Məhkəmə qərarları › İş №1(091)-4/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-4/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-4/2023 12.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 15 avqust 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi tamah məqsədi ilə oğurlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və tək zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, xx.xx.2010-cu ildə, saat 23-dən xx.xx.2010-cu il, saat 01-ə qədər Kolıvan qəsəbəsinin sakinləri X12 Rafiq Məmmədov arasında pul tələb etmə zəminində münaqişə baş vermiş və nəticədə taksi sürücüsü M.Şahid1 Novosibirsk vilayəti Kolıvan rayonu, Kolıvan qəsəbəsi – Yujino kəndi avtomobil yolunun 7-ci kilometrliyində Rafiq Məmmədovu öldürüb, meyitini yol kənarındakı dərəyə atmış, özü isə hadisə yerindən qaçmış, sonra isə Rusiya Federasiyasını tərk etmişdir. xx.xx.2010-cu ildə Emin Şahbazov, Təqsirləndirilən şəxs, Rauf Məmmədov və digər şəxs Novosibirsk vilayəti Kolıvan Fəhlə qəsəbəsi, Lenin - 83 ünvanında yerləşən «Metelitsa» bazarının ərazisində yerləşən «Nadejda-Pari» kafesində toplaşıb, orada Rafiq Məmmədovun izsiz-soraqsız itkin düşməsi hadisəsini müzakirə etmiş və M.Şahid1 onu öldürməsindən şübhələnmişlər. Rafiq Məmmədovun ölümündə M.Şahid1 şübhələnərək, Təqsirləndirilən şəxs M.Şahid1 axtarıb tapmaq məqsədi ilə onun ailə üzvləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 oğurlamaq qərarına gəlmişdir. Ş.A.Hüseynov öz cinayətkar niyyəti barədə Emin Şahbazov, Rauf Məmmədov və digər şəxsə bildirdikdən sonra, onlar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, yəni iki və daha artıq şəxsi oğurlamaq üçün qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmişlər. Emin Şahbazov və digər şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 oğurlanmasına yönəlmiş cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs Rauf Məmmədovla birlikdə xx.xx.2010-cu il tarixədək oğurlayacaqları şəxslərin saxlanılması üçün Novosibirsk vilayəti Kolıvan qəsəbəsi, Nekrasov küçəsi, ev 51-də yerləşən B.İ.Nəzərova məxsus yarımçıq tikilmiş evi axtarıb tapmış və evi kirayə edərkən evin əsl həqiqətdə hansı məqsədlər üçün istifadə edəcəyi barədə ev sahibinə heç bir məlumat verməmişlər. Bundan başqa onlar Novosibirsk şəhəri, Kirov rayonu, Zorge küçəsi, ev 88, mən. 166da yerləşən bir otaqlı mənzili də eyni məqsəd üçün taparaq kirayələmişlər. Zərərçəkmiş şəxs3 yerləşdiyi yeri müəyyən edərək, Təqsirləndirilən şəxs Emin Şahbazov və Rauf Məmmədovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsin oğurlanmasına yönəlmiş cinayətkar niyyətini həyata keçirmək məqsədilə M.Şahid1 xəbərsiz itkin düşməsi faktı üzrə X29 müraciət etməyin vacib olduğunu bəhanə gətirmişlər. xx.xx.2010-cu ildə, saat 07:00-da Novosibirk şəhəri «Studentçeskaya» adlı xüsusi ərazidə Ş.A.Hüseynovun əsl niyyətindən şübhələnməyərək Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla görüşə gəlməyə razılaşmış və xx.xx.2010-cu ildə, saat 07:00-da Novosibirk şəhəri «Studentçeskaya» zonasına gəldikdə, orada onu Təqsirləndirilən şəxs, Rauf Məmmədov, digər şəxs və Emin Şahbazov qarşılamışlar. Təqsirləndirilən şəxs cinayətkar niyyətini həyata keçirməkdə davam edərək qabaqcadan razılaşdığı Emin Şahbazov, Rauf Məmmədov və digər şəxslə birlikdə Novosibirk vilayəti Kolıvan qəsəbəsi X29 getməyin vacib olduğunu bəhanə gətirərək, Zərərçəkmiş şəxs3 N.R.Şahbazovun istifadəsində olan T 028 UN 54 dövlət qeydiyyat nişanlı VAZ 2114 markalı avtomobilə otuzdurub onu Novosibirk şəhəri Kolıvan qəsəbəsindəki əvvəlcədən onun saxlanılması üçün tapdıqları, Nekrasov küçəsi, ev 51-ə gətirmiş və orada ona Kolıvan qəsəbəsinə gətirilməsinin real səbəbini bildirmişlər. Göstərilən binanın mənzilində olarkən, qabaqcadan razılığa gələrək bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs3 oğurlanmasına yönəlmiş cinayətkar niyyətlərini davam etdirərək, ondan M.Şahid1 yerinin, habelə Rafiq Məmmədovun meyitinin yeri barədə məlumat almaq məqsədi ilə birgə və qarşılıqlı razılıq əsasında hərəkət edərək Təqsirləndirilən şəxs və Rauf Məmmədov Zərərçəkmiş şəxs3 başına və bədəninə əlləriylə, ayaqlarıyla, silah kimi istifadə etdikləri oturacaqla (taburetka) çoxsaylı zərbələr endirməyə başlayıb, ondan M.Şahid1 yerinin, habelə Rafiq Məmmədovun meyitinin harada olması barədə məlumat tələb etmişlər. digər şəxs isə onların hərəkətlərinə sözlə dəstək vermişdir. Təqsirləndirilən şəxs, Rauf Məmmədov və digər şəxsin qəsdən törətdikləri hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs3 fiziki ağrılara və döyülməyə məruz qalmışdır. Zərərçəkmiş şəxs3 olduğu yer haqqında kiməsə məlumat vermək və ya kömək üçün müraciət etməkdən məhrum etmək məqsədilə, Rauf Məmmədov və Təqsirləndirilən şəxs digər şəxslə razılaşdırılmış qaydada Zərərçəkmiş şəxs3 paltarının ciblərini axtarmış və onun pasportunu, hərbi biletini, adına olan ”X45”na məxsus bank kartını, habelə ona məxsus “FLEY E -300” və “Nokia 5700” markalı mobil telefonlarını, telefon enerjisi yükləmək üçün qurğunu və telefona olan qarnituru (qulaqcıqları) götürmüşlər. Təqsirləndirilən şəxs, Emin Şahbazov, Rauf Məmmədov və digər şəxs Zərərçəkmiş şəxs3 qarşı qəsdən törətdikləri zorakılıq hərəkətlərini bir neçə saat ərzində davam etdirərək qanunsuz olaraq məcburi qaydada və Zərərçəkmiş şəxs3 iradəsinə zidd olaraq onu Novosibirsk şəhəri, Kolıvan qəsəbəsi, Nekrasov küçəsi, ev 51-də zorla saxlayaraq azadlıqdan məhrum etmişlər. xx.xx.2010-cu ildə Zərərçəkmiş şəxs3 Kolıvan qəsəbəsi, Nekrasov küçəsi, ev 51-də qanunsuz saxlanması zamanı Ş.A.Hüseynovla Novosibirk şəhəri, Kolıvan rayonu üzrə X26 cinayət-axtarış bölməsinin rəisi V.V.Maysner əlaqə yaradaraq, Ş.A.Hüseynova Kolıvan qəsəbəsi, M.Qorki küçəsi, 69-da yerləşən onun 40 №-li xidməti otağında M.Şahid1 olduğu yer və Rafiq Məmmədovun meyitinin olduğu yer barədə məlumat almaq üçün oğurlamaq niyyətində olduğu Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən M.Şahid1 bir neçə ailə üzvü və qohumlarının oğurlanmasına yönələn cinayətkar niyyətini həyata keçirərək, Təqsirləndirilən şəxs Rauf Məmmədovla birlikdə S.K.X18 mühafizəsi altında saxlayaraq, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan «VAZ 2106» markalı avtomobildə Kolıvan qəsəbəsi, M.Qorki küçəsi, 69 ünvanda yerləşən Kolıvan rayonu üzrə DİŞ-nin binasına gəlmiş və orada Ş.A.Hüseynov cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin oturduğu 40 №-li xidməti otağa keçmiş, Rauf Məmmədov isə onun arxasınca daxil olub, Ş.A.Hüseynov və Zərərçəkmiş şəxs1 inzibati binanın dəhlizində gözləməyə başlamışdır. Cinayət axtarış bölməsinin rəisi Maysnerin 40 nömrəli kabinetində olarkən Ş.A.Hüseynov V.V.Maysnerin yanında onun razılığı və icazəsi ilə psixi təsir göstərməklə Zərərçəkmiş şəxs1 M.Şahid1 olduğu yer və Rafiq Məmmədovun meyitinin olduğu yeri soruşmuşdur. Bundan sonra Ş.A.Hüseynov cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin icazəsi və razılığı ilə Zərərçəkmiş şəxs1 onun arxasınca gəlməsini tələb edərək, onu kabinetdən dəhlizə çıxarmışdır. Həmin vaxt onları Rauf Məmmədov orada gözləmişdir. Rauf Məmmədov və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əhatəyə alaraq, birgə və razılaşdırılmış halda hərəkət edərək, onu Kolivan rayonu DİŞ binasının içərisi ilə apararaq, Zərərçəkmiş şəxs1 gizlənmək və kömək üçün kənar şəxslərə və polis əməkdaşlarına müraciət etmək imkanından məhrum edib, küçəyə çıxarmış və istintaqa məlum olmayan «VAZ 2106» markalı avtomobilə əyləşdirib, Zərərçəkmiş şəxs1 gizlənmək imkanından məhrum edərək, onu Novosibirsk vilayəti, Kolivan qəsəbəsi, Nekrasov küçəsindəki B.İ.Nəzərova məxsus əvvəlcədən hazırlanmış yarımçıq tikiliyə aparıb, orada Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3la birgə saxlamışlar. Bununla onun azadlığını məhdudlaşdırıb, həmçinin ondan M.Şahid1 olduğu yer və Rafiq Məmmədovun meyitinin olduğu yer barədə məlumat tələb etmişlər. Bununla yanaşı, Ş.A.Hüseynov M.Şahid1 olduğu yer, habelə Rafiq Məmmədovun meyitinin olduğu yer barədə məlumat verməyənədək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 evdən heç bir yerə çıxa bilməyəcəklərini bildirərək, bu yolla Zərərçəkmiş şəxs1 və S.Şahid2 azadlıq və şəxsi toxunulmazlıq kimi konstitusion hüquqlarını pozmuşdur. Eyni zamanda, Rauf Məmmədov və digər şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxsla birlikdə və əvvəlcədən razılaşdıqları kimi yuxarıda qeyd olunduğu yerdə Zərərçəkmiş şəxs3 baş və bədən nahiyəsinə əlləri və ayaqları ilə çoxsaylı zərbələr endirməyə davam edərək, ondan M.Şahid1 olduğu yer və Rafiq Məmmədovun meyitinin olduğu yer barədə məlumat tələb etmişlər. Ş.A.Hüseynov, R.A.Məmmədov, E.R.Şahbazov və digər şəxs Zərərçəkmiş şəxs3 M.Şahid1 olduğu yer və Rafiq Məmmədovun meyitinin olduğu yer barədə lazımi məlumatlara malik olmadığına əmin olduqdan sonra, onu Novosibirsk vilayəti, Kolıvan qəsəbəsi, Nekrasov küçəsi, 51 №-li evdən azad etmişlər və o, Novosibirsk vilayəti, Çulım rayonu, Mixaylovski qəsəbəsinə getmiş və orada Poçt küçəsi 3, mənzil 2-də valideynlərinin yanında gizlənmişdir. Təqsirləndirilən şəxs, Rauf Məmmədov, Emin Şahbazov və digər şəxs Zərərçəkmiş şəxs1 qanunsuz olaraq Novosibirsk vilayəti, Kolivan qəsəbəsi, Nekrasov küçəsi, 51 №-li evdə tutub saxlamağa davam edib, xx.xx.2010-cu ildə, saat 15:00-dan sonra Təqsirləndirilən şəxs Rauf Məmmədov, Emin Şahbazov və digər şəxslə birlikdə razılaşdırılmış qaydada hərəkət edərək digər şəxsin idarə etdiyi VAZ 2114 markalı, T 028 UN 54 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs1 Novosibirsk şəhəri, Kirov rayonu, Zorge küçəsi 88, mənzil 166-da olan əvvəlcədən tapdıqları bir otaqlı mənzilə aparıb, orada onu qanunsuz saxlamağa davam edib, azadlıqdan məhrum etməklə, habelə özünə Rafiq Məmmədovun meyitinin aşkar olunanadək və M.Şahid1 tutulana qədər orada saxlanılacağını bildirmişlər. Zərərçəkmiş şəxs1 Novosibirsk şəhəri, Zorge küçəsi 88, mən. 166-ya aparılması zamanı Ş.A.Hüseynov, R.A.Məmmədov, E.R.Şahbazov, digər şəxsin cinayətkar hərəkətlərinə A.Q.Bağırov da qoşularaq, onlarla qabaqcadan əlbir olaraq Ş.A.Hüseynov, R.A.Məmmədov, N.R.Şahbazov və E.R.Şahbazovla birgə və razılaşdırılmış şəkildə mənzildə gözətçi funksiyasını həyata keçirmiş və bununla da Zərərçəkmiş şəxs1 sərbəst hərəkət etməsinə maneçilik törədərək onu qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 öz yeri haqda kiməsə məlumat vermək və ya kömək üçün müraciət etmək imkanından məhrum etmək məqsədi ilə Ş.A.Hüseynov onun «Samsung» markalı mobil telefonunu əlindən almışdır. xx.xx.2010-cu il tarixdə, saat 14:00 radələrində Ş.A.Hüseynov Novosibirsk şəhəri, Kirov rayonu, Zorge küçəsi 88, mənzil 166-da olarkən M.Şahid1 olduğu yer və Rafiq Məmmədovun meyitinin olduğu yer haqqında məlumat əldə etmək üçün M.Şahid1 qohumlarının və ailə üzvlərinin oğurlanmasına yönəlmiş birgə cinayətkar niyyətinin həyata keçirilməsi məqsədi ilə R.A.Məmmədov və A.Q.Bağırova Kolivan qəsəbəsinə getməyin vacib olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Ş.A.Hüseynov və R.A.Məmmədovun Kolıvan qəsəbəsinə getmək istədiklərini eşitdikdə, onlardan Kolıvan qəsəbəsi, Ovçinnikov küçəsi 69-da nəzarətsiz qalan azyaşlı uşaqlarını onun saxlanıldığı Novosibirsk şəhəri, Kirov rayonu, Zorge küçəsi 166, mən. 88-də yerləşən ünvana gətirmələrini xahiş etmişdir. Ş.A.Hüseynov və R.A.Məmmədov Zərərçəkmiş şəxs1 xahişini yerinə yetirməyi qərara almış və Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 və onun uşaqlarının aparılmasını A.Q.Bağırova tapşırmışdır. Cinayətkar niyyətin birgə həyata keçirilməsində ona ayrılmış rola əsasən, A.Q.Bağırov «Toyota Tselika» markalı, «R 545 TU 54» dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 onun yaşadığı Novosibirsk vilayəti, Kolıvan qəsəbəsi, Ovçinnikov küçəsi 69-a gətirərək, orada uşaqları hazırlamağı və Novosibirsk şəhərinə geriyə aparılacağını, bu səbəbdən də evi tərk etmədən gözləməsini bildirərək, onu evdə qısa müddət ərzində nəzarətsiz qoymuşdur. Zərərçəkmiş şəxs1 özünün və azyaşlı uşaqlarının həyatına görə ehtiyat edərək, onu qanunsuz saxlayan şəxslərin müvəqqəti olaraq evdə olmamasından istifadə edib, qaçıb gizlənməyi qərarlaşdırmış və bu məqsədlə taksi fəaliyyəti ilə məşğul olan qonşusu Zərərçəkmiş şəxs4 müraciət edərək, onu və azyaşlı uşaqlarını əri M.Şahid1 valideynlərinin yaşadığı Novosibirsk vilayəti, Çulım rayonu, Mixaylovski qəsəbəsi, Poçtovı küçəsi 3, mənzil 2-yə aparmağı xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1 A.V.Plotisindən onun olduğu yer barədə heç kimə məlumat verməməyi xahiş etmişdir. xx.xx.2010-cu ildə, saat 20 radələrində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 xahişini yerinə yetirərək onu və azyaşlı uşaqlarını əvvəllər də Zərərçəkmiş şəxs3 və Şahid1 Ş.A.Hüseynovdan gizləndiyi Novosibirsk vilayəti, Çulım rayonu, Mixaylovski qəsəbəsi, Poçt küçəsi 3, mənzil 2-yə aparmışdır. xx.xx.2010-cu ildə axşam vaxtı (ibtidai istintaqın gedişində dəqiq vaxt müəyyən edilməmişdir) Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 naməlum istiqamətdə gizləndiyini aşkarlamışdır. Buna görə də Ş.A.Hüseynov M.Şahid1 qohumlarının və ailə üzvlərinin oğurlanmasına yönəlmiş cinayətkar niyyətini davam etdirərək Novosibirsk vilayəti, Kolivan DİŞ-nin Cinayət axtarış bölməsi üzrə rəisi V.V.Maysnerə Zərərçəkmiş şəxs1 olduğu yer barədə məlumat verilməsi xahişi ilə müraciət etmişdir. V.V.Maysner xəbərsiz itkin düşmüş Rafir Məmmədovun istənilən üsul və vasitə ilə, o cümlədən polis əməkdaşına icazə verilməyən metodlardan istifadə etməklə, qısa bir zamanda yerinin müəyyən olunmasında maraqlı olduğu üçün Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. xx.xx.2010-cü il tarixdə, nahar fasiləsindən sonra Ş.A.Hüseynov mobil telefon vasitəsi ilə Novosibirsk vilayəti, Kolivan rayonu üzrə DİŞ-nin Cinayət axtarış bölməsi üzrə rəisi V.V.Maysnerdən Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 Kolıvan rayon DİŞ-nin binasında xidməti otağında olmasını öyrənmişdir. Bununla əlaqədar olaraq Ş.A.Hüseynov Kolıvan qəsəbəsi «Metelitsa» bazarı ərazisində yerləşən «Nadejda Pari» kafesində Zərərçəkmiş şəxs2 oğurlanmasında S.V.Konışev, A.Q.Bağırov və Rauf Məmmədovun iştirak etmələrini onlara təklif edib, onların razılığını alaraq, adları çəkilən şəxslərlə qabaqcadan əlbir olmuşdur. Ş.A.Hüseynovla birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək S.V.Konışev, A.Q.Bagırov və R.A.Məmmədov A.Q.Bağırovun idarə etdiyi “Toyota Tselica” markalı, R 545 TU 54 region dövlət qeydiyyat nişanlı və Ş.A.Hüseynovun əvvəlcədən tanıdığı və Rafiq Məmmədovun meyitinin axtarışına cəlb etdiyi, lakin M.Şahid1 qohumlarının oğurlanması barədə məlumatlandırmadığı Şahid4 idarə etdiyi “X35” markalı, E 082 XV 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 oğurlamaq məqsədilə Novosibirsk vilayəti, Kolıvan rayonu, M.Qorki küçəsi 69 ünvanında yerləşən Novosibirsk vilayəti, Kolıvan rayonu üzrə X26 binasına gəlmişlər. Orada Ş.A.Hüseynov cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin 40 nömrəli kabinetinə getmiş, S.V.Konışev, S.A.Tuzikov, R.A.Məmmədov V.A.Zalevskiy isə onun ardınca gedib Zərərçəkmiş şəxs2 gizlənməsinə imkan verməyərək binanın dəhlizində Ş.A.Hüseynov və Zərərçəkmiş şəxs2 gözləmişlər. Cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin 40 nömrəli kabinetindən V.V.Maysnerin məlumatı və razılığı ilə Ş.A.Hüseynov Zərərçəkmiş şəxs2 öz cinayətkar niyyəti barədə məlumat verməyərək onu dəhlizə çıxarmış, sonra onu tutmuş və faktiki azadlıqdan məhrum edərək Şahid4 idarə etdiyi “X36” markalı E 0** XV *** region dövlət qeydiyyat nişanlı avtomobildə onu Novosibirsk vilayəti, Kolıvan rayonu, Lenin küçəsi, 83 ünvanında yerləşən “Metelitsa” bazarı ərazisindəki “Nadejda-Pari” kafesinə gətirmişdir. xx.xx.2010-cu il tarixdə, axşam saatlarında kafenin binasında Təqsirləndirilən şəxs, Abdulla Bağırov və Rauf Məmmədovla birlikdə Zərərçəkmiş şəxs2 bədəninə çoxsaylı zərbələr endirmiş və ona psixoloji təsir göstərmiş, nəticədə Zərərçəkmiş şəxs2 və kafedə olan Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 yerləşdiyi yeri demişlər. Zərərçəkmiş şəxs2 “Nadejda-Pari” kafesində saxlanması zamanı Ş.A.Hüseynov və R.A.Məmmədov, S.V.Konışev və A.Q.Bağırovun hərəkətlərinə oğurlamada iştirak etməyən, lakin bu barədə bilən V.A.Zalevskiy qoşulmuş, hansıki Zərərçəkmiş şəxs2 yumruqla zərbə endirərək və ona psixoloji təsir göstərərək ilkin razılaşma əsasında qrup daxilində fəaliyyət göstərərək onu kafenin binası daxilində azadlıqdan qanunsuz məhrum etmişdir. Əldə olunan məlumata uyğun olaraq, Ş.A.Hüseynov M.Şahid1 qohumları və ailə üzvlərinin oğurlanmasına yönəlmiş cinayətkar niyyətini həyata keçirməyi davam etdirmək məqsədi ilə xx.xx.2010-cu il tarixdə, saat 21 radələrində S.V.Konışev və S.A.Tuzikova Zərərçəkmiş şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 gizləndiyi Novosibirsk vilayəti, Mixaylovskiy qəsəbəsi, Çulımskiy rayonuna getməyi, onu tutub Novosibirsk vilayəti, Kolıvan rayonu, “Metelitsa” bazarı ərazisində yerləşən “Nadejda-Pari” kafesinə gətirməyi təklif etmişdir. Ş.A.Hüseynovun təklifi ilə S.V.Konışev və S.A.Tuzikov razılaşaraq, bununla əlaqədar onunla qabaqcadan əlbir olmuşlar. Bundan başqa, Ş.A.Hüseynov Zərərçəkmiş şəxs4 əmr etmişdir ki, S.V.Konışev və S.A.Tuzikovu özünə məxsus olan “Toyota Caldina” markalı U 642 SU 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yerləşdiyi yerə aparsın və onları Zərərçəkmiş şəxs1 ilə birlikdə Kolıvan rayonuna qaytarsın, Zərərçəkmiş şəxs4 onun həyat və sağlamlığına ziyan vuracaqlarından ehtiyat edərək razılaşmağa məcbur olmuşdur. Zərərçəkmiş şəxs4 hərəkətlərinə nəzarət etmək üçün S.V.Konışev və S.A.Tuzikova mümkün olan yardımın təmin edilməsi məqsədilə, Ş.A.Hüseynov və R.A.Məmmədov cinayətkar niyyətləri barədə məlumatı olmayan A.V.Mitrofanov, P.A.Qalkin və Şahid4 sonuncunun idarə etdiyi “X35” markalı E 082 XV 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs4 avtomobilinin ardınca getməyi təklif etmişlər. xx.xx.2010-cu ildə, saat 24 radələrində S.V.Konışev və S.A.Tuzikov ilkin razılaşma zamanı onlara təyin edilmiş rollara uyğun şəkildə hərəkət edərək Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobildə Zərərçəkmiş şəxs2, həmçinin Şahid4 idarə etdiyi avtomobildə A.V.Mitrofanov, P.A.Qalkin Novosibirsk vilayəti, Mixaylovskiy Çulımskiy rayon, Poçtovaya küçəsi ev 3 ünvanına gəlmişlər. Sonra S.V.Konışev və S.A.Tuzikov Ş.A.Hüseynov R.A.Məmmədov və A.Q.Bağırovla birlikdə Zərərçəkmiş şəxs1 oğurlanmasına yönəlmiş cinayətkar niyyətlərini icra edərək və Zərərçəkmiş şəxs4 son zərurət vəziyyətində yalan bəhanə ilə Şahid2 tək gəldiyini bildirərək, sonuncunu giriş qapısını açmağa məcbur etmişlər, bundan sonra S.V.Konışev və S.A.Tuzikov Novosibirsk vilayəti, Mixaylovskiy qəsəbəsi Çulımskiy rayon, Poçtovaya küçəsi, ev 3 mənzil 2-ə daxil olmuşlar. Mənzilin içində S.V.Konışev və S.A.Tuzikov Zərərçəkmiş şəxs1 əşyalarını toplamağı və onlarla birlikdə Kolıvan rayonuna Ş.A.Hüseynovun yanına getməyi əmr etmişlər və Zərərçəkmiş şəxs1 onların göstərişini yerinə yetirmişdir. Zərərçəkmiş şəxs1 tutulmasını həyata keçirərək xx.xx.2010-cu il tarixdə, saat 02:30 radələrində S.V.Konışev və S.A.Tuzikov onu Novosibirsk vilayəti, Kolıvan rayonu “Metelitsa” bazarı ərazisində yerləşən “Nadejda-Pari” kafesinə gətirmiş və orada Ş.A.Hüseynov ona və Zərərçəkmiş şəxs2 psixi təsir göstərərək M.Şahid1, həmçinin R.A.Məmmədovun meyitinin olduğu yer barədə məlumat tələb etməyə davam etmişdir. Göstərilən psixoloji təzyiq altında Zərərçəkmiş şəxs1 Ş.A.Hüseynova onu maraqlandıran məlumatın Zərərçəkmiş şəxs3 olduğunu bildirmiş, bununla əlaqədar olaraq Ş.A.Hüseynov S.V.Konışev, S.A.Tuzikov və A.Q.Bağırova növbəti dəfə Novosibirsk vilayəti Mixaylovskiy qəsəbəsi Çulımskiy rayona gedib Zərərçəkmiş şəxs3 Kolıvan rayonuna “Nadejda-Pari” kafesinə gətirməyi təklif etmiş, onlar da razılaşmışlar. Mixaylovskiy qəsəbəsinə səfəri həyata keçirmək üçün Ş.A.Hüseynov həmçinin Zərərçəkmiş şəxs4 öz avtomobilində S.V.Konışev, S.A.Tuzikovu Zərərçəkmiş şəxs3 olduğu yerə aparmasına göstəriş vermişdir. xx.xx.2010-cu il tarixdə axşam vaxtı S.V.Konışev, S.A.Tuzikov Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobildə, həmçinin A.Q.Bağırov və cinayətkar niyyətdən xəbərdar olmayan V.A.Zalevskiy, E.A.Ayrapetyan və Sarbaşev “Toyota Tselica” markalı avtomobildə yola düşüb xx.xx.2010-cu il tarixdə təxminən saat 08:00 radələrində Mixaylovskiy qəsəbəsinə gəlib çatmışlar. xx.xx.2010-cu il tarixdə, saat 08 radələrində Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə gəlib çataraq S.V.Konışev, S.A.Tuzikov, A.Q.Bağırov və V.A.Zalevskiy ilkin razılaşma əsasında fəaliyyət göstərən bir qrup şəxs halında hərəkət edərək Poçtovaya küçəsi 3 mənzil 2 ünvanında yerləşən mənzilə daxil olmuş və oradan Zərərçəkmiş şəxs3 tutmuş və sonra onun ünvanına zorakılıq edəcəkləri hədəsi ilə onu evdən çıxarmış və iradəsinə zidd şəkildə Zərərçəkmiş şəxs4 avtomobilinə mindirmişlər, bundan sonra Zərərçəkmiş şəxs3 azadlıqdan məhrum edərək, əvvəlcədən əldə olunan razılığa əsasən Novosibirsk vilayətinin Kolıvan rayonuna gətirmişlər. Ancaq Novosibirsk vilayəti Çulım şəhərinə gedərkən S.V.Konışev, S.A.Tuzikov, A.Q.Bağırov və V.A.Zalevskiy dövlət yol polis əməkdaşları tərəfindən saxlanılmış və Zərərçəkmiş şəxs3 qanunsuz saxlamadan azad edilmişdir. xx.xx.2010-cu il tarixdə, saat 05 radələrində Ş.A.Hüseynov şəxsiyyəti məlum olmayan şəxslə birlikdə naməlum avtomaşında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Novosibirsk vilayəti, Kolıvan rayonu, Bolşoy Oyeş kəndi, Ozernaya küçəsi, 7 mənzil 1 ünvanına gətirmişlər, burada şəxsiyyətləri məlum olmayan şəxslərin nəzarəti altında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hərəkət etmək azadlığından məhrum edib, onların konstitusiyada müəyyən edilmiş hərəkət və şəxsi toxunulmazlıq azadlığını pozaraq yuxarıda qeyd edilən evdə yaşayanlara məlumat verməyərək xx.xx.2010-cu il tarixinə qədər saxlamışdır. xx.xx.2010-cu il tarixdə əvvəlcədən əlbir olan bir qrup şəxs halında hərəkət edən Ş.A.Hüseynov R.A.Məmmədovun meyitinin yeri barədə və M.Şahid1 cinayət törədilməsi ilə əlaqədar hüquq mühafizə orqanlarına təslim olması niyyəti barədə məlumat aldıqdan sonra, Zərərçəkmiş şəxs2 azad etmişdir. xx.xx.2010-cu il tarixdə Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə məxsus əmlakını zor tətbiq etməklə ələ keçirilməsinə yönəlmiş cinayətkar niyyətini həyata keçirməkdən ötrü E.R.Şahbazov və N.R.Şahbazovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşmiş və razılaşdırılmış şəkildə hərəkət edərək N.R.Şahbazovun idarə etdiyi “VAZ 2114” markalı, T 028 UN 54 region dövlət qeydiyyat nişanlı avtomaşında Zərərçəkmiş şəxs1 Novosibirsk şəhəri, Kirov rayonu, Zorqe küçəsi 88, mənzil 166 ünvanında yerləşən əvvəlcədən axtarılıb tapılmış bir otaqlı mənzilə tamah məqsədi ilə iradəsinə zidd olaraq oğurlayaraq aparmışlar və orada onu azadlıqdan məhrum edərək qanunsuz saxlamışlar. S.V.Konışev, S.A.Tuzikov, Ş.A.Hüseynov, R.A.Məmmmədov, A.Q.Bağırov, E.R.Şahbazov, N.R.Şahbazov və V.A.Zalevskiy üç şəxsin oğurlanmasını həyata keçirərək öz hərəkətlərinin ictimai təhlükəil olduğunu dərk etmişlər, vətəndaşların konstitusiyada müəyyən edilmiş azad hərəkət etmə və şəxsi toxunulmazlıq hüquqlarını pozaraq ictimai təhlükəli nəticələr doğuran hərəkətlərini əvvəlcədən görmüşlər və həmin nəticələrin baş verməsini arzu etmişlər. xx.xx.2010-cu il tarixinə qədər olan dövr ərzində Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini tamah məqsədi ilə oğurlamaq yolu ilə ona aid olan əmlakın zorla əlindən alınması kimi tamah niyyətindən irəli gələn cinayətkar fikrə düşmüşdür. Ş.A.Hüseynov cinayətkar niyyəti ilə S.A.Konışev və V.A.Zalevskiy ilə paylaşmış və onlara hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində iştirak etməyi təklif etmişdir. S.A.Konışev və V.A.Zalevskiy Ş.A.Hüseynovun bu təklifi ilə razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Niyyətini həyata keçirmək məqsədilə xx.xx.2010-cu il tarixdə Ş.A.Hüseynov oğurladıqları Zərərçəkmiş şəxs1 saxlanması üçün Novosibirsk şəhəri, Kirov rayonu, Zorqe küçəsi 88, mənzil 166 ünvanında yerləşən bir otaqlı mənzili axtarıb tapmış, burada o, zor tətbiq edəcəyi hədəsi ilə, həmçinin sonuncunu saxlamaq yolu ilə zərərçəkənə zorakılıq göstərərək Zərərçəkmiş şəxs1 tələb olunan əmlakı əldə edənə qədər saxlamaq qərarına gəlmişdir. Belə ki, xx.xx.2010-cu il tarixdə, axşam saatlarında Ş.A.Hüseynov Novosibirsk vilayəti, Kolıvan rayonunda yerləşən Novosibirsk vilayəti, Kolıvan rayonu X26 Cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, Kolıvan rayonu, M.Qorki küçəsi 69 ünvanında yerləşən Kolıvan rayonu üzrə X26 binasında onun 40 nömrəli xidməti kabinetində olduğunu öyrənmişdir. Qabaqcadan əlbir olan bir bir qrup şəxs halında Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 əmlakının hədə-qorxu ilə tələb edərək ələ keçirilməsi istiqamətində cinayətkar niyyətinin həyata keçirilməsini davam etdirmək üçün, əvvəlcədən razılaşdırılmış bir qrup şəxsdən ibarət tərkibdə E.R.Şahbazov və N.R.Şahbazovla sonuncunun idarə etdiyi “VAZ- 2114” markalı, T 028 UN 54 region dövlət qeydiyyat nişanlı avtomobildə Novosibirsk vilayəti, Kolıvan rayonu, M.Qorki küçəsi 69 ünvanında yerləşən Kolıvan rayonu üzrə X26 binasına gəlmiş, burada Ş.A.Hüseynov ona ayrılan rola uyğun olaraq cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin 40 nömrəli kabinetinə getmiş, E.R.Şahbazov və N.R.Şahbazov isə avtomobildə qalaraq Ş.A.Hüseynovu və Zərərçəkmiş şəxs1 gözləmişlər. Sonra Ş.A.Hüseynov cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin məlumatı və razılığı ilə Zərərçəkmiş şəxs1 onun ardınca gəlməsini tələb etmiş və Zərərçəkmiş şəxs1 qaçıb gizlənmək və yoldan keçən insanlardan və digər polis əməkdaşlarından kömək istəməsi imkanından məhrum edərək onu Kolıvan rayon DİŞ-nin binasından çıxarmış və küçədə “VAZ-2114” markalı, T 028 UN 54 region dövlət qeydiyyat nişanlı avtomobilə mindirmiş və xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə keçən gecə Novosibirsk şəhəri, Kirov rayonu, Zorqe küçəsi 88, mənzil 166 ünvanında yerləşən mənzilə gətirmişlər və orada onu azadlıqdan məhrum edərək saxlayıb ona və ailəsinə aid olan əmlakı tələb etməyə başlamışlar. Bu zaman Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 ona və ailəsinə aid olan əmlakın verilməsi barədə tələbini yerinə yetirməyənə qədər mənzildən heç bir yerə getməyəcəyi barədə məlumat verib bu şəkildə Zərərçəkmiş şəxs1 konstitusiyada müəyyən edilmiş azadlıq, şəxsi toxunulmazlıq və mülkiyyətin toxunulmazlığı hüququnu pozmuşdur. Zərərçəkmiş şəxs1 qeyd olunan mənzilə aparan zaman Ş.A.Hüseynov hərəkətlərinə mənzildə olan və mühafizəçi kimi fəaliyyət göstərən V.A.Zalevskiy qoşulmuş və o da hədəqorxu ilə tələb etmək üçün Zərərçəkmiş şəxs1 qanunsuz olaraq saxladığı zaman ona zor tətbiq edəcəyi hədəsi ilə onun sərbəst hərəkət etməsinə maneə yaratmışdır. xx.xx.2010-cu il tarixdə qeyd olunan mənzildə Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq saxlanılmaqla zorakılıq tətbiq olunacağı hədəsi nəticəsində o, Ş.A.Hüseynovun tələbini yerinə yetirmək və ailəsinə məxsus olan əmlakını ona verməyə razılaşmışdır. Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 və onun ailəsinə məxsus olan əmlakını hədə-qorxu ilə ələ keçirilməsi istiqamətində cinayətkar niyyətini davam etdirmək üçün S.V.Konışev və V.A.Zalevskiyə tələb olunan əmlakın toplanması üçün Zərərçəkmiş şəxs1 ilə birlikdə Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə getmələrini təklif etmiş, S.V.Konışev və V.A.Zalevskiy bu təkliflə razılaşmışlar. Bundan başqa, Ş.A.Hüseynov Zərərçəkmiş şəxs4 əmr etmişdir ki, S.V.Konışev, V.A.Zalevski və Zərərçəkmiş şəxs1 ona məxsus olan “Toyota Caldina” markalı, U 642 SU 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə aparsın, sonra isə onları Zərərçəkmiş şəxs1 ilə birlikdə Kolıvan rayonuna qaytarsın. Zərərçəkmiş şəxs4 Ş.A.Hüseynovun əmrini icra etməkdən imtina etdiyi təqdirdə onun həyat və sağlamlığına real təhlükənin yaranacağını anlayıb son zərurət vəziyyətində razılaşmağa məcbur qalmışdır. Zərərçəkmiş şəxs1 əmlakının zorla ələ keçirilməsinə yönəlmiş birgə və razılaşdırılmış hərəkətlərini davam etdirərək, V.A.Zalevskiy və S.V.Konışev, əvvəlcədən Ş.A.Hüseynovla əldə olunan razılaşmaya əsasən xx.xx.2010-cu il tarixdə məcburiyyət qarşısında Ş.A.Hüseynovun tələblərini icra etməyə razılaşmış Zərərçəkmiş şəxs4 idarə etdiyi “Toyota Caldina” markalı avtomobillə Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə aparmış, orada o, əmlakın verilməsi barədə tələbi yerinə yetirərək özünə məxsus qızıl-zinət əşyalarını, həmçinin Novosibirsk vilayəti, Kolıvan rayonu, Moskovskaya küçəsi 21 ünvanında yerləşən yaşayış evinin sənədlərini götürmüşdür. Bundan sonra V.A.Zalevskiy və S.V.Konışev Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 Kolıvan rayonunda yaşadığı evə gətirmişlər və orada mobil rabitə vasitəsilə Ş.A.Hüseynova məlumat vermişlər. xx.xx.2010-cu il tarixdə, axşam saatlarında Ş.A.Hüseynov Zərərçəkmiş şəxs1 tələb etdikləri əmlakın sonuncunun üzərində olması barədə məlumat aldıqdan sonra V.A.Zalevskiy və S.V.Konışevlə birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək mobil rabitə vasitəsilə Zərərçəkmiş şəxs1 əmlakı gətirməsini tələb etmiş və Novosibirsk şəhərində görüş yerini təyin etmişdir. Elə həmin vaxt Ş.A.Hüseynov cinayətkar planları barədə məlumatlandırmadığı Zərərçəkmiş şəxs4 sonuncuya məxsus “Toyota Caldina” markalı U 642 SU 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 dediyi yerə gətirməsini xahiş etmişdir. Ş.A.Hüseynovun xahişinə Zərərçəkmiş şəxs4 razılıq vermiş və Zərərçəkmiş şəxs1 Ş.A.Hüseynovun dediyi Novosibirsk şəhəri, K.Marks meydanına gətirərək orada Ş.A.Hüseynovun yanında düşürtmüş, özü isə çıxıb getmişdir. xx.xx.2010-cu ildə axşam, saatlarında Ş.A.Hüseynov, S.V.Konışev və V.A.Zalevskiy ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə birgə niyyətlərini davam etdirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə iradəsinə zidd olaraq Zərərçəkmiş şəxs1 oğurlayıb onu Novosibirsk şəhəri, Kirov rayonu, Zorqe küçəsi 88, mənzil 166 ünvanında yerləşən mənzilə aparmış, orada Zərərçəkmiş şəxs1 Ş.A.Hüseynovun onun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələbi əsasında özünə məxsus olan əmlakı, daha dəqiq: qırmızı qaşları olan həmin tarixə 1 rus rublunun 1 AZNyə məzənnəsi 0,0270 manat təşkil etdiyi dövrdə 10.000 rubl (270 manat) dəyərində qızıl sırğanı, sarı rəndə qaşları olan 10.000 rubl (270 manat) dəyərində qızıl sırğanı, böcəyə bənzər qaşlı 10.000 rubl (270 manat) dəyərində üzüyü, oval şəkilli sarı rəngli qaşı olan 10.000 rubl (270 manat) dəyərində üzüyü, birinin dəyəri 2.500 rub (67,5 manat) yeddi ədəd müxtəlif şəkilli toxuma formalı ümumilikdə 17.500 rubl (472,5 manat) olan qızıl üzükləri - cəmi 57.500 rubl (1552,5 manat) dəyərində qızı-zinət əşyalarını, həmçinin 209.900 rubl (5667,3 manat) dəyərində olan Novosibirsk vilayəti, Kolıvan rayonu, Moskovskaya küçəsi 21 ünvanında yerləşən yaşayış evinin sənədlərini – ümumilikdə 267.400 Rus rubl (7219,8 manat) dəyərində əmlakı və adı çəkilən evə dair sənədləri ona vermişdir. Novosibirsk vilayəti, Kolıvan rayonu, Moskovskaya küçəsi 21 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinin sənədlərini Ş.A.Hüseynov göstərilən evin uğurla satılması üçün şəxsiyyəti ibtidai istintaqın gedişi zamanı məlum olmayan, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan, bu sahədə alıcı tapmaqda və uğurlu alqı-satqı etməkdə bacarığı olan şəxsə vermişdir. Bundan sonra Ş.A.Hüseynov, S.V.Konışev və V.A.Zalevskiy ilə birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək Zərərçəkmiş şəxs1 əmlakının zorla əlindən alınması məqsədilə sonuncunu, öz iradəsinə zidd olaraq yuxarıda qeyd olunan mənzildə saxlamışdır. Zərərçəkmiş şəxs1 qeyd olunan mənzildə saxlanılması zamanı Ş.A.Hüseynovun hərəkətlərinə mənzildə olan V.A.Zalevskiy qoşulmuş, o, mühafizəçi funksiyasını yerinə yetirmiş və Zərərçəkmiş şəxs1 zorakılıq tətbiq edəcəyi hədəsi ilə xx.xx.2010-cu il tarixədək, yəni Ş.A.Hüseynovun təklifi ilə V.A.Zalevskiy tərəfindən Zərərçəkmiş şəxs1 ailə-məişət zəminində yaranan problemlərin həll edilməsi üçün Kolıvan rayonu, Ovçinnikova küçəsi 60 ünvanında yerləşən evə aparanadək onun sərbəst hərəkət etməsinə maneçilik törədərək orada saxlamışdır. xx.xx.2010-cu il tarixdən gec olmayaraq Ş.A.Hüseynov S.V.Konışev və V.A.Zalevskiy ilə Zərərçəkmiş şəxs1 və onun ailəsinə məxsus əmlakını vahid niyyətlə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə ələ keçirməyə yönəlmiş birgə qəsdlərini davam etdirərək Kolıvan rayonu, Ovçinnikova küçəsi 60 ünvanında yerləşən evə gələrək Zərərçəkmiş şəxs1 zor tətbiq edəcəyini demiş və ondan əri M.Şahid1 məxsus olan “Qazel” markalı, T 192 NT 54 region dövlət qeydiyyat nişanlı avtomaşını ona verməsini tələb etmişdir. xx.xx.2010-cu ildə gündüz saatlarında Ş.A.Hüseynov S.V.Konışev və V.A.Zalevskiy ilə Zərərçəkmiş şəxs1 və onun ailəsinə məxsus əmlakının zorla ələ keçirilməsinə yönəlmiş birgə cinayətkar niyyətini həyata keçirmək məqsədilə S.V.Konışev və V.A.Zalevskiyə Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, Kolıvan rayonu, Ovçinnikova küçəsi 60 ünvanında yerləşən evinə getməyi və onun ailəsinə məxsus olan “Qazel” markalı T 192 HT 54 region dövlət qeydiyyat nişanlı avtomaşını və onun açarlarını əldə etməyi və avtomobilin yanacaq-yağının dəyişdirilməsi üçün Novosibirsk vilayəti, Kolıvan rayonu, B.Oyeş kəndi, Kolxoznıy 7a ünvanında yerləşən qaraja yerləşdirməyi tapşırmışdır. xx.xx.2010-cu il tarixdə S.V.Konışev və V.A.Zalevskiy Ş.A.Hüseynovla birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, Kolıvan rayonu, Ovçinnikova küçəsi 60 ünvanında yerləşən evinə getmiş və onun şəxsiyyəti üzərində zor tətbiq etmək hədəsi ilə ondan ailəsinə məxsus olan “Qazel” markalı T 192 NT 54 region dövlət qeydiyyat nişanlı, həmin tarixdə 1 rus rublunun AZN-yə məzənnəsi 0,0265 manat təşkil etdiyi dövrdə 20.000 rubl (530 manat) dəyərində olan avtomaşını, avtomaşının sənədlərini, açarını ondan alıb qeyd olunan qaraja yerləşdirmiş və vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 287.400 Rus rublu (7749,8 manat), yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə onun şəxsiyyəti üzərində zor tətbiq etmə hədəsi ilə müşayiət olunan hədə-qorxu ilə tələb etmə əməlini törətmişdir. Lakin Ş.A.Hüseynov, S.V.Konışev və V.A.Zalevskinin Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin bütün əmlakının - Novosibirsk vilayəti, Kolıvan rayonu, Moskovskaya küçəsi 21-də yerləşən yaşayış evinin, həmçinin «Qazel» markalı, T 192 NT 54 region dövlət qeydiyyat nişanlı avtomobilin zor tətbiq etmə hədəsi ilə ələ keçirilməsinə yönəlmiş niyyəti ondan asılı olmayan səbəblərə görə başa çatdırılmamış, belə ki, Zərərçəkmiş şəxs1 hüquq mühafizə orqanlarına müraciət etdiyi üçün cinayətin qarşısı alınmışdır. Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə məxsus xeyli miqdarda əmlakın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq olunma hədəsi ilə ələ keçirilməsi cinayətini törədən Ş.A.Hüseynov, S.V.Konışev və V.A.Zalevskiy törətdikləri cinayətin ictimai təhlükəliliyini dərk etmiş, mülkiyyət və əmlak hüquqlarına qəsd etmə cinayətinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görmüş və onları arzu etmişdir. Bundan başqa, xx.xx.2010-cu il tarixdən gec olmayaraq Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyalarının mövcud olması barədə məlumat alan Ş.A.Hüseynovda həmin qızıl-zinət əşyalarını zor tətbiq etmək hədəsi ilə tələb etmək niyyəti yaranmışdır. Zərərçəkmiş şəxs4 əmlakını zorla əlindən almağa yönəlmiş cinayətkar qəsdini həyata keçirməkdən ötrü Ş.A.Hüseynov Zərərçəkmiş şəxs4lə görüşüb ona öz cinayətkar niyyəti barədə məlumat vermək, onda olan qızıl-zinət əşyalarını ona verməsini tələb etmək, imtina etdiyi halda isə Zərərçəkmiş şəxs4 ünvanına zor tətbiq etmək fikrində olması barədə bildirmək qərarına gəlmişdir. xx.xx.2010-cu ildə axşam vaxtlarında, ibtidai istintaqın gedişatı zamanı dəqiq vaxtı müəyyənləşdirmək mümkün olmamışdır, Ş.A.Hüseynov fikrində tutduqlarını həyata keçirərək Novosibirsk vilayəti, Kolıvan rayonunda olarkən Zərərçəkmiş şəxs4lə görüşmüş və ona onda olan qızıl-zinət əşyalarını verməsi tələbini irəli sürmüş, tələbini icra etməkdən imtina etdiyi halda onu zor tətbiq etmə hədəsi ilə hədələmişdir. Zərərçəkmiş şəxs4 Ş.A.Hüseynovun cinayətkar niyyətinin real olduğunu dərk edərək, həmçinin xx.xx.2010-cu il tarixdə Novosibirsk vilayəti, Kolıvan rayonu “Metelitsa” bazarı ərazisində yerləşən “Nadejda-Pari” kafesində ona qarşı zor tətbiq etmə faktı olduğu üçün, həyat və sağlamlığına görə ehtiyat edərək Ş.A.Hüseynovun cinayətkar tələbini yerinə yetirməyə razılıq vermişdir. xx.xx.2010-cu il tarixdən gec olmayaraq ibtidai istintaqın gedişi zamanı dəqiq vaxtı müəyyən etmək mümkün olmamışdır, gündüz saatlarında Ş.A.Hüseynov Zərərçəkmiş şəxs4 Novosibirsk vilayəti, Kolıvanskiy rayonu, Kolıvan qəsəbəsi, Kirov küçəsi 86, mənzil 4 ünvanında yerləşən mənzilinə getmiş və onun mənzilində onun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyib həmin tarixdə 1 rus rublunun AZN-yə məzənnəsi 0,0265 manat təşkil etdiyi dövrdə ona aid olan iki ədəd hər birinin dəyəri 2.500 rubl (66,25 manat) ümumi dəyəri 5.000 rubl (132,5 manat) dəyərində olan qızıl üzükləri hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 məxsus olan əmlakı onun şəxsiyyəti üzərində zor tətbiq etməklə alıb ələ keçirərkən Ş.A.Hüseynov öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, mülkiyyət və əmlak hüquqlarına qəsdin ictimai təhlükəli nəticələr verdiyini qabaqcadan görmüş və belə nəticələrin baş verməsini arzu etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməyərək demişdir ki, 1998-ci ildə ailəsi ilə birlikdə Novosibirsk şəhərinə getmişdir. Həmin ildən etibarən Novosibirsk şəhərində tikintidə işləmiş, həmçinin bazarda meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Ondan başqa həmin bazarda xeyli sayda Azərbaycanlı olmuşdur. X30 və onun qardaşı Rauf Məmmədovla tanışlıqları Novosibirsk vilayəti Kolıvan rayon bazarında yaranmışdır. xx.xx.2010-cu ildə Rafiqin əmisi Salamatın ad günü olmuşdur. Həmin ad günündə iştirak etməsə də, sonradan ona məlum olmuşdur ki, ad günündə Marat Musinov adlı şəxs Rafiq Məmmədovu gəlib evdən çağıraraq harasa aparmış, sonradan isə onların heç birindən xəbər olmamışdır. Bundan sonra o, Rafiq Məmmədovun qardaşı Rauf Məmmədov, tanışları Abdulla Bağırov, Emin Şahbazov, Nəsimi Şahbazov və hal-hazırda xatırlamadığı başqa tanışları Rafiqi axtarmağa başlamışlar. Lakin kimdən və hardan soruşmuşlarsa onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. O zaman Marat Musinov və hazırda adlarını xatırlamadığı şəxslər, o cümlədən erməni millətinin nümayəndələri Kolıvan rayonunda olan bütün obyektlərdən, o cümlədən bazarda işləyən tanışlarından qanunsuz olaraq haqq yığmışlar, haqqı verməyəndə isə onları hədələyib döymüşlər, əmlaklarını məhv edirmişlər. Ona görə də həmin ərəfədə X30 bazarda işləyən şəxslərin içərisində bir nüfuz sahibi kimi qayda qoymuşdur ki, bazarda işləyən heç bir kəs Marat və onun tanışlarına haqq verməyəcək. Buna görə artıq Rafiqin Marat tərəfindən öldürülməsindən şübhələnməyə başlamışdır. Belə ki, sonuncu dəfə Rafiq Maratla birlikdə evdən çıxmışdır. Ona görə də Maratı tapmaq üçün onun yaxınlarına üz tutub onlarla əlaqəyə girməyə başlamışlar. Xatırladığına görə ilk dəfə o, həmin ərəfələrdə Maratın evinə getmiş, orada çöldə onun arvadı Zərərçəkmiş şəxs1 lopatka ilə qar təmizlədiyini görmüş, ona yaxınlaşıb Maratın harada olduğunu soruşmuşdur. Lakin Lyubov ona Maratın harada olduğunu bilmədiyini demişdir. Bundan sonra bir dəfə də Lyubovla görüşmüş, ondan Maratın harada olduğunu soruşmuş, lakin bu dəfə Lyubov ona Maratın həddən artıq təhlükəli adam olduğunu bildirib, onu bu məsələ ilə bağlı narahat etməməsini xahiş etmişdir. Ona görə də Lyubovu dilə tutub ona narahat olmamasını, onu hər cür təhlükələrdən qoruyacağını demişdir. Nəhayət, Zərərçəkmiş şəxs1 onunla birlikdə getməyə razı salmışdır. Belə ki, Maratın Lyubovla istənilən vaxt əlaqəyə girə biləcəyini bilmiş, ona görə də Maratın Lyubovla zəngləşdiyi halda onun yanında olub Maratla əlaqə yaratmaq istəmişdir. Lyubovun onun yanında qalması üçün Novosibirsk şəhəri, Zatulinkada yerləşən R.Zorge küçəsindəki kirayəyə verilən 1 otaqlı mənzil tapmışdır. Lakin kirayə haqqını ödəməyə imkanı olmamış, ona görə də Lyubov özü qızıllarını satmaqla evin kirayə haqqını verməyə başlamışdır. Lyubov həmin mənzilə könüllü razılıqla gəlmiş və təxminən 10-15 gün heç bir təsir və hədəyə məruz qalmadan həmin evdə qalmışdır. Həmçinin, həmin ərəfədə tanışları Maratın qardaşı Seriklə Novosibirsk şəhəri «Studençeskaya» metrosunun yanında görüşüb, oradan birlikdə Kolıvan rayonunda «Metelitsa» bazarındakı kafeyə gəlmişlər. Rauf orada Serikdən Maratın harada olduğunu bir daha soruşmuş, lakin Serik heç bir söz deməmiş, sonra isə sərbəst şəkildə kafedən getmişdir. Təxminən xx.xx.2010-cu il tarixdə Marat Lyubova zəng etmiş, danışdıqları zaman Marat Lyubovdan harada olduğunu soruşmuş, Lyubov isə Rafiqin yaxınlarının onu narahat etdiyini, ona görə də onlardan qaçıb gizləndiyini demişdir. Yəni Lyubov onların yanında olduğunu Marata deməmişdir. Həmçinin, X21 meyitinin olduğu yeri deməsini xahiş etmiş, Marat isə ona özü onlarla əlaqə yaradacağını demişdir. Elə həmin ərəfədə ona tanımadığı nömrədən zəng gəlmiş, telefona cavab verdikdə zəng edən şəxsin Marat olduğunu bilmişdir. Marat ona ailəsinə heç bir şey etməyəcəyi təqdirdə Rafiqin meyitinin olduğu yeri deyəcəyini bildirmişdir. Buna cavab olaraq ona ailəsi ilə heç bir işlərinin olmayacağına söz vermiş, bunu eşidən Marat Rafiqin meyitinin olduğu yeri demişdir. Sonra o, Rauf və başqaları ilə birlikdə polis şöbəsinə gedib, meyitin olduğu yer barədə məlumat vermişlər. Orada polis əməkdaşları ilə birlikdə qeyd edilən yerə gedilmiş və həqiqətən də meyit deyilən yerdən aşkar olunmuşdur. 2010-cu ilin fevral ayında isə Azərbaycana qayıtdıqdan bir müddət sonra onun və tanışlarının barəsində guya ki, Maratın ailə üzvlərinin oğurlanması faktına görə cinayət işi başlanmasını eşitmişdir. Lakin hadisələr ifadəsində göstərdiyi səpkidə cərəyan etmiş, Maratın yaxınları və ailəsinə qarşı heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Novosibirsk şəhərində «Metelitsa» bazarının ərazisində yerləşən «Nadejda-Pari» kafesi həmişə Kolıvanda yaşayan azərbaycanlıların toplaşdığı yer olmuşdur. Orada o və ticarətlə məşğul olan digər tanışları yığışıb vaxtlarını keçirirmişlər. Rafiq Məmmədov orada olan Azərbaycanlıların içərisində nüfuz və söz sahibi olduğu üçün o, itkin düşdükdən sonra həmin ərəfədə həqiqətən də onun itkin düşməsi, bunun səbəbləri ilə bağlı azərbaycanlılar, ruslar, taciklər və başqa millətin nümayəndələri ilə müzakirələr və söhbətlər olmuşdur. Orada Emin və Nəsimi qardaşları, Rafiqin qardaşı Rauf o və xeyli sayda başqa azərbaycanlılar olmuşdur. Rafiqin qəfil itməsi, onun olduğu yerin müəyyən edilməsi üçün müəyyən söhbətlər olmuş, lakin bu məsələ ilə bağlı Emin, Nəsimi və Raufla başqa bir addım atmaq, o cümlədən cinayət etmək barədə heç bir yığıncaqları olmamışdır. Həqiqətən də həmin ərəfələrdə Maratın qardaşı Zərərçəkmiş şəxs3la Novosibirsk şəhəri «Studençeskaya» metrosunun yanında tanışlarından kimsə və ya kimlərsə görüşmüşdür. Lakin o, həmin görüşdə olmasa da, həmin görüş zamanı Emin Şahbazov telefon vasitəsi ilə onu Seriklə danışdırmışdır. Serikə Maratın özünün və Rafiqin meyitinin yerini bildiyi təqdirdə bu haqda polis orqanlarına məlumat verməli olduğunu bildirmiş, ona cinayəti bilib gizlətdiyinə görə məsuliyyət daşıyacağını izah etmişdir. Sonra onunla üz-üzə danışmaq üçün onu dilə tutub «Metelitsa» bazarındakı kafeyə çağırmışdır. Üzbəüz söhbət zamanı Serikin ona hər şeyi açıb danışacağını düşünmüşdür. Dəqiq xatırlamasa da onunla telefon danışığından bir müddət sonra Serik özü könüllü olaraq «Metelitsa» bazarındakı kafeyə gəlmişdir. Onu oraya heç kim məcburi gətirməmiş və orada ona qarşı zor tətbiq edilməmişdir. Kafedə olduğu vaxt Serik Maratın olduğu yer barədə heç bir məlumata malik olmadığını deyib, sərbəst şəkildə kafedən çıxıb polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxs3 Nekrasov küçəsindəki heç bir evə məcburən və ya aldadılmaqla aparılmamış, bununla bağlı heç kimə göstəriş verilməmiş, ona qarşı zor tətbiq edilməmiş və o, hədələnməmişdir. Bununla bağlı Serik və Kendjebek Musinovların ifadələrində göstərdikləri şər və böhtandır. O, həmçinin verilən suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşı Vitaliy Maysnerin otağında cəmisi bir dəfə olmuşdur. Belə ki, Marat tutulduqdan sonra Maysner onu bir dəfə şöbəyə çağırmış, orada Maysnerin otağında olmuşdur. Lakin heç bir vaxt Lyubovla Maysnerin otağında görüşməmiş və ya onu Nekrasov küçəsindəki evə aparmamışdır. Lyubov özü könüllü olaraq Zatulinkada R.Zorge küçəsindəki bir otaqlı mənzildə razılıq əsasında qalmışdır. Həmçinin, həmin ərəfələrdə Lyubovun qardaşı Nikolayın sözündən sonra o, Lyubovun polis şöbəsində olduğunu bilmiş, ona görə də polis şöbəsinə gedərək orada Lyubovun şöbədən çıxmağını gözləmiş, orada hazırda xatırlamadığı polis əməkdaşı ilə danışıb Lyubova qarşı heç bir zorakılıq tətbiq etmədən özü ilə aparacağını və Maratın yerini öyrənməyə çalışacağını bildirmişdir. Ona görə də Lyubov polis şöbəsindən çıxdıqdan sonra ona yaxınlaşmış, lakin Lyubov baş vermiş hadisələrə görə cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyyatlanaraq ondan əl çəkməsini tələb edirmiş və ona «sən söz vermişdin ki, məni heç kim narahat etməyəcək» sözlərini demişdir. Məhz həmin vaxt Lyubova R.Zorge küçəsindəki evə gedib orada sərbəst şəkildə qala biləcəyini demişdir. Lyubov onunla razılaşıb R.Zorge küçəsindəki kirayə tutduqları evə getmiş və orada bir müddət sərbəst şəkildə qalmışdır. Onu heç bir vaxt Nekrasov küçəsindəki evə məcburi aparmamış, ümumiyyətlə Nekrasov küçəsində hər hansı bir evi tanımamışdır. İfadəsində qeyd etdiyi kimi Lyubov R.Zorge küçəsindəki evdə könüllü olaraq qalmışdır. Həmin evə sərbəst şəkildə girib çıxmışdır. Lyubov bir neçə dəfə özünün yaşadığı evə könüllü olaraq gedib-gəlmişdir. Həmin ərəfədə Lyubovun Çulım rayonuna qayınatası və qayınanasının yaşadığı evə olan hər hansı bir səfərindən məlumatı olmamışdır. Heç kimə Çulım rayonu, Mixaylovski qəsəbəsinə getməyi və oradan hər hansı bir şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1 «Metelitsa» kafesinə gətirmək barədə göstəriş verməmişdir. Əgər belə bir hal baş veribsə də bu ondan xəbərsiz olmuşdur. İş üzrə şahil qismində dindirilmiş Sergey Tuzikov və Şahid4 onun göstərişi ilə Çulım rayonu, Mixaylovski qəsəbəsinə getdiklərini və oradan Zərərçəkmiş şəxs1 «Metelitsa» kafesinə gətirdiklərini göstərsələr də həmin ifadələrlə razı deyil və ifadələrin yalan olduğunu bildirir. O, ifadəsində həmçinin göstərmişdir ki, yadında qalmadığı tarixdə X37 Musinov tərəfindən öldürüldükdən bir neçə gün sonra onun meyitinin atıldığı yeri müəyyənləşdirməkdən ötrü Maratın arvadı Zərərçəkmiş şəxs1 ilə əlaqə yaradıb, onun etibarını qazanmağa çalışmışdır. Niyyəti ancaq Rafiqin meyitinin yerini öyrənmək olmuşdur. Bilirmiş ki, Lyubovun bu haqda məlumatı ola bilər və ya Marat nə vaxtsa onunla əlaqəyə çıxa bilər. Ona görə də Lyubova demişdir ki, onu polis əməkdaşları çağırsa heç kimin onunla işi olmayacaq. Həmin ərəfədə Lyubovun qardaşı Nikolay onların oturduqları «Metelitsa» kafesinə gəlib, bacısı Lyubovun polis şöbəsində olduğunu bildirmişdir. Nikolaya narahat olmamağını, birlikdə Lyubovun dalınca gedəcəklərini demişdir. Bundan sonra xatırlamadığı şəxsin avtomobilində Kolıvan rayon X31 getmişlər, orada bir qədər gözlədikdən sonra Lyubov şöbədən çıxmış və onu avtomobillə yaşadığı evə aparmışlar. Evinin qarşısında Lyubov düşüb getsə də, Nikolay getməmiş və onunla birlikdə «Metelitsa» bazarındakı kafeyə gəlmişdir. Orada bir müddət qaldıqdan sonra Nikolay çıxıb getmiş, ona qarşı heç kim tərəfindən zorakılıq tətbiq edilməmişdir. Nikolay nə onun, nə də ki, başqa şəxsin göstərişi ilə polis şöbəsindən məcburi qaydada oğurlanmamış və iradəsi ziddinə heç bir yerə aparılmamışdır. Zərərçəkmiş şəxs3 xx.xx.2010-cu il tarixdə Çulım rayonu, Mixaylovski qəsəbəsində valideynlərinin yaşadığı Novosibirsk vilayəti, Çulım rayonu, Mixaylovsk qəsəbəsi Poçtovaya küçəsi, 3 mənzil 2-də evində olduğu vaxt bir neçə nəfər şəxsin oraya daxil olaraq ona qarşı zor tətbiq etməklə Andrey adlı şəxsin avtomobili ilə Novosibirsk vilayəti, Kolıvan rayonuna aparılması barədə heç bir məlumatı yoxdur, Zərərçəkmiş şəxs3 cəmisi bir dəfə «Metelitsa» bazarındakı kafeyə gəlmişdir. Sərbəst ifadəsində göstərdiyi kimi həmin ərəfələrdə Zərərçəkmiş şəxs3 Novosibirsk şəhərində «Studençeskaya» metrosunun yanında tanışları ilə görüşdükdə onunla telefon əlaqəsi yaradılmış və həmin vaxt Serikə Maratın olduğu yeri ona deməsini xahiş etmiş, həmçinin onu «Metelitsa» kafesinə dəvət etmişdir. Kafedə söhbət əsnasında X3 yer barədə məlumatının olduğunu və çalışıb, həmin məlumatı öyrənərək ona deyəcəyini bildirmişdir. Bundan sonra Serik çıxıb getmiş, bir müddət sonra isə yenidən könüllü olaraq kafeyə gəlib Lyubovla danışdığını, lakin sonuncudan heç bir məlumat almadığını demişdir. Serikə qarşı heç bir zorakılıq olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2010-cu il tarixdə Novosibirsk vilayəti, Kolıvan rayonu, Bolşoy Oyeş kəndi, Ozernaya küçəsində yerləşən hər hansı bir mənzilə aparmamış, Bolşoy Oyeş kəndini, habelə belə bir kəndə getməyini xatırlamır. Həmçinin, Lyubovdan heç bir əmlak tələb etməmiş və onu hər hansı bir yerdə iradəsi ziddinə saxlamamışdır. Bu haqda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri yalandır. Zərərçəkmiş şəxs1 Rafiqin Marat tərəfindən öldürüldükdən sonra özünə məxsus evdə qalmağa qorxmuşdur. Belə ki, Rafiqin qohumları tərəfindən ona nəsə ediləcəyindən, həmçinin o, Maratın olduğu yeri deyəcəyi təqdirdə Maratın tabe olduğu dəstənin başçıları tərəfindən təzyiq və zorakılıqlara məruz qalacağından ehtiyatlanmışdır. Bu səbəbdən də Lyubov yaşadığı evdə qalmaq istəməmiş və bildiyinə görə, özünə məxsus bir neçə qızıl-zinət əşyasını sataraq, əldə etdiyi pulla Zatulinkada Zorge küçəsindəki mənzili kirayələmişdir. Heç bir vaxt Lyubovdan əmlak tələb etməmiş və almamışdır. Zərərçəkmiş şəxs4 adlı şəxsi tanımır, belə bir şəxs Zərərçəkmiş şəxs1 Novosibirsk şəhəri, K.Marks meydanında ona təhvil verməmişdir. Zərərçəkmiş şəxs4 adlı şəxsdən hər hansı bir əmlak tələb etməmiş və almamışdır. 2010-cu ilin yanvar ayında X1 məxsus Novosibirsk vilayəti, Kolıvan qəsəbəsi, Nekrasov küçəsi, ev 51-də yerləşən mənzili xatırlamır, ümumiyyətlə belə bir şəxsə məxsus hər hansı bir mənzildə olmamış və ya hər hansı bir toplantı keçirməmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və ya başqa şəxsləri həmin evə aparmamış və ya kiməsə belə bir göstəriş verməmişdir. Zərərçəkmiş şəxs3 pasport, hərbi bilet, adına olan ”X45”na məxsus bank kartı, habelə ona məxsus “FLEY E - 300” və “Nokia 5700” markalı mobil telefonlarını, telefon enerjisi yükləmək üçün qurğunu və telefona olan qarnituru almamış, kimsə almışdırsa da, bundan xəbərsiz olmuşdur. İfadəsində göstərdiyi kimi Zərərçəkmiş şəxs1 özünə məxsus qızıl-zinət əşyalarını sataraq Zorge küçəsindəki bir otaqlı mənzili kirayələmişdir. Həmin evdə öz könüllü razılığı ilə qalmışdır. Ona görə də heç kimə, o cümlədən Abdullaya evdə qalıb Zərərçəkmiş şəxs1 nəzarət etmək barədə hər hansı bir tapşırıq verməmişdir. Hadisələrin üstündən təxminən 10 ilə yaxın müddət keçmişdir, ona görə də bir çox halları xatırlamır. Lakin əminliklə deyir ki, heç kimə, o cümlədən Andrey adlı şəxsə Lyubovu Çulımdan məcburi qaydada Kolıvan qəsəbəsinə gətirmək barədə göstəriş verməmiş, bu haqda Sergey Konışev və ya Sergey Tuzikova heç bir göstəriş verməmişdir. Ola bilsin ki, onlar öz təşəbbüsü ilə Çulım rayonu Mixaylovsk qəsəbəsinə getmişlər və onu Kolıvan rayonuna gətirmişlər. Bu haqda Sergey Konışev və Sergey Tuzikovun və Şahid4 göstərdikləri yalandır. O, daha sonra ifadəsində göstərmişdir ki, Lyubov həmin ərəfələrdə Kolıvan rayonundakı «Metelitsa» bazarında yerləşən kafeyə sərbəst şəkildə gəlib-gedmiş, növbəti gəlişlərinin birində ondan əri Maratın harada olması, bildiyi halda bu haqda məlumat verməli olduğunu desələr də, ona qarşı heç bir zor tətbiq edilməmişdir. Heç bir vaxt Lyubovdan qızıl-zinət əşyaları almamışdır. Lyubov özündə olan qızıl-zinət əşyalarını satıb «Zatulinkadakı» evi kirayələmişdir. Həmin qızıl-zinət əşyalarına heç bir aidiyyəti olmamış, Şahid4 bu haqda dedikləri yalandır. Həmçinin, onun tərəfindən Lyubova məxsus hər hansı bir «Qazel» markalı avtomobili və ya başqa bir əşyanı ondan istəməsi barədə Marqarita Medvedvanın ifadəsində göstərdikləri də yalandır. 2010-cu ilin yanvar ayında Marat Musinovun qardaşı Zərərçəkmiş şəxs3 valideynlərinə məxsus Novosibirsk vilayəti, Çulım rayonu Mixaylovsk qəsəbəsindən gətirilməsi barədə Sergey Tuzikov və ya hər hansı bir başqa şəxsə göstəriş verməmiş, habelə Zərərçəkmiş şəxs3 Novosibirsk şəhərinə gətirilərkən yolda guya ki, onun göstərişi ilə hərəkət edən şəxslərin polis əməkdaşları tərəfindən saxlanılmasından məlumatsız olmuşdur. Bu haqda Sergey Tuzikov və Aleksandr Mitrofanovun ifadələrində göstərdikləri xüsusatlar doğru deyil. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X17 bildirmişdir ki, 11 yanvar 2010-cu ildə əmisinin ad günü idi. Həmin vaxt o, tələbə olmuşdu. Əmisi və atası Kolivan rayonunda, o isə dərslərə görə Novosibirskdə yaşamışdır. Qardaşı ad gününə gəlmək üçün Marat adlı şəxsin maşınına minmiş, bir müddət sonra ona evdən zəng gəlmiş və Rafiqin evə gəlmədiyini demişlər. O, Rafiqin harada olsa gələcəyini demişdir. Səhəri gün ona yenə zəng gəlmiş və Rafiqin evə gəlmədiyini demişlər. Bundan sonra Maratın nömrəsini tapmış və ona zəng vurmuşdur. Həmin vaxt Marata zəng çatmamış, bir müddət sonra təkrar zəng vuranda ona zəng çatmış və telefona cavab vermişdir. Ondan qardaşının harada olduğunu soruşmuş, Marat ona Rafiqi müəyyən yerdə düşürdüyünü bildirmişdir. Maratın dediyi yer yaşadıqları yerdən təxminən 2 km aralı olmuşdur. Yaşadıqları ərazi çox soyuq olduğu üçün Maratın dediklərinə inanmamış və Marata “qardaşımı tap səndən xəbər gözləyirəm” demişdir. Daha sonra isə qardaşı Rafiqin axtarışına başlamışlar. Axtarış nəticə vermədikdən sonra Maratın evinə getmiş, lakin Marat evdə olmamışdır. Maratın evinin qapısını Maratın həyat yoldaşı Lyubov açaraq, Maratın evdə olmadığı demiş və səs-küy salmağa başlamışdır. O, Lyubovdan Maratla əlaqə saxlamaq üçün onun yaxınlarının nömrəsini istəmiş və Lyubov Maratın qardaşının nömrəsini ona vermişdir. Maratın telefon zənglərinə cavab verməməsi və qaçıb gizlənməsi onlarda şübhə yaratmışdır. Səhəri gün hadisə ilə bağlı polisə müraciət etmişlər. Maratın arvadı Lyubov polis şöbəsinə dəvət olunmuş, orda da Maratın harada olduğunu bilmədiyini demişdir. Daha sonra Maratın qardaşı Serikə Maratın harada olması ilə bağlı zəng vurmuşdur. Həmin vaxt axtarışlarda Rafiq Məmmədovun yaxınları ilə yanaşı, onun dostları, rus, özbək, qırğız və digər millətlərdən olan adamlar da iştirak etmişlər. Təqsirləndirilən şəxs kimi Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verdiyi zaman, Maratın qardaşı Seriki döydüyünü bildirmişdir. X46 harada olduğunu bilmədiyini demişdir. Daha sonra Maratın qardaşını ərazi üzrə cinayət axtarışın rəisinin yanına aparmış və Serik orda da dindirilmişdir. Onlar axtarışlara davam etmiş, ərazinin hər yerinə baxmışlar. Axtarışlar zamanı zəng vuraraq, Lyubovun yaşadığı evdən qaçıb taksilə Maratın atasının evinə getdiyini demişlər. Lyubov nəsə bildiyi üçün qaçdığına görə, cinayət axtarışının rəisinə təhvil verilmişdir. Dindirildikdən sonra Lyubov onlarla gedəcəyini, Maratın gec olsa da ona zəng vuracağını və onların yanında özünü daha təhlükəsiz hiss edəcəyini bildirmişdir. X28 birlikdə onıarın evinə getmişdir. Evdə atası, anası, bacıları olmuşdur. Lyubov onlarda olduğu müddət ərzində onun uşaqlarına ərzaq alınmış və həmin ərzaqlar uşaqların nənəsinin evinə aparılmışdır. Kolıvan rayonunun 4 tərəfində axtarış aparılan zaman Lyubovun telefonuna Maratdan zəng gəlmiş və X32 harda axtaracaqlarını bildirmişdir. Eyni zamanda, Marat “Rafiqi mən öldürməmişəm, lakin filan yerdə axtarsınlar” demişdir. Bunu dərhal polisə bildirmişlər, həmin ərazidə axtarışlar başlamış və Rafiq Məmmədovun meyidi tapılmışdır. Polis, prokurorluq orqanı meyidi götürmüş və morqa aparmışlar. Daha sonra o və ailəsi qatarla Azərbaycana qayıtmışlar. Yas mərasimi zamanı Rusiyadan ona zəng gəlmiş və onun axtarışda olduğunu və cinayət törətdiyini demişlər. Qardaşının istintaqı düzgün aparılmamış, iş üzrə günahı olan şəxslərin bəzilərinə bəraət, Marata isə 7 il iş verilmişdir. Həmin cəzanın 6 ilini yatmış sonra azad olmuşdur. Şahid Rauf Məmmədov ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Rafiq Məmmədovun dostu olmuş və o da axtarışlarda iştirak etmişdir. O, ilk olaraq Maratın evinə getmiş, qapını arvadı Lyubov açmış, səs-küy salmağa başlayaraq heç nə bilmədiyini demişdir. Ondan Serikin nömrəsini almış və onla danışmışdır. Lyubovu heç yerə aparmamışdı. Zərərçəkmiş şəxs2, Lyubova məxsus maşının olmasını və qızılların oğurlanmasını xatırlamamışdır. Zərərçəkmiş şəxs4 adını eşitmiş, və onun taksi sürücüsü olduğunu bilmişdir. Lyubovu Maratın atasının evinə o aparmışdır. Zərərçəkmiş şəxs4 dindirmək üçün döymüşdür. Seriki və Zərərçəkmiş şəxs4 döymüş və bunu Lənkəranda keçirilən məhkəmədəbildirmişdir. Təqsirləndirilən şəxs ancaq axtarışlarda iştirak etmişdir. Cinayət axtarış şöbəsinin rəisini işdən çıxarmışlar onun barəsində cinayət işi açılıb-açılmadığı bilməmişdir. Təqsirləndirilən şəxs heç kimi döymədiyini bildirmişdi. O, sadəcə Rafiq Məmmədovun tapılması üçün axtarışlarda iştirak etmişdir. Zərərçəkmiş şəxs2 heç kimi oğurlamamış, o, iş üzrə Rusiyada dindirilməmişdir. Həmçinin Şahinlə onun iş birliyi olmamışdır. Onlar Şahinlə cinayət axtarışın rəisinin otağında birlikdə olmuşlar. Məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı dindirilərkən bildirmişdir ki, 2010-cu ilin yanvar ayında həmyerliləri Məmmədov Rafiqin ölümündə qeyri-rus milliyyətli şəxslərin şübhəli bildikləri əri Marat Musinov yoxa çıxmışdır. 14 yanvar 2010-cu ildə ərinin naməlum şəkildə yoxa çıxması haqqında ərizə yazmaq məqsədilə Kolıvan rayonu DİŞ cinayət axtarış bölməsinin sədri Maysnerin qəbulunda olmuşdur. Tezliklə elə orada Məmmədov Rauf, Şahbazov Nəsimi, Sergey Konışev, həmçinin onu özü ilə aparmaq istədiyini Maysnerə bildirən Təqsirləndirilən şəxs da gəlmişdir. Maysner heç bir etiraz etməmiş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ərinin Məmmədov Rafiqi öldürdüyünə görə sonuncunun qardaşı onun bütün ailəsinin kökünü kəsəcəkdir. Daha sonra Təqsirləndirilən şəxs göstərilən şəxslərlə birlikdə onu Kolıvan rayonu DİŞ-dən çıxarmış, avtomobilə otuzdurmuş və artıq onun ərinin qardaşı Zərərçəkmiş şəxs3 olduğu Kolıvan fəhlə qəsəbəsində yerləşən şəxsi evə gətirmişdir. Burada onları elə-belə evdən buraxmayacaqları ilə hədələyərək, Musinov Maratın harada olmasını aydınlaşdırmış, daha sonra isə Zərərçəkmiş şəxs3 digər otağa aparmış və orada döymüşlər. Təqsirləndirilən şəxs onu Novosibirsk şəhərinə apardığını demiş, telefonunu almış, onu ərzaq almaq üçün mağazaya göndərmişdir. Məmmədov Raufun gətirdiyi mağazadakı satıcı onun ağlayan halını görmüş, lakin onu müşayiət edən şəxsdən ehtiyat edərək kefsiz olduğu barədə heç bir şey deməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onu Şahbazov Emin və Şahbazov Nəsiminin, Məmmədov Raufun olduğu Novosibirsk şəhəri, Zorqe küçəsində yerləşən mənzilə aparmış, burada ona izah etmişlər ki, onlar onun ərini tapanadək o, həmin mənzildə qalacaqdır. Onu mənzildə tək saxlamışlar, Məmmədov Rauf və Abdulla Bağırov adlı şəxs də onunla olmuşdur. Bir neçə gün sonra, 15 yanvar 2010-cu ildə Təqsirləndirilən şəxs ona tək qalan uşaqlarını götürməli olduğunu demişdir. Təqsirləndirilən şəxs və Abdulla Bağırov sonuncunun avtomobilində onu evə gətirmiş və onunla birlikdə evə daxil olmuşlar. Abdulla Bağırov onu mağazaya aparmış, daha sonra qardaşı Zərərçəkmiş şəxs2la tək saxlayaraq yığışmasını tapşırmışlar. Bundan istifadə edərək o, ona nə baş verdiyini izah etmiş, telefonla qonşusu, taksi işləyən və onu ərinin valideynlərinə Çulım rayonu Mixaylovsk qəsəbəsinə aparan Zərərçəkmiş şəxs4 çağırmışdır. Zərərçəkmiş şəxs4lə getmək üçün iki qızıl üzüklə hesablaşmışdır. 16 yanvar 2010-cu il tarixində gecə vaxtı Zərərçəkmiş şəxs4 gətirdiyi Sergey Konışev və Sergey Tuzikov kəndə gəlmişlər, onlar evə keçmiş, utanmaz şəkildə davranaraq onun qohumlarını qorxutmuş, özünün onlarla getməsini tələb etmiş və Novosibirsk şəhərinə aparacaqlarını, əri tapılmayanadək onu orada saxlayacaqları ilə hədələmişlər. Sergey Tuzikov ona bildirmişdir ki, onlar onu Təqsirləndirilən şəxs göstərişinə əsasən aparırlar. Lakin onu Kolıvan f.q., “Metelitsa” bazarı “Şater” kafesinə gətirmişlər, burada bir çox şəxsdən savayı, Zərərçəkmiş şəxs2, onun atalığı, Zərərçəkmiş şəxs4 olmuşdur. Təqsirləndirilən şəxs onlardan heç birinin kafedən çıxmayacağını bildirmiş, onu sorğu-sual etmiş və ərinin olduğu yeri aydınlaşdırmağa başlamışdır. Kafedə olan digər şəxslər Zərərçəkmiş şəxs2 döymüşlər, onların arasında olan Sergey Konışev, Sergey Tuzikov, Abdulla Bağırov və Şahbazov Emin onun həyatına dair hədə-qorxu gəlmişlər. Təqsirləndirilən şəxs göstərişinə əsasən, onu və qardaşı Zərərçəkmiş şəxs2 zorla avtomobilə otuzdurmuş və Kolıvan rayonu B.Oyeş kəndindəki evə aparmışlar. Burada iki-üç gün ərzində bir neçə nəfər saxlamışlar, onların arasında Təqsirləndirilən şəxs və Şahbazov Emin də olmuşdur. Onu daima hədələmiş, hər bir hərəkətində müşayiət etmişlər. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs onun milisə çağırıldığını demiş, Kolıvan rayonu DİŞ-ə, Maysnerin yanına aparmışdır. O, Məmmədov Rafiqin cəsədinin harada olduğunu araşdırmağa başlamışdır. Daha sonra Maysner onu və qardaşı Nikolayı həmin binada yerləşən prokurorluğa aparmış və dindirmədən sonra Təqsirləndirilən şəxs onun geri qaytarılmasını tələb etdiyini demişdir. Sonuncu digər şəxslərlə birlikdə Kolıvan rayonu DİŞ binasının qarşısında onu gözləmişdir. Çıxdıqdan sonra Təqsirləndirilən şəxs, Şahbazov Emin və Nəsimi ilə birlikdə onu Novosibirsk şəhərindəki həmin mənzilə aparmışlar. Burada onu Zalevskiy Vladimir, Təqsirləndirilən şəxs və Məmmədov Rauf mühafizə etmişdir. Onu tək buraxmamış, çöldən qapını bağlamış, Emin və Nəsimi Şahbazovlar, Abdulla Bağırov müntəzəm olaraq mənzilə gəlmişlər. Təqsirləndirilən şəxs onun hər şeyini alacağını və ondan özünə məxsus olan qızıl-zinət əşyalarını, evinin və avtomaşının sənədlərini verməsini tələb etmişdir. Beləliklə, Məmmədov Rafiqin cəsədi aşkar edildikdən sonra o, artıq onlara lazım olmamış, Təqsirləndirilən şəxs, Şahbazov Emin və Nəsimi onu Kolıvan fəhlə qəsəbəsinə aparmışlar. Bununla yanaşı, Təqsirləndirilən şəxs ona ondan zəng gözləməsini və baş verənləri heç kəsə deməməyi tapşırmış, əks halda onu öldürəcəklərini söyləmişdir. Bundan sonra, Çulım rayonu Mixaylovsk qəsəbəsinə getməsi və orada qalan qızıl əşyalarını, Kolıvan f.q., Moskovskaya küçəsi, ev 21 ünvanında yerləşən evin və avtomobilin sənədlərini götürmək üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 taksi avtomobillə onun axrasınca göndərmişdir. Sergey Konışev və Vladimir Zalevskiy də onunla getmiş, o qiymətli əşyaları və sənədləri götürdükdən sonra onu Kolıvan f.q.-ə gətirmiş və bu barədə telefonla Təqsirləndirilən şəxs məlumat vermişlər. Növbəti gün, 21 yanvar 2010-cu ildə Zərərçəkmiş şəxs4 onu Novosibirsk şəhəri “K.Marks adına meydandakı” metro stansiyasına aparmış, orada onu Zalevskiy Vladimir və Şahid4 qarşılamış, onu həmin mənzilə aparmış və orada tutmuşlar. 22 yanvar 2010-cu ildə Hüseynov həmin mənzilə gəlmiş və ondan evin çıxarışını, Kolıvan f.q., Moskovskaya küçəsi, ev 21 üzrə miras hüququ haqqında şəhadətnaməni, bundan başqa qızıl əşyalarını almışdır. Təxminən 1 sutkaya qədər mənzildə qalmış, belə ki, Şahiq Hüseynov və digər şəxslər ev üzərində sərəncam vermək hüququ üzrə etibarnamə verməsini söyləmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs onun Zalevskiy Vladimirə verdiyi “Qazel” markalı avtomobilin açarlarını verməsini tələb etmiş, növbəti gün isə X39 Hüseynovun göstərişinə əsasən, digər şəxslərlə birlikdə “Qazel” markalı avtomobili onun evindən götürmüşlər. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, 14 yanvar 2010-cu ildə Təqsirləndirilən şəxs və Məmmədov Raufun onu və Zərərçəkmiş şəxs3 milisdən gətirdiyi Kolvan f.q., Nekrasov küçəsində yerləşən evdə olduğu zaman sonuncu Şahbazov Emin və Nəsiminin iştirakı ilə onu hədələmiş, Zərərçəkmiş şəxs3 stulla döymüş və zərbələr vurmuş, onun mobil telefonunu, sənədlərini almış, daha sonra isə Zərərçəkmiş şəxs3 onun Novosibirsk şəhəri, Kirov rayonunda yerləşən mənzilinə gətirmiş və orada saxlamışlar. O, Təqsirləndirilən şəxs və Rauf Məmmədovun ölüm hədəsindən psixi olaraq sınmış və müqavimət göstərməmidşir. 15 yanvar 2010-cu ildə o, baxımsız qalmış uşaqlarını götürmək üçün onu özləri ilə Kolıvan f.q.-ə aparmağı xahiş etmiş və Zərərçəkmiş şəxs4 köməyi ilə taksidə Mixaylovsk qəsəbəsində ərinin valideynlərinin yanında təqibçilərdən gizlənə bilmiş, lakin 16 yanvar 2010-cu il tarixində, gecə vaxtı oraya Sergey Konışev və Sergey Tuzikov gəlmiş və onu bir neçə günlük aparacaqlarını, əri tapılmayanadək buraxmayacaqlarını söyləmişlər. Bununla yanaşı, bildirmişlər ki, uşaqlarına toxunmayacaqlar və mümkün ola biləcək güc tətbiqindən eyham vurmuşlar. Evdə olan qohumlar özlərini passiv aparmış və baş verənlərdən qorxmuşlar. Bundan sonra Sergey Konışev, X33 Plotitsinin idarə etdiyi avtomobildə onu Kolıvan f.q.-dəki “Şater” kafesinə aparmış, orada Təqsirləndirilən şəxs və digər şəxslər onu sorğu-sual etmişlər. Sergey Tuzikov bunlarla yanaşı onu şaxtalı havaya çıxaracağı, öldürəcəyi ilə hədələmişdir. Kafedə bir çox insanlar, həmçinin Təqsirləndirilən şəxs, Məmmədov Rauf, Sergey Konışev, Sergey Tuzikov, Şahbazov Emin və Nəsimi olmuşdur və kafedə Nikolay İspupovu öldürməklə hədələmiş və onu döymüşlər. İsupovun döyülməsində Zalevskiy Vladimir iştirak etmiş və hətta onu da ölümlə hədələmişdir. Daha sonra 17 yanvar 2010-cu il tarixində gecə vaxtı Mixaylovsk qəsəbəsinə kimin yenidən gedəcəyi məsələsinin araşdırıldığı zaman Təqsirləndirilən şəxs Sergey Tuzikova, Sergey Konışevə, Abdulla Bağırova və digər şəxslərə Zərərçəkmiş şəxs3 oradan aparmaq göstərişini vermiş və ona işgəncə verəcəyini birldirmişdir. Həmin gecə onun tanımadığı azərbaycanlılar Təqsirləndirilən şəxs göstərişi ilə onu və Zərərçəkmiş şəxs2 B.Öyeş qəsəbəsindəki evə aparmışlar. Burada onları sorğu-sual etməyə davam etmiş və 19 yanvar 2010-cu ilə qədər saxlamışlar. Təqsirləndirilən şəxs, Şahbazov Emin və Nəsimi onları Kolıvan rayonu DİŞ-ə, Maysnerin yanına apardıqda, sonuncunun onları müdafiə etməyəcəyini və Azərbaycanlılarla qalmalı olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs, Şahbazov Emin və Nəsimi onu Novosibirsk şəhəri, Zorqe küçəsində yerləşən mənzilə gətirmiş, burada onu bir neçə gün ərzində baxımsız buraxmışlar. Zalevskiy Vladimir, Abdulla Bağırov və digər şəxslər də onunla birlikdə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ona məxsus olan pulları, qızıl əşyalarını, evin sənədlərini tələb etmişdir. 21 yanvar 2010-cu ildə Təqsirləndirilən şəxs tələbinin yerinə yetirilməsi üçün Sergey Konışev və Zalevskiy Vladimir, Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobildə onu öz qiymətli əşyalarının saxladığı Çulım rayonu, Mixaylovsk qəsəbəsinə aparmış, daha sonra isə geri Kolıvan f.q.-dəki evə gətirmişlər. 22 yanvar 2010-cu ildə Zalevskiy Vladimir, X9 Hüseynovun göstərişinə əsasən, onu Novosibirsk şəhəri, Zorge küçəsi ünvanında yerləşən evə gətirmiş və orada Təqsirləndirilən şəxs ondan gətirdiyi qızıl-zinət əşyaları: 10 000 rubl dəyərində olan yaqut daşlı sırğaları, 10 000 rubl dəyərində olan topaz daşlı sırğaları, ümumi dəyəri 20 000 rubl olan iki qaşlı üzüyü; ümumi məbləği 17 500 rubl olan yeddi üzüyü almışdır. Bundan başqa, Hüseynovun tələbini yerinə yetirərək, o, öz evinin sənədlərini tanımadığı daşınmaz əmlak agentinə vermişdir. Onu mənzildən çıxmağa qoymayan Zalevskiy Vladimirin mühafizəsi altında o 25 yanvar 2010-cu il tarixinədək orada olmuşdur. Həmin gün o, Kolıvan f.q.-də olan himayədarlıq və qəyyumluq orqanına getməli olmuşdur, lakin mənzildə olan Təqsirləndirilən şəxs və Vladimir Zalevskiy bildirmişdir ki, onların benzin pulu yoxdur və o, Şahid4 avtomobilini benzinlə doldurmaq üçün 1200 rubl dəyərində özünə məxsus olan qızıl nişan üzüyünü lombarda qoymağa məcbur olmuşdur. Onu Kolıvan fəhlə qəsəbəsində evə aparmışlar, növbəti gün isə Təqsirləndirilən şəxs ona məxsus olan 20 000 rubl dəyərində olan «Qazel» markalı avtomobilinin açarlarını Sergey Konışevə verməsini demişdir. X23 Zalevskiylə birlikdə 28 yanvar 2010-cu ildə gəlmiş və göstərilən avtomobili qoşqu ilə aparmışlar. Təqsirləndirilən şəxs və digər şəxslərin tələbini o, məcburən yerinə yetirmişdir. Belə ki, onların ölüm hədələri və polisin hərəkətsizliyi səbəbindən sistematik olaraq psixoloji cəhətdən sınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı dindirilərkən bildirmişdir ki, 12 yanvar 2010-cu ildə Novosibirsk vilayəti Kolıvan kəndi, Ovçinnikov küçəsi, ev 60-da, bacısı Zərərçəkmiş şəxs1 və onun uşaqları ilə olan zaman onlara Təqsirləndirilən şəxs, Rauf Məmmədov və daha bir neçə nəfər gəlmiş, Zərərçəkmiş şəxs1 onlarla getməsini və Marat Musinova məxsus avtomobili həmişə saxladığı yeri göstərməsini yüksək tonla tələb etmişlər. O, etiraz etmiş, Təqsirləndirilən şəxs isə ona səsini kəsməsini, əks halda onu vuracağını demişdir. Bundan sonra Şahin və qeyriləri onu özləri ilə aparmışlar. Marat Musinovun avtomobili yerində olmadığından onu düşürtmüş, bacısı Lyubovu isə özləri ilə söhbətə aparmışlar. O qorxduğundan dostu A.A.Stepinin yanına getmiş və 16 yanvarda onunla birlikdə Kolıvanski rayon DİŞ-nin Cinayət axtarış şöbəsinin rəisi Maysnerin qəbuluna yollanmışlar. Bir müddət sonra oraya Təqsirləndirilən şəxs, Sergey Konışev və yadında qalmadığı digər şəxslər gəlmiş, polis əməkdaşı Vitaliy Maysnerin təklifinə əsasən, o, Təqsirləndirilən şəxs və digərlərinin avtomobilinə oturmuş, onu Kolıvan qəsəbəsindəki “Şatyor” kafesinə aparmışlar. Digərlərindən başqa kafedə Emin Şahbazov, Abdulla Bağırov, Sergey Tuzikov olmuşdur. Sorğu-suala tutulduğu zamanı onu zorakılığla hədələmişlər, Marat Musinovun özünün və Rafiq Məmmədovun meyitinin olduğu yeri deməyəcəyi təqdirdə başına oyun açacağını demişlər. Kafedə olan 20 – 30 nəfər şəxs, həmçinin Vladimir Zalevskiy və Sergey Konışev onu döymüş, onlardan gizlənən bacısı Lyubovun yerini soruşmuşlar. Orada olan taksi sürücüsü Zərərçəkmiş şəxs4 bacısı Lyubovun Çulım rayonu, Mixaylovski kəndinə öz taksi avtomobili ilə apardığını demişdir. Təqsirləndirilən şəxs təsiri ilə o və Zərərçəkmiş şəxs4 digər şəxslərlə birlikdə Mixaylovski kəndinə getmiş və orada həmin şəxslər Zərərçəkmiş şəxs1 avtomobilə otuzdurub “Şatyor” kafesinə gətirmişlər. Onu və Zərərçəkmiş şəxs1 kafedə sorğulamağa, təhdid etməyə davam etmişlər, sonra Kolıvanski rayonu Bolşoy Oeş kəndinə aparmışlar, orada Zərərçəkmiş şəxs1 iki sutka saxlamışlar, həmin müddət ərzində azərbaycan milliyətindən olan şəxslər ona nəzarət etmiş, getməyə qoymamış, Rafiq Məmmədovun yerini soruşmuşlar. Sonra Təqsirləndirilən şəxs onu milis idarəsindən çağırdıqlarını demiş və Lyubovu Kolıvanski rayonu DİŞ-nın əməkdaşı Vitaliy Maysnerin yanına aparmışlar. Onları orada sorğulamışlar. O məcbur saxlanılması barədə şikayət etmiş, milis bölməsində gecələməyə qalmış, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs yenidən özü ilə aparmışdır. Sonralar Zərərçəkmiş şəxs1 evdə olarkən onlara Vladimir Zalevskiy gəlmiş və Lyubova məxsus “Qazel” markalı avtomobili qarın altından qazıb çıxaracağını demiş, axşam isə bunu elədikdən sonra Sergey Konışev gəlmiş, Zərərçəkmiş şəxs1 avtomobilin sənədlərini və açarlarını götürmüş, iki kişi ilə birlikdə “Zil” avtomobili ilə “Qazeli” yedəkləyib naməlum istiqamətdə aparmışlar. O, həmçinin ifadələrində göstərmişdir ki, 13 yanvar 2010-cu ildə valideynləri ona Zərərçəkmiş şəxs1 qeyri-rus miliyyətindən olan kişilər tərəfindən avtomobillə aparıldığını demişdir. İki sutka ərzində onunla telefon əlaqəsi saxlamağa çalışmış, lakin onunla danışa bilməmişdir. 15 yanvar 2010-cu ildə Təqsirləndirilən şəxs və digər kişilər Zərərçəkmiş şəxs1 evə aparmış, əşyalarını toplamasını istəmiş, özləri isə bir müddət çıxıb getmişlər. Bundan istifadə edərək Zərərçəkmiş şəxs1 taksi sürücüsü Zərərçəkmiş şəxs4lə əlaqə saxlamış və o, onu Çulımski rayonu Mixaylovski kəndinə aparmağa razı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı dindirilərkən bildirmişdir ki, 12 yanvar 2010-cu ildə o, valideynlərindən qardaşı Marat Musinovun itkin düşdüyünü və onun Kolıvan kəndinin əhalisi tərəfindən axtarıldığını eşitmişdir. Kiçik qardaşı Kencebek Musinov və Zərərçəkmiş şəxs1 ilə bilrlikdə o, Kolıvan kəndinə gəlmiş, lakin Maratı tapa bilməmiş və daimi yaşadığı Novosibirsk şəhərinə qayıtmışdır. 13 yanvar 2010-cu ildə ona Məmmədov Rauf zəng etmiş və 14 yanvar 2010-cu ildə saat 6-da Novosibirsk şəhəri “Studençeskaya” metro stansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. Göstərilmiş vaxtda onu Məmmədov Rauf, Şahbazov Emin və Təqsirləndirilən şəxs qarşılamış və Kolıvan kəndinə gedib milis idarəsində qardaşının itməsi barədə ərizə yazmasını məsləhət bilmişlər. Həmin şəxslərin gəldiyi «Vaz 2106» markalı avtomobilin sükanı arxasında oturan sürücünü görə bilməmişdir. Yolda Təqsirləndirilən şəxs orada bir yerdə oturub yemək yeməyi təklif etmiş, bundan sonra onlar Kolıvan kəndi kənarındakı tikilisi bitməmiş evə yaxınlaşmışlar, Təqsirləndirilən şəxs və Rauf Məmmədov onu evə dəvət etmiş və növbə ilə onu döyməyə başlamışlar. Onlar əlləri, ayaqları və stulla zərbələr endirmiş və Marat Musinovun yerini deməsini tələb etmişlər. Emin Şahbazov onu döymələrinin qarşısını almaq istəmiş, ”yaxşılıqla” Musinov Maratın yerini söyləməsini istəmiş, əks halda onu döyməklə hədələmişdir. O, baş verənlər haqda xəbər verə bilməsin deyə, Təqsirləndirilən şəxs göstərişi ilə Rauf Məmmədov və Emin Şahbazov onun pasportunu, vəsiqəsini və mobil telefonunu götürmüşlər. Ona atasına zəng vurmağa icazə vermişlər və danışıq əsnasında Təqsirləndirilən şəxs ondan telefonu almış və atasına Musinov Maratın yerini deməsini xahiş etmişdir. Sonra Təqsirləndirilən şəxs onu yenə döymüşdür. Bundan əlavə, onlar öz aralarında müzakirə etmişlər ki, o qaçmasın deyə, onu zirzəmiyə atsınlar, ya da bağlasınlar, lakin sonra qərara almışlar ki, Emin Şahbazov onu qorumaq üçün orada qalsın. O, Emin Şahbazova müqavimət göstərməyə və qaçmağa çalışmışdır, çünki qorxmuş və bunun faydasız olduğunu düşünümüşdür. Rauf Məmmədov və Təqsirləndirilən şəxs Lyubovu milis idarəsindən götürməyə getmiş, onu gətirmiş və o, qorxmuşdur. Onun yanında əlində bita olan bir nəfər olmuşdur. Sonuncu onu digər otağa aparıb, orada bita ilə döymüşdür. O, Musinov Maratın yerini bilmədiyinə görə Təqsirləndirilən şəxs və digər şəxslər onu buraxmağı qərara almışlar. Zərərçəkmiş şəxs1 isə əşyalarını toplamaq və yemək götürmək üçün, onu evə aparacaqlarını demişlər. Elə həmin gün o, Novosibirsk şəhərinə qayıtmış və sonrakı təqibdən qorxaraq, kiçik qardaşı Kencebek Musinovu götürüb Mixaylovski kəndinə, valideynlərinin yanına qayıtmışdır. 15 yanvar 2010-cu ildə oraya Zərərçəkmiş şəxs1 uşaqları ilə gəlmiş və Təqsirləndirilən şəxs və digər şəxslərin onu birbaşa milis idarəsinin kabinetindən götürüb zorla saxladıqlarını demişdir. O, qorxmuş və əzgin vəziyyətdə olmuşdur. 16 yanvar 2010-cu il tarixdə, axşam Mixaylovski kəndinə evə Zərərçəkmiş şəxs4 gəlmiş, onun anası Kumsa Musinova birinci qapını açmış, sonra onunla Sergey Konışev, Sergey Tuzikov və digər şəxslərin iki avtomobillə gəldiklərini görüb qapını örtməyə çalışmışdır. Lakin onu itələyib evə girmişlər. Sergey Konışev və X40 Hüseynovun tapşırığı ilə gəldiklərini və Zərərçəkmiş şəxs1 özləri ilə birlikdə götürəcəklərini demişdir. Evdə olan kişilər qorxmuş və müqavimət göstərməmişlər. Zərərçəkmiş şəxs1 Sergey Konışev və Sergey Tuzikovla birlikdə getmişdir. 17 yanvar 2010-cu ildə, səhər onun valideynləri, Sergey Tuzikov, Sergey Konışev, Abdulla Bağırov və digər şəxslər avtomobillərlə evə təkrarən gəldikdə, Çulım şəhərinin milis idarəsinə getmişlər. Giriş qapısı bağlı olmuş, lakin onu qırmışlar, sonra törətdikləri barədə öyünmüşlər. Sergey Tuzikov, Sergey Konışev və Abdulla Bağırov evə girmiş, otağı axtarmışlar, onlardan kimsə Kencebek Musinovun qarın nahiyəsinə zərbə endirmişdir. Abdulla Bağırov onlarla birlikdə gəlməsini tələb etmiş, o etiraz etdikdə onun başını isti sobaya tərəf əymiş və onu sobaya soxacağını demişdir. Bundan əlavə, ona valideynlərinə zəng etməsinə icazə vermişlər. Onu Kolıvan kəndinə aparmılş, lakin Çulım şəhərinin çıxışında onlar valideynlərin milis idarəsinə şikayəti əsasında gəlmiş, YPX əməkdaşları tərəfindən saxlanılmışlar. Onu azad etmişlər. Törədilmiş cinayət haqqında ərizə yazmaqdan imtina etmiş, çünki sonrakı təqibdən qorxmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı dindirilərkən bildirmişdir ki, Kolıvan kəndində taksi sürücüsü işləyir. 15 yanvar 2010-cu ildə Zərərçəkmiş şəxs1 və onun uşaqlarını Çulımskiy rayonu Mixaylovski kəndinə, ərinin valideynləri yaşayan evə aparmışdır. Zərərçəkmiş şəxs1 “qeyri-rus” milliyətindən olan şəxslərin onu hədələdiklərini və onların kəndçisini öldürməkdə şübhəli bilinən onun əri Marat Musinovun yerini deməsini tələb etdiklərini demişdir. Gediş haqqı kimi o, Lyubovdan 5000 rubl dəyərində iki qızıl üzük və 1000 rubl pul almışdır. 16-17 yanvar 2010-cu il tarixlərində Sergey Tuzikov digər şəxslərlə birlikdə onların evinə gəlib, onu Kolıvan kəndindəki “Şatyor ” kafesinə aparmışlar. Orada 20-yə yaxın adam olmuş, azərbaycanlılar və ruslar, həmçinin Vladimir Zalevskiy, Sergey Konışev və “onların başçısı” Təqsirləndirilən şəxs olmuşdur. X34 harada olduğunu aydınlaşdırmaq istəmiş, lakin o, onlara Maratın yerini bilmədiyini demişdir. Bundan sonra onu buraxmışlar, lakin o evə gedən zaman, Sergey Tuzikov və Abdulla Bağırov “Toyota Selika” avtomobilində ona çatıb, etirazlarını bildirərək Zərərçəkmiş şəxs1 yerini, onu Çulım rayonuna aparmasını onlara nə səbəbə görə demədiyini soruşmuşlar. Buna görə də onu kafeyə geri aparıb, əhatəyə alıb döyməyə başlamışlar. Həmin kafedə Zərərçəkmiş şəxs2 da olmuşdur və kafedəki şəxslər onu təhdid etmişlər. O, Zərərçəkmiş şəxs1 Çulımski rayonu Mixaylovski kəndinə apardığını və geri gətirəcəyini demiş, çünki Təqsirləndirilən şəxs onun ailəsinə xətər yetirəcəyi ilə qorxuzmuşdur. Təqsirləndirilən şəxs və kafedəki şəxslər Nikolayı özləri ilə götürmüşlər ki, Zərərçəkmiş şəxs1 Kolıvan kəndinə gəlməyə məcbur etsinlər. Onun avtomaşınında Sergey Konışev, X41 rayonuna getmiş, onların avtomobilini Şahid4 idarə etmiş, içində Zərərçəkmiş şəxs2 olan “Toyota Levin” markalı avtomobil müşahidə etmişdir. Gecə Mixaylovski kəndinə çatmış və onun Sergey Konışevin və Sergey Tuzikovun üzünə qapını açmışlar. Bundan sonra onlar Maratın valideynlərinin evinə daxil olmuşlar. Zərərçəkmiş şəxs1 Kolıvan kəndinə qayıtmasını demişlər, səhərə yaxın onu “Şatyor” kafesinə aparmışlar. Orada Təqsirləndirilən şəxs Lyubovdan əri Maratın harada olduğunu soruşmuş, Lyubov isə Çulım rayonu, Mixaylovski kəndində yaşayan Zərərçəkmiş şəxs3 bu haqda məlumatının olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona avtomobili ilə Sergey Tuzikov və Sergey Konışevlə birlikdə yenidən Çulım rayonu Mixaylovski kəndinə, Maratın valideynlərinin evinə getməsini tapşırmış, onlarla “Toyota Selika” avtomobilində Mixaylovski kəndinə Musinovların evinə bir neçə nəfərin də getməsinə göstəriş vermişdir. Mixaylovski kəndinə gedib Zərərçəkmiş şəxs3 çağırmışlar və Serik çıxmış, onu avtomobilə mindirib Kolıvan qəsəbəsinə tərəf qayıdarkən Çulım şəhərində milis əməkdaşları tərəfindən saxlanılıb, DİRQ-na gətirilmişlər. Birazdan oraya Təqsirləndirilən şəxs milis əməkdaşı ilə birlikdə gəlmiş və onları azad etmişlər. Zərərçəkmiş şəxs3 dalınca isə valideynləri gəlmişdir. Onlar Kolıvan kəndinə qayıtmışlar, lakin Təqsirləndirilən şəxs göstərişinə əsasən, o iki kişinin müşahidəsi altında Mixaylovski kəndinə Zərərçəkmiş şəxs1yla birlikdə getmişdir. Buna görə onun evinə Vladimir Zalevski gəlmiş və onu Təqsirləndirilən şəxs çağırdığını bildirmişdir. Onu gözləyən avtomobilə yaxınlaşmış, Təqsirləndirilən şəxs ona Lyubovun uşaqlarının dalınca getməsini demiş, həmçinin Mixaylovski kəndinə apardığına görə gediş haqqı kimi Lyubov tərəfindən ona verilmiş üzükləri, onların dalınca gələn Sergey Konışevə verməsini demişdir. Üç gündən sonra Sergey Konışev onun evinə gəlmiş və Təqsirləndirilən şəxs üzükləri verməli olduğunu xatırlatmışdır. Üzükləri vermək istəməmiş, lakin vermədikdə onun ailəsinə xətər yetiriləcəyindən qorxmuşdur, çünki Təqsirləndirilən şəxs onu əvvəl də hədələmişdir. Ona görə də məcbur qalıb həmin üzükləri Sergey Konışevin vasitəsi ilə Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs göstərişi ilə Zərərçəkmiş şəxs1 Kolıvan kəndindən Novosibirsk şəhərində yerləşən “K. Marks meydanındakı” metro stansiyasına aparmışdır. Orada Zərərçəkmiş şəxs1 sənədlər olan qovluğu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs1 Marat Musinovun hərəkətinə görə onlara bütün əmlakını verdiyini demişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 14 yanvar 2010-cu il tarixdə, səhər onun qardaşı Zərərçəkmiş şəxs3 Novosibirsk rayonu “Studençeskaya” metrosunun yanına, Musinov Maratı axtaran şəxslərlə əvvəlcədən təyin olunmuş görüşə getmişdir. Serik axşam vaxtı Novosibirsk şəhərindəki birgə qaldıqları evinə qayıtmış və görüşdüyü şəxslərin onu yaşadıqları Kolıvan kəndindəki şəxsi evinə apardıqlarını, stulla onu döyüb, sənədlərini, iki mobil telefonunu götürdüklərini bildirmişdir. Zərərçəkmiş şəxs3 paltarı cırılmış, əlindən qan axmışdır. O və Zərərçəkmiş şəxs3 Çulımskiy rayonu, Mixaylovski kəndinə valideynlərinin yanına getmişlər və bir gün sonra Zərərçəkmiş şəxs1 da uşaqları ilə oraya gəlmişdir. Lyubov qeyri-rus milliyyətindən olan şəxslər tərəfindən Novosibirsk şəhərindəki mənzildə, sonra Kolıvan kəndindəki evdə saxlanılmış, sonra isə Lyubov onu saxlayan şəxsləri aldadaraq qaçmışdır. Bir gün sonra içlərində Sergey Konışev də olan bir neçə nəfər şəxs Zərərçəkmiş şəxs1 dalınca iki avtomobillə Çulım rayonu, Mixayloski kəndinə gəlib, onlara Maratı tapmaq üçün lazım olduğunu və onlarla birlikdə getməli olduğunu demişlər. Lyubov onlarla getməyə məcbur olmuş, əks halda ona qarşı zorakılıq tətbiq ediləcəyi açıq aşkar görünmüşdür. Ertəsi gün valideynləri milis idarəsinə getdikdə, həmin adamlar yenə qayıtmışlar. Bir neçə nəfər Sergey Konışevə, Sergey Tuzikova və asiyalı görünüşü olan Abdulla Bağırova oxşayan şəxslər içəridən qıfıllanmış evə daxil olub, Zərərçəkmiş şəxs3 aparacaqlarını bildirmişlər. Marat Musinovun harada olduğunu soruşmuşlar və hədələyərək gecə evi onlarla birlikdə yandıracaqlarını demişlər. Bundan başqa, Abdulla Bağırova oxşayan oğlan onun qarın nahiyəsinə əli ilə zərbə endirmiş, Zərərçəkmiş şəxs3 meşəyə aparacağı və ora atacağı ilə təhdid etmiş, Zərərçəkmiş şəxs3 aparandan sonra o, giriş qapısının çöl qıfılında zədələr aşkar etmişdir. Baş vermiş hadisə haqda valideynlərinə xəbər vermişdir. Sonradan həmçinin bilmişdir ki, Zərərçəkmiş şəxs1 saxlayan şəxslər, onun qızıl əşyalarını, avtomobilini əlindən almışlar. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu ilin qışında, Novosibirsk şəhərində yaşayan oğlu Zərərçəkmiş şəxs3 ona böyük oğlu Marat Musinovun “qeyri rus” milliyyətindən olan şəxslər tərəfindən axtarılması məlum olmuşdur. Çünki «qeyri-rus» milliyətinin nümayəndələri həmyerlilərinin Marat Musinov tərəfindən öldürülməsindən şübhələnmişlər. Həmin ərəfələrdə ona qeyri-rus aksenti ilə danışan kişi zəng vurmuş və Maratın yerini deməsini tələb etmiş, həmçinin Zərərçəkmiş şəxs1 və uşaqlarının əlində olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3la və Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlaya bilməmişdir, çünki onların telefonları söndürülmüş və onun kiçik oğlu Kencebek Musinov ona ”qeyri ruslar”ın Seriki tutduqlarını və Kolıvan kəndinə apardıqlarını demişdir. Sonra onun evinə Mixaylovski kəndindən olan taksi sürücüsü Zərərçəkmiş şəxs4 gəlmiş, özü ilə Zərərçəkmiş şəxs1 və onun uşaqlarını gətirmişdir. Lyubov Kolıvan kəndində «qeyri-ruslar» tərəfindən saxlanıldığını və nəzarət altında olduğunu, lakin fürsət tapıb qaça bildiyini demişdir. Bir gün sonra Zərərçəkmiş şəxs3 Mixaylovski kəndinə qayıtmış və onu tutan şəxslərin ondan sənədləri və telefonu aldıqlarını, özünü isə stulla döydüklərini demişdir. Bir müddət sonra, gecə vaxtı, onlara Mixaylovski kəndinə bir neçə nəfər şəxs gəlmiş, Zərərçəkmiş şəxs4 xahişi ilə o, giriş qapısını açmış, lakin onunla olan Sergey Tuzikov və Sergey Konışev onu itələyib evə girmişlər və X24 dalınca gəldiyini demişdir. O və əri buna qarşı çıxsalar da uşaqları təhlükəyə atmamaq üçün Zərərçəkmiş şəxs1 buraxmağa razılaşmışlar. Lyubov da öz növbəsində, problemdən qaçmaq üçün onlarla getməyə razılaşmışdır. Ertəsi gün o və əri Şahid3 Çulım şəhərinin milis idarəsinə getmişlər. Yolda onlara Zərərçəkmiş şəxs3 və uşaqlarla evdə qalmış Kencebek Musinov zəng etmiş və həmin adamların gəldiyini və Zərərçəkmiş şəxs3 də özləri ilə apardıqlarını demişdir. O və əri milis idarəsinə müraciət etmiş və Çulım şəhərinin çıxışında Sergey Konışev, Sergey Tuzikov və digərlərini milis əməkdaşları tutmuşlar. Bundan əlavə, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 Mixaylovski kəndinə 2010-cu ilin yanvar ayının 14-dən 15-nə keçən gecə gətirmiş, Sergey Konışev, Sergey Tuzikov və iki nəfər şəxs Zərərçəkmiş şəxs1 dalınca 16 yanvar 2010-cu il tarixdə gecə gəlmişlər. İbtidai istintaq zamanaı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 13 yanvar 2010-cu ildə Novosibirsk şəhərində yaşayan oğlu Zərərçəkmiş şəxs3 telefonla görüşə çağırılması və Kolıvanski kəndinə aparılması barədə xəbər vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 telefonuna zəng çatmamışdır. Bir gün sonra Zərərçəkmiş şəxs3 Çulımski rayon Mixaylovski kəndinə onun evinə gəlmiş və Kolıvan kəndindəki şəxsi evdə saxlanıldığını bildirmişdir. Bir gün sonra gəlinləri Zərərçəkmiş şəxs1 öz uşaqları ilə gəlmiş və hansısa mənzildə saxlanıldığını, lakin fürsət tapıb oradan qaçmağı bacardığını və Zərərçəkmiş şəxs4 adlı sürücünün onu Mixaylovski kəndinə gətirdiyini bildirmişdir. Ertəsi gün Mixaylovski kəndinə iki avtomobillə bir neçə nəfər şəxs gəlmiş, onların arasında Sergey Konışev və Sergey Tuzikov da olmuşdur. Onlar evə daxil olmuş və Zərərçəkmiş şəxs1 dalınca gəldiklərini bildirmişlər. Sonuncu isə onlarla yarana biləcək konfliktdən yayınmaq üçün onlarla getməyə məcbur qalmışdır. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və X6 şəhəri Zatulinski yaşayış massivindəki Zorge küçəsindəki kirayə tutduğu evinə gəldikdə, orada daima ağlayan, sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi qadın görmüşdür. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 əri Maratı axtardıqlarına görə Lyubovun onların yanında qaldığını və sonuncunun vasitəsi ilə ərini tapa biləcəklərini demişdir. Həmin mənzildə o bir gün qalmış, sonra isə getmişdir. İki-üç gün sonra o, yenidən Təqsirləndirilən şəxs xahişi ilə “Toyota Levin”avtomobili ilə həmin mənzilə qayıtmışdır. X42 Musinovanı Kolıvan kəndinə Rafiq Məmmədovun meyidini axtarmağa aparmışdır, çünki onlar Rafiqin öldürüldüyünü düşünmüşlər. Onlarla yanaşı, “Toyota Selika” avtomobilində Abdulla Bağırov adlı şəxs də olmuşdur. Kolıvan kəndində onlar Zərərçəkmiş şəxs1 öz evinə düşürmuş, özləri isə “Şatyor” kafesinə getmişlər, orada 40 nəfərə yaxın adam kimisə döyürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs xahişi ilə o, Sergey Tuzikov və digər şəxslərlə Çulımski rayonunda yerləşən kəndə, Zərərçəkmiş şəxs1 Kolıvan kəndinə qaytarmağa getmişlər. Yolu Zərərçəkmiş şəxs1 həmin kəndə bir qədər əvvəl aparan Zərərçəkmiş şəxs4 göstərmiş, onunla Zərərçəkmiş şəxs2 da olmuşdur. Ertəsi gün o, Təqsirləndirilən şəxs xahişi ilə öz avtomobili ilə, həmçinin “Toyota Selika”sı olan Abdulla Bağırovla birlikdə Təqsirləndirilən şəxs, Rauf Məmmədov və Zərərçəkmiş şəxs1 Kolıvan kəndinə aparıb, sonuncunu evinə buraxmış və “Novosibirsk şəhərinə geri qayıdarkən götürəcəklər” demişlər. Kolıvan kəndindəki “Şatyor” kafesində Təqsirləndirilən şəxs Marat Musinovun axtarışları ilə məşğul olmuşdur. Sergey Konışev, Sergey Tuzikov, Vladimir Zalevskiy, Abdulla Bağırov, Emin və Nəsimi Şahbazov qardaşları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öz evindən Çulımski rayon Mixaylovski kəndinə getməsi barədə məlumat vermiş, az sonra isə Kolıvanski rayon DİŞ-in milis işçisi Vitaliy Maysner telefonla Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 öz dostu ilə birlikdə onun yanında olduğunu demişdir. Təqsirləndirilən şəxs göstərişi ilə o, Abdulla Bağırov və digər şəxslər avtomobillərlə milis idarəsinə getmişlər. Zərərçəkmiş şəxs2 kafeyə gətirmiş və onu döyərək Marat və Lyubov Musinovun yerini soruşmuşlar. Biləndə ki, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 taksisi ilə Çulımski rayon Mixaylovski kəndinə gedib, Təqsirləndirilən şəxs Sergey Tuzikov və X19 istənilən vasitə ilə Kolıvan kəndinə geri gətirməsini tapşırmışdır. Kafedə, həmçinin Təqsirləndirilən şəxs və X43 Plotitsini döymüşlər. Sonra o və Andrey öz avtomobilləri ilə Sergey Konışev, Sergey Tuzikov və digər şəxslərlə birlikdə Çulımski rayon Mixaylovski kəndinə getmiş, oradan Sergey Tuzikov və Sergey Konışev şəxsi evə girmiş və Zərərçəkmiş şəxs1 oradan çıxararaq kafeyə gətirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 telefonunu götürmüş, bir neçə nəfər onu hədələyərək Maratın yerini soruşmuş, o isə Maratın yerini sonuncunun qardaşı Serikin bilə biləcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs xahişi ilə Abdulla Bağırov və Zərərçəkmiş şəxs4 öz avtomobilləri ilə yenidən Mixaylovski kəndinə getmiş, lakin Zərərçəkmiş şəxs3 Kolıvan kəndinə gətirə bilməmişlər, çünki yolda tutulmuşlar. Təqsirləndirilən şəxs Çulım şəhərinə getmiş və tutulananları azad etdirmişdir. Sonralar o, Təqsirləndirilən şəxs xahişi ilə bir neçə dəfə Bolşoy Oyoş kəndindəki şəxsi evə gedib orada azərbaycan milliyətindən olan şəxslərin Zərərçəkmiş şəxs1 ərinin harada olduğu barədə danışmağı tələb etmələrinin şahidi olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs xahişi ilə Novosibirsk şəhərindəki Zatulinski yaşayış massivindəki mənzilə gələrək Zərərçəkmiş şəxs1 yemək gətirmişdir. Mənzilə Rauf Məmmədov və Təqsirləndirilən şəxs gələndə sonuncu Zərərçəkmiş şəxs1 evə aid olan sənədləri və qızıl-zinət əşyalarını götürmüdür. Təqsirləndirilən şəxs növbəti xahişini yerinə yetirərkən o, Zərərçəkmiş şəxs1 Vladimir Zalevskiylə birlikdə benzinə pul tapmaq üçün aparmış və Zərərçəkmiş şəxs1 öz üzüyünü lombarda qoymuşdur. Zərərçəkmiş şəxs1 telefonunu Təqsirləndirilən şəxs götürmüşdür. Rafiq Məmmədovun meyiti aşkarlandıqda o, Zorge küçəsindəki evə gəlib, orada Təqsirləndirilən şəxs, Rauf Məmmədov, Vladimir Zalevskiy, Emin və Nəsimi Şahbazov qardaşlarını görmüşdür. Onlar olarkən Təqsirləndirilən şəxs “Qazel” avtomobilini necə satmaq və ya yük daşımaq vasitəsi ilə ondan necə gəlir əldə etmək haqda danışmışdır. Buna, qarşı çıxan yalnız Nəsimi Şahbazov olmuşdur. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2010-cu il tarixdə, saat 02:30 radələrində onun işlətdiyi «Metelitsa» bazarındakı kafeyə Təqsirləndirilən şəxs, tanışı Rauf, Kolya və slavyan görkəmli şəxslər Lyuba Musinovanı gətirib onunla yüksək səs tonu ilə danışıb, ona təzyiqlər edərək meyitin harada olduğunu soruşmuşlar. Həmin vaxt mətbəxə keçmiş, bu vaxt qadının həmin şəxslərin olduğu zaldan sillə, stul cırıltısı və səs-küy eşidərək mətbəxə qayıdıb, qışqıraraq həmin qadına toxunmamağı tələb etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 anasıdır. xx.xx.2010-cu il tarixdə kürəkəni - Lyubovun əri Marat Musinov tanışı ilə birlikdə yoxa çıxmışdır. 2010-cu ilin 12 yanvar tarixindən 13 yanvar tarixinə keçən gecə yaşadığı evin qapısı döyülmüş, qapını açdıqda bir neçə nəfər şəxs içəri daxil olaraq, Marat Musinovun harada olduğunu soruşmuşlar. Lyubov isə Maratın işdə olduğunu bildirmişdir. Buna cavab olaraq həmin şəxslər qarajı göstərməyi xahiş etmişlər. Onlar hədə ilə danışmışlar. Oğlu Nikolay onlara qarajı göstərə biləcəyini dedikdən sonra onlarla birlikdə getmişdir. Sonra isə Lyubova kimsə zəng etmiş və o, harasa getmişdir, lakin onun hara getdiyini bilməmişdir. Bundan sonra Lyubov bir müddət yoxa çıxmış, bu səbəbdən də Lyubovun yoxa çıxması ilə bağlı oğlu Nikolaydan polis şöbəsinə müraciət etməsini xahiş etmişdir. Nikolay gedəndən sonra bütün gecəni gəlib çıxmamışdır. Bir müddət sonra tanımadığı şəxs gələrək ərindən də onunla birlikdə getməsini xahiş etmiş və əri də həmin şəxslə getmişdir. Əri də bütün gecəni evə qayıtmamış, gələndə isə «Metelitsa» kafesinə aparıldığını, orada Maratın harada olduğunu ondan və Nikolaydan soruşduqlarını, kafedə qeyri-ruslarla dolu çoxlu adamın olduğunu, həmçinin oğlunu incitdiklərini bildirmişdir. Əri evə gəldikdən sonra oğlu Nikolay da qayıtmışdır. Oğlunun bədənində xəsarətlərin olduğunu görmüşdür. Bu məsələdən sonra həmin şəxslər yenidən gələrək oğlu Nikolayı harasa aparmışdır, lakin hara aparıldığını bilmir. Bir müddətdən sonra oğlu Nikolay Lyubovla birlikdə gəlmişdir. Həmin vaxt Lyubov ağlayaraq Novosibirsk şəhərində bir mənzildə iradəsinə zidd olaraq saxlanıdığını, oradan qaçdığını bildirmişdir. Onu saxlayan adamının ləğəbinin «Şah» olduğunu bildirmişdir. Bundan sonra Lyubov uşaqlarını da götürüb Çulım rayonu, Mixaylovka kəndində yaşayan qayınatası və qayınanasının evinə getmişdir. Bir neçə gündən sonra Nikolay yenə də evə gələn qeyri-ruslarla birlikdə harasa getmişdir. Bildiyinə görə həmin vaxt həmin qeyri-ruslar Lyubovun Çulım rayonunda qayınanası və qayınatasının evində olduğunu bilib, onu oradan «Metelitsa» kafesinə aparmışlar. Həmçinin, yadında qaldığına görə həmin ərəfədə iki nfər şəxs onlara gələrək Nikolayı həyətdəki «Qazel» markalı avtommaşının kömürünü boşaltmasını, avtomaşını aparmaq istədiklərini bildirmişlər. Həmin avtomaşının aparılmasına əngəl olmaq istədikdə Lyubov onu dayandıraraq ölmək istəmədiyini, ona görə də avtomaşını onlara vermək məcburiyyətində qaldığını bildirmişdir. Lyubov avtomobili dediyi «Şah» adlı şəxsə verdiyini bildirmişdir. Lakin avtomobili «Şaha» nə səbəbə görə verdiyini bilməmişdir. Lyubov «Şahın» ona məxsus qızıl-zinət əşyalarını da tələb etdiyini demişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2010-cu ilin yanvar ayında Kolıvan kəndində «Metelitsa» bazarında yerləşən kafedə Təqsirləndirilən şəxs, Rauf Məmmədov və Abdulla Bağırov itmiş Rafiq Məmmədovun axtarılmasında onlara kömək etməsini xahiş etmişlər. O, kafeyə gəlmiş və yuxarıda göstərilmiş şəxslərdən əlavə orada Sergey Tuzikov, Sergey Konışev, Vladimir və Nikolay Zalevskilər, onlardan başqa Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 orada olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rafiq Məmmədovun meyitinin harada olduğunu soruşmuşlar. Rauf Məmmədov ona Zərərçəkmiş şəxs1 onun Novosibirsk şəhərindəki Zatulinsk massivindəki kirayə tutuduğu mənzilində bir neçə gün qaldığını demiş, Sergey Konışev və Sergey Tuzikovdan isə Zərərçəkmiş şəxs1 dalınca Təqsirləndirilən şəxs xahişi ilə kəndə getdiklərini eşitmişdir. O, Təqsirləndirilən şəxs xahişlərini icra etməmişdir. Çünki, onun xahişlərinin axırının yaxşı olmayacağını hiss etmişdir. Düzdür, zahirən hər şey qanuni görünsə də, Təqsirləndirilən şəxs Sergey Tuzikov və Sergey Konışevdən gecə Çulım rayonu, Mixaylovka kəndin gedib Zərərçəkmiş şəxs1 oradan gətirmələrini xahiş etdikdə, bunun qanunsuz olduğunu anlamışdır. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Novosibirsk vilayəti, B.Oeş kəndində Suvorov küçəsi, ev 66-ya aid ərazidə dövlət qeydiyyat nişanı T 192 NT54 olan «Qazel» markalı avtomobil aşkarlanmışdır. Avtomobillərin YHDİMB-dan alınan qeydiyyat verilənlər bazasına əsasən T 192 NT 54 rus qeydiyyat nişanlı «Qazel» markalı avtomobil Zərərçəkmiş şəxs1 aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Novosibirsk vilayəti, Kolıvan kəndi, Moskovskaya küçəsi, ev 21-də yerləşən mənzil Zərərçəkmiş şəxs1 adına miras qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qanun üzrə miras hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 miras qalmış ümumi sahəsi 24,4 kv m, o cümlədən yaşayış sahəsi 13,2 kv m olan bir otaqlı mənzilin dəyəri 209.900 (iki yüz doqquz min doqquz yüz) rus rublu təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış Novosibirsk vilayəti, Kolıvan rayonu, Bolşoy Oyoş kəndi, Suvorov küçəsi, ev 66 ünvanının ərazisidir. Həmin evin yerləşdiyi Suvorov küçəsi, boyu yolun hərəkət hissəsinin kənarının qərb hissəsində «T192NT» 54 dövlət qeydiyyat nişanlı «Qazel» markalı avtomobil aşkar olunmuşdur. Avtomobilin salonunda aşkar olunmuş bir neçə əşya ilə yanaşı, Zərərçəkmiş şəxs1 məxsus Novosibirsk vilayəti, Kolıvan rayonu, Moskovskaya küçəsi, ev 21, mənzil 1-ə dair sənədlər aşkar olunmuşdur. Baxış keçirildikdən sonra «Qazel» markalı avtomobil Zərərçəkmiş şəxs1 təhvil verilmiş, avtomobilin salonundan aşkar olunmuş əşyalar, habelə Kolıvan rayonu, Moskovskaya küçəsi, ev 21, mənzil 1-ə dair sənədlər Novosibirsk şəhəri, Kirovskiy rayonu üzrə İB-də maddi sübutların saxlanc kamerasında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2010-cu il tarixli protokoldan görünür ki, Novosibirsk vilayəti, Çulımski rayonu, Mixaylovka kəndi Poçtovıy küçəsi, 2-3 ünvanında yerləşən Şahid3 məxsus evin qapısında zədələr aşkar olunmuşdur. Şahid3 baxış keçirilməsində iştirak edərək göstərmişdir ki, həmin zədələr onun oğlu Zərərçəkmiş şəxs3 evdən aparılarkən azərbaycanlılar tərəfindən yetirilmişdir. Şahid3 həmçinin bildirmişdir ki, azərbaycanlılar evinə gəlib oğlu Zərərçəkmiş şəxs3 özləri ilə apararkən o, evdə olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2010-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Rauf Məmmədov və qeyrilərinin zərərçəkmiş şəxsləri apararaq saxladıqları və Marat Musinovla bağlı sorğu-sual etdikləri yer Kolıvan rayonu, Lenin küçəsi, 83 ünvanında yerləşən «Nadejda-Pari» kafesidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2010-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qanunsuz olaraq saxlanıldığı yer Novosibirsk vilayəti, Kolıvan rayonu, Nekrasov küçəsi, 51 №-li mənzildir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 göstərmişdir ki, xx.xx.2010-cu il tarixdə «Şah» ləqəbli Təqsirləndirilən şəxs və digər azərbaycanlılar tərəfindən həmin ünvanda qanunsuz saxlanılmış, habelə «Şah» ləqəbli şəxs onu həmin ünvanda döymüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2010-cu il tarixli protokolda o, ifadəsində göstərdiklərini bir daha hadisə yerində təsdiq edərək bildirmişdir ki, onu 2010cu ilin yanvar ayında Zərərçəkmiş şəxs2la birlikdə təxminən 2 sutka ərzində Novosibirsk vilayəti, Kolıvan rayonu, B.Oyeş kəndi, Ozornaya küçəsi, ev 7, mənzil 1-də iradəsinə zidd olaraq saxlamışlar. Eyni ilə Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı qeyd olunan ünvanda ifadələrində göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona təqdim edilən digər şəxslərin fotoşəkilləri arasında tanıyaraq məhz «Şah», «Şaşa-Şah» ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs onu xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək olan müddət ərzində oğurlayaraq müxtəlif ünvanlarda saxladığını, habelə ona məxsus qızıl-zinət əşyalarını, Moskovskaya küçəsi, 21 №-li ünvanda yerləşən mənzilin sənədlərini, habelə «Qazel» markalı avtomobilini ondan hədələməklə aldığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli fotoşəkil üzrə tanınma haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona təqdim edilən digər şəxslərin fotoşəkilləri arasında tanıyaraq məhz Təqsirləndirilən şəxs onu oğurladığını, «Şatyor» kafesinə apardığını, habelə Təqsirləndirilən şəxs göstərişi ilə kafedə döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs ona təqdim edilən digər şəxslərin fotoşəkilləri arasında tanıyaraq məhz Təqsirləndirilən şəxs ona özünü «Şah» kimi təqdim etdiyini, onunla Çulım RDİİ-nin girişində danışdığını, «Şaha» çağırış vərəqəsi göstərdiyini, həmin vaxt «Şahın» onu öz göstərişi ilə milis şöbəsinə çağırdığını dediyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2010-cu il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qızıl nişan üzüyü Novosibirsk şəhəri, Titov küçəsi, ev 1 «a» ünvanında yerləşən «S.V.Pridatçina»-nın lombardından götürülmüşdür. Həmin üzük maddi sübut qismində tanınaraq Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməpsixiatriya ekspertizasının xx.xx.2019-cu il tarixli, 329 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini tərədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyasının Novosibirsk vilayət məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub qrup şəklində cinayət əməlini törətmiş təqsirləndirilən şəxslər X20, X4, X2, X13, X14 barəsində ittiham hökmü çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə həmin tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə xx.xx.2019-cu il tarixdə seçilmiş 4 ay müddətə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş, ev dustaqlığının müddətinin əvvəli tutulduğu xx.xx.2019cu il il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəkir Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 14 mart 2016-cı il tarixli 412 nömrəli arayışdan görünür ki, Hüseynov X8 şəhəri, Koroğlu küçəsi, ev 21, mənzil 23 yaşayır. Mingəçevir şəhər 6 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Hüseynov X8 şəhəri, Koroğlu küçəsi, ev 21, mənzil 23 yaşayır. Yaşadığı müddət ərzində yaşadığı ünvandan və eləcə də heç bir başqa ünvandan və təşkilatdan yazılı və şifahi surətdə 6 saylı mənzil istismar sahəsinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının elektron saytından çıxarışdan görünür ki, xx.xx.2010 və xx.xx.2010-cu il tarixlərində manatın rus rubluna məzənnəsi müvafiq olaraq 1 manat – 0,0270 rubl və 1 manat – 0,0265 rubl təşkil etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyasının Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin 15 dekabr 2015-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan görünür ki, 10206 saylı cinayət işindən R.Ə.Məmmədov, N.R.Şahbazov, eləcə də şəxsiyyəti müəyyən edilməyən şəxs barəsində RF CM-in 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “j” bəndlərində nəzərdə tutulan cinayətlərin əlamətləri üzrə ayrıca cinayət işi açılsın. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəmə istintaqı zamanı qeyd etdikləri və heç bir sübutla təsdiqini tapmayan fikirləri məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsinə heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ona qarşı irəli sürülən ittihamlarda göstərilən cinayət əməllərini törətməməsi barədə göstərdiyi xüsusatlar heç bir sübutla öz təsdiqini tapmamışdır. Əksinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər X10, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 verdikləri ifadələrdən, habelə işdə olan digər sübutlardan müəyyən olunur ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə, saat 23-dən xx.xx.2010-cu il, saat 01-ə qədər Novosibirsk vilayəti Kolıvan rayonunun sakinləri Marat Musinovun milliyyətcə azərbaycanlı Rafiq Məmmədovdan pul tələb etmə zəminində öldürüb, meyitini yol kənarındakı dərəyə atması və bundan sonra yaranmış vəziyyətlə (meyitin tapılması və s.) bağlı o, qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi (Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2) tamah məqsədi ilə oğurlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2) şəxsiyyəti üzərində zor göstərməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və tək zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs4) şəxsiyyəti üzərində zor göstərməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı CM-in Təqsirləndirilən şəxs CM-in 144.2.1 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı irəli sürülən ittihamı təsdiq edir və bununla bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Müdafiə tərəfində şahid qismində ifadə vermiş Rauf Məmmədovun ifadəsinə tənqidi yanaşan məhkəmə kollegiyası, onun ifadəsini təqsirləndirilən şəxsin xeyrinə yönəlmiş və təqsirləndirilən şəxsə təəssübkeşlik nümayiş etdirərək, ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla öz təsdiqini tapmış işin faktiki hallarının dəyişdirilməsi və nəticədə təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsinə yönələn əsassız cəhdlər kimi qiymətləndirir və mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası ona görə bu sübutlara tənqidi yanaşır ki, nə cinayət işinin materiallarında, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan dəlillərini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Rauf Məmmədovun qeyd olunan ifadəsini digər sübutlarla və işin faktiki halları ilə müqayisə və təhlil etdikdə, bunun doğru olmaması qənaətinə gəlir və ümumilikdə təqsirləndirilən şəxsin əməlini təsdiq edən digər sübutlarla müqayisədə əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 144.2.1 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 144.2.1 (adam oğurluğu: iki və ya daha çox şəxs barəsində törədildikdə), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 182.1 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə), 182.2.1 (Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və və 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş şəxsdir. CM-in 12.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası vətəndaşları olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən isə bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanuni ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli 581-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqnda” Konvensiyanın 91-ci maddəsinin 3-cü bəndində isə təsbit edilmişdir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və o, cinayəti 2010-cu ilin yanvar ayında Rusiya Federasiyasının ərazisində törətmişdir. Onun təqsirləndirildiyi CM-in 144.2.1, 144.2.3, 144.2.6-cı maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 182.1ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CMin 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin a) bəndi (adam oğurlu: bir qrup şəxs tərəfindən törədildikdə), j) bəndi (iki və ya daha çox şəxs barəsində törədildikdə) və z) bəndinə (tamah məqsədi ilə törədildikdə) əsasən, bu əməlləri törətmiş şəxslər 2 ilə qədər azadlığın məhdudlaşdırılması tətbiq edilməklə və ya edilməməklə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 163-cü maddəsinin 1-ci hissəsinə (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) əsasən, bu əməli törətmiş şəxs 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilməklə və ya edilməməklə 4 ilədək müddətə icbari işlər, yaxud 6 ayadək müdətə həbs, yaxud 80000 rubl və ya məhkumun 6 aylıq əmək haqqının və ya digər gəliri miqdarında cərimə edilməklə və ya edilməməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 2-ci hissəsinin а) bəndi (hədə-qorxu ilə tələb etmə: bir qrup şəxs tərəfindən törədildikdə) və q) bəndinə (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) əsasən isə bu əməlləri törətmiş şəxslər 500.000 rubl və ya məhkumun 1 illik əmək haqqı və ya digər gəliri miqdarında cərimə edilməklə və ya edilməməklə, yaxud 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilməklə və ya edilməməklə 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən yuxarıda qeyd edilən Qanununun tələbləri və Konvensiyanın müddəaları nəzərə alınaraq, CM-in 62-ci maddəsinə istinad etmədən ona təqsirləndirildiyi CM-in 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 144.2.1, 144.2.3, 144.2.6-cı maddələrilə təqsirli bilinib, beş il müddətə azadlıqdan məhrum etmə, CM-in 182.1-ci maddəsilə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə, CM-in 182.2.1 və 182.2.4-cü maddələrilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərini 2010-cu ilin yanvar ayında törətmiş və həmin vaxtdan on ildən çox müddət keçmişdir. Həmçinin, cinayət işinin materiallarında Rusiya Federasiyasının Novosibirsk Vilayət Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub qrup şəklində cinayət əməlini törətmiş digər təqsirləndirilən şəxslər X15 RF CPM-in 302-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, hərəkətində cinayət tərkibi olmadığına görə, RF CM-in 163-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə (AV.Plotitsindən əmlakın hədə-qorxu ilə mənimsənilməsi) ona irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, X25 və X11 RF CPM-in 302-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, hərəkətlərində cinayət tərkibi olmadığına görə RF CM-in 163-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə (Zərərçəkmiş şəxs4 əmlakın hədə-qorxu ilə mimsənilməsi) ona irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, RF CPM-in 302-ci maddəsinin 3-cü hissəsinə əsasən, S.V. Konışevin RF CM-in 163-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə (Zərərçəkmiş şəxs4 əmlakın hədə-qorxu ilə mənimsənilməsi) “cinayət təqibi ilə əlaqədar olaraq E.R.Şahbazov və A.H.Bağırovun RF CM-in 163-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə reabilitasiya hüquqları qəbul edilmiş, X16 RF CM-in 126-cı maddəsinin 3-cü hissəsinin “a, j” bəndlərində (xx.xx.2011-ci il tarixli, 420 ф3 nömrəli Federal qanun red.), RF CM-in 163-cü maddəsinin 2-ci hissəsinin “a” bəndində (xx.xx.2011-ci il tarixli 2643 nömrəli Federal qanun red.) nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib, RF CM-in 126-cı maddəsinin 3-cü hissəsinin “a, j” bəndləri üzrə RF CM-in 64-cü maddəsinin qaydalarının tətbiq olunması ilə - 2 il müddətə azadlığın məhdudlaşdırılması ilə 1 il müddətə, RF CM 163-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə - 2 il müddətə azadlığın məhdudlaşdırılması ilə 1 il müddətə, RF CM-in 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, törədilmiş hər bir cinayətə görə S.V.Konişevə aşağıdakı azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, RF CM-in 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, cinayətlər toplusu üzrə cəzaların qismən toplanması yolu ilə S.V. Konişevə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və RF CM-in 69-cu maddəsinin 5-ci hissəsinə əsasən, cinayətlərin toplanması yolu ilə təyin olunmuş cəzanın Novosibirsk vil. Kolıvanskiy r-n məhkəməsinin 30 mart 2010-cu il tarixli hökmü ilə S.V.Konışevə təyin olunmuş cəza ilə qismən toplanması yolu ilə S.V.Konışevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X5 RF CM-in 126-cı maddəsinin 2-ci hissəsinin “a, j” bəndlərində (xx.xx.2011-ci il tarixli 420 Ф3 nömrəll Federal: qanun red,) nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib, həmin maddə üzrə RF CM-in 64-cü müddəsinin qaydalarının tətbiq edilməsi ilə ona azadlığın 1 il müddətə məhdudlaşdırılması ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, RF CM-in 74-cü maddəsinin 5-ci hissəsinə əsasən, Novosibirsk ş, Jeleznodoroinıy r-n məhkəməsinin 24 iyul 2008-ci il tarixli hökmü üzrə S.A.Tuzikovun şərti mühakiməsi ləğv olunmuş, RF CM-in 70-ci maddəsinə əsasən, S.A.Tuzikova təyin olunmuş cəzaya Novosibirsk ş. Jeleznodoroinıy r-n məhkəməsinin 24 iyul 2008-ci il tarixli hökmü üzrə çəkilməmiş cəzası qismən birləşdirilmiş və qəti olaraq ona 1 il müddətə azadlığın məhdudlaşdırılması ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X2 RF CMin 127-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində, RF CM-in 163-cü maddəsinin 2-ci hissəsinin “a" bəndində (xx.xx.2011-ci il tarixli, 26 Ф3 nömrəli Federal qanun red.) nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib, RF CM-in 127-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə RF CM-in 64-cü maddəsinin qaydalarının tətbiq olunması ilə 1 il 6 ay müddətə, RF CM-in 163-cü maddəsinin 2-ci hissəsinin "a” bəndi üzrə 2 il müddətə, RF CM-in 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, cinayətlərin toplusu üzrə cəzaların qismən toplanması yolu ilə V.A.Zalevskiyə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X13 RF CM-in 126-cı maddəsinin 2-ci hissəsinin “a, j" bəndlərində (xx.xx.2011-ci il tarixli, 26 Ф3 nömrəli Federal qanun red.) nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, həmin maddə üzrə RF CM-in 64-cü maddəsinin qaydalarının tətbiq edilməsi ilə ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, RF CM-in 73-cü maddəsinə əsnsən, A.H.Bağırova təyin olunmuş cəza 2 il sınaq müddətilə şərti cəza hesab olunmuş, X25 RF CM-in 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində (07.12.201 1-ci il tarixli 420 Ф3 nömrəli Federal qanun red.) nəzərdə tutulan cinayətin görədilməsində təqsirli bilinib, həmin maddə üzrə RF CM-in 64-cü maddəsinin qaydalarının tətbiq edilməsi ilə ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və RF CM-in 73-cü maddəsinə əsasən, E.R.Şahbazova təyin olunmuş cəza 1 il 6 ay sınaq müddətli şərti hesab olunmuşdur. Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxsla Rusiya Federasiyasının ərazisində adam oğurluğu cinayətinin törədilməsində iştirakçı olan X17 CM-in 144.2.1 və 144.2.3-cü maddələrilə təqsirli bilinərək altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş həmin cəza dörd il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə yuxadıda qeyd olunan müddətlərdə azadlıqdan məhrum etmə cəzalarının CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplaması yolu ilə altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 346.1.22-ci maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 16 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar RF Novosibirsk vilayəti, Kolıvan rayonu, Bolşoy Yoş kəndi, Suvorov küçəsi, ev 66 ünvanından götürülmüş əl-barmaq izləri (60205 saylı cinayət işində saxlanır), sənəd qovluğu: göy rəngi “8 – 913 717-76-58” rəqəm və simvol işarəli yaşıl rəngli stikerin fraqmenti, xx.xx.2009-cu il tarixli 1171 saylı qərar, xx.xx.2009-cu il tarixli 1171 saylı qərar (2), xx.xx.2009-cu il tarixli 1171 saylı qərar (3), torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 54:10:010107:347 seriyalı planı, torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 54:10:010107:347 seriyalı planı (2), Moskovskaya küçəsi üzrə 21 saylı ev kitabı, İ- ET № 641043 seriyalı nikah şəhadətnaməsi, CB5503/0293 seriyalı qəbz, 2006-cı il üçün 133 saylı iş üzrə qanun əsasında miras şəhadətnaməsi, Kolıvan rayonu, Kolıvan qəsəbəsi, Moskovskaya küçəsi, 21 saylı evin 1 saylı mənzilin texniki pasportu, xx.xx.2009cu il tarixli 105 saylı alqı-satqı müqaviləsi - 3 ədəd, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin təhvil-təslim aktı - 3 nüsxə, torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 5410/201/8-1605 seriyalı kadastr pasportu - 3 nüsxə, xx.xx.2006-cı il tarixli 10/06/84 seriyalı kadastr pasportu - 3 nüsxə, 5004 № 634532 seriyalı pasportun surəti, 54AQ567445 seriyalı hüququn dövlət qeydiyyatı haqqında şəhadətnamə, T 192 HT nömrə nişanlı “Qazel” avtomobili, torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 54:10:010107:347 planı, xx.xx.2009-cu il tarixli 1171 saylı qərar, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin təhvil - təslim aktı, xx.xx.2009-cu il tarixli 105 saylı alqı-satqı müqaviləsi, 2006-cı il üçün 133 saylı iş üzrə qanun əsasında miras şəhadətnaməsi, İ-ET № 641043 seriyalı nikah şəhadətnaməsi, 54AQ567445 seriyalı hüququn dövlət qeydiyyatı haqqında şəhadətnamə, Moskovskaya küçəsi üzrə 21 saylı ev kitabının L.V. Musinovaya qaytarılması, əl-barmaq izlərinin 60205 saylı cinayət işində saxlanılması, Novosibirsk şəhəri, Titov küçəsi, ev 1a ünvanında yerləşən “Pridatçina S.V.” FS lomborddan xx.xx.2010-cu il tarixli 585 əyar qızıl nişan üzüyü, 752788 seriyalı girov bileti, və qızıl üzüyün iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılması, Novosibirsk şəhəri, Kirov rayonu, Petuxov küçəsi, ev 29, mənzil 116 ünvanında xx.xx.2010-cu il tarixdə Təqsirləndirilən şəxs ərizəsi olan qara qovluq, “Samsunq” markalı mobil telefon, İMA kod 3522xx/xx/139091/2, Q.N. Kovtunovanın adına ** SU ***354 seriyalı texniki pasport, “Filips” markalı mobil telefon, İMA kod **********49186, Təqsirləndirilən şəxs fotoşəkli olan albomunun V.V.Hüseynova qaytarılması, Kolıvan qəsəbəsi, Lenin küçəsi, ev 83 ünvanında “Metelitsa” kafesində xx.xx.2010-cu il tarixli götürmə qələm şəkli çəkilmiş dəftərin 60205 saylı cinayət işində saxlanılması, Ozyornaya küçəsi, ev 19 ünvanında xx.xx.2010-cu il tarixli götürmə xx.xx.2009-cu il tarixli 8457 saylı ümumi etibarnamə, “KamAZ” markalı avtomobil üçün ** KK ***83 seriyalı texpasport, 12 kalibrli 18 ədəd patron olan qara polietilen paket, A.H. Bağırovun fotoşəkli, A.H.Bağırovun adına ******* seriyalı ambulator xəstə tibb kartı, sarı rəngli metaldan hazırlanmış 11 ədəd daşı olan 2 ədəd sırğa, 2 ədəd sarı rəngli metaldan hazırlanmış “çəyirtkə” formalı sırğa, sarı rəngli metaldan hazırlanmış zəncir, sarı rəngli metaldan hazırlanmış üzük, xx.xx.2009cu il tarixli 8457 saylı ümumi etibarnamə, “KamAZ” markalı avtomobil üçün ** KK ***83 seriyalı texpasport, A.H. Bağırovun fotoşəkli, A.H. Bağırovun 63№5460920 seriyalı pasportunun A.H.Bağırova qaytarılması, patronların polis şöbəsində saxlanca təhvil verilməsi, xx.xx.2010-cu il tarixli götürmə, P545 TU 54 nömrə nişanlı “Toyota Tselika” markalı avtomobilin S.İ.Xobotyevə qaytarılması, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-** nömrəli telefonların əlaqə detalizasiyasının 60205 saylı cinayət işinin materiallarına əlavə olunması (surətləri 10206 cinayət işində saxlanır) nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 144.2.1, 144.2.3, 144.2.6-cı maddələrilə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1 və 182.2.4-cü maddələrilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 aprel 2019-cu ildən 27 sentyabr 2019-cu ilədək ev dustaqlığında olduğu beş ay yeddi gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq beş il altı ay iyirmi üç gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 16 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 540 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Novosibirsk vilayəti, Kolıvan rayonu, Bolşoy Yoş kəndi, Suvorov küçəsi, ev 66 ünvanından götürülmüş əl-barmaq izləri (60205 saylı cinayət işində saxlanır), sənəd qovluğu: göy rəngi “8 – 913 717-76-58” rəqəm və simvol işarəli yaşıl rəngli stikerin fraqmenti, xx.xx.2009-cu il tarixli 1171 saylı qərar, xx.xx.2009-cu il tarixli 1171 saylı qərar (2), xx.xx.2009-cu il tarixli 1171 saylı qərar (3), torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 54:10:010107:347 seriyalı planı, torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 54:10:010107:347 seriyalı planı (2), Moskovskaya küçəsi üzrə 21 saylı ev kitabı, İ- ET № 641043 seriyalı nikah şəhadətnaməsi, CB5503/0293 seriyalı qəbz, 2006-cı il üçün 133 saylı iş üzrə qanun əsasında miras şəhadətnaməsi, Kolıvan rayonu, Kolıvan qəsəbəsi, Moskovskaya küçəsi, 21 saylı evin 1 saylı mənzilin texniki pasportu, xx.xx.2009cu il tarixli 105 saylı alqı-satqı müqaviləsi - 3 ədəd, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin təhvil-təslim aktı - 3 nüsxə, torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 5410/201/8-1605 seriyalı kadastr pasportu - 3 nüsxə, xx.xx.2006-cı il tarixli 10/06/84 seriyalı kadastr pasportu - 3 nüsxə, 5004 № 634532 seriyalı pasportun surəti, 54AQ567445 seriyalı hüququn dövlət qeydiyyatı haqqında şəhadətnamə, T 192 HT nömrə nişanlı “Qazel” avtomobili, torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 54:10:010107:347 planı, xx.xx.2009-cu il tarixli 1171 saylı qərar, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin təhvil - təslim aktı, xx.xx.2009-cu il tarixli 105 saylı alqı-satqı müqaviləsi, 2006-cı il üçün 133 saylı iş üzrə qanun əsasında miras şəhadətnaməsi, İ-ET № 641043 seriyalı nikah şəhadətnaməsi, 54AQ567445 seriyalı hüququn dövlət qeydiyyatı haqqında şəhadətnamə, Moskovskaya küçəsi üzrə 21 saylı ev kitabıın L.V. Musinovaya qaytarılması, əl-barmaq izlərinin 60205 saylı cinayət işində saxlanılması, Novosibirsk şəhəri, Titov küçəsi, ev 1a ünvanında yerləşən “Pridatçina S.V.” FS lomborddan xx.xx.2010-cu il tarixli 585 əyar qızıl nişan üzüyü, 752788 seriyalı girov bileti, və qızıl üzüyün iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılması, Novosibirsk şəhəri, Kirov rayonu, Petuxov küçəsi, ev 29, mənzil 116 ünvanında xx.xx.2010-cu il tarixdə Təqsirləndirilən şəxs ərizəsi olan qara qovluq, “Samsunq” markalı mobil telefon, İMA kod 3522xx/xx/139091/2, Q.N. Kovtunovanın adına ** SU ***354 seriyalı texniki pasport, “Filips” markalı mobil telefon, İMA kod **********49186, Təqsirləndirilən şəxs fotoşəkli olan albomun V.V.Hüseynova qaytarılması, Kolıvan qəsəbəsi, Lenin küçəsi, ev 83 ünvanında “Metelitsa” kafesində xx.xx.2010-cu il tarixli götürmə qələm şəkli çəkilmiş dəftərin 60205 saylı cinayət işində saxlanılması, Ozyornaya küçəsi, ev 19 ünvanında xx.xx.2010-cu il tarixli götürmə xx.xx.2009-cu il tarixli 8457 saylı ümumi etibarnamə, “KamAZ” markalı avtomobil üçün ** KK ***83 seriyalı texpasport, 12 kalibrli 18 ədəd patron olan qara polietilen paket, A.H. Bağırovun fotoşəkli, A.H.Bağırovun adına ******* seriyalı ambulator xəstə tibb kartı, sarı rəngli metaldan hazırlanmış 11 ədəd daşı olan 2 ədəd sırğa, 2 ədəd sarı rəngli metaldan hazırlanmış “çəyirtkə” formalı sırğa, sarı rəngli metaldan hazırlanmış zəncir, sarı rəngli metaldan hazırlanmış üzük, xx.xx.2009cu il tarixli 8457 saylı ümumi etibarnamə, “KamAZ” markalı avtomobil üçün ** KK ***83 seriyalı texpasport, A.H. Bağırovun fotoşəkli, A.H. Bağırovun 63№5460920 seriyalı pasportunun A.H.Bağırova qaytarılması, patronların polis şöbəsində saxlanca təhvil verilməsi, xx.xx.2010-cu il tarixli götürmə, P545 TU 54 nömrə nişanlı “Toyota Tselika” markalı avtomobilin S.İ.Xobotyevə qaytarılması, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-**, 8-***-***-**-** nömrəli telefonların əlaqə detalizasiyasının 60205 saylı cinayət işinin materiallarına əlavə olunması (surətləri 10206 cinayət işində saxlanır) nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar