Məhkəmə qərarları › İş №1(091)-4/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-4/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-4/2024 15.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Balakən Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,990 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 20:40-da Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Balakən Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin tarixdə saat 22:43-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 4,990 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli kətan şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş, lakin barəsində bəraət hökmü çıxarıldıqdan sonra narkotik vasitədən istifadə etməmişdir. 05 sentyabr 2022-ci il tarixdə saat 21:00-da deyil, saat 19:00-20:00 radələrində Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində yemək yeyən zaman bir nəfər şəxs əyləşdiyi stola yaxınlaşmış, onun boğaz nahiyəsindən tutmuş və yerə yıxmışdır. Həmin vaxt onun üzərində narkotik vasitə heroin olmamış, bu zaman o, əlini cibinə salmış, ciblərinin içlik hissəsini çölə çıxarmış və uca səslə ciblərinin boş olduğunu demişdir. Daha sonra o və yanında olan 6 nəfər dostu ilə birlikdə Balakən RPŞ-yə aparılmışdır. Orada onu tək otağa, digər dostlarını isə eyni otağa yerləşdirmişlər. Orada olan zaman polis əməkdaşları bundan əvvəl barəsində baxılan cinayət işi ilə bağlı barəsində bəraət hökmü çıxarıldığı üçün problem yarandığını, polis əməkdşları tərəfindən tutulmuş şəxsi məhkəmənin deyil, polis əməkdaşlarının azad etməsinin mümkün olduğunu, barəsində bəraət hökmünün yanlış çıxarıldığını, bir müddət azadlıqdan məhrum etmə növündə çəkməli olduğunu və bu səbəbdən onun yenidən həbs olunmasının zəruri olduğunu bildirmişlər. O, barəsində bəraət hökmünün çıxarıldığı cinayət işində onun hüquqlarını müdafiə etmiş vəkil Təqsirləndirilən şəxs müdafiəçi qismində dəvət olunmasını xahiş etmiş, lakin polis əməkdaşları bununla razılaşmamışlar. Polis şöbəsində olarkən hüquq və vəzifələrim izah olunmamış, polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalmış, polis əməkdaşı Şahid3 bel nahiyəsinə təpik zərbəsi vurduğu üçün həmin nahiyəsində xəsarət yaranmış, lakin penitensiar müəssisəyə daxil olarkən qeyd olunan xəsarətlə bağlı heç nə deməmişdir. Polis əməkdaşları yaşadığı evdə axtarış aparıb ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını demək məcburiyyətində qalmışdır. Daha sonra Əfqan Əzizovu da onun olduğu otağa gətirmişlər və sonuncuya da həbs olunmasının zəruri olduğunu bildirmişlər, bundan sonra isə videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının dedikləri formada ifadə vermişlər. Həmin tarixdə Balakən RPŞ-nin inzibati binasında qalmış, 06 sentyabr 2022-ci il tarixdə isə o, Əfqan Əzizov və dostları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparılmışlar və orada olan zaman vəkil Müdafiəçilə və ya digər müdafiəçi ilə görüşməyə icazə verməmişlər. Ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlər olunduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmış, polis əməkdaşlarının nəzarətindən çıxıb Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra müvafiq dövlət orqanlarına (qurumlarına) şikayətlər etməyə, habelə aclıq aksiyası keçirməyə başlamış və bu zaman oraya gələn Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının əməkdaşına ona qarşı edilən qanunsuzluqlarla bağlı məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 07 sentyabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kəsə narkotik vasitə satmamış və istifadəsində 051 ***-**-** mobil telefon nömrəsi olmuşdur. 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında olarkən təsadüfən yerdən içərisində heroin olan büküm tapmış, özü istifadə etmək məqsədilə üzərində saxlamış, heç kəsə satmaq və ya vermək məqsədi olmamışdır. 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində Balakən rayon sakinləri olan tanışları X10, Şahid12, Şahid11, Şahid13, Şahid10 və Şahid9 birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən «Zəvran» ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşlara onlara yaxınlaşaraq onun və Əfqan Əzizovun narkotik və psixotrop maddələrin satışı ilə, qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman o, və Əfqan Əzizov üzərlərində özləri istifadə etmək məqsədilə narkotik maddə heroin saxladıqlarını etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə polis şöbəsinə aparılmış, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun və Əfqan Əzizovun üzərlərində şəxsi axtarış aparılmış, adları qeyd edilən şəxslərin üzərlərinə isə baxış keçirilmişdir. Bu zaman əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, o, həmin heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan 02 ədəd sellofan büküm aşkar olunmuş və müvafiq qaydada qablaşdırılmışdır. Ardınca Şahid12, Şahid11, Şahid13, Şahid10 və Şahid9 üzərlərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 11 oktyabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroin olmamış, orada olan zaman polis əməkdaşları tərəfindən hədə-qorxuya, psixi və fiziki təzyiqlərə, döyülməyə məruz qaldığı üçün polis əməkdaşları tərəfindən həmin vaxt ona təqdim edilmiş narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən şəhər sakinləri olan Təqsirləndirilən şəxs və X6 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaları, daşımaları və üzərlərində qanunsuz soyuq silah gəzdirmələri barədə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan tarixdə saat 20:40-da Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs və Əfqan Əzizova yanlarında olan Şahid12, Şahid11, Şahid13, Şahid10 və Şahid9 ilə birlikdə olduqları zaman yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizova narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə, qanunsuz dövriyyəsi ilə məşğul olmaları və üzərilərində soyuq silah gəzdirmələri barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizov üzərlərində özləri istifadə etmək məqsədilə narkotik vasitə heroin saxladıqlarını bildirmişlər, Əfqan Əzizov isə həmçinin üzərində bir ədəd bıçağın olduğunu etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə aparılmışlar, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərində şəxsi axtarış aparılmış, adları qeyd edilən şəxslərin üzərinə isə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu, qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroinə oxşar maddə müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu, qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində yerləşən Şahid1 adına parkda tanımadığı “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 03 sentyabr 2022-ci il tarixdə Balakən şəhərində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həvəsi olduğu üçün götürüb üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroinə oxşar maddə və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Ardınca Şahid12, Şahid11, Şahid13, Şahid10 və Şahid9 üzərilərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Sonradan Təqsirləndirilən şəxs, Əfqan Əzizov, habelə yanlarında olan dostları Şahid11, Şahid12, Şahid9, Şahid13 və Şahid10 ifadə vermək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhərində yerləşən inzibati binasına aparılmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Şahid12, Şahid11, Şahid13, Şahid9, Təqsirləndirilən şəxs və X12 rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində yemək yeyən zaman polis əməkdaşları restorana daxil olmuşlar, əl-qollarını bağlayıb üzərlərində şəxsi axtarış aparmışlar və bu zaman ancaq Əfqan Əzizovun üzərindən bıçaq aşkar edilmiş, onun və adları qeyd edilən digər şəxslərin üzərlərindən isə heç nə aşkar olunmamışdır. Bu zaman Təqsirləndirilən şəxs da üzərindən qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir və sonuncu ona və dostlarına üzərində heç nəyin olmadığını demişdir. Bundan sonra Balakən RPŞ-yə aparılmışlar və orada üzərlərində şəxsi axtarış aparılan zaman Əfqan Əzizov və Təqsirləndirilən şəxs üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Bakı şəhərinə aparılana qədər onu və adları qeyd edilən digər şəxsləri otaqda saxlamışlar və həmin yeri tərk etməyə icazə verməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhərində yerləşən inzibati binasına aparıldıqdan sonra orada onu və digər dostlarını Təqsirləndirilən şəxs və Əfqan Əzizovun saxlanıldığı yerdə saxlamışlar. Orada ifadəsi alınmış, icazə vermədikləri üçün ifadəsinə oxumadan imza etmiş və bir gün orada saxlanıldıqdan sonra azad olunmuşdur. Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində özü və tanışları Təqsirləndirilən şəxs, X10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizovun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizov üzərlərində narkotik vasitə heroin saxladıqlarını etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə aparılmışlar, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərlərində şəxsi axtarış aparılmış, onun, Şahid11, Şahid12, Şahid13 və Şahid9 üzərlərinə isə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu, qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində yerləşən Şahid1 adına parkda tanımadığı “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 03 sentyabr 2022-ci il tarixdə Balakən şəhərində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həvəsi olduğu üçün götürüb üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Ardınca onun, Şahid12, Şahid11, Şahid13 və və Şahid9 üzərlərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, Əfqan Əzizovun üzərində isə narkotik vasitə və bıçaq olmasından əvvəllər məlumatı olmamış və adları qeyd edilən şəxslərin üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlar ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan vaxt Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində olmuşlar. Həmin vaxt polis əməkdaşları oraya gəlib Təqsirləndirilən şəxs tutmuşlar, ondan və orada olan digər şəxslərdən isə hərəkət etməmələrini tələb etmişlər. Daha sonra polis əməkdaşları onun və digər şəxslərin əllərinə qandal bağlayıb üzərlərində şəxsi axtarış aparmışlar, bu zaman ancaq Əfqan Əzizovun üzərindən bıçaq aşkar edilmiş, lakin digər şəxslərin üzərlərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Balakən RPŞ-yə onlardan ayrılıqda aparılmış, o və digər şəxslər də polis əməkdaşları tərəfindən polis şöbəsinə aparmışlar və orada olan zaman Əfqan Əzizovdan bıçağın kimə məxsus olduğunu soruşmuşlar, sonuncu isə bıçağın özünə məxsus olduğunu dedikdən sonra Əfqan Əzizovu onların yanından aparmışlar. Bir qədər sonra üzərlərində şəxsi axtarış aparılmış və bu zaman Əfqan Əzizov və Təqsirləndirilən şəxs üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Saxlandığı gün səhər saatlarına qədər Balakən RPŞ-nin müvəqqəti saxlama yerində qalmış, daha sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhərində yerləşən inzibati binasına aparılmışdır. Orada ifadəsi alınmış, icazə vermədikləri üçün ifadəsinə oxumadan imza etmiş və bir gün orada saxlanıldıqdan sonra azad olunmuşdur. Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində özü və tanışları Təqsirləndirilən şəxs, X10, Şahid11, Şahid12, Şahid10 və Şahid13 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizovun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizov üzərlərində narkotik vasitə heroin saxladıqlarını etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə aparılmışlar, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərlərində şəxsi axtarış aparılmış, onun, Şahid11, Şahid12, Şahid13 və Şahid10 üzərlərinə isə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu və qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində yerləşən Şahid1 adına parkda tanımadığı “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 03 sentyabr 2022-ci il tarixdə Balakən şəhərində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həvəsi olduğu üçün götürüb üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Ardınca onun, Şahid12, Şahid11, Şahid13 və Şahid10 üzərlərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, Əfqan Əzizovun üzərində isə narkotik vasitə və bıçaq olmasından əvvəllər məlumatı olmamış və adları qeyd edilən şəxslərin üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlar ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində yemək yeyən zaman polis əməkdaşları onlara yaxınlaşmışlar və bir nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs yaxınlaşıb boğucu fənd işlədib sonuncunu saxlamış, daha sonra onun, Emil Diborovun və digər şəxslərin üzərlərində şəxsi axtarış aparılmış və zaman ancaq Əfqan Əzizovun üzərindən bıçaq aşkar edilmiş, onun və digər şəxslərin üzərlərindən isə heç nə aşkar edilməmişdir. Bundan sonra Balakən RPŞ-yə aparılmışlar, orada Təqsirləndirilən şəxs onlardan kənarlaşdırılaraq başqa otağa aparılmış və orada üzərlərində şəxsi axtarış aparılan zaman Əfqan Əzizov və Təqsirləndirilən şəxs üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Bakı şəhərinə aparılana qədər onu və adları qeyd edilən digər şəxsləri otaqda saxlamışlar və onlara həmin yeri tərk etməyə icazə verməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhərində yerləşən inzibati binasına aparıldıqdan sonra orada onu və digər dostlarını Təqsirləndirilən şəxs və Əfqan Əzizovun saxlanıldığı yerdə saxlamışlar. Orada ifadəsi alınmış, icazə vermədikləri üçün ifadəsinə oxumadan imza etmiş və bir gün orada saxlanıldıqdan sonra azad olunmuşdur. Şahid13 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində özü və tanışları Təqsirləndirilən şəxs, X10, Şahid11, Şahid12, Şahid10 və Şahid9 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizovun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizov üzərlərində narkotik vasitə heroin saxladıqlarını etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə aparılmışlar, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərində şəxsi axtarış aparılmış, onun, Şahid11, Şahid12, Şahid10 və Şahid9 üzərlərinə isə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu və qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində yerləşən Şahid1 adına parkda tanımadığı “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 03 sentyabr 2022-ci il tarixdə Balakən şəhərində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həvəsi olduğu üçün götürüb üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Ardınca onun, Şahid12, Şahid11, Şahid13 və Şahid9 üzərlərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, Əfqan Əzizovun üzərində isə narkotik vasitə və bıçaq olmasından əvvəllər məlumatı olmamış və adları qeyd edilən şəxslərin üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlar ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində yemək yeyən zaman polis əməkdaşları onların əyləşdiyi stola yaxınlaşmışlar. Daha sonra bir nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs tutub yerə yıxmış və onlardan hərəkət etməmələri tələb olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs nə üçün tutulduğunu polis əməkdaşlarından soruşmuş və üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra üzərlərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Bundan sona onları Balakən RPŞ-yə aparmışlar və Təqsirləndirilən şəxsla Əfqan Əzizovu bir otaqda, onu və digər şəxsləri isə başqa otaqda saxlamışlar. Orada olarkən üzərlərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmiş və həmin vaxt sonuncu etiraz edərək restoranda üzərində narkotik vasitə olmadığını və polis şöbəsində olan zaman üzərindən narkotik vasitə aşkar edildiyini bildirmişdir. Həmin tarixdə Balakən RPŞ-nin inzibat binasında qalmışlar və sonra isə onu və yanında olan digər şəxsləri Bakı şəhərində yerləşən xatırlamadığı inzibati binaya aparmışlar. Orada ifadəsi alınmış, icazə vermədikləri üçün ifadəsinə oxumadan imza etmiş və sonradan azad olunmuşdur. Şahid12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində özü və tanışları Təqsirləndirilən şəxs, X10, Şahid11, Şahid13, Şahid10 və Şahid9 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizovun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizov üzərlərində narkotik vasitə heroin saxladıqlarını etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə aparılmışlar, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərində şəxsi axtarış aparılmış, onun, Şahid11, Şahid10, Şahid13 və Şahid9 üzərlərinə isə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu və qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində yerləşən Şahid1 adına parkda tanımadığı “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 03 sentyabr 2022-ci il tarixdə Balakən şəhərində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həvəsi olduğu üçün götürüb üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Ardınca onun, Şahid10, Şahid11, Şahid13 və Şahid9 üzərlərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, Əfqan Əzizovun üzərində isə narkotik vasitə və bıçaq olmasından əvvəllər məlumatı olmamış və adları qeyd edilən şəxslərin üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlar ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində yemək yeyən zaman polis əməkdaşları restorana daxil olmuşlar və bir nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs arxa tərəfində keçib boyun nahiyəsindən tutmuş, bir nəfər polis əməkdaşı isə hərəkət etməmələrini tələb etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs nə axtardıqlarını polis əməkdaşlarından soruşmuş və üzərində heç nə olmadığını bildirmişdir. Daha sonra üzərlərində şəxsi axtarış aparılan zaman ancaq Əfqan Əzizovun üzərindən bıçaq aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra Balakən RPŞ-yə aparılmışlar və orada Təqsirləndirilən şəxs onlardan kənarlaşdırılaraq başqa otağa keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir də şəxsi axtarış aparılan zaman görmüşlər və həmin vaxt sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Səhəri gün Bakı şəhərinə aparılmışlar və təxminən 3 gün ərzində saxlanıldıqdan sonra ifadəsi alınmış, icazə vermədikləri üçün ifadəsinə oxumadan imza etmiş və sonradan azad olunmuşdur. Şahid11 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində özü və tanışları Təqsirləndirilən şəxs, X10, Şahid12, Şahid13, Şahid10 və Şahid9 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizovun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini demişlər. Bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizov üzərlərində narkotik vasitə heroin saxladıqlarını etiraf etmişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və adları qeyd edilən şəxslər Balakən Rayon Polis Şöbəsinə aparılmışlar, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərlərində şəxsi axtarış aparılmış, onun, Şahid12, Şahid10, Şahid13 və Şahid9 üzərlərinə isə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin heroini 04 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanının yaxınlığında təsadüfən yerdən tapdığını və götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra Əfqan Əzizovun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bıçaq və həmin şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd sellofan büküm aşkar olunmuş, sonuncu həmin maddənin heroin olduğunu, qeyd olunan heroini 04 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Balakən şəhərində yerləşən Şahid1 adına parkda tanımadığı “Baba” adlı şəxsdən ümumilikdə 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını, bıçağı isə 03 sentyabr 2022-ci il tarixdə Balakən şəhərində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həvəsi olduğu üçün götürüb üzərində saxladığını bildirmiş, daha sonra isə narkotik vasitə heroin və bıçaq müvafiq qaydada qablaşdırılmışdır. Ardınca onun, Şahid10, Şahid11, Şahid12 və Şahid9 üzərlərinə baxış keçirilmiş, lakin üzərlərindən narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, Əfqan Əzizovun üzərində isə narkotik vasitə və bıçaq olmasından əvvəllər məlumatı olmamış və adları qeyd edilən şəxslərin üzərində şəxsi axtarış aparılan zaman qeyd olunanlar ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində ofisiant kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs və dostları həmin restoranda yemək yeyən zaman polis əməkdaşları oraya daxil olaraq sonuncunu tutub saxlamışlar və həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində heç nə olmadığını demişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs əllərinə qandal bağlayıb üzərində şəxsi axtarış aparmışlar, lakin sonuncunun üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılmış və bu zaman bir nəfər polis əməkdaşı kafedə olan videomüşahidə kameralarını da çıxarıb həmin yeri tərk etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs barəsində çıxarılmış bəraət hökmü ilə bağlı Şəki Apellyasiya Məhkəməsində məhkəmə iclası 06 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. 05 sentyabr 2023-cü il tarixdə axşam saat 20:00 radələrində bacısının oğlu X4 istifadəsində olan 050 646-63-67 mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan 050 581-52-22 mobil telefon nömrəsinə zəng edərək oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu barədə ona demiş, o da vəkil Müdafiəçi zəng edərək bu barədə məlumat vermiş və bundan sonra Balakən RPŞ-nin inzibati binasının qarşısına getmişdir. Bundan bir müddət sonra vəkil Müdafiəçi oraya gəlsə də polis əməkdaşları sonuncunun oğlu Təqsirləndirilən şəxsla görüşməsinə icazə verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərlərində gəzdirmələri və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X6 cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan açıq boz rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 6/4822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi olan üzərində “Təqsirləndirilən şəxs üzərindən.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,990 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və X6 barəsində CM-in 234.4.3cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 3351/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, amfetamin, metamfetamin və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 409/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 19 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsini, onun narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını və cinayət əməlinin törədilməsində digər şəxslərin iştirak edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2022-ci il tarixli 6801 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstəriş yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 26 noyabr 2022-ci il tarixli 109-29275-1222 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əvvəllər də Balakən RPŞ-yə əməliyyat məlumatları daxil olsa da narkotik vasitələri alıb-satdığı şəxslərin dairəsinin müəyyən edilməsi, habelə sonuncunun üzərindən aşkar olunaraq götürülmüş 4,990 qram narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.4 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 sentyabr 2022-ci il tarixli PHŞ/6.27-2-2022-62 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixiatriya kabinetində qeydiyyatda yoxdur, lakin Narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 sentyabr 2022ci il tarixli 9109 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 4,990 qram narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025- VİQD nömrəli Qanunu qüvvəyə minənədək törətdiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun törətdiyi qeyd olunan əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərlərində gəzdirmələri və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 05 sentyabr 2022-ci il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də ibtidai istintaqın gedişində verdiyi ifadəsində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroinin olmadığını və orada olan zaman polis əməkdaşları tərəfindən hədə-qorxuya, psixi və fiziki təzyiqlərə, döyülməyə məruz qaldığı üçün polis əməkdaşları tərəfindən həmin vaxt ona təqdim edilmiş narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə 05 sentyabr 2022-ci il tarixdə saat 21:00-da deyil, saat 19:00-20:00 radələrində Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində olarkən poils əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt üzərində narkotik vasitə heroinib olmadığını, bu zaman əlini cibinə salıb ciblərinin içlik hissəsini çölə çıxardığını və uca səslə ciblərinin boş olduğunu dediyini, daha sonra dostları ilə birlikdə Balakən RPŞ-yə aparıldığını, orada tək otağa, digər dostlarının isə eyni otağa yerləşdirildiyini, orada olan zaman polis əməkdaşlarının bundan əvvəl barəsində baxılan cinayət işi ilə bağlı barəsində bəraət hökmü çıxarıldığı üçün problem yarandığını, polis əməkdaşları tərəfindən tutulmuş şəxsi məhkəmənin deyil, polis əməkdaşlarının azad etməsinin mümkün olduğunu, barəsində bəraət hökmünün yanlış çıxarıldığını, bir müddət azadlıqdan məhrum etmə növündə çəkməli olduğunu və bu səbəbdən onun yenidən həbs olunmasının zəruri olduğunu bildirdiklərini, barəsində bəraət hökmünün çıxarıldığı cinayət işində onun hüquqlarını müdafiə etmiş vəkil Təqsirləndirilən şəxs müdafiəçi qismində dəvət olunmasını xahiş etdiyini, lakin polis əməkdaşlarının bununla razılaşmadığını, polis şöbəsində olarkən hüquq və vəzifələrinin izah olunmadığını, polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qaldığını, polis əməkdaşı Şahid3 onun bel nahiyəsinə təpik zərbəsi vurduğu üçün həmin nahiyəsində xəsarətin yarandığını, lakin penitensiar müəssisəyə daxil olarkən qeyd olunan xəsarətlə bağlı heç nə demədiyini, polis əməkdaşları yaşadığı evdə axtarış aparıb ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdikləri üçün qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını demək məcburiyyətində qaldığını, qeyd olunan səbəbdən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının dedikləri formada ifadə verdiyini, daha sonra onun və yanında olmuş dostlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparıldığını, orada olan zaman vəkil Müdafiəçilə və ya digər müdafiəçi ilə görüşməyə icazə vermədiklərini, ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlər olunduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, polis əməkdaşlarının nəzarətindən çıxıb Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra müvafiq dövlət orqanlarına (qurumlarına) şikayətlər etməyə, habelə aclıq aksiyası keçirməyə başladığını və bu zaman oraya gələn Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının əməkdaşına ona qarşı edilən qanunsuzluqlarla bağlı məlumat verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 409/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “sol saidin ön və arxa səthlərində çoxsaylı köhnə çapıq toxuma” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü və polis əməkdaşı Şahid3 bel nahiyəsinə təpik zərbəsi vurduğu üçün həmin nahiyəsində xəsarətin yarandığını qeyd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun və polis əməkdaşı tərəfindən zərbənin vurulduğunu qeyd etdiyi nahiyəsində hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol saidin ön və arxa səthlərində çoxsaylı köhnə çapıq toxuma” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:37-də şübhəli şəxs qismində tutulmuş və faktiki azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 20:40-dan tutulmuş hesab olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsinə 05 sentyabr 2022-ci il tarixdə saat 20:55-də gətirilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs və Əfqan Əzizovun istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 509-94-68 mobil telefon nömrəsi və Əfqan Əzizovun istifadəsində olmuş 050 425-81-82 mobil telefon nömrəsi vasitəsilə 05 sentyabr 2022-ci il tarixdə danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 509- 94-68 mobil telefon nömrəsi vasitəsilə sonuncu danışıq qeyd olunan tarixdə saat 19:55-də 051 583-63-81 mobil telefon nömrəsi ilə, Əfqan Əzizovun istifadəsində olmuş 050 425-81- 82 mobil telefon nömrəsi vasitəsilə sonuncu danışıq isə göstərilən tarixdə saat 20:32-də 070 544-70-84 mobil telefon nömrəsi ilə aparılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olan 050 425-81-82 mobil telefon nömrəsi vasitəsilə 05 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində danışıqlar aparılmasa da onunla eyni vaxtda polis əməkdaşları tərəfindən saxlanılması şübhə olunmayan Əfqan Əzizovun istifadəsində olmuş 050 425-81-82 mobil telefon nömrəsi vasitəsilə göstərilən tarixdə saat 20:32-də danışıq aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, şahidlər Şahid10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələrində 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində Təqsirləndirilən şəxs və X10 ilə birlikdə Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzinin qarşısında olan zaman polis əməkdaşlarının onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs və Əfqan Əzizovun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu və bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirildiyini dediklərini, bu zaman Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərlərində narkotik vasitə heroin saxladıqlarını etiraf etdiklərini, daha sonra polis əməkdaşlarının dəvəti ilə Balakən Rayon Polis Şöbəsinə aparıldıqlarını, orada videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və Əfqan Əzizovun üzərində şəxsi axtarış aparıldığını, onların üzərlərinə isə baxış keçirildiyini və bu zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar maddənin, Əfqan Əzizovun üzərindən isə bıçaq və narkotik vasitə heroinə oxşar maddənin aşkar olunduğunu qeyd etsələr də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində “Zəvran” ailəvi istirahət mərkəzində yemək yeyən zaman polis əməkdaşlarının restorana daxil olduqlarını, əl-qollarını bağlayıb üzərlərində şəxsi axtarış apardıqlarını və bu zaman ancaq Əfqan Əzizovun üzərindən bıçaq aşkar edildiyini, digər şəxslərin üzərlərindən isə heç nə aşkar olunmadığını, bu zaman Təqsirləndirilən şəxs da üzərindən qanunsuz əşya və ya narkotik vasitə aşkar edilmədiyini, bundan sonra Balakən RPŞ-yə aparıldıqlarını, orada üzərlərində şəxsi axtarış aparılan zaman Əfqan Əzizov və Təqsirləndirilən şəxs üzərlərindən narkotik vasitə aşkar edildiyini, Bakı şəhərinə aparılana qədər polis əməkdaşlarının həmin yeri tərk etməyə icazə vermədiklərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhərində yerləşən inzibati binasına aparıldıqdan sonra orada saxlanıldıqlarını, orada ifadələrinin alındığını, icazə vermədikləri üçün ifadələrinə oxumadan imza etdiklərini və orada saxlanıldıqdan sonra azad olunduqlarını qeyd etmişlər. Şahid10, Şahid12 və Məhəmməd Hacıyev həmçinin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində “Zəvran” ailəvi istirahət mərkəzində olarkən və polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılıb Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya və ya narkotik vasitənin aşkar edilməməsindən sonra sonuncunun ona və dostlarına üzərində heç nəyin olmadığını dediyini bildirmişlər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşı Şahid1 da ifadəsinə əsasən həqiqətən Təqsirləndirilən şəxs, Əfqan Əzizov, habelə dostları Şahid10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 saxlanılaraq əvvəlcə Balakən RPŞ-yə aparılmışlar, orada saxlanıldıqdan sonra isə ifadə vermək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhərində yerləşən inzibati binasına aparılmışlar və orada dindirildikdən sonra sərbəst buraxılmışlar. Qeyd olunanlara baxmayaraq, məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, adları qeyd edilən şəxslər tanışları olduğuna görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Çünki qeyd olunan şəxslər sonradan ibtidai istintaq zamanı verdikləri ifadələrinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişlər və onların ibtidai istintaq zamanı verdikləri ifadələri hər hansı təzyiq altında verilmiş ifadə kimi qəbul edilə bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Şahid10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə onların ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində Balakən rayonunun Qazbinə kəndinin ərazisində yerləşən “Zəvran” ailəvi istirahət mərkəzində ofisiant kimi fəaliyyət göstərdiyini, 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs və dostları həmin restoranda yemək yeyən zaman polis əməkdaşlarının oraya daxil olaraq sonuncunu tutub saxladıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində heç nə olmadığını dediyini, daha sonra polis əməkdaşlarının Təqsirləndirilən şəxs əllərinə qandal bağlayıb üzərində şəxsi axtarış apardığını, lakin sonuncunun üzərindən heç nə aşkar olunmadığını, daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparıldığını və bu zaman bir nəfər polis əməkdaşının kafedə olan videomüşahidə kameralarını da çıxarıb həmin yeri tərk etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 isə ifadəsində oğlu Təqsirləndirilən şəxs barəsində çıxarılmış bəraət hökmü ilə bağlı Şəki Apellyasiya Məhkəməsində məhkəmə iclasının 06 sentyabr 2022-ci il tarixə təyin edildiyini, 05 sentyabr 2022-ci il tarixdə axşam saat 20:00 radələrində bacısının oğlu X1 istifadəsində olan 050 646-63-67 mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan 050 581-52-22 mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu ona dediyini, ardınca vəkil Müdafiəçi zəng edərək bu barədə məlumat verdiyini, bundan sonra Balakən RPŞ-nin inzibati binasının qarşısına getdiyini, bundan bir müddət sonra vəkil Müdafiəçi oraya gəldiyini, lakin polis əməkdaşlarının sonuncunun Təqsirləndirilən şəxsla görüşməsinə icazə vermədiklərini bildirmişdir. Həmin xüsusatla bağlı cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş Şadnus Dibirov və Fərrux Hacıyevin istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Fərrux Hacıyevin istifadəsində olmuş 050 646-63-67 mobil telefon nömrəsi vasitəsilə Şadnus Dibirovun istifadəsində olmuş 050 581-52-22 mobil telefon nömrəsinə ilk zəng saat 21:58-də edilmişdir. Məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, Yusif Orucov həmyerlisi, Şadnus Dibirov isə atası olduğu üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Çünki qeyd olunan şəxslər sonradan ibtidai istintaq zamanı ifadə verməmişlər və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Yusif Orucov və Şadnus Dibirovun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 20:40 radələrində saxlanılaraq saat 20:55-də Balakən RPŞ-yə gətirilmiş, saat 21:37də şübhəli şəxs qismində tutularaq faktiki azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 20:40-dan tutulmuş hesab olunmuş və qeyd olunan tarixdə saat 22:43-dən saat 23:48-dək olan müddət ərzində üzəridə şəxsi axtarış aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxsla yanaşı Əfqan Əzizov və yanlarında olan Şahid10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 da polis şöbəsinə gətirilmişlər, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan sonra Əfqan Əzizov da müdafiəçi ilə təmin edilib saat 22:07-də şübhəli şəxs qismində tutularaq faktiki azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 20:40-dan tutulmuş hesab olunmuş, daha sonra isə saat 22:43-dən saat 23:48-dək olan müddət ərzində eyni vaxtda həm Təqsirləndirilən şəxs, həm də Əfqan Əzizovun üzərlərində şəxsi axtarış aparılmış, Şahid10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 üzərlərinə isə baxış keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həm Təqsirləndirilən şəxs, həm də Əfqan Əzizovun müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulması, habelə Təqsirləndirilən şəxs və Əfqan Əzizovla birlikdə Balakən RPŞ-yə aparılmış Şahid10, Şahid11, Şahid12, Şahid9 və Şahid13 şəxsiyyətinin müəyyən edilməsi vaxt apardığından həmin vaxt itkisini obyektiv hal kimi qiymətləndirilməlidir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni 4,990 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 4,990 qram çəkidə narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** mobil telefon nömrəsindən 08 iyul 2022-ci il tarixdə saat 15:53-də istintaqa məlum olmayan 055 ***-**-** mobil telefon nömrəsinə “Ay əmi oğlu qoyun peyni verecem sene hardasan bir cavb verye” məzmunlu, 09 iyul 2022-ci il tarixdə saat 20:05-də istintaqa məlum olmayan 055 ***-**-** mobil telefon nömrəsinə “Aya qanına bələnmə o qoyun peynindən veribler saa verimmi?” məzmunlu, 09 iyul 2022-ci il tarixdə saat 20:10-da istintaqa məlum olmayan 055 ***-**-** mobil telefon nömrəsinə “Menem o qoyun peynini verimi sene?” məzmunlu, 18 iyul 2022-ci il tarixdə saat 13:22-də istintaqa məlum olmayan 077 ***-**-** mobil telefon nömrəsinə “Qaqas Emildi dermana göre yıgıram hardasan” məzmunlu SMS mətnlərinin göndərilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin SMS mətnlərinə əsasən Təqsirləndirilən şəxs məhz hər hansı şəxsə narkotik vasitə satmasını hazırki anda heç nə ilə sübut etmək mümkün olmadığından sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi də yolverilməzdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Dibirov X7 şəhəri, Y.Məmmədəliyev küçəsi, dalan 4, ev 13 ünvanında qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Balakən Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmünün və Şəki Apellyasiya Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmünə əsasən CM-in 221.2.1 və 234.2ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və 11 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 221.2.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:37-də şübhəli şəxs qismində tutulmuş və faktiki azadlığının məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 20:40-dan tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 05 mart 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 4,940 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktında cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin olduğu göstərilmişdir və həmin məbləğ CPM-in 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Bununla bağlı məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, məhkəmə-fizikikimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 6/4822 nömrəli rəyi həmçinin X6 təqsirləndirildiyi cinayət işi üzrə sübut növü olduğundan həmin 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin yarısı, yəni 32,50 (otuz iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulmalıdır. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs 32,50 (otuz iki manat əlli qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 4,940 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs 32,50 (otuz iki manat əlli qəpik) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar