Məhkəmə qərarları › İş №1(091)-4/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-4/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-4/2022 08.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X12, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X18, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Şəki rayonunda doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Goranboy rayon Məhkəməsinin 06.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 03.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Şəki rayonu Çeşməli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 98,808 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdarda, yəni 190,934 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, 30 yanvar 2021-ci il tarixdə Şahid4 idarə etdiyi Kia markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobilə qoyub özü ilə Bakı şəhərindən Zaqatala şəhərinə gətirməklə qanunsuz olaraq daşımış, həmin tarixdə saat 11 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və həmin avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altında sellofanın içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 95,166 qram və 95,768 qram olan narkotik vasitə heroin, 1 ədəd bükümdə isə təmiz çəkisi 98,808 qram olan psixotrop maddə metamfetamin, eləcə də həmin narkotikin satışı zamanı çəkilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuş 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində və ilkin məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 3 ay əvvəl yaşadığı Şəki rayonu Çeşməli kəndindən Bakı şəhərinə getdikdən sonra Yasamal rayonu köhnə «Yasamal bazarı» adlanan ərazidə Z.Kərimov küçəsində kirayə ev tutub orada yaşamış, kirayədə yaşadığı Yasamal rayonu ərazisində «Kaktus» restoranının yaxınlığında yerləşən zibilliyə zibil tökmək üçün gedən vaxt zibil yeşiklərinin yanında yerdə ağ rəngli sellofan torbada yumru bükümlər görmüş, həmin bükümlər onun diqqətini cəlb etdiyi üçün onları götürmüşdür. Yaşadığı evdə həmin bükümlərə baxış keçirən vaxt bükülülərdən ikisinin içərisində narkotik vasitə olan heroin və birinin içərisində isə psixatrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Həmin narkotik vasitələri bir qədər özündə saxladıqdan sonra satmaq qərarına gəlmiş, bu məqsədlə 30 yanvar 2021-ci il tarixdə saat 01 radələrində qonşuluğunda yaşayan taksi sürücüsü Şahid4 etibarnamə əsasında idarə etdiyi «Kia Rio» markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonuna getmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinləri, psixatrop maddə olan metamfentamini və elektron tərəzini bir ədəd üzərində qızıl gül olan sellofan torbaya qoyub özü ilə götürdüyü çantaya qoymuş, yolda yemək üçün götürdüyü meyvələri və yeməyi yemək üçün çıxardan zaman Şahid4 çantaya baxmasından şübhələnərək narkotik maddələr olan sellofanı çantadan götürüb oturduğu qabaq oturacağın altına qoymuşdur. 30 yanvar 2021-ci il tarixdə saat təxminən 09 radələrində Zaqatala şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs bir yerdə oturub bir qədər yemək yeyib gətirdiyi narkotik vasitələrə müştəri axtarmağı planlaşdırmış, bu məqsədlə Zaqatala şəhəri ərazisində yerləşən «Planet» restoranında oturub yemək yeyən vaxt saat 11 radələrində polis əməkdaşları gəlib onları Zaqatala rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs polislərin idarə etdiyi avtomobildə Şahid4 isə özünün idarə etdiyi «Kia Rio» markalı avtomobillə polis şöbəsinə getmişlər. Polis Şöbəsində şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən baxış zamanı üzərindən 145 manat pul aşkar edilmişdır. Sonra onun, Şahid4 və vəkillərin iştirakı ilə Kia Rio markalı, **- DU-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin qabaq sağ oturacağının altından bir ədəd üzərində qızılgül şəkili olan sellofan torbaya qoyduğu bir bükümdə psixotrop maddə olan metamfentamin və ağ rəgli şəffaf torbada, iki iri bükümdə narkotik vasitə olan heroin, həmçinin bir ədəd elektron tərəzi, bir ədəd şpris və bir ədəd bıçaq aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs sonrakı ifadələrində özünü edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə tanışı Şahid5 Məhəmməd oğlunun narkotik vasitə satmaq barədə təklifini qəbul etmiş, bu məqsədlə Zaqatala rayonunda yaşayan tanışı Etibar İbrahimovla əlaqə saxlayaraq narkotik vasitə istəyib-istəməməsini soruşmuşdur. Etibar narkotik vasitə istədiyinə görə Anara bu barədə bildirmiş, Anar da ona təxminən 200 qram heroin və 100 qram metamfetamin təşkil etmişdir. Belə ki, Anarla Bakı şəhəri, Yasamal rayonu Kaktus restoranının yanında görüşdükdən sonra sonuncu Səccad kimi təqdim etdiyi İran İslam Respublikasının vətəndaşı ilə danışmış, Səccadın dediyi yerdən qeyd olunan narkotik vasitəni götürmüşlər. Həmin narkotik vasitəyə görə iranlıya hər qramına görə 13 manata razılşamış, özləri isə qramını 20 manatdan satmağı nəzərdə tutmuşlar. Bundan sonra qonşusu Şahid4 bu barədə bildirmiş, Ceyhunla birlikdə narkotik vasitəni Zaqatala rayonuna aparıb Etibar adlı şəxsə satmağı razılaşdırmışlar. Zaqatala şəhərində Etibarla görüşüb Planet restoranında oturan zaman polis əməkdaşları oraya gəlib onları saxlamışdır. Satacaqları narkotik vasitənin qazancına Ceyhun, Anar və o, şərik olmağı nəzərdə tutmuşlar. Sonradan Ehtibarın şərti alıcı qismində iştirak etməsini və onların narkotik vasitəni Zaqatala rayonuna gətirmələri barədə məlumat verdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon X9 X20 əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 30.01.2021-ci il tarixdə Zaqatala rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Zaqatala rayonu ərazisində xidmətdə olduğu zaman “Planet” restoranında olarkən Kia Rio markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 və onunla birlikdə olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Təqsirləndirilən şəxs və Şahid4 Zaqatala rayon Polis Şöbəsinə dəvət edilmiş, Zaqatala rayon X21 Əkbərovun üzərinə baxış keçirilən zaman üzərində heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra Şahid4 razılığı əsasında etibarnamə ilə idarə etdiyi KİA RİO markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altından üzərində qızılgül şəkli olan sellofanın içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 107 qram və 105,81 qram narkotik vasitə olan heroin, 1 ədəd bükümdə çəkisi 105,26 qram psixotrop maddə olan metamfetamin, bir ədəd «X27» sözləri yazılmış elektron tərəzi və bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və Şahid4 narkotik vasitəyə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon X7 Tədqiqatlar Qrupunun inspektoru Şahid2 və Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsustları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Binyət oğlu ifadəsində göstərmişdir ki, 29 yanvar 2021-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs onunla küçədə görüşərək birlikdə Zaqatala rayonunda olan dostu ilə görüşmək üçün oraya getməsini və buna görə ona 100 manat verəcəyini bildirmiş, 30 yanvar 2021-ci il tarixdə saat 01 radələrində Elnurla birlikdə etibarnamə əsasında idarə etdiyi «Kia Rio» markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonuna yola çıxmışlar. 30 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Zaqatala şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs ona restoranda oturub bir qədər yemək yeməyi bildirmiş, Zaqatala şəhəri ərazisində yerləşən «Planet» restoranında Elnurun tanışı Etibar adlı şəxslə birlikdə yemək yeyən vaxt saat 11 radələrində polis əməkdaşları gəlib onları Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmişlər. İdarə etdiyi «Kia Rio» markalı avtomobillə, Təqsirləndirilən şəxs isə polis əməkdaşlarının avtomobili ilə Zaqatala rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Kia Rio markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının altından bir ədəd üzərində qızılgül şəkili olan sellofan torba aşkar edilmiş, torbanın içərisi açıldıqdan sonra içərisindən iri bükümlər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sellofan torbanın özünə məxsus olduğunu və avtomobilin oturacağının altına qoyduğunu, bükülülərdə isə narkotik maddə olan heroin və metamfentamin olduğunu bildirmişdir. Həmçinin həmin vaxt sellofan torbadan bir ədəd elektron tərəzi, bir ədəd şpiris və bir ədəd bıçaq aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Elnurun üzərində narkotik vasitə olmasından məlumatı olmamış, həmçinin Elnurla birlikdə narkotik vasitə götürməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2018-ci ildə CM-in 234.1-ci maddəsi ilə məhkum olunan zaman Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanımış, 30 yanvar 2021-ci il tarixdə Elnur ona zəng vuraraq Zaqatalaya gəldiyini və artıq aeroporta çatdığını demişdir. Səhər saatlarında Elnurla görüşüb yeməkxanada yemək yeyən zaman polis əməkdaşları oraya daxil olaraq Elnur və yanında olan şəxsi Zaqatala rayon Polis Şöbəsinə aparmışlar. Elnurla aralarında narkotik vasitəyə dair danışıq olmamış, sonuncunun Zaqatala rayonuna narkotik vasitə gətirməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X15 rayonuna getməsi barədə məlumatı olmamış, sonuncuya narkotik vasitə təşkil etməmişdir. Elnur ona narkotik vasitəyə görə müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 31 yanvar 2021-ci il tarixli 17/83 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 Binyət oğlunun idarə etdiyi avtomobildən aşkar olunmuş bir bükümdə psixotrop maddə…” sözləri yazılmış zərfin içərisindəki gümüşü rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 98.808 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təqdim olunmuş üzərində «Şahid4 Binyət oğlunun idarə etdiyi avtomobildən aşkar olunmuş iki ədəd iri bükümlərdə narkotik.....» sözləri yazılmış zərfin içərisindəki, hər biri yapışqan kağıza bükülmüş 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 95.166 qram və 95.768 qram, ümumi təmiz çəkisi – 190.934 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2021-ci il tarixli 219 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 Binyət oğlunun idarə etdiyi Kia Rio markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının altından üzərində qızılgül şəkli olan selofan torba aşkar edilmiş, selofan torba açıldıqda içərisində 1 ədəd iri büküm, bir ədəd ağ şəffaf selofanda olan iki ədəd büküm, bir ədəd qara rəngli üzərində «X27» sözləri yazılmış elektron tərəzi və bir ədəd bıçaq aşkar edilmişdir. Tək olan büküm yapışqan lentlə sarılmış vəziyyətdə olmuş, bıçaqla kəsdikdə içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elektorn tərəzidə çəkilmiş və çəkisi 105,26 qram olmuşdur. Bundan sonra ağ şəffaf selofanda olan iki ədəd bükümün də yapışqan lentlə sarılmış vəziyyətdə olduğu müəyyən edilmiş, bükümlər açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və ayrı ayrılıqda 107 qram və 105,81 qram olduğu məlum olmuşdur. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin və bir ədəd bıçaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bir ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Nar Mobile MMC-dən daxil olmuş məktuba əlavə edilmiş CD-diskdən görünür ki, X3 məxsus ********** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs məxsus ********** nömrəsi ilə 29.01.2021-ci il tarixdə saat 17:04:10-da 819 saniyə danışıq, saat 19:03:54-da 636 saniyə, saat 19:36:01-da 400 saniyə, saat saat 19:45:46-da 38 saniyə, saat 19:57:44-də 79 saniyə, saat 20:32:19-da 141 saniyə, 30.01.2021-ci il tarixdə saat 09:01:35-də 45 saniyə, saat 09:24:43-də 170 saniyə, saat 09:30:11-də 41 saniyə, saat 09:35:33-də 132 saniyə danışıqlar aparılmışdır. Həmçinin həmin CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ********** nömrəsi ilə Şahid4 məxsus ********** nömrəsi ilə 29.01.2021-ci il tarixdə saat 10:48:47-də 6 saniyə, saat 13:29:01-də 32 saniyə, saat 18:39:51-də 68 saniyə, saat 20:21:25-də 18 saniyə, saat 20:31:15-də 14 saniyə, saat 20:42:40-də 29 saniyə, saat 22:36:26-da 126 saniyə danışıqlar olmuşdur. Nar Mobile MMC-dən daxil olmuş məktuba əlavə edilmiş CD-diskdən görünür ki, X3 məxsus ********** nömrəli mobil telefona gələn SMS-lərə dair məlumatlar da 30-01-2021 tarixdə ********** nömrəsinə aşağıdakı məzmunda SMS-lər yazıldığı müəyyən olunmuşdur: saat 10:59:15-də “Salam bura 1 nəfər göndər alıcı kimi güya mənim tanışımdır dəqiq bilək mal maşındadır”, saat 11:00:04-də “Mənə deyirlər ki maşındadır tələsməyin dəqiq işimizi bilək”, saat 11:08:38-də “Mesaj yazıram”, saat 11:09:24-də “Mənə deyirlər ki maşındadır mal”, saat 11:10:13-də “Qurupanı qur indi zaqaz verdik yemək”, saat 11:11:05-də “Yeyib qurtaran kimi işarə verəcəm tələsmə dəqiqləşdirim”, saat 11:11:32-də “Mənidə götürərsən 1 saatlıq”, saat 11:13:51-də “Cavab yaz görüm güya yoxlanışa gəlmisiz lestaranı mənsənə işara verəcəm 30 dəyqədən”, saat 11:14:20-də “Hamını yoxlayın kimliyinə baxın”, saat 11:17:03-də “Mənə hazırdır deyirlər maşındadı deyirlər Mən dəqiq gözümlə görməmişəm yəqin ki maşındadır”. ********** nömrəsindən isə X3 məxsus ********** nömrəli mobil telefona aşağıdakı məzmunda SMS-lər yazılmışdır: saat 11:04:42-də “Еlе olmаyаcаq.Deqiqlеsdir gеlеk”, saat 11:10:24-də “Gеlirik goturmeye”, saat 11:12:27-də “Nеcе deqiqеye girek?” saat 11:14:53-də "xxxx" Azərcell MMC-dən daxil olmuş 10 yanvar 2022-ci il tarixli 289 nömrəli məktubdan görünür ki, ********** nömrəsi Zaqatala rayonu Əliabad qəsəbə sakini, 29.10.1989-cu il təvəllüdlü X4 adına rəqsmiləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ********** nömrəsi adına rəsmiləşdirilməsinə baxmayaraq həmin nömrədən heç vaxt istifadə etməmiş, elə bir nömrənin olmasından və həmin nömrənin kimin istifadə etməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, X2 Rayon Məhkəməsinin 05.03.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tərqsirləndirilərək 05 il 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, 03.10.2018-ci ildə Şəki rayon məhkəməsinin qərarı ilə cəzası 03 il 11 ay 28 günə endirilmiş, 03.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Goranboy rayon Məhkəməsinin 06.02.2017-ci il tarixli hökmü ilə müəyyən edilən məhkuluq ödənilmədən yenidən ağır cinayət əməli törətdiyi üçün CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1335-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törtədiyi cinayət əməlini Etibar İbrahimov tərəfindən təhrik edilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul edilməlidir. Müdafiə tərəfinin Etibar İbrahimovun hazırkı iş üzrə şərti alıcı qismində istifadə edilməsini məhz Təqsirləndirilən şəxs şərləyərək cinayət məsuliyyətinə cəlb etmə kimi qiymətləndirməyə, Etibar İbrahimovu məhz polisin agenti kimi qəbul etdirməyə çalışmaqla, sonuncunun polisin əməliyyatlarında iştirakına polis tərəfindən edilən “təhrik etmə” kimi, polisin provakasiyası kimi yanaşmasa da, məhkəmə kollegiyası bu halın da araşdırılmasını, Avropa İnsan Hüquqları Məhkəməsinin sözügedən anlayışla bağlı presedent halına gətirdiyi yanaşması və qeyd edilən məsələyə dair yaratdığı hüquqi mövqeyi nəzərə alınaraq hazırkı iş üzrə polis əməkdaşları tərəfindən “təhrik etmə”nin baş verib-verməməsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ifadəsində işsiz olduğuna görə narkotik vasitə satmaq üçün Etibar İbrahimova müraciət etdiyini və sonuncuya narkotik vasitə təşkil edə biləcəyini bildirdikdən sonra digər tanışı Anar adlı şəxsə müraciət edərək sonuncunun vasitəsilə iranlıdan narkotik vasitə götürdüyünü bildirmişdir. Bu halda polis əməkdaşları tərəfindən “təhrik etmə”nın baş verib-verməməsinin anlaşılması üçün həm Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarlarında məhz “təhrik etmə”yə hansı prizmadan yanaşmasına, həm də yaratdığı hüquqi mövqeyinə nəzər yetirmək zərurəti yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, pərdə altında qanuni istintaqın əksinə olaraq, təhrik təhlükəsizlik qüvvələrinin üzvləri, yaxud onların təlimatları əsasında faəliyyət göstərən şəxs olmasından asılı olmayaraq vəzifəli şəxslərin, cinayət fəaliyyətini mahiyyət etibarilə passiv formada araşdırmaqla kifayətlənmədikləri və hüquq pozuntusunun mümkünlüyünü müəyyən etmək, beləliklə, sübut təmin edib cinayət təqibi başlatmaq məqsədilə subyektə onu hüquq pozuntusu törətməyə (əks halda törədilməyəcək bir pozuntuya) sövq edəcək şəkildə təsir etdikləri vəziyyətdir (Ramanasukas Litvaya qarşı iş). Eyni zamanda məhkəmə həmin qərarında göstərmişdir ki, məhkəmə hakimiyyət orqanlarının xüsusən mütəşəkkil cinayət və korrupsiya işlərində xüsusi istintaq metodlarına müraciət etmək zərurətini qəbul edir. Bununla əlaqədar olaraq, o müəyyən etmişdir ki, xüsusi istintaq metodlarından istifadə - ələlxüsus, gizli metodlar – öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnu pozmur. Lakin belə metodların istifadəsi zamanı polisin təhriki riskini nəzərə alsaq, onların istifadəsi aydın çərçivə daxilində həyata keçirilməlidir. Mütəşəkkil cinayətkarlığın artması dövlətlərdən müvafiq tədbirlərin görülməsini tələb etsə də, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi tələbini nəzərdə tutan ədalətli məhkəmə araşdırması hüququ ən adidən ən mürəkkəbə qədər bütün cinayət hüququ pozuntularına tətbiq olunur. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi hüququ demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, əlverişlilik naminə qurban verilə bilməz. Belə istifadə yalnız sui-istifadəyə qarşı adekvat və yetərli təminatlar, xüsusən sözügedən istintaq tədbirlərinə icazənin verilməsi, onların həyata keçirilməsi və nəzarəti üçün aydın və proqnozlaşdırıla bilən prosedur mövcud olduqda məqbul sayıla bilər. Bununla yanaşı olaraq, məhkəmə polisin gizli fəaliyyət göstərə biləcəyini, lakin cinayətə təhrik etməməli olduğunu vurğulamışdır (Xudobin Rusiyaya qarşı iş). Digər bir qərarında isə məhkəmə qeyd etmişdir ki, (Teyşeyra de Kastro Portuqaliyaya qarşı işdə) Məhkəmə o cümlədən ərizəçinin daha əvvəl məhkumluğunun olmamasını, onun barəsində heç bir istintaqın açılmadığını, onun polis əməkdaşlarına məlum olmamasını, evində narkotik maddə tapılmamasını və həbs zamanı onun üstündə tapılan narkotik maddənin miqdarının gizli agentlərin almaq istədiyindən çox olmamasını nəzərə almışdı. Məhkəmə qət etmişdir ki, agentlərin fəaliyyəti gizli agentlərin fəaliyyət sərhədlərini aşıb, çünki onlar şəxsi hüquq pozuntusuna təhrik etmişdilər və onların müdaxiləsi olmasa idi sözügedən hüquq pozuntusunun törədiləcəyini göstərən heç bir əlamət yox idi. Daha əvvəl məhkumluğun olması öz-özlüyündə cinayət əməlinə meylliliyin mövcud olduğunu göstərmir (Konstantin və Stoyan Rumıniyaya qarşı, 55). Lakin ərizəçinin narkotik maddənin cari qiyməti ilə tanış olması və qısa müddətə narkotik maddə əldə edə bilməsi, eyni zamanda əlində imkanı olsa da, sövdələşmədən imtina etməməsi Məhkəmə tərəfindən cinayət fəaliyyətinin və ya belə bir niyyətin daha əvvəl də mövcud olduğunun göstəricisi hesab olunmuşdur (X10rşı). Ərizəçinin sözügedən əməli törətmək üçün təzyiqə məruz qoyulub-qoyulmadığı da nəzərə alınmalı olan daha bir amildir. Ərizəçinin cinayət əməlində iştirakı və ya cinayət törətməyə meylli olduğu barədə hər hansı obyektiv şübhə mövcud olmadıqda, ərizəçi ilə əlaqənin qurulmasına təşəbbüsün göstərilməsi (X22rşı, 44), ərizəçinin ilkin etirazına baxmayaraq təkrar təklifin verilməsi, inadkarlıqla cinayətə təhrik (Ramanauskas Litvaya qarşı [BP], 67), orta qiymətdən yüksək təklifin verilməsi (Malininas Litvaya qarşı, 37), narkotik abstensiya əlamətlərinə istinad etməklə, ərizəçidə mərhəmət hissi yaratmaq (Vanyan Rusiyaya qarşı, 11 və 49) Məhkəmə tərəfindən hüquq mühafizə orqanlarının işçisi və ya onların təlimatı əsasında fəaliyyət göstərən fərdi şəxs olmasından asılı olmayaraq sözügedən agentin ərziəçinin cinayət törətmək üçün təzyiqə məruz qoyduğunu müəyyən edilmişdir. Həmçinin Avropa Məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi son qərarlardan biri olan “Vanyan Rusiyaya qarşı” işində məhkəmə “İnsan Hüquqlarının və X11 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qaşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhəkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provakasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provakasiya adlandırıla bilər. Odur ki, “təhrik etmə” anlayışına Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda qeyd olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri də şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Nəzarət qaydasında malın alınması kimi əməliyyat-axtarış tədbirinin gedişində şəxsin onda olan narkotik vasitəni polis əməliyyatına cəlb edilmiş şərti alıcıya “satması” da, şəxsin bu əməliyyatadək, yəni polisin müdaxiləsi olmadan törətdiyi kriminal hərəkətlərinin ifşa edilməsi üçün həyata keçirlən tədbir kimi nəzərdən keçirilməlidir. Yəni qanunsuz olaraq narkotik vasitə saxlayan şəxs şərti alıcı vasitəsi ilə nəzarət qaydasında malın alınması əməliyyatının gedişində ifşa olunursa, məsuliyyət yaradan kriminal davranış kimi həmin şəxsin qanunsuz olaraq narkotik vasitəni saxlaması və bunu məhz satış məqsədi ilə etməsi çıxış edir, narkotik maddənin əməliyyatın gedişində şərti alıcıya “satılması” isə onun əməliyyatadək (polisin müdaxiləsi olmadan) törətmiş olduğu həmin cinayətini (satış məqsədi ilə narkotik vasitəni saxlamasını) ifşa etməyə kömək edən vasitə rolunu oynayır. Başqa sözlə, əməliyyat-axtarış tədbiri provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılmasını” deyil, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Hazırkı iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən işsiz olduğuna görə pul qazanmaq məqsədilə narkotik vasitə əldə edib satmaq qərarına gəlmiş, bu məqsədlə Etibar İbrahimovla əlaqə saxladıqdan sonra narkotik vasitəni əldə edib Zaqatala rayonunda satmağa çalışmışdır. Yəni Təqsirləndirilən şəxs artıq narkotik vasitəni satmağa hazır olduqdan sonra Etibar İbrahimovla danışıb razılığa gəlmiş, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsində Etibar İbrahimovun, eləcə də digər şəxsin iştirakı olmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etdikdən sonra özü təşəbbüs göstərərək Etibar İbrahimova narkotik vasitə barədə məlumat verməklə onu satmaqda müştəri tapmasını xahiş etmiş, sonuncu tərəfindən heç bir təhrikə məruz qalmamış, narkotik vasitəni aldığı qiymətdən baha sataraq gəlir əldə etmək istəmişdir. Belə olan halda Avropa Məhkəməsinin öz qərarlarında yaratdığı hüquqi mövqedən çıxış edib, həmçinin cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verməklə qeyd etmək olar ki, Təqsirləndirilən şəxs polis təhrikinə məruz qalmamış, o cümlədən cinayətin törədilməsi üçün polis provakasiyasının qurbanı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza CMin 234.4.3-cü maddəsində nəzərdə tutulan cəzanın son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 30 yanvar 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən bir ədəd tərəzi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 30 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 98,758 qram çəkidə psixotrop maddə olan metamfetamin və bir ədəd zərfdə 190,834 qram çəkidə narkotik vasitə olan heroin və üzərində «X27» sözləri yazılmış elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar