Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-40/2023 23.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X25, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı (Qəbələ) X19 Mərkəzinin nümayəndəsi – X14, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktoru vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsə CM) 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə xx.xx.2020-ci il tarixli 224/k saylı əmrlə həmin Nazirliyin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktoru vəzifəsində təyin edilməklə xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Nazirlik üzrə xx.xx.2018-ci il tarixli 529/ü nömrəli əmrlə təsdiq edilmiş “X32 X4”nə əsasən, Mərkəzə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşımaqla meşə təsərrüfatı tədbirlərinin (meşələrin qorunub mühafizə olunması, meşəbərpa və meşəsalma işlərinin həyata keçirilməsi və sair) həyata keçirilməsinin təmin edilməsi, meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarətin təşkil edilməsi və hayata keçirilməsi, Mərkəzin fəaliyyətini təşkil etməklə ona rəhbərlik edilməsi, öz səlahiyyətləri daxilində mərkəzin işçilərinə şamil edilən əmr, sərəncam və göstərişlərin verilməsi, Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanması, inzibati araşdırma aparılması və inzibati xətalar haqqında işlərə baxılması, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların müvafiq orqana göndərilməsi, habelə müəyyən olunmuş qaydada meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü olan və olmayan sahələrin qısa və uzun müddətli istifadəyə verilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6, 15, 16, 24, 27-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi” qaydaları və Azərbaycan Respublikası Ekologiya və X24 xx.xx.2018-ci il tarixli 789/ü saylı əmri ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə” formasının təsdiq edilməsi haqqında əmrinin tələblərini pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni Şahid1 xx.xx.2018-ci il tarixli 05 saylı, 56 qeydiyyat nömrəli müqavilə əsasında istifadəsinə verilmiş X20 və X12 meşəbəyliyinin 82-ci kvartalının 28-29-cu bölmələrindəki 1 ha meşə fondunun torpaq sahəsinin Qəbələ Regional X11 xidməti ərazisinə aid Vəndam meşəbəyliyinin 7 saylı dolayının 105-ci kvartalının 16 və 20-ci bölmələrində 1 ha sahə ilə əvəzləşdirərək, yeni müqavilə bağlanmaqla həmin torpaq sahəsinin 10 (on) il müddətə onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2020-ci ilin iyul ayında Qəbələ şəhəri ərazisində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, bir neçə gün sonra həmin niyyətlə ünvan 2 ünvanında yerləşən Qəbələ Regional X11 inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat pul vəsaitini rüşvət qismində almaqla, eyni niyyətlə, Şahid1 Qəbələ Regional X11 xidməti ərazisinə aid Vəndam meşəbəyliyinin 6 saylı dolayının 90-cı kvartalının 6, 9 və 11-ci bölməsində 1 ha meşə fondunun torpaq sahəsinə dair müqavilə bağlanmaqla 10 (on) il müddətinə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2020-ci ilin iyul ayında Qəbələ şəhəri ərazisində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində bazara yaxın ərazidə avtomobil yolunun kənarında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 25.000 (iyirmi beş min) manat pul vəsaitini rüşvət qismində almaqla, eyni niyyətlə, Şahid1 Qəbələ Regional X11 xidməti ərazisinə aid Yenikənd meşəbəyliyinin 4 saylı dolayının 17-ci kvartalının 2-ci bölməsində 1 ha meşə fondunun torpaq sahəsinə dair müqavilə bağlanmaqla 10 (on) il müddətinə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2020-ci ilin avqust ayında Qəbələ şəhəri ərazisində görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində bazara yaxın ərazidə avtomobil yolunun kənarında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat pul vəsaitini rüşvət qismində almaqla, ümumilikdə qeyd edilən qaydada sonuncudan özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi nemət olan 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində almaqla şəxsi ehtiyaclarına sərf etmiş, verdiyi vədin icrası ilə əlaqədar Şahid1 tərəfindən qeyd edilən meşə fondu torpaqları sahəsində tikinti quraşdırma işlərinin aparılmasına şərait yaradıb bununla bağlı heç bir qanuni tədbir görməməsi nəticəsində sonuncu tərəfindən 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Vəndam meşəbəyliyinin 7 saylı dolayının 105-ci kvartalının 16 və 20-ci bölmələrinin ərazisində, Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 17-ci kvartalının 2-ci bölməsinin ərazisində turizm və rekreasiya zonasına aid cəmi 809,52 m2 torpaq sahəsində müxtəlif sayda və ölçüdə söhbətgahlar və digər tikililər inşa edilməklə meşə fonduna 50.006 manat, 2020-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Vəndam meşəbəyliyinin 6 saylı dolayının 90-cı kvartalının 6, 9 və 11-ci bölmələrinin ərazisində turizm və rekreasiya zonasına aid 604,25 m2 torpaq sahəsində müxtəlif sayda və ölçüdə söhbətgahlar və digər tikililər inşa edilib meşə fonduna 18.397,89 manat olmaqla, cəmi 68.403,89 manat (altmış səkkiz min dörd yüz üç manat səksən doqquz qəpik) məbləğində ziyan vurmaqla, həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ X22 Mərkəzini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə həyata keçirilən normal fəaliyyətinin pozulmasında ifadə olunan dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət və hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni X32 X6 meşəbəyliyinin 04 saylı dolayının gözətçisi Şahid2, sonuncunun gözətçisi olduğu həmin dolayın 16-cı kvartalının 4-cü bölməsində 0,6 ha meşə fondu sahəsinə dair icarə müqaviləsinin qardaşı oğlu X3 adına rəsmiləşdirilməklə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına maneə yaratmamaqla zəruri şəraitin yaradılması müqabilində 2021-ci ilin dekabr ayının sonlarında Qəbələ şəhəri ərazisində Yenikənd meşəbəyliyinin cinayətdən xəbərsiz meşəbəyisi Şahid3 iştirakı ilə görüşləri zamanı Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə qeyd edilən tarixdə ünvan 2 ünvanında yerləşən Qəbələ Regional X11 inzibati binasının qarşısında Şahid2 Şahid3 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, verdiyi vədin icrası ilə əlaqədar Şahid2 tərəfindən 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində Yenikənd meşəbəyliyinin 4 saylı dolayının 16-cı kvartalının 4-cü bölməsinin ərazisində turizm və rekreasiya zonasına aid 40 m2 meşə fondunun torpaq sahəsində müxtəlif sayda və ölçüdə söhbətgahlar və digər tikililər inşa edilməsinə şərait yaradıb bununla bağlı heç bir qanuni tədbir görməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında onun haqqında yazılanların hamısı yalandır. Belə ki, 2020ci ilin aprel ayında Qəbələ X22 Mərkəzinə direktor təyin edilmiş, həmin ərəfələrdə bir çox vətəndaşlar vaxtı keçmiş müqavilələrin təzələnməsi və yaxud təzə müqavilələrin bərpa olunması ilə bağlı idarəyə müraciət etmiş, lakin bütün bunlara baxmayaraq onun vəzifə səlahiyyətlərində bu sadaladıqlarının olmadığına görə, həmin vətəndaşlara istiqamət vermiş ki, dedikləri xüsusatlarla bağlı idarənin bağlı olduğu nazirliyə müraciət edilməlidir. İbtidai istintaq zamanı ilkin verdiyi izahatında da qeyd etmişdir ki, o yalnız vətəndaşa düzgün istiqamət göstərmişdir. Müstəntiq isə ittiham aktında sadaladığı xüsusatları onun əleyhinə yazmışdır. Əslində isə o, vətəndaşa şərait yaratmış, yəni köməklik göstərmişdir. Çünki bir rəhbər kimi özünə borc bilir ki, gələn vətəndaşa düzgün xidmət göstərsin və düzgün istiqamət versin. Hadisələr məhz bu formada cərəyan etmişdir. Belə ki, onun işləmiş olduğu idarədə hüquqşunası Nümayəndə1 əvəz etmişdir. Vətəndaş onun işləmiş olduğu idarəyə müqavilə ilə bağı müraciət etmişdir. O isə vətəndaşa bildirmişdir ki, müqavilə vermək onun idarəsinin səlahiyyətində deyildir və vətəndaşa izah etmişdir ki, bunun üçün nazirliyə müraciət etmək lazımdır. Buna görə də, vətəndaşı hüquqşunas vəzifəsini müvəqqəti icra edən Nümayəndə1 yönəltmişdir. Bundan sonra vətəndaşlar dəfələrlə müqavilə üçün onun işləmiş olduğu idarəyə müraciət etmişlər. Hər dəfəsində vətəndaşları nazirliyə yönəltmişdir. Şahid1la bağlı epizoda gəldikdə isə, Şahid1 da digər vətəndaşlar kimi onun idarəsinə müraciət etmişdir. O da bir insan kimi ona köməklik göstərərək, idarəyə yönəltmişdir. Onu da qeyd edir ki, Şahid1 onu tanımadan əvvəl də meşə ərazisində 2 ədəd böyük hektarda ərazisi olmuşdur. Şahid1 meşə ərazisində ona məxsus ərazinin əvəzlənməsi üçün idarəyə müraciət etmişdir. O da Şahid1 köməklik etmək məqsədilə istiqamət vermişdir ki, rəhbərliyə müraciət etsin. Müraciətlər məhz xidmət rəisi vəzifəsində olan Namiq Xıdırovun adına yazılmışdır. X35 xidmət rəisi olmuş, bütün bunlara məhz o qərar vermiş və sonda təsdiqləyən şəxs də o olmuşdur. Bundan başqa ittiham aktında yazılmışdır ki, güya müqavilə üçün 3 dəfə vətəndaşdan pul almışdır. Onda belə bir sual yaranır ki, birinci səfər vətəndaş ona pul verib, o isə vətəndaşa müqavilə verməmişdir. Yaxşı bəs necə olur ki, ikinci dəfə vətəndaş ona yenə pul verir? Bundan başqa Şahid1 məxsus Dəstəmaz çayı ərazisində yerləşən obyektə cərimə yazmışdır. Dəfələrlə müraciət eməyinə baxmayaraq həmin cərimə sənədləri iş materiallarına əlavə edilməmişdir. Bundan başqa istintaq ərəfəsində onun işləmiş olduğu idarənin işçiləri ilə üzləşməsi olmuşdur. Həmin üzləşmə videoçəkilişlə lentə alınmışdır. Həmin videogörüntüləri tələb etmiş ki, iş materiallarına əlavə edilsin. Ancaq göründüyü kimi iş materiallarında belə bir üzləşmə görüntüləri yoxdur. Bunu onunla izah edir ki, üzləşmə zamanı işçilər onun barəsində tam ayrı fikirdə olmuşlar. Ancaq izahatlarını oxuduğu zaman həmin işçilərin onun barəsində tam ayrı fikirdə olduğunu görmüşdür. Hesab edir ki, istintaq qərəzli aparılmışdır. İdarənin işçisi Şahid2 üzləşmə zamanı özü qeyd etmiş ki, o, ona köşk üçün icazə verməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Şahid1 əvvəllər tanımamışdır. Şahid1 idarəyə müraciət etmişdir ki, İsmayıllı rayonu ərazisində ona məxsus torpaq ərazisi vardır. Şahid1 həmin torpaq ərazisini Qəbələ rayonunda sərhəd olan torpaq ərazisi ilə əvəzləşdirmək istəmişdir. O da Şahid1 bildirmişdir ki, bununla bağlı rəhbərliyə müraciət etsin. Şahid1 mobil telefon vasitəsilə dəfələrlə ona zəng edib müqavilə verilməsi barədə soruşmuşdur. O da ona bildirmişdir ki, indilik heç kimə müqavilə verilmir. Onu da qeyd edir ki, Şahid1 68 min manat cərimə yazmışdır. Şahid1 ona demişdir ki, həmin 68 min manat cəriməni ödədiyin təqdirdə şikayətini geri götürəcəkdir. Şahid1la aralarında pul söhbəti olmamışdır. Şahid1 müqavilə üçün ona müraciət etmişdir. Müqavilə vermək səlahiyyəti olmadığı üçün, Şahid1 rəhbərliyə yönəltmişdir. Şahid1 68 min manat cərimə yazdığı üçün onun barəsində şikayətçi olmuşdur. Əgər o, Şahid1 pul almış olsaydı, 2 il müddətində ondan şikayət etmiş olardı. Şahid1 özü ona demişdir ki, 68 min manat cəriməni ödəsə şikayətini geri götürəcəkdir. Meşə ərazisində ümumilikdə 950 hektardan artıq qanunsuz zəbt vardır. Bunun içinə çəpər və qanunsuz tikililər daxildir. Dəstəmaz çayı dediyi ərazidə Şahid1 qanunsuz tikilisi vardır. Şahid1 qanunsuz tikili ilə bağlı 3 dəfə cərimə yazmışdır. Bundan başqa akt tərtib olunmuş, icrası da mühafizə mühəndisinə tapşırılmışdır. Şahid2 onun işlədiyi idarədə gözətçi işləmişdir. Şahid2 qohumu üçün əraziyə dəmir köşk qoymaq istəmiş, buna görə də, ona müraciət etmişdir. O isə ona icazə verməmişdir. Şahid2la aralarında pul söhbəti olmamışdır. Şahid2 ibtidai istintaq zamanı üzləşmədə ona pul vermədiyini bildirmişdir. Meşə fondu torparlarının icarəyə verilməsi barədə müqavilənin forması ona məlumdur. Belə ki, vətəndaş ilk əvvəl müqavilə üçün nazirliyə müraciət etməlidir. Bundan sonra müqavilə xidmətdə hazırlanmalıdır. Onun vəzifə səlahiyyətlərində müqavilə bağlamaq yoxdur. Xidmətdə olduğu müddət ərzində qeyri-qanuni heç nə etməmiş, nə də ki, hər hansı bir şəxsdən pul tələb etməmişdir. Şahid1 özünə məxsus torpaq ərazisini əvəzləşdirmək üçün idarəyə müraciət etmişdir. Həmin o müraciət Namiq Xıdırovun adına tərtib olunmuşdur. İdarədən məktub daxil olduqdan sonra mühəndis əraziyə baxış keçirir. Əgər həmin ərazidə yeniyetmə ot örtüyü varsa, o halda həmin ərazini yararsız hesab edirlər. Şahid1 ərazisinə baxış keçirilmiş və yararlı hesab edilmişdir. Bundan sonra Şahid1 dəfələrlə idarəyə müraciət etmişdir ki, onun müqaviləsi nə vaxt bağlanacaqdır. O da Şahid1 bildirmişdir ki, vətəndaşlara nə vaxt müqavilə verilsə, ona da müqavilə veriləcəkdir. Şahid1 ərazidə qeyri-qanuni tikili apardığı zaman ona şifahi xəbərdarlıq etmişdir. Bundan sonra Şahid1 rəsmi xəbərdarlıq göndərilmişdir. Əgər səhv etmirsə, iş materiallarında həmin xəbərdarlıq olmalıdır. Dəqiq xatırlamır, əgər səhv etmirə, Şahid1 2-3 dəfə xəbərdarlıq göndərmişdir. Bundan sonra Şahid1 cərimə yazılmışdır. Şahid1 ona hər hansı məbləğdə pul verməmişdir. Şahid1 istintaqa ona pul verməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Çünki belə bir hal baş verməmişdir. Şahid1 üzləşmə zamanı 68 min manat cəriməsini ödədiyi təqdirdə şikayətini geri çəkəcəyini bildirmişdir. Əgər səhv etmirsə, Şahid1 özünə məxsus torpağı əvəzləşdirmək üçün ilk dəfə 2020-ci ilin axırlarına yaxın müraciət etmişdir. Onun adına olunan müraciətlərin hamısı rəhbərliyə getmişdir. Şahid1 ərazi almaq üçün ona müraciət etməmişdir. Şahid1 özünə məxsus ərazini əvəzləşdirmək üçün idarəyə müraciət etmişdir. Bundan bir xeyli müddət sonra işə gedərkən görmüşdür ki, Şahid1 ərazidə qanunsuz tikili aparır. Daha sonra dəfələrlə ona xəbərdarlıq etmişdir. Şahid1la bununla bağlı telefon əlaqəsi saxlayıb idarəyə dəvət etmişdir. Ancaq Şahid1 hər dəfəsində başqa bir şəhərdə olduğunu deyərək idarəyə gəlməkdən boyun qaçırmışdır. İbtidai istintaq zamanı müstəntiqə bildirmişdir ki, Şahid1la onun arasında olan telefon danışıqları götürülsün. Ancaq onu dinləyən olmamışdır. İşlədiyi idarədə bir nəfər mühafizə mühəndisi olmuşdur. Həmin mühəndis həm Oğuz, həm də Qəbələ şəhərlərindəki əraziyə nəzarət etmişdir. Onu da qeyd edir ki, bu bir nəfərin çatdıracağı bir iş olmamışdır. Çünki ərazi olduqca böyük olmuş, bununla bağlı idarəyə də müraciət etmişdir. Şahid1 ərazidə qanunsuz tikili apardığı üçün həm xəbərdarlıq etmişlər, həm də aktlaşdırmışlar. Şahid1 3 dəfə cəza yazmışdır. Bundan başqa “102” qaynar xəttinə zəng edib məlumat da vermişdir. Şahid1 məxsus ərazinin Qəbələ rayonunda olan sərhəd ərazisi ilə əvəzləşməsinə dair razılıq vermişdir. Çünki Şahid1 aid ərazi əlverişli və yararlı ərazi olmuşdur. O da bununla bağlı xidmətə məktub göndərmişdir ki, işlədiyi idarənin bu ərazinin əvəzləşməsinə etirazı yoxdur. Onun bu işdə başqa marağı olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı (Qəbələ) X19 Mərkəzinin nümayəndəsi – X14 təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə dəymiş ümumilikdə 68.403,89 manat (altmış səkkiz min dörd yüz üç manat səksən doqquz qəpik) məbləğində ziyanı təqsirləndirilən şəxsdən tələb etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Qəbələ rayonu Bunud kəndi ərazisində yerləşən “Sərin meşə” adlı restoranı vardır. 2020-ci ilin yay aylarında Qəbələ Regional X11 müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla tanışlığı istirahət mərkəzində olmuşdur. Belə ki, 2020-ci ilin iyul ayında həmin istirahət mərkəzində söhbət zamanı Alim müəllimə istifadəsində olan 3 ha torpaq sahəsinin 1 ha hissəsinin İsmayıllı rayonu ərazisinə düşdüyünü, həmin sahədən istifadə etməyinə dair 10 illik icarə müqaviləsi olduğunu, lakin həmin sahəni istifadə etmədiyinə görə, torpaq sahəsini Qəbələ rayonu ərazisində başqa torpaq sahəsi ilə əvəz etmək istədiyini bildirmişdir. Alim müəllim isə ona 15.000 manat müqabilində Meşə torpağına aid istədiyi ərazidə torpaq sahəsinə dair icarə müqaviləsi verə biləcəyini bildirmişdir. O da onunla razılaşmış və bir neçə gün sonra Alim müəllimə Bakı-İsmayıllı magistral yolunun İsmayıllı istiqamətində sağ tərəfində yolun kənarında meşə sahəsində 1 ha torpaq sahəsini icarəyə götürmək istədiyini bildirmişdir. Həmin əraziyə Alim müəllim ilə birlikdə baxdıqdan sonra Alim müəllimin dəvəti ilə 2020-ci ilin iyul ayında Qəbələ rayonunda onun xidməti otağında görüşərək, həmin torpaq sahəsinə görə ona 15.000 manat məbləğində nağd pul vermişdir. Pulu Alimə təqdim edərkən yanında heç kəs olmamışdır. Alim pulu götürdükdən sonra ona bildirmişdir ki, həmin torpaq sahəsinə dair icarə müqaviləsini bir həftə ərzində təqdim edəcəkdir. O da Alim müəllimin göstərişi ilə Nümayəndə1 yanına gedərək ərizə yazmışdır. Bunda sonra Alimə inamı yarandığı üçün, təxminən ilkin razılaşmadan bir həftə sonra istirahət mərkəzi qurmaq üçün uyğun olan digər 1 ha torpaq sahəsini də ona göstərərək, münasib qiymətə olarsa icarəyə götürmək istədiyini bildirmişdir. Həmin ərazi Vəndam kəndinin yuxarı hissəsində Dəstəmaz çayı ərazisində olmuşdur. Təqsirləndirilən şəxs ona 25.000 manat müqabilində həmin torpaq sahəsinə dair 10 il müddətinə icarə müqaviləsi verə biləcəyini bildirmişdir. Danışıqdan daha bir həftə sonra, 2020-ci ilin iyul ayında Alim ilə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində bazara yaxın ərazidə avtomobil yolunun kənarında, təxminən saat 12.00 radələrində görüşmüşdür. Bundan sonra həmin ərazi müqabilində Alim müəllimə 25.000 manat nağd pul vəsaitini təqdim etmişdir. Alimə pulu təqdim edərkən yanında başqa heç kim olmamışdır. Alim pulu sayaraq götürdükdən sonra, hər iki torpaq sahəsinə dair icarə müqavilələrini qısa müddət ərzində təqdim edəcəyini bildirmişdir. Bundan təxminən bir həftə sonra Alimlə görüşdükdə, Alim sənədlərin Nazirlikdə olduğunu, müqavilə hazır olan kimi təqdim edəcəyini, həmçinin başqa torpaq sahəsi də istəsə verə biləcəyini bildirmişdir. Bundan sonra Alim müəllimin dediyi həmin torpaq sahəsinə baxmağa getmişlər. Alim həmin torpaq sahəsinin qiymətinin 15.000 manat olduğunu bildirmişdir. O da onunla razılaşmış və bir neçə gün sonra həmin məbləği də düzəldib, təxminən 2020-ci ilin avqust ayının ortalarında, təxminən saat 13.00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində bazara yaxın ərazidə avtomobil yolunun kənarında Alimlə görüşərək, 15.000 manat nağd pul vəsaitini Alimə təqdim etmişdir. Alim pulu sayaraq götürdükdən sonra hər üç torpaq sahəsi ilə əlaqədar icarə müqavilələrini qısa müddətdə təqdim edəcəyini, həmçinin ilkin iki torpaq sahələri ilə əlaqədar sənədlərin artıq nazirlikdə olduğunu, icarə müqavilələrinin qısa müddətdə hazır olacağını bildirmişdir. Bundan sonra, mütəmadi olaraq Alimin mobil telefon nömrəsinə zəng etmiş, ondan sənədlərinin nə vaxt hazır olacağını, icarə müqaviləsini nə vaxt təqdim edəcəyini soruşmuşdur. Alim isə ona narahat olmamağı, sənədlərin nazirlikdə olduğunu və hazır olan kimi icarə müqavilələrini təqdim edəcəyini bildirmişdir. Bundan sonra Alim ona bildirmişdir ki, heç bir narahatçılığa əsas yoxdur, həmin ərazidə artıq istirahət mərkəzinin tikinti-quraşdırma işlərini apara bilər. O da Alimin dediklərinə inanaraq, hər biri 1 ha olan həmin üç torpaq sahələrinə xərc çəkərək tikinti işlərini aparmış və istirahət mərkəzi qurmuşdur. Demək olar ki, istirahət mərkəzləri artıq hazır vəziyyətdə olmuşdur. Bundan sonra, icarə sənədlərinin gecikdiyini görüb Təqsirləndirilən şəxs iradını bildirmişdir. Alim isə sənədlərin hazır olmamasının səbəblərini müxtəlif bəhanələrlə izah etmiş və onu inandırmışdır ki, sənədlər tezliklə hazır olacaqdır. Tikinti işləri apardığı zaman Alim ona bildirmişdir ki, həftə sonları tikinti aparmasın. O da bu vəziyyətdən şübhələnmişdir. Bundan sonra aldadıldığından şübhələnməyə başlamış və 2022-ci ilin əvvəllərində həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həm də Meşələrin İnkişafı Xidmətinə yenidən müraciət etmişdir. Hətta, nazirliyə gedib ünvanladığı ərizələri soruşduqda, orada ona bildirmişlər ki, onun heç bir ərizəsi nazirliyə daxil olmamışdır. Hər iki qurumda izahatı alındıqdan sonra Qəbələ rayonunda işlər gördüyü ərazilərdə yoxlamalar başlamış və qanunsuz tikili aparılması ilə əlaqədar aktlar tərtib edilmişdir. Onu da qeyd edir ki, rəsmi olaraq 2020-ci ilin iyul-avqust aylarında 3 dəfə ərizə ilə qeyd etdiyi torpaq sahələrinin icarə əsasında ona verilməsi ilə bağlı Qəbələ X22 Mərkəzinə müraciət etmişdir. Hətta, ərizələri Mərkəzdə qeydiyyata alınmışdır. Toplamda Alim müəllimə 55 min manat pul vermişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini və ya sənədlərin ona təqdim edilməsini xahiş edir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 55 min manat pul vermişdir. Təqsirləndirilən şəxs 55 min manat pulu 3 torpaq ərazisi müqabilində vermişdir. Onun özünə məxsus torpaq ərazisi olmuşdur. Həmin torpaq ərazisini Qəbələ rayonunda yerləşən torpaq ərazisi ilə əvəzləşdirmək istəmişdir. Bu səbəblə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş və orada Namiq Xıdırovla görüşmüşdür. Namiq müəllimə vəziyyəti izah etmişdir. Namiq müəllim ona bildirmişdir ki, bu barədə Qəbələ X22 Mərkəzinə müraciət etməlidir. O da bundan sonra Alim müəllimlə görüşmüş və öz fikrini ona bildirmişdir. Alim müəllim ona demişdir ki, 15 min manat torpaq rüsumunu ödədikdən sonra ona icarə müqaviləsi təqdim edəcəkdir. O da Alimlə razılaşmışdır. Müqavilə onunla Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında bağlanacaqmış. Alim müəllim özü ona bildirmişdir ki, narahat olmasın, onun sənədini qısa müddət ərzində təqdim ediləcəkdir. Əlavə olaraq qeyd etmişdir ki, ərazidə tikinti işlərinə başlaya bilər. O da bundan sonra ərazidə tikinti işlərinə başlamışdır. O, ərazidə tikinti işləri apardığı zaman meşə gözətçisi və Alim müəllim özü də orada olmuşdur. Meşə gözətçisi ona tikinti işləri aparmaq üçün ərazinin sənədinin olubolmamasını soruşmuşdur. O da bildirmişdir ki, tikinti işlərindən Alim müəllimin xəbəri vardır. Həmin vaxt meşə gözətçisi Alim müəllimlə əlaqə saxlamış, Alim müəllim meşə gözətçisinə cavab olaraq bildirmişdir ki, Yaşar müəllimin sənədləri vardır. Ərazidə tikinti işlərinə mütəmadi olaraq davam etmişdir. Çünki Alim müəllim meşə gözətçisinə demişdir ki, onun işlərinə maneə törətməsinlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərazidə tikinti işləri aparır və bu tikintilərdən Alim müəllimin xəbəri vardır. Bundan sonra sənədlərini tələb etmişdir. Bundan sonra əraziyə yoxlama gəlmişdir. Alim müəllimlə əlaqə saxlanılmışdır. Həmin vaxt Alim müəllim bildirmişdir ki, güya tikinti işlərindən onun xəbəri yoxdur. Alim müəllim özünü müdafiə etmək məqsədilə ona cərimələr yazmışdır. Dəqiq bilmir, amma belə düşünür ki, Alim müəllim həmin cərimələri məhz yoxlama gələn ərəfədə yazmışdır. Bir neçə dəfə Alim müəllimin xidməti otağına gedərək sənədlərini tələb etmişdir. Bildiyi qədəri ilə həmin ərəfədə Namiq Xıdırov əmək məzuniyyətinə çıxmışdır. Alim müəllimin dediyinə görə Namiq Xıdırov 3 ay sonra məzuniyyətdən gələcəkmiş. Məhz bundan sonra sənədlərini təqdim edə biləcəyini qeyd etmişdir. Pulu Təqsirləndirilən şəxs təqdim etmiş, lakin Alim müəllim 2 il ərzində sənədlərini təqdim etməmişdir. Alim müəllim ilə ibtidai istintaq zamanı üzləşməsi olmuşdur. Burada dediklərini üzləşmə zamanı da bildirmişdir. Birinci səfər Alim müəllimə 15 min manat, ikinci səfər 25 min manat, üçüncü səfər isə 15 min manat pul vermişdir. Alim müəllimə birinci səfər pulu verdikdən təxminən 10 gün sonra ikinci səfər yenə pul vermişdir. Alim müəllim 1 həftə ərzində sənədi təqdim edəcəyini bildirmişdir. Alim müəllim ona demişdir ki, narahat olmasın, Namiq Xıdırov hazırda yoxdur, o gəldikdən sonra sənədlərini verəcəkdir. O da ona inanmışdır. Alim müəllimə ikinci səfər pulu verdikdən təxminən 15-20 gün sonra üçüncü səfər yenə pul vermişdir. Alim müəllim ona demişdir ki, narahat olmasın, sənədlərin üçünü də verəcəkdir. O da ona inanmışdır. Alim müəllimdən 20 il əvvəl həmin ərazidə icarəyə yer götürmüşdür. Əgər səhv etmirsə, həmin ərazini götürdüyü vaxt meşə idarəsində ərizə yazmışdır. Meşə müdiri də bütün sənədləşmə işlərini həll etmişdir. Elə həmin qaydada Alim müəllimə müraciət etmişdir. Ərazini ona verməkdə səlahiyyətli şəxs Alim müəllim olmuşdur. Alim müəllimə pulu verdiyi vaxt yanlarında heç kim olmamışdır. Alim müəllimə pulu verdiyi vaxt səs yazısı yazmamışdır. İki il ərzində sənədlərini ala bilməmişdir. Dəfələrlə Alim müəllimlə bu barədə əlaqə saxlamışdır. Əgər səhv etmirsə, əraziyə yoxlama 2022-ci ilin fevral-mart aylarında gəlmişdir. Həmin vaxt Alim müəllim idarədə işləyirmiş. Alim müəllim idarədə işlədiyi dövrdə tikintilərin sökülməsi ilə əlaqəli olaraq, onun imzası ilə ona hər-hansı bir məktub daxil olmamışdır. Ərazidə tikinti apardığı üçün bir dəfə cərimələnmişdir. Həmin vaxt yoxlama gəlirmiş. Məhz bu ərəfədə Alim müəllim özünü müdafiə məqsədilə ona cərimə yazmışdır. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Alim müəllim və meşə gözətçisindən izahat almışdır. 2021-ci ilin yay aylarında Alim müəllimdən şikayətçi olmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə getmişdir. Bundan sonra 2022-ci ilin martaprel aylarında əraziyə yoxlama gəlmişdir. 29 noyabr 2021-ci il tarixdə ərazidə tikinti işləri apardığı üçün barəsində akt tərtib edilməsindən məlumatı yoxdur. Nümayəndə1 hər şeydən məlumatı vardır. Alim müəllim Nümayəndə1 yanında ona demişdir ki, həftə sonları ərazidə tikinti işləri aparmasın. Torpaq əvəzləşdirməsi üçün məlumat almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə müraciət etmişdir. Alim müəllimdən torpaqların sənədini tələb etdiyi zaman yanlarında Nümayəndə1 olmuşdur. Pulları Alim müəllimə verdikdən ay yarım sonra həmin ərazilərdə tikintiyə başlamışdır. Həmin vaxta qədər sənədlərini gözləmişdir. İyul və avqust aylarında Alim müəllimə pul vermişdir. Tikintiyə isə sentyabr ayında başlamışdır. Birində “Dəstəmaz” çayı ətrafında olan ərazidə tikintiyə başlamışdır. Tikintiyə başladığı zaman Alim müəllimin məlumatı olmuşdur. Tikintiyə başladığı zaman ona heç kim maneə törətməmişdir. Belə ki, tikintidən Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Əgər səhv etmirsə, birinci dəfə meşə gözətçisi onlara yaxınlaşaraq ərazidə olan tikili ilə bağlı məlumat almışdır. Həmin vaxt ərazidə gedən tikili ilə bağlı meşə gözətçisinə bildirmişdir ki, Alim müəllimin tikilidən xəbəri vardır. Alim müəllim meşə gözətçilərinə göstəriş vermiş ki, tikili ilə bağlı ona maneə törətməsinlər. İkinci tikiliyə 2021-ci ilin iyul ayının sonlarında başlamışdır. Tikiliyə başladığı vaxt sənədi olmamışdır. Çünki Alim müəllim ona bildirmişdir ki, o tikiliyə başlasın, sənəd işini həll edəcəkdir. Tikliyə başladıqdan bir müddət sonra Alim müəllim sənədlərini verməmişdir. O da bir müddət sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə getmişdir. Xidmətə gedib ərizələrin qəbulu şöbəsindən maraqlandığı zaman yazdığı ərizələrin xidmətə daxil olmadığını öyrənmişdir. Bununla bağlı Alim müəllimə məlumat vermiş və sənədlərini tələb etmişdir. Həmin vaxt Alim müəllim Namiq Xıdırovun işlə bağlı əmək məzuniyyətinə çıxdığını və geri qayıtdıqdan sonra sənədlərini verəcəyini bildirmişdir. Ərazidə gedən tikili ilə bağlı ona heç kim maneə törətməmişdir. Çünki Alim müəllimin ərazidə gedən tikilidən məlumatı olmuş və özü meşə gözətçilərinə göstəriş vermiş ki, ona maneə törətməsinlər. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə tikinti aparmağı ilə bağlı müraciət etmişdir. Məhz bundan sonra xidmətin əməkdaşları əraziyə baxış keçirmiş və ona akt tərtib etmişlər. Xidmətin rəisi Namiq Xıdırova ərizə yazmışdır. Ərizədəki imza ona aiddir. O, Namiq Xıdırova ilk dəfə 2020-ci ilin iyul ayında müraciət etmişdir. Namiq Xıdırovun adına üç dəfə ərizə yazmışdır. Həmin ərizələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ X22 Mərkəzində yazmışdır. Təqsirləndirilən şəxs ilə torpaq icarəyə verilməsi barədə razılığa gəlmişdir. Məhz bundan sonra Namiq Xıdırova ərizə ünvanlamışdır. Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və ona dediyi sənədləri təqdim etməmişdir. Həmin pulları Alim müəllim ondan rüsum pulu kimi alıb və qeyd edib ki, pullar nazirliyə keçirəcəkdir. Alim müəllimə 55 000 manatı rüsum pulu kimi vermişdir. Alim müəllim ondan aldığı pulları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə keçirəcəyini qeyd etmişdir. Ərazidəki tikintiyə Alim müəllim icazə vermişdir. Pul barəsində Nümayəndə1 yanında bir neçə dəfə söhbət olmuşdur. Nümayəndə1 gedən proseslərdən məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nümayəndə1 Abdi oğlu ifadəsində göstərmiş ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 Meşələrin qorunub və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. 2020-ci ilin yay aylarında Məmmədov X16 Meşə təsərrüfatı mərkəzində istifadəsində olan 1 hektar ərazinin Qəbələ X22 ərazində olan torpaqla əvəzləşdirilməsi barədə müəssisəyə müraciət etmişdir. Daha sonra həmin müraciətlə bağlı ərizə yazmışdır. Bundan sonra əraziyə baxış keçirib, kordinatları müəyyən edib, ərazinin fotoşəkillərini çəkdikdən sonra etiraz etmirik deyə çıxarış çıxarıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə göndərmişlər. Bundan sonra 2020-ci ilin yay aylarında “Vəndam” meşəbəyli ərazisi civarında Şahid1 ərizə ilə müracət etdiyini bildirdiyi əraziyə baxış keçirmişlər. Həmin ərazi 1 hektar yer olmalı imiş. Ərazidə müvafiq ölçülər apardıqdan sonra müəyyən etmişlər ki, ərazi 1 hektar 50 sotdur. Bundan sonra ərazidə apardıqları ölçülər barədə Alim müəllimə məlumat vermişlər və ərazinin 1 hektar 50 sot olduğunu bildirmişlər. Bundan sonra 2021-ci ilin yay ayında “Yenikənd” meşəbəyliyinin 4 saylı meşə zolağında 1 hektar ərazidə müvafiq ölçülər aparıb, müəssisəyə rəhbərinə məruzə etmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq şahid Nümayəndə1 bildirmişdir ki, 2020-ci ilin yay aylarında “Vəndam” meşəbəyliyi ərazisində olan Şahid1 ərizə ilə müraciət etdiyini dediyi əraziyə baxış keçirmişlər. Şahid5 zəng edib məlumat vermişdir ki, ərazidə tikinti işləri aparılır. Şahid5 qeyd etmişdir ki, bu barədə Alim müəllimə məlumat vermişdir. Alim müəllim isə Rahimə əraziyə baxış keçirmək üçün ona müraciət etməsini bildirmişdir. Bundan sonra həmin ərazidə müvafiq ölçülər aparıb Alim müəllimə yazılı kağız təqdim edib otaqdan çıxmışdır. Alim müəllimdən ərazidə aparılan tikinti barədə məlumatının olub-olmamasını soruşmamışdır. “Yenikənd” meşəbəyli ərazisində aparılan tikinti ərazisinə gedərək ölçüləri götürmüşdür. Həmin ərazidə aparılan tikinti barədə məlumatı ona gözətçi Şahid2 vermişdir. Şahid2 ona demişdir ki, bu barədə Alim müəllimə məlumat vermişdir. Həmin vaxt Alim müəllim gözətçiyə aparılan tikinti barədə ona məlumat verməsini bildirmişdir. O da öz növbəsində sabahısı gün əraziyə gedib ölçüləri aparmışdır. Daha sonra ərazidə apardığı ölçülər barədə Alim müəllimə məlumat vermişdir. Alim müəllim bildirmişdir ki, ərazidə aparılan tikinti barədə özü məşğul olacaqdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuş və sonra imzalamışdır. Müstəntiqə də bu məzmunda ifadə vermişdir. Alim müəllim ərazidə aparılan tikinti barədə ona bildirmişdir ki, Şahid1 xidmətə ünvanladığı ərizə var və ona müqavilə veriləcəkdir. Alim müəllim ərazidə aparılan tikintini dayandırmaq barədə ona heç nə bildirməmişdir. Şahid1 İsmayıllı Meşə təsərrüfatı mərkəzində istifadəsində olan 1 hektar ərazinin Qəbələ X22 ərazisində olan torpaqla əvəzləşdirilməsi barədə onun işlədiyi idarəyə müraciət etmişdir. Onlar həmin ərazini ölçmüş və “torpaq əvəzləşdirməsinə etirazları yoxdur” məzmunlu məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə göndərmişlər. Məktubu isə o hazırlamışdır. Alim müəllim də həmin məktuba imza atmışdır. Alim müəllimlə Şahid1 arasında olan danışıqlar barədə məlumatı yoxdur. Əgər səhv etmirsə, 2021-ci ilin yay ayında Alim müəllim onlara zəng edərək ərazidə aparılan tikinti işlərini dayandırmaqlarını bildirmişdir. Onlar da həmin əraziyə gedərək tikintini dayandırmışlar. Həmin vaxt Şahid1 onlara yaxınlaşaraq bildirmişdir ki, o özü Alim müəllimlə danışacaqdır. Alim müəllimlə Şahid1 arasında olan pul söhbətini bilmir. Alim müəllimlə Şahid1 arasında olan pul söhbətində iştirak etməmişdir. Şahid1 onların işlədiyi idarəyə gələrək Alim müəllimə bildirmişdir ki, ərazidə aparılan tikinti işlərinə bir xeyli pul xərcləmişdir. O sadəcə bu söhbətin şahidi olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əməkdaşları ilə birlikdə ərazidə aparılan qanunsuz tikili ilə bağlı araşdırma aparılmış və Şahid1 barəsində müvafiq akt tərtib olunaraq 50 min manat cərimə yazılmışdır. Əgər vətəndaş torpaq əvəzləşdirmək istəyirsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə ərizə ünvanlamalıdır. Bundan sonra həmin əraziyə idarənin mütəxəssisləri baxış keçirir. Əgər ərazi məqsədə müvafiq hesab olunarsa, vətəndaş xidmətə ərizə ünvanlayır. Həmin ərizə qeydiyyata alınıb müsbət rəy verildiyi təqdirdə, şəxs hansı rayon ərazisindən torpaq istəyirsə həmin rayonda yerləşən idarəyə məktub göndərilir. İcarə müqaviləsi üçün yekun rəyi idarə rəhbəri verir. Əraziyə baxış keçirmək və müvafiq ölçülər aparmaq mütəxəssis kimi onun işi olmuşdur. Lakin nəticə etibarilə ərazi barədə yekun rəyi idarə rəhbəri verirmiş. O, ərazi haqqında hansı rəyi verirmişsə idarə rəhbəri ona uyğun olaraq baş idarəyə eyni məzmunlu məktub göndərirmiş. O, Şahid1 ərazidə apardığı qanunsuz tikili ilə bağlı 2022-ci ilin fevral ayında tərtib olunan aktda iştirak etmişdir. 28 iyul 2021-ci il və 01 oktyabr 2021-ci il tarixlərdə Şahid1 akt tərtib olunmasını eşitmişdir. Alim müəllimin gözətçilərin qanunla apardığı işlərə müdaxilə etdiyini görməmişdir. Ərazidə aparılan qanunsuz tikilini meşə gözətçisi rəsmi məktubla idarəyə bildirmişdir. Alim müəllimlə Şahid1 arasında olan pul söhbətini bilmir. İdarə direktoru olaraq Alim müəllimin hər hansı bir şəxsə icarəyə torpaq vermək səlahiyyəti yoxdur. Şahid1 torpaq əvəzləşdirməsi üçün hara müraciət etməli olduğunu bilmişdir. Şahid2 uzun müddət onun işlədiyi idarədə gözətçi işləmişdir. Şahid2 kiməsə pul verməsini və ya nə isə tələb etməsini eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. İşin üstündən xeyli vaxt keçmişdir. Ola bilsin ki, nə isə unutmuşdur. İbtidai istintaq zamanı ifadəsini bir-iki vərəq oxumuşdur. İfadədə olan sözlər ona aid olduğu üçün ifadənin tamamını oxumamışdır. Ərazi ilə bağlı ilk aktı meşəbəyi tərtib edir. Gözətçi ərazi barədə məlumat verə bilər, lakin akt tərtib edə bilməz. Ərazi ilə bağlı aktı ya meşəbəyi, yada ki, mühafizə mühəndisi tərtib edir. Baş idarədən gələn əməkdaşların akt tərtib etmək səlahiyyətləri vardır. 2021-ci il tarixdə Şahid1 barəsində tərtib olunan aktlardan məlumatı olmamışdır. Şahid1 ilə Alim müəllimin telefonda sözlü mübahisə etdiyinin şahidi olmuşdur. Şahid5 meşə gözətçisidir. Rahim Əhməov 4 saylı meşə zolağında Şahid1 apardığı tikinti işləri ilə bağlı ona məlumat vermişdir. O bu məlumatla bağlı idarə rəhbəri Alim müəllimə məlumat vermişdir. Bundan sonra həmin əraziyə gedib müvafiq ölçülər aparmışdır. Sonra ərazi barədə yazdığı qeydiyyatları Alim müəllimə təqdim etmişdir. Digər ərazilərdə aparılan araşdırmaları yenə eyni qaydada Alim müəllimə məruzə etmişdir. Alim müəllim qeydiyyatlarla bağlı ona bildirmişdir ki, baş idarənin aparılan tikintilər barədə məlumatı vardır və Şahid1 müqavilə veriləcəkdir. Alim müəllimlə Şahid1 telefonda mübahisə etdikləri zaman Şahid1 icarə müqaviləsi üçün Alim müəllimə 55000 manat pul verdiyini eşitmişdir. Bundan əlavə Alim müəllimin icarə müqaviləsi üçün Şahid1 aldığı 55000 manat pulun bir miqadarını yanğına xərcləmişdir deməsini eşitmişdir. Şahid1 Alim müəllimə icarə müqaviləsi üçün pul verməsinə baxmayaraq, Alim müəllimin onu niyə cərimə etdiyini soruşmamışdır. Şahid1 Alim müəllimə icarə müqaviləsi üçün ona pul verdiyini və buna görə də, müqavilə istədiyini bildirmişdir. Alim müəllimlə Şahid1 arasında olan rüsum söhbətindən məlumatı yoxdur. Şahid1 barəsində akt 2022-ci ilin fevral ayında tərtib olunmuşdur. Həmin vaxt idarə müdiri Təqsirləndirilən şəxs olmuşdur. Şahid1 və onun işçisinin cərimə olunmasını eşitmişdir. Şahid1 barəsində olan aktlardan məlumatı vardır. Alim müəllim Şahid1 6 saylı meşə ərazisində apardığı tikilini dayandırmağı bildirmişdir Şahid Nümayəndə1 Abdi oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Nümayəndə1 göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 Meşə uçotu və kadastr üzrə baş mühəndisi vəzifəsində, həmin tarixdən hazıradək Mərkəzin Meşələrin qorunub mühafizə edilməsi üzrə baş mühəndisi vəzifəsində işləyir. 2020-ci ilin yay aylarında Mərkəzin Vəndam meşəbəyliyinin 6 saylı dolayının gözətçisi vəzifəsində işləyən Şahid5 telefon əlaqəsi saxlayaraq gözətçisi olduğu meşə ərazisində, təxminən 1 ha ərazidə Şahid1 tərəfindən tikinti işlərinin aparılması barədə məlumat vermişdir. Özü isə bu barədə Mərkəzin direktoru Təqsirləndirilən şəxs məlumatlandırmış, Təqsirləndirilən şəxs həmin tikinti işindən məlumatlı olduğunu, tezliklə icarə sənədinin hazır olacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şifahi tapşırığına əsasən özü həmin ərazi üzrə koordinatları dəqiqləşdirərərk Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin ərazidə təxminən 1 il ərzində Şahid1 tərəfindən tikinti işləri aparılmışdır. Bundan əlavə, 2021-ci ilin avqust ayında Mərkəzin Yenikənd meşəbəyliyinin 4 saylı dolayının gözətçisi Şahid2 telefon əlaqəsi saxlayaraq gözətçisi olduğu ərazidə Şahid1 tərəfindən tikinti işlərinin aparıldığını, bu barədə Təqsirləndirilən şəxs məlumatlandırdığını, lakin sonuncunun tapşırığı ilə onunla əlaqə saxladığını bildirmişdir. Həmin vaxt şəxsi işləri olduğundan növbəti gün səhər saatlarında qeyd edilən əraziyə getmiş, Təqsirləndirilən şəxs şifahi tapşırığına əsasən həmin ərazinin də koordinatlarını götürərək Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs isə həmin tikililərə də maneəçilik törətməməyini, sənədlərin tezliklə hazırlanacağını bildirmişdir. Həmçinin, Şahid1 icarə müqaviləsi əsasında İsmayıllı rayonu inzibati ərazisində meşə fondu torpaqlarında istifadəsində olan 1 ha torpaq sahəsini Qəbələ rayonu Vəndam meşəbəyliyinin 7 saylı dolayına aid inzibati ərazisində meşə fondu torpaqları ilə dəyişdirmək istəməsi barədə Nazirliyə etdiyi rəsmi müraciəti əsasında Meşələrin İnkişafı Xidmətindən daxil olmuş məktuba əsasən tərəfindən həmin sahənin də koordinatları müəyyən edilərək, bu barədə məktub hazırlayıb Xidmətə rəsmi cavab verilmişdir. 7 saylı meşə dolayının gözətçisi Şahid4dur, onun da gözətçisi olduğu ərazidə Şahid1 tərəfindən tikinti işləri aparılmış, həmin tikinti işlərindən Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Bundan əlavə, Nümayəndə1 ifadəsində bildirmişdir ki, Şahid1 tərəfindən 2020-ci ilin yay aylarından 2022-ci ilin fevral ayının sonuna kimi Mərkəzin Vəndam meşəbəyliyinin 6 və 7 saylı, Yenikənd meşəbəyliyinin 4 saylı dolaylarında tikinti işləri aparılmış, həmin tikinti işlərinin aparılmasından Təqsirləndirilən şəxs tam məlumatlı olmuş və buna şərait yaratmışdır. 2022-ci ilin fevral ayının sonlarında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən Mərkəzdə yoxlama aparılmış və müqaviləsi olmayan, habelə müqaviləsi bitmiş obyektlərlə bağlı aktlar tərtib edilmişdir. Şahid1 da sənədləri olmadığından onun barəsində akt tərtib edilmiş və o 50.006 manat məbləğində meşə fonduna ziyan vurması müəyyən edilmişdir. Bundan sonra özü Şahid1 Təqsirləndirilən şəxs ilə dəfələrlə mübahisələrinin şahidi olmuşdur. Belə ki, Şahid1 həmin mübahisələr zamanı icarə sənədlərinin hazırlanması üçün Təqsirləndirilən şəxs 55.000 manat pul verdiyini, Təqsirləndirilən şəxs isə həmin məbləğin bir hissəsini 2021-ci ilin payız aylarında baş vermiş meşə yanğınlarında istifadə etdiyini, bir hissəsini isə adını qeyd etmədiyi Meşələrin İnkişafı Xidmətinin rəhbərliyinə verdiyini, lakin özünün də aldanıldığını, məbləğin yarı hissəsinin geri qaytarmağa hazır olduğunu bildirirdi. Şahid1 isə icarə əsasında ona verilməli olan meşə ərazisində tikinti işləri apardığını, külli miqdarda xərc çəkdiyini, bu səbəbdən də ümumilikdə xərclədiyi pulun geri qaytarılmasını tələb edirdi. Aralarında olan mübahisədən bir neçə saat sonra Təqsirləndirilən şəxs Şahid1la yenidən əlaqə saxlayaraq sənədlərin tezliklə hazır olacağını bildirib münasibətləri bərpa edirdi. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs 55.000 manat pulun verilməsinə şəxsən şahidlik etməsə də, onların arasında olan mübahisə zamanı Şahid1 Təqsirləndirilən şəxs 55.000 manat pul verdiyini deməsinə və Təqsirləndirilən şəxs də bunu təsdiq etməsinə şahidlik etmişdir. Nümayəndə1 həmçinin ifadəsində bildirmişdir ki, Şahid1 və Şahid2 tərəfindən sahibkarlıq məqsədi ilə istifadə edilən sözügedən torpaq sahələri Ekoloqiya və Təbii sərvətlər Nazirliyinin balansında olan Meşə fonduna aid dövlət torpaq sahələridir. Meşə Fonduna aid torpaq sahələrinin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı bildirmişdir ki, ilkin olaraq vətəndaş Meşə fondu torpaqlarında hər hansı sahədə ərazini icarəyə götürmək istəməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə ərizə ilə müraciət edir. Həmin müraciət əsasında Xidmət tərəfindən torpaq sahəsinin yerləşdıyi X21 Mərkəzinə məktub ünvanlanır. Həmin məktub əsasında ərazinin koordinatları müəyənləşdirilir, həmin koordinatlar və ərazinin ümumi vəziyyəti barədə məlumat (sxem, meşənin sıxlığı barədə məlumat, fotoşəkillər), habelə həmin torpaq sahəsinin icarəyə verilməsinin məqsədəmüvafiq hesab edilib-edilməməsi barədə və digər məlumatlar Xidmətə təqdim edilir. Daha sonra vətəndaşla Regional X11 direktoru arasında icarə müqaviləsi bağlanır, həmin müqavilə Meşələrin İnkişafı Xidmətində qeydiyyata alındıqdan sonra vətəndaşa təqdim edilir. Şahid Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zaman verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X6 meşəbəyliyinin 4 saylı dolayının gözətçisi işləyir. 26 avqust 2021-ci il tarixdə axşam saat 18:00 radələrində nəzarət etdiyi ərazidə yolun kənarında 5-6 nəfər şəxsin iş gördüyünü görüb, həmin şəxslərə yaxınlaşıb ərazidə nə iş gördüklərini soruşmuşdur. Həmin vaxt Şahid1 da həmin ərazidə olmuşdur. Şahid1 ona bildirmişdir ki, ərazidə apardığı tikili ilə bağlı idarə müdirinin məlumatı vardır. O da həmin vaxt Alim müəllimə zəng edərək ərazidə aparılan tikili barədə məlumat vermişdir. Alim müəllim də ona demişdir ki, məsələ ilə əlaqəli Nümayəndə1 ilə əlaqə saxlasın. Nümayəndə1 gecə olduğu üçün əraziyə səhər baxacağını bildirmişdir. Sabahısı gün Nümayəndə1 zəng etmiş, Nümayəndə1 əraziyə gəlib baxdığını və Şahid1 həmin əraziyə 1-2 söhbətgah qoyacağını bildirmişdir. Bir müddət sonra Alim müəllimlə həmin əraziyə getmişlər. Həmin vaxt Alim müəllim sahə müdirini çağırmışdır. Alim müəllim əraziyə daxil olmuş və işçilərə tikilini sökmələrini bildirmişdir. Bir müddət sonra Alim müəllim ərazidən çıxıb getmişdir. Axşam radələrində həmin əraziyə Şahid1 gəlmiş və tikilidən Alim müəllimin xəbəri olduğunu qeyd etmişdir. Bir müddət sonra həmin ərazidə ağacların kəsildiyini eşitmişdir. Bundan sonra həmin əraziyə getmiş və ağacların kəsildiyini görmüşdür. Şahid1 yaxınlaşıb bu barədə məlumat almışdır. Şahid1 kəsilən ağaclardan Alim müəllimin xəbəri olduğunu bildirmişdir. Həmin vaxt əraziyə Nümayəndə1 gəlmişdir. Elə olmuş ki, kəsilən ağaclar barədə Alim müəllimə zəng edib məlumat vermişdir. Alim müəllim bu barədə “102” qaynar xəttinə zəng edib məlumat verməyini bildirmişdir. O da “102” qaynar xəttinə zəng edib ərazidə kəsilən ağaclar barədə məlumat vermişdir. Özü ilə bağlı epizodla əlaqəli bunu deyə bilər ki, Alim müəllimə yaxınlaşıb ərazidə bir-iki daşınan stol qoymaq istədiyini bildirmişdir. Alim müəllim ona demişdir ki, bu barədə xidmətlə danışıb icazə almaq lazımdır. O da Alim müəllimə müqavilə üçün 1000 manat pulunun olduğunu bildirmişdir. Sabahısı gün 1500 manat pulu sahə müdirinə vermişdir. Sahə müdiri həmin pulu Alim müəllimin xidməti maşınına aparıb qoymuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid2 bildirmişdir ki, Şahid3 əraziyə bir-iki daşınan stol qoymağı üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O da 1500 manat pulunun olduğunu bildirmişdir. Həmin 1500 manat pul ona geri qaytarılmışdır. Pulu ona Şahid3 qaytarmışdır. Qaytarılan 1500 manat puldan Alim müəllimin xəbəri olmuşdur. Ərazidə aparılan tikintiyə maneə olmağı barədə ona heç kim göstəriş verməmişdir. Prokurorluğa nə vaxt dəvət olunduğunu dəqiq xatırlamır. O, Alim müəllim barəsində şikayət etdiyi vaxt prokurorluqda araşdırma aparılırmış. İzahatını xatırlayır. Prokurorluqda Alim müəllimin ondan pul tələb etməsi barədə həç nə deməmişdir. İzahatda göstərilən imza ona aiddir. Alim müəllimə pulu müqavilə üçün vermişdir. İş yerində ona töhmət verilmişdir. Məhz bundan sonra Alim müəllimdən şikayətçi olmuşdur. Alim müəllimlə Şahid1 arasında olan pul söhbətini bilmir. Şahid1 ərazidə apardığı tikili ilə əlaqəli barəsində olan sənədləşdirmələr haqqında məlumatı yoxdur. Ərazidə gördüyü işlə əlaqəli cərimələnmişdir. Alim müəllim ona ərazidə nə isə tikməyi bildirməmişdir. Alim müəllim xidməti otağında ona ərazidə olan tikilini sökməyini bildirməmişdir. Alim müəllim ona işçilərin yanında bildirmişdir ki, ərazidə olan tikilini sökməlidir. Alim müəllimin ərazidə ictimai iaşə obyektı açmaq üçün ona icazə vermək səlahiyyəti olmamışdır. Alim müəllimi özünə yaxın bildiyi üçün müraciət etmişdir. Çünki istəyirmiş ki, qanuni sənəd düzəltsin. Şahid3 xidmətdən icazə almaq üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O da 1500 manat pulunun olduğunu qeyd etmişdir. Şahid3 pulu vermişdir ki, Alim müəllimə versin. Faiq pulu Alim müəllimin xidməti maşınına aparmışdır. Ərazidə olan tikililər barədə rəhbərliyə məlumat vermişdir. “Yenikənd” ərazisində olan tikili yola yaxın olmuşdur. Yoldan keçən insanlar həmin tikilini görürmüşlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid2 göstərmişdir ki, 2004-cü ilin iyun ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X6 meşəbəyliyinin 4 saylı dolayının gözətçisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə gözətçisi olduğu meşə ərazisində qazıntı işlərinin aparılmasına şahidlik etmiş, bu səbəbdən həmin əraziyə yaxınlaşdıqda tikinti işlərinin Şahid1 tərəfindən aparıldığını görmüşdür. Bununla bağlı Şahid1 zəruri sənədləri tələb etdikdə, o, bu barədə Mərkəzin direktoru Təqsirləndirilən şəxs məlumat verdiyini, onun razılığı ilə tikinti işlərini apardığını bildirmişdir. Bundan sonra özü Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb qeyd edilənlər barədə ona məlumat vermiş, sonuncu isə bu barədə Mərkəzin Meşə uçotu və kadastr üzrə baş mühəndisi Nümayəndə1lə əlaqə saxlamağını tapşırmışdır. Bundan sonra, Nümayəndə1lə telefon əlaqəsi saxladıqda, sonuncu növbəti gün səhər saatlarında gəlib əraziyə baxacağını bildirmişdir. Növbəti gün Nümayəndə1lə bir daha telefon əlaqəsi saxladıqda o, səhər saatlarında gəlib tikinti işləri ilə tanış olduğunu, həmin tikinti işi ilə əlaqədar Şahid1 maneəçilik törətməməyini tapşırmışdır. Özü Şahid1 tərəfindən ərazidə tikinti işlərinin aparılması barədə Yenikənd meşəbəyisi Şahid3 də məlumat vermişdir. Bundan sonra, təxminən 7 ay ərzində Şahid1 tərəfindən həmin meşə ərazisində, həm gözətçisi olduğu Yenikənd meşəbəyliyində, həm də gözətçisi Şahid4 adlı şəxs olan Vəndam meşəbəyliyində tikinti-quraşdırma işləri aparılmış, həmin tikinti işlərindən həm Təqsirləndirilən şəxs, həm də Nümayəndə1 məlumatı var idi. Özünün gözətçi olduğu Yenikənd meşəbəyliyinin 4 saylı dolayı ilə Şahid4 gözətçisi olduğu Vəndam meşəbəyliyinin 7 saylı dolayı yan-yana yerləşir, həmin ərazini Bakı-Qəbələ avtomobil yolu ayırır. Şahid1 tərəfindən tikinti işlərinin aparıldığı həmin ərazi yol kənarında yerləşdiyindən Təqsirləndirilən şəxs və Mərkəzin digər vəzifəli şəxslərinin bundan məlumatsız olması qeyri-mümkün haldır. Həmçinin, tikinti işlərinin aparılması barədə həm Təqsirləndirilən şəxs, həm də Nümayəndə1 şifahi olaraq məlumat versə də, yanlış hərəkəti qeyd edilənlərlə bağlı yazılı məlumat verməməyi olmuş, buna görə də Nazirlik tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə, Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 24-25 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs gözətçisi olduğu meşə ərazisində 0,6 ha torpaq sahəsini icarə əsasında onun istifadəsinə verməsini xahiş etmişdir. Söhbət zamanı Yenikənd meşəbəyliyinin meşəbəyisi Şahid3 də iştirak etmişdir. Təqsirləndirilən şəxs bunun qarşılığında ilkin olaraq 2.000 manat pul tələb etsə də, sonradan 1.500 manata razılıq vermişdir. Təqsirləndirilən şəxs aldığı 1.500 manat pulu Ekologiya və Təbii Sərvətlər Nazirliyində adını çəkmədiyi şəxsə verəcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs Mərkəzin direktoru olduğundan ona hər hansı dəqiqləşdirici sual verməmişdir. Sabahısı gün, 1.500 manat pulu Şahid3, sonuncu isə həmin məbləği onun yanında, Mərkəzin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tikinti işlərinə başlamağını, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə özünün danışacağını və icarə sənədinin veriləcəyini bildirmişdir. Bu səbəbdən özü tikinti işlərinə başlamış, lakin 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs tikinti işlərinin dayandırmağı və inşa etdiyi tikililəri sökməyini tapşırmışdır. Məcbur qalaraq tikintini yarımçıq saxlamış, lakin, Təqsirləndirilən şəxs ona təqdim etdiyi 1.500 manat pulu həmin vaxt geri qaytarmamışdır. Bundan sonra 2022-ci ilin mart ayında Meşələrin İnkişafı xidmətinin işçiləri tərəfindən aparılan monitoring zamanı, həmin ərazidə icarə müqaviləsi olmadan apardığı tikililərlə əlaqədar qardaşı oğlu X3 adına müvafiq akt tərtib edilmişdir. Belə ki, özü Qəbələ reqional X11 işçisi olduğuna görə, icarəyə götürmək istədiyi həmin torpaq sahəsini qardaşı oğlu Tural Atakişizadənin adına rəsmiləşdirilməsi üçün bütün sənədləşmə olun adından aparılsa da, həmin tikiliklər faktiki olaraq özünün tərəfindən həyata keçirilmiş, Tural Atakişizadə bəzi işlərdə ona köməklik etmişdir. Akt tərtib edilən zaman, Tural da ərazidə olduğundan, özü isə Qəbələ reqional X11 işçisi olduğuna görə, akt Turalın adına rəsmiləşdirilmişdir. Şahid2 həmçinin əlavə etmişdir ki, özünün hüquq mühafizə orqanına şikayətindən sonra, Təqsirləndirilən şəxs, ona verdiyi 1.500 manat pulu Şahid3 vasitəsilə 2022-ci ilin iyul ayında tam olaraq qeri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X6 meşəbəyliyinin meşəbəyisi işləyir. Hadisə ilə əlaqəli bunu deyə bilər ki, gözətçi Şahid2 ona zəng edərək ərazidə tikili aparıldığını bildirmişdir. O da dərhal həmin əraziyə getmişdir. Əraziyə baxış keçirdikdən 2 gün sonra aldğı məlumata görə həmin ərazidə ağac kəsildiyini eşitmişdir. Bundan sonra Nümayəndə1 ilə birlikdə əraziyə getmişlər. Hadisə barədə Alim müəllimə məlumat vermişlər. Alim müəllim ağaclar kəsildiyinə görə “102” qaynar xəttinə məlumat verməklərini bildirmişdir. Bundan sonra sənədləşmə işləri aparılmışdır və Şahid1 cərimələnmişdir. Onlar hər dəfə həmin ərazidə olan tikinti işlərini saxlamış, lakin bir-iki gün sonra tikinti işləri yenə davam etmişdir. Şahid2 ərazidə balaca bir iaşə obyekti açmaq istəyirmiş. Bununla bağlı Şahid2 idarə müdiri Alim müəllimə yaxınlaşaraq məlumat vermiş və ərazidə iaşə obyekti açmaq istədiyini bildirmişdir. Bundan sonra Şahid2 iaşə obyekti ilə əlaqəli müqavilə almaq üçün 1500 manat pul gətirmişdir. O da həmin pulu Alim müəllimə vermişdir. Sonra Şahid2 ərizə ilə hüquq mühafizə orqanlarına şikayət etdiyi üçün həmin pul Şahid2 geri qaytarılmışdır. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Şahid2 pul müqavilə hazırlamaq üçün alınmışdır. Ərazidə aparılan tikililər ilə əlaqəli Alim müəllimə məlumat vermişdir. Şahid1 ərazidə apardığı tikilidən Alim müəllimin məlumatı olduğunu və müqaviləsi olduğunu bildirmişdir. Alim müəllim bir-neçə dəfə ərazidə davam edən tikilini saxlayıb, lakin bir-neçə gün sonra tikinti işləri ərazidə davam etmişdir. İbtidai istintaq zamanı müstəntiqə bu məzmunda ifadə vermişdir. Şahid1 ərazidə apardığı tikinti işlərinə görə şiddətli töhmət almışdır. Şahid1 tikinti işlərini təzə başladığı zaman ağacları kəsdirdiyi üçün cərimə olunmuşdur. Şahid1 ərazidə işə təzə başladığı vaxt barəsində akt tərtib olunmuşdur. Şahid1 digər ərazilərlə bağlı barəsində akt tərtib olunmasından məlumatı yoxdur. Ərazidə aparılan işlərdən məlumatı olmuşdur. Ərazidə olan işlər barədə idarəyə məlumat vermişdir. Şahid1 ərazidə apardığı tikili barəsində Alim müəllimə zəng edib məlumat vermişdir. Alim müəllim həmin vaxt ona demişdir ki, Şahid1 maneə törətməsin. Bir-neçə dəfə ərazidə olan tikinti işlərini dayandırmışlar, lakin bir-iki gün sonra tikinti işləri davam etmişdir. Şahid1 ərazidə apardığı tikinti üçün müqaviləsi olduğunu bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində AŞahid3 göstərmişdir ki, 2014-cü ildən hazıradək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X8 meşəbəyliyində meşəbəyi vəzifəsində işləyir. xx.xx.2021-ci ildə axşam saatlarında meşəbəyi olduğu ərazinin gözətçisi Şahid2 əlaqə saxlayaraq meşə ərazisində qazıntı işlərinin aparılması barədə ona məlumat vermişdir. Özü həmin əraziyə getdikdə vətəndaş Şahid1 meşə ərazisində təmir-tikinti işləri ilə məşğul olduğunu görmüşdür. Şahid1 Mərkəzin direktoru Təqsirləndirilən şəxs şifahi icazəsi əsasında orada tikinti işləri apardığını bildirmişdir. Qeyd edilənlər barədə Təqsirləndirilən şəxs və Mərkəzin Meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsində işləyən Nümayəndə1 məlumat vermiş, Təqsirləndirilən şəxs həmin tikinti işlərinin aparılmasına maneəçilik törətməməyini, tezliklə icarə müqaviləsinin veriləcəyini bildirmişdir. Bundan sonra təxminən 6-7 ay ərzində Şahid1 təxminən 1 ha-dan artıq sahədə, gözətçisi Şahid2 olan Yenikənd meşəbəyliyinin 4-cü dolayının ərazidə təmir-tikinti işləri aparılmış, həmin tikinti işlərindən Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Təxminən 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs yenidən həmin əraziyə gələrkən, ona bir daha Yaşarın həmin ərazidə çoxlu tikililər apardığını bildirmişdir. Alim müəllim isə onunla birlikdə həmin əraziyə baxmış, lakin heç nə demədən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisinin göstərişi ilə həmin Xidmətin işçiləri və Nümayəndə1 iştirakı ilə qeyd olunan əraziyə baxış keçirilmiş, baxış zamanı həmin ərazidə müxtəlif ölçülü dəmir dirəklər üzərində və mişar daşı ilə tikilmiş söhbətgahlar və digər tikililərin inşa edildiyi aşkar edilmişdir. Baxış zamanı həmçinin, qeyd olunan ərazi ilə həmsərhəd olan, Vəndam meşəbəyliyinin ərazisində də, eyni qaydada müxtəlif tikililərin inşa edildiyi aşkar edilmiş, bu barədə müvafiq aktlar tərtib edilmişdir. Özü həmin tikililər barədə Təqsirləndirilən şəxs dəfələrlə şifahi məlumat vermişdir. Yanlış hərəkəti qeyd edilənlərlə bağlı yazılı məlumat verməməyi olmuşdur, buna görə də Nazirlik tərəfindən şiddətli töhmət intizam məsuliyyətinə cəlb edilmişdir. Şahid3 həmçinin ifadəsində bildirmişdir ki, 2021-ci ilin sonlarında Şahid2 gözətçisi olduğu meşə ərazisində obyekt-restoran açmaq istədiyini ona bildirmiş, özü isə bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Şahid2la Təqsirləndirilən şəxs söhbəti zamanı özü də iştirak etmişdir. Təqsirləndirilən şəxs bunun qarşılığında Şahid2 ilkin olaraq 2.000 manat pul tələb etsə də, sonradan 1.500 manata razılıq vermişdir. Sabahısı gün 1.500 manat pulu Şahid2 ona təqdim edərək, Alim müəllim Mərkəzin direktoru olduğuna görə pul vəsaitini özünün birbaşa ona təqdim etməsi düzün olmadığını bildirmiş, pulu Alimə təqdim etməyini xahiş etmişdir. Özü də Şahid2 yanında Mərkəzin inzibati binasının qarşısında həmin məbləği Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tikinti işlərinin aparılmasına razılıq vermiş və qısa müddət ərzində icarə müqaviləsinin hazır olacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin məbləği Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ödəyəciyini bildirmişdir. Alim müəllim Mərkəzin direktoru olduğundan ona hər hansı dəqiqləşdirici sual verməmişdir. Alim müəllim həmin pulu istəyib, sonradan alarkən, həmin vəsaitin rüşvət qismində alındığını bilmirdi. Şahid2 hüquq mühafizə orqanına olan şikayətindən sonra, Təqsirləndirilən şəxs 1.500 manat pulu 2022-ci ilin iyul ayının əvvəllərində ona təqdim edərək, Şahid2 qaytarmağını xahiş etmiş, özü də həmin vəsaiti Hüseynə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə olduğu dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X9 meşəbəyliyinin 7 saylı meşə ərazsində gözətçi işləmişdir. Hadisə ilə əlaqəli bunu deyə bilər ki, Şahid1 ərazidə tikinti işləri aparmış, bununla bağlı meşəbəyi olan Şahid6 məlumat vermişdir. Sonra ərazidə aktlaşma işləri aparılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Şahid1 ərazidə apardığı tikili barədə meşəbəyinə məlumat vermişdir. Səhv etmirsə Nümayəndə1 akt tərtib olunduğu vaxt orada iştirak etməmişdir. Şahid1 Alim müəllimə pul verməsini görməmişdir. Ərazidə aparılan tikilidən məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə olduğu dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X9 meşəbəyliyinin meşəbəyisi işləmişdir. Hadisə olan dövrdə keçmiş meşə gözətçisi Rəşadət Nəbiyəv ona zəng edərək bildirmişdir ki, ərazidə tikinti işləri aparılır. Bununla bağlı gözətçi Rahimə zəng etmiş və ərazidə nə baş verdiyini soruşmuşdur. Bundan sonra “Fil qulağı” adlanan əraziyə getmiş və ərazidə tikinti işlərinin aparıldığını görmüşdür. Bununla bağlı gözətçidən məlumat almışdır. Gözətçi Şahid4 bildirmişdir ki, tikinti işləri aparan şəxs müqaviləsi olduğunu bildirmişdir. O da gözətçidən ona müqavilə göstərib-göstərilmədiyini soruşmuşdur. Gözətçi ona müqavilə göstərilmədiyini bildirmişdir. O da dərhal qanunsuz tikili ilə bağlı akt tərtib etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid6 bildirdi ki, qanunsuz tikili ilə bağlı akt tərtib olunmuşdur. Şahid1 barəsində 4-5 akt tərtib olunmuşdur. Həmin aktlarda onun qanunsuz tikili ilə məşğul olması göstərilmişdir. Şahid1 Alim müəllimə pul verməsini görməmişdir. Akt tərtib etdiyi vaxt Alim müəllim ona müdaxilə etməmişdir. Şahid1 ərazi ilə bağlı bildirmişdir ki, müqaviləsi vardır. Bununla bağlı Nümayəndə1 məlumat vermişdir. Nümayəndə1 tikilidən baş idarənin məlumatı olduğunu bildirmişdir. Ərazidə tikinti işləri aparılan zaman “Covid-19” xəstəsi olduğu üçün evdə olmuşdur. Həmin vaxt ona zəng gəlmişdir ki, ərazidə tikinti işləri gedir. Bununla bağlı gözətçi Şahid5 zəng etmişdir. Rahimdən məsələ ilə bağlı soruşduğu zaman, ona bildirmişdir ki, ərazidə tikinti işləri gedir və rəhbərlik tikintiyə icazə vermişdir. O da müqavilə olub-olmadığını soruşmuşdur. Rahim hər hansı müqavilənin olmadığını qeyd etmişdir. Daha sonra əraziyə getmişdir. Şahid1 ona bildirmişdir ki, rəhbərlik ona müqavilə verəcəkdir. O da Yaşara bildirmişdir ki, əgər gələn həftəyə qədər müqavilə təqdim etməsə, onun barəsində tədbir görəcəkdir. Bundan sonra, qanunsuz tikintiyə görə akt tərtib etmiş və idarəyə göndərmişdir. Gözətçinin ərazidə olmamağı ilə bağlı ona heç kim zəng etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Bəxtiyar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid1 tikinti apardığı ərazilərdə usta işləmişdir. Alim müəllimi əraziyə gəldiyi vaxt tanımışdır. Şahid1la Təqsirləndirilən şəxs ərazidə görüşmüşlər. Lakin nə barədə söhbət etdiklərini bilmir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs tikinti aparılan əraziyə gəlmişdir. Şahid1la Təqsirləndirilən şəxs nə barəsində söhbət etdiklərini bilmir. Təqsirləndirilən şəxs tikintini saxlamağı barədə onlara heç nə deməmişdir. Ərazidə ağac kəsdiyi üçün hüquq mühafizə orqanları tərəfindən cərimə olunmuşdur. Ağac kəsməyi ilə əlaqəli Şahid1 heç bir əlaqəsi olmamışdır. Ağacları işlədiyi ərazidə özünə lazım olduğu üçün kəsmişdir. Təqsirləndirilən şəxs ərazidə gedən tikintini dayandırmaq barədə onlara heç nə bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktor müavini vəzifəsində işləyir. Hadisə ilə əlaqəli bunu deyə bilər ki, Şahid1 torpaq əvəzləşdirməsi üçün idarəyə müraciət etmişdir. Buna görə də, ona müqavilə veriləcəyindən məlumatları olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Şahid1 ərazidə apardığı tikinti işləri barədə Alim müəllimə məlumat vermişdir. Belə ki, idarədə hamı bilmişdir ki, Şahid1 müqavilə veriləcəkdir. Təqsirləndirilən şəxs ona Şahid1 müqavilə veriləcəyini bildirmişdir. Şahid1 Alim müəllimə pul verməsini görməmişdir. Alim müəllim Şahid1 güzəşt göstərməkləri barədə göstəriş verməmişdir. Şahid2 ərazidə ictimai iaşə obyekti açmaq istəmiş, bununla bağlı Alim müəllimə müraciət etmişdir. Bildiyim qədəri ilə Alim müəllim tərəfindən Hüseynə həmin ərazidə tikinti-quraşdırma işlərinin aparılmasına şifahi olaraq icazə verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdmişdir ki, o, hadisə olan dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X9 meşəbəyliyinin 6 saylı dolayının gözətçisi işləmişdir. Hadisə ilə bağlı bunu deyə bilər ki, Şahid1 2020-ci ilin sentyabr ayında ərazidə tikinti işləri aparmışdır. Xatrıladığı qədəri ilə 8 ay ərazidə tikinti işləri getmişdir. Bundan sonra, 2022-ci ilin mart ayında tikinti işləri dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid5 bildirmişdir ki, gözətçi olduğu sahədə tikinti işləri getmişdir. Bununla bağlı Arzu müəllimə bildirmişdir. Arzu müəllim demişdir ki, tikinti işlərindən rəhbərliyin məlumatı vardır. Şahid1 sahədə tikinti işləri aparmışdır. Şahid1 ərazidə söhbətgahlar tikirdirmişdir. Bu barədə meşəbəyi Şahid6 məlumat vermişdir. Şahid6 demişdir ki, ərazidə tikinti qanunsuz gedir. Lakin bununla bağlı tikintini dayandırmamışlar. Ərazidə Təqsirləndirilən şəxs Şahid1la birlikdə olduqları zaman görmüşdür. Həmin ərəfədə onlar orada olduqları müddətdə tikinti işləri getmişdir. Şahid6 ona demişdir ki, Şahid1 müqaviləsi yoxdur. Nümayəndə1 həmin vaxt Qəbələ Regional X11 Meşələrin qorunub və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləmişdir. Tikinti barədə Nümayəndə1 bildirmişdir. Nümayəndə1 da ona bildirmişdir ki, Şahid1 icazəsi vardır. Ərazidə gedən tikinti işləri ilə bağlı Şahid6 məlumat vermişdir. Tikinti işləri ilə bağlı yazılı məlumat verməmişdir. Təlimata görə, yazılı məlumat verməli olduğu halda bunu etməmişdir. Meşəbəyi Sərxan olduğu üçün ona məlumat vermişdir. Nümayəndə1 tikinti işləri başlamadan əvvəl məlumat vermişdir. Alim müəllimi də həmin ərəfələrdə ərazidə görmüşdür. Daha sonra ərazidə tikinti işləri 2 ay davam etmiş, həmin vaxt bir dəfə də ərazidə Alim müəllimi görmüşdür. İbtidai istintaq zamanı ifadəsini oxuyub imza çəkmişdir. Alim məüllim ərazidə olduğu zaman, Şahid1 bildirmişdir ki, onun müqaviləsi Alim müəllimdədir. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt ona təzyiq olunmamışdır. Tikinti işləri başladığı zaman Alim müəllimə yaxınlaşıb tikinti ilə bağlı məlumat almışdır. Alim müəllim həmin vaxt tikintidən onun məlumatı olduğunu və Şahid1 tikinti üçün icazəsi olduğunu qeyd etmişdir. Bundan sonra, Nümayəndə1 soruşmuşdur. Nümayəndə1 də Şahid1 icazəsi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə ərazidə olub, lakin o, hamısını görməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid5 göstərmişdir ki, 2017-ci ilin noyabr ayından hazıradək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X9 meşəbəyliyinin 6 saylı dolayının gözətçisi vəzifəsində işləyir. 2020-ci ilin yay aylarında gözətçisi olduğu meşə ərazisində Dəstmaz çayının kənarında qazıntı işlərinin aparılması barədə məlumatı olan kimi həmin əraziyə yaxınlaşmış və tikinti işlərinin Şahid1 tərəfindən aparıldığını, həmçinin Mərkəzin direktoru Təqsirləndirilən şəxs də orada olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onun icazəsi əsasında Şahid1 tərəfindən tikinti işlərinin aparıldığını, ona maneəçilik törətməməyini tapşırmışdır. Mərkəzin direktoru tərəfindən belə bir tapşırıq verildiyi üçün Şahid1 hər hansı sənəd tələb etməmişdir. Bundan bir neçə gün sonra Mərkəzin Meşə uçotu və kadastr üzrə baş mühəndisi vəzifəsində işləyən Nümayəndə1 bu barədə məlumat vermiş və o da Şahid1 icazəli olduğunu, tikinti işlərinin aparılmasında hər hansı maneəçilik törətməməyini tapşırmışdır. Bundan əlavə, qeyd olunan ərazidə Şahid1 tərəfindən aparılan tikinti quraşdırma işləri ilə bağlı Vəndam meşəbəyliyinin meşəbəyisi Şahid6 məlumat vermiş, sonuncu isə həmin tikililərlə bağlı, təxminən 2021-ci ildə operativ yoxlama barədə akt yazılıaraq idarəyə təqdim edildiyini bildirmişdir. Buna baxmayaraq Şahid1 tərəfindən tikinti quraşdırma işləri 2022-c ilin yanvar ayınadək davam etdirilmişdir. Bundan əlavə, Şahid5 ifadəsində bildirmişdir ki, Şahid1 tərəfindən, həmçinin həmin meşə ərazisində, özünün gözətçisi olduğu Vəndam meşəbəyliyinin 6 saylı dolayından aralı yerləşən əlavə təxminən 2 ha sahədə, həm gözətçisi Şahid2 olan Yenikənd meşəbəyliyinin 4 saylı dolayının ərazisində, həm də gözətçisi İsmət adlı şəxs olan Vəndam meşəbəyliyinin 7 saylı dolayının ərazisində təmir-tikinti işləri aparılmış, həmin tikinti işlərindən Təqsirləndirilən şəxs məlumatı olmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zaman verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, hadisə olan ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ X22 Mərkəzində mühafizə üzrə mühəndis vəzifəsində işləmişdir. Hadisə ilə bağlı bunu deyə bilər ki, Yaşar müəllimə müqavilə veriləcəyini bilirmişdir. Belə ki, ərazidə Yaşar müəllim tərəfindən tikinti işləri aparılırmış. Bundan sonra, bu işlə maraqlanmış və kadastr üzrə mühəndisdən soruşduğu zaman ona deyilmişdir ki, Yaşar müəllimin sənədləri hazırlanır və ona müqavilə veriləcəkdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid10 bildirmişdir ki, Yaşar müəllimin ərazidə tikinti aparması ilə bağlı Nümayəndə1, Şahid3 və Şahid6lə söhbəti olmuşdur. Həmin vaxt ona demişlər ki, Yaşar müəllimə müqavilə veriləcəkdir. O soruşduğu zaman Nümayəndə1, Şahid3 və Şahid6 ona demişlər ki, ərazidə aparılan tikinti işlərindən Təqsirləndirilən şəxs məlumatı vardır. Tikinti aparılan ərazi yol kənarında olmuşdur. Ərazidə 2 il tikinti getmiş və tikinti göz qabağında olduğu üçün hamının məlumatı olmuşdur. 6 və 7 dolayı üzrə qaynar xəttə zəng daxil olmuşdur. O, polis əməkdaşları ilə birlikdə həmin ərazidə olmuşdur. Əgər səhv etmirsə, ağaclar kəsildiyi üçün 2 min manat cərimə yazmışlar. Həmin ağacların kəsilməsi barədə Alim müəllimə məlumat vermişdir. Ağacları Sənyar adlı şəxs kəsmişdir. Təqsirləndirilən şəxs ağacların kəsilməsi ilə bağlı heç nə bildirməmişdir. Sözügedən aktın üzərinə qanunsuz tikili ilə bağlı heç nə yazılmamışdır. Aktın üzərinə yazılmışdir ki, ərazidə operativ yoxlama aparılarkən qanunsuz tikilinin Şahid1 məxsus olduğu aşkarlanıb və ona həmin tikili üçün müqavilə alması tapşırılıb. O, həmin aktı qeydiyyata almışdır. Alim müəllim bütün aktlara dərkanar qoyurmuş. Alim müəllimin vəzifəsi aktlara dərkanar qoymaq, onun vəzifəsi isə həmin aktları qeydiyyata almaq və əgər akt hüquq mühafizə orqanlarına gedəcəksə, onu hazırlamaq və göndərməkdən ibarət olmuşdur. Sözügedən akt yazılarkən artıq tikinti ərazidə mövcud olmuşdur. Əgər aktın üzərinə yazılsaymış ki, ərazidə aparılan tikinti araşdırılsın və ya hüquq mühafizə orqanlarına göndərilsin, sözsüz ki, icra olunarmış. Sözügedən aktın üzərində nə bir hesabat, nə də bir dəymiş ziyan göstərilmişdir. O, idarədə mühafizə üzrə baş mühəndis işləmişdir. Onun vəzifəsi meşələrin qorunması və mühafizə olunmasıdır. Sözügedən aktın üzərində icra olunsun yazılmışdır. Belə ki, bütün aktların üzərində icra olunsun yazılırmış. O, həmin aktdan sonra kadastr üzrə mühəndislə danışmışdır. Nümayəndə1 ona bildirmişdir ki, Yaşar müəllimə müqavilə veriləcəkdir. Həmin məsələni Təqsirləndirilən şəxs ilə dəqiqləşdirmişdir. Alim müəllim ona bildirmişdir ki, Yaşar müəllimə müqavilə veriləcəkdir. Əgər müqavilə yoxsa tikinti aparıla bilməzmiş. Lakin onu qeyd etmək istəyir ki, akt yazıldığı zaman artıq orada 2 il idi ki, tikinti gedirmiş. Ona həmin ərazidə aparılan tikinti işlərini dayandırmaq, sökmək və ya hər hansı bir şey tapşırılmamışdır. Sözügedən ərazi üçün akt yazılıb. Əgər aktın üzərinə yazılsaymış ki, ərazidə aparılan tikinti yerində araşdırılsın və ya hüquq mühafizə orqanlarına göndərilsin, sözsüz ki, gedib araşdırarmış. Dediyi sözlər aktın üzərindəki dərkənarda yazılmalı olmuşdur. Lakin sözügedən aktda bu dedikləri ilə bağlı heç nə yazılmamışdır. İl ərzində 500-600 akt yazılırmış. Hansı işdəki, cinayət tərkibi var, o aktların üzəri tam başqa cür yazılır. İdarə rəhbəri qanunsuz gedən tikiliyə göz yumsa belə, o, reaksiya verməli imiş. Lakin ona demişlər ki, sözügedən tikinti üçün Yaşar müəllimə müqavilə veriləcəkdir. Alim müəllim heç aktın içini açıb oxumayıb. Çünki il ərzində çox sayda akt yazılır və hamısının üzərinə icra olunsun yazılır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini işləyir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid10 göstərmişdir ki, 2020-ci ilin dekabr ayından xx.xx.2022-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi vəzifəsində işləmişdir. Həmin Mərkəzdə işlədiyi zaman məlumatı olmuşdur ki, Vəndam meşəbəyliyinin 6 saylı və 7 saylı dolayıların ərazilərində və Yenikənd meşəbəyliyinin 4 saylı dolayının ərazisində 2020-2022-ci illər ərzində Şahid1 tərəfindən restoran fəaliyyəti üçün bəzi tikinti quraşdırma işləri aparılmışdır. Həmçinin, Yenikənd meşəbəyliyinin 4 saylı dolayının gözətçisi Şahid2 tərəfindən də 2021-ci ildə həmin ərazidə bəzi tikinti-quraşdırma işləri aparılmışdır. Həmin ərazilər yol kənarında yerləşir və bu səbəbdən də Mərkəzin direktoru Təqsirləndirilən şəxs və Mərkəzin digər vəzifəli şəxslərinin bundan məlumatsız olması qeyri-mümkün haldır. Özü də həmin tikililər barədə Vəndam meşəbəyliyinin meşəbəyi Şahid6 və Yenikənd meşəbəyliyinin meşəbəyi Şahid3, habelə X29 və kadastr üzrə baş mühəndisi Nümayəndə1lə şifahi söhbəti olmuşdur, onlar bu barədə mərkəzin direktoru Alim müəllimin məlumatı olduğunu və Alim müəllimin dediyinə görə onlara icarə müqaviləsi veriləcəyini bildirmişlər. Həmçinin, Şahid10 ifadəsində bildirmişdir ki, həqiqətən də Şahid6 və digər işçilərin iştirakı ilə tərtib edilmiş operativ yoxlama aktında Şahid1 tərəfindən icarə müqaviləsi olmadan, Vəndam meşəbəyliyinin 6 və 7-ci dolaylarında yüngül konstruksiyalı besedka (söhbətgah) tikdiyinin aşkar edildiyi qeyd edilmiş, həmin aktlar Mərkəzin direktorunun dərknarı ilə icra üçün ona verilmişdir. Özü həmin aktları oxuduqda, ərazidə qanusuz ağac kəsmə ilə əlaqədar qanun pozuntusunun aşkar olunmadığı qeyd edildiyi üçün nöqsan olmadığı barədə müvafiq kitabda qeyd etmiş, həmçinin qeyd olunan Şahid1 tərəfindən aparılan qanunsuz tikililər barədə isə Alim müəllimə şifahi məlumat vermiş, sonuncu isə bu barədə məlumatı olduğunu, Şahid1 həmin torpaq sahələri ilə əlaqədar icarə müqavilələri veriləcəyini demişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq ibtidai istintaq zaman verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X32 X9 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Hadisə ilə əlaqəli bunu deyə bilər ki, o, olan dövrdə ərazidə qanunsuz tikili olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid8 bildirdi ki, təhvil-təslim işləri aparmışdır. Təhvil-təslim işləri ilə bağlı Təqsirləndirilən şəxs məlumat verməmişdir. Alim müəllimlə aralarında tikintilərlə bağlı söhbət olmamışdır. Alim müəllimin göstərişi olmuş ki, qanunsuz tikililərə yol verilməsin. Fevral ayında yazılan aktda iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt ona təzyiq olunmayıb. O, olan dövrdə ərazidə qanunsuz tikili aparılmayıb. Təhviltəslim vaxtı ona məlum olmuşdur ki, ərazidə qanunsuz tikililər vardır. Təqsirləndirilən şəxs ilə tikintilər barədə söhbəti olmayıb. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid8 göstərmişdir ki, 2019-cu ilin may ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 əmək mühafizəsi üzrə baş mütəxəssisi vəzifəsində işləməyə başlamış, xx.xx.2022-ci ildə Mərkəzin Vəndam meşəbəyliyinin meşəbəyi vəzifəsi həvalə edilmiş, xx.xx.2022-ci il tarixdə isə həmin vəzifəyə təyin edilmişdir. 2022-ci ilin yanvar ayında Vəndam meşəbəyliyinin meşəbəyi vəzifəsi ona həvalə edildiyi zaman məlumatı olmuşdur ki, Vəndam meşəbəyliyinin ərazisində, yəni 6 saylı və 7 saylı dolayıların ərazilərində Şahid1 tərəfindən restoran fəaliyyəti üçün bəzi tikinti quraşdırma işlər aparılmışdır. Həmin tikinti-quraşdırma işləri ondan əvvəlki dövrdə başlansa da, həmin ərazilərlə əlaqədar icarə müqaviləsi olmamışdır. Təhvil-təslim işləri aparılarkən, özü şifahi olaraq Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, Alim müəllim isə bildirmişdir ki, Şahid1 tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar məlumatı var, bununla bağlı heç bir problem yoxdur, ona qısa zamanda həmin ərazilərlə əlaqədar icarə müqavilələri veriləcəkdir. Buna baxmayaraq, Şahid1 icarə müqaviləsi verilməmiş və bir müddət sonra isə, 2022-ci ilin fevral ayında Xidmətin əməkdaşları ilə birlikdə həmin ərazilərə baxış keçirilərək, müvafiq aktlar tərtib edilmişdir Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, 23 aprel 2020-ci il tarixdən, 7 yanvar 2022-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində işləmişdir. Həmin dövrdə meşələrin inkişafı xidmətinin tabeliyində 15 X1muşdur. Onlardan biri də Qəbələ X1muşdur ki, həmin idarənin müdiri Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ondan əvvəl də Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmişdir. Təqsirləndirilən şəxs işlədikləri dövrdə verilən tapşırıqları düzgün yerinə yetirdiyi üçün müdir vəzifəsinə təyin edilmişdir. Yaşar müəllim onlara rəsmi müraciət edib. Belə ki, Yaşar müəllim onun qəbulunda olub. Həmin vaxt ona demişdir ki, bununla bağlı rəsmi müraciət etmək lazımdır. Rəsmi müraciəti onunla izah edir ki, yalnız Qəbələ X22 mərkəzinə yox, idarənin özünə və ya hər hansı idarəsinə müraciət edə bilər. 7 fevral 2021-ci il tarixdə Yaşar müəllimə rəsmi məlumat göndərilmişdir. Belə ki, məlumatın məzmununda onun müraciətinə baxılmışdır və həmin yeri təhvil verdikdən sonra, digər məsələyə baxıla bilər cavabı verilmişdir. Yəni Şahid1 imtina məktubu göndərilmişdir. Hər bir vətəndaşı qəbul etmək onların vəzifə borcu olmuşdur. Hansı ki, Yaşar müəllim də vətəndaş kimi rəsmi müraciət edib və ona rəsmi cavab verilib. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Namiq Xıdırov göstərmişdir ki, Şahid1 idarəyə rəsmi müraciət etməsini bildirmişdir. Ümumiyyətlə onlar vətəndaşlara idarəyə və ya harada yaşayırsa oradakı idarəyə rəsmi müraciət etmələrini bildirmişlər. İbtidai istintaq zamanı çağırılmamışdır. Onların Şahid1 cavab məktubu vardır. Alim müəllimlə rəsmi münasibətləri olub. Alim müəllimlə tikinti aparılması və ya kiməsə icazə verilməsi barədə söhbətləri olmayıb. Prosedur belədir ki, vətəndaş ilk əvvəl rəsmi müraciət edir. Həmin müraciət yerli idarəyə göndərilir ki, bununla bağlı araşdırılıb rəsmi cavab verilsin. Araşdırmanın nəticəsində cavab gəldiyi zaman uyğun olduqda, Meşələrin İnkişafı Xidməti adından nazir müavininə xidməti məruzə yazılır. Daha sonra nazir müavini müvafiq cavab verdikdən sonra, Meşələrin İnkişafı Xidmətindən yerli idarəyə müvafiq rəy göndərilir ki, müraciət edən şəxslə müqavilə bağlanmasına icazə verilir. Onlar xidməti məruzə yazıb nazir müavininə göndərirlər. Nazir müavini razılıq verib üzərinə yazır ki, etiraz etmir. Nazir müavini etiraz etmədikdən sonra, onların xidmət adından yerli regional idarəyə məlumat göndərilir ki, şəxslə müqavilə bağlanmasına icazə verilir. Bundan sonra, yerli idarənin rəhbəri ilə vətəndaş arasında müqavilə təsdiq olunur və xidmətə göndərilir. Xidmət də onu təsdiqləyir. Sözügedən ərazidə ola bilsin ki, başqa şəxsə icazə verilmişdir. Yerli idarə xidmətə müsbət rəy göndərib və onlar da bunu nazir müavininə göndərmişlər. Nazir müavini etiraz etməyibsə, onlar da icazə vermişlər. Ümumiyyətlə Təqsirləndirilən şəxs səlahiyyəti yoxdur ki, hər hansı şəxslə müqavilə bağlasın. Hətta onun da səlahiyyəti yoxdur. Yalnız nazir müavini icazə verdikdən sonra prosedur başlaya bilər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 4/1479-02-13 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğuna “Qəbələ X22 Mərkəzi”nin direkotru Təqsirləndirilən şəxs korrupsiya hüquqpozmalarına yol verməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayətlə bağlı araşdırlma aparılması üçün müraciət edilmişdir (cild 01 iş vər. 13). İş materiallarından görünür ki, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 044/em saylı əmrinə əsasən, Qəbələ RMTM-nin xidməti ərazilərində icarəyə verilmiş meşə fondu torpaqlarının təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət edilməsi yerində araşdırılarkən, Qəbələ RMTM-nin Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 17-ci kvartalının 2-ci bölməsi və Vəndam meşəbəyliyinin 07 saylı dolayının 105-ci kvartalının 16 və 20-ci bölmələrinin ərazisində cəmi 2,63 ha sahədə, habelə Vəndam meşəbəyliyinin 06 saylı dolayının 90-cı kvartalının 6,9 və 11-ci bölmələrinin ərazisində 4,05 ha sahədə Şahid1 tərəfindən iaşə obyekti kimi gələcəkdə nəzərdə tutulmuş, icarə müqaviləsi olmadan, müxtəlif sayda və ölçüdə tikililərin inşa edildiyi aşkar edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş, habelə Şahid1 tərəfindən meşə fondunun zəbt edərək qanunsuz apardığı tikililər nəticəsində meşə fonduna dəymiş ziyanın Yenikənd meşəbəyliyinin 04 saylı və Vəndam meşəbəyliyinin 07 saylı dolayları üzrə 50.006,0 manat, Vəndam meşəbəyliyinin 06 saylı dolayı üzrə 18.397,89 manat təşkil etdiyi müəyyən edilmişdir ( cild 02 iş vər. 43, 44, 50, 51, 54, 231-235). İş materiallarından görünür ki, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 044/em saylı əmrinə əsasən, Qəbələ RMTM-nin xidməti ərazilərində icarəyə verilmiş meşə fondu torpaqlarının təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət edilməsi yerində araşdırılarkən, Qəbələ RMTM-nin Yenikənd meşəbəyliyinin 04 saylı dolayının 16-cı kvartalının 4-cü bölmməsinin ərazisində 0,61 ha sahədə X3 tərəfindən iaşə obyekti kimi gələcəkdə nəzərdə tutulmuş, icarə müqaviləsi olmadan müxtəlif sayda və ölçüdə tikililərin inşa edildiyi aşkar edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, habelə Tural Atakişizadə tərəfindən meşə fondunun zəbt edərək qanunsuz apardığı tikililər nəticəsində meşə fonduna dəymiş ziyanın 243,60 manat təşkil etdiyi müəyyən edilmişdir (cild 02 iş vər. 55-56, 160, 229-230). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5906 saylı ekspert rəyindən görünür ki, Şahid1 tərəfindən meşə fondunun zəbt ediklərək qanunsuz apardığı tikililər nəticəsində meşə fonduna dəymiş ziyanın Yenikənd müşəbəyliyinin 04 saylı və Vəndam meşəbəyliyinin 07 saylı dolayları üzrə 50.006,0 manat, Vəndam meşəbəyliyinin 06 saylı dolayı üzrə 18.397,89 manat, Tural Atakişizadənin adından meşə fondunun zəbt edərək qanunsuz aparılmış tikililər nəticəsində meşə fonduna dəymiş ziyanın 243,60 manat müəyyən edilməsi öz təsdiqini tapmışdır (cild 03 iş vər. 56-62). İş materiallarından görünür ki, Şahid1 və Şahid2 tərəfindən Qəbələ RMTM-in Vəndam və Yenikənd meşəbəyliklərinin ərazisində qanunsuz olaraq tkinti-quraşdırma işləri aparılan ərazilərə 9 avqust 2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş ərazi Qəbələ-İsmayıllı magistral yolunun Bunud kəndindən keçən hissəsində üzü İsmayıllı rayonu istiqamətində hərəkət edərkən yolun sağ tərəfində yol kənarında meşəlik ərazisində yerləşir. Sahə X32 X6 meşəbəyliyinin 04 saylı dolayının16-cı kvartalının 4-cü bölməsinin ərazisinə aiddir. Baxış zamanı Nümayəndə1 tərəfindən ərazinin koordinatları götürülmüşdür. Ərazi meşəlikdir və baxış keçirilən sahədə 0,61 ha ərazidə tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edildi. Həmin ərazidə 8x6x3 metr ölçüdə (uzinluğu, eni, hündürlüyü) dəmir dirək üzərində aralıqlar bişmiş kərpiclə hörülmüş 1 ədəd mətbəx üçün nəzərdə tutulmuş tikili, 2x1x3 metr ölçüdə dəmir dirəklər üzərində, dəmir listlərlə hörülmüş, yay mətbəxi kimi istifadə üçün nəzərdə tutulmüş, yüngül konstruksiyalı 1 ədəd daşınan tikili, 4x3x3 metr ölçüdə dəmir dirəklər basdırılmış, lakin üstü örtülməmiş 1 ədəd söhbətgah (besedka), 3x2x2 metr ölçüdə dəmirdən daşınan 7 ədəd söhbətgah (besedka), 4x2x2 metr ölçüdə, bişmiş kərpiclə hörülmüş, quyu üzərində 1 ədəd ayaq yolu aşkar edildi. Baxış keçirilməzdən əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı xidmətinin Qəbələ regional X11 Meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi Nümayəndə1 Abdi oğlu bildirdi ki, Meşələrin İnkişafı Xidmətinin 22 fevral 2022-ci il tarixli 044/em saylı əmrinə əsasən, Qəbələ RMTM-nin xidməti ərazisində icarəyə verilmiş meşə fondu torpaqların təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət edilməsi yerində araşdırmaq məqsədilə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 tərəfindən X32 X6 meşəbəyliyinin 04 saylı dolayının 16-cı kvartalının 4-cü bölməsinin ərazisində 0,61 ha sahədən qanunuz istifadə olunmaqla, icarə müqaviləsi olmadan gələcəkdə iaşə obyekti kimi istifadəsi nəzərdə tutulmuş müxtəlif sayda və ölçüdə tikililər inşa edilmişdir. Baxış zamanı aşkar edilmiş qanunsuzluqlar barədə xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin icarəyə götürülməsi ilə ərizə Tural Atakişizadənin adından yazıldığı üçün, akt sonuncunun adına tərtib edilmişdir. Baxış zamanı Şahid2 bildirdi ki, həmin tikililər onun tərəfindən 2021-ci ilin noyabr-dekabr ayından etibarən 2-3 ay ərzində inşa edilmiş, lakin özü Qəbələ RMTM-nin işçisi olduğuna görə, ərazinin icarə müqaviləsini qardaşı oğlu X5 adına rəsmiləşdirmək istədiyi üçün ərizə sonuncunun adından yazılmışdır. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş ilkin olaraq baxış keçirilən ərazi Qəbələ-İsmayıllı magistral yolunun Bunud kəndindən keçən hissəsində üzü İsmayıllı rayonu istiqamətində hərəkət edərkən yolun sağ tərəfində yol kənarında meşəlik ərazisində yerləşir. Sahə X32 X6 meşəbəyliyinin 04 saylı dolayının 17-ci kvartalının 2-ci bölməsinin ərazisinə aiddir. Baxış zamanı Nümayəndə1 tərəfindən ərazinin koordinatları götürülmüşdür. Ərazi meşəlikdir və baxış keçirilən sahədə 1,63 ha ərazidə tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edildi. Həmin ərazidə 14x6x4,2 metr ölçüdə (uzinluğu, eni, hündürlüyü) dəmir dirək üzərində tikintisi yarımçıq qalmış, alt hissəsi təxminən 1 metr mişar daşı ilə hörülmüş 2 ədəd və 10x12x3 metr ölçüdə 1 ədəd, dəmir dirək üzərində tikintisi yarımçıq qalmış, gələcəkdə mətbəx kimi istifadəsi nəzərdə tutulmuş cəmi 3 ədəd tikili, 6x4x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış və tamet daşla döşənmiş 8 ədəd söhbətgah (besedka), 5x4x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış və tamet daşla döşənmiş 3 ədəd söhbətgah (besedka), 4x4x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış və tamet daşla döşənmiş 4 ədəd söhbətgah (besedka), 4x3,5x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış və tamet daşla döşənmiş 3 ədəd söhbətgah (besedka), 3,6x3,3 metr ölçüdə mişar daşından 3 ədəd ayaqyolu inşa edilmiş, 3x0,8x4 metr (uzunluğu, eni, dərinliyi) ölçüdə quyu qazılmışdır.İkinci baxış keçirilən ərazi yuxarıda qeyd olunan ərazi ilə qonşuluqda, avtomobil magistral yolu isə Qəbələ istiqamətində təxminın 200 metr irəlidə, Qəbələ-İsmayıllı magistral yolunun Bunud kəndindən keçən hissəsində üzü İsmayıllı rayonu istiqamətində hərəkət edərkən yolun sol tərəfində yol kənarında meşəlik ərazisində yerləşir. Sahə X32 X9 meşəbəyliyinin 07 saylı dolayının 105ci kvartalının 16 və 20-ci bölməsinin ərazisinə aiddir. Baxış zamanı Nümayəndə1 tərəfindən ərazinin koordinatları götürülmüşdür. Ərazi meşəlikdir və baxış keçirilən sahədə 1,0 ha ərazidə tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edildi. Həmin ərazidə 14x6x4,2 metr ölçüdə (uzinluğu, eni, hündürlüyü) dəmir dirək üzərində tikintisi yarımçıq qalmış, alt hissəsi təxminən 1 metr mişar daşı ilə hörülmüş gələcəkdə mətbəx kimi istifadəsi nəzərdə tutulmuş cəmi 2 ədəd tikili,6x4x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış və tametlənmiş 6 ədəd və həmin ölçüdə natamam, yəni üstü örtülməmiş 1 ədəd, cəmi 7 ədəd söhbətgah (besedka), 8x4x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış 1 ədəd söhbətgah (besedka), 5x4x2,3 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış 2 ədəd söhbətgah (besedka), 4x3,5x2,3 metr ölçüdə (uzunluğu, eni, hündürlüyü) ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış 1 ədəd söhbətgah (besedka), 3,6x3,3 ölçüdə mişar daşından quyu üzərində 3 ədəd ayaqyolu, mişar daşlarının üzərində quraşdırılmış təxminən 4 tonn həcmində 1 ədəd su çəni,15x10x1 metr ölçüdə 1 ədəd, 8x5x1 metr ölçüdə 2 ədəd, 40x10x1 metr ölçüdə 1 ədəd olmaqla, cəmi 4 ədəd qazılmış quyu aşkar edildi. Üçüncü baxış keçirilən ərazi yuxarıda qeyd olunan ərazilərdən aralıda, Vəndam kəndinin ərazisində Dəstəmaz çayının sahilində meşəlik ərazisində yerləşir. Sahə X32 X9 meşəbəyliyinin 06 saylı dolayının 90-cı kvartalının 6,9 və 11-ci bölməsinin ərazisinə aiddir. Baxış zamanı Nümayəndə1 tərəfindən ərazinin koordinatları götürülmüşdür. Ərazi meşəlidir və baxış keçirilən sahədə 4,05 ha ərazidə tikintiquraşdırma işlərinin aparıldığı aşkar edildi. Həmin ərazidə 24x10x4 metr ölçüdə (uzunluğu, eni, hündürlüyü) ölçüdə dəmir dirək üzərində 1 ədəd söhbətgah (besedka), 20x7x2,5 metr ölçüdə dəmir dirəklər üzərində yerinə şeben döşənmiş aralıqları mişar daşı ilə hörülmüş 1 ədəd bina, həmin binaya bitişik 6x3x2,5 metr ölçüdə dəmir dirəklər üzərində 1 ədəd eyvan, binanın digər tərəfində 4x3x2,5 metr ölçüdə 1 ədəd eyvan olan 1 ədəd tikili, 6x4x2,5 metr ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə mişar daşı ilə hörülmüş 1 ədəd, həmin ölçüdə dəmir dirək üzərində yeri 0,20 metr hündürlükdə betonlanmış və tamet daşı ilə döşənmiş 1 ədəd olmaqla cəmi 2 ədəd söhbətgah (besedka), 5x4x2,5 metr ölçüdə dəmir dirəklər üzərində üstü açıq, natamam 2 ədəd söhbətgah (besedka), alt hissəsi 1 metr hündürlükdə mişar daşından hörülmüş, üzəri 2,5 metr hündürlükdə taxtadan inşa edilmiş səkkiz güşəli 1 ədəd otaq, 12x5x0,8 metr ölçüdə çay daşı ilə hörülmüş təməlin üzərində 7x5x3 metr ölçüdə taxtadan tikilmiş 1 ədəd ev, təməlin qalan hissəsində isə həmin evin qarşısında 5x5x3 metr ölçüdə ağac dirəklər üzərində naves, yeri isə betonlanaraq tamet döşənmiş 1 ədəd bina, 6x4x2,5 metr ölçüdə dəmir dirəklər üzərində kənarları taxta ilə tutulmuş yeri betonlanaraq üzərinə tamet döşənmiş 2 ədəd söhbətgah (besedka), 20x10x1 metr ölçüdə mişar daşından hörülmüş təməlin üzərində 10x10x3 metr ölçüdə taxtadan inşa edilmiş 1 ədəd ev və təməlin qalan hissəsinin üzərində həmin evin qarşısında dəmir dirəklər üzərində yanları taxta ilə hörülmüş 10x10x3 metr ölçüdə eyvan olan 1 ədəd bina, 8x4x0,25 metr ölçüdə betonlanmış təməl üzərində 4x4x3 metr ölçüdə taxtadan 1 ədəd otaq və həmin təməlin qalan hissəsində otağın qarşısında dəmir dirəklərdən 4x4x3 metr ölçüdə eyvanı olan 1 ədəd bina, 22x12x1,5 metr (uzunluğu, eni, dərinliyi) ölçüdə 01 ədəd, 30x22x1,5 metr ölçüdə 01 ədəd, 40x20x1,5 metr ölçüdə 01 ədəd, 25x20x1,5 metr ölçüdə 01 ədəd, 25x25x,1,5 metr ölçüdə 01 ədəd, 40x20x1,5 metr ölçüdə 01 ədəd, 60x20x1,5 metr ölçüdə 01 ədəd,30x30x1,5 metr ölçüdə 01 ədəd,60x30x1,5 metr ölçüdə 01 ədəd olmaqla, cəmi 8 ədəd süni şəkildə yaradılmış göllər, təxminən 20 ton su tutumu olan 1 ədəd çən,10x1,2 metr ölçüdə (uzunluğu, eni), kənarları 0,8 metr ölçüdə dəmir barmaqlıqlarla tutulmuş 3 ədəd dəmir körpü, 3x3x2,5 metr ölçüdə 1 ədəd və 1,5x1,5x2 metr ölçüdə 1 ədəd olmaqla cəmi 2 ədəd mişar daşından hörülərək üztü dekorativ daşlarla hörülmüş, yerinə tamet döşənmiş quyu üzərində tikilmiş ayaqyolu aşkar edildi. Baxış keçirilməzdən əvvəl Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı xidmətinin Qəbələ regional X11 Meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi Nümayəndə1 Abdi oğlu bildirdi ki, Meşələrin İnkişafı Xidmətinin 22 fevral 2022-ci il tarixli 044/em saylı əmrinə əsasən, Qəbələ RMTMnin xidməti ərazisində icarəyə verilmiş meşə fondu torpaqların təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət edilməsi yerində araşdırmaq məqsədilə keçirilən baxışi zamanı, GPS ölçmə cihaszı vasitəsilə aparılan ölçü işləri zamanı müəyyən edilmişdir ki, Bakı şəhər sakini Şahid1 Guman oğlu tərəfindən X32 X6 meşəbəyliyinin 04 saylı dolayının 17-ci kvartalının 2-ci bölməsinin ərazisində 1,63 ha sahədən qanunuz istifadə olunmaqla, həmin Mərkəzin Vəndam meşəbəyliyinin 07 saylı dolayının 105-ci kvartalının 16 və 20-ci bölmələrində 1,0 ha sahədən qanunuz istifadə olunmaqla və həmin Mərkəzin Vəndam meşəbəyliyinin 06 saylı dolayının 90-cı kvartalının 6, 9 və 11-ci bölmələrində 4,05 ha sahədən qanunuz istifadə olunmaqla, icarə müqaviləsi olmadan gələcəkdə iaşə obyekti kimi istifadəsi nəzərdə tutulmuş müxtəlif sayda və ölçüdə tikililər inşa edilmişdir. Baxış zamanı aşkar edilmiş qanunsuzluqlar barədə xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Baxış zamanı Şahid9 bildirdi ki, qeyd edilən tikinti quraşdırma işləri Qəbələ rayon sakini Şahid1 göstərişi əsasında onun və onunla birlikdə işləyən digər usta və fəhlələr tərəfindən 2020-2022-ci illər ərzində icra edilmişdir (cild 02 iş vər. 107- 138). İş materiallarından görünür ki, Mərkəzin Vəndam meşəbəyliyinin meşəbəyi Şahid6 tərəfindən keçirilən operativ yoxlamanın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarda, Şahid1 tərəfindən icarə müqaviləsi olmadan Mərkəzin 6 və 7 saylı dolayında ictimai-iaşə obyektinin fəaliyyət göstərməsi ilə əlaqədar tikintiquraşdırma işlərinin aparıldığı qeyd edilmişdir (cild 02 iş vər. 156-159). İş materiallarından görünür ki, Nümayəndə1 Abdi oğlunun könüllü olaraq təqdim etdiyi, Qəbələ RMTM-nin 2021-ci il üzrə “meşə qanunvericiliyinin qeydiyyat kitabı”na, sonuncunun iştirakı ilə 10 avqust 2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan qeydiyyat kitabında Şahid6 tərəfindən keçirilən operativ yoxlamanın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt həmin tarixdə 345 nömrə altında, xx.xx.2021-ci il tarixli akt isə həmin tarixdə 410 nömrə altında qeydiyyata alınmışdır (cild 01 iş vər. 199-203). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq hər ay müxtəlif sayda telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir (cild 02 iş vər. 80-83). İş materiallarından görünür ki, X20 və Bərpası Müəssisəsinin direktoru X10 ilə Bakı şəhər sakini Şahid1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 05 saylı müqavilə əsasında (qeydiyyat N56), X20 və X12 meşəbəyliyinin 82-ci kvartalının 28-29-cu bölməsinin ərazisində istirahət-rekrasiya məqsədilə 1,0 ha torpaq sahəsi 10 il müddətinə Şahid1 istifadəsinə verilmişdir (cild 02 iş vər. 222). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixli ərizə ilə Meşələrin İnkişafı Xidmətinə müraciət edərək, xx.xx.2018-ci il tarixli 05 saylı (qeydiyyat N56) Müqavilə əsasında İsmayıllı MMBM Topçu meşəbəyliyində 10 il müddətinə istifadəsində olan 1,0 ha torpaq sahəsinin Qəbələ RMTMnin Vəndam meşəbəyliyinin ərazisində 1 ha torpaq sahəsi ilə əvəzləşdirilərək yeni müqavilənin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir (cild 02 iş vər. 226). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 809 nömrəli məktubdan görünür ki, Şahid1 keçmiş İsmayıllı MMBM-si ərazisində 1 ha sahədən 10 il müddətində istifadə etmək üçün bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilərək Qəbələ RMTM-nin Vəndam meşəbəyliyinin ərazisində 1 ha torpaq sahəsi ilə əvəzləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir (cild 02 iş vər. 46). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinə ərizə ilə müraciət edərək, Qəbələ RMTM-nin Yenikənd meşəbəyliyinin ərazisində 1,0 ha torpaq sahəsində iaşə xidməti qismində fəaliyyəti göstərilməsi üçün 5 il müddətinə yeni müqavilənin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir (cild 02 iş vər. 228). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid1 əlavə olaraq, xx.xx.2021-ci il tarixli ərizə ilə Meşələrin İnkişafı Xidmətinə müraciət edərək, xx.xx.2018-ci il tarixli 05 saylı (qeydiyyat N56) Müqavilə əsasında İsmayıllı MMBM Topçu meşəbəyliyində 10 il müddətinə istifadəsində olan 1,0 ha torpaq sahəsinin Qəbələ RMTMnin Vəndam meşəbəyliyinin ərazisində 1 ha torpaq sahəsi ilə əvəzləşdirilərək yeni müqavilənin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir (cild 02 iş vər. 224). İş materiallarından görünür ki, Meşələrin İnkişafı Xidmətinin Şahid1 yuxarıda qeyd olunan ərizəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli cavab məktubunda Respublikanın meşə fondunda aparılan meşə quruluşu işləri başa çatanadək fiziki və hüquqi şəxslərə yeni sahələrin istifadəyə verilməsinin müvəqqəti olaraq dayandırıldığı bildirilmişdir (cild 02 iş vər. 225). İş materiallarında görünür ki, Azərbaycan Respublikasının Ekologiya və X24 xx.xx.2020-ci il tarixli 224/k saylı əmrinə əsasən, Təqsirləndirilən şəxs həmin Nazirliyin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktoru vəzifəsində təyin edilməklə xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləmiş, həmin tarixli 323/k saylı əmrə əsasən Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir (cild 02 iş vər. 244, 248). İş materiallarında görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 529/ü nömrəli əmri ilə təsdiq edilmiş X32 X4nə əsasən, Mərkəzin direktoruna Mərkəzə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşımaqla meşə təsərrüfatı tədbirlərinin (meşələrin qorunub mühafizə olunması, meşəbərpa və müşəsalma işlərinin həyata keçirilməsi və sair) həyata keçirilməsinin təmin edilməsi, meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarətin təşkil edilməsi və hayata keçirilməsi, Mərkəzin fəaliyyətini təşkil etməklə ona rəhbərlik edilməsi, öz səlahiyyətləri daxilində mərkəzin işçilərinə şamil edilən əmr, sərəncam və göstərişləri verilməsi, Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanması, inzibati araşdırma aparılması və inzibati xətalar haqqında işlərə baxılması, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq oraqna göndərilməsi vəzifələri, habelə müəyyən olunmuş qaydada meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü olan və olmayan sahələri qısa və uzun müddətli istifadəyə verilməsi və digər hüquq və vəzifələr həvalə edilmişdir (cild 02 iş vər. 239-243). İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” qaydalarından görünür ki, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (bundan sonra meşə istifadəçisi adlandırılır) meşə fondu sahələrindən Azərbaycan Respublikası Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Təqdim olunmuş ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılır. Müqavilə, kütləvi meşə servitutu istisna olmaqla, meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilməklə meşə istifadəçisinə əsaslı tikinti aparılmadan meşə fondu müvafiq sahələrindən müvəqqəti istifadə hüququ verir. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə müqaviləsinin forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 və Şahid2 barələrində CM-in 312.1, həmçinin 188-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, habelə Şahid3, X7, X26, Şahid5, Şahid4, Şahid6, Şahid8, Şahid10, Şahid9 Bəxtiyar oğlu, Nümayəndə1 Abdi oğlu və Şahid7 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (cild 03, iş vər.123-156). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-nin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 308.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – bu əməl vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkibini yaradır və sözügedən əməldə təqsirli bilinən şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən CM-in 308.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi ağır nəticələrə səbəb olduqda isə şəxsin əməli CM-in 308.2-ci maddəsi ilə tövsif olunur və həmin əmələ görə təqsirli bilinən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 311.1-ci maddəsinə əsasən isə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi ilə bağlı edilən hərəkətlər rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlinin tərkibini yaradır. Vəzifəli şəxs tərəfindən CM-in 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər təkrar törədildikdə və ya külli miqdarda törədildikdə, onun əməli CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. CM-in 311-ci maddəsinin Qeyd hissəsində isə göstərilmişdir ki, bu Məcəllənin 311.3.3cü maddəsində "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür. Yuxarıda sadalanan cinayət qanunvericiliyinin normalarını hazırki iş üzrə tətbiq etməklə təhlil edən məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, bu qəbildən olan cinayət işləri üzrə hər hansı şəxsin təqsirli hesab edilməsi və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi üçün ilk növbədə müvafiq cinayətin törədilməsində təqsirləndirilən şəxsin vəzifəli şəxs olub-olmaması faktı müəyyən edilməlidir. Çünki qeyd edilən cinayətlərin subyekti yalnız vəzifəli şəxs ola bilər. Vəzifəli şəxsin anlayışı isə CM-in 308-ci maddəsinin Qeyd hissəsində verilmiş və həmin qeyddə göstərilmişdir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri və beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür: Cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, istinad edilən cinayət əməli 2020-2022-ci tarixlərdə törədilmişdir və həmin tarixlərdə Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktoru vəzifəsində çalışmaqla vəzifəli şəxs olmuşdur. Təqsirləndirilən şəxs qarşı CM-in 308.2 və 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülməsinə səbəb olan konkret hallara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktoru olduğu dövrdə vəzifəli şəxs olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, təkrar və külli miqdarda rüşvət alması ilə bağlı cinayət işinin materiallarında kifayət qədər sübutlar mövcuddur. Müdafiəçi israrla məhkəmə çıxışında Təqsirləndirilən şəxs ümumiyyətlə ittihamda öz əksini tapan hərəkətlərə yol vermədiyini, yəni ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədiyini, təkrar və külli miqdarda rüşvət almadığını, hətta Təqsirləndirilən şəxs tərəfindən ittihamda əks olunmuş hərəkətlərin edilməsi halında belə onun əməlində rüşvət alma deyil, yalnız dələduzluq cinayətinin ola biləcəyini, ibtidai istintaq orqanı tərəfindən cinayətin predmeti olan maddi nemətin (hazırki halda pulun) aşkar olunmadığını, ibtidai istintaq orqanın əlində konkret sübutların olmdığını, hadisəni, yəni Təqsirləndirilən şəxs rüşvət almağını görən konkret şahidlərin olmadığını, onun sözügedən vəzifə cinayətinə yol verdiyini əks etdirən video görüntünün mövcud olmadığını qeyd edərək təmsil etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfin irəli sürdüyü dəlillər əsassızdır və həmin dəlillərə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması qeyri-mümkündür. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, CM-in 311-ci maddəsi ilə cinayət məsuliyyəti cinayət tərkibinin obyektiv cəhətinə daxil olan - vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi; vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınması, ya da vəzifəli şəxs tərəfindən maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı olan hərəkətlərdən hər hansı birinin törədilməsi ilə yaranmış olur. Vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi dedikdə vəzifəli şəxsin özü, yaxud onu təmsil edən hər hansı başqa şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusunun bildirilməsi başa düşülür. Vəzifəli şəxsin maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusu hər hansı formada (şifahi və ya yazılı) və hər hansı üsulla (telefonla, internetlə, vərəq üzərndə qeyd etməklə və s.) bildirilə bilər. Göründüyü kimi, rüşvət alma (passiv rüşvətxorluq) cinayəti heç də vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınması ilə, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə deyil, hətta vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi halında yaranmış olur. Bu isə onu təsdiq edir ki, rüşvət alma cinayəti formal tərkibli cinayətdir. Bu cinayət alınan rüşvət müqabilində müəyyən işin görülüb-görülməməsindən, həmin işi görməyə hazırlığın olubolmamasından asılı olmayaraq maddi və sair nemətin, imtiyazın və ya güzəştin bütövlükdə, yaxud bir hissəsinin istənildiyi andan başa çatmış hesab edilir. Bu isə onu deməyə əsas verir ki, bu qəbildən olan işlərdə rüşvət qismində vəzifəli şəxsə verilən və ya verilməsi vəd edilən maddi və sair nemətin, yəni cinayətin predmetinin ortalıqda olması, ibtidai istintaq orqanı tərəfindən aşkar olunmuş olması mütləq hal deyildir. Digər tərəfdən, Cinayət Məcəlləsinin qeyd edilən 311-ci maddəsinin dispozisiyasından görünür ki, rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlinin tərkibinin yaranması üçün qeyd edilən cinayət əməlinin vəzifəli şəxs tərəfindən törədilməsi ilə yanaşı, həmin əməlin məhz vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törədilməsi faktı mövcud olmalı, yəni vəzifəli şəxs xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar edilən hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməlidir. Vəzifəli şəxs tərəfindən xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar edilən hər hansı hərəkət (hərəkətsizlik) dedikdə isə qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülür. Hazırki cinayət işinin materialarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq maddi nemət (rüşvət) qarşılığında xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar vəzifə səlaihiyyətlərindən sui-istifadə etmiş, konkret hərəkətsizliyə yol vermiş, eyni zamanda ümumi himayədarlıq və laqeydlilik sərgiləmişdir. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs rəhbəri olduğu Qəbələ Regional X11 ərazisinə düşən meşə fonduna aid torpaq sahəsini icarəyə götürmək üçün müvafiq qaydada ona müraciət etdikdən sonra Təqsirləndirilən şəxs ona, yəni Şahid1 sadəcə istiqamət verdiyini (ərizə yazmaq üçün şərait yaratdığını, ərizəni hansı ünvana göndərməli olduğunu, hansı quruma müraciət etməli odluğunu və s. izah etdiyini), heç nə tələb etmədiyini, rüşvət almadığını, heç bir vəd qəbul etmədiyini bildirsə də, bundan sonrakı müddətdə daim onunla, yəni Şahid1la əlaqədə olmasını (bunu cinayət işinin materiallarında olan onlar arasındakı telefon danışıqları, şahid ifadələri və s. sübut edir) təsdiq edən kifayət qədər sübutların olması, bundan əlavə səlahiyyətində olduğu halda 2020-ci ilin müvafiq ayından başlanılmaqla 2022-ci ilin müvafiq aylarına qədər (ittiham aktında dəqiq göstərilib) Şahid1 tərəfindən sözügedən ərazilərdə tikinti işləri aparıldığı halda onun müvafiq qaydada məsuliyyətə cəlb olunması üçün tədbirlər görməməsi – faktiki olaraq Şahid1 himayə etməsi (hər dəfəsində gözətçilər, meşəbəyilər ona Şahid1 tərəfindən müqaviləsi olmadığı halda qanunsuz tikili aparması barədə müraciət etdiyi halda Şahid1la işlərinin olmamasına dair tapşırıqlar verməsi, yalnız Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdikdən sonra yoxlama gəldiyi ərəfədə Şahid1 inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməklə özünü sığorta etməyə, yəni qanunvericiliyi pozan şəxs barəsində müvafiq tədbirlər görməsi ilə bağlı görüntünü yaratmağa çalışması,) bundan əlavə Şahid1 və Təqsirləndirilən şəxs arasında sözügedən icarə müqavilələrinin hələ də verilməməsi ilə bağlı mübahisə gedən ərəfədə Nümayəndə1 həmin mübahisədə iştirak etməsi və Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda pul verməsi ilə bağlı etdiyi bəyanatı eşitməsi (bunun fonunda Təqsirləndirilən şəxs yalnız həmin məbləğin bir hissəsini 2021-ci ilin payız aylarında baş vermiş meşə yanğınlarında istifadə etdiyini, bir hissəsini isə adını qeyd etmədiyi rəhbərliyə verdiyini, lakin özünün də aldanıldığını, məbləğin yarı hissəsinin geri qaytarmağa hazır olduğunu bildirməsi), eyni zamanda Lətif Hüseynovdan 1500 manat pulun rüşvət qismində alınması (bu hala dair Lətif Hüseynov və Şahid3 şahid ifadələri) və sair hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X11 direktoru olduğu dövrdə vəzifəli şəxs olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, təkrar və külli miqdarda rüşvət alması faktını təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət və hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən alması, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsindən ibarət cinayət əməli iş üzrə dindirilən şahidlərin ifadələri, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməməsinə və barəsində bəraət hökmünün çıxarılmasına dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarında olmaqla biri digərini tamamlayan sübutlar vasitəsi ilə onun ittiham olunduğu cinayət əməllərini törətməsi tam təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Məhkəmə kollegiyasının iclasında dindirilən şahidlərdən Şahid5, Şahid10 və Şahid8 məhkəmə istintaqı zamanı verdikləri ifadələrə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin ifadələr əsaslı sayıla və ittihamın əsasına qoyula bilməz. Belə ki, təqsirləndirilən şəxs Qəbələ Regional X11 direktoru vəzifəsində çalışmışdır. Sözügedən şahidlərin sonuncu ilə birlikdə və onun tabeçiliyində çalışmaları nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri anlaşılandır. Ona görə də, məhkəmə kollegiyası həmin ifadələri əsaslı sayaraq ittihamın əsasına qoymur. Əksinə məhkəmə kollegiyası həmin şəxslərin heç bir təsir altında qalmadan ibtidai istintaq zamanı verdikləri ifadələrin işin faktiki hallarına uyğun olmaqla digər sübutlarla üstüstə düşməsini nəzərə alaraq həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini əsaslı sayır və ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədan görünür ki, Təqsirləndirilən şəxs ailəsi (atası, anası, arvadı, 2007-ci il təvəllüdlü qızı, 2008-ci il təvəllüdlü oğlu və 2014-cü il təvəllüdlü qızı) ilə birlikdə Siyəzən şəhəri Ə.Vahid küçəsində yaşamış və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir (cild 03, iş vər. 70-71) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ X19 Mərkəzinin direktoru vəzifəsində işləyərkən törətdiyindən, ona təqsirli bilindiyi 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, həmçinin CM-in 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmadığı halda CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə cinayət qanunvericiliyinin Ümumi hissəsində nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-1186/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 198-203) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə daxil olmuş bir ədəd ağ rəngli üzərində “Verbatim, CD-R, 14120-xx.xx.2022” söz və rəqəmləri yazılmış CD diskin, habelə Qəbələ RMTM-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Meşələrin İnkişafı Xidmətinə ünvanlanmış, Şahid1 keçmiş İsmayıllı MMBM-si ərazisində 1 ha sahədən 10 il müddətində istifadə etmək üçün bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilərək Qəbələ RMTM-nin Vəndam meşəbəyliyinin ərazisində 1 ha torpaq sahəsi ilə əvəzləşdirilməsinə etiraz etmədiklərinin bildirməsinə dair xx.xx.2020-ci il tarixli 809 saylı məktubun iş materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, habelə xüsusi müsadirə olunması təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunan əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birlədirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə daxil olmuş bir ədəd ağ rəngli üzərində “Verbatim, CD-R, 14120-xx.xx.2022” söz və rəqəmləri yazılmış CD diskin, habelə Qəbələ RMTM-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Meşələrin İnkişafı Xidmətinə ünvanlanmış, Şahid1 keçmiş İsmayıllı MMBM-si ərazisində 1 ha sahədən 10 il müddətində istifadə etmək üçün bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilərək Qəbələ RMTM-nin Vəndam meşəbəyliyinin ərazisində 1 ha torpaq sahəsi ilə əvəzləşdirilməsinə etiraz etmədiklərinin bildirməsinə dair xx.xx.2020-ci il tarixli 809 saylı məktubun iş materiallarında olması nəzərə alınsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-40/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-40/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver