demişdir. Daha sonra Rauf Qarayev arxa tərəfdən pis söyüş söymüş, qarşılıqlı söyüşmə, hədələşmə, səs-küy olmuşdur. Arxa tərəfdən Eldar əlindəki avtomatdan havaya tərəf bir dəfə atəş açaraq onlara tərəf gəlmişdir. Şahid5 onu tutmuş, onlar qucaqlaşıb qarşılıqlı əlbəyaxa olmuşlar. Mehman avtomat silahı Eldarın əlindən almağa çalışmış, hər ikisi kolluğa yıxılmışdır. Həmin vaxt irəli atılıb əlindəki dəyənəklə bir dəfə Eldara zərbə endirmiş, zərbədən sonra Eldar qaçıb aralaşmış, hamı avtomobillərə minib getmişdir. Eldar qaçan kimi Mehman avtomatı götürmüş və hər ikisi orada olan Rövşən adlı şəxsin idarə etdiyi avtomobilə əyləşərək oradan getmişlər. Qorxduğuna görə başqa atəş səsi eşitməmişdir. Mingəçevir şəhərində “Dormaş” deyilən yerin yaxınlıgında Mehman ayaqyoluna getmək istədiyini deyərək, avtomobildən düşmüş, bir qədər sonra qayıtmışdır. O, Mehmanın avtomat silahı oraya tullayaraq qayıtdığını bilmişdir. Sonradan Mehman özü ona Eldarı bıçaqla vurmasını demişdir. Sonra o, X22 ogluna zəng vurmuş, Elsevər özünün avtomobili ilə gəlmiş, onlarla görüşmüşdür. O, Elsevərin avtomobilində bir qədər gəzişmiş, sonuncuya Mehmanın Eldarı bıçaqla vurub yaralamasını demişdir. Ancaq o, Raufun güllələndiyini bilməmişdir. Həmin vaxt Elsevərə kimsə zəng vurmuş və Raufun öldüyünü demişdir. Sonra o, Azərlə görüşmüş, Mehmanla o, Elsevərin avtomobilindən düşərək, Azərin avtomobilinə əyləşmiş, həmin avtomobildə Cavid də olmuşdur. Cavid hadisə yerinə gedəndə onda tapança olduğunu, məhz həmin tapança ilə Raufu güllələdiyini bildirmişdir. Cavidin təklifi ilə Şəki şəhərinə, adını, ünvanını bilmədiyi dostunun evinə getmişlər. Azər onları orada düşürmüş və getmişdir. 27 senytabr 2012-ci ildə Elsevər Şəkiyə gəlmiş, onlarla kafelərin birində görüşmüş, təslim olmalarını təklif etsə də, onlar razı olmamışlar. Elsevər Eldarın əlindən aldığı avtomat silahı təhvil vermək lazım olduğunu demiş, daha sonra Mehman avtomatın yerini söyləmişdir. Bundan sonra ev sahibi Mehmanı, Cavidi və onu öz avtomobili ilə Bakı şəhərinə aparmışdır. Telefonla danışaraq Turalla Əlağanın Bakıda Turalın hansısa dostunun evində olduğunu bilib, ora getmişlər. Cavid isə Bakıya çatanda təslim olmağa getdiyini demiş, dostu ilə birlikdə geriyə qayıtmışdır. Gecəni orada qalmış, 28 sentyabr 2012-ci ildə onlar oradan çıxmış və o, Bakı şəhərində tanımadığı yerlərdə gizlənmişdir. Daha sonra o, dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisə yerindən avtomobillə uzaqlaşarkən Cavid hadisə yerinə gedəndə onda tapança olduğunu və məhz həmin tapança ilə Raufu güllələdiyini bildirmişdir (cild 3, i/v 83-86). Bunlardan əlavə, həmin məhkəmə iclasında CM-in 221.3 və 228.2.1-ci maddələri təqsirləndirilən şəxs Şahid2 bildirmişdir ki, 26 sentyabr 2012-ci ildə, saat 14 radələrində Elgün ona zəng vurmuş, “Mehmanı götür gəl görüşək, söhbətim düşüb” demişdir. O, özünə məxsus VAZ 2107 markalı avtomobili ilə Mehmanı götürmüş, “Elgünün nəsə söhbəti düşüb, ora gedirik” demişdir. Mehman da heç nə demədən avtomobilə əyləşmiş, Elgünlə görüşməyə getmişlər. Yolda olarkən Elgün özünün idarə etdiyi Priora markalı avtomobili ilə gəlib onları ötüb keçmişdir. Az sonra onlar dayanmış, avtomobildən düşəndə Elgünün ona Neymanla söhbəti düşdüyünü demişdir. O, Neymanı da əvvəllər yaxşı tanıdığına görə, avtomobildən düşməmişdir. Həmin vaxt Əlağa ilə Tural da orada olmuşdur. Sonra oraya Mersedes markalı amtomobil gəlmiş və həmin avtomobildən 4-5 nəfər düşmüşlər. Onlardan yalnız Neymanı tanımış, Elgünlə sonradan adının Rauf Qarayev olduğunu bildiyi şəxsin mübahisə etdiklərini görmüşdür. Daha sonra onlar gəlib avtomobilə əyləşmiş, Mingəçevir şəhər stadionuna qayıtmışlar. Həmin gün hava qaralanda, saat 19 radələrində yenə də Elgün zəng vurmuş, bir yer var, ora gedəcəyik” demişdir. O, stadiona getmiş, orada Elgünü, Qasımı, Mehmanı və Cavidi görmüşdür. Saat 20:30 radələrində Elgün özünün idarə etdiyi avtomobilini başqa şəxsə verdiyini deyərək, ona məxsus avtomobilə əyləşmişdir. Elgün qabaq, digərləri arxa oturacaqda əyləşmişlər. Elgünün əlində bir ədəd taxta bita, digərlərində heç bir əşya, silah görməmişdir. Elgün ona “sür alaqapıya tərəf, uşaqlar gediblər, gedib çataq, həmin adamlarla yenə söhbətimiz var, çağırıblar, sonra deyərlər qorxdunuz” demişdir. Onlar Hacıselli kənd qəbristanlığına çatmamış orada 2-3 avtomobilin dayandığını görmüşlər. Qasım və o, avtomobildən düşməmiş, digərləri düşmüşlər. Həmin vaxt güllə, qışqırtı, “vur-vur” səsləri, söyüşlər eşitmiş, tez avtomobili sürmüşdür. Həmin vaxt Cavid də gəlib avtomobilə əyləşmişdir. Qasım yolda düşüb getmiş, Cavid isə onu Elgünün yanına aparmasını xahiş etmişdir. O, Cavidi aparmış, Mingəçevir şəhərində “dal yol” deyilən yerdə Elgünlə Mehman hansısa tanımadığı avtomobildən düşmüş, avtomobilinə əyləşmiş və ona “bizi şəhərdən çıxart” demişlər. Onlar Cavidin yolu göstərməsi ilə Şəki şəhərində, tanımadığı bir ünvana getmişlər. Onları orada düşürəndən sonra geri qayıtmışdır. Şəki şəhərində olanda Rauf Qarayevin güllə yarasından öldüyünü bilmişdir. Həmin vaxt Şahid5 ona ikilikdə “mən Eldarı bıçaqla vurmuşam, güllə mənlik deyil, tapança Caviddə olub, o da tapançadan atıb” demişdir. Cavidin tapança ilə bir nəfəri güllələyib öldürdüyünü bilmişdir. Eldar Qarayevdə avtomat silah olduğunu sonradan bilmişdir. Daha sonra dövlət ittihamçısının suallarına cavab olaraq demişdir ki, o, Şəkidə olanda Raufun güllə yarasından öldüyünü bilmişdir. Mehman ona Eldarı bıçaqla vurduğunu, Cavidin isə Raufu tapança ilə vurmasını demişdir (cild 3, i/v 92-93). Eyni zamanda, həmin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, 26 sentyabr 2012-ci ildə, günorta vaxtı evdə olarkən tanışı Şahid1 oglu ona zəng vurmuş, az sonra Priora markalı avtomobili ilə yanına gəlmişdir. Neymanla mübahisə etdiyini, həmin mübahisəni aydınlaşdırmaq üçün görüşəcəklərini demişdir. Mübahisənin səbəbini isə ona deməmişdir. O, Elgünlə birlikdə davanı sakitləşdirmək üçün Mingəçevir şəhərindən Yevlax rayonunun Xaldan kəndi istiqamətində Hacıselli kəndinin giriş darvazasının qarşısından əks tərəfə dönmüş, təxminən 150 metr gedib dayanmışdır. Az sonra ora qara rəngli VAZ 2107 markalı, nömrəsini bilmədiyi avtomobil gəlmişdir. Həmin avtomobildə Azər, Mehman, Tural adlı şəxslər olmuşlar. Bir qədər sonra isə oraya xarici markalı, nömrəsini bilmədiyi bir avtomobil də gəlmiş və həmin avtomobildən Eldar, oğlu Rauf və tanımadığı 2-3 nəfər düşmüşlər. Bu zaman Rauf Elgünlə qarşılıqlı mübahisə etmiş, “sizin sastavınızı..” demiş, o da qarşılığında onu söymüşdür. O, Eldarın qoluna girərək kənara çəkmiş, ”köhnə dostlarıq, bizə yaraşmaz, Raufu götürün gedin” demişdir. Həmçinin, üzünü Eldara və Raufa tutaraq ərklə “sənin atana əmi-dayı deyirəm, ancaq, sən özün atanın yanında söyürsən, belə eləmə”, Neymana isə “biz tonlarla çörək kəsmişik, bizi üz-üzə qoya bilməzsiniz” demişdir. Həmin vaxt onlarda və Raufgildə hansısa əşya, silah olduğunu görməmiş, bilməmişdir. Bundan sonra qayıdıb şəhər stadionuna gəlmiş, məşq keçməyə getmişdir. Tural da məşqə getmiş, Elgündən yenidən davaya getməməsi üçün avtomobilin açarlarını almışdır. Saat 20 radələrində o, çayxanaya gəlmiş, Elgünün, Mehmanın, Azərin və daha bir neçə nəfərin Azərin avtomobili ilə getdiyini görmüşdür. Az keçmiş narahat olaraq, Elgünün mobil telefonuna zəng vurmuş, lakin Elgün cavab verməmişdir. Bu zaman Tural “Raufa zəng elə, birdən bunlar təzədən görüşmək istəyərlər, strelka verərlər, bir-birini vurarlar, dava edərlər” demiş, sonra Tural zəng vurmuş, Raufla danışdıqdan sonra məlum olmuşdur ki, onlar artıq görüş təyin etmiş və (strelka veriblər) görüşəcəklərmiş. Rauf “narahatçılığa səbəb yoxdur, söhbət edəcəyik” demişdir. X64 zəng vurmuş, harada görüşəcəklərini soruşmuş, Rauf Hacıselli kənd qəbristanlığında görüşəcəklərini demişdir. O, Turalla onların dava etmələrinə mane olmaq üçün qəbristanlıga getmişdir. Ora çatanda orada tanımadığı bir avtomobilin dayandığını görmüşdür. Aşağı düşəndə bir nəfər tanımadığı şəxs yaxınlaşıb “Əlağa müəllim, Tural müəllim peşmançılıq olmasın” demiş, o “gəlməkdə elə mənim də məqsədim odur ki, dava olmasın” demişdir. Raufun harada oldugunu soruşmuş, söhbət zamanı ora VAZ 2107 markalı avtomobil gəlmiş, həmin avtomobildən Elgün və başqa bir neçə nəfər düşmüşlər. Bu zaman qəbristanlıqda bir neçə nəfər bir-birinə nalayiq söyüşlər söymüş, silahdan atəş açmaga başlamışlar. Bir neçə atəş səsi eşitsə də, silahın haradan, kim tərəfindən atıldıgını görməmişdir. Bir addım qabağa gedəndə sol buduna nəsə dəymiş, yıxılaraq, dura bilməmişdir. Bir nəfər üstünə gəlmiş, “dayan” deyəndə, Tural olduğunu görmüşdür. Turala “ayağıma nəsə dəydi” demiş, Tural onu avtomobilə gətirmiş, onunla və avtomobildə gözləyən Xəyal adlı şəxslə birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Onu kimin güllələdiyini bilməmiş, avtomobili sürüb Turalı və Xəyalı evlərinin yaxınlığında düşürmüşdür. Kirayə qaldığı evə getmişdir. Sol ayağından qan axmışdır. Tural ona zəng vurmuş, yaralandığını biləndən sonra dərman gətirib yarasını sarıyıb getmişdir. Hadisə yerində onu gördükləri, əllərində də silah olduqlarına görə evində onu öldürməklərindən qoxduğu üçün tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. 27 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində olarkən Turala zəng vurmuş, avtovagzalda Tural onu qarşılamış, tanımadığı evə aparmış, yarasına dərman qoyaraq sarımışdır. Günortadan sonra Elgün ona və Turala zəng vurmuş, Mehmanla Bakıya gəldiklərini bildirmişdir. Tural gedib onları qarşılamış, evə gətirmişdir. Hadisə günü gecə xatırlamadığı şəxs ona zəng vurmuş, Raufu güllələyib öldürdüklərini demişdir. Mehman özü ona Eldarı bıçaqladığını, avtomatı ondan aldığını, Raufun isə Cavid tərəfindən güllələndiyini demişdir. Lakin Mehman ona Eldardan aldığı avtomatı haraya qoyduğunu, kimə verdiyini deməmişdir. Elgün isə ona bita ilə Eldarı vurduğunu demişdir. Sonra orada Cavidin polisə təslim olmağa getməsini eşitmişdir. Həmin gecəni Mehman, Elgün və o, həmin evdə qalmış, Tural isə getmişdir. Daha sonra Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mehman özü ona Eldarı bıçaqladığını, avtomatı ondan aldığını, Raufun isə Cavid tərəfindən güllələndiyini demişdir. Daha sonra Cavidin polisə təslim olmağa getməsini eşitmişdir (cild 3, i/v 62-65). Bunlardan başqa, həmin məhkəmə iclasında CM-in 221.3, 228.2.1 və 234.1-ci maddələrilə təqsirləndirilən şəxs X33 bildirmişdir ki, 26 sentyabr 2012-ci ildə günorta saatlarında dostu Rauf Qarayevi evlərinə nahara dəvət etmişdir. Nahardan sonra evdə birlikdə olduqları vaxt Şahid1 oglu zəng etmiş, “çəkmək üçün bir baş şey ver”, deyib ondan narkotik vasitə istəmişdir. O, sonuncuya narkotik vasitə olmadığını demişdir. Telefonda qarşılıqlı mübahisə edərək söyüşmüş və görüşüb söhbət eləmək barədə razılaşmışlar. Bütün baş verənləri R.Qarayev də bilmişdir. Nahardan sonra evdən çıxanda Elgün yenə də zəng edib telefonda onu söyüb, söhbətə çağırmışdır. Rauf onun zənginə cavab verib “nə bunun üstünə «nayejat edirsən, bezpridellik edirsən, nəşəsi yoxdur» deyə irad bildirmişdir. Elgün onunla da telefonda mübahisə edib söymüşdür. Sonra Elgün bir neçə dəfə zəng vurmuş, onları söhbət etmək üçün Yevlax rayonu, Havarlı kənd qəbristanlığının yanına çağırmışdır. Rauf atası Eldara zəng vurmuş, bu barədə məlumat vermişdir. Həmin vaxt Raufun atasından silah istəməsini eşitməmişdir. Az sonra Eldar yanlarına gəlmiş, Raufun Süleyman adlı dostu da orada olmuşdur. Eldar oğluna “silah zad nəyinə lazımdı, gedib birlikdə söhbət edərik, yoluna qoyarıq” demişdir. Eldarın təklifi ilə qardaşı Elxanı da götürüb, saat 16 radələrində Yevlax rayonunun Havarlı qəbristanlığına getmişlər. Orada VAZ 2107 markalı və Elgünə məxsus olan Priora markalı avtomobilləri görmüşdür. Elgünü, Əlağanı, Mehmanı və Turalı tanımışdır. Elgün onu söyüşlə qarşılamış, “ağsaqqalı niyə gətirmisən” onu söymüş, döyəcəyi ilə hədələmişdir. X59 etirazını bildirmiş, “nə bezpridellik edirsən, onu tapdalayan əvvəlcə mənimlə görüşməlidir” deyəndə, aralarında mübahisə olmuşdur. Eldar kişi hamını sakitləşdirmiş, onlar qayıdıb Eldarın çayxanasına gəlmişlər. Saat 20 radələrində Rauf Qarayevlə birlikdə çayxanada olduğu vaxt Elgün ona dəfələrlə zəng vurmuş, yenə də söhbətə çağırmış, lakin o, uzaqda oldugunu deyərək yayınmışdır. Axırda Elgün “söyüş söysəm də gəlməyəcəksənmi?” demiş, “yaxşı da gələrəm görüşərik” deyə cavab vermişdir. Saat 20 radələrində Rauf yenə atasına zəng vurmuş, atası gəlmiş, Rauf ona “durun gedək” demişdir. Həmin vaxt Süleyman, Fariz və Akif də orada olmuşdur. Farizin əlində bir ədəd ağ torba olmuş, içərisində nə olmasını bilməmişdir. X43 markalı avtomobilinə əyləşmiş, Havarlı qəbristanlığına yollanmışlar. Yolda Elgün yenə də Raufa zəng vurmuş, Rauf nalayiq söyüş söymüş, görüşəcəklərini demişdir. Avtomobilə minəndə heç birində agac və silah olmamışdır. Avtomobillə gedərkən Raufun əlindəki torbada avtomat silah olduğunu bilmişdir. Rauf avtomat silahı torbadan çıxardıqdan sonra atası Eldar silahı ondan almışdır, Rauf “narahat olma, güllələməyəcəm, ayaqlarının altına atacam, qaçsınlar” demişdir. Rauf Eldardan avtomatı istəmiş, lakin atası “birdən kimisə vurarsan, şəhərdə də danışarlar ki, ağsaqqal kişidir, oğlunu qabağa verdi” demiş və silahı ona verməmişdir. Havarlı qəbristanlığının içində onlar kolluqda gizlənmişlər. Həmin vaxt Raufa zəng gəlmiş, o isə “burdayıq, sizi görürəm, gəlin qəbristanlığa, bura yaxşıdır” demişdir. Az sonra oraya əvvəlcə bir avtomobil gəlmiş, həmin avtomobildən Əlağa ilə Tural adlı iki nəfər düşmüş, Akifə yaxınlaşaraq söhbət etmişlər. Sonra iki avtomobil də gəlmişdir. Həmin şəxslərdən Əlağanı, Elgünü, Mehmanı, Turalı tanımışdır. Akif hamıya “heç bir dava olmasın, danışıb sülhlə ayrılaq” deyə müraciət etmişdir. Elgün Raufun və onun ünvanına söyüş söymüşdür. Onlar da Elgünü söymüşlər. Elgünün əlində bir ədəd ağac görmüşdür. Həmin vaxt Eldar kişi əlindəki avtomatdan havaya bir dəfə atəş açmış, Elgüngilə tərəf yerimiş, “sakit olun, bir-birinizi qırmayacaqsınız ki, hamınız şəhər uşaqlarısınız” demişdir. Bu zaman Mehman idman fəndi ilə Eldarı yerə yıxmışdır. Elgün onlara tərəf gəlmiş, o da Raufla Elgünə tərəf getmişdir. Elgün əlindəki bita ilə ona tərəf zərbə atmış, lakin o kənara çəkilmiş, ona bita dəyməmişdir.Həmin vaxt onu heç kim vurmamışdır. Rauf irəli gedəndə iki dəfə atəş səsi gəlmiş, Rauf geri qayıtmış, “deyəsən məni vurdular, ya güllə, ya da bıçaq girdi” deyərək üstünə yıxılmışdır. Elgüngillə gələnlər hamısı qaçaraq avtomobillərinə minmiş, kimsə “gəlin gedəyin, avtomatı da götürün” demişdir. Eldar yaralı vəziyyətdə onlara tərəf gəlmiş, Akifin avtomobilinə oturub birbaşa xəstəxanaya gəlmişlər. Raufu xəstəxanaya yerləşdirdikdən sonra, Eldar xəstəxanaya girmək istəmədiyini demiş, onlara getmişdir. Sonra Raufun ölüm xəbəri gəlmişdir. O əvvəllər heç vaxt narkotik vasitələrin qəbulu və alqı-satqısı ilə məşğul olmamış, heç vaxt da Elgünə narkotik vasitə verməmişdir. Elgünün 26 sentyabr 2012-ci il tarixdə niyə görə zəng vurub ondan narkotik vasitə istəməsinin səbəbini bilməmişdir. Rauf Qarayevi kimin güllələdiyini bilməmiş, həmin anda R.Qarayev heç kimlə əlbəyaxa olmamışdır. X47 kişi ilə əlbəyaxa olmuşlar. X29 Mehman Süleymanov tərəfindən bıçaqla, Şahid1 tərəfindən isə taxta ilə vurulduğunu bilmişdir. Hadisə yerinə gedəndə Rauf Qarayevin və Eldar Qarayevin kimisə güllələmək, öldürmək məqsədinin olması barədə məlumatı olmamış, bu barədə heç nə eşitməmişdir. Hadisə vaxtı həyəcanlı olduğundan konkret olaraq kimin kimi vurduğunu görməmişdir. Məhkəmədə ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində tapançadan 2 güllə səsi eşitmişdir (cild 3, i/v 99-101). Eyni zamanda, həmin məhkəmə iclasında CM-in 221.3 və 228.2.1-ci maddələri təqsirləndirilən şəxs X35 bildirmişdir ki, 26 sentyabr 2012-ci il tarixdə, günorta saatlarında Mingəçevir şəhərində çayxanada olarkən mərhum Rauf Qarayevin telefonda mübahisə etdiyini eşitmişdir. Saat 19 radələrində evə gedərkən mərhum Rauf Qarayev ondan onları avtomobillə aparmağı xahiş etmişdir. Həmin vaxt R.Qarayevin yanında bir neçə nəfər tanımadıgı şəxslər və X33 olmuşdur. O, onların hara getmək istədiklərini bilməmişdir. Bir saat sonra Rauf ona zəng edib, evdən çağırmışdır. O, Rauf Qarayevlə şəhərdə görüşmüşdür. X48, Neyman Əmirovu, həmçinin sonradan adlarının Fariz və Süleyman olduğunu bildiyi şəxsləri görmüşdür. Həmin vaxt Rauf Qarayevin əlində ağ rəngli torba olmuşdur. Onlar hamısı avtomobilə əyləşmişlər. Rauf Qarayev ona avtomobili Yevlax rayonunun Havarlı kənd qəbristanlığına sürməyi bildirmişlər. O nə baş verdiyini, haraya və nə məqsədlə getdiklərini soruşmuş və Rauf bir nəfərlə mübahisəsi olduğunu, həmin şəxslə görüşməyə, söhbət, mübahisə etməyə getdiklərini bildirmişdir. Qəbristanlığa çatmağa az qalmış Rauf torbadan avtomat silahı çıxarmışdır. Qabaq oturacaqda oturan Eldar oğlu Raufun əlində avtomat silah olduğunu görmüş və avtomat silahı ondan almışdır. Rauf “ata ver, narahat olma ayaqlarının altına atacam” demiş və avtomat silahı nə qədər geri istəsə də, Eldar Qarayev verməmişdir. O, həmin vaxt ağ rəngli torbada avtomat silah olduğunu bilmişdir. Qəbristanlığın yanında hamı avtomobildən düşmüş və getməyə hazırlaşanda, həmin yerə təxminən 3 ədəd tanımadığı, markalarını, nömrələrini bilmədiyi avtomobil gəlmişdir. Həmin vaxt Eldar və yanındakılar yaxınlıqdakı kolun dalına keçmişlər. O qabaqda olduğundan, Əlağa və Turalın irəlidə gəldiklərini, əllərində heç bir əşya, silah olmadığını görmüşdür. O, onlara yaxınlaşmış və “müəllim, gəlin sülhlə yoluna qoyaq, dava-dalaş olmasın, hamımız müsəlmanıq, şəhər uşaqlarıyıq, davadan kim xeyir tapar ki!” deyəndə Əlağa da, Tural da ona bildirmişlər ki, biz də sülh yaratmağa gəlmişik, dalaşmağa gəlməmişik. Həmin vaxt Elgün ona yaxınlaşmışdır. O, Elgünə “siz axı dost olmusunuz, nəyə lazımdır, dava” demişdir. Elgün cavabında “gəlsinlər diz üstə (nakalenya) üzr istəsinlər, keçim” deyəndə arxa tərəfdən Rauf Qarayev nalayiq söyüş söymüşdür. O geri çevirilmiş və Raufa “söyüş söymə” desə də, bu vaxt ara qarışmış, dava düşmüşdür. Bir dəfə avtomat səsi, dalınca isə ardıcıl olaraq iki dəfə tapança səsi gəlmişdir. İkinci dəfə tapança səsi gələndə isə Rauf Qarayev “mənə nəsə girdi” deyib, qışqıranda hamı qaçmış, hərə bir tərəfə dağılmışdır. Eldar Qarayevin bədəni qan içində olmuşdur. O, avtomobili işə salıb Eldara tərəfə sürmüş, onu ayaq üstə görmüşdür. Neyman və digərləri isə Raufu tutmuşlar. Raufun sifətində heç bir xəsarət olmasa da, onun yaralandığını demişlər. O cəld qabaq qapını açıb Raufu əyləşdirmiş, digərləri isə arxada oturmuşlar. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində Eldarı, Neymanı və digərlərini düşürmüş, Raufu isə xəstəxanaya aparmışdır. Sonradan Raufun öldüyü məlum olmuşdur. Həmin vaxt Neymangildən kimsə zəng etmiş, ağlayıb “Rauf keçindi, Raufu itirdik” demişdir. Rauf Qarayevin əlində olan avtomat silahı haradan aldığını bilməmişdir, Eldar Qarayevin bıçaqla kim tərəfindən vurulduğunu və Rauf Qarayevin kim tərəfindən güllələndiyini görməmişdir. Orada qarşı tərəfdə olanlardan yalnız Elgünün əlində bita olduğunu görmüşdür. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində bir dəfə avtomat səsi, dalınca isə ardıcıl olaraq iki dəfə tapança səsi gəlmişdir. İkinci dəfə tapança səsi gələndə isə Rauf Qarayev “mənə nəsə girdi” deyib qışqırmış və hamı qaçmışdır (cild 3, i/v 96-99). Qeyd olunanlarla yanaşı, həmin məhkəmə iclasında şahid qismində ifadə vermiş X34 bildirmişdir ki, 26 sentyabr 2012-ci il tarixdə, saat 20 radələrində Şahid1 ona zəng vurmuş, daha sonra birlikdə Mingəçevir şəhər stadionuna gəlmişlər. Orada Əlağanı, Turalı və daha 3-4 nəfər tanımadığı şəxsi görmüşdür. Nə baş verdiyini soruşmuş, Elgün “biri var, adı Neymandı, onunla bərk söhbətim düşüb, istəyirəm yanımda olasan” demişdir. Sonra VAZ 2107 markalı avtomobilin qabaq oturacağına Elgün, o, Mehman, Cavid isə arxada əyləşmişlər. Mingəçevir şəhərində bir qədər gəzişəndən sonra Elgünün sözü ilə sürüci avtomobili Yevlax rayonunun Xaldan kəndinə tərəf sürmüşdür. O, sürücünü tanımamışdır. Xaldan kəndi istiqamətində bir qədər gedəndən sonra yenidən Mingəçevir şəhəri istiqamətə qayıtmış, sağa dönüb bir qədər getmişlər. Həmin vaxt Elgün sürücüyə avtomobilin istiqamətini geri çevirib saxlamasını, mühərriki də söndürməməsini tapşırmışdır. Həmçinin, “mənim işim Raufladı, o mənlikdi” demişdir. O isə “mən Raufla üzüzə gəlmərəm” demiş, Elgünlə getməkdən imtina etmişdir. Elgün ona “onda sən buralarda qal, sənlik deyil” demişdir. Sürücüyə də orada gözləməsini bildirmişdir. Orada onlardan başqa da marka və nömrələrini bilmədiyi bir neçə avtomobil olmuşdur. Elgün, Mehman və Cavid avtomobildən düşmüş, qəbristanlığa tərəf getmiş, o isə aşağı düşüb gözləmişdir. Həmin vaxt qəbristanlıq tərəfdən birdən çoxlu güllə və qışqırtı səsi eşidilmiş, adamların avtomobillərə tərəf qaçdığını görmüşdür. Sürücüyə “sür gedək” deyib avtomobilə əyləşəndə, Cavid də gəlib orada əyləşmiş və birbaşa Mingəçevir şəhərinə gəlmişlər. Həmin vaxt Caviddə heç bir silah görməmiş, güllələri kimin atdıgını bilməmiş, ümumiyyətlə hadisə yerinə gedəndə Caviddə, Mehmanda və Elgündə heç bir silah, dəyənək, bıçaq görməmişdir. Mingəçevir şəhərinin girəcəyində avtomobildən düşmüş, evə getmişdir. Ertəsi gün Raufun öldüyünü, atası Eldarın isə yaralandığını eşitmişdir (cild 3, i/v 90-91). Eyni zamanda, həmin məhkəmə iclasında CM-in 221.3, 228.2.1, 331.3, 338.1 və 347-ci maddələrilə təqsirləndirilən şəxs X20 ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Raufu kimin güllələdiyini bilməmiş, görməmişdir. Atəşi birinci avtomat silahdan Eldar açmış, Eldar yıxılandan sonra ikinci, üçüncü atəşlər eşidilmiş və Rauf yerə yıxılmışdır. Əvvəlcə avtomatdan atəş açılmış, avtomat silah Eldar kişidə olduğundan, atəşin onun tərəfindən açıldığını bilmiş, sonra daha iki atəş səsi eşitmişdir. Hərbiçi olduğu üçün digər iki atəşin “Makarov” markalı tapançadan açıldığı ona məlum olmuşdur (cild 3, i/v 95-96). Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli 1-1(107)-1/2015 nömrəli qərarı ilə. (cild 1, i/v 288-325). Həmin qərardan müəyyən olunur ki, Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Şahid2 və onun müdafiəçisi X16, təqsirləndirilən şəxs X23 və onun müdafiəçisi X26, təqsirləndirilən şəxs Şahid1 və onun müdafiəçisi X27, təqsirləndirilən şəxs X35, təqsirləndirilən şəxs Əmrаhov Mehmаn Süleymаn oğlunun müdafiəçisi X37, təqsirləndirilən şəxs Bаyrаmov Fаriz Telmаn oğlu və zərərçəkmiş şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Əmrаhov Mehmаn Süleymаn oğlu ona elаn olunmuş ittihаmlаr üzrə özünü qismən təqsirli bilmiş və birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Əlаğа ilə Tural orada olmuş, daha sonra Cavid və Qasım dа orа gəlmişlər. O, Əlаğа, Xəyal və Turalın Elgünün аvtomobili ilə harasa getdiklərini görmüşdür. Az sonra isə o, Elgün, Cavid və Qasım Azərin аvtomobili ilə getmişlər.Elgün qаbаq oturаcаqdа, o sağ tərəfdə arxada, Cavid sol tərəfdə arxada, Qasım isə ortada oturmuş, Azər isə аvtomobili sürmüşdür. Avtomobildə olаn zаmаn Elgün özündə bir ədəd bita olduğunu, Cavid isə əlində bir ədəd tаpаnçа olduğunu bildirmişdir. Həmin vаxt Cavid də o аvtomobildə olmuş, həmin аvtomobildə Azər, Cavid, Elgün və o birlikdə Şəki şəhərinə getmişlər. Həmin vаxt Cavid tаpаnçа ilə Raufu məhz onun tərəfindən güllələndiyini bildirmişdir. O, daha tаpаnçаnı onda görməmişdir. Cavid Şəki şəhərində dostu olduğunu, orа getməyi təklif etmiş, onlаr orа getmişlər. Azər isə onları düşürmüş “mənlik deyil, mən gedirəm, özüm bilərəm hara gedərəm” deyib geri qayıtmışdır. Onlаr həmin gecəni tаnımаdığı Natiq adlı şəxsin evində qalmışlar. Natiqə hаdisə bаrədə heç bir söz deməmişlər. Mehman Əmirov daha sonra bildirmişdir ki, Eldarın əlindən avtomatı alandan sonra iki atəş səsi eşitmişdir. İkinci dəfə аtəş аçılаndаn sonrа onlar tаnımаdığı mаşınа minərək həmin yerdən uzаqlаşmışlar. O, hаdisə yerinə gedərkən Cаviddə tаpаncа olmаsını bilməmişdir. Bundan əlavə, həmin qərardan görünür ki, barələrində olan Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli hökmündən apellyasiya şikayətləri vermiş təqsirləndirilən şəxslər Şahid2, X23, Şahid1, X35 və Bаyrаmov Fаriz Telmаn oğlu Şəki Apellyasiya Məhkəməsində Tərtər Hərbi Məhkəməsində verdikləri ifadələrə uyğun ifadə vermişlər. 27 sentyabr 2012-ci il tarixli hadisə yerinə baxış protokolu ilə (cild 1, i/v 29). Həmin protokolda göstərilir ki, hadisə yeri Yevlax-Mingəçevir avtomobil yolunun Yevlax rayonunun Hacıselli kəndinin giriş darvazası ilə paralel olan qarşı tərəfdən Mingəçevir istiqamətdə sağ tərəfə dönən çınqıllı yolla 1350 metr getdikdə Yevlax rayonunun Havarlı kəndinin ərazisində Havarlı kənd qəbiristanlığının qarşısında yerləşir. Qeyd olunan çınqıllı yol 10 metr enində olmaqla, Havarlı kənd qəbiristanlığına uzanır. Qəbiristanlığa çatmamış yolun altından su arxı keçir və həmin yerə boru-körpü salınıb. Həmin körpüyə çatmamış sağa tərəf yol ayırılr və əkin sahələrinə doğru uzanır. Qəbiristanlığın giriş darvazasından 51, 60 metr aralıda qəbiristanlığa gedən yol üzərində 01 ədəd tapança gilizi vardır. Həmin gilizdən qəbiristanlıq istiqamətdə 12 metr sağ tərəfdə beton elektrik dirəyi var. Həmin giliz “ 1 “ rəqəmi ilə nömrələndi. 1 №-li gilizdən 10, 08 metr qəbiristanlıq istiqamətdə irəlidə, yolun sağ kənarından 2, 0, sağa ayrılan yolun sol qurtaracağındaı isə 1,5 m aralıda daha bir tapança gilizi var və həmin giliz “2” rəqəmi ilə nömrələndi. Su arxının üzərində yol daralır və sağ-sol tərəfdə kolluqla əhatə olunub. İ gilizdən 5,90 metr solda kolluğun içində tünd göy rəngli sağ tay çəkələk (rezin), 5,55 metr məsafədə 01 ədəd 7,62 mm kalibrli Kalaşnikov markalı avtomatın içərisində 21 ədəd güllə olan darağı, 5,30 metr məsafədə bir litr “sprite” şirəsinin boş kapron qabı, 6,80 metr məsafədə sol tay rezin çəkələk, 6, 24 metr məsafədə içərisində bir ədəd siqaret olan bir ədəd “Davidoff” markalı siqaret qutusu var. Qeyd olunanların aşkar olunduğu istiqamətdə kolluq və qamışlıq 1,7 metr dərinliyə təmizləndi və İ gilizdən 6,70 metr məsafədə sağ üzü üstə bir ədəd açıq vəziyyətdə olan qatlanan bıçaq olduğu müəyyən edildi. Həmin bıçağın ümumi uzunluğu 19,5 sm, tiyəsi 9,0 sm, dəstəyi 10,5 sm-dir. Tiyənin üzərində qanabənzər ləkələr var. Tiyə üzərində deşik var, sağ üzərində “Columbia Fujunje USA” yazılıb. Qəbiristanlığın giriş qapısından 11,60 metr aralıda yolun üzərində qanabənzər ləkələr var. Həmin ləkələr “1” rəqəmi ilə nömrələndi. Həmin ləkələrdən İ gilizədək məsafə 40 metrdir. İ qanabənzər ləkələrdən 36 metr məsafədə, qəbiristanlıq istiqamətində, sola ayrılan yolun üzərində də yerdə qanabənzər ləkələr və həmin ləkələrdən 2,7 metr məsafədə yolun solunda bir ədəd boş sirab suyunun boş kapron qutusu var. İ qan ləkəsinin su arxının üzərindəki körpüyə tərəf müxtəlif istiqamətlərdə kom şəkilində qanabənzər ləkələr – daşlar və torpaq üzərində var. Bundan başqa, körpüdəki İ və İİ gilizdə də yerdəki çınqılların üzərində az miqdarda qanabənzər ləkələr var. Baxış keçirilərkən Mersedes BENZ-D minik markalı 45BB555 dövlət qeydiyyat nişanlı avtomobil Yevlax RPŞ-nın inzibati binasının həyətində dayandırılıb. Avtomobil yaşıl-göy rənglidir. Sol arxa-yan şüşəsi əzilib. Arxa buferinin sol tərəfi sınıb. Avtomobilin arxa yük yerində bir ədəd kolpak, bir ədəd oturacaq üzlüyü, danqrat (qaldırıcı), bir ədəd təkər açarı var. Avtomobilin təkərləri saz vəziyyətdədir, təkərlərin hamısı boşalmayıb. Sağ qabaq oturacağın üzərində 02 ədəd politilen torba var. Sağ qabaq oturacağın, həmçinin arxa oturacağın üzərində, sağ qabaq qapının içəri tərəfdən üzərində, sağ arxa qapı və ayaqaltının üzərində çoxlu sayda müxtəlif ölçülü qanabənzər ləkələr var. Sol arxa yan şüşədən başqa, avtomobilin digər şüşə, güzgü və işıq faralarının tamlığı pozulmayıb. Baxış zamanı avtomobilin salonundakı saxlama yerindən X8 adına verilmiş 07652824 seriya nömrəli şəxsiyyət vəsiqəsi, ƏN-1 №705339 və ƏN-1 № 295199 nömrəli etibarnamələr (2 ədəd) X3 adına verilmiş 02002803 seriya nömrəli şəxsiyyət vəsiqəsinin 2 ədəd, X31 adına olan 08367196 seriya nömrəli şəxsiyyət vəsiqəsinin 2 ədəd, X3 adına verilmiş 444293 № sürücülük vəsiqəsi 2 ədəd, 762397 № nömrəli qeydiyyat şəhadətnanaməsinin 1 ədəd surətləri aşkar olunub götürüldü. Bundan başqa, avtomobilin salonunda aşkar olunmuş qanabənzər ləkə nümunələri isladılmış bintə hopdurulmaqla götürüldü. 27 sentyabr 2012- cil il tarixli götürülmə aparılması haqqında protokolla. Həmin protokolda göstərilmişdir ki, xx.xx.2012-ci ildə Yevlax rayonunun Havarlı kəndi ərazisində baş vermiş cinayət hadisəsində istifadə edilmiş avtomat Mingəçevir şəhəri, Mingəçevir – Gəncə şossesində “Azyolmaş” zavodunun bərabərliyində, yolun sağ tərəfindəki kolluqda aşkar edilmişdir. Beton maneə ilə paralel istiqamətdə 10 metr aralıda Kalaşnikov markalı, qundağı qatlanan, 7.62 mm kalibrli avtomat sol üzü yerə tərəf olmaqla qoyulub. Avtomatın darağı, həmçinin içində hər hansı patron yoxdur. Avtomatın üzərində TC 59311993 rəqəmləri qazılma üsulu ilə həkk olunub. Avtomatın parça materialları olan qayışı üzərində qanabənzər ləkələr var. Yol istiqamətində, sağ qurtaracağından 2,9 arxda isə 1,3 metr məsafədə kolların arasında aşkar olunmuş bir ədəd 7,62 mm kalibrli avtomat patronu gilizi qablaşdırılaraq götürüldü. Gilizin üzərində hər hansı ləkə aşkar olunmadı. X19 meyiti barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2012-ci il tarixli 30 saylı rəyi ilə. Həmin rəyə əsasən, mərhum R.E.Qarayevin meyitində döş qəfəsinin və qarının bir ədəd dəlib keçən (giriş dəliyi gövdənin sağ yan tərəfinin orta şöbəsində. Vİİ-Vİİİ qabırğaarası sahədə, çıxış dəliyi gövdənin sol yan tərəfinin aşağı şöbəsindədir. Yara kanalının istiqaməti sağdan sola, yuxarıdan aşağıdır) yarası, sağ əlin arxa səthinin şişkinliyi və qançırı olmuşdur. Bu xəsarətlərdən döş qəfəsinin sağ yan səthində olan patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir göstərmədiyi məsafədən açılmış atəşin təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Şişkinlik və qançır isə küt alətin təsirindən əmələ gəlmişdir, həyatidir, adətən canlı şəxslərdə dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri onu göstərir ki, mərhum xəsarət aldıqdan sonra qısa müddət ərzində aktiv hərəkət edə bilərdi. Hadisə vaxtı mərhum R.E.Qarayevin əynində olmuş paltarlardakı zədələrlə meyitdə aşkar edilmiş xəsarətlərin lokalizasiyası az fərqlə üst-üstə düşür. Mərhum R.Qarayevin meyitinin xarici müayinəsi zamanı meyitin vəziyyətinin dəyişdirilməsini göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilməmişdir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların mərhumun özü-özünə yetirməsi nəticəsində törənə bilməsini istisna edir. Mərhum R.Qarayevin ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş verdiyini göstərir (cild 1, i/v 81-87). Məhkəmə bioloji ekspertizasının xx.xx.2013-cü il tarixli 511/2012-MTBŞ nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, X19 ABO sistemi üzrə qan qrupu-Oalfa.beta/İ/; Ekspertizaya təqdim edilmiş 45 çınqıl daşları, 05 ədəd bint kəsiyi, boş "Sprite" butulkası, "Davidoff” siqaret qutusu, 01 cüt rezin yay başmağı, qamış kəsiyi, Rauf Qarayevə məxsus köynək, alt mayka, trusik, şalvar, avtomat silah və yastıq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Tədqiq olunan ləkələrdə qrup antigenləri ABO sistemi üzrə tədqiq olunduqda maddi sübutlar üzərindəki ləkələrdə "H” antigeni, 05 ədəd bint kəsiyi, Rauf Qarayevə məxsus köynək və mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. Bu qan ləkələri Oalfa, beta (l) qruplu şəxsə, o cümlədən Rauf Qarayevə məxsus ola bilər (cild 1, i/v 137-144). Kompleks məhkəmə kriminalistik, trasoloji, daktiloskopik ekspertizasının xx.xx.2012-ci il tarixli 19978/19979/19980/19981 nömrəli rəyi ilə. Bu rəyə əsasən, tədqiqata təqdim edilmiş “1” və “2” rəqəmləri ilə nömrələnmiş iki ədəd gilz zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik "Makarov” ("PM”), “PA-63”, "P64”, “PK59”, “P61” konstruksiyalı tapançalarda, "Steçkin” ("APC”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər-gilizləridirlər. Həmin gilizlər təyinatları üzrə istifadə olunmaq üçün nəzərdə tutulduqları və öz kaİibrlərinə uyğun olan eyni bir silahdan atılmışlar. Təqdim edilmiş Qarayev Raufa məxsus bir ədəd qısaqol köynəyin, bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin formasına, morfoloji xüsusiyyətlərinə, atəşin əlavə faktoru olan tam yanmamış bant hissəciklərinin və mis metal izinin aşkar olunmamasına əsasən, paltarların arxa sağ yan hissəsində olan zədələr giriş zədələri olmaqla (paltarların üzərində çıxış zədələri olmadığından açılan atəşin istiqamətini müəyyən etmək mümkün deyildir), odlu silahdan açılan bir atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən yaranmağa xarakterikdir. Təqdim edilmiş R.Qarayevə məxsus köynəyin üzərində olan zədə öz formasına, quruluşuna, istiqamətinə xarakterinə və s əlamətlərinə görə hər hansı bərk predmetlə kontaktda olması, ilişməsi nəticəsində yarana bilən ilişib cırılma zədəsidir (İ cild, i/v 118-132). Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “sərhəd nəzarəti” alt sistemindən sərhəd keçmə məlumatından. Həmin məlumatda göstərilir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2012-ci il tarixdə Mazımqara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasını tərk etmiş və xx.xx.2022-ci il tarixdə “Samur” dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasına daxil olmuşdur (cild 2, i/v 141-142). Bundan başqa, məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, günorta vaxtlarında dostu Elgün zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Aşağı düşmüş və maşında oturanda Elgün ona Neyman adlı bir şəxslə mübahisəsinin düşdüyünü demiş və əlaqə saxlayaraq Mingeçevir şəhərinin çıxışında görüşəcəklərini bildirmişdir. Onlar ora gedəndə o, Elgün və Mehman, qarşı tərəfdən isə Eldar dayı, rəhmətlik Rauf, Neyman və digər adamlar orada olmuşlar. Həmin an mübahisə düşmüşdür. O, Eldar dayını tanıdığı üçün mübahisə olmasın deyə, Elgünü sakitləşdirmək üçün aparmış, Eldar kişi isə Raufu qırağa çəkmişdir. Daha sonra şəhərə geri dönüb işləriylə məşğul olmuşdur. Bir müddət sonra, axşam saat 7-dən sonra digər cüdo müəllimi Turala zəng gəlmiş və Elgüngilin yenidən görüşəcəkləri bildirilmişdir. Onlar Raufa bir neçə dəfə zəng edərək görüşüb məsələni sülhlə həll etməyi təklif etmişlər. Daha sonra Rauf onlara demişdir ki, “siz qarışmayın, Elgünü qəbiristanlıqda gözləyirəm.” Onlar ora çatanda Elgüngil orda olmamışlar. Onlar tez Turalla birlikdə həmin qəbiristanlığa getmişlər ki, söhbəti sülh yolu həll etsinlər. Ora çatanda onları Akif adlı şəxs qarşılamış və onlara demişdir ki, “peşmançılıq olmasın.” Onlar da qarşılığında niyyətlərinin söhbəti bağlamaq olduğunu və məsələni həll etmək istədiklərini demişlər. O hadisə baş verənə qədər Raufun harada olduğunu görməmişdir. Daha sonra bir maşın gəlmiş və maşından Elgün və Mehmanın düşdüyünü görmüşdür. Elgün Neymanın üzr istəməyini, belə olan halda məsələnin bağlanacağını bildirmişdir. Bir az sonra qarşı tərəfdən söyüş səsi edilmiş və havaya atəş açılmışdır. Atəş açılandan sonra Elgün və Mehman onun yanından qaçmışlar. Daha sonra Elgün və Mehmanın Eldar dayını vurduqlarını görmüşdür. Həmin vaxt Elgünün əlində bita olmuşdur. İkinci atəş səsi gələndə, o yerə yıxılmışdır, çünki güllə ona dəymişdir, amma hiss etməmişdir. Daha sonra onlar maşına əyləşib gedəndə münaqişə demək olar ki, bitmişdir. Daha sonra Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı bir güllə səsi eşitmiş, özünə güllə dəydiyini sonra bilmişdir. Cavidi hadisə yerində görməmişdir. Ona hansı atəş zamanı güllə dəydiyini bilməmişdir. Hadisə yerindən ayrıldıqdan sonra ona güllə dəydiyini bilmişdir. Raufu kimin vurduğunu görməmişdir. Elgün və Mehmanın Raufu öldürmək niyyətinin olması ilə bağlı heç nə bilmir. Hadisə zamanı Raufun kim tərəfindən vurulduğunu görməmişdir. Atəş açılandan sonra Elgün və Mehman Eldar dayının üstünə gedib onu vurmağa başlamışlar. Güllə onun sol ayağından dəymişdir. Güllənin ayağına hansı istiqamətdən dəydiyini dəqiq bilmir. Ona güllə dəyən zaman arxası Elgüngilin gəldiyi maşın istiqamətində, önü isə Eldar dayı tərəfə olmuşdur, o, ortada qalmışdır. Raufun vurulduğu yerlə onun vurulduğu yer arasında məsafə çox olmuşdur. Məsafənin təqribən nə qədər olmasını hadisə yerinə baxış zamanı müstəntiq bildirmişdir. “Makarov” tapançasının gilizlərinin tapılması barədə məlumatı yoxdur. Eldarı Elgün və Mehman bıçaqlamışdır. Hadisə yerindən çıxanda Raufun vurulduğunu bilməmişdir. Hadisədən bir gün sonra Raufun vurulduğunu bilmiş, daha sonra Bakıya getmişdir. Hadisənin səhəri günü Elgün və Mehman da Bakıya gəlmişlər. Bakıda olan zaman onlardan kiminsə polis şöbəsinə gedib təslim olması ilə bağlı nəsə dediyini xatırlamır. O, Bakıda olanda Raufun vurulduğunu bilirdi. Bakıda olan zaman Elgüngilin Raufun vurulması ilə bağlı söhbət etməsini xatırlamır. Elgün ona Raufun ölümündə Cavidin təqsirinin olması ilə bağlı məlumat verməmişdir. Münaqişə ilə bağlı Cavidin münasibət bildirdiyini eşitməmişdir. Cavid, Elgün, Mehman və Raufla aralarında düşmənçilik olmamışdır. Birinci atəş səsi gələn zaman o yaralanmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dostu Elgün ona zəng edərək özü və digər dostu Mehmanla birlikdə onları şəhərin çıxacağına aparmasını xahiş etmişdir. Elgün kiminləsə söhbəti düşdüyünə görə ona zəng vurmuşdur. Yolda olan zaman Elgün Qasım və Cavidə zəng etmişdir. O, onların hər ikisini qiyabi tanıyır, yoldaşlığı olmamışdır. Daha sonra birlikdə şəhərin çıxacağına getmişlər. Onlar ora çatanda Elgün və Mehman maşından düşərək irəli getmiş, amma Qasım maşından düşməmişdir. Cavid maşından düşəndə 1-2 addım atıb dayanmışdır. Hər tərəf qaranlıq olmuş, 10 metr məsafədən artıq heç nə görmək olmamışdır. O, münaqişə baş vermə ehtimalını düşünüb, maşından düşməmişdir. Maşını gəldiyi yol istiqamətində saxlamışdır. Bir az sonra atəş səsi eşitmiş və bundan qorxaraq maşını işə salıb getmək istəyəndə, Cavid də özünü maşına çatdırmış və onlar şəhərə gəlmişlər. Yolda olanda Elgündən zəng gəlmiş və Elgün ona yalvararaq, onları şəhərdən çıxarmağı xahiş etmişdir. Şəhərə çatanda Qasım maşından düşmüş, daha sonra Cavidlə birlikdə arxa yol deyilən istiqamətə, Elgünün yanına getmişdir. Daha sonra onları maşına mindirib Şəkiyə aparmış və sonra öz evinə qayıtmışdır. Hadisə yeri qaranlıq olduğundan nə baş verdiyindən tam məlumatı olmamışdır. Daha sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, Cavid yolda olanda hadisə ilə bağlı ona məlumat verməmişdir. Kimdəsə tapança olduğunu bilməmişdir, əgər bilsəydi, heç onlarla birlikdə getməzdi. Maşında Şahid5 danışdığı heç nəyi eşitməmişdir. Hadisə yerinə çatanda, Cavid maşından düşsə də, çox getməmişdir, maşının yanında dayanmışdır. Hava qaranlıq olduğu üçün heç nəyi dəqiq görməmişdir. Cavid çox irəli getmədiyi üçün maşınının güzgüsündən baxanda onu rahat görə bilmişdir. Maşını saxladığı yerdən təqribən 20-30 metr məsafədə həmin münaqişə baş vermişdir. Atəş səsi gələndə Cavid yaxınlıqda olmuşdur, onu görə bilmişdir. Cavidin üzərində tapança görməmişdir. Cavidin yanından atəş açılmamışdır, əgər açılsaydı bunu görərdi. Hadisənin təsiri altında qaldığı üçün maşında hansı söhbətlərin getməsini bilməmişdir. Cavidin üzərində silah olması ilə bağlı kimdənsə məlumat eşitməmişdir. Bu məhkəmədə verdiyi ifadə doğrudur. Həm ibtidai istintaq zamanı, həm də Tərtər Hərbi Məhkəməsində verdiyi ifadələrdə hadisənin təsirində olduğu üçün bəzi məlumatları səhv demişdir, amma hazırkı məhkəmədə verdiyi ifadəni təsdiq edir və hamısını düz deyir. Elgünü, Cavidi və Mehmanı Şəkiyə aparmışdır. Hadisədən sonra bu şəxslərin heç biri ilə təklikdə söhbət etməmişdir. Yevlax Rayon Prokurorluğunda verdiyi ifadəni xatırlayır, orada hadisə necə olubsa, elə də danışmışdır. Hadisə zamanı bir güllə səsi eşitmişdir, daha sonra əgər atılıbsa xatırlamır. Tərtər Hərbi Məhkəməsində verdiyi ifadəni dəqiq xatırlamır, amma yalan ifadə verməmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neymanla arasında narkotik vasitəyə görə mübahisə olmuşdur. Buna görə də qəbiristanlıqda məşq yoldaşları, dostları və qarşı tərəfdən Eldar Qarayev, onun oğlu, həmçinin digər yoldaşlarla görüşmüş və sonra mehribanlıqla qəbiristanlıqdan ayrılmışlar. Stadionda məşq edib, yaxınlıqdakı yerdə Şahid5, Şahid4 və Şahid3la birlikdə çay içmişlər. Daha sonra Mehmanla şəhərdə gəzəndə dostu Qasımla rastlaşmışlar. Cavidə zəng vurduğunu, yoxsa şəhərdə qarşısına çıxdığını dəqiq xatırlamır. Ancaq “Kosmos” adlandırılan yerdən Cavidi götürmüşlər. Mingəçevir şəhərinin çıxışında, Xaldan istiqamətində maşınla gəzən zaman ona zəng gəlmiş və “filan yerdə səni gözləyirik” deyilmişdir. O, Azər, Mehman, Cavid və Qasım birlikdə çağırılan yerə getmişlər. Ora çatanda qarşılarına Akif çıxmış və o, Akifdən Neymanın harada olduğunu soruşmuşdur. Akif ona məsələnin mehribanlıqla həll olunmasını demişdir. O, Akifə “Neyman gəlib məndən üzr istəsin, söhbət bağlansın, ayıbdı, bu qədər insan qəbiristanlığa yığılıb” deyə cavab vermişdir. Daha sonra bir atəş səsi eşitmişdir. Avtomatı tutan şəxslə münaqişə etmişdir. Biraz sonra hər kəs öz maşını ilə çıxıb getmişdir. Bu an dostu gəlmiş və rəhmətlik Rövşən onu və Mehmanı oradan aparmışdır. Mehman avtomatı da götürmüşdur. O, Mehmana “niyə silahı götürübsən, onsuz da Eldarı vurmuşuq, problem yaratmayaq” demişdir. Sonra silahı kolun qırağına atmışlar. Daha sonra Mehman və o, Elsevər adlı dostu ilə görüşüblər. Zəng gəlmişdir ki, Rauf ölüb. Dostları “adam ölüb, mənim yanıma niyə gəlmisiniz” deyə bir az narazılıq etmişdir. Daha sonra maşında gəzməyə davam etmiş, Azərə zəng etmiş və birlikdə Şəkiyə getmişlər. O, Cavidi qəbiristanlığa gələndə, daha sonra isə Şəkiyə gedəndə görmüşdür. Onlar Şəkidə bir gün qalmış, səhər tezdən Bakıya getmişlər. Bir il müddətində istintaqdan yayınmış, daha sonra gəlib təslim olmuşdur. Hadisə yerində avtomatdan başqa silah görməmişdir. Müstəntiqə verdiyi ifadəni savadı olmayıb deyə, oxumamışdır, ancaq vəkili olmuşdur. Cavidi hadisədən sonra “dəlixana” deyilən yerdə görmüşdür. Hadisə yerinə birlikdə getsələr də, orada Cavidi görməmişdir. Hadisə yerindən rəhmətlik Rövşənlə birlikdə qayıtmışdır. Həmin maşında Cavid olmamışdır. Şəkiyə Cavidlə birlikdə getmişdir. Cavid özündə tapança olması ilə bağlı ona heç nə deməmişdir. Cavid Bakıya getməyinin səbəbini də ona deməmişdir. Avtomat silahından atəş açılandan sonra Cavidi görməmişdir. Qəbiristanlığa Cavidlə birlikdə gəlmişlər. Lakin maşından düşdükdən sonra Cavidin harada dayanmasını dəqiq xatırlamır. Raufa kimin atəş açdığını görməmişdir. Maşında olan zaman Cavidin üzərində tapança görməmiş, həmçinin aralarında bununla bağlı söhbət də olmamışdır. Elsevərlə Raufun vurulması ilə bağlı söhbəti olmamışdır. Cavidin üzərində tapança olması, həmçinin onun həmin tapança ilə Raufu vurması ilə bağlı istintaqda ifadə verməmişdir. Onlar Raufun ölməsini dəqiq bilməmişlər, gah Eldarın, gah da ki, Raufun ölməsi ilə bağlı xəbərlər eşitmişlər. Raufun ölməsini daha sonra bilmişlər. Raufun öldürülməsi ilə bağlı aralarındakı söhbəti xatırlamır. Şəkiyə gedəndə maşında o, Azər, Cavid və Mehman olmuşlar. Hadisə yerindən Cavidgillə deyil, rəhmətlik Rövşənin maşınında qayıtmışdır. Şəkiyə gedən zaman Raufun hansı şəraitdə öldürülməsi ilə bağlı dəqiq məlumatı olmamışdır. Qəbiristanlığa gedəndə Mehman maşında olmuşdur. Cavidin maşında tapança çıxartdığını görməmişdir. Cavid ona Raufu öldürməsilə bağlı heç nə deməmişdir, ifadəsinin həmin hissəsini təsdiq etmir. Ona həm ibtidai istintaq zamanı, həm də Tərtər Hərbi Məhkəməsində ifadə verdiyi zaman heç bir Məhkəmədə elan olunan, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Cavidin üzərində tapa Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, Elgünlə aralarında münaqişə olmuşdur. Daha sonra Elgünlə Rauf telefonda mübahisə etmişlər. Məsələni həll etmək üçün qəbiristanlığa getmişlər. Əvvəl günorta söhbəti həll etmişlər, daha sonra Elgün yenə zəng edərək qəbiristanlıqda görüşməli olduqlarını demişdir. Ordakı mübahisə 2-3 dəqiqə çəkmişdir. Hadisə yerində əvvəl qarşılıqlı söyüş söymüşlər. Eldar əlindəki silahla havaya atəş açmışdır ki, söhbət bağlansın və sabah həll etsinlər. Atəş açdıqdan bir az sonra Eldarı vurmuşlar, amma kimin vurduğunu görməmişdir. Onlara tərəf hərəkət edəndə, bir atəş səsi də gəlmişdir, o zənn etmişdir ki, Eldarın əlindəki silahdan açılıb və dərhal yerə oturmuşlar. Daha sonra Raufun yaralandığını görmüş və onu kənara çəkmişdir. Bir az sonra hərə öz maşınına əyləşib hadisə yerindən uzaqlaşmışlar. Daha sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onu hadisə yerində görməmişdir, Cavidi orada görsəydi, yadında qalardı. Raufa kimin atəş açdığını indiyə kimi bilmir. Şəhərdə olan söhbətlərdən eşitdiyinə görə, Cavid atəş açmış, amma onu görməmişdir. Hadisə yerində bir güllə səsini avtomatdan eşitmiş, digərini isə onların üstünə getdikdən sonra eşitmişdir. Hadisə yerində iki güllə səsi eşitmişdir. Əlağa onların üstünə qaçmışdır, güllə açılandan sonra Əlağa qəbiristanlığın hasarı istiqamətinə dönmüşdür, buna görə də güllənin təqribi istiqamətini bilmişdir. Raufa bir güllə dəymişdir. Güllə açılandan sonra Rauf və o yerə oturmuşlar. Hadisə yerində 1 güllə səsini tapançadan, digər 1 güllə səsini isə avtomat silahından eşitmişdir. Cavidi hadisə yerində görməmişdir, olsaydı belə, ora qaranlıq olduğu üçün görə bilməzdi. O, Cavidi tanımamışdır. O, Eldara kömək üçün gedən zaman ikinci atəş açılmışdır. İkinci atəşin hansı istiqamətdən gəldiyini görməmişdir. İkinci atəş səsini Eldar vurulandan sonra eşitmişdir. Tərtər Hərbi Məhkəməsində “tapançadan iki güllə səsi eşitmişəm” sözünü deməmişdir, ehtimal var ki, onun “biri avtomatdan, digəri tapançadan açılıb” deməyi səhv başa düşülüb. Tərtər Hərbi Məhkəməsində onun adından qeyd olunanlar tam düzgün deyil. Məhkəmə iclas zalında elan olunan ifadələr doğrudur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, hadisə yerində Cavidi görməmişdir, həmçinin atəş səsi gələn zaman da Cavidi görməmişdir. Raufu da kimin vurduğunu görməmişdir. Övladına atəş açan Cavid olmamışdır. Əlində tapança olan şəxs Cavid deyildi. Əlində avtomat silahı olmuşdur. Ancaq silah onun olmamışdır, mübahisə olmasın deyə, onları qorxutmaq üçün silah götürmüşdür. Cavidi oğlu Raufa görə tanımışdır. Dəqiq xatırlayır ki, Cavid hadisə yerində olmamışdır. Raufa kimin atəş açması ilə maraqlanmamışdır. Başqa adamda odlu silah görməmişdir. Ətraf qaranlıq olduğu üçün əlində tapança olan şəxsin üzünü görməmişdir. Cavid hadisə yerində olmuş, amma əlində silah olmamışdır. Təqsirləndirilən şəxs hadisə yerində iştirak etmiş, amma hadisələrin mərkəzində dayanmamışdır. Hadisə yerində əlində tapança olan adam görmüşdür. Tərtər Hərbi Məhkəməsində “əlində Makarov markalı tapança olan şəxs gördüm” sözünü deməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, dostu Elgün maşınla gələrək yaxınlıqdakı bir yerə gedəcəklərini demişdir. “Alaqapı” adlanan hissədən qəbiristanlıq yoluna dönərkən, Elgündən burda nə etdiklərini soruşmuş, o da işləri olduğunu, çatandan sonra öyrənəcəklərini demişdir. Onlar həmin yerə çatanda, Elgün onlara maşında oturmalarını demiş və Neyman adlı şəxslə söhbət edəcəyini bildirmişdir. Sürücü Azər, Cavid və o, maşında qalmışlar. Üzü magistral yola tərəf maşını saxlamışlar. Elgün və Mehman içəriyə doğru hərəkət etmişlər. Təqribən 2-3 dəqiqə sonra qışqırıq səsləri gəlməyə başlamışdır. Hətta atəş səsi də eşitmişlər. Azər maşına əyləşmiş, o isə burdan qaçmaq lazım olduğunu demişdir. Çünki, Elgünün əlində silah olmadığını bilmiş, Elgüngilin vurulduğunu zənn etmişdir. Daha sonra Azər, Cavid və o, oradan qaçmışlar. Onu “Alaqapı” adlanan hissədə düşürmüşlər. Yarım saat sonra onlar tərəfdə çayxanada gedən söhbətlərdən ona məlum olmuşdur ki, qəbiristanlıqda adam ölüb, amma o, səsini çıxarmamışdır. Bir neçə dəqiqədən sonra Raufa güllə dəydiyini və rəhmətə getdiyini bilmişdir, amma digərlərindən xəbəri olmamışdır. 1-2 gün sakit dayanmış, dayısına olanları danışmış, dayısı da onu polis şöbəsinə aparmış və o, Yevlax RPŞ-da izahat vermişdir. Tərtər Hərbi Məhkəməsinə də getmişdir. Daha sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, Elgün və Raufun arasında baş verən mübahisələrdən xəbəri olmamışdır. Maşında o, Cavid, Mehman, Azər və Elgün olmuşlar. Cavid və o, maşının arxa hissəsində oturmuş və bir-birini asanlıqla görə bilmişlər. Maşında təqribən 1-2 dəqiqə birlikdə olmuşlar. Cavidin üzərində silah görməmişdir. Cavid maşında silahla bağlı söhbət etməmişdir. Maşından düşdükdən sonra Azər, Cavid və o yaxın olmuşlar. 3 nəfərdən başqa yanlarında heç kim olmamışdır. O bir atəş səsi eşitmişdir. O, maşında oturub qapını açmışdır, yanında atəş açılasydı, rahatlıqla görə bilərdi. Atəş səsi arxa, sol tərəfdən gəlmişdir. O, Cavidi asanlıqla görə bilmişdir. Atəş səsi gəldikdən sonra o, Azər və Cavid oradan qaçmışlar. Onlar hadisə yerinə gedəndə Cavid maşında olmuşdur. Maşında olarkən heç nədən məlumatı olmamışdır. Hadisə yerindən qayıtdıqdan sonra onların heç birini görməmişdir. Cavidin üzərində silah olması barədə heç nə deməmişdir. Hansı məsafədən atəş səsi eşitdiyini dəqiq deyə bilmir. Elgüngilin getdiyi tərəfdən atəş səsi gəlmiş, Elgün və Mehman qəbiristanlığın içinə girmişlər. Cavid onun sağ tərəfində dayanmışdır, aralarındakı məsafə təxminən 2-3 metr olmuşdur. Müstəntiqə də belə ifadə vermişdir. Bir atəş səsindən sonra oradan qaçmışlar. Sonra Cavidin hara getməsini bilməmişdir. Cavid, Elgün və Mehmanla birlikdə qəbiristanlığa tərəf getməmişlər. Hadisə yerinə gedərkən maşında o, Azər, Cavid, Elgün və Mehman olmuşlar. Mehmanı əvvəl tanımış və araları yaxşı olmuşdur. Elgün və Mehman maşından düşüb qəbiristanlıq tərəfə getmişlər. Avtomat silahından 1 güllə səsi eşitmişdir. Atəş açılandan sonra qorxub maşına oturub oradan qaçmışlar. Cavid atəş açılan zaman yanında olmuşdur. Cavid onun 2-3 metrliyində dayanmış, onunla söhbət etmişlər. Atəş açılandan sonra Cavid dayandığı yerdən tez özünü maşına atmış və qaçmışlar. Qayıdanda Elgün və Mehmanı görməmişdir, onlar başqa maşında qayıtmışlar. Onlar qayıdan zaman maşında o, Azər və Cavid olmuşlar. Cavid atəş səsi gələn tərəfə getməmişdir. Elgün və Mehman getdikdən sonra onları görə bilməmiş, amma Cavidi asanlıqla görə bilmişdir, çünki yanında olmuşdur. Qəbiristanlığın içərilərinə doğru Elgün və Mehman gedib, Cavid onlarla birlikdə getməmişdir. Hal-hazırda məhkəmədə hər şeyi düz demişdir, dediklərini qəbul edir. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, baş vermiş hadisədən uzun müddət keçdiyinə görə hadisəni tam dəqiqliyi ilə xatırlamır. Elgün onun dostudur. Tam dəqiq xatırlamır, ya Eldar kişi ilə ya da Neymanla Elgünün söhbəti düşmüşdür. Yer təyin olunmuş və bu söhbəti həll etmək üçün qəbirisitanlığa getmişlər. Hadisə yerində Eldar kişinin əlində silah görmüşdür, üstlərinə gəlmişlər və silahı onun əlindən almaq üçün 5-6 bıçaq zərbəsi vurmuşdur. Eldar heç 3 gün xəstəxanada yatmamışdır. Törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Daha sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə kimin maşını ilə getdiklərini və kimlərin olduğunu dəqiq xatırlamır. Hadisə yerinə avtomobillə getmişlər. Avtomobilin içində kimlərin olduğunu xatırlamır. Cavidin və digərlərinin orada hansı vəziyyətdə olduğunu görməmişdir. Eldar kişi kolun dalından çıxıb əlində silahla üstünə gəlmişdir. Daha sonra avtomatı Eldardan almaq üçün onunla dava etməyə başlamış, ona 6 bıçaq zərbəsi vurmuş, o və Eldar ayağa qalxanda hadisə yerində heç kim olmamışdır. Eldar avtomatdan havaya atəş açmışdır. Hadisə yerində tapançadan və ya başqa silahdan atəş səsi eşitməmişdir. Hadisələrin hansı müddət ərzində davam etdiyini xatırlamır. Eldarla mübahisə zamanı onlara kömək edən olmamışdır. Raufu kimin vurduğunu görməmişdir. Başqa atəş olmamışdır. Hava qaranlıq olmuş, göz-gözü görməmişdir. Cavidi stadionda görmüşdür, hadisə yerində onu görməmişdir. Tapançadan atəş açanı görməmişdir. Cavid tərəfindən atəş açılması barədə məlumat eşitməmişdir. Cavidin Rusiya getdiyini eşitmişdir. Şəkiyə getdiklərini xatırlamır. Caviddə silah görməmişdir. Cavid yanlarında “nəsə olsa, məndə silah var” sözünü deməmişdir. Cavid maşında silah göstərməmişdir, üzərində silah olub-olmaması ilə bağlı ona heç nə deməmişdir. Cavid onlara Raufu silahla vurması barədə heç nə deməmişdir. Cavidin işi ilə bağlı istintaq zamanı təkcə “Raufu kimin vurub? “sualı verilmişdir, ondan bu işlə bağlı başqa heç nə soruşulmamışdır. Verdiyi ifadəni oxumamış, amma qol çəkmişdir. İfadəsini həm savadsızlığına görə, həm də həmin zaman çox təsirlərə məruz qaldığı üçün oxumamışdır. Barəsində olan işlə bağlı məhkəmədə dediklərini tam xatırlamır, amma Eldarı bıçaqla vurması barədə demişdir. Hadisədən sonra avtomat silahı götürərək, piyada getmişdir. Hadisədən sonra Bakıya getdiyini xatırlayır, amma Şəkiyə getdiyini xatırlamır. Hadisədən sonra Cavidlə bu məsələ ilə bağlı söhbət etdiklərini xatırlamır. Cavidi hadisə yerində görməmişdir. Cavidin əlində silah görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün Şahid5 həm istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələri elan olunmuş və bundan sonra o, verilən suallara cavab verərək bildirmişdir ki, Tərtər Hərbi Məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. Həmin Məhkəmədə də “Cavid Raufu vurub” sözünü rədd etmişdir. İbtidai istintaq zamanı ifadələr vermişdir, amma ifadələri elan edildikdən sonra təsdiq edib-edə bilməyəcəyini deyə bilər. O, müstəntiqə Cavidin əlində silah görməsi barədə heç nə deməmişdir. Tərtər Hərbi Məhkəməsində olmuşdur. Ona həmin məhkəmədə təsir və təzyiq göstərilməmişdir. Tərtər Hərbi Məhkəməsində verdiyi ifadəni təsdiq edir. Tərtər Hərbi Məhkəməsində “Cavid Raufu silahla vurub” sözünü deməmişdir, ifadəsində olan o hissəni rədd edir. Hal-hazırda hər şeyi doğru deyir. Şəki Apellyasiya Məhkəməsindəki prosesləri xatırlayır, ona həmin məhkəmədə təsir və təzyiq göstərilməmişdir. Apellyasiya məhkəməsində verdiyi ifadəni təsdiq edir. Apellyasiya məhkəməsində verdiyi ifadədə “Cavid Raufu silahla vurub” sözünü rədd edir, o nə ifadəsində, nə də verilən suallara cavabında belə şey deməmişdir. Anası məhkəmədə ifadə vermişdir. Anasını qorxutduqları üçün ifadə vermişdir, ona təsir etmişlər. Hadisə baş verdikdən sonra anası ilə danışmamışdır. O, heç kimə “Raufu Cavid vurub” sözünü deməmişdir, çünki Raufu vuranın kim olduğunu bilməmişdir. Hadisədən sonra həyat yoldaşı ilə danışmışdır. O, yoldaşına Eldarı bıçaqla vurduğunu demişdir. Qasım Qasımovu tanıyır, amma verdiyi ifadəsini xatırlamır. Şahid5 CM-in 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.7, 221.3 və 228.2.1-ci maddələrilə ittiham olunduğu cinayət işi üzrə 05 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, elan olunmuş ittihamın mahiyyəti mənə aydındır. 26 sentyabr 2012-ci ildə mən gündüz evimizdə idim. Evdə usta işləyirdi. Günorta evimizdə nahar edəndən sonra Mingəçevir şəhərində yerləşən Mustafa adlı şəxsin çayxanasına getmişdim ki, vaxtımı keçirim. Saat 14 radələrində gördüm ki, Azər adlı, əvvəllər o qədər də yaxın münasibətim olmayan Mingəçevir şəhər sakini özünün qara rəngli VAZ 2107 markalı dövlət qeydiyyat nömrə nişanının son rəqəmləri 079 olan maşını ilə oraya gəlib siqnal verdi, Mustafa mənə dedi ki, Azər məni çağırır. Çıxıb Azərə yaxınlaşdım, dedi ki, “gəl otur gedək, Elgünün söhbəti düşüb”. Maşına əyləşdim, maşında Azərdən başqa heç kim yox idi. Azərin deməsinə görə, Elgünün Neyman adlı şəxslə arasında nə isə söhbət olmuşdu. Azərlə birlikdə onun avtomobilində biz Mingəçevir şəhərindən Yevlax rayonunun Havarlı kəndi istiqamətdə gedəndə gördüm ki, əvvəllər tanıdığım, yaxın münasibətim olan Şahid1 Priora markalı, qara rəngli, nömrəsinin son rəqəmləri 476 olan avtomobili gəlir. Həmin avtomobili Elgün özü sürürdü, Əlağa, Tural adlı tanıdığım şəxslər də həmin maşında idilər. Bildirirəm ki, Əlağa, Elgün və Tural da əvvəllər idmançı olublar. Turalla Əlağa hazırda da idman müəllimi işləyirlər. Birbaşa Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yanına getdik. Həmin razborkaya-söhbətə o qədər də əhəmiyyət vermirdim ki, Neymandır də, gələcək söhbət edəcəyik, çıxıb gedəcək. Ona görə də orada nə məsələ olması ilə o qədər də maraqlanmadım, Elgündən də heç nə soruşmadım. Bir qədər sonra gördüm ki, Neyman əvvəllər tanıdığım, normal münasibətim olan Rauf, atası Eldar, əmisi Elxan və tanımadığım bir Mersedes markalı taksi ilə oraya gəldilər. Mersedes onları düşürüb getdi. Mən Neymana dedim ki, “nə məsələdi?” Neyman dedi ki, “məsələ sizdədi”. Dedim ki, “məsələ bizdə ola bilməz”. Həmin vaxt Rauf Qarayev də mübahisəyə girişib bizim hamımızı, yəni Elgünü, Turalı, Əlağanı Azəri və məni söyməyə başladı. Qarşılıqlı söyüşüb mübahisə elədik. Əlağa müəllim Neymana dedi ki, “qurban olasan bu kişiyə, bunun evində tonlarla çörək yemişik, bu məsələ bağlıdır”. O, Eldar Qarayevə işarə edirdi. Rauf söyərək üstümüzə tərəf gələndə, onun hər iki qolunun altından tutub arxaya tərəf apardım ki, sakitləşdirim. Görməsəm də əllərimlə hiss elədim ki, Raufun üstündə tapança var, Bildim ki, orada nəsə dava olsa Rauf həmin tapançadan atəş “açacaq, bizi vurub öldürəcək. Ona görə də onu sakitləşdirdim. Orada heç bir dava olmadı, Ancaq, Rauf elə hey deyirdi ki, “atacam, güllələyəcəm, sizin komunuzu, arxanızda dayananı belə-belə edim” deyib, kobud söydü. Mən də onları söydüm. Hamımız qarşılıqlı, kobud söyüşdük. Hamımız dedik ki, görüşərik. Raufa da dedik ki, "dədəni niyə gətirmisən, özün gəl danışarıq”. Ona görə də qorxdum və oradan özümüzün avtomobillərimizə əyləşib uzaqlaşdıq. Bizə ən çox yer edən o idi ki, Neyman kimdir ki, onun üstündə Rauf, əvvəllər yaxın münasibətimiz olan, dostluq elədiyimiz Rauf bizimlə elə davranıb, bizimlə söyüşür, hədələyir. Aralaşandan sonra da fikrimiz belə idi ki, Raufun özünü tapıb onunla söhbət edək. Hər şeyi yoluna qoyaq. Biz Mingəçevir şəhər stadionuna gəldik və Elgün Mingəçevir şəhər sakini Elsevər adlı şəxsə zəng edib çağırdı. Elsevər özünün BMV maşını ilə oraya gəldi. Baş verənləri ona danışdıq. Elsevərə Elgün ağsaqqal kimi hörmətlə yanaşır, onu eşidir. Elsevər dedi ki, “heç bir şey olmaz, mən özüm Eldarla görüşüb danışaram, məsələni yoluna qoyaram”. Elgün isə razılaşmadı və dedi ki, “atası lazım deyil, sənlik deyil, oğlu ilə özümüz görüşüb danışarıq”. Elgünün deməsindən belə anladım ki, Neyman narkotik vasitə satışı ilə məşğul olduğuna görə tələb edib ki, narkotik satmasın. Həmin səbəbdən də mübahisələri düşübdür. Elgünlə ikimiz onun maşınında Mingəçevir şəhərində bir qədər gəzdik. Məqsədimiz bu idi ki, Raufu tapıb özümüz onunla söhbət edək. Onun mobil telefon nömrəsini bilmirdim. Raufu tapa bilmədik. Həmin vaxt anam məni evə çağırıb dedi ki, evdən nə isə şkaf düşürmək lazımdır. Həmin şkafı düşürəndə evimizin eyvanında ailə üzvlərimdən gizli olaraq gizlətdiyim qatlanan bıçağı götürdüm ki, hər ehtimala qarşı birdən Raufgillə yenə görüşərik. Özümü müdafiə edə bilim. Çünki, söhbətdə Raufun “atacam” sözlərini eşitmişdim. Bıçağı götürəndən sonra X60 maşını ilə gəlib məni evimizdən götürdülər, stadiona getdik. Ancaq əvvəlcə şəhərdə bir-iki dövrə (kruq) vurduq ki, görək Rauf haradadır, tapa bilmədik. Əlağa ilə Tural stadionda idilər, məşq keçirdilər. Stadionda olduğumuz vaxt mən tanış olduğum bir qadınla telefonda danışdığıma görə, kənara çəkilmişdim. Başım qarışmışdı. Baxanda gördüm ki, Cavid, Xəyal, Qasım, Əlağa, Tural, Azər, Elgün oradadırlar. Əlağa ilə Xəyal və Tural Elgünün maşını ilə hələ mən telefonda danışanda çıxıb getmişdilər. Elgünün maşınını Əlağa sürdü. Bildiyimə görə, onlar özləri ilə heç bir bita, bıçaq və s. götürmədilər. Həmin vaxt bildim ki, Turala Neyman və ya Rauf zəng edib ikinci dəfə razborka eləmək üçün strelka veriblər, yəni yenidən razborka eləmək üçün yer deyiblər. Yenə də Havarlı qəbiristanlığının yanını demişdilər. Azərin maşınında Elgün, Cavid, Qasım və mən getdik. Maşını Azər sürürdü, mən sağ arxada, Cavid sol arxada, Qasım isə ortada oturmuşdu. Maşında iki ədəd bita idman dəyənəyi vardı. Həmçinin, Caviddə də tapança olduğunu gördüm. Özü çxarıb göstərdi, dedi ki, “nəsə olsa mən də çıxarıb ataram”. Maşınımızda olanların da hamısı həmin tapançanı gördülər. Biz Havarlı qəbiristanlığının yanına çatanda gördüm ki, Akif adlı şəxsin Mersedesi oradadır və Akif Əlağagillə söhbət edir. Mən maşından düşən kimi yüngül ayaqyoluna getdim. Maşındakı bitalardan birini Elgün götürdü. Digərini kimin götürdüyünü bilmədim. Maşından düşəndən sonra gördüm ki, qarşılıqlı söyüşmə, hədələşmə oldu. Belə ki, Rauf və digərlərihamısı bizi söydülər. Elgün dedi ki, o vaxt keçərəm ki, Neyman gəlib üzr istəsin. Arxadan, qəbiristanlıq tərəfdən gələn Eldar əlindəki avtomatdan havaya tərəf bir dəfə atəş açdı və avtomatı çiynində tutub Elgünə tərəf gəldi və dedi ki, “keçmiyəni belə-belə edim, ə, bu nədi, üstümə dəyənəkləmi gəlmisən? Kobud ana-bacı söyüşləri söydü. Eyni zamanda, avtomatı aşağı salıb Elgün tərəfə tuşladı, mən onların yanında idim. Gördüm ki, Eldar avtomatı Elgünə tərəf tutub atəş açmaq istəyir. Ona görə də tez onun əlindəki avtomatdan sol əlimlə tutdum, istədim ki, avtomatı alım, Eldar buraxmadığına görə, sağ yumruğumla bir dəfə onun sifətindən vurdum. Yenə də avtomatı buraxmadı, gördüm ki, avtomatdan yenə də atəş açmaq istəyir. Məni və digərlərini güllələmək istəyir. Ona görə də sağ əlimdə əvvəlcədən tutduğum bıçağın tiyəsini elə əlimdəcə açıb həmin bıçaqla Eldarın kürəyindən, qarnından zərbələr endirdim, yerə yıxdım. Biz yerə yıxılanda kimsə gəlib Eldarı yumruqla vurdu, kimin vurmağını görmədim. Sonra gördüm ki, Elgün gəlib əlindəki bita ilə Eldarın başına vurdu, bita da qırıldı, Eldar durub qaçdı. Avtomat məndə qalmışdı, avtomatı da götürdüm. Üzərində hansısa maqazin görmədim, yəqin maqazini düşübmüş. Orada başqa atəş səsi eşitmədim. Hamımız birdən durub maşınlara oturduq. Mingəçevir şəhərinə gəldik. Mən avtomatı da özümlə götürdüm. X10 zəng elədi. Elsevər özünün BMV-si ilə gəluib “NUR” şadlıq sarayının yanında bizimlə görüşdü. Mən və Elgün Elsevərin maşınına əyləşdik. Elsevərlə görüşməkdə məqsədimiz o idi ki, ondan bir məsləhət alaq, bərk qorxmuşduq. Elsevərin maşınında bir qədər gəzdik və ona da dedik ki, mən bir nəfəri, Eldarı bıçaqlamışam. Ancaq hələ Raufun güllələndiyini bilmirdim. Həmin vaxt Elsevərə kimsə zəng elədi və bildik ki, Rauf ölübdür. Yenidən Azərgillə görüşdük. Artıq avtomat maşında deyildi, bitaları da görmədim. Görüşəndən sonra Cavid dedi ki, tapança ilə Raufu o güllələyibdir. Tapançanı da daha onda görmədim, görünür harasa gizlətmişdi. Cavidin təklifi ilə Şəki şəhərinə getdik. Dedi ki, orada hansısa dostu var. Şəkiyə tanımadığım bir ünvana getdik. Cavidin həmin dostunun adı Natiq idi. Evlərinin yeri yadımda deyil. Həmin gecəni Natiqgildə qaldıq. Həmin gecə saat 04 radələrində Azər maşınını da sürüb harasa getdi. Dedi ki, “mənlik deyil, mən gedirəm, özüm bilərəm hara gedərəm”. Natiqə də adam öldürdüyümüzü, vurduğumuzu demədik. Eləcə dedik ki, davamız düşüb. Natiqgildə yeyibiçdik, xeyli araq içdim. Ayın 27-də Elsevər adlı Mingəçevir şəhər sakini Samir adlı şəxslə birlikdə oraya gəldilər. Hansısa bir kafedə Şəkidə Elsevərgillə görüşdük. Elsevər təslim olmağımızı təklif eləsə də, mən dedim ki, 3-4 gündən sonra təslim olacam. Digərləri də təslim olmağa razı olmadı. Elsevər kiminləsə danışdı, Elgün kiminləsə danışdı, yəqin ki, Azərlə danışıb avtomatın yerini öyrəndi. Sonra razılaşdılar ki, avtomatı harasa tullasınlar. Bundan sonra Elsevərlə Samir qayıdıb gəldilər, Elgün, Cavid və mən isə Bakıya getdik. Belə ki, Natiq bizi öz maşını ilə (VAZ 21015 markalı, qara rəngli, nömrəsini bilmirəm) Bakıya apardı. Telefonla danışıb bildik ki, Turalla Əlağa Bakıdadırlar, Bakıda Turalın hansısa dostunun evində idilər. Biz də onların yanına getdik. Həmin ünvanı dəqiq tanımıram. Tural qabağımıza çıxmışdı, bizi dostunun evinə apardı. Ayın 27-dən 28-nə keçən gecə orada qaldıq. Həmin axşam Bakıya çatanda Cavid dedi ki, təslim olmağa gedir. Onu elə Natiqlə birlikdə geriyə yola saldıq ki, Mingəçevirə gedib təslim olsun. Daha sonra Natiqlə onun haraya getdiklərini bilmədim. Ancaq onu bildim ki, Cavid gəlib təslim olmayıb. Orada Əlağanın da sol budundan yaralandığını gördüm. Yəqin ki, güllə yarası idi. Ayın 28-də biz hər birimiz oradan çıxdıq, digərlərinin hara getdiklərini bilmədim. Mən özüm ondan bu günədək Bakı şəhərində bulvarda skamyaların üstündə yatıb oralarda dolaşdım. Özümdə 28 manat pul vardı. Həmin pulla özümə yemək, su alırdım. Mən Cavidin tapançanı haradan aldığını, hadisədən sonra haraya gizlətdiyini bilmirəm. Hələ Şəkidə olanda özümün mobil telefonumun nömrəsini qırıb tullamışdım. Hazırda Əlağanın, Turalın, Elgünün və digərlərinin harada olduqlarını bilmirəm. Əlavə edim ki, Şəkidə evinə getdiyimiz şəxsin adını mən Natiq olaraq bilmişəm, Bəlkə də adını səhv demiş olar ki, Caviddən başqa heç birimiz əsl adını bilməyək. Bakıda getdiyimiz evdə heç bir ev sahibi görmədim. Şahid5 28 dekabr 2012-ci il tarixdə verdiyi ifadəsində bildirmişdir ki, hazırki cinayət işi üzrə əvvəlki ifadəmdə göstərdiklərimi qismən təsdiq edirəm. Belə ki, cinayət işi üzrə əlavə ifadə verməkdə məqsədim ondan ibarətdir ki, 26 sentyabr 2012-ci il tarixdə Yevlax rayonunun Havarlı kənd qəbristanlığında baş vermiş hadisə zamanı mən Eldar Qarayevin əlində avtomatı, o atəş açandan sonra gördüm. Həmin vaxt avtomatı onun əlində görəndə bir anlıq fikirləşdim ki, bizim hamımızı güllələyib öldürə bilər. Ona görə də bir anlıq bərk qorxdum və bir anlıq şalvarımın cibindəki bıçağı çıxarıb irəli atılaraq həmin bıçaqla Eldar Qarayevə zərbələr endirdim. Ona cəmi iki ədəd bıçaq zərbəsi vurdum. Məqsədim o idi ki, avtomatı onun əlindən alım. X61 avtomatı buraxmadığına görə, bıçağı kənara tulladım və bu dəfə yumruqla Eldarın sifətinə bir dəfə vurdum, sonra hər ikimiz yıxıldıq və mən avtomatın maqanizindən tutub çıxarıb kənara tulladım. Eldar isə yenə də avtomatı buraxmırdı. Həmin vaxt Elgünün bita ilə Eldarın başından vurduğunu gördüm. Məhz həmin vaxt Eldar avtomatı buraxdı. Mən avtomatı götürüb ayağa durdum. Bundan sonra mən Elgünün “davay maşınlara oturun gedək” deyən səsini eşitdim. Avtomat da əlimdə tez hansısa bir xarici markalı (həmin avtomobilin dəqiq markasını və dövlət qeydiyyat nişanını bilmirəm) avtomobilin arxa oturacağında əyləşdim. Elgün də həmin avtomobilin qabaq oturacaında əyləşmişdi. Həmin avtomobilin sürücüsünü tanımadım. Belə ki, hadisə yerinə gələndə həmin avtomobil yox idi. Hadisə yerinə mən Şahid2 idarə elədiyi qara rəngli VAZ 2107 markalı avtomobildə Cavid, Elgün və Qasımla birlikdə getmişdim. Əlağa ilə Tural isə deyəsən, Xəyalla birlikdə Elgünün maşını ilə getmişdilər. Həmin avtomobildə hadisə yerinə çatmamış, daha doğrusu asfalt yoldan qəbiristanlığa gedən torpaq yola burulanda, Cavid əlində bir ədəd tapança silahı göstərib bildirdi ki, “hər ehtimala qarşı məndə də tapança var”. Həmin vaxt Elgün qışqıra-qışqıra mobil telefonla danışırdı. Maşında olan digər şəxslərin Cavidin həmin sözlərini eşidib-eşitmədiklərini bilmədim. Hadisə yerindən qayıdandan sonra Elgünlə mən tanımadığım şəxsin dəqiq markasını bilmədiyim xarici maşınında Mingəçevir şəhərinə gəldik. Mingəçevir şəhərində “Dormaş” deyilən yerin qarşısına çatanda sürücüyə dedim ki, maşını saxlasın, mən bayıra getmək istəyirəm. Maşından düşən kimi isə avtomatı “Dormaş”ın qabaq tərəfində, yolun əks tərəfindəki kolluğa tulladım. Daha sonra oradan uzaqlaşdıq və bundan sonra Elsevərlə görüşüb Nur şadlıq sarayının qabağında Elgünlə mən onun maşınına oturduq. Xarici maşın isə harasa getdi, maşında Elsevər tək idi. Elgün baş verənləri Elsevərə danışdı. Elsevər əvvəlcə elə bildi ki, adi dava olub. Sonra Elsevərə kimsə zəng elədi. Elsevər telefonla danışandan sonra Raufun öldüyünü dedi. Şəhərdə Azərgillə görüşdük. Azərlə Cavid həmin maşında idilər. Elgünlə mən onların maşınına oturduq və birlikdə Şəkiyə getdik. Əlavə edirəm ki, hadisə vaxtı mən Eldar Qarayevi bıçaqla vuranda onu öldürmək məqsədim olmamışdır. Əsas məqsədim o idi ki, avtomatı əlindən alım, birdən kimisə güllələyər. Məhz buna görə də bıçaqla cəmi iki dəfə vurandan sonra bıçağı tullayıb onu yumruğumla vurmuşam. Əgər onu öldürmək məqsədim olsaydı, bıçaqla elə boğazını kəsər, ürəyindən vurardım. Elə buna görə də Eldar avtomatı əlində tutanda maqazini çıxarıb kənara tulladım. Şəki Apellyasiya Məhkəməsində isə təqsirləndirilən şəxs Mehman Əmrаhov ona elаn olunmuş ittihаmlаr üzrə özünü qismən təqsirli bilmiş və birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Əlаğа ilə Tural orada olmuş, daha sonra Cavid və Qasım dа orа gəlmişlər. O, Əlаğа, Xəyal və Turalın Elgünün аvtomobili ilə harasa getdiklərini görmüşdür. Az sonra isə o, Elgün, Cavid və Qasım Azərin аvtomobili ilə getmişlər. Elgün qаbаq oturаcаqdа, o sag tərəfdə arxada, Cavid sol tərəfdə arxada, Qasım isə ortada oturmuş, Azər isə аvtomobili sürmüşdur. Avtomobildə olаn zаmаn Elgün özündə bir ədəd bita olduğunu, Cavid isə əlində bir ədəd tаpаnçа olduğunu bildirmişdir. Sonrа Azərgillə görüşmüşdür. Həmin vаxt Cavid də onun аvtomobilındə olmuş, həmin аvtomobildə Azər, Cavid, Elgün və o birlikdə Şəki şəhərinə getmişlər. Həmin vаxt Cavid tаpаnçа ilə Raufu məhz onun tərəfindən güllələndiyini bildirmişdir. O, daha tаpаnçаnı onda görməmişdir. Cavid Şəki şəhərində dostu oldugunu, orа getməyi təklif etmiş, onlаr orа getmişlər. Azər isə onları düşürmüş “mənlik deyil, mən gedirəm, özüm bilərəm hara gedərəm” deyib geri qayıtmışdır. Onlаr həmin gecəni tаnımаdığı Natiq adlı şəxsin evində qalmışlar. Natiqə hаdisə bаrədə heç bir söz deməmişlər. Şahid5 daha sonra bildirmişdir ki, Eldarın əlindən avtomatı alandan sonra iki atəş səsi eşitmişdir. İkinci dəfə аtəş аçılаndаn sonrа onlar tаnımаdığı mаşinа minərək həmin yerdən uzаqlаşmışlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı 10 oktyabr 2022-ci ildə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə, saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndində yerləşən qəbiristanlıq deyilən ərazidə baş vermiş hadisədə iştirak etmişdir. Hadisəyə səbəb həmin gün, günorta saatlarında Elgün adlı şəxsin Neyman adlı şəxsə zəng edərək narkotik vasitəsi istəməsi olmuş, bundan sonra tərəflər arasında mübahisə yaranmış, həmin mübahisəyə Neyman tərəfdən Rauf Qarayev müdaxilə etmiş və nəticədə X52 arasında yaranmış mübahisə həmin hadisə ilə nəticələnmişdir. Həm gündüz saatlarında mübahisə baş verərkən, həmçinin axşam saat 21 radələrində mübahisə baş verərkən hadisə yerində olmuşdur. xx.xx.2012-ci il tarixdə, saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndində yerləşən qəbiristanlıq deyilən ərazidə baş vermiş hadisəyə əvvəldən Əlağa və Xəyal adlı şəxslərlə birlikdə getmişdir. Oraya getməkdə məqsədi yaranacaq mübahisənin qarşısını almaqdan ibarət olmuşdur. Hadisə zamanı Eldar Qarayevdə avtomat silahı olduğunu görmüşdür. Hadisə baş verən zaman Əlağa silahdan açılan atəş nəticəsində yaralanmış, Rauf Qarayev də silahdan açılan atəş nəticəsində yaralanmış, daha sona ölmüş, Eldar Qarayevə isə bıçaqla xəsarət yetirilmişdir. Hadisə bitdikdən sonra o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getmişdir. Hadisənin səhəri günü, yəni xx.xx.2012-ci il tarixdə hadisədə iştirak edən Elgün, Mehman və Cavidlə Biləcəri qəsəbəsində görüşmüşlər. Görüş zamanı Cavid polisə təslim olmaq üçün Mingəçevir şəhərinə gedecəyini bildirən zaman o, Caviddən səbəbini soruşmuşdur. Cavid ona bildirmişdir ki, hadisə zamanı özündə silah olmuş və həmin silahla Rauf Qarayevi vurmuşdur. Həmin vaxt X53 beysbol dəyənəyi ilə vurduğunu, Mehman isə Eldar Qarayevə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Cavid taksi ilə Mingəçevir şəhərinə gedəcəyini bildirib getmişdir. Həmin gündən sonra Cavidi görməmişdir. O, Cavidi əvvəldən tanımış, Cavidlə birlikdə idman zalında məşq etmişlər. Həmin hadisə ilə bağlı xx.xx.2012-ci il tarixdə şübhəli şəxs qismində və xx.xx.2012-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə vermiş, həmin ifadələrini hal-hazırda təsdiq edir. O, xx.xx.2012-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə hadisənin səhəri günü Cavidin ona silahı hadisə zamanı Rauf Qarayevin əlindən aldığını və həmin silahla da Rauf Qarayevi vurduğunu bildirmişdir (cild 2, i/v 220-222). Şahid4 ibtidai istintaq zamanı 13 oktyabr 2012-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ifadəsində isə bildirmişdir ki, 26 sentyabr 2012-ci ildə, saat 14 radələrində məşqini başa çatdırıb evinə gəlib dincələndə Elgün özünün xatırlamadığı mobil nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə zəng edib harada olduğunu soruşmuş və demişdir ki, “gözlə maşın gəlib səni götürəcək”. Nə məsələ olduğunu soruşsa da, deməmişdir. Bir qədər sonra Elgün yenə də zəng edib demişdir ki, aşağı düş, maşın gözləyir. Əynini geyinib aşağı düşəndə, görmüşdür ki, Azər adlı Mingəçevir şəhər sakininin VAZ 2107 markalı nömrəsini bilmədiyi avtomobil evlərinin qabağında gözləyir. Sükanda Azər özüdür, Mehman isə qabaqda əyləşmişdir. Maşına minməyib, pəncərədən Mehmana yaxınlaşıb nə məsələ olduğunu soruşanda, bildirmişdir ki, onun da xəbəri yoxdur. Nə isə Elgünün mübahisəsi düşüb, oraya gedəcəklər. And içmişdir ki, nə məsələ olmasını özləri də bilmirlər. O, fikirləşmişdir ki, onların arasında hansısa mübahisə, narazılıq olsa sakitləşdirər. “Tez ol, otur gedək” demişdir. Maşının arxa oturacağında əyləşmişdir. X41 şəhərinin Yevlax rayonunun Xaldan kəndi istiqamətinə çıxışına sürəndə, yenə də nə olmasını soruşub maşını dayandırmasını deyib saxlatmışdır. Maşından düşmüş və tələb etmişdir ki, haraya getdiklərini desinlər. Hansısa Elgünə zəng etmiş və demişdir ki, Elgün arxadan gəlir, otur gedək. Maşına oturanda görmüşdür ki, Elgün özünün qara rəngli Priora markalı, son rəqəmləri 476 olan maşınında gəlib, yanlarından keçmişdir. Onun maşınında Əlağa da əyləşmişdir. Onlar da Elgünün dalınca gedib Yevlax rayonunun Hacıselli kəndinin girişindən əks tərəfə, sola tərəf dönmüş və bir qədər gedəndən sonra maşınları saxlamışlar. Hamısı düşmüşlər. Heç kimin əlində hansısa bita, silah görməmişdir. Elgünün deməsinə görə Neymanla mübahisəsi düşmüş və ona həmin yeri strelka vermişdir. Neymanla arasında nə səbəbə görə mübahisə düşməsini bilməmişdir. Neymanın ünvanına deyinmişdir ki, “yekəbaşlıq edir”. Həmin vaxt Elgünə zəng gəlmişdir. Telefonda qışqıra-söyə “gəlirsən, sən də gəl” demişdir. Təxminən 15 dəqiqə sonra oraya bir “Mersedes” markalı taksi gəlmişdir. Dəqiq markasını, nömrəsini bilməmişdir. Həmin maşından Rauf, atası Eldar, əmisi Elxan, həmçinin Neyman adlı şəxs düşmüşlər. Yanlarında bir nəfər də tanımadığı, idmançı bədən quruluşlu cavan oğlan olmuşdur. Onlar gələndə o, maşında olmuş və düşüb Eldar və digərləri ilə mehriban görüşmüşdür. Elgün Eldar kişi ilə görüşüb xoş gəldin eləmiş və demişdir ki, “daha heç nə, Eldar kişi gəlib”. Neymana isə “o nə söz idi sən deyirdin” nə isə söyüşü nəzərdə tuturdu. Neyman demişdir ki, “sözü sən deyirdin, mən eşidirdim”. Rauf Elgünə demişdir ki, “sən məni söhbətə-razborkaya çağırmısan?” Elgün isə Neymanı çağırdığını deyəndə, Rauf narazılıqla demişdir ki, sən mənə dedin ki, gəl. Elgün demişdir ki, sən dedin gəlimmi? mən də dedim gəl, nə bilim nəyə gəlirsən. Rauf demişdir ki, “sənin sostavın heç mənimlə söhbət eləyə bilməz”. Onların hər ikisini sözlə sakitləşdirməyə çalışmışdır. Rauf Elgünün qolundan tutmuşdur ki, gəl gedək söhbət edək. Orada nəsə danışmışlar. Elgünün "yaxşı get, o boyda kişi ilə gəlmisən” dediyini eşitmişdir. Rauf isə “kimlə gəlmişəmsə, sənin sostavınla söhbətə gəlmişəm” deyib söymüşdür. Əlağa Raufun qoluna girib bir qədər aralaşdırmışdır. Onların nə danışdıqlarını eşitməmişdir. Mehman Raufa “ağıllı ol, BTR-i üstünə sürərəm” demiş, Rauf isə “sən pistolet çıxarsan, mən pülemyot çıxararam” deyib söymüşdür. O, yenə də Əlağa ilə birlikdə onların hamısını mehribançılığa, sakitliyə çağırmışdır. Elgün barmağını Raufa tərəf tutub silkələyərək demişdir ki, “Rauf indi ki, belə oldu, mən şəni strelkaya çağırıram, səninlə söhbət edəcəm” demişdir, Eldarsa “mənim oğluma strelka verən oğlumun .......... deyir” deyib pis söymüşdür. Hamısı maşına oturub oradan uzaqlaşmışlar. Maşına oturanda, yenə də Elgünə də, Raufa da irad bildirmişdir. Raufa demişdir ki, “ayıbdı, atanın yanında belə hərəkətlər etmə". Oradan birbaşa stadiona gəlmişlər. Əlağa ilə o, məşqlərini keçmişlər. Elgüngil isə harasa getmişlər. Məşqi qurtarandan sonra çıxıb görmüşdür ki, çayxanada 7-8 nəfər oturub çay içirlər. Onlardan yalnız Cavidi tanımışdır. Onlara yaxınlaşıb Elgünü soruşanda, harasa getdiyini demişlər. Ancaq Elgünün maşını orada olmuşdur. Əlağanın yanına gəlib Elgünü soruşmuş və demişdir ki, maşınını əlindən almışam, özü isə Mehmanla harasa getdi, yəqin Raufgili axtarmağa gedib. Zalına qayıdıb növbəti məşqini keçmişdir. Saat 19 radələrində məşqdən çıxandan sonra görmüşdür ki, yenə də stadionun qabağında Elgün telefonla danışır. Cavid və tanımadığı uşaqlar isə çayxanada oturmuşlar. Elgünə yaxınlaşmışdır. Elgün Raufla telefonda danışıb söymüşdür. Nə olduğunu soruşanda, Elgün demişdir ki, “şəhərdə yoxdur, şəhərdən çıxıb”. Elgünün telefonundan Raufun nömrəsini götürüb özünün telefonu ilə Raufa zəng edib harada olduğunu soruşmuş və Rauf şəhərə gəldiyini demişdir. Rauf ona “Orada elədiyim söhbətlərin heç birinin sənə aidiyyəti yoxdur” demişdir. “Bilirəm” deyib, sakitlik yaranması üçün görüşmək istədiyini demişdir. Raufa demişdir ki, axı Elgünlə dostdur, o da demişdir ki, “bu başqa söhbətdi, sən bilməzsən”. Yenə harada olduğunu soruşanda onun yerini soruşub stadiona gələcəyini demişdir. O, gəlmə demişdir, çünki qorxmuşdur ki, gəlsə, dava düşər. 15 dəqiqəyə zəng eləyəcəyini demiş, 15 dəqiqə sonra özü ona zəng edib, yerini soruşmuşdur. O 5 dəqiqəyə zəng edəcəyini demişdir. 10 dəqiqə sonra zəng etmiş və “mən sənə yer deyəcəm, ora gələrsiniz” demişdir. O, demişdir ki, “mən səninlə davaya yox, söhbətə gəlirəm, danışaq, hər şeyi yoluna qoyaq, dava-dalaş olmasın. Sən hardasan?”. Demişdir ki, “sənə yerimi deyəcəm”. Sonra özü yenə zəng edib demişdir ki, “biz 5 nəfərik. Siz də 5 nəfər gəlin söhbət edək”. O, demişdir ki, haradasansa özüm gəlib səninlə söhbət edəcəm, ya da ki, Mingəçevirdə bir yerdə çayxanada və s. görüşüb söhbət edək. Rauf demişdir ki, gündüz olduğumuz yerdən 150 metr irəlidə, qəbristanlığın içindədirlər. Əlağa ilə birlikdə Elgünün maşınında ora yollanmışlar. Əlağa ilə danışmışlar ki, gedib Raufu sakitləşdirsinlər, aralarında heç dava-dalaş olmasın. Elgüngil oraya gələnədək Raufgillə danışıb sakitlik yaratsınlar. Xəyal adlı uşaq da özünün xahişi ilə maşına oturmuşdur. Nə Əlağa, nə də o və Xəyal əllərində heç bir bita, dəyənək götürməmişlər. Onlar gedib deyilən yerə çatanda orada **-BB-*** nömrəli yaşıl rəngli Mersedes görmüşdür. Əvvəllər tanıdığı, adını bilmədiyi Mingəçevir şəhər sakini orada olmuşdur. Saat 21 radələrində hava qaralmışdır. Maşından düşüb ona yaxınlaşıb “hanı Rauf “ deyib soruşmuşdur. Akif ona xahiş etmişdir ki, hamımız bir-birimizi tanıyırıq, dava lazım deyil. Ona demişdir ki, mən də sülhə gəlmişəm. Davaya gəlməmişəm. Rauf hanı, onunla söhbət edək, heç bir dava-dalaş olmasın. Həmin vaxt Əlağa da maşını geri döndərəndən sonra düşüb yaxınlaşıb Raufu soruşanda, Akif ondan da xahiş etmişdir ki, dava olmasın. Əlağa da demişdir ki, biz davaya yox, sülhə gəlmişik. Həmin vaxt o qəbristanlığa tərəf getmişdir. Əlağa qoymamışdır ki, hara gedirsən, gözlə səni vurarlar. Elə bilərlər davaya gəlmişik. Əlağaya demişdir ki, “onlar bilmirlər ki, dost kimi gəlmişəm?”. Arxadan bir ədəd qara rəngli VAZ 2107 markalı maşının işığı düşmüşdür. İşıq ona tərəf olduğundan, həmin maşında kimlərin gəldiyini görməmişdir. Əllərini yana açmışdır ki, əlində heç nə olmadığını görsünlər. Sonra irəli gedib, Raufu səsləmişdir. Bu zaman Raufla atası Eldar kolluqdan çıxmışlar. Arxalarında bir neçə nəfər olmaqla, ona tərəf gəlmişlər. Onun arxasından Elgünün “hanı onlar” deyən səsini eşitmişdir. Eldarın əlində bir ədəd avtomat olduğunu görmüşdür. O, avtomatı çiyninə qaldırıb işlək vəziyyətə gətirib demişdir ki, “bura gəlin əy,” eyni zamanda havaya bir atəş açmışdır. Sonra isə avtomatı əlində tutub çiyninə qoymuş vəziyyətdə gəlib onun solundan keçib Elgüngilə tərəf getmişdir. Rauf söyüşlə demişdir ki, “keçənin var-yoxunu…....” pis söymüşdür. O, arxaya çevrilib Eldara baxanda, Eldar avtomatı aşağı, Elgüngilə tərəf yönəldəndə Mehman onu avtomat qarışıq qucaqlamışdır. Elgün isə “vurun əy” demişdir. Eldara əlindəki bita ilə vurmuşdur. Harasından vurduğunu görməmişdir. Həmin şəxs Eldargillə günorta da gələn cavan idmançı olmuşdur. Həmin şəxs yerə yıxılmışdır. Həmin vaxt atəş səsləri gəlmiş və bir nəfər yanında yıxılmışdır. Gedib görmüşdür ki, yıxılan Əlağadır. Əlağa demişdir ki, “məni vurdular”. Yenə də istər Əlağa, istərsə də o, qışqırıb demişlər ki, “sakit olun.” Ancaq, səslərinə qulaq asan olmamış, aralıq qarışmış, artıq Əlağa da yaralanmışdır. Ona görə də daha heç kimin onlara qulaq asmadığını görmüşlər. Əlağanı maşınlarına tərəf aparıb Prioraya oturtmuşdur. Sükana keçəndə, Əlağanın özünün sükana keçdiyini görmüşdür. Sağdan gəlib maşına oturmaq istəyəndə, Akifin orada olduğunu və Elgünün onu bita ilə vurmağa cəhd elədiyini, Akifin başını əydiyini görmüşdür. Elgün və kimlərinsə Akifin üstünə gəldiyini görəndə, Akifin paltarından çəkib “qaç” demişdir. Özü də maşına oturmuşdur. Əlağa maşını sürmüş və oradan uzaqlaşmışlar. Xəyal isə ümumiyyətlə maşından düşməmiş, salonda olmuşdur. Oradan birbaşa Mingəçevirə gəlmişlər və Güllü bağın yanında, evinin yaxınlığında düşüb evə getmişdir. Həmin vaxt ailə üzvləri, valideynləri evdə olsalar da, heç kimə heç nə deməmişdir. Əlağaya zəng etmiş və Əlağa ona demişdir ki, ondan qan axır, deyəsən, ayağından güllə girib. Tez Əlağanın evinə getmişdir. Dərman, revanol, tetrasiklin mazı, bint və s. alıb onlara gedib, Əlağanın yarasını yuyub sarımışdır. Evlərində başqa heç olmamışdır. Deməsinə görə, ailə üzvləri Bakıya, qayınının ayın 1-dəki toy məclisində iştirak etmək üçün getmişlər. Əlağa demişdir ki, Rauf ölüb. Oradan çıxıb evinə gəlib arvaduşağımı götürüb tanımadığı taksi ilə Bakıya qayınatasının evinə yollanmışdır. Ailə üzvlərinə də bildirmişdir ki, Bakıda işi var. Bakıya səhər saatlarında çatmışlar. Qorxmuşdur ki, elə bilərlər onlar da hansısa cinayət törətmişlər. Həmçinin, Mingəçevirdə qalmağa da qorxmuşdur ki, Eldarın qohumları elə bilərlər ki, o da Elgüngillə birlikdə onlarla dava eləməyə gəlmiş və orada Raufu güllələyib öldürmüşlər. Qorxmuşdur ki, gəlib ona nəsə edərlər. Çünki, artıq bilmişdir ki, Eldargildə də silah var. Əlavə edir ki, o, hadisə yerinə Elgünün, Mehmanın və Cavidin hansısa tapança, bita, bıçaqla gəlmələrini bilməmişdir. O, oraya Əlağa ilə o məqsədlə getmişdir ki, hamını sakitləşdirsinlər, dalaşmasınlar. Eldarda da hansısa silah olmasını bilməmişdir, bilsəydi qorxusundan heç ora getməzdi. Onun əvvəllər mərhum Rauf Qarayevlə, onun atası ilə, eləcə də Elgünlə arasında heç bir narazılıq olmamışdır. Hamısı ilə də münasibəti yaxşı olmuşdur. Dost olmuşlar. Ailəsini qayınatasıgilə qoyub özü Nazirlikdə işi olduğunu deyib, oradan çıxmışdır. Biləcəri qəsəbəsində yaşayan Taleh adlı dostunun dəqiq ünvanını bilmədiyi üçün təcili yardım şöbəsinin yaxınlığındakı evinə getmişdir. Getsə evini də göstərə bilər. Talehə nə məsələ olduğunu deməmişdir. Taleh evdə tək olur. Evin açarını ona verib getmişdir. Elə həmin gün, yəni ayın 27-də Əlağa ilə zəngləşmişdir. Bakıda olmuşdur, onu da həmin evə gətirib, tibbi yardım etmişdir. Ayın 27-də axşamadək orada qalmışlar, axşamtərəfi Elgün Əlağaya zəng etmişdi, Elgünlə danışmış və çıxıb qarşılamışdır. Onlar da, yəni Elgün, Cavid, Mehman da Bakıya gəlmişlər. Biləcəri dairəsində onları qarşılayanda Cavid bildirmişdir ki, Raufu o güllələyib öldürüb və təslim olmaq üçün Mingəçevirə qayıdır. Hansısa tanımadığı sürücü ilə gəlmişlər. Cavidin tapançanı haradan aldığını şoruşanda, demişdir ki, Raufun əlindən tapançanı alib həmin tapança ilə də onu güllələyib. Cavid təslim olmağa getdiyini deyib, sürücü ilə harasa getmişdir. Mehmanla Elgünü isə evə aparmışdır. Mehmanla Elgün də Əlağa ilə birlikdə həmin gecəni orada qalmışlar. O isə qaynatasıgilə qayıtmışdır. 28 sentyabr 2012-ci ildə isə gəlib onları evdən çıxarmışdır ki, hara gedirlər getsinlər. Özü isə elə Talehin evində qalmışdır. Bu gün isə Yevlax Rayon Polis Şöbəsinə gəlib təslim olmuşdur. Talehə isə baş vermiş hadisə barədə heç nə deməmişdir. Demişdir ki, yarışı var, ona görə Bakıdadır (İ cild, i/v 73-77). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməkdə, qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb gəzdirdiyi odlu silah və onun komplekt hissələrindən istifadə etməklə xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən bir nəfəri həyatdan məhrum etməklə öldürməkdə, habelə xüsusilə ağır cinayətlərin törədilməsini bilərək həmin cinayətlər barədə xəbər verməməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməllərini CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələrilə tövsif etməyə imkan verir, çünki o 26 sentyabr 2012-ci ildə, saat 15 radələrində Mingəçevir şəhər sakini Şahid1 tanışı X33 ilə mobil telefonla danışarkən Şahid1 Neyman Əmirova sonuncunun ona narkotik vasitə satmaqdan imtina etməsi ilə əlaqədar hədə-qorxu gəlməsinə görə aralarında yaranmış mübahisə zamanı Neyman Əmirovun yanında olmuş, sonuncunun tanışı X19 mobil telefonu Neyman Əmirovdan alaraq Şahid1la mübahisəni davam etdirib Neyman Əmirovun yanında olacağını, sonuncunu müdafiə edəcəyindən ona heç nə edə bilməyəcəyini Şahid1 bildirib, bir-birinə qarşı qarşılıqlı hədə-qorxu gəlməklə münasibətlərini aydınlaşdırmaq üçün həmin gün, saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında görüşərək orada kimin daha güclü olacağının bilinəcəyi barədə razılaşdıqdan sonra təyin edilmiş münaqişəli görüş barədə Şahid1 həmin gün məlumat əldə edərək, həmin görüşdə iştirak etmək üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi içərisində istintaqla müəyyən edilməyən sayda dolu odlu silahın komplekt hissələri olan patronlardan ibarət “Makarov” markalı odlu silah hesab edilən tapançanı özü ilə üzərində götürüb daşımaqla, həmin gün, saat 21 radələrində Mingəçevir şəhər stadionunun yaxınlığına gələrək, orada dostları Şahid1, Şahid2, Şahid5, X34, Şahid3 və Şahid4 ilə görüşüb, Şahid1 tərəfində görüşdə iştirak edəcəklərinə dair razılaşdıqdan sonra Şahid5 qatlanan cib bıçağını, Şahid1 isə idman aləti olan bita dəyənəyini özü ilə götürüb Şahid1, Şahid2, Şahid5, X34 ilə birlikdə Şahid2 idarə etdiyi VAZ 2107 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Şahid3, Şahid4 və Xəyal Fərzanlı isə digər 90-??-476 nömrə nişanlı Priora markalı avtomobilə əyləşib qabaqcadan razılaşdıqları yerə, yəni Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəlib, orada avtomobildən düşərək həmin yerə onlardan əvvəl gəlmiş X36, X23, X35, X33 və X12 ilə qarşılıqlı şəkildə bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlətdikdən sonra sonunculara qarşı odlu silah, bıçaq və idman aləti olan bitanı silah qismində tətbiq etməklə özünü ətrafdakıların fövqündə qoyub üstünlüyünü nümayiş etdirməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış ictimai qaydalarını kobud surətdə pozan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə layeydlik, etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə onların üzərində üstünlük yaratmaq məqsədi ilə Şahid1, Şahid2, Şahid5 ilə orada qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, o, odlu silah olan tapançanı, Şahid5 bıçağı, Şahid1 isə idman aləti olan bita dəyənəyini silah qismində tətbiq etməklə istifadə edərək, X36, X33, X23 və qeyrilərinin üzərində zor tətbiq olunması, belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək, X36, X33, X23 və onlarla gələn digər şəxslərin ünvanına nalayiq söyüşlər söyməklə onlara hücum etmiş, daha sonra digər şəxslərlə əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq, orada Rauf Qarayevi xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə özü ilə üzərində gətirdiyi istintaqla müəyyən edilməyən “Makarov” markalı tapançanı çıxardıb atəşə hazır vəziyyətə gətirərək, Rauf Qarayevin atası X6 gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da ona əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək, xüsusi amansızlıqla, aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq üçün cüzi səbəbini, əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə, ətrafda Rauf Qarayevin yaxınlığında çoxsaylı kənar şəxslərin də olduğunu bildiyi halda həmin tapançadan iki dəfə atəş açaraq, ümumi təhlükəli üsulla X1 ağır zərər vurmaya aid patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən yaranmış döş qəfəsinin və qarının bir ədəd dəlib keçən odlu silah yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə X25 xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüşdür. Bundan başqa, o, xüsusilə ağır cinayət əməlini törədib hadisə yerindən uzaqlaşdıqdan sonra həmin gün hadisədən sonra yenidən istintaqla müəyyən edilməyən saatda Mingəçevir şəhərində Şahid1 və Şahid5la görüşərək Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında baş vermiş həmin cinayət hadisəsi zamanı Şahid1 Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla X13 qəsdən öldürməyə cəhd etmələri və həmçinin X6 xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla Şahid1, Şahid5 və sonuncularla birlikdə Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəlmiş şəxslərdən iki və daha çoxunu qəsdən öldürməyə cəhd etməsi cinayət hadisəsi barədə Şahid1 və Şahid5 həmin gün məlumat əldə edərək, göstərilən xüsusilə ağır cinayət hadisələrinin törədilməsini bildiyi halda həmin cinayətlər barədə müvafiq hakimiyyət orqanına və ya onların vəzifəli şəxslərinə dərk etməklə və bunu arzulamaqla qəsdən xəbər verməmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəldiyini, lakin hadisənin baş verməsində aktiv iştirak etmədiyini, hadisə vaxtı üzərində silah olmadığını, Rauf Qarayevi öldürmədiyini, bundan başqa heç kimə xəsarət yetirmədiyini, hadisə zamanı Rauf Qarayevi onun öldürdüyünü göstərən şahidlərin yalan ifadə verdiklərini bildirmiş, lakin aparılmış istintaqla Təqsirləndirilən şəxs ifadələrində, ona ittiham elan edilərkən, istintaqın qurtarması elan edilərkən və cinayət işinin materilları ilə tanış olarkən göstərdiyi özünümüdafiə xarakterli xüsusatlar yəni hadisənin baş verməsində aktiv iştirak etmədiyini, hadisə vaxtı üzərində silah olmadığını, Rauf Qarayevi öldürmədiyini, heç kimə xəsarət yetirmədiyini, hadisə zamanı Rauf Qarayevi onun öldürdüyünü göstərən şahidlərin yalan ifadə verdiklərini bildirməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə iclas protokolu, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri ilə təkzib edilmişdir. Ona görə də məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlillərilə razılaşmır və hesab edir ki, bu dəlillər özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özünü CM-in 120.2.2, 120.2.4, 221.3 və 228.1-ci maddələrilə təqsirli bilməmişdir. Məhkəmə kollegiyası bununla razılaşa bilmir və nəyə görə onun bu maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsinə dəlalət edən sübutların mötəbər hesab edilməsi qənaətinə gəlməsini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, hadisə yerində olan hər kəs Raufu Cavidin vurduğunu demişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə kollegiyasının iclasında ifadə verərəkən Cavidi hadisə yerində görmədiyini, Raufu kimin vurduğunu görmədiyini, Elgünün ona Raufun ölümündə Cavidin təqsirinin olması ilə bağlı məlumat vermədiyini, münaqişə ilə bağlı Cavidin münasibət bildirməsini eşitmədiyini, daha sonra isə ifadələri arasında yaranmış ziddiyyətlə bağlı verilən suallara cavab olaraq, ibtidai istitnaq zamanı verdiyi ifadəni hadisədən uzun müddət keçdiyi üçün dəqiq xatırlamadığını, ona görə də məhkəmə iclasında həmin ifadəni təsdiq etmədiyini bildirsə də, yuxarıda qeyd olunan Tərtər Hərbi Məhkəməsində baxılan cinayət işində zərərçəkmiş şəxs kimi ifadə verərkən demişdir ki, Mehman özü ona Eldarı bıçaqladığını, avtomatı da aldığını, Raufun isə Cavid tərəfindən güllələndiyini demişdir. Sonra o, orada Cavidin polisə təslim olmağa getməsini də eşitmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində demişdir ki, Cavid yolda olanda hadisə ilə bağlı ona məlumat verməmişdir. Kimdəsə tapança olduğunu bilməmişdir. Maşında Şahid5 danışdığı heç nəyi eşitməmişdir. Cavidin üzərində tapança görməmişdir. Cavidin yanından atəş açılmamışdır, əgər açılsaydı bunu görərdi. Cavidin üzərində silah olması ilə bağlı kimdənsə məlumat eşitməmişdir. Yevlax Rayon Prokurorluğunda verdiyi ifadəni xatırlayır, orada hadisə necə olubsa, elə də danışmışdır. ..Tərtər Hərbi Məhkəməsində verdiyi ifadəni dəqiq xatırlamır, amma yalan ifadə verməmişdir. Şahid2 Tərtər Hərbi Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, onlar Cavidin yolu göstərməsi ilə Şəki şəhərində tanımadıgı bir ünvana getmiş, onları orada düşürəndən sonra geri qayıtmışdır. Şəki şəhərində olanda Rauf Qarayevin güllə yarasından öldüyünü bilmişdir. Həmin vaxt Şahid5 ona ikilikdə “mən Eldarı bıçaqla vurmuşam, güllə mənlik deyil, tapança Caviddə olub, o da tapançadan atıb” demişdir. Cavidin tapança ilə bir nəfəri güllələyib öldürdüyünü bilmişdir.. Qeyd olunanlarla bərabər, iş üzrə məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 Cavidi qəbiristanlığa gələndə, daha sonra isə Şəkiyə gedəndə görmüşdür. Hadisə yerində avtomatdan başqa silah görməmişdir. Müstəntiqə verdiyi ifadəni savadı olmayıb deyə, oxumamışdır, ancaq vəkili olmuşdur. Hadisə yerinə birlikdə getsələr də, orada Cavidi görməmişdir. Şəkiyə Cavidlə birlikdə getmişdir. Cavid özündə tapança olması ilə bağlı ona heç nə deməmişdir. Cavid Bakıya getməyinin səbəbini də ona deməmişdir. ..Raufa kimin atəş açdığını görməmişdir. Maşında olan zaman Cavidin üzərində tapança görməmiş, həmçinin aralarında bununla bağlı söhbət də olmamışdır. Cavidin üzərində tapança olması, həmçinin onun həmin tapança ilə Raufu vurması ilə bağlı istintaqda ifadə verməmişdir. Cavidin maşında tapança çıxartdığını görməmişdir. Cavid ona Raufu öldürməsilə bağlı heç nə deməmişdir, ifadəsinin həmin hissəsini təsdiq etmir. Həm ibtidai istintaq zamanı, həm də Tərtər Hərbi Məhkəmədə ifadə verdiyi zaman ona heç bir təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə yadındadır, həmin ifadəni təsdiq edir. Tərtər Hərbi Məhkəməsində verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunan, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Cavidin üzərində tapança olması, həmçinin onun həmin tapança ilə Raufu vurması ilə bağlı istintaqda ifadə verməməsini desə də, Tərtər Hərbi Məhkəməsində bildirmişdir ki, ..Sonra o, Azərlə görüşmüş, Mehmanla o, Elsevərin avtomobilindən düşüb Azərin avtomobilinə əyləşmişlər, həmin avtomobildə Cavid də olmuşdur. Cavid hadisə yerinə gedəndə onda tapança olduğunu, məhz həmin tapança ilə Raufu güllələdiyini bildirmişdir. Cavid isə Bakıya çatanda təslim olmaga getdiyini deyib, dostu ilə birlikdə geriyə qayıtmışdır. Bundan başqa, ibtidai istintaq zamanı 10 oktyabr 2022-ci ildə şahid qismində ifadə vermiş Şahid4 bildirmişdir ki, hadisənin səhəri günü, yəni xx.xx.2012-ci il tarixdə hadisədə iştirak edən Elgün, Mehman və Cavidlə Biləcəri qəsəbəsində görüşmüşlər. Görüş zamanı Cavid polisə təslim olmaq üçün Mingəçevir şəhərinə gedəcəyini bildirən zaman o, Caviddən səbəbini soruşmuşdur. Cavid ona bildirmişdir ki, hadisə zamanı özündə silah olmuş və həmin silahla Rauf Qarayevi vurmuşdur. Şahid4 xx.xx.2012-ci il tarixdə CM-in 228.2.1, 221.3 və 307.1-ci madddələrilə təqsirləndirilən şəxs qismində verdiyi ifadədən də görünür ki, o, həmin vaxt bildirmişdir ki, Elgünlə danışdım və çıxıb qarşıladım. Onlar da, yəni Elgün, Cavid və Mehman da Bakıya gəlmişdilər. Biləcəri dairəsində onları qarşılayanda Cavid bildirdi ki, Raufu o, güllələyib, öldürüb və təslim olmaq üçün Mingəçevirə qayıdır. Hansısa tanımadığı sürücü ilə gəlmişlər. Cavidin tapançanı haradan aldığını soruşanda, demişdir ki, Raufun əlindən tapançanı alıb, həmin tapança ilə də onu güllələyib. Cavid təslim olmağa getdiyini deyib, sürücü ilə harasa getdi.. Bundan əlavə, Şahid5 məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verərəkən Təqsirləndirilən şəxs hadisə yerində görmədiyini, onda silah olmasını bilmədiyini desə də, təqsirləndirildiyi cinayət işi üzrə 05 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, baxanda gördüm ki, Cavid, Xəyal, Qasım, Əlağa, Tural, Azər, Elgün oradadırlar. Azərin maşınında Elgün, Cavid, Qasım və mən getdik. Maşını Azər sürürdü, mən sağ arxada, Cavid sol arxada, Qasım isə ortada oturmuşdu. Maşında iki ədəd bita idman dəyənəyi vardı. Həmçinin, Caviddə də tapança olduğunu gördüm. Özü çxarıb göstərdi, dedi ki, “nəsə olsa, mən də çıxarıb ataram”. Maşınımızda olanların da hamısı həmin tapançanı gördülər. Artıq avtomat maşında deyildi, bitaları da görmədim. Görüşəndən sonra Cavid dedi ki, tapança ilə Raufu o güllələyibdir. Tapançanı da daha onda görmədim, görünür harasa gizlətmişdi. Cavidin təklifi ilə Şəki şəhərinə getdik. Bundan sonra Elsevərlə Samir qayıdıb gəldilər, Elgün, Cavid və mən isə Bakıya getdik. Həmin axşam Bakıya çatanda Cavid dedi ki, təslim olmağa gedir. Onu elə Natiqlə birlikdə geriyə yola saldıq ki, Mingəçevirə gedib təslim olsun. ..Ancaq onu bildim ki, Cavid gəlib təslim olmayıb. ..Mən Cavidin tapançanı haradan aldığını, hadisədən sonra haraya gizlətdiyini bilmirəm. Şahid5 28 dekabr 2012-ci il tarixdə də verdiyi ifadəsində bildirmişdir ki, hadisə yerinə mən Şahid2 idarə elədiyi qara rəngli VAZ 2107 markalı avtomobildə Cavid, Elgün və Qasımla birlikdə getmişdim. Həmin avtomobildə hadisə yerinə çatmamış, daha doğrusu asfalt yoldan qəbiristanlığa gedən torpaq yola burulanda, Cavid əlində bir ədəd tapança silahı göstərib bildirdi ki, “hər ehtimala qarşı məndə də tapança var”. Həmin vaxt Elgün qışqıra-qışqıra mobil telefonla danışırdı. Maşında olan digər şəxslərin Cavidin həmin sözlərini eşidib-eşitmədiklərini bilmədim. Bunlardan başqa, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onu hadisə yerində görmədiyini, Raufa kimin atəş açdığını indiyə kimi bilmədiyini, şəhərdə olan söhbətlərdən eşitdiyinə görə, Cavidin atəş açdığını, amma onu görmədiyini, Tərtər Hərbi Məhkəməsində “tapançadan iki güllə səsi eşitmişəm” sözünü demədiyini, ehtimal var ki, onun biri avtomatdan, digəri tapançadan açılıb deməsinin səhv başa düşüldüyünü bildirsə də, elə bu fikrinin ardınca məhkəmə iclas zalında elan olunan ifadələrin doğru olduğunu etiraf etmişdir. O, Tərtər Hərbi Məhkəməsində isə bildirmişdir ki, Rauf irəli gedəndə iki dəfə atəş səsi gəldi, Rauf geri qayıdıb, “deyəsən məni vurdular, ya güllə, ya da bıçaq girdi” deyib üstümə yıxıldı. Tapançadan 2 güllə səsi eşitdim. Qeyd olunanlarla yanaşı, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində hadisə yerində Cavidi görmədiyini, övladına atəş açanın Cavid olmadığını, Tərtər Hərbi Məhkəməsində “əlində “Makarov” markalı tapança olan şəxsi gördüm” sözünü demədiyini bildirsə də, Tərtər Hərbi Məhkəməsində ifadə verərkən demişdir ki, “Həmin vaxt sifətini görmədiyim şəxsin əlində bir ədəd “Makarov” markalı tapança olduğunu gördüm”. Göstərilən sübutları bir-biri ilə qarşılıqlı əlaqədə təhlil edib qiymətləndirdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1-ci maddələrilə ona qarşı irəli sürülən ittihamları təsdiq edən hər hansı bir sübutun olmadığını bildirsə də, zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə kollegiyasının verdiyi ifadədən, habelə iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid1, Şahid4, Şahid5, habelə X6 təqsirləndirildikləri cinayət işi üzrə istintaq zamanı və Tərtər Hərbi Məhkəməsində, Şəki Apellyasiya Məhkəməsində verdikləri ifadələrdən müəyyən olunur ki, onlar həmin ifadələrində Təqsirləndirilən şəxs “Makarov” markalı tapança ilə Rauf Qarayevi vurub öldürməsini bildirmiş, lakin əvvəlki ifadələrindən fərqli olaraq məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Rauf Qarayevi tapança ilə vurması barədə ifadələrini inkar etmişlər. Bu şəxslərin cinayət işinin ibtidai istintaqı zamanı, Tərtər Hərbi Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsində verdikləri ifadələrlə məhkəmə kollegiyasının iclasında verdikləri ifadələr arasında ziddiyyəti müqayisəli şəkildə təhlil edib qiymətləndirən məhkəmə kollegiyası onların əvvəlki ifadələrini mötəbər hesab edib ittihamın əsasına qoyur. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, həmin şəxslərin barələrində olan cinayət işinin icraatı ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə işlərinə baxılarkən hər hansı bir təsirə, qeyri insani, ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması və bu təsir nəticəsində belə ifadə vermələrinə dəlalət edən heç bir sübut yoxdur. Əksinə, Tərtər Hərbi Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində sərbəst ifadə vermiş, hadisənin yaranması, inkişafı, gedişatı, münaqişənin baş verməsi və bu zaman kimin hansı hərəkəti etməsi, kimin avtomat silahdan, kimin bitadan, kimin bıçaqdan, kimin isə tapançadan, habelə digər əşya və ya alətdən istifadə etməsi, kimlərin isə odlu silahlardan xəsarət almaları, münaqişə yerində olan şəxslərin hadisə yerindən dağılışandan sonra hansı hərəkətlər etmələri, hara getmələri, qaçıb gizlənmələri, şəxslər üzərində aşkar edilmiş xəsarətlər (o cümlədən odlu silahdan əmələ gəlmiş xəsarətlər), onların lokalizasiyası, dərəcəsi, baş vermiş hadisə nəticəsində yaranmasının mümkünlüyü, maddi sübutlarda olan xəsarətlərin xarakteri, hadisə yerindən aşkar edilmiş odlu silahlara aid (bir avtomat, iki tapança) gilzlərin aşkar edilməsi və s. halların iş üzrə şahidlər Şahid2, Şahid1, Şahid4, Şahid5, habelə X6 əvvəlki ifadələri ilə tam təsdiq edilməsi, məhkəmə kollegiyasında verdikləri ifadələrlə isə uzlaşmaması bir daha onu göstərir ki, onların sonrakı ifadələri Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş cəhdlərdir. Onların məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs xeyrinə verdikləri ifadələr işin faktiki halları ilə də üst-üstə düşmür. Ona görə də məhkəmə kollegiyası onların əvvəlki ifadələrini işin faktiki vəziyyətinə uyğun mötəbər sübutlar kimi qiymətləndirir. Bundan başqa, daha bir ziddiyyət iş üzrə şahidlər Şahid4 ifadəsi ilə Şahid5 ifadəsi arasında müəyyən olunur. Belə ki, Şahid4 ifadələrində hadisənin səhəri günü Cavidi ona silahı hadisə zamanı Rauf Qarayevin əlindən aldığını və həmin silahla da Rauf Qarayevi vurduğunu bildirdiyi halda, Şahid5 ifadəsində göstərmişdir ki, Caviddə də tapança olduğunu gördüm. Özü çıxarıb göstərdi və dedi ki, “nəsə olsa, mən də çıxarıb ataram”. Maşınımızda olanların da hamısı həmin tapançanı gördülər. Artıq avtomat maşında deyildi, bitaları da görmədim. Görüşəndən sonra Cavid dedi ki, tapança ilə Raufu o güllələyibdir. Əvvəla, Şahid4 ifadəsinə nəzər salanda müəyyən olunur ki, o, hadisə yerinə Cavidlə birlikdə getməmiş, hadisədən sonra da Cavidi görməmişdir. Hadisənin səhəri günü Caviddən silahı haradan alması barədə soruşanda, Cavid ona cavab vermişdir ki, silahı hadisə zamanı Rauf Qarayevin əlindən almış və həmin silahla da Rauf Qarayevi vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə zamanı onda silah olmasını təsdiq etmiş və hansısa səbəbdən həmin silahı Rauf Qarayevdən aldığını bildirmişdir. Burada Təqsirləndirilən şəxs ya silahı haradan və kimdən əldə etməsini gizlətmək, ya da hər hansı başqa səbəbdən belə cavab verməsi mümkündür. Digər tərəfdən, hadisə zamanı Təqsirləndirilən şəxs Rauf Qarayevlə əlbəyaxa olmasına dəlalət edən hər hansı bir sübut yoxdur ki, güman edilsin ki, bu zaman Təqsirləndirilən şəxs Rauf Qarayevdən tapançanı almışdır. İşdə olan heç bir sübut onların yaxından təmasda olmalarını təsdiq etmir. Ona görə də məhkəmə kollegiyası Şahid4 ifadəsinin bu barədə dəlilini əsaslı və ağlabatan hesab etmir. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin əməllərinin CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələrilə tövsif edilməsi qanuni və əsaslıdır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İşdən görünür ki, hadisəyə qədər Təqsirləndirilən şəxsla Neyman Əmirov və Rauf Qarayev arasında heç bir mübahisə və ya münaqişə olmamışdır. X32 müdafiəsilə bağlı X52 Məmmədov arasında yaransa da, Təqsirləndirilən şəxs sonradan Şahid1 tərəfkeşlik etmiş, onun tərəfində münaqişəyə qoşulmuş və hadisə baş verən zaman heç bir əsaslı səbəb olmadan silah qismində tapançadan istifadə edərək Rauf Qarayevi öldürmüşdür. Təqsirləndirilən şəxs Rauf Qarayevi öldürməsi üçün hər hansı əsaslı səbəb olmadığına görə məhkəmə kollegiyası onun Rauf Qarayevi xuliqanlıq niyyətilə öldürməsinə dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşır və Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Rauf Qarayevi atası X6 gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, ona əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla həyatdan məhrum etməklə öldürmüşdür. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 120.2.2, 120.2.4, 221.3, 228.1 və 307.1-ci maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinspdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 120.2.2 (qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 221.3-cü (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, 228.1 ( Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 307.1 (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 542/182 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək, hərəkətlərinə qiymət vermək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (İİ cild, iş vər. 109-111). Mingəçevir şəhər rayonlararası narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli, 321 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Seyidov X9 şəhəri rayonlararası narkoloji dispanserində qeydiyyatda yoxdur( İİ cild, iş vərəqə 166). Mingəçevir şəhər ruhi-əsəb xəstəlikləri dispanserinin xx.xx.2022-ci il tarixli, 585 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir (cild 2, iş vərəqə 223). Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Eyni zamanda, Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 300 manat miqdarında cərimə edilmişdir. Həmçinin, o, Rusiya Federasiyası Moskva şəhəri Simonov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə və ya külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsinin 3-cü hissəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İİ cild, iş vər. 102). Bundan başqa, cinayət işinə əlavə edilmiş Mingəçevir şəhəri 14 nömrəli mənzil istismar sahəsi tərəfindən Təqsirləndirilən şəxs oğu barədə verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 küçəsi, 13, mənzil 16-da qeydiyyatdadır və yaşamışdır. Yaşadığı müddət ərzində özünü yaxşı aparmışdır. Yaşadığı müddət ərzində onun barəsində 14 saylı MİS-ə heç vaxt şikayət daxil olmamışdır (İİ cild, iş vər. 230). Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən, CM-in 61.1.10-cu maddəsinə əsasən, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini isə cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rauf Qarayevi ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməklə öldürmüş, onu qəsdən həyatdan məhrum edən şəxsdir. Həmin maddənin sanksiyasında, yuxarıda qeyd olunan əməlin törədilməsinə görə, on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin 26 sentyabr 2012-ci ildə cinayət hadisəsi törədilərkən CM-in 120.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə görə on iki ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanunu ilə CMin 120.2-ci maddəsində dəyişiklik edilərək, “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. CM-in 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir (CM-in 10.3-cü maddəsi). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 1-1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Ona görə də, məhkəmə kollegiyası cəza təyin edərkən təqsirləndirilən şəxsə daha yüngül cəza nəzərdə tutan cinayət qanununun normalarını tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 120.2.2 və 120.2.4-cü maddələrilə təqsirli bilinib, 13 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, lakin CM-in 221.3, 228.1 və 307.1-ci maddələrilə təqsirli bilinib cəza təyin edilməməlidir. Bu ondan irəli gəlir ki, CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur (CM-in 75.3-cü mad.). Cinayət işinin materiallarından (İ cild, i/v 205-206, 210-211) görünür ki, Yevlax Rayon Prokurorluğu tərəfindən CM-in 120.1-ci maddəsilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 12 oktyabr 2012-ci ildən axtarışa elan edilmiş Təqsirləndirilən şəxs 05 sentyabr 2014-cü il tarixdə Mockva şəhərində tutulmuşdur. Belə olan halda onun hazırda ittiham olunduğu az ağır cinayətlər hesab olunan CM-in 221.3, 228.1-ci maddələri və böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan CM-in 307.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş olur. Ona görə də Təqsirləndirilən şəxs 13 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Qeyd olunanalarla yanaşı, cinayət işinin materiallarında olan (İİ cild, i/v 2-5, İİİ cild i/v 9- 12) dövlətlərarası axtarışda olan şəxsin ekstradisiyasını təmin etmək məqsədilə saxlanılması haqqında Rusiya Federasiyası Lipetsk vilayətinin cəzaçəkmə müəsisələrində qanunlara əməl olunmasına nəzarət üzrə Lipetsk prokuroru, baş ədliyyə müşaviri A.V.Xanjinin 03 iyun 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Moskva şəhəri, Simonovski Rayon Məhkəməsinin 09 iyun 2015-ci il tarixli hökmü ilə RF Cinayət Məcəlləsinin 162-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını X18 Xidmətin Oryol vilayəti üzrə İdarəsinin 5 saylı cəzaçəkmə müəssisəsi Federal dövlət müəssisəsində çəkmişdir. Oryol vilayəti Uritski Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərarı ilə o 2 il 3 ay 10 gün müddətə (müddət bitənə qədər) həbsxanaya köçürülmüşdür. 06 may 2020-ci il tarixdən X18 Xidmətin Lipetsk vilayəti üzrə 2 nömrəli həbsxana Federal dövlət müəsisəsində cəzasını çəkmiş, 03 iyun 2022-ci il tarixdə cəzaçəkmə müddəti bitdikdən sonra oradan azad edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs barədə iki ay müddətə, yəni 3 avqust 2022-ci il tarixədək həbs seçilmişdir. Bundan əvvəl Yevlax Rayon Məhkəməsinin 4(039)-147/2012 nömrəli xx.xx.2012 tarixli qərarında Təqsirləndirilən şəxs barədə CM-in 228.2.1, 221.3, 307.1, 120.2.1, 120.2.2, 120.2.4 və 120.2.7-ci maddələri ilə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın son müddətinin xx.xx.2022-ci il tarixdə başa çatması qeyd olunmuş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 4(039)-150/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Belə olan halda onun cəzaçəkmə müddətinin əvvəli bu cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi 03 iyun 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir. Çünki, CM-in 56.1.3-cü maddəsiə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak və məhkəmə məsrəfi müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli hökmü ilə iş üzrə maddi sübutlar məhv edilmişdir. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-in 75.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs CM-in 120.2.2, 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 13 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Tərtər Hərbi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli hökmü ilə iş üzrə maddi sübutların məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-39/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-39/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver