Məhkəmə qərarları › İş №1(091)-40/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-40/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-40/2022 13.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X7 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1975-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmamış, Yevlax şəhəri, H.Əliyev prospekti, döngə 1, ev 1, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq külli miqdarda 23,850 qram miqdarında psixotrop maddə olan metamfetamini və qəsdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda üzərində “Tramadol hydrochloride 225 mg” göstəricisi olan 10 ədəd konvalyutda ümumilkdə 60 ədəd qırmızı rəngli həblərdə külli miqdarda 13,5 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qram) narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadolu, 6 ədəd həblərdə tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1,2 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,200 qram) olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadolu, üzərində “Galara 300 mg” göstəricisi olan 1 ədəd konvalyutda ümumilkdə 14 ədəd ağ-qəhvəyi rəngli həblərdə tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram olan (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qram) narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalini əldə edib yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, döngə 1, ev 1, mənzil 28-də saxlamış, 26 iyul 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə yaşadığı mənzilin qarşısında Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilməklə həmin gün saat 1700-da şübhəli şəxs qismində tutulmuş, Yevlax rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 5(039)-85/2021 nömrəli qərarı əsasında yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, döngə 1, ev 1, mənzil 28-də aparılmış axtarış nəticəsində yataq otağındakı dolabın içərisində qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı bir ədəd sellofan bükümdə 23,818 qram psixotrop maddə olan metamfetamin, elektron tərəzinin üzərindən səpələnmiş halda olan 0,032 qram psixotrop maddə olan metamfetamin olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 23,850 qram psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 14,7 qram güclü təsir edən maddə olan tramadol, 4,2 qram güclü təsir edən maddə olan preqabalin və elektron tərəzi aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı vəfat etdikdən sonra bir müddət özəl klinikada müalicə almış, sonra isə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanada müalicə almışdır. Müalicəsi bitdikdən sonra Yevlax şəhərində yerləşən yaşadığı evinə qayıtmış, evində aşkar olunmuş metamfetamin və digər psixotrop maddələr mərhum qardaşına məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarı əsasında yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, döngə 1, ev 1, mənzil 28-də axtarış aparılarkən onun yataq otağından sellofan bükümdə psixotrop maddə olan metamfetamin, hər birində 10 ədəd tabletka olan 6 ədəd üzərində “Royal” sözləri yazılmış dərmanlar, 14 ədəd tabletka olan üzərində “Galara” sözləri yazılmış dərmanlar, 4 ədəd tabletka olan üzərində yazı olmayan dərmanlar və iki ədəd dərman tabletkaları, bir ədəd üzərində kustar üsulla dəliklər açılmış şüşə elektrik lampası, bir ədəd yarısı qırılmış şüşə “Novokain” dərman qabı, bir ədəd iri ölçülü tibbi şpiris, iki ədəd kiçik ölçülü tibbi şpirislər, elektron tərəzi aşkar olunmuş, aşkar olunanlar ona məxsus olmaqla həmin psixotrop maddələri və güclü təsir edən maddələri öz istifadəs üçün saxlamışdır. Tanıdığı Şahid1 və Şahid2 heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax rayon məhkəməsinin 27.07.2021-ci il tarixli qərarına əsasən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, H.Əliyev prospekti, döngə 1, ev 1, mənzil 28-də video çəkilişlə aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdakı dolabın gözündən bir ədəd sellofan bükümdə psixotrop maddəyə oxşar kütlə, həmin kütlənin yanında olan elektron tərəzinin üstündə səpələnmiş formada psxotrop maddəyə oxşar kütlə, 66 ədəd tramadola, 14 ədəd isə preqabalinə oxşar həblər aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt tərəzinin və üzərində deşikləri olan lampanın üzərindən əl-barmaq izləri də götürülmüş, Təqsirləndirilən şəxs qeyd edilən psxotrop maddə və həblər özünün olduğu və gələcəkdə istifadə etmək üçün evində saxladığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X9 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə tanışı Şahid2lə birlikdə oğurluq əşyaları satdıqdan sonra narkotik vasitə qəbul etmək qərarına gəlmiş, Elton Təqsirləndirilən şəxs zəng vuraraq gedib sonuncudan 10 manata narkotik vasitə alıb gətirdikdən sonra birlikdə həmin narkotik vasitəni istifadə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 28 iyul 2021-ci il tarixli 17\551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş 01 ədəd sellofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 23,818 qram və 0,032 qram olmaqla ümumi çəkisi 23,850 qram miqdarında olan maddələr kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetaminlər tərkibinə görə eynidilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2021-ci il tarixli 6\3150 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş «Tramadol hydrochloride 225 mq» göstəricisi olan 10 ədəd konvalyutda üzərindəki göstəriciyə əsasən ümumilikdə 60 ədəd qırmızı rəngli həblər tramadolun təsir maddəsinin ümumi miqdarı 13,5 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır) təşkil edir. Üzərində «Galara 300 mg» göstəricisi olan 1 ədəd konvalyutda ümumilikdə 14 ədəd ağ-qəhvəyi rəngli həblərdə tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 4,2 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş ümumi sayı 6 ədəd olan həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1,2 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,200 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş bir ədəd qırılmış şüşə ampulada və şpirisdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisi müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş bir ədəd elektirik lampasında metamfetaminin izlər vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisi müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 3\1697 saylı rəyindən görünür ki, təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthindəki «a» əl-barmaq izi və 4 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yaralıdır. Təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthindəki «b» əl-barmaq izi və papulyar naxış izləri yayıldığına görə tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. Təqdim edilmiş 1 saylı aktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlin orta barmağından, 2,3 saylı daktilolentlərin səthindəki «a» əl-barmaq izləri onun sağ əlinin orta barmağından, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin baş barmağından qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 1315 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış norkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 27 iyul 2021-ci il tarixli protokolundan və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağından 23,850 qram psixotrop maddə olan metamfetamin və 14,7 qram güclü təsir edən maddə olan tramadol və 4,2 qram güclü təsir edən maddə və elektron tərəzi aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospekti 62, döngə 1, ev 1/28-də yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində 17.09.2008-ci ildə doğulmuş İsmayıl Əhmədzadə adlı bir uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Dövlət Sosial Müdafiə X11 Şəxsinin 17 saylı Regional ərazi filialından verilmiş 08 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 17 saylı Regional ərazi filialından İİ dərəcəli əlilliyə görə 259.79 AZN (iki yüz əlli doqquz manat yetmiş doqquz qəpik) əmək pensiyası alır. İş materiallarına əlavə edilmiş 26 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1710-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun yaşadığı evdən aşkar olunmuş psixotrop və güclü təsir edən maddələrin ona məxsus olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş psixotrop maddənin şəxsi istehlak və külli miqdar üçün qanunvericiliklə müəyyən edilmiş miqdardan dəfələrlə çox olması, aşkar olunmuş tərəzi, tərəzi üzrəindən aşkar olunmuş əl-barmaq izinin ona məxsus olmasına dair məhkəmədaktiloskopik ekspertizasını rəyi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 240.3.2-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və İİ qup əlil olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi faktiki həbsə alındığı 26 iyul 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 298,05 AZN (iki yüz doxsan səkkiz manat beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 26 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 298,05 AZN (iki yüz doxsan səkkiz manat beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 23,780 qram psixotrop maddə olan metamfetamin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan 13 ədəd preqabalin və 62 ədəd tramadol məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar